Yatarkən başınızın üstünə limon qoyun

Stress bir çox insanın ümumi problemidir. Yataqda yuxuya gedə bilməməyinizə səbəb olur. Psixoloq.az xəbər verir ki, şkafın üzərinə limon qoysanız, gərginliyinizi alaraq sizə sakitlik bəxş edəcək. Aparılan araşdırmalara görə, limon qoxusu beyin dalğalarını və duyğularını rahatladır.

Bayram günləri "Bakmil" stansiyası necə işləyəcək?

Qurban bayramında (22-23 avqust) və qarşıdakı istirahət günlərində də (25-26 avqust) "Bakmil" stansiyası adi qaydada işləyəcək. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun  verdiyi məlumata görə, təmir işlərinin növbəti mərhələsində görüləcək işlərlə əlaqədar sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) Qurban bayramında, eləcə dəşənbə və bazar günlərində tətbiq edilməyəcək. Qeyd edilən tarixlərdə sərnişinlərimiz "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər. Məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) avqust ayının 24-də və növbəti iş həftəsinin əvvəlindən - avqust ayının 27-dən qüvvədə olacaq.(publika.az)

Boş qalan yerlərə müsabiqə nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən müsabiqənin nəticələri açıqlandı. Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Müsabiqədə iştirak edənlər iş nömrəsini 7727-ə göndərməklə müsabiqənin nəticəsi ilə tanış ola bilərlər. Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.(publika.az)

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm. Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir. Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır. Hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər.Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsilir, imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir. İnanıram ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhünü və milli-mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir. Əziz bacı və qardaşlarım! Kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!”.

Kolleclərə qəbul olanların qeydiyyatı başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 24-də başa çatacaq. Dövlət İmtahan Mərkəzindən (DİM) XəzərXəbər-ə verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar avqustun 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Bu dövlət idarəsi bayram günü də işləyəcək

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri Qurban bayramı günlərində işləyəcək. Psixoloq.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Belə ki, avqustun 22-dən 24-dək qeyri-iş günləri olmasına baxmayaraq idarə və onun şöbələrdə vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi davam edəcək. İş rejimi isə səhər saat 9.00-dan axşam saat 19.00-dək olacaq.

Qonşuları “Toppuş bacını” “öldürdülər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyevada yenidən xərçəng aşkarlanıb. Psixoloq.az xəbər verir ki, sənətçi müalicəsinə davam edərək kimyaterapiya alır və şüa qəbul edir. Vəziyyəti isə yaxşıdır. Lakin aktrisanın qonşularından bir nəfər sosial şəbəkədə onun vəfat etdiyini iddia edib. O, “30 dəqiqə əvvəl keçinib. Mühafizədən soruşdum, o da təsdiqlədi”, - deyə yazıb. Ancaq məlum olub ki, Tünzalə Əliyeva hazırda terapiyadan çıxıb və evinə gedir. Bu gün sənətçinin həyat yoldaşı Röyalın doğum günüdür. Qeyd edək ki, sənətçi saytımıza açıqlamasında 25 dəfə şüa, altı dəfə isə kimyaterapiyaya gedəcəyini bildirilib. Məlumat üçün bildirək ki, “Toppuş bacı”nın uşaqlıq yolundan bədxassəli şiş kəsilmişdi.(oxu.az)

Küçələri texnika təmizləyəcək: Bəs süpürgəçilər?

