Uşaq Psixologiyası

Uşaqlarda yalan danışmaq

Yalan Danışmaq Yalan danışmaq,yanıltmaq və ya xətanı gizlətmək məqsədi ilə söylənən və həqiqətə uyğun olmayan bir davranışdır.Bu davranış sözlə olduğu kimi jest,mimika və ya səssiz qalma şəklində də ola bilər.Bu hal yəni yalan danışma uşaqlarda da görülə bilir.Doğru davranış seçilmədiyində bu vərdiş halını ala bilir.Valideyn yalan danışan uşağına ya həddən artıq reaksiya verir (Əsəbləşir,şiddət göstərir,qışqırır) ya da tamamilə reaksiyasız qalır. Uşaqlar 6 yaşa qədər yanlışla doğrunu ayırt edə biləcək olqunluqda deyillər.6 yaşdan əvvəl xəyal dünyalarının genişliyi və muhakimə yetənəklərinin olmamış olması səbəbiylə uşaqlarda yalan görülə bilər.Belə olan halda uşaq yalanı ilə üzləşdirilməməli və narahat olunmamalıdır.Altı yaş əvcəlki yalanlar aşkar edilib uşaq təhqir olunarsa inkişaf etməkdə olan özgüvəni zədələmiş olarsınız.Bu yaşda uşaq yalan danışanda “Yalan demə “yerinə məncə “Düz xatırlamırsan “Deyib doğru olanı xatırlatmaq və söhbıtin üstündə durmamaq lazımdır. Yalan danışmanın səbəbləri çoxdur və yaş dövrünə görə də motivləri dəyişir.Əgər 6yaş sonrası uşaqlarınız çox yalan danışırsa düz getməyən nələrsə var deməkdir.Altda yatan səbəbləri araşdırıb tapmaq aradan qaldırmaq lazımdır.Əgər yalan danışma halı təkrarlanarsa mütləq bir mütəxəssisə müraciət etməlisiniz. “Uşağınız yalan danışırsa ya sizdən qorxur ya da sizin etdiyinizi edir”. B A.S.Neil.

Kompüter asılılığının nəticələri -ARAŞDIRMA

Türkiyədə aparılan tədqiqat kompüter asılılığı cinsiyyət, iqtisadi vəziyyət, akademik müvəffəqiyyət, valideyn münasibəti, sinif səviyyəsi, kompüter oyunu oynama müddəti kimi amillərlə birlikdə araşdırılıb. İstanbulda 395 orta məktəb şagirdləri ilə görüş keçirilib. 218 qız, 177  oğlan olmaqla V sinifdən 187, VIII sinifdən 208 məktəblinin iştirak etdiyi tədqiqatda, kompüter bağlılığı ilə bəzi şeylər müəyyənləşdirilib. Oğlanlar qızlardan, VIII siniflər beşincilərdən kompüterdən daha çox asılıdır. Qiymət ortalaması 70-84.9 olanlar,  85-100 olanlara görə kompüterdən daha çox istifadə edirlər. Kompüterdən istifadə və oyun oynama müddəti çoxaldıqca asılılıq səviyyəsi də artır. Kompüter asılılığı artdıqca, depressiya və qorxu səviyyəsi  də yüksəlir. Professor Mehmet Engin Dəniz kompüter asılılığı ilə bağlı şagirdlərə məlumatlandırma seminarları təşkil olunacağını bildirib. Onun sözlərinə görə, məktəb psixoloqları bu məsələdə müəllimləri məlumatlandırmalıdırlar: “İnformasiya texnologiyaları dərsində şagirdlərə kompüterin doğru istifadəsilə bağlı təlimat verilməlidir. Valideynlərə kompüter başında  çox vaxt keçirilən zamanın, zərərli proqram və saytların, uşaqların sosial media hesablarının nəzarəti kimi təlimlər keçirilə bilər. Hədiyyə olaraq verilən kompüter asılılığa yol aça bilər".(AzEdu.az) Psixoloq.az bu barədə psixoloqların fikrini öyrənib. Həmin fikirləri təqdim edirik: Bu asıllıq narkomaniya asıllığı kimi vərdişdir. İnsanın həm psixi, həm də sağlamlığı cəhətdən zərərlidir. Bu mövzuda xüsusilə valideynlər diqqətli olmalıdırlar.

