Psixoloji Xəbər

Utancaqlıq, narahatlıq hissi baş qaldırır - Aqorafobiya nədir?

İnsanlar həyatları boyunca bir çox şeydən qorxarlar. Tibbi yöndən isə hər qorxunun öz adı mövcuddur. Bəs çoxlarının bildiyi, amma adını eşitmədiyi aqorafobiya nədir? Psixoloq.az  xəbər verir ki, belə insanlar özünü narahat, utancaq hiss edir, olduğu yerdən qaça bilməyəcəyini düşünürlər. Bu fobiyanın insan həyatına bir çox mənfi təsirləri mövcuddur. Bu qorxu növü panik atak yaşayan insanlarda daha çox müşahidə edilir. Belə insan nəzarəti itirir, öləcəyini və ya dəli olacağını düşünür. Sinə ağrısı, baş dönməsi, titrəmə, mədə bulantısı kimi problemlər yaşayır. Hətta bu fobiya növünə görə evdən çölə çıxmayan insanlar da var.  Aqorafobiyalı insan özünü evdə rahat hiss edir. Cəmiyyətə açıq yerlərdə olmaqdan, alış-veriş etməkdən, səyahətdən qorxurlar. Çox insanın olduğu yerdə olsalar belə, çətinliyə düşdükləri zaman kiminsə kömək etməyəcəyindən narahat olurlar. Yanlarında güvəndikləri insanın olmasını istəyirlər. Şəhanə Quliyeva

Bu qadınların övladları daha AĞILLI OLUR - Elmi ARAŞDIRMA

Ciddi və sərt anaların övladları daha ağıllı və bacarıqlı olur. Dolayısı ilə onların həyatda uğur qazanmaq şansı daha yüksəkdir. Psixoloq.az xarici mətbuata istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, uşağı ideal etmək cəhdlərinə və daim narazı valideynlərə tab gətirmək asan deyil. Amma belə tərbiyədən sonra uşaqlar valideynlərinə çox minnətdar olur. Sorğu 2004-cü ildən 2010-ci ilədək olan dövrdə aparılıb və 15 000-dən çox 13-14 yaşında uşaq iştirak edib. Esseks Universitetinin professoru Erik Rasson bu barədə araşdırma aparıb. Araşdırmanın nəticələrində məlum olub ki, güclü anaların bacarıqlı uşaqları yetişir. Və ya əksinə, bacarıqlı insanların anaları çox tələbkar olub. Erik Rasson bildirib ki, bu tədqiqat ali təhsilə münasibəti öyrənib. Valideynlərin əksəriyyəti uşaqdan bunu tələb edir, xüsusilə də analar. Uşaqlarına böyük ümidlər bəsləyən anaların övladları daha çox özünəinamlı və əzmkardır. Tədqiqatın nəticələri göstərib ki, sərt anaların qızlarının vaxtından əvvəl hamilə qalmaq şansı 4 faiz azdır. Həmçinin sərt anaların uşaqlarının məzun olmaq və yaxşı iş tapmaq ehtimalı daha yüksəkdir. Bu, qeyri-real görünə bilər, amma, tələbkar və ciddi anaların uşaqları daha bacarıqlıdır. Psixoloq məsələni belə izah edib: “Bir çox hallarda valideynlərin iradəsi əleyhinə gedərək bizim üçün ən münasib hesab etdiyimiz işlərdə uğur qazanırıq. Amma biz nə qədər çalışsaq da, valideynlərimizin verdiyi istənilən tövsiyələr qəbul etdiyimiz qərarlara təsir edir. Lakin biz hesab edirik ki, hər şeyi özümüz həll edirik". Uşaqların əksəriyyəti zəhmli anaları düşməni hesab edir. Hərdən elə gəlir ki, onlar uşağın həyatını cəhənnəmə çevirirlər. Amma sonra uşaq böyüyür və buna görə anasına təşəkkür edir. O, anasının onu gücləndirmək üçün etdiyi bütün səylərini anlaya və qiymətləndirə biləcək. Və ehtimal ki, eyni tərbiyə nizamnaməsini növbəti nəslə ötürəcəkdir.(publika.az)

