Anar Nağılbaz ölümündən 1 gün öncə nələr yazıb? - FOTO

Bir neçə saat öncə dünyasını dəyişən reper Anar Nağılbazın ölümü ilə bağlı suallar səngimir.  Psixoloq.az xəbər verir ki, hazırda sosial şəbəkələrdə bununla bağlı qızğın müzakirələr gedir. Dostları, yaxınları onun son zamanlar ciddi stresslər yaşadığını yazırlar. A.Nağılbaz son 24 saat ərzində sosial şəbəkədəki statuslarında hər şeyin daha yaxşı olacağı ilə bağlı fikirlər, şeirlər paylaşıb. Amma eyni zamanda daxilən nələrdəsə özünü ittiham etdiyi hiss olunur. Əsasən rus dilində paylaşdığı şeirlərin məzmunu isə aşağıdakı kimidir: “Hər şey gerçəkdən də axmaqdır. Ola bilər ki, insanın öz axmaqlığından. Amma mənimkilər həqiqi axmaqlıqdır. Yaxşısı budur, onların hamısı barədə susum”. Daha bir statusunda isə o, optimizmini itirmədiyini yazıb. Hər şeyin öz yerində oturacağına işarə edib və hər kəsə xeyir arzulayıb. Mərhum reper son 24 saatda paylaşdığı statuslardan birini isə həyat yoldaşı Aytənə həsr edib: “Aytəni sevirəm. O, mənimdir. Hər şey Ok olacaq. Sadəcə, dəstəkləyin. And içirəm, dünyanı parçalayaram. O, mənimdir. Please, məni dəstəkləyin”. Bu statusun altında gedən müzakirələrdə bəzi dostları xanımı Aytənin onu tərk etdiyini yazıblar. Amma buna qarşı çıxanlar da olub və xanımı xəstə olduğu üçün Anarın belə əhvalda olduğunu bildiriblər. Son illərdə isə A.Nağılbazın şəxsi həyatı qalmaqallarla zəngin olub. Keçmiş həyat yoldaşı ilə yaşadığı söz davası, mətbuat vasitəsilə bir-birlərinin ünvanına dedikləri ittihamlar, daha sonra reperin özəl görüntülərinin mətbuata yayılmasını bu qəbildən saymaq olar. Bir neçə il öncə isə A.Nağılbaz Çexiyanın paytaxtı Praqada mühacir həyatı yaşayıb. Amma o, daha sonra Azərbaycana geri qayıdıb. Bu barədə onun keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva da danışmışdı: “Bəli, o, ölkəni birdəfəlik tərk edib getmişdi. Lakin mənim boşanmaq istədiyimi bilincə geri döndü”. Qalmaqallı şəxsi həyatının sonunda, bu ilin 30 iyununda A.Nağılbaz gizli şəkildə evlənib. Özündən yaşca kiçik olan Aytən adlı xanımla ailə quran Nağılbaz onunla birgə Masazırdakı ata evində yaşayırdı. Yanvar ayından birlikdə olan cütlük toy etməmişdi.(musavat.com)

Ağciyər xərçəngindən ölüm halları arta bilər

Dünya Səhiyyə Təşkilatı (DST) 52 ölkədə ölüm hallarına aid məlumatlar əsasında bir sıra tədqiqatlar aparıb. Psixoloq.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə 2030-cu ilə qədər qadınlar arasında ağciyər xərçəngi səbəbindən baş vermiş ölüm hallarının 43 faiz artacağı ehtimal edilir. Tədqiqatın nəticələrinə əsasən, yüksək gəlir qrupuna aid olan ölkələrdə ağciyər xərçəngi ilə əlaqədar ölüm hallarının aşağı gəlirli ölkələrə nisbətən daha yüksək olacağı gözlənilir. DST 2015-ci ildə ağciyər xərçəngi səbəbindən təxminən 1,7 milyon nəfərin vəfat etdiyini açıqlayıb. Tədqiqatçılar, səhiyyə mütəxəssisləri və siyasətçilərin ağciyər xərçənginin sağlamlığa və iqtisadiyyata mənfi təsirlərini azaltmaq məqsədilə bu sahəyə aid qlobal strategiyaları inkişaf etdirəcəklərini bildiriblər. Mütəxəssislər tədqiqatın getdikcə geniş vüsət alan ağciyər xərçəngi haqqında maariflənmənin artması baxımından da əhəmiyyətli olduğunu qeyd ediblər.(azərtac)

"Anarın ölüm xəbərini uşaqlara necə deyəcəyimi bilmirəm"- Nağılbazın keçmiş arvadı

