Toksik İnsanlar kimlərdi

Toksik insanlar kimlərdir? Toksik insanlar. Bu termin çox vaxt zərərli və ya mənfi təsir göstərən şəxslər üçün istifadə olunur. Bu yazıda toksik insanların xarakterik xüsusiyyətləri, onların ətraf mühitə təsiri və onlarla necə başa çıxmaq lazım olduğunu araşdıracağıq. Toksik insanların xarakteristik xüsusiyyətləri Özünü düşünmək Toksik insanlar adətən özlərini düşünür və başqalarının hisslərinə biganə qalırlar. Bu insanlar əsasən öz maraqlarını nəzərdə tutur, başqalarının ehtiyaclarını və hisslərini nəzərə almırlar. Onlar üçün ən əsası öz məqsədləri və arzularıdır. Özünü düşünmək bu tip insanların əsas xüsusiyyətlərindən biridir və bu xüsusiyyət onların ətrafdakı insanlarla münasibətlərinə də təsir göstərir. Manipulyasiya Bu insanlar başqalarını öz maraqları üçün manipulyasiya etməkdə usta olurlar. Onlar insanları aldatmaq və istismar etmək üçün müxtəlif taktikalar istifadə edirlər. Manipulyasiya toksik insanların ən təhlükəli davranışlarından biridir. Onlar başqalarını öz iradələrinə tabe etmək və mənafelərini təmin etmək üçün yalan danışmaqdan, məlumatları səhv şəkildə yaymaqdan və hətta qorxu yaratmaqdan çəkinmirlər. Bu tip davranışlar onların ətrafındakı insanlara mənəvi və psixoloji ziyan vura bilir. Neqativ enerji Toksik insanlar tez-tez neqativ enerji yayırlar. Onlarla ünsiyyət qurmaq çətin olur və adətən onlar ətrafdakılara mənfi hisslər bəxş edirlər. Onların mənfi enerjisi ətrafdakı insanların ruh halına, motivasiyasına və hətta sağlamlığına mənfi təsir edə bilir. Bu insanlarla münasibətdə olanlar tez-tez özlərini yorğun və məyus hiss edirlər. Qərəzli davranışlar Onlar başqalarına qarşı qərəzli və haqsız davranışlar sərgiləyə bilirlər. Bu, ətrafdakı insanlara ziyan vura bilər. Toksik insanlar öz mənafelərini təmin etmək üçün ədalətsiz və qeyri-etik yolları seçməkdən çəkinmirlər. Onların qərəzli davranışları ətrafındakı insanların inamını və etibarını sarsıdır, münaqişə və anlaşılmazlıqlara səbəb olur. Toksik insanlarla necə başa çıxmalı Həddini bilmək Toksik insanlarla ünsiyyətdə həddini bilmək çox vacibdir. Onlarla münasibətlərdə öz hüdudlarınızı qorumağı bacarmalısınız. Öz hüdudlarınızı müəyyən etmək və bu hüdudları qorumaq toksik insanların mənfi təsirlərindən qorunmağın ən yaxşı yoludur. Bu hüdudlar, fiziki məsafədən tutmuş, emosional və psixoloji məsafəyə qədər ola bilər. Özünüzü qorumaq üçün lazım gələrsə, bu insanlarla olan əlaqələrinizi məhdudlaşdıra və ya tamamilə kəsə də bilərsiniz. Pozitiv münasibət Pozitiv və sağlam münasibətlər qurmaq toksik insanların təsirindən qorunmağın ən yaxşı yoludur. Pozitiv insanlarla ətrafınızı əhatə etmək vacibdir. Bu, sizə mənfi enerjilərdən qorunmaq və özünüzü daha yaxşı hiss etmək üçün lazımi dəstəyi verəcək. Pozitiv insanlarla münasibət qurmaq, həm şəxsi, həm də peşəkar həyatınızda müsbət təsirlər yaradır. Bu insanlar sizə güc verir, özünüzü daha yaxşı ifadə etməyə və öz hədəflərinizə doğru irəliləməyə kömək edirlər. İntiqamdan uzaq durmaq Toksik insanlarla münasibətlərdə intiqam hissindən uzaq durmaq lazımdır. Bu cür hisslər sizi də mənfi təsirlərə məruz qoya bilər. İntiqam almaq istəyi vəziyyəti daha da pisləşdirə və özünüzə daha çox zərər verə bilər. Onun əvəzinə, məsələləri həll etməyə və irəliyə baxmağa diqqət yetirin. Mənfi hisslərdən uzaq durmaq və öz ruh halınızı qorumaq üçün müsbət fəaliyyətlərə və düşüncələrə yönəlməyiniz yaxşı olar. Dəstək axtarmaq Bu cür insanlarla ünsiyyətdə çətinlik çəkirsinizsə, dostlar və ya peşəkar məsləhətçilərdən dəstək almaq faydalı ola bilər. Dəstək qrupları, terapevtlər və ya etibarlı dostlar sizə məsləhət və dəstək verə bilərlər. Onlarla danışmaq və öz təcrübələrinizi bölüşmək, hisslərinizi ifadə etməyə və vəziyyəti daha yaxşı anlamağa kömək edə bilər. Toksik insanlarla ünsiyyətin təsirinə qarşı strateji yanaşmalar Münasibətlərdə sağlamlığın əhəmiyyəti Sağlam münasibətlər qurmaq həm şəxsi, həm də peşəkar həyatda vacibdir. Toksik insanlarla ünsiyyət qurmaqdan qaçmaq və sağlam münasibətlərə üstünlük vermək həyat keyfiyyətinizi yaxşılaşdıracaq. Münasibətlərinizdə sağlamlığa və müsbət qarşılıqlı təsirə diqqət yetirmək isə, sizə daha sağlam və mənalı həyat təcrübələri təqdim edəcək. Toksik insanlarla ünsiyyətdən çıxış yolları Bəzən toksik insanlarla tamamilə ünsiyyəti kəsmək lazım ola bilər. Bu, öz sağlamlığınızı və rifahınızı qorumaq üçün vacib bir addım ola bilər. Bu, xüsusən də bu insanların davranışları sizin öz sağlamlığınız və rifahınız üçün təhlükə yaratdıqda vacibdir. Bu münasibətlərdən uzaqlaşmaq çətin bir qərar ola bilər, amma bəzən ən sağlam seçim budur. Özünüzü toksik münasibətlərdən xilas etmək, sizdə yeni bir güc və azadlıq hissi yarada bilər. Şəxsi sərhədlərin müəyyənləşdirilməsi Şəxsi sərhədlərin müəyyənləşdirilməsi toksik insanlarla başa çıxmaqda mühüm bir addımdır. Bu sərhədlər, sizin nəyi qəbul edəcəyinizi və nəyi etməyəcəyinizi aydın şəkildə müəyyənləşdirir. Bu sərhədləri qurmaq və onlara sadiq qalmaq, özünüzü mənfi təsirlərdən qorumağa və özünüzü daha güclü hiss etməyə kömək edəcək. Emosional sağlamlıq və özünəqayğı Toksik insanlarla münasibətlərdə öz emosional sağlamlığınıza diqqət yetirmək vacibdir. Özünəqayğı praktikaları, meditasiya, idman, yaxşı qidalanma və kifayət qədər yuxu, bu məsələlərlə mübarizə aparmaqda sizə kömək edə bilər. Emosional sağlamlığınızı qorumaq, toksik insanların mənfi təsirlərinə qarşı dayanıqlı olmağınıza kömək edəcək. Nəticə Son olaraq qeyd edək ki,  toksik insanlarla necə başa çıxmaq barədə düşünmək, onların mənfi təsirlərindən qorunmaq üçün ilk addımdır. Özünüzə inam və müsbət münasibətlər qurmaqla, həyatınızdakı bu cür zərərli təsirlərdən uzaqlaşa bilərsiniz. Hər kəsin öz ruh sağlamlığını qorumaq üçün lazımi addımları atması vacibdir. Özünüzəqayğı göstərmək və öz sağlamlığınızı üstün tutmaq, toksik insanlarla başa çıxmağın əsas hissəsidir. Özünüzü və öz rifahınızı qorumaq üçün lazımi addımları atmaqdan çəkinməyin. Müəllif: Klinik -Psixoloq Nigar Cəbrayıl Psixoloji konsultasiya üçün  əlaqə : (+99450) 774 44 55

Qadınlar Forumu-Bakı Zirvəsi işini başa çatdırdı

Psixoloq.az xəbər verir ki,13 oktyabr 20024 il tarixdə Bakı Gənclər Evində "Ahəng Psixologiya" mərkəzinin təşkilatçılığı ilə keçirilən İlk Qadınlar Forumu-Bakı Zirvəsini uğurla başa catdırmışdır.Forumda bütün sahələrdə qadınların ictimai- siyasi,elm- təhsil,ailə,sahibkarlıq,Psixologiya sahələrindəki vacib rolundan,karyera inkişafından və uğurlarından danışılmaqla yanaşı ailədə və cəmiyyətdə Ana rolunun əhəmiyyətindən və aliliyindən bəhs edildi. Forum protokola əsasən ilk Azərbaycan Respublikasının himni səsləndi və Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Daha sonra Ahəng Pm- in təsisçi və rəhbəri Psixoloq Vüsalə Əmiraslanova çıxışı ilə toplumda və bütün sahələrdə eləcədə Psixologiya sahəsində qadınların həmrəy olması və psixoloji biliklərə yiyələnməklə istər cəmiyyətdə istərsədə ailədə bü biliklərin tətbiqinin vacibliyini vurğuladı.Tədbirdə br çox ziyalılar,media nümayəndələri,Şəhid anası və qaziləri iştirakı xüsusi diqqət mərkəzində saxlanıldı.Millət Vəkili Pərvin Kərimzadə nin Azərbaycan qadını ilə bağlı çıxışı böyük alqışlara səbəb oldu.Daha sonra bütün panel iştirakçılarının çıxışı dinlənildi.Sonda Forum iştirakçılarına iştirak sertifikatları təqdim edildi xatirə şəkilləri çəkildi.Forum qadınlara" Birlikdə daha güclü "mesajı verərək forumun işini başa çatdırd https://www.facebook.com/100002743537628/videos/910021590995926/

"Estetik əməliyyat elətdirməyin səbəbi iradə zəifliyidir" Psixoloqdan açıqlama

Son zamanlar Azərbaycanda estetik əməliyyat etdirənlərin, sayı artıb. Bəs bunun səbəbləri nələrdir, niyə kütləvi hal alıb? Psixoloq.az xəbər verir ki,mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, insanlar xüsusilə də qadınlar tibbin inkişaf etdiyi bir vaxtda sınaqdan keçirilmiş əməliyyata ehtibar edir, özlərinə olan güvəni bu yolla artırırlar: "Bu gün insan özünü qəbul etmək, görünüşünü qəbul etmək əvəzinə cərrahlara müraciət edir. Məsələ bundadır ki, tibb çox inkişaf etdiyindən onlar görünüşlərində olan "problemləri" bu yolla aradan qaldırmağı daha asan üsul hesab edirlər. Bunun səbəbi isə insanlarda olan iradə zəifliyidir.  Məsələyə daha real yanaşsaq insanların estetikə meyil etməsi əslində ta qədimdən mövcuddur. Yəni dəyişiklik etmək insanın xilqətindədir desək yanılmarıq. Bu gün insanların, xüsusilə də xanımların estetik cərrahiyəyə üz tutmasının səbəbi tibbin bu sahədə qazandığı nailiyyətlərdir. Əgər min il əvvəl də tibb bu qədər inkişaf etsəydi, yenə də insanlar bundan yararlanacaqlardı. Çünki hər zaman, insan var olduğu müddətdə özünə güvənməyən, idarəsiz və özünü dəyişdirməyə ehtiyac duyan, qocalmağa qalib gəlmək istəyən insanlar var. Bu gün da var, sabah da olacaq.

Borderline şəxsiyyət pozuntusu

Borderline şəxsiyyət pozuntusu tez-tez və hədsiz dəyişkən əhval, zədələnmiş mənlik şüuru, davranışlarında  tutarsızlıq və qərarsızlıqla özünü göstərən ruhi pozuntudur. Simptomları: 1.Həqiqi və ya xəyali tərk edilməkdən qurtulmaq üçün hədsiz səy göstərmək 2.Qarşısındakini  gözündə hədsiz böyüdüb, göylərə qaldırmaq və eyni anda alçaltmaq kimi çox dəyər /dəyərsizlik vermək ilə baş tutan uyğunsuz münasibətlər. 3.Biri ilə çox tez bağ qurmaq ya da özündən uzaqlaşacağını düşündüyü şəxs ilə dərhal əlaqəsini kəsmək kimi tərk edilməkdən qaçınan davranışlar sərgiləmək. 4. Əhval ruhiyyənin 2 qütb arasında anidən dəyişməsi ( məsələn, şəxs sevincli olduğu halda anidən təşvişli hiss etməsi, ağlaması və s.).  Səbəbləri:  Ruhi xəstəliklər əsasən bir neçə faktora bağlı olaraq yaranır. Tək bir səbəb xəstəliyin yaranmasını açıqlamağımız üçün yetərsizdir. Genetik, bioloji və sosial faktorlar xəstəliyin inkişafında rolu ola biləcək amillər olsa da, dəqiq səbəbi göstərmək mümkün deyil.  Müalicəsi:  Borderline şəxsiyyət pozuntusunun müalicəsi əsasən şəxsdə görülən simptomların kontrol edilməsi və yaşayış keyfiyyətinin artırılması üzrə aparılır. Müalicədə ən çox istifadə olunan metod psixoterapiyadır. Gərəkdiyi təqdirdə psixoterapiya ilə paralel dərman müalicəsi də tətbiq edilir.Şəxsin özünə zərər verməsi,suisidal hallar baş verdiyi və simptomların artdığı təqdirdə stasionar müalicə mütləqdir. Psixoloq Aysu Əliyeva

