Tanınmış həkim ÖPÜŞMƏNİN tibbi tərəflərindən danışdı

Psixoloq.az  xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə küçədə öpüşən gənclərin fotosunun paylaşılması bir qrup insanın tənqidinə, bir qrup isə onların müdafiə etməsinə səbəb olur.Bu  barədə son zamanlar korono virusla mübarizə ilə bağlı  maraqlı yazıları və paylaşımları ilə medianın diqqətində olan, tibb sahəsində peşəkar anestiozoloq, təcrübəli reanimatoloq kimi tanınmış həkim Şahin Məmmədov özünün sosial hesabında paylaşım etmişdir.Həmin paylaşımı sizlərə olduğu kimi təqdim edirik. Tibbi 18+Küçədə öpüşməyi gündəmə gətirir bəzi dostlar.)Düşünürəm düz edirlər, biraz karonavirus mövzusundan uzaqlaşmaq pis olmaz.Baxiram maraqli kommentler var.Komment yazanlarin ümumi  fikrini deyim sonra bu barədə  TIBB NƏ DEYIR yazacam.Bir qrup insan deyir öpüşməyə adi baxmaq lazımdir. Çünki bu seks sayılmır. Həm də cinayət işləmirlər ki pis baxasız? Adam öldürürlər ya rüşvət alırlar ? Bacarırsız  siz də edin. Sizi hec kim öpmür  deye qısqanırsız deyə olmaz  deyirsiz . Ikinci qrup insanların fikri belədir ki: Öpüşmək mini seksdir. Onlar instinktiv olaraq əmmək istəyirlər. Küçədə yalniz dodaqdan öpməyə yol verilir deye məcburən yarımçıq seks edirlər. Əlbəttə oğlana tam icazə verilsə çox şey edər.Tibbi tərəfini isə mən izah edim.Dodaqlar və dil sinir reseptorları ilə həddən artıq zəngin yerdir. Bu nahiyələr bədəndə çoxdur, erogen zonalar sayılır. Portnyorun üzəri açıq qalan sinir reseptorları ilə toxundurulduqda hər ikisinin beynində ildirımlar çaxır) Bu elektrik hadisəsi nəticəsində milyardlarla kimyəvi reaksiya surətlənir. Və beyində 3 biokimyəvi aktiv maddə ifraz edilir. Oksitosin, dofamin ve serotonin.Bu maddələr ne iş görür sizə deyim.1. Oksitosin. Bu həmçinin sevgi hormonu da adlanır. 2013 cu ildə aparılmış tədqiqata görə oksitosin partnyorları bir birinə bağlayır.  Yəni öpüşənlər hər ikisi monoqam olmağa meyilli olur. Öpüşməyən portnyorların gözləri başqa istiqamətlərə daha çox kayır) Oksitosinə sevgi hormonu adı niyə verilib? Çünki bu maddəyə görə,ana uşağı ilk dəfə əmizdirəndə körpəyə qarşı sevgi yaranır. Qeyd edim ki oksitosin süd vəzilərin giləsi qıcıqlananda daha çox artır. Oksitosin həmçinin uşaqlığı yığaraq qanaxmanı saxlayır deyə uşaq anadan olan kimi döşlə əmizdirilməsi tələb edilir. Nə isə qayidaq söhbətimizə. Oksitosinden basqa beyində çaxan ildirımların nəticəsində2. Dofamin ifrazı artır. Bu maddə hər iki portnyorda həddən artıq xoş hiss- eyforiya yaratmaq işinə baxir. Öpüşənlər bu maddənin təsirinə görə  gözlərini bağlayırlar, gözləri açanda isə başları qısa müddətli gicəllənir. Dofamin ürek döyüntüsünü, arterial təzyiqi artırmaqla əzələlərin qanla təchizatını yüksəldir. Hər iki portnyoru ağır fiziki işə - seksə hazırlayır. Və nəhayət3. Serotonin. Bu maddə isə portyorların hər ikisinə relaxing, dincəlmək, rahatlaşmaq, əhval ruhiyənin yuksəlməsi hissini verir. Serotonin stress hormonu olan kortizolu basqılayır. Stressin bədənə olan mənfi tesirlərini götürür. Öpüşmə vaxtı bu maddə çıxmasa idi beyində yaranan ildırımları bədənimiz stress kimi qəbul edərdi və orqanizm zərər görərdi. Serotonin mediatoru depressiya əleyhinə çox güclü vasitədir. Bildiyiniz kimi ən müasir antidepressantlar məhz serotoninin bədəndə parçalanmasının qarşısını alan maddələrdir. Bu antidepressantlara misal kimi Citalopram (Celexa)Escitalopram (Lexapro)Fluoxetine (Prozac)Paroxetine (Paxil, Pexeva)Sertraline (Zoloft) göstərmək olar. Tez -tez öpüşənlərin bu dermanları atmağa ehtiyacları yoxdur.Tez -tez öpüşənlər depressiyadan uzaq, optimist düşüncəli olurlar. Psixoloq.az