Uşaqlarda yeməkdən imtina xəstəlik əlamətidir?

Analar uşaq dünyaya gəldiyi andan onların yemə və gigenik normlarına xüsusi diqqət yetirirlər. Xüsusən yemək yedizdirərkən normasını aşaraq “zəifləyəcək” düşüncəsi ilə zorla yedirirlər. Sevgisini körpəsini çox yetizdirərək göstərən ana zaman keçdikcə rolları dəyişərək yeməkdən qaçan uşaq və əziyyət verən ana roluna çevrilir. Bu problem zamanı hər cür vasitələrdən istifadə edilir. Məsələn, onlarla şərt kəsir, şantaj edir, fiziki cəzalandırır, mükafatlandırı heç biri təsir etməsə ən sonda yerə uzadaraq zorla ağzına qoymaya cəhd edir. Amma bu heç də uşaq kaprizi dediyimiz vəziyyət olmaya bilər. Bu əlamətlər anoreksiya dediyimiz klinik- psixoloji problemin başlanğıcı ola bilər.Əsasən anoreksiya uşağın 14-15 yaşlarında müşahidə olunsa da artıq son illər a bu xəstəlik hətta körpələrdə təsadüf olunur. Körpələrdə anoreksiyanın ilk əlaməti, uşağın əmməkdən və ya əmzikdən imtina etməsidir. Bu zaman məcbur etməkdən yaranan spontan qusma izləri, aclıq əlamətləri müşahidə olunmur. Qaşıq ilə yeyərkən isə ağız passiv bir şəkildə açılır, ancaq bu dəfə udma aktı gerçəkləşmir. Körpə yemək yeməsə belə orqanik patalogiya- yuxusuzluq və halsızlıq müşahidə olunmur.Yemək zamanı ana başda olmaq ailənin bütün üzvləri uşağı yedizdirmə prosesində iştirak edir. Mahnılar səslənib hekayələr oxunur, oyuncaqlarla oynanılır, yeməyin dadı ata başda olmaqla digər ailə üzvlərinə- nənəyə, babaya, bibiyə dadızdırılır. Bunlar fayda vermirsə ən son halda yuxuda süd və ya yemək verilir. Təəssüf ki, bunların heç biri körpə tərəfindən qəbul edilmir. Beləcə yemə prosesi uzanır və zorla yedizdirilən yemək udulduqdan sonar körpə tərəfindən qaytarılır.Unudulmamalıdır ki, yedizdirən adam dəyişsə də, uşaqda yeməklərdən imtina davam edəcək. Yeməyi yedizdirən adamın dəyişməsi ilk vaxtlar fayda vermiş kimi görünsə də bu metod qısa müddət ərzində təsirini itirir. Xüsusən belə situasiyalarda valideynlərin əsasən anaların narahatlığı daha çox artır.Uşaqlarda bu əsasən 6.aydan sonra müşahidə olunmağa başlayır. Əsasən uşaqlara zorla yedizdirmə ikinci hallarda infeksiya, peyvənd, diş çıxarma və s. səbəb olur.Körpənin 2yaşından sonra anoreksiya daha da kəskinləşir. Əgər üzərinə düşülməzsə bu problem dərinləşərək yuxusuzluq, nevrotik tutmalar, qıcolma və s. kimi digər psixoloji problemlərə gətirib çıxarır.Anoreksiya müşahidə olunan uşaqlarda mütləq psixoterapiya ilə parallel həkim müayinəsi olunmalı, ehtiyac duyularsa farmakoterapiyadan da istifadə edilməlidir. Xüsusən bu problemli uşaqlarda səbəb valideynlərin zorla uşağı yedizdirməyə çalışmasıdır. Yedizdirmə zamanı nələrə diqqət edilməli: Verilən yemək uşaq tərəfindən imtina olunarsa məcbur edilmədən digər yeməyə keçilməlidir.Yemək az miqdarla başlanmalıdır.İmtina olunan yeməyə yenidən dönülməməli və verilən yeməyin miqdarı dəyişdirilməməlidir.Miqdarın artırılması ancaq uşağın istəyi ilə olmalıdır.Yemək saatlarında ana-uşaq rolları dəyişdirilməlidir. Uşağı tələb edən roluna yönləndirmək lazımdır.Heç bir halda zorla yedizdirlməməlidir.Yemək vaxtında oyun oynanmamalı, uşağın qabağında yemək haqqında danışılmamalıdır. Bunlar zamanla dəyişilməyə başlanmalıdır. Uşağınızı əlləri ilə yeyə, ətrafını və özünü çirkləndirə bilməlidir. Artıq uşaq özü yeməyə cəhd edirsə bu terapiyanın uğurla sonlandığının əlamətidir. Lakin hədsiz narahat və həssas analarla müalicəyə bəzən mənfi təsir göstərə bilirlər. Qayğılı ana tez panikaya qapıla bilir. Hər deyilənləri yerinə yetirsə də, hədsiz həssaslığı anoreksiyanı yenidən yaranması üçün şərait yaradır.Sonda isə , əziz valideynlər, araşdırmalar göstərir ki, uşaqlarda müşahidə edilən əksər problemlərin əksəriyyətinin səbəbi ailə mühiti, ana- atanın psixoloji durumudur. Övladlarınızın sağlamlığı üçün öz sağlamlığınız qoruyun. Əgər problem nə qədər uzun müddət davam edərsə bu bir o qədər ailə münasibətlərinizi zədələyəcək, problemin düzəlmə şansını azaldacaqdır. "NARINC" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmova

Uşağınız yemək yemirsə...Səbəbi psixoloji problemlər ola bilər

Uşaqların iştah və qida davranışının nasazlığı arxasında ciddi psixoloji problemlər gizlənə bilər. Psixoloq.az xəbər verir ki, bu barədə xarici mütəxəssislər məlumat veriblər. Belə ki, tədqiqatda səkkiz yaşdan on iki yaşa qədər iştah və ya qida davranışıyla müxtəlif problemlər yaşayan 215 nəfər uşaq iştirak edib. Psixoloqların gəldiyi qənaətə görə, belə uşaqlar tez-tez psixoloji problemlərdən əziyyət çəkiblər, həyacan və narahatlığ hiss ediblər, həmçinin əhval-ruhiyyənin dəyişməsindən, diqqətin defisiti sindromundan və hiperaktivliydən əziyyət çəkiblər. “Bizim tədqiqatımızın nəticələri göstərir ki, biz yoxlayan uşaqların 22,7 faizi psixoloji təziqdən əziyyət çəkdiyini, (məsələn istehzalar, sataşmaqlar) etiraf ediblər – məhz bunlar onların qida davranışına təsir edib” – deyə məlumatda bildirilib. Sorğunun nəticələrinə görə, uşaqların 69,4 faizı çəki yığmaq qorxusu hiss etdiklərini, 46,6 faizı isə özlərini kök hesab etdiklərini etiraf ediblər.

Uşağınız oxuma və yazmağı bilmirsə...