Payız depressiyası psixoemosional dəyişikliklərlə özünü büruzə verir

Statistikaya görə, dünyada hər beş nəfərdən biri payız depressiyasından əziyyət çəkir. Mövsümü əhval dəyişkənliyi ilə daha çox mütəmadi olaraq stressə məruz qalan, həyatdan narazı, fiziki və psixi sağlamlığı tam olmayanlar üzləşirlər. Psixoloq.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova məlumat verib. Onun dediyinə görə, günəş şüalarının azalması orqanizmdə melatonin hormonunun artmasına səbəb olur və bunun nəticəsində əhvali-ruhiyyə aşağı düşür. Payız depressiyası daha çox qadınlarda müşahidə olunur. Psixoloq depressiyaya qarşı mübarizə üsulları barədə deyib: "Payız aylarında hava şəraitindən asılı olmayaraq xoş əhvali-ruhiyyə yaradan rəngbərəng geyinməkdən imtina etməmək lazımdır. Meditasiyalara üstünlük vermək, yəni özünə müsbət enerji aşılamaq, daxilən hər şeyin sakit və rahat olduğunu özünə təlqin etmək vacibdir". Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə bu barədə danışarkən deyib: "Payız depressiyasından əziyyət çəkənlərin çoxu qanazlığı problemi ilə qarşılaşır. Orqanik qanazlığı depressiyanın səbəblərindən biridir. Çünki əksər hallarda qanazlığı psixoemosional dəyişikliklər, özünəqapanma, halsızlıq, yuxuya daha çox meyilliliklə özünü göstərir". Onun dediyinə görə, depressiya zamanı qidalanmağa ciddi fikir verilmək lazımdır. Kalorili qidalar qəbul etmək, bol su içmək də əsas tövsiyələr sırasındadır.(azərtac)

Psixoloji prosesləri ölçən sahə - Psixometrik qiymətləndirmə nədir?

Psixometriya insanların zehni funksiyalarını, mənəvi vəziyyətlərini, davranışlarını, emosiyalarını və digər psixoloji proseslərini ölçən psixologiya sahəsidir. Psixometrik qiymətləndimə, bu məqsədlə inkişaf etdirilən testlərlə həyata keçirilir. Psixometrik testlər standartlığı və obyektivliyi qəbul olunmuş ölçmə vasitələridir.Psixometrik testlər bizə bir insanın psixoloji vəziyyəti haqqında diaqnostik məlumat verir. Psixometrik testlər şəxsiyyətin daha əsaslı olaraq qiymətləndirilməsinə kömək edir. Bu gün psixometrik testlərdən müxtəlif məqsədlər üçün bir çox sahələrdə istifadə edilir. Diaqnostika və Qiymətləndirmə Bölməmizdə İstifadə Olunan Psixometrik Vasitələr WISC-RStanford-BinetWAISCDRStroop Test(meduna.az)

Psixologiyanın vəzifələri nədir?

Psixologiyanın vəzifələrinə bunlar daxildir: Psixi hadisələrin inkişaf qanunauyğunluqlarını müəyyənləşdirmək, insan davranışlarını araşdıraraq ümumi qanun və qanunauyğunluqlar əldə etmək.Hər bir yaş dövrünün psixi inkişafda yaş mərhələlərini müəyyənləşdirmək.Hər bir yaş mərhələsində üzə çıxan fərdi psixoloji fərqləri müəyyənləşdirmək.Psixi hadisələri və onların qanunauyğunluqlarını öyrənməklə yanaşı, bu psixi hadisələrin idarə olunma yollarını müəyyənləşdirmək.Cəmiyyətin hər bir üzvünün hərtərəfli inkişafını təmin etmək, insana sosial mühitə uyğunlaşmaqda yardımçı olmaq.Müasir dövrdə psixoloji araşdırmaların nəticələrindən bir çox sahələrdə- təhsil, tibb, sənaye, iqtisadiyyat və s. kimi sahələrdə yararlanılmasmı təmin etmək.

