"Gələcəyimizi qoruyaq" layihəsinin ikinci mərhələsinə start verilib

1 oktyabr 2018-ci il tarixində Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Ağcabədi rayon E.İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbin informatika müəllimi Fərzəliyev Dəyanətin "Gələcəyimizi qoruyaq" adlı layihəsinin II mərhələsinin icrasına başlanılıb. Layihənin ikinci mərhələsi çərçivəsində məktəb psixoloqları üçün Qarabağ Autizm Reabilitasiya Mərkəzinin psixoloqları tərəfindən təlimlərin keçirilməsinə başlanılıb. "Gələcəyimizi qoruyaq" layihəsinin əsas məqsədi Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən 51 nəfər məktəb psixoloqlarının işinə  dəstək verməkdir. 24 sentyabr 2018-ci il tarixində Ağcabədi Rayon Təhsil şöbəsinin AKT zalında layihənin açılış mərasimi olmuşdur. Tədbirdə Ağcabədi Rayon Təhsil şöbəsinin müdiri, psixoloqu və digər əməkdaşları, Rayon məktəb direktorları, şəhər məktəblərinin psixoloqları, Qarabağ autizm reabilitasiya mərkəzinin psixoloqları və digər qonaqlar iştrak etmişdirlər. Açılışda layihənin məqsədi və qarşıda duran vəzifələr haqqında iştrakçılara ətraflı məlumat verilmişdir. Tədbir zamanı iştrakçılar tərəfindən verilən suallar cavablandırılmış, təklif və rəylər nəzərə alınmışdır. Layihənin icra müddəti 3 aydır. Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib. Mənbə:arti.edu.az

Tanınmış uşaq psixonevroloqu Təranə Quliyeva Enurezlə bağlı sosial marifləndirmə başlatdı-Video

Psixoloq.az xəbər verir ki,tanınmış uşaq psixonevroloqu  dr.Təranə Quliyeva özünə məxsus sosial hesabında  Enurezlə bağlı maraqlı animasiya tanıtım çarxını izləyicilərinə təqdim etmişdir. Dr Təranə Quliyeva  Enurez haqqında bəhs edən videoanimasiyada uşaqlarda bu halın bir çox hallarda qorxudan,şüuraltı hansısa narahatçılıqdan,ailə münasibətlərində yaranan hər hansı bir konfliktdən və ya qorxulardan yarana bildiyini vurğulayıb.Mütəxəssis valideynlərə uşaqlarında Enurez hallarınn müşahidəsi zamanı uşağı danlamamağı,tənqid edərək şəxsiyyətini əzməməyi və bu durumun yaranma səbəblərini araşdırmaq və müalicə etmək üçün acilən Uşaq Nevroloquna müraciət etmələrinin zəruri olduğunu bildirib.Həmin Video animasiyanı sizlərə təqdim edirik.   Psixoloq.az 

Şok, Şok, Şok! Hansı Azərbaycanlı müğənni türk pop starı Yıldız Tilbeyə cadu edib?

İstedadı, musiqi duyumu, səs tembri ilə bir çox Azərbaycanlı müğənnini qısqandıran milyonların sevimlisi Yıldız Tilbənin Azərbaycan şou-biznesi tərəfindən sevilmədiyi son günlər müzakirə mövzusudur. Hətta xüsusi səs və vizual effektlərlə tamaşaçı zövqü korlamaqla məşğul olan bir neçə müğənninin türk pop starı Yıldız Tilbəyə qarşı el şənliklərində əks- təbliğat apardığı haqda söhbətlər dolaşır. “Yenigundem” e Xüsusi mənbələrdən verilən məlumata görə, türk müğənninin Bakıda konsertinin baş tutmaması üçün hətta batil inanclara müraciət edən məşhurlarımız da var. Belə ki, yaxın günlərdə müğənninin Bakıda baş tutacaq konsertinə mane olmaq üçün yerli müğənnilərimizdən birinin cadu etdirdiyi deyilir.Bütün səylərə baxmayaraq, Yıldız Tilbə Azərbaycana gəlməkdə israrlı olduğunu, Azərbaycanı və Azərbaycandakı pərəstişkarlarını çox sevdiyini bildirir. Onun azərbaycanlı pərəstişkarları qarşısında konsert verməsinə mane olmağa çalışan həmkarının adını tədbirdə açıqlanacağı bildirilir. Qeyd edək ki, sevilən müğənninin gözlənilən konsertinə biletlər şəhərimizin kassalarında və iticket.azsaytından onlayn satılır. Türkiyənin Çizgim Event-Noya Yapım şirkətinin təşkilatçılığı ilə 13 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıda təşkil olunacaq konsertə Bakıda da böyük maraq var. İlk dəfə Azərbaycana gələn müğənni Bakı Kongres Mərkəzində təşkil olunacaq konsertdə ifası üçün xüsusən həyəcanlıdır. Təbriz Məhərrəmoğlu

Sabahın hava proqnozu

Ölkə ərazisində oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 18-21° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Temperaturun gecə 8-13°, gündüz 25-30° isti təşkil edəcəyi gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 8-13° isti olacağı ehtimalı var. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti təşkil edəcəyi proqnozlaşdırılır. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 12-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti, yüksək dağlıq ərazilərdə gecə 3-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 18-23° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-16°, gündüz 17-21° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti təşkil edəcəyi proqnozlaşdırılır.

