Hər bir insan müəyyən zamandan sonra həyatdan yorulur. Bu zaman isə müəyyən tədbirlər görülməlidir, əks alda depressiyaya düşmək ehtimalı yüksəlir. Psixoloq.az xəbər verir ki, psixoloqlar aşağıdakı vasitələrin insan həyatını yaxşılaşdırmasında müsbət rol oynayacağını düşünürlər. 1. Daha çox ev bitkisi alın Ev bitkisinin bahalı olması mütləq deyil. Bir budağı dostlarınızdan götürüb əkə bilərsinizMüəyyən edilib ki, evdəki bitkilər stress səviyyəsini azaldır və insanı xoşbəxt olmağa məcbur edir. Necə?Bitkilər hər şeydən əvvəl karbonu udub oksigeni ifraz etməklə bizim yaxşı nəfəs almağımıza köməklik edir. Bəzi bitkilər hətta havanı gündəlik həyatda məişətdə istifadə etdiyimiz kimyəvi maddələrdən də təmizləmək bacarığına sahibdir.Parlaq yarpaqlar və rənglər ən azından insanın əhval-ruhiyyəsini qaldırır. Heç bir şeyi gözləmədən özünüzə Spathiphyllum bitkisini alın.2. Bədəndəki nəmliyin səviyyəsini qoruyunGün ərzində çoxlu su içmək sağlamlığın təminatıdırSu insan orqanizminin başlıca komponentidir. Qadınlarda bu, təqribən ümumu kütlənin 55%-ni, kişilərdə isə 60%-ni təşkil edir.Bədənin normal işləməsi üçün su əhəmiyyətlidir. Ona görə də bizim həyat enejimizin səviyyəsinin, konsentrasiya bacarığımızın və ümumilikdə sağlamlığımızın nə qədər su içməyimizdən asılı olması təəccüblü deyil.Əgər sizə sadə suyu içmək çətindirsə, o zaman suya bir limon, xiyar dilimi və ya zəncəfil kökü ata bilərsiniz. Əgər siz mütəmadi su içməyi unudursunuzsa, günümüzdə "su içmək zamanıdr" deyərək bunu sizə xatırladacaq müxtəlif tətbiqlərdən istifadə edə bilərsiniz.3. Evdə dəyişikliklər edinÇarpayının altındakı və şkafdakı lazımsız əşyalardan xilas olun.Belə bir nəzəriyyə mövcudddur ki, evdəki ab-hava bizim əhval-ruhiyyəmizə, yuxunun keyfiyyətinə və fəallıq səviyyəmizə təsir göstərir.Buna əmin olmaq istəyirsinizsə yataq otağından başlayın. Pəncərəni açıq saxlayın, otağa daha çox təmiz hava və təbii işığın daxil olmasına şərait yaradın. Çarpayının altındakı və şkafdakı lazımsız əşyalardan xilas olun.Əgər siz başqa səviyyəyə keçməyə hazırsınızsa o zaman siz fenşuy Çin (təbiətdə olan enerjini yaşadığımız ətrafda hərəkətə çevirmə texnologiyasını göstərən köhnə bir Çin təlimi) kitabını oxumalısınız. Bu qədim ənənədir, hansı ki adı "külək-su" kimi tərcümə olunur.Onun mahiyyəti fiziki sağlamlığın Tsi enerjisinin - həyat qüvvəsinin insanın yaşadığı ərazidə necə hərəkət etməsindən asılı olmasından ibarətdir.Əgər siz hətta mebeli fenşuya uyğun yerləşdirərək Tsi enerjisini hiss etməsəniz belə ev onsuz da təmiz və rahat olacaq.4. Evin divarlarını boyayınEvdəki divarların rəngi də əhval-ruhiyyəyə təsir göstərir. Məsələn, yaşıl rəng təbiətin təcəssümüdür, harmoniya tapmağa və rahatlanmaga kömək edir.Mavi - sakitləşdirir və hətta yatızdırır. Bu rəng yataq otağı üçün çox uyğundur, yuxunun keyfiyyətini yaxşılaşdırır.Qırmızı rəng arzuolunan deyil. O, bizi tez-tez nəfəs almağa məcbur edir və bu da ürək döyünütüsünü artırır və təzyiqi yüksəldir.5. Quşların nəğməsini dinləyinQuşların nəğməsini lent yazısında da dinləmək olar - effekt eynidirBu, qəribə səslənə bilər. Lakin King`s College London-un alimləri müəyyən