Xəbər verildiyi kimi, magistral yolarda, prospektlərdə zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq.  Bu, Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prossesində onların təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Artıq şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın MAN şirkətinin istehsalı olan 10-a yaxın texnika Bakıya gətirilərək təsərrüfatçılara verilib. Prosesin avtomatlaşdırılması süpürgəçilərin təhlükəsizliyi baxımından müsbət olsa da, əl əməyinin sıradan çıxması deməkdir. Bu sahədə işləyənlərin taleyinin necə olacağını öyrənmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.  Qurumun tikinti üzrə şöbə müdiri Mehman Abbasov Oxu.Az-ın müvafiq sualına cavabında bildirdi ki, istənilən halda iş prosesində əl əməyi qalacaq: “Texnikalar, əsasən, küçələrdə, xüsusilə də əsas magistral yol və prospektlərdə fəaliyyət göstərəcək. Digər ərazilərdə təmizlik işlərinin aparılmasında insan əməyindən istifadə ediləcək. Əl əməyi istənilən halda lazımdır, texnika hər yerdə cəlb oluna bilmir”.  Qeyd edək ki, “küçə təmizləyən” texnikaların gücü qiymətindən asılı olaraq dəyişir. Nəzərə alsaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Almaniyanın MAN şırkətinin texnikalarını alıb. Bir texnikanın 1000 süpürgəçi əməyini əvəzləməyə qadir olduğu irəli sürülür. 

“İcbari tibbi sığorta haqqında” qanun dəyişdirilir

“İcbari tibbi sığorta haqqında” qanun tamamilə dəyişdiriləcək, yaxud bu yöndə yeni qanun qəbul olunacaq. Bu haqda oxu.az-a parlamentdən bildirilib. Qeyd olunub ki, adıçəkilən qanunun qəbulundan 19 il keçir və ötən illər ərzində icrası, demək olar ki, mümkün olmayıb. “Buna səbəb ölkədə icbari tibbi sığortanın tətbiqinin gecikməsi olub. Artıq son illər bu istiqamətdə bir sıra addımlar atılıb, müvafiq dövlət agentliyi yaradılıb, büdcədən vəsait ayrılıb, bir neçə bölgədə pilot layihələr icra olunmaqdadır. Amma qanunla bağlı yekun qərar Milli Məclisin Səhiyyə komitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dinləmələrindən sonra veriləcək. Ya qanuna ciddi dəyişikliklər və əlavələr ediləcək - əvvəl daha çox bu variant üzərində dayanılırdı, amma son zamanlar fikir dəyişikliyi var - ya da  ola bilsin ki, yeni qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılması yönündə qərar veriləcək. Bütün hallarda qanunla bağlı ciddi addımların atılması gözlənilir və bu, çox vacibdir. Artıq icbari tibbi sığortaya keçidin zamanıdır”, - deyə parlamentdən bildirilib.

Çimərliyə getmək istəyənlərin nəzərinə

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-23, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 22-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında avqustun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti təşkil edəcək. Xəbərdarlıq edilir ki, avqustun 22-si axşamdan 24-ü axşamadək Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var.

Baş nazir Azərbaycan xalqını təbrik etdi

Baş nazir Novruz Məmmədov Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Psixoloq.az xəbər verir ki, baş nazirin sosial şəbəkələr vasitəsilə yaydığı təbrikdə deyilir: “Mənəvi saflığı, yüksək əxlaqi dəyərləri tərənnüm edən, xeyirxahlıq və birlik rəmzi olan Qurban bayramı münasibətilə bütün izləyənləri təbrik edirəm. Bu əziz bayramda hər birinizə xoşbəxtlik, can sağlığı, ruzi-bərəkət və firavan həyat arzulayıram. Qurbanlarınız qəbul olsun!”.

Astma, öskürək problemi varsa... Bu nemətdən istifadə edin

Öskürəkdən əziyyət çəkənlər zeytun yağı və əncir qurusundan istifadə edə bilərlər. Psixoloq.az xəbər verir ki, zeytun yağı  və əncir qurusu da insan orqanizmi üçün çox faydalıdır. Belə ki, öskürək və astma xəstələri təmiz zeytun yağında 1 gün saxlanılan iki ədəd əncir qurusunu hər səhər yeməkdən əvvəl qəbul etməlidir. Belə bir müalicə kursu ən azı 6 ay davam etməlidir. Fasiləsiz davam edən bu kurs astma və öskürək xəstəliyi olanlar üçün inanılmaz müalicə üsuludur. İki ədəd əncir qurusunu bir qab zeytun yağına atın və bir gün gözləyin, bir gündən sonra çıxarın və qəbul edin, əvəzinə yenə iki əncir qurusu əlavə edin.

