Pandemiya psixologiyası: pandemiya zamanı qoruyucu davranışlar. Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti Ceyhun Aliyevin “Pandemiya psixologiyası: pandemiya zamanı qoruyucu davranışlar” yazısını təqdim edirik. Pandemiya sözü qədim yunan dilində olan pan (bütün, hamı) və demos (xalq) sözlərindən yaradılmışdır. Bəşər tarixinin müxtəlif dövrlərində koronavirus kimi pandemiya halında yayılmış olan müxtəlif yoluxucu xəstəliklər olmuşdur. Misal olaraq “qara vəba”, “xolera”, “ispan qripi”, “Honq Konq qripi”, “donuz qripi”, “HİV/AİDS” kimi pandemiyaları nümunə göstərə bilərik. 11 fevral 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı bir il öncə Çinin Uhan şəhərində qeydə alınmış koronavirus adı altında yayılmış xəstəliyin rəsmi adını açıqladı. Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasının COVİD-19 adlanması ingilis dilindən “corona” (tac), “virus” və “deases” (xəstəlik) sözlərinin baş hərflərinin birləşdirilməsindən alınmışdır. 19 rəqəmi isə xəstəliyin qeydə alındığı 2019 - cu ili bildirir. Apardığımız müşahidələr, eləcə də, kütləvi informasiya vasitələrinin təqdim etdiyi materiallar göstərir ki, xəstəlikdən uzaq olmaq üçün insanların bir qrupu qoruyucu davranışlara əməl etdiyi halda digər qrupu buna əməl etmir, nə qoruyucu vasitələrdən istifadə edir, nə də fəaliyyət və gündəlik həyat tərzində heç bir məhdudiyyətə məhəl qoymurlar. Bəzi adamlar günlərlərlə evdən çölə çıxmadıqları halda, digərləri dostları ilə görüşür, ailə və qohumları ilə bir yerə yığışaraq məclislər keçirir, əylənirlər. Sual olaraq qoyduğumuz məsələ belədir; niyə bəzi insanlar pandemiya zamanı qoruyucu davranışlara uyğun hərəkət edir, digərləri isə buna əməl etmirlər? Bu yazıda qısa da olsa pandemiya ilə bağlı qoruyucu davranışların fərdi-psixoloji və sosial-psixoloji təhlilini verməyə çalışacağıq. Yoluxucu xəstəliklərdən qorunmaq üçün tətbiq edilən qoruyucu, yaxud profilaktik davranışlar təxminən eyni olmuşdur. Buraya əlləri tez-tez yumaq və ya dezinfeksiya etmək, tibbi maska taxmaq, ev əşyalarını və paltarları dezinfeksiya etmək, yataq ağlarını tez-tez dəyişdirmək, öskürüb-asqırarkən ağız-burunu dəsmalla tutmaq, yerə tüpürməmək, ünsiyyətdə olarkən bir-birinə yaxın getməmək,əl-ələ görüşməkdən, yaxud öpüşməkdən uzaq olmaq, siqaretdən və ya spirtli içkilərdən imtina etmək, izdihamlı yerlərdən uzaq olmaq, zəruri ehtiyac olmadan evi tərk etməmək, evin havasını tez-tez dəyişmək, sağlam və ya təbii qidalanma, sağlamlaşdırıcı idmanla məşğul olmaq və s. Pandemiya zamanı insanları sağlam davranışa yönləndirən səbəblər arasında aşağıdakıların daha çox müşahidə olunduğu qənaətindəyik: Yaş faktoru. Müşahidələr göstərir ki, yaşlılar gənclərlə müqayisədə daha çox ehtiyatlı hərəkət edir və qoruyucu davranışlara əməl edirlər. Yaşlıların