Son dövrlərdə gündəmə gələn “bibliyoterapiya” sözü insanlarda maraq yaratmağa başladı.Lakin bu mövzu haqqında yerli araşdırmalar az olduğu üçün insanların çoxu mövzunun nə demək olduğunu düzgün anlamır.Biblioterapiya-kitab oxumaqla terapiya deməkdir.Yəni bir növ terapiya(müalicə) üsuludur.Əslində bu termin çox qədim zamanlardan istifadə olunub.Başqa sözlə desək kitabxanaçılıq elmində heç də yeni termin deyil.Qədim mənbələrə görə təxminən 1200-1300cü illərdə Qahirə şəhərində bir çox yerli xəstəxanalarda Qurani-Kərim kitabı tibbi müalicə vasitəsi rolunu oynayırdı.Yəni uzun illər kitablar insanlar üçün bir müalicə vasitəsi olub.Lakin məhz “kitab oxumaqla müalicə” ilk dəfə Amerikalı Benjamin Rush tərəfindən tövsiyyə olunmuşdur.Bu təxminən 19-cu əsrin əvvəllərinə təsadüf edir.Daha sonra 1853-cü ildə amerikalı həkim John Minson Galt, “A Lecture On İdıocy” kitabını yazaraq bibliyoterapiya elmində yeni üfüqlərə yol açmışdır.Bu kitabda ruhi xəstələr üçün oxumanın 5 faydasını qeyd etmişdir:-kitab oxuyarkən beyin məşğul olur və beləliklə xəstə xəstəliyini qısa müddət də olsa düşünmür;-Xəstə kitab oxumaqla vaxtını səmərəli keçirmiş olur;-Xəstələrə bir növ savad,təhsil qazandırır;-Verilən materialların oxunması xəstələrin xəstəxana işçilərinə,həkimlərə,yaxınlarına qarşı daha kübar davranmağına kömək olur;-Kitab oxuduqdan sonra xəstələr daha xoşbəxt,rahat və uyumlu olurlar.Bu baxımdan onları düzgün istiqamətləndirmək daha asan olur. Bibliyoterapiyanın insanlar üzərində bir çox təsiri var.Bibliyoterapiya doğru zamanda,doğru insan və doğru kitabın qarşılaşmasıdır.Yəni bibliyoterapiya üçün kitab seçərkən terapiya olunacaq şəxsin psixoloji durumu çox önəmlidir.Bibliyoterapiya hər şeydən əvvəl insana yaşadığı sıxıntının təkcə onun başına gəlmədiyi,başqa insanların da bu problemlə qarşılaşdığını xatırladır.Yəni bir növ yaşadıqlarıyla “üzləşir”.Şəxs emosional vəziyyətinə uyğun kitab oxuyarkən problemlərə daha yaradıcı yanaşmanı da öyrənir.Yəni insana başqa çıxış yollarının da olduğunu işarə edir.İnsan kitabı oxuduqca əsərdə verilən qəhramanla özünü müqayisə etməyə başlayır.Məsələn oxşar və fərqli cəhətlərini,hadisələrə yanaşma istiqamətlərini və.s fərqləndirir.Və buna uyğun olaraq qəhramanda olan bəzi xüsusiyyətləri,bacarıqları öz üzərində tədbiq etməyə başlayır.Bu isə özünü inkişafa gedən yolun başlanğıcıdır.Bibliyoterapiyanın ən önəmli faydalarından biridə kitabı oxuyan şəxsin özünü tam olaraq qəbul etməyə başlamasıdır.Həmin insanda vaxt ötdükcə özünə qarşı inam hissləri daha da artır.Ümumiyyətlə Bibliyoterapiya böyüklərdə yazı,uşaqlarda isə oyun terapiyası ilə birlikdə tədbiq edilir.Bu reabilitasiyanın sıxıcı olmaması üçündür.Bibliyoterapiya 3 mərhələdə tamamlanır.1.Uyğunlaşma və əks etdirməBu mərhələdə şəxs kitabdakı hadisələrlə tanış olur,xarakterləri qarşılaşdırır.Və hadisələri öz üzərində müqayisə edir.2.Emosianal Partlayış-Üzləşməİnsan müəyyən müddət keçəndən sonra yaşadıqlarını xatırlamağa başlayır.Bəzən bu müəyyən qədər zaman alır.Sanki keçmişdə yaşadıqlarını xatırlamaqla rahatlamış olur.3.BütünləşməBu mərhələ son mərhələdir.