Geniş yayılmış kişi probleminin 5 dəqiqəlik müalicəsi tapılıb

Bütün dünyada 50 yaşdan sonra milyonlarla kişilər prostat vəzinin xoşxassəli hiperplaziyasından əziyyət çəkir. Bu pozulma zamanı prostat vəzi böyüyür, sidik kanalını sıxmağa başlayır ki, kişi sidik ifrazı zamanı əziyyət çəkir, ağrılar olur, gecə saatlarında tez-tez tualetə getməli olur, sidik kisəsi tam boşalmır və s. Adətən bu problem cərrahi yolu ilə həll olunur. Əməliyyat zamanı prostat vəzinin böyümüş toxumaları kəsilir və nəticədə sidik kanalın sıxılması problemi həll olunur. Təbii ki, istənilən cərrahi əməliyyat kimi bu əməliyyatın da müəyyən ağırlaşmalırı, riskləri və əks-göstərişləri mövcuddur. Psixoloq.az xarici KİV-lərə istinadla xəbər verir ki, Böyük Britaniya alimləri prostat vəzini kişiltmək üçün yeni cərrahiyyəsiz üsul təqdim ediblər. Bu üsulun köməyi ilə prostat vəzini 5 dəqiqə ərzində kiçiltmək mümkündür. Yeni üsulun əsasında buxarın təsiri durur. Kişinin sidik kanalına nazik elastik borucuq yeridilir və borucuq vasitəsilə buxar verilir. Buxarın təsirinindən prostatın böyümüş toxumaları ölür və prostat vəzi normal ölçü alır. Alimlər sübut edir ki, bu üsulun riskləri minimaldır və onu yaxın zamanlarda kütləvi şəkildə tətbiq etmək mümkün olacaq.(Saglamolun.az)

Qab yuyan süngərlərə diqqət edin - Xəstəlik yaradırmış

Hər bir xanım ev təmizliyində süngərlərdən istifadə edir. Bəs süngərlərin mikrob yuvası olduğundan xəbəriniz varmı? Psixoloq.az  xəbər verir ki, mütəxəssislərin son araşdırmalarına görə, qab yumaq üçün nəzərdə tutulmuş süngərlərin tərkibində sonsuz sayda mikrob var. Bu mikroblar meningit və pnevmaniya xəstəliyini törədən bakteriyaların yaramasına səbəb olur. Süngərin tərkibinə hopan mikroblardan biri moraxella osloensis adlanır. Bu mikrob zəif immunitetli insanları müxtəlif infeksiyalara yoluxdurur. Həmçinin moraxella süngərdən gələn xoşagəlməz qoxunun əsas səbəbkarıdır. Tədqiqatçılar 14 mətbəx süngərindən alınmış mikrobların DNT-sini təsbit edərək, çox vacib faktları aşkara çıxarıblar. Bu səbəbdən mütəxəssislər süngərləri tez-tez dəyişdirməyi tövsiyə edirlər.

Çoxuşaqlı qadınlarda bu xəstəlik riski 70 faiz yüksəkdir

Qadınların 5 və ya daha çox uşaq sahibi olması onlarda Alsheymer riskini 70 faiz artırır. Alimlər bu qənaətə Koreya Respublikasında və Yunanıstanda 60 yaşından yuxarı 3500-dən çox qadın üzərində apardıqları araşdırmadan sonra gəliblər. Tədqiqatda demensiya xəstəsi olmayan 5 və daha çox övlad dünyaya gətirən qadınların koqnitiv testlərdə 5-dən az uşaq dünyaya gətirənlərə nisbətən daha müvəffəqiyyətsiz olduqları müşahidə edilib. Bundan əlavə, orta yaş həddi 71 olan qadınlar arasında bir və ya iki dəfə yarımçıq hamiləlik yaşayanlarda belə Alsheymer riskinin ümumiyyətlə hamilə olmayanlara nisbətən daha aşağı olduğu müəyyənləşib. Tədqiqatçılar Alsheymer riskinin artmasına səbəb kimi qadın orqanizminin sürətlə yüksəlib anidən düşən estrogen və stress hormonlarının təsirinə məruz qalmasını göstərirlər. Belə ki, bu vəziyyət beyinə mənfi təsir edir. Bununla yanaşı, yarımçıq hamiləliklərlə bağlı nəticələr də tədqiqatçılarda təəccüb doğurub. 2016-cı il Dünya Alsheymer Hesabatına görə, dünyada 47 milyon Demans xəstəsi var (AZƏRTAC).

