Sabah 36 dərəcə isti olacaq

Azərbaycan ərazisində sentyabrın 14-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,  Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 14-15-də Abşeron yarımadasında meteroloji amillərin zəif mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Dünyanın ən bədbəxt ölkələri açıqlandı

Son 10 ildə dünyada xoşbəxtlik indeksi aşağı səviyyəyə düşüb. Psixoloq.az xəbər verir ki, dünyanın ən bədbəxt ölkələri sırasında ilk yeri isə Afrika ölkələri tutur. Sosioloqlar, psixoloqlar, insanların sayı, stress və narahatlıq nüanslarını nəzərə alaraq dünyanın ən bədbəxt ölkələrinin siyahısını hazırlayıb. Siyahıda ilk yeri Mərkəzi Afrika ölkələri tutub. Daxili çəkişmələr səbəbindən burada on minlərlə insan evlərini tərk edib. İkinci yerdə 59% göstərici ilə İraq gəlir. Daha sonrakı yerləri Cənubi Sudan (55%), Misir (47%) və İran (45%) tutur.(qafqazinfo)

Qadınlar ya kişilər... - Ən çox kim yalan danışır?

"Qadınlar yalansız yaşaya bilməzlər. Bu, onların həyatlarının bir hissəsidir. Onlar hər bir şeydə yalana əl atırlar. Məncə, qadını qadın edən də yalandır. Yalansız, mən qadını təsəvvür etmirəm", - 23 yaşlı responden Kənan Fərəməzov deyir.Əsrlər boyu qadınların yalan danışması iddia olunub. Və hər zaman "qadınlar niyə yalan danışır" sualı gündəmdə olub. Bu sualı respondentlərin qadın nümayəndəsinə yönəldəndə isə cavabı çox təəccüblü oldu."Əslində, biz qadınlar hər zaman kişilərin yalan danışdığını iddia edirik. Lakin özümüz bəlkə də onlardan çox yalana əl atırıq. Məncə, həyatda yalan danışmayan insan yoxdur, hamı yalan danışır. Biz qadınlar isə həddindən artıq qürurlu olduğumuzdan yalan danışırıq. Adətən, digər qadının yanında pis olmayım deyə, yalan danışa bilərəm və yaxud mənə nə isə lazım olanda, həyat yoldaşıma yalan deyə bilərəm. Məncə, bunu bütün qadınlar edirlər", - 32 yaşlı evdar xanım, Mətanət Ələsgərli dedi.Qadınları yalan danışmağa nə vadar edir?Psixoloqların fikrincə, qadınlar daim özlərindən narazı olduqlarından, başqa qadınlarla özlərini müqayisə etdiklərindən yalan danışırlar."Qadınların əksəriyyəti özlərini digər qadınlarla müqayisə edir və özlərini pis hiss etdiklərindən yalana əl atırlar. Ümumiyyətlə, qadınlar yalan danışmağa meyllidirlər. Adətən, qadınlar xəyallarında arzu etdiyi həyatı yaradırlar. Həyatda istədiklərinə nail ola bilmədikdə, onlar görmək istədiklərini yalan olaraq danışırlar. Və bu cür onlar özlərini daha yaxşı hiss edirlər. Adətən, qadınlar çəkiləri haqqında səhv məlumat verirlər. Çünki bu mövzuda onlar çox həssasdırlar. Çəkiləri soruşulduqda, qadınların 68%-i yalan danışır. Hətta sənət üçün soruşulduqda belə, qadınlar çəkilərini səhv deməyə çalışırlar", - psixoloq Dəyanət Rzayev deyir.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə qadınların yalan danışması fikri ilə razılaşmadığını bildirdi: "Yalanı hər kəs danışır. Biz deyə bilmərik ki, ən çox qadınlar yalana əl atırlar. Çünki bu fikir düz deyil. Qadınlar yalan danışdığı kimi, bəylərimiz də yalan danışırlar.Bəlkə də qadınların hər zaman yalan danışması fikri haradasa, düzdür. Çünki qadınlar fiziki cəhətdən bəylərimizdən zəifdirlər. Və çox zaman özlərini qorusunlar deyə yalana əl atırlar. Lakin bu da çox normaldır. Ancaq "kişilərdən çox qadınlar yalan danışır" demək düz olmazdı"."Qadınlar qida ilə bağlı 474 dəfə yalan danışırlar"Britaniyadakı Kembric Universitetinin alimləri tərəfindən aparılan tədqiqat zamanı məlum olub ki, qadınlar qidalanmaları və yeməkləri ilə bağlı orta hesabla, 474 dəfə yalan danışırlar.Bununla bağlı ən çox danışdıqları yalan isə "çox az yeyirəm, uşaqların qabağından qalanları yemək məcburiyyətindəyəm", "sadəcə, bir balaca tikə yedim" və s. Özü də belə yalanlar ilk növbədə qadınların özlərini sakitləşdirir.Bir il ərzində qadın neçə yalan danışır?Araşdırmalara görə, hər bir qadın bir il ərzində 500-ə yaxın yalan danışır. Və bu yalanların əksəriyyəti yedikləri qida ilə bağlıdır. Psixoloqlar müəyyən ediblər ki, əgər onlar yedikləri ilə bağlı yalan danışmasalar, iki dəfə daha çox arıqlaya bilərlər.Türkan Nadirqızı

Uşaq tərbiyəsində dayələrin rolu

Hər doğulan körpə valideynlər üçün bir sevinc və sevgi qaynağı olmanın yanında bəzi məsuliyyətləri də özü ilə bərabər gətirir. Valideynlər doğulan körpələrinin sağlam və qüsursuz olduğunu görüncə rahatlanır, lakin uşağı necə böyütmək və tərbiyə etmək mövzusunda zərrə qədər narahatçılıq keçirmirlər. Əslində, körpənin ən təhlükəsiz və etibarlı yeri ana bətnidir. Körpə dünyaya göz açdığı gündən etibarən isə artıq onun maddi, mənəvi və ruhi inkişafı üçün diqqətli baxıma və doğru tərbiyə edilməyə ehtiyaci var.Uşaq tərbiyəsində ən mühüm iş, tətbiq ediləcək metod və prinsipi düzgün seçməkdir. Uşaq ata-anasına əmanətdir. Onun təmiz qəlbi hər cür əyrilik və şərdən uzaq, saf və bərraqdır. Uşaq xeyrə alışdırılar, yaxşılıq təlqin edilərsə, xeyirli bir nəslin nümayəndəsi olaraq yetişər. Əksinə, ətraf mühitdən gördüyü mənfi xislətlər və davranışlar onun gələcək inkişafı üçün təhlükə yarada bilər. Bunda əsas faktorun ata-ana və dayələrin üzərinə düşdüyünü vurğulamaq lazımdır.  Niyə dayələr? Cünki zəmanəmizin tələblərindən biri də işləyən ata-anaların körpələrinin dünyaya gəlişi ilə bir müddət sonra ya ehtiyac üzündən ya da karyera qurma kimi səbəblərlə övladlarını dayələrə əmanət etmələridir.Təbii ki, dayələr də analar kimi uşaqların maddi baxımını üzərinə alır, yəni yedizdirir, içizdirir və yatızdırırlar. Əsas diqqət yetirilən xüsus onların mənəvi tərbiyəsinə nə dərəcə xidmət edə bilirlər? Çünki körpələrə maddi qayğının yanında mənəviyyatın aşılanması, düzgün xarakterin formalaşması və şəxsiyyətin oturması kimi prinsiplər təlqin edilməli, onun insan kimi yetişdirilməsinə diqqət yetirilməlidir.Təəssüflər olsun ki, bu kimi kriteriyalar hər valideynin fikir vermədiyi, nəzərdən qaçırdığı, xüsuslardır. Dayələr tutulduğu zaman əsas fikir verdikləri nöqtələr uşağı vaxtında yedizdirib yatızdırmaq və gəzdirməkdir. Onların düzgün xarakterlərinin formalaşmasına səbəb olan oyunlar, nağıllar və dastanları hər dayə bilməz. Halbuki uşaqlara maddi qayğının yanında mənəvi ruhun aşılanması və inkişaf etməsi üçün  yaxşı xislətlərə və davranışlara sahib olması üçün faydalı, ibrətamiz məsəllər və hekayələr danışmaq uşaqların yaxşı xüsusiyyətlərlə tərbiyə edilməsinə səy göstərmək, onun gələcəkdə ailəsinə və vətəninə yararlı və sağlam bir nəsil kimi yetişməsinə səbəb ola bilər. Dayələr aranarkən diqqət yetiriləcək əsas faktorlardan biri də dayələrin əsəbi, səbirsiz və sinir pozğunluğu yaşayan və ya problemli insanlar olmamalarıdır. Əsəbi bir insan etdiyi bir yanlış hərəkət qarşısında çığırıb-bağırmamalı, etdiyi yanlışı düzəltməyin yollarını səbir və təmkinlə başa salmalıdır. İmam Qəzzali bu xüsusda tərbiyəçilərin məsuliyyətinin nə qədər böyük olduğunu belə vurğulayır: “Təlim və tərbiyə ilə məşğul olan bir insan, bəşərin qəlbləri və ruhları üzərində tasarrufda olan insandır. Yer üzünün ən şərəfli varlığı insan cinsidir; İnsanın ən dəyərli varlığı da onun qəlbidir. Tərbiyəçi isə belə dəyərli olan insan qəlbini mükəmməlləşdirmək, təmizləmək və Allaha yaxınlaşmağa sövq etməklə məşğul olan insandır”.Bu səbəbdən valideynlər övladlarını dayələrə verərkən əxlaqlı insanlar olmalarını əsas faktor olaraq görməli, uşaqlarının yaxşını pisdən ayıracaq xüsusiyyətlərlə yetişməsini əsas səbəb kimi görməlidirlər. Dayələr də onlara əmanət edılən körpələrin həm ruhən və mənən, təmiz xislətli yetişmələrinin şüuru içində olmalarına diqqət yetirməlidirlər. Təlim və tərbiyədə uğur qazanmanın əsas şərti, tərbiyəçilərin sözləri və tövsiyələri ilə yaşayışlarının bir-birinə paralellik ərz etməsidir. Eyni zamanda əmanət etdikləri dayələri seçərkən onlara verilən məvaciblərinin az olmasına deyil, əxlaqi keyfiyyətlərinin üstün olmasına fikir verməlidirlər. Çünki xeyirli övlad xeyirli bir tərbiyənin məhsuludur.  Samirə Mahmudova «Bizim ailə» jurnalı

