Müəyyən səbəblərdən ötrü insanlarda danışmaq məhdudluğu yaranır. Bu vəziyyət xüsusilə də azyaşlı uşaqlarda baş verir. Həmin problem, insanda sosial, emosional və idrakla bağlı bir çox problemlərə yol açır. Psixoloq.az xəbər verir ki, nitq terapiyası isə diaqnoz, qiymətləndirmə, müalicə, və reabilitasiya məqsədilə xidmət göstərən sahədir. Şifahi ünsiyyət qurmağın əngəllənməsinə səbəb olan bəzi nitq və danışma pozuntuları inkişafla bağlı müəyyən bir səbəbə bağlı olmadan ortaya çıxa bilər. Bununla yanaşı, eşitmə problemi, Autizmlə əlaqəli pozuntular, koqnitiv pozuntular, Uşaq Serebral Palsi, Daun sendromu və s. nevrotik inkişaf pozuntularına və bir çox xarici amillərə əlaqədar olaraq ortaya çıxa bilər. Nitq və danışma sadəcə uşaqlarda deyil eyni zamanda böyüklərdə də görülür. Nitq terapiyası hansı problemlər zamanı tövsiyə edilir? Nitqin gecikməsiKəkələməAutizmə bağlı nitq problemləriArtikülasiya pozuntularıFonotek pozuntularUdqunma ilə bağlı nitq qüsurlarıAfaziya və sonradan qazanılmış nitq pozuntularıMotor danışma pozuntularıTaxilaliya (Həddindən artıq sürətli danışma)Eşitmə ilə bağlı nitq qüsurlarıDodaq və damaq quruluşuna bağlı nitq qüsurları
Uşaqlar böyüklər qədər hisslərini və düşüncələrini göstərməzlər və özlərini rahatlıqla ifadə etməzlər. Alternativ qarşılıqlı əlaqə ehtiyacından əmələ gələn oyun terapiyası sayəsində uşaqlar kəlmələri işlətmək yerinə oyun və oyuncaqlar vasitəsi ilə, özlərini ifadə edə bilməyi, gündəlik həyatlarında başa çıxa bilmədikləri probleməri həll etməyi və neqativ davranışlarını dəyişdirə bilməyi öyrənirlər. Oyun terapiyasının məqsədi uşağın özünü emosional olaraq yaxşı hiss etməsini təmin etməkdir. Uşağın normal inkişafına təsir edən emosional, davranış və psixoloji problemləri aradan qaldırmaq və problemin böyüməsinə əngəl olmaqdır. Oyun terapiyaları müəyyən yaş qrubundakı uşaqlarla, bir və ya birdən çox uşağın iştirakı ilə həyata keçirilir. Bundan əlavə bəzən valideynlərin də terapiyada iştirak etməsi lazım gəlir.
Psixoterapiya, psixoloji problemlərin sağaldılması məqsədilə psixiatr, klinik psixoloq kimi psixoloji sağlamlıq mütəxəssisləri tərəfindən tətbiq olunan və qarşılıqlı şifahi ünsiyyətə dayanan prosesisin ümumi adıdır. Psixoterapiya zamanı pasiyent öz emosiya, düşüncə və davranışları haqqında məlumat sahibi olur və onları idarə etməyi öyrənir. Psixoterapiya adından bəlli olduğu kimi terapevtik bir prosesdir və müalicəyə yönəlmişdir. Hər nə qədər bütün psixoloji sağlamlıq ilə əlaqəli problemlərdə işə yarasa da psixoterpiyadan fayda görənlərin hamısı bir psixoloji sağlamlıq diaqnozu daşımır. Bu baxımdan psixoterapiya gündəlik problemləri həll etmə, əsəb və digər emosiyaların idarəsi, sosial və ailə əlaqələri, karyera və məslək problemləri kimi geniş dairədə kömək təklif edir.
Uşaqlıq və yetkinlik dövründə yaşanan psixiatrik və psixoloji problemlərdə lazımlı vəziyyətlərdə uşaq-yeniyetmə psixoloq yardımı çox əhəmiyyətlidir. Yeniyetməni anlamanın, yeniyetmə valideyn əlaqəsinin sağlıklı olması üçün önəmli faktordur. Amma yeniyetməlik dönəmində yaşananlar yeniyetmə üçün nə qədər çətindir. Təəssüf ki, valideyn üçün də çətindir. Ana-ata üçün də artıq bəzi şeylər dəyişdirmişdir. Kiçik uşaqları artıq böyümüş və öz ayaqları üzərində durabilmə, evdən ayrılma öz yuvasını və həyatını qurma yolunda böyük addımlar atmağa başlamışdır. Bundan sonra uşaqlarıyla əlaqələrində köhnə metodlar işə yaramayacaqdır və bir şeylərin dəyişmə zamanı gəlmişdir. Yeniyetmələrin bu formalaşma dönəmini sağlam bir şəkildə qarşılamalı və fərqində olmadan da olsa onların böyüməsi formalaşmasını əngəlləyəcək, onlara bağlı hala gətirəcək ya da uzaqlaşmasına səbəb olacaq davranışlar etməməlidir. Yeniyetmələrlə sağlam əlaqələr qurulmasına diqqət edilməlidir. Ana-ata münasibəti