Məmur olmaq istəyənlər imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 29-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək. DİM-dən ölkə.az-a bildirilib ki, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahan Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahana qeydiyyat 27 sentyabr saat 18:00-dək davam edəcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.azsaytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır. Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər. Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə “Bildiriş”, “Namizədin yaddaş kitabçası” və “İmtahana buraxılış vərəqəsi” göndərilir. DİM-lə yazışmaların operativliyinin təmin edilməsi üçün namizədin özünə məxsus elektron poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda “Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 çağrı mərkəzinə zəng edib bu barədə məlumat vermək lazımdır. Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur: “Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik” broşürü; Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları; Test imtahanı proqramları; “Namizədin yaddaş kitabçası” . Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. Buraxılış vərəqəsini qeydiyyat səhifəsindən də əldə etmək olar. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir

Hazırda Bakıda taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə bir neçə layihə üzərində iş aparılır. Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mətbuat konfransında deyib. O qeyd edib ki, Bakı şəhərində yeni taksi dayanacaqları müəyyən edilir: “Çalışırıq ki, taksi dayanacaqlarının yerlərini elə müəyyən edək ki, həm sərnişinlər üçün rahat olsun, həm də hərəkətə mane olmasın". M.Ağayev bildirib ki, Bakıda təqribən 180 taksi dayancağı var: "Hazırda hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən edilərək ləğv edilməsi işləri aparılır". (trend)

Ayağınızda ağrılar, şişlik, qıcolmalar varsa... – Damar genişlənməsi xəstəliyi nədir?

Damar genişlənməsi müasir zamanda ən çox yayılan problemlər sırasındadır. Buna baxmayaraq əksər insan bu xəstəliyə diqqət yetirmir və nəticədə isə xəstəlik daha da irəliləyir. Buna əsas səbəb isə insanların, daha çox ayaq ağrıları, və dəri səthində damarların ifrat dərəcəsində görünməsindən sonra həkimə üz tutmalarıdır. Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ürək-damar cərrahı Elşən Əliyev, hər damar xəstəliyinin ayaqlarda görünmədiyini bildirib. Onun sözlərinə görə, ayaqlarda şişkinliyin olması, baldır nahiyədə qıcolma, ağrıların olması damar genişlənməsi xəstəliyinin əlamətlərindəndir: “Sözsüz ki pasiyentin xəstəliyin başlanğıc mərhələsində müraciət etməsi onu əməliyyatdan azad etmiş ola bilər. Ürəyə qan aparan damarlarda ən çox rast gəlinən xəstəlik varikoz genişlənmədir. Ürəkdən qan gətirən damarlarda ən çox rast gəlinən xəstəlik damar tutulmasıdır”. Əliyev, varikoz müalicəsində istifadə edilən ən son metodlardan birinin endovenoz üsulla radifrekas ablasiya və krioskleroterapiya olduğunu diqətə çatdırıb. “Bu üsulda xəstə anesteziya almır, kəsik olmur. Ən əsas məsələ isə xəstəxanada qalmır. İynə dəliyindən kateter yeridilir, damara düymə basılır və damar yandırılır”, -deyə Əliyev vurğulayıb. Şəhanə Quliyeva

Bayramda su problemi olmayacaq

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində istehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçiriləcək. Bu barədə ölkə.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, bayram günlərində qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək. İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

Azərbaycanın əməkdar artisti vəfat etdi - Ağır xəstəlikdən əziyyət çəkirdi

Əməkdar artist Rafiq Hüseynov dünyasını dəyişib. Psixoloq.az axşam.az-a istinadən xəbər verir ki, aktyor uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.Mərhumun 3 mərasimi avqustun 21-də Təzə Pir məscidində olacaq.Qeyd edək ki, Rafiq Hüseynov 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. O, aktyorluqdan əlavə rejissor kimi də bir neçə tamaşaya quruluş verib.

