Qurban bayramına görə bu ünvanlarda yarmarkalar olacaq - SİYAHI

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək. Nazirlikdən Modern.az-a verilən məlumata görə, yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur. 21-23 avqust tarixlərində keçiriləcək yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub. Satış üçün nəzərdə tutulan 20 min baş heyvan Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstan Respublikasından gətirilib. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir. Bundan başqa Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara ümumilikdə 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.  Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək: Bakı şəhəri üzrə Nərimanov rayonu 1.    Əliyar Əliyev küçəsi, 26 (“Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)2.    Əlyar Əliyev küçəsi, 36a (“Təbriz” KM, Keşlə bazarı)3.    Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı) Suraxanı rayonu 1.    Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı2.    Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, “V” massivi Binəqədi rayonu 1.    Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi)2.    Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (“Dördyol” adlanan yer)3.    Binəqədi qəsəbəsi, Gülüstan massivi, döngə 15 (Heyvan bazarının yanı)4.    Cəfər Xəndan küçəsi, 54, “Oazis”  restoranının  yanı (“Ət pavilyonu” adlanan ərazi) Xətai rayonu 1.     Zığ yolu (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında) Yasamal rayonu 1.    Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 72.    Xiyabani küçəsi, 10c3.    Şərifzadə küçəsi 196, “İdeal” şadlıq sarayının həyəti Nizami raronu 1.    Mehdi Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsi2.    Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsi Səbail rayonu 1.    20-ci sahə (Badamdar şosesi)2.    Bayıl bazarı, Gülbala Əliyev küçəsi Xəzər rayonu 1.    Qala-Pirallahı yolu, “Lambir“ müəssisənin arxası Qaradağ rayonu 1. Lökbatan qəsəbəsi (“Meyvəli” MMC-nin ərazisi) Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)“Qoç-ət” MMC , Lökbatan qəsəbəsi Sabunçu rayonu 1. Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72, “Arzu” şadlıq sarayının yanı 2. Sabunçu qəsəbəsi, şəhər şosesi döngə 6, “Sabunçu” mərasim evinin yanı 3. Ramana qəsəbəsi, Şuşa şəhərciyi, “Pətək” marketin yanı 4. Zabrat qəsəbəsi,” Azmeat” MMC 5. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi 6. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi, “Araz” marketin yanı 7. Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6 8. Maştağa qəsəbəsi “Kanal” marketin yanı 9. Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi 10. Nardaran qəsəbəsi, Axundzadə küçəsi 107 11. Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov 24 keçmiş “Sərhan” marketin yanı Bölgələr Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, 2№-li məktəbin yanı Neftçala rayonu 1.      Neftçala bazarı, Məhəmməd Əsədov küçəsi2.      Xili qəsəbəsi3.      Bankə qəsəbəsi4.      Həsənabad qəsəbəsi 1)  Şamaxı rayonu 1.      Şamaxı şəhər stadionun yanı 2)  Göyçay rayonu Rayon ərazisində fəaliyyət göstərən heyvan satışı bazarı (Göyçayın Ağsu tərəfdən girişi) 3)  İsmayıllı rayonu 1.    “Yaşıl market” 4)  Lənkəran şəhəri 1.    Bakı-Astara magistral yolunun 200 kilometrliyində, Lerikə dönən yolun solunda, Şiləvar kəndi ilə üzbəüz. 5)    Ağdaş rayonu 1.    Zeynəddin kəndi, mal bazarı 6)    Quba rayonu 1.    Heydər Əliyev prospekti, “Ət bazarı” deyilən ərazidə 7)    Şirvan rayonu 1.      18 №-li məktəbin həyəti2.      16№-li məktəbin həyəti 10)  Şəki şəhəri Şəki şəhərinin “Çöl yolu” adlanan ərazisində yerləşən heyvan satışı bazarı

Məktəbli dəstlərinin satışı ilə bağlı yenilik

Builki tədris mövsümündə məktəbli formalarının qiymətində artım yoxdur, lakin valideynlərin istək və müraciətləri nəzərə alınaraq bəzi dəyişikliklər edilib. Bu barədə virtualaz.org saytına Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib. Onun sözlərinə görə, indiyədək məktəbli formaları yalnız dəst halında satılırdı, bu isə valideynlərin narazılığına səbəb olurdu. Məsələn, valideyn şalvar, yaxud pencək almaq istəyirdi, amma formanı dəst almağa məcbur idi. Bu ildən isə yalnız ehtiyacı olan geyimi ala biləcəklər. Eyni zamanda, bu ildən ibtidai sinif şagirdlərinə jiletlər satılmayacaq. Yuxarı sinif şagirdləri üçün jilet geymək məcburi deyil. E.Əzimov əlavə edib ki, valideynlərin əlavə pul xərcləməməsi üçün məktəbli formalarının modellərində, dizaynında dəyişiklik edilməyib. Hazırda tikiş evinin 10 satış məntəqəsində 4 model olmaqla ibtidai siniflər üzrə 40 manata, yuxarı siniflər üzrə 46 manata məktəbli dəstləri satışdadır. Həmçinin köynək 8 manata, şalvar 42 ölçüyədək 15 manata, 54 ölçüyə kimi 18 manata, pencək 25 manata, ibtidai sinif şagirdləri üçün yubka 15 manata, böyük siniflər üçün aşırma yubka 18 manata satılır. Etibar Əzimov saxta məktəbli formalarının satılması ilə bağlı problemlə üzləşdiklərini deyərək valideynləri ehtiyatlı olmağa çağırıb: “Bakı Tikiş Evinin həm parça, həm də hazır dəstlərlə bağlı sertifikatı var, geyimlərin təhlükəsizlik və keyfiyyətinə görə cavabdehdir. Bəzi işbazlar isə fabrikin forma və dizaynından istifadə edərək Çindən məktəbli dəstləri sifariş verirlər, üzərinə də fabrikin əmtəə nişanını yapışdırırlar”. Keyfiyyətsiz parçadan hazırlananan saxta məktəbli dəstləri bazarda 32-35 manat arası təklif olunur. E.Əzimov söyləyib ki, fabrikdə 800 qadın çalışır, işbazlar həm də bu qadınların əməyinə, dolanışığına mane olurlar. Valideynlər saxta formaların 5-6 manat ucuz olmasına aldanmasınlar.