ediblər ki, quşaların nəğməsi bizim psixi vəziyyətimizi ən azı 4 saatlığa yaxşılaşdırmağa qadirdir. Könüllülərdən müxtəlif tətbiqlərin köməyilə bir günlük şəhər həyatındakı vəziyyətlərini və əhval-ruhiyyələrini qeyd etmələri xahiş olunub.Nəticələr göstərib ki, kim ki, ağacın altında oturub quşların nəğməsini dinləyib və ya sadəcə buludları müşahidə edib, günün sonunda onlar özlərini digərlərindən yaxşı hiss ediblər.Alimlər günün bir parçasını təbiətdə keçirmək imkanı olmayanlara belə bir məsləhət veriblər: quşların nəğməsini telefonunuza yükləyin, qulaqcıqları taxın, gözlərinizi yumun və bir-birinə tərəf axan təpələri təsvir edin.6. Pişik saxlayınBelə bir pişik sözün əsl mənasında həyatınızı xilas edə bilərAraşdırmalar göstərib ki, pişiyi sığallamaq müalicəvi effekt verir.Minnesota Universiterinin nəzdində olan İfliclərin Öyrənilməsi İnstitutunun alimləri 10 il ərzində 4 min könüllünü müşahidə ediblər. Məlum olub ki, pişik sahiblərinin infarkt və iflic xəstəliyindən ölmə riski digərlərinə nisbətən 30% aşağıdır.Əgər sizin pişiyiniz yoxdursa, dostlarınızdan birindən arada onların pişiyini ziyarət etməsinə icazə vermələrini xahiş edin. Bundan başqa, sahibləri uzaqda olan pişiklərə və itlərə baxmaq xidmətinə tələbat çoxdur. Bu, ev heyvanı saxlamadan onlarla ünsiyyət qurmaq üçün yaxşı imkandır.7. Tez-tez gülünVaxtınızı sizə əyləncəli olan dostlarınızla keçirinGülüş əzələlərdəki gərginliyi aradan qaldırır, qan dövranını yaxşılaşdırır və qana azot oksidinin daxil olmasına şərait yaradır. Bu, bizim immun sistemimizi fəallaşdırır.Bundan başqa, gülüş stress hormonlarının zəifləməsinə və bizim vəziyyətimizi yaxşılaşdıran və təbii ağrıkəsici rolunu oynayan kimyəvi komponenti - endorfini ifraz edir.Və bu belədir - gülüş can dərmanıdır.Vaxtınızı sizə əyləncəli olan dostlarınızla keçirin, komediyaya baxmağa gedin. Əgər insanlar arasına çıxmaq istəmirsinizsə, özünüzə bir içki süzün və sevimli videolarınıza baxın.8. İşə skandinavlar kimi yanaşınKim qəhvə ilə kökədən imtina edər? Xüsusilə də işin qızğın vaxtındaSkandinaviya ölkələri - İsveç, Finlandiya və Norveç sakinləri dünyanın ən xoşbəxt insanları hesab olunur. Bəzi vərdişlərin sayəsində onlar hətta iş zamanı belə xoşbəxt və sağlamdırlar.İsveçlilər, məsələn "fika" (işdə fasilə etmək ənənəsi) adlı ənənəni təcrübədən keçirirlər. Hər gün həmkarlar bir yerə toplanır, qəhvə içir və qənnadı məmulatı (evdə bişən arzuolunandır) yeyirlər. Bu cür fasilələr nəinki rəhbərlik tərəfindən dəstəklənir və həm də məcburi hesab olunur.Sizi işlə təmin edəndən soruşun, bəlkə o da belə bir ənənə yaratmaq istəyir? Beləliklə, xoşbəxt iş mühiti məhsuldarlığın təminatıdır.9. Çox yatınİstirahət bizim psixoloji vəziyyətimiz üçün pəhriz və idman kimi çox vacibdir. Yorğunluq immunitetin zəifləməsinə, stress hormonlarının yüksəlməsinə, narahatlığa və depressiyaya gətirib çıxarır.Axı məhz yuxu zamanı bizim orqanizm bərpa olunur və narahatlıqları aradan qaldırır. Var gücünüzlə yuxunuzu yaxşılaşdırmağa cəhd göstərin: yataq otağı gözəl və sakit olmalıdır, gecə yemək yeməyin və bütün cihazları söndürün.Telefonun işığı sizin yuxuya getməyinizə mane olacaq. Və günün ikinci yarısında istehlak etdiyiniz kofeinin miqdarını azaldın.(milli.az)