Ekstremal şəraitdə göstərilən psixoloji xidmətin etik prinsipləri

Yazını yazarkən gözümün önündən Türkiyədəki zəlzələ və atanın qızının əlindən tutduğu foto bir an olsun getməmişdi, yazının çap olunma məqsədi ilə bağlı problem aradan qalxdığı üçün, yəni bu yazı artıq çap olunmağı gözləmədiyi üçün müəllif və ya “xülasəçi” olaraq mən mətni paylaşmaq istəyirəm. Bəzən facebookda dolaşarkən qarşıma müxtəlif kinolar ilə bağlı “alternativ final"lar çıxır, bu belə yetərincə kədərliykən biraz əvvəl yazımı paylaşmaq üçün yenidən həmin, yuxarıda haqqında bəhs etdiyim fotonu axtarırdım. O məşhur şəkil orda idi, orda idi, amma mən deyəsən bir alternativ sonun şəklini axtarırdım, bir portret çıxdı qarşıma, ata Məsud və qızı Irmak Leylanın əl-ələ olduğu bir portret, Irmak Leylanın Kürəyində qanadları vardı və bu bir alternativ son deyildi. Təsəllinin həqiqətdən ağrıdıcı olduğunu gördüyüm nadir səhnələrdən idi bu deyəsən. Etika psixoloji yardımı hədəf alan hər növ müdaxilənin özəyini təşkil edir. Bu prinsiplərə sədaqət həm mütəxəssisi, həm də yardım alan və axtarışında olan şəxsləri uyğun olmayan müdaxilələrdən qoruyur. Üstəlik nəzərə alsaq ki, mən bu yazını yazarkən cəmiyyətin daha həssas qrupları olan böhran qurbanlarına dəstək olanları məlumatlandırma məqsədi güdürəm, bu məsuliyyəti ikiqat artırır. Bu hissədə BMT inkişaf proqramı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin təkliflərinə, Psixoloji konsultasiyada baza etik nüanslara, bundan başqa etik dilemmalara diqqət edəcəyik. Yazını yazarkən gözümün önündə Türkiyədəki zəlzələ və atanın qızının əlindən tutduğu foto bir BMT İnkişaf Proqramı çərçivəsində Böhrana yanaşmaq 1. Yerli resursları səfərbər etmək Fəlakətin və ya böhranın həcmindən asılı olaraq ilkin mərhələdə Birləşmiş Millətlər Təşkilatının bu proqramı beynəlxalq müdaxilənin xaos yaratma riskini nəzərə alaraq yerli resursların səfərbər edilməsini təklif edir. Təbii ki, ehtiyac olduğu halda beynəlxalq kanallar işə salınır, profilaktik tədbir məqsədi ilə mümkün ssenarilər üzrə müdaxilə proqramları və ehtiyac siyahılarının mövcudluğunun səmərəli olacağını qeyd edir. 2. Xüsusi qrupların həssaslıq və ehtiyaclarından xəbərdarlıq Burada məhdud imkanlı şəxslər, uşaq, qadın, uşaqların, eləcə də qaçqın və məcburi köçkünlərin, aşağı iqtisadi imkanlara və məhdud təhsilə sahib insanların, etnik, gender və.s kimi azlıqların ehtiyaclarından xəbərdarlıq və onların dəstəyə əlçatanlığını göz önündə tutmaqdan bəhs edilir. 3. İnsan hüququ və ləyaqətinə həssaslıq Böhrana uğramış şəxslərə yardım din, dil, irq, gender, siyasi-ideoloji baxış fərqi ayırd etmədən göstərilməlidir. 4. Media menecmenti Böhran və böhrana müdaxilə, böhranın təsirlərinin aradan qaldırılmasında ictimaiyyətə məlumat vermək ilə bağlı media nümayəndələrinin fədakarlıqları danılmazdır. Lakin bəzən informasiya verilməsi zamanı sensasion başlıqlar, zərər çəkmiş şəxslərin ağrılı səhnələrinin fotolarından istifadə ictimaiyyətdə dərin sarsıntıya, inamsızlığa səbəb olduğu kimi böhrana məruz qalan şəxslərin də özlərində qurban rolunu yarada, yaranmış olanı möhkəmləndirə bilər. Media meneceri işin başlanğıcında bu sualı verə bilər: Mən olsam, ən böyük travmalarımdan birini yaşayarkən fotomun çəkilib, manşetlərdə yer almasını istərdim? Beynəlxaq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin hazırladığı etik prinsiplər 1. Humanizm. Humanizm burada insan varlığının keşiyində ən üst səviyyədə xidməti səfərbər etməyi ehtiva edir. 2. Ayrıseçkilikdən yayınma 3. Bitərəflik 4. Azadlıq 2, 3 və 4 – cü bənd BMT proqramının açıqlamasında da qeyd etdiyimiz kimi insanları milli, etnik, gender, dil, irq kimliyinə ayırmadan, təhsili, iqtisadi vəziyyəti, sosial təbəqəsi, ideologiya və siyasi baxışlarından asılı olmayaraq tək bir sinif olaraq görməkdir “Böhrandan əziyyət çəkənlər” sinifi və bir amal dəyişməz qalmalıdır, yardım əlçatanlığını hamı üçün təmin etmək. 5. Həmrəylik Xaosun profilaktikası və vahid amala xidmət etmək məqsədi ilə vahid koordinasiya mərkəzi ilə mütəmadi fikir mübadiləsi və mükalimədə olmaq. 6. Könüllülük. İnsanları dağıntı və ya böhran sahəsinə gətirən şeyin insanpərvərlik olması. 7. Qloballıq. İnsana faydalı olmaq adına beynəlxalq təcrübədən faydalanmaq. Sahədə psixoloji yardımın zamanı baza etik prinsipləri 1. Zərər vurmamaq və ya Zərər vurmaqdan yayınmaq Bu hər hansı bir zərər vurmaq formasını özündə ehtiva edən geniş bir anlayışdır. Xüsusilə dağıntı sahələrində, Türkiyədə rast gəlinən problemləri misal olaraq çəkib, yetərsiz bilgiyə qədər bir neçə nümunəyə baxaq. A. Danışmaq istəməyəni sual atəşinə tutmaq. B. Soruşulmadığı halda yersiz simptom maarifləndirməsi aparmaq. C. Məqsədi, yeri, zamanı, əks təsirini bilmədən texnikalar tətbiq etmək. D. Detallı məlumatımız olmayan metodları tətbiq etmək. E. Xəstəlik keçmişi ilə tanış olmadığımız şəxslərlə çalışmaq. 2. İndividuallıq (İndividuallığa inam) A. Psixi sağlamlıq mütəxəssislərinin diaqnoz ilə birləşmək halı. XBT – 10 (Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10 – cu baxış), DSM V (Amerika Psixiatrlar Assosiasiyasının 2013 nəşri olan Psixi pozuntularının diaqnostik və statik kitabının 5 – ci baxışı) kimi diaqnostik ədəbiyyatların bizə psixi sağlamlıq problemlərini simptom fokslu təqdim etdiyini unutmayaq. Biz isə narahatlıq qədər narahat olanı da anlamalı olan mütəxəsislər olmalıyıq. Məhz buna görə psixoloji yardım belə vəziyyətlərdə buz üstündə rəqs etmək kimi olmalıdır, yaradıcı, elastik və ehtiyatlı. B. Tibbi müdaxilədə olduğu kimi psixososial dəstəkdə də amiranə dil deyil, dəvət dili istifadə etmək. Bizim rasional hesab etdiyimiz yardım etmək istədiyimiz şəxs üçün rasional olmaya bilər. Ona görə də insanları həyatda qalmaq instinkti, nəsil artırmaq, həzz almaq instinkti üzərindən çərçivəyə salmadan əvvəl onların ağrıya dair ifadələrini can qulağı ilə dinləyin. İnstinktlər bizi primat kimi həyata bağlayır, insan etmir. Bu üsul uğurlu olsa idi psixoanalizin özündə də nə Fairburn, nə Masterson, nə Xorni, nə Adler, nə də Erik From yetişməzdi. 3. Faydalılıq Zərəri və ağrını azaltmaqdan ziyadə, rifahı və bərpanı təmin etmək istiqamətində bilik və bacarıqları səfərbər etmək. 4. Sədaqət Xidmətin iş əxlaqı prinsiplərinə vəfanı, pasiyentlərə qarşı dürüstlük və etibarlılığı özündə birləşdirən prinsipdir. 5. Hörmət və Konfidensiallıq Benefsiarın ona nə edəcəyimizə dair məlumatlı olması və danışılan hekayədə cinayət tərkibi olmadığı halda məxfiliyin təminatını vermək. 6. Ədalətlilik BQXK və BMT təkliflərində də əks olunduğu kimi insanlara insanpərvərliyi əldə rəhbər tutaraq kömək etməyi özündə ehtiva edən prinsipdir. Bəzən isə bu prinsip özünü insan ləyaqətinin keşiyində durmaqla göstərir, məsələn zorakılığın hər hansı bir növünə məruz qalmış uşağın (18 yaşa qədər şəxsi) yaşadığı şiddət və sıxışdırma ilə, eləcə də başqa istismar halları ilə bağlı aidiyyəti qurumlara məlumat verməyə ehtiyac duyula bilər. Bəlkə də biz psixoloq kimi şəxsi bir daha dinləmək imkanını itirmiş ola bilərik, lakin şəxsin layiq olmadığı həyatdan uzaqlaşması istiqamətində öhdəmizə düşəni etmiş olarıq. 7. Səriştəlilik və Uyğunluq Sahədə olan Psixi sağlamlıq mütəxəssisləri (beynəlxalq təcrübədə belə deyəndə psixoloqlar, konsultantlar, sosial işçilər və həkimlər (həm mütəxəssis Psixiatrlar, həm də Ümumi Terapevtlər) nəzərdə tutulur) baza psixoloji konsultasiya bacarıqlarını bilməli və ehtiyac üzrə yönləndirməyi bacarmalıdırlar. Məsələn: Borderline şəxsiyyət pozuntusundan əziyyət çəkən biri ilə məruz buraxmanı həyata keçirməzdən əvvəl onu birincili və bizə məlum diaqnozu üzrə psixiatr yardımına yönləndirməli, sonra isə razılığı olacağı təqdirdə psixi sağlamlıq xidmətlərini daha uzun müddətə (təxminən 2 il) təqdim etmək iqtidarında olan bir mütəxəssisə yönləndirmə həyata keçirməyi dəyərləndirmək lazımdır. Daxili səs, 2 – 7 yaşda, əməliyyata qədərki mərhələdə şəxsin həyatda qalmaq üçün inkişaf etdirdiyi primitiv və disfunksional davranışlar, inkişaf etməmiş adaptasiya yönümlü davranışlar və uşaqlıq dövründən özü, başqaları, dünya və gələcəyə yönəlik irrasional inanclar böhran sahəsində dəyərləndirilməsi və müdaxiləsi mümkün olan məqamlar deyillər. 8. Şəffaflıq və Tolerantlıq Bu fərqli baxış və başqalarından gələn həll üsullarına maraq göstərmək və funksionallığına inanıldığı, zərərin olmadığı və ya mövcud üsullardan aşağı olduğu halda təklifləri qəbul etməkdir. Şəffaflıq prinsipi isə: Edə bilmədiyinə söz verməmək, söz verdiyini mütləq etməkdir. 9. Məsuliyyətlilik Böhran nəticələrinin aradan qaldırılmasından cavabdeh vahid koordinasiya qrupunun təlimatlarına əməl etmək və özünü, başqalarını, ən nəhayətində isə mübarizənin məqsədlərini riskə atmamağı özündə birləşdirir. 10. Həmrəylik. Şəxsi maraqlardan əvvəl mübarizənin amalı və məqsədlərini göz önündə tutmağı və özünü bu vahid məqsədləri əhatə edən zəncirin bir halqası olaraq görməyi özündə ehtiva edir. 11. Elastiklik Bizim bildiyimiz texniki baxışların çoxu özəl ofislərdə, əsasən ambulator müalicə həyata keçirilən tədqiqat institutları və xəstəxanalarda tətbiq edilib. Elastiklik ilə bağlı qeyd etmək istədiyimiz nüans mövcud vasitələri mövcud təcrübəyə adaptasiya etməkdir. Etik dilemma Bu psixi sağlamlıq xidmətlərinin ayrılmaz və ayrılmayacaq bir parçasıdır bəzən iki etik prinsip sanki bir-birinə zidd gedir kimi görünə bilər, bu çox normaldır. Etik dilemma ilə bağlı nəzərdə saxlanmalı olan məqamlar bunlardır: • Bir prinsipin təmin olunmaması başqa bir etik prinsipi təmin etmək olmalıdır. Məsələn: Məxfilik pozulur ona görə ki, Zərərdən yayınmağa ehtiyac var və Ədalətlilik təmin olunmalıdır. • Faydalılıq varmı sualı verilməlidir. • Zərər minimum səviyyədədirmi araşdırılmalıdır • Məqsəd kimi qarşıya qoyulana nail olmaq ehtimalı yüksək olmalıdır • Qərar (etik prinsipin hansısa birindən azad davranmaq) tərəfsiz olmalıdır. Gəlin 3 vəziyyətdə etik məsələlərə nəzər salaq. Vəziyyət 1. Faydalılıq və Şəffaflıq toqquşması Cənab D. 37 yaşında kişidir, illər əvvəl hərbi xidmətdə olduğu döyüş mövqeyinə basqın edilir, şəxs mövqedə sağ qalanlardan biri olur. Bir müddət sonra şəxsdə sinə sıxılmaları, yadlaşma (özünə yadlaşma və ətrafa yadlaşma), tez-tez kabus yuxular, təşviş və vahimə hissi müşahidə olunur, şəxs bəzən hadisəyə dair çox şeyi xatırlamadığını deyir, lakin eyni zamanda mütəmadi olaraq hadisəyə dair səhnələrin yenidən zehnində canlandığını deyir, xüsusilə döyüş postundakı bəzi ərazilərdə olmaqdan yayınır. Şəxsə hələ o dövr Post-travmatik Stress Pozuntusu diaqnozu qoyulur. Ordudan tərxis olduqdan sonra D müalicəyə davam etmir, uzun illərdir mütəmadi olaraq alkoqollu içki qəbul edir. Faydalılıq burada psixoterapiya bildiklərimizə müvafiq müdaxiləni tələb edir və ola bilsin ki, Səriştəlilik və Uyğunluq da təmin edilir, lakin burada əsas məqam ondan ibarətdir ki, Post-travmatik Stress Pozuntusunda ilk müdaxilə işlənməmiş olan travmatik təcrübəyə olmalıdır və bu ən azından 4-8 seansı əhatə edəcək, bu səbəbdən şəxsin təxliyə edildiyi xəstəxanada yardım alması daha dürüst bir yanaşma ola bilər, çünki böhran sahəsində həftəlik və nizamlı müdaxilə heç də hər zaman mümkün deyil və bəzən Həmrəylik prinsipi bizi başqa təlimatları icra etməyə sövq edə bilər. Vəziyyət 2. Həmrəylik və Səriştəlilik Cənab K. 28 yaşında gizirdir, sonuncu antiterror əməliyyatları zamanı yaralanaraq xəstəxanaya təxliyə edilib, xəstəxananın psixoloqu baş həkimdən prosesə daxil olmaq və qazilər, o cümlədən cənab K ilə görüşmək barədə təlimat alıb. Şəxsdə ön planda olan emosiya “Dostlarını xilas edə bilməmək” inancı ilə özünü göstərən xəcalət və günahkarlıq hissidir. Bundan başqa şəxsin zərərsizləşdirdiyi düşmən hərbçisi ölmədən əvvəl ona əslində təslim olmaq istədiyini və övladları olduğunu deyib, şəxs bu kadrı xatırlayanda peşmanlıq hissinə bürünür, xəstəxananın psixoloqu əsasən qorxu ailəsinə aid emosiyaları işləməkdə effektiv olan Uzunmüddətli Məruz Qoyma Terapiyası üzrə treninq keçib. Lakin o fərqindədir ki, belə situasiyalarda daha uğurlu yol Koqnitiv İşlənmə Terapiyasıdır. Belə olan halda Həmrəylik prinsipinə qarşı Zərərdən yayınma, Uyğunluq və Səriştəlilik prinsiplərini əldə əsas tutan mütəxəssis yönləndirmə həyata keçirilməsini rəhbərlikdən istəməlidir. Vəziyyət 3. Məxfilik və Ədalətlilik Xanım A. 20 yaşında qadındır, zəlzələdən xilas edildikdən sonra Post-travmatik Stress Pozuntusu simptomları ilə səhra tibb məntəqəsinə müraciət edib. Şəxsə Kəskin Stress Pozuntusu diaqnozu təyin olunub və psixoloqa yönləndirmə həyata keçiriləcəyi deyilib. Böhran sahəsindən təxliyədən sonra A xəstəxananın mütəxəssisi ilə görüşüb, burada əslində ardıcıllıq izlənsin deyə şəxsin detallı anamnezi alınır və bu əsnada müəyyən olunur ki, A qonşuluğunda yaşayan Y tərəfindən 15 yaşında cinsi zorakılığa məruz qalıb. Y sağdır və həyatına davam edir, A evlidir və Y-nı görmək qorxusu səbəbi ilə ata, anasının evinə nadir hallarda gedir. Məxfilik bizə deyir ki, hekayəni gizli saxlamaq lazımdır. Amma biz bir ölkənin vətəndaşıyıq və hər kəs kimi qanun qarşısında məsuliyyət daşıyırıq. Azərbaycan Respublikası prezidentinin 22 oktyabr 2019 – cu il təsdiqinə əsasən 2007 – ci ilin 25 oktyabrında Lansarotedə imzalanan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan qorunması haqqında” Avropa Şurasının Konvensiyasına əməl etmək ilə mükəlləfik. Həmin konvensiya psixi sağlamlıq mütəxəssisləri kimi səhiyyə və təhsil işçilərini də başlıca olaraq bu hüquqları müdafiə etməkdə səfərbər olmağa çağırır. Bu səbəbdən belə hallarda qanun və beynəlxalq hüquq qarşısındakı mükəlləfiyyəti yerinə yetirmək daha çox ön planda durur. Unutmaq lazım deyil ki, ədalət mülkün təməlidir və onun öz yerini tapmasına xidmət hamımızın vəzifə öhdəliyidir. Mənim 2 aya yaza bildiyim və böyük ehtimalla bir neçə dəqiqəyə oxunula bilən bu mətndə də öz işimizi nizamlayan prinsiplərdən danışdım, dönə-dönə xatırlatmaqda fayda vardır, bu prinsiplərə bağlılıq Mütəxəsis və benefsiarı qoruyur, prosesin hüquqi, struktur və münasibət ilə bağlı sərhədlərini nizamlayır, nizamın olmadığı yerdə təəssüf ki, göz yaşı hakim olur. Nəsimi Qiyasov Bərdə, 20.11.2023