"İntim xidmətçi axtarılır" - İnsanları elan verərək intim xidmətə cəlb edirlər/FOTO

Müxtəlif mobil saytlarda insanlar intim xidmətlərə cəlb olunur. Bizimyol.info redaksiyasına daxil olan məlumatda da söz açılan faktın şahidi olduq. Belə ki, mobil saytlardan birində vakansiya elanı verilib. Bakıda yerləşən masaj salonlarından birinə masajist xanım axtarıldığı qeyd edilir. Lakin qeydddə həmin masajist xanımın masaj ortası intim xidmət göstərməsi də qeyd edilir. Bu yolla xannımların əlaqə nömrələrini, onların fotoşəkillərini əldə edir və bu vasitə ilə onları intim xidmətlərə cəlb edirlər. Psixoloq.az xəbər verir ki, psixoloqlara görə, edilən bu hərəkət birbaşa insan tərbiyəsini pozmaq məqsədi daşıyır. Xüsusilə də azyaşlıların tərbiyəsinə zərərdir. Belə elan verən mərkəzlər təcili bağlanılmalıdır. Bu barədə müvafiq orqanlar ciddi nəzarət etməlidir. Redaksiyamıza göndərilən fotoşəkili oxucularımıza təqdim edirik.

Həftəsonu üçün hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb. Nazirliyin verilən məlumata görə, Böyük və Kiçik Qafqazda gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, səhər və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda 9-14 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 11-16 dərəcə isti təşkil edəcək. Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, oktyabrın 7-si gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək. Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək. Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, okytabrın 6-sı gündüz, 7-si gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 19-21 dərəcə isti təşkil edəcək.

Sabah yağış yağacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında oktyabrın 6-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz isə əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 18-22, dağlarda gecə 4-7, gündüz 7-11 dərəcə isti təşkil edəcək.   

Oqtay Şirəliyev əmr imzaladı

Səhiyyə naziri Oqtay Şirəliyev "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Psixoloq.az xəbər verir ki, əmrə əsasən payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər, həmçinin infeksiya üzərində epidemioloji monitorinq güclənləndiriləcək. Əmrdə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması, qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsi tapşırılıb. Eyni zamanda, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, ağır kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi və şübhəli xəstələrdən götürülən nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatıdırılması Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə həvalə olunub. Bundan başqa, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatı yaradılacaq. Psixoloqlar isə bu qərarın zamanında verilən qərar olduğunu bildiriblər. Belə ki, gücləndirilmiş rejim vəziyyətin ciddiliyini daha da gündəmə gətirəcək və bu sahədə işləyən insanlar işlərinə daha məsuliyyətlə yanaşacaqlar.

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var. Temperaturun anomal gedişi gözlənilir. Belə ki, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 16-18, axşam 14 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq. Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, axşam yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 11-15 dərəcə isti təşkil edəcək. 

Tanınmış psixonevroloq diqqəti opera musiqisinə çəkdi

Psixoloq.az xəbər verir ki, tanınmış Psixonevroloq  həkim Leyla Şahbazova özünə məxsus sosial hesablarında maraqlı layihə başladaraq sosial mesaj verməklə, musiqi zövqünün korreksiyası üçün diqqətləri opera musiqisinə çəkmişdir.Belə ki,"Dinlədiyiniz musiqi sizdən danışır" adlı hazırlanmış video paylaşımında dahi bəstəkar Fikrət Əmirovun Sevil Operasından Dilbərin Ariyası səslənmişdir.Paylaşım sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdır.Layihə ilə bağlı Psixoloq.az a açıqlama verən Dr.Leyla Şahbazova son zamanlarda gündəmi zəbt edən bayağı musiqilərin və eləcədə dinləyiciyə çatdırılan bu musiqilərin zamanla insan zövqünü korlamaqla yanaşı psixikaya mənfi təsirlərinin çoxluğundan danışıb.Həkim , insanların dinlədikləri musiqinin  onların intelekt səviyyəsinin , hansı səviyyədə olduğunu göstərdiyini qeyd edib.Psixonevroloq klassik və opera musiqisinin insan psixikasında psixoterapevtik əhəmiyyətə malik olduğunu vurğulayıb Həmin video paylaşımı sizlərə təqdim edirik. Psixoloq.az

Sekspatoloqun reklamında BİABIRÇILIQ: "Balacanı da götürün gəlin" - Psixoloqlar nə deyir?/FOTO

Azərbaycanda fəaliyyət göstərən androloq-sekspatoloqlardan birinin sosial şəbəkədə "qeyri-adi" reklamı paylaşılıb.  Psixoloq.az ölkə.az-a istinadən xəbər verir ki, hər on kişidiən səkkizinin cinsiyyət orqanıyla bağlı problemi var. Reklamda istifadə edilən "Balacanı da götürün gəlin" sözləri isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Adətən azyaşlılarla bağlı işlədilən cümlənin sekspatoloqun reklam mətnində işlədilməsi birmənalı qarşılanmayıb.  Psixoloq.az bu barədə psixoloqların fikrini öyrənib. Belə ki, psixoloqlar reklam vəziyyətində belə insanların psixologiyasını nəzərə almağın vacibliyini vurğulayıblar.  "Bəziləri avropasayağı davranmaq istəyirlər. Ancaq unudulmamalıdır ki, Azərbaycan psixologiyası başqadır. Xüsusilə də uşaq mövzusunda insanlar çox həssasdır. Onların adlarını belə reklamlarda çəkmək düzgün addım deyil. Əgər gerçək problemdən bəhs edilirsə buna daha həssas yanaşılaraq düzgün formada çatdırmaq lazımdır",-deyə psixoloqlar bildirib.

Temperatur 5-8 dərəcə aşağı enəcək — XƏBƏRDARLIQ

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji xəbərdarlıq da edilib. Belə ki, oktyabrın 5-i səhərdən 6-sı gündüzədək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.