Hər il olduğu kimi bu il də Qaradağ rayonu ərazisindəki Sahil , Səbail rayonunun Şıx və bəzi çimərliklərinin nümunələri ürəkaçan deyil. Su nümunələri üzərində aparılan analizlərdə çox sayda bakteriyalar tapıldığından bu növ çimərliklərə getmək tövsiyə edilməyərək, bu barədə xəbərdarlıq edilib. Həmçinin çimərlikdə insan sağlamlığı və təhlükəsizliyi üçün bəzi qadağalar mövcuddur. Psixoloq.az xəbər verir ki, qadağalara baxmayaraq buna nəzarət etməyənlər kifayət saydadır. İnsanlar gigiyenik və ekoloji tələblərə cavab verməyən, insan sağlamlığı üçün təhlükəli olan sahillərə üz tuturlar, bu da müxtəlif xəstəliklərin yaranmasına yol açır. Bəs bunun səbəbi nədir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoloq Zeynəb Eyyubova, insanların yaradılış etibarilə öz ayaqları üzərində dura bildikdən sonra şüuraltı olaraq onlara qoyulan qadağalara meylləndiyini bildirib.Onun sözlərinə görə, psixoloqlar 2-3 yaşlı uşaqlara belə yox deyilməsinin tərəfdarı deyillər. Bunun səbəbi isə bunun travmaya səbəb ola biləcəyidir. Kəskin formada qadağa düzgün addım deyil: “Çimərliklərlə bağlı da bir sıra qadağalar mövcuddur. Qadağa deyildikdə insanda 2 fikir formalaşır. Ya burdakı qadağanın doğru səbəbi var. Və ya əslində yaxşıdır amma bizə qadağan olunub. Bəzən insanlara sual verdikdə ki niyə bu yerdə çimirsən deyirlər ki suyu təmizdi, halbuki biz oxuyuruq ki ən çirkli hissə məhz buradır. İnsanlar qadağan olunan bütün şeylərə meyllidir”. Psixoloq, bunun qarşısını almaq üçün bir müddət həmin yerlərə qurumlar tərəfindən nəzarətçi şəxslərin qoyulmasının daha düzgün ola biləcəyini vurğulayıb: “Həmin təhlükəli hesab edilən çimərlikdən istifadə etmək istəyən insanlara icazə verilməməlidir. Xəbərdarlıq və ya cərimə tətbiq edilə bilər. Sırf qadağa və ya tövsiyə edilməməsi çarə deyil”. Şəhanə Quliyeva
Vaginizm problemi bir sıra evli cütlüklərdə rast gəlinir. Psixoloq.az xəbər verir ki, "Ömür" klinikasında mövcud olan vaginizm xəstəliyinin müalicəsi tamamilə elmi vaginizm müalicə metodlarından ibarətdir. Bu problemin müalicəsi isə klinik psixoloq İlhamə Balakişiyeva tərəfindən aparılır. Qeyd edək ki, vaginizm ginekoloji deyil, psixoloji problemdir. Son zamanlar isə sosial problemə də çevrilib. Əgər düzgün psixoloji müalicə olunmazsa vaginizm müxtəlif prblemlərə səbəb ola bilər: Keysəriyyə kəsiyinin sayının artmasına Boşanma Bəzi hallarda isə intihar Nikahsız evlənmələrdə bu problem daha ağır nəticələrə səbəb olur. Ginekoloji müdaxilə yenidən vaginizmə, ümidsizliyə depressiyaya, qərarsızlığa, aqressiyaya gətirib çıxarır. 95 faiz psixoloji xəstəlik hesab edilən vaginizm, psixoterapiya ilə qısa müddətdə müalicə oluna bilər. Ailə, qadın və cinsi problemdən, xüsusilə vaginizmdən əziyyət çəkənlərə Ömür klinikası əlverişli şərait yaradır. Belə ki, 20.07.18 - 15.08.18 tarixlərində bütün psixoloji diaqnostika ödənişsiz olaraq keçiriləcək. Ünvan: Ömür klinikası (Molla Cümə küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) Əlaqə nömrələri: 012 4648608 012 4648609 012 4648610 055 3839943 050 3298692