İş stressindən necə xilas olmalı? - Bunları yeyin

İş stressi demək olar ki, çalışan hər kəsi narahat edən problemdir. Müvəffəqiyyət qazanma hissi və iş şəraiti stressin artmasında önəmli rol oynayan faktorlardandır. Lakin sağlıqlı qidalanma ilə iş stressini azaltmaq mümkündür.  Psixoloq.az ailem.az-a istinadən iş stressini azaldacaq qidaların siyahısını verir. - Balıq stressi azaldan qidalardan birincisidir. - Avokado hormon səviyyəsini tənzimləyir.  - Portağal, qreypfrut kimi sitrus meyvələri stress səviyyəsini aşağı salır. - Çobanyastığı və anason çayları antidepressiya təsiri göstərir. - Tünd şokolad tərkibindəki "feniletilamin" maddəsi sayəsində xoşbəxtlik hissi verir. - Yulaflı və yağ səviyyəsi aşağı qidalar əsəbləri sakit saxlayır. - Qoz, ərik, üzüm qurusu, badam və fındıq kimi çərəzlər sinir sistemini rahatladır.(ailem.az)

Bu qidaları soyuducuya qoymayın - Düz bildiyiniz yanlışlar

Hər bir qadın qidaların pozulmaması üçün onu soyuducuda saxlamağa üstünlük verir. Hər bir insanın psixologiyasında belə bir anlayış mövcuddur ki, soyuducuda saxlanılan qida pozulmaz. Mütəxəssislər isə bunun tam əksini deyir. Onların sözlərinə görə, belə məhsullar bir müddət sonra  soyuducudan qoxu gəlməsinə səbəb olacaq.  Psixoloq.az xəbər verir ki, bunun  səbəbi isə həmin qidaların düzgün saxlanılmaması ola bilər.  Bəs əksinə soyuducuda saxlanılaraq xarab olan qidaların da olmasından xəbərdarsınız? Onların bir neçəsini təqdim edirik: Sarımsaq - Bəziləri soyuducuda saxlamağa üstünlük verir. Qeyd edək ki, bu zaman aroması itir. Həmçinin özünəməxsus qoxusu yayılaraq itir. Quru və qaranlıq yerdə saxlanılmalıdır. Pomidor - Soyuducuda qalarsa qısa zaman ərzində yumşalacaq. Qarpız - Əgər tərkibindəki antioksidanların itməsini istəmirsinizsə kəsilməmiş qarpızları soyuducuya qoymayın. Almalar - Soyuducuda qalan zaman təzəliyini itirir. Şəhanə Quliyeva

Övladları dərs mövsümünə hazırlaşanlar... - Uşaqların gözlərini belə qoruyun

Artıq yeni məktəb mövsümünə az qalıb.  Yay ərzində istirahət edən uşaqların üzərində birdən-birə dərs yükü məsuliyyəti olacaq. Bu, xüsusilə də gözlərinə mənfi təsir göstərə bilər. Bəs gözləri necə qorumalı? Psixoloq.az bunun üçün uyğun yolları təqdim edir: - Uşağın gün rejimi düzgün qaydada qurulmalıdır. Xüsusən bu , dərs etmə perioduna aid edilir. - Dərsdən sonra 1-2 saat ərzində istirahət etməsini təmin edin. - Dərs etdiyi hər yarım saatdan bir, 10 dəqiqə istirahət etməsi məsləhət görülür.Yaşı artdıqda bu fasilə hər 1 saat ərzində ola bilər. - Dərs çalışdığı otağın işıqlı olmasına diqqət edin. Bu, gözləri qoruyan əsas amildir. - Axşamları oxumasına çox icazə verməyin. - Yuxu əsas amillərdəndir. Yorğunluq, yuxusuzluq gözlərə də mənfi təsir göstərir. - Uşaqlar  kompyuter arxasında 15 dəqiqə oturduqdan sonra, mütləq şəkildə fasilə etməlidirlər.