Sevginiz qarşılıqlıdır? - Test et

Onu ağılınızdan çıxara bilmirsiniz. Lakin o da sizi düşünürmu? Addım atmalısınız, yoxsa bu hər şeyi məhv edə bilər? Sevginizin platonik olub-olmadığını necə anlarsınız?   Bədən dili ələ verirBir kişinin sizdən xoşu gəlirsə sizə daha yaxın olmaq istəyəcək. Ancaq bunu bəlli etmədən edəcək. Elə isə “Bunu necə başa düşəcəm?” deyirsinizsə, cavabı budur. Birlikdə kinoya getdikdə sizə doğru əyilir, ayaqlarını sizin olduğunuz istiqamətə doğru bir-birinin üstünə atır, sizin yaxınınızda oturur, sizə toxunmaq üçün saçınızı üzünüzdən çəkmək kimi bəhanələr tapırsa, demək sizdən xoşu gəlir.Hər şeyi xatırlayırBir kişinin sizdən xoşu gəlirsə təəccüblənəcək dərəcədə söylədiyiniz və etdiklərinizi dərhal xatırlayacaq. Çünki sizin haqqınızda hər şey onun üçün qiymətlidir və əmin olun tez-tez sizi düşünür.Əlaqə qurmaq üçün hər fürsəti qiymətləndirirSizdən xoşu gələn kişi sizinlə ünsiyyət yaratmaq üçün heç bir fürsəti qaçırmaz. Məsələn, sizə keçən gün dostunuzla görüşünüzün necə keçməsi ilə maraqlanar və ya yediyi gözəl bir yeməkdən bəhs etmək üçün mesaj atar. Çünki ağlından çıxmırsınız və sizinlə danışmaq üçün ən kiçik fürsəti dəyərləndirmək istəyir.Eşqbazlıq edərQarşınızdakı kişi sizə qardaşınız və ya oğlan dostunuz kimi davranırsa, mövqeyi bəllidir. Şansınızı məcbur etməyin. Ancaq sizə iltifatlar edirsə, aranızda xüsusi bir ünsiyyət varsa, adınızın əvəzinə şirin ləqəblər qoşursa, demək, sizinlə eşqbazlıq edir.Cütlük kimi davranırİnsanların şübhələnəcəyi dərəcədə daim sizin yanınızda olur, sizinlə hər yerə gedir və bunu bilərəkdən edir. Həmin insanın sizdən xoşu gəlir, bu qətidir.Onunla maraqlanınBəzən ediləcək ən ağıllı şey ən sadə şeydir. Onu tanıyan insanlardan xoşu gəldiyi birinin olub-olmaması ilə maraqlanın. Ortaq dostlarınız varsa bunu asanlıqla edə bilərsiniz.Dedektiv olunOnun da sizdən xoşu gəldiyini düşünürsünüzsə, dərhal onu araşdırmağa başlayın. Münasibət qurmaq üçün uyğun insandırmı, sevgilisi varmı, sadəcə macəra axtarırmı?Cəsarətinizi toplayınOnun da sizdən xoşu gəlməməsi üçün bir səbəb olmadığını düşünürsünüzsə, cəsarətinizi toplayın və ona qarşı açıq olun. Ən azından kiçik, romantik addımlarla ona olan marağınızı müəyyən etməyə başlayın.

Artıq çəkinin qadın-kişi münasibətinə təsirləri

Artıq çəki problemi demək olar ki, hər qadını bu və ya digər dərəcədə narahat edir. Dietoloqlar, psixoloqlar, fizioloqlar uzun illərdir ki, bu problemi həll etməyə çalışır. Bunun üçün qadınlara min bir üsul təklif olunur. Lakin hələ də problem öz həllini tapmayıb.Çoxları artıq bilir ki, arıqlamaq üçün satılan bütün vəsaitlər müəyyən müddət təsir göstərir. Əldə edilən nəticəni saxlamaq üçünsə çoxlu qüvvə və enerji xərclənir. Hər zaman kalorini hesablamaq, özünü yeməkdən məhdudlaşdırmaq, idmanla məşğul olmaq, ağır pəhrizlər saxlamaq lazım gəlir. Bütün bunlarsa insan enerjisini yorur...7 il qadın psixologiyasının və qadın-kişi münasibətlərinin öyrənilməsindən sonra mütəxəssislər bu qənaətə gəlib ki, qadın və kişi enerjiləri arasında balansın pozulması çəkinin artmasına səbəb olur. Xüsusən də qadınların çoxu 40 yaşdan sonra artıq çəkidən əziyyət çəkməyə başlayır, süstlük, yorğunluq, depressiya və tənbəllik kimi fəsadlar özünü göstərir. Psixoloqlar bildirib ki, artıq çəki, tənbəllik və depressiya qadın enerjisinə birbaşa təsir göstərir. Depressiyanın əlamətlərindən biri də fəallığın azalmasıdır. Xatırlatmaq lazımdır ki, kişi enerjisi — yan adlanır. Yan enerjisi işığı, günəşi, məntiqi, fəallığı, hərəkəti, sürəti, gücü və istəyi təmsil edir.Qadın enerjisi isə in adlanır. Bu, Ayı, qaranlığı, passivliyi, ürəyi, hissləri, yumşaqlığı, xəyalpərəstliyi və introvertliyi təmsil edir. Passivlik və tənbəllik bir qadın üçün təbiidir. Bəs qadın təbiəti özünə enerji yığmaq üsulunu tapmağa çalışmır?İndi isə torpağın altında dərin kökləri olan ağac təsəvvür edin. Ağacın yaşaması üçün nə lazımdır? Birinci, yaxşı torpaq, su və hava, sonra isə günəş. Toxum öz inkişafına torpaqda başlayır və bu dövrdə onu çox sulamaq olar.Torpaq və su sırf qadın ünsürləridir. Bəs su olmasa, nə baş verər? Əlbəttə ki, toxum göyərməyəcək və ağac quruyacaq.Əgər bitkilər quraqlıq ərazilərdə bitirsə, təkamül prosesində onlar su çatışmazlığına qarşı adaptasiya olurlar. Yarpaqlarında və gövdələrdə su ehtiyatı yığmağa vərdiş edirlər. Belə bitkilərin su ehtiyatı üçün xüsusi tikanları var. Bizim orqanizm də bu prinsip üzrə qurulub.Suyun orqanizmə faydaları haqqında indi çox danışırlar. Gün ərzində 1,5-dən 2 litrə qədər təmiz su içmək lazımdır. Əgər siz bunu heç vaxt etməmisinizsə, onda birinci ay sizi şişkinlik gözləyir. Daim su içmək vərdişi olmayan insanlar bir müddət şişkinlik problemi ilə qarşılaşacaq, çünki orqanizm su çatışmazlığı rejimində olacaq və qəbul etdiyi suyu ehtiyatda saxlamağa başlayacaq.Əgər bədəndə kifayət qədər su varsa, onu saxlamağa ehtiyac da yoxdur. Artıq çəki həyat fəaliyyəti və lazım olan enerjini saxlamaq üçün orqanizmin uyğunlaşmasıdır.Bundan başqa kişi enerjisini yalnız qadın enerjisi bəsləyir. Artıq çəki qadında pis əhvali-ruhiyyə yaradır ki, bu da tez-tez depressiyaya səbəb olur. Artıq çəki hər cür fəallığı avtomatik olaraq məhdudlaşdırır və tənbəlliyə gətirib çıxarır.Kişi fəallığı və gündüzü təmsil edir, amma passiv istirahət etmədən heç bir aktivlik mümkün deyil. Gecə düşmədən gün gəlmir. Nəticə etibarı ilə qadının passiv enerjisi kişinin fəallığı üçün ona enerji ötürür.Qadının ehtiyat enerjisi tükənəndə orqanizmdə heç nə qalmır və toxumalarda yağ toplanır. Köklük isə həmişə tənbəllik və az dəyişkənliklə müşayiət olunur.Boş vaxtı olan kimi qadınların çoxu bütün günü divanda uzanaraq keçirmək istəyir. Çünki qadın enerjisi sakitlik və dinclik deməkdir. Qadın enerjisi tükənmək üzrə olanda orqanizm onu saxlamaq rejimində işləməyə başlayır. Tənbəllik, süstlük, passivlik, depressiya kimi xəstəliklər də qadın enerjisinin sakitliyə ehtiyacı üzündən baş verir. İstirahət edə bilməyən qadına sevinc gətirən şeylər də get-gedə azalır.Artıq çəki, tənbəllik, passivlik və tənhalıqdan xilas olmağın yeganə üsulu qadının öz enerjisini özünə qaytarmaqdır.Bəs qadın enerjisini necə bərpa etmək olar? Artıq çəki, tənbəllik və depressiyadan necə xilas olmalı? 1. Bədəninizə ehtiyacı olduğu dincliyi verin. Bütün yükü öz çiyinlərinizdə çəkməyi dayandırın və özünüzə qulluq edin. Həddən artıq fəallıq bizi rahatlıq və sakitlidən uzaqlaşdırır. Yalnız daxili sakitliyini dinləyən qadın öz ruhu ilə təmasa keçə bilər. Tənhalıq və düşünmək üçün vaxt tapın.2. İstirahət günlərini təmiz havada, təbiət qoynunda keçirməyə çalışın, çayın və dənizin kənarında oturub suyun səsini dinləyin. Çəmənlikdə ayaqyalın gəzməyə çalışın, ya da meşədə alovun yanında oturun. 3. Öz əllərinizə görə biləcəyiniz məşğuliyyət tapın. Bu, rəsm, nə isə toxumaq, muncuq tikmək və ya sevdiyiniz hər hansı yeməyin hazırlanması ola bilər. 4. Yoqa və tənəffüs gimnastikasına başlayın. Çox ağır məşqlərlə yüklənmək lazım deyil. Güc tələb edən məşqlər qadın enerjinin toplanmasına xidmət etmir.5. Mütləq maraqlı qadın ədəbiyyatları oxuyun. Zaman-zaman nağıllar oxumaq çox faydalıdır. 6. Kiminsə qayğısına qalmaq çox xeyirlidir. Bu, uşaqlar, yaşlı insanlar, yaxud da heyvanlar və güllər ola bilər. 7. Qəlbinizə toxunan xoş musiqi tapın və dinləyin. 8. Şəkil qalereyalarına və sərgilərə gedin. Dünyadakı gözəlliklərlə təmasda olun. 9. Qidalanmanıza yenidən nəzər salın. Menyudan qoyun və mal ətini çıxarın. Qadın enerjisini meyvə və tərəvəzlər bəsləyir.Bütün bunları şüurlu səviyyədə edə bilərik. İnsan mürəkkəb varlıqdır. Şüurdan başqa şüursuz təbəqə də mövcuddur. Bunu hesaba almaq lazımdır.Torpaq və Su da qadın üsnürləridir. Torpaq ana ilə münasibətlərin rəmzidir. Ana ilə münasibətlər hər zaman mürəkkəb və ziddiyyətli xarakterə malikdir.Bu münasibətlərdə — məhəbbət də, nifrət də, birlikdə olmaq və getmək istəyi də var. Bu, ziddiyyətli hisslərinin qarışığıdır.Sizin kişi ilə münasibətləriniz ananıza olan münasibətləri əks etdirir. Sadə yamsılama haqqında danışmaq olmaz. Əlaqələr bəzən saf şəklində kopiyalana bilər, lakin bu ssenarilər üzrə baş vermir. Məsələ ondadır ki, həyatınız şüuraltında gizlənib.10. Hər iki valideynlərlə münasibətləri aydınlaşdırmaq lazımdır, xüsusilə ana ilə. Çünki fundamental parametrlər Yerə bağlıdır. Məhz ana öz qadınlıq rolunu qızına ötürür.11. Öz hissləri haqqında açıq danışmaq və göstərmək lazımdır. Təbii və səmimi olmağı öyrənin.12. Bütün diqqətinizi nəticəyə deyil, prosesə yetirin. Həyatda sizə zövq verən işlərlə məşğul olun.Kişilər nəticəyə köklənib və onlar nəticədən fərqli zövq alır. Qadına isə proses təsir edir və o, prosesin özündən ləzzət alır. Odur ki, artıq əldə edilmiş nəticə üzərində çox düşünmək lazım deyil. Qadın üçün nəticə əldə etmək imkanıdırİdman zalı kişilər üçün ilk növbədə onun bədəninin nəticəsidir. Təəssüf ki, bir çox qadınlar da buna yönəlib. Daha dəqiq desək, onlar fiziki hərəkətlərlə özlərini sıxır, bununla da qadın enerjisinə qarşı etiraz doğurur.Qadınlar tez-tez şikayətlənirlər ki, idmanla nə qədər çox məşğul olsalar da, kiçik nəticələr qazanırlar. Çəki tərəzidə azalan istiqamətində irəliləmir. Üstəlik, tənbəllik, süstlük və depressiya əlamətləri başlayır. Məsələ sadəcə pəhrizlərdə və məşqlərdə deyil. Problem dərin psixoloji və enerji proseslərindədir.Yadda saxlayın! Qadın təbiəti üçün proses və prosesdən zövq almaq vacibdir, hətta əgər nəticə sıfır olsa da, bu, onu az narahat edir. Prosesin özü isə ona daha çox sevinc verir. Odur ki, qadınlar üçün çox vacibdir ki, onlara sevinc və məmnunluq hissi gətirən işlərlə məşğul olsunlar. Bunun üçün həyatda sizə zövq verən işlərin siyahısını yazın. Bəli, bəli, elə indi yazmağa başlayın.Depressiya, tənbəllik və artıq çəki qadın enerjisinin çatışmazlığı və bloklanması ilə bağlıdır. Bu xəstəliklərlə hər hansı işlə fəal məşğul olaraq mübarizə aparmağa çalışmayın, əksinə özünüzə dur deməyi və problemlərinizin dərin səbəbləri anlamağa çalışın.Siz problemlərin dərin səbəblərini anlamağa və dayanmağa çalışın. Qadın təcrübəsi bu problemin ən yaxşı həllidir. Təcrübə qadına problemləri yüksək səviyyədə həll etməyə, həm də kosmosla və təbiətlə qarşılıqlı əlaqəni öyrənməyə kömək edir. publika.az