Hava çirkliliyi altsheymer xəstəliyi riskini artıran faktorlar sırasında yer alır. Psixoloq.az xəbər verir ki, bu barədə Montana Universiteteinin elmi araşdırmasında qeyd edilib. Nəzərinizə çatdıraq ki, altsheymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji və psixi bir xəstəlikdir. Araşdırma çərçivəsində Meksikanın paytaxtı Mexikoda 11 aylıqda 40 yaşına qədər 203 nəfərin ekspertizası aparılıb. Aparılan müayinələr nəticəsində onlarda altsheymerə başlamasına və inkişaf etməsinə zəmin yaradan iki qeyri-adi protein müşahidə edilib. Alimlər hava çirkliliyə məruz qalanların beyinlərində hiperfosforile tau və beta amiloid proteini dozasının miqdarının yüksək olduğunu müəyyənləşdiriblər.
“Əsəbiyəm, məni danışdırma, yükləmə...”Tez-tez eşitdiyimiz, istifadə etdiyimiz cümlələrdən biri. Bunun üstünə nəqliyyatda, mağazada, küçədə sayı gün-gündən artan aqressiv insanları da gəlin, mənzərə qara rənglərin fonunda olacaq. Azərbaycan insanı aqressivləşir, özü yükləndikcə başqalarını da yükləyir. Ağlagəlməz intiharlar, ən qəddar qətliamlar... son günlərin gündəmində bunlardan nə qədər desən var. Yaxşı, bəs səbəb nədir? Azərbaycan insanının psixologiyasında nələr baş verir? Niyə yüklənirik, nəyə doluruq? Doğrudanmı bütün bəlaların kökündə maddi problemlər dayanır?- Bir məşhur məsəl var. Deyir, hamı dəliyə həsrət, biz ağıllıya... Azərbaycanda bu sahədə vəziyyət necədir? İnsanımızın psixoloji durumu pisləşməyə doğru gedir, ya yaxşılığa?- Son illərdə nəinki Azərbaycanda, dünya nüfuzunda da insanların psixoloji vəziyyətində bir gərginləşmə tendensiyası var. Klassik səslənsə də, bunun əsas səbəbi sürətlənmiş həyat tərzi, meqapolis mühiti və sosial ünsiyyətin azalmasıdır. - Bu gün Azərbaycanda ən çox rast gəlinən psixi xəstəliklər hansılardır? Daha çox nədən əziyyət çəkir insanlar? - Şəxsi müşahidəmin də, rəsmi statistika da, beynəlxalq hesabatların da göstərdiyi odur ki, son illərdə Azərbaycanda depressiya, həyəcan, təşviş xarakterli pozuntular, yəni nevrozların sayında ciddi mənada bir artma var.Əsəbilik şikayəti ilə müraciət edən insanların böyük əksəriyyətində müayinə sonunda depressiya və ya nevrozun hər hansı bir formasının olduqunu aşkar edirik.Bu problemlerin çoxu stresslərdən, avtoqəzalardan, ailə münaqişələrindən , maddi təminatın aşağı olmasından yaranan psixi pozuntulardır.O ki qaldı ağır ruhi xəstəliklər olan şizofreniya, ağıl zəifliyi və sair kimi xəstəliklərin rast gəlməsində heç bir artma yoxdur. Hətta bəzən zarafatla deyirlər ki, şizofreniya “ədalətli” xəstəlikdir.Varlı, kasıb, qadın, kişi, ali, orta təhsilli fərqi qoymadan illərdir ki, dünyanın hər yerində rast gəlmə tezliyi 1-3 % dir. Bu, nə artır nə də azalır.- Belə rəy var ki, psixoloqa ancaq imkanlı şəxslər müraciət edir. Dərdi olmadığı halda özünə dərd uyduran, problemsizlikdən, boş-bekarçılıqdan depressiyaya düşən varlı xanımlar, onların övladları... Nə dərəcədə doğru qənaətdi? - Bəli, Avropa və ya hər hansı inkişaf etmiş ölkə üçün bu bəlkə də belədir.