Psixi hadisə nədir? - Bu hallar...

Psixologiya termini iki yunan sözünün “psiyuxe”-ruh, ruhi aləm “loqos” elm, öyrənmək bilik səzlərinin birləşməsindən əmələ gəlir. Psixologiya – psixika haqqında elmdir. Psixologiyanı bilmək üçün ilk öncə onun predmetini təşkil edən anlayışları öyrənmək lazımdır. Psixikaya daxil olan anlayışlar psixi hadisələr adlanır. Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər.  1.Psixi proseslər  2.Psixi hallar (vəya psixi halətlər, vəziyyətlər). 3.Psixi xassələr (və ya xüsusiyyətlər).Psixi proses – termini psixi faktın dinamikasını nəzərə çapdırır. Məs. əlimə tikan batdı. Ağrı duyğusu əmələ gəldi, davam .etdi (10 san) sonra keçdi. Psixi halət – termini psixi faktın nisbi davamlılığını bildirir. Məs. Utancaqlıq, nədənsə utanmaq hissi bir neçə gün davam edə bilər.  Psixi xassə - termini psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir. Məs. Iki şagirddən biri sakitdir, digəri, coşğundur, biri ünsiyyətlidir, digəri isə qaradinməzdir.

Psixoloq: "Seksual xarakterli mesajlar yazmaq cinsi zəiflikdən qaynaqlanır"

Ötən gün sosial şəbəkələrdə şirkət rəhbərinin işə düzəlmək üçün müraciət edən xanıma qarşı seksual xarakterli mesajlar yazması müzakirəyə səbəb olub. Cəmiyyətdə şirkət rəhbərinin bu davranışı birmənalı qarşılanmayıb.  Son zamanlar yaşlı kişilərin bu cür hərəkət etməsi barədə xəbərlər yayılır.  Bu cür davranışlar nədən qaynaqlanır. Yaşlı kişiləri buna nə vadar edir? Bunun qanunvericilikdə hər hansı cəzası varmı? Məsələ barədə peşəkarların mövqeyini soruşduq. Psixoloq Vəfa Rəşidova oxu.az-a açıqlamasında bildirib ki, hər bir insan seksual xarakterli hərəkətlər etməyə meyilli olur: “İnsanlar bu meylini açıq şəkildə büruzə vermirsə, deməli, o, cəmiyyətdəki statusunu qorumaq üçün müəyyən bir formada özünü korreksiya edir. Təəssüf ki, hər adam bu cür addım ata bilmir. Seksual xarakterli hərəkət edən insan travmalı olur. Orta yaşlı şəxsin bu addımı atması onun psixoloji problemlərinin olmasından xəbər verir. Çünki o, yeniyetmə oğlan kimi davranır. Bu, onun emosional yaşının aşağı olmasından xəbər verir. Yəni 40-65 yaş arası adam bunu edirsə, 13-14 yaşlı yeniyetmə davranışı sərgiləyir. Əxlaqsızlıqdan əvvəl, psixoloji problemləri var və kifayət qədər sevgi görmür”. Psixoloq bildirib ki, bu cür davranan adamın güvənsizlik problemi də var: “Bütün psixoloji problemlərin kökündə güvənsizlik dayanır. Belə insanların düşüncəsində qadın zəif obrazdır. Öz aləmində, özünü qəhrəman kimi hiss etməyə çalışır. Bu yaşda bu cür hərəkət edən insanlar cinsi zəiflik yaşayırlar. Onlar monitor arxasında bir qadına qarşı bu cür hərəkət edən zaman özünü tamamlanmış hiss edir. Biz onunla söhbət etsək, o anlayacaq ki, ciddi problemləri var”. Vəfa Rəşidova qeyd edib ki, xanımlar iş üçün müraciət edən zaman şirkətləri araşdırmalıdır: “Cəmiyyətdə psixoloji pozğunluğu olan insanlar çoxdur. Diqqətli olmaq lazımdır. Ciddi bir şirkət rəhbəri işçisi ilə yazışmaz. İşə qəbul olmaq istəyən xanımın mesajla özü haqda məlumat verməsi, yazışması yanlışdır. Çünki o zaman burada ciddilikdən söhbət gedə bilməz”. Vəkil Xəyal Bəşirov isə bildirib ki, qanunvericiliyin tələblərinə görə, bir şəxs kiməsə münasibət təklif edir və həmin şəxs buna etiraz edirsə, burada cinayət məsuliyyətindən söhbət getmir: “Yetkinlik yaşına çatan şəxsə münasibət təklif olunub. O da qəbul etmirsə, cinayət işi açılmır. Burada, sadəcə, əxlaq normalarına zidd hərəkətlər var. Qanunvericiliyə görə, seksual xarakterli hərəkətlərə məcbur etmə, əmlakın məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər dediyiniz məsələdə məcburetmə olsaydı, yəni əlaqədə olmağa məcburetmə olsaydı, bu maddə olacaqdı”. Vəkil qeyd edib ki, xanım işə götürüləndən sonra ona qarşı sekual xarakterli hərəkətlər edilibsə, bu zaman cinayət işi açıla bilər:“Qadın məhkəməyə müraciət edə, məhkəmə bununla bağlı qərar verə bilər.  Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Yeni ata olmuş şəxslərin 25 faizi...

