Bu toksin autizmli uşaq doğulmasına səbəb olur

Son illər geniş yayılan Autizm sindromunun yaranma səbəbləri geniş tədqiqatlarla araşdırılır. Milyon qadının məlumatları əsasında aparılan yeni araşdırmada  gələcək ananın orqanizmində olan təhlükəli DDT pestisidinin autizmli uşaq doğulması riskini artırdığı sübut olunub. Təcrübənin nəticələri tibbi elmi jurnalda dərc olunub."Bizim elmi iş göstərdi ki, DDT təəssüf ki, keçmiş əsrlərdə qalıb, daşa dönmüş maddə deyil. Onun molekulları hələ də təbiətdə və bədənimizdədir. Hamilə qadının orqanizmində bu pestisidid çoxdursa, dölə keçir və çox zaman autizmə səbəb olur. Dixlordifeniltrixloretan, qısacası DDT yer üzündə insanın ilk tətbiq etdiyi və yaydığı pestisidlərdən biridir. O, Bayer farmakoloji şirkətinin rəhbəri tərəfindən hələ XIX əsrin sonlarında icad olunub və İkinci Dünya müharibəsindən sonra tətbiq olunmağa başlayıb. 1960-cı ildə məlum oldu ki, DDT insan orqanizmində toplanır, xaric olmur, ona görə çox qabaqcıl ölkələrdə qadağan olundu. Tibbi araşdırmalar göstərdi ki, bu pestisid düşük, xərçəng, xroniki xəstəliklər, piylənmə yaradır". Braun və onun kolleqaları təcrübədə 1986-2005-ci illərdə Finlandiya sosial və tibbi xidmətlərin gənc analardan topladığı məlumatları analiz ediblər. Bu müddət ərzində milyondan çox qadın hamilə olmağı planlayıb və onların hamiləlik gedişatı izlənilib. Onlardan mütəmadi qan analizləri götürülüb, dölə təsir edəcək toksinlərin sayı təyin olunub. Sonda məlum olub ki, orqanizmində DDT çox olan qadınların autizmli uşaq dünyaya gətirmək riski 33%-dir.  Xüsusilə Finlandiyanın əqli-zehni geriliyi olan sakinlərində bu risk daha çox idi. Onlardan autist uşaq daha çox doğulmuşdu. Braun hesab edir ki, DDT unikal obrazla dölün beyninə təsir edir, onun ana bətnindən daha tez çıxmasına səbəb olur, uşaqlarda əqli, zehni inkişafa mane olur. Ona görə DDT pestisidinin hələ də insanlıq üçün ciddi təhlükə olaraq qaldığını demək olar. Bu pestisidin planetdə yayılmasının qarşısı alınmasa, getdikcə daha çox autist uşaq doğulacaq. Xatırladaq ki, bu pestisid bitkiçilik və heyvandarlıqda müxtəlif gəmiricilər, gənələr və infeksiyalarla mübarizə üçün istifadə olunur. Ona görə kənd təsərrüfatı məhsullarında, balıq məhsullarında, torpaqda və su hövzələrində yığılır. İnsan orqanizminə də qida, su və hava ilə keçir.(saglamolun.az)

Ağıl dişləri nə üçün hamıda çıxmır?

“Ağıl dişləri” adlandırılan dişlər ağızda çıxan ən son təbii dişlərdir. Psixoloq.az xəbər verir ki, adətən 18-25 yaş arası dövrlərdə özünü göstərir. İnsanın ağzında “dörd ağıl” dişi olur -  ikisi alt çənədə, ikisi isə üst çənədə. Ağızda çıxan ən son diş olduğu üçün bəzən çıxmağa yer tapa bilmir və çənə sümüyündə örtülü olaraq qalır Bəs ağı dişinin çıxmama səbəbləri nədir? Çənə sümüyünün həcminin kiçikliyi, “ağıl dişinin” çıxmasına və inkişafına mane olur. Elə vaxt olur ki, diş eninə və maili şəkildə inkişaf etdiyi üçün çənə onun çıxmasına imkan vermir. Qeyd edək ki, “Ağıl dişi” ətraf azı dişlərinə maili şəkildə çıxmağa başlayarsa, təzyiq nəticəsində dəhşətli ağrılara səbəb ola bilər. Şəhanə Quliyeva