Stress, demək olar ki 80 faiz insanda rastlanılan psixoloji problemlər sırasında yer alır. Bu barədə müxtəlif müalicələr, terapiyalar aparılsa da qarşısını nə nevroloqlar, nə də psixoloqlar tam şəkildə ala bilir. Çünki problemə səbəb olan düşüncələr insan beyninin içərisində daim cərəyan edir. Həmçinin stress yaradacaq hadisələr mütəmadi şəkildə yenilənir. Bu səbəbdən bunun qarşısını tam olaraq alan müalicə üsulu yoxdur. Psixoloq.az xəbər verir ki, son zamanlar bu barədə Ruminiyada maraqlı araşdırmalar aparılıb. Belə ki, mütəxəssislərin tədqiqatlarına görə, insanlar, stressin qarşısını almaq üçün baldan istifadə etməlidirlər. Bunun üçün balı otaq temperaturunda nizamlı olaraq istifadə etmək əsas şərtdir. Araşdırmalara görə, balı isti istifadə etdikdə stressi azaltmaq əvəzinə orqanizmimizə əlavə stress qazandırmış oluruq ki, bu da əks təsir göstərir. Mütəxəssislər stressi azaltmaq üçün istifadə edilən balı belə bir qayda ilə istifadə etməyi də tövsiyə etdilər. Bir stəkan ilıq suya bal qataraq, onu suda həll etmək lazımdır. Sonra üzərinə limon sıxıb, qəbul etdikdə stressin qarşısını müvəffəqiyyətlə alacaq. İlıq bal sinir sistemini nizamlayır və insanı rahatlaşdırır. Xarici psixoloqlar isə hələ bu barədə dəqiq rəylərini bildirməyiblər. Şəhanə Quliyeva
Ayağı ayağın üzərinə qoyub əyləşmək bir çox insanların xüsusilə də qadınların sevdiyi oturuş formasıdır. Psixoloq.az xəbər verir ki, belə oturuş, qadınlarda özgüvəni formalaşdırır. Psixoloqların sözlərinə görə, bu forma qadınların daha eqoist olduğunun və ya özünə inanmın bir göstəricisi ola bilər. Ancaq xüsusilə də yaşlı nəsilin bu formanı düzgün qarşılamayıb, ayıb, hörmətsizlik hesab edə bilmə ehtimalı yüksəkdir. Həkimlər isə bu formanın insan orqanizmi üçün təhlükəli olduğunu bildiriblər. Mütəxəssislərə görə, belə oturuş forması ayaqdakı əsəb tellərinə mənfi təsirlər göstərir. Həkimlərin nəzərinə görə, ayağı ayağın üzərinə qoymaq bel və boyun nahiyəsində ağrıların meydana gəlməsinə səbəb olar. Çünki bu cür əyləşən zaman ən çox təzyiq çanaq sümüyünə düşür. Nəticədə bel sümüklərindən biri fırlanmağa məcbur olur. Həmin sümük ağırlıqda yardım etmədiyinə görə təzyiq daha çox belə və boğaza düşür. İnsan hər nə qədər bu cür uzun əyləşərsə, təzyiq daha çox olar. Ona görə də bir çoxlarında bel yırtıqlarının əmələ gəlməsinin səbəblərindən biri də uzun zaman bu cür əyləşməkdir. Bu səbəbdən həkimlər, bu vəziyyətdə əyləşməyi sevən insanların 10-15 dəqiqədən çox belə əyləşməmələrini tövsiyə edirlər.
Bu gün Yer kürəsində növbəti maqnit qasırğası başlayıb. Mütəxəssislər maqnit qasırğasının güclü olmadığını bildirsələr də, müəyyən insanlar üçün təhlükəli sayılır. Çünki bu dəfə maqnit qasırğası əvvəlkilərdən fərqli olaraq bir neçə gün davam edəcək. Sentyabrın 11-dən 14-dək bəzi insanlar özlərini pis hiss edə bilər. Bu zaman baş ağrısı, ürək bulanması, əhvalın dəyişməsi, psixoloji dəyişkənliklər mümkündür. Bu baxımdan insanların diqqətli olmağı tövsiyə edilir. Əgər problem davam edərsə, psixoterapevtə müraciət edərək vəziyyətinizi yaxşılaşdırmağınız mümkündür.
