Göbələyin təbii yollarla müalicəsi

Mikozlar – dəri və dırnaqların göbələklər tərəfindən zədələnməsi nəzərdə tutulur. Mikozların törədiciləri yalnız insanda parazitlik edən antropofil göbələklər, heyvanlardan insana yoluxan zoofil göbələklər, həmçinin Candida cinsindən olan şərti-patogen maya göbələkləri ola bilər. Göbələklər neytral və ya zəif-qələvi mühitdə inkişaf edir, aşağı temperatirlara qarşı çox davamlı olur. Göbələklər adətən xəstə insandan sağlama kontakt yolu ilə yoluxur. İnfeknsiya mənbəyi rolunu həm zədəli dlrnaqlar, həm də xəstə dəri oynaya bilər. Mikozların yaranmasına şərait yaradan faktorlar: 1. Xarici faktorlara dərinin həmişə nəm olması, çatlar və qaşınma izləri, isti və rütubətli hava şəraiti aiddir. 2. Daxili faktorlar  arasında daha çox şəkərli diabet və piylənmə kimi mübadilə pozulmaları, QİÇS, immunosupressiv terapiya, antibiotiklərlə və oral kontraseptivlərlə uzunmüddətli müalicə, klimaks dırnaq mikozlarının inkişafına təkan verir. Göbələk infeksiyası ilə kontakt müxtəlif şəraitlərdə baş verə bilər. Məsələn, su hovuzlarında, ümumi hamamlarda, çimərlikdə, idman zalında, hətta qonqlıqda kiminsə tərliklərin geyindikdə. Buna görə də şəxsi gigiyena qaydalarına həmişə diqqət etmək lazımdır. Lakin göbələklə hər bir kontakt xəstəliyin yaranması ilə nəticələnmir. Yoluxma yolları: - manikür alətləri - araqqabı, corab və s. - şəxsi gigiyena vasitələri - hamam ləvazimatları  Mikozların xalq təbabəti üsulları ilə müalicəsi  Dəmrovotu ilə vanna Ayaq dərisinin və dırnaqların göbələyi zamanı dəmrovotu ilə vanna etmək məsləhətdir. Bunun üçün 4 xörək qaşığı xırdalanmış otun üzərinə 6 stəkan qaynar su əlavə olunur və 3-5 dəqiqə qaynadılır. Süzüldükdən sonra 30 dəqiqə ərzində ayaqlara vanna edilir. Həmin dəmləmə ilə gündə bir neçə dəfə xəstə dırnaqların üzərinə kompres edilə bilər. Belə vannalar üçün çay sodasından da istifadə etmək olar. Vanna 1 litr suya 1 xörək qaşığı soda hesabı ilə hazırlanır. Spirtli-qliserinli məhlul 2 çay qaşığı spirt, 2 çay qaşığı essensiya və 1 çay qaşığı qliserindən ibarət məhlul hazırlanır. Hər gecə xəstə dırnaqlar bu məhlulla silinir. Prosedur bir ay müddətində təkrarlanır. Əgər məhlul dırnaqətrafı dəriyə düşərsə, dərini yandıra bilər. Bunun qarşısını almaq üçün məhlulu tez silmək və yağlı krem çəkmək lazımdır. Propolis Pambıq tampon propolisin spirtdə 20 faizli məhlulu ilə isladılır və xəstə dırnaqların üzərinə qoyulur. Belə müalicə xəstə dırnaq düşənə qədər davam etdirilir. Propolis məhlulu ev şəraitində də hazırlana bilər. Bunun üçün 10 ml spirtə 10 qr propolis qatılır.  Yodla müalicə 20 gün müddətində səhər və axşam xəstə dırnaqlar yod məhlulu ilə silinir. Qonşu sağlam dırnaqlar isə iki gündən bir yodlanır. 5-7 gündən sonra dırnaqların ətrafında yüngül yandırıcı ağrı əmələ gəlir. Bu, müalicənin uğurlu olmasını göstərir. Əgər ağrı çox güclü olarsa, prosedur daha seyrək edilir (2 gündə 3 dəfə). Çaqa kompresi Çaqa göbələyindən nazik təbəqə kəsilir və xəstə dırnağın üzərinə qoyulur, üzəri sellofanla örtülür və binlənir. Gəcə saxlandıqdan sonra kompres açılır və ayaq ilıq su ilə yuyulur. Dırnağın ayrılmış hissələri kəsilir və bütün zədəli səth yodla silinir. Prosedur uzun müddət aparılır. İlk vaxtlarda ağrı ola bilər, lakin müalicə davam etdirilməlidir. Dəniz duzu ilə vanna Bir həftə müddətində hər gün ayaqlara dəniz duzu ilə vanna edilir. Vannanın qəbul müddəti 15 dəqiqədir. Bundan sonra zədəli dırnaqlar dəmrovotunun təzə şirəsi ilə silinir. Quşarmudu ilə müalicə Quşarmudunun (üvəz) təzə yarpaqları əzilir, xəstə dırnaqların üzərinə qoyulur və bintlə bağlanır. Belə prosedur bir neçə ay müddətində hər gün edilir. Çiy yumurta məlhəmi Bir ədəd çiy yumurta, bir çay qaşığı dimetilftalat, bir xörək qaşığı bitki yağı və bir xörək qaşığı sirkə qarışdırılaraq məlhəm hazırlanır və soyuducuda saxlanır. Hər gecə məlhəm xəstə nahiyələrə sürtülür, üzərindən polietilen paket və corab geyilir. Dırnaq mikozlarının ağır formalarında belə kompres 3-4 gün müddətində saxlanmalıdır. Müalicənin gedişində xəstə dırnaqlar düşür, yerinə yeni sağalm dırnaqlar əmələ gəlir. Fitoterapevt Elnur Rəhimov

Ana olan qadınlar seks istəmir...- Seksdən nə qədər uzaqlaşmısınız?

Nə qədər müddətdir seksdən uzaqlaşmısınız? Qadınlara ünvanlanan bu sualın cavabları sizi çox təəccübləndirəcək."Family Circle" adlı xarici jurnal qadınlar arasında sorğu təşkil edib.Spirtli içki istifadə etmələri, hamiləlikdən sonra çəkilərini necə atmaları və hətta hansı sıxlıqla sekslə məşğul olduqları ilə bağlı keçirilən sorğu maraqlı nəticələr ortaya qoyub. Araşdırmaya görə...Müxtəlif  yaşdakı anaların 32 faizi bir neçə il, 36 faizi bir neçə ay, 27 faizi bir neçə həftə və sadəcə 5 faizi bir neçə gün sekssiz yaşayır.Evdə uşaq varkən, yaşı neçə olur olsun, cinsi həyatı əvvəlki kimi, öz tempində davam etməyin nə qədər çətin olduğunu bilsək də, həyat yoldaşı ilə sağlam və xoşbəxt bir münasibətin davam etməsi üçün seksin lazım olduğunu da unutmamalıyıq.Cütlüklərin sadəcə 15-20 faizi evliliklərini sekssiz davam etdirirlər. Sekssiz evlilik isə ildə 10 dəfədən az cinsəllik yaşamaq deməkdir.Bir sözlə, kişilər evləndikləri insandan, münasibətlərindən getdikcə uzaqlaşır. Müasir cütlüklər həm iş həyatında, həm də ev işlərində aktiv olurlar və bu, onların cinsi həyatına mənfi təsir göstərir. Halbuki kişi nə qədər yorğun iş görsə də, həyat yoldaşını seks baxımından razı saldığı deyilir.Bəs boşanma riski hansı hallarda aşağı düşür? Aparılan araşdırmaya görə, kişi əgər ev işlərinin 40 faizini edirsə, ya da qadın evin maddi ehtiyacının 40 faizini ödəyirsə, onda boşanma riski aşağı olur.Araşdırmaya qatılan və 20 ildir evli olan cütlük hər səhər seks üçün zəngli saat qurduqlarını deyiblər: "Hər səhər iki dəfə zəngli saat qururuq. Birinci zəng zamanı oyanaraq bir-birimizi qucaqlayır, öpüşür, yaxınlaşırıq. İkinci zəngli saat isə yataqdan qalxmağımız üçün qurulur. Beləliklə, hər səhər bir-birimizə vaxt ayırmış oluruq".Xarici psixoloqlar isə seks üçün həyat yodaşı ilə gün təyin etməyin daha düzgün olduğunu qeyd ediblər. Həyat yoldaşınızla aranızda sözsüz razılaşma imzalayın və heç vaxt bir-birinizi rədd etməyin. Bəzi qadınlar sadəcə kişilərin seksdən zövq aldıqlarını düşünürlər. Halbuki ən azından bir dəfə həmin hissləri zövqlə yaşasanız, bəlkə sonra həyat yoldaşınızdan daha istəkli olacaqsınız.  Bununla belə vəziyyət düzəlmirsə psixoloqa müraciət etməyiniz tövsiyə edilir.

Çoxlarının problemi olan Fobiya... - Hansı növ daha çox yayılıb?