Çünki ailənin şəxsi psixoloqunun olması prestij, elitaya mənsubluq göstəricisi hesab olunur.Amma bizim ölkə üçün bu, belə deyil. İnsanlar zərurət yaranmadıqca, problemləri pik həddə çatmayınca psixoloq və psixiatra getmək ehtiyacı hiss etmirlər. Getdikdə isə bir görüşdən sonra müsbət nəticə istəyirlər. Mən univertsitetdə dərs zamanı tələbələrə azərbaycan insanının psixoloq və ya psixiatra getmə diaqramını təqdim edirəm. O diaqram təxminən belədir: Falçı – Molla – Terapevt – Nevropatoloq – Psixiatr və ya Psixoloq. İntelektual səviyyədən asılı olaraq müraciət oluna ixtisas sahiblərinin ardıcılıığı dəyişir.“Pasiyentlərimə tövsiyyəm: kriminal xarakterli xəbərlərdən, tibbi verilişlərdən, İŞİD –ın videolarına baxmaqdan, “xoşqədəm, zaur” tipli verilişlərdən uzaq durun”- Son aylar ölkədə baş verən səs-küylü intiharlar, körpülərə çıxmalar, ailəni, nəsli qətliam etmələr diqqət çəkir. Çox vaxt bunu insanların televiziyadan gördükləri şiddətin təsiri altında etdiyini deyənlər tapılır. Amma buna sosial problemlərin daha çox səbəb olması da təkrarlanan fikirlərdəndir. Əslində səbəb nədir?- Hər 2 səbəb olduqca aktualdır. Həm sosial səbəblərin, həm də medianın burda rolu var. Psixologiyada “Verter effekti” anlayışı var. Bu, Hötenin “Gənc Verterin iztirablari” əsərindən götürülüb. Həmin əsərin qısa məzmunu beledir ki, əsərin qəhrəmani Verter sevgilisinin ölümünə dözə bilməyərək o dəfn olunmadan onu o biri dünyada qarşılamaq üçün intihar edir. Əsər çap olunduğu il də intiharların sayı kəskin artır. Bu tendensiya yaxın keçmişimizdə qonşu Türkiyədə Murat Kəkillinin “ Bu akşam ölürüm” mahnisi ətrafinda da oldu. Yəni, sübut olunan budur ki, müzakirə olunan hadisənin cəmiyyətdə rast gəlmə tezliyi artir. Kütləvi qətllər isə zaman-zaman dünyanın bir çox ölkələrində rast gəlinir. Fərdi cinayətlərdə, motivin tamah məqsədi olduğu cinayət hadisələrinin çoxunun kökündə maddi təminatın aşağı olması dayana bilər.- Uşaqların, yetişən nəslin psixologiyasına necə təsir edib bu hal? Hansı travmalarla müşayiət olunur?- Uşaqlara hansı informasiyanın necə təsir etməsini yaş dövrünə görə ayırd etmək lazımdır. Məsələn, 0-3 yaş arası uşaqlar ümumiyyətlə TV-dən uzaq tutulmalıdır. 4-7 yaşda uşaqlar reallıqla TV obrazini ayıra bilmirlər, hər şeyi real qəbul edirlər. 7-12 yaşda isə valideynin nəzarəti ilə olmalıdır. Çünki hər bir informasiya gələcəyə yönəlmiş travmalar verə bilər. Bu tip hallar nəinki uşaqların, hətta böyüklərin də psixi vəziyyətinə təsirsiz ötüşmür. İllərdir bütün pasientlərimə tövsiyyə etdiyimiz bir məsələ var: kriminal xarakterli xəbərlərdən, tibbi verilişlərdən, İŞİD –ın videolarına baxmaqdan, xoşqədəm, zaur tipli verilişlərdən uzaq durun.- Şəxsi müşahidəmi deyim. Son aylar küçələrdə öz-özünə danışaraq gedən insanları daha çox görməyə başlamışam. Bu, psixoloji hal hansı xəstəliyin əlamətidi?- Haqlısınız, son vaxtlar öz- özünə danışanlara mən özüm də tez - tez rast gəlirəm.