Nazirlik xəbər yaydı - Evlənmək istəyən 387 nəfərdə bu xəstəlik aşkarlandı

Azərbaycanda 1 iyun 2015-ci il tarixindən 31 avqust 2018-ci il tarixinədək müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Səhiyyə Nazirliyindən  verilən məlumata görə, talassemiyanın profilaktikası labaratoriyasında ümumi 457 422 nikaha daxil olan şəxs müayinədən keçib, onlardan 16 847 nəfərdə talassemiya daşıyıcılığı, 1575 nəfərdə siflis, 387 nəfərdə HİV1/2 (QİÇS) aşkarlanıb. 2018-ci il 1 yanvar tarixindən 31 avqustadək cəmi müayinə olunanların sayı 93 138, onlardan 2773 nəfərdə talassemiya daşıyıcılığı, 242 nəfərdə siflis, 105 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb. Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.(ölkə.az)

Hamının xoşuna gələcəksiniz - Günün ulduz falı,13 sentyabr

Qoç - Bu gün yarana biləcək istənilən mürəkkəb situasiyalardan mütləq çıxış yolu tapacaqsınız. Əsla gözləmədiyiniz köməkçi və yardımçılar qəflətən peyda ola bilərlər. Planlaşdırılmamış gəlirlər də mümkündür. İş yerinin dəyişdirilməsi ilə bağlı təklif ala bilərsiniz. Yaxınlarınız və ailə üzvlərinizlə münasibətləriniz harmonik, rəvandır, asanlıqla güzəştə gedirsiniz. Romantik görüş yaxşı keçəcək, xeyli təəssürat alacaqsınız. Sevimli insana xoş sürpriz etmək üçün əlverişli gündür. Buğa - Ətrafınızdakı insanlara qəribə və mənasız təsir bağışlayan qərarlar qəbul edəcəksiniz. Amma hər şeyə rəğmən məqsədə doğru irəliləyirsiniz. Tənqidlər və məsləhətlər sizi yolunuzdan sapdırmayacaq. Günün ikinci yarısında çoxdan həll olunası problemi çözmək və mövqelərinizi möhkəmləndirmək şansı əldə edəcəksinz. Diqqət mərkəzində olacaqsınız. Yeni tanışlıqlarda ehtiyatlı olun. Bu gün yeni, faydalı işgüzar əlaqələr yarada bilərsiniz. Sevdiyiniz insanlarla münasibətlərinizdə romantika artacaq. Əkizlər - Xasiyyətinizin ən yaxşı məqamları bu gün daha qabarıq görünəcək. Bu gün hamının xoşuna gələcəksiniz. Lakin bu gün rəğbət bəslədiyiniz adamların az sonra bəzilərinin sizə xəyanəti istisna deyil. Analitik işlər, hesabatlar, düşüncə üçün əlverişli gündür. Günün ikinci yarısında sərfəli sövdələşmələrə nail ola bilərsiniz. Bu gün çoxlu orijinal ideyalarınız var. Onların heç olmasa, birinin reallaşmasına yaxınlarınızı, tanışlarınızı və dostlarınızı cəlb edin. Gün maraqlı, həyəcanlı olacaq. Xərçəng - İntellektual iş üçün uğurlu gündür. Gəldiyiniz nəticələr paradoksal da olsa, doğrudur. Müşahidələriniz sizi aldatmayacaq. Uzun müddətdən bəri dil tapa bilmədiyiniz adamla bu gün razılığa gələ biləcəksiniz. Bu isə yaxşı tanışlıq, məhsuldar əməkdaşlıq və ya isti münasibətlərin əvvəli ola bilər. Təmaslar, görüşlər, danışıqlar günüdür. Ətrafdakı insanlara xoş təəssürat bağışlayacaqsınız. Axşam saatlarını rahat keçirin, qüvvələrinizi bərpa edin. Şir - Çoxdan bəri kiminləsə mübahisə etmək istəyirdinizsə, istəyinizi bu gün gerçəkləşdirin. Opponentinizi "məğlub" etmək və özünüzə inandırmaq üçün bütün şanslarınız var. Nüfuzlu insanlar, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət, danışıqlar, müzakirələr üçün əlverişli gündür. Nəzərdə tutduğunuz işi görmək və ya layihəni həyata keçirmək üçün pul almaq şanslarınız var. Şəxsi məsələlərdə gün neytral olacaq. Yeni təəssüratlar, parlaq emosiyalar istəyirsiniz. Təşəbbüskar olun. Ətrafdakı insanlar niyyət və planlarınızdan, çətin ki, xəbərdar olsunlar. Qız - İstənilən yeniliklər və eksperimentlər üçün əla gündür. Yeni müttəfiqlər tapacaqsınız. Hətta əvvəllər tərəfinizdə olmayan insanlar belə arqumentlərinizin səhihliyini dana bilməyəcəklər. Maliyyə baxımından isə gün o qədər uğurlu deyil. Gəlirlər özünü bir qədər gözlədəcək. Nəzərdə tutulmamış xərclər istisna olunmur. Uğurlu insanlarla təmaslar üçün əlverişli gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bu insanlardan enerji ala bilərsiniz. Bacarıq və biliklərinizi artırmağa çalışın. Tərəzi - Gün asan olmasa da, baş verəcək hadisələr xeyrinizə ola bilər. Səhvlərdən nəticə çıxarmaq və başqalarının təcrübəsini təhlil etmək çox mühümdür. Mühüm qərarları təkbaşına qəbul etmək istəsəniz də, təcrübəli insanların məsləhətlərinə qulaq asın. Həmin məsləhətlər niyyətlərinizə və planlarınıza tam uyğun olmasa da, dinləyin. Şəxsi həyatınızda nəyisə köklü şəkildə dəyişməyə çalışmayın. Hər şeyi yerli-yataqlı düşünmək üçün bir qədər fasilə verin. Məqsəd və prioritetlərdə dəyişikliklər ola bilər. Yeni əyləncə və maraqların yaranması istisna deyil. Əqrəb - Bu gün diqqət mərkəzində olmağa çalışın. Nə qədər çox diqqət cəlb etsəniz, bir o qədər yaxşıdır. Kiminsə uğurlarınıza paxıllıq edərək həsəd aparması mümkündür. Fəqət, qarşınıza qoyduğunuz işi görməkdə sizə yardım edəcək insanlar daha vacibdir. Qəfil addımınız, gözlənilməz qərarınız rəqiblərinizlə düşmənlərinizi zəiflədə bilər. Başqa şəhərdə yaşayan uzaq qohum və ya tanışdan xəbər ala bilərsiniz. Səfərə və ya səyahətə çıxmaq qərarına gələ bilərsiniz. Təhtəlşüura inanın. Oxatan - Gün maraqlı məşğuliyyət, həlli maraqlı işə çevrilə biləcək məsələlərlə zəngin ola bilər. Qarşınıza qoyduğunuz məqsədə tez çatacaqsınız. Yeni tanışlarla asanlıqla dil tapacaqsınız. Köhnə dostlar və yaxın insanlarla mübahisə etməyin. Münaqişələri həll etməyə can atın. Qəfil təklif və dəvətlərin alınması istisna deyil. Hadisələrin baş verdiyi məcra xoşunuza gəlir. Yaxşılığa doğru dəyişikliklər başlana bilər. Oğlaq - Eksperiment və qeyri-standart qərarlara hazır insanlarla ideyalarınızı bölüşsəniz, gün sizə yeni imkanlar vəd edir. Bu gün müttəfiq axtarışları ilə məşğul olun. Əfsuslar olsun ki, müttəfiq tapılana qədər ünvanınıza xoşagəlməz sözlər eşidə bilərsiniz. Deyilənləri ürəyinizə salmayın. Nəticəsi sərfəli anlaşmalar olacaq uğurlu səfərlər və səyahətlər mümkündür. Gün iş axtarışları üçün də əlverişlidir. Kommersiya və ticarət ilə məşğul olanlar sərfəli anlaşmalara nail ola bilərlər. Dolça - Aşkar və qaçılmaz sandığınız qərarların heç də hamısı doğru, vaxtında atılacaq addımlar deyil. Bunu əla anlayırsınız, amma ətrafınızdakı adamlar razı deyillər. Onların fikirlərini dəyişmək üçün xeyli vaxt sərf etməli olacaqsınız. Emosiyaların əsiri olsanız, rəqiblər sizi üstələyəcəklər. Alış-veriş, gəzinti üçün yaxşı gündür. İnteryer və yaşayış yeri ilə bağlı yeni ideyalar sizi tapacaq. Günün ikinci yarısı hədiyyələr ala bilərsiniz. Balıqlar - Kiçik problemlər və ətrafdakı insanlarla müəyyən anlaşılmazlıqlara rəğmən sakit olun, kefinizi pozmayın. Bədxahlar sizə ziyan vura bilməyəcəklərini anlasalar da, niyyətlərindən əl çəkmirlər. İş yerində vəziyyət pis olmayacaq. Yeni dostlar tapmağınız istisna olunmur. Dostlar, yaxın insanlar, ailə üzvləri ilə səmimi ünsiyyət üçün əlverişli gündür. Ətrafdakı insanları anlamağa, onların istəklərini başa düşməyə çalışın. Şəxsi həyatınızla bağlı ciddi qərarlar qəbul edə bilərsiniz.  Milli.Az