Azərbaycanlı reper Anar Nağılbaz gözlənilmədən vəfat edib. Psixoloq.az yenicag.az-a istinadən bildirir ki, reperin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva Nağılbazın dünyasını dəyişdiyini təsdiqləyib: "Bəli, Anarın vəfat etdiyi doğrudur. Qaraciyəri fəaliyyətini dayandırıb. Onda bu problem çoxdan var idi. Mənə qızlar zəng edib dedi. Mən də keçmiş qayınatamla danışdım. O da təsdiqlədi. Uşaqlara hələ deməmişəm. Necə deyəcəyimi bilmirəm. Hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm". Qeyd edək ki, Anarla Anjelika iki il əvvəl ayrılıb. Bu izdivacdan onların iki azyaşlı övladı dünyaya gəlib.

Anar Nağılbazın atası: Belim qırıldı... - VİDEO

Bu gün dünyasını dəyişən reper Anar Nağılbazın atası, keçmiş millət vəkili Rizvan Cəbiyev real-a açıqlama verib. Psixoloq.az-ın məlumatına görə, o, bildirib ki, Anar Nağılbaz evdə, valideynlərinin yanında dünyasını dəyişib. Rizvan Cəbiyev deyib ki, Anar Nağılbaz bir müddət əvvəl müalicə alıb: “Qara ciyəri iflas etmişdi”.

Anar Nağılbaz vəfat edib - Ölüm xəbəri təsdiqləndi

Tanınmış reper Anar Nağılbaz vəfat edib. Psixoloq.az xəbər verir ki, bu barədə bakupost-a reperə yaxın şəxslər məlumat verib. Faktı dəqiqləşdirmək üçün Anar Nağılbazın atası ilə əlaqə saxlanılıb. Rizvan Cəbiyevin telefonuna cavab verən xanım adının açıqlanmasını istəməsə də, onun ölümünü təsdiqləyib. Bildirib ki, o, stressdən vəfat edib. Əlavə edib ki, Nağılbaz bir neçə gün imiş özünü pis hiss edirmiş.

Türkiyəli məşhur xəstəliyə tutuldu— Ekranlardan uzaqlaşır

Məşhur türk ulduzu Burak Özçivit şöhrət xəstəliyi kimi tanınan “tükənmişlik sindromu”na mübtəla olub. Psixoloq.az xəbər verir ki, aktyor bir müddət ekranlardan uzaq qalmağa qərar verib. Uzun illərdir fasiləsiz işləyən Burak bu xəstəliyinə görə psixoloqa da müraciət edib. Həkimə ürəyini açan aktyor deyib: “Həyatda istədiyim hər şeyi əldə etdim. Qəhvə içmək üçün Parisə uçmuşam. Gəzmək üçün Şərqə getdim. Amma heç nədən zövq ala bilmirəm”. Bu xəstəliyinə görə müalicə olunan Buraka xanımı Fəxriyyə Evcən də dəstə çıxıb.(ölkə.az)

Daha bir azərbaycanlı məşhur bu xəstəlikdən əziyyət çəkir

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova miqren xəstəliyindən əziyyət çəkir. Psixoloq.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə paylaşım edib. O, görüntüyə "Miqren, xeyirdimi?" şərhini əlavə edib. Qeyd edək ki, miqren geniş yayılmış xəstəlikdir. Başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. 

“Porno ulduzlarını özlərinə model seçirlər” – Psixoloq seksual razılıq yaşından danışdı

