Uşaq Psixologiyası

Sabahın dəyişə bilmədiyi dünən: Bağlanma Nəzəriyyəsi

Bowlby, psixoanalizdə ana-uşaq münasibətinə radikal bir baxış gətirdi: o deyirdi ki, uşaq üçün bağlanma instinktivdir, həyatda qalmaq qədər təbii bir ehtiyacdır. Bu, sadəcə qida və fiziki baxımla izah olunmurdu – bu, emosional təhlükəsizlik ehtiyacı idi. Freudun libidinal yanaşmasından fərqli olaraq Bowlby dedi ki, uşaq anaya ehtirasla yox, bağlanaraq bağlanır – və bu bağın keyfiyyəti onun gələcək münasibətlərini, özünə və dünyaya baxışını formalaşdırır. O, travma və ayrılığın uşağın psixikası üçün nə qədər dağıdıcı ola biləcəyini vurğuladı. Qısa müddətli ayrılıqlar belə uşaqda tərk edilmə qorxusu, depressiya, ya da duyğusal donma ilə nəticələnə bilərdi. O deyirdi ki, “təhlükəsiz baza” anlayışı – yəni uşaq üçün sabit və etibarlı bir figurun varlığı – onun dünyanı araşdırması, özünü inkişaf etdirməsi üçün vacibdir. Bowlby-nin fikrincə, psixopatologiyanın bir çox forması – şəxsiyyət pozuntuları, depressiya, bağlanma çətinlikləri – erkən bağlanma təcrübələrindəki pozuntulardan qaynaqlanır. Yəni o deyirdi: bir uşağın gələcək həyatını anlamaq üçün onun kimə necə bağlandığına, və bu bağın nə vaxt, necə qopduğuna bax. Bağ varsa həyat var. Yoxdursa, içimizdə bir yer daima yarımdır. Bowlby-nin nəzəri baxışı bağlanma nəzəriyyəsi (attachment theory) adı ilə tanınır və o, bu yanaşmanı həm təkamül, həm də psixodinamik təməllərlə qurur. Əsas ideyaları bunlardır: 1. Bağlanma instinktivdir: Uşağın anaya və ya baxım verən figur(ağ) bağlanması yalnız sevgi və ya ehtiras deyil, bioloji olaraq həyatda qalmaq üçün formalaşan bir instinktdir. O, bu prosesi heyvan davranışları (etologiya) ilə müqayisə edir. 2. Daxili İşlək Modellər (Internal Working Models): Uşaq bağlanma fiquru ilə münasibətlərindən beynində bir “şablon” formalaşdırır – bu model, gələcək münasibətlərə və özünə olan münasibətə yön verir: “məni sevirlərmi?”, “etibarlıyam?”, “digərləri etibarlıdırmı?”. 3. Təhlükəsiz və təhlükəli bağlanma: Bowlby, fərqli bağlanma tiplərinin (təhlükəsiz, narahat, qaçınan və dezorganize) şəxsiyyətin formalaşmasına təsir etdiyini vurğulayır. Təhlükəsiz bağlanma olan uşaq daha çevik, emosional baxımdan dayanıqlı olur. 4. Ayrılma və itkini araşdırması: Bowlby psixopatologiyanı çox vaxt ayrılma travmaları ilə əlaqələndirir. Uşaqda “daimi obyekt” yoxdur və bağlanma fiquru itəndə ciddi emosional pozuntu baş verə bilər. 5. İnkişaf edən sistem: Bowlby-yə görə psixika statik struktur deyil, zamanla təcrübəyə əsasən inkişaf edən bir sistemdir. Burada psixoanalizdəki sabit libidinal mərhələlər yerini dinamik münasibət şəbəkəsinə verir. Bowlby, psixoanalitik düşüncəyə elmi, müşahidəyə əsaslanan və bioloji köklü bir dinamika gətirir. Onun fikrincə, psixoloji sağlamlığın əsası erkən münasibətlərin keyfiyyəti ilə qoyulur. 1. Bağlanma davranışının instinktiv əsasları  Bowlby-yə görə, bağlanma davranışı (ağlamaq, yaxınlıq axtarmaq, təmas qurmaq) insanın sağ qalması üçün təkamül nəticəsində formalaşıb.  Körpə üçün ana və ya əsas baxım verən şəxs təhlükəsizlik mənbəyidir – təkamül baxımından onu təhlükələrdən qoruyan fiqur. 2. Bağlanma sisteminin inkişaf mərhələləri   Doğumdan 6-8 həftəyə qədər: Körpə istənilən insana qarşı reaksiya verə bilər.   6-8 həftədən 6-8 aya qədər: Körpə müəyyən şəxslərə daha çox reaksiya göstərir, seçici bağlılıq başlayır.   8 aydan sonra: Aydın bağlılıq formalaşır, yad insan qorxusu, ayrılıq narahatlığı müşahidə olunur.   3 yaşdan sonra: Bağlanma daha qarşılıqlı və sabit hala gəlir. Uşaq baxım verənin psixi varlığını (daxili obrazını) içsəlləşdirir. 3. Daxili İşlək Modellər (Internal Working Models)  Körpənin erkən münasibət təcrübələri onun dünyanı, digərlərini və özünü necə gördüyünü formalaşdırır.  Bu modellər gələcək romantik münasibətlərə, dostluqlara, özünə münasibətə təsir edir. 4. Bağlanma tipləri (Mary Ainsworth ilə birlikdə işlənib)   Təhlükəsiz bağlanma: Uşaq ayrıldıqda narahat olur, geri döndükdə isə sakitləşir.   Qaçınan (avoidant): Uşaq ayrılığa reaksiya vermir, qayıtdıqda da duyğusal bağ göstərmir.   Ambivalent (narahat): Uşaq çox narahat olur, geri döndükdə həm yaxınlaşmaq, həm də qəzəb göstərir.   Dezorganize: Ziddiyyətli və başsız davranışlar – travma və ya istismar göstəricisi ola bilər. 5. Ayrılma və İtkilərin Psixoloji Təsiri  Bowlby ayrılığın qısamüddətli və uzunmüddətli psixoloji təsirlərini araşdırıb.  Ayrılıqdan sonra müşahidə olunan mərhələlər: etiraz , ümidsizlik , kəsişmə (detachment) .  Uşaqda bu travmalar gələcəkdə emosional soyuma, depressiya və əlaqə çətinliklərinə səbəb ola bilər. 6. Psixopatologiya və bağlanma pozuntuları  Bowlby-nin fikrincə, bir çox psixi pozuntuların kökü (depressiya, şəxsiyyət pozuntuları, antisosial davranışlar) uşaq vaxtı formalaşan pozulmuş bağlanma təcrübələridir.  Müalicə üçün terapevtik əlaqənin yeni və sağaldıcı “bağlanma təcrübəsi” yaratması vacibdir.  Təhlükəsiz bağlanma Bowlby və Mary Ainsworth-un bağlanma nəzəriyyəsində ideal və sağlam bağlanma formasını təmsil edir. Təhlükəsiz bağlanma nədir? Uşaqla əsas baxım verən (adətən ana) arasında davamlı, ardıcıl və duyğusal cəhətdən cavabverici bir münasibətin qurulması nəticəsində formalaşır. Körpə özünü bu münasibət daxilində təhlükəsiz , dəyərli və sevilən hiss edir. Uşaqda necə təzahür edir? • Ayrıldıqda : Baxım verən şəxs otaqdan çıxanda uşaq ağlayır və narahatlıq keçirir. • Qayıtdıqda : Qısa müddətə sakitləşir, yaxınlıq istəyir, təsəlli tapır. • Müstəqillik : Otaqda sərbəst şəkildə araşdırma aparır, ətraf mühiti tədqiq edir – çünki bilir ki, təhlükə olsa, geri dönə biləcəyi “təhlükəsiz liman” var. Yetkinlikdə necə təzahür edir? • Sağlam münasibətlər qurur. • Yaxınlıq və müstəqillik arasında tarazlıq saxlaya bilir. • Emosional tənzimləmə bacarığı yüksəkdir. • Konfliktlər zamanı yaxınlığı qoruyur, uzaqlaşmır və ya yapışqan olmur. Baxım verən şəxs necə davranıb? • Körpənin siqnallarına həssaslıqla və ardıcıl cavab verib. • Fiziki və emosional ehtiyaclarını vaxtında qarşılayıb. • Uşağın duyğularını tənzimləməsinə yardım edib (sakitləşdirmək, ad vermək, yaxın olmaq). Təhlükəsiz bağlanma uşağın özünü tənzimləmə , özünə güvən , digərlərinə etibar kimi psixoloji strukturlarının təməlinin atıldığı bağlanmadır. Çəkingən (və ya qaçınan) bağlanma Bowlby və Ainsworth-un nəzəriyyəsinə görə, uşaq əsas baxım verənin (valideynin) duyğusal olaraq uzaq , soyuq və ya rəddedici münasibəti ilə formalaşır. Körpə dövründə: • Ayrıldıqda : Uşaq çox az reaksiya verir, sanki ayrılığa təsirlənmir. • Valideyn qayıtdıqda : Onu ya görməzdən gəlir, ya da az emosional reaksiya verir. • Daxildə isə : Tədqiqatlar göstərib ki, bu uşaqlar fizioloji olaraq stres yaşasalar da , bunu ifadə etməməyi öyrənmiş olurlar. Niyə belə olur? • Baxım verən şəxs uşaq emosiyalarını (xüsusilə narahatlıq və ağlama) rədd edir , cavabsız buraxır və ya tənqid edir . • Körpə emosional ehtiyaclarının qarşılanmayacağını öyrənir və emosional yaxınlıq ehtiyacını repressiya edir . Yetkinlikdə: • Yaxın münasibətlərdə uzaq , soyuq və emosional olaraq əlçatmaz ola bilər. • Emosiyaları ifadə etməkdə çətinlik çəkir. • Müstəqilliyə həddindən artıq önəm verir, yaxınlıqdan qaçır . • Münaqişədən yayınır, “özünü yormamaq” üçün əlaqələri məsafəli saxlayır. Bu bağlanma tipi, sevgi və bağlılığın təhlükə, zəiflik və nəzarət itkisi kimi şərh olunmasına səbəb ola bilər. Təşvişli (ambivalent, narahat) bağlanma Uşağın baxım verənə qarşı güvən və narahatlıq arasında ilişib qaldığı bağlanma formasıdır. Ana-bala münasibəti qeyri-stabil və dəyişkən olanda formalaşır. Körpəlik dövründə: • Valideynin reaksiyaları qeyri-müntəzəmdir : Bəzən sevgi doludur, bəzən isə laqeyd və ya əsəbidir. • Körpə başa düşə bilmir: “Məni sevəcək, yoxsa yenə soyuq olacaq?” • Ayrıldıqda : Körpə güclü narahatlıq keçirir. • Qayıtdıqda : Uşaq həm sarılmaq istəyir, həm də incik davranır. Sanki “məni qoyub getdin, amma sənsiz də qala bilmirəm”. Niyə belə olur? • Valideyn emosional ehtiyaclara bəzən cavab verir , bəzən isə rədd edir . • Uşaqda konfliktli bir bağlılıq ehtiyacı yaranır – yaxınlıq istəyir, amma rədd olunmaqdan qorxur. Yetkinlikdə: • Münasibətlərdə yapışqan , çox asılı ola bilər. • Qarşı tərəfin sevgisinə daim zəmanət axtarar . • Tərk edilmək qorxusu ilə təhlükəsizliyi özü pozar . • Əhvalı tez dəyişir, qarşı tərəfi həm ideallaşdırar, həm günahlandırar. Bu bağlanma tipi insanın yaxın münasibətlərdə həm intens arzu , həm də böyük təşviş yaşamasına səbəb olur. Qarışıq bağlanma  Qarışıq (dezorganize) bağlanma — ən qeyri-sabit və ziddiyyətli bağlanma formasıdır. Uşaq üçün baxım verən eyni anda həm təhlükə mənbəyi , həm də təhlükəsizlik mənbəyidir . Bu, psixikada parçalanmış bir vəziyyət yaradır. Körpəlik dövründə: • Valideyn şiddətlidir, travmatikdir, ya da özü travmatizə olunmuşdur . • Uşaq valideynə yaxınlaşmaq istəyir , amma ondan qorxur . • Davranışlar ziddiyyətlidir : uşaq həm yaxınlıq istəyir, həm donur, ya da qaçır. • Məsələn, ana otağa girəndə uşaq sarılmaq istəyir, amma birdən üzünü çevirib donub qalır. Niyə belə olur? • Baxım verən şəxs bəzən travma qaynağı dır (fiziki və ya emosional zorakılıq, laqeydlik, sui-istifadə). • Uşaqda “mən harada təhlükəsizəm?” sualına cavab yoxdur. • Qorxu və ehtiyac birləşir → psixikada nizam pozulur . Yetkinlikdə: Münasibətlərdə qarışıq siqnallar verir : yaxınlıq istəyir, amma yaxın olanda itir. Emosional özünü tənzimləmədə çətindir – partlayışlar, dondurma, impulsiv davranışlar. Özünə və başqasına güvənməkdə çətinlik çəkir .Dissosiasiya, depressiya, şəxsiyyət pozuntuları riskləri arta bilər. Dezorganize bağlanma adətən uşaqlıq travmalarının psixoloji izidir. Psixoterapiyada bu strukturlarla işləmək zaman və sabit münasibət tələb edir.  Daxili İşlək Model (Internal Working Model) anlayışı John Bowlby-nin bağlanma nəzəriyyəsinin əsas sütunlarından biridir və uşağın erkən münasibətyönlü təcrübələrinin nəticəsində beynində formalaşan emosional və kognitiv “xəritə” kimidir. Bu model vasitəsilə insan özünü , başqalarını və münasibətləri anlamağa başlayır. Necə formalaşır? Uşaq ana və ya baxım verən şəxslə təkrarlanan münasibət təcrübələrindən öyrənir:   Sevilirəmmi?   Kimsə mənə cavab verəcəkmi?   Məni tərk edəcəklərmi?   Həssaslıq təhlükəlidirmi? Bu suallara cavablar uşaqda şüuraltı səviyyədə daxili bir model yaradır. Üç əsas komponent: 1. Özünə dair model – Mən sevilesi və dəyərliyəmmi? 2. Başqasına dair model – Başqalarına güvənmək olarmı? 3. Münasibətə dair model – Yaxınlıq təhlükəlidirmi, yoxsa təhlükəsiz? Daxili işlək modelin funksiyası:   Gələcək münasibətləri yönləndirir – kiminlə yaxın olmaq istədiyimiz, necə münasibət qurduğumuz bu modelə əsaslanır.   Qavrayış və gözləntiləri formalaşdırır – qarşıdakının davranışlarını necə oxuduğumuz və nə gözlədiyimiz bu modeldən gəlir.   Özümüzü tənzimləməyə kömək edir – emosional və davranış tənzimi bu modelin sabitliyinə bağlıdır. Disfunksional modellər: Əgər uşaq təhlükəli, etibarsız və ya rəddedici münasibətlər yaşayıbsa, onun daxili işlək modeli də:   “Mən sevilməyə layiq deyiləm”   “Heç kimə güvənmək olmaz”   “Yaxınlıq zərərlidir” kimi inamlarla formalaşa bilər. Bu modellər şəxsiyyət quruluşuna , emosional reaktivliyə , romantik münasibətlərə , hətta terapevtik alliansa təsir edir. İtki və ayrılıq İtki və ayrılıq psixoanaliz və obyekt münasibətləri nəzəriyyəsində çox mühüm mövzulardır, çünki erkən yaşlarda yaşanan itkilər insanın daxili dünyasında dərin izlər qoyur və şəxsiyyətin formalaşmasına təsir edir. İtki və ayrılıq nədir?   İtki — əziz bir obyektin (adətən valideynin və ya bağlandığın şəxsin) fiziki və ya emosional itirilməsi.   Ayrılıq — obyektlə əlaqənin məhdudlaşması, uzaqlaşması və ya qopması. Bu hadisələr uşaqda qorxu, kədər, qəzəb və tənhalıq kimi hisslərin ortaya çıxmasına səbəb olur. Psixoanalitik baxışda  İtki və ayrılıq təcrübəsi uşağın “obyekt dünyası”nın yenidən təşkili üçün kritik mərhələdir.  Bu təcrübələr uşağın baxıcısına (məsələn, ana) olan bağlılığını sınayır və bağlanma sisteminin güclənməsini və ya zəifləməsini müəyyən edir.  Melanie Klein bu mövzuda “mövqelər” anlayışı ilə yanaşır — uşaq itkini “parçalanma” və “qoruyucu mövqe” kimi psixik müdafiələr vasitəsilə emal edir. İtkinin daxili işlək modellərə təsiri  Sağlam emal olunan itkidir ki, uşağın daxili obyekti (yəni ana və ya baxıcı təsviri) real xarici obyektlə birləşir və uşaq ayrılığı və itkiyi anlamağa başlayır.  Amma əgər itkini emal etmək alınmazsa, uşaqda daxili boşluq, tərk edilmişlik hissi, nifrət və ya idealizasiya kimi simptomlar yarana bilər. Ayrılıq qorxusu və itkiyə reaksiyalar  Ayrılıq qorxusu — əsasən uşağın baxıcısının əlçatmazlığı və ya qeyri-müəyyənliyi ilə əlaqədar yaranan dərin narahatlıqdır.  Bu qorxu həyat boyu münasibətlərdə özünü tərk edilmək, aldanmaq və ya tərk etməkdən qorxu kimi göstərə bilər.  İtkinin emalı zamanı kədər və yas vacibdir — əks halda şəxsində daxili gərginlik və psixi pozuntular qalıcı ola bilər. Yetkinlikdə itki və ayrılıq  İtki təcrübələri yetkinlikdə də özünü göstərə, məsələn, münasibətlərdə bağlılıq problemlərinə, ayrılıqdan qaçmağa və ya obsesif bağlanmaya səbəb ola bilər.  Psixoterapiyada bu təcrübələr üzərində işləmək, şəxsə itkini qəbul etməyi və onunla yaşamağı öyrətmək əhəmiyyətlidir. Qısaca, itki və ayrılıq insanın daxili dünyasının formalaşmasında, əlaqə qurma qabiliyyətində, emosional tənzimləməsində və şəxsiyyət strukturunda əsas rol oynayan təcrübələrdir. İntrospeksiya və terapiya bu təcrübələrin sağlam inteqrasiyasına kömək edir. Boulbiyə görə ayrılıq və itki John Bowlby-nin nəzəriyyəsi çərçivəsində ayrılıq və itki anlayışları bağlanma nəzəriyyəsinin mərkəzində dayanır və insanın emosional inkişafında fundamental rol oynayır. Bowlby-ə görə, erkən uşaqlıqda əsas bağlanma obyektindən — adətən ana və ya baxıcıdan — ayrılmaq ya da onu itirmək uşağın təhlükəsizlik və emosional sabitliyinin pozulmasına səbəb olur. Bu, uşaqda dərin narahatlıq, qorxu və stress reaksiyası yaradır. Uşaq bu təhlükəni bağlanma sistemini aktivləşdirərək aradan qaldırmağa çalışır — baxıcıya qovuşmaq üçün hərəkət edir, ağlayır və diqqət çəkməyə çalışır.  Ayrılıq və itki prosesində Bowlby aşağıdakı mərhələləri qeyd edir: 1. Şok və rədd etmə: Uşaq ilkin olaraq ayrılığı qəbul etməz, baxıcının yoxluğunu inkaredər. 2. Yas və kədər: Uşaq itkinin reallığını anlayır, kədər və yas prosesi başlayır. 3. Ayrılma: Uşaq emosional olaraq bağlanma obyektindən uzaqlaşmağa başlayır, bəzən adaptasiya məqsədilə. Bowlby vurğulayır ki, bu mərhələlərdə uşağın təcrübəsi və baxıcının reaksiyası onun gələcəkdəki bağlanma üslubuna, emosional sağlamlığına təsir edir. Məsələn, təhlükəsiz bağlanma mövcud olduqda, uşaq itkini emal edib yeni münasibətlərə açıq ola bilir. Təhlükəsiz olmayan bağlanma isə itki və ayrılıq təcrübəsini daha ağır, travmatik edə bilər. Və nəhayət: Boulbi deyirdi ki, insanın iç dünyası, münasibətləri və özünü anlama tərzi uşaq vaxtı ana ilə qurduğu bağın sehrli ipinə bağlıdır. Bu ip – bağlanma – bizi dünyaya açan, qoruyan, bəzən də sarsıdan körpü kimidir. Əgər körpə ana sevgisini, təhlükəsizliyi hiss edə bilmirsə, içindəki o körpə qorxu və ayrılıqla dolur, dünyaya qarşı qorxulu, çəkingən baxır. Amma təhlükəsiz bağlanma varsa, insan özünü dəyərli, sevilməyə layiq hiss edir, həyatda addımlarını daha inamla atır. Boulbi üçün bağlanma sadəcə sevgi deyil, həyatı yaşamağın, əslində özümüzlə və başqaları ilə əlaqə qurmağın ən əsas yolu idi. O, göstərdi ki, ruhun yarası çox vaxt itki və ayrılıqdan doğur, amma bu yara, doğru terapiya və münasibətlə sağala bilər. Beləcə, Boulbi bizə insanın ən dərin ehtiyacının “bağlanmaq” olduğunu xatırlatdı – sevilmək, qorunmaq və əslində “evdə olmaq” arzusu. Nəsimi Qiyasov  Bərdə, 04.11 25