İsveç alimlərinin tədqiqatları göstərir ki, yeni ata olmuş şəxslərin 25 faizi uşaqların dünyaya gəlməsi ilə bağlı psixoloji problemlərdən əziyyət çəkir. Psixoloq.az bildirir ki, Lund Universitetinin alimləri 10 il ərzində bu məsələni öyrəniblər və sübut olunub ki, yeni ata olmuş şəxslərin dörddəbirindən çoxu depressiyadan əziyyət çəkir. Bundan əvvəl aparılmış təhlillər onların sayının 4-10 faiz olduğunu göstərmişdi, lakin yeni tədqiqatlara görə, yeni ata olmuş insanlar arasında depressiya keçirənlərin real sayı 28 faizə yaxındır. Maraqlı fakt ondan ibarətdir ki, uşaqlar dünyaya gəldikdən sonra mənəvi cəhətdən sıxıntı çəkən ataların sayı doğuşdan sonra depressiya keçirən qadınlara nisbətən ən azı iki dəfə çoxdur. Bu cür qadınların sayı cəmi 13 faiz təşkil edir. Lund Universitetinin alimi Eliza Psuninin sözlərinə görə, kişilərdə depressiya daha intensiv və ardıcıl şəkildə davam edir. Bu vəziyyətə düşən insanlarda qəzəb, əsəbilik, habelə süstlük müşahidə olunur. Eliza Psuni hesab edir ki, kişilər ailədə münaqişələrlə qarşılaşaraq, yeni ata vəzifəsini gündəlik işi ilə uzlaşdırmalı olur. Bu səbəbdən kişinin əsəb sistemi tab gətirməyə bilər. Bundan başqa, uşaq doğulduqdan sonra atalarda yaranan depressiya qadınlarda olduğundan daha fərqlidir. Qadınlarda depressiya bədəndəki dəyişikliklə, döş nahiyəsindəki ağrı hissi ilə , həmçinin ilk aylar körpənin ağlamasından yaranan əsəbiliklə bağlıdır.(azərtac)

İdman psixologiyası nədir?