Qorxu təbii bir hissdir. Hər bir insanda digər hisslər kimi sevgi, sevinc, kin, nifrət ,həyəcan və .s. kimi qorxu da hər kəsdə var. Bu hiss insan həyatının ilk həftələrindən yaranır. Belə ki, ilk dəfə anasını görüb tanıyan körpə  anasını  görməyəndə və ya tanımadığı biri yaxınlaşanda həyəcan, təşviş keçirir və bununla da qorxu hissi ilə ilk tanışlığı olur və zamanla bu hiss formasını dəyişir. Ətrafını qavrama və analiz funksiyları artdıqca qorxuların forması dəyişir. Məsələn, körpə anasından başqasını görüb ağlayırdısa, qavrama artdıqca həkim insanın onunçün təhlükəli olmadığını anlayır və daha qorxmur, lakin, qorxu hissi başqa obyektlərə və ya hadisələrə yönəlmiş olur. Və beləliklə, bu hiss insanın ilk dünyaya gəldiyi günlərdən ömrünün sonuna qədər davam edən, lakin, formasını dəyişən bir yaşam tərzidir. Qorxu—insan həyatı üçün lazımlı bir duyğudur, çünki insan qorxu sayəsində həyatını davam etdirir. Qorxu olmasa insan ölüm risqi yüksək olan təhlükəli vəziyyətlərdən və davranışlardan qoruna bilməz. Bu hissin pataloji forması fobiya adlanır. “Phobos” –yunanca “dəhşət tanrısı” deməkdir. Normal şərtlərdə qorxu duyulmayacaq vəziyyət və obyektlərə qarşı yaranan mənasız qorxulara fobiya deyilir. Belə olduğu üçün fobiya insan həyatını qorumaq bir yana, dözülməz hala gətirir.Dünyada hər 10 nəfərdən ən azı bir nəfərdə fobiya vardır. Və qadınlarda kişilərdən daha çox rast gəlinir. Fobiyası olan insan qorxularının məntiqə uyğun olmadığının və çox anlamsız olduğunun fərqindədir, amma özünü onun əsarətindən qurtara bilmir. İnsan fobiya yaradan vəziyyət və ya obyektlə qarşılaşdığında panik əlamətləri göstərir, qorxu yardan səbəb aradan qalxanda və ya uzaqlaşanda normla vəziyyətinə qayıdır. Fobiyanın yaranmasında psixoloji və bioloji faktorlar böyük rol oynayır. Çünki, o psixo-fizioloji reaksiyadır. Qorxu hiss etdiyi an ürək döyünmə, dərin nəfəsalma, ağızda quruluq, təzyiqin qalxması, tərləmə, titrəmə, boğulma, əllərin və ayaqların keyləşməsi, əzələlətdə gərginlik və.s. bioloji əlamətlər olur. Qorxu zamanı baş-beyində yerləşən hipotalamus vəzindən impulslar böyrəküstü vəzə ötürülür, böyrəküstü vəxin beyin maddəsindən kortikosteroidlər—adrenalin və kortizol qana ifraz olunur. Adrenalin hormonu qan damarlarının divarındakı α2 reseptorlarına və ürəyin keçirici sistemindəki β1 adrenoreseptorlarına stimuləedici təsir göstərir. Bununla da damar divarları daralır və qan təzyiqinin qalxmasına 2qat təsir edir. Həmçinin qorxu zamanı qan dəridən daxili orqanlara doğru sürətlə axmağa başlayır, bu da əllərin və ayaqların keyləşməsinə, soyumasına, üzdə rəngin ağarmasına səbəb olur. Böyrəküstü vəzdən eyni zamanda adrenalinhormonu da qana ifraz olunur ki, bu da azan sinirinə təsir edir. Azan sinirinə təsirindən ağız suyu vəzlərində blokaedici effekt yaratdığı üçün ağızda quruluğa səbəb olur. Adrenalin eyni zamanda brouz divarindakı β2 adrenoreseptorlarına təsir etdiyinə görə broux divarı genişlənir və nəfəsalma dərinləşir. Qan dövranı sürətləndiyinə və ürək ritmi artdığına görə bədən tempraturu yüksılir və bunu kanplusasiya etmək üçün tər vəzlərində aktivləşmə başlayır, tərləməklə tempratur normada qalır. Qorxu zmanı qanda şəkərin miqdarı artır. Fobiya yaradan səbəb aradan qalxandan sonra bədəndəki bütün dəyişikliklər normla vəziyyətinə qayıdır. Fobiyanın çox növləri vardır: zoofobiya—heyvan qorxusu, kloustrofobiya—qapalı yer qorxusu, akrofobiya—yüksəklik qorxusu, aqorafobiys—açır yer qorxusu, ailurofobiya—pişik qorxusu, kinofobiya—it qorxusu, ojidofobi—ilan qorxusu, herpetofobi—kərtənkələ qorxusu, antofobi—insan qorxusu, niktofobi—gecə qorxusu, kaprofobi—nəcisdən qorxmaq, izolofobi—təklikdən qorxu və.s. Bunlardan ən geniş yayılmış formalrdan biri aqorofabiyadır. Bu açıq hava fobiyası kimi tanınır və son zamanlar çox rast gəlinir. Bu ən çox evdə tək qalmaqdan, liftdə minməkdən, kinoteatr, konsert zalı, konfrans kimi insan çoxolan yerlərdə, təyyarə, avtobus, qatar, gəmi—bu cür nəqliyyat vssitələrinə minməkdə körpü və tunellərdən keçməkdən qorxan insanlar nəzərdə tutulur. Bu cür yerlərdə adammı bir təhlükə gözləyirmiş kimi və təhlükə gəldiyində çarəsiz qalacaq, heç kim ona kömək edə bilməyəcəkmiş kimi qorxulara qapılır, orda çarəsiz qalacağını düşünür. Belə fobiyası olanlar bu cür yerlərdən mümkün qədər uzaq durmağa çalışırlar və ya yanlarında güvəndiyi biri olmadan bu cür yerlərə getməzlər. Evdə tək qala bilmir, küçəyə tək çıxa bilmir, ticarət mərkəzinə tək gedə bilmir, avtobusa tək minə bilmir. İnsan qorxu hiss elədiyi məkanda olduğu zaman onda fobiyanın bir neçə əlaməti müşahidə olunur, tərləmə, titrəmə, həyəcan, urək döyüntüləri və.s. kimi əlamətlər...Tezliklə ordan uzaqlaşmağa çalışır. Aqorafobiya ən çox 20 yaşlarda başlayır və bunlar müalicə haqqında düşünmürlər, yalnız kritik vəziyyətlərdə həkimə müraciət edirlər. Çünki, aqorafobiyanın ilkin mərhələlərində yəni, yüngül formasında insanlar keçirdikləri qorxu hisslərinə baxmayaraq tək qala bilirlər., yəni gundəlik həyat tərzlərinin tələbatlarından geri qalmırlar və sosial münasibətləri bu durumdan çox təsirlənmir. Çünki, bu davranışlarına görə gülünc vəziyyətə düşəcəklərini və qınaq obyektinə çevriləcələrini düşünürlər. Bunlarə düşünərək qorxularını gizlədər, başqalarına hiss elətdirməməyə çalışar.Lakin ağırlaşmlş formada panik atakla özünü göstərir və insanın həyatı bir tələbatlarından təcrid olunmuş formada keçir və getdikcə depressiv fona qapılır. Fobiyanın digər geniş yayılmış növü sosial fobiyadır. Qrup şəklində olan ortamlarda olmaqdan qaynaqlanan məntiqi əsası olmayan qorxular—sosial fobiya adlanır. Çoxlu insan olan bir ortamdan çəkinməklə özünü göstərən bu fobiya insanın sosial yaşamını müxtəlif formalarda məhdudlaşdırır. Sosial fobiyası olan insan toplu insanlar qarşısında danışmaz, kollektiv sohbətlərə qatılmaz və fikrini söyləməkdən çəkinər.Üzərinə diqqət cəlb edəcəyi bütün vəziyyətlərdən qaçar.Çünki, pərt ola biləcəyi vəziyyətin yaranacağından səhvlər edəcəyindən, qızaracağından, utanacağı vəziyyətə düşə biləcəyini düşünür. Bir məclisdə yemək yeməz, çünki yeyərkən üstünə tökəcəyindən ya da yemək azında qalacağından ehtiyat edir. Bir çox insasnda belə bir məcburiyyət yaranarsa, yəni toölu qarşısında çıxışı qaçılmaz olarsailk başlanğıcda sosial fobiya əlamətləri olur. Qızarır, kəkələyir, tərləyir, tez-tez udqunur, ağzı quruyur, ürəyi tez-tez döyünür, deyıcıyi spzləri bir anlıq unudur, sonra isə yavaş-yavaş normallaşır.Sonrakı çıxışlarında daha rahat formada danışır.Amma bu durum fərqli zamanlarda hər dəfə eyni formada özünü göstərir. Sosial fobiyada qorxualr şiddətli və xroniki olur.Və bu qorxular korreksiya olunmazsa zamanla panik atakakeçə bilər. BU növ fobiya əsasən yeniyetməlik yaşlarında başlayır, lakin, 18 yaşdan kiçik insanlarda sosial fobiya diaqnozu qoymaq üçün bu durum davamlı olaraq ən azı 6ay  davam etməlidir.  Sosial fobiyanın yüngül və ağır forması var. Depresiya, əmək fəaliyyətinin aşağı düşməsi və intihar riskini artırır. Fobiyanın bir başqa geniş yayılmış növlərindən biri spesifik fobiyadır. Normal şəraitdə qorxu ünsürü olmayacaq vəziyyətlərdən və ya əşyalardan artıq dərəcədə qorxma halına deyilir. Ən çox rastlaşdığımız fobiya növüdür. İnsan pişik, siçan, ilan, yüksəklik, çiçək, qaranlıq və.s. kimi hallara qarşı qorxu hissi keçirir. Həmin insan qorxu hiss elədiyi əşya və ya vəziyyətlə üz-üzə gəlmək istəmir. Həmin ortamlardan uzaq olduöu müddətdə normal yaşam tərzi keçirir, qorxu heç cür üzə çıxmır. Zəhərli ilanlardan, dişləyə bilən heyvanlardan və ys yıxılma riski olan yüksəkliklədən bütün insanlar qorxur. Bunlar həqiqi qorxulardır, yeni, bir insan özünü riskə atmamaq üçün bu durumlardan uzaq olur.Məsələn,ilandan qorxan biri ilana çox da yaxın getməz, çünki ilana tərəf yaxınlaşsa ilan onusancma təhlükəsi var. Bu normla reksiyadır və fobiya saylmır. Amma əgər bir insan ilanı çox uzaqda görürsə və ya həmin ilanın ona xətər yetirmə ehtimalı yoxdursa və bu halda insanda artıq dərəcədə qorxu, təlaş göstərirsə fobiyadan söz gedə bilər.Bundan əlavə fobiyası olan insan şəkildə və ya televizorda ilan görərsə ilana qarşı aşırı dərəcədə qorxu hiss edə bilər. Bu növ fobiyası olanın çox zaman yaşamında çətinlik yaranmaz. Lakin əgər o həmin durumla tez-tez qarşılaşarsa, artıq yaşayış tərzinə ciddi problemlər yaradar. Məsələn, itdən qorxan birinin it çox olan yerdə yaşaması artıq onun həyat tərznini çox çətinləşdirər. Bu növ fobiya uşaqyaşlarında başlayır. Terapiyaya ehtiyacı olmadığını düçünərək ömrü boyu bu formada yaşayırlar. Bu npv fobiyada terapiyanın ən yaxşı təsirli forması davranış psixoterapiyasıdır. Ümumiyyətlə, fobiyaların müalicəsi psixoterapiya ilə mümkündür, ağır hallarda dərman dəstəyi də almaq daha effektli nəticə almağa yardım edər. Nərmin Qələndərova Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu

Panik atak nədir?

Panik atak nədir? Kriz anında sanki öləcəm, ruhum bədəndən ayrılır, həqiqətən ölürəm? bu kimi suallar onları daima narahat edir. Panik atak gözləmədiyimiz bir anda baş verir və 10-30 dəqiqə davam edir daha sonra isə öz-özünə keçir. Panik atakın göstəriciləri nələrdir ? * Tərləmə * Ürək döyüntüsünün artması, tez-tez vurması * Nəfəs darlığı və boğulma hissi * Baş fırlanması * Üşümə yaxud istilik basması * Titrəmə * Sinədə sıxışma və ağrılar * Ürək bulanma və qarın ağrısı * Uyuşma * Ölüm qorxusu Bu göstəricilərdən ən az 4 və daha çox elamet panik atak anında baş verir ! Ataklar davamlı olmağa başlayır və insan hər dəqiqəsini qorxu içərisində yaşayır. Insanlar yaşayış tərzini dəyişir. Insanların çoxluq təşkil etdiyi məkanlara getmirlər, metro, avtobus, təyyarə, qatar və s. nəqliyyat vasitələrindən istifadə etmirlər. Ataklara yol aça bilən qidaları qəbul etmirlər. Ataklara görə evdən çıxanda dərmanlar götürürlər, əllərində daima su gəzdirirlər, tək qala bilmirlər, çölə tək çıxa bilmirlər, vaxtlarını daha çox xəstəxana yaxud əczaxana yaxınlarında keçirməyə üstünlük verirlər və s. Bir sözlə, həyatını dəyişməyə başlayırlar. Bəs həyat belə davam edərmi ? Təbii ki, yox ! Panik atakın 2 müalicə üsulu var: 1. Dərman terapiyası 2. Psixoterapiya (koqnitiv-bihevioral terapiya) Bu müalicədə psixiatr və psixoloq vəhdət şəklində müalicəni davam etdirir. Aytən Əlizadə Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Əl titrəməsinin səbəbləri - Bu amili heç düşünmürdünüz...

Əllərinizdə hər hansı bir səbəbdən davamlı titrəmə halı müşahidə edilən kimi mütləq narkoloq, nevroloq, psixoloq, toksikoloq və ya terapiya üzrə mütəxəssislərdən birinə müraciət etməniz atılan ən doğru addımdır. Bu zamanında və düzgün diaqnozun qoyulması eyni zamanda düzgün müalicə taktikasının seçilməsi üçün olduqca əhəmiyyətlidir. Unutmayaq ki, düzgün diaqnoz yarı-yarıya müalicə deməkdir. Titrəmənin səbəbləri kifayət qədər çoxdur. Onları ayıra bilmək üçün əsas olaraq əllərin nə zaman və necə titrəməyə məruz qaldığını dəqiq bilmək lazımdır. Tibdə titrəmənin iki ümumi (əsas) qrupda birləşdirilməsi və tədqiq olunması uyğun hesab edilib: patoloji və normal.  Normal titrəmənin kliniki olaraq bir əhəmiyyəti olmayıb xüsusilə gənc yaşlarda daha çox müşahidə olunmaqdadır. İnkişaf edən orqanizmi hər hansı ani stress və ya həddindən çox fiziki yükləmə bədənin müxtəlif hissələrinin eyni zamanda və ya domino effekti ilə titrəməsinə səbəb ola bilər. Bunun üçün psixoloqa müraciət etməyiniz tövsiyə edilir. Əgər titrəmə tamamilə sakit bir vəziyyətdə başlayır və müəyyən müddət davam etməklə yanaşı digər hissələrə də keçirsə həkimə müraciət edilir və bu zaman mütəxəssis tərəfindən təyin olunan qıcolma əleyhinə və trankvilizator preparatlar problemin aradan qalxmasına kömək edir. Kliniki müşahidə üçün 2 həftə kifayətdir. Əgər bu hal davam edirsə artıq buna normal deyil patoloji titrəmə diaqnozu altında baxılır və uyğun tədbirlər görülür. Bu halda heç bir zaman kənardan müdaxilə olmadan titrəmənin spontan olaraq dayanması mümkün olmur. Patoloji titrəmə dərman qəbulu, orqanizmin metabolik reaksiyası şəklində və zərərli vərdişlərin nəticəsi kimi meydana çıxa bilir. Hər bir halda həkim-mütəxəssis səbəbi müəyyən edərək adekvat addım atmalıdır, buna görə də heç bir halda özünüzə təsəlli verərək problemin aradan qalxa biləcəyini düşünməyin.