hansı yaşda olursa olsun uşaqlar üçün model təşkil etməlidir. Sevgi və hörmətə bağlı bir münasibət içərisində olan valideynlərin usaqlarında da sağlam münasibətlər qurmağı öyrənəcəklər. Yeniyetməni dinləmirsinizsə və hörmət göstərmirsinizsə, yeniyetmə də sizi dinləməyəcək. Ana-ataların sıxlıqla etdikləri, dinləməkdən və uşağın nə deməyə çalışdığını anlamaqdan çox, öz bildikləri doğruları onlara izah etməyə və istiqamətləndirməyə çalışmalarıdır. Bu şəkildə bir yanaşma yeniyetmədə anlaşılmadığı duyğusunu yaradacaq və qarşısındakı nə qədər doğru söyləsə də söyləsin dinləməməsinə qarşı çıxmasına və ya bundan sonra valideynlə bir şeyini paylaşmamasına səbəb olacaq. Tam tərsinə öncə onu anlamağa çalışmak, elədiyi bir xəta varsa bu nöqtəyə necə gəlindiyinə özünü ifadə etməsini təşkil edəcək bir mühit yaradılmalıdır. Dürüstlük çox əhəmiyyətlidir. Yeniyetmələr səmimiyyət və dürüstlük mövzusunda çox həssasdır. Heç bir yeniyetmə səmimi tapmadığı bir adama özünü çıxarmayacaq. Yeniyetmələr üçün gizlilik çox önəmlidir. Otaqlarının ayrı olması, qapıları döyülmədən içəri girilməməsi çox vacibdir. Bu qaydalar pozulduqda çox aqressiv olurlar. Bütün bunlara hörmət göstərilməsi (qaydalara) yeniyetməylə valideyn münasibətində hörmət və güvəni artırır. İçlərinə qapanmaq əvəzinə daha açıq, daha dürüst olurar. Valideynlərə düşən vəzifə gənckərin bu dövrünün yaşadıqlarının keçici bir dönəm olmasını görmək və soyuqqanlı yanaşmaqdır. Bu dövr keçicidir. Həm yeniyetmələr üçün həm də valideynlər üçün sancılı olması gözlənilən və təbii bir durumdur. Validə Abbasova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir. Bu təyinata əsaslanaraq ailə psixoterapiyası haqqında 3 aspekti təyin etmək olar: 1.Ailə mühitinin optimallaşdırılması 2.Qrup terapiyasının tətbiqi ilə psixi və davranış pozuntusundan əziyət çəkən pasiyentə psixoloji təsir. 3.Psixi sağlam şəxslərin ailə münasibətlərinin normallaşdırılması Üçüncü aspekt tibbi problem çərçivəsindən kənara çıxır və ailə konsultasiyası kimi dəyərləndirilir. Ailə psixoterapiyasının mərhələləri: Psixodiaqnostika ("ailə diaqnozu"nun qurulması)Ailə uyğunsuzluğunun psixoterapevtik mexanizmlərinin qavranılmasıŞəxslərarası münasibətlərin yenidən qurulmasıAilənin fəaliyyətində yenidən formalaşdırılmış ailədaxili münasibətlərin reallaşdırılması.(pcc.az)
Musiqiterapiyası müalicə üçün istifadə olunan psixoterapevtik üsuldur. Psixoterapevtik üsullara əlavə vasitə kimi və müalicə, reabilitasiya, təhsil, tərbiyə, yaradıcılıq üçün istifadə olunur. Musiqi terapiyası özündə neyrofiziologiyanı, psixologiyanı, refleksologiyanı, musiqi psixologiyasını və musiqişünaslığı birləşdirir. Müasir dövrün tərbiyə və şəxsi inkişaf prosesində istifadə etdiyi universal üsul kimi gəbul olunur. Musiqinin insana psixi və fizioloji təsiri haqqda ilk məlumat verənlərdən biri Pifaqor idi. Sinir sisteminə əsaslı şəkildə təsir edən musiqi fərqli effektlər yarada bilər, bunun üçündə dinlədiyimiz musiqilərə diqqət yetirməliyik. Çünki biz özümüzü idarə edə bilməyimiz üçün, bizi təsir altına salan proseslərin fərqinə varmalıyıq. Məsələn günün necə başlamasının, gün ərzində olacaq əhvala təsiri böyükdür və günüzü neqativ ifadələr olan mahnılardan başlasaz bu artıq sizə pozitivliyə köklənməyə böyük bir maneyədir. Eyni şəkildə yuxuya getmədən öncə dinlədiyiniz musiqi, gecə ərzində beyninizdə təkrar təkrar oxuna bilər, onun üçün səssiz şəraitdə və ya xoş musiqi sədaları altında yuxuya gedin. Sırf yuxu saatı və oyanış saatı üçün hazırladığınız musiqilər ola bilər və bununla əhvalınızı idarə edə bilərsiniz. Sağlamlığımız düşüncələrimizdən başlayır. Dinlədiyimiz musiqilər isə düşüncə və təsvirlərimizə təsir edir buda dolayısı ilə emosional halımıza təsir edir. Gərginlik və depressiv hallarda yaranan enerqetik