Üzünə, sifətinə, ağzına, burnuna TOXUNMA-Reanimatoloq Şahin Məmmədov xəbərdarlıq etdi

Psixoloq.az xəbər verir ki tanlnmış həkim reanimatoloq Şahin Məmmədov koronovirusdan qorunmaq üçün diqqət yetirməli olduğumuz məqamlarla bağlı özünün sosial hesabında paylaşım etmişdir.Həmin yazını oxuyucularımıza olduğu kimi təqdim edirik. Əl ilə üzə toxunmaq virusa yoluxmamaq üçün etdiyiniz bütün tədbirləri məhv edir.Amma demək olar ki bütün insanlarda vərdiş var. Mütləq gündə 50-60 dəfə üzümüzə toxunuruq. Özümüzdən asılı olmadan. Bəzi insanlarda isə xususi tiklər var, məsələn lazımsız yerə danişdıqca qaşına, toxunur, gözünü sanki silir, bəziləri isə yanağını qaşıyır ya dirnağını yeyir və s.Bəzi məsləhətlər verim, bunları etsəniz əl ilə üzünüzə toxunmaq ehtimalınız azalacaq. 1. Nəyə görə və üzün hansı nahiyəsinə toxunursuzsa əvvəlcə bunu müəyyənləşdirin. Qaşınmaniz varmi? Ya gözlərinizdən yaş axırmi? Burun axirmı və s. Bunları dedim ki bəlkə toxunmaga məcbursuz. Əgər belədirsə üzə kağız salfet ya təmiz qulaq çöpləri ilə toxunun. 2. Sizdə sadəcə vərdişdirsə evdə və işdə bütün divarlara, stolların üzərınə ÜZÜNƏ TOXUNMA! yazıb yapışdırın.İş yoldaşlarınızdan və ailə üzvlərindən xahiş edin sizə bunu tez tez xatırlatsınlar.Divanda oturarkən əllərinizin üzərində oturun. Əgər səbəbsiz yerə əliniz mütləq üzünüzə gedirsə həmin vaxt qolunuza toxunmaqla, qolunuzu sığallamaqla özünüzü "sakitləşdirin".Telefonda müxtəlif xatırlatma proqramları var. Onu yükləyin və elə quraşdırın ki hər saat sizə bildiriş gəlsin: Üzünə, sifətinə, ağzına, burnuna TOXUNMAAA!!)Telefon demişkən onu da üzünüzə toxundurmayın. Danışmaq üçün qulaqcıqlardan istifadə edin.

8 martda qadınlara kitab hədiyyə olunacaq-Gənclər aksiya başlatdı #kitabimkitabinolsun

