Aktrisanın yeni imici bəyənilmədi

Aktrisa Məryəm Üzərli son filmi üçün saçlarını qara rəngə boyayıb. Psixoloq.az xəbər verir ki, aktrisa yeni imicdə fotosunu sosial şəbəkədə paylaşıb. Amma onun izləyiciləri Məryəmin yeni imicini bəyənməyiblər. İzləyiciləri fotonun altına “Qara sənə yaraşmır, əvvəlki halına qayıt” rəylərini yazıblar.

Günə limonlu su içərək başlayın - Arıqlayın

Sürtgəcdən keçirilmiş limon ilə pəhriz saxlayanlar 1 ayda 20 kilo arıqlaya bilər. Psixoloq.az ölkə.az-a istinadən resepti oxucuları ilə bölüşür. Günə limonlu su içərək başlamaq insana özünü gümrah hiss etməyə, orqanizmi isə toksinlərdən və mikroblardan təmizləməyə kömək edir. Bundan başqa həzm sisteminə də faydalıdır. Limonun tərkibində C vitamini, kalsium, potasium, maqnezium və dəmir var. Eyni zamanda antikosidantlarla da zəngindir. Ac qarına limon suyu içmək orqanizmdə detoks effekti yaradır. Bağırsaqdakı mikrobları məhv edir, orqanizmi qidalandırır və ehtiyac olan enerjini təmin edir. Bundan başqa limonun suyu orqanizmdəki yağ dövrünü sürətləndirir, arıqlamağa şərait yaradır və ziyanlı toksinləri yox edir. Limonu sıxaraq sadəcə suyunu içmək də bir çox xəstəliyə qarşı təsirlidir. Nə lazımdır? 5 ədəd limon; 5 diş sarımsaq; Bir parça zəncəfil; 2 litr su Nə etməli? Suyu qaynadın, üzərinə limon suyu, limon qabığı, sarımsaq və zəncəfil əlavə edin. 10 dəqiqə qaynadın, soyudun və hər səhər acqarına bir stəkan için.

Yağış yağacaq - XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25°, gündüz 27-32° isti, Bakıda gecə 23-25°, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar olaraq çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar. Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti təşkil edəcək.

Diş həssaslığının səbəbləri - Bu məcunlar...

Bir çox insan diş həssaslığı səbəbindən soyuq, isti içki və yeməklərə həsrət qalır. Bəs narahatçılığa səbəb olan diş həssaslığının səbəbləri nədir? Psixoloq.az xəbər verir ki, stomotoloq Ramil Yusubov problemin dərinliklərindən bəhs edib. Onun sözlərinə görə, dişlərə mənfi təsir edən maddələrdən hazırlanmış məcunlardan və sərt diş fırçalarından istifadə etmək başlıca səbəblər sırasındadır. “Diş emalının eroziyası, kariesin başlanğıc forması zamanı, diş daşının təmizlənməsindən sonra (diş daşı ilə örtülən emal daha zəif olur və bir neçə gün ərzində daha həssas olur), dişlərin ağardılmasından sonra bir müddət həssaslıq yarana bilər”,-deyə stomotoloq bildirib. Müəllif: Şəhanə Quliyeva

Paltaryuyan maşının içinə aspirin atsanız... - İnanılmaz nəticə

Paltaryuyan maşının içinə bir neçə alüminium folqa topları atmaqla paltarların elektriklənməsinin qarşısını ala bilərsiniz. Psixoloq.az publika.az-a istinadən məlumat verir ki,paltarları ağartmaq və ləkələri çıxartmaq üçün bir neçə maraqlı üsulu təqdim edir. Aspirin həbi Paltaryuyan maşına aspirin qoymaqla paltarları ağarda bilərsiniz. Aspirinin tərkibindəki salisilik turşu ağ parçalardakı sarı ləkələri yox edir. Bunun üçün paltaryuyan maşına sadəcə bir neçə aspirin həbi qoymaq kifayətdir. Paltaryuyan maşının içinə bir neçə alüminium folqa topları atın Paltaryuyan maşına bir neçə alüminium folqa topları qoymaqla paltarların elektriklənməsinin qarşısını almaq mümkündür. Makiyaj ləkələrini çıxarmaq üçün təraş kremi istifadə edin Makiyaj ləkələrinin üstünə təraş kremi sürtüb yumağa atsanız, ləkələr dərhal çıxacaq.