Bəzi uşaqlarda müşahidə edilən oxuma pozuntusu, diqqət əksikliyi və s kimi problemlər əksər zaman ailələrin diqqətindən qaçır. Mütəxəssislər bu barədə valideynləri diqqətli olmağa çağırır. Mövzu ilə bağlı türkiyəli psixoloq Arslan Özcanlı məlumat verib. Psixoloqun sözlərinə görə, əgər uşaqlarda rahat yazma, oxuma yoxdursa şübhə duyulmalıdır. Bu zaman uşağa zəka testi etdirilməlidir. Adətən uşaqlar riyazi hesablarda daha çox çətinlik çəkirlər. Uşaqların bəziləri hərfləri qarışdırma problemini yaşayırlar. Belə ki, b-d, ve-ev və m-lərin n kimi oxunmağı mümkündür. Yaranan problemləri adətən 3 yaşından sonra təsbit etmək mümkündür. Oxumada olduğu kimi yazmada da çətinliklər yarana bilər. Problemi fərq edilməyən uşaqlar, məktəbi buraxmaq məcburunda qalırlar. Bəzən isə uşaqlarda yazıları tərs oxumaq kimi xüsusiyyət formalaşır.Bu vəziyyət ana ata tərəfindən aşkar edilmədiyi zaman çox çətin hal alır. Azyaşlı dərsləri oxuya bilmir, valideyn isə dərində yatan əsas səbəbi anlamır. Nəticədə isə uşaqlar məktəbi tərk etmək məcburunda qala bilirlər.  Belə uşaqların bir qismi tamamilə müalicə edilərək düzəldilir. Müalicə psixoloq, pedaqoqlarla birlikdə aparılır.(həkimtap)

Bu yaşda uşağı bağçaya qoymayın – Psixoloq bağça seçimindən danışdı

Bağça uşağın sosiallaşması baxımından mühüm yerdir. Bu səbəbdən mütəxəssislər valideynlərə müəyyən yaşdan sonra uşaqlarını bağçaya qoymağı tövsiyə edirlər. Ancaq ilk zamanlar istər uşaq, istərsə də ana üçün çətin dövr olur. Çünki hər uşaq baxçaya eyni cür adaptasiya olmur. Bəs bağçada nələrə diqqət edilməlidir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən EMDR terapevt, psixoloq Yeganə Özeçelebinin sözlərinə görə, uşaqları bağçaya göndərməmişdən  qabaq  onları bu rejimə alışdırmaq lazımdır:  “Yəni ilk olaraq baxçanın yemək saatına, oyun zamanına diqqət edilməlidir. Bağçadan öncə onun haqqında uşağa məlumat vermək lazımdır. Həmçinin digər uşaqlarla oynamağa, paylaşmağı öyrətmək lazımdır.  Eyni rejim isə evdə tətbiq edilməlidir ki, uşaq buna alışsın”. Psixoloq uşaqların 3 yaşında qoyulmağının əleyhinədir.  “Çalışılmalıdır ki, bağçaya qoyulan zaman uşaq 3 yaş krizinə düşməsin. Ya 3 yaşından əvvəl ya da sonra göndərmək daha məqsədli olar.  Çünki 3 yaş krizində adaptasiya daha çətin olur. Uşağın alışması rahat keçsin deyə uşaq sərbəst buraxılmalıdır. Məs, çalışılmalıdır ki, azyaşlı yeməyi yeyə bilsin, tualet etiyacını görə bilsin. Əgər uşaq özünə baxa bilərsə, adaptasiya müddəti daha rahat olar. Ən əsas məqamlardan biri isə uşağa onun rahat edəcəyi geyimləri geydirməkdir”,-deyə psixoloq vurğulayıb. Şəhanə Quliyeva

Elektron qurğular beyin fəaliyyətini azaldır - Dəhşətli araşdırma

"CHEO" tədqiqat institutunun alimləri uşaq və yeniyetmələrin istifadə etdikləri elektron qurğuların beyin fəaliyyətini azaltdığını və normal inkişafa mane olduğunu müəyyənləşdiriblər. Psixoloq.az bildirir ki, tədqiqatlara görə, 20 uşaqdan yalnız biri qurğulardan təyinatı üzrə istifadə edir, digərləri isə rejimi dəyişərək smartfon və planşetlərdən sui-istifadə hallarına yol verirlər. Həkim tövsiyələrinə mütəmadi əməl etməyən uşaqlar üzərində keçirilən sınaqlar əqli qabiliyyətin azaldığını, eləcə də ümumi səhhətin pisləşdiyini göstərib. Mobil qurğular vasitəsilə internet və sosial şəbəkələrə həddən artıq aludəçiliyin ən ağır nəticələri arasında həkimlər tərəfindən müalicəsi ciddi müdaxilə tələb edən psixi pozğunluqlar qeyd olunur.(azərtac)