Dezinformasiyaların kütləyə psixoloji təsiri.

      Müasir dövrümüzdə sosial şəbəkələr "paralel dövlət" adlandırılır. Yəni 21-ci əsrdə sosial şəbəkələr vasitəsi ilə kütlələrə çox ciddi şəkildə təsir etmək olur. Günümüzdə dezinformasiyalar əksəriyyət etibarı ilə ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları tərəfindən düşünülərək hazırlanır. Yanlış informasiya bəzən "dezinformasiya", bəzən isə "manipulyasiya" adlandırılır.       Müsir dövrümüzdə adətən dezinformasiyalar kütlə üzərində panika, aqressiya və qorxu yaymaq üçün istifadə olunur.Müharibə vaxtı isə dövlətlər adətən dezinformasiya yaymaqla qarşı tərəfin ordusunun əzmini qırmağa və ruh düşgünlüyü yaratmağa çalışır.  Dezinformasiyalar nəticəsində cəmiyyətdə insanlar depressiyaya və panikaya düşə bilər. Həmçinin dezinformasiyalar nəticəsində təşkilatlanmamış cəmiyyətlər öz ölkələrini bilmədən çıxılmaz xaosa və ya vətəndaş müharibəsinə də soxa bilər. Məsələn: 2011-ci ildə Tunisdə sosial şəbəkələr vasitəsi ilə  başladılan dırnaqarası "Ərəb bahar" adlandırılan qanlı inqilablar bir sıra Ərəb dövlətinin dövlət kimi məhv olmasına səbəb oldu. Bütün bu inqilabların pərdə arxasına baxsaq görərik ki, bu inqilabların bu cür şəkildə faciə ilə nəticələnməsinə səbəb təşkilatlanmamış xalqın kor-koranə sosial şəbəkələr üzərindən özləri də bilmədən xarici xüsusi xidmət orqanları tərəfindən dezinformasiyalar nəticəsində öz milli hökumətlərinə qarşı üsyan etməsi olmuşdur.         Qeyd etmək lazımdır ki, zaman-zaman Azərbaycanı istəməyən bəzi xarici qüvvələr də Azərbaycan  xalqının psixologiyasını bilərək qəsdlə və məqsədli şəkildə dezinformasiyalar yaymağa çalışıblar. Lakin Azərbaycan dövlətinin hüquq-mühafizə və kəşfiyyat orqanlarının ayıqlığı nəticəsində bu dezinformasiyalar vaxtında aşkarlanmış, adekvat tədbirlər görülmüş, cəmiyyətin psixologiyasına mənfi təsir göstərməyə çalışan faktlar dərhal aradan qaldırılmışdır. 

Parentifikasiya

Parentifikasiya uşaqların və valideynlərin, sanki bir birilərinin  yerlərini  dəyişməsi deməkdir. Uşaq özüdə bunu istəmədən və anlamadan böyüklərin mövqeyini tutur və yaşına görə qeyri-adi problemləri həll etmək məcburiyyətində qalır.Bununla belə, valideynlik sadəcə valideynin öz rolunu yerinə yetirməməsi səbəbindən baş verə bilər. Deyək ki, o, duyğularını necə ifadə edib  edəcəyini bilmir onları uşağa yansıtır.Sonra o, məcbur olur ki, əvvəlcə böyüklərin sakitləşməsinə kömək etsin, sonra isə özünə qulluq etsin. İstər ana, istərsə də ata uşaqla bərabər əsasda hər şeyi müzakirə edir və ondan məsləhət istəyir. Baxmayaraq ki, övladı, yaşına görə bu barədə düşünə bilməz və düşünməməlidir. Bir qayda olaraq, böyüklər ailə rollarında çaşqınlıq yaradır, psixoloji travmalarını, zehni və ya fiziki çatışmazlıqlarını kompensasiya etməyə çalışırlar. Uşaq məmnuniyyətlə dəyər verdiyi və sevdiyi rolu oynamağa başlayır, çünki şüuraltı olaraq onun üçün yaşamaq məsələsidir - anasının gözləntilərini qarşılamaq. Parentifikasiya hər zaman çox  travmatikdir. Uşaqda həddindən artıq məsuliyyət səbəbindən narahatlıq,təşviş pozuntusu  və depressiya yarana bilər. Uşaqlıqdakı sakitlikdən həzz almaq, dünyanı araşdırmaq, istəklərini həyata keçirməyi öyrənmək əvəzinə, uşaq böyük bir məsuliyyət yükü daşımaq məcburiyyətində qalır.Daim digər ailə üzvlərinin ehtiyaclarını birinci yerə qoyan və böyüklərin problemlərini həll edən uşaq uşaqlığın bütün üstünlüklərini itirir. Böyüdükcə həyatdan həzz almaq, özünü dərk etmək qabiliyyətini - istəklərini, duyğularını, ehtiyaclarını itirir.Valdeyn ifantil vəziyyətdə qalmaqla öz şəxsi problemlərinin  öhdəsindən gəlməyi öyrənmir. Beləliklə,onda  hər hansı bir böhran vəziyyəti yarandıqda psixi problemlərin inkişafına səbəb olan ağır stress ilə üzləşir. Bu vəziyyətdə olan övlad nə etməli?Bu halda övlad öz uşaqlıq illlərini doya-doya yaşaya bilmir.Valideynlərin mübahisələrini şahidi və hətta mediator rolunu oynamaqdadır.Gələcəkdə bu tip uşaqlar da böyüdükdə özgüvən problemləri və şəxsi problemlər yarana bilərƏvvəla, valideynlik travmasının böyüklər həyatınıza hansı nəticələri gətirdiyini başa düşmək vacibdir. Daim öz arzularınızı və ehtiyaclarınızı boğaraq ana və atanızı sevindirməyə davam etdiyinizdən danışırıqsa, o zaman şəxsi sərhədlərinizi gücləndirmək üzərində işləməli, yox deməyi öyrənməli və günahkarlıq hissini buraxmalısınız. Bu məsələləri fərdi psixoterapiyada müzakirə etmək daha yaxşı olardı. Psixoloq sizə valideynləriniz ilə necə ünsiyyət qurmağı,şəxsi sərhədlərinizi necə nizamlamağı və onlar ilə necə davranmalı olmağınız barədə söhbətə hazırlaşmağa kömək edəcək. Müəllif: Psixoloq Nigar Cəbrayıl

Hiperaktivlik nədir və hiperaktiv uşaqlarla necə davranılmalıdır?

Müasir dövrümüzdə  uşaqlarda  çox rast gəlinir. Hansı ki bu problem daha çox valideynləri narahat edir və təşvişə salır.  Hiperaktivlik əlamətləri: Y  Aqressivlik Y Narahatlıq Y Boş- boşuna vurnuxma Y Diqqət əksikliyi Y Tez-tez əşyalarını itirmə Y impulsivlik Normal olaraq , beynimizdə  bu sual canlanır.Bu qədər sıxlıqla müşahidə  edilən  hiperaktivliyin səbəbləri nələrdir? Araşdırmalara əsasən, hiperaktiv  övladı olan anaların çoxu hamiləlik dönəmində  toksikozdan, yüksək təzyiqdən əziyyət çəkirlər. Uşaqlarda  bu cür  yüksək aktivlik ən çox 3 yaşından  başlayır. Əgər  bu cür  uşaqlarda əvvəlcədən mütəxəssis yardımı  alınmazsa ,yeniyetməlik  çağlarında qaydalara tabe olmaq istəməməsi  və  digər zərərli  vərdişlər  rast  gəlinə  bilər.  Hiperaktiv  uşaqlar  əksərən parıldayan nəsnələrə daha maraqlı  olurlar. Onlar  eyni  vaxtda  hər  şeylə  məşğul  olmaq  istəyir, qayda- qanunlara  tabe olmur,  dəcəlliklər və diqqət  əksikliyi  də  müşahidə  olunur. Hiperaktiv uşaqlar bir sıra  müsbət  xüsusiyyətlərə də malikdirlər. Ünsiyyətə  meyilli olurlar və  hər hansı  bir şeydən dərhal  ilhamlana  bilirlər, yardımsevər xarakterə  malik olurlar. Bunlara baxmayaraq , onlar özlərini ifadə edə  bilməkdə və dost qazanmaqda çətinlik yaşayırlar.Bu çətinlik  məktəbdə  konsentrasiya problemi olaraq özünü  göstərir. Hiperaktivliyi  müəyyən  etmək  üşün xüsusi  test  yoxdur . Valideynlər bir neçə  qaydalara  riayət  etməklə  əlamətləri müəyyən dərəcədə  korreksiya  edə  bilərlər. Lakin psixoloq yardımı  mütləqdir. Valideynlərə  məsləhət 1) Uşağınızın  uğurlarını   vurğulayın,  faydalı  davranışlarına görə  onları  tərifləyin. 2) Uşağa  icazə  verin ki, öz  enerjisini  faydalı  və  səmərəli  işlərə  sərf  etsin.Məsələn: idman hərkətləri,  təmiz havada  gəzinti və s. 3) Evdə  gündəlik işlərin planını  tutun.  Ev işləri, qida  qəbulu, yatmaq,  təmiz havada  gəzinti  bu  cədvələ  uyğun olsun 4) Övladınız oyun  oynadığı zaman  onun oyun yoldaşı  olsun  və ən əsası  narahat,səs-küylü , dalaşqan  uşaqlardan qaçsın. 5) Yox, olmaz sözlərini bacardıqca  təkrar  etməyin. 6) Uşağınız hər nə  qədər  dəcəl, hiperaktiv olsa belə, onlarla  sakit , təmkinlə danışın. Uşaqlar  bizim gələcəyimizdir. Gələcəyimizi məhz biz öz əldə etdiyimiz nəticələrlə dəyişə bilərik. Uşaqlar xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı, gələcəyimiz və ilahi əmanətdir.. Yazar : Psixoloq Aysu Əliyeva