İnsan hadisələrə daha fərqli yöndən baxmağa çalışır.Kitabdakı hadisələrə əsasən özünü daha uyumlu vəziyyətdə görmək istəyir.Problemlərin həllində daha yaradıcı davranır.Qeyd edim ki,Amerika və Avropada təhsil sistemində bibliyoterapiyadan geniş istifadə edirlər.Bununla onlar uşaqlarda müəyyən xüsusiyyətlərin,bacarıqların bir növ inkişaf etdiyini söyləyirlər.İndi isə uşaqlar üçün bibliyoterapiyada istifadə ediləcək bəzi kitabların adlarını qeyd edirəm.Qəbullanma duyğusu üçün faydalı olanlar*Arnie and the New Kid, Nancy Carlson *Arthur's Tooth, Marc Brown*The Berenstain Bears' New Neighbors, Stan Berenstain and Jan Berenstain*The Big Orange Splot, D. Manus Pinkwater*The Brand New Kid, Katherine Couric and Marjorie PricemanÖvladlığa götürmənin izah olunması üçün*Tell Me Again About the Night I Was Born, Jamie Lee Curtis and Laura CornellQəzəb hissinin idarə olunması üçün*Alexander and the Terrible, Horrible, No Good, Very Bad Day, Judith Viorst *Arnold Gets Angry, Lawrence E. Shapiro and Steve Harpster*Franklin’s Bad Day, Paulette Bourgeois and Brenda Clark*From Mad to Worse, Jim Boulden, Joann Farness, and Brenda Brown*Teeth Are Not for Biting, Elizabeth Verdick and Marieka HeinlenBoşanma olan ailələrdəki uşaqlar üçün*Dinosaurs Divorce, Marc Brown and Laurie Krasny Brown *Ginny Morris and Mom’s House, Dad’s House, Mary Collins Gallagher and Whitney Martin*Two Homes, Claire Masurel and Kady Macdonald Denton*Was It the Chocolate Pudding?: A Story For Little Kids About Divorce, Sandra Levins and Bryan LangdoBağçaya hazırlıq dövründə olan uşaqlar üçün*Countdown to Kindergarten, Alison McGhee *First Day Jitters, Julie Danneberg*Franklin Goes to School, Paulette Bourgeois*Froggy Goes to School, Jonathan London*The Night Before Kindergarten, Natasha WingKitabların bəzilərinin türkcə tərcümələri var.Əgər ingiliscə tam başa düşmürsüzsə bu kitablara çəkilmiş cizgi filmlərini də uşaqlara izlətmək olar.Və ya bu kitabları bildiyiniz dildə əvəz edəcək digər kitablar da köməyinizə çata bilər. Müəllif: Nuray Latifzadeh
Dərman müalicəsini psixoterapiyaya vəya psixoterapiyanı dərman müalicəsinə altenativ görmək yanlış bir metoddur. Hər ikisi də eyni müalicə proqramının bir parçası olduğu ilə yanaşı araşdırmalar xüsusilə psixoloji sağlamlıqla bağlı problemlərinin həm dərman müalicəsinin həm də psixoterapiyanın birlikdə tətbiq olunduğunda daha yaxşı nəticələr verdiyini göstərir. Nə dərman terapiyası ilə bağlı səhv məlumatlar pasiyenti psixoterapiyaya yönləndirməli nə də psixoterapiya müddətinin uzun çəkəcəyi kimi qorxular dərman müalicəsinə aparmamalıdır. Ən effektiv müalicə üsulu mütəxəssis ilə birlikdə qərar verməkdir.