Əllərinizdə hər hansı bir səbəbdən davamlı titrəmə halı müşahidə edilən kimi mütləq narkoloq, nevroloq, psixoloq, toksikoloq və ya terapiya üzrə mütəxəssislərdən birinə müraciət etməniz atılan ən doğru addımdır. Bu zamanında və düzgün diaqnozun qoyulması eyni zamanda düzgün müalicə taktikasının seçilməsi üçün olduqca əhəmiyyətlidir. Unutmayaq ki, düzgün diaqnoz yarı-yarıya müalicə deməkdir. Titrəmənin səbəbləri kifayət qədər çoxdur. Onları ayıra bilmək üçün əsas olaraq əllərin nə zaman və necə titrəməyə məruz qaldığını dəqiq bilmək lazımdır. Tibdə titrəmənin iki ümumi (əsas) qrupda birləşdirilməsi və tədqiq olunması uyğun hesab edilib: patoloji və normal. Normal titrəmənin kliniki olaraq bir əhəmiyyəti olmayıb xüsusilə gənc yaşlarda daha çox müşahidə olunmaqdadır. İnkişaf edən orqanizmi hər hansı ani stress və ya həddindən çox fiziki yükləmə bədənin müxtəlif hissələrinin eyni zamanda və ya domino effekti ilə titrəməsinə səbəb ola bilər. Bunun üçün psixoloqa müraciət etməyiniz tövsiyə edilir. Əgər titrəmə tamamilə sakit bir vəziyyətdə başlayır və müəyyən müddət davam etməklə yanaşı digər hissələrə də keçirsə həkimə müraciət edilir və bu zaman mütəxəssis tərəfindən təyin olunan qıcolma əleyhinə və trankvilizator preparatlar problemin aradan qalxmasına kömək edir. Kliniki müşahidə üçün 2 həftə kifayətdir. Əgər bu hal davam edirsə artıq buna normal deyil patoloji titrəmə diaqnozu altında baxılır və uyğun tədbirlər görülür. Bu halda heç bir zaman kənardan müdaxilə olmadan titrəmənin spontan olaraq dayanması mümkün olmur. Patoloji titrəmə dərman qəbulu, orqanizmin metabolik reaksiyası şəklində və zərərli vərdişlərin nəticəsi kimi meydana çıxa bilir. Hər bir halda həkim-mütəxəssis səbəbi müəyyən edərək adekvat addım atmalıdır, buna görə də heç bir halda özünüzə təsəlli verərək problemin aradan qalxa biləcəyini düşünməyin.
Aritmiya – ürək ritminin, yəni ürək yığılmaları tezliyinin, gücünün və ardıcıllığının pozulmasıdır. Məsələ burasındadır ki, ürək, çox güclü əzələli nasosdur. Müəyyən ritmə uyğun yığılan zaman qanı damarlara qovur, nəticədə orqan və toxumalar qida maddələri və oksigenlə təchiz olunur. Aritmiya kifayət qədər cidi xəstəlikdir, çünki mütəxəssis nəzarəti olmayan bir sıra hallarda ölümlə nəticələnə bilir. Bununla yanaşı ritm pozulmaları heç də həmişə patoloji hesab olunmur. Ağır fiziki yüklənmə və stress kimi hallarda ürəkdöyünmənin yaranması orqanizmin normal reaksiyasıdır. Lakin əgər ritm pozulmaları tez-tez, hətta sakitlik zamanı da baş verirsə, onda mütləq kardioloqa müraciət etmək lazımdır. Belə pozulmaların səbəbləri müxtəlifdir. Bunlardan: - Yanaşı ürək-daman sistemi xəstəlikləri (ÜİX, miokardın iltihabı, ürək qüsurları, hipertoniya və s.) - Ürək-damar sisteminin funksional pozulmaları - Sinir sisteminin funksional pozulmaları - elektrolit balansının pozulması - alkoqol, nikotin, narkotiklər, dərman intoksikasiyası - endokrin sistemin xəstəlikləri Ürək ritminin pozulmasına səbəb olan bəzi başqa risk faktorları da var. Bunlara tez-tez soyuqlama, mütəmadi streslər, fiziki yüklənmə və s. aiddir. Hazırda aritmiyanın bir neçə forması ayırd edilir: - taxikardiya (ürək ritminin sürətlənməsi) - bradikardiya (ürək ritminin ləngiməsi) - ekstrasistoliya (ritmdənkənar yığılmaların yaranması) - qulaqcıqların səyirməsi (ürək əzələsinin ayrı-ayrı liflərinin yığılması) Taxikardiya – ürək ritminin hər hansı bir səbəbdən dəqiqədə 80-85 vurğudan çox artmasıdır. Bu zaman ritm düzgün olur, yəni ürək yığılmaları arasındakı intervalların müddəti eyni olur. Əlamətləri – ürəkdöyünmə, zəiflik, başgicəllənmə, hava çatışmazlığı hissi, bayılmadır. Taxikardiya bir sıra səbəblərdən yaranır: - fiziki və emosional yüklənmə, hərarətin