“Ailələrin ən böyük problemi uşaqların saatlarla seriallara baxmasıdır”

Televizor faydalı olduğu kimi çox zərərli bir şeyə də çevrilə bilər. Xüsusən uşaqlar üçün televizorun çox təhlükəli nəticələr yaratması mümkündür. Çünki televizorda yayımlanan film və proqramlar uşaqlar üçün hazırlanmış şeylər deyil. Vəziyyət belə olduqda, televizor uşaqlar üçün çox təhlükəli ola bilir. Televizora baxarkən böyüklərdən birinin uşaqla birgə izləməsi, onun yaşına uyğun şərhlər verməsi həm uşağın biliklərini artırar, həm də qavraya bilmədiyi şeyləri səhv anlamasının qarşısını alar.   Elə psixoloq Vəfa Əkbər də açıqlamasında valideynlərin nələrə diqqət etməli olduqlarını qabardıb: “Əslində ailələrin ən böyük problemi evlərində məktəbə gedən uşaqların və hətta məktəbə yaşı düşməyən uşaqların qarşısında əyləşib saatlarla seriallara baxmasıdır. Mövzunu o qədər qabarıq şirin formada danışırlar ki, bu da uşaqları cəlb edir. Azyaşlı uşaqların fəaliyyəti dərs maraqları, oynamaq olmalıdır. Onlar isə, fikirlərini daha çox seriallara, serialda baş vermiş hadisələrə və sujeti  xatırlayaraq onu qabarıq yaşamağa can atırlar. Belə olduğu təqdirdə, uşaqlar daha çox bayağı həyatı, real olmayan həyatı yaşamaq istəyirlər. Çalışmaq, əziyyət çəkmək, nəyəsə nail olmaq istəyi, bu tip uşaqlarda o qədərdə güclü olmur. Əslində burda tərbiyə mühüm rol oynayır. Həm atanın, həm də ananın üzərinə böyük məsuliyyət düşür. İki obraz bir araya gəldikdə uşaqlar bayağı seriallardan uzaq duracaqlar. Öz yaşıdlarının tələb etdiyi fəaliyyətlə məşğul olmuş olacaqlar”.(Moderator.az)

