Psixoloq.az xəbər verir ki,gənclərin birləşdiyi Üçbucaq oxucu birliyi kitabimkitabinolsun heşteqi ile 8 mart beynəlxalq qadınlar günü münasibəti ilı sosial şəbəkələrdə maraqlı aksiya başladıblar.Siz oxucularımızda özəl gün münasibəti ilə bu layihəyə qoşula biləsiz deyə gənclərin sosial şəbəkədə marağa səbəb olan həmin paylaşımını sizlərə təqdim edirik 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR. Bu münasibətlə öncədən bütün xanımları təbrik edir və onlara xoşbəxt, uğurlu, bol mütailəli həyat arzu edirik. Qadın anadır, qadın bacıdır, qadın həyat yoldaşıdır, qadın bizə həyat bəxş edən – hədiyyə edəndir. Bu münasibətlə Üçbucaq Oxucu Birliyi olaraq yeni bir sosial dalğa, haştəq yaratmağı , qadınları öz bayramlarında kiçik də olsa öz hədiyyəmiz və sözlərimiz ilə təbrik etmək istəyirik. Bəylər ( həmçinin istəsələr xanımlar da) hədiyyə etmək istədiyi kitabın şəklini #kitabimkitabinolsun haştəqi ilə hədiyyə etmək istədyiniz xanımı tag edin və həmçinin estafeti növbəti olaraq kimə ötürmək istəyirsizsə ( bəy və ya xanım ) “Mən hədiyyə etdim, sıra səndədir” yazın. Biz təşəbbüsü yaratdıq, sıra sizdədir, gəlin bu bayramda qadınları kitab ilə sevindirək. İdeya müəllifi: Türkanə Əsədovaİdeya tərəfdaşları: Üçbucaq Kitab Evi / Üçbucaq Oxucu Birliyi #oxuöyrənpaylaş #kitabimkitabinolsun psixoloq.az
“Övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub”. Psixoloq.az Oxu.Az-ın məlumatına istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təqdimatı zamanı bildirib. O qeyd edib ki, bir sıra beynəlxalq məsləhətçi təşkilatlarla, ekspertlərlə, QHT-lərlə məsləhətləşmələr şəraitində övladlığagötürmə sahəsində normativ-hüquqi aktların layihələri, o cümlədən “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın layihəsi hazırlanıb: “Həmin Qayda dövlət başçısının 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilib. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin də hazırlandığını, nazirliyin Aparatında və DOST Agentliyində övladlığagötürmə üzrə idarəçiliyi təmin edəcək struktur bölmələri yaradılıb”. A.Kərimov bildirib ki, övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu, onun övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması, bu istiqamətdə ciddi nəzarətin həyata keçirilməsi yeni övladlığagötürmə modelinin başlıca prinsiplərindən biridir: “Bununla bağlı Qaydada valideyn-namizədlə, onun ailə tərkibi, gəlirləri və s. ilə bağlı konkret tələblər, şərtlər qeyd edilib. Həmçinin, övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub. Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, inkişaf səviyyəsi monitorinqlər vasitəsilə öyrəniləcək. Valideyn-namizədlərlə bağlı minimum yaş tələbi (subay – 30 yaş, evli – 25,), valideyn-namizədlərin daha mükəmməl qiymətləndirilməsi üçün mərhələlər (uçot, müsahibə, ev şəratinin yoxlanılması, təlim, uyğunlaşdırma, müəssisədə görüş, sınaq müddəti və məhkəmə), övladlığagötürməyə imkan verməyən hallar, övladlığagötürmə üçün ailənin gəlirləri ilə bağlı konkret tələblər və s. müəyyən olunub”. Nazir müavini əlavə edib ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi bu sahədə əsas rol oynayacaq: “Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və valideyn-namizədlərin vahid e-uçotu bu altsistem vasitəsilə aparılacaq. Ümumilikdə övladlığagötürmə prosesinin bütün mərhələləri üzrə məlumatlar altsistemə daxil ediləcək. Altsistem övladlığagötürmə üzrə xidmətlərin e-qaydada təqdim olunmasına imkan verir”. İlhamə Əbülfət
Azərbaycanda gender-əsaslı cins seçimi ilə mübarizə sahəsində tədbirlər planı qüvvəyə minib. Ölkədə doğulanların gender-əsaslı cins seçiminin qarşısının alınması sahəsində əlamətdar hadisə baş verib. Nazirlər Kabineti tərəfindən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Baş Nazirin müvafiq sərəncamı ilə qüvvəyə minən tədbirlər planı növbəti 5 ildə aidiyyəti hökumət qurumları tərəfindən əlaqəli şəkildə həyata keçiriləcək bir sıra mühüm tədbir və fəaliyyətləri ehtiva edir. Sözügedən tədbirlər planının əhəmiyyəti əhalinin cins strukturunda müşahidə olunan müəyyən meyillərin gedişatı ilə şərtlənir. Belə ki, son illər aparılan demoqrafik proseslərin təhlili nəticəsində ölkədə doğulan uşaqların cins strukturunda oğlanların payının və artım tempinin daha yüksək olduğu müəyyən edilib. Bioloji normaya uyğun olaraq, yeni doğulmuşların cins nisbətinin hər 100 qıza 105-107 oğlan təşkil