Varlıların yeni dəbi — Beyinlərini dondururlar

Qərb ölkələrində yaşayan varlılar arasında yeni trend dəbə düşüb. Psixoloq.az xəbər verir ki, orqanizm dondurma əməliyyatı varlıların yeni dəbidir. Orqanizmin mənfi 196 dərəcədə mühafizə edilib dondurulduğu proses ölümə qalib gəlməyin yeni bir yolu kimi görünür. Gələcəkdə də yaşamaq ümidi ilə 150 min dollar 200 il müddətinə beyinlərini və orqanizmin digər hissələrini donduran iş adamları və varlılar 200 il sonra oyanaraq yenidən yaşayacaqlarına inanırlar. Bu xidmət iki ABŞ şirkəti tərəfindən təqdim edilir. Arizonada Alkor və Miçiqandakı “Cryonics” institutları tərəfindən həyata keçirilir. Təkcə Alkor institutuna bu xidmət üçün 1000 nəfər müraciət edib və ödəniş edib. Xidmətdən yararlanan bir ingilis iş adamı deyib: “Daha həyəcanlı heç nə düşünə bilmirəm. 200 və ya 2000 il sonra yenidən oyanıb yeni bir həyat yaşaya biləcəyimi düşünürəm”.(ölkə.az)

Uşaq batareya udarsa...İlkin yardım necə olmalıdır?

Müəyyən yaşa gələn kiçik körpələr ətrafı iyləməklə, dadlarına baxmaqla kəşf edirlər. Bu zaman ən təhlükəlisi isə batareyaların udulmasıdır. Batareya ağız suyu ilə reaksiyaya girəndən dərhal sonra  çox güclü yeyici məhlul əmələ gəlir ki, bu məhlul qida borusunu, nəfəs yollarını, səs telləri, iri damarlarda ağır zədələnmələrə və hətta uşağın ölümünə səbəb ola bilər. Psixoloq.az xəbər verir ki, amerikalı alimlərin araşdırmalarına görə, bal və sukralfat adlı dərmal bu mənada ən effektlidir. Alimlər analara batareya udan uşağa dərhal bal və ya qeyd etdiyimiz dərmanı verməyi tövsiyə edir. Uşaq xəstəxanaya çatdırılana qədər bal fasilələrlə uşağa verilməlidir.

Brokoli bu növ xərçəngin inkişafını ləngidir

Kələm və brokkolidə olan kimyəvi maddələr mədə-bağırsaq traktatının işini dəstəkləyir və kolorektal xərçəngin qarşısını alır. Psixoloq.az xəbər verir ki, bunu Böyük Britaniyada Frensis Krik İnstitutunun alimləri müəyyən ediblər. Kolorektal xərçəng ən geniş yayılmış bədxassəli şiş tipidir. Hər il 600 minə yaxın insanda bu xəstəlik aşkarlanır. Digər xərçəng xəstəlikləri kimi zaman ötdükcə bu xəstəliyin də başvermə riski yüksəlir. Tədqiqatçılar nümayiş etdiriblər ki, tərkibində indol-3-karbinol maddəsi olan yemlə qidalanan gəmiricilərdə bağırsaqda daha az bədxassəli şiş yaranıb. Orqanizmdə indol-3-karbinol Brassica (kələm) növündən olan bitkilərin qəbulu zamanı istehsal olunur. Bu maddə aril karbohidrogen reseptoru (AhR) adlanan zülalı aktivləşdirir. Məlum olub ki, AhR çatışmazlığı olan gəmiricilər bağırsaq xəstəliyindən daha çox əziyyət çəkirlər və bu, nəticədə bağırsaq xərçənginə gətirir. Lakin kələm pəhrizinə keçirilən heyvanlarda daha az bədxassəli şiş yaranıb. Qeyd edək ki, tibb sahəsində gələcəkdə brokolidən daha çox istifadə edilməsi nəzərdə tutulur.

Az yatmaq təhlükəlidir - Yeni araşdırma

Kaliforniyanın (ABŞ) Berkli Universitetinin alimləri aydınlaşdırıblar ki, yuxu problemi olan insanlar özlərini tənha hiss edir və tez-tez başqa adamlarla əlaqədən qaçırlar. Tədqiqatda iştirak edən 18 gənc normal gecə yuxusu və yuxusuzluqdan sonra müayinədən keçiblər. Hər bir halda sınaqdan keçənlər növbəti gün neytral üz ifadəli insanın kameraya yaxınlaşdığını əks etdirən videoçarx izləyiblər. Könüllülər psixoloji narahatlıq hiss etdikdə videonu dayandıran düyməyə basmalı idilər. Məlum olub ki, insanlar yuxusuz gecədən sonra düyməni normal yuxu yatanlarla müqayisədə daha çox basıblar. Bundan başqa, beyinin müayinəsi də göstərib ki, pis istirahət edənlərdə potensial təhdidlərə cavab verən neyron zənciri işə düşüb. Beyinin sosial qarşılıqlı münasibətləri təmin edən digər hissəsi isə əskinə, daha az aktiv olub. Tədqiqatın ikinci hissəsində mindən çox başqa insan təcrübənin videogörüntülərini izləyiblər. Bu zaman onlar iştirakçıların yuxusuz olduqlarını bilməyiblər. Onların fikrincə, sınaqdan keçənlər ətraf mühitlə əlaqə saxlamaqdan qaçan tənha insanlardır.(oxu.az)