Övladınıza paylaşmağı öyrədin - Üsulları

Övladınıza paylaşmağı bacarmağı öyrətməyiniz olduqca vacibdir. Paylaşmağı bacarmaq - övladınızın müxtəlif yaş dövrlərində ona gərəkli olacaq. Bəs bu hissi övladınıza necə öyrədə bilərsiniz? Körpəlikdən övladınızla danışdıqlarınızda bu hissin inkişafına diqqət edin. Yemək hazırlayarkən, övladınıza yemək verərkən və s. Məsələn, yemək verərkən “biri sənin olsun, biri mənim”, paltar alarkən, “birini sənə alaq, birini qardaşına” və s. kimi ifadələr köməyinizə gələcək. Övladınızla birlikdə alış–verişə gedərkən ona qardaşı və ya bacısı üçün nəsə seçməyinə icazə verin. Qardaşın üçün hansını bəyənirsən?”, Oyuncaq seçərkən “Birini özün üçün, birini qardaşın üçün seç” və s. kimi ifadələr faydalıdır. Övladınızla söhbətinizdə “qardaşının dəftəri”, “mənim kitabım” və s. kimi ifadələri işlədərək bu hissin inkişafına müsbətyönümlü təsir edə bilərsiniz. Övladınıza bu baxımdan nümunə olun. Özünüz ətrafınızdakı insanlarla nələrisə paylaşaraq ona ən gözəl nümunə ola bilərsiniz. Əlindəki oyuncağını yoldaşı ilə dəyişdirməsinə kömək edin. Bu fikri izah edin ki, sənin oyuncağınla yoldaşın oynayacaq və sən də onun oyuncağı ilə oynayacaqsan. Bu zaman övladınız əşyasını itirmək hissindən uzaqlaşaraq özünü daha rahat hiss edər. Bir neçə əşyasından hansını paylaşmaq istədiyinə özünün qərar verməsinə icazə verin. Övladınız üçün xüsusi olan əşyasını kiminləsə paylaşmaması zamanı bunu etməsi üçün müxtəlif üsullar axtarmanıza ehtiyac yoxdur. Təkidlə bunu etdirməyə çalışsanız övladınız psixoloji narahatlıq keçirə bilər. Övladınıza paylaşma hissini öyrədərkən onu məcbur etməyin. Əks halda qarşı tərəfə acıqlı ola, aqressiya nümayiş etdirə bilər. Övladınıza paylaşmağı sevdirin.

Qapalı yer qorxusu - Klostrofobiya nədir?

Panik pozuntusu məşhur anksiyete pozuntusu və fobiyalardən bəhs edib, insanın ən fundamental qorxularından biri olan klostrofobiyadan bəhs etməmək əksiklik olar. Bunu bəzən özbaşına dilə gətirirlər,bəzən də əhəmiyyət vermirlər, hətta normal qarşılayır amma soruşduqda izah edirlər. Ən çox qarşılaşılan vəziyyət, həyatını liftə minə bilməmə, qapısı bağlı otaqda yata bilməmə,dar sahədə durmama kimi bəzi əlamətləri, öz idarəsində basqılayan,bu vəziyyətlərdən qaçınan və əhəmiyyət verməyən şəxsin MR çəkilişi lazım olduğunu öyrənməsi ilə yaşadığı böhrandır. Tibbi bir zərurət vardır, tunel kimi,dar bir maşına girməsi və orada yarım saata yaxın müddət keçirməsi lazım gəlirdi. Amma bu onun üçün tabuta girib məzarın içində gözləməkdən fərqsizdir. MR çəkdirməyə müraciət zamanı %10 ətrafında klostrofobiya müəyyən olunmuşdur.Bu kəslərə ya anesteziya altında yatırdılaraq çəkiliş edilər, ya açıq MR-ə girərlər ya da klostorfobiya üçün müalicə görüb dərman alaraq girə bilərlər. MR ən dəqiq tətikləyən vəziyyətdir amma lift,hamam,kiçik və basıq tavanlı otaqlar, qapının kilidli olduğu bilinən hər hansı bir yer, sıxlıq mühitlər, mağaralar, tunellər,metro və hətta boğazı bir az sıxan bir qalstuk və ya boğazlı paltar belə claustrophobic bir vəziyyət ola bilər. Bəzi klostrofobiklərin bərbər kreslosunda oturarkən belə,qalxa bilməyəcəklərini düşünərək panikaya qapıldıqlarını bilirik. Adam da nəfəs darlığı,hava aclığı,baş gicəllənməsi,bayılacak kimi hiss,ölüm qorxusu,ağlını qaçırma qorxusu kimi bir sıra əlamət yaradar.Bu şiddətə çatdığında, vəziyyət artıq panik ataktır. Onsuz da bir çox hallarda klostrofobiya ilə panik atak pozğunluğu bir aradadır. Sözün kökü, latınca claustrum yəni "bağlı yer" və phobia "qorxu"dan gəlir. Tətikləyən düşüncə adamın o an orada çarəsiz və bağlı olduğu,istəsə də çıxa bilməyəcəyi, kömək ala bilməyəcəyi fikridir. Klassik psixologiyadakı bu öyrənilmiş,şərtlənmə şərhinin yanında,klostorfobiya üçün daha bioloji şərh də vardır,beyində duyğuları idarə edən amygdala adlı sahənin klostrofobik şəxslərdə daha kiçik olduğunu göstərən tədqiqatlar vardır. Bir digər görüş isə bəzi ailələrdə klostrofobik daha tez olduğu,bunun genetik faktorla açıqlana biləcəyidir.Bəlkə də insanın içində yaranmasından bu yana olan ölüm qorxusuna işarə edir. Müasir həyatda əsrlər boyunca, insanın ən dərin,gizli qorxularından biri ölmədən məzara girməkdir. Qəzada öldü sanılmaq və basdırılmaq,oyandığında çarəsiz və hərəkət edə bilməz halda məzarın içində olmaq.Bu qorxu, tarix içində özünə yeni ticarət sektorları yaratmışdır.Daha köhnə dövrlərdə cənazənin biləyinə bir ip bağlayıb,ipin ucunu məzarın xaricindəki bir çana məzmuna,daha yaxın zamanlarda izə kameralarla təchiz tabutlar, insanın bu qorxusunun məhsuludur. Uşaqlıqda başı barmaqlıqlar arasına sıxışan,bir hovuza düşüb boğulma təhlükəsi keçirən,qaranlıq bir otaqda kilidli qalan,ailə tərəfindən kilidli bir avtomobildə buraxılan uşaqlarda, irəlidə klostrofobi inkişaf riski daha çoxdur. Bu da claustrophobic öyrənilən bir tərəfi olduğunu düşündürər. Klostorfobiyanın müalicəsində müxtəlif müalicə üsulları istifadə edilər. Klostrofobik adam,yaşadığı vəziyyətdən deyil,o vəziyyətə aid nəticələrdən qorxur. Qorxulan liftə minmək deyil, orada bağlı qalar və liftdən çıkamazsa huşunu itirmə keçirib kimsədən kömək alamamaqdır.Koqnitiv müalicədə adamda lift və bağlı qorxu ilə əlaqədar məlumatlar yenilənir, yenidən qurulur. Liftin qorxulacaq, zərər verəcək,həyati təhlükə meydana gətirəcək bir alət olmadığı,bağlı qalması vəziyyətində nələr ediləcəyini yenidən öyrədirlər.Məruz buraxma müalicəsindən isə,insan gedərək artan şiddətdə, qorxduğu vəziyyətə məruz buraxılar, alışması hədəflənər.Məsələn,liftə terapevt ilə birlikdə minmə və qapının açıq olaraq gözlənilməsi, biri aşağıda gözləyərkən bir qat çıxma,birinə xəbər verərək beş qat çıxma kimi. Bilinən ən təsirli müalicə üsulu budur,müvəffəqiyyət nisbəti 70%-ə yaxındır. Nərmin Quliyeva

Nitq inkişafını ləngidən amillər - Psixi inkişaf...

Müasir dövrümüzdə insanı öyrənən 200-dən çox elm sahələrinin içərisində psixologiya elmi mühüm yer tutur. Psixologiya qədim yunan sözü olub (psyuxe-ruh ruhi aləm loqos-elm bilik öyrənmək) psixika haqqında elm deməkdir. Psixologiya fəaliyyət və ünsiyyətin psixoloji probləmlərini öyrənir. Psixologiya beyində obyektiv aləmin subyektiv sürəti kimi əmələ gələn psixikanın faktları qanunauygunluqları və mexanizimləri haqqında elmdir. Həmçinin psixologiya psixi proseslər, psixi hallar və psixi xassələr haqqında elmdir. Psixi proseslər də 3 yerə bölünür. İdrak prosesləri, iradi proseslər və emmosianal proseslər. İdrak proseslərinə duyğu, qavrayış, diqqət, hafizə, nitq, təfəkkür və təxəyyül aiddir. İnsan dünyaya gələrkən nitqi özü ilə hazır şəkildə gətirmir. Uşağın psixi inkişafında nitq çox böyük rol oynayır. Tərbiyyə işi düzgün təşkil edildikdə onun nitqinin inkişafı əsasən 4 mərhələni əhatə edir. Birinci mərhələ, nitqin nkişafının hazırlıq mərhələsidir. Bu uşağın anadan olduğu gündən 1 yaşa qədər olan dövrü əhatə edir. İkinci mərhələ şifahi nitqin inkişafı mərhələsidir ki, bud a 1 yaşdan 3 yaşa qədər olan dövrə təsadüf edir. Üçüncü şifahi nitqin zənginləşməsi mərhələsidir. Bu mərhələ 3 yaşdan 7 yaşa qədər olan dövrü əhatə edir. Dördüncü mərhələ nitqin təkmilləşməsi və yazılı nitqin inkişafı mərhələsidir və 7 yaşdan sonar baş verir. Nitq uşağın dünyaya gəldiyi gündən etibarən tədricən ünsiyyət vasitəsi kimi inkişaf edir və başqalarının emosianal vəziyyəti, uşaq tərəfindən onun mimikası jest və pantomimikaları vasitəsilə anlaşılır. 3 yaşlı uşağın nitqində 1000-1500, 4 yaşlının nitqində 1600-1926, 5 yaşlı uşağın nitqində isə 2500-3000-ə yaxın söz ehtiyyatı olur. Ona gorə də istər valideyinlər istərsədə tərbiyyəçi müəllimlər uşaqlara geniş izahatlı, düzgün tələffüz qaydalarını elə örətməlidirlər ki, onların nitqi inkişaf edib məktəb təlimi üçün zəruri olan səviyyəyə çatmasına müsbət təsir göstərsin. İnsan təfəkkürünün inkişafında nitqin rolu çox böyükdür. Nitq vasitəsilə insanlar nəinki öz fikirlərini bir-birinə çatdırır, həm də onların təfəkkürü nitqli ünsiyyət prosesində təşəkkül edir və formalaşır. Çox zaman nitq qüsurları uşaqlarda kompleks, özün inamsızlıqda yaradır. Bu xüsusiyyətlərə görə uşaqlar məktəbə və baxçaya getmək istəmirlər. Elə psixika var ki nitqi geri salır. Elə qüsurlu nitq var ki, psixikanı geri salır. Yəni uşağın nitqində qüsur varsa və ya ümumiyyətlə nitq yoxdursa uşağın psixoloji aləminə təsir edir. Belə ki, nitq vasitəsi ilə uşaq ünsiyyətə girir, lüğət ehtiyyatı artır, təsəvvürlər formalaşır. Nitqdə ləngimə varsa bu xüsusiyyətlərdə ləngiyir. Amma psixoloji olaraq uşaqda ləngimə varsa onun nitqinə mənfi təsirsiz ötüşməyə bilməz. Beləki uşaq deyilən müraciəti anlamırsa onun nitqində, lüğət ehtiyatında qüsurlar olacaq. Buna görədə uşaqla defektoloji-loqopedik iş aparılarkən mütləq uşağın psixoloji səviyyəsi, bacarığı, yaşı, diqqəti və aktivliyi nəzərə alınmalıdır. Bəzən isə uşaqlarda psixi inkişaf ləngiməsi kimi mənfi tendensiya müşahidə edilir. Etiraf etmək lazımdır ki, psixi inkişaf ləngiməsi dövrümüzün aktual problemlərindən biridir. Bu problem ilk dəfə XIX əsrdə Lassenq və Lorens tərəfindən aşkarlanıb. Müasir dövrdə psixi inkişaf ləngiməsi daha ətraflı öyrənilməyə başlayıb. Psixi inkişaf ləngiməsi tam və ya qismən ola bilər. Bunu müəyyən etmək üçün psixi inkişaf ləngiməsinin yaranma səbəbini aşkara çıxarmaq lazımdır. Nitq İnkişaf Mərkəzində hesab edirlər ki, bu amillər isə 3 qrupa bölünür. Birincisi, endogen amillər-yəni daxili səbələrdən qaynaqlanan amillər qrupu, ikicisi, ekzogen amillər-yəni xarici səbəblərdən qaynaqlanan amillər qrupu və nəhayət üçüncüsü, irsi amillər. Endogen amillərə - hamiləlik dövründə ananın qida rejiminin pozulması, keçirdiyi infeksiyalar, hamiləliyin ümumi toksikozu, nevropatiya daxildir. Ekzogen amillərə - doğuş zamanı travma, erkən yaş dövründə keçirilən xəstəliklər daxildir. İrsi amillər isə genetik faktorlarla bağlıdır. Mərkəzdən bildirilir ki, bəzən isə hormonal problemlərin də psixi inkişaf ləngiməsinə səbəb olması barədə fikirlər də söylənilir. Lakin bu fikir tam təsdiqini tapmayıb. Psixi inkişaf ləngiməsini səciyyələndirən bəzi xarakter xüsusiyyətlər var. Adətən bu kimi insanlar ətrafındakıların köməyi olmadan bir iş görməkdə çətinlik çəkirlər. Çox vaxt isə məntiqsiz hərəkətlər edirlər. Həmçinin say, zaman və böyüklük ölçülərindən istifadə zamanı çətinliklə üzləışirlər Bir qayda olaraq diqqəti mərkəzləşdirə bilmir, təfəkkür sferasında analiz, sintez, ümumiləşdirmə proseslərində çətinlik çəkirlər. Həmçinin psixi inkişaf ləngiməsindən əziyyət çəkənlərdə iradə və emosional sferada kasadlıq, təsəvvür etmədə çətinlik, tez təsir altına düşmə kimi də mənfi hallar müşahidə edilir. Nitq İnkişaf Mərkəzində hesab edirlər ki, əgər uşaqlarda bu hallar müşahidə edilərsə, o zaman vaxt itirmədən mütəxəssis köməyindən faydalanmaq zəruridir. Çünki vaxtında müdaxilə edilmədikdə daha sonra ağır nəticələrlə üzləşmə riski böyükdür. Kamal

Bu gün hava tutqun olacaq

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata əsasən, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22°, gündüz 27-31° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq. Abşeron çimərliklərinin şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Cənub çimərlikləri - Türkan, Hövsan, Sahil, Şıxda mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti təşkil edəcək.