yüksəlməsi, alkoqol qəbulu zamanı orqanizmin normal reksiyası - arterial təzyiqin düşməsi (məsələn, qanaxma zamanı) - anemiya - irinli infeksiyalar - bədxassəli şişlər - hipertireoz - bəzi dərmanların qəbulu - ürək əzələsinin və keçirici sistemin patologiyaları və s. Bradikardiya – ürək vurğularının sayı dəqiqədə 60-dan aşağı olmasıdır. Bradikardiyalı xəstələri zəiflik, başgicəllənmə, bayılma, soyuq tərbasma kimi əlamətlər narahat edir. Əsas iki səbəbi ayırd edilir: - sinus düyününün zəifliyi sindromu, yəni sinus düyününün impuls yaratma qabiliyyətinin zəifləməsi - impulsların ötürülməsinin zəifləməsi Bir çox hallarda bradikardiya ürəyin işemik xəstəliyi, hipertenziyalar, miokarditlər, endokrin xəstəliklər, qanda kaliumun səviyyəsinin artması, kəllədaxili təzyiqin artması fonunda yaranır. Qulaqcıqların səyirməsi səyirici aritmiyanın bir forması olub, qulaqcığın ayrı-ayrı liflərinin tığılması ilə xarakterizə olunur. Əgər qulaqcıqların səyirməsi zamanı çoxsaylı ocaqlar yaranırsa, ürək əzələsinin bütövlükdə yığılması pozulur. Nəticədə ürək boşluğunda qan laxtalanır və laxtalardan biri baş beynin arteriyasına düşürsə, beyin qan dövranının pozulması və iflic baş verir. Aritmiyanın bu növü çox vaxt hipertoniya, şəkərli diabet, ürək qüsurları və başqa xəstəliklərin fonunda yaranır. Ekstrasistoliya – növbədənkənar tək və ya cüt ürək yığılmalarının yaranması səbəbindən ürək ritminin pozulmasıdır. Aritmiyanın bu növündə fizioloji impuls mənbəyindən kənarda yeni impuls mənbəyi yaranır və ekstrasistolalar generasiya edir. Əgər 3-4 ekstrasistola bir-birinin ardınca gəlirsə bu, artıq paroksizmal taxikardiya kimi qiymətləndirilir. Aritmiyaların dərman bitkiləri ilə müalicəsi Ürəkdöyünmələr zamanı kasnı kökünün dəmləməsi: 2 çay qaşığı kasnı köklərinin üzərinə 250 ml qaynar su tökülür, ağzı qapaqla bağlanır və 2 saat müddətində dəmlənir. 1/3 stəkandan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 3-4 həftədir. Ürəkdöyünmədə üçrəng bənövşə dəmləməsi: 2 xörək qaşığı üçrəng bənövşə yarpaqları 500 ml qaynar suda 4 saat müddətində dəmlənir. Gündə 3-4 dəfə 1/2 stəkandan 3-4 həftə müddətində qəbul edilir. Yemişan ürəkdöyünmədə faydalıdır: 1 xörək qaşığı yemişan yarpaqlarının üzərinə 750 ml qaynar su tökülür, 30 dəqiqə dəmləndikdən sonra süzülür. Gündə 3 dəfə, hər dəfə 1 stəkandan yeməkdən sonra 2-3 həftə müddətində qəbul edilir. Ürəkdöyünmədə dərman bədrəncin dəmləməsi: 1 xörək qaşığı bədrənc (limonlu nanə) yarpaqları xırdalanır, üzərinə 250 ml qaynar su əlavə olunur, 30 dəqiqə müddətində dəmləndikdən sonra süzülür. İlıq şəkildə gündə 3 dəfə 1/2 stəkandan yeməkdən əvvəl qəbul edilir. Qulançar bişirməsi ürəkdöyünmə əleyhinə: Qulançarın xırdalanmış köklərindən 1 xörək qaşığı, otundan isə 1-2 çay qaşığı götürülür. Köklərin üzərinə qaynar su tökülür və ocağa qoyularaq 2 dəqiqə qaynadılır. Bişirməyə quqlançar otu əlavə olunur və 2 saat müddətində dəmlənir. Gündə 3 dəfə 2 xörək qaşığından yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. 4 həftə müddətində qəbul edilir. Ürəkdöyünmə əleyhinə limonlu ballı qarışıq: 0,5 kq limon sürtgəcdən keçirilir, 20 ədəd əriyn toxumları xırdalanır və bu inqridiyentlər balla qarışdırılır. Səhər və axşam yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir. Fitoterapevt Elnur Rəhimov
Hər insan üçün öz sənəti çətin gəlir. Çünki hər bir işin öz qayğıları, çətinlikləri olur. Ancaq təbii ki, peşələr, ağır iş rejiminə görə fərqlənirlər. Psixoloq.az xəbər verir ki, "Forbes" jurnalı ən stresli işlərin siyahısını hazırlayıb. Bəs bunlar hansılardır? Onlardan ilk yeri isə yanğınsöndürənlər tutur. Foto müxbir Qaynar xəttə mərkəzində işləyənlər. Xəbər aparıcısı Aktyor Polis Pilot Zabit Əsgər Yanğınsöndürən Qəzet muxbiri.