Yeni Zellandiyanın qadın naziri doğuşa velosipedlə getdi

Yeni Zellandiyanın qadın naziri Juli Genter doğuş edəcəyi xəstəxanaya velosipedlə gedib. Psixoloq.az xəbər verir ki, “Yaşıl” partiyasının üzvü olan nazir ilk övladını dünyaya gətirmək üçün xəstəxanaya velosipedlə gedib və fotonu İnstaqram səhifəsində paylaşıb. Xanım nazir mesajında yazıb: “Mənə uğur diləyin. Partnyorum və mən avtomobildə yer olmadığı üçün velosipedlə getdik. Amma bu mənə xoş təsir bağışladı”. Elektriklə çalışan velosipedi ilə hərəkət etdiyini bildirən Genter “Doğuşu asanlaşdırmaq üçün son həftələr velosipedə minsəydim, daha yaxşı olardı” yazıb.Genter Yeni Zellandiyanın nəqliyyat naziridir. O, velosipedlə hərəkət etməyi dəstəkləyən nazirlərdəndir.

Azərbaycanda həkimlərin sayı azaldı

Bu il Azərbaycanda həkimlərin ümumi sayı azalıb. Psixoloq.az-ın məlumatına görə, 2018-ci ilin ötən dövründə həkimlərin ümumi sayı 31 min 900 nəfər təşkil edib. Bu rəqəm ötən il üçün 32 min 200 nəfər olub. Bu da 2017-ci illə müqayisədə 300 həkimin azalması deməkdir. Bundan başqa, orta tibb işçilərinin sayında da azalma qeydə alınıb. Belə ki, bu il üçün onların sayı 52 min 800 nəfər (keçən il 54 min 500 nəfər) təşkil edib. Xəstəxana müəssisələrinin sayı isə 3 ədəd azalaraq 566 (keçən il 569) olub. Xəstəxana çarpayılarının sayına gəlincə, onların sayı 44 min 100-ə (keçən il 45 min 300) enib.(unikal.org)

Banklar bayramda da işləyəcəklər

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilmiş avqustun 22-23-də əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Psixoloq.az  Palataya istinadən xəbər verir ki, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 22 bankın 56 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 6 bankın 2 filialı və 5 şöbəsi 24/7 rejimində işləyəcək. Bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar xəttə müraciət edilə bilər: Əlaqələndirici şəxs: Azər Quluyev E-mail: [email protected] Tel: (+994) 70 908 62 21 (ölkə.az)

"Bu gündə uşaqları tək qoymayın" - Xeyriyyə tədbiri keçiriləcək

Avqust ayının 21-i saat 16:30 Lido restoranında Qadın və uşaq sığınacağının xeyriyyə tədbiri keçiriləcək. Psixoloq.az xəbər verir ki, bu barədə təşkilatın sədri Mehriban Zeynalova məlumat verib. Zeynalova, vətəndaşlardan uşaqları tək qoymamağı rica edib. Qeyd edək ki, bu tədbir üçün toplanan vəsait sığınacaqda qalan sakinlərin ehtiyyaclarına xərclənəcək.

Tələbələr hansı halda təhsil haqqını ödəməkdən imtina edə bilər? – Nazirlikdən AÇIQLAMA

Hər il ali məktəblərə qəbul prosesi başa çatandan sonra, dərhal tələbə adını qazanmış abituriyentlərin hansı halda təhsil haqqını ödəməkdən imtina edilməsi məsələsi gündəmə gəlir. Bu il də istisna deyil. Xüsusilə, bu il bir çox universitetlərdə ödənişin yüksək olması ümumilikdə cəmiyyətdə çoxsaylı sualların yaranmasına gətirib çıxarıb. Hansı hallarda ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələr ödənişdən azad olunur? Psixoloq.az xəbər verir ki, Təhsil Nazirliyi məsələnin aktuallığını və ünvanlanan sualların çoxluğunu nəzərə alaraq münasibət bildirib. Nazirliyin sektor müdiri Cəsarət Valehov bildirib ki, mövcud qanunvericiliyə uyğun olaraq ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan aşağıdakı kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir: - dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün və şəhid ailəsi statusunu almış ailənin üzvlərindən olan tələbələr; - dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan, 18 yaşına qədər hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya onlara bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və ya II qrup əlil olan) 23 yaşınadək tələbələr; 2014/2015-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların ali təhsil müəssisələrində təhsil alan övladları.(modern.az)

Tarif Şurasından Aİ 92 markalı benzinin qiyməti ilə bağlı — AÇIQLAMA

Sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda SOCAR-ın yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin 1 manata satıldığı barədə məlumat yayılıb. Psixoloq.az xəbər verir ki, Tarif Şurası yenicag.az-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib: “Aİ 92 markalı benzin ilə bağlı qiymət dəyişikliyi yoxdur. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Yaxın günlərdə də Aİ 92 markalı benzinin qiymət artımı ilə bağlı müzakirə nəzərdə tutulmayıb.” Qeyd edək ki, avqustun 19-da axşam saatlarında Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.

Bədəndəki xalları götürmək olarmı?

