Yuxusuzluq bir çox insanın əziyyət çəkdiyi problemdir.
Bəs yuxu pozğunluğunun səbəbləri nədir?
Psixoloq.az həmin sözügedən məqamları təqdim edir:
-
somatik
( ağrı, astma, daxili orqanların xəstəlikləri )
-
emosional
( depressiya, maniya, həyəcan )
-
xarici
amillər ( səs-küy, isti, ışıq )
-
dərman
qəbulu ( kofein, steroidlər, diuretiklər )
-
düzgün
olmayan vərdişlər ( yuxudan əvvəl fiziki iş, ağır yeməklər ) və.s
Qeyd edək ki, yuxu pozuntularını üç qrupa bölmək olar:
1) Erkən yuxusuzluq- şəxs yata bilmir;
2)
Orta yuxusuzluq- səthi yuxulama;
3) Gecikmiş yuxusuzluq- erkən oyanma.
Yuxusuzluq sindromunun əksi yuxuculluq- hipersomniya adlanır. Günün əksər hissəsini yatmaqla keçirən belə
adamlar çox vaxt atipik depressiyadan və ya asteniyadan əziyyət çəkirlər.
Yuxu pozuntuları içərisində klinik əhəmiyyət
kəsb edən formalar da mövcuddur:
1) Narkolepsiya- vaxtından asılı olmayaraq (
məsələn, gündüzlər yatmaq kimi)
2) Yuxu zamanı tənəffüsün tormozlanması (
apnoe ) xırıltılı səs çıxarmaqla təzahür edir;
3) Somnambulizm- yuxu zamanı yataqdan qalxıb
huşsuz halda bir neçə dəqiqə, bəzən yarım saat gəzişmək.
Yuxu pozuntusunu bərpa etmək üçün əsas səbəbi
aradan qaldırmaq lazımdır ( məsələn, somatik və ya psixi xəstəliyi müalicə etmək
). Əgər bu səbəblər mövcud deyilsə çox mürəkkəb olmayan üsullardan istifadə
etmək lazımdır:
• Gündüz saatlarında fiziki yükü artırmaq,
axşamlar isə azaltmaq;
• Yatmaq vaxtlarını rejimə
salmaq və ona əməl etmək;
• Rahat yatmaq üçün şərait yaratmaq: səs-küyü
aradan qaldırmaq, isti-soyuq, işıq problemlərini tənzimləmək;
• Yatmazdan qabaq çay, kofe içməmək, yemək
qəbul etməmək;
• Yuxuya kömək edən, tərkibində triptofan
olan bir stəkan süd içmək;
• Gündüz yatmaqdan çəkinmək ( hətta keçən
gecə pis yatmış olsanız belə );
• Uzun müddət yuxu dərmanlarından istifadə
etməmək. Bu maddələr öyrəşmə ( asılılıq ) yara bilər;
• 15-20 dəqiqə ərzində yuxunuz gəlmirsə
özünüzü yatmağa məcbur etməyin. Başqa bir məşğuliyyətdən ( sakit musiqiyə qulaq
asmaq, kitab oxumaq və.s ) sonra yatmağa çalışmaq;
• Sadə relaksasiya ( əzələləri boşaltmaq )
üsullarından istifadə etmək ( məsələn, 5-10 dəqiqə müddətində ritmik tənəffüs
etmək – nəfəs alma, nəfəs vermə və fasilə, hər biri 3 saniyə olmaqla ).
Qeyd:
Yuxu pozuntusu hansısa psixoloji problemlərin əlaməti ola bilər. Uzunmüddət
davam edərsə, hansısa xəstəliklərin yaranmasına səbəb ola bilər.