Yuxu pozuntuları və Davranışçı Terapiya

Stimula nəzarət metodikası Stimula nəzarət Botzin tərəfindən 1972-ci ildə, İnsomnia üçün inkişaf etdirilən terapevtik texnikadır. Bu strukturlaşmış yanaşmanın əsas hədəflərindən biri yataq otağı, yataq və yuxu arasında qopan əlaqələri bərpa etməkdirsə, digər hədəfi isə yataq otağı, yataq və oyaqlıq arasındakı mövcud bağı qoparmaqdır. Bu yazını 2024 – cü ildə yazıram və 1 il öncə çap olunan ədəbiyyatların da dəstəyini alaraq deyə bilərəm ki, haqqında bəhs etdiyim müdaxilə metodikası inkişaf etdirilməsindən 52 il keçməyinə rəğmən hələ də həm yuxuya getmə çətinliyi, həm də yuxuda qala bilmə ilə bağlı çətinliklərə müdaxilə üçün birinci seçim yanaşmadır. Bir digər tərəfdən mən yuxusuzluq ilə bağlı yuxu məhdudlaşdırılması proqramı barədə də danışmaq istəmişdim əslində, sadəcə bu protokolu dərindən araşdırmaq məni qorxutmuşdu. Çünki o protokol Post-travmatik stress pozuntusu, panik pozuntu, bipolar affektiv pozuntu kimi diaqnozlardan birini almış şəxslər üçün tədbiqi zərərli ola biləcək bir metoddan bəhs edir. Müdaxilə addımları bundan ibarətdir: A. Yatmaq məqsədi ilə və yalnız yatmaq üzrəykən yataq otağına keçmək və çarpayıya uzanmaq lazımdır. Xüsusilə bəzi şəxslərdə yatmaq üçün göstərici yuxululuq hissi deyil, saatdır. Yəni onlar sanki bir standart müəyyən edirlər ki, filan saatda artıq yataqda olmalıdırlar, əks halda isə sabah yorğun və halsız olacaqlar. Belə hal yuxu və yuxusuzluq barədə nigaranlıq fikirləri, yuxuya gedə bilməmək və zəif performans ilə bağlı fikirlər isə təşvişi ortaya çıxara bilir, təşvişin somatik simptomları gərginliyi və oyanıqlığı aktiv saxladıqca isə yuxuya getmək mümkün olmur. B. Yataq və ya yataq otağından cinsi əlaqə və yuxudan başqa heç bir fəaliyyət üçün istifadə etməyin, yəni televizor izləmək, dərdləşmək, oyun oynamaq, mesajlaşmaq, kitab oxumaq üçün divan, kreslo, masa arxasında oturmaq olar. Amma yataq otağı və yataq bunun üçün deyil. C. Yataqda olduğunuz halda 15-20 dəqiqə ərzində yuxuya gedə bilməmisinizsə qalxın və yataq otağını tərk edin, yataq otağına növbəti dəfə yuxunuz gələndə yenidən qayıdın, yox əgər yenidən 15 – 20 dəqiqə ərzində yata bilməsəniz yenidən yatağı və yataq otağını tərk edin. Bunu yuxuya gedənə və ya sonrakı bəndlərdə bəhs edəcəyimiz kimi oyaümumiyyətlə yaxşı olar ki, yatağınızı Azərbaycan televiziya tamaşasında qeyd edildiyi kimi ayrı yaşamağınızın mümkün olmadığı biri ilə paylaşınma vaxtınıza qədər təkrar edə bilərsiniz. D. Televizor qarşısında, mənim etdiyim kimi soba kənarında, divan və ya kresloda yatmayın. Hörmətli oxucular, seriallardakı aktyor və aktrisaları rol-model alaraq partnyorunuz ilə küsəndə tərəflərin birinin yorğan və yastığını götürüb divan və ya kresloda yatmağını da istəməyin. Yataqdan kənarda keçən vaxtı oyaq olmağa aid işlərlə keçirin. E. Həftənin hər günü, şənbə və bazar, bayram günləri, məzuniyyət və tətillər daxil eyni saatda oyanmağa çalışın. Bu bioloji zəngli saat əhəmiyyəti daşıyır. F. Yuxarıda deyək ki, bir saat qeyd etdiniz, məsələn 07:00, əgər gecə boyu, deyək ki, 5-ə qədər yuxuya gedə bilmədiniz eyni zamanda, günə erkən başlamağa çalışmayın, ən azından 06:00 – a qədər olan vaxtı C bəndində qeyd ediləni təkrarlamağa çalışın. Unutmaq lazım deyil ki, 30-40 dəqiqəlik yuxu belə bizim üçün gün ərzində daha enerjili olmaq deməkdir. G. Deyək ki, gəldi səhər 7 oldu və o saata qədər 1 saat belə yuxuda ola bilmədiniz. Belə olan halda gün içində, hansısa fürsətdə, yuxunuz çox gəlsə belə yatmamağa çalışın. Niyə? Çünki əks halda sizə axşam lazım olacaq yuxu istəyini söndürə, azalda və gecə yuxuya getmək ilə bağlı çətinlik yaşaya bilərsiniz. Ən pisi isə bu davranış “gecə yatmasam belə gündüz mügüləyib gözümün yorğunluğunu ala bilərəm” kimisindən bir inancı möhkəmlədə bilər. Nəsimi Qiyasov  Bərdə, 2024

Qorxu, təşviş və uşaq...

Qorxu yaşamın təbii bir hissəsi olub,qəzəb,sevinc və ya məyusluq kimi bir duyğudur. Qorxu insanların görünən və görünməyən təhlükələr qarşısında verdiyi reaksiya şəklidir. Əslində hər qorxu özümüzümüdafiə mexanizmamızı işə salır və təhlükəli durum qarşısında özümüzü qorumağımıza yardım edir. Uşaqların qorxuları yaş dövrlərinə görə fərqlənir. Daha azyaşlı dönəmdə qorxuların səbəbi yüksək səs olduğu halda,uşaqların yaşı artdıqca mücərrəd varlıqlardan qorxmağa başlayırlar. Uşaqlar nədən qorxar? 2 yaş: Ən çox səslərlə əlaqəli qorxular üstünlük təşkil edir.Xüsusilə qatar,kamaz,şimşək səsi,tozsoranın,hava feninin səsi...Qaranlıq,böyük əşyalardan da qorxu halları bu yaşda görülə bilər. 2,5 yaş: Oyuncağın və ya çarpayının yerinin dəyişdirilməsi,uşaq yuxuya keçdikdən sonra anasının yanından ayrılması,uşağın vərdişlərindən fərqli edilən davranışlar uşağı qorxuda bilər. 3 yaş:Ən çox vizual qorxular;qaranlıq,heyvan,polis,ana və atanın gecə küçəyə çıxması və s. 4 yaş: Səslərlə əlaqəli qorxular; xüsusilə motor gurultusu. Eyni zamanda vəhşi heyvanlar, ananın evdən getməsi,qaranlıqdan qorxma halları da müşahidə edilir. 5 yaş: Çox da qorxulu bir yaş deyil. Daha çox görsəl qorxular görülür. Əlavə olaraq ,yıxılmaq,zədələnməkdən qorxmaq halları da müşahidə edə bilərik. 6 yaş:Ruh,cadı kimi mücərrəd gözlə görünməsi mümkün olmayan varlıqlardan qorxmağa başlayarlar.Və bu qorxular uşaqda çarpayının altında həmin varlıqların gizləndiyi düşüncəsini yaradır. 7 yaş:Qaranlıq,zirzəmi qorxusu...Kölgələri ruh,cadı kimi qavramaq halları görülür.Uşaq oxuduqlarından,televizorda gördüklərindən hədsiz təsirlənib təşviş keçirə bilir. 8-9 yaş:Təşviş və qorxular daha azdır. Daha çox sosial status və kimliyi ilə bağlı narahatlıqlar görə bilərik. Məsələn: bir işi edə bilməmək,məktəbdə uğursuzluq yaşamaq, insanlar içərisində pərt olmaq kimi. Övladlarımızın qorxuları ilə mübarizə apara bilməsi üçün yollar: 1) Qorxunu rədd etməyin,qəbul edin. Uşağınızın qorxusu haqqında nə düşünürsünüz düşünün,bu duyğu onlar üçün gerçıkdir və sizin də onları anladığınızı bilmək istəyərlər.Onlara mövzu haqqında danışmaq fürsəti verin,həqiqətən anladığınızı göstərin . Yardım edə  bilməyiniz üçün ilkin mərhələ övladınızın qorxusunun olduğunu qəbul etməkdir. 2)Öz qorxularınızı onlara ötürməyin. Çox ailələrdə görülən davranışlardan biri də uşağın ana,atanı model aldığı üçün onun qorxu və duyğularının təsiri altına düşməkdir.Belə hallarda qorxularınız haqqında onlarla danışın,sizin də insan olduğunuzu və sizin də hamı kimi qorxularınızın ola biləcəyini izah edin.Qorxu ilə necə mübarizə apardığınızı,üstəsindən gəlmək üçün onlara istiqamət verin. 3) Hansısa qorxuya qalib gəldikləri pozitiv xatirələri danışın. Övladınıza əvvəlcə sınamaqdan qorxduğu, amma sonra etməkdən zövq aldığı situasiyanı xatırlamaq , öz bacarıqları haqqında özgüvənin qalxmasına səbəb olacaqdır. 4) Onları başqaları ilə müqayisə etməkdən uzaq durun. Müqayisə edilmək uşaqda yetərsizlik duyğusuna səbəb olacaqdır. Eyni zamanda müqayisə olunana qarşı nifrət,qəzəb və kinin yaranması ilə nəticələnəcək. 5)Qorxularına qalib gəlməsi üçün nağıl terapiyasndan-uşaq hekayələrindən istifadə edin. Xüsusilə övladınızın qorxusu ilə eyni qorxudan əziyyət çəkən personaj və bənzər sujet xətli hekayə seçin.Belə ki. uşaq  qorxusuna qalib gələn personajla özünü eyniləşdirir və qorxusuna qalib gəlmək üçün cəsarətlənir. 6)Bir qorxu ilə üzləşmənin necə kiçik addımlarla edilə biləcəyini göstərin. Kiçik etaplarla qorxunun üzərinə gedərək qalib ola biləcəyini öyrədin. 7) Relaksasiya texnikalarından istifadə edin. Rahatladıcı musiqi, nəfəs texnikaları uşaqdaki gərginliyi aradan qaldıracaqdır. 8)Tək olmadıqlarını davamlı xatırladın. Nə olursa olsun,hər zaman onların yanında olacağınızı bildikləri üçün özlərini güvəndə hiss edəcəklər. Unutmamalı ki, qorxu duyğusunu uşaq fərqində olmadan yaşayır və bu dönəmdə önəmli olan ona göstərilən anlayış,sevgi və qayğıdır. Psixoloq Aysu Əliyeva

6-12 yaşlı şagirdlərdə uğursuzluq hissinin ortaya çıxmasina şərait yaradan müəllim davranışları