İdman psixologiyası idman və məşq əsnasında performansa təsir edən zehni faktorları araşdırır və fərdi yaxud da komanda performansını artırmaq üçün əsas vasitə olaraq dəyərləndirilir. İdman psixologiyasında ən çox istifadə edilən texnikalardan biri təmizlənmədir. Bu texnika vasitəsilə yarışlar zamanı oyunçular zehinlərini təmizləyib müsabiqə şərtlərindən yüksək nəticə göstərməyi və əzələ-koordinasiya sisteminin təsir mexanizmi üçün həmin faktorları azaldıb oyuna konsentrə olmağı öyrənirlər.

Qadınlar ya kişilər... - Ən çox kim yalan danışır?

"Qadınlar yalansız yaşaya bilməzlər. Bu, onların həyatlarının bir hissəsidir. Onlar hər bir şeydə yalana əl atırlar. Məncə, qadını qadın edən də yalandır. Yalansız, mən qadını təsəvvür etmirəm", - 23 yaşlı responden Kənan Fərəməzov deyir.Əsrlər boyu qadınların yalan danışması iddia olunub. Və hər zaman "qadınlar niyə yalan danışır" sualı gündəmdə olub. Bu sualı respondentlərin qadın nümayəndəsinə yönəldəndə isə cavabı çox təəccüblü oldu."Əslində, biz qadınlar hər zaman kişilərin yalan danışdığını iddia edirik. Lakin özümüz bəlkə də onlardan çox yalana əl atırıq. Məncə, həyatda yalan danışmayan insan yoxdur, hamı yalan danışır. Biz qadınlar isə həddindən artıq qürurlu olduğumuzdan yalan danışırıq. Adətən, digər qadının yanında pis olmayım deyə, yalan danışa bilərəm və yaxud mənə nə isə lazım olanda, həyat yoldaşıma yalan deyə bilərəm. Məncə, bunu bütün qadınlar edirlər", - 32 yaşlı evdar xanım, Mətanət Ələsgərli dedi.Qadınları yalan danışmağa nə vadar edir?Psixoloqların fikrincə, qadınlar daim özlərindən narazı olduqlarından, başqa qadınlarla özlərini müqayisə etdiklərindən yalan danışırlar."Qadınların əksəriyyəti özlərini digər qadınlarla müqayisə edir və özlərini pis hiss etdiklərindən yalana əl atırlar. Ümumiyyətlə, qadınlar yalan danışmağa meyllidirlər. Adətən, qadınlar xəyallarında arzu etdiyi həyatı yaradırlar. Həyatda istədiklərinə nail ola bilmədikdə, onlar görmək istədiklərini yalan olaraq danışırlar. Və bu cür onlar özlərini daha yaxşı hiss edirlər. Adətən, qadınlar çəkiləri haqqında səhv məlumat verirlər. Çünki bu mövzuda onlar çox həssasdırlar. Çəkiləri soruşulduqda, qadınların 68%-i yalan danışır. Hətta sənət üçün soruşulduqda belə, qadınlar çəkilərini səhv deməyə çalışırlar", - psixoloq Dəyanət Rzayev deyir.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə qadınların yalan danışması fikri ilə razılaşmadığını bildirdi: "Yalanı hər kəs danışır. Biz deyə bilmərik ki, ən çox qadınlar yalana əl atırlar. Çünki bu fikir düz deyil. Qadınlar yalan danışdığı kimi, bəylərimiz də yalan danışırlar.Bəlkə də qadınların hər zaman yalan danışması fikri haradasa, düzdür. Çünki qadınlar fiziki cəhətdən bəylərimizdən zəifdirlər. Və çox zaman özlərini qorusunlar deyə yalana əl atırlar. Lakin bu da çox normaldır. Ancaq "kişilərdən çox qadınlar yalan danışır" demək düz olmazdı"."Qadınlar qida ilə bağlı 474 dəfə yalan danışırlar"Britaniyadakı Kembric Universitetinin alimləri tərəfindən aparılan tədqiqat zamanı məlum olub ki, qadınlar qidalanmaları və yeməkləri ilə bağlı orta hesabla, 474 dəfə yalan danışırlar.Bununla bağlı ən çox danışdıqları yalan isə "çox az yeyirəm, uşaqların qabağından qalanları yemək məcburiyyətindəyəm", "sadəcə, bir balaca tikə yedim" və s. Özü də belə yalanlar ilk növbədə qadınların özlərini sakitləşdirir.Bir il ərzində qadın neçə yalan danışır?Araşdırmalara görə, hər bir qadın bir il ərzində 500-ə yaxın yalan danışır. Və bu yalanların əksəriyyəti yedikləri qida ilə bağlıdır. Psixoloqlar müəyyən ediblər ki, əgər onlar yedikləri ilə bağlı yalan danışmasalar, iki dəfə daha çox arıqlaya bilərlər.Türkan Nadirqızı