tıxaclar və bədən spazmları bəlli bir sıxıntılara yol açır. Kədərlənmək olmaz deyə bir qayda yoxdur ancaq bunu səhər oyanarkən və ya yatmadan öncə etsəniz ruh düşkünlüyü sizi daha uzun müddət narahat edə bilər. Ağlamağa ehtiyacınız olduqca ağlayın ama sakitləşmədən yatmayın. Özünüzü Sevin və daxili proseslərinizə hörmələ yanaşaraq, ehtiyaclarınıza qarşı diqqətli olun. Sadəcə ehtiyacları ödədikdə bunu məntiqli şəkildə edinki, özünüzə əlavə zərər yetirməyəsiniz. Həyatınız sizin əl işinizdir. "Azərbaycan İnciləri" layihəsinin layihə rəhbərinin müavini Psixoloq Reiki Art Terapevt Zümrüd Əsadova
Art-terapiya psixologiya və yaradıcılığın birləşməsidir. Bu terapiya üsulu emosional intellekti və emosional özünə nəzarəti inkişaf etdirir. "İndi və burda" prinsipinə əsaslanaraq, kreativ təfəkkürü aktivləşdirərərək müxtəlif problemlərin həllinin rahatlıqla tapılmasına kömək edir, beynin sağ və sol yarımkürələrinin inkişafını balanslaşdırır. Art-terapiya həm böyüklərdə həm də uşaqlarda effektlidir. Art terapiya ilk dəfə Çində istifadə olunaraq əsəb sarsıntısı keçirmiş insanlara heroqlifləri yazdırıraraq sarsıntını aradan qaldırırmağa yardım ediblər. Art terapiya şəxsin yaradıcılıq vasitəsilə özünü ifadə etməsi, özünü dərk etməsi və özünü aktuallaşdırılmasına əsaslanan psixoterapiya üsuludur. Bu metod vasitəsilə depressiya, stress, nevroz, qorxu, fobiyalar, yas travması və daxili gərginlik aradan qaldırılır. Art terapiya problemi aradan qaldırmaqla yanaşı insanın düzgün qərar verməsinə, öz təlabtlarını şüur səviyyəsinə qaldırararaq özünü tam və parlaq ifadə etməsi üçün şərait yaradır. Art terapiyanın əsas avantajı şəfa verməsi, xüsusi qabiliyyət tələb etməməsi, şəxsi potensialıın inkişafı, daxili harmoniyanın əmələ gəlməsi və hamı üçün rahat və əlçatan olmasıdır. Art terapiyada spontanlıq vacibdir ki, bu da insana özünü ifadə etməyə, hisslərini dərk etməyə və problemdən azad olmağa imkan verir. “Boyama ideal bir əyləncə üsuludur. Art terapiya zamanı bədəni yormadan beyin işləyir. Gələcək üçün yaranan narahatlıqlar həyacan, təşviş art terapiyaya başlayan kimi dərhal ani olaraq düşüncədən yox olur. Problemlər gölgəyə çevrilərək qaranlıqlaşır. Beyin bütün parlaqlığı ilə işə mərkəzləşir”. Bu sözlər Uinston Çörçillə aiddir. O, bütün həyatı boyu rəsm və boyamadan sevərək istifadə edirdi ki ,bu onun özünəməxsus art-terapiya üsulu idi və bu Çörçillə dincəlməyə, enerji yığmağa, yeni fikirlər və çözüm yolları tapmağa kömək edirdi. Psixoloq: Hüseynəliyeva Vüsalə
Psixoloq.az xəbər verir ki,gənc psixoloq Leyla Qasımova bir müddət öncə sosial şəbəkələrdə böyük marağa səbəb olan Dinlə layihəsini təqdim etmişdir.Yüksək əhval ruhiyyə ilə hazırlanmış Dinlə layihəsi öyrədici və marifləndirici layihə olmaqla yanaşı psixoterapevtik təsirə malikdir.Həmin video motivasiyalardan birini sizə təqdim edirik.
Bu metodun ixtiraçısı Prof.Dr.Alfred Tomatis 1920-2001- ci illər arasında yaşamış bir qulaq, burun, boğaz həkimi və səs alimidir. Tomatis eyni zamanda Antropoloji və Psixoloji sahələrində ixtisaslaşıb. Fransada ixtisası olan karlıq üzrə çalışmalar həyata keçirərək məşhur müğənnilərə uzun illər şəxsi məsləhətçilik edib. Tomatis metodu sağ və sol qulağın balanslı işləməsini və yaxşı səs analizini apara bilməsini həyata keçirir. Metodun başqa bir məqsədində isə sağ qulağın daha təzyiqli olması hədəflənir. Sağ qulaq sol beyinə gedən ən qısa və ən tez yoldur. Sol beyin analitikdir və məntiqlə idarə olunur. Sol qulaq sağ beyinə gedən yol isə daha emosional , yaradıcı, sosiallığı çox yüksək , empati quran şəxsləri təmsil edir. Şagird(öyrənən) yaxşı eşitdiyi və eşitdiyini doğru analiz edəbildiyi müddətcə dərslərini dinləməkdən zövq alır, diqqətini və əsasəndə seçici diqqətini artırır, özünə olan güvəni yerinə