Qanvermə aksiyası keçirilib

Avqustun 2-də Lerik Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Heydər Əliyev Fondunun təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar üçün qanvermə aksiyası keçirilib. Psixoloq.az Modern.az-a istinadən xəbər verir ki, qanvermə aksiyasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri, gənclər və rayon sakinləri böyük coşqu ilə könüllü olaraq qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyaya qoşulublar. Aksiyada ümumilikdə 880 nəfər rayon vətəndaşı iştirak edib. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılır, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Tibbi personalın yoxlamasından sonra tam sağlam olan 147 nəfər vətəndaşdan qan götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin həm də vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

Məşhurun beynində şiş tapıldı - Vəziyyəti ağırlaşıb

Məşhur türkiyəli modelyer Nur Yerlitaşın vəziyyəti ağırlaşıb. Psixoloq.az xəbər verir ki, modelyer dünən təcili xəstəxanaya yerləşdirilib. Beynində 2 şiş aşkarlanan Nur Yerlitaş əməliyyat olunacaq. Qeyd edək ki, məşhur keçən il sinəsini kiçiltmək üçün həkimə gedəndə müayinə zamanı döşündə şiş olduğu çıxmış və ona xərçəng diaqnozu qoyulmuşdu.

İnsan ömrünün uzadılması üçün daha bir addım: donuzlara…

Amerikalı biomühəndislər dünyaya yeni sensasiyalı hesabat təqdim ediblər. Belə ki, insan ömrünün uzadılması istiqamətində daha bir addım atılıb. Alimlər donuzlara süni yetişdirilmiş ağciyər köçürüblər. “Vistanews” saytının yazdığına görə, transplantasiya əməliyyatından kifayət qədər qısa müddət sonra orqanlar adaptasiya olunub. Bu vaxtadək məhz patoloji cəhətdən zədələnmiş ağciyərlər orqanizm tərəfindən qəbul edilmədiyindən mükəmməl transplantasiya üçün yararsız hesab olunurdu. Tədqiqatçılar qidalandırıcı məhlulda laboratoriya heyvanlarının bütün hüceyrələrini çıxarmaqla zülal strukturundan orqanlar yetişdirməyə nail olublar. Yerdə qalan elastik üçölçülü əsas sahə resipiyent donuzun hüceyrələri ilə doldurulub. Yetişdirmə prosesi bir aya başa çatıb. Bundan sonra orqanlar fərdi damar şəbəkəsi yaradıb. İlk uğurlara baxmayaraq, hələ alimlərin qarşısında insan orqanlarının yetişdirilməsi metodikasının hazırlanması ilə bağlı çoxlu problemlər var. Bu məsələdə resipiyentin yaşı və transplantasiya dövrünədək həyat tərzi mühüm rol oynayır. Lakin alimlər əmindirlər ki, yaxın zamanlarda eksperimentlərin müsbət nəticələrini əldə etmək mümkün olacaq. Birinci mərhələ uğurla başa çatıb. Elmi dairələr bu istiqamətdə tədqiqatların nəticələrini diqqətlə izləyirlər (Azərtac).

2016-cı ilin ən seksual müğənnisi narkoloji klinikaya göndərilir

Həddindən artıq heroin qəbul edərək xəstəxanaya düşən müğənni Demi Lovato evə buraxılıb. Psixoloq.az xəbər verir ki, müğənninin yaxınları və həmkarları onu müalicə almaq üçün narkoloji klinikaya göndərmək niyyətindədirlər. Deyilənlərə görə, həddindən artıq heroin istifadə etməsi səbəbi ilə aktrisa ölüm həddinə çatıb, lakin hazırda vəziyyəti sabitdir.  Onunla birgə çalışan insanlar Lovatoya ultimatum irəli sürəcəklər: ya o klinikada müalicə alacaq, ya da onlar müğənnini tərk edəcəklər. Lovatonun narkotik qəbul edəndən sonra xəstəxanaya yerləşdirilməsi xəbərləri iyulun 25-də yayılıb. Daha öncə isə 25 yaşlı müğənni kokain asılılığı ilə mübarizə aparıb. 2016-cı ildə Amerikanın “Victoria's Secret” şirkətinin apardığı sorğu nəticəsində Lovato dünyanın ən seksual müğənnisi adına layiq görülüb.(oxu.az)