Gündə 10 ədəd badam yesəniz - Qocalmamaq üçün ƏN TƏBİİ VƏ EFFEKTİV vasitələr

Son zamanlarda "bədənin qida tədarükü” termini geniş yayılıb. Lakin qida tədarükü nədir və necə əməl edilməlidir sualları çox zaman cavabsız qalır. Psixoloq.az publika.az-a istinadən bu sualların cavabını bir neçə istiqamətdə təqdim edir: İnsan bədəninin ehtiyacı olan, ancaq qarşılaya bilmədiyi və ya bəzi ətraf mühit faktorlarından asılı olaraq azalan vitamin və minerallara ehtiyacı vardır. Bu çatışmazlığı aradan qaldırmaq üçün təbiətdə olan vitamin və minerallar işə yarayır. Vücudumuzun ehtiyacı olan vitamin və mineral ehtiyacını qarşılamaq bədənin qida tədarükü adlanır. Bəzi insanlar bu durum üçün dərman vasitələrindən istifadə edir. Ancaq mütəxəssislər dərmanların bir müddət sonra bədən sisteminin iş prinsipini pozduğunu deter və buna görə qida tədarükündə təbii qidalardan yararlanmağı məsləhət görürlər. Bədənin qida tədarükü bu yollarla təmin edilə bilər: 1. Sümüyün sağlamlığını qorumaq üçün bol miqdarda kalsiuma ehtiyac var. Mineral baxımından ən zəngin qida isə süd və süd məhsullarıdır. Bununla yanaşı, yaş irəlilədikcə tez-tez rast gəlinən sümük əriməsi kimi xəstəliklərin qarşısını almaq üçün tərkibində yüksək miqdarda dəmir olan ispanaqdan istifadə edilməlidir. 2. Qocalmanı gecikdirən ən təsirli vasitə E vitaminidir. Təbiətdə E vitamin baxımından ən zəngin qidalar isə kivi, manqo, pomidor və çiy badamdır. Hər gün istifadə edəcəyiniz 10 ədəd badam vücudunuzdakı qocalmağa meyilli hüceyrələri azaldır və gənc hüceyrələrin sayını artırır. 3. Beyin və ürəyin sağlamlığı üçün tərkibində Omeqa-3 kompleksi olan qidalar həftədə ən az iki dəfə yeyilməlidir. Bu baxımdan ən yararlı qida balıq və balıq məhsullarıdır. Balıq həm sinir hüceyrələrini qoruyur, həm də qan dövranını tənzimləyərək damar tıxanıqlığının qarşısını alır. 4. Güclü bir immunitet üçün veta-karoten, anti-oksidant və anti-influmar baxımından zəngin qidalar yeyilməlidir. Buraya qırmızı və bənövşəyi meyvələr: çiyələk, böyürtkən, moruq aiddir. Bundan başqa, daimi və nizamlı yürüş etmək və idmanla məşğul olmaq da vacibdir.

Ürəyi qoruyur, əhvalı yaxşılaşdırır - Əncirin faydaları

Artıq satışda əncir meyvəsini görməyə başlamışıq. Psixoloq.az məlumat verir ki, əncirin faydalı xüsusiyyətləri olduqca çoxdur. Bəs bu meyvənin faydaları nədir? Kaliumla zəngin olan əncir ürək üçün çox faydalıdır. B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər sinir sisteminin normal fəalliyyəti üçün çox vacibdir. Həmçinin B qrupu vitaminləri qanyaratma sisteminin işini tənzimləyir, qanazlığının qarşısını alır, dəri və saçların gözəlliyi üçün vacibdir. Əncir kalium və qidalı liflərlə zəngindir. Bu 2 maddə bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır. Əncir insan güc və gümrahlıq verir, əhvalı yaxşılaşdırır, stressi azaldır. Əncir nəfəs yollarını yaxşı təmizləyir, bəlgəmgətirici təsirə malikdir. Öskürək və bronxit zamanı süddə bişirilmiş əncir ən tanınmış və effektli təbii vasitədir. 