Cinsi terapiya, cinsi problemlərin psixoterapiyası mövzusunda təhsil almış, təcrübəli psixiatr və klinik psixoloqlar tərəfindən cinsi problemləri olan fərd və ya cütlüklərə tətbiq olunur. Elmi və etik olaraq müəyyən edilmiş proseslərdən keçən və effektiv olduğu isbat edilmiş bütün terapiya metodları cinsi problemlərin müalicəsində istifadə olunur. Ancaq günümüzdə ən geniş yayılmış cinsi terapiya metodu Koqnitiv Davranış Terapiya metodudur.Cinsi Disfunksiyaların ortaya çıxmasında anatomik və psixoloji amillər ya da ikili münasibətlərin qarşılıqlı əlaqəsi rol oynaya bilər. Təbii olaraq cinsi disfunksiyaların müalicəsi də, disfunksiyaların əmələ gəlməsində rol oynayan amillərə görə dəyişir. İnsanlar ilə görüşülərək problemi ortaya çıxaran, özünə yer etməsinə səbəb olan amillər birlikdə incələnir. Problemin həllində effektiv olacaq dərman və/və ya psixoterapiyalar seçilir.Cinsi disfunksiya tibbi və bioloji bir səbəbə bağlı isə, müalicəsi dərman və ya digər tibbi metodlar olacaqdır. Bu vəziyyətdə müalicəni uroloqlar, qadın xəstəlikləri və doğuş mütəxəssisləri ya da psixiatrlar aparır. Əgər cinsi disfunksiya psixoloji faktorlarla bağlı isə vəya tibbi bir səbəbə bağlı olaraq ortaya çıxmış olsa belə psixoloji faktorlar vəziyyəti ağırlaşdırmışsa, cinsi terapiyalar tətbiq olunmalı və ya əlavə edilməlidir. Bütün terapiyalar kimi cinsi terapiyalar da elmi məlumatlara bağlı olmağa məcburdur.(meduna.az)
Psixoterapiyanın bir neçə növ var. Fərdi psixoterapiyalar, ailə və cütlük terapiyaları və qrup psixoterapiyaları şəklində tətbiq olunur. Bundan əlavə pasiyentlərin problemlərinə görə terapiya növləri spesifikləşmiş ola bilər. Cinsi terapiyalar, maddə asılılığı terapiyaları, kariyer planlama terapiyaları kimi spesifik problemlər spesifik terapiyalara nümunədir. PSİXOTERAPİYA METODLARI Psixologiya elminin inkişafi ilə birlikdə bir çox terapevtik metod ortaya çıxıb: Psixodinamik Psixoterapiya, Koqnitiv Davranış Terapiya, İnterpersonal (şəxslərarası) Psixoterapiya, EMDR, Geştalt Terapiyası və s. Bu terapiya metodları bir-birinə zidd olmamaqla yanaşı terapiya prosesini ələ alan metodlarda bəzi fərqliliklər göstərirlər. Hansı terapiya metodunun yaxşı olduğunu demək çətin olsa da xüsusilə bəzi psixoloji problemlərdə bəzi metodların daha yaxşı nəticə göstərdiyinə dair araşdırmalar vardır.
Ailə terapiyasi problemlərə, ailə üzvlərinin fərdi problemləri olaraq deyil, ailə sisteminin bir problemi olaraq baxar. Terapiyaya ailənin tək bir üzvü gətirilərsə terapiyanın mərkəz nöqtəsi ailə sistemidir. Terapiyanın hədəfi, ailə içindəki tək bir fərdin dəyişimi deyil, daha çox ailənin quruluşu və ailə daxilindəki fərdlərin bir-birləriylə ünsiyyət formalarının dəyişdirilməsidir. Hər ailənin problemi başa düşmə şəkli ayrıdır. Bir ailə üçün problem olaraq görünən bir vəziyyət digər bir ailə üçün problem təşkil etmeyə bilər. Hər ailənin sakit bir yaşam üçün ehtiyac duyduğu şeylər bir-birindən fərqlidir. Ailə terapiyasında nələr olur? Terapevt və ya psixoloq, ilk seansda terapiyanın məqsədini ailə üzvlərilə birlikdə ortaya qoyar. Ana, ata və lazım gələrsə uşaqlar məsuliyyətlərini bildirir. Ailə şüuru üzərində dayanılaraq, ailə üzvlərindən bir-birlərinin ehtiyacları üzərində dayanılmağının vacibliyi vurğulanır. Ailə üzvləri açıq və dürüst bir qarşılıqlı içində tapılaraq, günahlandırılmalardan qaçan, ilk öncə bir-birini başa düşməyə yönelik bir tərz mənimsənilməyə yönləndirilir. Terapiyada gizlilik əsasdır.Başqa cür desək, terapevt ailə üzvlərindən biri ilə edəcəyi görüşməni o üzvün icazəsi olmadıqca bir başqası ilə paylaşmaz. Terapiyanın məqsədi ailə üzvlərinin davranışlarını daha müsbət etmək ,üzvləri arasındakı qarşlıqlı inkişaf elətdirmək ve problemlərə qalıcı və daimi