Bəzi insanlarda bədəninin müxtəlif nayihələrindəki, xüsusilə də üzdəki xallara görə komplekslər yaransa da, onları götürməyə risk etmirlər, daha böyük problemlərin yaranacağından ehtiyat edirlər. Psixoloq.az xəbər verir ki, dermatoveneroloq Sevinc Kərimova Trend-ə bildirib ki, istənilən "ət xalı” dediyimiz dəri törəmələri xoş xassələli olsalar da, onlar törəmə sayılır və onkoloji xəstəliklər qrupuna daxil edilirlər. S.Kərimovanın sözlərinə görə, "ət xalları”nın kriodestruksiya üsulu ilə dondurularaq, lazerlə və ya cərrahi yolla götürülməsi mümkündür və heç bir əks göstərişi yoxdur. Həkim hesab edir ki, ümumiyyətlə, dəridə olan hər bir törəmə vaxtında - heç bir problem yaratmadığı zaman götürülməlidir: "Təbii ki, bütün dəri törəmələri bədxassəli deyil. Hemangioma da, papilloma da xoşxassəlidir. Müəyyən hallarda bazaliomaların gələcəkdə xərçəngə çevrilməsi riski varsa, onların da "sakit” vaxtı, heç bir problem yaratmadığı zaman götürülməsi məsləhətdir. Çox zaman xəstəyə "ət xalları”nın kriodestruksiya üsulu ilə götürülməsi təklif edildikdə, o, panikaya düşür, qorxur. Amma əgər bu, törəmədirsə, zaman-zaman mexaniki zədə alırsa, onu mütləq götürmək lazımdır. Çünki o, həmin vaxt bədxassəli olmasa belə, şişdir. Xoş və ya bədxassəli olmasından asılı olmayaraq isə onun vaxtında götürülməsi məsləhətdir”. S.Kərimovanın sözlərinə görə, bəzi hallarda pasiyent müraciət edir ki, xal heç bir zədə almasa və qaşınmasa da, öz-özünə qanayır: "Həmin əlamət artıq xərçəngə keçid üçün siqnaldır. Xal travma alaraq qanaya bilər, amma mexaniki zədə almadan qanayırsa, üstünü yara bağlayırsa, bu, artıq o deməkdir ki, orada aktiv hüceyrələr tapılacaq. 99 faiz halda öz-özünə qanayan xallarda xərçəng hüceyrələri tapılır”. S.Kərimova qeyd edib ki, istənilən "ət xalı” dediyimiz dəri törəmələri onkoloji xəstəliklər qrupuna daxil edildiyinə görə onların üzərində lazer epilyasiyasının aparılması məsləhət görülmür. Çünki lazer şüasının təsirindən belə xalların sayı daha da arta bilər. Bu halda onların bədxassəli şişlərə çevirilməsi riski də yaranır: "Müəyyən xallar var ki, "sakit” olsa da, xərçəng adlandırılmasa da, xərçəngönü sayılır. Yəni gələcəkdə onun xərçəngə çevrilməsi riski var. Ona görə də onların üzərinə şüa vurub bu prosesi daha da sürətləndirmək olmaz. Bu səbəbdən xallar olduqda epilyasiyanın edilməsi qəti qadağandır”. S.Kərimova bildirib ki, qırmızı xallar dərini qidalandıran xırda kapilyarların divarından inkişaf edən törəmə olduğu üçün qırmızı rəngdədir: "Bunlar həm də hemangioma xallardır. Onlara da lazer terapiyası olmaz. Çünki bu prosesin təsirindən damarlar daha da genişlənir və bununla prosesi daha da dərinləşdirmişik oluruq”.

Bu toksin autizmli uşaq doğulmasına səbəb olur

Son illər geniş yayılan Autizm sindromunun yaranma səbəbləri geniş tədqiqatlarla araşdırılır. Milyon qadının məlumatları əsasında aparılan yeni araşdırmada  gələcək ananın orqanizmində olan təhlükəli DDT pestisidinin autizmli uşaq doğulması riskini artırdığı sübut olunub. Təcrübənin nəticələri tibbi elmi jurnalda dərc olunub."Bizim elmi iş göstərdi ki, DDT təəssüf ki, keçmiş əsrlərdə qalıb, daşa dönmüş maddə deyil. Onun molekulları hələ də təbiətdə və bədənimizdədir. Hamilə qadının orqanizmində bu pestisidid çoxdursa, dölə keçir və çox zaman autizmə səbəb olur. Dixlordifeniltrixloretan, qısacası DDT yer üzündə insanın ilk tətbiq etdiyi və yaydığı pestisidlərdən biridir. O, Bayer farmakoloji şirkətinin rəhbəri tərəfindən hələ XIX əsrin sonlarında icad olunub və İkinci Dünya müharibəsindən sonra tətbiq olunmağa başlayıb. 1960-cı ildə məlum oldu ki, DDT insan orqanizmində toplanır, xaric olmur, ona görə çox qabaqcıl ölkələrdə qadağan olundu. Tibbi araşdırmalar göstərdi ki, bu pestisid düşük, xərçəng, xroniki xəstəliklər, piylənmə yaradır". Braun və onun kolleqaları təcrübədə 1986-2005-ci illərdə Finlandiya sosial və tibbi xidmətlərin gənc analardan topladığı məlumatları analiz ediblər. Bu müddət ərzində milyondan çox qadın hamilə olmağı planlayıb və onların hamiləlik gedişatı izlənilib. Onlardan mütəmadi qan analizləri götürülüb, dölə təsir edəcək toksinlərin sayı təyin olunub. Sonda məlum olub ki, orqanizmində DDT çox olan qadınların autizmli uşaq dünyaya gətirmək riski 33%-dir.  Xüsusilə Finlandiyanın əqli-zehni geriliyi olan sakinlərində bu risk daha çox idi. Onlardan autist uşaq daha çox doğulmuşdu. Braun hesab edir ki, DDT unikal obrazla dölün beyninə təsir edir, onun ana bətnindən daha tez çıxmasına səbəb olur, uşaqlarda əqli, zehni inkişafa mane olur. Ona görə DDT pestisidinin hələ də insanlıq üçün ciddi təhlükə olaraq qaldığını demək olar. Bu pestisidin planetdə yayılmasının qarşısı alınmasa, getdikcə daha çox autist uşaq doğulacaq. Xatırladaq ki, bu pestisid bitkiçilik və heyvandarlıqda müxtəlif gəmiricilər, gənələr və infeksiyalarla mübarizə üçün istifadə olunur. Ona görə kənd təsərrüfatı məhsullarında, balıq məhsullarında, torpaqda və su hövzələrində yığılır. İnsan orqanizminə də qida, su və hava ilə keçir.(saglamolun.az)