Qanda şəkərin miqdarında yaranan disbalans orqanik problemlərə və psixoloji narahatlıqlara səbəb olur. Bir çox hallarda isə bu vəziyyətin əksi ilə qarşılaşırıq. Müəyyən qrup orqanik və psixoloji narahatlıqlar qanda şəkərin miqdarının dəyişməsinə səbəb olur. Tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, bir çox fiziki problemlərin yaranmasına səbəb nevrotik pozuntulardır. Psixiatrik və psixoloji problemlər zamanı yorğunluq, halsızlıq, baş ağrıları, əzələ ağrıları, mədə-bağırsaq problemləri, yuxu və qidalanma problemləri kimi orqanik şikayətlər müşahidə olunur. Psixiatrik simptomlar bilavasitə xəstəliklə əlaqədar bioloji dəyişikliklərə səbəb olur. Serebrovaskulyar (beyin-damar) xəstəliklər, Parkinson, Multiple Skleroz kimi bəzi xəstəliklər depressiya və təşviş əlamətlərinə səbəb olan fizioloji dəyişiklərə gətirib çıxarır. Və ya xroniki xəstəliyin psixoloji stress faktoru olaraq təsir etdiyi psixoloji simptomlara səbəb olduğu düşünülür. Fiziki xəstəliyin ağırlığı, həyati təhlükəsi və funksionallığı psixoloji simptomların yaranmasına təsir göstərir. Şəkərli diabet zamanı xəstəliyin yaranması və ya ağırlıq dərəcəsinin artması, genetik və fiziki faktorlardan başqa psixoloji narahatlıqlardan və həyati proseslərdən də asılıdır. Şəkərli diabetdə xəstəliyə adaptasiya və emosional reaksiyalar Yetkin yaşlı şəkərli diabetli insanların 20%-də psixiatrik narahatlıqların rast gəlindiyinə dair tədqiqatlar vardır. Həmin tədqiqatlara əsasən bu psixiatrik pozuntular bir çox hallarda müəyənləşdirilmir. Şəkərli diabeti olan insanlarda daha çox adaptasiya problemlərinə və emosional reaksiyalara rast gəlinir. Xəstəlik yarandıqdan sonra ortaya çıxan bu problemlər xəstəliyin ağırlıq dərəcəsinə, xəstənin şəxsiyyət tipinə əsasən dəyişir və müvafiq təşviş problemləri ilə birlikdə müşahidə olunur. Bu insanlarda tez-tez müşahidə olunan reaksiyalar: Özgüvənini və azadlığını itirmə qorxusu Özünənəzarəti itirmə qorxusu Orqanlarının zədələnəcəyindən qorxma Ətrafının maraq və dəstəyini itirmə qorxusu Cinsi istəksizliyin yaranma qorxusu Keçmişdə etdiklərinə və ya edə bilmədiklərinə bağlı cəzalanma qorxusu Xroniki xəstəliklə qarşılaşdığı üçün özgüvən probleminin yaranması Xəstəliyə qarşı yas reaksiyası, üsyan etmə, inkar, təşviş, depressiya və aqressiya. Diabet zamanı psixiatrik sindromlar və psixososial problemlər Diabetli pasiyentdə davranış, duyğu, düşüncə və insanlararası münasibətlərdə ortaya çıxan reaksiyalar pasiyent, ailə və müalicə komandası üçün müalicə müddətində çətinliklərə səbəb ola bilər. Psixoloji problemlər diabetin klinik tablosuna, yayılmasına və müalicənin gedişatına təsir göstərir. Depressiya Depressiyanın fiziki xəstəliyin nəticəsində ortaya çıxdığı və xüsusilə də yaşlı insanlarda depressiya riskinin daha çox olduğu müəyyənləşdirilmişdir. Araşdırmalara əsasən depressiyanın hipertoniya, ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər və diabet kimi xəstəliklər üçün başlanğıc faktor olduğu təsbit olunmuşdur. Diabet zamanı paralel şəkildə müşahidə olunan depressiyada motivasiyanın azalmasına bağlı olaraq pasiyentdə çəki artımının yaranmasının qarşısını almaq üçün istifadə olunan pəhriz və arıqlama texnikaları heç bir nəticə vermir. Depressiyaya bağlı