həll yolları tapmaq olduğu üçün, terapevt bəzi texnikalar istifadə edir. Terapiya müddətində ailə üzvlərinin bir çox ev tapşırıqları olacaqdır. Hər hansi bir seans sonunda terapevt tərəfindən üzvlərə bir sonrakı seansa qədər edilməli olacaq ev tapşırıqları verilə bilər. Terapevtin ən önəmli funksiyalarından biri də, emosional partlayışı təmin etməsi və üzvlər arasındakı bitməmiş işlərə konsentrasiya olub, üzvlərin bir-birləri haqqındakı mənfi münasibət və duyğularını ifadə etmələri, bir-birlərinə qarşı anlayış inkişaf etdirmələrinə komək etməsidir. Ailə üzvləri arasında daha çox yaxınlaşma, işbirliyi və duyğusal paylaşım təin olunmuşsa terapiya məqsədinə çatmış sayılır. Ailə terapiyasının məqsədi; insanlararası münasibəti işığında narahatlıq və konfliktlərin aradan qaldırılması, dərkin, özgüvənin artırılması və digər duyğusal gərginliklər üçün ailə üzvlərilə işbirliyi qurulması, daxili və xarici krizlərə qarşı ailənin dözümlülüyünün artırılması, nesillər arası münasibətlərin artırılması, düzəldilməsi, ailəni sağlam münasibət qurmağa yönəltməkdir. Ailə terapiyası nə zaman vacibdir? Ailənin təməl ehtiyaclarının ödənmirsə ehtiyacları ödənməz ve güvənli,xoşbəxt bir ailə mühiti yaradılmırsa,deməli ailədəki balanslar pozulur. Ailənin əsas ehtiyacları nələrdir? 1. Dəyərli olmaq duyğsu: Ailədə fikirləri önəmsənilən, sevildiyi hissetdirilən fərdlər mən dəyərliyəm duyğusu yaşayar və özünü təsdiqləmək üçün artıq davranışlar etməzlər. 2. Güvəniləcək Mühit: Ailədəki fərdlər kənardan gələcək təhlükələrə qarşı təhlükəsiz olduqlarını hissetməlidirlər. 3.Yaxınlıq və həmrəklik duyğusu: Güvən duyğusunu bir-birlərinə hissetdirəbilən ailə üzvlərinin varlığı insanları xarici dünyanın çətinlik və qayğılarından qurtarır. Ailə daxilində yaxınlıq və həmrəylik təmin edən bir sistemə aid ailə üzvləri, ətrafıyla de yaxın əlaqələr qura bilər. 4. Məsuliyyət duyğusu: Bütün ailə fərdləri muəyyən yaşlarda müəyyən məsuliyyətlərə sahibdir.Uşaqlara gender ayrı-seçkiliyinə görə deyil, inkişaf səviyyəsinə görə vəzifələr verilməlidir. 5. Çətinliklərin öhdəsindən gəlmək : Hər fərdin öz-özünə və ya ailə üzvlərindən dəstək alaraq həll edə biləcəyi problemləri ola bilər. Uşaqlar da çətinliklərin öhdəsindən tək başına gəlməyi öyrənməlidirlər. 6. Xoşbəxtlik və özünü reallaşdırma mühiti: bu mərhələdə fərdlər qiymətli olduqları duyğusunu yaşayarlar və etdikləri fəaliyyətlərdən doyum təmin edərlər. 7. Mənəvi həyatın təməllərini meydana gətirmə: Qatı qaydaların, cezalandırıcılığın olmadığı ailə mühitlərində fərdlər öz daxili dünyalarını araşdırıb kəşf imkanı taparlar. Bu vəziyyət, ailə içində özüylə barışıq , qüvvətli və hörmətli fərdlər yetişməsinə köməkçi olar. Ailə terapiyası simptom göstərən fərdin hər probleminə cavab verməz. Lazımlı olduğu vəziyyətlər ; müalicə üçün gələn fərd bir ailə sistemi içində iştirak edirsə və ya ailə ilə əlaqələri davam edirsə, var olan Ya da ortaya çıxan problemlər ailə sistemini təsir edirsə ailə terapiyasına müraciət edilə bilər. Ibrahimova Aydan
XXI əsrdə alimlər qədim əcdadlarımızın unudulmuş reseptlərini yada salmağa başlayıblar. İnsanların əhvali-ruhiyyəsinə heyvanların təsiri zaman keçdikcə daha da çox aşkar olunur. Ətrafdakı insanlarla sağlam münasibətlərin olmaması nəticəsində bir çoxlarında depressiya, stress, tənhalıq və müxtəlif problemlərlə özünü büruzə verir. Psixoloq.az bildirir ki, animaloterapiya (latınca "animal"-"heyvan" sözündən götürülüb)-psixoterapevtik yardım üçün heyvanlardan və onların obrazlarından istifadə edən müalicə növüdür. Bu, ciddi xəstəliklərin qarşısının alınmasının və müalicəsinin sivil elmi üsuludur. Animaloterapiyada heyvan rəmzlərindən-obrazlar, şəkillər, nağıl qəhrəmanları, oyuncaqlar, həmçinin ünsiyyətdə