Qurbanlıq heyvanların satılacağı yerlər dezinfeksiya edildi

Avqustun 20-də axşam saatlarında Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbiri başa çatdırılıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən unikal.org-a verilən məlumata görə, profilaktik dezinfeksiya tədbiri Qida Təhlükəsizliyi Agentliyi və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş diri heyvanların satışının aparılması nəzərdə tutulan yerlərdə icra olunub. Tədbirlər obyekt sahibləri tərəfindən ərazidə mexaniki təmizlik aparıldıqdan sonra həyata keçirilib. Profilaktik məqsədlə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə "DUK” maşınları ilə güclü axın şəklində səpilib, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılıb. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunub.

"Toppuş bacı" xəstəxanadan hər kəsə müraciət etdi - FOTO

Dünən növbəti dəfə xəstəxanaya yerləşdirilən əməkdar artist Tünzalə Əliyeva izləyicilərinə müraciət edib. Psixoloq.az xəbər verir ki, xəstəxanadakı vəziyyətindən foto paylaşan aktrisa onun üçün dua edilməsini istəyib. Tünzalə fotosunun şərh bölməsinə “Verdiyin və vermədiyin hər şeyə görə həmd olsun Rəbbim! Dualarınıza ehtiyacım var...” sözlərini yazıb.

Yer kürəsi üçün YENİ TƏHDİD: təqribən 250 milyon...

Bir damcı okean suyunda Yerdə iqlimin dəyişməsinə təsir göstərən hədsiz sayda mikroorqanizm var. Alimlər belə dəyişikliklərin nəticələrini tədqiq ediblər. Bergen Universitetinin alimləri hələ 1989-cu ildə okean suyunun tərkibindəki mikrooqranizmləri öyrənməyə başlayıblar. Tədqiqatın nəticələri göstərib ki, bir damcı okean suyunda əvvəllər hesab edildiyindən yüz dəfə çox – təqribən 250 milyon virus var. Virusların tərkibi yetərincə müxtəlifdir və çox vaxt təkcə insana deyil, bütövlükdə planetimizə mənfi təsir göstərir. Rusiya Elmlər Akademiyasının mütəxəssisləri müəyyən ediblər ki, bütün dəniz virusları bir zəncirə düzülsə, onun uzunluğu təqribən 60 qalaktika təşkil edər. Dünya okeanındakı virusların sayı kvintilyonlarla ölçülür. 2016-cı ildə birləşmiş alimlər qrupu DNT viruslarının 125 mindən çox sahəsini tapıb və bu da məlum viruslu genlərdən 16 dəfə çoxdur. Tədqiqatlar göstərib ki, virusların hamısı yetərincə primitivdir və xoşagəlməz mühitə uyğunlaşıb. Virusa yoluxma həqiqətən sianobakteriyaların fotosintez qabiliyyətinə təsir göstərir, bakteriofaqların hücumundan sonra bakterial kulturada karbon qazının fiksajı beş dəfə azalır. Rusiyalı alimlər bildiriblər ki, su ekosistemlərinin üzvi maddə və biogen elementlərdən ibarət yeni qlobal dövriyyə sistemi - virioplankton biogeokimyəvi və ekoloji proseslərin çoxuna, o cümlədən qidalanma tsiklinə, tənəffüsə və ekosistemin müxtəlif hissələrində maddələrin paylanmasına təsir göstərir. Karbon və azotun dövriyyəsini qiymətləndirərkən virusların rolu nəzərə alınmalıdır, çünki onlar qlobal biogeosiklləri tənzimləyən qida şəbəkələrinin mühüm hissəsidir. Belə çıxır ki, Dünya okeanı bütün planetimizi təhdid edən çox təhlükəli viruslara yoluxub (AZƏRTAC).