neyrohormonal və ya neyrotransmitter səviyyəsindəki dəyişikliklər diabetin ağırlaşmasına səbəb olur. Diabetli qadınlarda kişilərə nisbətdə depressiyanın yaranma faizi 2 dəfə çoxdur. Əlamətləri: Heç bir şeydən zövq almama, maraqsızlıq və istəksizlik Dəyərsizlik duyğusu, günahkarlıq hissi və cəzalandırılma düşüncəsi Uğursuzluq və çarəsizlik düşüncələri Təkrarlanan ölüm düşüncələri Qərarsızlıq Tez-tez ağlama Təşviş pozuntuları Təşviş, qorxu, narahatlıqla yanaşı fizioloji, koqnitiv və bihevioral əlamətləri özündə birləşdirən psixoloji pozuntudur. Eqonun təhlükədə olduğu hissi ilə ifadə olunan gərginlikdir. Diabetli xəstələrin 40%-də təşviş pozuntularına rast gəlinir. Depressiyada olduğu kimi təşviş pozuntuları da qadınlarda kişilərə nisbətdə daha çox müşahidə olunur. Xəstənin sosial həyatına təsir göstərməklə yanaşı xəstəliyin ağırlıq dərəsinin artmasına və müalicənin mənfi istiqamətdə inkişafına təsir göstərir. Əlamətləri: Hədsiz dərəcədə narahatlıq və təşviş Tez yorulma Diqqətini toplama çətinliyi Əzələ gərginliyi Yuxu pozuntusu Diabetli xəstə və ailəsi Xroniki xəstəlik diaqnozunun qoyulması pasiyentdə olduğu kimi ailəsində də müxtəlif narahatlıqların ortaya çıxmasına səbəb olur. Bu mərhələdə pasiyentlə ailəsi arasında müəyyən problemlər yarana bilər, ailədaxili konfliktlər müşahidə olunar. Ailənin hədsiz dərəcə himayədar olması və ya hədsiz təzyiq göstərməsi xəstəliyin gedişatına və terapiya dövrünə mənfi təsir göstərə bilər. Buna görə də ailə üzvləri xəstəliklə bağlı məlumatlandırılmalı və müalicə müddətində bütün ailə üzvləri iştirak etməlidir. Xəstəliyin terapiyasına bu səbəbdən də tibbi yardımla yanaşı psixoloji yardım da mütləqdir. Psixoloji məsləhət prosesi xəstəliyin gedişatına və terapiya prosesinə müsbət təsir göstərər. Dərman terapiyası və psixoterapiya Diabetli xəstələrdə müşahidə olunan psixoloji problemlər səbəbindən psixoterapevtik yardımın alınması mütləqdir. Bu zaman psixoterapevtik müdaxilələrdən, xüsusilə də, koqnitiv-bihevioral terapiyadan istifadə olunur. Psixoloji narahatlığın ağırlıq dərəcəsindən asılı olaraq psixoterapiya ilə yanaşı dərman terapiyası da tətbiq olunur. Həmçinin terapiya müddətində psixoloq, endokrinoloq komanda şəklində birlikdə fəaliyyət göstərməli, intensiv şəkildə xəstəliklə bağlı konsilium aparmalıdır.(pcc.az) Nərmin Quliyeva
Qəhvə həm sağlamlıq cəhətdən, həm də psixoloji cəhətdən insanı rahatladan içki növüdür. Psixoloq.az xəbər verir ki, bu, aparılan yeni araşdırmalardan sonra məlum olub. Belə ki, hər səhər bir qəhvə içmək, daha gümrah olmağa və pozitiv düşünməyə meylli edir. Buna səbəb isə insanın səhərin ilk saatlarında içdiyi içkidən zövq almasıdır. Psixoloqlar, günə enerjili başlamağın səbəblərindən birinin qəhvə ola biləcəyi fikrini təsdiq ediblər. Bununla yanaşı ABŞ-ın Milli Onkologiya İnstitutu və Səhiyyə İnstitutunun alimləri 10 mindən çox insan üzərində 10 il tədqiqat aparıblar. Nəticələr isə bir çox insanı təəccübünə səbəb olub. Tədqiqata görə, içilən qəhvə xərçəng, yaddaş problemi və ürək xəstəlikləri kimi yaşlanma ilə bağlı ortaya çıxan xəstəliklər və erkən ölüm riskini azaldır. Gündə 1 fincan qəhvə içmək erkən ölüm riskini 8% azaldır. Gün ərzində 2-5 fincan qəhvə bu riski 12%, 6 fincan isə 16% azaldır.