gəlir, beləliklə də qabiliyyəti yüksəlir. Bundan başqa əlaqə qurmaq qabiliyyəti qüvvətlənir, nitqində axıcılıq yaranır, sosiallaşması artır, stress və narahatlığı azalır(əsasən öyrənənlərin daha sıx yaşadığı imtahan həyəcanı,narahatlığı və stressi), oxuma və oxuduğunu anlama və yazma bacarıqları qüvvətlənir, motor bacarıqlarında problem varsa onları aradan qaldırır, akademik bacarıqları artırır, hiperaktivlik problemlərini və planlama təşkilatçılıq pozuntularını, autizm, depressiya, sinir kimi duyğu və davranış problemlərində də gözlə görüləbiləcək bir dəyişiklik yaradır.Tomatisə görə qulaq sadəcə bir dinləmə, eşitmə orqanı deyil, eyni zamanda koordinasya mərkəzi (vestibulyar sistem) , beynin ən önəmli enerji qaynağı ve sinir sistemimizə açılan bir qapıdır. Səsin, qulaqlıq vasitəsi ilə həm sümük həm də sinxron olaraq havadan qulağa gəlməsini təmin edir, daha diqqətli bir dinləmə və bu səbəbdən daha təmiz nitqi təmin edən bir alternativ metoddur Qulaqlar daha az eşitməyə başlayanda lazımi səsləri qulağa tam olaraq çatdıra bilmədiyində beyində əksik və ya yanlış qəbuletmələr ola bilər. Bunun nəticəsində yorğunluqdan depressiyaya,öyrənmə çətinliyindən əlaqə pozulmasına, diqqət əksikliyi sindromundan qulaq küyünə qədər bir çox problemə səbəb olur. Bəzən isə eşidirik ancaq dinləmirik.Qulağa düzgün tezliklərlə düzgün səslər yönləndirildiyində isə tam əksinə olaraq bir sıra xəstəliklərin sağalmasına şərait yaranır. Tomatis metodu da tam bu nöqtədə hərəkətə keçir. Tomatis metodu autizmdən öyrənmə çətinliyinə, depressiyadan diqqət pozuntusuna qədər fərqli problemlər üçün yaxşı bir həll yoludur. Bəs dinləmə seansları hansı müddətdə davam edir? Hər bir şəxsə ayrı-ayrılıqda yaşadığı problemə görə dinləmə proqramı hazırlanır və qulaqlıq ilə seçilən musiqilər dinlədilir. Şəxsə uyğun hazırlanan dinləmə seansları 14 gün ərzində hər gün 30-120 dəqiqə arası olmaqla davam edir və 4 və ya 6 həftəlik aradan sonra şəxsin ehtiyacına və aparılan testlərin nəticəsinə uyğun olaraq lazım bilinərsə ikinci 14 günlük proqrama başlanılır. Dinləmə müalicəsində necə musiqilər dinlətdirilir? Xüsusi seçilmiş musiqilər şəxsin ehtiyacına və problemlərinə görə təyin olunur və qulaqlıq vasitəsilə dinlətdirilir. Dr.Tomatisə görə qulağın erkən inkişafının səbəbi sinir sisteminin inkişafına enerji təmin etməkdə oynadığı roldur. Məhz bundan faydalanaraq Dr.Tomatis seçilmiş səslərdən istifadə etməyə qərar vermiş və qulağın səsləri ayırdetmə funksiyasının asanlaşdırılması yolunu tapmışdır. 4000 hz ətrafında filtrasiya xidməti sayəsində beyin özünü müəyyən sahələrin akustik analizinə yönləndirir. Musiqilərdə əsasən tezlikləri və şiddətləri dəyişdirilmiş Mozart musiqiləri istifadə edilir. Tomatis metodundan hansı vəziyyətlərdə faydalanılır? Uşaqlar üçün istifadə sahələri: Aksiyete(narahatlıq,qorxu,gərginlik,sıxıntı halı) İmtahan stressi və narahatlığı Diqqət əksikliyi hiperaktivlik pozuntusu(DDHP) Danışıq və ifadəetmə bacarıqlarının gücləndirilməsi Kəkələmə və nitqdə ləngimə Konsentrasiya əksikliyi Özünə inam əksikliyi Öyrənmədə çətinlik Disleksiya Çox rastlanan inkişaf pozuntusu Fiziki qüsurlu(Daun,serebral iflic) Autizm Disqrafiya Asperger sindromu Yetkinlər üçün istifadə sahələri Stress İmtahan narahatlığı Depressiya Effektiv emosional pozuntu Yorğunluq,enerjisizlik Yuxu problemləri Təşkilati pozulmalar Özünə inam əksikliyi Psixo-somatik xəstəliklər(Migren,panik atak və s.) Konsentrasiya əksikliyi Səs və musiqi duyumunun inkişafı Elaqə və ifadə etmə zəifliyi Diqqət əksikliyi Ana namizədləri üçün istifadə olunan sahələr Rahatlama Stressdən qorunma Doğuş qorxusu və narahatlığı Əmizdirmə çətinlikləri Qorxuları azaltma Körpə ilə daha yaxşı əlaqəyə girmə Yuxu keyfiyyətinin artması Körpənin həyata uyğunlaşma müddətini qısaltmaq.