Psixoloq.az xəbər verir ki,gənclərin birləşdiyi Üçbucaq oxucu birliyi kitabimkitabinolsun heşteqi ile 8 mart beynəlxalq qadınlar günü münasibəti ilı sosial şəbəkələrdə maraqlı aksiya başladıblar.Siz oxucularımızda özəl gün münasibəti ilə bu layihəyə qoşula biləsiz deyə gənclərin sosial şəbəkədə marağa səbəb olan həmin paylaşımını sizlərə təqdim edirik 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR. Bu münasibətlə öncədən bütün xanımları təbrik edir və onlara xoşbəxt, uğurlu, bol mütailəli həyat arzu edirik. Qadın anadır, qadın bacıdır, qadın həyat yoldaşıdır, qadın bizə həyat bəxş edən – hədiyyə edəndir. Bu münasibətlə Üçbucaq Oxucu Birliyi olaraq yeni bir sosial dalğa, haştəq yaratmağı , qadınları öz bayramlarında kiçik də olsa öz hədiyyəmiz və sözlərimiz ilə təbrik etmək istəyirik. Bəylər ( həmçinin istəsələr xanımlar da) hədiyyə etmək istədiyi kitabın şəklini #kitabimkitabinolsun haştəqi ilə hədiyyə etmək istədyiniz xanımı tag edin və həmçinin estafeti növbəti olaraq kimə ötürmək istəyirsizsə ( bəy və ya xanım ) “Mən hədiyyə etdim, sıra səndədir” yazın. Biz təşəbbüsü yaratdıq, sıra sizdədir, gəlin bu bayramda qadınları kitab ilə sevindirək. İdeya müəllifi: Türkanə Əsədovaİdeya tərəfdaşları: Üçbucaq Kitab Evi / Üçbucaq Oxucu Birliyi #oxuöyrənpaylaş #kitabimkitabinolsun psixoloq.az

"Xoxanlar"filmi məhkəməyə veriləcək-Rejissor Samir Kərimoğlu

Psixoloq.az xəbər verir ki,tanınmış rejissor Samir Kərimoğlu özünün sosial hesabında paylaşım edərək ideya müəllifi olduğu və hər kəs tərəfindən sevilən "Xoxan" filminin,bu gün premyerası olan Xoxanlar filmi ilə heç bir əlaqəsi olmadığının eləcədə obrazları və  adlarını istifadə etməklə "lar" şəkilçisi artırmaqla orijinal adın dəyişməsinə dəlalət etmədiyini bildirib.Rejissor müəllif hüquqlarını pozan "Xoxanlar" filmini«Müəllif hüququ və Əlaqəli Hüquqlar haqqında »Azərbaycan respublikasının qanunu əsasında müəlliflik hüquqlarını qorumaq məqsədi ilə məhkəməyə müraciət olunacağını bildirib. Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik Bu günCasian Creative iab' istehsali'Xoxan'lar filminin primerası idi Bu filmin- 2014 ci ildə Azərbaycan kinoməkanında kommersiya filmlərinin ilki olan,tamaşıcılar arasında boyük ajiotaja səbəb olaraq ən cox gəlir gətirən,yaradıcı insanlarda güvən yaradaraq kommersiya filmlərin istehsalına stimul verən ,prodüserləri Zaur Mirzəzadə və Orxan Mərdan (müəllif grupuna daxil olan quruluşcu operator Soltan Abdullayev,quruluşcu rəssam Səbuhi Atababayev) Quruluşcu rejissoru və ən əsası ideya müəllifi mən olan 'Xoxan filmi ilə ,eyni obrazları (və obrazların adlarını) istifadə etməklə və filmə eyni adı qoymaqla (lar şəkilçisi orjinal adın deyişməsinə dəlalət etmir) müəlliflik hüququmuzu pozan 'Xoxan'lar filminin hec bir əlaqəsi yoxdu. Bununla bağlı«MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLAR HAQQINDA»AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUəsasında müəlliflik hüquqlarını qoruma məgsədi ilə məhkəməyə müraciət olunacaq.Mənbə:Psixoloq.az Xəbərə istinad etməniz xahiş olunur 