Dünyanın stressdən uzaq peşələri — SİYAHI

Stressiz peşə varmı? Bir çoxumuz təbii ki, "yox" cavabını verərik. Amma dünya üzrə aparılan araşdırmalar göstərib ki, bəzi peşə sahibləri işlərində demək olar ki, stresslə qarşılaşmırlar. İqtisadçı - Biznes dünyasındakı yenilikləri, dəyişiklikləri izləyən iqtisadçılar ən stressiz peşə sahiblərindən sayılırlar. Statistikaçı - İş həyatlarında stressə minimum səviyyədə məruz qalan peşə sahiblərdirir. Riyaziyyatçı - Əsasən iş tapmaqları çətin olsa da, iş həyatlarında hardasa stress yaşamayan bir peşə sahibləridir. Astronomlar - Səma cisimlərini incələyən, teleskop kimi alətlərlə kosmosu müşahidə edən astronomlar da stressdən uzaqdırlar. Səhiyyə sahəsində çalışan ən stressiz peşə sahibləri sayılırlar. Diyetoloq - Günümüzün ən populyar peşələrindən biridir. Problemli bir xəstə ilə qarşılaşmadıqca iş həyatları stressdən uzaqdır. Bərbər - Hər tində, hər küçədə, binanın altında gördüyümüz bərbər salonlarında işləyən insanlar da stressdən uzaqdırlar. Tibbi sonoqrafiya mütəxəssisi - Xəstəxanalarda, əsasən doğum bölməsində işləyirlər. Hamilə qadınların uşaqlarının cinsiyyətini və ana bətnindəki uşağın vəziyyətini yoxlayırlar.(ölkə.az)

Bəzi marşrutlarda gediş haqqı azaldıldı

Bəzi marşrut xətlərinin tarifində yenidən dəyişiklik edilib. Psixoloq.az Real-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, Tarif Şurasının iyulun 30-da qəbul etdiyi qərara əsasən, 501, 502, 503 saylı marşrut xətləri üzrə (Bakı-Sumqayıt) gediş haqqı 80 qəpik müəyyənləşdirilmişdi. “Sakinlərin müraciəti nəzərə alınaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən daşıyıcılarla danışıqlar aparıldı və həmin tarifin müəyyən müddət üçün 60 qəpik qismində müəyyənləşdirilməsi təmin edildi”, - deyə qurum rəsmisi bildirib.

Psixoloqlara vacib xəbər

Dəyərli psixoloqlar portalı yaratmaqda məqsədimiz Azərbaycanda vahid psixoloq bazasını bir portalda birləşdirərək, Azərbaycanda psixoloji mariflənmənin aparılmasına, psixoloqların xidmətlərindən istifadə edə bilmələri üçün böyük oxuyucu auditoriyamıza secim imkanlarından yararlana bilmələrini sağlamaq, cəmiyyət və psixoloqlar arasında körpü qurmaq, psixoloqları narahat edən mövzuları işıqlandıraraq  cəmiyyətdə psixi informasiya konfortu yaratmaqdir. Portal ölkədə psixi xidmətlər göstərən hər bir Psixoloji Mərkəzin, Psixoloqların, Psixiatr, Loqoped və Defektoloqların diplom və sertifakisiyalarının tanınması və qeydiyyatını aparmaqla portalda yazılan press relizlərin, psixi xəstəliklər barədə marifləndirici məlumatların, peşekarlar tərəfindən yayılmasının təminatını verir. Artıq bu istiqamətdə çalışan psixoloq,psixiatr loqoped, defektoloq, yaşam koçları və eyni zamanda psixologiya sahəsində təhsil alan gənc psixoloqlar portalda qeydiyyatdan keçərək məqalə yazmaq, marifləndirmək  hüququna sahib olurlar. Bu isə ölkə insanının psixi sağlam və təhlükəsiz xəbər oxumasına səbəb olmaqla yanaşı psixologiya sahəsinin  intibah dövrünün yaşamasına yardım etmiş olur. Layihəyə qoşulmaq istəyən psixoloqlar mütəxəssis bazasına daxil olmaq üçün [email protected] elektron ünvanına qoşulma istəkləri və peşəkar məlumatlarını bizə göndərə bilərlər.Ətraflı məlumat üçün 051 853 53 20 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