Özünüzlə tez-tez danışırsınız ?

“Düşünmək, ruhun öz-özüylə danışmasıdır”. Daxili söhbətlərdə özünüzü ələ alıb gücləndirə biləcəyiniz kimi, yıxıcı duyğuları qızışdırıb özünüzü məhv də edə bilərsiniz. Gün ərzində ağlınızdan orta hesabla 70.000-ə yaxın fikir keçir. Başqa bir tədqiqata görə daxili söhbətlərimizin 75%-nin pis, üzücü, gücsüzləşdirici olduğu bildirilir. Əslində “Daxili nitqi” artıran səbəblər çoxdur. Hər bir insan doğulduğu andan etibarən özünü və əməllərini şüurlu və şüursuz şəkildə təhlilə başlayır. Bunu etməməliydim, deməməliydim, gözləməliydim… minlərlə edilmiş hərəkətləri və onlardan sonrakı peşmanlıqlar. Əslinə baxarsanız, insan etdiyi bütün addımlardan sonra beynində uzun müddət təhlil aparır. Atdığımız addımları əlbəttə ki, təhlil etmək doğrunu yalnışdan ayırmamıza kömək olur. Əgər etdiyimiz hərəkətlərə görə biz məsuliyyət hiss etməsək, bu da cəmiyyətdə böyük bir xausa yol açar. Ancaq bəzi insanlar olan hadisələri beyinlərində çox böyüdür, beyinlərini yarana və əldən salana qədər bu hadisəni təhlil edirlər. Nəticədə də “takıntı” dediyimiz yəni bir düşüncədə ilişib qalma və o düşüncədən uzaqlaşmaqda ciddi şəkildə əziyyət çəkmək. Bu hallar bir müddət sonra o insanlarda ciddi xəstəliklərə qədər gedib çıxa bilir. Əgər bizim beynimizdən gün ərzində bu qədər çox fikir keçirsəvə biz hər düşüncəyə bu qədər ilişib qalsaq, onda beynimiz çox tez yorular və təslim olar ki, bu da ağır əsəb-sinir problemlərinə gətirib çıxarar. Əsasən fəaliyyət alanı, hobbiləri, işi və məşğuliyyəti daha az olan insanlarda daxili nitq hədsiz artır. Müqayisə etsək ki, beyni daha çox işlərlə məşğul olan insanın “boş-boş” fikirləri təhlil etməyə zamanı daha az olur. Bu tip insanlar daha səbrli və daha sakit həyat yaşayırlar. Əslində onların da özlərinə görə problemləri var, sadəcə olan hadisələri olduğu kimi qəbul edir, insanları olduğu kimi qəbul edib dəyişməməyə daha çox qəbullanmağa çalışırlar. Və əlbəttə ki o zaman problemi atlatmaq da asan olur. Orqanlarımızın içərisində beyin ən çox işləməyi sevən orqandır. Əgər beynimiz bekar qalırsa, özünə uğraşacaq alanlar axtarır və siz də beynə heç bir məşğuliyyət vermirsinizsə, beyin dəyirman daşı kimi özün üyütməyə çalışır. Nəticə etibarilə ağır nevroz və sarışan nevroz başlayır. Artıq beynə istənilmədən belə daxil olan və qovmaqda çətinlik çəkdiyiniz fikirlərin sayı gün-gündən artır və dözülməz hala gəlir. Ümumiyyətlə, terapevrik məsləhətlərdən biri stress və stressi yaradan səbəblərin azaldılması və fəaliyyət alanının genişləndirilməsidir. Gün ərzində aktivlik artan kimi daxili nitq və neqativ düşüncələrin sayı sürətlə enir. Əslində problemi başladan da bitirən də elə siz özünüz olacaqsınız. Beyninizi lazımsız fikir və yükləmələrdən azad edib, fəaliyyət dairənizi, məşğuliyyət və hobbilərinizi artırsanız, lazımsız və boş fikirlərin yerinə beyində daha canlı və pozitiv fikirlərin sayı artar.  Lalə Əhmədova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Ana olan qadınlar seks istəmir...- Seksdən nə qədər uzaqlaşmısınız?