Yeni marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başladı

Yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - "Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - "Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb. Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, 7A və 7B xətləri üzrə sərnişindaşıma "BakuBus" MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsilə həyata keçirilir. Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsilə olduğundan 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi də təşkil edilib.

“WhatsApp” məhdudiyyət tətbiq edəcək

"WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edəcək. Psixoloq.az Xezerxeber.az saytına istinadən xəbər verir ki, populyar "WhatsApp" messenceri Hindistanda saxta xəbərlərin yayılması ilə əlaqədar mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq etməyə qərar verib. Bu, bir sıra regionlarda çoxlu sayda ölkə vətəndaşının faciəli şəkildə ölməsinə səbəb olub. Xatırladaq ki, bir neçə il bundan əvvəl messencerə əlavə edilmiş funksiya mesajı eyni anda bir neçə çata göndərməyə imkan verirdi. "Biz bu gün mesajların yönləndirilməsinə tətbiq ediləcək məhdudiyyəti sınaqdan keçirməyə başlayırıq. Yeni qayda "WhatsApp"dan istifadə edən hər bir kəsə şamil olunur. Biz, həmçinin dünyanın digər ölkələri ilə müqayisədə daha çox mesaj, şəkil və videoçarxın göndərildiyi Hindistanda yönləndirmə üçün eyni zamanda istifadə edilən çatların sayını 5-dək məhdudlaşdırmağa cəhd edəcəyik və multimedia mesajlarının yanında ani göndərmə düyməsini siləcəyik", – deyə şirkətdən bildirilib. "Tech Crunch" nəşrinin məlumatına görə, hazırda 1,5 milyarddan çox istifadəçi "WhatsApp" messencerindən faydalanır. Şirkət "Facebook"a məxsusdur.

1,5 milyon xəstənin tibbi kartı ələ keçirilib

Kütləvi kiberhücum nəticəsində hakerlər Sinqapurun ən böyük klinikası "SingHealth”in 1,5 milyon pasiyentinin məlumatlarına müdaxilə ediblər. Yerli KİV artıq bunu ölkə tarixində ən böyük kiberhücum adlandırıb. Psixoloq.az azertaca istinadən bildirir ki, hakerlər "SingHealth” klinikasının təxminən 1,5 milyon pasiyentinin şəxsi profilini və 160 min xəstənin tibbi kartını oğurlayıblar. Maraqlıdır ki, həmçinin Sinqapurun baş naziri Li Syanlun üçün yazılmış resept də ələ keçirilib. Hakimiyyət nümayəndəsi deyib ki, bu, yaxşı planlaşdırılmış kiberhücum olub. "SingHealth” klinikasından bildirilib ki, hakerlər pasiyentlərin ad, elektron poçt, doğum tarixi, qeydiyyat nömrələrini ələ keçirsələr də, onların xəstəlikləri haqda informasiya əlçatmaz olub. Maraqlıdır ki, hakerlər tibbi karta heç bir zərər vurmayıblar.

Baş nazir jurnalistləri təbrik etdi

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov KİV nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib. Psixoloq.az xəbər verir ki, o bu barədə Feysbuk hesabında yazıb. “Milli Mətbuat Günü münasibəti ilə KİV nümayəndələrini – jurnalistlərimizi təbrik edir, onlara bu çətin, şərəfli və müqəddəs fəaliyyətlərində uğurlar arzulayıram. İnanıram ki, KİV nümayəndələri mübarizələrini və qarşılarında duran vəzifəni müstəqilliyimizin, dövlətçiliyimizin və qazandığımız nailiyyətlərin qorunması, daha da inkişafı və möhkəmləndirilməsi naminə bundan sonra da əzmlə davam etdirəcəklər”- deyə o qeyd edib.