İdarəedən, ya idarəolunansınız? – Test et

Sizə təqdim etdiyimiz bu test rəhbər vəzifəyə gəlmək istəyən, yaxud da artıq həmin vəzifədə çalışan şəxslər üçün nəzərdə tutulmuşdur. Test özünüzə nə dərəcədə əmin olmağınızı, təşkilatçılığı hansı səviyyədə bacarmağınızı, sizə avtoritetinizdən hara qədər istifadə etməyinizi və öz nöqteyi-nəzərinizi, həmçinin prinsiplərinizi nə qədər müdafiə edə biləcəyinizi anlamağa kömək edəcək. 1. Müxtəlif əşyalar, vəziyyət və hadisələr haqda konkret şəxsi fikriniz olurmu? a) Həmişə – 15 bal; b) Heç vaxt – 0; c) Hərdən – 5. 2. Sizi fikrinizdən daşındırmaq asandırmı? a) Həmişə – 0; b) Heç vaxt – 15; c) Hərdən – 5. 3. Vəzifəli bir şəxslə, yaxud öz müdirinizlə söhbət edərkən həyəcanlanırsınızmı? a) Həmişə – 0; b) Heç vaxt – 15; c) Hərdən – 5. 4. Sizə xoş olmayan, sevmədiyiniz insanlarla üz-üzə gəlməkdən qaçmağa çalışırsınızmı? a) Həmişə – 15; b) Heç vaxt – 0; c) Hərdən – 5. 5. Qarşınızı, yolunuzu kəsəndə çox qıcıqlanırsınızmı? a) Həmişə – 15; b) Heç vaxt – 0; c) Hərdən – 5. 6. Sizi həddindən artıq tərifləyib, olduğunuzdan artıq qiymətləndiriblər. Buna hər hansı bir formada etiraz edərsinizmi? a) Həmişə – 0; b) Heç vaxt – 15; c) Hərdən – 5. 7. Hiss etmisinizmi ki, daha çox özünüzdən cavanların əhatə dairəsində olmaq sizin üçün daha xoşdur, nəinki həmyaşıdlarınızın? a) Həmişə – 15; b) Heç vaxt – 0; c) Hərdən – 5. 8. Narahatlıqları, çətinlikləri öz öhdənizə götürmək daha yaxşıdır, nəinki başqalarına ötürmək: a) Həmişə – 0; b) Heç vaxt – 15; c) Hərdən – 5. 9. İş kollektivinizdə sakit ab-hava qorunub-saxlanılırmı? a) Həmişə – 15; b) Heç vaxt – 0; c) Hərdən – 5. 10. Sizə fikirlərinizi birbaşa olaraq, üzbəüz bildirmək yaxşıdır, yoxsa mesaj və ya məktubla? a) Sözlərlə – 15; b) Məktubla – 0; c) Şərait və şərtlərdən asılı olur – 5. 11. Hətta ən xırda, əhəmiyyətsiz məsələlərdə belə qərar qəbul edərkən kimlərləsə məsləhətləşirsinizmi? a) Həmişə – 0; b) Heç vaxt – 15; c) Hərdən – 5. 12. Söhbət zamanı qarşınızdakının gözlərinin içinə baxmaq sizin üçün çətin deyil. a) Həmişə – 15; b) Heç vaxt – 0; c) Hərdən – 5. 13. Siz təklikdə daha yaxşı, məhsuldar işləyə bilirsiniz, nəinki kollektivdə. a) Həmişə – 15; b) Heç vaxt – 0; c) Hərdən – 5. 14. Necə bilirsiniz, bəzi insanlar sizin zəifliyinizdən, sadəlövhlüyünüzdən istifadə edə bilərlərmi? a) Həmişə – 0; b) Heç vaxt – 15; c) Hərdən – 5. 15. Tapşırıq vermək, əmr və hökm etmək sizin üçün xoşdurmu? a) Həmişə – 15; b) Heç vaxt – 0; c) Hərdən – 5. Balları hesablayın və nəticələri çıxarın: 0-120 bal – Aydın görünür ki, rəis olmaq üçün şəxsi keyfiyyətləriniz yox səviyyəsindədir. Bəlkə, özünüz də istərdiniz ki, idarəedən yox, idarəolunan olasınız. Bu, onunla bağlıdır ki, özünüzü qiymətləndirməyə, özünüzə dəyər verməyə alışmamısınız. Özünüzə inamın aşağı olması, başqasının təsiri altına tez düşməyə, başqası tərəfindən idarə olunmağa meyillilik də məhz buradan doğur. 125-180 bal – İdarə olunmağı sevmirsiniz, eyni zamanda, şəxsən komandalar verməyi də arzulamırsınız. Amma bu, bir faktdır ki, müxtəlif tipli, vəzifəli insanlarla işləməli olursunuz. Öz fikirlərinizi müdafiə etməkdən, hərəkətlərinizə cavabdeh olmaqdan qorxmayın. Emosiyalarınızın və hisslərinizin qarşısını almağa çalışın. Hər şeydən öncə isə həmkarlarınıza işgüzar tərəf-müqabilləri kimi yanaşmağı öyrənin. 185-200 bal – İnsanları idarə etməyə meyillisiniz. Siz məsuliyyətli, ağıllı və kifayət qədər təşkilatlanmış bir insansınız. Hər zaman öz nöqteyi-nəzərinizi müdafiə etməyə, ətrafınızdakıları haqlı olduğunuza inandırmağa qadirsiniz. 200 və daha çox bal – Siz hökmlü təbiətə maliksiniz. Sizin tələblərinizə cavab verməyənlərə münasibətdə ciddi tədbirlər həyata keçirməyə qadirsiniz. Rəhbərliyiniz altında çalışanlar (əgər onlar varsa), ən yaxşı halda sizdən ehtiyatlanır və çəkinirlər. Əgər siz indi-indi rəis olmağı arzulayırsınızsa, işdə həmkarlarınıza münasibətdə öz mövqelərinizə yenidən baxmağınız tövsiyə olunur. Digər insanların da fikirlərini nəzərə almağı, onların fikirlərinə hörmətlə yanaşmağı öyrənin.

Münaqişələrə rəvac verməyin - Günün ulduz falı, 10 sentyabr

Qoç - eyni vaxtda bir neçə mühüm mövzuda və ya istiqamətdə yeniliklər yaşana bilər. Planlar dəyişə bilər. Yaxın ətrafınızdakı insanlara qıcıqlanmayın. Səbrli olun, təmkinli davranın.Bu gün təşkilatçılıq bacarığınızın olub-olmadığı bilinəcək. Həddən artıq narahatlıq nümayiş etdirməyin. İşdə və ailədə maksimal tələbkarlıq göstərməyin, xırdaçılığa varmayın. Əks təqdirdə münaqişə qaçılmazdır.Cari işlərlə məşğul olun və hadisələrin intensivləşməsindən gərəkli nəticələr çıxarın.Axşam saatlarında maraqlı ünsiyyət məsləhətdir. Buğa - qarışıq, laübəli gündür. Yaşanan olayların təfərrüatları aydın olmasa da, onların zahiri axarı uğur vəd edir.Maraqlarınızın təminatı istiqamətində yetərincə irəliləyə bilərsiniz. Çətinliklər yaransa da, onları qət edin. Nüfuzlu insanın yardımı sizə kömək edəcək.Bilik və bacarınığınızı nümayiş etdirin. Fəqət, əlahiddə illüziyalara qapılmayın.Emosional gərginlikdən qurtulmağa, sakitləşməyə çalışın. Mövcud vəziyyət sizdən soyuqqanlı, aram davranış tələb edir. Dostlarla görüşdən imtina etməyin.Onlar sizin üçün faydalı dəyişikliklərə təkan verə bilərlər.Günün emosional fonu yüksəkdir. Aktiv olun, hisslərə qapılmayın, irəliləyişə mane olan sədləri aradan qaldırın. Xırda işlərə etinasız yanaşmayın.Günün ikinci yarısında qəza və nasazlıq riski artır. Səhhətinizə fikir verin. Əkizlər - əvvəlki günün ruhu və təmayülləri davam edir. Lakin keçmişin energetikasından qurtulun.Sürətlə aktivləşən və planlaşdırılmamış şəkiddə məğzini dəyişə biləcək ünsürü kontrolda saxlayın.Yaşam arealınızda, işgüzar münasibətlərinizdə qayda yaradın.Həmkarlar və ailə üzvləri ilə münaqişələrə rəvac verməyin.Yaranan ideyalar toplusundan birini, ən vacibini, sərfəli və maraqlısını seçin. Bir mövzunun çərçivəsində qalmayın, hadisələrin ritminə uyğun hərəkət edin.Olayların axarı qəflətən dəyişə bilər. Mühüm prosesin cərəyan etdiyi məkana gedin. Adətən sizə sərfəli məsləhət verən insanı dinləyin.Önəmli qərarlar, açıqlamalar, araşdırmalar və alış-veriş üçün uğurlu gün deyil. Xərçəng - planlarınız dəyişə bilər. Hansısa mövzu aktuallaşacaq, sürətli müdaxilə və aktiv fəaliyyət tələb edəcək. Təşkili işə ehtiyac var.Yaxın ətrafınızdakı insanlardan birini birgə fəaliyyətə dəvət edin. Emosiyalar və hisslərə nəzarət edin. Birgə çalışacağınız insana təzyiq göstərməyin, onunla sərt danışmayın.Sifarişin yerinə yetirilməsinə ayrılmış vaxtın başa çatmasına az qalıb. Lakin başqa işləri kənara qoyaraq mütləq şəkildə bir işlə məşğul olmayın. Özünüzü həddən ziyadə yormayın.Günün ikinci yarısında mübahisə, qəza, nasazlıq, ağrı riskləri var.Baş verənlər arasında bəzi olayların ciddi təhlilə və sonradan təfərrüatlı şəkildə nəzərdən keçirilməsinə ehtiyacı var.Aktiv olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əlinizdən gələni edin. Şir - maraqlarınızı reallaşdırmağa çalışın. Süst və ətalətli olsanız, mühüm məqamı əldən buraxa bilərsiniz. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz plan çərçivəsində konkret addımlar atmaq üçün şans yaranıb.Böyük ümid və gözləntiləriniz olduğu məsələdə, layihədə və ya işdə baş verənləri diqqətlə izləyin. Kimsə yaşamınıza müdaxilə etməyə çalışır. Belə siqnalları gözdən qaçırmayın. Hətta ən qəribə və qeyri-adi hadisələrin səbəblərini anlamağa can atın.Günün ikinci yarısında problemlərdən birini asanlıqla həll edə bilərsiniz. Nikbin ehtimalların olduğu yöndə çətinliklər yaranacaq. Önəmli münasibətlərdə sərinləşmə meylləri müşahidə olunur.Əsəblərinizi tarıma çəkməyin. Sadəcə, bəzi illüziya və xam xəyallarla vidalaşmaq zamanıdır. Qız - hövsələsizlik və tələskənlik etməyin. İşdə və şəxsi həyatda dəyişikliklərlə yenilikləri mümkün qədər sürətlə həyata keçirməyə can atmayın. Səhv riski çoxdur.Yaxın ətrafınızdakı insanlardan biri sizdən öz məqsədləri üçün yararlanmaq niyyətindədir. Məlumat və informasiya toplayın. Həmkarların sözlərinə qulaq asın.Situasiyanı uyğun istiqamətə yönəltmək üçün fürsət gözləyin. İşin tam başa çatmayacağını nəzərə alaraq fəaliyyət göstərin. İndi təcili həll etməyə can atdığınız məsələlərin bəzilərini sonradan bitirmək ehtiyacı yaranacaq.Evdəki duruma nəzarət edin.Günün ikinci yarısında müzakirə və ya münasibətlərin aydınlaşdırılmasına başlamayın.Axşam saatlarında aktiv istirahəti seçin. Tərəzi - səhər saatlarına effektiv çalışaraq başlayın. Əməyinizin məhsuldar olmasına can atın. Amma özünüzü çox yormayın.Prioritetləri müəyyənləşdirin, daha mühüm saydığınız işi seçərək onu yerinə yetirməyə başlayın. Vədlər və öhdəliklərə əməl edin, sifarişi vaxtında başa vurun. Yeni işə yalnız o zaman razılaşın ki, həmin işin müqabilində sizə yaxşı pul vəd etsinlər.Səhhətinizə fikir verin.Alış-verişdə bədxərclik etməyin. Şəxsi münasibətlərdə gərginlik yaranıbsa, müzakirəni sabaha saxlayın. Tərəfdaşın iddiaları əssasız emosiyalar və sözlər deyil.Problemli məqamları aydınlaşdırmağa çalışın. Əqrəb - bu gün emosional və parlaq hadisə baş verəcək. Romantika, güclü hisslər və həyəcanlar, gözləntilər ola bilər. Xərclərə, məsrəflərə, bir sıra insanlarla təmasların qurulmasına hazırlaşın.Sizin üçün önəmli şəxslərin davranışlarını diqqətlə izləyin. Ehtiyatlı, fəndgir olun, düşünülmüş qərarlar verin. Sınmayan nəsnəni güclə sındırmayın. Ehtiyac yaranarsa, təmirlə məşğul olun. Zəif mövqedə olarkən münaqişəyə başlamayın.Mövqeləriniz güclənəcək, amma mübahisələrə başlamayın. Özünüzə və başqalarına nəyisə sübut etməyə çalışsanız, məğlubiyyətinizin ilkin mərhələsi başlanacaq.Şəxsi münasibətlər müstəvisində asan və xoş məqamlar olmayacaq.Çətin məsələləri həll etmək şansı var. Münasibət və təmaslarda gərginləşmə, dərinləşmə, təəssüf və ya qarşılıqlı anlaşmanın keyfiyyətcə yeni səviyyəsinə yüksəlmə var.Çalışsanız, istənilən situasiyadan faydalana bilərsiniz. Yaranan şanslardan bəhrələnin. Oxatan - qapalı danışıqlar, intriqalardan imtina edin. Ailə üzvləriniz, şərik və dostunuzdan gizli iş görməyə can atmayın.Məxfi, sirli, mübhəm məqamlara marağınız çox olsa da, emosiyalarınızı cilovlayın. İntriqalar və şayiə yayanlar aktivləşiblər. Ehtiyatlı olun, gərəksiz və mənasız etiraflara, səmimiyyətə ehtiyac yoxdur.Səhhətinizə fikir verin. İtki, düşünülməmiş addımlar, gərəksiz xərclər riski var.Müxtəlif ehtimal, siqnal və nişanələrə layiq olduğundan artıq önəm verməyin.Yeni tanışlıqlar güclü emosiyalar yarada bilər, amma həmin təmasların perspektivləri yoxdur.Yaradıcılıq potensialının artırılması, yaşam arealınızın qaydaya salınması üçün gərəkli tədbirləri görün.Axşam saatlarında istirahət edin. Oğlaq - böyük emosional gərginlik yaşayacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizdən yardım və diqqət gözləyirlər.Aqressiv və sərt olmayın. Mümkün qədər çox işlər görün, həyəcana və nigaranlığa vaxt qoymayın. Təkbaşına çalışmaqda fayda var.Problemlər yaranmağa başlayarsa, şəraiti rəvan edin, müşkülü tələsmədən çözün. Başqalarının işinə müdaxilə etməyin, hamilik etməyə can atmayın.Günün ikinci yarısında yarımçıq işləri başa vurun.Axşam saatlarında istirahət edin. Dolça - emosional olmayın, hisslərinizin əsiri olmayın. Konstruktiv və zəruri hesab etdiyiniz addımları atın. Bitkin qərarlar qəbul edin.Hadisələrin axarına sərt müdaxilə etməyin.Səhər saatlarından etibarən aktiv çalışın. Bəlirlədiyiniz plan çərçivəsindən gün ərzində çıxmamağa, yeni işlərə başlamamağa can atın.Yaşananlara praktisizm və mütənasiblik müstəvisindən baxın. Yaşamın qarşınızda qoyduğu məsələlər çevrəsindən çıxmayın.Təşvişə düşməyin, başladığınız işi başa çatdırın. Görüləsi işlərin sayı bir müddət sonra artacaq.Həyatınızda qayda və nizamı artırın. Balıqlar - yaxın ətrafınızdakı insanların hiss və həyəcanlarını anlamağa, onların problemlərini dərk etməyə çalışın.Yeni planlar və əlaqələrin formalaşması, danışıqların aparılması, ideyaların təqdimatı üçün uğurlu vaxtdır. Cari problemlərin həlli yaradıcı potensialınızı artıra bilər. Bununla bahəm narahatlıq, nevroz laübələr, bir neçə işdə eyni vaxtda çalışmaq istəyi yaranacaq.Dostlarla münasibətlər intensivləşir. Sizə təzyiq göstəriləcək, kimlərinsə maraq dairəsinə çəkməyə çalışacaqlar. Narahatlıq yaradan məsələlərdə aydınlıq yaranmayacaq.Sevdiyiniz insan sorğularınıza, suallarınıza, zənglərinizə cavab vermir. Lakin indi hər şeyə rəğmən bir sıra məsələlərdə pozitiv məqamlar və nüanslar tapmaq imkanları yaranıb. Milli.Az