Nə qədər müddətdir seksdən uzaqlaşmısınız? Qadınlara ünvanlanan bu sualın cavabları sizi çox təəccübləndirəcək."Family Circle" adlı xarici jurnal qadınlar arasında sorğu təşkil edib.Spirtli içki istifadə etmələri, hamiləlikdən sonra çəkilərini necə atmaları və hətta hansı sıxlıqla sekslə məşğul olduqları ilə bağlı keçirilən sorğu maraqlı nəticələr ortaya qoyub. Araşdırmaya görə...Müxtəlif  yaşdakı anaların 32 faizi bir neçə il, 36 faizi bir neçə ay, 27 faizi bir neçə həftə və sadəcə 5 faizi bir neçə gün sekssiz yaşayır.Evdə uşaq varkən, yaşı neçə olur olsun, cinsi həyatı əvvəlki kimi, öz tempində davam etməyin nə qədər çətin olduğunu bilsək də, həyat yoldaşı ilə sağlam və xoşbəxt bir münasibətin davam etməsi üçün seksin lazım olduğunu da unutmamalıyıq.Cütlüklərin sadəcə 15-20 faizi evliliklərini sekssiz davam etdirirlər. Sekssiz evlilik isə ildə 10 dəfədən az cinsəllik yaşamaq deməkdir.Bir sözlə, kişilər evləndikləri insandan, münasibətlərindən getdikcə uzaqlaşır. Müasir cütlüklər həm iş həyatında, həm də ev işlərində aktiv olurlar və bu, onların cinsi həyatına mənfi təsir göstərir. Halbuki kişi nə qədər yorğun iş görsə də, həyat yoldaşını seks baxımından razı saldığı deyilir.Bəs boşanma riski hansı hallarda aşağı düşür? Aparılan araşdırmaya görə, kişi əgər ev işlərinin 40 faizini edirsə, ya da qadın evin maddi ehtiyacının 40 faizini ödəyirsə, onda boşanma riski aşağı olur.Araşdırmaya qatılan və 20 ildir evli olan cütlük hər səhər seks üçün zəngli saat qurduqlarını deyiblər: "Hər səhər iki dəfə zəngli saat qururuq. Birinci zəng zamanı oyanaraq bir-birimizi qucaqlayır, öpüşür, yaxınlaşırıq. İkinci zəngli saat isə yataqdan qalxmağımız üçün qurulur. Beləliklə, hər səhər bir-birimizə vaxt ayırmış oluruq".Xarici psixoloqlar isə seks üçün həyat yodaşı ilə gün təyin etməyin daha düzgün olduğunu qeyd ediblər. Həyat yoldaşınızla aranızda sözsüz razılaşma imzalayın və heç vaxt bir-birinizi rədd etməyin. Bəzi qadınlar sadəcə kişilərin seksdən zövq aldıqlarını düşünürlər. Halbuki ən azından bir dəfə həmin hissləri zövqlə yaşasanız, bəlkə sonra həyat yoldaşınızdan daha istəkli olacaqsınız.  Bununla belə vəziyyət düzəlmirsə psixoloqa müraciət etməyiniz tövsiyə edilir.