Azərbaycanda övladlığa götürmənin qaydaları AÇIQLANDI

“Övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub”.  Psixoloq.az Oxu.Az-ın məlumatına istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təqdimatı zamanı bildirib.  O qeyd edib ki, bir sıra beynəlxalq məsləhətçi təşkilatlarla, ekspertlərlə, QHT-lərlə məsləhətləşmələr şəraitində övladlığagötürmə sahəsində normativ-hüquqi aktların layihələri, o cümlədən “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın layihəsi hazırlanıb: “Həmin Qayda dövlət başçısının 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilib. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin də hazırlandığını, nazirliyin Aparatında və DOST Agentliyində övladlığagötürmə üzrə idarəçiliyi təmin edəcək struktur bölmələri yaradılıb”.  A.Kərimov bildirib ki, övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu, onun övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması, bu istiqamətdə ciddi nəzarətin həyata keçirilməsi yeni övladlığagötürmə modelinin başlıca prinsiplərindən biridir: “Bununla bağlı Qaydada valideyn-namizədlə, onun ailə tərkibi, gəlirləri və s. ilə bağlı konkret tələblər, şərtlər qeyd edilib. Həmçinin, övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub.  Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, inkişaf səviyyəsi monitorinqlər vasitəsilə öyrəniləcək. Valideyn-namizədlərlə bağlı minimum yaş tələbi (subay – 30 yaş, evli – 25,), valideyn-namizədlərin daha mükəmməl qiymətləndirilməsi üçün mərhələlər (uçot, müsahibə, ev şəratinin yoxlanılması, təlim, uyğunlaşdırma, müəssisədə görüş, sınaq müddəti və məhkəmə), övladlığagötürməyə imkan verməyən hallar, övladlığagötürmə üçün ailənin gəlirləri ilə bağlı konkret tələblər və s. müəyyən olunub”.  Nazir müavini əlavə edib ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi bu sahədə əsas rol oynayacaq: “Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və valideyn-namizədlərin vahid e-uçotu bu altsistem vasitəsilə aparılacaq. Ümumilikdə övladlığagötürmə prosesinin bütün mərhələləri üzrə məlumatlar altsistemə daxil ediləcək. Altsistem övladlığagötürmə üzrə xidmətlərin e-qaydada təqdim olunmasına imkan verir”.  İlhamə Əbülfət

Azərbaycanda hər 100 doğulan qıza 114 oğlan düşür

Azərbaycanda gender-əsaslı cins seçimi ilə mübarizə sahəsində tədbirlər planı qüvvəyə minib. Ölkədə doğulanların gender-əsaslı cins seçiminin qarşısının alınması sahəsində əlamətdar hadisə baş verib. Nazirlər Kabineti tərəfindən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Baş Nazirin müvafiq sərəncamı ilə qüvvəyə minən tədbirlər planı növbəti 5 ildə aidiyyəti hökumət qurumları tərəfindən əlaqəli şəkildə həyata keçiriləcək bir sıra mühüm tədbir və fəaliyyətləri ehtiva edir.   Sözügedən tədbirlər planının əhəmiyyəti əhalinin cins strukturunda müşahidə olunan müəyyən meyillərin gedişatı ilə şərtlənir. Belə ki, son illər aparılan demoqrafik proseslərin təhlili nəticəsində ölkədə doğulan uşaqların cins strukturunda oğlanların payının və artım tempinin daha yüksək olduğu müəyyən edilib. Bioloji normaya uyğun olaraq, yeni doğulmuşların cins nisbətinin hər 100 qıza 105-107 oğlan təşkil etdiyi halda, hazırda Azərbaycanda hər 100 doğulan qıza 114 oğlan düşür.  Eyni zamanda müşahidələr göstərir ki, ananın yaşı artdıqca doğulanların strukturunda oğlan uşaqlarının payı daha da artır. Belə vəziyyət ilk növbədə, doğulacaq övladın cinsinin seçimi ilə bağlı valideynlər tərəfindən verilən qərarlarla, o cümlədən selektiv abortların artması ilə izah olunur. Qeyd etmək lazımdır ki, doğulan uşaqlar arasında cins nisbətinin pozulması meyilləri aşağı gəlirli ailələr arasında daha yüksəkdir. Ölkədə dünyaya gələn uşaqların cins seçimi əsasən kənd yerlərində və nisbətən aztəminatlı ailələrdə müşahidə olunur.   Qeyd olunan tədbirlər planı əhalinin cins strukturundakı bu uyğunsuzluqların aradan qaldırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Sənəd doğulan uşaqların cins nisbəti üzrə etibarlı və əlçatan məlumatların və göstəricilərin əldə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, gender ayrı-seçkiliyini və bərabərsizliyini aradan qaldırmaq məqsədilə qızlara və qadınlara dəstək tədbirlərinin genişləndirilməsi, gender stereotiplərinin aradan qaldırılması istiqamətində təbliğatın və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, eləcə də qurumlararası əlaqələrin və əməkdaşlığın gücləndirilməsi kimi əsas istiqamətlər üzrə kompleks fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.  Tədbirlər planının hazırlanmasında BMT-nin Əhali Fondu Azərbaycan hökumətinə əsaslı dəstək verib. Fond tərəfindən yaradılmış beynəlxalq və yerli ekspertlərdən ibarət heyət hökumətlə sıx əməkdaşlıq çərçivəsində sözügedən sənədin hazırlanmasında iştirak edib. Qarşıdakı 5 il ərzində planın icrası sayəsində ölkədə cinsə görə qərəzli seçimin azaldılması və qız uşaqlarının dəyərinin təşviq edilməsi sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunması gözlənilir. Oxu az