təhlükəli olmayan canlı heyvanlardan istifadə edilir. Animaloterapiyanın tarixi Heyvanlarla müalicə hətta mağarada yaşayanlara da məlum idi. Çox uzaq tarixi olmasına baxmayaraq, animaloterapiyanı çox vaxt qeyri-ənənəvi üsul adlandırırlar. Qədimdə loğmanlar əsəbi pozulanlara soyuq suya girməyi, ayaqyalın yeriməyi və at belində gəzməyi məsləhət görərdilər. Hələ bizim eradan əvvəl V əsrdə Hippokrat təbii aləmin insana təsiri barədə müşahidələrində at sürməyin müalicəvi faydalarını aşkar edib. Qədim yunanlar, təxminən, üç min il əvvəl müxtəlif xəstəliklərin müalicəsində itlərin böyük rol oynaya biləcəyini deyiblər. Misirlilər həmin məqsədlə, əsasən, pişiklərdən istifadə ediblər. Qədim Hindistanda isə quşların nəğməsini dinləmək həkimlər tərəfindən müalicə üsulu kimi məsləhət görülüb. . Amerikalı uşaq psixiatrı Boris Levinson ilk dəfə 1962-ci ildə keçirdiyi müalicə seanslarında öz itindən istifadə etməklə animaloterapiyanın təməlini qoyub. İndi bütün inkişaf etmiş ölkələrdə həmin üsul qəbul edilir, heyvanların insanlara təsirini öyrənən institutlar yaradılıb. ABŞ, Böyük Britaniya, Kanada, Fransa və Rusiyada fiziki və ya psixi problemləri olanlara animaloterapiya vasitəsilə kömək göstərən təşkilatlar var. Onların hamısı əhliləşdirilmiş heyvanlardan-daha çox it, pişik, dələ və quşlardan müalicə vasitəsi kimi istifadə edirlər. Həkimlər, sosial işçilər, psixoloqlar animaloterapiya proqramlarının iştirakçısı olurlar. Dünya Səhiyyə Təşkilatı tərəfindən canlı varlıqların yanımızda olmasının bizə böyük fayda verdiyi qəbul edilib. Animaloterapiyanın növləri Heyvanların müalicəvi əhəmiyyətini dərk etmədən onları ev şəraitində saxlamaq-məqsədsiz, heyvanlardan və ya onların rəmzlərindən məxsusi işlənmiş müalicə proqramı üzrə məqsədyönlü şəkildə istifadə etmək məqsədli aminaloterapiya adlanır. Animaloterapiyanın bu növündə pasiyentin öz heyvanlarından deyil, xüsusi öyrədilmiş heyvanlardan və ya onların obrazlarından və səslərindən istifadə edilir. Məqsədli animaloterapiya, istifadə olunan heyvanlardan asılı olaraq bir neçə növə bölünür: İppoterapiya-animaloterapiyanın bu növündə əsas təmas vasitəsi kimi atlardan və at sürməkdən istifadə edilir. Bu, çox səmərəli müalicəvi bədən tərbiyəsidir. İppoterapiyadan dayaq-hərəkət aparatının pozuntularında, aterosklerozda, çənə-beyin zədələrində, poliomielitdə, mədə-bağırsaq xəstəliklərində, prostatitdə, skoliozda, kəmağıllıqda istifadə edilir. Atla təmas öz-özlüyündə müalicəvi olan dayanıqlı müsbət emosional fon yaradır. Delfinoterapiya-təbabətdə və psixoterapiyada delfinlərdən çox tez-tez istifadə olunur. Delfinlərlə təmas insanın psixi-emosional vəziyyətini sabitləşdirməyə, psixoloji gərginliyi aradan qaldırmağa kömək edir, adam sakitləşir, fikirləri stabilləşir və böhranlı vəziyyətdən tez çıxış yolu tapır. Bu, əsəb sistemi xəstəliklərindən-autizmdən, serebral iflicdən, oliqofreniyadan, Daun sindromundan əziyyət çəkən uşaqlar, həmçinin ekstremal şəraitə, zəlzələyə, fırtınaya, qəzaya düşən və başqa şəkildə güclü stress keçirən adamlar üçün ən gözəl psixoloji reabilitasiya üsuludur. Kanisterapiya-animaloterapiyada itdən istifadə etməkdir. İt-azhərəkətli həyat tərzi keçirməklə əlaqədar yaranan hipodinamiyaya qarşı ən yaxşı "dərman"dır. İtlə gəzinti ürək-damar xəstəliklərinin, infarkt miokardın əmələ gəlməsi ehtimalını azaldır. İt insanın ünsiyyət yetərsizliyini aradan qaldırır, ünsiyyətcilliyini yaxşılaşdırır, hətta sahibinin ailəsində münaqişələri yoluna qoyur. İtin ağız suyundakı lizosim fermenti xəstəlik əmələ gətirən mikroorqanizmləri məhv edir. Kanisterapiya nevrasteniyada, isteriyada, psixasteniyada və nevrozlarda məsləhət görülür. Hospislərdə və psixatriya klinikalarında itlər xeyirxah qonaqlar hesab