Müəllim şəxsiyyəti uşağın hiss və iradəsinin inkişafına,onun həyatına əsaslı təsir göstərir. Müəllimin şəxsiyyəti təkcə dərs dediyi müddətdə də bəzən həmin şagirdlərin şəxsiyyətinə müsbət təsir göstərir, ona təkan verir. Müəllim təvazökar və özünə qarşı tələbkar olmalıdır. Müəllim şagirdlərini həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları ilə tanış olmalıdır. Təhsil müəssisəsində müəllim uşaqların psixi və somatik sağlamlığına təsir göstərən əsas fiqurlardan biri, bəlkə də birincisidir. Təhsildə sağlam mühitin yaradılmasında müəllimin həm dərs zamanı, həm də dərsdən əlavə fəaliyyət zamanı şagirdləri ilə konstruktiv qarşılıqlı əlaqələr qurmaq bacarığı əsas rol oynayır. Uşaq məktəb dönəmində ailəsindən daha çox müəllimini görür. Müəllimini sevməyən bir uşağın məktəbi sevməsi qeyri-mümkündür. Burada müəllimlərin üzərinə böyük bir məsuliyyət düşür. Hər bir uşaqla fərdi şəkildə məşğul olmalı, hər birinin probleminə fərqli yanaşmağı bacarmalı və həll yolları taparaq heç bir şagirdi özündən uzaqlaşdırmamalıdır. Bu səbəbdən şagirdlə müəllim arasındakı münasibətlər uşaqlarda hərtərəfli inkişafa və dəyişikliklərə gətirib çıxarır.O müəllimlər ki,uşaqları valideynlərininə görə qiymətləndirir və uşağın özünü şəxsiyyət olaraq qəbul etmir,ayrıca bir fərd kimi yanaşmır,valideynlərinin sasial statusuna və yaxud valideynlərinin təhsilinə görə qiymətləndirir bu uşaqlarda uğursuzluq hissi yarada bilir.Müəllimin etdiyi haqsızlıqlarda uşaqlarda uğursuzluq hissini yarada bilər, yəni özünün daha yaxşı cavab verdiyi halda onu qiymətləndirmədən və ya dərs soruşmadan başqası daha zəif cavab verdiyi halda onu tərifləməsi,o qədərdə mükəmməl öyrənməyə gərək yoxdu duyğusu yarada bilər buda uğursuzluğa gətirib çıxara bilər. Məktəb emosional və sosial inkişafa və xarakterin formalaşmasına nail olmaq üçün unikal bir mühitdir. Öz müəllimlərinin rəhbərliyi altında olan uşaqlar ədalətli olmağı, fərdi fərqlərə hörmət etməyi, dostları ilə münasibətlər zamanı dürüst olmağı öyrənirlər. Qeyd edə bilərik ki, effektiv bir müəllim uşaqlarda vicdan hissini inkişaf etdirərək, bununla da cəmiyyətə xeyirxah insanlar bəxş etmiş olur. Müəllim təkidli olmalıdır. Təkidlilik təkcə müəllimin şagirdlərə qarşı tələbkar olması, ona nəzarət etməsi üçün deyildir. Bu keyfiyyət eyni zamanda müəllimin öz pedaqoji fəaliyyətini icra edərkən qarşıya çıxan ciddi çətinlik və maneələri aradan qaldırması, fasiləsiz olaraq öz üzərində işləməsi, öz ixtisasının artırması üçün də zəruridir. Təhsil müəssisələrində müəllim tərəfindən edilən psixoloji zorakılıq faktlarının müxtəlif formalarına rast gəlinir. Məsələn: şagirdə hədsiz tələblər qoymaq, yaşa uyğun olmayan münasibət göstərmək, şagirdi təhqir etmək və ləyaqətini alçaltmaq, açıq-aşkar mənfi münasibət göstərmək, şagirdin varlığını və dəyərini qəbuletməmək, şəxsin faydasız olduğunu sözlə bildirmək, onun duyğularını və düşüncələrini dəyərsiz saymaq, ələ salmaq, ad qoymaq, təqlid edərək ələ salmaq kimi insanın şəxsiyyətini, etibarını və dəyərini ləkələyəcək davranışlara yol vermək, qorxu yaratmaq və s. Müəllimin şagirdə qarşı etdiyi kinayə, istehza, rişxənd, şəxsiyyətin alçaldılması kimi psixoloji zorakılıq şagirdin səhhətində funksional dəyişikliklərə və məktəbdən uzaqlaşmasına səbəb olur. Çoxsaylı alimlərin araşdırmaları göstərib ki, müəllimlərin zorakılıq hərəkətlərinə məruz qalan ibtidai sinif şagirdləri bacarıqlarını daha az göstərirlər və onların sosial səriştəliliyi aşağı olur. Belə zorakılıq uşaqlarda çoxlu problemlər yaradır: aqressiya, natamamlıq kompleksi, qeyri-qənaətbəxş olma hissi, stress və s. Zorakılığın mənbəyini sevmək, sahiblənmək, qorumağın "Sənin yaxşılığını istədiyim üçün bunu edirəm", "Səni sevirəm ona görə" əksinə olaraq, güc və nəzarət etmə istəyi təşkil edir. Zorakılıq edən insanın yeganə məqsədi qarşısındakına nəzarət etməklə özünü "güclü" hiss etməkdir. Nəzarət etdiyi şəxs onun üçün sadəcə bir "obyekt"dir. Psixoloji zorakılıq insanın "mənlik şüuru"nu, özünə olan hörmətini və sevgisini, özünü düzgün qavramasını ciddi şəkildə təxribata məruz qoyur. Zorakılıq edilən şəxs özünü dəyərsiz və ümidsiz hiss edir. Qorxu və narahatlıq içində getdikcə daha çox özünə qapanmağa başlayır. Bu vəziyyəti müşayiət edən utanc və günahkarlıq duyğuları isə insanın özünü ətrafından təcrid etməsinə, tənhalığa və ümidsizliyə səbəb olur. Psixoloji zorakılıq uşaqların təfəkkür, yaddaş, qavrama, diqqət, təxəyyül kimi idrak proseslərinə, həmçinin sosial və əxlaqi dəyərlərinin düzgün formalaşmasına mənfi təsir göstərir. Bu vəziyyət isə zehni qabiliyyət və məktəb uğurunun azalmasına səbəb olur. Müəllim tərəfindən psixoloji zorakılığa məruz qalan şagirdin bu vəziyyəti yaxınları ilə bölüşməməsi və ya həyatın reallığı kimi qəbul etməsi bu məsələ ilə bağlı problemlərin mühüm bir hissəsini təşkil edir. Psixoloji zorakılıq nəticəsində zorakılığa məruz qalan uşaq özünə qapanır və depressiyaya meyillilik artır. Psixoloji zorakılıq edən müəllim çox vaxt problemə məhəl qoymur və belə hesab edir ki, uşağa fiziki zorakılıq psixoloji zorakılıqdan daha çox zərər vurur. Faktlar onu göstərir ki, tez-tez təkrarlanan psixoloji zorakılıq formaları yetkinlik yaşına çatmayan şəxsin psixikasını tədricən zəiflədir. Müəllim tərəfindən edilən psixoloji zorakılıq faktlarının azaldılması üçün məktəbdə psixoloji işin düzgün təşkil olunması və psixoloqun müəllimlərlə işləməsi vacibdir. Məktəb psixoloqu "psixoloji zorakılıq" mövzusunda müəllim və şagirdləri məlumatlandırmalıdır. Əgər uşaq müəllimin ona qarşı qərəzli münasibətinin olduğunu bildirirsə, ona dəstək olmaq və situasiyadan çıxmaq üçün ona kömək etmək lazımdır. "Müəllim həmişə haqlıdır" fikri yersizdir. Müəllim dərs müddətində şagirdlərə fiziki fəallıq üçün şərait yaratmalıdır. Bu, zehni yorğunluğu aradan qaldırır, diqqətin yenidən dərsə mərkəzləşməsinə kömək edir və nəticədə müəllimin şagirdi intizama dəvət etməsinə ehtiyac qalmır. 6-12 yaş zamanı şagird kənar şeylərdən uzaqlaşaraq lazımı məsələlərə yönəlməyi öyrənir. Öz diqqət və qavrayışını idarə etməyi bacarır. 6-12 yaş aralığında olan uşaqlar ana-atasından başqa şəxslərin də bəyəniləcək tərəflərini görməyə başlayır. Uşaq çevrəsi tərəfindən dəstəklənirsə, özünə güvən artır, daha çox çalışmağa can atır. Başqaları tərəfindən özünə qarşı diqqət və dəyər verilməsini gözləyir. Daha çox öz cinslərindən olanlarla yaxın münasibət qururlar. Onlar üçün böyüklərdən çox öz yaşıdlarının dediyi fikirlər maraqlıdır. Rəqabət və iş birliyi qurmaqdan xoşları gəlir.Müəllimlərin bütün uşaqlara bərabər davranılmasını istəyirlər. Müəllimin şagirddə müsbət tərəflərini göstərəndə,mənfi cəhətlərinidə göstərməlidir.O uşaq uğursuz olur ki,müəllim onun sehv etdiyini ona daha asan dildə anlatmır.Səhvin normal olduğunu ona anlatmalıdır.Onun səhvlərini anormal qarşılamamalı,heçkimlə də müqayisəyə çekməməlidir.Əslində səhv eləyə bilməkdə bir hüquqdur bir haqqdır.Səhvi normal qəbul edə bilməsi üçün,normal olduğunu qəbul etməsini aşılamalıdır.(Uşaq isə:Bəli mən düz yazmağı çalışmalıyam ama səhv elədim nə olsun gələn dəfə düz yazacam) deməyi bacarmalıdır.Şagirdə səhv edə bilər,gec yaza bilər,ama öyrənməyə gəlib,öyrənməlidir.Bunu müəllim aşılamalıdı uşaqlara.Hərkəsi öz ampulasında öyrədə bilməlidir,uşağdan bacarmadığının artığını tələb edən də uğursuzluğa yol aça bilir.Müəllim ilk növbədə şagirdin potensialını görə bilməlidir və onun potensialındakıları ona etdirməli, etdikdən sonra ona “afərin” deyib addımlamalıdır.Bir şagird bir tapşırığı edibsə digər şagirddə etməlidir deməməlidir. Elə bir sistem yaratmalıdır ki,uşaqlar arasında fərq yaratmamalıdır.Bir şagirdin yaxşı etdiyi tapşırığı digər şagird zəif esibsə,yaxşı olanın qiymətini yazıb,digərini motivasiya etməyi bacarmalı,nəzarətdə saxlamalıdır.O andaca qiymətini yazıb ötürməməlidir.Ona hərkəsin potensialının fərqli olduğunu,lakin uğur qazanmaq üçün cəhd etməli olduğnu ,lakin hansı sürətdə cəhd etməli olduğnu deyil,arası kəsilmədən cəht etməyin lazım gəldiyinu anlatmalıdır.Əyər belə olmasa fərq qoysa bu uşaqları uğursuzluğa apara bilər.Şagirdin diqqətini müəllim həyata, işə pozitiv münasibəti, peşəkarlığı ilə cəlb edə bilməzsə bu, şagirddə müəllimə, fənnə qarşı laqeydlik yarada bilər və şagird müəllimi, onun fənnini sevməz. Belə halların olmaması üçün həmin şagirdlə müəllim arasında saziş bağlanması kimi iş üsulundan istifadə edir və bu, təcrübədə yaxşı nəticə verir. Bu sazişdə şagirdin dərslə, davranışla bağlı öhdəlikləri öz əksin tapır. Burada habelə hər hansı bir davranış pozuntusu ilə bağlı şagirdə veriləcək "cəza" da müəyyənləşdirilir. Sazişi şagird və müəllim imzalayırlar. "Saziş də şagird söz verir ki, dərslərə gecikməyəcək, dərsdə yoldaşlarının fikrini yayındırmağa cəhd etməyəcək, kobudluğa yol verməyəcək və s.Müəllim hərkəsdə mənfi cəhət ola bilməsi anlayışını qəbul etdirməli,hər kəsə ayrı-ayrılıqda bir fərd kimi anlamalı,bir- birilərinidə fərd kimi yanaşmağı öyrətməlidir.Əslində uğur ozaman yaranır.  Uşağın uğura və ya uğursuzluğa getməsi müəllimdən asılı olduğu qədər valideyndən də asılıdır. Uğur anlayışı uşaqda yetişdirilən möhkəm və özgüvənli şəxsiyyət sayəsindədir. Yetişməkdə olan şəxsiyyətin kəşf olunması, onu uğura aparan,kəşf olunaraq ona onu göstərməsi, onun fərqinə varılması həmin şəxsiyyəti uğura aparan ən önəmli yoldur. Ailə tərəfindən dəstəyi olan və özgüvənli yetişən fərdi heç bir müəllim uğursuzluğa sövq edə bilməz, lakin ailə tərəfindən dəstəyi olmayan, özgüvənsiz uşaqları uğurlu edə bilmək müəllimlərin əlindədir

Uşaqlarda masturbasiya?!

Uşaqlar 3 yaşından etibarən öz bədənini kəşf etməyə başlayır. Xüsusilə də öz cinsinin fərqinə varır. Qız və yaxud oğlan olduğunu qavramağa başlayır. Özünü tanıması ilə paralel ətrafı müşahidə edir. Fizioloji və görünüş olaraq fərqi duymağa başlayır. Və bu öyrənmə prosesi uşağın cinsəl inkişafında da özünü göstərir. Belə ki, uşaq cinsəl orqanına toxunduqda, pampersi dəyişdirildikdə, yaxud tualet ehtiyacı ödənildikdən sonra təmizləndiyində o toxunma prosesində fərqli duyğular yaşayır. Həzz duyğusunu ilk dəfə yaşayan bəzi uşaqlar bu duyğunu yenidən yaşamaq istəyə bilər. Cinsəl orqanı ilə oynayaraq özünü rahatlatmağa başlayar. Yaxud oyuncaq, yastıq və digər əşyalar vasitəsilə sürtünmə prosesində rahatlamağa çalışar.  Bu kimi hallar daha çox tez- tez yalnız və tək qalan, ailə diqqətindən kənarda qalan uşaqlarda görülür. 2-3 yaşlarında tamamən fizioloji proses sayılan bu hadisə yaş artdıqca davam edərsə ciddi problem var deməkdir. Uşaqlıq dönəmində saatlarca vaxt alan, uşağın yemək və yatmaq kimi günlük rutininə əngəl olacaq tezlikdə masturbasiyalara rast gəlinə bilər. Bu tip uşaqlar hər boş vaxt olan kimi otağa qapanır və masturbasiya etməyə davam edərlər. Uşaq bu davranışı etməkdən özünü dayandıra bilmir, etmədiyində isə narahatlıq və gərginlik hissi keçirir. Uşağın cinsəl orqanında qaşıntılı yara olması da bu hala səbəb ola bilər. Həmçinin cinsəl istismara məruz qalmış uşaqlarda hədsiz dərəcədə davamlı masturbasiya görülür.  Eyni zamanda yeniyetməlik dönəmində də bu durum kəskin və davamlı hal ala bilər. Bu halda ailənin uşağa günahkar və hədələyici davranış , reaksiyalardan qaçınılması gərəklidir. Əks halda uşaqda depressiya,okp əlamətləri görülə bilər. Ana və atalar uşaqlarında masturbasiyasiyaya bənzər davranışlar gördüyü zaman bu situasiyaya cinsəl məna yüklədikləri üçün əsəb və gərginlik keçirirlər. Utanc hissi səbəbilə uşaqlarına təyziq göstərir , hərşeyi kontrol altına almağa çalışır və davamlı etməməsi gərəkdiyini bildirir , çox vaxt isə ağır cəzalar verir, şiddət göstərirlər. Halbuki bu cür yanaşma uşaqda durumu daha da alovlandırır. Uşaq daha çox meyl edir. Olmaz və qadağa edilən hərşey uşaqda maraq , həvəs yaradır. Mütləq halda uşaq və yeniyetmə psixoloquna müraciət edilməlidir. Valideynlər isə belə halla qarşılaşdığı zaman elədiyini uşağın üzünə çırpmaq əvəzinə, diqqətini yayındırmalı və uşağın marağını fərqli yönlərə yönəltməlidir. Psixoloq Aysu Əliyeva 

Uşaqlarda yorucu həyəcan və ya məktəb qorxusu

Məktəblərdə yeni tədris ilinin başlamasına az qalır. Kiçik məktəblilərdə tədris ilinin başlaması ilə əlaqədar yaranan psixoloji vəziyyət onlarda məktəb qorxusu kimi xarakterizə olunur. Eyni zamanda, dərslər başlamazdan əvvəl uşaqlar üzərində tələblərin qoyulması, tapşırıqların yerinə yetirilməsində ciddi səy göstərilməsinin istənilməsi, şagirdlərdə xüsusilə, kiçik məktəblilərdə məktəbə adaptasiya olunmalarında müəyyən çətinliklər yaradır. Adaptasiya problemi yaşayan uşaqların bir qismində elə bir vəziyyət yaranır ki, fərdi məsuliyyət hissi qorxuya çevrilir. Beləcə, məsuliyyət qorxusu, məktəb qorxusu olaraq, genişlənməyə başlayır. Məktəb qorxusu isə uşağın psixoloji halına sirayət edərək, məktəblə əlaqəli işlərin “həll olmaz”, “yerinə yetirilməsi mümkünsüz” düşüncə tərzi formalaşdırmağa başlayır. Məktəb qorxusu özünü göstərən zaman, uşaqlarda çəkingənlik, mənfi təsirli utancaqlıq, özünəqapanma, ünsiyyətdən qaçmaq kimi xüsusiyyətləri əks etdirir. Hətta hər şeyə qarşı etinasız yanaşmağa, bezdirici reaksiyalar sərgiləməyə meyl edir. Digər tərəfdən, valideynlər uşaqlara qorxu içində qorxu yaşatmaqla, həmin problemin aradan qaldırılmasına cəhd göstərirlər. Nəticədə, uşaqlar, məktəbə getməkdən imtina edir. əsəbi davranışlar sərgiləyir və ağlayırlar. Bu zaman daha fərqli vəziyyətlər də yaranır ki, bu da halsızlıq, ürəkbulanma, baş ağrısı və qarın ağrısı əlamətləri kimi özünü göstərir. Məktəbin açılması yaxınlaşdıqca, bu hal maksimum səviyyəyə çatır. Məktəb qorxusunun yaranma səbəblərini aşağıdakı kimi səciyyələndirmək olar: ·        Çətinlik çəkdiyi fənn ilə əlaqədar olaraq yaranan qorxulardır ki, bu zaman tapşırığı yerinə yetirə bilməməsi, aşağı qiymət alması, müəllimin onu həmin fənn üzrə davamlı məzəmmət etməsi və səhvetmə qorxusu və s. ·        Məktəb prosesində zamana uyğun nizamlama olduğu üçün uşaqlarda rejimə uyğunlaşmama qorxusu yaranır. Belə ki, səhər erkəndən oyanmaq, dərsə gecikmək, dərsin başlama və bitmə vaxtına əməl etmək və s. ·        Sistemli fəaliyyətə yenidən qoşulmaq, uşaqlarda öz istədiyini edə bilməmək, müəllim və valideynlərin danlaması, cəzalandırılmaq, rahatlığının əlindən alınması kimi qorxular formalaşdırmış olur. Qeyd olunan səbəblər, eyni zamanda valideynlər və müəllimlər tərəfindən həll olunması tələb olunan problemlər olaraq qeyd olunur. V       alideynlərin övladlarını evdə düzgün yönləndirməsi, mənəvi dəstək olması, müəllimlərin isə məktəbdə ən azı 30-45 gün müddətində şagirdlərə qarşı daha həssas və humanist yanaşması, bu prosesin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Çünki, yeni tədris ilinə böyük həvəs və inamla başlayan hər bir şagird, tədris ilinin sonunu uğurla nəticələrlə yekunlaşdırmış olacaqdır. Ayxan Hüseynli AYB-nin üzvü psixoloq