Tanınmış həkim xəbərdarlıq etdi -Koronovirusun gətirdiyi stress,çaxnaşma immunitetinizi zəiflədir

Psixoloq.az xəbər verir ki,dünyada eləcədə də ölkəmizdə ətrafında böyük müzakirələr aparılan Koronovirus barədə yayılan xəbərlər, fikir mübadilələri,insanlarda təşviş pozuntularının artmasına səbəb olur.Bu barədə özünün sosial şəbəkə hesabında maraqlı paylaşım edən tanınmış cərrah transplatoloq Dr Bəhruz Səlimov virusun psixoloji təsirlərinin immuniteti zəyiflətdiyini vurğulayıb.Həmin paylaşımı oxuyucularımıza olduğu kimi təqdim edirik. Koronavirus epidemiyası ətrafında panika bütün dünyada ağlasığmaz dərəcəyə çatıb. Məndə bir sıra məsləkdaşlarım kimi bu məsələyə soyuq qanlı yanaşmaq istədim.1. Koronavirus infeksiyası min illərdir var və tarixdə heç bir kütləvi ölümlərə səbəb olması qeydə alınmayıb. Adi mövsüm xəstəliklərindən biridir. Bəzən heç əlamət vermir. Bir çox insanda isə özünü öskürək, burun axması və qızdırma ilə biruzə verir.2. Koronovirusa yoluxan və diaqnostika edilən (yoluxub və diaqnostika edilməyən insanlarda olur ki bu insanlarda xəstəliyin ən xırda əlaməti belə olmur) insanların 20-26 %-da sətəlcəm (ağ ciyər iltihabı) əmələ gəlir. Hal-hazırki hesablamalara görə xəstələrin 2% ölür. Lakin, statistik araşdırmalar ölümün real riskinin, xəstəliyin bütün zəyif və yumuşaq keçən formalarını da hesaba qataraq əslində 0.3%-0.8% kimi, yəni daha aşağı olduğunu göstərir.3. İndi isə ən qorxuducu məlumat! : Adi qripdən dünyada il ərzində 290 000-dən 650 000-dək insanın həlak olduğunu bilirsinizmi?!! Xəstələnənlərin illik sayısının 3 000 000-5 000 000 aralığında olduğunu götürdüğümüzdə bu 4.8-dan 20 -dən çox faiz təşkil edir!!! İndi isə düşünün koronavirusdan olan qat-qat daha aşağı olan ölüm riskini yuxarıdaki ilə nisbətdə şişirtməyə ehtiyac var mı?!4. Ölüm riski ən çox kişi cinsi (70%), 60 yaşından yuxarı (85%) və yanaşı ağır xəstəlikləri olanlarda görülür.5. Bundan başqa bədbəxt hadisə, aclıq, çirkli su, dərmanların yan təsirindən saysız-hesabsız ölümlər olur. Nədənsə bunları heç kim gündəmə gətirmir!6. Yaranmış vəziyyət kimin üçün əlverişli ola bilər? - Əvvəla bütün dərman sənayesinə; dərman vasitələri, qoruyucu vasitələr, dezinfeksiya məhlulları, xüsusi qeyimərin satışları kəskin şəkildə artır. İkincisi, müəyyən siyasi güclərdir; ləğv səyahətlər, pozulmuş sözləşmələr, tibbi izləməyə (karantin) görə dayanmış istehsalat və s. səbəblərdən yaranmış iqtisadi zərərləri düşünün.7. Nəzərə alın ki, virusdan savayı məhz stress və çaxnaşma (panika) müqavimətinizi (immunitetinizi) zəyiflədir. Gözəl xəbərlər oxuyun, gülün, sevinin, düzgün qidalanın, yoqa və müsbət düşüncə texnikası ilə məşğul olun!