Ən çox yayılan xəstəlik - Nevrozu necə müalicə etməli?

Nevroz, psixonevroz, nevrotik pozğunluq tibb elminə istifadə olunan termindir və funksional psixogen pozğunluqlar qrupudur.Adətən Astentik, təkrarlanan və isterik nevrozlar əqli və fiziki iş qabiliyyətlərinin azalmasına səbəb olur. Əsas psixoloji faktor kimi nevrozda konfliktli (daxili və xarici) şəraitdə yaranan psixoloji travmalar yaxud uzunmüddətli emosional, intellektual gərginlikdir.Nevrozun psixoloji simptomları kimi- qətiyyətsizlik, ünsiyyətdə problemlər, emosional narahatlıq (adətən, səbəbsiz yerdə), tez-tez qorxu yaxud həyəcan hisslərinin yaşanması, əhval-ruhiyyənin kəskin dəyişməsi, yüksək səsə, parlaq işığa və temperaturun dəyişməsinə qarşı həssaslıq, yuxunun pozulması daxildir.Fiziki simptomlardan danışsaq isə ilk növbədə - ürək və qarın nahiyəsində ağrılar, yorğunluq və halsızlıq hissləri, baş gicəllənməsi və gözdə qaralma, iştah pozğunluğu və öz sağlamlığının qeydinə həddən artıq diqqətin ayrılması daxildir.Nevroz kənar yardım olmadan müalicə olunması gəldikdə, ilk növbədə bilmək lazımdır ki, nevrozun yaranamsına səbəb olan bütün konflikt və travmalar beyinin bir yerində saxlanılır. Daha doğrusu isə şüuraltında. Unutmaq olmaz ki, şüuraltı insan ağlının dərk etmədiyi hissəsidir.Bu çox önəmlidir.İnsanın doğuluşundan indiki gününə qədər bütün məlumatlar şüuraltında saxlanılır. Bütün fikirlər, hisslər, situasiyalar, öyrəndiyiniz istənilən hərəkət burada cəmləşib.İndi isə şüuraltında toplanan hisslərə nəzər salaq:Uşaq vaxtı alınan psixoloji travmalar (beyində tez-tez blok edilən xatirələr silinir)Neqativ emosiyalar (qəzəb, qorxu, nifrət və s.)Şəxsiyyətin neqativ emosiyaları (qeyri-adekvat olmaq, özünə qurban gözü ilə baxmaq, inciklik və s.)Özünə inamın məhdudlaşdırılması (məndə bu yoxdu, bu mümkün deyil, bu iş alına bilməz və s.)Psixoloji komplekslər (öz fiziki və əqli qabiliyyətlərindəki çatışmazlıqları şişirtmək)Bütün yuxarıda sadalananlar nevrozla birbaşa əlaqədədir və onun əsas səbəbidir. Sosiumun istənilən üzvündə bu özəlliklər var. Sadəcə, hər kəsdə bu müxtəlif saydadır. Ənənəvi müalicə vasitələri nevrozu müalicə edə bilərmi?Adətən nevrozdan xilas olmaq üçün psixoterapevtə müraciət olunur. Lakin burda bir önəmli çatışmazlıq var- vaxt və effektlilik. Psixoterapevt söhbət vasitəsilə pasientdəki ziddiyyətləri ortaya çıxardır və onun özü-özündən baş çıxarmasına yardım edir. Nevroza qarşı digər müalicə vasitələri:Nevroz əleyhinə preparatlar (həblər, homeopatiya/müalicəvi otlar)Prosedurlar (masajlar, nevroza qarşı iynələr)Kurort bölgələrə səyahət (istirahət et və əsəblər bərpa olunacaq)Dərmanlar (preparatlar) nevrozun səbəbini müalicə etməsə də sakitləşmək üçün ondan istifadə etmək məsləhət görülür. Eyni səbəbdən pozitiv düşüncə treninqlərinin də faydası bir o qədər faydası ola bilər. Bütün bunları nəzərə aldıqda nevrozun müalicəsində ən asan yol səbəbin özündən xilas olmaqdır. Bəli, bunun üçün daha ciddi yanaşam tələb olunur, sadəcə aptekə gedib dərman qəbul etmək yox. İlk növbədə insan profilaktik tədbirlər görməlidir.Məsələn, özünüzdə toplanan mənfi enerjini azad edin. Mənfi enerjidən xilas olmaq üçün hərə şəxsi seçimin edir- kimsə divar boyayır, kimsə idmanlar məşğul olur, kimsə də gündəlik qeyd dəftəri tutur.Əgər pis bir hadisə baş veribsə, bundan azad olmaq üçün kiminləsə danışın. Bu psixoanalitik yaxud yaxın rəfiqə də ola bilər. Əsas odur ki, kiminləsə danışın və öz psixikanızı yükləməyin.İş və istirahət zamanı balans yaratmaq lazımdır. Əməksevərlik də nevroza yol aça bilər. Əqli fəaliyyəti bir müddət fiziki aktivliyə çevirmək lazımdır. Sutka ərzində ən azı 30 dəqiqə fiziki hərəkətlərə ayrılmalıdır. Yuxu sutkada 6-8 saat olmalıdr. Əgər yuxu rejimi pozulubsa, yuxunu yaxşılaşdırmaq üçün profilaktik addımlar atmaq: vaxtında yatmaq, yüksək səsli musiqi dinləməmək, yuxu öncəsi çox yeməmək, otağın havasını dəyişmək lazımdır. Gündəlik rasionunuza antistress məhsullardan qatın. Bədəndə serotonini bərpa edən, sakitliyə cavab verən: tərkibində piy olan balıqlar, banan və pomidorlardan istifadə etmək. İstirahət edin. Təbiətdə gəzinti sizin psixiki durumunuz üçün səs-küylü kompaniyalardan daha faydalı olacaq.Psixiatrlardan qorxmayın. Vitaminlər və profilaktik tədbirlər yaxşı olsa da sırf profilaktik xarakter daşıyır. Əgər nevroz artıq varsa, professionallara müraciət etmək lazımdır.Nevrozun müalicəsi kompleks olmalıdır. İlk növbədə: psixiatr, psixoterapevt və nevroloqa müraciət olunmalıdır. Həkimin iştirakı ilk növbədə nevrozun səbəblərini aşkar etmək üçün lazımdır. Bundan bqaş məhz həkim lazımi müalicə təsirlərini (gərgin yaxud sakit əsəb sistemləri üçün)istiqamətləndirə bilər. Müalicə üçün aşağıdakı vasitələrdən istifadə olunur:Psixotrop vasitələr (bunlar əsasən trankvilizatorlar olsa da, əsasən həkim reseptləri ilə satılır) Psixoterapiya kursları, fitoterapiya (psixoloji travmaların müalicəsi) və fizioterapiyadan istifadə olunur. Vüqar İsmayılov

Xroniki yorğunluq sindromu nədir?

