Hadisə anasının intiharı haqqında ŞOK FAKTLAR AÇDI

“Nə həddiniz var ki, şəxsi həyatım haqqında açıqlama verirsiniz? Bu haqqı sizə kim verib?!” Psixoloq.az publika.az-a istinadən  xəbər verir ki, bu sözləri müğənni Hadisə anasının intiharından danışan modelyer Nur Yerlitaş haqqında deyib. Xəbər verdiyimiz kimi, Hadisənin anası Gülnihal Açıkgözün intihara təşəbbüs etdiyi iddia edilmişdi. Hadisə mətbuata verdiyi açıqlamada "İntihar etməyib, qida zəhərlənməsidir" deyərək bu iddianı təkzib etmişdi. Ancaq dünən acı həqiqət ortaya çıxıb. Modelyer Nur Yerlitaşa canlı yayıma qoşularaq məlumatı təsdiq edib. Müğənni Hadisə isə canlı efirdə anasının intiharı etməsi ilə bağlı danışan modelyerə od püskürüb: “Ana. Bu kəlmənin böyüklüyünü, dərinliyini, mənasını həmişə dilə gətirmişəm. Bir neçə həftə əvvəl hər zaman ən dəyərli olan anamla bağlı kədərli bir hadisə yaşadıq. Mənim şəxsi həyatımda yaşadığım problemi həyatımda bir dəfə gördüyüm insan tərəfindən magazin proqramında müzakirəyə qaldırılmasını pisləyirəm. Buna heç bir məna verə bilmirəm! Biz yaşadığımız vəziyyət qarşısında kimin hansı həkimə zəng vurduğunu bilmədən və yalnız anamızın vəziyyətini düşündüyümüz halda "Mənə təşəkkür edə bilərdiniz, sizi məzəmmət edirəm" mesajı gəldi. Mən bu adamın həkim məsələsində yardımçı olduğunu sonra öyrəndim və dərhal zəng edib təşəkkür etdim. Bir insan belə bir kədər yaşayarkən “Kimlərə təşəkkür edək” - deyə düşünməz! Əvvəl insan anasını, ailəsini düşünür, lazım olan təşəkkürlərini sonra çatdırır! İnsanlar belə bir kədər yaşayarkən "Mənə təşəkkür etməmisiniz, sizi məzəmmət edirəm" deyə mesaj atılmaz. Məhz o mesajı atdığınız, üstəlik şəxsi həyatımı bütün Türkiyə ilə bölüşdüyünüz üçün üzr istəməli olan şəxs sizsiniz. Ana məsələsində bu qədər həssasdırsa, anamın vəziyyətini niyə canlı yayıma çıxıb bütün Türkiyə ilə paylaşır? Mənim və ailəmin şəxsi həyatını proqramda danışmaq sizin nə həddinizə? Sizə şəxsi həyatım haqqında danışmaq hüququnu kim verir?! Bu yaxınlarda dediyiniz bir cümlə ilə cəmiyyətdə özünüzə qarşı yaratdığınız hiddəti anamın çətin vəziyyətindən istifadə edərək lehinizə çevirməyinizə göz yummuram. Anamdan və ailəmdən istifadə etməyə icazə vermirəm! Anamın vəziyyəti indi yaxşıdır. Və ən əsası budur. Biz bir ailə olaraq bu vəziyyətdən daha da güclənərək çıxacağıq əminəm. Bizi bu mərhələdə tək qoymayan, dəstəyini əskik etməyən hər kəsə təşəkkür edirəm".