Təbii doğuş ilə qeysər kəsiyinin üstün və mənfi cəhətləri

Uşaqların doğulması həqiqətən, möcüzədir! Hər bir qadın ailə qurduqdan sonra övladını təbii doğuş və ya qeysər əməliyyatı ilə dünyaya gətirməsi haqqında düşünür. Bu iki üsul arasından birini adətən qadın özü yox, ginekoloqlar seçir. Onlar hamilə xanımın və övladının səhhətini nəzərə alaraq ana olmağa hazırlaşanlara bu və ya digər üsulu təklif edirlər. Psixoloq.az publika.az-a istinadən bu yazıda oxucuları təbii doğuş və qeysər kəsiyiinin həm mənfi tərəfləri, həm də üstünlükləri ilə tanış edib. Təbii doğuş Üstünlükləri: Bir çox ana təbii doğuş zamanı özünü daha rahat hiss edir. Təbii doğuşun əsas üstünlüklərindən biri odur ki, ananın sağalma müddəti daha sürətli baş verir, nəinki qeysəriyyə. Təbii doğuş zamanı uşağın nəfəs darlığı problemlərinin yaranması risk azalır, çünki uşağın ağ ciyərlərindəki maye əzələ gərilməsi səbəbindən sıxılır. Uşağın orqanları təhlükəsizlikdə olacaq, həmçinin ananın doğum kanalı vasitəsilə ötürülən sağlam bakteriyaların sayəsində onun immun sistemi əla fəaliyyətdə işləyəcək. Çatışmazlıqlar: Təbii doğuş zamanı ana güclü ağrılar hiss edir. Bu, böyük güc, enerji və vaxt tələb edir. Enerji dedikdə biz onu nəzərdə tuturuq ki, körpəni uşaqlıqdan çıxarmaq üçün əzələləri zəiflətmək lazımdır. Bu isə ana və uşağı böyük riskə atır, çünki bəzi anaların gücü və enerjisi çatışmaya bilər. Qeysər kəsiyi Üstünlükləri: Adətən qeysər kəsiyi o hallarda təyin olunur ki, təbii doğuş zamanı ana və uşaq üçün həyati təhlükə var. Qadına doğuşdan əvvəl bu barədə mütləq xəbərdarlıq edirlər ki, əməliyyata hazır olsun. Həmçinin qeysər kəsiyi təbii üsullarla müqayisədə az ağrılı sayılır. Nöqsanlar: İnfeksiya, ölüm və qan itkisi riski artır. Ananın bərpa dövrü daha uzun çəkir, çünki cərrahiyyədən sonra anaya terapiya lazım olur.

Uşaqlarda allergiya yaradan səbəblər

Dünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən planetimizin əhalisinin təqribən 30 faizi müxtəlif allergik reaksiya və xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliklərdən bronxial astma, dərman və qida allergiyaları daha geniş yayılıb. Təəssüf ki, həmin xəstəliklərdən əziyyət çəkənlərin çoxu uşaqlardır. Psixoloq.az Azərtac-a istinadən xəbər verir ki, uşaqlar arasında allergik xəstəliklərin ən geniş yayılmış forması qida allergiyasıdır. Mütəxəssislərin dediyinə görə, uşaqların 55 faizindən çoxu həmin allergiyalardan əziyyət çəkir. Qida allergiyaları onların üzləşdiyi xəstəliklər arasında 4-6 faiz təşkil edir. Ana südünün erkən kəsilərək onlara əlavə yeməklərin verilməsi qida allergiyasının ən başlıca səbəbi sayılır. Bu xəstəlik uşaqlarda çox vaxt qusma və qarın ağrısı ilə müşayiət olunur. Buna görə də uşaqlarda allergiyanın ilkin əlaməti hiss olunanda mütləq həkimə müraciət etmək lazımdır. Azərbaycan Tibb Universitetinin qidalanma gigiyenası kafedrasının müdiri İbrahim Əhmədovun dediyinə görə, əgər valideynlərdən birində allergiya varsa, uşaqda 50 faiz, hər ikisində varsa, uşaqda ona meyl iki dəfə artmış olur. Həmin ailədə ana uşağın qidasına daxil etdiyi yeni yeməkləri birdən-birə və çox miqdarda deyil, tədricən və az-az verilməlidir. Allergiyaya erkən aşkar edildikdə onun müalicəsi mümkündür.. Müalicənin gecikdirilməsi isə ciddi fəsadlara və ağırlaşmalara gətirib çıxara bilər.Apteklərdə çoxlu antihistamin dərmanlar satılır. Lakin həkimlə məsləhətləşmədən onlardan istifadə etmək düzgün deyil, çünki yanlış müalicə ciddi fəsadlara səbəb ola bilər. Uşaqlarda allergik xəstəliklərin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, burun və gözdə qaşınma və asqırmanın artmasıdır. Bəzən xəstə uşaq 30-40 dəfə asqırmaq məcburiyyətində qalır. Kəskin allergiyalar yaradan səbəblərdən biri də ətrafda olan ağac, bitki və gül kollarıdır. Allerqoloqlar uşaqları çox şirin, duzlu qidalardan uzaq saxlamağı, onlara konservləşdirilmiş qida və şirələr verməməyi məsləhət görürlər. Yumurta, yer fındığı, qoz, qarğıdalı, banan, çiyələk, ət, bəzən isə inək südü allergiyaya ən çox səbəb olan qidalar hesab edilir.