Yuxudan ayılmaqda çətinlik çəkənlər bəzən müxtəlif vasitələrə əl atsalar da, çox vaxt çarəsi olmur. Psixoloq.az publika.az-a istinadən daha bir çıxış yolu təqdim edir. Bu içkilərdən hansınısa qəbul etsəniz, özünüzü bütün gün gümrah və enerjili hiss edəcəksiniz. Limonlu su Günə qəhvə və ya çayla yox, bir stəkan limonlu isti su ilə başlamağınız çox faydalıdır. Bu sadə kokteyl qanı təmizləyir, yüksək qan təzyiqi ilə mübarizə aparır, metabolizmin sürətini artırır (çəki itirmək üçün), mövsümi baş ağrılarından qoruyur, amma ən əsası - bütün gün üçün güc və əla əhval-ruhiyyə verir. Yaşıl meyvə-tərəvəz Təzə xiyar, ispanaq, brokkoli, kivi, kərəviz və s. - zövqünüzə uyğun hər şeyi mix edə bilərsiniz. Yaşıl çay Müstəqil içki kimi qəhvədən daha yaxşıdır. Çayın dadını limon, zəncəfil, nanə kimi əlavə qatqılarla fərqləndirə bilərsiniz. Nar suyu Nar suyunun sağlamlığa faydaları çoxdur. Hətta uşaqlar və hamilə qadınlar üçün də olduqca faydalı içkidir. Nar suyu ürək-damar sistemini gücləndirir. Zəncəfilli çay Zəncəfil faydalı elementləri özündə biləşdirir. Zehni işlə məşğul olan insanlar üçün zəncəfil çayı xüsusilə vacibdir, çünki diqqətin konsentrasiyasını yaxşılaşdırır. Həmçinin mövsümi xəstəliklərin də qarşısını almaqda yardımçıdır. Həyat verən eliksir üçün hər kəsə faydalı olacaq resept: bir çay qaşığı bal və limonlu qaynar suya nanə yarpağı və zəncəfil kökü əlavə edib qarışdırın və için.
Alında dərin qırışların erkən yaranması ürək-damar xəstəliklərinin əlaməti ola bilər. Bununla yanaşı ölüm riskinin yüksəldir. Psixoloq.az xəbər verir ki, bu barədə Fransanın Tuluza Universitetinin alimləri müəyyən ediblər. Araşdırmalar zamanı yaşları 32-62 olan 3,2 min sağlam insan iştirak edib. Könüllülər alındakı qırışların sayına uyğun olaraq bölünüblər. Qırışı olmayan şəxslər sıfır bal, çoxlu qırışı olanlar isə üç bal qazanıblar. Araşdırmalar müddətində 233 insan müxtəlif səbəblərdən vəfat ediblər. Onlardan 15,2 faizinin iki və daha çox qırışı, 6,6 faizinin bir qırışı olub.
Tozun tərkibində mikroskopik canlılar, yəni toz gənələri yaşayır. Bu gənələr allergiya və hətta astmaya səbəb ola bilər. Psixoloq.az xəbər verir ki, yeni araşdırma tozun hamilə qadınlar üçün ciddi ziyanını aşkar edib. Araşdırmalar zamanı aşkar olunub ki, tozlu yerlərdə yaşamaq hamilə qadına və dölün inkişafına çox mənfi təsir edə bilər. Belə ki, toz uşağın beyinin və qalxanvari vəzinin inkişafına mənfi göstərir.