Uşaqlarda sıx görülən davranış problemləri

"Uşaqlarda ən sıx görülən davranış problemləri " 1)Uşaqlarda dırnaq yemə , dodaq dişləmək, dəri və yaxud saç yolma kimi problemli davranışlar görülə bilər. Bunlardan ən çox rast gəlinən dırnaq yemə davranışıdır. Bu davranışdan nəinki uşaqlar, yeniyetmə və yetişkinlər də əziyyət çəkir.  Dırnaq yemə bəzi uşaqlarda gərginliyin ifadəsi ola bilər. Əsasən stress yaradan situasiyalarda ortaya çıxır. Məsələn, sakit halda televizor izləyən uşaq qorxulu səhnə gördüyündə və yaxud ailənin uşaqdakı dərs uğursuzluqları barədə danışmağa başlaması ilə dırnağını yeməyə başlayarlar. Davranışı edə bilməyəndə sıxıntı, hüzursuzluq və əndişə duyar.  Dırnaq yemə əksərən uşaqlıq dönəmində başlayır, yeniyetməlik dönəminə artır. Lakin yaş artdıqca azalması gözlənilir. Fəqət hər yaş artan şəxsdə dırnaq yemə azaldığı görülmür , bəzən daha da şiddətlənə bilər. Uşağın dırnağını yeməsi ana və atanı olduqca narahat edir. Bu durumu uşağı tənqid edərək , danlayaraq, qəzəblənərək və cəzalandıraraq düzəldəcəklərini düşünürlər. Lakin uşaq bütün bu əngəllərə rəğmən dırnaq yemə davranışını davam etdirir. Şəxsin ailəsi dırnaq yeməyi əngəlləmək və qarşısını almaq üçün bir neçə tədbir görür. Bunlara aiddir; dırnağa lak vurmaq, acı bibər sürtmək, əlcək geyindirmək və s. Lakin unutmamaq lazımdır ki, bu əngəllər geri qalxan kimi yemə alışqanlığı da geri dönür. Dırnaq yemə vərdiş halıdır. Şəxs etməməsi gərəkdiyini bildiyi, hətta canını incitdiyi halda bu davranışı tərgitməkdə çətinlik çəkir. Hətta ən pik nöqtədə uşağın əli yara içində qalır. Bu vəziyyətdə uşağın dərisində infeksiya və xəstəliklərin yaranma riski çox yüksəkdir . Təbii ki, bu durum uşağın sosial həyatına təsirsiz ötüşmür. Uşaq dostları, sosial çevrəsi tərəfindən təklənir, oyunlara qəbul edilmir və ələ salınır.  Dırnaq yemənin müalicəsində ilk və ən vacib addım , uşaqda bu duruma səbəb ola biləcək gərginliyi aradan qaldırmaqdır. Hər növ cəzanın verilməsi, uşağa davamlı sərt reaksiyanın verilməsi problemi çözmək əvəzinə daha da qabardır. 2) Barmaq əmmək- Həyatın ilk illərində görülən davranışdır. Uşaq əmzik əmdiyində əldə etdiyi doyumu yaş artdıqca barmaq əmməklə təmin etməyə çalışır. Bu davranış , uşağın narahatlıq və gərginliklərini azaltma çabası olaraq da görülə bilir.   Ana südündən tez kəsilən, əmzik istifadə etməmiş və yaxud çətinliklə əmzikdən ayrılan uşaqlarda daha çox rast gəlinən durumdur. Valideynlər bu davranışı əngəlləmək üçün bir neçə yola əl atır. Məsələn; uşağın əlini bağlamaq, ələ acı bibər sürtmək , əlinə xətkeşlə vurmaq və s . Lakin bu tipli cəzalandırıcı davranışlar problemi azaltmaq əvəzinə daha da artırır. 3-4 yaşlarda uşaqlardakı barmaq əmmə davranışının öz-özünə yox olub getməsi gözlənilir. Əgər davam edərsə , uşaq psixiatrından dəstək alınmalıdır.  3) Saç yolma- Önəmli dərəcədə saç itkisi ilə nəticələnəcək dərəcədə , şəxsin təkrarlayan formada öz saçını yolmasına " Trikotilomaniya " deyilir. Uşaqların ən çox tük yolduğu bölgələr: ən çox saç , qaş və kirpik. Saç yolma davranışının sonunda bir rahatlama, həzz alma və zövq , doyum hissi yaşanır.  Müalicəsi zamanı dərmanlar və psixoterapiyadan istifadə edilir. Psixoloq Aysu Əliyeva 

Uşaq istismarı

Uşaq istismarı dövrümüzün böyük və həll  olunması vacib problemlərindən biridir. Uşaq istismarı nədir? Uşağa qarşı törədilən fiziki və ya psixoloji şiddətdir.Bunu törədən tək bir insan da ola bilər, bir qrup da, dövlət də..  Uşaq istismarı cəmiyyət tərəfindən yanlış davranışlar olaraq qeyd edilir.Kobud davranışlar,cinsi,coğrafi ərazi və digər formalarda özünü göstərə bilir.Uşaqlarda fiziki,hissi,cinsi və zehni inkişafı əngəlləyir.  Dünya üzrə istismarın 4 forması ayırd edilmişdir: 1. Fiziki istismar; 2. Cinsi istismar; 3. Emosional istismar; 4. Laqeydlik.  Fiziki istismar: İşgəncə, yaralama və s. kimi fiziki yollarla edilən istismar formasıdır. Buna aşağıdakıları göstərə bilərik: şillə vurmaq, yıxmaq, itələmək və ya dartmaq, yumruq vurmaq, təpik atmaq, çimdikləmək, boğmaq, yandırmaq, yatmağa imkan verməmək, elektroşok tətbiq etmək, təhlükəli heyvanların yanına qoymaq, zəhərləmək, əl-qolunu/ağzını bağlamaq, daş atmaq, silahla yaralamaq və s. Bəlkə də bəziləriniz sadalananlardan bir neçəsinə adi birşey kimi yanaşırsız/yanaşacaqsız..Hətta çox təəssüf ki, bəzən bəzi valideynlər tərbiyədə bu yollara əl atırlar. Fiziki şiddət yoluyla tərbiyə olmaz əziz valideynlər, himayəçilər, dayələr. Gələcəkdə sağlam ruhlu insan olmağını istəyirsizsə, övladlarınıza fiziki şiddət tətbiq etməyin və tətbiq etdirməyin. Bunlar da fiziki istismar sayılır!.  Cinsi istismar: Cinsi istismar insan hüququnun çox ağır pozuntularından biridir.Yetkinlik yaşındakı birinin 4-11 yaşlı uşaqlara qarşı cinsi maraqları "Pedofiliya" adlanır. Pedofillər istənilən yaş dövründə, istənilən peşə sahibi ola bilər. Bunlar daha çox uzaq qohum və qonşular olur. Birinin uşağı əzizləyərkən daxilən hansı hisləri keçirdiyini,hansı düşüncələrdə olduğunu bilmədiyimiz üçün kimisə ittiham etmək doğru olmaz. Ancaq diqqətdən də yayındırmamalıyıq. Cinsi istismara məruz qalan uşaq və gənclər bu səbəbdən çoxsaylı psixoloji əziyyətlərə düçar olurlar. Zorakılığa məruz qalan insanın təkcə fiziki yox, psixoloji sağlamlığı da ciddi şəkildə zərər görür. Tək qurtuluş yolunu ölümdə gördükləri üçün intihar halları da çox olur. Bəziləri patoloji qorxu içində yaşayır, bəzilərində travma səbəbli stress halları görülür. Yuxusuzluq, qara basma, iştahasızlıq müşahidə olunur. Ağrılarının qarşısını almaq üçün spirtli içki və narkotik maddələrə əl atırlar.  Ailədə zorakılığa şahid olan uşaqlarda çox böyük mənfi təsirlər yaranır. Qız uşaqları gələcəkdə ailə həyatı qurduqda belə halla qarşılaşarsa, bunu adi qarşılaya bilər. Çünki uşaqlıqdan bəri bunun şahidi olublar. Oğlan uşaqları isə bəzən öz həyatlarında da bunu (zorakılığı) tətbiq edirlər. Çünki bununla böyüyüblər və doğru olduğunu sanırlar.  Digər istismar formaları kimi, cinsi istismar da bütün dünyanın böyük və həll olunması vacib problemlərindən biridir. Cinsi istismar qurbanı olan uşaqlar psixoloji müalicə almasalar, gələcəkdə onlarda pedofiliya əlamətləri görülə bilər.  Uşaqlarda cinsi istismar daha çox yeniyetməlik dövründə rast gəlinir. Bu yaş dövrü uşaqlarda cinsi inkişaf dövrüdür. Hormonal dəyişikliklər səbəbiylə cinsi maraq yaranır. Həmçinin uşaqlar birinin onlara nə məqsədlə yaxınlaşdığını, ünsiyyət qurduğunu bilmirlər, əksər zamanlarda isə müqavimət göstərməyə gücləri yetmir. Buna görə də uşaqları lazımi dərəcədə nəzarətdə saxlamaq (nəzərdə tutulan onları məhdudlaşdırmaq deyil), onlara tanımadıqları insanlarla ünsiyyət qurmamağı, onların təkliflərini dinləməməyi öyrətmək lazımdır. Xüsusilə də azyaşlı uşaqlara. Hər bir şəxs öz övladı (övladları) üçün lazımi tədbirləri görərsə, istismarın qarşısı müəyyən qədər alınar.  Emosional istismar: Emosional istismara məruz qalan uşaqlarda qorxu, utancaqlıq, kədər müşahidə olunur. Özlərini tək, dəyərsiz hiss edirlər. Emosional istismara bunları göstərə bilərik: uşağın emosional ehtiyaclarını gözardı etmək; yaşına, fiziki gücünə uyğun olmayan fiziki iş vermək; qorxduğu bir şeylə qorxutmaq, hədələmək; təhsil almağına mane olmaq; uşağı tərk etmək; fiziki şiddətlə, psixoloji zərər verəcək yollarla cəzalandırmaq; ev işlərini görməyə zorla məcbur etmək; yüksək səslə qışqırmaq; uşağı tez-tez tənqid etmək, alçaltmaq; kömək istədiyi zaman köməklik etməmək, bunun üçün onu danlamaq və s. Bu cür emosional istismara məruz qalan uşaqlar sevilmədiklərini, dəyərsiz olduqlarını hiss edirlər. Bu uşaqlarda özgüvən,özünəəminlik aşağı olur. Ətrafdakılarla ünsiyyətdə çətinlik çəkirlər. Emosional istismar fiziki və cinsi istismarı da tətikləyir.  Emosional istismara məruz qalan övladınızla necə davranmalısınız? Ona dəyərli olduğunu xatırladın, hiss etdirin, onu hər daim dinləyin, fikirlərinə hörmətlə yanaşın, onunla oyunlar oynayın. İstədiyi fəaliyyətlə məşğul olmasına şərait yaradın, dostlarıyla vaxt keçirməsini təmin edin. Əgər digər valideyn emosional istismarçıdırsa, övladınızı onunla tək buraxmayın. Diqqətcil, tədbirli olun və bunu övladınıza da aşılayın,onlarla yaxın əlaqə qurun, mümkün olduğu qədər çalışın çox vaxt keçirəsiniz. Lazımi üsullarla, həddən artıq reaksiya vermədən, qorxutmadan, həyəcanlandırmadan övladlarınızı bu cür hallara qarşı məlumatlandırın.  Bir çox ölkələrdə istismarın qarşısının alınması məqsədilə qanun üzrə qərarlar alınmış, həmçinin cəzalandırma üsulları hazırlanmışdır. Ancaq bütün bunlara rəğmən uşaq istismarı böyük problemlər sırasında qalır. Bizlər də müəyyən qədər qarşısının alınmasında köməklik göstərə bilərik.İstismara qarşı bizlərin görəbiləcəyimiz və görəcəyimiz tədbirlər istismarın qarşısının alınmasında böyük rol oynayacaqdır.  Umutmayın! "18 yaşa qədər hər insan uşaq sayılır." Psixoloq Gülçin Qarayeva 

Xroniki yorğunluq sindromu

Son dövrlərdə ətrafımızdan tez-tez yorğunluqla bağlı şikayətləri eşidirik. Bu yorğunluqların altında bir sıraxəstəliklər gizlənə bilər. Bu səbəbdən adicə yorğunluqdur deyib keçməməliyik. İnsanın hər hansı bir fəaliyyətlə məşğul olan zaman fiziki və ya psixoloji olaraq lazımı enerjiyə sahib olmamağına “yorğunluq” deyilir. Yorğunluq fiziki, ruhi və xroniki olmaqla üç yerə ayrılır. Gərgin iş rejiminin səbəb olduğu yorğunluq normal haldır. Ancaq, bu yorğunluq istirahət etməklə keçmir və uzun müddət davam edirsə, həkimlə məsləhətləşmək lazımdır. 6 aydan çox davam edən və dincəlməyinizə rəğmən keçməyən yorğunluq halı “xroniki yorğunluq sindromu” adlanır. Xroniki yorğunluğun bir sıra səbəbləri ola bilər. Bu səbəblər insanın yaş dövrlərindən də asılı olaraq dəyişiklik göstərir. Gənclərdə səbəblərə depressiyanı, qanazlığını, normadan aşağı təzyiqi və s., yaşlılarda isə şəkərxəstəliyini, böyrək, qaraciyər, həmçinin ürək-damar xəstəliklərini göstərmək olar. Xroniki yorğunluğa hər hansı xəstəlik səbəb olursa, bunu müəyyənləşdirib müalicə almaq vacibdir. Xroniki yorğunluq sindromunu tətikləyən xəstəliklərə aşağıdakıları göstərmək olar: •Qanazlığı •Vitamin əksikliyi (D;B12) •Xroniki bağırsaq xəstəlikləri •Depressiya •Qaraciyər və böyrək xəstəlikləri (həmçinin böyrəküstü vəzin funksiyasının pozulması) və s. Xroniki yorğunluğun simptomları: Adi yorğunluqla xroniki yorğunluğun simptomları çox oxşardır, onları ayırmaq olduqca çətindir. Adiyorğunluq istirahət etməklə keçir. Xroniki yorğunluğu təyin etmək üçün yorğunluq halı 6 ay davam etməlidir.Gecə rahat və lazımi zaman aralığında yatan biri səhər oyandığı zaman özünü çox yorğun hiss edirsə, fikrini cəmləməkdə çətinlik çəkirsə, yaddaşında zəifləmə müşahidə edirsə, bu hallar xroniki yorğunluğun göstəricisi olabilər. Həmçinin xroniki yorğunluğa səbəb olan xəstəliklər aşkar edildiyi zaman da xroniki yorunluq görülə bilər. İdman, gərgin və yorucu iş rejimindən sonra 6-8 saat yuxu, adi yorğunluğun keçməsi üçün kifayətdir. Ancaqxroniki yorğunluq halı 24 saat davam edir, dincəlməyə baxmayaraq keçmir. Xroniki yorğunluğun əlamətlərinə aşağıdakılar daxildir: •Unutqanlıq •Əzələ ağrısı •Diqqəti cəmləməkdə çətinlik çəkmək •Səhər oyanan zaman yorğun hiss etmək •Ünsiyyət zamanı çətinliklər •Ürəkbulantısı •Ayağa qalxan zaman başgicəllənməsi •Yuxu pozğunluğu •Depressiv ruh hali •Oynaq ağrıları və s. Müalicəsi: Xroniki yorğunluq sindromunun müalicəsi zamanı xəstənin həyat tərzi, işi, məşğuliyyətləri mühüm rol oynayır. Müalicəyə başlamazdan əvvəl xəstənin iş, ev həyatı haqqında lazımi məlumatlar toplanmalıdır. Düzgün yuxu rejiminin təyin olunması və bir sıra yüngül idman hərəkətləri də müalicə üsuluna daxildir. Xroniki yorğunluq sindromunu uzaq tutmaq üçün bir sıra qaydalara əməl etmək lazımdır: •Hər gün təmiz havada 1-1.5 saat gəzmək •Üzü soyuq su ilə yumaq •Depressiv hallardan, stresdən mümkün qədər uzaq durmaq •Həyata pozitiv yanaşmaq •Həftə sonlarını mümkün qədər təbiət qoynunda keçirmək. Özünüzə yaxşı baxın və sizə bir dəfə verilən bu həyatı doya-doya yaşayın. Xroniki yorğunluğun əlamətlərinə 

Dilemma

Seçimlər. Hansı ki, uşaqlıqdan bizim beynimizi seçimlər vasitəsilə kodlaşdırıblar. Ən adi izahla :"Atanı çox sevirsən, ya ananı" "Şəhər yoxsa kənd" və s.kimi suallarla. Sanki ikisini də eyni anda sevmək mümkün deyilmiş kimi öyrədirlər. Və bütün bu seçim və suallar gələcəkdə qarşımıza çıxan hadisələrdə dilemmada qalmağımıza, yəni qərarsız olmağımıza zəmin yaradır.Qərarlarımız xarakterimizi, xarakterimiz isə taleyimizi müəyənləşdirir.