Duz zərərlidir ya faydalı? - Alimlərdən yeni AÇIQLAMA

Kanadanın Makmaster universitetinin alimləri duz üzərində apardıqları təqdiqatın nəticələrini açıqlayıblar. Psixoloq.az xəbər verir ki, nəticələr “The Lancet” jurnalında dərc edilib. Məlum olub ki, gün ərzində 5 qramdan az duz qəbul etmək hipertenziya və onunla bağlı yaranan ürək-damar xəstəlikləri riskini artırmır. Alimlər tədqiqat üçün sidik nümunəsi götürüblər. Bununla da sutkalıq duz istifadəsini qiymətləndiriblər. Eyni zamanda 95 min 767 könüllü şəxsin qan təzyiqi ölçülüb. Təcrübədə iştirak edən insanlar dünyanın 369 yaşayış məntəqəsinin sakinləri olublar və yaşları 30-75 arası dəyişib. Məlum olub ki, gündə 5 qramdan çox duz istifadə edən insanlar qan təzyiqindən əziyyət çəkirlər. Təcrübənin nəticəsinə əsasən, 5 qramdan çox qəbul edilən duzun hər qramı 2.86 millimetr civə sütunu təzyiqi artırır. Eyni zamanda məlum olub ki, həddən artıq az duz qəbul etmək də ürək-damar xəstəlikləri riskini artırır.(ölkə.az)

İstiotdan sağlamlıq və məişət problemlərində istifadə edin...

Qara bibər paltarların rənginin solmasının qarşısını alır.  Psixoloq.az xəbər verir ki,  bir çay qaşığı qara bibər tünd rəngli paltarlarının bozarmasının qarşısını alır. Qara və qırmızı istiotun faydalarını təqdim edir: Həşəratları uzaqlaşdırır. Evinizdə qarışaq və siçanlar hökmranlıq etməyə çalışırsa, onların olduğu bölgələr bibər səpin. Eynilə, bağda əkdiyiniz çiçək və tərəvəzləriniz də bu yolla zərərli canlılardan qoruya bilərsiniz. Buz kimi ayaqlarınızı heç nə isidə bilmirsinizsə, corabınızın içinə bir qədər qırmızı bibər səpin və geyinin. Qara bibər və təmiz yağın qarışığı dərinizi müxtəlif problemlərdən qoruyur və sızanaqların qarşısını alır. Qara bibər və bala bir qədər su əlavə edib için. Qəbzlik və həmzsizlik kimi problemlərdən xilas ola bilərsiniz. Vücudunuz zərərli maddələrdən təmizlənəcək.

Bu giləmeyvə cinsi istəyi artırır - Araşdırma

Qarpız qabığının ağ hissəsinin cinsi istəyi artıran xüsusiyyəti var. Psixoloq.az xəbər verir ki, qarpız qabığının ağ hissəsi kişilər üçün reseptlə alınmış dərmanlar qədər faydalıdır. Bu barədə cinsi əlaqə üzrə mütəxəssis məsləhətçiləri bildirib. Belə ki, bu giləmeyvənin ağ hissələrində böyük miqdarda sitrülin maddəsi var. Bu maddə vücuda daxil olduqdan sonra isə cinsi istəyi artıran argenin maddəsinə çevrilir. Argenin damar divarlarında daha çox nitrik-oksidin istehsalını təmin edir.

16 ildən sonra məlum oldu - Bu qida ömür uzadır

Müntəzəm olaraq balıq yemək insan ömrünü uzadır. Psixoloq.az xəbər verir ki, bu, Çin alimlərinin 16 ildir davam edən tədqiqatından sonra məlum olub. Alimlər 16 il ərzində 240 min kişi və 180 min qadının qidalanmasına nəzarət edib. Sınaqda iştirak edənlər hər gün bir az balıq əti qəbul edib. Müntəzəm olaraq balıq əti yeyən kişilərdə damar xəstəlikləri 10, qara ciyər xəstəliklərində isə 37% azalma müşahidə edilib. Alimlərin açıqlamasına əsasən, müntəzəm olaraq balıq və Omeqa-3 tərkibli qidaları qəbul etmək xərçəng və tənəffüs yolu xəstəliklərindən yaranan ölüm riskini azaldır.