Avtovağzalın qarşısındakı yolda hərəkət məhdudlaşdırılacaq

Bakıdan Sumqayıta gedən yolun bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq iyulun 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər 05:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Avtomobil Yolları Dövlət Agentliyindən ölkə.az-a verilən məlumata görə, hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Bu rayonlarda təbii qazın verilişində fasilələr olacaq

Bu gün saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. “Azəriqaz” İstehsalat Birliyindən ölkə.az-a verilən məlumata görə, fasilələr Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yeni çəkilmiş diametri 315 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması, eləcədə Binəqədi rayonu 9-cu MKR Mircəlal küçəsində istismara yararsız diametri 108 mm-lik qaz xəttinin ləğvi, həmçinin yeni çəkilmiş diametri 225 mm-lik qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır. Qeyd edilib ki, görülən zəruri təmir işlərinin Yasamal rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Uzunqulağı rəngləyib zebra əvəzinə göstərdilər - FOTO

Misirin Qahirə şəhərindəki zooparkda qəribə hadisə baş verib. Psixoloq.az xəbər verir ki, uzunqulağı zebra kimi rəngləyərək nümayiş etdiriblər. Bu işin üstünü isə 18 yaşlı tələbə Mahmud Serhani açıb. Serhani bildirib ki, “zebra”ya baxanda onun zebra yox, uzunqulaq olduğunu anlayıb. Misirli tələbənin paylaşdığı foto internetdə sürətlə yayılıb. Baş verənləri baytarlar da təsdiqləyib. Qeyd edək ki, buna oxşar hadisə 2009-cu ildə Qəzzada da baş verib. Zooparkda ölən iki zebranın yerinə 2009-cu ildə Qəzzada da baş verib. Zooparkda ölən iki zebranın yerinə iki uzunqulağı rəngləmişdilər.(ölkə.az)

“Jara” səhnəsindən görüntülər - FOTO

Ötən gün start götürən “Jara” festivalı möhtəşəm görüntülərə səhnə olub. Psixoloq.az xəbər verir ki, gecədə Xalq artisti Emin Ağalarov, müğənnilər Sultan Məşədiyev, Aysel Məmmədova, Filipp Kirkorov, Nastya Kamenskix, Artem Pivovarov, Alessandro Safina,Stiven Siqal, Yeqor Krıd, MOT, Lyubov Uspenskaya, Maks Barskix, Artik və Asti və başqaları səhnəyə çıxıb. Filip Kirkorov səhnə geyimi ilə xüsusi diqqət çəkib. Gecədən olan görüntüləri təqdim edirik:

Hacı Nuran Bakıya geri döndü

Bir müddət əvvəl ağciyərində onkoloji şiş tapıldığı üçün müalicə məqsədilə Almaniyaya yola düşən Hacı Nuran Bakıya geri dönüb. Psixoloq.az xəbər verir ki, o, ötən gün “Instagram” hesabında foto paylaşıb. “Jara” festivalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliya ilə foto çəkdirib. Qeyd edək ki, Hacı Nuran kimya terapiya almaq üçün Düsseldorf şəhərinə yollanmışdı.

Uşaqlara gülünc doğuran adlar qoymaq olar? - Komissiyadan cavab/VİDEO

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası son dövrlərdə uşaqlara Mio, Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi heç bir mənası olmayan, gülüş doğuran adların qoyulması ilə bağlı edilən müraciətlərə mənfi cavab verib.  Xezerxeber.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində uşaqlara Şeyla, Jiyan, Asenat adlarının qoyulması ilə bağlı müraciətlərə mənfi cavab verilsə də, komissiya bu adların tarixi köklərini araşdırdan sonra onların verilməsinə icazə verib. Komissiyanın məlumatına görə, hər 100 nəfərdən təxminən 60 nəfəri öz uşağına normal, gözəl ad qoyur, təxminən 20 nəfər yeni ad seçir, 20 nəfər isə mənası olmayan ad qoymaq istəyir. Sosioloq Əhməd Mansurov deyir ki, uşaqlara ad qoyarkən valideyinlər, ilk növbədə onların gələciyini nəzərə almalıdırlar.Vətəndaşlar da uşaqlara hec bir mənası olmayan, gülüş doğuran adların verilməsini düzgün hesab etmirlər.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Planetin ən yaşlı insanı vəfat edib