Uşağa hansı yaşdan sonra xarici dil öyrədilməlidir? – Psixoloq məsləhəti

Bu gün uşaqlara kiçik yaşlarından xarici dil öyrətmək dəb halını alıb. Atalar sözündə deyildiyi kimi, "Yar məni alverdə görsün" məsələsidir, yoxsa düşünülmüş addımdır. Bəzi mütəxəssislər bildirirlər ki, bu uşağın gələcək inkişafı üçün müsbət haldır. Gələcəkdə əcnəbi dili çətinlik çəkmədən, rahat öyrənə biləcək. Lakin uşaq psixoloqları bunun mənfi tərəflərini də nəzərdən qaçırmırlar. Araşdırmalara görə, iki dildə danışan ailələrin uşaqlarında nitqdə qüsurlar ola bilər. Hazırda üstünlük ingilis dilinə üstünlük verilir. Çünki bu dil dünyada qəbul edilən bir neçə dildən biridir və gələcəkdə də uşaq bu dildən faydalana bilər. Lakin valideynlər bir nüansı da unutmamalıdırlar ki, uşağın tez qavraması üçün onun  temperamentinə uyğun dil seçilməlidir. - Uşağın orijinal şəxsiyyət kimi yetişməsi üçün yapon dili öyrədilməsi məsləhətdir. Heroqliflərin yazılış qaydasını yadda saxlamaq üçün uşağın beynində hər iki yarımkürə aktiv inkişaf edəcək. - Uşaq musiqiyə meyillidirsə, çin dilinin öyrədilməsi məsləhətdir. Bu dil beyinin sağ yarımkürəsinin cavabdeh olduğu musiqi qabiliyyətini  artırmaqda ona kömək olacaq. Dilçilərin fikrinə əsasən, məhz çin dili gələcəkdə aparıcı dil olacaq.- Ünsiyyətcil uşağa fransız və ya ispan dili öyrətmək daha uyğundur. - Uşağınız məntiqli düşünürsə, alman dili onun seçimi ola bilər. - Kreativ düşüncəli uşağa isə inglis dilinin öyrədilməsi məsləhətdir. Bəs bu dillər uşağa hansı yaşdan sonra öyrədilməlidir? "Loqos" psixoloji nitq mərkəzinin baş uşaq psixoloqu Anara Quliyeva bununla bağlı ATV.az-a öz fikirlərini bildirdi: "Uşaqlarda passiv və aktiv nitq inkişafı olur. Passiv nitq, yəni uşağın başa düşdüyü dildə apar, qoy, gətir kimi ifadələri anlayır və icra edir. Artıq 1 yaşından uşaq öz söz ehtiyatına uyğun hərəkət edir. Uşağın qavrama, idrak prossesinə görə bir dil inkişaf olunmalıdır. Uşağın duyğusu, məntiqi, qavrayışı bir dil əsasında formalaşmalıdır. Ancaq uşağa 2 və daha çox dil öyrədildikdə, fikirini izah etdikdə 2 dildə ifadə edəcək. Anlaşılmazlıq ola bilər. Dilləri qarışdırmamaq üçün uşağa 5 yaşına kimi bir dil mənimsədilir, 5 yaşından sonra isə xarici dillər öyrədilə bilər. Çünki uşaq öz dilini kifayət qədər duyub, anladıqdan sonra əlavə dillər öyrədilə bilər. Lakin unutmayın, övladınızın dil qüsuru varsa, ona xarici dil öyrətmək fikrindən daşının. Çünki bu dil qüsuru problemini daha da dərinləşdirəcək. Uşaq 8-10 yaşına çatdıqda, dil öyrənmək bir qədər çətin olsa da, 2-3 dili ona paralel öyrətmək mümkündür, amma ideal tələffüzə nail olmaq bir qədər zaman alacaq. Əcnəbilərin çalışdığı uşaq bağçaları bu məsələdə əvəzedilməzdir, lakin dili unutmamaq üçün sonradan uşağın xarici dil təmayüllü məktəbə getməsi vacibdir."

Meteohəssas insanların diqqətinə

Sabaha olan tibbi meteoroloji proqnoz açıqlanıb. Psixoloq.az xəbər verir ki, avqustun 21-22-də Abşeron yarımadasında temperatur rejiminin və digər meteoroloji amillərin iqlim norması daxilində tərəddüd edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Sabah hava yağmursuz keçəcək - Hava proqnozu

Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, avqustun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 21-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında avqustun 21-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi

Əməkdar artisti Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib. Bir neçə gün öncə əməliyyat olunaraq evə buraxılan aktrisada yenidən bədxassəli şiş aşkarlanıb. Məsələ ilə bağlı oxu.az-a açıqlama verən Tünzalə bildirib ki, hazırda xəstəxanadadır: “Bu gün xəstəxanaya yerləşdirilmişəm. Əməliyyatdan sonra yenidən analiz vermişdim. Ayağımda olan limfa vəzilərindən birində bədxassəli şiş aşkarlayıblar. Kimyaterapiya alacam. 25 şüa qəbul etməliyəm, altı dəfə isə kimyaterapiyaya getməliyəm. Əslində, xəstəxanada qalmalıyam, amma uşağımdan ötrü darıxıram, ona görə icazə versələr, evə gedəcəm”. Məlumat üçün bildirək ki, “Toppuş bacı”nın uşaqlıq yolundan bədxassəli şiş kəsilmişdi.