olunur. Pasiyentlərlə işlərkən heç də hər it kara gəlmir-yalnız, sakit, hikkəsiz və sabit psixikalı itlərdən istifadə edilir. Felinoterapiya-pişiklərin müalicəvi təsiridir. Pişiklər tənhalığı unutdurur, adamı sakitləşdirir, arterial təzyiqi aşağı salır, ürəyin işini sabitləşdirir, oynaq və baş ağrılarını götürür. Pişik miyoltusu müəyyən səs titrəməsi (20-50 hers tezlikli) kimi sağalma prosesini stimullaşdırır. Pişiklə uzunmüdətli dostluq immun sistemini möhkəmləndirir, sağlam və uzunömürlü olmağa kömək edir. Apiterapiya-arı zəhəri ilə müalicədir. Müalicəvi faunada arı mütləq liderdir. Bioloji növ kimi 50 milyon illik mövcudluğu ərzində arı ən müxtəlif iqlim şəraitində həyat sürməyə öyrəşib ki, bu da nadir arı zəhərinin yaranmasına gətirib çıxarıb. Fizioloji proseslərin ən güclü katalizatoru olması arı zəhərinin möcüzəsidir. Onun bir damcısında zülal maddələri, 20 vacib amin turşusundan 18-i, saysız-hesabsız turşular, bütöv Mendeleyev cədvəli və çoxlu vitaminlər var. Hirudoterapiya-tibb zəliləri ilə müalicə venaların varikoz genişlənməsinin, tromboflebitlərin, dəri, ağciyər və qadın xəstəliklərinin, miqrenin, haymoritlərin, nevritlərin və bir sıra digər xəstəliklərin müalicəsində heyranedici nəticələr verir. Son vaxtlar zəlilərin köməyi ilə sellülitləri müalicə edir, arıqlayır, hətta cavanlaşırlar. Zəlilərin müalicəvi təsirinin sirri bundadır ki, onları seliyi orqanizmin toxumalarının dərinliklərinə nüfuz edərək xəstəliyə hüceyrə səviyyəsində təsir göstərir. Başqa heyvanlardan istifadə olunması Bütün canlı varlıqlar insana effektiv psixoloji kömək göstərə bilər. Animaloterapiyada digər heyvanlardan çox az istifadə edilir, çünki belə hallarda müalicənin səmərəsi xeyli aşağı olur.(azərtac)
Müəyyən səbəblərdən ötrü insanlarda danışmaq məhdudluğu yaranır. Bu vəziyyət xüsusilə də azyaşlı uşaqlarda baş verir. Həmin problem, insanda sosial, emosional və idrakla bağlı bir çox problemlərə yol açır. Psixoloq.az xəbər verir ki, nitq terapiyası isə diaqnoz, qiymətləndirmə, müalicə, və reabilitasiya məqsədilə xidmət göstərən sahədir. Şifahi ünsiyyət qurmağın əngəllənməsinə səbəb olan bəzi nitq və danışma pozuntuları inkişafla bağlı müəyyən bir səbəbə bağlı olmadan ortaya çıxa bilər. Bununla yanaşı, eşitmə problemi, Autizmlə əlaqəli pozuntular, koqnitiv pozuntular, Uşaq Serebral Palsi, Daun sendromu və s. nevrotik inkişaf pozuntularına və bir çox xarici amillərə əlaqədar olaraq ortaya çıxa bilər. Nitq və danışma sadəcə uşaqlarda deyil eyni zamanda böyüklərdə də görülür. Nitq terapiyası hansı problemlər zamanı tövsiyə edilir? Nitqin gecikməsiKəkələməAutizmə bağlı nitq problemləriArtikülasiya pozuntularıFonotek pozuntularUdqunma ilə bağlı nitq qüsurlarıAfaziya və sonradan qazanılmış nitq pozuntularıMotor danışma pozuntularıTaxilaliya (Həddindən artıq sürətli danışma)Eşitmə ilə bağlı nitq qüsurlarıDodaq və damaq quruluşuna bağlı nitq qüsurları
Uşaqlar böyüklər qədər hisslərini və düşüncələrini göstərməzlər və özlərini rahatlıqla ifadə etməzlər. Alternativ qarşılıqlı əlaqə ehtiyacından əmələ gələn oyun terapiyası sayəsində uşaqlar kəlmələri işlətmək yerinə oyun və oyuncaqlar vasitəsi ilə, özlərini ifadə edə bilməyi, gündəlik həyatlarında başa çıxa bilmədikləri probleməri həll etməyi və neqativ davranışlarını dəyişdirə bilməyi öyrənirlər. Oyun terapiyasının məqsədi uşağın özünü emosional olaraq yaxşı hiss etməsini təmin etməkdir. Uşağın normal inkişafına təsir edən emosional, davranış və psixoloji problemləri aradan qaldırmaq və problemin böyüməsinə əngəl olmaqdır. Oyun terapiyaları müəyyən yaş qrubundakı uşaqlarla, bir və ya birdən çox uşağın iştirakı ilə həyata keçirilir. Bundan əlavə bəzən valideynlərin də terapiyada iştirak etməsi lazım gəlir.