Belçikada qızlar erkən yaşda cinsi münasibətdə ola biləcəklər.  Psixoloq.az xəbər verir ki, bununla bağlı ölkə qanununda dəyişiklik edilib.  1900-cü ilə qəbul edilən qanunda yaş həddi 16 göstərilirdisə, indi bu, 14-ə endirilib.  Seksual razılıq yaşı konkret şəxsin qarşı tərəflə heç bir məhdudiyyət olmadan intim əlaqədə olmaq üçün müəyyən edilən yaş həddidir. Avropa ölkələrində bu yaş həddi 14 -18 il arasında dəyişir. Bütün Avropa ölkələrinin qanunvericiliyi həm oğlan, həm də qızlara, o cümlədən heteroseksual və homoseksuallara eyni seksual razılıq yaşı müəyyən edib. Azərbaycanda isə seksual razılıq yaşı 16 hesab edilir. 16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə daxil olmaq isə cinayət işinin açılmasına səbəb olur. Qeyd edək ki, Azərbaycan Cinayət Məcəlləsinin 152-ci maddəsi (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə təqsirləndirilən şəxsin 3 il müddətində azadlıqdan məhrum edilməsi nəzərdə tutulur. Bəs cinsi münasibətə daxil olmaq yaşı hansı göstəricilərə əsasən verilir? Həqiqətən də bu yaşda olan azyaşlı mövzunun dərinliyini qavrayırmı? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoloq Xudaverdi Məmmədovun sözlərinə görə, cinsi inkişaf qızlarda oğlanlara nisbətən daha tez tamamlanır: “18 yaşına çatmış qız uşağını həddi buluğa çatmış hesab edə bilərik.  O səbəbdən də cinsi əlaqə qavrayışının formalaşmasını gözləyirik.”. Mütəxəssis, yaşdan çox fərdin bu barədə nə qədər məlumatlı olmasının vacib olduğunu bildirib: “Cinsi əlaqədə doyum və doğru əlaqə baxımından fərdin cinsi maariflənməsi əsas şərtdir”. Xudaverdi bəy, bəzilərinin porno ulduzlarına baxaraq onları özlərinə model aldıqlarından da bəhs edib. “Bir də görürük ki, partnerlər porno ulduzlarına baxaraq onları model alır və öz real cinsi həyatlarında da o cür əlaqəni tətbiq etmək istəyirlər. Bu da bir müddət sonra alınmayanda onlarda cinsi həyatdan soyuma və nəhayətində fərqli partnyorlar axtarmağa gətirib çıxarır. Nəticədə həddi buluğ yaşı cinsi əlaqə üçün vacib olsa da əsas bu mövzuda nə qədər doğru məlumatlara sahib olduqlarıdır”,-deyə psixoloq vurğulayıb. Müəllif: Şəhanə Quliyeva

Bakıda bu marşurutun hərəkət sxemi dəyişdi

125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunur ki, dəyişikliyə əsasən 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə yeni mənzillərin verildiyi yaşayış binasınadək hərəkət edirlər.(publika.az)

İstirahət gününə olan hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 24-26°, gündüz 28-33° isti, Bakıda gecə 24-26°, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək . Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Abşeronun cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olması tövsiyə olunur. Azərbaycanın əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti təşkil edəcək.

Səhiyyə Nazirliyində yoxlama: Anbarlarda artıq dərman qalıb...

Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2016-cı il fevralın 1-dən bu il yanvarın 1-dək olan dövrdə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib. Palatanın mətbuat xidmətindən  verilən məlumata görə, auditlə əhatə olunan dövrdə hər ilin sonuna mərkəzin anbarında olan böyük məbləğdə dərman qalığı proqnozlaşma zamanı nəzərə alınmayıb, mərkəzləşdirilmiş qaydada alınmış dərman vasitələrinin bölgüsü zamanı mütənasiblik gözlənilməyib, bəzi hallarda dərman preparatlarının və tibbi ləvazimatların yararlılıq müddəti nəzərdə tutulduğundan aşağı olub. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarət həyata keçirilib, bununla yanaşı 2016-cı və 2017-ci illərdə alınmış bir qisim dərmanların qiyməti tənzimlənməyib. Dövlət Proqramları üzrə nəzərdə tutulan tədbirlər əsasən icra edilib, lakin şəkərli diabet xəstəlikləri üzrə bəzi tədbirlərin icrası tam və müəyyən olunmuş müddətdə təmin olunmayıb, dövlət proqramları və tədbirləri üzrə həyata keçiriləcək tədbirlərin aralıq və son nəticələrinin qiymətləndirilməsi üçün kəmiyyət və keyfiyyət göstəriciləri, eləcə də monitorinqlərin aparılması mexanizmi müəyyən edilməyib. Hesablama Palatasının kollegiyası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Səhiyyə Nazirliyinin innovasiya və Təchizat Mərkəzinə, eyni zamanda, auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilib. Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib. Qeyd edək ki, məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.(xezerxeber)

Tibb dünyası ŞOKDA: Yuyulmamış meyvədən uşağın beyninə qurd düşdü

Səkkiz yaşlı qızın beyninə qurd düşüb. Psixoloq.az yenicag.az-a istinadən xəbər verir ki, buna səbəb çoxlu yuyulmamış meyvə, tərəvəz yeməsi olduğu bildirilib.Belə ki, qızın 6 ay güclü başağrıları, epilpeptik tutmaları olub və sonradan yerimə qabiliyyətini də itirib.Qurqaon xəstəxanasına yerləşdirilən qızın başı Komputer Tomoqrafiyası eidldikdə beynində soliter yumurtalar aşkarlanıb. Bildirilir ki, bağırsaqlardan qan vasitəsilə beyinə çıxan qurdlar orda yumurtlayıb.Təcili olaraq parazit əleyhinə müalicə başladılıb. 2 ay sonra uşaq sağalmağa doğru gedib.