Rəqs terapiyası–bədən və hərəkətlərin vasitəsi ilə şəxsin öz hisslərini və konfliktlərini yaşamasına, tanımasına və ifadə etməsinə kömək etməsi üçün psixoterapiya metodudur. Rəqs terapiyasının inkişafına mühüm töhvəni Wilhelm Reich`in “мышечный панцирь” nəzəriyyəsi gətirib. O ilk dəfə sübut edib ki, insanın əzələ spazmı, sıxıntısı ( “мышечный панцирь”) uşaqlıqda yaranır, bu da daha çox cəzalandırılmaq qorxusu (misal:valideyn uşağını tərbiyə edərək hər hansısa qadağalar qoyur və bəzən də cəzalar verə bilər, bu zamanda uşağın əzələlərində müəyyən sıxıntılar yarana bilər), qəzəb, narahatlıq və daim insanın cinsi duyğularının basdırılmaq gərəkliyi ilə əlaqəli olur. Nəticədə komplekslər və sıxıntılar bədəndə yığılır və müxtəlif zehni və somatik xəstəliklərə yol aça bilər. Wilhelm Reich pasiyentlərin spontan bədən hərəkətləri ilə düzgün tənəffüs zamanı əzələ gərginliyini, sıxıntıları azalda bilər, hansılar ki insanın yaşamasına mane olur. Rəqs terapiyasının faydaları Rəqs terapiyası bir çox problemlərlə mübarizə aparmaq üçün istifadə edilə bilər: Emosiyaların əks etdirilməsi, emosional vəziyyətin yaxşılaşması.Fərqindəliyin artması (özünü dərk etmə), özünə inam, müstəqil və sağlam fərdiləşdirmə bacarığı,Düşüncə, duyğu və hərəkət arasındakı əlaqələrin qurulması,Adaptiv mexanizmlərin inkişafı və dəyişənlərin öhdəsindən gəlmə qabiliyyəti,Dominant, intensiv düşüncələr və hisslərlə başa çıxma (öhdəsindən gəlmək) və onları ifadə edə bilmək,Uğursuzluq qorxusu,Şəxslərarası konfliktlər,ünsiyət bacarığının olmaması, kommunikativ bacarığın çatışmaması (ünsiyyət bacarığının əksikliyi),Rəqs terapiyası daha çox problemləri haqqında birbaşa danışmağı bacarmayan, danışmaq istəməyən şəxslər üçün məsləhət görülür. Müəllif: Klinik psixoloq Nərmin Sucayeva
Pozitiv psixoterapiya qısa müddətə hesablanmış psixoterapiya metodu olmaqla Nüsrət Pezeşkian tərəfindən 1968-ci ildə yaradılmışdır. Bu metod istənilən, hətta ən mürəkkəb vəziyyətlərdə pozitiv qərarların qəbul edilməsi üçün insanın daxili resurslarının səfərbər edilməsinə yönəlmişdir. Bu metod humanistik, psixodinamik və inteqrativ bir metod olmaqla effektivliyi Almaniyada klinik tədqiqatlarla sübut edilmiş və Almaniyanın ən yüksək Richard-Merten elm mükafatına layiq görülmüşdür. Metodun psixosomatika sahəsində tətbiqi ilə bağlı geniş tədqiqatlar aparılmış və onların nəticələri "Pozitiv psixoterapiya psixosomatikada" adlı kitabda toplanmışdır. Nə üçün məhz pozitiv psixoterapiya? Metodun adı latınca “positum” (gerçəkdə olan, real, mövcud) sözündən götürülmüşdür. Burada əsas ideya insanın xəstəliyi, simptomlar və ya problemlə deyil, onun aktual qabiliyyətləri ilə işdir. Aktual qabiliyyətlər şəxsiyyətin o cəhətləridir ki, insanın gündəlik həyatında müxtəlif vəziyyətlərdə həmişə özünü göstərir. Pozitiv psixoterapiyanın əsas ideyasından çıxış edərək, demək olar: sağlam o insan deyil ki, problemi yoxdur, o insandır ki, meydana çıxan çətinliklərin öhdəsindən necə gəlməyi bilir, problemli vəziyyətlərin həllində mümkün ən yaxşı həll yolunu tapmağı bacarır. Pozitiv psixoterapiya bir metoddur ki, insanın özü haqqında bilik verir, ona ətraf dünya ilə konfliktə girməyi deyil, gerçəkliyi bütün tərəfləri və rənglər qamması ilə qəbul etməyi öyrədir. Pozitiv psixoterapiyanın əsas müddəaları 1. Metodun ideyasına görə, insan haqqında pozitiv təsəvvür bu fikirdən qaynaqlanır ki, hər bir insan doğuşdan iki əsas (baza) qabiliyyətə malikdir: dərk etmək və sevmək. Anadangəlmə fiziki xüsusiyyətlərdən, ətraf mühitdən (ailə və mədəni mühit), o insanın yaşadığı dövrün spesifik cəhətlərindən asılı olaraq bu iki qabiliyyət – “bilmək” və “sevmək” bir-birindən ayrılır (differensasiya olunur) və formalaşır. Bununla da şəxsiyyətin əsas xasiyyətlərinin təkrarolunmaz kombinasiyası yaranır. Hər iki baza qabiliyyət bir-birilə sıx şəkildə əlaqədardır:bunlardan birinin inkişaf səviyyəsi digərinin inkişafını asanlaşdırır və dəstəkləyir. Pozitiv psixoterapiyada insan haqqında təsəvvür bu postulat üzərində qurulur: insan təbiəti, mahiyyəti etibarilə xeyirdir (pozitivdir) və fitrətən xeyirə can atmağa meyillidir. 