Nazirlər Kabineti məktəblərdə psixoloqların sayı ilə bağlı qərar verib

Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar verib. Psixoloq.az Reyting.az a istinadən xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.Qərarla dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib: - şagird sayı 1 000-dək olduqda, 1 vahid; - şagird sayı 1 000-dən 3 000-dək olduqda, 2 vahid; - şagird sayı 3 000-dən çox olduqda, 3 vahid. Qeyd olunub ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur. psixoloq.az

"Koronavirus" la bağlı işimiz artıb, həmdə çətinləşib -Psixoloq Vüsalə Əmiraslanova

Psixoloq.az xəbər verir ki,koronovirusla bağlı xəbərlərin,qiymət artımlarının insan psixikasına mənfi təsiri psixoloqları narahat etməyə başlayıb.Belə ki bu qiymət artımlarının psixoloji konsultasiyaların qiymətlərinə təsir edəcəyini düşünən  Psixoloq Vüsalə Əmiraslanova özünün sosial hesabında paylaşım edərək psixoloji işi vicdan məsələsi adlandıraraq bu sahədə fəaliyyət göstərən hərkəsi qiymətllərdə dəyişim etməməyə səsləyib.Paylaşımı sizlərə təqdim edirik: Bu "koronavirus "adlı xəstəlikdən hərə bir cür istifadə edir .Mən bu məsələyə başqa cür yanaşmaq istəyirəm .Heç nə yox "maska ,spirt" satışı artdı,hətta bahalaşdı .Amma ən pisi bilirsiz nədi? Güc bəla ilə "panik "atakları ,sayrışan nevrozları duzəldirdik ,fobiyalar azalırdı. İndi isə olan olmayan hamı təşvişə düşüb .Bizim işimiz həm artıb ,həm çətinləşib .Amma inşallah ki ,bu sahədə qiymətlər qalxmaz .Psixoloji iş vicdan məsələsidi .Bunu qoruyaq inşallah . Psixoloq.az

Kişilər qadınların düşündüyündən daha sürətlə aşiq olurlar-Psixoloq Elnarə İsazadə

Psixoloq.az xəbər verir ki, Psixoloq Elnarə İsazadə özünün sosial şəbəkkə hesabında Kişilər haqqında maraqlı paylaşım etmişdir.Həmin paylaşımı sizlərə təqdim edirik  1. Hər kəs qadınların daha tez aşiq olduğunu düşünür. Lakin aparılan araşdırmalar sübut edib ki, kişilər qadınların düşündüyündən daha sürətlə aşiq olurlar. 2. Kişilər təbii gözəlliyi olan qadınları həddən artıq makiyajlı qadınlardan üstün tutur. 3. Aşiq olan kişi duyğularını paylaşır, sevgilisini güldürməyə çalışır, onu qucaqlayıb öpməkdən əsla çəkinmir. Qısası, sevgilisinə daha çox sevgi dolu davranır.4. Kişilər münasibətdə ilk “səni sevirəm” deyən tərəf olmaqdan çəkinmirlər. Araşdırmalara görə, kişilərin 66 faizi bu mövzuda olduqca açıqdır.5. Yalnız qadınlar deyil, kişilər də onlara kompliment deyilməsini çox sevirlər.6. Kişilərin bir qadınla münasibəti ola-ola digər qadınları fiziki olaraq cazibədar hesab etmələri bir həqiqətdir. Ancaq bu vəziyyət onlarla yaxından maraqlandıqları mənasını vermir.Psixoloq.az

