Məhsullara verilən müxtəlif adlar hər zaman maraq dairəsində olub. Psixoloq.az xəbər verir ki, son zamanlar broyler toyuq məhsuluna “xalaoğlu” adının verilməsi isə sosial şəbəkələrdə kifayət qədər tənqid mövzusu olub. Buna gülməli rəylər yazanlar da çox oldu, tənqid edənlər də... Bəs məhsulla aidiyyatı olmayan adlar insan psixologiyasına nə kimi təsir göstərir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoterapevt Süleyman Məmməd-zadənin sözlərinə görə, məhsula ad vermək marketinq şöbəsinin işidir və oradakı mütəxəssislər də bir növ psixoloq olmalıdırlar: “Bildiyiniz kimi psixologiya şaxəli elmdir. Marketinq cəhətdən elə bir ad seçilməlidir ki, insanların şüuruna hansısa təsir göstərərək məhsula cəlb edə bilsin. Reklamda belə bir addan istifadə etmək mümkündür. Çünki reklam yadda qalandır. Ancaq bu adı məhsulun üzərinə qoymaq doğru deyil. Çünki birbaşa məhsulla arasında heç bir rabitə yoxdur. Bu, dolamağa gətirib çıxaran bir şeydir. Məhsulun üzərindəki bu ada baxarkən düşünmürəm ki insanları cəlb etsin. Daha da müştərini güldürərək özündən uzaqladıracaq. Düzü bunu neçə adam evinə alıb aparmaq istəyər maraqlıdır”. Şəhanə Quliyeva
Depressiyanın əlaməti ilk olaraq yuxu və yemək pozuntusu ilə özünü biruzə verir. Psixoloq.az xəbər verir ki, şəxs özünü ümüdsüz və kefsiz hiss edir. Yorğunluq hissi hakim olur. İntihar və ölüm düşüncələri daha da çoxalır. Depressiya yas deyil, ancaq yas depressiyaya səbəb ola bilər. Hər 6 nəfərdən biri bu problemdən əziyyət çəkir. Qadınlarda kişilərə nisbətdə daha çox görülür. Bəs depressiyaya səbəb olan faktorlar hansılardır? Genetik səbəblər Vücuddakı bəzi hormonların pozğunluğu Ətraf faktorlar – kasıblıq, şiddət və s. Qeyd edək ki, müalicəsi isə psixoterapiya, elektroterapiya və s üsulu ilə aparılır. Şəhanə Quliyeva
Artıq 2 aydır ki, internetdə Momo adlı suisid təhlükəli onlayn oyunu yayılıb. Psixoloq.az xəbər verir ki, Mavi Balina kimi təhlükəli olan oyun bu dəfə whatsappda-da qurbanlarını tapır. Belə ki, qorxulu kukla olan oyun whatsapp-ın siyahısında qəfildən peyda olur və yazır. Onu ləğv edib, pozmaq cəhdləri də alınmır. Momo əvvəl " Salam, necəsən, nə xəbər, neynirsən” kimi suallarla başlayır. Daha sonra haqqınızda hər şeyi bildiyini deyib, şantaja başlayır.Əgər uşaq dialoqu davam etdirsə, onu oyuna dəvət edir. Əksərən gecələr mesajlar göndərən Momo zorakılıq görüntüləri, şəkilləri göndərir və tezliklə səni öldürəcəyini yazır.Bu psixoloji terror o vaxta kimi davam edir ki, uşaq oyuna razı olur. Razılıq verildikdən sonra tapşırıqlar gəlir: gecə evdən çıx, küçəni fırlan gəl, qaranlıq zirzəmiyə düş, boğazına bıçaq daya, qolunu kəs . Qorxub razılaşmayanları yaxınlarının ölümü ilə təhdid edir.Momo ilə nə qədər çox yazışma olsa, bir o qədər çox məlumat telefondan ötürülür və informasiyası çoxalır.Oyunun qurbanları olaraq adətən yeniyetmələr seçilir. Hazırda Amerikada yayılan oyun 12 yaşlı argentinalı qızın ölümünə səbəb olub: o telefonun kamerası qarşısında özünü asıb. Polis onun telefonunda whatsappda Momo ilə yazışmasını aşkarlayıb. Amerikalı psixoloqlar oyunun getdikcə İspaniya, Almaniya, Hindistanda yayıldığını bildirib, tezliklə Rusiya və Asiyaya keçəcəyinin bildirərək, pedaqoq və valideynləri xəbərdar edib.