Ana südü körpədə qızdırmanı aşağı salır? – Pediatr bilinməyənləri açıqladı

Valideynləri təşvişə salan problemlərdən biri uşaqların xəstələnməsidir. Xüsusilə də körpələrdə bu halın baş verməsi daha çox problem yarada bilər. Bu zaman isə analara azyaşlılara bol süd vermələri tövsiyə edilir. Bəs həqiqətən ana südünün temperaturu aşağı salan təsiri mövcuddur? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən pediatr Xəyalə Quliyevanın sözlərinə görə,ana südünün tərkibindəki antillər uşağı qorumağa kömək edir: “Qızdırma zamanı ilk yardım bol mayenin verilməsidir. Körpə uşaqlara belə zamanlarda bol-bol ana südü verilməlidir”. Ana südünün bir çox faydası olduğunu bildirən pediatr, aparılan son araşdırmalardan bəhs edib: “Tədqiqatlar göstərib ki, ana südü ilə qidalanan uşaqlar digərlərinə nisbətən daha az leykoz xəstəliyinə tutulurlar. Həmçinin ana südü ilə qidalanan körpələrdə astma, xərçəng, orta qulaq iltihabı, piylənmə, diabet riski daha az müşahidə edilib. Süni qida, dərman vasitəsidir desək yanılmarıq. Ana südünü hər hansısa hazır qida əvəz edə bilməz”. Müəllif: Şəhanə Quliyeva

Sabaha olan hava proqnozu

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olması tövsiyə edilir. Azərbaycanın rayonlarında avqustun 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. 

Ölüm tarixiniz təxmin ediləcək - Xəstəxanada tətbiq olundu

ABŞ-da iki xəstəxanada istifadə edilən alqoritmlər xəstələrin sağalacağı vaxtla yanaşı, ölüm tarixlərini də təxmin edib. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, “Nature” jurnalında yayımlanan məqaləyə görə, alqoritm keçmiş xəstələr haqqında məlumatları təhlil edərək nəticələr haqqında həqiqətə uyğun bilgilər verir. Aloqritmin əldə etdiyi nəticələrdə gerçəklik payı hər gün artmaqdadır. O, xəstəlik tarixcəsi ilə yanaşı, bir çox məlumatı eyni anda təhlil edir və gələcəkdə baş verəcək nəticələr barədə müəyyən təxminlər edir. Ancaq səhiyyə sektoruna süni intellektin tətbiqi ilə bağlı narahatlıqlar da az deyil. Çoxlu sayda məlumata ehtiyac duyan sistem üçün hökümətlərin və sığorta şirkətlərin mərkəzi kompüter sistemində olan bilgilərdən istifadə edilir. Bununla da gələcəkdə səhiyyə sektorunun Gugl kimi məşhur şirkətlərin inhisarına çevrilməsi narahatlığı yaranır.

Alimlərdən dəhşətli xəbərdarlıq: “2080-ci ildə istidən ölüm halları 5 dəfə artacaq”

Avstraliyalı alimlər qlobal istilərlə bağlı yeni tədqiqatın nəticələrini açıqlayıblar. Psixoloq.az  xəbər verir ki, hesabata əsasən, 2080-ci ildə tropik və subtropik regionlarda istidən ölənlərin sayı 5 dəfə artacaq. Ən yaşıl qitədə isti hava şəraitindən ölənlərin sayı 471% artacaq. Bundan başqa Hindistan, Yunanıstan, Yaponiya və Kanada kimi ölkələrdə ölüm hallarında kifayət qədər artım müşahidə ediləcək. Alimlərin proqnozuna görə, anomal istilərin davam etməsi, iqlimin dəyişməsi daha sərt olacaq. Vəziyyət quraqlıq və yanğınlarla daha da çətinləşəcək.(ölkə.az)

Avtobus sürücülərinin planı da qaldırılıb? - RƏSMİ AÇIQLAMA

Tarif (qiymət) Şurasının qərarı ilə avqustun 1-dən metro və şəhərdaxili avtobuslarda sərnişin daşınması 1 gediş üçün 30 qəpiyə, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Son dəyişikliklə nağd ödənişlə çalışan avtobus sürücülərinin gündəlik planının da artırıldığı bildirilir. Məsələ ilə bağlı modern.az-ın sualını cavablandıran Bakı Nəqliyyat Agenliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, plan hər bir marşrut xətti üzrə fərdi olaraq daşıyıcı tərəfindən müəyyən edilib: “BNA hər zaman plan sisteminin əlehinə olub. Biz hər zaman tərəfdarı olmuşuq ki, plan sistemi ləvğ edilsin və nağdsız ödənişə keçilsin. Son qiymət tənzimlənməsi artıq bu keçidin də sürətlənməsinə imkan verir. Və daşıyıcılar artıq planın artırılması deyil, əksinə bu sistemdən azad olmanın yollarını düşünməlidirlər”. M.Ağayev qeyd edib ki, daşıyıcılar son qiymət tənzimlənməsini sərnişindaşıma fəaliyyətini daha müasir formada qurmaq üçün bir şans olaraq dəyərləndirməli,  bu sahəyə daha çox sərmayə cəlb edərək inkişafa nail olmalıdırlar.