Öz-özünə danışanların 2 qrupu var. İlk qrupa psixotik xəstlər aiddir. Bu xəstələrin öz dünyaları olur, onlar o dünyalarındakı xəyalı obrazlarla söhbət edə bilərlər və ya qulaqlarına gələn hallüsinator səsə cavab verə bilərlər. Digər qrup isə bunu öz stresslərinin öhdəsindən gəlmək üçün, beyinlərində illərdir yığılan probelmlərini bir növ həll etmək üçün edirlər.Yəni danışaraq öz beyinlərində çək –çevir edirlər. Bir çox hallarda bu insanlar bunu yüksək səslə etdiklərinin fərqində deyillər.Ya öz səslərinə özləri sanki oyanırlar ya da kənardan qəribə baxişları üzərlərində hiss edəndə fərqində olurlar. İlk qrup daha ciddi problemdir və mütləq peşəkar müdaxilə tələb edən vəziyyətdir.- Cəmiyyətdə hələ də psixiatrla psixoloqun fərqini bilməyən kəsim var. Sizin təcrübənizdə belə hallar olurmu? İnsanlar Sizə asanlıqla, komplekssiz müraciət edirlər? - Sevindirici hal bundan ibarətdir ki, psixiatr və psixoloqa müraciətlərin sayında bir artım var. Psixologiya sahəsində vəziyyət daha qənatbəxşdir demək olar ki. Hətta bu sahədə bir bum yaşanır. Yəqin ki, qarşıdakı bir neçə ildə burda ələnmələr olacaq və yalnız keyfiyyətli xidmət verən yerlər qalacaqdır. Qayıdaq bizim yaralı yerimiz olan psixiatr ve psixoloqun fərqinə. Mən hətta buraya psixoterapevt və nevroptaoloqu da əlavə etmək istəyirəm. Demək olar ki, bunu illərlə anlatmamıza baxmayaraq, hələ də fərqi bilməyənlər, psixiatr əvəzinə nevropotoloqa gedənler kifayət qədər çoxdur. Psixiatr kimdir? Azərbaycan qanunvericiliyinə görə, psixiatrlar müvafiq 6 illik tibb təhsilindən sonra xüsusi imtahan verərək, əlavə 2 illik rezidentura təhsili alaraq bu ixtisasa yiyələnə bilirlər. Tibbdə rezidentura sistemi tətbiq olunmamışdan əvvəl 1 illik internatura keçdikdən sonra ixtisas sahibi olmaq mümkün idi. Psixiatrlar psixi problemlərin kökünün beyindəki fiziki, hormonal (serotonin, dofamin, adrenalin və s) dəyişikliklərlə bağlı olduğuna əsaslanaraq problemi dərmanlar təyin etməklə həll edirlər.- Psixoloq kimdir?- Psixoloqlar isə psixologiya ixtisası mövcud olan universitetlərdə 4 illik bakalavr baza təhsili almış mütəxəssislərdir. Psixoterapiya ilə məşğul olmaq üçün isə bakalavr təhsilindən sonra 2 illik magistr təhsili alaraq klinik psixoloq ixtisasına yiyələnmələri əsas şərtdir. Psixoloqlar problemlerin səbəbini insanın düşüncəsində olduğuna əsaslanaraq öz müalicələrini danışaraq (söhbət) həyata keçirirlər.- Psixoterapevt kimdir?- Psixoterapiya bir müalicə metodudur. Bu işi həyat keçirən, onunla məşğul olan insanlara psixoterapevt deyilir. Bu işi xüsusi kurslar keçdikdən sonra həm psixiatrın özü, həm də psixoloq həyat keçirə bilər.- Nevropatoloq kimdir?- Xalq arasında nevrologiya adətən nevropatoloq adlandırılan həkimin ixtisaslaşdığı və əsəblərin müalicə olunduğu tibb sahəsi kimi başa düşülür. Lakin nevrologiya sinir, beyin və əzələ sistemi ilə əlaqəli olan daha geniş sahəni, məsələn, baş ağrıları, sinir-əzələ ağrıları, qıcolmalar, beyin insultları, qan dövranı pozuntuları, unutqanlıq, hərəkət xəstəlikləri və s. ehtiva edir.