Psixoterapiya, psixoloji problemlərin sağaldılması məqsədilə psixiatr, klinik psixoloq kimi psixoloji sağlamlıq mütəxəssisləri tərəfindən tətbiq olunan və qarşılıqlı şifahi ünsiyyətə dayanan prosesisin ümumi adıdır. Psixoterapiya zamanı pasiyent öz emosiya, düşüncə və davranışları haqqında məlumat sahibi olur və onları idarə etməyi öyrənir. Psixoterapiya adından bəlli olduğu kimi terapevtik bir prosesdir və müalicəyə yönəlmişdir. Hər nə qədər bütün psixoloji sağlamlıq ilə əlaqəli problemlərdə işə yarasa da psixoterpiyadan fayda görənlərin hamısı bir psixoloji sağlamlıq diaqnozu daşımır. Bu baxımdan psixoterapiya gündəlik problemləri həll etmə, əsəb və digər emosiyaların idarəsi, sosial və ailə əlaqələri, karyera və məslək problemləri kimi geniş dairədə kömək təklif edir.
Uşaqlıq və yetkinlik dövründə yaşanan psixiatrik və psixoloji problemlərdə lazımlı vəziyyətlərdə uşaq-yeniyetmə psixoloq yardımı çox əhəmiyyətlidir. Yeniyetməni anlamanın, yeniyetmə valideyn əlaqəsinin sağlıklı olması üçün önəmli faktordur. Amma yeniyetməlik dönəmində yaşananlar yeniyetmə üçün nə qədər çətindir. Təəssüf ki, valideyn üçün də çətindir. Ana-ata üçün də artıq bəzi şeylər dəyişdirmişdir. Kiçik uşaqları artıq böyümüş və öz ayaqları üzərində durabilmə, evdən ayrılma öz yuvasını və həyatını qurma yolunda böyük addımlar atmağa başlamışdır. Bundan sonra uşaqlarıyla əlaqələrində köhnə metodlar işə yaramayacaqdır və bir şeylərin dəyişmə zamanı gəlmişdir. Yeniyetmələrin bu formalaşma dönəmini sağlam bir şəkildə qarşılamalı və fərqində olmadan da olsa onların böyüməsi formalaşmasını əngəlləyəcək, onlara bağlı hala gətirəcək ya da uzaqlaşmasına səbəb olacaq davranışlar etməməlidir. Yeniyetmələrlə sağlam əlaqələr qurulmasına diqqət edilməlidir. Ana-ata münasibəti hansı yaşda olursa olsun uşaqlar üçün model təşkil etməlidir. Sevgi və hörmətə bağlı bir münasibət içərisində olan valideynlərin usaqlarında da sağlam münasibətlər qurmağı öyrənəcəklər. Yeniyetməni dinləmirsinizsə və hörmət göstərmirsinizsə, yeniyetmə də sizi dinləməyəcək. Ana-ataların sıxlıqla etdikləri, dinləməkdən və uşağın nə deməyə çalışdığını anlamaqdan çox, öz bildikləri doğruları onlara izah etməyə və istiqamətləndirməyə çalışmalarıdır. Bu şəkildə bir yanaşma yeniyetmədə anlaşılmadığı duyğusunu yaradacaq və qarşısındakı nə qədər doğru söyləsə də söyləsin dinləməməsinə qarşı çıxmasına və ya bundan sonra valideynlə bir şeyini paylaşmamasına səbəb olacaq. Tam tərsinə öncə onu anlamağa çalışmak, elədiyi bir xəta varsa bu nöqtəyə necə gəlindiyinə özünü ifadə etməsini təşkil edəcək bir mühit yaradılmalıdır. Dürüstlük çox əhəmiyyətlidir. Yeniyetmələr səmimiyyət və dürüstlük mövzusunda çox həssasdır. Heç bir yeniyetmə səmimi tapmadığı bir adama özünü çıxarmayacaq. Yeniyetmələr üçün gizlilik çox önəmlidir. Otaqlarının ayrı olması, qapıları döyülmədən içəri girilməməsi çox vacibdir. Bu qaydalar pozulduqda çox aqressiv olurlar. Bütün bunlara hörmət göstərilməsi (qaydalara) yeniyetməylə valideyn münasibətində hörmət və güvəni artırır. İçlərinə qapanmaq əvəzinə daha açıq, daha