Test imtahanından uğurla keçənlərin NƏZƏRİNƏ

İnzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb. Dövlət İmtahan Mərkəzindən publika.az-a verilən məlumata görə, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün avqustun 18-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün avqustun 20-dən sentyabrın 4-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidir. Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Bu çəkidəsinizsə mədənizi kiçildin – Mədə kiçiltmə əməliyyatıyla bağlı bilinməyənlər/VİDEO

Son zamanlar mədə kiçiltmə əməliyyatı, trend hala gəlib desək yanılmarıq. Artıq köklük deyildikdə ağıla ilk olaraq pəhriz əvəzinə mədə kiçiltmə əməliyyatı gəlir. Ancaq bunun da öz qaydaları var. Bəs mədə kiçiltmə əməliyyatını kimlər etdirə bilər? Minimal çəki nə qədər olmalıdır? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ümumi və transplant, bariatrik və estetik cərrahı Bəhruz Səlimov, mədə kiçiltmə əməliyyatında çəki qədər hündürlüyün də əhəmiyyətli olduğunu bildirib:  “Belə ki bədən kütlə indeksi hesablanır. Bədən kütlə indeksini hesablamaq üçün çəki, hündürlüyün kvadratına bölünür. Normal bədən kütlə indeksi 18.5 - 25 arasında olmalıdır. 25-30 arası BKİ (Bədən Kütlə İndeksi) olan insanlar artıq çəkili - kök, 30-35 arası 1-ci dərəcəli piylənmə, 35-40 arası 2-ci dərəcəli piylənmə, 40 dan böyük olanlar 3 -cü dərəcəli piylənməyə aid edilir. Əməliyyat 3-cü dərəcəli piylənmə olanlar üçün birbaşa göstərişdir. Digər piylənmə dərəcələrində vəziyyətdən asılı olaraq nisbi göstəriş olur”. Mütəxəssis, son zamanlar xəstə müraciətlərinin xüsusilə artdığını diqqətə çatdırıb. “Düşünürəm ki bu xəstələrin maariflənməsindən irəli gəlir. Maarifləndirici məlumatların yayılması piylənmədən əziyyət çəkən insanların sağlamlıqlarının necə qeydinə qalmasını öyrədir. Bunu sevindirici hal kimi qəbul etmək lazımdır, - deyə Dr.Səlimov vurğulayıb. Bir çox pasiyent isə məhz əməliyyatdan sonra hansısa problemin yaranıb-yaranmadığı ilə maraqlanır. Bəhruz bəy, bu növ əməliyyatdan sonra ağciyər xəstəliklərində nisbi həssaslığın artmasının müşayiət oluna biləcəyini diqqətə çatdırıb:  "Bu səbəbdən ağciyərin tənəffüs gimnastikası ilə məşğul olmaları və aktiv həyata dönmələri məsləhət görülür.  Uzun müddətli yataq rejimi belə xəstələrin sağlamlığı üçün təhlükəli ola bilər. Bunu çoxsaylı təcübələrimə əsasən də əmiliklə deyə bilərəm”. Ətraflı məlumat üçün dr Bəhruz Səlimovla əlaqə 070 579 88 33 Şəhanə Quliyeva

Qurban bayramında heyvan kəsimi və satışı bu ünvanlarda olacaq - SİYAHI

Qurban bayramında heyvan kəsimi və satışının həyata keçiriləcəyi ünvanlar açıqlanıb. Bu barədə XəzərXəbər-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.Bildirilib ki, Agentlik bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyena normalara cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli İcra hakimiyyətləri tərəfindən təşkil olunmuş müvəqqəti kəsim düşərgələrində həyata keçirməyi tövsiyə edir.Bakı şəhəri üzrə həmin kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:S/sRayonlarHeyvan kəsimi və satışı məntəqələrinin ünvanları1Səbail rayonuGülbala Əliyev küçəsi (Bibiheybət Neft-Qazçıxarma İdarəsinin arxası)220-ci sahə (Badamdar şosesi)3Xətai rayonuZığ yolu ("Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)4Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi5Binəqədi rayonuBiləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (dördyol adlanan yer)6Binəqədi qəsəbəsi, Gülüstan massivi döngə, 15 (heyvan bazarının yanı)7Cəfər Xəndan küçəsi, 54 ("Ət pavilyonu")8Şərifzadə küçəsi, 1969Yasamal rayonuYeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 710M.Xiyabani küçəsi 10c11Lökbatan qəsəbəsi ("Meyvəli" MMC-nin ərazisi)12Qaradağ rayonuAqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)13"Qoç-ət" MMC , Lökbatan qəsəbəsi14Nizami rayonuM.Əliyev və R.Rüstəmov küçələrinin kəsişməsi15"Azər-Aqro" MMC , Yeni Bakı Neftayırma Zavodu dairəsi16Əliyar Əliyev küçəsi 26 ("Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)17Nərimanov rayonuTəbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi ("Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı18Əlyar Əliyev küçəsi 36a ("Təbriz" KM, Keşlə bazarı)19Suraxanı rayonuHövsan Qəsəbəsi, Hövsan-Türkan yolu (Ticarət Mərkəzinin qarşısı)20Yeni Günəşli V massivi ("Günəş" Ticarət Mərkəzi)21Xəzər rayonuQala qəsəbəsi Dəmiryol stansiyası ("Lambir” müəssisənin arxası)22Binə qəsəbəsi, "Öz Fermamızdan" MMC23       Abşeron rayonu"Səhliyalı" MMC,Xırdalan şəhəri Quşçuluq massivi24Zabrat yolu "Azmeat" ət kəsimi məntəqəsinin qarşısındakı sahə25Zabrat-Kürdaxanı şossesinin sağ tərəfi26Zabrat-Maştağa şosesi ("Kanal" marketin yanı)27Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 7228Sabunçu rayonuNardaran qəsəbəsi, Mirzəfətəli Axundzadə küçəsi 10729Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 6 ("Sabunçu" mərasim evinin həyəti)30Ramana qəsəbəsi, Şuşa küçəsi31Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi32Sabunçu rayonu, Zabrat qəsəbəsi "Azmeat" MMC33Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6