pandemiyanı ciddiyə alma səbəbləri KİV- də yaşlı insanların immun sistemlərinin zəifliyi nəticəsində virusa qarşı müqavimətlərinin zəif olmaları haqqında edilən xəbərdarlıq, cavanlara nisbətən XX əsrdə baş verən bəlalardan (pandemiyalardan) və nəticələrindən daha çox xəbərdar olmaları, onlarda can sevgisinin güclü olması, daha böyük həyat təcrübəsinə malik olmalarıdır.Dini inanc faktoru. Bu məsələdə dini inanc öz təsirini göstərir. İnanclı insanlar heç bir şeyin Allahın iradəsindən kənarda baş vermədiyinə inandıqları səbəbindən ölümü əcəl kimi qavrayır və onun Allahın hökmü ilə gerçəkləşdiyini qəbul etdikləri üçün qoruyucu davranışlara o qədər də əməl etmirlər. Belə yanaşma tərzi müxləlif yaş həddində olan inanclı insanlar arasında heç də birmənalı qəbul olunmur.Cins fərqi. Qadınlar kişilərə nisbətən qoruyucu davranışlara daha çox meyillidirlər və başqalarının da bu cür qoruyucu davranışlara riayət etmələrini təkidlə israr edirlər. Bu meyil daha çox cinsi mənsubiyyətdən, qadın fəhmindən və analıq hissindən qaynaqlanır. Qadınların emosional, həssas və həyata daha çox bağlı olmaları ən əsası isə onlarda evi, ailəni və övladı qorumaq onların sağ və salamat qalmasını təmin etmə qayğısının daha yüksək olması ilə əlaqəlidir. Ailəcanlılığı ilə seçilən azərbaycanlı beyni ailə qayğıları ilə bağlı fasiləsiz olaraq, ətraf aləmdən informasiyanı alır və təhlil edir. Ona görə də yolxucu xəstəliklər olduğu halda, qadınlar arasında qoruyucu davranışa əməl etmə daha çox müşahidə olunur.4. Savadlı olmaq. Bilənlə bilməyən eyni anlamda olmaz! Daha çox savadlı, daim mütaliə edən, çox saylı müşahidələr nəticəsində zəngin həyat təcrübəsinə malik olan və səhiyyə mədəniyyəti yuxarı olan insanların pandemiya zamanı qoruyucu davranışlara meyil etmələri daha yüksəkdir. 5. Xarakter fərqi. Həyəcanlı insanlar pandemiya zamanı qoruyucu davranışlara daha çox əməl edir, verilən tövsiyə və qadağalara uyğun hərəkət edirlər. 6. Rəsmi dairələrə güvənmək və etibar etmək. Rəsmiyyətə, yəni, idarəetmə strukturlarına, eləcə də, səhiyyə sisteminə, o cümlədən həkimlərə güvənən, onlara inanan və etibar edən insanlar digərləri ilə müqayisədə verilən tövsiyələrə və məsləhətlərə riayət edərək qoruyucu davranışlara daha çox əməl edirlər. 7. Xəstəliyin nə dərəcədə ciddi olduğuna inanmaq. Yayılmış olan yoluxucu xəstəliklə bağlı bildiklərimiz bilmədiklərimizdən çox azdır. Bu baxımdan bəzi insanlar korona virusun törədəcəyi fəsadları ciddiyyətə almadıqları üçün qoruyucu davranışlara da əməl etmirlər. Amma bunun əksinə xəstəliyə həssaslıq göstərən və xəstəliyi tam ciddiyyəti ilə qəbul edən insanların, həqiqətən, qoruyucu davranışlara riayət etdikləri diqqəti cəlb edir. 8. Sağlamlıq inancına malik olmaq və qoruyucu davranışın faydalarına inanmaq. Inanclar insanın davranış, fikir və hissini hərəkətə gətirən psixoloji qüvvədir. Sağlamlıq inancı ilə yaşayan insanlar qoruyucu davranışların faydalı olduğuna inandıqları üçün onları həyata keçirməkdə maraqlı olurlar. 