Yer kürəsinin ən yaşlı insanı, Yaponiya sakini Çiyo Miyako 117 yaşında Yokoqama şəhərində vəfat edib. Psixoloq.az azərtaca istinadən xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Çiyo Miyako 1901-ci il mayın 2-də anadan olmuşdu. Hazırda planetin ən yaşlı sakini statusu onun həmyerlisi Kane Tanakeyə keçib. K.Tanake isə 1903-cü il yanvarın 2-də dünyaya gəlib

İsraildə “Eurovision” ləğv edilə bilər

İsrailin “Kan” teleradio korporasiyası xəbərdarlıq edib ki, əgər 5 gün ərzində tədbirin avropalı kuratorlarının hesabına girov məbləği kimi 14 milyon dollar köçürülməsə, İsrail 2019-cu ildə “Eurovision” mahnı yarışını keçirmə hüququnu itirə bilər. Psixoloq.az “Times of Israel” nəşrinə istinadla xəbər verir ki, “Kan” rəhbərliyi bununla bağlı İsrail baş naziri Binyamin Netanyahu, eləcə də maliyyə və kommunikasiya nazirlərinə məktub göndərib.  Bundan əvvəl, Netanyahu xəbərdarlıq edib ki, göstərilən məbləği tədbir təşkilatçılarına ödəməyəcək.  Ümumilikdə “Eurovision” İsrailə 40 milyon dollara başa gələcək. Hökumətin fikrincə, “Kan” bu tədbirin keçirilməsi üçün məbləği illik yayım büdcəsindən xərcləməlidir.(oxu.az)

Bu abituriyentlərin imtahan nəticələri ləğv edildi

Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bu gün bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanına buraxılmayıblar. Dövlət İmtahan Mərkəzindən (DİM) ölkə.az-a verilən məlumata görə, bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib. 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılıb. İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları isə DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək. İyulun 27-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Yanğın qurbanlarının sayı artıb - 83 nəfər...

Yunanıstanda bu ilki dəhşətli yanğınlar görünür ölkə tarixində ən dəhşətli təbii fəlakət olacaq. Psixoloq.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, ölənlərin sayı artıq 83 nəfərə çatıb, daha 100 nəfərə yaxın şəxsin isə itkin düşdüyü bildirilir. Bundan əlavə içərilərində uşaqların da olduğu 187 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Attika ərazisində hələ də fövqəladə hal vəziyyəti saxlanılır. Yanğınlara miqyası ilə əlaqədar olaraq ölkənin fövqəladə hallar xidməti ilə yanaşı bütün güc strukturları da cəlb edilib. Ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Anders Persson döyüş təyyarələri ilə 3 min metr yüksəklikdən yanğın məkanına bombalar atıldığını bildirib. O, bombaların partlayış nəticəsində yanğın yerində oksigeni məhv edərək alovların sönməsinə səbəb olduğunu qeyd edib. Qeyd edək ki, 2007-ci ildə baş vermiş yanğılar Yunanıstan tarixində ən güclü yanğın kimi qiymətləndirilirdi. Həmin il ölkənin müxtəlif bölgələrində baş vermiş yanğınlar nəticəsində ümumi olaraq 84 nəfər həyatını itirib.

“Mövsümlə bağlı şikayətlər artıb” – BNA

“Mövsümlə əlaqədar olaraq kondisionerlə bağlı şikayətlərin sayı artıb”. Bu barədə bizimyol.info-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA)ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib. O qeyd edib ki, BNA bununla bağlı hər dəfə daşıyıcılara xəbərdarlıq edilir: “Ola bilsin hər hansı bir avtobusda nəsə texniki səbəbdən sərinləndirmə sistemi işləmir amma daşıyıcı buna da nəzarət etməlidir ki, bu cür problemlər olmasın”. Qeyde dək ki, hazırda şəhərdaxili marşrutlarda ümumilikdə 2100 avtobus fəaliyyət göstərir. Amma sərnişindaşımada 400-dən artıq kondisionerli avtobus fəaliyyət göstərir.