dürüst olurar. Valideynlərə düşən vəzifə gənckərin bu dövrünün yaşadıqlarının keçici bir dönəm olmasını görmək və soyuqqanlı yanaşmaqdır. Bu dövr keçicidir. Həm yeniyetmələr üçün həm də valideynlər üçün sancılı olması gözlənilən və təbii bir durumdur. Validə Abbasova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir. Bu təyinata əsaslanaraq ailə psixoterapiyası haqqında 3 aspekti təyin etmək olar: 1.Ailə mühitinin optimallaşdırılması 2.Qrup terapiyasının tətbiqi ilə psixi və davranış pozuntusundan əziyət çəkən pasiyentə psixoloji təsir. 3.Psixi sağlam şəxslərin ailə münasibətlərinin normallaşdırılması Üçüncü aspekt tibbi problem çərçivəsindən kənara çıxır və ailə konsultasiyası kimi dəyərləndirilir. Ailə psixoterapiyasının mərhələləri: Psixodiaqnostika ("ailə diaqnozu"nun qurulması)Ailə uyğunsuzluğunun psixoterapevtik mexanizmlərinin qavranılmasıŞəxslərarası münasibətlərin yenidən qurulmasıAilənin fəaliyyətində yenidən formalaşdırılmış ailədaxili münasibətlərin reallaşdırılması.(pcc.az)
Musiqiterapiyası müalicə üçün istifadə olunan psixoterapevtik üsuldur. Psixoterapevtik üsullara əlavə vasitə kimi və müalicə, reabilitasiya, təhsil, tərbiyə, yaradıcılıq üçün istifadə olunur. Musiqi terapiyası özündə neyrofiziologiyanı, psixologiyanı, refleksologiyanı, musiqi psixologiyasını və musiqişünaslığı birləşdirir. Müasir dövrün tərbiyə və şəxsi inkişaf prosesində istifadə etdiyi universal üsul kimi gəbul olunur. Musiqinin insana psixi və fizioloji təsiri haqqda ilk məlumat verənlərdən biri Pifaqor idi. Sinir sisteminə əsaslı şəkildə təsir edən musiqi fərqli effektlər yarada bilər, bunun üçündə dinlədiyimiz musiqilərə diqqət yetirməliyik. Çünki biz özümüzü idarə edə bilməyimiz üçün, bizi təsir altına salan proseslərin fərqinə varmalıyıq. Məsələn günün necə başlamasının, gün ərzində olacaq əhvala təsiri böyükdür və günüzü neqativ ifadələr olan mahnılardan başlasaz bu artıq sizə pozitivliyə köklənməyə böyük bir maneyədir. Eyni şəkildə yuxuya getmədən öncə dinlədiyiniz musiqi, gecə ərzində beyninizdə təkrar təkrar oxuna bilər, onun üçün səssiz şəraitdə və ya xoş musiqi sədaları altında yuxuya gedin. Sırf yuxu saatı və oyanış saatı üçün hazırladığınız musiqilər ola bilər və bununla əhvalınızı idarə edə bilərsiniz. Sağlamlığımız düşüncələrimizdən başlayır. Dinlədiyimiz musiqilər isə düşüncə və təsvirlərimizə təsir edir buda dolayısı ilə emosional halımıza təsir edir. Gərginlik və depressiv hallarda yaranan enerqetik tıxaclar və bədən spazmları bəlli bir sıxıntılara yol açır. Kədərlənmək olmaz deyə bir qayda yoxdur ancaq bunu səhər oyanarkən və ya yatmadan öncə etsəniz ruh düşkünlüyü sizi daha uzun müddət narahat edə bilər. Ağlamağa ehtiyacınız olduqca ağlayın ama sakitləşmədən yatmayın. Özünüzü Sevin və daxili proseslərinizə hörmələ yanaşaraq, ehtiyaclarınıza qarşı diqqətli olun. Sadəcə ehtiyacları ödədikdə bunu məntiqli şəkildə edinki, özünüzə əlavə zərər yetirməyəsiniz. Həyatınız sizin əl işinizdir. "Azərbaycan İnciləri" layihəsinin layihə rəhbərinin müavini Psixoloq Reiki Art Terapevt Zümrüd Əsadova