Psixoloji xəstəlik nədir? Bu, bəzi davranışların, duyğuların tibbi cəhətdən pozğunluğu deməkdir. Əhalinin yarısı psixoloji xəstəliklərdən birindən əziyyət çəkir. Bəs psixoloji xəstəliklər hansı problemi yarada bilər? Psixoloji problemi olanlar digər insanlardan fərqli davranmazlar. Buna baxmayaraq bəzi xəstəliklər... Cinsi münasibət zamanı problem yarada bilər. Şiddət kimi davranışlara yol aça bilər. Bəzi xəstəliklər intiharla nəticələnə bilər. Özlərində olan bəzi mənfi xüsusiyyətlər daha da arta bilər. Şəhanə Quliyeva
Psixoloq Şahin Əliyev özünün sosial şəbəkə hesabından paylaşım edərək insanların psixoloji xidmətdən istifadə edərkən əvvə nəticə almadıqları psixoloq və psixiatrlarla yeni müraciət etdiyi psixoloqa inamsız yanaşmanın yalnış olduğu barədə müraciət edib . Psixoloq.az həmin paylaşımı olduğu kimi təqdim edir: Psixoloq, Psixiatrlarla bağlı aktual bir məsələni insanların diqqətinə çatdırmaq istəyirəm. Peşə fəaliyyəti ərzində qarşılaşdığım bir situasiya var. İnsanlar fayda almadıqları psixoloq və ya psixiatrı hal hazırda müraciət etdiyi psixoloq və ya psixiatrla eyniləşdirir və yenədə bir şeyin dəyişməyəcəyini qətiyyətlə iddia edirlər. Bu cür ümumiləşdirmə adətən daha spesifik pozuntulardan əziyyət çəkən insanlarda daha çox olur. Məsələn, panik pozuntu, obsessiv - kompulsiv pozuntu, yeme pozuntuları xüsusi ilə anoreksiya və s. Əziz insanlar, bütün psixoloqlar, psixiatrlar onların terapiya metodları eyni deyil, fərqlidir. Psixoloq psixoterapiya, psixiatr derman terapiyası edərək müraciət etmiş şəxsə kömək etməyə onda olan problemi korreksiya etməyə çalışır amma bəzən bu kifayət etmir, çünki həmin şəxsin ailə dinamikası, yaşayış yeri, işi ümumilikdə sosial faktorlar, bioloji faktorlar(genetik ötürücülük) uşaqlıq yaşantıları və s hamısı şəxsdə olan problemə öz təsirini göstərir. İnsanlar isə daha tez sağalmaq daha tez fayda almaq istəyirlər, uzun müddət davam edən terapiyanı isə (8-12 seans) pul tələsi hesab edirlər. Amma bu belə deyil. Düşünün zamanla sizdə yaranmış bir problemi qısa zamanda necə terapiya etmək olar? Yuxarıda yazdıqlarımı xatırlayın. Bundan başqa sizin məndə heç bir problem yox idi birdən yarandı deyə düşündüyünüz psixoloji narahatçılıqlar, birdən yaranmır, həm yuxarıda sadaladıqlarım faktorlar həmdə yaşantılarla pillə pillə toplanır və sizin dediyiniz O bir anda ortaya çıxır. Bu səbəbdən bəzən mütəxəsisi günahlandırmaq və ya ümumiləşdirmə, eyniləşdirmə aparmaq əvəzinə müraciət etdiyiniz mütəxəsisə və işinə daha çox inanın. O zaman terapiya proseduruna köməklik etmiş olarsınız. Əksinə avtomatik (irrasional) düşüncələrin əsiri olsanız, ən yaxşı hesab etdiyiniz mütəxəsis belə sizə kömək edə bilməyəcək.