etdiyi halda, hazırda Azərbaycanda hər 100 doğulan qıza 114 oğlan düşür. Eyni zamanda müşahidələr göstərir ki, ananın yaşı artdıqca doğulanların strukturunda oğlan uşaqlarının payı daha da artır. Belə vəziyyət ilk növbədə, doğulacaq övladın cinsinin seçimi ilə bağlı valideynlər tərəfindən verilən qərarlarla, o cümlədən selektiv abortların artması ilə izah olunur. Qeyd etmək lazımdır ki, doğulan uşaqlar arasında cins nisbətinin pozulması meyilləri aşağı gəlirli ailələr arasında daha yüksəkdir. Ölkədə dünyaya gələn uşaqların cins seçimi əsasən kənd yerlərində və nisbətən aztəminatlı ailələrdə müşahidə olunur. Qeyd olunan tədbirlər planı əhalinin cins strukturundakı bu uyğunsuzluqların aradan qaldırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Sənəd doğulan uşaqların cins nisbəti üzrə etibarlı və əlçatan məlumatların və göstəricilərin əldə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, gender ayrı-seçkiliyini və bərabərsizliyini aradan qaldırmaq məqsədilə qızlara və qadınlara dəstək tədbirlərinin genişləndirilməsi, gender stereotiplərinin aradan qaldırılması istiqamətində təbliğatın və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, eləcə də qurumlararası əlaqələrin və əməkdaşlığın gücləndirilməsi kimi əsas istiqamətlər üzrə kompleks fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur. Tədbirlər planının hazırlanmasında BMT-nin Əhali Fondu Azərbaycan hökumətinə əsaslı dəstək verib. Fond tərəfindən yaradılmış beynəlxalq və yerli ekspertlərdən ibarət heyət hökumətlə sıx əməkdaşlıq çərçivəsində sözügedən sənədin hazırlanmasında iştirak edib. Qarşıdakı 5 il ərzində planın icrası sayəsində ölkədə cinsə görə qərəzli seçimin azaldılması və qız uşaqlarının dəyərinin təşviq edilməsi sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunması gözlənilir. Oxu az
Psixoloq.az xəbər verir ki,dünyada eləcədə də ölkəmizdə ətrafında böyük müzakirələr aparılan Koronovirus barədə yayılan xəbərlər, fikir mübadilələri,insanlarda təşviş pozuntularının artmasına səbəb olur.Bu barədə özünün sosial şəbəkə hesabında maraqlı paylaşım edən tanınmış cərrah transplatoloq Dr Bəhruz Səlimov virusun psixoloji təsirlərinin immuniteti zəyiflətdiyini vurğulayıb.Həmin paylaşımı oxuyucularımıza olduğu kimi təqdim edirik. Koronavirus epidemiyası ətrafında panika bütün dünyada ağlasığmaz dərəcəyə çatıb. Məndə bir sıra məsləkdaşlarım kimi bu məsələyə soyuq qanlı yanaşmaq istədim.1. Koronavirus infeksiyası min illərdir var və tarixdə heç bir kütləvi ölümlərə səbəb olması qeydə alınmayıb. Adi mövsüm xəstəliklərindən biridir. Bəzən heç əlamət vermir. Bir çox insanda isə özünü öskürək, burun axması və qızdırma ilə biruzə verir.2. Koronovirusa yoluxan və diaqnostika edilən (yoluxub və diaqnostika edilməyən insanlarda olur ki bu insanlarda xəstəliyin ən xırda əlaməti belə olmur) insanların 20-26 %-da sətəlcəm (ağ ciyər iltihabı) əmələ gəlir. Hal-hazırki hesablamalara görə xəstələrin 2% ölür. Lakin, statistik araşdırmalar ölümün real riskinin, xəstəliyin bütün zəyif və yumuşaq keçən formalarını da hesaba qataraq əslində 0.3%-0.8% kimi, yəni daha aşağı olduğunu göstərir.3. İndi isə ən qorxuducu məlumat! : Adi qripdən dünyada il ərzində 290 000-dən 650 000-dək insanın həlak olduğunu bilirsinizmi?!! Xəstələnənlərin illik sayısının 3 000 000-5 000 000 aralığında olduğunu götürdüğümüzdə bu 4.8-dan 20 -dən çox faiz təşkil edir!!! İndi isə düşünün koronavirusdan olan qat-qat daha aşağı olan ölüm riskini yuxarıdaki ilə nisbətdə şişirtməyə ehtiyac var mı?!4. Ölüm riski ən çox kişi cinsi (70%), 60 yaşından yuxarı (85%) və yanaşı ağır xəstəlikləri olanlarda görülür.5. Bundan başqa bədbəxt hadisə, aclıq, çirkli su, dərmanların yan təsirindən saysız-hesabsız ölümlər olur. Nədənsə bunları heç kim gündəmə gətirmir!6. Yaranmış vəziyyət kimin üçün əlverişli ola bilər? - Əvvəla bütün dərman sənayesinə; dərman vasitələri, qoruyucu vasitələr, dezinfeksiya məhlulları, xüsusi qeyimərin satışları kəskin şəkildə artır. İkincisi, müəyyən siyasi güclərdir; ləğv səyahətlər, pozulmuş sözləşmələr, tibbi izləməyə (karantin) görə dayanmış istehsalat və s. səbəblərdən yaranmış iqtisadi zərərləri düşünün.7. Nəzərə alın ki, virusdan savayı məhz stress və çaxnaşma (panika) müqavimətinizi (immunitetinizi) zəyiflədir. Gözəl xəbərlər oxuyun, gülün, sevinin, düzgün qidalanın, yoqa və müsbət düşüncə texnikası ilə məşğul olun!