Uşaq tərbiyəsində dayələrin rolu

Hər doğulan körpə valideynlər üçün bir sevinc və sevgi qaynağı olmanın yanında bəzi məsuliyyətləri də özü ilə bərabər gətirir. Valideynlər doğulan körpələrinin sağlam və qüsursuz olduğunu görüncə rahatlanır, lakin uşağı necə böyütmək və tərbiyə etmək mövzusunda zərrə qədər narahatçılıq keçirmirlər. Əslində, körpənin ən təhlükəsiz və etibarlı yeri ana bətnidir. Körpə dünyaya göz açdığı gündən etibarən isə artıq onun maddi, mənəvi və ruhi inkişafı üçün diqqətli baxıma və doğru tərbiyə edilməyə ehtiyaci var.Uşaq tərbiyəsində ən mühüm iş, tətbiq ediləcək metod və prinsipi düzgün seçməkdir. Uşaq ata-anasına əmanətdir. Onun təmiz qəlbi hər cür əyrilik və şərdən uzaq, saf və bərraqdır. Uşaq xeyrə alışdırılar, yaxşılıq təlqin edilərsə, xeyirli bir nəslin nümayəndəsi olaraq yetişər. Əksinə, ətraf mühitdən gördüyü mənfi xislətlər və davranışlar onun gələcək inkişafı üçün təhlükə yarada bilər. Bunda əsas faktorun ata-ana və dayələrin üzərinə düşdüyünü vurğulamaq lazımdır.  Niyə dayələr? Cünki zəmanəmizin tələblərindən biri də işləyən ata-anaların körpələrinin dünyaya gəlişi ilə bir müddət sonra ya ehtiyac üzündən ya da karyera qurma kimi səbəblərlə övladlarını dayələrə əmanət etmələridir.Təbii ki, dayələr də analar kimi uşaqların maddi baxımını üzərinə alır, yəni yedizdirir, içizdirir və yatızdırırlar. Əsas diqqət yetirilən xüsus onların mənəvi tərbiyəsinə nə dərəcə xidmət edə bilirlər? Çünki körpələrə maddi qayğının yanında mənəviyyatın aşılanması, düzgün xarakterin formalaşması və şəxsiyyətin oturması kimi prinsiplər təlqin edilməli, onun insan kimi yetişdirilməsinə diqqət yetirilməlidir.Təəssüflər olsun ki, bu kimi kriteriyalar hər valideynin fikir vermədiyi, nəzərdən qaçırdığı, xüsuslardır. Dayələr tutulduğu zaman əsas fikir verdikləri nöqtələr uşağı vaxtında yedizdirib yatızdırmaq və gəzdirməkdir. Onların düzgün xarakterlərinin formalaşmasına səbəb olan oyunlar, nağıllar və dastanları hər dayə bilməz. Halbuki uşaqlara maddi qayğının yanında mənəvi ruhun aşılanması və inkişaf etməsi üçün  yaxşı xislətlərə və davranışlara sahib olması üçün faydalı, ibrətamiz məsəllər və hekayələr danışmaq uşaqların yaxşı xüsusiyyətlərlə tərbiyə edilməsinə səy göstərmək, onun gələcəkdə ailəsinə və vətəninə yararlı və sağlam bir nəsil kimi yetişməsinə səbəb ola bilər. Dayələr aranarkən diqqət yetiriləcək əsas faktorlardan biri də dayələrin əsəbi, səbirsiz və sinir pozğunluğu yaşayan və ya problemli insanlar olmamalarıdır. Əsəbi bir insan etdiyi bir yanlış hərəkət qarşısında çığırıb-bağırmamalı, etdiyi yanlışı düzəltməyin yollarını səbir və təmkinlə başa salmalıdır. İmam Qəzzali bu xüsusda tərbiyəçilərin məsuliyyətinin nə qədər böyük olduğunu belə vurğulayır: “Təlim və tərbiyə ilə məşğul olan bir insan, bəşərin qəlbləri və ruhları üzərində tasarrufda olan insandır. Yer üzünün ən şərəfli varlığı insan cinsidir; İnsanın ən dəyərli varlığı da onun qəlbidir. Tərbiyəçi isə belə dəyərli olan insan qəlbini mükəmməlləşdirmək, təmizləmək və Allaha yaxınlaşmağa sövq etməklə məşğul olan insandır”.Bu səbəbdən valideynlər övladlarını dayələrə verərkən əxlaqlı insanlar olmalarını əsas faktor olaraq görməli, uşaqlarının yaxşını pisdən ayıracaq xüsusiyyətlərlə yetişməsini əsas səbəb kimi görməlidirlər. Dayələr də onlara əmanət edılən körpələrin həm ruhən və mənən, təmiz xislətli yetişmələrinin şüuru içində olmalarına diqqət yetirməlidirlər. Təlim və tərbiyədə uğur qazanmanın əsas şərti, tərbiyəçilərin sözləri və tövsiyələri ilə yaşayışlarının bir-birinə paralellik ərz etməsidir. Eyni zamanda əmanət etdikləri dayələri seçərkən onlara verilən məvaciblərinin az olmasına deyil, əxlaqi keyfiyyətlərinin üstün olmasına fikir verməlidirlər. Çünki xeyirli övlad xeyirli bir tərbiyənin məhsuludur.  Samirə Mahmudova «Bizim ailə» jurnalı

Uşağa hansı yaşdan xarici dil öyrədilməlidir? – Psixoloq valideynin yanlışlarından danışdı