9. Profilaktikanın müalicədən daha cox səmərəli və daha az xərc tələb etdiyinə inananlar. Bu fikir hamı tərəfindən qəbul edilir ki, həqiqətən, xəstəliyin profilaktikasına çəkilən xərc onun müalicəsinə ayrılan xərcdən çox az olur. Bu fikirlə razılaşan və ona inanan şəxslər qoruyucu davranışlara daha ciddi əməl edirlər. Digər tərəfdən iynədən, dərmandan çəkinən şəxslər də qoruyucu vasitələrdən çox istifadə edir və adekvat davranışlara daha çox əməl edirlər. Maddi təminatın zəif olması da insanları daha ehtiyatlı olmağa və qoruyucu davranışlara əməl etməyə sövq edir. 10. Qoruyucu davranışa keçid. Pandemiyanın çoxalması xəbərinin yayılması ilə qoruyucu davranışa keçən adamların sayının artması arasında bir müsbət korrelyasiya müşahidə olunur. Bir qayda olaraq insanlar potensial simptomlarla qarşılaşdıqda qoruyucu davranışa dərhal başlayırlar. Amma bəzən bu gec ola bilər. “Daldan atılan daş topuğa dəyər” misalında olduğu kimi. COVID-19 ilə qoruyucu davranışa (yəni mümkün simptomların yaşanması) başlamaq çox gec ola bilər. Bunu nəzərə alaraq, insanları qoruyucu davranışlara təşviq etmək üçün KİV müvafiq işləri görməli, preventiv tədbirlərə əməl etmədikdə insanların COVID -19-a yoluxa biləcəkləri vurğulanmalıdır. Bu pandemiyanın həm də fərqli sosial-psixoloji tərəfləri var. Onun tüğyan etdiyi ərəfədə insanların evdən çölə çıxmaması tövsiyə olunur. Belə olduğu halda -ailədə və ya evdə şəxsiyyətlərarası münasibətlərin düzgün tənzim olunması, bir-birinə qarşı daha həssas olması tələbatı yaranır. Xüsusilə, nəzərə aldıqda ki, pandemiya faktının özü dərk olunan və dərk olunmayan səviyyədə insanların əhvalına, fikir, hiss və hərəkətlərinə öz təsirini göstərəcək. Ona görə də əlavə gərginliyin qarşısını almaq üçün şəxsiyyətlərarası münasibətlərə diqqət yetirmək, onun tənzimlənməsinə çalışmaq lazımdır. Şəxsiyyətlərarası qarşılıqlı münasibətlər elə qurulmalıdır ki, onlar insanın sağlamlığına müsbət təsir göstərsin. Bu düzgün qurulmadıqda insanların sağlamlığı, o cümlədən psixi və psixoloji sağlamlığı ciddi zərər görür. Tibb elminin banisi Əbu Əli İbn Sina yazırdı ki, mənəvi faktor, ilk növbədə, xarakterin müvazinətli olması sağlamlıq və xəstəliyin ən mühüm şərtidir. İnsanlar birmənalı şəkildə qəbul etməlidirlər ki, sağlamlıq və xəstəlik insanın davranış və düşüncəsi ilə əlaqəli olan məsələdir. Beləliklə, COVİD – 19 pandemiyası ilə bağlı yaradılan operativ qərargah, eləcə də, bütün dövlət rəsmiləri, KİV sosial siyasətdə dürüstlük, şəffaflıq və qayğıkeşlik kimi psixoloji xüsusiyyətlər hesabına özlərinə etimad, güvən və inam hissini daha da dərinləşdirməlidirlər. Bir