Kökəlməyə qoymayan çaylar

Bəzi insanlar çox yesə də kökəlmir. Buna səbəb isə maddələr mübadiləsinin yaxşı çalışmasıdır. Maddələr mübadiləsinin sürətli fəaliyyətində bəzi qidalar kimi çaylar da böyük rol oynayır. Psixoloq.az həmin çayları təqdim edir: Aparılan bir çox araşdırma nəticəsində məlum olub ki, yaşıl çay metabolizmi sürətləndirməklə yanaşı, piyləri də əridir. Yaşıl çay metabolizmi 4 dəfə sürətləndirir. Ağ çay bahalılığı ilə diqqət çəkən ağ çay vücuda qəbul edilən yağların depolanmasının qarşısını alır. Tərkibində olan"epiogallocateschin -3-gallat" sayəsində qidaların daxilində vücuda daxil olan yağları əridir. Zəncəfil çayı damarlardan qanın daha sürətli axmasını təmin edir və bədənin temperaturunu artırır. Bu durumda metabolizm sürətlənir. Bu çay həm də həzm sisteminin sağlam işləməsinə əngəl olan bakteriyaları öldürür.

Süpürgəçiləri əvəz edən texnika Bakıya gətirilib

Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prosesində onların təhlükəsizliyinin təmin olunması üçün alınması nəzərədə tutulmuş xüsusi texnikanın bir qismi artıq paytaxta gətirilib. Bakı şəhər İcra Hakimiyyətindən oxu.az-a verilən məlumata görə, MAN markalı 10 ədəd texnika artıq təsərrüfat birliklərinə təhvil verilib. Yeni, müxtəlif təyinatlı texnikaların alınması istiqamətində işlər davam edir.

Günün ulduz falı: 21 avqust, 2018

Qoç – İşlərin yeni ritmi üçün təkanları təmin edən dəyişikliklərə izafi diqqət gərəkdir. Reaksiyanız iti olmalıdır. Əməkdaşlığı dürüst planlaşdırın, görüləsi işi dəqiq paylaşdırın.İşdə dominant mövqe tutmağa çalışmayın. Təvazökar olun, sadəliyə üstünlük verin.Bəzi hadisələri əvvəlcədən təxminləyə biləcəksiniz.Situasiyaya təmir rıçaqlarını zəiflətməyin.Şəxsi münasibətlərdə təşəbbüskar olun. Belə şans spontan da yarana bilər. Buğa – İşlər və münasibətlər ciddi yanaşma tələb edir. İdeyanızı təkmilləşdirərək reallıq ehtimalı yüksək səviyyəyə gətirə bilsəniz, uğur qazanacaqsınız. Təfərrüatlara fikir verin.Günün ikinci yarısında əldə edəcəyiniz məlumat faydalı və məzmunlu olacaq.Görüş və danışıqlar üçün sərfəli gündür. Aydınlaşdırmaq və sonra da unutmaq istədiyiniz problemləri müzakirə edin.Yaxın gələcəklə bağlı planları səbatlı hala salın.Alış-veriş üçün uğurlu vaxtdır.Ev işləri ilə məşğul olun, ailə üzvlərinə qayğı göstərin.Axşam saatlarında evdə istirahət edin. Əkizlər – Cari işlərlə məhdudlaşsanız da, mümkün qədər çox iş görməyə çalışın. Səliqəli çalışın, hər işi sona çatdırın.Hərəkət aktivliyində xeyir var. Amma əlavə işlərin sayını artıraraq özünüzü yormayın.Bəzi məqamlar stressə səbəb olsa belə, səylərinizin nəticəsi pozitiv olacaq. Problemlərlə yanaşı, yeni, maraqlı ideyalar və bu ideyaları gerçəkləşdirmək istəyən insanlar yaşam arealınızda peyda olacaqlar.Boş vaxtınız olarsa, dincəlin.Axşam saatlarında aktiv istirahəti seçin. Xərçəng – Ətalətli və tənbəl olmayın. Böyük işə başlamaq üçün yetərincə enerjiniz var. Qəfil xəbər, ideya, diqqətin yeni detallara yönəlməsi və hətta planlarda dəyişikliklər ola bilər.Yaradıcı insanlar, maraqlı ideyanı reallaşdırmaq istəyən şəxslər üçün yaxşı gündür.Təkrarsız fikir, təbiilik, qərarlardakı spontanlıq təəssüratları artıra bilər.Həmfikirlərinizlə birlikdə bir tədbirə qatıla bilərsiniz.Emosiyaların dalğalanması istisna deyil. Hisslərin izharından yararlanmağa çalışın.Günün ikinci yarısında problemin həllini intuitiv olaraq aşkarlayacaqsınız.Problemli sahəni aşkarlasanız, bu barədə tərəfdaşa da məlumat verin. Şir – Maddi perspektivlər yaxşılaşır, imkanlar artır. Diqqətli, səliqəli və qətiyyətli olun. Bir işi yarımçıq qoyaraq başqasına başlamayın. Prioritetləri müəyyənləşdirin.Ehtiyac yaranarsa, həmkar və ya yaxınlarınızdan birini yardıma çağırın. İşləriniz və problemlərinizin bir hissəsini onlara həvalə edə bilmək üçün diplomatik qabiliyyətlərinizi işə salın.Günün ikinci yarısında ən faydalı məqam işlərdə fəndgir davranmaq, sərfəli məqamlardan istifadə etmək və sırf maddi dəyərləri təhlil etməkdir.Münaqişələrə qatılmayın, ailə üzvləri ilə mübahisə etməyin.Dostlar maraqlı ideyalar səsləndirərək sərfəli məsləhətlər verə bilərlər. Qız – Mühüm olay vəd edən gündür. Dəyişikliklər və ya fəaliyyət obyektinin rekonstruksiyasına başlayın. Münasibətlərdəki yeniliklər perspektivlərinizə də müsbət təsir edəcək.Faydalı əməkdaşlıq, əvvəllər həyata keçirilmiş layihələrdən dividendlərin əldə edilməsi istisna deyil.Günün ikinci yarısında səhvlər aşkarlanacaq və siz dürüst addımların məntiqi ardıcıllığını anlayacaqsınız. Məhsuldar tərəfdaşlıq üçün yeni imkanlar yaranır.Çoxdan başladığınız layihəni və ya indi gördüyünüz işi təkmilləşdirin.Dəyişikliklər perspektivdə yüksək nəticələrə səbəb ola bilər. Tərəzi – Yaşam və fəaliyyətlə bağlı mövqelərinizlə dünyagörüşünüzdə dəyişikliklər etmək zamanıdır. Yeni perspektivlər var, hiss edirsiniz?!Hadisələrin axarı təşəbbüs və istəklərinizdən asılı deyil.Əsas odur ki, seçim zərurəti ilə qarşılaşsanız, təlaşa düşməyin və düşünülmüş addım atın.Gözlənilməz görüş, münasibətlərlə işgüzar əlaqələrin bərpası mümkündür.Kənar şərtlər olayların uğurlu inkişafına təkan verə bilər. Bir şərtlə ki, tələsməyəsiniz, həmsöhbətinizə diqqətlə qulaq asasınız.Əlavə işdən boyun qaçırmayın.Poçtu yoxlayın – uzaqdan xəbərlər gələ bilər.Ev işləri və ailə qarşısındakı öhdəliklərin yerinə yetirilməsində diqqətli olun. Əqrəb – Gün dəyişikliklər vəd edir. Yaşam arealınızın keyfiyyətini artırın. Artıq başladığınız işin rekonstruksiyası ilə məşğul olun.Təşəbbüsünüz bir neçə istiqamətə yönəlməlidir. Eyni vaxtda, fərqli layihələrə qatılmaq olar. Dəstək almaq, yeni tərəfdaş qazanmaq şansları var.İlk baxışdan təsadüf təsiri bağışlayan görüş, məktub və danışıqlara fikir verin.Baş çəkməyi arzuladığınız yer varmı?İnformasiya gələn kanalları açıq saxlayın, sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın.Səhhətinizə fikir verin.Pəhrizə başlamaq olar. Oxatan – Yeni işə başlamaq üçün əlverişli zamandır. Qıcıq, səbəbsiz təşviş, işlərin cari vəziyyəti ilə bağlı narazılıq hissləri yarana bilər.Kiçik və önəmsiz detallara izafi fikir verərək diqqətinizi yayındırmayın. Mövqelərinizi daha səbatlı, daha möhkəm edin.Yaxın gələcəkdə özünüzü daha qətiyyətli hiss etməyiniz üçün usanmadan irəliləyin.Tərəfdaşlardan biri mühüm dəyişikliklərə başlayacaq. Əməkdaşlığın genişləndirilməsi üçün konkret addımlar atmaqda fayda var.Fəaliyyətinizi səhih təşkil edin. Toplantılara qatılın, faydalı əlaqələrin sayını artırın.Səhhətinizi qoruyun. İnfeksiya, zökəm istisna deyil. Oğlaq – Yerinə yetirdiyiniz iş nəzərdə tutduğunuzdan artıq vaxt tələb edə bilər. Fəqət sizi maraqlandıracaq yeni nüanslar aşkarlanır.Əlavə işə başlamaq, unudulmuş planları xatırlamaq olar. İstəklərinizdə və tələblərinizdə intuisiyanıza güvənin. Ünsiyyətə ehtiyac yaranarsa, bələd olduğunuz çevrəni seçin.Günün ikinci yarısında dostlarla görüş uzunmüddətli, perspektiv planlardan birinin əsasını qoya bilər. Dəyişikliklərdən xəbər verən məqamlara diqqət yetirin.Alış-veriş etmək olar.Axşam saatlarını xoş məclisdə keçirin. Dolça – İşdə rəhbəriliklə söhbət və problemlərin müzakirəsi üçün əlverişli vaxtdır. Qarşılıqlı maraqlarınızın olduğu insanlarla təmaslarda səmimi olun, sirləri gizləməyə çalışmayın.Gərginlikdən tam qurtulmaq mümkün deyil. Problemli situasiyanın çözülməsi maraqlarınıza cavab verir.Zərərli və təhlükəli təsirlərə, təzyiqlərə müqavimət göstərin.Emosiyaların qərarlarınıza diqtəsinə imkan verməyin.Uzaqgörən və soyuqqanlı olun.Çətin məsələlərin həllində mütərəqqi metodlardan istifadə edin. Səbr və təmkin bugünkü fəaliyyətinizdə əsas amillər olmalıdır. Balıqlar – Yaşam arealınızın genişləndirilməsinə ehtiyac duyulur. Yaranan imkanlardan faydalanın. Səfər və ya ezamiyyət rutin hisslərdən qurtulmağınıza yardım edə bilər.Mühüm əhəmiyyət daşıyan mövzuları inkişaf etdirin. Uzaqdakı tərəfdaş və ya qohumla söhbət zamanı dilə gətirilən önəmli məqam potensialınızın izharına təkan verəcək.Hansısa önəmli tapşırığın və ya sifarişin öhdəsindən gələ bilmirsinizsə, dayağa və yardıma ehtiyacınız var. Yaxşı bacardığınız işi görün.Yaradıcılıq fəaliyyəti üçün obyekt arayın. Hələlik öhdəsindən gələ bilmədiyiniz işə çox fikir verməyin. Milli.Az

Dəmir Yolları gücləndirilmiş iş rejimində işləyir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. “Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanınpublika.az-a verdiyi məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib. Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.