Xroniki yorğunluq sindromunun aşağıdakı əlamətləri var:- xəstəliyin qrip, adenovirus infeksiyası və ya etiologiyası dəqiqləşdirilməmiş kəskin respirator virus xəstəliklərdən dərhal sonra başlanması,- titrətmə, subfebrilitet, kəskin ümumi zəiflik, uzunmüddət qalan və gecə yuxusundan sonra belə keçməyən yorğunluq hissi,- səthi yuxu, yuxuyagetmənin çətinləşməsi, gecə yuxusundan sonra bədənədə yorğunluq hissi, - daimi zəiflik və emosional dəyişkənlik, günün işıqlı vaxtı uzanaraq istirahət etmək arzusu, - aşağı emosional tonus, pis ovqat fonunda vaxtaşırı depressiyalar, astenodepressiv sindrom, - bəzi qrup limfa düyünlərinin, 1-ci növbədə ön və arxa boyun, çənəaltı limfa düyünlərinin böyüməsi və həssaslığının artması,- splenomeqaliya,- diffuz mialgiya və artralgiya,- təkrar kəskin respirator xəstəliklər, anginalar, bronxitlər və.s.- boğazda ağrı və quruluq (qeyri-ekssudativ faringit),- fiziki cəhətdən tez yorulma və yorğunluğun uzun müddət keçməməsi,- yaddaş və intellektin zəifləməsi, diqqətin konsentrasiyasının çətinləşməsi.Xroniki yorğunluq sindromunun diaqnostikası zamanı fiziki müayinələr və anamnezin toplanması diqqətlə aparılmalıdır, əks təqdirdə yorğunluğun hər hansı digər səbəbi (məsələn; endokrin patologiyası, metobolizmin pozulması, nevroloji xəstəlik) nəzərdən qaçırıla bilər.Xroniki yorğunluq sindromunun müalicəsi adətən ailə həkimi , terapevt, allerqoloq, fibromialgiya və artritlər üzrə mütəxəssislər tərəfindən aparılır.Qanın ümumi analizi, böyrəküstü və qalxanabənzər vəzilərin funksiyasının yoxlanılması, döş qəfəsinin, sidiyin və nəcisin (qarın, mədə və bağırsaqlarda ağrı olarsa) analizlərinin olunması vacibdir.Adətən xroniki yorğunluq sindromu zamanı müayinələrin nəticəsi normaya müvafiq olur; xəstəliyin diaqnozunun qoyulması isə daha çox həkimin professionallığından asılı olur. Xəstəliyin təbiəti barədə bir sıra mülahizələr mövcuddur ki, bunların hər birinin əsasları vardır. Xroniki yorğunluq sindromunun zəhərlənmənin bir forması, depressiyaların bir növü, virus xəstəliyi, immun sistemin cavab reaksiyası hesab edənlər var. Qeyd etmək lazımdır ki, düzgün müalicə olunmadıqda xəstəlik inkişaf edərək insanın əmək qabiliyyətini itirməsinə səbəb ola bilər. Əksər hallarda xroniki yorğunluq sindromu illərlə sürərək xəstənin sinir-psixi vəziyyətini pisləşdirir. Xroniki yorğunluq sindromunun müalicəsində ozonoterapiya çox effektli nəticə verir. Vitaminoterapiya və başqa dərmanlarla birgə tətbiq olunarsa xroniki yorğunluğu aradan qaldırmaqla, iş qabiliyyətini bərpa etməklə bərabər, insanda olan digər yanaşı xəstəliklərə də, (hipertoniya, şəkərli diabet, qanazlığı, ürəyin işemik xəstəliyi, revmatizm və s.) müsbət təsir göstərir. Ozonoterapiya çox effektli, heç bir ziyanı olmayan əvəzolunmaz bir müalicədir. Onun faydalarında yararlanın. Bu növ yorğunluğun bir sıra psixoloji səbəblərinin də olması mümkündür. Buna yaşanılan stresli hadisələr, gərgin iş və s səbəb ola bilər. Bu baxımdan psixoloqa müraciət etməyiniz tövsiyə edilir.

Allergik rinitin təbii üsulla müalicəsi

Rinit (zökəm) – burun boşluğu selikli qişasının iltihabıdır. Kliniki gedişinə görə rinit 2 yerə bölünür: kəskin və xroniki. Kəskin rinit virus, bakteriya və qismən də göbələk mənşəli infeksiyaların təsirindən yarana bilər. Xroniki rinit isə adətən qeyri-infeksion mənşəli olur. Bunlardan əlavə digər bir forma rinit də mövcuddur ki, bu da vazomotor rinit adlanır. Vazomotor rinit də öz növbəsində neyro-vegetativ və allergik forma rinitlərə bölünür. Ən optimal təsnifat kəskin rinitləri travmatik, toksiki, radiasyon, nevrogen və allergen formalara ayırmaqdır. Xalq təbabəti allergik rinitin müalicəsi üçün bəzi fitoterapiya üsulları təklif edir: 4 xörək qaşığı dazıotu otu, 5 xörək qaşığı qızılçətir otu, 3 xörək qaşığı zəncirotu kökü, 1 xörək qaşığı qarğıdalı saçağı, 2 xörək qaşığı çöl qatırquyruğu otu və 4 xörək qaşığı itburnu meyvəsi. Bunlardan itburnu və zəncirotu kökü ət maşınından keçirilib ümumi yığıntı ilə qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə qaynadılmış su əlavə edilib 12 saat saxlanılır. Daha sonra odun üzərində qaynadılır və 4 saat müddətinə dəmə qoyulur. Süzüldükdən sonra gündə 1/3 stəkan 3 dəfə daxilə qəbul edilir. Qalan məhlul soyuducuda saxlanılır. Müalicə kursu 6 aydır. Müalicə müddətində spirtli məhsullar qəbul etmək olmaz!Dəvədabanı bitkisinin qurudulmuş qönçələri toz halına salınır. 12 qr tozun üzərinə qaynar su əlavə edilib dəmə qoyulur. Gündə 3 dəfə bir neçə gün müddətinə daxilə qəbul edilir. Bitkinin təsir effektini gücləndirmək üçün üzərinə toz halına salınmış ərik tumu da əlavə etmək olar.15 qr şirin biyan kökünün üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənilir. Gündə 3 dəfə 1/3 stəkan daxilə qəbul edilir.1:1 nisbətində götürülmüş itburnu meyvəsi və zəncirotu kökü xırdalanıb qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə 200 ml qaynar su əlavə edilib dəmlənilir. Gündə 3 dəfə 1/3 stəkan daxilə qəbul edilir.20 qr xırdalanmış çöl qatırquyruğu otunun üzərinə 1 stəkan qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənilir. Gündə 3 dəfə 1/2 stəkan yeməkdən sonra daxilə qəbul edilir.20 qr xırdalanmış dəmrovotunun üzərinə 200 ml qaynar su əlavə edilib 1 saat müddətinə qaynadılır. Gündə 3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.10 qr istiotlu nanə yarpağının üzərinə 200 ml qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənilir. Gündə 3 dəfə 1/3 stəkan daxilə qəbul edilir.Bərabər miqdarda üçbölümlü yatıqqanqal otu və üçrəng bənövşə otu qarışdırılıb xammalı adi çay şəklində dəmləyib içirlər.Bostan kərəvizi sıxılıb şirəsi çıxarılır və gündə 3 dəfə 1/2 çay qaşığı yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.Allergik prosesin daha da kəskinləşdiyi vaxtlarda gündə 4-5 dəfə 2 həb aktivləşdirilmiş kömür qəbul edilir. Reaksiyaların söndüyü ərəfədə dozanı azaldıb gündə 1 həb 3 dəfə qəbul etmək olar.                                                      Fitoterapevt Elnur Rəhimov

Saç rənginə görə xarakterinizi öyrənin

Hər kəs bir saç rənginə sahibdir. Bəs bunun xarakterinizdən xəbər verdiyindən məlumatınız varmı? Sarışın Əgər sarışınsınızsa, olduqca iradəlisiniz. Nə istədiyinizi hər zaman bilirsiniz və onun arxasından gedirsiniz. Sarışınlar sıxlıqla seksual olaraq qəbul edilər. Lakin eyni zamanda baxımlı və havalı bir təəssürat də yaradır. Digər saç rənginə sahib qadınlara görə daha erkən evlənən sarışınlar, söz mövzusu boşanma olduqda da liderliyi heç kimə buraxmır. Niyə kişilər sarışınlara daha çox maraq duyar sualının cavabına gəlincə, bu saç rəngi gəncliyi və qadınlığı əks etdirir; eyni zamanda itaət və saflığı da təsvir edir. Təbii olaraq da bu vəziyyət kişiləri cəzb edir. Qarabuğdayı Sarışınlar tələsikçilikləri ilə, qara saçlı qadınlar isə ağır hərəkətləriylə diqqət çəkər. Kişilərdə hörmət oyandıran qara saçlı qadınlar, haradan gəldikləri hara gedəcəkləri mövzularına çox baş yorarlar. Qızıl Əgər öz saç rənginiz qızıldırsa, siz həqiqətən özünə xas bir insansınız. Qızıllar hər zaman özü özlərinə bəs edərlər və həll axtararlar. Dəyişikliklərə, fərqli mühitlərə və vəziyyətlərə qarşı rahatlıqla uyğunlaşma təmin edərlər. Qırmızı saçlı qadınlar digər qadınlara nisbətlə, inadcıl, başdan çıxarıcı, əsəbi, dobra, küsəyən, ehtiraslı və fərqli fikirlərə sahibdirlər. Qəhvəyi Qəhvəyi saçlı qadınların üzərində ümumiyyətlə ağır yüklər olur, ancaq vaz keçmək nöqtəsinə gəldiklərində sinirləri tavana çıxır. Əsmərlər və qumrallar, ümumiyyətlə məsuliyyət sahibi "yaxşı qız" olaraq qəbul edilir.

“Çox oxutmaq uşağın sinir sisteminə ziyandır” - Məktəbi uşağa necə sevdirməli?

Məktəb müəyyən bir çərçivə, mühitin dəyişilməsi və ən əsas böyük bir stressdir. Bu hal uşağın, baxça həyatından və ya evdə dayə ilə böyüyən mühitdən bir başqa, yad olan sosial aləmə düşməsidir. Bəs bu vəziyyəti uşağa necə sevdirməli? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən uşaq psixoloqu Nigar Cəbrayılın sözlərinə görə, məktəb ləvazimatlarının alınması, geyim seçimini və s.uşağın özü edərsə onun üçün daha maraqlı və əyləncəli olar: “Uşağın zövqünə uyğun olaraq stolüstü, dərs çalışması üçün lampa, qələm qabı, qeyri-adi rəngarəng qələm və ya albomlar alına bilər”. Bəs məktəb həyatına qədəm qoyan uşaqların valideynləri nəyə riayət etməlidir? Psixoloq, uşağın dərs oxuması üçün ona məxsus guşənin ayrılmasının vacibliyini vurğulayıb. “Zamana mütləq diqqət verilməlidir (uşaq nə zaman dincəlir, nə zaman dərs oxuyur). Zamanın idarə olunması əsasdır. Dərs prosesi əyləncəli oyuna çevrilməlidir. Unudulmamalıdır ki, uşaq, dərsləri oyun zamanı daha yaxşı yadda saxlayır və yorulmur. Oyun terapiyası yadda saxlamaq prosesini yüngülləşdirir. Birlikdə kitab oxumaq, oyuncaqlar vasitəsilə dərs prosesini inteqrasiya və sintez etmək övladınızn intellektinə böyük bir müsbət təsir edəcək”,-deyə Nigar xanım qeyd edib. Psixoloq, əsas məsələlərdən birinin uşağın əlindən oyun zamanının alınmamasıdır. Ağır rejimdə oxumaq, onların sinir sisteminə böyük bir yük ola bilər. Nigar xanım həmçinin hər uşağın individual, özünəməxsus qavrama tərzinin olduğunu bildirib: “Uşağın özünəxas IQ seviyyesi,qavrama qabilliyyəti, individual temperament və bacarıqları var. Bunu nəzərə alaraq uşağınıza qarşı diqqətcil olmalısınız”. Şəhanə Quliyeva

Emosional yanma sindromunun müalicəsi - Üsullar

Yanma sindromunu aradan qaldırmaq üçün bir sıra metodlardan istifadə olunur. Psixoloq.az onlardan bəzilərini təqdim edirik: 1: Fiziki yüklənmə – autotreninq, gündəlik gimnastika, kimə isə qaçış və ya müasir rəqslər çox gözəl təsir göstərir. 2: İstirahət. İstirahətsiz effektiv iş mümkün deyil. 3: Sağlamlığı qorumaq: yuxu rejimi, düzgün qidalanma və s. bu kimi hallara riayət etmək.4: Bütün situasiyalarda qalib gəlməyin mümkün olmamağını qəbul etmək. Bu aqressivliyi və özünə güvən hissinin aşağı düşməsinin qarşısını alır. 5: Özünü qiymətlənməndirməli yalnız ətrafın diqqətinə görə aparmamaq. İşdə müsbət nəticələr əldə etmək üçün yetərincə vaxt ayırmağı bacarmaq. 6: Unutmayın ki, sizin işiniz — bütün həyatınız deyil. Onu sizin həyat kinolentinizin kiçik bir fraqmentinə aid edin.