- Dövrümüzün bəlasının nevroz, panik atak olduğu deyilir. Ümumi hesablamalarla götürəndə bu, xəstələrin nə qədər hissəsini əhatə edir? - Artıq müasir kitablarda nevroz terminindən demək olar ki, istifadə olunmur. Köhnə terminologiya ilə götürsək, panik atak nevrozun bir formasidir. Başqa formalar da var.Məsələn, tez –tez ellerini yuyanlar var. Bu, obssesiv- kompulsiv pozuntudur. Daimi bəd xəbər eşitmekden qorxanlar –təşviş pozuntusu, xəstələnmək qorxusu ilə həkimləri, labaratoriyalari gəzənlər isə ipoxindriklərdir və sair. Konkret panik atak isə həqiqətən son vaxtlarda tez tez rast gəlinir. Bu xəstəliyin əsas əlaməti anidən gələn qorxu tutmasıdır ki, bu anda insan 10-15 dəqiqə müddət içində öləcəyini, infarkt keçirəcəyini düşünür.Buna o qədər inanir ki ,təcili yardım çağırır, xəstəxanaya getmək istəyir. - Ailədaxili problemlər, cütlüklər arası anlaşmazlıqlar tez-tezmi ciddi psixoloji problemlər yaradır? - Ailədaxili problemler psixoloq müraciətlərinin əsas səbəbidir. Vaxtında müdaxilə olunmazsa ciddi problemlər yarada bilər. Çox vaxt ailələr “hər ailədə belə şeylər olur” düşüncəsi ilə problemlərinin təbii bir şey olduğunu qəbul edib üzərindən keçirlər. Və beləcə stres keçirə-keçirə illərini başa vururlar. Halbuki vaxtında peşəkar yardım alinsaydı, həyatı daha zövqlü, daha da doyaraq dadını çıxarmaq olardı. Ailə terapistləri bu sahədə düşündüyünüzdən daha çox işlər görə bilirlər. Hətta gələcəkdə Azərbaycanda psixoloji yardım haqqında qanun qəbul olunduqdan sonra boşanma üçün müraciətlərdə ailəyə düşünmək üçün verilən müddətdə mütləq psixoloji yardım alınması da məcburi şəkil alacaqdır. - İnsanlar xəstəliklərini, problemlərini asanlıqla qəbul edirlərmi? Ya da olmayan problemi böyüdüb isterik həddə çatdırırlar? Bizdə bu halların hansı daha geniş yayılıb?- Psixiatriyada xəstənin öz xəstəliyinə tənqidi anlayışı vardır. Yəni, xəstə özünün xəstə olduqunu qəbul edir ya etmir. Xəstənin özünün xəstəliyini qəbul etməsi, tənqidi yanaşa bilməsi sağalmaq göstericisidir. Ümumiyyətlə, bir cəmiyyətin inkişaf göstəricilərindən biri də həmin cəmiyyətin psixi xəstəyə münasibətidir. Ölkədə bu vəziyyət təəssüf ki, ürəkaçan deyil. İnsanlar hələ də damğalanmaqdan qorxurlar. Fikirləşirlər ki, məni psixiatrın qəbulunda kimsə görsə dəli olduğumu düşünər. Bir müşahidəmi deyim sizə: Ölkənin ən böyük psixiatrik xəstəxanası olan Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına gedən 172 saylı marşrut avtobusu keçmiş Əzizbəyov metro-stansiyası ətrafından tərpənirdi. Deməli həmin avtobusda gedənlərdən, əgər kiminsə yaxını xəstəxanada yatırdısa, o insan “xəstəxananın yanında saxlayın”, xəstəsi olmayanlar isə “dəlixananın yanında saxlayın” deyirdilər. Zənnimcə, bu qısa müşahidə böyük bir cəmiyyətin psixiatriyaya , psixi xəstələrə olan münasibətinə bütün çılpaqlığı ilə güzgü tutur.- İşini itirmək qorxusu, aşağı qazanc, yaşam qayğısı insanları hansı həddə catdirir? Bu, hansı hallarda və necə xəstəliklərlə sonuclanır?- İş yerini itirmək, maddi təminatın aşaği olması ən ciddi streslər siyahsındadır. Əgər bu iş yeri çətinliklə əldə olunubsa və bu işləyən adam ailənin yeganə gəlir gətirən üzvüdürsə, stress 1-ə 10 qat artır. Çunki şəxs heç bir vəchlə işini itirmək istəməyəcək və bunun naminə hər bir stresə, çətin əmək şəraitinə, kobud müdiriyyətə və ya özündən razı kollektivə dözməli olacaqdır. Aydın məsələdir ki, belə gərgin iş rejimi o insanı yorub əsəblərini sıradan çıxaracaqdır.