Özünüdərk və "Overthinking" Sindromu

İnsanın özünün fərqində olması ən böyük xoşbəxtlikdir.Sadəcə özünüdərketmə'nin bəzi fəsadlarına rast gəlinir.Özünüdərketmə'nin iki fərqli növü var, ictimai və şəxsi. İctimai özünüdərk: Başqalarına necə görünə biləcəyimizdən xəbərdar olmaqdır. Bu şüur ​​sayəsində biz sosial normalara daha çox riayət edirik və sosial cəhətdən məqbul olan tərzdə davranırıq.Bu cür şüurun faydaları olsa da, özünüdərketmə təhlükəsi də var. Bu xüsusiyyətdə xüsusilə yüksək olanlar başqalarının onlar haqqında nə düşündüyü barədə narahat olmaq üçün çox vaxt sərf edə bilirlər. Zənnimcə bu fəsadlar "Overthinking" (həddən artıq düşünmə) sendromu ilə bağlıdır. Həddindən artıq düşünmək həddindən artıq zərərli zehni fəaliyyətdir, istər bu fəaliyyət təhlil etmək, mühakimə etmək, izləmək, qiymətləndirmək, nəzarət etmək və ya narahat etmək hər biri ola bilər. Həddindən artıq düşünməyin sizin üçün problem olduğunu biləcəksiniz, əgər: • Çox vaxt öz düşüncələrinizin fərqindəsinizsə • Siz meta-düşüncə ilə məşğul olursunuz, yəni düşüncələriniz haqqında düşünürsünüzsə • Düşüncələrinizi idarə etmək və ya yönləndirmək üçün çox çalışırsınız, xoşunuza gəlmir və ya kortəbii olaraq narahat olursunuzsa. Şəxsi özünüdərk: İnsanın daxili vəziyyətini fərq edə və əks etdirə bilməkdir. Şəxsi özünüdərk edənlər introspektivdirlər, daxilindəki hisslərinə və reaksiyalarına maraqla yanaşırlar.Situasiyalara düzgün və ya yanlış olduğuna bağlı olmadan vicdanla baxmaq bacarığına malik olurlar.

Zamanın sürəti

Zamanın sürətlə keçməsi qarşısında edilməli olan “an"ı, “indi"ni yaşamaqdır.  Amma bu, Epikürçü mənada “an”da yaşamaq deyil.Zamanın axını qarşısında “anı” dəyərləndirməkdir. Lakin bunu təbii ki, stoik əxlaqının prinsiplərinə uyğun etməkdir. Misal olaraq:  Macrus,zamanın sürətli axınını "İnsanın uçarkən görüb valeh olduğu bir sərçənin sürətlə qanad çırpıb yoxa çıxması"na bənzədirmiş..

Qadınların xarakterini ətirlərindən tanımaq

İstifadə etdiyi ətirə görə qadınları tanıya bilərsiniz.LOUİS PARFUM ün təsisçisi Günay Qurbanzadə bildirir ki, psixoloqların fikrincə, qadının hansı ətiri sevməsi birbaşa onun xarakteri ilə bağlıdır. Məsələn, şərq ətirlərinə üstünlük verən qadınların həyatda əsas məqsədi özünü sevdiyi kişinin ömründə bəzəyə çevirməkdir. Bu, eyni zamanda qadının maddi müstəqilliyinə də mane olmur. Şərq ətirlərinə üstünlük verən qadınlar riski dəyərləndirən, problemi bütün aspektlərdən qiymətləndirən, bəzən bir andaca tərsinə qərarlar verənlərdir. Belə qadınların intuisiyası güclü olur.  Çiçək ətirlərini sevən qadınlar başladıqları işi sona çatdıran, «dağı dağ üstə qoymağa» çalışan tipə aiddirlər. Şirin çiçək ətrini sevənlər hər şeyi əvvəlcədən planlaşdırmağı sevirlər, bir az da həyəcanlıdırlar.  Nəfis çiçək ətirlərinə üstünlük verənlər təbiətən optimistdirlər. Amma onların arasında həyatlarına çatışmayan pozitivi daxil etmək istəyənlərə də rast gəlinir.  Dəniz qoxulu ətirlərə işgüzarlar üstünlük verirlər. Onlar adətən səbirli, hiyləgərdirlər, hamı ilə dil tapmağa çalışırlar, həyata təbəssümlə baxırlar. Onların geniş çevrəsi mövcuddur.  Ağac ətirlərini bəyənənlər bir az eqoist, cəmiyyətdən seçilmək arzusunda olurlar. Belələri məntiq evliliyinə üstünlük verir. Yəni nikaha sevgiyə görə deyil, əksər hallarda pul kisəsinin qalınlığını göz önünə gətirərək girirlər.  Kirşan ətirlərinin həvəskarları incə, küsəyən və şıltaq xanımlardır. Onlar zərif, hiyələgər, öz istədiklərinə çatan qadınlar sırasındadırlar. Paradoksal cəhət budur ki, onlarla nə qədər ünsiyyətdə olursansa, onları bir o qədər tanımadığına əmin olursan. Bunlar əsl ətir pərəstişkarlarıdır. Bəzi qadınlar xəzlə özlərinə «sipər» çəkirlərsə, bu qadınların psixoloji silahı da onların ətirləridir.  Giləmeyvə ətirlərini xoşlayan qadınlar kişilərin hissləri ilə oynamağı, ərköyünlük etməyi sevirlər. Onlar impulsiv, öz bildikləri kimi hərəkət etməyi xoşlayan, başqalarının sözlərini qulaqardına vuran, məsuliyyəti digərlərinin çiyinlərinə qoymaq arzusunda olanlardır. Belələri caduya, bədnəzərə də inanırlar.  Tünd ətirləri sevən qadınlar üçün keyfiyyət əsas göstəricidir. Onlar həyatdan nə istədiklərini bilən, çətinliklərin öhdəsindən gəlməyi bacaran, keçmişlə yaşamadıqları üçün yaşlarından gənc görünən xanımlardır. Ürəklərinin dərinliyində uğura inanır, energetik və nikbin əvhal-ruhiyyəli, əksər hallarda da yükü öz çiyinlərinə götürürlər.  Mütəxəssislər əmin edirlər ki, ətirin qoxusu ilə özü kimi başqalarının da xarakterinin incəliklərini anlamaq mümkündür.  Sonda tanışlıq üçün oxuculara bəzi məşhur ətir brendlərinin hansı qoxu kateqoriyasına aid olmasını bildirən siyahını təqdim edirik:  Şərq ətirləri: Belle d'Opium, Yves Saint Laurent, Dior Addict, Dior, Vanille Ambre, Comptoir Sud Pacifique, Shalimar, Guerlain, Amarige, Givenchy. Çiçək ətirləri: J'Adore, Dior; Beautiful, Estee Lauder; Bulgari pour Femme, Bulgari; L'Air du Temps, Nina Ricci; Chanel №5, Chanel; Light Blue, Dolce & Gabbana. Nəfis ətirlər: Happy, Clinique; L'Eau d'Issey, Issey Miyake; L'Eau par Kenzo, Kenzo; Cool Water, Davidoff; Women, DKNY. Ağac qoxulu ətirlər: Wood Wood, Comme des Garcons; Dry Woods, Jo Malone; Feminite du Bois, Shiseido; Premier Figuier, L'Artisan Parfumeur; Vetiver, Etro. Kirşan qoxulu ətirlər: Love, Chloe; Noa, Cacharel; Iris Poudre, Frederic Malle; Hiris, Hermes; FlowerbyKenzo, Kenzo. Giləmeyvə ətirləri: v Be Delicious, DKNY; Hippy Fizz, Moschino; Sunset Heat, Escada; Mango Manga, Montale; Mure & Musc Extreme, L'Artisan Parfumeur. Tünd ətirlər: Gucci by Gucci; Miss Dior Cherie; Chypre Rouge, Serge Lutens; Eau du Soir, Sisley; Iris Nobile, Acqua di Parma. Əgər indi sizi «ona hansı ətiri hədiyyə edim?» sualı narahat edirsə, onda onun xasiyyətini düşünərək addım atın, onu tanıyın və birlikdə xoşbəxt olmağa çalışın.İstədiyiniz Parfümləri isə Louse parfümdən əldə edə bilərsiz  Louise Parfüm 050 709 36 13

Müharibə psixologiyası

   Ümumiyyətlə müharibə bəşəriyyətdə ən faciəli hadisələrdən biridir. Maraqlısı bundan ibarətdir ki, 1939-1945-ci illərdə ikinci dünya müharibəsi zamanı21 psixiatır da müharibə sonrası psixi problemlər aşkarlanmışdır. Kanadada yerləşən Toronto Universitetinin araşdırmalarına görə müharibə görən və müharibənin fəsadından əziyyət çəkən bir insandan törəyən 2 nəsil aqressivliyə və psixi problemlərə (Depressiya, intihar, panikatak və s) daha çox  meyilli olurlar.  Müharibə, insanlar və cəmiyyətlər üçün fəlakətlə eyni bir mənanı daşıyır, qorxu, narahatlıq, təşviş, xaos kimi bir çox mənfi hiss ilə assosiasiya təşkil edir. Bu səbəbdən də birbaşa olaraq insanların psixi sağlamlığına təsir göstərir. Müharibə və bu istiqamətdə davam edən proseslər ölüm, yaralanma, xəstəlik, aclıq, həyat rutinində dəyişiklik, evindən, işindən, məktəbindən, ya da yaşadığı ərazidən uzaqlaşma və iqtisadi çətinliklər, insanların gücsüz və təhlükəli vəziyyət yaşamasına səbəb olur. Travmatik təsirlər, insanlarda fiziki və psixoloji problemlərin ortaya çıxmasına səbəb olur. Əxlaqi dəyərlərinə də zərər verir. Yəni, insanların gələcək həyatında mənfi nəticələrə gətirib çıxarır. Adətən bu mənfi boşluqlar daha sonra psixoloji problemlərlə əvəzlənir. Ümumilikdə müharibə görən bir toplumda təcavüz, qətil hadisələri, mərhəmət hissin azalması, rüşvətxorluq və sair kimi hadisələr daha çox üstünlük təşkil etməyə başlayır.  Müharibə Qadınların psixikasına daha çox təsir göstərir. Qadınlar, müharibə, terror hadisələri və cəmiyyətdə narahatlıq yaradan bənzər bütün mənfi situasiyalardan kişilərlə müqayisədə daha çox təsirlənirlər. Kişilər, emosional reaksiyalarını daha yaxşı nəzarət altında saxlaya bilir, buna görə də müharibə zamanı mübarizəni daha adekvat şəkildə davam etdirə bilirlər. Aparılan tədqiqatlarda, müharibədə iştirak edən kişilərdə Müharibə Sindromu adı verilən və Posttravmatik Stress Pozuntusuna səbəb olan psixoloji narahatlıq müşahidə olunur. Kişilər struktur baxımdan daha dayanıqlı olurlar. Onlar dünyaya gəldikləri andan etibarən cəmiyyət daxilində evini, həyat yoldaşını və ailəsini qoruyan, lazım olanda vətəni üçün canını verəcək tərzdə böyüdülürlər. Buna görə də emosional reaksiyalarını daha yaxşı idarə edə bilir, lazım olduğu təqdirdə gizlədə bilirlər. Mütəxəssis dəstəyi vacibdir… Müharibə, insan və cəmiyyətin psixologiyasına birbaşa təsir göstərən və təşviş hissinə təsir göstərərək bir çox xəstəliyi stimullaşdıran faktordur. Müharibə coğrafiyasının daxilində və ətrafında olan insanlara mütləq psixoloji dəstək göstərilməlidir. Sağlam nəslin formalaşması üçün həm müharibə ilə üzləşən, həm də birbaşa və ya dolayı şəkildə təsirlənən bütün insanlara disiplinar tərzdə psixososial dəstək verilməlidir.

Uşaqlar niyə yalan danışır?