Psixoloq Vəfa Əkbər gündəmdəki İntihardan danışdı

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb.İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb. Psixoloq.az bildirir ki,məsələ ilə bağlı Psixoloq Vəfa Əkbər Sonxeber.az a danışıb.O, bildirib ki, insanın imtahanlarda yüksək bal toplaması və yaxud hansısa bir təbəqədə olması özünə qəsd etməməsinin göstəricisi deyil, yəni emosional məsələdir: "Bu İQ deyil, EQ səviyyəsinin göstəricisidir. Orada artıq zəif və həssas məsələlər var. Həmin vaxt o insan sadəcə öz qəlbinin və daxili aləminin səsini hayqırmaq istəyib. Burada problem bu gəncin özünü niyə dənizə atması yox, bir gənc insanın niyə canına qıymasıdır. Əgər qız orada tək olsaydı, deyərdik ki, qarşılıqsız sevgi var və sairə. Amma iki sevgilinin bu addımı atması artıq bu ailələri, orta nəsli düşündürməlidir ki, qərarlara hörmətlə yanaşmaq, övladlardan gözləntiləri həddindən artıq yüksək tutmamaq lazımdır. Söhbət o gözləntilərdən gedir ki, sırf o uşaqlar ona tabe olacaqdır. Burada məsələ o insanın özünün dənizə atmasından çox, bir gənc insanın niyə canın qıymasıdır. Bu da ondan ibarətdir ki, artıq o canının sevdiklərinin gözündə dəyərinin olmaması düşüncəsinin yaradılmasıdır. Əksər hallarda bu şəxsi ərazimizə daxil ola bilən ilkin insanlar, valideynlərimiz və bacı-qardaşlarımızdır". Psixoloq qeyd edib ki, insan ailə problemləri yaşasa da, onların fikirləri ilə razı olmasa belə həmişə o insanlardan dəstək görmək istəyir:"O insanların dəstəyi əslində onun sevgisinin daxili təsdiqidir. Əgər bir insan lazımlı olmadığı düşüncəsinə gətirilib çıxarılırsa, yəni sənin istəklərin önəmli deyil, əsas bizim üçün bizim istəklərimizdir və sən bizim artıq alətimizsən düşüncəsi yaradıla bilirsə, həmin insan özünün yaşam mahiyyətini itirir. Hətta, əks cins tərəfindən sevilmiş olsa belə, o yenə də mahiyyətini itirmiş zənn edir və bir növ doğmalarını cəzalandırmaq istəyir". Psixoloq bildirib ki, bəlkə də bu birbaşa özünə qəsd etmək deyilmiş, sadəcə güvənibdir ki, yanında sevgilisi var və o xilas olunacaq:"Nəticə etibarı ilə də bu onun canı bahasına başa gəlmiş oldu. Gənclərimiz bilməlidir ki, insan heç bir problemə görə canına qəsd etməməlidir. Bu EQ səviyyəsi zəif olan insanlardır ki, əksər hallarda emosionallıqları çoxdur. Onlar özlərinə nəzarət edə bilmir və onun qurbanına çevrilirlər. Əslində insan dəyərlərini birinci öz çevrəsində formalaşdırmalıdır. Özü üçün özü dəyərli olmalıdır. İnsan nəyin bahasına olursa olsun, çarəsiz vəziyyətdədirsə, bunun üçün mütləq şəkildə peşəkar dəstək almalıdır". Fəridə Ağazadə sonxeber.az

Azərbaycanda 40 məktəbli qız abort olunub — ŞOK STATİSTİKA

Azərbaycanda məktəbli qızlar arasında abort faktları yenə də qalmaqdadır.  Psixoloq.az yenigundem.az a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, 2018-ci ildə 15-17 yaşlı məktəbli qızlar arasında abortların sayı 40 nəfər təşkil edib. Təhsil eksperti Kamran Əsədov sayta açıqlamasında bildirib ki, 2009-cu ildə qəbul edilən təhsil haqqında qanuna görə, 6 yaşından 17 yaşına qədər bütün şagirdlər icbari təhsil almalıdırlar. Söhbət zamanı Kamran Əsədov bir maraqlı məqama da toxunaraq bildirdi ki, valideynlərimizin yalnız 17 faizi ali təhsilə sahibdir. 83 faiz valideyn isə orta təhsilli sayılır. Onlar inkişaf dövrlərində övladlarına dəstək ola bilmirlər. Bu da onların məlumatsız olmasından irəli gəlir. Bu kimi problemlərin aradan qaldırılması üçün orta ümumtəhsil müəssisələrimizdə biologiya, anatomiya, eyni zamanda həyat bilgisi fənlərinin daxilində şagirdlərə cinsi mövzuda məlumat verilsin. Bu məlumata sahib olan şagird öz bədənini tanıyacaq və gələcəkdə cinsi istismara məruz qalmayacaq. Təhsil ekperti bu sahədə mütəxəssis çatışmazlığından da ciddi narahat olduğunu bildirib. Hər bir orta ümumtəhsil müəssisələrində psixoloqların öhdəliyinə düşən əsas vəzifələrdən biri də budur ki, hər bir şagirdə fərdi qaydada izahlı şəkildə ətraflı məlumat verilsin.