2. Pozitiv psixoterapiya metodu belə bir dərin inama əsaslanır ki, hər kəsə xoşbəxt yaşamaq üçün bütün zəruri fərdi qabiliyyətlər verilmişdir. Hər bir insanın öz şəxsi inkişafı, potensialının açılması və fərdi özünüdərki üçün həyatın sonsuz imkanlarına əli çatır. İnsan belə yaradılmışdır ki, insanın ən qiymətli şeyləri onun içində gizlənmişdir və yaxud bu şeylər kiçik toxumlar şəklindədir ki, bütün həyatımız boyu inkişaf edir. İnsan qiymətli cəvahirlə dolu bir mədəndir. Əsas məsələ bu qiymətli xəzinəni tapmaq, onu insanın qəlbinin dərinliyindən çıxarmaq və qabiliyyət və istedad şəklində göstərməkdir ki, bu da son nəticədə insanın missiyasının gerçəkləşməsinə gətirib çıxarır. Şəxsi həyati missiyanın həyata keçməsi məmnuniyyət və xoşbəxtliyin əsasıdır. 3. Bu metodun mübahisəsiz üstünlüyü onun fundamentallığı, universallığı, bunlarla yanaşı, bütün sosial və yaş kateqoriyalarından olan insanların əlinin ona yetməsinin asan olmasıdır. Dilin sadəliyi, sistemli yanaşma, özünə kömək etməyin öyrədilməsi, müxtəlif peşəkar qruplardan olan getdikcə daha çox insanları cəlb edir. Sadəlik və universallıq prinsipi hər kəsə imkan verir ki, Pezeşkianın ideyalarını öz həyatında hətta elementar psixoloji təhsil olmadan belə, gündəlik həyatında tətbiq edə bilsin. 4. Bu psixoterapiya metodunun dəyəri ondadır ki, burada problemə transkultural yanaşma bucağından baxılır. Bu metod üzrə mütəxəssis dünya xalqlarının çox müxtəlif mənəvi və mədəni xüsusiyyətləri barədə xüsusi həssaslığa və qiymətli biliklərə malikdir. İnsanın doğulduğu mühitin spesifikası, mənəvi ortama önyarğı ilə baxılmır, əksinə, hörmətlə yanaşılır. Metodun transkultural yanaşması fikri, insanlığın fərqlərində deyil, oxşarlıqlarında toplamağı təklif edir. Metodun diqqət mərkəzində iki məsələ araşdırılır: • İnsanlarda ümumi olan nədir? • İnsanlar nə ilə fərqlənirlər? 5. Pozitiv psixoterapiyanın fəlsəfəsi insana onun dəyişmə (inkişaf və transformasiya) prosesində kompleks halda baxır: həm bədənin, həm də ruhun inkişafı qəbul edilir, onlar arasındakı sıx əlaqə və qarşılıqlı təsir təhlil edilir. Psixoterapiya zamanı mütəxəssisin diqqət mərkəzində şəxsiyyətin fərdi-bioloji, psixososial və mənəvi cəhətləri dayanır. Bu cür yanaşma daxili bütövlük əldə etməyə kömək edir, insan varlığının bütün cəhətləri nəzərə alınır. 6. Bu metodun prinsiplərinin tətbiqi yalnız psixoterapiya və konsultasiya ilə məhdudlaşmır, o digər tətbiqi sahələrdə də işlədilir. Metodun ideyaları təhsildə, təlimlər aparılmasında, səhiyyə profilaktikasında və biznesin idarə olunmasında səmərəli istifadə edilir. Metod, həmçinin, müasir bazarda kouçinq xidmətləri sferasında da özünü doğrultmuşdur. 7. Çoxlu psixoterapevtik məktəblər diqqəti şəxsiyyətin patoloji pozğunluqlarına, xəstəliklərə çəkirlər. Pozitiv psixoterapiyada isə psixoterapevtlə klientin qarşılıqlı əlaqəsində əsas vurğu insanın daxili imkanlarına vurulur – bu prosesdə daxili resurslar əsas və birinci dərəcəli yaxşılaşma – müalicə amilləridir. Metod şəxsiyyətin problemlərinin səbəbini insanları arasındakı ünsiyyətdə boğulmuş və inkişaf etməmiş aktual qabiliyyətlər sferalarında axtarır. Bu, konfliktlərin, həyatdakı problemlərin mənbəyinə gətirib çıxarır. 8. Metodun əsasında üç mühüm prinsip dayanır: Ümid prinsipi - bu insanın resursları üzərində fokuslanır. O, qabiliyyətləri hiss etməyə, şəxsi həyatda baş verən hər şey üçün məsuliyyəti qəbul etməyə kömək edir. Balans prinsipi – insanın həyatını və onun inkişafını dörd geniş və mühüm sfera çərçivəsində görür: - Bədən;(fiziki, bioloji funksiya, duyğular) - Nailiyyətlər (rasional) - Kontaktlar(münasibətlər) - Gələcək (fantaziya, məna, ideal) Bu prinsipin mahiyyəti - onlar arasında təbii harmoniyanın, ahəngin bərpa edilməsinə çalışmaqdır. İnsan həyatının bu dörd sferasından birində diqqət və ya inkişaf çatışmazlığı ahəngi, harmoniyanı pozur, müəyyən bir çatışmazlıq yaradır ki, bu da həyatda narazılıq, ümidsizlik, məyusluq və ya xəstəlik kimi üzə çıxır. Özünə kömək prinsipi - bu prinsip pozitiv psixoterapiya metodu daxilində 5 mərhələli metamodel şəklində təqdim edilir. O, şəxsiyyətin ətraf mühit və daxili dünyası ilə bir ahəngə düşməsi, adaptasiyası və inkişafı məqsədilə bir strategiya kimi istifadə edilir. Bu strategiyanı əvvəlcə psixoterapevt, sonra isə özünə kömək prosesində insanın özü onu tətbiq edir və ətrafındakı insanlara: ailə üzvlərinə, iş yoldaşlarına və dostlarına kömək edir. 9. Metodun mübahisəsiz üstünlüyü onun inkişafa və gələcəyə yönəlik olmasıdır. Bu metod indiki zamanın vəziyyətini qəbul edib gələcəyi formalaşdırmağı öyrədir. Həyatı üçün tam məsuliyyətin dərk və qəbul edilməsi hər kəsə kömək edir ki, öz gerçək vəziyyətini dəyişmək üçün konket addımlar atsın. Bu prinsipin mahiyyətini belə bir müdrik kəlamla ifadə etmək olar: “Əgər sən sabah heç vaxt malik olmadığın bir şeyə sahib olmaq istəyirsənsə, onda bu gün qərar qəbul edib heç vaxt etmədiyin şeyi etməlisən.” 10. Çox mühüm prinsip şəxsiyyətin unikallığıdır(bənzərsizliyidir). Həyatda standartlar yoxdur. İnsanın xoşbəxtliyinin mənbələrinin müxtəlifliyi və çoxcəhətliliyi məhz bundadır ki, “ola biləcək və ya kaş ki” olanlardan deyil, hal-hazırda “əlində olanı” istifadə etsin və məmnuniyyət hiss etsin. Bu günkü reallıqda insanı xoşbəxt edə biləcək, öz məqsədlərinə doğru irəli konkret atmaqda ona güc verəcək və ondan sevinc duyacaq şeyləri görə bilmək qabiliyyəti hər kəsi özünün “Mən”inin yaradıcısına çevirir və ona həyat müdrikliyi verir. Pozitiv psixoterapiya insanın öz həyatının balanslaşdırılması yollarından biridir, o, insana necə öz həyatının Müəllifi olmağı öyrədir. Pozitiv yanaşma dünyanı və ətraf aləmi insana tam “çəhrayı gözlüklərdən” göstərmir. Pozitiv yanaşma – hazırkı zaman anında əldə olan mövqedir, reallıq və imkandır. Pozitiv, gerçəkçi və konstruktiv olmaqdır, sadəlövh nikbinlik deyil. Pozitiv psixoterapiya bir metod kimi epoxanın gur hadisələr axınında itməmək, özünü tapmaq və belə bir fikrə inanmaqda insana kömək etmək məqsədi daşıyır ki, quş uçmaq üçün yaradıldığı kimi, insan da xoşbəxt olmaq üçün yaradılmışdır.
CBT psixi pozuntular üzərində işləyərkən və onların səbəbini araşdıran zaman psixiatriya elminə istinad edir. Terapiya prosesində istifadə olunan söz və davranış metodları da bu elmə əsaslanır. Bu müalicə üsulunun effektivliyi elmi araşdırmalar nəticəsində sübuta yetirilmiş və yüzlərcə klinik araşdırmalarla təsdiq olunmuşdur. Digər psixoterapiya metodlarından fərqli olaraq CBTda terapiyanın strukturu müddət və məzmun şəklində qurulub. Belə ki, öncə diqqət pasiyentin aktual problemlərinə yetirilir, daha məhdud müddət daxilində daha çox problemi həll etmək hədəf kimi seçilir. CBT təkcə konkret aktual problemlərin həllinə yönəlməklə qalmır, həm də müraciət edənlərin bütün yaşamları müddətində öz problemlərini həll etməkdə kömək olacaq bir sıra vərdişlərə yiyələndirir. Bu vərdişlər "əyri" düşüncələri təmir etmək, inanclarını dəyişdirmək, ətraf aləmlə yeni əlaqələr qurmaq, və davranış dəyişiklikləridir. Hadisələri necə qəbul ediriksə, onlara hansı prizmadan baxırıqsa, həyatımız da həmin yöndə dəyişər. Bu KBT-nın əsas çıxış nöqtəsidir.. Yəni "HADİSƏLƏRİ OLDUĞU KİMİ DEYİL, OLDUĞUMUZ KİMİ GÖRÜRÜK". Məsələn, bu yazını oxuyarkən oxuduqlarımızı qiymətləndirməyə və şərh etməyə başladıq. Bu sətirləri oxuyan bir adamın "çox gözəl, tam da mənim axtardığım, ehtiyacım olan terapiya növüdür" deyə düşündüyünü fərz edək, bu adam özünü xoşbəxt, həvəsli hiss edəcək. Başqa bir adamın isə bura qədər yazılanları oxuyarkən ağılından "yaxşı kimi görünür, amma mən edə bilməm, mən də işə yaramaz" şəklində düşüncələr keçmişsə bu adam da özünü həvəssiz və istəksiz hiss edəcək. Yəni, bu sətirləri oxuyan hər bir kəs zehnində buna münasibətini,şərhini verir, qiymətləndirir. Bu fikir duyğularımıza və davranışlarımıza təsir göstərir. Yəni, insanın reaksiyası birbaşa hal-hazırda olan durum, vəziyyətdən deyil (məsələn, bu yazını oxumaq) bununla bağlı düşüncələrdən təsirlənir. İnsan ağ bir lövhə kimi doğulur, ətrafdan ona üç cür mesaj gəlir: -Özümüz haqqında məlumat -Digər insanlar haqqında məlumat -Yaşadığımız dünya haqqında məlumat Biz onlara ƏSAS VƏ YA TƏMƏL İNANCLAR deyirik. Əslində heç birimiz bunların fərqində belə deyilik.Lakin sırf bu faktorlar bizim hadisələri analiz etmək qabiliyyətimizdə və hadisələrə verdiyimiz reaksiyalarda ortaya çıxır. Məsələn, bir uşağa