“Azərenenerji”dən ötən gecə baş vermiş qəza ilə bağlı açıqlama

İyulun 20-i saat saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib. Psixoloq.az xəbər verir ki, bunu “Report”a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib. Y.Babanlının sözlərinə görə, nəticədə, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranıb. “Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb. Eyni zamanda bildiririk ki, Mərdəkan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir”, –deyə o bildirib. Qeyd etmək lazımdır ki, “Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib.

Gəzinti baha başa gəldi - 17 nəfər öldü/VİDEO

ABŞ-ın Missuri ştatında yerləşən Teybl-Rok gölündə gəzinti katerinin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb. Psixoloq.az məlumat verir ki, qəzaya səbəb göldə tüğyan edən güclü qasırğa olub.   Qeyd olunur ki, 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.  

Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO

Avqustun 1-dən etibarən xarici dövlətlərin baza modeli əsasında istehsal edilmiş və texniki baxışdan keçməyən avtomobillərin sürücülərinin cərimələnməsinə başlanılacaq. Xezerxeber.az-ın məlumatına görə, vaxtın azlığına baxmayaraq Zabratda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin texniki müayinə mərkəzinə müraciət edən sürücülərin sayı çox azdır. Müayinə mərkəzindən '' Xəzər Xəbər'' ə verilən məlumata görə, müddətin bitməsinə 11 gün qalsa da ölkə üzrə müayindən keçməli avtomobillərin cəmi 16 % - i yoxlanışdan keçib. Elə biz də çəkiliş zamanı müayinə mərkəzinə gələn avtomobillərin sayının çox az olduğuna şahid olduq. Müayinə mərkəzindən bildirilir ki, ən çox avtomobillərin işıq cihazlarında nasazlıq aşkarlanır. Ümumiyyətlə, müayinəyə vaxtında müraciət edən sürücünün aşkarlanan nasazlığı təmir etdirib yenidən müraciət etmək imkanı olur. Müayinəni son günə saxladıqda isə sürücülər uzun növbə gözləməli olurlar. Əgər sürücülər bu müddət ərzində yoxlanışdan keçməzsə, 50 manat miqdarında cərimə olunacaq.

Yetkinlik yaşına çatmayanların hüquqları Əli Əhmədova tapşırıldı

Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri təsdiq edilib. Psixoloq.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında" qərarında əksini tapıb. Qeyd edək ki, bundan əvvəl bu komissiyanın sədri baş nazirin sabiq müavini Elçin Əfəndiyev olub.

20 il sonra tayfanın son nümayəndəsi tapıldı - FOTO

Amazon çayının ətrafındakı cəngəlliklərdə yerli tayfanın sağ qalmış son nümayəndəsinin görüntüləri əldə edilib. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, yerli fermerlərin sözünə görə, o, 22 il əvvəl Funay qəbiləsinin mühasirəyə alınaraq, gülləbaran edilən 6 nümayəndəsindən sağ qalanıdır. Funay qəbiləsi 1970-1980-ci illərdə cəngəllikləri ələ keçirən fermerlər və şirkətlərin soyqırımına məruz qalıb. O vaxtdan bəri meşədə tək yaşayır. Yay-oxla ov edir, dibində ucu itilənmiş taxta mıxlar basdırılmış tələ-xəndəklər qazır. Hazırda Braziliya ərazisindəki cəngəlliklərdə sivilizasiyadan təcrid olunmuş 113 qəbilə yaşadığı güman edilir. Hələlik onlardan yalnız 27-nin mövcudluğu təsdiqlənib.