Ölkə ərazisində oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 18-21° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Temperaturun gecə 8-13°, gündüz 25-30° isti təşkil edəcəyi gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 8-13° isti olacağı ehtimalı var. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti təşkil edəcəyi proqnozlaşdırılır. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 12-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti, yüksək dağlıq ərazilərdə gecə 3-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 18-23° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-16°, gündüz 17-21° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti təşkil edəcəyi proqnozlaşdırılır.
Müxtəlif mobil saytlarda insanlar intim xidmətlərə cəlb olunur. Bizimyol.info redaksiyasına daxil olan məlumatda da söz açılan faktın şahidi olduq. Belə ki, mobil saytlardan birində vakansiya elanı verilib. Bakıda yerləşən masaj salonlarından birinə masajist xanım axtarıldığı qeyd edilir. Lakin qeydddə həmin masajist xanımın masaj ortası intim xidmət göstərməsi də qeyd edilir. Bu yolla xannımların əlaqə nömrələrini, onların fotoşəkillərini əldə edir və bu vasitə ilə onları intim xidmətlərə cəlb edirlər. Psixoloq.az xəbər verir ki, psixoloqlara görə, edilən bu hərəkət birbaşa insan tərbiyəsini pozmaq məqsədi daşıyır. Xüsusilə də azyaşlıların tərbiyəsinə zərərdir. Belə elan verən mərkəzlər təcili bağlanılmalıdır. Bu barədə müvafiq orqanlar ciddi nəzarət etməlidir. Redaksiyamıza göndərilən fotoşəkili oxucularımıza təqdim edirik.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb. Nazirliyin verilən məlumata görə, Böyük və Kiçik Qafqazda gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, səhər və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda 9-14 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 11-16 dərəcə isti təşkil edəcək. Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, oktyabrın 7-si gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək. Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək. Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, okytabrın 6-sı gündüz, 7-si gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 19-21 dərəcə isti təşkil edəcək.
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında oktyabrın 6-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz isə əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 18-22, dağlarda gecə 4-7, gündüz 7-11 dərəcə isti təşkil edəcək.
Səhiyyə naziri Oqtay Şirəliyev "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Psixoloq.az xəbər verir ki, əmrə əsasən payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər, həmçinin infeksiya üzərində epidemioloji monitorinq güclənləndiriləcək. Əmrdə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması, qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsi tapşırılıb. Eyni zamanda, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, ağır kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi və şübhəli xəstələrdən götürülən nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatıdırılması Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə həvalə olunub. Bundan başqa, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatı yaradılacaq. Psixoloqlar isə bu qərarın zamanında verilən qərar olduğunu bildiriblər. Belə ki, gücləndirilmiş rejim vəziyyətin ciddiliyini daha da gündəmə gətirəcək və bu sahədə işləyən insanlar işlərinə daha məsuliyyətlə yanaşacaqlar.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var. Temperaturun anomal gedişi gözlənilir. Belə ki, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 16-18, axşam 14 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq. Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, axşam yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 11-15 dərəcə isti təşkil edəcək.
Azərbaycanda fəaliyyət göstərən androloq-sekspatoloqlardan birinin sosial şəbəkədə "qeyri-adi" reklamı paylaşılıb. Psixoloq.az ölkə.az-a istinadən xəbər verir ki, hər on kişidiən səkkizinin cinsiyyət orqanıyla bağlı problemi var. Reklamda istifadə edilən "Balacanı da götürün gəlin" sözləri isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Adətən azyaşlılarla bağlı işlədilən cümlənin sekspatoloqun reklam mətnində işlədilməsi birmənalı qarşılanmayıb. Psixoloq.az bu barədə psixoloqların fikrini öyrənib. Belə ki, psixoloqlar reklam vəziyyətində belə insanların psixologiyasını nəzərə almağın vacibliyini vurğulayıblar. "Bəziləri avropasayağı davranmaq istəyirlər. Ancaq unudulmamalıdır ki, Azərbaycan psixologiyası başqadır. Xüsusilə də uşaq mövzusunda insanlar çox həssasdır. Onların adlarını belə reklamlarda çəkmək düzgün addım deyil. Əgər gerçək problemdən bəhs edilirsə buna daha həssas yanaşılaraq düzgün formada çatdırmaq lazımdır",-deyə psixoloqlar bildirib.
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji xəbərdarlıq da edilib. Belə ki, oktyabrın 5-i səhərdən 6-sı gündüzədək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.