İnfarkt riskini azaldır, yorğunluğu aradan qaldırır - Narın faydaları

Nar meyvəsinin mövsümü yaxınlaşır.  Psixoloq.az xəbər verir ki, narın insan orqanizmi üçün bir sıra faydaları mövcuddur. Belə ki, nar ürək tutması, ürək infarktı riskini azaldır. Damar tıxanıqlığının qarşısını alır, təzyiqi stabil saxlayır. Xolesterin və qan şəkərini tarazlaşdırır. İmmunitet sistemini gücləndirir. Prostat xərçənginin qarşısını alır. Narın tərkbindəki vitaminlər qripə səbəb olan mikrob və virusları zərərsiz hala gətirir. Enerji verir, yorğunluğu aradan qaldırır. Şirin nar suyu sətəlcəmə və burun poliplərinə qarşı faydalıdır.Nar həmçinin diş əti qanaxmalarına yaxşı təsir edir. Hər cür infeksiyaya qarşı bədənin müqavimətini artırır. Nar dəri xərçənginə də yaxşı təsir edir. Həmçinin dərinin hamar görünməsinə kömək edir.

Yatarkən başınızın üstünə limon qoyun

Stress bir çox insanın ümumi problemidir. Yataqda yuxuya gedə bilməməyinizə səbəb olur. Psixoloq.az xəbər verir ki, şkafın üzərinə limon qoysanız, gərginliyinizi alaraq sizə sakitlik bəxş edəcək. Aparılan araşdırmalara görə, limon qoxusu beyin dalğalarını və duyğularını rahatladır.

Astma, öskürək problemi varsa... Bu nemətdən istifadə edin

Öskürəkdən əziyyət çəkənlər zeytun yağı və əncir qurusundan istifadə edə bilərlər. Psixoloq.az xəbər verir ki, zeytun yağı  və əncir qurusu da insan orqanizmi üçün çox faydalıdır. Belə ki, öskürək və astma xəstələri təmiz zeytun yağında 1 gün saxlanılan iki ədəd əncir qurusunu hər səhər yeməkdən əvvəl qəbul etməlidir. Belə bir müalicə kursu ən azı 6 ay davam etməlidir. Fasiləsiz davam edən bu kurs astma və öskürək xəstəliyi olanlar üçün inanılmaz müalicə üsuludur. İki ədəd əncir qurusunu bir qab zeytun yağına atın və bir gün gözləyin, bir gündən sonra çıxarın və qəbul edin, əvəzinə yenə iki əncir qurusu əlavə edin.

Kökəlməyə qoymayan çaylar

Bəzi insanlar çox yesə də kökəlmir. Buna səbəb isə maddələr mübadiləsinin yaxşı çalışmasıdır. Maddələr mübadiləsinin sürətli fəaliyyətində bəzi qidalar kimi çaylar da böyük rol oynayır. Psixoloq.az həmin çayları təqdim edir: Aparılan bir çox araşdırma nəticəsində məlum olub ki, yaşıl çay metabolizmi sürətləndirməklə yanaşı, piyləri də əridir. Yaşıl çay metabolizmi 4 dəfə sürətləndirir. Ağ çay bahalılığı ilə diqqət çəkən ağ çay vücuda qəbul edilən yağların depolanmasının qarşısını alır. Tərkibində olan"epiogallocateschin -3-gallat" sayəsində qidaların daxilində vücuda daxil olan yağları əridir. Zəncəfil çayı damarlardan qanın daha sürətli axmasını təmin edir və bədənin temperaturunu artırır. Bu durumda metabolizm sürətlənir. Bu çay həm də həzm sisteminin sağlam işləməsinə əngəl olan bakteriyaları öldürür.