Winnicott və İnsanın Psixoloji Doğuluşu

Winnicott obyekt münasibətləri nəzəriyyəsində daha yumşaq, anaya və əlaqəyə mərkəzli yanaşması ilə fərqlənir. Winnicott üçün psixi inkişafın mərkəzində “yetərincə yaxşı ana” dayanır. Bu ana uşağın ilkin ehtiyaclarına uyğunlaşan, onun psixikası formalaşana qədər “dağıdıcı reallığı” filtrləyən şəxsdir. Uşaq bu sayədə tədricən real dünyanın çətinliklərinə alışır, tam uyğunlaşmadan, amma travmatizə olmadan. Ana burada “tutma”, “daşıma” və “refleksiya” funksiyalarını yerinə yetirir. Winnicottun məşhur anlayışlarından biri “keçid obyektləri” və “keçid fenomenləri”dir. Uşaq ana ilə simbioz halından ayrılmağa başlayarkən, ana yoxluğunu tam hiss etməmək üçün bir oyuncaq, bir yorğan parçası, bir əmzik kimi obyektlə emosional əlaqə qurur. Bu obyekt həm real deyil, həm də tam fantaziya deyil — yəni “orta sahə”dədir. Məhz bu “orta sahə” (potential space) yaradıcılığın, oyun bacarığının, incəsənətin və simvolik düşüncənin əsasını təşkil edir. Winnicott deyir ki, oyun bacarığı olmayan insan ruhən yaşaya bilməz. “həqiqi və saxta öz” anlayışına dair Uşaq əgər mühitə daim uyğunlaşmağa məcbur qalırsa, öz orijinal, spontan varlığını gizləyir və mühitin istədiyi şəkildə davranaraq bir “saxtamənlik ” inkişaf etdirir. Bu, gələcəkdə özgələşməyə, depressiyaya və psixoloji boşluğa səbəb ola bilər. Winnicott üçün sağalma, terapevtik əlaqədə bu “mühafizəedici ana” funksiyasının yenidən yaşanması ilə baş verir. Terapevt, daşıyan və tutan şəxs rolunu alaraq, xəstəyə “olmaq” təcrübəsini qaytarır. O, bir insanın “özünü real hiss etməsinin” təməlini əlaqə və münasibətdə görür. Başqa vacib anlayışı “həqiqi və saxtamənlik ”dir. Uşaq əgər mühitə daim uyğunlaşmağa məcbur qalırsa, öz orijinal, spontan varlığını gizləyir və mühitin istədiyi şəkildə davranaraq bir “saxtamənlik ” inkişaf etdirir. Bu, gələcəkdə özgələşməyə, depressiyaya və psixoloji boşluğa səbəb ola bilər. Winnicott üçün sağalma, terapevtik əlaqədə bu “mühafizəedici ana” funksiyasının yenidən yaşanması ilə baş verir. Terapevt, daşıyan və tutan şəxs rolunu alaraq, xəstəyə “olmaq” təcrübəsini qaytarır. O, bir insanın “özünü real hiss etməsinin” təməlini əlaqə və münasibətdə görür. “Yetərli ana” Bu anlayış Winnicottun bütün sisteminin təməlidir və digər anlayışlara da keçidi buradan qurmaq olur. Winnicott üçün psixik inkişafın başlanğıcında uşaq tamamilə anasından asılıdır. Yeni doğulmuş körpə üçün ana ilə fərqlilik yoxdur — o, özü ilə ananı bir sayır. Uşaq öz ehtiyaclarını ifadə etdikdə (aclıq, ağrı, qorxu), “yetərincə yaxşı ana” bu ehtiyaclara uyğun zamanda və yetərli şəkildə cavab verir. Ana bu mərhələdə:  Uşağın ehtiyaclarını sezgisel olaraq oxuyur və qarşılayır,  Körpənin “bütün gücə sahib olduğu” illüziyasını pozmadan tədricən gerçəkliyi tanımasına imkan yaradır, Yəni nə tam müdaxilə edir, nə də tam geri çəkilir — tarazlanmış bir varlıq göstərir. Bu vəziyyət uşaqda təhlükəsizlik hissi yaradır və o, özünü tədricən fərd kimi formalaşdırmağa başlayır. Yəni uşaq zamanla “mən dünyadan ayrıyam, amma bu ayrılıq qorxulu deyil” kimi bir hissi inkişaf etdirir. Ana bu mərhələdə həm bədən, həm mühit, həm təhlükəsizlik rolundadır. Bu funksiyanı daşımaq üçün mükəmməl ana olmaq şərt deyil. Winnicott “yetərincə yaxşı” deyir — yəni ana təhlükə yaratmayacaq qədər sabit, amma uşağı travmaya məruz qoymayacaq qədər çevik və cavab verən olmalıdır. Əgər ana bu rolu yerinə yetirə bilmirsə, uşaq spontan, orijinal təcrübələrini gizləməyə, mühitə uyğunlaşmaq üçün “saxtamənlik ” yaratmağa başlayır. Buradan artıq Winnicottun digər anlayışlarına — “saxtamənlik ”, “keçid obyektləri” və “oyun” sahəsinə keçmək olur. “Yetərincə yaxşı ana” rolu gündəlik həyatda təmtəraqlı davranışlardan çox, davamlılıq, təkrarlılıq və həssaslıqla seçilir. Aşağıdakı misallar bu rolu praktik olaraq necə yerinə yetirmək mümkün olduğunu göstərir: 1. Körpənin ağlamasına həssaslıqla cavab vermək: Ana körpə ağladıqda onun ac, yorğun, narahat olduğunu sezərək təxmin edir və cavab verir. Hər ağlamağa mükəmməl cavab olmasa da, bu səylə davamlı olaraq uşaqda “mən eşidilirəm, ehtiyaclarım qarşılanır” hissi yaranır. 2. Dözümlü mövcudluq: Körpənin qəzəblənməsi, gecələr ağlaması və emosional reaksiya verməsi qarşısında ana dağıdıcı olmadan, qəzəblənmədən, passiv aqressiv reaksiya vermədən yanında qalır. Bu, uşağa öz duyğularını ifadə etməyə icazə verildiyini göstərir. 3. Sərhədsiz sevgi yox, sabit mövcudluq: Uşağın ehtiyacı olduğu anda yanında olub, ehtiyac olmadığında öz yerinə çəkilən bir mövqedə durmaq. Həmişə uşağın diqqət mərkəzində olmaq deyil, uşağa öz ritmini tapmağa imkan verməkdir əsas olan. 4. Keçid münasibət obyektinə hörmət: Uşaq bir əşyanı (oyuncaq, parça, ədyal) özü üçün təskinlik vasitəsi kimi seçdikdə, ana onu “çirkli ədyalı at” demək əvəzinə, onun bu əşyaya bağlanmasını qəbul edir. Bu obyekt, uşağın anasız da sakitləşmə bacarığı inkişaf etdirməsi üçün keçid mərhələsidir. 5. Oyunu təşviq etmək: Uşağın yaratdığı simvolik oyuna (məsələn, kuklalarla danışma, xəyali çay süfrəsi) qatılmaq və bu oyunu idarə etməyə çalışmadan müşahidəçi və ya yoldaş olmaq, uşağın daxili dünyasını ifadə etməsinə imkan yaradır. 6. Uşağın fərdiyyətinə hörmət: Ana uşağı öz davamı və ya arzusunun gerçəkləşməsi kimi görmədən, onun ayrıca bir psixik varlıq olduğunu tanıyır və bu fərqliyinə uyğun davranır. Əsas fikir: Ana nə qədər “doğru davranmağa” çalışsa da, vacib olan uşağın daxili dünyası ilə rezonansa girən bir emosional varlıq göstərməkdir. Bu da uşağın “gerçəkmənlik ”ini inkişaf etdirməsi üçün zəmin yaradır. Saxta Mənlik necə inkişaf edir? Saxta kimliyin (false Self ) yaranmasına səbəb olan ana modeli, uşağın daxili ehtiyaclarına deyil, öz istəklərinə və gözləntilərinə uyğunlaşmış bir ana obrazıdır. Winnicottun dilində bu, uşağın “gerçəkmənlik ”ini deyil, “məqbul olan” birmənlik i inkişaf etdirməsinə səbəb olur. Bu modelin bəzi əsas cizgiləri belədir: 1. Emosional rezonansdan məhrumiyyət: Ana uşağın emosiyalarını həqiqi olaraq görmür və ya görmək istəmir. Məsələn, uşaq qorxduqda, “nə var bunda qorxacaq?” deyə onu inkar edir və ya utancla susdurur. 2. Öz ehtiyaclarını övladına yükləyən ana: Ana uşaqdan onu sevindirməsini, “ağıllı uşaq” olmasını gözləyir. Bu zaman uşaq anaya uyğunlaşan, ona problem yaratmayan, ehtiyaclarını geri çəkən bir obraz inkişaf etdirir. 3. Nizam və nəzarətə həddən artıq önəm: Ana hər şeyi idarə etmək istəyir: uşaq nə geyinsin, nə zaman ağlasın, nə ilə maraqlansın. Bu isə uşağın spontanlığını öldürür. Uşaq öz ehtiyaclarını hiss etməyi unudur, çünki bu ehtiyaclar “uyğun deyil”. 4. Tərif və sevgi şərtlidir: Ana yalnız uşaq onun dediyini etdikdə, “sakit uşaq” olduqda sevgi göstərir. Uşaq da sevilmək üçün rol oynamağı öyrənir, yəni false mənlik formalaşdırır. 5. Təmasda fiziki var, emosional yox: Ana uşağın yanında ola bilər, lakin emosional anlamda onunla rezonansa girmir. Uşaq tədricən öyrənir ki, “mən olduğum kimi görünsəm, məni görməyəcəklər”. Belə bir ana modeli uşağın öz daxili dünyasına etibarını zəiflədir. Uşaq “görünən” olmaq üçün “hiss etdiyini” basdırır və əsl mənliyini qorumaq üçün onun yerinə sosial olaraq qəbul olunan bir saxta mənlik qurur. Bu kimlik uşağı qoruyur, amma eyni zamanda tənha və emosional olaraq boş buraxır. False self/Yalançı Mənlik çalışmaq. Yalançı kimliyin (falseself ) “yarasını bağlamaq” və gerçək kimliyi (trueself) ortaya çıxarmaq sadəcə davranış dəyişiklikləri deyil, dərin bir emosional və münasibət prosesi tələb edir. Bu, psixoanalitik və ya münasibət əsaslı terapevtik prosesdə tədricən baş verir. 1. Təhlükəsiz əlaqə qurmaq  Yalançı kimlik qorunma məqsədi ilə qurulub, ona görə də ilk addım mühakiməsiz, qəbul edici və sabit bir münasibət içində olmaqdır.  Terapevt, dost və ya yaxın şəxs olaraq “səni kim olduğun üçün görürəm və rədd etmirəm” mesajı ötürülməlidir. 2. Emosional dilin bərpası  Gerçək mənlik duyğularla bağlıdır. İnsan özünün incik, qəzəbli, həyəcanlı, utancaq tərəfləri ilə təmas qurduqca yalançımənlik in səthi sakitliyindən uzaqlaşır.  Bu isə tədricən hisslərini tanımaq və onları ifadə etməyi öyrənməklə olur. 3. İçsel boşluq və süni uyğunlaşma ilə üzləşmək  Yalançımənlik in müdafiə etdiyi boşluq hissi ilə terapevtik prosesdə qarşılaşmaq və onu daşımaq bacarığı inkişaf edir.  Burada “mən nə istəyirəm?”, “bu mənim ehtiyacımdır, ya uyğunlaşma refleksidir?” sualları kritikdir. 4. Risk almağa cəsarətlənmək  Gerçək kimlik spontan və yaradıcılığa açıqdır, lakin qorxuludur. Uşaqkən buna görə sevilməmişsə, indi yenidən “mən kiməm?” deyə soruşmaq riskli gələ bilər.  Bu riski etibarlı bir münasibət içində almaq mümkündür. 5. Yas tutmaq  Yalançımənlik i buraxmaq, bəzən sevilmək uğrunda illərlə qurulmuş bir obrazı buraxmaq deməkdir.  İnsan “məni o halda sevə bilərdilər” düşüncəsindən çıxmalı, həqiqi özünü seçdiyinə görə keçmişdə ala bilmədiyi sevgiyə yas tutmalıdır. Gerçək mənlik i ortaya çıxarmaq bir az da qorxmağa icazə vermək, sevilməmək riskini almaq və daxildən gələn ehtiyaclara güvənməkdir. Bu, zamanla və əsasən insani əlaqələr içində baş verir. Yəni: tədricən, ehtiyatla və şəfqətlə. Keçid münasibət obyekti Keçid münasibət obyekti anlayışı Winnicottun psixoanalitik nəzəriyyəsində çox əsas bir yer tutur və şəxsiyyətin inkişafında körpəlikdən yetkinliyə gedən yolda “nə mənəm, nə də səndənəm” kimi təyin olunan bir məkanın – keçid sahəsinin açarıdır. 1. Keçid obyekti nədir? Winnicotta görə keçid obyekti adətən uşaq üçün psixoloji əhəmiyyət daşıyan bir əşya olur – məsələn, yumşaq oyuncaq, yorğan ucu, balış küncü və s. Bu obyekt:  Uşağın anadan ayrılmağa başladığı dövrdə ortaya çıxır.  Uşaq onu həm özünün bir hissəsi, həm də ana ilə əlaqənin davamı kimi yaşayar.  Ona duyğularını yansıdar, onu itirmək istəməz və onunla emosional sakitlik yaşayar. 2. Bu obyektin funksiyası  Ananın fiziki yoxluğunda uşağın tənzimləyici kimi istifadə etdiyi şeydir.  Bu obyekt vasitəsilə uşaq ayrılıq narahatlığını idarə edir.  Anaya olan sevgi və qəzəbi təhlükəsiz şəkildə proyeksiya etdiyi bir sahə yaradır. 2. Yetkinlik dövründə keçid obyektinin təzahürü Yetkin insanlarda keçid obyektlərinin funksiyası daha simvolik və abstrakt formalar alır: a. Sənət və yaradıcılıq  Musiqi, yazı, rəssamlıq və ya hər hansı estetik fəaliyyət keçid sahəsində icra olunur.  Nə tam gerçəklik, nə də tam fantaziyadır. İçsel dünya ilə xarici reallıq arasında körpüdür. Winnicott üçün oyun sadəcə uşağın əyləncəsi deyil, psixik inkişafın və şəxsiyyətin formalaşmasının əsas vasitəsidir. Oyun, keçid obyektləri ilə eyni məkan olan keçid sahəsində baş verir — yəni nə tam reallıqda, nə də tam fantaziyada. b. Ritual və inanclar  Din, mənəvi inanclar və ya gündəlik rituallar keçid obyektinin funksiyasını daşıya bilər.  İnsan sakitləşmək, tutunmaq və emosional tarazlıq üçün bu obyektlərə yönəlir. c. Sevdiyin bir əşya, ətir, qələm, geyim  Bəzi insanlar müəyyən bir əşyaya emosional bağlılıq hiss edir və bu əşya təskinlik və kimlik hissi verir. d. Münasibətlərdəki keçid obyektləri  Partnyorun səsi, qoxusu, jesti və ya toxunuşu keçid obyektinə bənzər şəkildə tənzimləyici təsir göstərə bilər.  Sevgi münasibətləri də bəzən keçmiş emosional ehtiyacların proyeksiyası ilə bu sahədə funksionallaşır. 4. Terapevtik münasibətdə təzahürü  Terapevtin özü də bəzən keçid obyektinin funksiyasını daşıyır .  Müştəri, terapevtə olan duyğularını uşaqlıqda yaşadığı obyekt münasibətlərinin təkrarından çıxarır.  Təhlükəsiz bir mühitdə bu keçid obyektinə olan bağlılıq arzu və reallıq arasındakı körpünü sağalda bilər . Keçid obyektləri uşaq üçün ayrılığı dözümlü edən, yetkinlikdə isə yaradıcılığı, məna axtarışını və emosional sabitliyi daşıyan psixik “tutacaq”lardır . Onlar vasitəsilə insan öz daxili dünyası ilə xarici reallıq arasında əlaqə yaradır və bu əlaqə, əslində, psixik sağalmanın əsas dayağıdır. Winnicott üçün oyun sadəcə uşağın əyləncəsi deyil, psixik inkişafın və şəxsiyyətin formalaşmasının əsas vasitəsidir . Oyun, keçid obyektləri ilə eyni məkan olan keçid sahəsində baş verir — yəni nə tam reallıqda, nə də tam fantaziyada. 1. Oyun psixodinamik bir prosesdir:  Uşaq oyunda daxili arzularını, qorxularını, sevinclərini və travmalarını simvolik şəkildə ifadə edir.  Oyun özün olmağın ən təbii, müdafiəsiz formasıdır .  Reallıqla fantaziyanın sərhədində baş verir, yəni uşaq həm “elə bil” deyir, həm də tam içində yaşayır. 2. Oyunla şəfa:  Winnicott deyir ki, “ terapiya, bir növ iki nəfərin birlikdə oynaya bilməsidir ”.  Əgər uşaq oynaya bilmirsə, deməli daxili münaqişə və ya əngəl var , əvvəlcə oyun bacarığı bərpa olunmalıdır.  Oyun vasitəsilə uşaq öz daxili dünyasını dışa vurur , terapevt isə orada baş verənləri müşahidə və şərh edərək psixik inteqrasiyanı təşviq edir. 3. Yetkinlikdə oyunun davamı:  Yaradıcılıq, sənət, humor, ironiya, simvolik düşüncə və münasibətlərdəki spontanlıq – bunlar yetkinlikdə oyunun təzahürləridir .  Oyunun olmaması – yəni “ oynaya bilməmək ” – Winnicott üçün psixopatologiyanın mühüm göstəricisidir. Belə insanlar özlərini ölü, mexaniki, rigid hiss edə bilərlər. Oyun psixoloji elastikliyin, canlılığın, yaradıcılığın və şəxsiyyətin təzahürüdür. Winnicott üçün oyun bacarığı psixi sağlamlığın əsasıdır və bu bacarıq həm uşaqda, həm də yetkində qorunub saxlanmalıdır. Xülasə, Winnicott nə deyirdi? Winnicott deyirdi ki, insan anadan gəlmə deyil, münasibətdə doğulur. Uşaq üçün dünya əvvəlcə bir qucaqdır, bir baxışdır, bir nəfəsdir – ananın orada olub-olmaması qədər mövcuddur və ya yoxdur həyat. O deyirdi ki, ana “yetərincə yaxşı” olmalıdır – nə mükəmməl, nə laqeyd. Sadəcə orada, ehtiyac qədər, zamanında... Winnicott deyirdi ki, uşaq reallığı anasının dizləri üzərində tanıyar, amma bu reallığı qəbul etməsi üçün əvvəlcə bir az fantaziyada qalmasına icazə verilməlidir. Keçid obyektləri – yəni oyuncaq ayılar, yorğan küncləri, yadda qalan bir əşya – bunlar reallıqla xəyalın qovuşduğu yerdədir. Orada uşaq nə tam təkdir, nə də tam içiçə. O deyirdi ki, uşaq oynayanda sağalır. Oyun onun “mən” deməyə başladığı yerdir. Kimliyini yaratdığı, qorxularını simvollaşdırdığı, arzularını səssizcə səsləndirdiyi bir yerdir oyun. Və əgər uşaq oynaya bilmirsə, deməli bir yerə ilişib, bir yerdə unudulub. Winnicott deyirdi ki, içimizdəki gerçək “mən” yalnız təhlükəsiz münasibətdə özünü göstərə bilir. Əks halda saxta bir “mən” yaranır – cəmiyyətin, valideynin, münasibətin xoşuna gələcək, amma bizim olmayan bir “mən”. O, psixoanalizi bir otaqda iki nəfərin bir yerdə oynama bacarığı kimi görürdü. Çünki insanı sağaldan, dərindən sağaldan təkcə anlamaq deyil – birlikdə bir şey yarada bilməkdir. Winnicott deyirdi ki, sağalmaq – əslində, birinin qucağında sevilə-sevilə, oyuna çağırılmaqdır. Gerçək “mən” orada danışmağa başlayır. Nəsimi Qiyasov  Bərdə, 04.11.25

Fairbairn: Qarşılıqsız sevgidən Nevroza

Ronald Fairbairn obyekt münasibətləri nəzəriyyəsində mühüm dönüş nöqtəsi sayılır. O, ənənəvi Freudyen struktur modeli (İdEqoSuperego) əvəzinə, psixikanın təşkilatlanmasını əsasən obyektlərlə münasibətlər üzərindən başa düşməyə çalışdı. Fairbairn nə demək istəyirdi? Fairbairn üçün insan psixikasının əsas məqsədi həzz axtarışı yox, obyektlə münasibət qurmaq ehtiyacıdır. O deyirdi ki, insanlar həzz üçün yox, sevilmək və bağlanmaq üçün arzular və müdafiə mexanizmləri formalaşdırır. Bu fikir Kleinin “partiyaobyektlər” nəzəriyyəsinə cavab və inkişaf kimi görünə bilər. Fairbairn travmatik və ya narsisistik valideyn fiqurları ilə yaşanan təcrübələrin uşağın daxilində ”daxili obyektlərə” çevrildiyini və bu parçalanmış obyektlərin daxili dünyada təkrarlanaraq psixopatologiyaya səbəb olduğunu izah edirdi. O, “daxili dünya”nı aşağıdakı kimi modelləşdirdi:  Mərkəzi Ego – real əlaqə istəyən tərəf  Libidinal Ego – idealizasiya olunmuş obyektə bağlı hissə  Antilibidinal Ego – rədd edən, qəzəbli obyektə qarşı formalaşan hissə Bu parçalanmalar, uşağın “pis” obyektə bağlanmağa məcbur qalması ilə izah olunur: uşaq üçün hətta pis obyektlə bağlılıq heç bir əlaqə olmamağından daha yaxşıdır. Fairbairn üçün psixopatologiya həzzin basdırılmasından yox, mənfi, bölünmüş daxili obyektlərə bağlı qalmaqdan yaranır. Sağalma isə real, müsbət və inteqrə olunmuş əlaqələr qurmaqla mümkündür. Fairbairnin ”daxili dünya” anlayışı, psixoanalitik nəzəriyyədə mühüm dönüşlərdən biridir və onun obyekt münasibətləri nəzəriyyəsinin əsas sütununu təşkil edir. O, insan psixikasını daxili obyektlər və onların qarşılıqlı münasibətləri sistemi kimi modelləşdirir. Yəni, insanın daxili aləmi, sadəcə impulsların və instinktlərin təsiri ilə formalaşan bir sahə deyil, daxili obyektlərlə (valideyn fiqurlarının daxililəşdirilmiş formaları) dolu dinamik bir münasibətlər şəbəkəsidir. Fairbairnin daxili dünya modeli: Fairbairnin fikrincə, uşaq travmatik və ya sevgidən məhrum bir əlaqə yaşadıqda, real xarici obyektin (məsələn, ananın) sevgisiz və ya rəddedici təcrübələrini həzm edə bilmədiyi üçün onu parçalayaraq və daxililəşdirərək daxili dünyasında saxlayır. Bu zaman 3 əsas hissəyə bölünmüş bir struktur yaranır: 1. Mərkəzi Ego (Central Ego)     Reallıqla əlaqə qurmaq istəyən, obyektiv münasibətlərə can atan tərəf.     Bu hissə sağlam və inteqrasiya olunmuş şəxsiyyətin əsasını təşkil edir. Fairbairnin “mərkəzi ego” (central ego) anlayışı, onun obyekt münasibətləri nəzəriyyəsində “sağlam öz” kimi əsas mövqe tutur. Bu, insan psixikasının reallıqla əlaqə qura bilən, inteqrasiya olunmuş və adaptiv tərəfidir. Mərkəzi ego nədir?  Daxili dünya ilə xarici dünya arasında körpü rolunu oynayır.  İnsan davranışını reallığa uyğun şəkildə yönləndirə bilən və münasibətləri nisbətən sağlam şəkildə qura bilən hissədir.  Travmatik və parçalanmış təcrübələrdən nisbətən qorunmuş, daha çox yetkin və funksional sahədir.  Digər parçalanmış ego hissələri (libidinal ego və antilibidinal ego) daxili obyektlərə bağlı və konfliktli olduqları halda, mərkəzi ego xarici dünya ilə münasibət qurmağa çalışır. Fairbairn üçün mərkəzi ego nəyi təmsil edir?  Uşaq ilk illərdə bütünlüklü bir ego ilə doğulmur. Əgər sevgi dolu və sabit münasibətlər yoxdursa, ego parçalanır.  Lakin bu parçalanmadan qalan əsas və stabilliyini qoruya bilmiş hissə mərkəzi egodur.  Mərkəzi ego özündə həm idrakı, həm emosional tənzimi, həm də sosial davranışı nisbətən tarazlı şəkildə daşıyır. Terapiyada rolu nədir? Fairbairnin fikrincə, terapevtik dəyişimin baş verməsi üçün terapevt əsasən mərkəzi egoyla əlaqə qurmalıdır. Çünki bu hissə: - Daxili konfliktləri müşahidə edə bilir, - Digər daxili fiqurlar və ego hissələrini fərqləndirə bilir, - Yeni, müalicəedici obyekt münasibətləri yaratmağa qadirdir. Qısaca, mərkəzi ego psixikanın “ümid yeri”dir – inteqrasiya, dəyişiklik və şəfa bu hissənin aktivləşməsi ilə mümkündür. 2. Libidinal Ego və İdealizasiya olunmuş obyekt     Sevgiyə ac qalan, yaxşı obyektə bağlı qalan uşaq tərəfi.     Bu hissə valideyni idealizə edərək onun sevgisini qazanmağa çalışır.     Çox vaxt ümid dolu, bağlı, istəkli, eyni zamanda aciz tərəfdir. Libidinal ego anlayışı Fairbairnin obyekt münasibətləri nəzəriyyəsində daxili dünya strukturunun bir hissəsi kimi formalaşır və parçalanmış egonun arzulayan, sevgi yönümlü, lakin yaralı və asılı hissəsini təmsil edir. Libidinal ego nədir?  Uşaq sevilmək, bağlanmaq, qəbul edilmək kimi təməl psixoloji ehtiyaclar yaşadıqda bu ehtiyaclar qarşılanmadıqda, ego parçalanır.  Bu parçalanmadan biri libidinal egodur və o, idealizasiya etdiyi, əlçatmaz və ya rəddedici obyekti içsəlləşdirərək ona bağlı qalır.  Bu hissə daima “itirilmiş yaxşı obyektin” axtarışındadır, çünki onu yenidən qazanmaq ümidi yaşamağa davam etməsinin şərtidir. Libidinal egonun əsas xüsusiyyətləri:  Asılı və passiv bir vəziyyətdədir.  İçsəlləşdirilmiş obyektin (məsələn, soyuq və ya laqeyd ana fiquru) qayğısına möhtacdır.  Təkrartəkrar zədələyici münasibətlərə girərək, sanki “bu dəfə sevgi qazana bilərəm” ümidi ilə kompulsiv bağlılıqlar yaradar.  Bu ego hissəsi nostalji, kədər, ümidsizlik, melanxoliya kimi duyğularla müşayiət olunur. Psixoterapiyada libidinal ego: - Libidinal ego terapevtin qayğısını qəbul etməkdə çətinlik çəkə bilər, çünki əslində o, uşaq vaxtı əldə edə bilmədiyi “yaxşı obyekti” terapevtdə bərpa etməyə çalışır. - Zamanla, bu hissə terapevtik münasibət içində daha real bir obyektlə əlaqə quraraq sağala bilər. Qısaca: Libidinal ego — insanın içindəki “sevgi axtaran uşaqdır”. Amma bu uşaq keçmişdə yaralandığı üçün, yenə eyni obyekti arzulayır və ümidsiz halda onu bərpa etməyə çalışır. Bununla belə, bu hissə psixoterapiyanın əsas hədəflərindən biridir, çünki şəfa potensialı da buradadır. 3. Antilibidinal Ego və rəddedici obyekt     Qəzəbli, incik, rədd edilmiş hissələrlə əlaqəlidir.     Bu hissə həm pis obyektə qarşı reaksiya olaraq yaranır, həm də uşağın öz qəzəbini ehtiva edir.     Rədd edilmə, cəza və günahkarlıq hissləri bu strukturda yerləşir. Antilibidinal ego, Fairbairnin modelində parçalanmış egonun qəzəbli, rəddedici, cəza verən hissəsidir və libidinal ego ilə qarşıdurmadadır. O, həm qoruyucu, həm də dağıdıcıdır — əsas funksiyası, uşağın yenidən zədə almağının qarşısını almaqdır, amma bu, çox vaxt həddindən artıq sərt və özünə qarşı düşmən davranışlarla müşahidə olunur. Antilibidinal egonun əsas xüsusiyyətləri:  Qəzəb və nifrət daşıyır: Sevgi ehtiyaclarının qarşılanmamasına, tərk edilməyə, rəddə qarşı bir reaksiya olaraq formalaşır.  Uşaq yenidən zədələnməmək üçün sevgi və ehtiyac hisslərini inkar edir, onları aşağılayır və hücuma məruz qoyur.  Libidinal egonu (“sevgi istəyən” hissəni) tənqid edər, ağlatmaz, aşağılar – sanki “zəiflik göstərməyə haqqın yoxdur”.  Bəzən valideynlərin tənqidedici, soyuq səsini daxilləşdirərək daxili cəza verən səsə çevrilər – bu da sərt superego kimi işləyə bilər.  Özünü özünütənqid, özünü cəzalandırma, dəyərsizlik hissi, ya da digər insanlara qarşı sərt münasibətdə göstərər. Terapiyada necə görünür?  Terapevtə qarşı etimadsızlıq, təhlükə hissi, ya da emosional uzaqlıq bu hissə ilə bağlı ola bilər.  Daxildə “əgər yenidən sevgi istəsəm, təhqir olunacağam” qorxusu ilə arzuya hücum edər.  Bu hissə dəyişməyə qarşı dirəniş göstərir, çünki dəyişiklik, yəni bağlanmaq yenidən zədələnmə riskini daşıyır. Libidinal və Antilibidinal Ego arasında dinamika:  Libidinal ego sevgi axtarır, antilibidinal ego isə onu “rədd edir”.  Aralarında daxili münaqişə yaranır və bu konflikt psixodinamik simptomların və daxili gərginliyin mənbəyi ola bilər. Fairbairn deyərdi ki, “Uşaq zədəli bir obyektdən imtina edə bilməz, çünki bu, sevginin tam yoxluğu demək olardı — o isə heçliyə dözə bilməz.” Bu səbəbdən, bu hissələr mövcudluğunu qoruyar və təkrarlayan münasibətlərdə özünü göstərər. Niyə belə parçalanma olur? Uşaq üçün tamamilə pis olan bir valideyni qəbul etmək dözülməzdir. Bu səbəblə, onu “yaxşı” və “pis” obyektlərə bölərək, yaxşı olanı saxlamaq, pis olanı isə idarəolunan bir daxili fiqura çevirmək yolu seçilir. Əsas məqsəd, obyekti itirməməkdir, çünki əlaqəyə ehtiyac həzzdən də önəmlidir. Toparlayacaq olsam başlığa da uyğun olaraq Fairbairn nə deyirdi? Fairbairn üçün insanın psixi aləmi, sadəcə impulsların idarəsində olan bir sistem deyil, əlaqə, bağlanma və obyekt axtarışı ilə yönlənən canlı bir daxili dünyadır. O, Freuddakı id və instinkt mərkəzli modeli kənara qoyaraq, uşağın əsas motivasiyasını libidinal boşalmalarda deyil, sevgi obyektinə bağlanmaq ehtiyacında görür. Uşaq sevilmək, qəbul olunmaq və qarşısındakı insanla əlaqədə olmaq istəyir. Amma bu obyekt (valideyn) zədələyici olduqda, uşaq ondan imtina edə bilmir — çünki obyektin özü psixi inkişaf üçün vacibdir. Bu zədəli obyektlə əlaqəni qorumaq üçün uşaq öz daxili dünyasını parçalayır: özünü sevən və sevilmək istəyən hissəyə (libidinal ego), rədd olunmağa və tərkə dözə bilməyən hissəyə (antilibidinal ego), və funksional gündəlik həyatı idarə edən mərkəzi egoya ayırır. Uşaq zədələyici davranışları öz üzərinə götürərək obyekti “xilas edir” və bunu etməklə öz içində bir cəza sistemi qurur. Bu isə gələcəkdə özünü tənqid, depressiya, dəyərsizlik, təkrarlanan münasibət zədələri kimi simptomlarda təzahür edə bilər. Fairbairnin nəzəriyyəsi, sevginin və münasibətin insan psixikasındakı yerini dərindən anlamağa çalışan, çarəsizlikdən formalaşan psixoloji müdafiələrin nə qədər yaradıcı və bir o qədər də dağıdıcı ola biləcəyini göstərən bir çərçivədir. Ona görə nevroz, arzunun yox, qarşılıqsız sevginin nəticəsi idi. Nəsimi Qiyasov  Bərdə, 03.11.25

Uşaq qorxuları: Hər yaşın öz kölgəsi var...

Qorxu yaşamın təbii bir hissəsi olub,qəzəb,sevinc və ya məyusluq kimi bir duyğudur. Qorxu insanların görünən və görünməyən təhlükələr qarşısında verdiyi reaksiya şəklidir. Əslində hər qorxu özümüzümüdafiə mexanizmamızı işə salır və təhlükəli durum qarşısında özümüzü qorumağımıza yardım edir. Uşaqların qorxuları yaş dövrlərinə görə fərqlənir. Daha azyaşlı dönəmdə qorxuların səbəbi yüksək səs olduğu halda,uşaqların yaşı artdıqca mücərrəd varlıqlardan qorxmağa başlayırlar. Uşaqlar nədən qorxar? 2 yaş: Ən çox səslərlə əlaqəli qorxular üstünlük təşkil edir.Xüsusilə qatar,kamaz,şimşək səsi,tozsoranın,hava feninin səsi...Qaranlıq,böyük əşyalardan da qorxu halları bu yaşda görülə bilər. 2,5 yaş: Oyuncağın və ya çarpayının yerinin dəyişdirilməsi,uşaq yuxuya keçdikdən sonra anasının yanından ayrılması,uşağın vərdişlərindən fərqli edilən davranışlar uşağı qorxuda bilər. 3 yaş:Ən çox vizual qorxular;qaranlıq,heyvan,polis,ana və atanın gecə küçəyə çıxması və s. 4 yaş: Səslərlə əlaqəli qorxular;  xüsusilə motor gurultusu. Eyni zamanda vəhşi heyvanlar, ananın evdən getməsi,qaranlıqdan qorxma halları da müşahidə edilir. 5 yaş: Çox da qorxulu bir yaş deyil. Daha çox görsəl qorxular görülür. Əlavə olaraq ,yıxılmaq,zədələnməkdən qorxmaq halları da müşahidə edə bilərik. 6 yaş:Ruh,cadı kimi mücərrəd gözlə görünməsi mümkün olmayan varlıqlardan qorxmağa başlayarlar.Və bu qorxular uşaqda çarpayının altında həmin varlıqların gizləndiyi düşüncəsini yaradır. 7 yaş:Qaranlıq,zirzəmi qorxusu...Kölgələri ruh,cadı kimi qavramaq halları görülür.Uşaq oxuduqlarından,televizorda gördüklərindən hədsiz təsirlənib təşviş keçirə bilir. 8-9 yaş:Təşviş və qorxular daha azdır. Daha çox sosial status və kimliyi ilə bağlı narahatlıqlar görə bilərik. Məsələn: bir işi edə bilməmək,məktəbdə uğursuzluq yaşamaq, insanlar içərisində pərt olmaq kimi. Övladlarımızın qorxuları ilə mübarizə apara bilməsi üçün yollar: 1) Qorxunu rədd etməyin,qəbul edin. Uşağınızın qorxusu haqqında nə düşünürsünüz düşünün,bu duyğu onlar üçün gerçıkdir və sizin də onları anladığınızı bilmək istəyərlər.Onlara mövzu haqqında danışmaq fürsəti verin,həqiqətən anladığınızı göstərin . Yardım edə  bilməyiniz üçün ilkin mərhələ övladınızın qorxusunun olduğunu qəbul etməkdir. 2)Öz qorxularınızı onlara ötürməyin. Çox ailələrdə görülən davranışlardan biri də uşağın ana,atanı model aldığı üçün onun qorxu və duyğularının təsiri altına düşməkdir.Belə hallarda qorxularınız haqqında onlarla danışın,sizin də insan olduğunuzu və sizin də hamı kimi qorxularınızın ola biləcəyini izah edin.Qorxu ilə necə mübarizə apardığınızı,üstəsindən gəlmək üçün onlara istiqamət verin. 3) Hansısa qorxuya qalib gəldikləri pozitiv xatirələri danışın. Övladınıza əvvəlcə sınamaqdan qorxduğu, amma sonra etməkdən zövq aldığı situasiyanı xatırlamaq , öz bacarıqları haqqında özgüvənin qalxmasına səbəb olacaqdır. 4) Onları başqaları ilə müqayisə etməkdən uzaq durun. Müqayisə edilmək uşaqda yetərsizlik duyğusuna səbəb olacaqdır. Eyni zamanda müqayisə olunana qarşı nifrət,qəzəb və kinin yaranması ilə nəticələnəcək. 5)Qorxularına qalib gəlməsi üçün nağıl terapiyasndan-uşaq hekayələrindən istifadə edin. Xüsusilə övladınızın qorxusu ilə eyni qorxudan əziyyət çəkən personaj və bənzər sujet xətli hekayə seçin.Belə ki. uşaq  qorxusuna qalib gələn personajla özünü eyniləşdirir və qorxusuna qalib gəlmək üçün cəsarətlənir. 6)Bir qorxu ilə üzləşmənin necə kiçik addımlarla edilə biləcəyini göstərin. Kiçik etaplarla qorxunun üzərinə gedərək qalib ola biləcəyini öyrədin. 7) Relaksasiya texnikalarından istifadə edin. Rahatladıcı musiqi, nəfəs texnikaları uşaqdaki gərginliyi aradan qaldıracaqdır. 8)Tək olmadıqlarını davamlı xatırladın. Nə olursa olsun,hər zaman onların yanında olacağınızı bildikləri üçün özlərini güvəndə hiss edəcəklər. Unutmamalı ki, qorxu duyğusunu uşaq fərqində olmadan yaşayır və bu dönəmdə önəmli olan ona göstərilən anlayış,sevgi və qayğıdır. Psixoloq Aysu Əliyeva Konsultasiya və seanslara yazılmaq üçün @psixoloqaysualiyeva instagram hesabından müraciət edə bilərsiniz.

Hiperaktiv övladı olan valideynlərə praktik oyun tövsiyələri

Hiperaktivlik daha dəqiq desək, Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu (DƏHP) -bir çox ailələrin gündəlik həyatına təsir edən , uşaqlıq dövründə başlayan və yetkinlikdə də davam edən neyroinkişaf pozuntusudur. Bu vəziyyətdə olan uşaqlar daha enerjili, impulsiv və diqqəti toplamaqda çətinlik çəkə bilirlər. Bu enerjini və davranış çətinliklərini idarə etmək üçün oyunlar çox faydalı bir vasitədir. Oyun həm uşağın inkişafını dəstəkləyir, həm də valideyn-uşaq münasibətlərini gücləndirir.Bu oyunlar vasitəsilə uşaqda gözləmə bacarığı, diqqətini davam etdirmə müddəti, davranışlarını kontrol etmək kimi müsbət bacarıqlar formalaşdırılır.Oyunlar aşağıdakılardır: 1)“Qışqır və sus” oyunu Məqsəd: Diqqətin korreksiyası,impulsivliyin kontrolu, qaydalara tabe olmaq bacarığının inkişaf etdirilməsi Tətbiqi: Valideyn uşaqla birlikdə rəngli kartonlardan qırmızı, sarı və yaşıl rəngli əl qəlibləri kəsirlər.Oyunun təlimatı: Yaşıl əl göstərildiyində istədiyin qədər qışqırıb hoppana bilərsən. Sarı əl-pıçıltı ilə danışıb, asta hərəkət edəcəksən. Qırmızı əl-hərəkətsiz qalmalı və danışmamalısan. Oyun ən sonda susma-qırmızı əl ilə sonlandırılmalıdır. 2) “Sus-danış” oyunu Məqsəd:İmpulsiv davranışları idarə etmək, qaydalara tabe olmaq bacarığı Tətbiqi: Valideyn yumruq tutaraq sağ əlini havada tutur. Yumruq “sus” deməkdir.Yumruğun açılması isə “danış” deməkdir. Uşaqlara çoxlu və sürətli suallar verilir, eyni zamanda əl işarələri göstərilir. Uşaqlar əl işarələrinə baxıb suallara yanıt verirlər. Eyni zamanda əli izləməli və ona uyğun hərəkət etməlidirlər. 3)Musiqi ilə heykəltəraşlıq oyunu Şən və hərəkətli musiqi səsləndirilir. Uşaqlar qrup şəklində rəqs edirlər. Musiqi bir müddət sonra dayandırılır. Dayananda uşaqlar heykəl kimi donub qalmalıdır. Musiqi yenidən səslənəndə uşaqlar hərəkət edə bilərlər. ( Qeyd: Bu oyunu stullarla da oynamaq olar. Bu oyun uşağın özünü tənzimləmə, diqqət mərkəzləşdirmə və impuls nəzarətini inkişaf Davranışlarını kontrol etmə bacarıqları formalaşdırır, eyni zamanda audial diqqətin inkişafına səbəb olur. 4)"Tap və gətir" oyunu Valideyn uşağa evdəki bir əşyanın xüsusiyyətlərini təsvir edir (“Mavi, yumşaq və yataq otağında olan bir şey”) və uşaq onu tapmalıdır. Nə üçün faydalıdır? Uşaq həm diqqətini yönəldir, həm də anlama və yerinə yetirmə bacarıqlarını inkişaf etdirir. 5.“Sürətli və yavaş” – Hərəkət nəzarəti oyunu Necə oynanır? Valideyn müxtəlif sürətlərdə hərəkətlər göstərəcək: “Sürətlə qaç!” – “Yavaşla!” – “Don!” Nə üçün faydalıdır? Uşaq bədənini tənzimləməyi, komandalara uyğun davranmağı öyrənir. 6.“Əksini Et” – düşünmə və nəzarət oyunu Necə oynanır? Valideyn hərəkət deyir, uşaq onun əksini etməlidir. Məsələn, “Otur” deyiləndə uşaq ayağa qalxmalıdır. Nə üçün faydalıdır? Bu oyun impulsların qarşısını almağa və dəyişən şəraitə uyğunlaşmağa kömək edir. 7. Ritm oyunu – yaddaş və koordinasiya Oyunu Necə oynanır? Valideyn müəyyən ritmlə əl çalır və ya dizinə vurur, uşaq isə bunu təkrarlayır. Nə üçün faydalıdır? Motor koordinasiyası, diqqət və eşitmə yaddaşı inkişaf edir. Hiperaktiv uşaqlar üçün düzgün seçilmiş oyunlar onların həm davranışlarını tənzimləməyə, həm də bilişsel və emosional inkişaflarına dəstək olmağa kömək edir. Ən əsası isə budur ki, bu oyunlar öyrədici olduğu qədər əyləncəlidir. Valideynlər bu oyunlarla uşağın potensialını daha yaxşı kəşf edə və onunla sağlam əlaqə qura bilərlər. Psixoloq Aysu Əliyeva  Konsultasiya və seanslara yazılmaq üçün @psixoloqaysualiyeva instagram hesabından müraciət edə bilərsiniz.

Kiçik bədənlərdə böyük enerji- DƏHP-nin uşaq inkişafına təsiri

Diqqət əksikliyi və hiperaktivlik pozuntusu uşaqlıq dövründə başlayan və yetkinlikdə də davam edən neyroinkişaf pozuntusudur. Bu pozuntu adətən özünü 3 əsas sahədə göstərir: 1. Diqqət əksikliyi 2. Hiperaktivlik  3. impulsivlik Məişətdə valideynlər bu diaqnozun elmi adını bilməsələr də, daha çox belə şikayətlər edirlər: -Sanki daima fikri başqa yerdədir. -Xəyal dünyasındadır. -Əl-qolunu idarə edə bilmir. -Tez-tez nəyisə itirir. -Çox unutqandır. -Beş dəqiqəlik işi 3 saata görür. -Onu buyur, dalınca yüyür. -TV qarşısında saatlarla oturur,amma dərsin başına oturan kimi gah acıyır, gah tualeti gəlir , gah yuxusu gəlir və yatmaq istəyir . Bəs niyə bu mövzu önəmlidir ? DƏHP akademik, kariyera,ailə və sosial mühitlərlə bağlı ciddi çətinliklərə səbəb olur. Erkən diaqnoz və düzgün yanaşma ilə bu çətinliklərlə işləmək mümkündür.DƏHP-li şəxslər " tənbəl",' ərköyün " və s. kimi damğalanmalara məruz qalır.Onların davranışlarının altında yatan nevroloji səbəblər tapılmalıdır. DƏHP simptomları aşağıdakılardır: -Diqqət dağınıqlığı; -Hədsiz dərəcədə hərəkətlilik; -Basladığı işi sona qədər çatdıra bilməmək; -Növbəsini gözləyə bilməmək ; -Oturmaq bacarığının zəif olması; -Motor qoşulmuş kimi hərəkət etmək; -Sürətli danışmaq ; -Marağın davamsız olması və s. Diqqət əksikliyi və hiperaktivlik pozuntusu uşaqlarda 5-12 %, yetkin şəxslərdə 4,4% etibarilə rast gəlinir. Bu diaqnozun qoyulması üçün bir neçə mühüm qaydalar var ki,onlardan biri bu simptomların 12 yaşdan öncə başlaması lazımdır.Simptomlar yalnız bir mühitdə( təkcə evdə , təkcə məktəbdə ) görülməsi kifayət etmir.İki və daha çox mühitdə , məsələn həm evdə ,həm məktəbdə müşahidə olunmalıdır. DƏHP diaqnozu olan şəxslərdə tez-tez başqa psixoloji və ya nevroloji problemlər də müşayiət olunur. Bunlara komorbid vəziyyətlər deyilir: 1. Təşviş pozuntuları 2. Depressiya 3.Davranış pozuntuları  4. Öyrənmə çətinliyi- Disleksiya  5. Tik pozuntuları 6. Yuxu problemləri  Təbiidir ki belə olduğu zaman diaqnozla işləmək daha da ağırlaşır və uzun zaman tələb edir. Mütləqdir ki, bu diaqnozdan əziyyət çəkən övladı olan valideynlər dərhal problemin üzərinə düşməli və mütəxəssisə müraciət etməlidir. Psixoloq Aysu Əliyeva Konsultasiya və seanslara yazılmaq üçün @psixoloqaysualiyeva instagram hesabından müraciət edə bilərsiniz.

Uşaqlarda psixi inkişaf ləngiməsi

Uşaqlarda psixoloji inkişafın ləngiməsi müxtəlif səbəblərdən baş verə bilər. Onların arasında:Genetik faktorlar: Uşağın intellekt səviyyəsinin, dil bacarıqlarının və digər qabiliyyətlərinin ləngiməsinə səbəb ola bilər.Ətraf mühitə təsirlər: Yaxşı dəstək şəbəkəsi olmayan uşaqlar psixoloji inkişafda ləngiyə bilər. Əlverişsiz ətraf mühit şəraiti uşağın emosional və idrak inkişafına mənfi təsir göstərə bilər.Sağlamlıq Problemləri: Bəzi sağlamlıq problemləri, xüsusilə erkən yaşda müalicə olunmazsa, uşaqların inkişafına təsir göstərə bilər. Məsələn, eşitmə və ya görmə problemləri dil və s. Psixoloji inkişaf geriliyi olan bir uşağın göstərə biləcəyi simptomlar aşağıdakıları əhatə edə bilər:Dil inkişafında gecikməSosial qarşılıqlı əlaqədə çətinliklərEmosional problemlər və ya nəzarətsiz davranışZehni gerilik və ya öyrənmə əlilliyiDiqqət çatışmazlığı və hiperaktivlik Psixoloq Durna Həmidli

Yeniyetməlik dövründə emosional sağlamlıq

Günümüzdə, yeniyetmələrin emosional rifahı cəmiyyətin hərtərəfli inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Ənənəvi olaraq, bu dövr gənclərin şəxsiyyətinin formalaşması, sosial bacarıqlarının inkişafı və gələcək həyatda qarşılaşacaqları çətinliklərə uyğunlaşmalarını təmin edən bir mərhələ kimi qəbul edilir. Lakin, müasir dövrün xüsusiyyətləri, xüsusilə sürətlə inkişaf edən texnologiya, sosial medianın təsiri və dəyişən ailə strukturları, yeniyetmələrin emosional sağlamlığını ciddi şəkildə təhdid edir. Bu problemin aktuallığı, sosial medianın getdikcə daha böyük bir hissəsini tutan gənclər arasında depressiya, anksiyete və sosial izolyasiya kimi problemlərin yayılması ilə daha da artmaqdadır. Sosial dəstək şəbəkələrinin zəifləməsi, akademik təzyiqlərin artması və onlayn zorakılıq kimi yeni təhlükələr, yeniyetmələrin emosional rifahını mənfi şəkildə təsir edir. Bu mənada, yeniyetmələrin emosional rifahı ilə bağlı tədqiqatlar, həm psixoloji müdaxilə üsullarını, həm də cəmiyyətin kollektiv olaraq bu məsələyə yanaşmalarını anlamağa kömək edir. Müasir çağırışlar ifadəsi, bu günün dünyasında qarşılaşılan və insanların, cəmiyyətlərin və ya fərdlərin üzləşdiyi yeni və mürəkkəb problemləri və çətinlikləri ifadə edir. Bu çağırışlar, texnoloji inkişaf, sosial dəyişikliklər, qlobal böhranlar, iqtisadi çətinliklər və digər müasir problemlərlə bağlı ola bilər. Yeniyetmələr üçün müasir çağırışlar, məsələn, sosial medianın təsiri, məktəb təzyiqləri, emosional rifah məsələləri və rəqəmsal dünyada təhlükəsizlik kimi mövzuları əhatə edir. Bu məqalənin əsas məqsədi, yeniyetmələrin emosional rifahına təsir edən amilləri araşdırmaq və onların bu vəziyyətdəki inkişaflarını dəstəkləmək üçün müxtəlif həll yolları təqdim etməkdir. Məqsəd həmçinin, təhlil edilən faktorların qarşısının alınması və emosional rifahın artırılması istiqamətində nəzəri və praktiki tövsiyələr verməkdir. Yeniyetmələrin emosional rifahına dair tədqiqatlar, son onilliklərdə psixologiya və sosial elmlər sahəsində əhəmiyyətli irəliləyişlərə səbəb olubYeniyetməlikdə emosional sağlamlıq, gənclərin duyğularını başa düşmək, idarə etmək və düzgün şəkildə ifadə etmək qabiliyyətini ifadə edir. Bu dövr, uşaqlıqdan yetkinliyə keçiş mərhələsidir və emosional sağlamlıq burada çox vacib bir rol oynayır. Yeniyetmələrin emosional sağlamlığı, onların sosial və şəxsi inkişafını təsir edən əsas amillərdən biridir. Yeniyetməlikdə emosional sağlamlığın əsas aspektləri: 1. Duyğusal özünə nəzarət: Yeniyetmələrin öz duyğularını tanımaq və idarə etmək bacarığı, onların emosional sağlamlığının əsas tərkib hissəsidir. Bu, xüsusilə stress, qəzəb, qorxu və kədər kimi güclü emosiyalarla başa çıxmaqda mühümdür. 2. Özünə hörmət: Emosional sağlamlığa sahib olan yeniyetmələr özlərini dəyərli və güvənli hiss edirlər. Onlar özlərinin və başqalarının hisslərinə hörmət edərək sosial əlaqələr qururlar. Özünə hörmət, gənclərin özlərinə qarşı müsbət bir baxış açısına sahib olmalarını və həyatla əlaqədar müsbət bir baxış inkişaf etdirmələrini təmin edir. 3. Münasibətlərin idarə edilməsi: Yeniyetmələrin sosial əlaqələrini düzgün şəkildə idarə edə bilməsi, emosional sağlamlıqlarının vacib bir aspektidir. Yaxşı dostluqlar və ailə əlaqələri, yeniyetmələrə emosional dəstək verir, müsbət özünə qiymət hissi yaradır və onların emosional rifahını artırır. 4. Qərar qəbuletmə və stresslə başa çıxma: Yeniyetmələr, həyatlarında qarşılarına çıxan çətinliklərlə müsbət şəkildə mübarizə apara bilməlidirlər. Bu, onların emosional sağlamlığını qorumağa kömək edir. Stres və təzyiqlərə qarşı düzgün reaksiya verə bilmək, özünü qorumaq və çətin vəziyyətlərlə başa çıxmaq bacarığı, sağlam inkişaf üçün vacibdir. 5. Empati və sosial bacarıqlar: Emosional sağlamlığa sahib olan yeniyetmələr, başqalarının hisslərini başa düşmək və onlara empati göstərmək bacarığına sahibdirlər. Bu, onların münasibətlərini gücləndirir və sosial mühitlərdə uyğunlaşmalarına kömək edir. 6. Pozitiv emosiyalar və motivasiya: Emosional sağlamlıq, pozitiv duyğuların, məmnuniyyətin və həyatın mənasının qəbul edilməsi ilə əlaqəlidir. Yeniyetmələr bu dövrdə öz maraqlarını tapmalı və həyatlarını daha anlamlı etmək üçün müxtəlif fəaliyyətlərlə məşğul olmalıdırlar. Bu, həm də onların akademik və şəxsi uğurlarına müsbət təsir göstərir. Yeniyetməlikdə emosional sağlamlığın qorunması: Yeniyetmələrin emosional sağlamlığını qorumaq üçün, həm ailə, həm məktəb, həm də cəmiyyət onların dəstəkçisi olmalıdır. Ailə, yeniyetmələrə sevgi, qayğı və dəstək verərək, onların öz emosiyalarını düzgün ifadə etmələrinə imkan yaratmalıdır. Məktəblər və cəmiyyətlər isə, yeniyetmələrə psixoloji dəstək xidmətləri təklif edərək və sosial bacarıqlarını inkişaf etdirərək, onların emosional rifahını dəstəkləyə bilər. Emosional sağlamlıq, yeniyetmələrin gələcəkdə sağlam, uğurlu və balanslı böyümələrini təmin etmək üçün vacib bir əsasdır. Bu dövrdə düzgün müdaxilələr və dəstək, onların psixoloji və emosional rifahını gücləndirir və onların sağlam inkişaflarını dəstəkləyir.  Mühüm nəzəriyyələrdən biri Erik Eriksonun psixososial inkişaf nəzəriyyəsidir. Erikson, gənclik dövrünü "kimlik və rol qarışıqlığı" mərhələsi olaraq təsvir edir və bu dövrün, şəxsiyyətin formalaşmasında vacib bir mərhələ olduğunu vurğulayır. Onun nəzəriyyəsi, yeniyetmələrin öz kimliklərini tapmaq və həyatın məqsədlərini müəyyənləşdirmək üçün hansı çətinliklərlə qarşılaşdıqlarını anlamağa imkan verir. Emosional zəka nəzəriyyəsini təqdim edən Daniel Goleman da bu sahədə mühüm tədqiqatlar aparmışdır. Goleman’ın konsepsiyasına görə, emosional zəka insanların öz duyğularını başa düşmələri, idarə etmələri, həmçinin başqalarının emosiyalarını tanımaları və onlarla effektiv əlaqə qurma bacarıqlarıdır. Bu bacarıqların inkişafı, yeniyetmələrin emosional rifahını və sosial bacarıqlarını artırmağa kömək edir. Bundan başqa, sosial dəstək nəzəriyyəsi, sosial əlaqələrin yeniyetmələrin emosional rifahı üzərindəki təsirini açıqlayır. Tədqiqatlar göstərir ki, sosial dəstək (ailə, dostlar, məktəb) gənclərin psixoloji sağlamlığını qorumağa və stresslə mübarizə aparmağa kömək edir. Lakin, sosial dəstəyin yoxluğu və ya zəifliyi, emosional rifahı mənfi təsir edə bilər. Sosial media və rəqəmsal texnologiyalar sahəsində də son illərdə bir çox tədqiqat aparılmışdır. Yeniyetmələrin onlayn dünyada sərf etdikləri zaman, özünə inamlarını və emosional sağlamlıqlarını əhəmiyyətli şəkildə təsir edə bilər. Sosial şəbəkələrdəki təzyiqlər, şərhlər, bəyənmələr və rəylər, gənclərin öz kimliklərini formalaşdırmalarında, eyni zamanda emosional rifahlarına ciddi təsir göstərə bilər.  Yeniyetmələrin Emosional Rifahına Təsir Edən Amillər Ailə və Sosial Dəstək: Ailənin yeniyetmələrin emosional rifahı üzərindəki rolu tədqiqatların göstərdiyinə görə, çox mühüm əhəmiyyət kəsb edir. Ailə, gənclərin psixoloji inkişafında birinci dərəcəli təsir edən amildir. Ailənin emosional dəstəyi, gənclərin həyatlarının müxtəlif dövrlərində qarşılaşdıqları çətinliklərlə başa çıxmalarına kömək edir. Tədqiqatlar göstərir ki, güclü ailə əlaqələri olan yeniyetmələr, psixoloji çətinliklərlə daha asan mübarizə aparır və streslə daha yaxşı başa çıxırlar. Lakin, ailə üzvləri arasında davamlı münaqişələr və ya emosional dəstəyin olmaması, gənclərin psixoloji sağlamlığını pisləşdirə bilər. Sosial dəstəyin digər vacib hissəsi, dostlar və məktəb mühitidir. Yeniyetmələrin sosial şəbəkələri və etibarlı dost əlaqələri, onlara təhlükəsiz və güvənli bir mühit təklif edərək, emosional rifahlarını artırır. Bununla yanaşı, məktəb mühiti və müəllimlərin dəstəyi, gənclərin sosial bacarıqlarını və özünə inamlarını gücləndirən vacib amillərdən biridir. Akademik Təzyiqlər: Akademik mühitdəki təzyiqlər, yeniyetmələrin üzləşdiyi ən böyük stress mənbələrindən biridir. Müasir cəmiyyətin akademik müvəffəqiyyətə verdiyi yüksək dəyər, gənclərin məktəb həyatlarında daha çox təzyiqlə üzləşmələrinə səbəb olur. Yüksək qiymətlər, gələcək karyera uğuru, universitetə qəbul və s. məsələlər gənclərin psixoloji sağlamlığını təhlükə altına ala bilər. Gənclər, akademik müvəffəqiyyət uğrunda həyatlarını çox vaxt balanssızlaşdıraraq psixoloji narahatlıq və stress yaşayırlar. Bu təzyiqlər, həmçinin, depressiya, anksiyete və digər psixoloji problemlərə səbəb ola bilər. Sosial Media və Rəqəmsal Texnologiyalar: Bugünkü dövrün ən böyük təsir amillərindən biri olan sosial media, yeniyetmələrin emosional rifahını ciddi şəkildə təsir edir. Sosial şəbəkələr, gənclərin bir-biri ilə əlaqə qurma metodlarını dəyişdirərək, onların özlərini qiymətləndirmə və sosial təzyiqlərlə mübarizə aparma şəraitini dəyişdirmişdir. İnternetdəki "like"lar, şərhlər və bəyənmələr, yeniyetmələrin özünə inamlarını artırmaq və ya əksinə, mənfi təsir göstərmək üçün əsas faktorlardır. Əlavə olaraq, sosial media vasitəsilə yayılan bədən imici təzyiqləri və ya məşhurların həyat tərzinin gənclər üzərindəki təzyiqləri, onların kimlik inkişafını və emosional vəziyyətlərini mənfi təsir edə bilər. Onlayn şantaj, zorakılıq və təhqirlər də sosial media vasitəsilə gənclərin psixoloji sağlamlığını təhlükə altına alır. Yeniyetmələr arasında depressiya və anksiyetenin artması müasir dövrün ən ciddi psixoloji problemlərindən birinə çevrilmişdir. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, gənc əhalinin əhəmiyyətli bir hissəsi emosional narahatlıqlar və psixoloji çətinliklərlə qarşılaşır. Bu artışın səbəbləri müxtəlifdir və hər birinin özünəməxsus təsirləri vardır. Sosial təzyiqlər, akademik və ailəvi problemlər, gələcək narahatlıqları və sosial medianın mənfi təsirləri, depressiya və anksiyetenin yaranmasında əsas amillərdir. Bununla yanaşı, yeniyetmələr arasında psixoloji narahatlıqların artması, onların akademik və sosial uğurlarına da təsir edir. Depressiya və anksiyete halları, gənclərin özünə inamını zəiflədir, motivasiyalarını azaldır və sosial əlaqələrində çətinliklərə səbəb olur. Bir çox gənc, özlərini cəmiyyətə və ya ailələrinə uyğunlaşdırmaqda çətinlik çəkir və nəticədə daxili narahatlıq və psixoloji problemlərlə qarşılaşır. Yeniyetmələrdə depresiyanın əlamətləri, yuxusuzluq, tənhalıq hissi, intihar düşüncələri və özünə zərər vermək kimi təhlükəli hallarla özünü göstərə bilər. Bu səbəbdən, depressiya və anksiyetenin vaxtında aşkar edilməsi və müvafiq müalicənin başlanması çox önəmlidir. Kiber zorakılıq, son illərdə internetin və sosial medianın geniş yayılması ilə daha da artmışdır. Yeniyetmələr, onlayn dünyada müxtəlif təcavüzkar davranışlarla qarşılaşa bilirlər. Bu cür zorakılıqlar arasında təhqir, şantaj, qərəzli şərhlər və cinsi təcavüz hallarına qədər bir çox müxtəlif nümunələr mövcuddur. Kiber zorakılıq, yeniyetmələrin emosional rifahına ciddi şəkildə təsir edə bilər və onların özünə inamını zəiflədir, sosial əlaqələrini poza bilər və hətta intihara qədər aparan psixoloji problemlərə yol aça bilər. Onlayn zorakılıq, bəzən fizioloji zorakılıqdan daha ciddi nəticələrə yol açır, çünki gənclər bu cür təhdidləri tez-tez gizli şəkildə yaşayır və buna görə də ətraflarından yardım almaq çətin olur. Sosial şəbəkələrdə yayılan yalan məlumatlar, şantaj mesajları və təhqirlər, gəncləri daha çox tək qoyur və onların psixoloji sağlamlığını zərərli təsirlərlə üzləşdirir. Yeniyetmələr üçün ən böyük təhlükə, onlayn zorakılığın və kiberbulinqin sosial həyatda və məktəbdə daha da təcrid olmalarına səbəb olmasıdır. Bu təcrid, onları daha da zəiflədir və psixososial inkişaflarını məhdudlaşdırır. Sosial izolasiya, xüsusilə pandemiya dövründə, yeniyetmələrin emosional rifahına ciddi təsir göstərmişdir. Uzaqdan təhsil və sosial fəaliyyətlərin məhdudlaşdırılması, gənclərin sosial bacarıqlarının inkişafını və emosional dəstəyi əldə etmələrini çətinləşdirmişdir. İzlədikləri onlayn dərslər və digər fəaliyyətlər, onları real sosial əlaqələrdən ayırmış və tənhalıq hissini artırmışdır. Sosial izolasiya, gənclərin tək başlarına hiss etmələrinə və dünyadan uzaqlaşmalarına səbəb olur. Sosial təcrid həmçinin depressiya və anksiyetənin artmasına səbəb olur, çünki gənclər özlərini daha çox tənha hiss edirlər və problemlərini heç kimlə bölüşməyin çətin olduğunu düşünürlər. Bu vəziyyətin davam etməsi, onların psixoloji vəziyyətini daha da pisləşdirə bilər. Pandemiya dövrü göstərdi ki, sosial əlaqələrin olmaması, yeniyetmələrin özünə hörmətini və emosional balansını ciddi şəkildə pozur. Təcrübələrə əsaslanaraq, sosial əlaqələrin gücləndirilməsi və yeniyetmələrə müvafiq dəstək verilməsi çox vacibdir.Yeniyetmələrin emosional rifahını dəstəkləmək üçün psixoloji dəstək mühüm əhəmiyyət kəsb edir. Psixoloji dəstək, yeniyetmələrə öz duyğularını başa düşmək, onlarla başa çıxmaq və sosial vəziyyətlərdə daha yaxşı uyğunlaşmaq bacarıqlarını öyrədir. Psixoloq və terapevtlərin verdiyi dəstək, yeniyetmələrin stresslə mübarizə aparmaq üçün uyğun metodları öyrənmələrinə kömək edir. Bundan əlavə, emosional zəka təhsili, gənclərin öz emosiyalarını idarə etmə bacarıqlarını inkişaf etdirə bilər. Emosional zəka, özünə inamı artırır, sosial bacarıqları gücləndirir və streslə başa çıxma bacarıqlarını artırır. Yeniyetmələrin müsbət və mənfi emosiyalarını tanımaq, başqalarının emosiyalarına empati göstərmək, və qarşılıqlı əlaqələrdə daha uğurlu olmaq üçün bu sahədə təhsil almaq çox vacibdir. Sosial medianın düzgün istifadəsi, yeniyetmələrin psixoloji sağlamlığını qorumaq üçün vacib bir amildir. Rəqəmsal savadlılıq, gənclərin onlayn dünyada təhlükəsizlik qaydalarını bilmələrini və sosial şəbəkələrdə sərhəd qoymalarını təmin edir. Yeniyetmələrə onlayn şəbəkələrdə qarşılaşdıqları təcavüzkarlara və ya təhdidlərə necə reaksiya verməli olduqlarını öyrətmək, onların psixoloji rifahını artırmaq üçün çox faydalıdır. Sosial medianın yeniyetmələrə təsiri müasir dövrün ən aktual məsələlərindən biridir. Sosial media platformaları, yeniyetmələrin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib və bu platformalarda keçirilən zaman onların emosional, sosial və psixoloji rifahına böyük təsir göstərir. 1. Sosial əlaqələrin inkişafı və zəifləməsi: Sosial media, yeniyetmələrə uzaq məsafələrdəki dostlarla əlaqə saxlamağa və yeni insanlar ilə tanış olmağa imkan verir. Bu, onların sosial əlaqələrini genişləndirə bilər və daha geniş sosial dairələr qurmağa kömək edir. Lakin, eyni zamanda, sosial media çox vaxt real həyatda qarşılıqlı əlaqələri azaldır. Yeniyetmələr, onlayn dünyada başqaları ilə ünsiyyət qurarkən, əsl sosial bacarıqlarını inkişaf etdirməmək riski ilə üzləşirlər. Real həyatda empati qurmaq və üzbəüz ünsiyyət bacarıqlarını əldə etmək də vacibdir. 2. Özünə inam və bədən təsviri: Sosial media, xüsusilə vizual platformalar yeniyetmələrin bədənlərinə, görünüşlərinə və sosial statuslarına dair təzyiqlərini artıra bilər. Bu platformalarda "ideal" bədən ölçüləri, gözəllik standartları və həyat tərzləri təqdim edilir. Nəticə olaraq, yeniyetmələr özlərini digərləri ilə müqayisə edə bilər və bu da bədən dismorfikası, özünə inamsızlıq və emosional narahatlıqlara səbəb ola bilər. 3. sosial media təzyiqləri: Yeniyetmələr, sosial şəbəkələrdə başqalarının "mükəmməl" həyatını gördükcə, öz həyatlarını kifayət qədər yaxşı və maraqlı görməmək hissinə düşə bilərlər. Bu, depressiya və anksiyetənin artmasına səbəb ola bilər, çünki gənclər sosial media vasitəsilə daha çox təzyiq və gözləntilərlə üzləşirlər. 4. Onlayn zorakılıq: Sosial medianın bir başqa mənfi tərəfi də onlayn zorakılıq və internet üzərindən zorakılıq hallarının artmasıdır. Yeniyetmələr, sosial şəbəkələrdə təhqirə, şantaja və ya onlayn zorakılığa məruz qala bilərlər. Bu, onların psixoloji sağlamlığını ciddi şəkildə zədələyir, özünə hörmətlərini aşağı salır və sosial izolyasiyaya səbəb ola bilər. 5. Bilik və məlumat əldə etmə: Sosial media, yeniyetmələr üçün həm də bir məlumat mənbəyi rolunu oynayır. Müxtəlif sahələrdəki yeni məlumatlar, maraq sahələri və təhsillə bağlı resurslar, sosial mediada asanlıqla əldə oluna bilər. Həmçinin, sosial media, gənclərin müəyyən mövzularda fikir mübadiləsi etmələrinə və fərqli perspektivlərdən öyrənmələrinə imkan yaradır. Bu, onların dünyagörüşünü genişləndirə və sosial məsələlərə qarşı daha həssas olmağa təkan verə bilər. 6. Emosional rifah və stres:Bəzi araşdırmalar, sosial media istifadəsinin artmasının yeniyetmələr arasında stresin, depressiyanın və anksiyetenin daha çox yayılmasına səbəb olduğunu göstərir. Sosial şəbəkələrdə keçirdikləri zaman, xüsusilə mənfi şərhlər, tənqidlərlə qarşılaşan yeniyetmələrdə emosional pozğunluqların meydana gəlməsi mümkündür. Digər tərəfdən, sosial media platformaları, yeniyetmələrə həm də sosial dəstək və müsbət əlaqələr qurmaqda kömək edə bilər, amma bu, müsbət tərəflərin bəzən mənfi təsirlərdən üstələməsini təmin etmək üçün düzgün idarə edilməlidir. Ümumiyyətlə, sosial medianın yeniyetmələrə təsiri həm müsbət, həm də mənfi ola bilər. Onun həyatlarında təsirli və faydalı olabilməsi üçün doğru istifadə edilməli, onlayn davranışlar və şəbəkə etikası barədə maarifləndirmə aparılmalıdır. Əlavə olaraq, sosial medianın istifadəsinin məqsədyönlü şəkildə idarə edilməsi, yeniyetmələrin sosial təzyiqlərdən qorunmasına və emosional sağlıqlarının qorunmasına kömək edə bilər. Ailə və Cəmiyyətin Rolu: Ailələr, yeniyetmələrin emosional rifahını dəstəkləməkdə əsas rol oynayır. Ailə üzvləri, gənclərə sevgi və qayğı göstərməklə onların psixoloji sağlamlığını qorumağa kömək edirlər. Güclü ailə əlaqələri, yeniyetmələrə özlərini təhlükəsiz və sevilmiş hiss etmələrinə kömək edir. Cəmiyyət də yeniyetmələrin inkişafında mühüm rol oynayır. Ailə və məktəb mühiti ilə yanaşı, cəmiyyətin dəstəyi və empati, yeniyetmələrin emosional rifahını artırmaq üçün çox vacibdir. Cəmiyyətin müxtəlif təbəqələri, gənclərə daha sağlam və dəstəkləyici bir mühit yaratmaqda əhəmiyyətli rol oynaya bilər.Məqalənin sonunda, yeniyetmələrin emosional rifahı ilə bağlı ətraflı tədqiqatlar və mövcud problemlər müzakirə edildi. Yeniyetmələrin emosional rifahını dəstəkləmək üçün müxtəlif həll yolları təklif edilib. Psixoloji dəstək, emosional zəka təhsili və sosial medianın düzgün istifadəsi, gənclərin psixoloji sağlamlığını qorumaq və inkişaf etdirmək üçün vacib vasitələrdir. Həmçinin, ailə və cəmiyyətin dəstəyi, gənclərə sağlam bir emosional mühit təqdim etmək üçün çox əhəmiyyətlidir. Gələcəkdə, məktəblər və cəmiyyətlər tərəfindən daha çox diqqət göstərilməsi, yeniyetmələrin psixoloji sağlamlıqlarını qorumağa kömək edəcək və onların müsbət inkişaflarını təmin edəcəkdir.

Övladımda disleksiya var,nə edim?

Normal zəka düzəyində olmasına rəğmən dil, oxuma və yazma bacarıqlarında problemlər yaşanmasına səbəb olan özəl öyrənmə pozuntusudur. Hərfi mənası «dis « çətinlik, yoxluq; leksiya « dil deməkdir  Oxuma çətinliyi ilə bərabər gələn özəl öyrənmə çətinliyidir. Disleksiya- edilən müdaxilələrə baxmayaraq uşağın öyrənməsində olan çətinlikdir. Diskalkuliya – hesablama , riyazi əməllərlə bağlı çətinlik, pozuntu  Disqrafiya – yazı ilə bağlı pozuntu  Dispraksiya- motor və hərəkət koordinasiyası pozğunluğu Diskalkuliyanın əlamətləri Rəqəmləri yalnış qavrayır Rəqəmlərin yerini səhv yazır  Durğu işarələrini səhv qoyur ( disqrafiya) Riyazi əməllərdə çətinlik çəkir  Ölçü qavramlarinda çətinlik çəkir  Müqayisə etməkdə çətinlik çəkir ( böyük – kiçik işarəsi) Çox çalışmasına rəğmən hərf, rəqəmləri yadında saxlaya bilməmək Hərf və rəqəmləri oxşar/ fərqli səslənməsinə görə qarışdırmaq Səsli oxumaqdan imtina  Başqası oxuyanda anlama, lakin öz oxuduğunu anlamama Çox ləng oxuma Oxuyan zaman çox həyəcanlanma Ürəkbulanma ,qarın ağrısı ( oxuyan zaman ) Cümlələri intonasiya ilə deyil , tək- tək sözlərlə oxumaq Sözü tərsinə oxumaq  Sağ / solu qarışdırır  Vizual qavramada zəiflik Oxuyarkən sözün sonuna heca əlavə etmək və ya son hecani oxumamaq Zaman , məkan qavramlarini qarışdırır . Dislektik uşaqlar çox erkən yaşlarda tanına bilər ,amma məktəb dövrünün başlaması ilə daha qabarıq şəkildə ortaya çıxır . Çünki oxu yükü artır . Uşaqların 7-10% də disleksiya əlamətləri müşahidə olunur. Disleksiyanin səbəbi məlum deyil. Disleksiya oxuma prosesində olan bioloji problemin nəticəsidir. Hər 5 uşaqdan birində disleksiya görülür . Disleksiyanın 37 əlamətini müəyyən ediblər. Disleksiyanin ən böyük səbəblərindən biri genetik faktordur. Ata və yaxud anada varsa , uşaqda da görülə bilər . Disleksiya özü ilə bərabər özgüvən əksikliyi və 50% diqqət əksikliyi gətirir. Necə kömək etməli? 1.Valideyn səbrli olmalı  2.Digər uşaqlarla muqayisə etmək olmaz  3.Danlamaq, mühakimə etmək, tələsdirmək olmaz . 4.Həyəcanlanan zaman üzərinə getməmək 5.Onları tənbəl adlandırmamaq 6.Arxa partada otuzdurmamaq 7.Daha çox diqqət ayrılmalı 8.Onlara daha sadə çalışmalar verilməli 

Hiperaktivlik nədir və hiperaktiv uşaqlarla necə davranılmalıdır?