məsələni də KİV–in nəzərinə çatdırmaq lazımdır ki, bu problemlə bağlı əhalini panikadan uzaq tutmaq üçün hər bir ölkə üzrə həmin xəstəlikdən ölən və xəstələnənlərin sayını dedikdə həmin ölkədə yaşayan əhalinin ümumi sayı da təqdim olunsun. Bizcə bir statistika insanlara müqayisə etmək imkanı verir. Bu da əsassız olaraq insanların panikaya düşməsinin qarşısını alır. Əks təqdirdə əhali sayı az olan ölkə vətəndaşlarının ölüm və xəstələnmə sayını ifadə edən rəqəmin əhalinin ümumi sayından təcrid olunmuş şəkildə eşitmələri açıq şəkildə panikaya yol aça bilər. Yuxarıda qeyd etdiyimiz qoruyucu davranışların - pandemiya ilə bağlı narahatlıqdan qurtulmağın rasional yolu olması əhaliyə çatdırılmalıdır. İnanclı insanlara isə “Allaha təvəkkül et”, amma “qul” tədbiri olaraq qoruyucu davranışa əməl etmək tövsiyəsi verilməlidir. COVID-19 –a pandemiya kimi yox, bir sınaq dövrü kimi baxın. Pandemiya ərəfəsində valideynlərin çəkməli olduğu qayğılardan biri uşaqların psixi sağlamlığını qorumaqda onlara kömək etməklə bərabər, onları inkişaf içində tuta bilməkdir. Ümid edirik ki, məqalə əhalimizin pandemiyadan qorunmaqla bağlı hazırlıq səviyyəsinin yüksəlməsinə müəyyən qədər də olsa faydalı olacaqdır.
Psixoloq.az xəbər verir ki tanlnmış həkim reanimatoloq Şahin Məmmədov koronovirusdan qorunmaq üçün diqqət yetirməli olduğumuz məqamlarla bağlı özünün sosial hesabında paylaşım etmişdir.Həmin yazını oxuyucularımıza olduğu kimi təqdim edirik. Əl ilə üzə toxunmaq virusa yoluxmamaq üçün etdiyiniz bütün tədbirləri məhv edir.Amma demək olar ki bütün insanlarda vərdiş var. Mütləq gündə 50-60 dəfə üzümüzə toxunuruq. Özümüzdən asılı olmadan. Bəzi insanlarda isə xususi tiklər var, məsələn lazımsız yerə danişdıqca qaşına, toxunur, gözünü sanki silir, bəziləri isə yanağını qaşıyır ya dirnağını yeyir və s.Bəzi məsləhətlər verim, bunları etsəniz əl ilə üzünüzə toxunmaq ehtimalınız azalacaq. 1. Nəyə görə və üzün hansı nahiyəsinə toxunursuzsa əvvəlcə bunu müəyyənləşdirin. Qaşınmaniz varmi? Ya gözlərinizdən yaş axırmi? Burun axirmı və s. Bunları dedim ki bəlkə toxunmaga məcbursuz. Əgər belədirsə üzə kağız salfet ya təmiz qulaq çöpləri ilə toxunun. 2. Sizdə sadəcə vərdişdirsə evdə və işdə bütün divarlara, stolların üzərınə ÜZÜNƏ TOXUNMA! yazıb yapışdırın.İş yoldaşlarınızdan və ailə üzvlərindən xahiş edin sizə bunu tez tez xatırlatsınlar.Divanda oturarkən əllərinizin üzərində oturun. Əgər səbəbsiz yerə əliniz mütləq üzünüzə gedirsə həmin vaxt qolunuza toxunmaqla, qolunuzu sığallamaqla özünüzü "sakitləşdirin".Telefonda müxtəlif xatırlatma proqramları var. Onu yükləyin və elə quraşdırın ki hər saat sizə bildiriş gəlsin: Üzünə, sifətinə, ağzına, burnuna TOXUNMAAA!!)Telefon demişkən onu da üzünüzə toxundurmayın. Danışmaq üçün qulaqcıqlardan istifadə edin.