Avropada nikah institutu dağılır və ölür - Maraqlı Statistika

Psixoloq.az maraqlı bir statistikanı oxucuların nəzərinə çatdırır.  Avropada nikah institutu ölür: nikahdan kənar doğulanların 2016-cı ildə faizi, nikahlı yeni doğulanlardan çox olub. Avropa Birliyində 2000 və 2016-cı illər arasında nikahdan kənar doğulan uşaqların sayı 15% artıb. Portuqaliyada 2016-cı ildə bu göstərici 53% təşkil edib, Fransada- 60%, Bolqarıstan və Sloveniyada -59%, Estoniyada -56%, İsveçdə -55%, Danimarkada- 54%. Əksinə, Yunanıstanda, Xorvatiyada, Kiprdə 80% yeni doğulan uşaqlar nikah dövründə dünyaya gəliblər.  Bundan başqa, qeyd olunur ki, AB ölkələrinin hamısında 2015-2016-da nikahdan kənar doğulanların sayı artıb, yalnız Estoniya, İtaliya, Latviya, Litva, Macarıstan, və Böyük Britaniyadan başqa. Bu ölkələrdə göstərici 0,2-dən -2% kimi azalıb. Bolqarıstan və İrlandiyada bu müddətdə göstərici dəyişməyib. Bununla bərabər qeyd olunur ki, tədqiqat nikahdan imtina edib birgə həyatın təşkili məqsədilə fiziki şəxslər arasında bağlanan vətəndaş həmrəyliyi müqaviləsini nəzərə almır. Bu da formal olaraq nikahdan kənar doğulan uşaqların sayına əhəmiyyətli dərəcədə təsir edir. “Qeydiyyata alınmış tərəfdaşlıq kimi nikaha hüquqi alternativlər daha geniş yayılmağa başlayıb və dövlət qanunları bununla əlaqədar dəyişdirilib ki, ərsiz cütlüklərə geniş hüquqlar verilsin”-Eurostatın tədqiqatında belə deyilir.  Fransada 2016-cı ildə 192 000 vətəndaş həmrəyliyi paktı imzalanıb, bu da 2015-dəkindən 3000 çoxdur. Bu cür müqavilələrin sayı 2002-dən artıb. 2016-da isə hər beş rəsmi nikaha dörd müqavilə düşüb. Əvvəllər İspaniya XİN-in başçısı və Avropa parlamentinin eks-sədri Jozep Baorrel bildirib ki, ölkədə qaçqınlarla bağlı situasiyanı kütləvi miqrasiya kimi dəyərləndirmək olmaz, çünki  indiki doğum faizinin aşağı olması ilə əlaqədar qaçqınlar Avropanı cavanlaşdıra bilərlər. “Avropanın demoqrafik inkişafı göstərir ki, əgər biz tədricən qocaların kontinentinə çevrilmək istəmiriksə bizə yeni qan lazımdır. Və bu yeni qanı bizim qoca yaşımızla artırmaq mümkün olmayacaq”-Borrel izah edib.(moderator.az)

“Tibbi optika haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılır

Milli Məclisin (MM) qarşıdan gələn 2018-cil payız sessiyasının qanunvercilik işləri planına daxil ediləcək qanun layihələri arasında parlamentin Səhiyyə komitəsi tərəfindən hazırlanan və sonuncu yaz sessiyasında komitənin ilkin müzakirələrindən keçən “Tibbi optika haqqında” yeni qanun layihəsi də var. Psixoloq.az xəbər verir ki, bu barədə MM-dən məlumat verilib. Qeyd olunub ki, ötən dövr ərzində qanun layihəsi üzərində İşçi Qrupu tərəfindən işlər davam etdirilib, ilkin ictimai müzakirələr, dinləmələr zamanı səsləndirilən təkliflər nəzərdən keçirilib və bəzilərinin sənədə daxil edilməsi qərara alınııb. “Bu məsələ neçə illər idi ki, müzakirə olunurdu. Hətta, bu yöndə ilkin məsləhətləşmələr zamanı belə bir fikir də səsləndirilmişdi ki, bəlkə optika ilə bağlı məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavə kimi daxil edilsin. Amma müzakirələrin, məsləhətləşmələrin sonunda belə qərara gəlindi ki, bu məsələ ilə bağlı ayrıca qanuna ehtiyac var, o məsələləri başqa qanunla tənzimləmək olmur və ya da effektli olmaz. Ona görə də “Tibbi optika haqqında” qanunun hazırlanmasına başlanıldı”, -deyə MM-dən bildirilib. Eyni zamanda, bildirilib ki, bununla bağlı dünyanın bir sıra ölkələrində, o cümlədən, qardaş Türkiyədə də müvafiq qanun var. “Ona görə belə hesab edildi ki, Azərbaycanda da belə bir qanun olmalıdır”,-deyə MM-dən daha sonra qeyd edilib. Onu da xatırladaq ki, “Tibbi optika haqqında” qanun layihəsinin ilkin variantında- 8-ci maddədə qeyd olunur ki, optika mağazaları (və ya müəssisələri) hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyə uyğun olaraq yaradılır. Əhaliyə optikaçılıq xidmətləri yalnız optika mağazaları vasitəsilə göstərilir.Optika mağazasının açılması müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçirilir. Optika mağazasında tibbi optika məhsulları ilə yanaşı, qoruyucu və gün eynəklərinin, eynək sağanaqlarının və digər əlaqəli məmulatların və onların ehtiyat hissələrinin və aksessuarlarının satışı, hazırlanması, quraşdırılması, montajı, sazlanması, uyğunlaşdırılması, təmiri, servis-texniki xidməti həyata keçirilə bilər. Optika mağazasında bilavasitə əhaliyə optikaçılıq xidmətləri optikaçılıq və ya optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən, optometriya xidmətləri isə yalnız optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən göstərilir. Optika mağazasının müdiri optikaçı və ya optometrist olmaya bilər. Optika məhsullarının satışı pasiyentin şifarişi və ya təqdim olunan həkim resepti əsasında həyata keçirilir. Pasiyentin sifarişi əsasında satılan tibb optika məhsulunun ölçüsünün pasiyentin görmə dərəcəsinə uyğun olmamasına görə optika mağazası məsuliyyət daşımır. Optika mağazasında optometrist fəaliyyət göstərmirsə, orada müayinə üçün istifadə olunan tibbi optika avadanlığı saxlanıla bilməz.(oxu.az)