Müasir dövrümüzdə  uşaqlarda  çox rast gəlinir. Hansı ki bu problem daha çox valideynləri narahat edir və təşvişə salır.  Hiperaktivlik əlamətləri: Y  Aqressivlik Y Narahatlıq Y Boş- boşuna vurnuxma Y Diqqət əksikliyi Y Tez-tez əşyalarını itirmə Y impulsivlik Normal olaraq , beynimizdə  bu sual canlanır.Bu qədər sıxlıqla müşahidə  edilən  hiperaktivliyin səbəbləri nələrdir? Araşdırmalara əsasən, hiperaktiv  övladı olan anaların çoxu hamiləlik dönəmində  toksikozdan, yüksək təzyiqdən əziyyət çəkirlər. Uşaqlarda  bu cür  yüksək aktivlik ən çox 3 yaşından  başlayır. Əgər  bu cür  uşaqlarda əvvəlcədən mütəxəssis yardımı  alınmazsa ,yeniyetməlik  çağlarında qaydalara tabe olmaq istəməməsi  və  digər zərərli  vərdişlər  rast  gəlinə  bilər.  Hiperaktiv  uşaqlar  əksərən parıldayan nəsnələrə daha maraqlı  olurlar. Onlar  eyni  vaxtda  hər  şeylə  məşğul  olmaq  istəyir, qayda- qanunlara  tabe olmur,  dəcəlliklər və diqqət  əksikliyi  də  müşahidə  olunur. Hiperaktiv uşaqlar bir sıra  müsbət  xüsusiyyətlərə də malikdirlər. Ünsiyyətə  meyilli olurlar və  hər hansı  bir şeydən dərhal  ilhamlana  bilirlər, yardımsevər xarakterə  malik olurlar. Bunlara baxmayaraq , onlar özlərini ifadə edə  bilməkdə və dost qazanmaqda çətinlik yaşayırlar.Bu çətinlik  məktəbdə  konsentrasiya problemi olaraq özünü  göstərir. Hiperaktivliyi  müəyyən  etmək  üşün xüsusi  test  yoxdur . Valideynlər bir neçə  qaydalara  riayət  etməklə  əlamətləri müəyyən dərəcədə  korreksiya  edə  bilərlər. Lakin psixoloq yardımı  mütləqdir. Valideynlərə  məsləhət 1) Uşağınızın  uğurlarını   vurğulayın,  faydalı  davranışlarına görə  onları  tərifləyin. 2) Uşağa  icazə  verin ki, öz  enerjisini  faydalı  və  səmərəli  işlərə  sərf  etsin.Məsələn: idman hərkətləri,  təmiz havada  gəzinti və s. 3) Evdə  gündəlik işlərin planını  tutun.  Ev işləri, qida  qəbulu, yatmaq,  təmiz havada  gəzinti  bu  cədvələ  uyğun olsun 4) Övladınız oyun  oynadığı zaman  onun oyun yoldaşı  olsun  və ən əsası  narahat,səs-küylü , dalaşqan  uşaqlardan qaçsın. 5) Yox, olmaz sözlərini bacardıqca  təkrar  etməyin. 6) Uşağınız hər nə  qədər  dəcəl, hiperaktiv olsa belə, onlarla  sakit , təmkinlə danışın. Uşaqlar  bizim gələcəyimizdir. Gələcəyimizi məhz biz öz əldə etdiyimiz nəticələrlə dəyişə bilərik. Uşaqlar xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı, gələcəyimiz və ilahi əmanətdir.. Yazar : Psixoloq Aysu Əliyeva

Qorxu, təşviş və uşaq...

Qorxu yaşamın təbii bir hissəsi olub,qəzəb,sevinc və ya məyusluq kimi bir duyğudur. Qorxu insanların görünən və görünməyən təhlükələr qarşısında verdiyi reaksiya şəklidir. Əslində hər qorxu özümüzümüdafiə mexanizmamızı işə salır və təhlükəli durum qarşısında özümüzü qorumağımıza yardım edir. Uşaqların qorxuları yaş dövrlərinə görə fərqlənir. Daha azyaşlı dönəmdə qorxuların səbəbi yüksək səs olduğu halda,uşaqların yaşı artdıqca mücərrəd varlıqlardan qorxmağa başlayırlar. Uşaqlar nədən qorxar? 2 yaş: Ən çox səslərlə əlaqəli qorxular üstünlük təşkil edir.Xüsusilə qatar,kamaz,şimşək səsi,tozsoranın,hava feninin səsi...Qaranlıq,böyük əşyalardan da qorxu halları bu yaşda görülə bilər. 2,5 yaş: Oyuncağın və ya çarpayının yerinin dəyişdirilməsi,uşaq yuxuya keçdikdən sonra anasının yanından ayrılması,uşağın vərdişlərindən fərqli edilən davranışlar uşağı qorxuda bilər. 3 yaş:Ən çox vizual qorxular;qaranlıq,heyvan,polis,ana və atanın gecə küçəyə çıxması və s. 4 yaş: Səslərlə əlaqəli qorxular; xüsusilə motor gurultusu. Eyni zamanda vəhşi heyvanlar, ananın evdən getməsi,qaranlıqdan qorxma halları da müşahidə edilir. 5 yaş: Çox da qorxulu bir yaş deyil. Daha çox görsəl qorxular görülür. Əlavə olaraq ,yıxılmaq,zədələnməkdən qorxmaq halları da müşahidə edə bilərik. 6 yaş:Ruh,cadı kimi mücərrəd gözlə görünməsi mümkün olmayan varlıqlardan qorxmağa başlayarlar.Və bu qorxular uşaqda çarpayının altında həmin varlıqların gizləndiyi düşüncəsini yaradır. 7 yaş:Qaranlıq,zirzəmi qorxusu...Kölgələri ruh,cadı kimi qavramaq halları görülür.Uşaq oxuduqlarından,televizorda gördüklərindən hədsiz təsirlənib təşviş keçirə bilir. 8-9 yaş:Təşviş və qorxular daha azdır. Daha çox sosial status və kimliyi ilə bağlı narahatlıqlar görə bilərik. Məsələn: bir işi edə bilməmək,məktəbdə uğursuzluq yaşamaq, insanlar içərisində pərt olmaq kimi. Övladlarımızın qorxuları ilə mübarizə apara bilməsi üçün yollar: 1) Qorxunu rədd etməyin,qəbul edin. Uşağınızın qorxusu haqqında nə düşünürsünüz düşünün,bu duyğu onlar üçün gerçıkdir və sizin də onları anladığınızı bilmək istəyərlər.Onlara mövzu haqqında danışmaq fürsəti verin,həqiqətən anladığınızı göstərin . Yardım edə  bilməyiniz üçün ilkin mərhələ övladınızın qorxusunun olduğunu qəbul etməkdir. 2)Öz qorxularınızı onlara ötürməyin. Çox ailələrdə görülən davranışlardan biri də uşağın ana,atanı model aldığı üçün onun qorxu və duyğularının təsiri altına düşməkdir.Belə hallarda qorxularınız haqqında onlarla danışın,sizin də insan olduğunuzu və sizin də hamı kimi qorxularınızın ola biləcəyini izah edin.Qorxu ilə necə mübarizə apardığınızı,üstəsindən gəlmək üçün onlara istiqamət verin. 3) Hansısa qorxuya qalib gəldikləri pozitiv xatirələri danışın. Övladınıza əvvəlcə sınamaqdan qorxduğu, amma sonra etməkdən zövq aldığı situasiyanı xatırlamaq , öz bacarıqları haqqında özgüvənin qalxmasına səbəb olacaqdır. 4) Onları başqaları ilə müqayisə etməkdən uzaq durun. Müqayisə edilmək uşaqda yetərsizlik duyğusuna səbəb olacaqdır. Eyni zamanda müqayisə olunana qarşı nifrət,qəzəb və kinin yaranması ilə nəticələnəcək. 5)Qorxularına qalib gəlməsi üçün nağıl terapiyasndan-uşaq hekayələrindən istifadə edin. Xüsusilə övladınızın qorxusu ilə eyni qorxudan əziyyət çəkən personaj və bənzər sujet xətli hekayə seçin.Belə ki. uşaq  qorxusuna qalib gələn personajla özünü eyniləşdirir və qorxusuna qalib gəlmək üçün cəsarətlənir. 6)Bir qorxu ilə üzləşmənin necə kiçik addımlarla edilə biləcəyini göstərin. Kiçik etaplarla qorxunun üzərinə gedərək qalib ola biləcəyini öyrədin. 7) Relaksasiya texnikalarından istifadə edin. Rahatladıcı musiqi, nəfəs texnikaları uşaqdaki gərginliyi aradan qaldıracaqdır. 8)Tək olmadıqlarını davamlı xatırladın. Nə olursa olsun,hər zaman onların yanında olacağınızı bildikləri üçün özlərini güvəndə hiss edəcəklər. Unutmamalı ki, qorxu duyğusunu uşaq fərqində olmadan yaşayır və bu dönəmdə önəmli olan ona göstərilən anlayış,sevgi və qayğıdır. Psixoloq Aysu Əliyeva

Uşaqlarda masturbasiya?!

Uşaqlar 3 yaşından etibarən öz bədənini kəşf etməyə başlayır. Xüsusilə də öz cinsinin fərqinə varır. Qız və yaxud oğlan olduğunu qavramağa başlayır. Özünü tanıması ilə paralel ətrafı müşahidə edir. Fizioloji və görünüş olaraq fərqi duymağa başlayır. Və bu öyrənmə prosesi uşağın cinsəl inkişafında da özünü göstərir. Belə ki, uşaq cinsəl orqanına toxunduqda, pampersi dəyişdirildikdə, yaxud tualet ehtiyacı ödənildikdən sonra təmizləndiyində o toxunma prosesində fərqli duyğular yaşayır. Həzz duyğusunu ilk dəfə yaşayan bəzi uşaqlar bu duyğunu yenidən yaşamaq istəyə bilər. Cinsəl orqanı ilə oynayaraq özünü rahatlatmağa başlayar. Yaxud oyuncaq, yastıq və digər əşyalar vasitəsilə sürtünmə prosesində rahatlamağa çalışar.  Bu kimi hallar daha çox tez- tez yalnız və tək qalan, ailə diqqətindən kənarda qalan uşaqlarda görülür. 2-3 yaşlarında tamamən fizioloji proses sayılan bu hadisə yaş artdıqca davam edərsə ciddi problem var deməkdir. Uşaqlıq dönəmində saatlarca vaxt alan, uşağın yemək və yatmaq kimi günlük rutininə əngəl olacaq tezlikdə masturbasiyalara rast gəlinə bilər. Bu tip uşaqlar hər boş vaxt olan kimi otağa qapanır və masturbasiya etməyə davam edərlər. Uşaq bu davranışı etməkdən özünü dayandıra bilmir, etmədiyində isə narahatlıq və gərginlik hissi keçirir. Uşağın cinsəl orqanında qaşıntılı yara olması da bu hala səbəb ola bilər. Həmçinin cinsəl istismara məruz qalmış uşaqlarda hədsiz dərəcədə davamlı masturbasiya görülür.  Eyni zamanda yeniyetməlik dönəmində də bu durum kəskin və davamlı hal ala bilər. Bu halda ailənin uşağa günahkar və hədələyici davranış , reaksiyalardan qaçınılması gərəklidir. Əks halda uşaqda depressiya,okp əlamətləri görülə bilər. Ana və atalar uşaqlarında masturbasiyasiyaya bənzər davranışlar gördüyü zaman bu situasiyaya cinsəl məna yüklədikləri üçün əsəb və gərginlik keçirirlər. Utanc hissi səbəbilə uşaqlarına təyziq göstərir , hərşeyi kontrol altına almağa çalışır və davamlı etməməsi gərəkdiyini bildirir , çox vaxt isə ağır cəzalar verir, şiddət göstərirlər. Halbuki bu cür yanaşma uşaqda durumu daha da alovlandırır. Uşaq daha çox meyl edir. Olmaz və qadağa edilən hərşey uşaqda maraq , həvəs yaradır. Mütləq halda uşaq və yeniyetmə psixoloquna müraciət edilməlidir. Valideynlər isə belə halla qarşılaşdığı zaman elədiyini uşağın üzünə çırpmaq əvəzinə, diqqətini yayındırmalı və uşağın marağını fərqli yönlərə yönəltməlidir. Psixoloq Aysu Əliyeva