Saç tökülməsinin təbii yollarla müalicəsi

Allopesiya ( lat. Alopecia-keçəlləşmə deməkdir. ) başın və gövdənin müəyyən sahələrində tüklərin seyrəkləşməsi və ya tamamilə yoxa çıxması ilə nəticələnən patoloji saç tökülməsidir. Tibbin atası Hippokrat uzun illər allopesiya ilə mübarizə aparmış, sonda isə özü tamam keçəl qalmışdı. Məhz onun şərəfinə allopesiyanın ən ağır formasına Hippokrat adı verilmişdir ( allopesiyanın Hippokrat forması ). Hər birindən 20 qr olmaqla kəklikotu, söyüd ağacının qabığı və at pıtrağının qabığı götürülür, xırdalanır və qarışdırılır. 4 xörək qaşığı qarışığın üzərinə 1 litr su əlavə edilir və 15 dəqiqə qaynadılıb süzülür. Alınan maye həftədə 2dəfə başa sürtülür.Hər birindən 1 xörək qaşığı olmaqla kəcəvər kökü və at pıtrağı kökü, 4 xörək qaşığı isə mayasarmaşığı qozası götürülür. Qarışığın üzərinə 1 litr su əlavə olunub qaynadılır. 30 dəqiqədən sonra alınan qarışıqla baş 2 gündən bir yuyulur.Hər birindən 2 xörək qaşığı olmaqla söyüd qabığı və at pıtrağı qabığı götürülür. 1litr isti su əlavə edilərək 8-10 dəqiqə qaynadılır, sonra isə 30 dəqiqə müddətinə dəmə qoyulur. Soyudulduqdan sonra alınmış maye ilə baş 2 gündən bir yuyulur.Az bir miqdar suda xırdalanmış at pıtrağı yarpaqları və qabığı qaynadılır. Sonra isə üzərinə kərə yağı əlavə olunaraq qarışdırılır. Alınmış həlməşik kütlə saçların dibinə sürtülür.Aşağıda qeyd olunan bitkilər xırdalanaraq qarışdırılır, qarışıqdan 1 xörək qaşığı götürülüb 1 stəkan suda qaynadılır. Yeməkdən 30 dəqiqə əvvəl hər dəfə 60-100 ml olmaqla gündə 3 dəfə daxilə qəbul edilir. At pıtrağı kökü-15 qr Solmazçiçəyi-10 qr Yatıqqanqal-15 qr Qarğıdalı saçağı-10 qr Aptek çobanyastığı-10 qr Mancuriya araliyası-15 qr Adi dazıotu-15 qr Adi dağtərxunu-10 qr 100 qr qurudulmuş gicitkən yarpaqları xırdalanıb üzərinə 0.5 litr su və 0.5 litr sirkə əlavə olunur, 30 dəqiqə müddətinə qazın üzərində qızdırılır. Süzüldükdən sonra saçlar bu maye ilə sabunsuz yuyulur.Aşağıda qeyd olunan bitkilər 1 litr suda 10 dəqiqə qaynadılır. Maye qaynadıldığı qazanda qalır, isti-isti parçaya bükülür və1 saat saxlanılır. Soyuduqdan sonra süzülür, alınmış maye ilə baş həftədə 3 dəfə yuyulur. Gicitkən yarpağı-30 qram Dəvədabanı yarpağı-30 qram Kəcəvər kökü-20 qram BƏZİ  XALQ  TƏBABƏTİ  ÜSULLARI. 1 litr su 40-50°S-yədək qızdırılır. Üzərinə 2 xörək qaşığı bal əlavə olunub qarışdırılır. Həftədə 2 dəfə saçların dibinə yaxılır.1 xörək qaşığı mayonez və hərəsindən 1 çay qaşığı olmaqla gənəgərçək yağı və bal götürülüb qarışdırılır. Saçların üzərinə və dibinə yaxılıb yaylıqla bağlanır, 30-40 dəqiqə saxlanılır. Bundan sonra saçlar yuyulur.Yarım stəkan palıd qabığı və eyni miqdarda soğan qabığı qarışdırılaraq üzərinə qaynar su əlavə edilib qızdırılır. Otaq temperaturunadək soyudulub saçlar bu maye ilə isladılır və qalın yaylıqla bağlanılır. 2 saatdan sonra açılıb saçlar qurudulur.Tibet həkimləri kəsilmiş baş soğanı başın tüksüz nahiyələrinə sürtməyi tövsiyə edirlər.Bir neçə ədəd qırmızı bibər bankaya yığılıb üzərinə araq tökülür və ağzı bağlı formada 2 həftə saxlanılır. Alınmış mayedən 2 çay qaşığı götürülür və üzərinə 2 çay qaşığı gənəgərçək yağı və eyni miqdarda adi şampun əlavə edilir. Qarışıq saçlara çəkilib 1 saat qaldıqdan sonra yuyulur. Prosedur gündə 1 dəfə və ya 2 gündə 1 dəfə olmaqla 3 ay müddətinə təyin olunur.4 ədəd qırmızı bibərin üzərinə 0.5 litr araq tökülüb 21 gün saxlanılır. Alınmış tinktura ilə başın dərisi silinir. Hər proseduraya 50 ml maye sərf edilir.                                                      Fitoterapevt Elnur Rəhimov

Qadın əsla unutmaz...Kişiləri yanıldan gerçəklər

Bir qadın əsla unutmaz... Əgər aldadıldığı halda münasibəti davam etdirirsə, bu unutuğu üçün deyil, bağışladığı üçündür, ya da qorxu və narahatlığa görədir. Qorxu və narahatlıqla davam etdirilən münasibət əsla gerçək bir münasibət ola bilməz. Sadəcə rəsmi bir evlilik olaraq davam edər. Əslində təməl sualımız evli qalmaq, ya da boşanmaq deyil, hər iki tərəf üçün də mənalı, sağlam, gözəl bir münasibəti davam etdirməkdir. Günümüzdə bir çox evliklik sadəcə evlilikdir. Nə bir həyat dostu, nə yoldaşdırlar. Daxildən baxdığınızda ya sonlanmış, ya da əslində heç başlamamış münasibətlər, amma davam edən evliliklər görərsiniz. Bu evliliklər qorxu və ya qayğılarla davam etdirilən rəsmi evliliklərdir. Eyni evin içində yeyib-içib, televizor izləyib, aradabir cinsi münasibətdə olan evliliklərdir. Qayğılar və qorxular bütövlükdə bunlardır: uşaqlarla əlaqəli qayğılar, ekonomik qayğılar, yalnızlıq qorxuları, "bundan sonra kimlə evlənərəm" qayğıları, "aman, dul qadın olacağam" qorxuları, "aman, ailələri üzməyək, el-aləm nə deyər" və s. Bir çox qayğı və qorxular insanları sağlıqsız, ya da bitmiş münasibətlərdə saxlayar. Aldadılan qadın ilk mərhələdə emosional bir şok, travma yaşayar. Nə düşünəcəyini, nə edəcəyini bilməz. Bir tərəfi yoldaşına nifrət edərkən digər yarısı ondan ayrıla bilməz. Ziddiyətli, tutarsız və nəzarətsiz davranmağa başlayar. Yoldaşının yaşadıqları ilə əlaqəli hər detalı bilmək, öyrənmək istəyər. Neçə dəfə bir yerdə oldular, necə oldular, harada oldular və b. Nə qədər və necə aldadıldığını bilmək istəyər. Yoldaşının gözündə peşmanlığı görmək istəyər, yoldaşının üzüldüyünü görmək istəyər, canını incitmək istəyər. Çünki öz ruhu çox ağrı çəkir. Axşam boşanmağı düşünər, sabah olunca evliliyini davam etdirməyi qərara alar. Gəl-getlər gedərək artır. Bu travma ilə, bu gerçəklə necə yaşayacağını bilməz. Artıq münasibətin sehri və saflığı pozulmuşdur. Heç bir şey əvvəlki kimi olmaz, amma necə davam edəcəyimizi bilmərik. Son sözüm kişilərədir: önəmli olan yoldaşınızın qorxu və qayğıları ilə ya da məcburiyyətlərilə sizinlə birlikdə olması deyil. Həyatı, həqiqətən, sizinlə paylaşmaq istədiyi üçün sizinlə həyata davam etməsidir. Güvənini bir dəfə itirdinizmi, bir daha yerinə qaytarmaq çox çətindir. Hətta çox vaxt imkansızdır. Bu səbəbdən də yoldaşınızı aldatmayın. Unutmayın, qadınlar əsla unutmaz! Tərcümə: Aidə Mahmudova

Stresin yaratdığı xəstəliklər

Mənfi hisslər, idarə edə bilmədiyimiz duyğular sadəcə zehnimizi yormur, eyni zamanda daxili orqanlara da ziyan vurur. Türkiyəli professor doktor Birsel Kavaklı mənfi hisslərin orqanlara zərərlərindən danışıb. Əsəb və qaraciyər üzrə mütəxəssisin sözlərinə görə, əsəb stress hormonlarının artmasına səbəb olur. Bu da öz növbəsində qaraciyərə təsir edir: “Əsəb xroniki xəstəliklərin əsas səbəblərindəndir. Qaraciyərə ən azı siqaret və spirtli içki qədər mənfi təsir edir. Əsəb keçirən insanın ürəyi bulanır, mədəsi və başı ağrıyır. Kədər və ağciyərlər Birsel Kavaklının fikrincə, kədər hissi ən çox ağciyərlərə ziyan vurur. Böyük bir itki ilə üzləşənlər sinədə ağrı hiss edirlər. Ona görə də, depressiyada olanlara və özünü çox kədərli, dərdli hiss edənlərə açıq havada yeriməyi məsləhət görürlər. Ağciyərlərə zərər dəyməməsi üçün açıq havaya çıxın və bir neçə dəfə dərindən nəfəs alın. Bu həm daxili orqanlara, həm də psixologiyanıza yaxşı təsir edəcək”. Həkim qeyd edib ki, dərd və kədər immunitet sisteminə də mənfi təsir edir. Qorxmaq böyrəklərin büzüşməsinə səbəb olaraq onun fəaliyyətini zəiflədir.  Həddən artıq düşüncəli olmaq, çox fikirləşmək də dalaq üçün ən böyük təhlükədir. 

