2018-ci ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya pomidor idxal edən ölkələr sırasında lider olub. Psixoloq.az xəbər verir ki, bununla bağlı Rusiya Federal Gömrük Xidməti məlumat yayıb. Məlumatlara əsasən, Mərakeş bu siyahıda ikinci, Çin üçüncü olub. Ötən illərlə müqayisədə bu dəfə Türkiyə siyahıda 6-cı yeri tutub. 5 ayda Türkiyədən Rusiyaya 26,6 milyon dollar dəyərində 22,9 min ton pomidor idxal edilib. Xatırladaq ki, Türkiyənin 2015-ci ildə Rusiyaya məxsus Su-24 qırıcısını vurmasından sonra türk pomidorunun Rusiyaya idxalı qadağan olunmuşdu. Bu qadağa 2018-ci il mayın 1-də ləğv edilib. (oxu.az)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən oxu.az-a verilən məlumata görə, bu gün 26 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarımadasında səhər saatlarında mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib və nəticədə atmosfer havasında tozun miqdarının bir qədər azaldığı qeydə alınıb. Günün ikinci yarısından axşama doğru şərq və cənub-şərq küləyinin üstünlüyü ilə əlaqədar tozun miqdarının artacağı gözlənilir. Xatırladaq ki, belə şərait 27 iyul 2018-ci il tarixinədək davam edəcək.
Hərəkət edən maşından enərək rəqs edən Hülya Avşar cərimələnəcək. Psixoloq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerikada başlayan, qısa müddətdə sosial mediada yayılan “Do the Shiggy” (Bu zaman avtomobil sahibləri hərəkət edən maşından enərək yolda rəqs edirlər) trendinə Hülya Avşar da ayaq uydurmaq istəyib. Lakin onun cəhdi uğursuz alınıb. Belə ki, maşın sürətlə onun yanından uzaqlaşıb. Avşar bu videonu İnstaqramda paylaşıb. Ancaq Avşarın kadrları isə ona reytinqdən çox cərimə gətirdi. Belə ki, yeni qərara əsasən, təhlükəli trendə ayaq uydurmaq istəyənlərə 235 TL cərimə yazılacaq. Bundan başqa, sürücü xəstəxanaya aparılaraq psixoloji müayinədən keçəcək.
Səhiyyə Nazirliyinin müəssisələrinin 2018-2019-cu illəri payız-qış mövsümünə hazırlıq tədbirləri ilə bağlı əmr imzalanıb. Psixoloq.az xəbər verir ki, nazir müavini Elsəvər Ağayevin imzaladığı əmrə əsasən, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisinə, şəhər və rayon səhiyyə idarə və şöbələrinin müdirlərinə, Səhiyyə Nazirliyi tabeliyindəki müəssisələrin rəhbərlərinə və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə tapşırıq verilib. Əmrdə bildirilir ki,mövsümə hazırlıqla əlaqədar olaraq qazanxana maşinistləri ilə əməyin mühafizəsi sahəsində plandankənar təlimat keçirilsin. Qeyri-standart və istifadəyə yararsız olan odun və qaz sobalarından, elektirk qızdırıcılarından istifadəsi qadağan edilməlidir. Tüstü borusunun və bacasının qurumdan təmizlənməli,qazanxanada nəzarət-ölçü cihazları yoxlanılmalı, müəssisənin ehtiyat elektrik enerjisi mənbəyi olan dizel generatorlarına texniki xidməti mütəmadi olaraq həyata keçirilməlidir.
"Facebook”un rüblük maliyyə hesabatı və bunun nəticəsində şirkət səhmlərinin ucuzlaşması sosial şəbəkənin yaradıcısı və rəhbəri Mark Zukerberqin mövqelərini sarsıdıb. Psixoloq.az -ın İKT.lent.az-a istinadən verdiyi xəbərə görə, M. Zukerberq təxminən 16,8 milyard dollar itirib. Əgər səhmlərin ucuzlaşması bugünkü ticarət sessiyasında da davam edərsə, iş adamı planetin ən zəngin insanlarının siyahısında 3-cü yerdən 6-cı sıraya enə bilər. "Facebook”un maliyyə direktoru Devid Veyner bildirib ki, şirkət gəlirlərinin ümumi artım tempi 2018-ci ilin ikinci yarısında yavaşlamağa davam edəcək: "Biz gözləyirik ki, üçüncü və dördüncü rüblərdə gəlirlərin artımı əvvəlki dövrlə müqayisədə aşağı olacaq”. Qeyd edək ki, M. Zukerberq "Bloomberg”in versiyasına əsasən dünyanın ən zəngin adamlarının siyahısında 3-cü yerə iyul ayının əvvəlində yüksəlib. Ayın əvvəlində onun sərvətinin miqdarı 81,6 milyard dollar, 25 iyula qədər isə 86,6 milyard dollar həcmində qiymətləndirilib.
Nazirlər Kabineti "Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nı təsdiq edib. Qaydaya əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır. Azərbaycan ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınır və subyektlərin dövlət reyestrinə daxil edilir. Qida təhlükəsizliyi qeydiyyatı Agentlikdə qeydiyyata alınmış subyektlər, onların təsərrüfat fəaliyyətinə cəlb olunmuş obyektlər, qida məhsullarının və ya xidmətlərin adı və növü də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərini əhatə edir. Qida zənciri qida məhsullarının "tarladan–süfrəyədək” prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), satışı, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinin məcmusudur. Subyektlər qeydiyyat üçün Agentliyə və ya Agentliyin "ASAN xidmət” mərkəzlərində və "Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən nümayəndəsinə ərizə ilə müraciət edirlər. Ərizəyə fiziki şəxslər şəxsiyyət vəsiqəsinin və vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surətini, hüquqi şəxslər vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surətini əlavə etməlidir. Ərizəyə subyektin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti, subyekt idxalçı olduqda idxal edilən yeyinti məhsullarının təhlükəsizliyini təsdiq edən sertifikatın (mövcud olduqda) surəti də əlavə olunmalıdır. Sənədlər təqdim edildikdən sonra ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında subyektə elektron qaydada və ya sifarişli poçt bildirişi vasitəsilə 2 iş günü müddətində məlumat verilir. Agentlik təqdim olunmuş sənədləri araşdırır, sənədlərdə çatışmazlıqlar olmadıqda, subyektin qeydiyyata alınması üçün ona məxsus obyektin qiymətləndirilməsi və ekspertizanın (analizin) aparılması üçün həmin obyektdə istehsal olunan yeyinti məhsulundan nümunə götürülməsi məqsədi ilə mütəxəssis (məsul şəxs) təyin edir. 7iş günü müddətində obyektin qiymətləndirilməsi və götürülmüş yeyinti məhsulu nümunəsinin analizi başa çatdırılmalıdır. Məsul şəxs obyektin istehsal şəraitinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, habelə gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunu qiymətləndirir. Qiymətləndirmənin nəticələri əsasında akt tərtib edilir və yeyinti məhsulundan nümunə götürülür. Obyektdə istehsal olunan yeyinti məhsulundan götürülmüş nümunələrin Agentliyin tabeliyində olan və akkreditasiyadan keçmiş digər laboratoriyada analizi aparılır. Məhsulun analizi subyektin vəsaiti hesabına həyata keçirlir. Analizin nəticələri barədə laboratoriya tərəfindən bir iş günü müddətində Agentliyə sınaq protokolu (yazılı rəy) təqdim edilir. Agentlik obyektin qiymətləndirilməsinin və götürülmüş yeyinti məhsulunun nümunəsinin ekspertiza nəticələrinə uyğun olaraq subyektin qeydiyyata alınması və ya qeydiyyatdan imtina barədə qərar qəbul edir. Qəbul edilmiş qərar 2 iş günü müddətində subyektə təqdim edilir, yaxud sifarişli poçt vasitəsilə göndərilir. Subyektin qeydiyyata alınması barədə qərar qəbul edildiyi halda müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra subyekt dövlət reyestrinə daxil edilir və "Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” verilir. Subyektlərin qeydiyyatına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir. Subyekt qeydiyyata alınmasından imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə subyektin qeydiyyata alınmasından imtinaya yol verilmir. Subyektin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır: - subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə; - hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə; - fiziki şəxs olan subyektin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; - məhkəmənin müvafiq qərarı olduqda; - qeydiyyat üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə. Reyestr Azərbaycan Respublikasının informasiya ehtiyatıdır. Reyestrə daxil edilən məlumatlar Agentliyin internet saytında yerləşdirilir və istifadəçilər üçün açıqdır. İstehlakçıların qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatda olub-olmaması barədə məlumatı maneəsiz əldə etmələri üçün reyestrə çıxışı Agentlik tərəfindən təmin edilir. (APA)
Sabirabad rayonunun Ulacalı kəndində ümumi sahəsi 84 m2 olan taxta konstruksiyalardan ibarət nasosxana, içərisində quraşdırılmış su nasosu və elektrik kabelləri yanıb. Psixoloq.az Bizimyol.info-ya istinadən xəbər verir ki, yaxınlıqdakı digər nasosxana yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Bərdə rayonunun Qasımbəyli kəndində isə avtomobil təmir sexinin ərazisində quraşdırılmış gücü 25 kVt olan transformatorun yanar hissələri və ətrafda 10 m2 sahədə kol-kos yanıb.Yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Bakıda və Abşeron yarımadasında iyulun 26-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək. İyulun 26-da Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək.