davamlı olaraq sən gözəlsən, ağıllısan, bacarıqlısan, dəyərlisən deyilsə uşaq həyatı boyu özünü elə təsəvvür edəcək, elə qələmə verəcək. SEANSLAR Müalicədə pasiyentlə terapist müxtəlif problemləri üzə çıxarmaq və anlamaq üçün, əməkdaşlıq edir, bir-birinə yardım göstərir və duyğu və davranışlar arasındakı münasibətləri açmağa çalışır. Bu terapiya növü ümumiyyətlə "İNDİI VƏ BURADA" prinsipinə, yəni həmin anda aktual olan problem və ya çətinliyə fokuslanır. Terapist və pasiyent birlikdə işləyirlər və qarşılarına qoyduğu məqsədə çatmaq, dəyişim yarada bilmək üçün seans zamanı aldıqları qərarları pasiyent senaslar arasında icra edir.. Seans zamanı alınan qərarların, davranışlarda təzahür etdirilməsi üçün pasiyentə ev tapşırıqları verilir. Terapist və pasiyent birlikdə pasiyentin problemi haqqında ortaq bir fikir əldə edərək problemi birlikdə anlamağa, mövcud problemin pasiyentin DÜŞÜNCƏ, DUYĞU VƏ DAVRANIŞLARINI və gün ərzində fəaliyyətinə necə təsir etdiyini tədqiq etməyə çalışırlar.. Müalicənin məqsədi pasiyentin problemlərini həll etməyində hələ də istifadə etdiyi klassik üsullarından daha faydalı ola biləcək YENİ HƏLLƏR YARADA BİLMƏSİNİ təmin etməkdir. MÜALİCƏ MÜDDƏTİ Hər hansı istisnai hallar nəzərə alınnmadıqda CBT-nın müddətinə terapist və pasiyent birlikdə qərar verir. Adətən hər bir psixoloqun 2-3 seansdan sonra ilk seansda müzakirə edilmiş məqsədlərə nə qədər müddətdə çatıla biləcəyi mövzusunda bir hipotezi yaranır. Bəzi pasiyentlər üçün 6-10 seans kimi çox qısa bir müddət kafi ola bilər. Daha ağır problemləri olan pasiyentlər aylarla hətta bir ili keçən bir müddət boyunca müalicədə qalmağı seçə bilərlər. Müliacənin əvvəlində əgər riskli bir durum yoxdursa (məsələn. intihar riski, cinayətə meyillilik və s) bu zaman seans həftədə bir dəfəyə təyin edilir. Müsbət nəticələr əldə etməyə başladıqca seanslar arasındakı zaman intervalı artmalıdır, əvvəl 15 gündə bir daha sonra üç həftədə birə doğru görüşmələr pilləli olaraq seyrəkləşdirilir. Bu hələ müalicə zamanı öyrənilən bacarıqların gündəlik həyatda tətbiq olunaraq sınanması şansını verir. Müalicə sona çatdıqdan 3, 6 və 12 ay sonra bir möhkəmləndirmə seansı keçirilir. DƏRMAN CBT ilə dərman müalicəsinin paralel getməsi mümkündür. Dərman istifadəsi məsləhət görülən hallarda terapist bunun pasiyentlə müzakirə etməli, bunun müsbət və mənfi nəticələrini öncədən qeyd etməlidir.Dərmansız, yalnız terapiya ilə müalicə oluna bilən xəstəliklər olduğu kimi, terapiyasız, sadəcə dərmanla müalicə oluna bilən psixi pozğunluqlar da ola bilər. Əgər problem hər iki cür həll oluna bilərsə bu zaman seçimi pasiyent özü etməlidir. Bəzən, hər iki müalicə növünün tətbiqi məsləhət görülür. NƏTİCƏLƏR Bir çox pasiyent əgər güvənərək və inanaraq seanslara davam edər və seans xarici zamanlarda təklif edilən texnikaları hər gün gündəlik həyatlarında istifadə etsələr 4-5 seans sonra psixopatalojiəlamətlərində bir azalma yarandığının fərqinə varacaq. Eyni zamanda pasiyent mütəmadi olaraq bir sıra psixoloji testlərdən keçirlir ki, testin nəticəsində də müalicənin effektivliyi özünü göstərir. CBT: ÇƏTİNLİK YARADAN SİMPTOLARI HƏDƏFLƏYƏN NARAHATLIĞI AZALTMAĞI DÜŞÜNCƏ TƏRZİNİ YENIDEN GÖZDƏN KEÇİRMƏYİ PROBLEMİN HƏLLİNDƏ YENİ METODLARIN, ÜSULLARIN YARADILMASINI AŞILAYAN təsirliliyi araşdırmalarla sübut olunmuş bir psixoterapiya növüdür. CBT uşaq və yeniyetmələr üzərində də mübət nəticələr verir. Ümumiyyətlə DEPRESSİYA, MÜXTƏLİF PSİXOLOJİ POZUNTULAR, DİQQƏT ƏKSİKLİYİ VƏ HİPERAKTİVLİK, ENUREZ HALLARINDA, TRAVMA VƏ TRAVMA SONRASI YARANAN STRES ilə əlaqəli simptomların müalicəsində istifadə edilir. Bu müalicə növünün təsirliliyini göstərən elmi məlumatlar mövcuddur. Bu məlumatlar KBTnınaşağıdagöstərilən və sıx müşahidə olunan psixi pozğunluqların müalicəsində təsirli olduğunu göstərmişdir: • OBSESSİV KOMPULSIV POZUNTU • PANIK ATAK • TRAVMA SONRASI STRESS POZUNTUSU • DEPRESSİYA • AİLƏ VƏ CÜTLÜK PROBLEMLƏRİ • ASILILIQLAR • QİDALANMA POZUNTULARI • SOSİAL FOBIYA • SPESİFİK FOBİYALAR • DAVRANIŞ POZUNTULARI • ŞIZOFRENIYA • BİPOLYAR POZUNTU • YUXU POZUNTULARI Aytən Eminova Bakı Dövlət Universiteti, Sosial elmlər və Psixologiya fakültəsi, II kurs