Vücudunuzu qısa zamanda nikotindən azad edin

Siqaret bir çoxları üçün qurtulmağı çətin olan vərdişdir. Pis vərdişdən imtina üçün isə vücudu siqaretin mənfi təsirlərindən təmizləməyə ehtiyac var. Psixoloq.az nikotini  bədəndən xaric etməyə kömək edən qidaların siyahısını təqdim edir: Alma Banan Sarımsaq Pomidor Zəncəfil Gicitkən Yerkökü suyu

Günün ulduz falı: 21 iyul, 2018

Qoç – günün ilk yarısından etibarən dəqiq fəaliyyət planınızını tərtib edin. İş qrafikinizi pozmayın. Vəzifə səlahiyyətlərinin icrasına başdansovdu, laqeyd yanaşmayın. Dərman preparatları qəbul etməlisinizsə, bunu unutmayın.Günün ikinci yarısında yarımçıq işlərin hamısını başa vurun. Tərəfdaş və şəriklər qarşısındakı öhdəliklərlə vədlərinizi unutmayın. Axşam saatları yaxınlarınızdan biri ilə ciddi söhbət üçün əlverişlidir.Stressdən qurtulmağa çalışın. Buğa – problemlərin həllinə yaradıcı yanaşın. İctmai işlərdə fayda var. Uzun müddətdən bəri başa vurmağa çalışdığınız iş bəhrəsini verəcək.Günün ikinci yarısında situasiya kəskin dəyişəcək. Problemlərin sayı arta bilər. Diqqətli və sayıq olun. Zərurət yaranarsa, planlara sürətlə, təcili dəyişikliklər edin.Axşam saatlarında məişət qayğıları və problemlər vaxtınızı alacaq. Yaxınlarınızın əsəbləri ilə oynamayın. Əkizlər – qayğıların və problemlərin sayının sürətlə artacağı gündür. Səhər saatlarından etibarən diqqətli olun. Qüvvə və resurslarınızı boş, mənasız işlərə sərf etməyin. Əvvəlcədən planlaşdırılmış sürətlə, bəlirlənmiş istiqamətdə hərəkət edin.Günün ikinci yarısında iradə və qətiyyət bəhrəsini verəcək. İşdə rəhbərlik təşəbbüslərinizi dəyərləndirəcək. Sevdiyiniz, can atdığınız işlə axşam saatlarında məşğul ola bilərsiniz. Ailə üzvləri ilə birlikdə dincəlin. Xərçəng – həddən artıq çalışaraq özünüzü yormayın. İfrat yorğunluq fəsadlıdır. İşgüzar görüş, danışıqlar, müzakirələr üçün günün ilk yarısı məsləhətli zamandırAlış-verişdə bədxərclik etməyin.Günün ikinci yarısında ailə üzvləri, qohumlarla qayğıkeş, diqqətli olun. Onlardan uzaq durmayın. Axşam saatlarını birlikdə keçirin. Şir – peşəkar fəaliyyətiniz və şəxsi həyatınızla bağlı ən ağır problemləri həll edə bilərsiniz. Yalnız irəliyə baxın, rəqibləri geridə qoyun. Mürəkkəb, xoşagəlməz, amma həllini təcili tələb edən məsələləri dərhal çözün.Günün ikinci yarısında ağır işin öhdəsindən birgə fəaliyyətlə gələ bilərsiniz. Aramla çalışın, qüvvənizə və potensialınıza qənaət edin. Axşam saatlarında stressdən qurtulmağa çalışın.İradəli, qətiyyətli olun. Əsla geri çəkilməyin. Qız – izafi zərurət yaranmasa, planlarınızda köklü dəyişikliklər etməyə can atmayın. İşlərinizi nizamlayın, yaxın ətrafınızdakı insanlarla qarşılıqlı fəaliyyətə can atın.Günün ikinci yarısında vurnuxmalar sizi qarşınıza qoyduğunuz məqsəddən ayırmasın. Yeni ideyaları dərhal həyata keçirməyə çalışmayın. Tələsməyin, atacağınız addımları yaxşı götür-qoy edin.Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin.Axşam saatlarında stressdən qurtulmağa çalışın. Tərəzi – günün ilk yarısında peşəkar fəaliyyətinizdə aktiv olun. Qarşınıza qoyduğunuz məqsədə doğru aktiv hərəkət edin. Kiçik problemlərə və maneələrə fikir verməyin. Enerjili davranın, yaxın ətrafınızdakı insanları arxanızca aparın.Günün ikinci yarısında xidməti öhdəliklərin və tapşırıqların öhdəsindən gəlin. Səhhətinizə fikir verin. İdmanla məşğul olun.Axşam saatlarında normal istirahət edin. Əqrəb – təhlükəsizliyinizə və işinizin səlis yerinə yetirilməsinə fikir verin. Hadisələrin bir qismini nəzarətdə saxlayın. Məntiqli olun, soyuqqanlı və təmkinli davranın.Emosiyalara uymayın, avantür təkliflərə aldanmayın. Problemlərə reaksiyanı qeyri-emosional səviyyəyə salın. İşin məhsuldarlığı yüksək olacaq. Lakin ifrat dərəcədə çalışmayın.Səhhətinizlə bağlı problem riski var.Yardım və ya qayğı təklif olunursa, inadkarlıq etməyin. İşin “zəif həlqə”sini nəzarətdə saxlayın.Yeni maraqlar üçün yaşam arealında gərəkli məkan yaradın. Oxatan – çoxdan bəri yığılıb qalmış iddialar və tələblər bu gün aşkarlana bilər. Ünsiyyətdə normal inetsivliyi qoruyaraq səmimi və gülərüz qalmaq çətindir.İşinizi yerinə yetirin, tapşırıqları və öhdəlikləri unutmayın. Yeni işə və ya layihəyə başlamayın. Təmkinli, soyuqqanlı davranın.Qəfil xəbər və ya təxribatların yaratdığı emosiyaya uyaraq dərhal reaksiya verərək düşünülməmiş addımlar atmayın.Yeniliklər yeni imkanlar yaradır. Oğlaq – perspektivdə başlanacaq layihələr və ya işlərlə bağlı gərgin mübahisələrə qatılmayın, enerjinizi mənasız işlərə sərf etməyin. Cari işlərə yetərincə vaxt ayırın.Təxirəsalınmaz müdaxilə tələb edən işlərdə aktiv olun.Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur.Axşam saatlarını özünüzə həsr edin. Dolça – tələskənliyə qapılmayın. Kəmhövsələlik, səbirsizlik ağır fəsadlı yanlışlıqlarla bitə bilər. Seçdiyiniz yoldan sapmayın. Qarşınıza qoyduğunuz məqsədə tez çatmaq istəsəniz də, hadisələri tələsdirməyin. Hər şey öz axarında olmalıdır.Günün ikini yarısında sınaqlardan üzüağ çıxmağa can atın. Tərəfdaş və şəriklərin təkliflərini praqmatikcəsinə dəyərləndirin.Axşam saatlarında gəzintiyə çıxın. Balıqlar – təcrübəli həmkar və tərəfdaşların mövqelərini nəzərə alın. Yaşlı insanların məsləhətlərini qulaqardına vurmayın. Məşğul olduğunuhz məsələ ilə bağlı sizdən daha çox informasiyaya malik şəxsləri səbrlə dinləyin.Günün ikinci yarısında qarşı tərəfin fikri sizin mövqelərinizdən köklü şəkildə fərqlənsə də, səbrli və soyuqqanlı olun. Sayğılı davranın. Maliyyə, hüquqi, əmlak məsələlərinin qaydaya salınması üçün yaxşı zamandır.Yaxınlarınızla danışanda ifrat tənqidə varmayın, kobud sözlər söyləməyin. Milli.Az

Bu ərazilərdə işıqlar söndü

Şəhərin Nizami və Xətai rayonlarının bəzi ərazilərində işıqlar sönüb. Psixoloq.az-ın məlumatına görə, “Azerişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev musavat.com-a bildirib ki, buna səbəb Mərdəkandakı DRES-də baş verən nasazlıqdır. Rəsmilər bildirir ki, ən qısa zamanda problem həllini tapacaq.

Bakıda stadionun adı dəyişdirildi

“Keşlə” klubunun ev oyunlarını keçirdiyi “İnter Arena”nın adı dəyişdirilib.  Psixoloq.az xəbər verir ki, stadion bundan sonra “ASK Arena” adlandırılacaq. Ötən ilin sonlarında ölkə başçısının fərmanı ilə yaradılmış Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib. Qeyd edək ki, bu stadionun adı ikinci dəfə dəyişdirilib. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq “Şəfa” stadionu adlandırılıb. Stadiona daha sonra “İnter” (hazırkı “Keşlə”) klubunun adına uyğun olaraq “İnter Arena” adı verilib. Lakin “Beynəlxalq Bank” bu kluba sponsorluqdan imtina etdikdən və klubun adı dəyişdirildikdən sonra “İnter Arena” adına ehtiyac qalmayıb.

Yeni ixtira - İnsanı görsətməyən plaş hazırlandı

Kanada alimləri insanı görünməz edən plaş ixtira ediblər. Psixoloq.az xəbər verir ki, Monreal Elmi Araşdırmalar Milli İnstitutunun ekspertləri gözəgörünməz plaşın sirrinin işıqla manipulyasiyalardan ibarət olduğunu aydınlaşdırıblar. Plaş enerjinin xüsusi ötürülməsinin köməyi ilə gözdən şüa və predmetləri gizlədir. Bunun səbəbi odur ki, insanın gözləri elektromaqnit spektrinin bütün tezliklərini görə bilmir.

Nə qədər abituriyent 700 bal topladı?

Dövlət İmtahan Mərkəzi iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini iyulun 20-də elan etmişdir. İmtahan nəticələri DİM-in saytında yerləşdirilib. Psixoloq.az xəbər verir ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün sənəd vermiş 26332 abituriyentdən 873 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda I ixtisas qrupu üzrə 11 abituriyent (Bakı şəhəri, 297 saylı orta məktəb, 109 saylı orta məktəb, 169 saylı orta məktəb, 58 saylı orta məktəb, Göyçay rayonu, Ləkçılpaq kənd 1 saylı orta məktəb, Goranboy rayonu, Sarıkürd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 9 saylı orta məktəb, Bakı Türk liseyi, “Elitar” gimnaziya-İ.Əfəndiyev adına, Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 saylı orta məktəb, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları), IV ixtisas qrupu üzrə isə 4 abituriyent (Bakı şəhəri, 29 saylı orta məktəb, 192 saylı orta məktəb, “İntellekt” məktəb-liseyi, Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.(modern.az)

Ailədə autizmli uşaqların digər övladlara təsiri

Autizm spektr pozuntusu olan uşaqların bacı-qardaşlarının psixologiyasına müsbət və mənfi təsirləri mövcuddur. Çox vaxt uşağına autizm spektr pozuntusu diaqnozu qoyulan ailə böyük bir şok yaşayır və yenicə diaqnoz qoyulmuş autik uşağa görə həyat tərzini dəyişməyə başlayır. Məsələn,valideynlərdən biri autik uşağın qayğısına qalmaq üçün  tez-tez uşaqla evdə qalır,digər bacı-qardaşlar kiçik köməkçi rolunu yerinə yetirməyə başlayırlar və digər valideyn isə ailənin hər ehtiyaclarını təmin etməyə çalışır. Xəstə uşağının problemlərinə hədəflənmiş valideynlər sağlam uşaqlarına qarşı laqeyd davranırlar. Valideynlərin autik uşağa həddindən çox olan qayğısı normal inkişaf edən uşaqlarda imtina edilmişlik hissi yaradır, amma onlar “kiçik ana” və “kiçik ata” rolunu öz üzərlərinə götürüb vaxtından əvvəl böyüyürlər. Bəzən “xüsusi uşaq” olan ailələrdə normal inkişaf edən uşağa olan gözləntilər daha çox olur. Beləliklə, sağlam uşaqlar məsuliyyət götürməyi özlərinə borc bilib valideynlərinə dəstək olurlar. Bir sıra müəlliflər (D.J. Meyer, P.F. Vadasi, 1996) bu növ uşaqlarda müəyyən emosional reaksiyalara diqqət yetirirlər: qəzəb, nalayiqlik, günahkarlıq, qısqanclıq, qardaşına və ya bacısına görə utanmaq, təklik hissi və başqaları.        Xüsusilə sağlam uşağın autizm spektr pozuntusu olan qardaş və ya bacısına daimi qayğı göstərməsi, gələcəkdə onun seçəcəyi peşənin insanlara kömək edən sahə ilə bağlı olmasına səbəb ola bilər. (Meyer, Vadasi, 1996). Unutmamaq lazımdır ki,ailədə nə qədər böyük çətinlik olursa olsun hər uşağın öz uşaqlığını normal yaşamaq haqqı var. 

Milyard dollarlıq qızılla dolu olan gəmi tapılıb

113 il əvvəl cərəyan edən Rus-Yapon müharibəsi zamanı batan və içində təxminən 130 milyard dollar dəyərində qızıl olduğuna inanılan gəmi Cənubi Koreyalı xilas etmə qrupu tərəfindən tapılıb. Psixoloq.az xəbər verir ki, xilasetmə dəstələri ”Dmitri Donşkoy” adlı rus döyüş gəmisinin dağıntılarının olduğunu açıqlayıblar. İddialara görə gəmi batdığı zaman Sakit okean donanmasına aid bütün qızılların gəmidə olduğu və bu günkü dəyəri 130 milyard dollar səviyyəsində bir dəyərə sahib olduğu düşünülür.  Qeyd edək ki. daha əvvəl də bir çox şirkət gəmini tapmağa təşəbbüs göstərib, ancaq heç biri müvəffəqiyyət qazanmayıb. “Şinil Group” adlı Cənubi Koreyalı şirkət gəmi dağıntılarının Ulleungdo adasından 1.3 kilometr məsafədə və dənizin 434 metr dərinliyində olduğunu açıqlayıb.(Moderator.az)

Ev heyvanları ilə avtobusa giriş qadağan edildi

"BakuBus"ev heyvanlarının və içkili sərnişinlərin avtobusa girişinə qadağa qoyub. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “BakuBus"-ın direktor müavini Azər Qasımov bildirib. O qeyd edib ki, qəfəs olmadan ev heyvanlarının avtobuslara girişi qadağandır: "Bunu biz demirik. Bu qayda Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamədə də əksini tapıb. Biz sürücülərimizə tapşırmışıq ki, qanunlara uyğun olaraq sərxoş halda olan sərnişinləri avtobusa götürməsinlər. Çünki, vəziyyətlə əlaqədar onlar müəyyən narahatlıq yaradır ki, bu da avtobuslar arası intervala təsir edir".

Avtobuslar niyə gecikir - Səbəb AÇIQLANDI

"BakuBus" istifadəsində olan marşrutlarda avtobusların gecikməsinə səbəb olan amillər media nümayəndələrinin diqqətinə çatdırılıb. Psixoloq.az xəbər verir ki, "BakuBus" MMC-nin direktor müavini Azər Qasımov bildirib ki, şəhər mərkəzində qeyri-qanuni prakovkalar avtobusların hərəkətinə mane olur: "Bu prosesdə avtobus sürücüləri günahkar deyil. Şəhərin bəzi küçələrində pik saatlarda tıxaclar olur. Bu səbəbdən avtobusların hərəkətində gecikmələr baş verir. Bu baxımdan sərnişimlərin də bizi başa düşməsini istərdik". O bildirib ki, tıxaclarla yanaşı, taksi sürücüləri də avtobusların fəaliyyətə mane olur: "Bəzi hallarda isə avtobus dayanacaqları üçün ayrılan yerlərdə taksi sürücülərinin dayanması avtobusların dayanacağa girməyə mane olur. Bu həm sərnişinlərin yol ortasında düşməsinə səbəb olur ki, bu, təhlükəlidir. Həm də a dayanacaqlararası intervallarda gecikmələr yaranır". O, bu problemlərin aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi ilə birgə tədbirlər görüləcəyini qeyd edib.