1 ildə öldürən xəstəlik - Mədəaltı vəzi xərçənginin əlamətləri

Mədəaltı vəzinin xərçəngi çox aqressiv bədxassəli şişdir. Bəzən insanlar xəstəliyin əlamətlərinə əhəmiyyət verməyərək adi problem olduğunu zənn edirlər. Nəticədə isə istənilməyən sonluq olur. Psixoloq.az xəbər verir ki, aparılan araşdırmalara görə, bu xəstəlikdən əziyyət çəkən insanların çoxu diaqnoz qoyulandan sonra 1 il ərzində dünyasını dəyişirlər. Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ümumi və transplant cərrah Bəhruz Səlimov, mədəaltı vəzi xərçənginin yalnız cərrahi yolla sağaldıla biləcəyini bildirib: "Mədəaltı vəzinin baş hissəsinin xərçəngi zamanı radikal əməliyyat qəliz və travmatikdir. Şişin yaranmasına gətirib çıxaran amillərə siqaret çəkmək, çoxlu yağlı qida qəbulu, diabet, xroniki panrkeatit, xolesterin daşları və öd kisəsinin yoxluğu". Səlimov, xəstəliyin klinik simptomlarının ağrı, sarılıq və arıqlama olduğunu qeyd edib. "Xərçəng baş hissədə olduqda xəstələrdə ağrı və artan sarılıq qeydə alınır.Mədəaltı vəzinin cisminin şişlərində günəş kələfinin sıxılmasına görə ağrı və çəki itkisi qeydə alınır.Şüa müalicəsi, kimyəvi dərman müalicəsi və öd çıxarıcı əməliyyatlar xəstələrin ömrünü 4-9 ay uzadır",-deyə cərrah vurğulayıb.P.S Yaranan əlavə suallarla bağlı həkimlə birbaşa əlaqə saxlaya bilərsiniz: 070 5798833Şəhanə Quliyeva

İctimai hissin inkişafında individual psixologiyanın rolu

Görkəmli psixoloq, individual psixologiya nəzəriyyəsinin yaradıcısı, tanınmış avstriyalı həkim, psixoterapevt Alfred Adler haqqında əvvəllər ümumi məlumata malik olsam da, onunla yaxından tanışlığım “Aydınlanma səyahəti” (2016) kitabının birinci hissəsini (Oyanış və dəyişməyə doğru) yazarkən başladı.  Adler psixologiyanın birinci vəzifəsi kimi sosial faktoru ortaya qoyan ilk psixoloqlardan sayılır. “İndividual psixologiya fərdi, cəmiyyətin daxilində görür və tədqiq edir. Biz insana cəmiyyətdən ayrı halda baxmaq və tədqiq etməkdən imtina edirik”, - Adler bəyan edirdi (1956).  Alfred Adler 1870-ci il fevralın 7-də Vyana şəhəri ətrafında yerləşən Rudolfşeymdə anadan olub. Yəhudi ailəsində dunyaya gələn Alfred 6 uşaqdan ikincisi olub. Uşaqlığında tez-tez xəstələnərmiş. Bu xəstəliklərə, onların gətirdiyi ruh halına baxmayaraq hələ kiçik yaşlarında “ölümlə mübarizə” üçün həkim peşəsini seçib. Lisey təhsili alarkən uğursuz şagird olub, riyaziyyatda çox bacarıqsızlıq nümayiş etdirib. Müəllimi ailəsinə onu çəkməçi yanına şagird qoyulmasını tövsiyə etmişdi. Adlerin atası bu tövsiyəyə qulaq asmayıb, əksinə oğlunu daha çox məşğul olmağa təşviq etmişdi. Adler özü bu hadisəni danışdığında belə deyib: “Əgər atam müəllimimin tövsiyəsini dinləsəydi, bəlkə də yaxşı çəkməçi olardım”. Həqiqətən, bir müddət sonra “bacarıqsız şagird” sinifin ən yaxşı riyaziyyatçısı oldu. Hələ uşaqlığında rasionalist düşüncəyə sahib idi. Şekspirin əsərlərinə qarşı sonsuz heyranlıq hiss edir, onun insanı tanımasında bənzərsiz olduğuna inanırdı.  Liseydən sonra, 1895-ci ildə tibb fakültəsini bitirib, 1897-ci ildən elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərib. Daha sonra psixatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşıb.  XIX əsrin sonunda Adler psixoanaliz elminin banisi Ziqmund Freydlə tanış olur. Freydi düşmənlərinə qarşı açıq müdafiə etsə də, dahiliyinə inandığı Freydlə bəzi nöqtələrdə razılığa gələ bilmir, psixi xəstəliklərinin cinsi travmalardan meydana gəldiyi fikrini qəbul etmirdi. Bu səbəbdən Freydlə Adler arasında mübahisə düşür. 1904-cü ildə Adler Freyddən ayrılmaq istəyir. Lakin Freyd bunun qarşısını alır, bir müddət əməkdaşlıqlarını davam etdirirlər.  1908-ci ildə Salzburqda keçirilən konqresdə Adlerlə Freyd arasında prinsip anlaşılmazlıqları açıq formaya keçir. 1911-ci ildə Nürenberq konqresində Adler “Freydin ruh həyatının cinsi nəzəriyyəsinin tənqidi” adlı tezislə çıxış edir. Freyd bu çıxışa cavab vermir. Adler də Vyana psixoanaliz dərnəyindən tamamilə ayrılır.  Freydə görə, insan instinktlərinin, arzularının, istəklərinin, meyillərinin oyuncağıdır. İnsan ona təsir edən instiktiv güclərə yönəlir.  Adlerə görəsə insanı dəyərli edən məqsəddir. Bu məqsəd insanın düşüncələri, hisləri, davranışlarına təsir edir. Daha doğrusu, insanın düşüncələri, hisləri, davranışları bu məqsədə görə formalaşır.  1912-ci ildə Alfred Adler “İndividual Psixologiya Dərnəyi”ni qurur, həmin tarixdən etibarən Adler məktəbi inkişaf etməyə başlayır. 1932-ci ildə Nyu-Yorkdakı Lonq İsland Medikal Kolleci Adlerə psixologiya doktoru adını verir. 1937-ci ildəsə, o, mühazirə demək üçün gəldiyi Şotlandiyanın Aberdeen bölgəsində ürək tutmasından vəfat edir.  Adler həyatı boyu psixoterapevt və psixoloq kimi aktiv olub, yaşadığı dövr ərzində üç yüzə yaxın kitab, müxtəlif mövzularda məqalələr yazıb. Əsas elmi əsərləri: - “Fərdi psixologiyanın təcrübəsi və nəzəriyyəsi”  - “Nevrotik xarakter” - “İnsan bilikləri”  - “İnsan təbiətinin anlaşılması” - “Uşaqların təlim-tərbiyəsi” - “Yaşamaq sənəti” - “Həyat tərzi” və s.  İndividual psixologiya nəzəriyyəsinin əsas tezisləri:  Latınca “individium” – bölünməz mənasını verdiyi üçün Adler də öz nəzəriyyəsini “İndividual psixologiya” adlandırıb.  Adlerə görə, həyati fəallığın heç bir formasını şəxsiyyətdən ayırıb nəzərdən keçirmək olmaz. Fərd beyinlə bədənin qarşılıqlı əlaqəsində tam olduğu kimi, psixi həyata münasibətdə də belədir. İndividual psixologiyanın əsas vəzifəsi bu bütövlüyü hər fərddə, təfəkküründə, hislərində, hərəkətlərində, şüur və şüursuzluğunda təsdiq etməkdir. Şəxsiyyətin bütövlüyü strukuturunu Adler həyat tərzi kimi müəyyən edib. İnsan həyatı mükəmməlləşməyə fəal cəhd kimidir. Ancaq həyati əhəmiyyətli məqsədlərə istiqamətlənmiş hərəkət zamanı fərd tam kimi qavranıla bilər. İnsanın daimi mükəmməlləşməyə cəhd etməsini deyən Adler fikirləşirdi ki, insanlar hеç də daxili, xarici səbəblərdən itələnmirlər, əksinə həyati əhəmiyyətli məqsədlərə doğru, irəli hərəkət edirlər. Qarşılarına qoyduğu məqsədlər, eləcə də uğur əldə etmək üçün istifadə etdikləri fərdi üsulllar həyatlarına əhəmiyyət verdiklərini başa düşməyə kömək edir.  Şəxsiyyətin formalaşmasında irsiyyətin, ətraf mühitin rolunu qəbul edən Adler insanların yaradıcı qüvvəyə malik odluğunu iddia edir. Bu qüvvə insan təcrübəsinin hər sahəsinə təsir edir: qavrayış, hаfizə, fantaziya, arzular. İnsanın yaradıcı təbiəti, azadlığı barədə məhz bu fikirlər psixoloqlara Adleri müasir humanist nəzəriyyənin yolgöstərəni hesab etməyə imkan verir. “İndividual psixologiya” fərdi cəmiyyətin tərkibində öyrənir. Adler nəzəriyyəsinə görə, insanın bütün davranışının sosial kontekstdən doğur, insan təbiətinin mahiyyətini yalnız sosial münasibətləri başa düşdükdən sonra anlamaq mümkündür.  Fərdi subyektivlik: fenomoloji ənənələrə sadiq qalan Adler hesab edirdi ki, insanın davranışı həmişə özü və ətrafdakıları barədə fikirlərindən asılıdır. İnsanlar yaratdıqları dünyada “qavrayış” sxemlərinə uyğun yaşayırlar.  İndividual psixologiya nəzəriyyəsinin strukturunu Adler belə göstərib. Saxta finalizm Üstünlük qazanmağa cəhd Dəyərsizlik hiss və onun kompensasiyası İctimai maraq Həyat tərzi (stili) Yaradıcı mən Beləliklə, Adler insanın daha yaxşıya doğru irəliləmək, problemlərini həll etmək, yaradıcı meyillərini reallaşdırmaq, həyata uyğunlaşmaq şansına sahib olduğuna, başqa sözlə, natamamlıq hislərini uğurlu şəkildə aradan qaldırma yolunun insana açıq olduğuna inanır. Bu baxımdan insanın yaradıcı mənliyinə böyük əhəmiyyət verir. Əsas məsələ bu yaradıcı mənliyin inkişafına ən əlverişli şəraiti yaratmaq olmalıdır, bunu hər şeydən əvvəl təhsil təşkilatlarının öhdəsinə düşən vəzifə kimi görür.  "İndividual psixologiya" kitabının ana dilimizə tərcümə etməklə hadisələrə bir daha Adlerin gözündən baxmış oldum. İnanıram ki, Azərbaycan oxucusu da bu dəyərli kitabla tanış olduqdan sonra, problemlərini həll etmək, ətrafındakıları daha yaxşı tanımaq və onlarla daha yaxşı ünsiyyət qurmaq, ümumilikdə həyatına daha müsbət istiqamət vermək haqqında düşünmək üçün faydalanacaq. Ön söz: Ceylan Mumoğlu Mənbə: Parafr.az 

Qadınların cinsi münasibətdən uzaqlaşması - Vaginizm nədir?

Günümüzün artmaqda olan psixoloji problemləri arasında vaginizmin xüsusi yeri vardır.  Çox zaman bununla üzləşməyə, bu cür problemimizin olduğunu qəbullanmağa utanırıq. Nəticədə mənəvi gərginlik yaşayaraq depressiv vəziyyətlərin qurbanı oluruq. Tibbi nöqteyi-nəzərdən problemi araşdırdıqda vaginizm-mm, bulbospongiosus, levator ani, adductores femoris  qarnın ön divarı əzələlərinin qıcolma şəklində yığılmaları nəticəsində cinsi həyat mümkün olmayan nevrogen xəstəlik olduğunu görərik. Cinsi həyat pozulmalarına həmçinin onun inkişaf çatışmazlığı, ağrı, cinsi soyuqluq forması və yaxud təmin edilmə, pozğunluqlar aiddir. Araşdırmalar göstərir ki,  xəstəliyin çox az hissəsi ginekoloji  səbəblə bağlı olduğu təqdirdə, əksərən əsasında psixoloji amillər dayanır. Toy gecəsi daha çox özünü göstərən bu problemdən sonra artıq xəstələrdə cinsi həyata marağın azalması, qorxu halları artmağa başlayır. Hətta əvvəllər normal cinsi həyatı olan insanlarda belə müyyən psixoloji travmalardan, cərrahi əməliyyatlardan sonra vaginizm əlamətləri yarana bilir. Vaginizmin simptomları hansılardır? Ən geniş yayılmış əlamətləri-taxikardiya, tərləmə, geriyə çəkilmə, cinsi əlaqə zamanı yanma, ağrı və bunun nəticəsində cinsi istəksizlik, cinsəl fobiyadır. Bu cür fobiyalar nəticəsində ailədən uzaqlaşma, özünə qapanma, ailədaxili mübahisələr artır. Vaginizmin müalicəsi varmı? Vaginizm çarəsi olmayan bir problem deyil. Çox əminliklə qeyd etmək istəyirəm ki, sadəcə bir neçə psixoloji seansla siz bu problemdən çox asanlıqla azad ola bilərsiz. Praktik təcrübəmiz göstərir ki, bu halla üzləşən bir neçə passientimiz sadəcə inanib, cəasrət edib bizə müraciət etməklə heç bir dərman vasitələrindən istifadə etmədən  xoşbəxt bir şəkildə ailə həyatlarına davam etmişlər. Bu problemin sizin həyatınıza mane olmasına icazə verməyin. Gülər Məmmədova Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi

Qadınlar niyə bir-birlərini qısqanır?