Psixoloq.az xəbər verir ki,tanınmış rejissor Samir Kərimoğlu özünün sosial hesabında paylaşım edərək ideya müəllifi olduğu və hər kəs tərəfindən sevilən "Xoxan" filminin,bu gün premyerası olan Xoxanlar filmi ilə heç bir əlaqəsi olmadığının eləcədə obrazları və adlarını istifadə etməklə "lar" şəkilçisi artırmaqla orijinal adın dəyişməsinə dəlalət etmədiyini bildirib.Rejissor müəllif hüquqlarını pozan "Xoxanlar" filmini«Müəllif hüququ və Əlaqəli Hüquqlar haqqında »Azərbaycan respublikasının qanunu əsasında müəlliflik hüquqlarını qorumaq məqsədi ilə məhkəməyə müraciət olunacağını bildirib. Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik Bu günCasian Creative iab' istehsali'Xoxan'lar filminin primerası idi Bu filmin- 2014 ci ildə Azərbaycan kinoməkanında kommersiya filmlərinin ilki olan,tamaşıcılar arasında boyük ajiotaja səbəb olaraq ən cox gəlir gətirən,yaradıcı insanlarda güvən yaradaraq kommersiya filmlərin istehsalına stimul verən ,prodüserləri Zaur Mirzəzadə və Orxan Mərdan (müəllif grupuna daxil olan quruluşcu operator Soltan Abdullayev,quruluşcu rəssam Səbuhi Atababayev) Quruluşcu rejissoru və ən əsası ideya müəllifi mən olan 'Xoxan filmi ilə ,eyni obrazları (və obrazların adlarını) istifadə etməklə və filmə eyni adı qoymaqla (lar şəkilçisi orjinal adın deyişməsinə dəlalət etmir) müəlliflik hüququmuzu pozan 'Xoxan'lar filminin hec bir əlaqəsi yoxdu. Bununla bağlı«MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLAR HAQQINDA»AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUəsasında müəlliflik hüquqlarını qoruma məgsədi ilə məhkəməyə müraciət olunacaq.Mənbə:Psixoloq.az Xəbərə istinad etməniz xahiş olunur
Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar verib. Psixoloq.az Reyting.az a istinadən xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.Qərarla dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib: - şagird sayı 1 000-dək olduqda, 1 vahid; - şagird sayı 1 000-dən 3 000-dək olduqda, 2 vahid; - şagird sayı 3 000-dən çox olduqda, 3 vahid. Qeyd olunub ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur. psixoloq.az
Psixoloq.az xəbər verir ki,koronovirusla bağlı xəbərlərin,qiymət artımlarının insan psixikasına mənfi təsiri psixoloqları narahat etməyə başlayıb.Belə ki bu qiymət artımlarının psixoloji konsultasiyaların qiymətlərinə təsir edəcəyini düşünən Psixoloq Vüsalə Əmiraslanova özünün sosial hesabında paylaşım edərək psixoloji işi vicdan məsələsi adlandıraraq bu sahədə fəaliyyət göstərən hərkəsi qiymətllərdə dəyişim etməməyə səsləyib.Paylaşımı sizlərə təqdim edirik: Bu "koronavirus "adlı xəstəlikdən hərə bir cür istifadə edir .Mən bu məsələyə başqa cür yanaşmaq istəyirəm .Heç nə yox "maska ,spirt" satışı artdı,hətta bahalaşdı .Amma ən pisi bilirsiz nədi? Güc bəla ilə "panik "atakları ,sayrışan nevrozları duzəldirdik ,fobiyalar azalırdı. İndi isə olan olmayan hamı təşvişə düşüb .Bizim işimiz həm artıb ,həm çətinləşib .Amma inşallah ki ,bu sahədə qiymətlər qalxmaz .Psixoloji iş vicdan məsələsidi .Bunu qoruyaq inşallah . Psixoloq.az