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir. Psixoloq.az xəbər verir ki, publika.az-a DİM-dən verilən məlumata görə, imtahanlar respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılır. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 585 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda 31 904 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14 993 abituriyent II qrup üzrə, 16 911 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 29 370 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 13 641, III qrup üzrə 15 729 nəfər), 2 534 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1 352, III qrup üzrə 1 182 nəfər) məzunudur. Abituriyentlərin 13 849 nəfəri oğlanlar (II qrup üzrə 9 419 nəfər, III qrup üzrə 4 430 nəfər), 18 055 nəfəri isə qızlardır (II qrup üzrə 5 574 nəfər, III qrup üzrə 12 481 nəfər). 24 666 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5 865 nəfər əvvəlki illərin məzunlarıdır. 98 nəfər ali təhsil müəssisələrinin, 1 275 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 163 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2003-cü ildəndir. Bakı şəhərində 14 262, Naxçıvanda 1 615, Gəncədə 3 211, Sumqayıtda 1 587, Mingəçevirdə 1309, Şəkidə 1 788, Bərdədə 1 827, Göyçayda 1 310, Şirvanda 1 853, Lənkəranda 1 947, Xaçmazda isə 1 195 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək. Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.
Bu ilin birinci yarım ili ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 11,0%-i, 1987-2017-ci illər ərzində isə aşkar olunan halların 43,9%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, bu ilin 6 ayı ərzində İİV-ə yeni yoluxma halları 306 təşkil edib. Onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşları, 8-i (2,6%) isə əcnəbilərdir. Qeydiyyata alınmış 298 yerli sakinlərdən 193-i (64,8%) kişi, 105-i (35,2%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 74 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib və İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub. Bu ilin 6 ayı ərzində 33 nəfər (11,1%) parenteral, 173 nəfər (58,1%) heteroseksual, 20 nəfər (6,7%) homoseksual kontakt nəticəsində, 2 nəfər (0,7%) şaquli yolla virusa yoluxub, 70 nəfərin (23,5%) İİV-ə yoluxma yolu müəyyənləşdirilməkdədir. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2018-ci ilin 6 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5937 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4204-su (70,8%) kişi, 1733-i (29,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 2080 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 904 nəfər olub. Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülənlərin 43,9%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,6%-də heteroseksual, 2,5%-də isə homoseksual kontakt nəticəsində, 1,7%-də anadan uşağa keçməklə, 8,3 -də yoluxma yolu müəyyən edilməyib. 2006-cı ildən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 4568 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 361 nəfərə müalicə 2018-ci ilin ilk 6 ayı ərzində başlanılıb. 2015-ci ilin iyun ayında etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, bu ilin 6 ayı ərzində 64786 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 69 nəfərdə ilkin İİV müsbət nəticə qeydə alınıb.
İxtisas seçimi gələcək taleyimizi müəyyən edir, desək yəqin ki, mübaliğəyə yol vermiş olmarıq. Çünki necə, hansı şərtlər altında yaşayacağımız, həyat tərzimiz, maddi durumumuz seçdiyimiz peşədən böyük miqyasda asılı olur. İxtisas seçimində nəzərə alınmalı olan əsas meyarlardan biri də bizim bacarıqlar və arzularımız, özümüzü hansı peşədə görmək istəyimizdir. Baxmayaraq ki, valideynlər öz gerçəkləşməyən arzularını övladlarının həyatında reallaşdırmağa çalışır, onları yönləndirməyə səy göstərir. Bu isə həmişə yaxşı nəticələr vermir. Psixoloq İradə Əliyeva deyir ki, ixtisas seçimi ilə bağlı qərar təzyiq altında, kənar təsirlərlə verilməməlidir: “Təbii ki, daha təcrübəli adamların rəyi yol göstəricisi ola bilər. Amma təzyiq göstərmək olmaz. Çünki müstəqil olaraq verilməyən qərar ruhən, daxilən dəstəklənmir, gəncin peşəkar kadr kimi yetişməsi üçün kifayət qədər motivasiyası olmur”. Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bu mövzunu şərh edərkən deyir: “İxtisas seçimində birinci növbədə abituriyentin seçəcəyi ixtisasa marağı olmalıdır. “Jurnalist olmaq istəyən adam təsadüfən jurnalist ixtisasına düşsə, yaxşı yaza bilməz. Mütləq ona meyli olmalıdır. İstək və arzu ilə yanaşı abituriyentin qabiliyyətli olması da əsasdır. Məsələn, insan var ki, rəssam olmaq istəyir, uşaqlıqdan fiqurlarla oynayır, rəsmlər çəkir və s. Onda bu istiqamətə maraq olur. Qabiliyyət insanın ümumtəhsil sahəsində formalaşır. İnsanın daxilindən gəlir”. Ə.Ağayevin dediyinə görə, üçüncüsü sosial amillərdir: “Valideynlər övladlarının seçəcəyi ixtisasla bağlı hansı sosial problemlərin yaranacağını nəzərə almalıdırlar. Ödənişlidirsə, ödəniş haqqını verə biləcəkmi? Hansı ali məktəb daha yaxşı kadr yetişdirəcək? Xarici ölkədə, yoxsa burda təhsil almaq istəyəcək? Bunlarla yanaşı abituriyent həm universitet şəraitini, universitetdəki mühiti, tələbə-müəllim münasibətlərini də nəzərə almalıdır. Mütəxəssisin fikrincə, digər əsas amillərdən biri abituriyentin seçəcəyi ixtisas üzrə gələcəkdə iş tapa bilməsidir. “Ali təhsil müəssisəsini bitirəndən sonra iş tapa biləcəkmi? Ona görə də, tələbat olan ixtisası seçmək lazımdır. Qabiliyyəti olan kəs qabiliyyətini müəyyən isiqamətlərə yönəldə bilir. Məsələn, təyyarəçi olmaq istəyən tank da, kosmik gəmi də sürə bilər. Bu cəhətlər öncədən düşünülməlidir. Abituriyent seçimə diqqətlə yanaşmalıdır”. Bakı Dövlət Universitetinin tələbəsi Nahit deyir ki, o, ixtisasını özü seçməyib, buna görə də motivasiyası aşağıdır: “Mən politoloq olmaq istəyirdim, atam imkan vermədi. Dedi ki, politologiyadan bir şey çıxmaz, məni ikinci qrup ixtisaslara yönəltdi. İndi də həvəsiz halda riyaziyyat təhsili alıram. Bir sözlə, seçimimi atam edib”. Mütəxəssislər hesab edir ki, məktəblinin ixtisas seçimində məktəb müəllimləri, məktəb psixoloqları, eləcə də ali təhsil müəssisələri rol oynamalıdır. Ekspertlər universitetlərin bu seçimə təsir imkanlarını şərh edərkən bildirir ki, ali təhsil ocaqları məktəblilərə ixtisasların xarakteristikasını çatdırmalıdır, məktəblərdə görüşlər keçirməli, media, televiziya vasitəsilə, canlı görüşlər yolu ilə müxtəlif peşələr, xüsusilə də tələbat olan peşələr barədə məlumatlar verməlidirlər. 10-cu sinif şagirdi Elvin deyir ki, o. Ixtisas seçimi ilə bağlı qərarı müstəqil olaraq bu günlərdə verib: “Valideynlərim peşəmi özüm seçməli olduğumu bildirmişdilər. Mən də dördüncü qrupa maraq göstərirdim. Bir neçə gün öncə Qərbi Kaspi Universitetində “Açıq qapı”da iştirak etdik, orda çox maraqlı təcrübələr göstərdilər bizə. Biologiya laboratoriyasında olduq, bu sahənin nə qədər maraqlı sahə olduğunu bir daha hiss etdim. Qərar verdim ki, biologiya ixtisasına qəbul olmalıyam. Gələcəkdə də tanınmış bioloq olmaq arzusundayam” Sosioloq Elnur Ağayev deyir ki, ixtisas seçimi bir çox hallarda şərti xarakter almağa başlayır: “Tələbə yığdığı bala uyğun ixtisasa düşür. Yalnız qrupu seçir. Yığdığı balla jurnalistikaya da düşə bilər, müəllimliyə də. Hansı ki, bunlar tamamilə fərqli peşələrdir. Kiminsə jurnalistika üçün bacarıqları ola bilər, amma müəllimlik üçün yox. Yığdığı balla gəlir düşür müəllimliyə və olur jurnalist qabiliyyətli müəllim. Bax belə. Odur ki, gəlin diplom almaq hədəfini unudub, peşəkar mütəxəssis olmaq, peşəkar kadr yetişdirmək hədəfinə yönələk.(moderator.az)
Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 4 dəfə yuxarıdır. Bu barədə publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib. Məlumatda bildirilib ki, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır. Qeyd edək ki, atmosferdə müşahidə olunan toz iyulun 27-dək davam edəcək.