Qadın qadının həm ən yaxın dostu, həm də rəqibidir. Qadınların bir-birinə qarşı içdən içə kin bəsləməklə səbəbi hələ də müəmmənalıdır. Sosial əlaqələrimizdə qadınlardan çox kişiləri daha etibarlı tapırıq. Dövlət dairəsində, imtahanlarda həmişə "ümid edirəm qarşıma kişi çıxar" deyə dua edirik. Qadınlarla qarşı-qarşıya gəlməyi eynilə bir boks matçı kimi qəbul edirik...Qadınlarla yaxşı dolanmaq lazımdır Qadın təbiəti əslində bir-birinə güvənməyə meyllidir. Çünki qadını həyata gətirən, baxıb böyüdən də bir qadın. Zaman içində nə olursa olur və qadınlar arası rəqabət başlayır. Buna görə həmcinslərimizlə araya məsafə qoymaq məcburiyyətində qalırıq. Halbuki qadınların həm fiziki həm də ruhi sağlamlıq baxımından bir-birlərinə ehtiyacı var. Mütəxəssislərə görə, həmcinsləri tərəfindən qəbul edilib, təsdiqlənən qadınların stresləri azalır. Sağlam və etibarlı ictimai əlaqələr quran qadınların beyin funksiyaları daha inkişaf etmiş olur və yaddaş itkisi azalır.Dostluq, ən yaxşı dərmandır  Qadınların bir-birinə qarşı səbəbsiz kompleksləri zamanla təsəllini kişilərdə axtarışa itələyir. Biz qadınlar, sözsüz olaraq öz aramızda bir dil istifadə edirik. Kişilərə bizlər kimi detalçı və planlı hərəkət etmədikləri üçün bizi anlamaları bir az çətin olsa da kişilərlə qadınlardan daha yaxşı razılaşırıq. Qadınlar bir-birləri ilə ya çox yaxşı razılaşır ya da bir-birinə düşmən kəsilir. Bunun bir ortası yoxdur. Qadınların bir-birlərinə verdikləri zərərin ölçüsünü ifadə etmək lazım olsa; eşq ağrısı belə qadınlara daha az ağrı çəkdirir deyə bilərik...

Sistitin təbii üsullarla müalicəsi

Sistit - sidik kisəsinin iltihabi xəstəliyidir. Tez-tez ağrılı sidik ifrazı, sisik kanalında yandırıcı ağrılar, ağrının qarnın aşağı hissəsinə və aralığa yayılması, sidik kisəsində doluluq hissiyyatı ilə müşayıət olunur. Sidik çox kiçik porsiyalarla xaric olur, ağır hallarda isə damcı-damcı tökülür, bəzən qan qarışıqlı olur. Bədənin hərarəti 37-380C-dək yüksələ bilər. Sistitin yaranmasına səbəb sürəkli soyuqlamalar, sidik-cinsiyyər üzvlərinin infeksiyaları, kimyəvi maddələrlə qıcıqlanma, sidik yollarında aparılan kiçik əməliyyatlar ola bilər. Az hərəkətli həyat tərzi də sistitin əmələ gəlməsinə şərait yaradır. Buna görə də işiniz oturaqdırsa, hər saatdan bir ayağa qalxıb 3-5 dəqiqə ərzində gəzişin. Sistitin müalicəsində həm bitki, meyvə və tərəvəzlərdən, həm də fototerapiya, neft məhsulları ilə müalicə üsullarından istifadə olunur. Fitoterapiya Ayıqulağı yarpaqlarının dəmləməsi 2 xörək qaşığı xırdalanmış yarpağın üzərinə 500 ml qaynar su əlavə edilir, 20 dəq. müddətində vam odda qaynadılır. 1/2 stəkandan gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edir. Bu dəmləmə spazmı və ağrını azaldır, mikrob əleyhinə təsir göstərir. Tozağacı yarpağı dəmləməsi 2 xörək qaşığı tozağacı yarpağı xırdalanır, üzərinə 500 ml qaynar su tökülür və ağzı bağlanaraq 2 saat saxlanır. Süzüldükdən sonra gündə 3-4 dəfə, hər dəfə yarım stəkandan yeməkdən əvvəl ilıq şəkildə qəbul edilir. Sidik yollarının zəstəliklərində güclü iltihab əleyhinə təsir göstərir. Çöl paxlagülü kökünün dəmləməsi 1 xörək qaşığı kök xırdalanır üzərinə 250 ml qaynar su tökülür və 1 saat müddətində dəmlənir və gün ərzində az-az içilir. Dəmləmə iltihab və mikrob əleyhinə təsirlərə makidir. Qankəsici olduğundan Qarğıdalı saçağı dəmləməsi 4 xörək qaşığı qarğıdalı saçaqları 500 ml qaynar suda 2 saat müddətində dəmlənir və süzülür. Yarım stəkandan gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir. Bu dəmləmə sidikqovucu və mikrob əleyhinə təsir göstərir. Bitkilərlə müalicə Ayrı-ayrı istifadə olunan bitkilərə nəzərən bitki qarışıqları kompleks təsirinə görə daha faydalıdır. Bitki yığıntılarının dəmləmələri həm spazmolitik və ağrıkəsici, həm də güclü antimikrob, iltihab əleyhinə və sidikqovucu təsirlər göstərir. Hərəsindən 2 xörək qaşığı yağçiçəyi otu, bağayarpağı yarpağı, ayıqulağı yarpağı və tozağacı tumurcuğu, hərəsindən 1 xörək qaşığı zirə meyvəsi və qurd pəncəsi otu xırdalanıb qarışdırılır. Bu qarışıqdan 3 xörək qaşığı götürülür, üzərinə 1 litr soyuq su tökülür. 12 saat saxlandıqdan sonra 10 dəq. qaynadılır və süzülür. 1 stəkandan gündə 3-4 dəfə yeməkdən sonra qəbul edilir. Fitoterapevt Elnur Rəhimov

Hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində sentyabrın 12-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 26-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində sentyabrın 12-də (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi gün ərzində arabir güclənəcək. Azərbaycanın rayonlarında sentyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 12-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. ETSN xəbərdarlıq edir ki, sentyabrın 12-dən 13-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Sentyabrın 12-də bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağışın intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.(ölkə.az)

Siz uşağınıza qarşı hansı tərbiyə növündən istifadə edirsiniz?

Çox eşitdiyimiz bir deyim var: Hər bir uşaq ailəsinin güzgüsüdür. Həqiqətən də demək olar ki, bütün hallarda insan xarakterinin formalaşmasında, bir şəxsiyyət kimi yetişməsində ailə başlıca rola sahibdir. Ailələr isə öz növbələrində tərbiyə növünə görə 4 əsas qrupa bölünürlər: avtoritar, liberal, xaotik və hiperqoruyucu ailələr. Hər bir insanın xarakterində də böyüyüb başa çatdığı ailənin hansı tərbiyə stilinə üstünlük verdiyi mühüm şərtdir. Odur ki, gəlin bu 4 tərbiyə stilinin əsas xüsusiyyətlərini ayrı-ayrılıqda nəzərdən keçirək. Avtotitar tərbiyə stilində adətən valideynlər iş adamları olurlar və uşaqlarla çox az zaman keçirirlər. Bütün qərarları özləri qəbul edir və hesab edirlər ki, uşaqlar yalnız onlara tabe olmalıdırlar. Səhvlər bağışlanmır, onlara görə cəza verilir və cəzanın səbəbi izah olunmur. Uğurlar isə “belə də olmalı idi “ prinsipi ilə qarşılanır. Böyüklər tərəfindən daha çox “otur”,”sus”,”mən dedimsə olacaq” tipli cümlələr istifadə olunur. Belə uşaqlar düzgün olduğu üçün yox, lazım olduğu və cəzadan qorxduqları üçün hər hansı bir işi görür və ya dərs oxuyurlar. Nəticədə məsuliyytdən qorxan, özünə güvənsiz, işdə və cəmiyyətdə belə yalnız cəza almamaq üçün iş görən və davamlı olaraq başqalarını məmnun etməyə çalışan fərdlər yetişir. Avtoritet tipli ailədə isə qarşılıqlı hörmət və ədalət hökm sürür. Uşaqlara qayğı və diqqət göstərilir, ailə üzvləri arasında mütəmadi ünsiyyət olur. Valideynlər uşaqlarına qaldıra biləcəyi tələblər qoyur, qəti və davamlı olmaqla bərabər, həm də ədalətli olurlar. Onlar tələblərinin səbəblərini övladlarına izah edir və bunları birgə müzakirə edirlər. Uşağın öz seçim imkanı olur və o öz seçimləri üçün cavabdehlik daşıyır. Beləliklə uşaq özünə və imkanlarına inanır, yalnız çətin anda da valideynlərinə arxalanır. Bir sözlə bu tərbiyə üsulunda nəzarət və azadlıq balans təşkil edir və uşaqlar özünə inamlı və məsuliyyətli olurlar. Liberal ailə tipini uğurlu adlandıra bilmərik, çunki bu cür tərbiyə sistemi insani keyfiyyətlərə mənfi təsir göstərir. Uşaq ya valideynin qoyduğu sərhədlərini bilmir, ya da cadəcə olaraq bu sərhədləri müəyyən etməyi bacarmayan böyüyünün göstərişlərini yerinə yetirmir. Böyüklər isə yalnız ciddi bir problem baş verərsə “tərbiyəyə müdaxilə edirlər” Kənardan bütün bunlar normal, qarşılıqlı anlaşma kimi görünə bilər, amma getdikcə problemli bir ailə mühiti ortaya çıxır. Belə ailələrdə heç bir qayda və intizam anlayışı olmadığı üçün uşaqlarda özünə nəzarət və daxili intizam hissi formalaşmır. Hansı ki, bu hisslər insana pozitiv özünü qiymətləndirmə və özünə hörmət hissi aşılayır. Valideynlərin biganəliyi uşaqlarda gərəksizlik və təcrid olunmuşluq hissi oyadır. Araşdırmalara görə məktəb davamiyyəti pis olan, içki və maddə asılılığından əziyyət çəkən gənclər əsasən bu tip ailələrin övladları olurlar. Xaotik tərbiyə tipində hansı anda nə olacağı bəlli deyil. Hansı ki, dəqiq sərhədlər yoxdur və böyüklər arasında fikir ayrılığı var. Valideynlərin öz qərarlarında qeyri stabil olmaları uşaqlarda qorxu, təşviş narahatlıq və həyəcanlılıq hissləri yaradır. Bu tərbiyə sistemində özünənəzarət və məsuliyyət hissi formalaşmır, bilavasitə özünüqiymətləndirmə aşağı olur və olğun qərarlar verilməsi çətinləşir. Qoruyucu tərbiyə tipində valideynlər uşaqlarını hədsiz qayğı ilə əhatə edir, hər zaman və hər yerdə onları qorumağa çalışır, bir sözlə hər şeyi onların əvəzinə edirlər. Hədsiz qayğı nəticəsində uıaqlarda əməksevərlik, əzmkarlıq, özünü qoruma, müstəqil qərar qəbul etmə bacarıqları inkişaf etmir. Məhz el arasında işlədilən “mama uşağı” kəlməsi bu tip ailələrdə böyüyən uıaqlara aid edilir. Bu insanlar çətin situasiyala düşəndə özlərini itirir, cünki belə zamanlarda nə etmək lazım olduğu kimi bir vərdişləri olmur. Belə uşaqlar kollektivdə həm lider olmaq istəyir, həm dəliderliyi necə bacaracaqlarını bilmirlər. Onu da qeyd edim ki, bir ailə tipi yalnız təklikdə deyil, bir və ya bir neçə tipin xüsusiyyətləri qarışıq şəkildə mövcud ola bilər. Və hansı tipin əlamətləri üstünlük təşkil etməsindən asılı olaraq uşaqlarda ona uyğun da xarakter xüsusiyyələri formalaşır. Ümumi nəticə olaraq deyə bilərik ki, tərbiyədə yol verilən əsas səhvlər, ya uşaqlara, onların daxili aləmlərinə lazımi diqqətin ayrılmaması, ya da əksinə hədsiz qoruma, demək olar ki, uşağa müstəqil olaraq nəfəs almağa belə imkan verilməməsi, evdəki böyüklərin fikir ayrılığı, eyni situasiyaya fərqli yanaşmalarının olmasıdır. 