Psixoloq.az xəbər verir ki, Psixoloq Elnarə İsazadə özünün sosial şəbəkkə hesabında Kişilər haqqında maraqlı paylaşım etmişdir.Həmin paylaşımı sizlərə təqdim edirik 1. Hər kəs qadınların daha tez aşiq olduğunu düşünür. Lakin aparılan araşdırmalar sübut edib ki, kişilər qadınların düşündüyündən daha sürətlə aşiq olurlar. 2. Kişilər təbii gözəlliyi olan qadınları həddən artıq makiyajlı qadınlardan üstün tutur. 3. Aşiq olan kişi duyğularını paylaşır, sevgilisini güldürməyə çalışır, onu qucaqlayıb öpməkdən əsla çəkinmir. Qısası, sevgilisinə daha çox sevgi dolu davranır.4. Kişilər münasibətdə ilk “səni sevirəm” deyən tərəf olmaqdan çəkinmirlər. Araşdırmalara görə, kişilərin 66 faizi bu mövzuda olduqca açıqdır.5. Yalnız qadınlar deyil, kişilər də onlara kompliment deyilməsini çox sevirlər.6. Kişilərin bir qadınla münasibəti ola-ola digər qadınları fiziki olaraq cazibədar hesab etmələri bir həqiqətdir. Ancaq bu vəziyyət onlarla yaxından maraqlandıqları mənasını vermir.Psixoloq.az
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb.İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb. Psixoloq.az bildirir ki,məsələ ilə bağlı Psixoloq Vəfa Əkbər Sonxeber.az a danışıb.O, bildirib ki, insanın imtahanlarda yüksək bal toplaması və yaxud hansısa bir təbəqədə olması özünə qəsd etməməsinin göstəricisi deyil, yəni emosional məsələdir: "Bu İQ deyil, EQ səviyyəsinin göstəricisidir. Orada artıq zəif və həssas məsələlər var. Həmin vaxt o insan sadəcə öz qəlbinin və daxili aləminin səsini hayqırmaq istəyib. Burada problem bu gəncin özünü niyə dənizə atması yox, bir gənc insanın niyə canına qıymasıdır. Əgər qız orada tək olsaydı, deyərdik ki, qarşılıqsız sevgi var və sairə. Amma iki sevgilinin bu addımı atması artıq bu ailələri, orta nəsli düşündürməlidir ki, qərarlara hörmətlə yanaşmaq, övladlardan gözləntiləri həddindən artıq yüksək tutmamaq lazımdır. Söhbət o gözləntilərdən gedir ki, sırf o uşaqlar ona tabe olacaqdır. Burada məsələ o insanın özünün dənizə atmasından çox, bir gənc insanın niyə canın qıymasıdır. Bu da ondan ibarətdir ki, artıq o canının sevdiklərinin gözündə dəyərinin olmaması düşüncəsinin yaradılmasıdır. Əksər hallarda bu şəxsi ərazimizə daxil ola bilən ilkin insanlar, valideynlərimiz və bacı-qardaşlarımızdır". Psixoloq qeyd edib ki, insan ailə problemləri yaşasa da, onların fikirləri ilə razı olmasa belə həmişə o insanlardan dəstək görmək istəyir:"O insanların dəstəyi əslində onun sevgisinin daxili təsdiqidir. Əgər bir insan lazımlı olmadığı düşüncəsinə gətirilib çıxarılırsa, yəni sənin istəklərin önəmli deyil, əsas bizim üçün bizim istəklərimizdir və sən bizim artıq alətimizsən düşüncəsi yaradıla bilirsə, həmin insan özünün yaşam mahiyyətini itirir. Hətta, əks cins tərəfindən sevilmiş olsa belə, o yenə də mahiyyətini itirmiş zənn edir və bir növ doğmalarını cəzalandırmaq istəyir". Psixoloq bildirib ki, bəlkə də bu birbaşa özünə qəsd etmək deyilmiş, sadəcə güvənibdir ki, yanında sevgilisi var və o xilas olunacaq:"Nəticə etibarı ilə də bu onun canı bahasına başa gəlmiş oldu. Gənclərimiz bilməlidir ki, insan heç bir problemə görə canına qəsd etməməlidir. Bu EQ səviyyəsi zəif olan insanlardır ki, əksər hallarda emosionallıqları çoxdur. Onlar özlərinə nəzarət edə bilmir və onun qurbanına çevrilirlər. Əslində insan dəyərlərini birinci öz çevrəsində formalaşdırmalıdır. Özü üçün özü dəyərli olmalıdır. İnsan nəyin bahasına olursa olsun, çarəsiz vəziyyətdədirsə, bunun üçün mütləq şəkildə peşəkar dəstək almalıdır". Fəridə Ağazadə sonxeber.az