Hər kəsin gözündən yayınır — Təyyarədə insanı xilas edən 8 addım

Təyyarəyə bu gün minməyən adam tapılmaz. Amma təyyarələrin bir çox xüsusiyyətləri barədə ən kiçik təsəvvürümüz belə yoxdur. Psixoloq.az verir ki, bu günə qədər fərqinə varmadığımız, gözümüzdən yayınan 8 xüsusiyyət insan həyatını xilas edə bilər. Pəncərə dəliyi: Təyyarənin daxilindəki təzyiq ilə çöldəki təzyiq çox fərqlidir. Kabinadakı təzyiqi sərnişinlər üçün normal səviyyədə saxlamaq üçün təyyarə pəncərələri çöl, orta və iç olmaqla üç hissədən ibarətdir. Orta və çöl təbəqə arasında bir boşluq var. Bu isə təzyiqi normallaşdırmağa kömək edir.(ölkə.az)

Boş qalan yerlərə ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Dövlət İmtahan Mərkəzindən (DİM) publika.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur. Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin ixtisas kodunu seçib, onları http://eservices.dim.gov.az/erizebak/ixtisas2/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Orta ixtisas təhsili müəssisələrinin isə dövlət hesabına və ya ödənişli əsaslarla qəbul aparılan ixtisaslarının kodları fərqlidir. Hər bir ixtisas kodu ərizəyə ayrıca daxil edilməlidir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Bakıda ana və oğlu eyni vaxtda tələbə oldu – Foto

Artıq ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb. Yüksək rəqabətlə müşahidə olunan imtahanlar maraqlı faktlarla yadda qalıb. Məsələn, builki qəbul imtahanlarında ana və oğlu tələbə adını qazanıblar. Belə ki, Bakı şəhəri 328 saylı məktəbdə ibtidai sinif müəllimi işləyən Kifayət Cabbarova Azərbaycan Kooperasiya Universitetinin İngilis dili fakültəsinə qəbul olunub. O, qiyabi formada təhsil alacaq. Oğlu Hüseyn Cabbarlı isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi adını qazanıb.(azedu.az)

Virus 49 nəfərin ölümünə səbəb olub

Konqo Demokratik Respublikasında Ebola virusu 49 nəfərin ölümünə səbəb olub. Pixoloq.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Konqonun səhiyyə nazirliyindən bildiriblər. Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı ölkədə Ebola virusundan 44 nəfərin öldüyünü bildirirdi. Səhiyyə nazirliyinin məlumatına əsasən, ölkədə 63 təsdiqlənmiş Ebola virusuna yoluxma halı qeydə alınıb.

Günün ulduz falı: 20 avqust, 2018

Qoç – cari problemləri tərəfdaşlarla müzakirə edərək işin ağırlığını onlarla bölüşə bilərsiniz. İndiyədək gündəmə gətirilməyən və söylənməyən suallar səslənəcək.Maddi və fiziki resurslarınızı tükətməyin.Asan olmayan qərar qəbul edərək əsas məsələni seçərək ikinci dərəcəli məqamları təxirə salın. Məntiqli, soyuqqanlı davranışla böyük uğurlara nail ola bilərsiniz.Məhsuldarlıq aktivliyiniz və əzminizdən asılıdır.Gərəkli nəsnələrin hamısı əl altında olmalıdır. Yaxın ətrafdakı insanlarla yalnız zərurət yarandığı təqdirdə ünsiyyətdə olun. Buğa – günün ilk yarısı fəaliyyət sahəsini seçməyə imkan verir. İşgüzar prosesə kənardan müdaxilələrə imkan verməyin. İşlərinizə qarışmaq istəyən insan sizə ziyan vuracaq. Fəaliyyət prosesində kiçik problemlərin yarada biləcəyi ləngimələri əvvəlcədən proqnozlaşdıra bilsəniz, sürətlə irəliləyəcəksiniz.Günün ikinci yarısında diqqətli olun. Mühüm işin həllində yardım təkliflərini adekvat dəyərləndirin. Gərəkli informasiyanı ən qısa zamanda əldə etmək üçün bütün zəruri vasitələrdən yararlanın.Çətinliklərin sayı artarsa, ruhdan düşməyin. Maneələri qət etməyin yollarını arayın. Əkizlər – günün ilk yarısında həyatınızda köklü dəyişikliklər olmayacaq. Situasiyanın inkişaf perspektivlərini dəqiqləşdirin və yalnız bundan sonra qərar qəbul edin. Diqqətli olun, kobud səhvlərə yol verməyin. Sərt çərçivələrdən bir qədər kənara çıxmaq olar.Günün ikinci yarısında önəmli maliyyə məsələlərindən birini çözmək olar. Xırda məsələlərə görə yaxınlarınızla mübahisə etməyin. Əhvalınızın pis olduğu durumda nəyinsə müzakirələrinə başlamayın. Gərəksiz sözlər deməyinizin riski artıb.Axşam saatlarında səhhətinizin qeydinə qalın. Xərçəng – uğurlu zamandır. Azad fəaliyyət qrafikini seçibsinizsə, məqsədə doğru inamla irəliləyin. Hədəfləri dəyərləndirin və təhlil edin. Tənbəllik etməyin, süstlüyə qapılmayın. Əsas işi qulaqardına vuraraq ikinci dərəcəli məsələlərin həlli ilə məşğul olmayın.Günün ikinci yarısında tələskənliyə yol verməyin. Gördüyünüz işdən həzz almağı bacarın. Kənar təsirləri zərərsizləşdirmək üçün planlarınızı sürətlə reallaşdırın. Sirlərinizi yaxşı tanımadığınız insanlarla bölüşməyin.Fiziki təmrinlərdə xeyir var.Axşam saatlarını yarımçıq işlərin başa çatdırılmasına həsr edin. Şir – daxili gərginlik sizi bir işi yarımçıq qoyaraq başqa işə başlamağa vadar edəcək. Qayda yaratmağa başlamaq istəyirsinizsə, başlanan işi mütləq başa çatdırın.Bütün diqqəti aktual mövzuya yönəldin. Amma situasiyaların heç bir səbəb və motivasiya olmadan dəyişməsinə hazır olun.İşdə rəhbərlik və həmkarlarla mübahisə etməyin, amma çətin situasiyalarda həll axtarışlarından da yayınmayın. Mövcud şəraitdə yeganə doğru çözüm variantı tapıla bilər.Axşam saatlarında açıq havada gəzintinin xeyri var.Səhhətinizə diqqət verin.Ənənəvi, faydalı vərdişlərinizi unutmayın. Qız – ənənəvi fəaliyyət müstəvisindən bir qədər kənara çıxmaq, yeni təəssüratlar əldə etmək olar. Mürəkkəb prosesdə çaşqın qalmayın. İradəli, qətiyyətli olun. Uğurun sirri təmkinlə yanaşı, zəhmətkeş olmaqdadır. Sizi son vaxtlarda narahat edən problemlərin həlli çətin deyil.Günün ikinci yarısında imkanlarınızı yenidən qiymətləndirin. Təftiş zəruridir. Ağır fiziki işlə məşğul olmayın. İntellektual yükü azaltmaq olar. Bunun yolları da bəllidir.Səhhətiniz əhvalınıza, əhvalınız da sağlıq durumunuza təsir edəcək.Axşam saatlarını açıq havada keçirin. Tərəzi – ünsiyyətdə aktiv olun. Təkliyə can atmayın, tənhalığa qapılmayın. Sakit və aramla çalışmaq hamıdan kənar qalmaq deyil. Səs-küylü ortamda başınız ağrıyacaq.Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün zəruri saydığınız bütün vasitələrdən istifadə edin. Maksimum dərəcədə sürətlə çalışın. Səhhətinizin qeydinə qalın. Rəqibləri üstələmək üçün yeni yollar arayın. Həyat məğlubları sevmir.Axşam saatlarını sevdiyiniz insana həsr edin. Əqrəb – maraqlı işlər zamanıdır. Qarşınıza çıxan müşküllərin çözülməsində qeyri-ordinar vasitələr və ya metodlardan yararlana bilərsiniz. İntuisiyanız güclü, hissləriniz kəskin olmalıdır. Hadisələrin yaxın perspektivdəki inkişaf istiqamətini müəyyənləşdirmək üçün aldığınız informasiyalardan istifadə edin.Günün ikinci yarısında maraq dairəsində dəyişikliklər istisna deyil. Tərəfdaşlardan birinin iddiasını dinləyin. Nəticələr çıxarmağa tələsməyin. Avantüralara həvəs, risk istəyi sizi fəsadlı addımlara sövq etməməlidir.Axşam saatlarında normal istirahət etməyə çalışın. Oxatan – tələsik qərarlar verməyin, ilkin təəssüratlara aldanmayın. Maliyyə və əmlak məsələlərində diqqətli davranın. Mühüm saydığınız məsələnin həllinə başlamazdan əvvəl bütün detallardan hali olun. Taktikanızın praqmatik olmasına can atın.Günün ikinci yarısında potensial tərəfdaşların sayını artıra bilərsiniz. Qıcıqlı, aqressiv olmayın. Sərtliyi çıxış yolu seçməyin. Həmkarlarınız və rəhbərliklə təmaslarda “qızıl orta”nı gözləyin. Neqativ hissləriniz önəmli işlərin gedişatına mənfi təsir edə bilər. Oğlaq – günün ilk yarısı önəmli hadisələr vəd etmir. İşgüzar fəaliyyətinizdə yön dəyişdirməyə çalışmayın. Şəxsi həyatınızda bəzi hadisələr sizi təbdən çıxarmasın. Bəzi dolaşıq məişət və ya maliyyə məsələlərini həll etmək şansları yaranıb.Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətlərdə sərinləşmə yarana bilər. Qısamüddətli müzakirələr, intensiv məsləhətləşmələr faydalıdır. Cari problemləri tərəfdaşlarla nəzərdən keçirin. Həmkarlarınızın rəylərini nəzərə alın. Dolça – ənənəvi işlərlə məşğul olanda diqqətli və ehtiyatlı davranın. Məişət işlərini qulaqardına vurmayın. Texnika ilə işləyəndə bəzi nüansları mütləq nəzərə almalısınız. Səliqəli olun, təfərrüatları görməməzliyə vurmayın.Günün ikinci yarısında hansısa asılılığın əsirinə çevrilməyin. Zərərli vərdişlərdən qurtulmağa çalışın. Problemlərin həllində qeyri-standart yolları seçin. Səhhətinizə fikir verin. Əhvalınızı pisləşdirə biləcək nüanslardan və insanlardan uzaq durun. Axşam saatlarını şən keçirin. Balıqlar – günün ilk yarısından etibarən cari işlərin yerinə yetirilməsi ilə məşğul olun. Verdiyiniz vədləri yerinə yetirin. Mühüm danışıqlar, müzakirələr, görüşlərdə məntiqi davranın. Qarşı tərəfi anlamaq üçün müəyyən səylərin göstərilməsinə zərurət duyulur.Günün ikinci yarısında diplomat olun. Görüşə gecikməyin. Tərəfdaş və ya şəriklərlə birgə öhdəliklərinizi yerinə yetirəndə astagəllik etməyin. Sevdiyiniz insanla münasibətləri gərginləşdirməyin. Yanlış qərar və ya səhvlərinizə reaksiya adekvatdır. Kimsədən inciməyin. Milli.Az