Hər valideyn uşağının savadını, gələcəkdə isə təhsilini ən üst səviyyədə görmək istəyir. Bu səbəbdən isə  bəzən uşaqlar eyni anda bir neçə kursa göndərilir və ya ana dilində danışa bilmədən xarici dilə meylləndirilməyə çalışılır. Bəs uşağa xarici dil hansı yaşdan öyrədilməlidir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən uşaq psixoloqu Nigar Cəbrayılın sözlərinə görə, bunun üçün ilk olaraq uşaq ana dilində sərbəst danışa bilməlidir: “Əgər övladınız 2 yaşında sərbəst  hansısa bir dildə öz fikrini ifadə edirsə, 2,5 -3 yaş dövründə digər xarici dili də əlavə etmək mümkündür (hər hansısa şeirlər, yanıltmaclar və ya rəng saymaqla bunu etmək daha gözəl olar)”. Psixoloq, 3-5 yaş dövrünün məktəbəqədər mərhələ olduğunu bildirib. “Rollu oyunlar vasitəsilə uşağı motivasiya edərək xarici dil öyrətmək üçün daha optimal bir zamandır. Bu isə daha gözəl nəticə verə bilər. Ona görə ki, bu yaş dövründə uşağın daxili məni formalaşır və böyüklərin tələblərinə uyğun olmaq istəyi artaraq, motivasiya edilərək nəticə əldə olunur”, -  deyə Nigar xanım qeyd edib. Şəhanə Quliyeva

"Qurbanın kəsilməsi uşaqda travmatik iz qoya bilər" - Bəs necə etməli?

Azərbaycanda Qurban bayramı  dövlət səviyyəsində, 27 oktyabr 1992-cil tarixli qanuna əsasən bayram kimi qeyd edilir. Müqəddəs bayram olduğu üçün insanlar daha həssas yanaşırlar. Psixoloq.az xəbər verir ki, artıq əksər evdə qurbanlıqlar alınıb. Bəzi insanlar isə bayramın məğzini uşaqlarına daha yaxşı aşılamaq üçün qurbanı onların gözü qarşısında kəsməyə üstünlük verirlər. Hətta qoyunun qanından uşağın alnına vuranlar da az deyil. Bəs qurbanın azyaşlıların gözü önündə kəsilməsi doğrudurmu? Məsələ ilə bağlı Psixoloq.az-a açıqlama verən uşaq psixoloqu Nigar Cəbrayılovanın sözlərinə görə, uşaqlarda yaddaşın formalaşma prosesi 2,5-3 yaş ərzində başa çatır və bu zamandan etibarən uşaqlar hər bir şeyi gözəl  yadda saxlayıb həyatı boyu xatırlaya bilirlər: “2,5 yaşa qədər isə hər şey uşağın şüuraltında toplanır. Uşaq psixikası çox incədir. Diqqətli olmaq lazımdır. Bir psixoloq kimi qurban kəsilən zaman 6 yaşa qədər olan uşaqların bunu izləməsinə xoş baxmıram. Bu prosesi göstərməzdən öncə bu barədə maarifləndirmə işləri aparılsa daha xoş olar. Valideynlər Qurban bayramının necə yaranmasından, keçmişindən bəhs etsələr daha məqsədəuyğun olar. Bundan sonra uşaq hadisənin mahiyyətini dərk edəcək və onun üçün daha maraqlı olacaq. Həmçinin azyaşlı bunu stressiz, psixoloji travmasız keçirə biləcək”. Psixoloq vurğulayıb ki, qoyunun kəsilməsi, bu hadisəyə şahid olan və məlumatsız uşaqda travmaya səbəb ola bilər. “Bu hadisə uşaqlarda travmatik iz qoya bilər. Əgər ətin imkansız və ehtiyacı olan ailələrə paylanması izah edilərsə bu proses stressiz keçə bilər”, - deyə Cəbrayılova qeyd edib. Şəhanə Quliyeva