Azərbaycanda məktəbli qızlar arasında abort faktları yenə də qalmaqdadır. Psixoloq.az yenigundem.az a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, 2018-ci ildə 15-17 yaşlı məktəbli qızlar arasında abortların sayı 40 nəfər təşkil edib. Təhsil eksperti Kamran Əsədov sayta açıqlamasında bildirib ki, 2009-cu ildə qəbul edilən təhsil haqqında qanuna görə, 6 yaşından 17 yaşına qədər bütün şagirdlər icbari təhsil almalıdırlar. Söhbət zamanı Kamran Əsədov bir maraqlı məqama da toxunaraq bildirdi ki, valideynlərimizin yalnız 17 faizi ali təhsilə sahibdir. 83 faiz valideyn isə orta təhsilli sayılır. Onlar inkişaf dövrlərində övladlarına dəstək ola bilmirlər. Bu da onların məlumatsız olmasından irəli gəlir. Bu kimi problemlərin aradan qaldırılması üçün orta ümumtəhsil müəssisələrimizdə biologiya, anatomiya, eyni zamanda həyat bilgisi fənlərinin daxilində şagirdlərə cinsi mövzuda məlumat verilsin. Bu məlumata sahib olan şagird öz bədənini tanıyacaq və gələcəkdə cinsi istismara məruz qalmayacaq. Təhsil ekperti bu sahədə mütəxəssis çatışmazlığından da ciddi narahat olduğunu bildirib. Hər bir orta ümumtəhsil müəssisələrində psixoloqların öhdəliyinə düşən əsas vəzifələrdən biri də budur ki, hər bir şagirdə fərdi qaydada izahlı şəkildə ətraflı məlumat verilsin.
1 oktyabr 2018-ci il tarixində Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Ağcabədi rayon E.İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbin informatika müəllimi Fərzəliyev Dəyanətin "Gələcəyimizi qoruyaq" adlı layihəsinin II mərhələsinin icrasına başlanılıb. Layihənin ikinci mərhələsi çərçivəsində məktəb psixoloqları üçün Qarabağ Autizm Reabilitasiya Mərkəzinin psixoloqları tərəfindən təlimlərin keçirilməsinə başlanılıb. "Gələcəyimizi qoruyaq" layihəsinin əsas məqsədi Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən 51 nəfər məktəb psixoloqlarının işinə dəstək verməkdir. 24 sentyabr 2018-ci il tarixində Ağcabədi Rayon Təhsil şöbəsinin AKT zalında layihənin açılış mərasimi olmuşdur. Tədbirdə Ağcabədi Rayon Təhsil şöbəsinin müdiri, psixoloqu və digər əməkdaşları, Rayon məktəb direktorları, şəhər məktəblərinin psixoloqları, Qarabağ autizm reabilitasiya mərkəzinin psixoloqları və digər qonaqlar iştrak etmişdirlər. Açılışda layihənin məqsədi və qarşıda duran vəzifələr haqqında iştrakçılara ətraflı məlumat verilmişdir. Tədbir zamanı iştrakçılar tərəfindən verilən suallar cavablandırılmış, təklif və rəylər nəzərə alınmışdır. Layihənin icra müddəti 3 aydır. Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib. Mənbə:arti.edu.az