Azərbaycanda bu xəstəliyə yoluxanların sayı artıb

Azərbaycanda sifilis diaqnozu qoyulmuş xəstələrin sayı artıb. Psixoloq.az trendə istinadən xəbər verir ki,  ötən il müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayı 2394, 2016-cı ildə 1587, 2005-ci ildə 547 nəfər olub. Azərbaycanda ilk dəfə sifilis diaqnozu qoyulanların da sayı artıb. 2017-ci ildə ilk dəfə qoyulmuş sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 967 nəfər olub. Bu göstərici 2016-cı ildə 907, 2015-ci ildə 560, 2005-ci ildə 222 olub. Sifilis diaqnozu qoyulanların çoxu kişilər olur. Keçən il ərzində müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin 1 558-i kişi olub. Ötən il ilk dəfə sifilis diaqnozu qoyulanların 652-si, 2016-cı ildə 593-ü, 2005-ci ildə 139-u kişi olub. Keçən il əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə sifilis diaqnozu qoyulanların sayı 9,9 nəfər olub. Azərbaycanda sifilisli xəstələrin sayı artsa da, digər zöhrəvi xəstəlik olan qonokokk infeksiya ilə (süzənək) xəstələnənlərin sayı azalıb. Ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan qonokokk infeksiya ilə xəstələnənlərin sayı 152 nəfər olub. Bu say 2016-cı illə müqayisədə (105 nəfər) çox olsa da, 2005-ci illə müqayisədə (1 360 nəfər) xeyli azdır. Qeyd edək ki, Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Zülfüqar Fərəcov bir müddət əvvəl açıqlamasında ümumilikdə son illər ərzində bütün dəri-zöhrəvi xəstəliklərinə, o cümlədən cinsi yolla keçən xəstəliklərə yoluxma sayında artımın müşahidə edildiyini söyləyib. O, zöhrəvi xəstəliklərə kişilər arasında daha çox rast gəlindiyini, bu xəstəliklərin əsasən reproduktiv yaş dövründə olan – 50 yaşadək olan kişilərdə müşahidə olunduğunu açıqlamışdı. Z.Fərəcovun sözlərinə görə, əksər hallarda yaydan sonrakı aylarda cinsi yolla yayılan xəstəliklərə yoluxanların sayında artım müşahidə edilir. Ölkənin baş mütəxəssisi payız aylarında belə xəstələrin sayının artmasının səbəbini yay aylarında istirahətə gedən insanların həmin yerlərdə cinsi yolla keçən xəstəliklərə yoluxması ilə izah edib.

Həvəslə başladığı işdən anidən yorulmaq - Emosional yanma sindromu nədir?

Bir çox insan işinə həvəslə başlasa da, anidən ruhdan və həvəsdən düşür. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Yanma sindromu, insanda emosional, zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur.  Yanma sindromu hansı hallarda baş verə bilər:  1: İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı). 2: Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.3: Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər. 4: İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi. 5: Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.6: Gələcəyə aid perspektivlərin görünməməsi. 7: İş və şəxsi həyat arasında tarazlığın pozulması və s.Əsasən üç mərhələdən ibarətdir:1: Emosional tükənmə – peşəkar yanmanın birinci mərhələsidir. Gərginlik, ümümi emosional fonun zəifləməsi. Qeyri iradi davranış, boşluq hissi, ətrafdakılara laqeyd münasibət ilk növbədə peşəkar fəaliyyətinə təsir göstərir. İnsan bu dəyişiklərə çox vaxt diqqət yetirmir.2: İkinci mərhələdə insanda qıcıqlanma, acıq hissləri yaranmağa başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Neqativ fikirlər artır, gündəlik ünsiyyətdə nəinki əməkdaşlara, həm də müştərilərə qarşı sünilik müşahidə olunur. 3: Üçüncü mərhələdə peşəkar motivasiyanin enməsi, məsuliyyətin öz üzərindən atılması müşahidə olunur. İnsan tənhalığa can atır, həyata qarşı marağı azalır. Daim gücsüzlük hiss edir. 

Evliliyiniz təhlükə qarşısındadır? - Test edin

Kişiyə aid isuallar:1. Siz bütün həyatınızı dəyişmək və hər bir şeyi yenidən başlamağı düşünürsünüz? 2. Siz həyat yoldaşınızın o qədər də zövqlə geyinmədiyini düşünürsünüz? 3. Pis yatırsınız? 4. Evdə boş vaxtlarınızı keçirmək xoşunuza gəlir? 5. Yoldaşınızın hansı rəngdən və hansı kitabdan xoşu gəldiyini bilirsiniz? 6. Subay olduğunuz zamanları tez-tez yadınıza salırsınız? 7. Düşünürsünüzmü ki, boş vaxtlarınızı keçirmək üçün hərənizin öz seçimi olmalıdır? 8 Həyat yoldaşınızı başqa qadınlar ilə müqayisə edirsiniz? 9. Evdən kənarda tez-tez dostlarınız ilə görüşürsünüz? 10. İşdən evə pis əhval-ruhiyyəni tez-tez “gətirirsiniz”? Testin suallarına cavab Bəli Bəzən Xeyr Bəli cavabları üstünlük təşkil edirsə: Ailə həyatında Siz o qədər də xoşbəxt deyilsiniz. Qismən də olsa günah sizdədir. Çalışın yoldaşınıza daha çox vaxt ayırasınız, ona qarşı diqqətli olun, əlbəttə ki, artıq gec deyilsə. İstənilən halda ailə həyatınızı daha xoşbəxt və möhkəm etməyiniz haqda fikirləşmə dəyər. Çünki ailəni dağıtmaq asan olsa da, onu yenidən bərpa etmək çox çətindir. Bəzən cavabları çoxluq təşkil edirsə: Siz evliliyinizdən razısınız. Sakit və gözəl ev şəraitini xoşlayırsınız. Hərdən dostlarınızla görüşürsünüz və keçmiş günlərinizi yada salırsınız, lakin bu sadəcə gözəl xatirələrdi, qətiyyən sizin ailə şəraitinizindən narazı olduğunuz demək deyil. Xeyr cavabları çoxluq təşkil edirsə: Bəzən həyat yoldaşınız ilə bir balaca anlaşılmamazlıq olur, ancaq bütövlükdə sizin evliliyiniz uğurludur. Siz razı və xoşbəxt həyat yoldaşısınız. Qadına aid suallar:1. Yoldaşınızın sizə qarşı diqqətli və səmimi olduğunu düşünürsünüz? 2. Yoldaşınızın sizinlə iş problemləri ilə bölüşməyini istəyərdiniz? 3. Sizin bütün ailənin əhval-ruhiyyəsini pozduğunuz hallar olur? 4. Əgər sizin əhval-ruhiyyəniz pisdirsə, bu halı xüsusi, sevdiyiniz bir xörək dəyişə bilər? 5. Sizin tanışlarınızın həyat yoldaşları sizin yoldaşınızdan yaxşı olduğunu düşünürsünüz? 6. İstirahət günləri özünüzə (geyiminizə və s.) fikir vermədiyiniz zamanlar olur? 7. Yoldaşınızın hobbisi sizi əsəbiləşdirir? 8. Yoldaşınızın uğurlarına sevinirsiniz? 9. Sizin işinizdən yoldaşınızın işi vacib olduğunu düşünürsünüz? 10. Uşaqlara qarşı yoldaşınızdan çox sevgi göstərirsiniz? Testin suallarına cavab Bəli Bəzən Xeyr Bəli cavabları çoxluq təşkil edirsə: Siz əminsiz ki, evliliyiniz uğurlu deyil. Bu vəziyyətdə, siz ilk növbədə yoldaşınızı günahlandırırsınız. Lakin günah sizin özünüzdə də ola bilər. Ümid edirik ki, sizin bu vəziyyəti yaxşı tərəfə yönləndirməyə hələdə vaxtınız var. Sizə uğurlar. Bəzən cavbları çoxluq təşkil edirsə: Siz bilirsiniz ki, ideal evlilik olmur. Ailədə olan yaxşı münasibətlər hər ikinizdən asılı olduğunu yaxşı bilirsiniz. Siz problemlərinizi asan yolla həll edə bilirsiniz. Bəzi zamanlar sizdə şübhə yaranır: bu problemlərin öhdəsindən gələ biləcəksinizmi? Lakin bu hisslərə qapılmaq lazım deyil. Xeyr cavabları çoxluq təşkil edirsə: Sizdə hər bir şey əladır, uğurlu ailə münasibətləri qura bilmisiniz. Siz – çox yaxşı həyat yoldaşısınız, sizdən yaxşısını yoldaşınız xəyal edə bilməz. Hər bir ailəyə uğurlar arzulayırıq. Bir-birinizin qədrini bilin, bir-birinizə qarşı hər zaman diqqətli olun.

Yağış yağacaq, şimşək çaxacaq — İstirahət günlərinin hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam arabir yağış yağacaq, şimşək çaxacaq. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları, əsasən, yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 28-33, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək. Aran rayonlarında, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək. Naxçıvan MR-da, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək. Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, sentyabrın 8-9-da hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 28-30 dərəcə isti təşkil edəcək.

Qələbə qazana bilərsiniz - Günün ulduz falı, 8 sentyabr

Qoç - İstənilən birgə fəaliyyətdə ehtiyatlılıq lazımdır. Bu gün hətta adətən asanlıqla dil tapdığınız adamlarla da yola getmək çətin olacaq.Yaxınlarınızı sevindirmək üçün bəhanəniz olacaq. Köhnə dostlarınızda xoş xəbərlər mümkündür, sevgiliniz tərəfindən sürprizlər də istisna deyil. Lakin olduqca çox şey gözləməməlisiniz - ətrafdakılara qarşı həddindən artıq tələb ciddi problemlərə səbəb ola bilər. Buğa - Düzgün seçilmiş taktika nəticəsində rəqibləriniz üzərində qələbə qazana bilərsiniz. Lakin müttəfiqlərinizə həddindən artıq inamınız üzündən itkilər də istisna deyil. Onların fəaliyyətlərinə nəzarət etməyə çalışın, dəqiq tapışırıqlar verin: qarşılıqlı anlaşmanın çatışmazlığı ağır nəticələr verə bilər.Şəxsi xarakterli problemlər istisna deyil. Lakin bu çətinliklərin öhdəsindən gəlməkdə sizə valideynləriniz yardım edə bilərlər. Sevdiyiniz şəxsin tənqidi fikirlərinə qullaq asmağa dəyər: onlar tamamilə konstruktivdirlər. Əkizlər - Qeyri-populyar qərarlar qəbul etməli olacaqsınız. Lakin yəqin ki, onları dəstəkləməyə hazır olan adamlar tapılacaq.  Adi, yeknəsək işlər çox vaxtınızı alacaq.Günün əhəmiyyətli hissəsi keçmişlə bağlı xatirələr və düşüncələrə həsr olunacaq. Bu gün sizin əhval-ruhiyyənizi konstruktiv adlandırmaq olmaz. Səhvləri təhlil etmək və nəticə çıxarmaq əvəzinə, özünüzü söyür və tənqid edirsiniz. Bu, yaxınlarınızla rahat ünsiyyətə mane olur, ruhi tarazlığı pozur. Xərçəng - Nəzərə çarpan olmasa da, xoş gündür. O, nə iləsə keçmişə qayıdışla yadda qalacaq. Lakin bu, indini unutduracaq qədər güclü olmayacaq. Gün birgə layihələr üçün çox münasibdir - ailəvi, kommersiya və ya yaradıcı layihələr.Axşam saatları elmi ədəbiyyat oxumaq, xarici dil öyrənmək və ya tədqiqat işləri üçün əlverişlidir. Şir - Günün ahəngdar və sakit gedişi əsas məsələni sizin diqqətinizdən qaçıra bilməz: böyük ümidlər bəslədiyiniz başlanğıclar təəssüf ki, uğursuzluğa məhkumdur. Əməkdaşlıq, istənilən birgə fəaliyyət çoxsaylı problemlərlə müşayiət olunacaq. Xoşbəxtlikdən yanınızda sizə köməyə gəlməyə hazır olan adam var.Yaradıcılıq potensialının həyata keçirilməsi, müsiqi, rəsm və ədəbiyyatla məşğul olmaq üçün çox əlverişli gündür. İstedadınız diqqətdən kənarda qalmayacaq, ünvanınıza çoxsaylı xoş sözlər eşidəcəksiniz. Qız - Asan və gözəl gün olduğunu demək olmaz. Lakin hadisələrin inkişaf məcrası sizin üçün münasib görünəcək. Müsbət tendensiyalar tezliklə güclənəcək. Hələlik isə sakitcə işləmək, cari məsələləri həll etmək lazımdır.İstər işgüzar, istərsə də dostluq ünsiyyəti üçün əlverişli gündür. Maraqlı təkliflər mümkündür. Həyatınızı dəyişməkdən qorxmayın - sağlam düşüncə və ulduzlar sizi səhvlərdən qoruyacaq. Tərəzi - Prinsiplərinizə sadiq qalın. Bü, çox vacibdir. Çünki bəzən sizə elə gələ bilər ki, şərait zidd nəsə tələb edir. Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Mümkün olan yerdə məsuliyyəti bölüşün.Yaxınlarınızla münasibətlər kifayət qədər gərgin olacaq. Bu günü "itkisiz" keçirmək şansı var. Bunun üçün yalnız ehtiyat və ağıl lazımdır. Əqrəb - Səy göstərməklə uğur əldə etmək olar. Lakin sürprizlər və gözlənilməz dönüşlərə də hazır olmaq lazımdır. Bu gün həyat qəbul edilməsi asan olmayan hədiyyələr gətirəcək. Əgər yenilikdən qorxmursunuzsa, irəliyə vacib addımı ata bilərsiniz. Maliyyə çətinlikləri mümkünür. Cərimələr və başqa xoşagəlməz xərclər istisna deyil.Şəxsi münasibətlərdəki problemlər ciddi yanaşma, başqalarının məsuliyyətini öz üzərinə götürmək bacarığı sayəsində həll oluna bilər. Sonradan peşimanlığını çəkəcəyiniz hərəkətlər istisna deyil. Oxatan - Əgər əvvəlcədən müstəqil şəkildə fəaliyyət göstərməyə qərar versəniz və ətrafdakıların təqdirini, yardımını gözləməsəniz, gün kifayət qədər uğurlu olacaq. Düzdür, "bir nəfər hamıya qarşı" vəziyyətinə qibtə etmək və komfortlu adlandırmaq olmaz. Lakin o, sizə irəliləməyə və öz maraqlarınızı müdafiə etməyə imkan verəcək.Bu gün zərərli vərdişlərdən imtina etmək sağlamlığınız üçün zərərli olan zəifliklərə yol verməmək tövsiyə olunur. Sevdiyiniz adamla fikir ayrılıqları mümkündür. Oğlaq - Naz, flirt və xoş ünsiyyət günüdür. Rəhbərlik xatırladacaq ki, işləmək də pis olmazdı. Amma siz işləmək həvəsində deyilsiniz. Günü danışıqlara, o cümlədən, potensial işəgötürənlə görüşə, gələcəklə bağlı planların müzakirəsinə, yaradıcılıq fəaliyyətinə həsr etmək olar. Bir sözlə, adi darıxdırıcı işlərdən başqa istənilən şeylə məşğul olmaq mümkündür.İndi siz çox zəifsiniz və mənfi təsirə məruz qalmısınız, xoş mühitə ehtiyacınız var. Yanınızda dostcanlı, istənilən an kömək əlini uzatmağa hazır adamlar olmalıdır. Bu mühit sayəsində ovqatınız yüksələcək. Dolça - Diqqəti cari işlərə yönəldin. Bu gün keçmişin və ya uzaq gələcəyin hadisələri yox, məhz onlar diqqətə layiqdir. Müstəqil fəaliyyət üçün çox əlverişli gündür. Nəzərə alsaq ki, indi kimin dost, kimin düşmən olduğunu müəyyənləşdirmək çox çətindir, sadəcə olaraq, əlaqələri azaltmaq daha məqsədəuyğundur.Sizdən planlarınızı dəyişməyi, çeviklik və güzəşt tələb edən çətin vəziyyətlər mümkündür. Balıqlar - Əmr vermək, rəhbərlik etmək istəyi var və bu, alınır. Bədbəxtlikdən, uğur üçün bu kifayət deyil: özünüz də işləməlisiniz. Bu gün bir çox Balıqlar anlayacaqlar ki, yalnız əmək şücaətinə qadir deyillər, həm də bundan zövq alırlar. Bu, son vaxtlar düz yol seçdiyinə şübhə edənlər üçün xüsusilə xoşagələn kəşf olacaq.Şəxsi həyatda hər şey əla gedəcək. Yaxınlarınız sizin diqqətinizdən məmnun qalacaqlar. Milli.Az

Aritmiyaların dərman bitkiləri ilə müalicəsi

Aritmiya – ürək ritminin, yəni ürək yığılmaları tezliyinin, gücünün və ardıcıllığının pozulmasıdır. Məsələ burasındadır ki, ürək, çox güclü əzələli nasosdur. Müəyyən ritmə uyğun yığılan zaman qanı damarlara qovur, nəticədə orqan və toxumalar qida maddələri və oksigenlə təchiz olunur. Aritmiya kifayət qədər cidi xəstəlikdir, çünki mütəxəssis nəzarəti olmayan bir sıra hallarda ölümlə nəticələnə bilir. Bununla yanaşı ritm pozulmaları heç də həmişə patoloji hesab olunmur. Ağır fiziki yüklənmə və stress kimi hallarda ürəkdöyünmənin yaranması orqanizmin normal reaksiyasıdır. Lakin əgər ritm pozulmaları tez-tez, hətta sakitlik zamanı da baş verirsə, onda mütləq kardioloqa müraciət etmək lazımdır. Belə pozulmaların səbəbləri müxtəlifdir. Bunlardan: - Yanaşı ürək-daman sistemi xəstəlikləri (ÜİX, miokardın iltihabı, ürək qüsurları, hipertoniya və s.) - Ürək-damar sisteminin funksional pozulmaları - Sinir sisteminin funksional pozulmaları - elektrolit balansının pozulması - alkoqol, nikotin, narkotiklər, dərman intoksikasiyası - endokrin sistemin xəstəlikləri Ürək ritminin pozulmasına səbəb olan bəzi başqa risk faktorları da var. Bunlara tez-tez soyuqlama, mütəmadi streslər, fiziki yüklənmə və s. aiddir. Hazırda aritmiyanın bir neçə forması ayırd edilir: - taxikardiya (ürək ritminin sürətlənməsi) - bradikardiya (ürək ritminin ləngiməsi) - ekstrasistoliya (ritmdənkənar yığılmaların yaranması) - qulaqcıqların səyirməsi (ürək əzələsinin ayrı-ayrı liflərinin yığılması) Taxikardiya – ürək ritminin hər hansı bir səbəbdən dəqiqədə 80-85 vurğudan çox artmasıdır. Bu zaman ritm düzgün olur, yəni ürək yığılmaları arasındakı intervalların müddəti eyni olur. Əlamətləri – ürəkdöyünmə, zəiflik, başgicəllənmə, hava çatışmazlığı hissi, bayılmadır. Taxikardiya bir sıra səbəblərdən yaranır: - fiziki və emosional yüklənmə, hərarətin yüksəlməsi, alkoqol qəbulu zamanı orqanizmin normal reksiyası - arterial təzyiqin düşməsi (məsələn, qanaxma zamanı) - anemiya - irinli infeksiyalar - bədxassəli şişlər - hipertireoz - bəzi dərmanların qəbulu - ürək əzələsinin və keçirici sistemin patologiyaları və s. Bradikardiya – ürək vurğularının sayı dəqiqədə 60-dan aşağı olmasıdır. Bradikardiyalı xəstələri zəiflik, başgicəllənmə, bayılma, soyuq tərbasma kimi əlamətlər narahat edir. Əsas iki səbəbi ayırd edilir: - sinus düyününün zəifliyi sindromu, yəni sinus düyününün impuls yaratma qabiliyyətinin zəifləməsi - impulsların ötürülməsinin zəifləməsi Bir çox hallarda bradikardiya ürəyin işemik xəstəliyi, hipertenziyalar, miokarditlər, endokrin xəstəliklər, qanda kaliumun səviyyəsinin artması, kəllədaxili təzyiqin artması fonunda yaranır. Qulaqcıqların səyirməsi səyirici aritmiyanın bir forması olub, qulaqcığın ayrı-ayrı liflərinin tığılması ilə xarakterizə olunur. Əgər qulaqcıqların səyirməsi zamanı çoxsaylı ocaqlar yaranırsa, ürək əzələsinin bütövlükdə yığılması pozulur. Nəticədə ürək boşluğunda qan laxtalanır və laxtalardan biri baş beynin arteriyasına düşürsə, beyin qan dövranının pozulması və iflic baş verir. Aritmiyanın bu növü çox vaxt hipertoniya, şəkərli diabet, ürək qüsurları və başqa xəstəliklərin fonunda yaranır. Ekstrasistoliya – növbədənkənar tək və ya cüt ürək yığılmalarının yaranması səbəbindən ürək ritminin pozulmasıdır. Aritmiyanın bu növündə fizioloji impuls mənbəyindən kənarda yeni impuls mənbəyi yaranır və ekstrasistolalar generasiya edir. Əgər 3-4 ekstrasistola bir-birinin ardınca gəlirsə bu, artıq paroksizmal taxikardiya kimi qiymətləndirilir. Aritmiyaların dərman bitkiləri ilə müalicəsi Ürəkdöyünmələr zamanı kasnı kökünün dəmləməsi: 2 çay qaşığı kasnı köklərinin üzərinə 250 ml qaynar su tökülür, ağzı qapaqla bağlanır və 2 saat müddətində dəmlənir. 1/3 stəkandan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 3-4 həftədir. Ürəkdöyünmədə üçrəng bənövşə dəmləməsi: 2 xörək qaşığı üçrəng bənövşə yarpaqları 500 ml qaynar suda 4 saat müddətində dəmlənir. Gündə 3-4 dəfə 1/2 stəkandan 3-4 həftə müddətində qəbul edilir. Yemişan ürəkdöyünmədə faydalıdır: 1 xörək qaşığı yemişan yarpaqlarının üzərinə 750 ml qaynar su tökülür, 30 dəqiqə dəmləndikdən sonra süzülür. Gündə 3 dəfə, hər dəfə 1 stəkandan yeməkdən sonra 2-3 həftə müddətində qəbul edilir. Ürəkdöyünmədə dərman bədrəncin dəmləməsi: 1 xörək qaşığı bədrənc (limonlu nanə) yarpaqları xırdalanır, üzərinə 250 ml qaynar su əlavə olunur, 30 dəqiqə müddətində dəmləndikdən sonra süzülür. İlıq şəkildə gündə 3 dəfə 1/2 stəkandan yeməkdən əvvəl qəbul edilir. Qulançar bişirməsi ürəkdöyünmə əleyhinə: Qulançarın xırdalanmış köklərindən 1 xörək qaşığı, otundan isə 1-2 çay qaşığı götürülür. Köklərin üzərinə qaynar su tökülür və ocağa qoyularaq 2 dəqiqə qaynadılır. Bişirməyə quqlançar otu əlavə olunur və 2 saat müddətində dəmlənir. Gündə 3 dəfə 2 xörək qaşığından yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. 4 həftə müddətində qəbul edilir. Ürəkdöyünmə əleyhinə limonlu ballı qarışıq: 0,5 kq limon sürtgəcdən keçirilir, 20 ədəd əriyn toxumları xırdalanır və bu inqridiyentlər balla qarışdırılır. Səhər və axşam yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir. Fitoterapevt Elnur Rəhimov

Səbrinizin nə qədər olduğunu test edin

Ətrafdakıların hərəkət və vərdişlərinə qatlaşmaq asan iş deyil. Lakin unutmayın ki, eyni zamanda sizə də kimsə dözür.  Təqdim etdiyimiz sualları tez və çox düşünmədən cavablandırsanız səbrinizin sərhəddini öyrənə bilərsiniz.1. Ağlınıza maraqlı fikir gəldi, lakin əməkdaşlarınız bunu dəstəkləmədilər. Onları ağılsızlıqda təqsirləndirməyə dəyərmi?a) bəli, onlar buna layiqdirlərb) xeyr, ola bilsin, onlar düz deyirlər2. Dostlarınızdan biri istirahət etdiyiniz vaxt voleybol komandası yığmaq fikrinə gəldi. Komandada oynamağa siz bir şərtlə razı olarsınız...a) orada yalnız güclü oyunçular olacaqb) kim istəsə, oynaya bilər3. Əgər iş yoldaşlarınızdan biri hansısa insan haqqında sizə pis məlumat çatdırsa, o insana qarşı münasibətiniz dəyişəcək?a) bəli, özü də mənfi istiqamətdəb) ümumiyyətlə dəyişməyəcək4. Qeyri-adi makiyaj və saç düzümü olan, olduqca cəsarətli geyimlərə üstünlük verən insanlar sizi qıcıqlandırırmı?a) söhbət ictimai yerlərdən gedirsə, bəlib) xeyr, ictimai yerlər məhz insanların fərqini hiss etmək üçündür5. Nəqliyyatda ayağınızı bassalar, özünüzü idarə edə biləcəksiniz?a) məncə, bu gərəksizdirb) əlbəttə ki, dözmək lazımdır6. Yol-nəqliyyat hadisəsi baş verdiyi zaman panikaya qapılırsınızmı?a) bəli, buna ixtiyarım varb) xeyr, bu onsuz da heç nəyi dəyişməyəcək7. Əgər Allahın təkliyinə inanırsınızsa, sizi ateist və digər dinə qulluq edən insanlar qıcıqlandırırmı?a) bəli, onlar mühüm şeyləri başa düşmürlərb) xeyr, bu hər kəsin öz işidir8. İş yoldaşınız sizdən daha üstün vəzifəni tutsa, neyləyəcəksiniz?a) rəhbərliyin qarşısında ona səhvlərini göstərəcəyəmb) öz səviyyəmə endirəcəyəm9. Yaşlı insan öz keçmiş dövrünü tərifləyir. Siz onunla mübahisə edəcəksinizmi?a) bəli, belə məqamlarda susmaq olmazb) xeyr, bu ağılsızlıqdır10. Yeni qonaq gəldikdə hər kəs fikrini ona yönəldir. Sizin reaksiyanız...a) yenidən diqqət mərkəzində olmağa çalışacağamb) fürsətdən istifadə edərək istirahət edəcəyəmYekunƏgər "A" cavabları üstünlük təşkil edirsə:Gərək özünüzə diqqət yetirəsiniz və ideal xüsusiyyətlərinizi yox səviyyəsinə endirən əlamətləri üzə çıxarasınız. Ola bislin ki, o zaman psixoloqun yanına getməyə ehtiyac qalmayacaq.Əgər "B" cavabları üstünlük təşkil edirsə:Həqiqətən, sizin səbr etmək bacarığınız xoşbəxtlik əlamətidir. Lakin siz çox sakit deyilsiniz? Bəlkə bu, ətrafdakılara laqeyd yanaşdığınızdan irəli gəlir? Əgər o baxımdan problem yoxdursa, bu cür davam edi.