Övladınızı olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin.Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin. İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun."Hamıdan yaxşı olsun" ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün lazımi istiqamətlərdə dəstəyinizi verərkən " sən hər kəsdən yaxşı olmalısan" deyə övladınıza psixoloji gərginlik yaşatmayın. Bacarması üçün dəstək olun, lakin bu zaman övladınıza basqı etməyin.Özünü dostları, ətrafdakı yoldaşları ilə müqayisə etməməsini öyrədin. Müqayisə edərkən uşaqda özünəinam hissinin aşağı enməsi və ya hədsiz özgüvən və s. kimi hisslər yaşana bilər.Övladınıza sevməyi öyrədin. İnsanları, heyvanları, bitkiləri, təbiəti və s.Ona olan sevginizi göstərməkdən çəkinməyin. Onun bu hissə hər zaman ehtiyacı var. Onu təmənnasız sevdiyinizi, sizi hirsləndirdiyi zaman da, nəyisə etməyi bacarmadığında da - hər zaman sevdiyinizi ona hiss etdirin.Övladınızın etdiyi işlərə, hisslərinə hörmətlə yanaşın. Sizin üçün çox sadə görünən bir məsələ onun üçün olduqca önəmli ola bilər.Ona inandığınızı hiss etdirin. Sizə yalnız doğru danışacağına inandığınızı ona bildirin.Etdiyi səhvlərə görə cəza alıbsa demək ki, artıq bu səhvlərini unutmağınız lazımdır. Keçmişdə etdiyi səhvləri təkrar -təkrar xatırlatmağınız yanlışdır.Dəyərli olduğunu hiss etdirin. Övladınıza dəyər verin.Övladınızla bağlı qərar verərkən onların da öz fikirlərini bildirməsinə icazə verin.(sağlamolun.az)
“Selfi” son illərin ən məşhur trendinə çevrilib desək yanılmarıq. Bəziləri bunu xəstəlik adlandırsa da, bir qism isə həyatın ayrılmaz ayrılmaz hissəsi sayır. Bəs artıq vərdiş halını alaraq hətta yemək, su yerinə keçən özündən çox sosial şəbəkədə şəkil çəkdirərək paylaşmağı düşünən zehniyyəti xəstəlik adlandırmaq olarmı? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən Bakı Qızlar Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Ramil Mirzəyevin sözlərinə görə, alimlər selfi ilə bağlı psixoloji pozulmanı 3 səviyyədə göstərirlər: 1. “Epizodik xarakterli: bu səviyyədə selfi çəkənlər gün ərzində üçdən artıq şəkil çəkdirmir və sosial şəbəkələrdə paylaşmırlar. Bu xarakterli selfi çəkilməsinə hələ də nəzarət oluna bilir. Sonradan iradi səy göstərməklə bu pozulmanı aradan qaldırmaq mümkündür. 2. Kəskin xarakterli: bu səviyyədə selfi çəkənlər gün ərzində üçdən çox şəkil çəkdirir və sosial şəbəkələrdə paylaşırlar. Psixikanın yüksək dərəcədə pozulması olub prosesə nəzarət edə bilməməklə xarakterizə olunur. 3. Xroniki xarakterli: ən ağır haldır, insan tamamilə özünə nəzarət edə bilmir. Hər gün o, ondan artıq şəkil çəkir və sosial şəbəkələrdə paylaşır. Belə adam harda gəldi öz şəkilini çəkir və sosial şəbəkədə yerləşdirir. Bu isə selfinin xəstəlik olması ilə bağlı ən böyük sübutdur”. Mütəxəssis selfinin xəstəlik səviyyəsində olmasını göstərən əlamətlərdən də bəhs edib. 1. “İdeal şəkil alınmayanda əsəbiləşmək; 2. Özünübəyənmə, reallıqdan uzaqlaşmaq, öz foto albomunu dost və yaxınlarının albomundan daha üstün tutmaq; 3. Sosial şəbəkələrdə yüzlərcə şəklini paylaşmaq; 4. Şəkillərini sosial şəbəkələrdə yerləşdirə bilməyəndə gərgin və əsəbi vəziyyətə düşmək əsas göstəricilərdir”,-deyə Mirzəyev vurğulayıb. Psixoloq, tədqiqatların qadın və kişi selfilərini fərqləndirdiyini dilə gətirərək qadınların sosial həyatlarını ikinci plana keçirdiklərini qeyd edib: “Qadınlar ilk yerə xarici görünüşlə bağlı əlamətləri qoyurlar. Kişilərdə bu əksinədir. Onlar ilk yerə sosial həyatlarının bəzi tərəflərini, məs,. idman uğurlarını, səyahətlərini, dostlarla görüşü və s. qoymaqla xarici görünüşlərilə bağlı məsələləri ikinci plana keçirirlər”. Ümumiyyətlə texnalogiyanın sürətli inkişafı yeni formada nevrozların yaranmasını şərtləndirir. Tanınmış psixoterapevt Viktor Frankl haqlı olaraq hesab edirdi ki, hər bir dövrün öz nevrozları var və ona uyğun da müalicə üsulları tapılmalıdır. Müəllif: Şəhanə Quliyeva
Bir çox insan həyatda xoşbəxt yaşamağın yollarını axtarır. Əslində isə bəzi düşüncə tərzini dəyişməklə bunu təmin etmək mümkündür. Psixoloqlar bəzi sözləri həyatımızdan çıxararaq xoşbəxt olmağın mümkün olduğunu bildirib. Bəs bu sözlər hansılardır? Səndən nifrət edirəm – Nifrət sözünü lüğətinizdən tamamilə çıxarın. Əgər birisi sizi narahat edirsə, duyğularınızı fərqli şəkildə dilə gətirə bilərsiniz. Ölmək istəyirəm – Zarafat üçün olsa belə bu sözdən istifadə etməyiniz doğru deyil. Əgər depressiyadasınızsa və ölmək istəyirsinizsə bunun üçün psixoloq dəstəyi almalısınız. İntihar heç nəyin çarəsi deyil. Edə bilmərəm – Həyatınızda hər şeyi edəcəyinizi düşünün. Bu tamamilə baxış tərzindən asılıdır. İstedadınıza güvənməlisiniz. Həyat mənasızdır – Əslində isə həyatı mənalı etmək sizin əlinizdədir. Müvəffəqiyyət qazanacağınıza inanmalısınız. Kefinizi aşağı salmayın.Sizi sevən insanların da olduğunu unutmayın. Çirkinəm – Düşünün ki hər kəsin gözəllik anlayışı fərqlidir. Sizin çəkici başqa xüsusiyyəti vardır. Görüşünüz haqqında narahat olmayın.(hekimtap.az)
Əgər analar uşaqları ilə sadəcə onlara nəzarət etmək üçün oyun oynayır və dağılan oyuncaqlarını özün toplayırsa, belə uşaqlar 5 yaşına qədər duyğularına nəzarət etməkdə çətinlik çəkirlər. Psixoloq.az xəbər verir ki, bu, İngiltərədə 422 uşaq üzərində aparılan, Minnesota, Zürix universiteti tərəfindən aparılan araşdırmadan sonra məlum olub. Məlumatda qeyd edilir ki, uşaqlar 10 yaşına qədər duyğusal problemlər yaşayaraq məktəbdə çətinlik yaşaya bilərlər. Tədqiqat zamanı uşaqlar 8 il əzində 2,5 və 10 yaşlı uşaqlara nəzarət edilib. Bu araşdırmada xüsusilə, anaların uşaqları ilə oyun oynadıqları zamana, ev ortamına, valideynlərlə dialoqlara nəzarət edilib. Tədqiqatın keçirilməsində məqsəd isə 2 yaşındakı uşaqların duyğu kontrolunu, 5 yaşındakı uşaqların ani reaksiyalarını, 10 yaşlı uşaqların isə duyğusal və məktəb problemlərini araşdırmaq olub. Psixoloqlar, azyaşlı uşaqların yeni oyunlar kəşf etmələrinin və bu zaman yaranan problemləri həll etmələrinin inkişaflarına müsbət təsir etdiyini bildiriblər. Həmçinin psixoloqlar valeynlərə uşaqların öz problemlərini həll etmək üçün onlara zaman və azadlıq vermələrini tövsiyə ediblər. Əks halda yaranan hər problem zamanı uşaq köməyi valideyndən gözləyərək, həll olmadığı zaman isə gunahı yenə onlara atacaqlarını vurğulayıblar. Müəllif: Şəhanə Quliyeva
Birimiz gülür, birimiz küsürük. Hər bir insanın müxtəlif hadisələrə reaksiyaları da fərqli olur. Bu başlıca olaraq xarakterə uyğun olaraq dəyişir. Psixoloq.az xəbər verir ki, insana məxsus olan temperamentin 4 tipi var: sanqvinik, xolerik, fleqmatik, melanxolik. İnsanları temperamentinə görə fərqləndirərkən həmin tiplərdən istifadə olunur. İnsanın hansı tipə məxsus olduqlarını müəyyənləşdirmək üçün temperamentin özünəməxsus xassələrinə istinad edirlər. Bunlara aktivlik, reaktivlik və emosionallıq aiddir. Bəs siz hansı temperament tipinə aidsiniz? Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verərlər. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun müddət işləyə bilir. Sanqviniklər həddən artıq qayda-qanuna əməl edən olurlar. Sürətli hərəkətə, çevik təfəkkürə, sürətli nitq tempinə malik olurlar. Hissləri asanlıqla bir-birini əvəz edir. Düşdükləri yeni şəraitə asanlıqla alışırlar. Rast gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilirlər. Xolerik. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də senzitivlik aşağı, reaktivlik və aktivlik yüksək olur. Xoleriklər həddindən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar. Öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük olur. Başladıqları işi axıra qədər yerinə yetirməyə meyilli olurlar. Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə daxili əksolunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişirlər. Bu tip şəxslər olduqca işgüzar, dözümlü və özlərini ələ ala biləndirlər. Onları asanlıqla özlərindən çıxarmaq çətindir. Yeni adamlara çətin alışırlar. Melanxolik. Bu tip şəxslərdə həssaslıq həddindən artıq yüksək olur. Kiçicik bir işdən, hərəkətdən tez təsirlənirlər. Hədsiz dərəcədə küsəyəndirlər. Səsləri zəif, hərəkətləri süstdür. Onlarda özlərinə inam aşağı olur. Kiçik uğursuzluq bu tip şəxslərdə ciddi əhval pozğunluğu yaradır. Həmişə başqalarının onların halına yanmalarını gözləyirlər. Təkliyə qapılırlar. Tez ruhdan düşər, bəzən bacardığı işi belə axıra qədər yerinə yetirməzlər. Qeyd: Nəzərə almaq lazımdır ki, temperamentin bir tipinə tamamilə malik olan adam tapmaq çətindir. Hər bir insanda bu tiplərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə adamı həmin tipə aid edirlər. Bununla yanaşı temperamentin bu tiplərindən birini yaxşı, digərini pis adlandırmaq olmaz. Hər tipin özünəməxsus müsbət və mənfi cəhətləri mövcuddur. Müəllif: Şəbnəm Cəlil
Aparılan araşdırmalara görə, qorxu və narahatçılıq bir çox psixoloji problemlərə yol açır. Bəs insanlara qorxu və narahatçılıq hissinin hansı mənfi təsirləri mövcuddur? Psixoloq.az həmin təsirləri təqdim edir: Ruhi gərginliklər yaradır – Gərginlik içərisində olan insanlar fərqli reaksiyalar verə bilər. Qorxu və narahatlıq nəticəsində insan əzələləri gərginləşir və nəticədə bu ağrılar ortaya çıxa bilər. Kürək, mədə, baş ağrısı, qol-ayaq ağrılarının əsas səbəblərindən biri stress ola bilər. Psixoloji ağrılar isə insanın yaşayış tərzinin keyfiyyətini aşağı salır. Türkiyəli psixiatr Hüsnü Erkmenin sözlərinə görə, psixoloji ağrıların digər ağrılardan fərqsiz olduğunu bildirib. Psixoloji problemlər görəcəyiniz işlərin də keyfiyyətini aşağı salır. Belə bir zamanda psixoloq dəstəyi almaq daha vacibdir. Çünki bəzən insan özü ilə bacarmır. Bu isə daha böyük problemlərə yol aça bilər. Bəzi insanlar psixoloji problemlər səbəbindən mütəmadi olaraq dərman istifadə edirlər. Mütəxəssis isə, bu növ dərmanların sağlamlıq problemlərinə yol aça biləcəyini qeyd edib: “Bəzən gündə 3-5 ədəd, 5-10 ədəd dərman içən var. Ancaq ağrıkəsici dərmanlar vücud üçün düşünüldüyündən daha təhlükəli dərmanlardır. Xüsusilə də böyrəklər üçün zərərlidir. Bu səbəbdən həkim nəzarəti olmadan bu növ həblər qəbul edilməməlidir”. Şəhanə Quliyeva
Son zamanlar psixoloq adı altında qeyri-qanuni fəaliyyət göstərənlər, insanlara pul məqsədi ilə yanaşan dələduzların sayı artıb. Psixoloq.az saytının əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında psixoloqların fəaliyyəti barədə sorğu keçirib. Əldə edilən nəticə isə ürəkaçan olmayıb. Sosial şəbəkə istifadəçiləri, psixloqların savadlarına inanmadıqlarını, pasiyentə can yandırmadıqlarını, peşəkar olmadıqlarını bildiriblər. Bəs psixoloqlar pasiyentlərə nə üçün can yandırmırlar? İnsanların xarici psixoloqlara üz tutmağının səbəbi nədir? Məsələ ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoloq Çimnaz Verdiyevanın sözlərinə görə, bunun bir neçə səbəbi ola bilər: “Mən deməzdim savadlı psixoloq kadrı azdı. Məncə kifayət qədər var, ancaq can yandıran psixoloqlar azdır. Düşünürəm ki, buna əsas səbəb günümüzdə insanların problemlərinin, çətinliklərinin olmasıdır. Psixoloq da bir insandır, o da sevilmək istəyir, müəyyən problemləri ola bilər. Yaxşı məvacib almırlar. Maaşları yaxşı olsa məncə daha çox can yandırarlar. Düzgün yola istiqamətləndirən, kömək edən, can yandıran psxiloqlarımız var. Buna baxmayaraq tamamilə can yandıranlar azdır təəssüf ki. Əvvəllər psixoloq dedikdə razılaşardım ki azdır. Amma artıq elə deyil. Dahi psixoloqlarımız olub, indi də var. Əbdül Əzizadə, Əkbər Bayramov,Zəkəriyyə Mehdizadə və s. Hazırda olan dahi psixoloqlardan Bəxtiyar Əliyev, Səməd Seyidov və s.misal çəkə bilərəm. Bu insanları çox alqışlayıram.Həmçinin belə psixoloqlar sırasına, psixologiya elmlər doktoru Ərəstun Baxşəliyev, Kamilə Əliyevanı da aid edə bilərəm Həm dahilikləri, həm də mərhəmətləri ilə insanlara can yandırırlar. Biz onlarla fəxr edirik. Gənc psixoloqlar da universitet bitirirlər, öz üzərlərində çalışırlar,sertifikatlar əldə edirlər". Şəhanə Quliyeva