Bu tarixədək diqqətli olun - Psixoloji dəyişkənliklər mümkündür

Bu gün Yer kürəsində növbəti maqnit qasırğası başlayıb. Mütəxəssislər maqnit qasırğasının güclü olmadığını bildirsələr də, müəyyən insanlar üçün təhlükəli sayılır. Çünki bu dəfə maqnit qasırğası əvvəlkilərdən fərqli olaraq bir neçə gün davam edəcək.  Sentyabrın 11-dən 14-dək bəzi insanlar özlərini pis hiss edə bilər. Bu zaman baş ağrısı, ürək bulanması, əhvalın dəyişməsi, psixoloji dəyişkənliklər mümkündür. Bu baxımdan insanların diqqətli olmağı tövsiyə edilir. Əgər problem davam edərsə, psixoterapevtə müraciət edərək vəziyyətinizi yaxşılaşdırmağınız mümkündür.

Valideynlərin nəzərinə... - Bu məqamlara diqqət edin

Valideyn övlad münasibətləri əlaqələrin inkişafı, uşağın valideynlərə hörmət və güvən yaranması baxımından əsasdır.  Bəs valideynlər nəyə diqqət etməlidir? Uşağın suallarına səbrlə və doğru cavab verin.Uşağın suallarını və dediklərini ciddi qəbul edin.Uşağa məxsusi onun işləri üçün otaq və ya bir künc ayırın. Uşağa öz işlərini və nailiyyətlərini nümayiş etdirmək üçün yer tapın.Yaradıcılıq prosesi ilə bağlı stoldakı səliqəsizliyə görə uşağı danlamayın. Lakin işini bitirdikdən sonra iş yerini qaydaya salmağı ondan tələb edin. Uşağı olduğu kimi, müvəffəqiyyət və nailiyyətlərinə görə deyil, şərtsiz sevdiyinizi və qəbul etdiyinizi göstərin.Uşağa gücü çatan işləri və qayğıları tapşırın.Ona öz planlarını qurmaqda və qərar qəbul etməkdə kömək edin.Ona öz işinin nəticələrini yaxşılaşdırmağa kömək edin.Maraqlı yerlərə gedəndə uşağınızı özünüzlə aparın.Uşağınızın müxtəlif mədəni təbəqələrdən olan həmyaşıdları ilə ünsiyyətdə olmağına kömək edin.Onun nöqsanlarını göstərərək başqaları ilə müqayisə etməyin.Uşağınızı alçatmayın, özünüzdən pis olduğunu ona hiss etdirməyin.Uşağınızı sərbəst düşünməyə öyrəşdirin.Sevdiyi məşğuliyyətləri üçün kitablarla, oyunlarla və digər lazım olan əşyalarla uşağı təmin edin.

Uğurlu məqam ola bilər - Günün ulduz falı,12 sentyabr

Qoç – vurnuxma və təlaşa qapılmayın, tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın. Sağlam məntiqlə hərəkət edin. Davranışınız yaxın ətrafınızdakı insanların aqressiyasına və sərt reaksiyasına səbəb olmamalıdır. Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla ciddi ixtilaf yarana bilər. Təmkinli davranmasanız, bel bağladığınız dəstəyi ala bilməyəcəksiniz. Saatlar keçdikcə pozitiv təmayüllərin təsiri güclənir. Yaxşılığa doğru dəyişikliklər başlanır. Dostlarla görüş, yaxınlarla ünsiyyət, istirahət üçün axşam saatlarını seçin. Buğa – asan gün olmayacaq. Lakin bütün sədləri dəf edərək məqsədə çata bilərsiniz. Nailiyyətlər əldə etmək üçün ciddi səy göstərmək gərəkdir. Kiçik qələbələrə asanlıqla nail olacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlər rəvan deyil. Hamının sizə pislik etməyə çalışdığını düşünməyin. Təmkinli və səbrli olun, əhvalınızı pozmayın. Yanlış qərarlar verməyin, ciddi səhvlər etməyin. Maliyyə məsələlərini həll etmək, alış-verişə çıxmaq məsləhət deyil. Qeyri-standart yanaşma, təxəyyül və çeviklik tələb edən işlərlə məşğul olmaq mümkündür. Əkizlər – tələsməyin, səbrli olun. Bu günün yaratdığı imkanlar ilk baxışdan sərfəli təsir bağışlasa da, niyyət və ya planınızın reallaşması üçün daha uğurlu məqam ola bilər. Yaxın ətrafınızdakı insanlarla münasibətlərə ciddi fikir verin. Prioritet və məqsədlər arasında yenilənmələr aparmaq zamanıdır. Ailədə kiçik fikir ayrılıqları istisna deyil. Soyuqqanlı olun, ovqatınızı pozmayın. İş yerini dəyişmək və ya köç üçün əlverişli zaman deyil. Xərçəng – qüvvələrinizi toplayın, aktiv olun. Asan gün deyil. Xoşagəlməz təmayüllərin öhdəsindən gəlmək asan deyil. Sayıq olun, səhvlərə yol verməyin. Dostlar və ya müttəfiqlər sizə yardım etməyə hazırdırlar. Lakin onlar durumun təfərrüatlarından dəqiq hali olmalıdırlar. Sizi dərhal anlayacaqlarına bel bağlamayın. Necə və hansı formada dəstək almaq istədiyinizi aşkar deyin. Günün ikinci yarısında reallaşa biləcək anlaşma və ya sövdələşmələrdən böyük gəlir gözləməyin. Gördüyünüz işə görə pulu sonradan alacağınıza hazır olun. Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir. Şir – mürəkkəb problemin və ya çətin məsələnin həllinə başlamaq üçün əlverişli zamandır. Mühüm danışıqlar aparın, fəaliyyət planını hazırlayın, ən önəmli və ciddi məqsədə çatmaq üçün yola çıxın. İntuisiyanıza güvənin. Təhtəlşüurun verdiyi siqnallar yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha əfzəldir. Rəqabət mübarizəsinə qatılmamağa çalışın. Əks təqdirdə çox qüvvə sərf edəcəksiniz, nəticələr isə əhəmiyyətli olmayacaq. Yaxınlarınız və dostlarınızla ünsiyyətdə üstünlüyünüzü əyan etməyə can atmayın. Belə davranış xoşagələn deyil. Səbrsiz olmayın, hisslərin təsiri altında düşünülməmiş addım atmayın. Qız – pis gün deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səy göstərin. Çoxsaylı işlərə başlamaq əvəzinə bir işi bitirin. Kommersiya fəaliyyətində uğur istisna deyil. Sərfəli anlaşmalara nail olmaq, yeni layihənin reallaşmasına başlamaq olar. Müstəqil çalışın. Belədə fəaliyyət birgə işlə müqayisədə daha yaxşı olacaq. Yaşlı qohumlarla ünsiyyət, ailəvi tədbirlərin təşkilatı üçün pis gün deyil. Qəfil romantik etiraf istisna deyil. Şəxsi həyatınızda köklü dəyişiklik başlana bilər. Uzaqda yaşayan qohumlar özlərini xatırladacaqlar. Tərəzi – hadisələrin əvvəlcədən planlaşdırdığınız məcra ilə getməməsi sizi sinirləndirməsin. Situsiyanı dəyişmək üçün yetərincə enerjiniz var. İşgüzar həyatla bahəm şəxsi münasibətlərdə təşəbbüskar olun. Əməlləriniz ilk baxışdan xaotik və düşünülməmiş təsir bağışlaya bilər. Fəqət, qarşınıza qoyduğunuz məqsədə doğru dürüst addımlar atın. Ən başlıcası isə qərar və addımlarınızın səbəblərini yaxın ətrafınızdakı insanlara izah etməyi unutmayın. İş və kommersiya fəaliyyəti ilə bağlı yeni ideyalar yaranır. Biznesi genişləndirmək və ya fərqli sahə seçmək üçün əlverişli zamandır. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Əqrəb – qəbul etdiyiniz qərarlar və atdığınız addımların sonuclarını əvvəlcədən düşünməyə çalışın. Sonradan peşmançılıq hissi yarada biləcək iş görməyin. Təcrübəli şəxslərin dediklərinə qulaq asın. Məsləhət verənlər arasında həmkarlar, dostlar, qohumlar ola bilər. İş yerini dəyişmək və ya köç məsləhət deyil. Ənənəvi şərait daha münasibdir. Ailə məsələlərinin həllində iradəli və qətiyyətli olun. Sadəcə, öz mövqeyinizi dürüst hesab etməyin. Sözlərinizə fikir verin, çünki sərt və ya düşünülməmiş kəlmələr yaxınlarınızın qəlbinə dəyə bilər. Oxatan – işgüzar sahə ilə yanaşı, qeyri-kommersiya fəaliyyətində yeni əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. Öz maraqlarınızın tam təminatına çalışmaqla yanaşı, yaxın ətrafınızdakı insanların da mənafelərini nəzərə almağı unutmayın. Tanıdığınız insanlar arasında sizə müttəfiq və ya tərəfdaş ola biləcək şəxslər var. Rəğbət bəslədiyiniz insanların dediklərini qulaqardına vurmayın. Yeni iş və ya layihədə birgə fəaliyyət üçün potensial şəxsləri seçin. İşgüzar fəaliyyətdən fərqli olaraq, şəxsi münasibətlərdə durum harmonik deyil. Qısqanclıq, səbəbsiz əndişə, qarşılıqlı iradlar yox deyil. Sakit olun, təmkinli davranın. Sağlam məntiq sizə sonrakı fəaliyyət məcrasını göstərəcək. Oğlaq – ən yüksək səviyyədə işgüzar danışıqların aparılması, məmurlar və dövlət qurumlarının mənsubları ilə görüşlər, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır. Qüvvələrinizə əmin olun. Məqsədə doğru inamla irəliləməyə davam etsəniz, niyyətinizə çata bilərsiniz. İnformasiya, istehsal və emal sahəsində çalışırsınızsa, ciddi uğurlara nail olacaqsınız. Axşam saatlarına yaxın dostlarla görüş sizi sevindirəcək. Qohumlarla dil tapmaq asan deyil. Mövcud problemlərin nə qədər ciddi olduğunu qohumların anlamadıqlarını düşünməyin. Hər şey göründüyü kimi deyil. Dolça – günün ilk yarısı əlverişlidir. Başladığınız bütün işlərdə, o cümlədən çətin problemin həllində məhsuldar fəaliyyət zamanıdır. Maliyyə məsələlərinin həllində çətinliklər yaranmayacaq. Yetərincə informasiya və ya məlumatınız olmasa belə, necə fəaliyyət göstərməyin gərəkdiyini sizə intuisiyanız deyəcək. Danışıqlar pis keçmir. Mühüm məsələləri görüşlə yanaşı, telefon danışıqlarında da müzakirə etmək olar. Günün ikinci yarısı gözlənilən qədər uğurlu deyil. İşdə və evdə problemlər yarana bilər. Müşküllərlə çətinliklər ciddi, irimiqyaslı deyil. Soyuqqanlı olun, təmkininizi pozmayın, səbrli davranın. Balıqlar – əlverişli və uğurlu gündür. Başladığınız işlərdə uğur qazana bilərsiniz. Sizə verilən tapşırıqları vaxtında bitirmək üçün diqqətinizi fəaliyyət sahəsinə yönəldin. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Nüfuzlu müttəfiqlərlə əlaqələrin yaradılması da istisna deyil. Amma unutmayın ki, sizə kimsə könüllü şəkildə yardım edən deyil. İstənilən xidmət və yardımın əvəzini vermək gərəkdir. Alış-veriş, sövdələşmə, danışıqlar üçün əlverişli zamandır. Heç gözləmədiyiniz halda gəlir əldə edə bilərsiniz. Köhnə dostlarla görüş, yaşlı qohumlarla ünsiyyət xoş təəssürat yaradacaq. Milli.Az