Psixoloq.az xəbər verir ki,tanınmış uşaq psixonevroloqu dr.Təranə Quliyeva özünə məxsus sosial hesabında Enurezlə bağlı maraqlı animasiya tanıtım çarxını izləyicilərinə təqdim etmişdir. Dr Təranə Quliyeva Enurez haqqında bəhs edən videoanimasiyada uşaqlarda bu halın bir çox hallarda qorxudan,şüuraltı hansısa narahatçılıqdan,ailə münasibətlərində yaranan hər hansı bir konfliktdən və ya qorxulardan yarana bildiyini vurğulayıb.Mütəxəssis valideynlərə uşaqlarında Enurez hallarınn müşahidəsi zamanı uşağı danlamamağı,tənqid edərək şəxsiyyətini əzməməyi və bu durumun yaranma səbəblərini araşdırmaq və müalicə etmək üçün acilən Uşaq Nevroloquna müraciət etmələrinin zəruri olduğunu bildirib.Həmin Video animasiyanı sizlərə təqdim edirik. Psixoloq.az
İstedadı, musiqi duyumu, səs tembri ilə bir çox Azərbaycanlı müğənnini qısqandıran milyonların sevimlisi Yıldız Tilbənin Azərbaycan şou-biznesi tərəfindən sevilmədiyi son günlər müzakirə mövzusudur. Hətta xüsusi səs və vizual effektlərlə tamaşaçı zövqü korlamaqla məşğul olan bir neçə müğənninin türk pop starı Yıldız Tilbəyə qarşı el şənliklərində əks- təbliğat apardığı haqda söhbətlər dolaşır. “Yenigundem” e Xüsusi mənbələrdən verilən məlumata görə, türk müğənninin Bakıda konsertinin baş tutmaması üçün hətta batil inanclara müraciət edən məşhurlarımız da var. Belə ki, yaxın günlərdə müğənninin Bakıda baş tutacaq konsertinə mane olmaq üçün yerli müğənnilərimizdən birinin cadu etdirdiyi deyilir.Bütün səylərə baxmayaraq, Yıldız Tilbə Azərbaycana gəlməkdə israrlı olduğunu, Azərbaycanı və Azərbaycandakı pərəstişkarlarını çox sevdiyini bildirir. Onun azərbaycanlı pərəstişkarları qarşısında konsert verməsinə mane olmağa çalışan həmkarının adını tədbirdə açıqlanacağı bildirilir. Qeyd edək ki, sevilən müğənninin gözlənilən konsertinə biletlər şəhərimizin kassalarında və iticket.azsaytından onlayn satılır. Türkiyənin Çizgim Event-Noya Yapım şirkətinin təşkilatçılığı ilə 13 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıda təşkil olunacaq konsertə Bakıda da böyük maraq var. İlk dəfə Azərbaycana gələn müğənni Bakı Kongres Mərkəzində təşkil olunacaq konsertdə ifası üçün xüsusən həyəcanlıdır. Təbriz Məhərrəmoğlu
Psixoloq.az xəbər verir ki, tanınmış Psixonevroloq həkim Leyla Şahbazova özünə məxsus sosial hesablarında maraqlı layihə başladaraq sosial mesaj verməklə, musiqi zövqünün korreksiyası üçün diqqətləri opera musiqisinə çəkmişdir.Belə ki,"Dinlədiyiniz musiqi sizdən danışır" adlı hazırlanmış video paylaşımında dahi bəstəkar Fikrət Əmirovun Sevil Operasından Dilbərin Ariyası səslənmişdir.Paylaşım sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdır.Layihə ilə bağlı Psixoloq.az a açıqlama verən Dr.Leyla Şahbazova son zamanlarda gündəmi zəbt edən bayağı musiqilərin və eləcədə dinləyiciyə çatdırılan bu musiqilərin zamanla insan zövqünü korlamaqla yanaşı psixikaya mənfi təsirlərinin çoxluğundan danışıb.Həkim , insanların dinlədikləri musiqinin onların intelekt səviyyəsinin , hansı səviyyədə olduğunu göstərdiyini qeyd edib.Psixonevroloq klassik və opera musiqisinin insan psixikasında psixoterapevtik əhəmiyyətə malik olduğunu vurğulayıb Həmin video paylaşımı sizlərə təqdim edirik. Psixoloq.az