Yalan danışmaq edilən bir davranışı , bir qüsuru gizlətmək üçün həqiqətdən kənar ifadənin istifadə edilməsidir. Hansı ki bu hal uşaq və yeniyetmələrdə çox rastlanan durumdur. Həmçinin yetişkinlər də yalan danışmağa meyillidir.   Başqalarını bilə-bilə aldatmaq üçün deyilən sözlər gerçək yalanlardır. Uşaqların söylədiyi yalanlar böyüklərinkinə müqayisədə məsumdur. Çünki ; uşaqlar yalanı deyərkən aldatmaq niyyətilə etmirlər. Uşaqlar əsasən gerçəyi düzgün dəyərləndirə bilmədiyindən gördüyü şeyləri özünün qavradığı şəkildə danışır yaxud uydururlar. Bəzi valideynlər bu hadisəni yalan olaraq görüb, uşağı cəzalandırırlar. Halbuki 3-5 yaşlarında uşağın xəyal dünyası çox zəngindir, bu yaş dönəmində uşaqlar xəyalla gerçəyi ayırd edə bilmirlər. Bu səbəbdən uşağın 7 yaşından öncə danışdığı gerçəyə zidd ifadələri yalan olaraq adlandırmaq doğru deyil. 3 yaşında uşağın fantastik hekayələr uydurması, xəyali dostlarının olması və təqlid oyunlarını sevməsi normaldır . Və inkişafının yaşına müvafiq olduğunu göstərir. Uşağın xəyal gücü nə qədər zənginsə, uşaq gələcəkdə o qədər uğurlu olur.   Uşağa gerçəyə sadiq qalmağı üçün məcbur edilməməli, yalanını ortaya çıxarmaq üçün təzyiq göstərilməməlidir. Uşaq gerçəklə yalanı ayırd etməyə başladıqdan sonra hələ də yalan danışmağa davam edirsə, mütəxəssisdən yardım almaq lazımdır . Çünki bu dönəmdə yalan danışan uşaq əslində subliminal olaraq sizə ismarıc verməyə çalışır . Məsələn: ailəyə yeni fərd - bacı , qardaş gələndən sonra diqqətdən və qayğıdan kənar qalan uşaqlar valideynin diqqətini çəkmək üçün yalan danışmağa meyl edə bilər. Yaxud uşaq sinifdə müəllimənin diqqətini çəkmək üçün dağıdıcı davranışlar sərgiləyə- yalan, oğurluq , isterika göstərə bilir .  Yalan söyləmə davranış pozuntusu olan uşağın çevrəsi ilə olan münasibəti də qaydasında getmir. Uşaq yetərincə sosiallaşa bilmir . Uşaqda hədsiz paxıllıq və özünü , davranışlarını idarə edə bilməmə halları görülür . Uşaq hadisələri gerçəkdə olduğu kimi deyil , çevrəsindəki yetişkinlərin görmək istədiyi şəkildə göstərmək üçün yalan söyləyər.  Patoloji yalanlar - yalan danışmaq xəstəliyidir. Şəxs məqsəd güdmədən davamlı yalan danışır . Bu xəstəliyə elmdə mitomaniya adı verilir  Xəyali yalanlar- azyaşlı uşaqların gerçəyi düzgün dəyərləndirə bilmədiyi üçün uydurduğu yalanlardır. Təqlid yalanlar - uşaqların ata,anasını , böyüklərini təqlid edərək öyrəndiyi yalanlardır. Sosial yalanlar -cəmiyyətdə ən çox rast gəlinən yalan formasıdır. Getmək istəmədiyimiz yerə getməmək üçün " Xəstəyəm" dediyimiz kimi. Müdafiə yalanları- uşağın özünü qorumaq məqsədilə danışdığı yalanlardır. Uşaq davamlı tənqid edilirsə, sərt reaksiya ilə qarşılaşırsa, mükəmməl olması tələb olunursa uşaq yalana müraciət edə bilir. Gerçəyi söylədiyində belə " yalan danışırsan " deyərək günahlandırılan uşaq yalan danışmağı vərdiş halına gətirə bilər Şişirdilmiş yalanlar -Başqalarının sevgisini və diqqətini əldə etmək üçün danışılan yalanlardır. Bundan əlavə ,bəzən uşaqlar bir istəklərini, ehtiyaclarını dilə gətirmək üçün də yalan danışa bilirlər. Məsələn, anasız bir uşağın " anam var " deməsi kimi . Mükafatlandırılmayan, qayğı , diqqət, sevgi ehtiyacları qarşılanmayan uşaq yalana müraciət edir. Nümunə ; anası ölmədiyi halda, yeni bacı yaxud qardaşı olan uşağın " anam öldü" deməsi qayğı və sevgi aclığını ifadə etməkdədir. Yazar :Psixoloq Aysu Əliyeva

Valideynlərin uşaqlarına zaman ayırması

Valideyinlərin uşağlar ayırdığı zamanın önəmi. Analıq və ya atalıq hissi çox gözəl hiss olmasına rəğmən bir ki qədərdə çətin və məsuliyyətlidir. Çünki uşağın gələcəyi valideynlərinin əlindədir. Ona göstərəcəkləri sevgi, anlayış və tərbiyə uşağın bütün inkişafına təsir edəcək. Belə mühüm vəzifəni üzərinə götürən valideynlər övladlarının inkişafına töhfə vermək üçün hərəkətə keçməli, fəal və təsirli valideyn olmalıdırlar. Əslində heç bir valideyn anadangəlmə tərbiyə bacarığı ilə doğulmur. Amma yaxşı övlad yetişdirmək üçün ətrafdakı ailələri müşahidə edib onların təcrübələrindən faydalanaraq, uşaq inkişafı ilə bağlı kitablar oxuyub təcrübə apararaq, sağlam düşüncəni işə salmaqla təsirli valideyn ola bilərlər. Valideyn – uşaq münasibətlərində ən önəmli amil uşağa ayrılan diqqət və zamandır. Niyə uşaqlara zaman ayrılmalıdır?  Ailələri ilə daha keyfiyyətli vaxt keçirən uşaqların narkotik və spirt istifadəsi kimi riskli davranışlarda iştirak etmə ehtimalı daha azdır. Valideyin uşaqlarına onları sevdiyini və onlara qayğı göstərdiyini hiss etdirərək onların əqli və emosional cəhətdən güclü olmasına kömək edir. Bir valideyn olaraq bunu etmənin ən yaxşı yolu müntəzəm olaraq onlarla keyfiyyətli vaxt keçirməkdir. Ailələri ilə daha keyfiyyətli vaxt keçirən uşaqların fiziki cəhətdən sağlam olma ehtimalı daha yüksəkdir.Ümumiyyətlə, ailənin uşaqlarla keyfiyyətli vaxt keçirməsi onlar üçün önəmli, eyni zamanda valideyinin öz rifahı üçün də vacibdir. Valideyn uşaqlarına necə zaman ayıra bilər? • Uşağınızla hər gün əlaqə saxlayın. İstər məktəbdən və işdən əvvəl üz-üzə əlaqələr olsun, istərsə də onlara nahar çantalarında kiçik bir qeyd göndərmək olsun, uşaqlarınızla hər cür əlaqə mühüm və dəyərlidir. • Uşağınıza hər gün onu sevdiyinizi söyləyin. Uşağınıza onu niyə sevdiyinizi və dəyər verdiyinizi bildirin. • Yatmadan əvvəl qısa bir kitab seçmək və oxumaq kimi bəzi adi rituallar yaradın. • Müsbət davranışlarını təqdirinizlə gücləndirin. • Yemək bişirin və birlikdə yeyin. Bu, ailənin bir-biri ilə danışmasına imkan verir və komanda işini təşviq edir. • Uşağınızla bir fəaliyyətlə məşğul olmaq üçün vaxt təyin edin, seçiminə icazə verin. Belə sənətkarlıq, çörək bişirmə, ailə oyun gecəsi və s. • Uşağınızla bir neçə dəqiqəlik də olsa oynayın. • Uşağınızla zarafat edin və gülün. Gülüş emosional sağlamlığı yaxşılaşdırmaq üçün əladır. • Bir müddət texnologiyadan uzaqlaşın və sadəcə uşağınızı dinləməyə və danışmağa vaxt ayırın. Valideynlərə münasibətlərinin uşaqların inkişafına necə təsir göstərməsini başa düşmələrinə kömək göstərmək onların bu gün sağlam olmaları və gələcəkdə sağlam ailəsi olması üçün zəmin yaratmaqdır.

İntihara yox !

Nədir intihar ?! Sonu ölümlə nəticələnəcəyini bilərək seçilən hər hansı bir üsulun birbaşa , yaxud dolayı olaraq meydana gətirdiyi ölümə intihar deyilir. İntihar , ölmək məqsədiylə planlı və qəsdən törədilən cəhd olaraq dəyərləndirilir . Jobes, Berman və Josselsan (1987) intiharda iki əsas mərhələni qeyd etmişdir. Birincisi, intiharın insanın özünə zərər verəcək şəkildə reallaşması, ikincisi isə intihar davranışının altında şəxsin ölüm istəyinin olmasıdır. Həmçinin intiharla bağlı düşüncələrlə intiharla bağlı davranışları mütləq şəkildə fərqləndirmək lazımdır. İntiharla bağlı düşüncə ölümlə bağlı fikirləri, intihar cəhdi ilə bağlı məqamları, spesifik planları, intihar üsulunu və intihar düşüncələrinin reallaşdırılmasını ehtiva edir. İntihar davranışı isə intihar cəhdini (ölümlə nəticələnməyən intihar davranışı) və ya intiharın tamamlanması yəni ölümlə nəticələnməsini əhatə edir. İntihar, müxtəlif istiqamətlərdə uzun illərdir ki, üzərində araşdırmalar aparılan çox vacib məqam olmaqla yanaşı son 25-36 il ərzində xüsusilə yeniyetməlik dövründə intihar cəhdlərinin artması problemin miqyasını daha artırmış və bu sahədə tədqiqat işlərinin, profilaktik tədbirlərinin artmasına səbəb olmuşdur. İntihar 3 mərhələdə görülür: 1)İntihar düşüncələri olur, yaxınlarına vida məktubları yazır, sosial şəbəkələrdə intihar barəsində paylaşımlar edirlər. 2) İntihar planları olur və intihara təşəbbüs üçün lazım olan vasitələri öz üzərində gəzdirirlər. 3) Son mərhələdə isə intihar halı artıq baş vermiş olur. İntiharın əsl səbəbləri- -Psixoloji və fiziki şiddət -Bəzi ruhi pozuntular və sinir sisteminin patoloji xəstəlikləri -Zorakılıq halları -Ailəiçi təzyiqlər -Boşanma və ayrılıqlar ( xəyanət) -Bullinq, mobbinq -Narkotik ,alkoqol qəbulu -Məqsədinə çata bilməmək -Film ,serialda gördüklərinin təqlidi və s… İntiharın dinamikasını nəzarətdə saxlamaq üçün 7 intihar tipi fərqləndirilir: 1.Psixoz və ya şəxsiyyətin formalaşmaması – özünü öldürməklə bağlı audial (eşitmə) hallüsinasiyaları olur. 2.Özünə yönəlik cinayət (homosid) – bu cür intiharlar da başqa insana qarşı aqressiyadan qaynaqlanır. Bəzi səbəblərdən dolayı bu qəzəb kənara əks olunmur və insan bu hissi özünə yönəldir. Simvolik şəkildə qarşısındakı insanı oldürəcəyini düşünür. 3.Real və ya xəyali tərk oldunduğu üçün intiqam alma-imtina olunmaq və ya tərk edilməklə ətrafındakı insanları qorxudan yeniyetmə, intiharı güc simvolu olaraq istifadə edir. 4.Şantaj və ya öz mənfəətini üstün tutma – bu tip intiharda, yeniyetmə intiharı qorxutma vasitəsi olaraq istifadə edir. «Əgər mənə yaxşı davranmasan, sonra peşman olacaqsan». İntiharın tez-tez səsləndirildiyi ailələrdə bu və öncə qeyd olunan intihar növü mütəmadi qarşılaşılan üsullardır. 5.Sevilən və ya itirilən obyektlərə yenidən qovuşma vəfat edən valideyn\nənə-baba ilə yenidən birlikdə olmaq üçün vasitə kimi qəbul olunur. 6.Bağışlanmaz günahların kompensasiyası – günahkarlıq və neqativ duyğulardan xilas olmağın yeganə yolu olaraq intihar edilir. 7.Kömək üçün ağlamaq (Crying for help) – problemin əsas səbəbindən asılı olmayaraq yeniyetmə narahatlığı olduğunun fərqindədir və bu problemi aradan qaldırmaq üçün intihara üstünlük verir. İntihara verilən populyar reaksiyalar *İntihar zəiflik ,acizlik əlamətidir. *İntihar etmək günahdır *Yəqin nə etmişdisə , şantaj ediblər… və s İntihar edərkən istifadə olunan üsullar İntihar cəhdi edən insanlar üzərində aparılan tədqiqatların 70%-də hədsiz dozada dərman istifadə edərkən, intihar edənlərin 63%-nin silaha üstünlük verdiyi aşkar olunmuşdur. Özünü zəhərləmə, asma, kəsmə, yandırma, maşının önünə atma yeniyetməlik dövründə tez-tez rastlanılan üsullar arasındadır. Digər araşdırmaya əsasən qeyd olunmuşdur ki, yeniyetmələrin böyük bir qismi hündür yerdən atlama ilə intihar edir. Yeniyetmə intiharlarında risk faktorları Risk faktorlarını müəyyənləşdirmək intiharın qarşısının alınması üçün əhəmiyyətli faktorlardan ilkidir. Daha əvvəl intihar cəhdinin olması yeniyetmə intiharlarında vacib risk faktorları arasında hesab olunur. Lakin tamamlanmış intiharı olan yeniyetmələrin sadəcə 10-40%-i əvvəlcə intihar cəhdinin olması digər risk faktorlarını da dəyərləndirməyi təklif edir. Digər risk faktorları arasında psixopatoloji, ailə, bioloji və situativ faktorlar xüsusi əhəmiyyət daşıyır. Bulling nədir ? UNICEF-ə görə bullinq (ing. Bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq. Kiber– Sosial şəbəkələr və mesajlar vasitəsilə insanları alçaltmaq, qorxutmaq, hesablarının sındırılması kiber zorakılığa aid edilir. Fiziki- Fiziki bullinqə vurmaq, itələmək, qəsdən toxunmaq, tüpürmək, şagirdin əşyalarının oğurlanması və s. Daxildir. Şifahi — Qorxutmaq, sözlərlə alçaltmaq,adına ləkə yaxmaq şifahi bullinq sayılır. Sosial — Şəxsin hansısa qrupdan kənarlaşdırılması, sinifdən təcrid edilməsi, ona qarşı qruplaşma yaratmaq bullinqin sosial növünə aiddir. Psixoloji — Təqib etmək, qərəzli baxışlar və başqa psixoloji zorakılıqlar bu növə daxildir. İntihar və İnformasiyanın yayılması İntiharı xəbər qadağalarını aşan bir ölçüdə anlatılması ya da göstərilməsi şəxsin məhrəmiyyət (məxfilik) və şəxsi hüquqlarını pozmaqdır. İntihar xəbərlərinin veriliş tərzinə diqqət edilmədiyi zaman intihara meyilliliyin artdığını göstərən çox sayda nümunə var. Mediada detallı rəsm , görüntülərlə və şəxsin ad soyadının verildiyi xəbərlərdən sonra bənzər yöntəmlər istifadə edərək intiharların artdığı bildirilmişdir. Ümumdünya Səhiyyə Təşkilatına görə intihar xəbərləri: -İlk səhifələrdə şəkilli, rəngli və intihar yöntəmi ayrıntılı şəkildə verilməməlidir. -Hadisə romantik və fantastik bir davranış olaraq gündəmə verilməməlidir. -Necə intihar edə biləcəyini göstərən ayrıntılı intihar xəbərlərini mediaya yaymaq olmaz. -İntihar həll yolu olaraq görülməməlidir. -Xəbərlərdə şəxslərin intihar düşüncələriylə baş etmələrinə yardımcı ola biləcək qurumlar, mualicə secimləri haqda maarifləndirmə aparılmalıdır. Necə kömək edə bilərik? -Maarifləndirmə -Valideynlərə psixoloji təlimlərin verilməsi -Psixoloq dəstəyi -Ağır formada isə dərman müalicəsi Həyat gözəlliklər ilə doludur, anı yaşa və zövq al! YAZAR:  Psixoloq Aysu Əliyeva