Harmoniya Psixologiya Mərkəzi

Ünvan: Harmoniya Psixologiya Mərkəzi Şamil Əzizbəyov küçəsi 179 . Jalə Plaza   Avenyu Veraj, 4cü mərtəbəAZ1001, Bakı, Azərbaycan  Tel.: +99412 555 33 73, +99455 371 33 03Email: [email protected]əqsədimiz ayı-ayrı fərdlərin və ailələrin həyətlarında psixoloji balasın bərpa olunması və saxlanılmasınayönəlik fəaliyyət göstərməkdir.Bizim pofessional prinsiplərimiz bu şəkildədir.-Peşə etikasına həssaslıq-Kollektivçilik və komanda çalışması-Multidisiplinar yanaşma-Öyrənməyə və inkişafa daim açıq olmaq-Həmkarlarımıza qarşı hörmət və tolerantlıq-İnsanlara yardım prinsipini başlıca məqsəd kimi qəbul etmək-Gənc həmkərlarımıza öz professional inkişaflarında dəstək vermək-İnam prinsipinə əsəslanaraq konfidensiallığın daima qorunub saxlanılmasına riayət etmək-Əl çata bilən olmaqPsixoloq kimdir?Əvvəlcə psixoloq kim deyildir sualına cavab verək.Psixoloq ilk baxışda insanların şəxsi keyfiyyətləriniortaya çıxaran,zehinlərini oxuyan şəxslər deyildir.Əksinə,psixoloq, müraciət edən şəxsin gətirdiyiproblemi diqqətli şəkildə dinləyən,incələyən, şəxsin verdiyi informasialar əsasında problemin altındayatan səbəbləri araşdıran və bu səbəblər doğrultusunda müəyyən texnika və yanaşmalar ilə şəxsəproblemin öhdəsindən gəlmə bacarığı qazandıran şəxsdir.Psixoloqa hər bir kəs müraciət edə bilər.Psixoloqa getmək üçün depressiyada olmaq,panikatak,fobiya,travma,obsessiya və.s kimi problemlərinizin olması mütləq deyil.Aşağıda qeyd olunmuşbütün vəziyyətlərdə psixoloq sizə kömək edə bilər-Yaşadığınız problemin gündəlik həyatımıza, münasibətlərinizə ,iş həyatnıza mənfi təsir göstərdiyi vəgündəlik işlərin icrasına diqqətinizi yönəltməkdə çətinlik çəkdiyiniz hallarda-İstifadə etdiyiniz yolların problemlərinizin həllinə yetərli olmadığı vəziyyətlərdə-Emosional olaraq özünüzü yaxşı hiss etmədiyiniz və ya əvvəlkindən daha pis hiss etdiyiniz vəziyyətlər-Qısası ümumi həyatınızı əvvəlki kimi məhsuldar şəkildə davam etdirməyinizə əngəl ola biləcək istənilənvəziyyətdə psixoloqa müraciət etmək yetərli səbəbdir.

Psixoloq Aygün Ağabalayeva

Aygün Ağabalayeva – Harmoniya Psixologiya Mərkəzinin rəhbəri və baş psixoloqu. Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsini bakalavr və “Hüquq psixologiyası” üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 1998-2000-ci illərdə 138 saylı orta məktəbdə psixoloq olaraq fəaliyyət göstərib. 2000-2001-ci illərdə “KIGT LTD” şirkətində administrator vəzifəsində çalışmışdır. 2009-cu ildən indiyədək “SAVVY” taekvondo klubunda idmançıların psixoloji hazırlıq prosesini müşayiət edir, taekvando və karate üzrə individual və qrup şəklində konsultasiyalar aparır.Bu sahədə Respublika üzrə yüksək referanslara malik mütəxəssisdir. 2014-cü ildə keçirilən Azerbaycan I Beynəlxalq Konfransında Amerikan Ailə və Evlilik Terapevtləri Dərnəyi (AAMFT), Kaliforniya Ailə və Evlilik Terapevtləri Dərnəyi (CAMFT), Satir Pasifik Enstitüsü və The Satir Global Networkun klinik üzvü, Beynəlxalq Ailə Terapiyası Dərnəyinin İdarə Heyəti üzvü, CATED-in isə qurucu üzvü Uzm. Sibel Usluer Erenelin rəhbərliyi ilə keçirilən “Çocuk istismarı ve şiddet görmüş çocuk”, “Aile terapisi”; İDNA Çözüm Odaklı Danışmanlık və Eğitim Merkezinin baş performans məsləhətçsi Yrd.Doç.Dr. Ozanserin rəhbərliyi ilə keçirilən “Uygulamalı spor psikolojisi”; ODTÜ Psikoloji bölümünün klinik psixoloqu Mehmet Şakiroğlunun rəhbərliyi ilə keçirilən “İyi olma hali ve tükenmişlik sendromu” təlimlərini keçmişdir. Akdeniz üniversitesi tıp fakültesi psikiyatri anabilim dalı, uzman klinik psikolog Sibel Dinç Çalışkanın “Cinsellik, Cinsel Anatomi ve Cinsel İşlev Bozuklukları” təlimini başa vurmuşdur. 2016-cı ildə keçirilən Uşaq Sağlamlığı Təlim Konfransının 3-cü toplantısında iştirak etmişdir. Rusiyada Professional Psixoterapevtik Liqanın üzvüdür.2013-2014-cü illərdə Xəzər Universitetində “Psixoloji Konsultasiya” fənnini tədris etmişdir. Rusiyada bir çox psixoloji mərkəzlərdə təlimlər keçib. Uzun illər Psixologiya və Konsultasiya Mərkəzində fərdi konsultasiyalar aparıb və işində yüksək nailiyyətlər əldə edib, hal-hazırda da Harmoniya Psixologiya Mərkəzində çalışaraq, şəxsi, ailə və iş həyatında yaranan çətinlikləri çözməyə kömək edir.

Özünüzlə tez-tez danışırsınız ?

“Düşünmək, ruhun öz-özüylə danışmasıdır”. Daxili söhbətlərdə özünüzü ələ alıb gücləndirə biləcəyiniz kimi, yıxıcı duyğuları qızışdırıb özünüzü məhv də edə bilərsiniz. Gün ərzində ağlınızdan orta hesabla 70.000-ə yaxın fikir keçir. Başqa bir tədqiqata görə daxili söhbətlərimizin 75%-nin pis, üzücü, gücsüzləşdirici olduğu bildirilir. Əslində “Daxili nitqi” artıran səbəblər çoxdur. Hər bir insan doğulduğu andan etibarən özünü və əməllərini şüurlu və şüursuz şəkildə təhlilə başlayır. Bunu etməməliydim, deməməliydim, gözləməliydim… minlərlə edilmiş hərəkətləri və onlardan sonrakı peşmanlıqlar. Əslinə baxarsanız, insan etdiyi bütün addımlardan sonra beynində uzun müddət təhlil aparır. Atdığımız addımları əlbəttə ki, təhlil etmək doğrunu yalnışdan ayırmamıza kömək olur. Əgər etdiyimiz hərəkətlərə görə biz məsuliyyət hiss etməsək, bu da cəmiyyətdə böyük bir xausa yol açar. Ancaq bəzi insanlar olan hadisələri beyinlərində çox böyüdür, beyinlərini yarana və əldən salana qədər bu hadisəni təhlil edirlər. Nəticədə də “takıntı” dediyimiz yəni bir düşüncədə ilişib qalma və o düşüncədən uzaqlaşmaqda ciddi şəkildə əziyyət çəkmək. Bu hallar bir müddət sonra o insanlarda ciddi xəstəliklərə qədər gedib çıxa bilir. Əgər bizim beynimizdən gün ərzində bu qədər çox fikir keçirsəvə biz hər düşüncəyə bu qədər ilişib qalsaq, onda beynimiz çox tez yorular və təslim olar ki, bu da ağır əsəb-sinir problemlərinə gətirib çıxarar. Əsasən fəaliyyət alanı, hobbiləri, işi və məşğuliyyəti daha az olan insanlarda daxili nitq hədsiz artır. Müqayisə etsək ki, beyni daha çox işlərlə məşğul olan insanın “boş-boş” fikirləri təhlil etməyə zamanı daha az olur. Bu tip insanlar daha səbrli və daha sakit həyat yaşayırlar. Əslində onların da özlərinə görə problemləri var, sadəcə olan hadisələri olduğu kimi qəbul edir, insanları olduğu kimi qəbul edib dəyişməməyə daha çox qəbullanmağa çalışırlar. Və əlbəttə ki o zaman problemi atlatmaq da asan olur. Orqanlarımızın içərisində beyin ən çox işləməyi sevən orqandır. Əgər beynimiz bekar qalırsa, özünə uğraşacaq alanlar axtarır və siz də beynə heç bir məşğuliyyət vermirsinizsə, beyin dəyirman daşı kimi özün üyütməyə çalışır. Nəticə etibarilə ağır nevroz və sarışan nevroz başlayır. Artıq beynə istənilmədən belə daxil olan və qovmaqda çətinlik çəkdiyiniz fikirlərin sayı gün-gündən artır və dözülməz hala gəlir. Ümumiyyətlə, terapevrik məsləhətlərdən biri stress və stressi yaradan səbəblərin azaldılması və fəaliyyət alanının genişləndirilməsidir. Gün ərzində aktivlik artan kimi daxili nitq və neqativ düşüncələrin sayı sürətlə enir. Əslində problemi başladan da bitirən də elə siz özünüz olacaqsınız. Beyninizi lazımsız fikir və yükləmələrdən azad edib, fəaliyyət dairənizi, məşğuliyyət və hobbilərinizi artırsanız, lazımsız və boş fikirlərin yerinə beyində daha canlı və pozitiv fikirlərin sayı artar.  Lalə Əhmədova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu