Qeyri-müəyyənlik insanı panikaya gətirib çıxarır-Psixoloqdan tövsiyyələr

Uzunmüddətli məcburi karantin insanın psixoloji vəziyyətinə ciddi zərər verə bilər. Lakin bunun müvəqqəti olduğunu düşünmək ,bizim ruh halımızı yüngülləşdirə bilər.İnsan psixikası elə qurulub ki o, istənilən hansısa bir məhdudiyyətin öhdəsindən gələ bilir.İnsan qeyri –müəyyən vəziyyətdə psixoloji olaraq əziyyət çəkir. Qeyri-müəyyənlik insanı panikaya gətirib çıxarır. Pankia isə insanın daxili psixoloji resurslarını tükəndirir. Covid 19 pandemiyası ilə əlaqədar olaraq yaranmış özünü təcrid insanların təkcə fiziki deyil , həmçinin psixoloji təhlükəsizliyini qoruyur. Bu səbəbdən, psixoloji dəstək almaq zəruridir. Mən bir psixoloq kimi məsləhət görürəm ki, bu təcrid müddətində gələcəklə bağlı qısa müddətli planlar, gələcəkdə reallaşdırmaq istədikləri lahiyələr haqqında düşünsünlər.Çünki ,bu bizim psixikamıza müsbət təsir edəcək. Hal –hazırdakı bu həyəcan, təşviş,daxili diskomfort hissinin həll yoludur.Bu müddət ərzində sosial şəbəkələrdə ünsiyyət qurmaq vacib amillərdən biridir . Müəyyən fərqli müzakirə mövzuları seçmək lazımdır .Müxtəlif xeyriyyəçilik və.s tədbirlərə qoşulmaq sizə stimul və motivasiya verə bilər. Qeyd edim ki,neqativ yoxlanılmamış informasiyalardan da uzaq durulmalıdır. Bu müddət ərzində qorxunun və həyəcanın sizi idarə etməsinə izn verməyin.Insan həyəcan keçirərkən onun gücü ,enerjisi tükənin və bu halda o özünü yorğun , tükənmiş və çarəsiz hiss edir. Buna görə də insanın immun sisteminə böyük bir ziyan dəyir. Xatırladım ki ,sizin sağlamlığınız çox dəyərlidir . Sağlamlıq deyərkən təkcə fizialoji deyil, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Unutmayın ki, karantin həyatımızda müvəqqəti bir haldır.Vacib amillərdən biri də budur ki , daxili resurslarımız karantindən sonrakı adaptasiya dövründən sonrakı dönəmdə bizə lazım olacaq.

Koronavirusun 3 ciddi psixoloji təsiri olacaq – Psixoloqdan mühüm açıqlama

“Pandemiya həm insan-insan münasibətinə, həm insan-cəmiyyət münasibətinə, həm də insan-dünya münasibətinə təsirini göstərəcək” Koronavirus pandemiyası səbəbilə evdə qalmaq və virusun yaratdığı qorxu getdikcə insanların psixoloji durumuna təsir göstərir. Bu səbəbdən vətəndaşlarda panik atak, depressiya, stres, müxtəlif fobiyalar müşahidə edilir.  Evə qapanmaq əsasən psixologiyası zəif insanlara daha çox təsir edir. Mütəxəssislərin fikrincə, bu vəziyyət bitdikdən sonra insanlarda müxtəlif psixi problemlər yarana bilər. Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Psixoloq.az “Sherg.az”a istinadən açıqlamasında bildirib ki, ölkəmizdə xüsusi karantin rejimi anidən tətbiq edilmədi, bu proses mərhələli şəkildə həyata keçirildi. Onun sözlərinə görə, karantin rejimi birdən tətbiq olunsaydı psixoloji fəsadları da böyük olardı: “Bu baxımdan qabaqlayıcı tədbirlər görülərkən bunun göstərə biləcəyi psixoloji təsir də nəzərə alınmışdı. Digər tərəfdən xüsusi karantin rejimi demək olar ki, əksər ölkələrdə tətbiq olundu. Bir çox dövlətlərdə isə bununla bağlı fövqəlada vəziyyət elan olundu. Görülən qabaqlayıcı tədbirlər Azərbaycan daxil bütün ölkələrə müsbət təsirini göstərir. Xüsusi karantin rejimi pandemiya ilə bağlı tətbiq olunub. Məqsəd insanları təhlükəli virusdan qorumaqdır. Müsbət nəticəni də virusa yoluxanların sayının azalmasında görə bilirik”.  Karantin rejiminin insanların psixoloji durumuna təsirinə gəlincə E.Rüstəmov bildirdi ki, pandemiya psixoloji təsirini göstərir, bundan sonra da göstərəcək: “Sadəcə bunun təsiri insandan insana, ailədən ailəyə, dövlətdən dövlətə fərqli formalarda olacaq. Nəzərə almaq lazımdır ki, insan psixologiyası həm də individualdı. Hər insanda ortaq psixoloji cəhətlərlə bərabər fərqli xüsusiyyətlər var. Ona görə psixoloji təsir konkret istiqamətdə olmayacaq. Bununla bərabər pandemiya həm insan-insan münasibətinə, həm insan-cəmiyyət münasibətinə, həm də insan-dünya münasibətinə öz təsirini göstərəcək”. Psixoloq qeyd edib ki, koronavirusa dair ən problemli məqam  xəstəliyin etimologiyası, gedişatla bağlı konkret fikrin olmaması, dolayısı ilə qeyri-müəyyən vəziyyətin hökm sürməsidir: “Nəzərə almaq lazımdır ki, insan psixologiyasına ən çox mənfi təsir göstərən məqam qeyri-müəyyən vəziyyətdir. Pandemiyanın nə zaman sona çatacağı, normal həyatın nə vaxt qaydaya düşəcəyi ilə bağlı konkret fikrin olmaması, digər tərəfdən bununla bağlı bir çox fərziyələrin irəli sürülməsi də insanlarda psixoloji gərginlik yaradır. Bugün internet üzərindən kifayət qədər təhrif edilmiş, həqiqəti əks etdirməyən müxtəlif video materiallar tirajlanır ki, bu da insanardakı qeyri-müəyyənliyi daha da dərinləşdirir. Ona görə də maksimal dərəcədə informasiya təhlükəsizliyimizi qorumalıyıq. Çünki, hazırkı məqamda psixoloji gərginliyin bir səbəbi də insanın ifrat informasiya ilə yüklənməyidir”. E.Rüstəmov pandemiyanın fərdi psixoloji təsirləri ilə bağlı məqama da toxunub: “Ailənin uzun müddət rejim şəraitində bir yerdə qalması yeni ailədaxili münasibətlərin yaranmasına səbəb olacaq. Artıq 1 aydan çoxdur ki, xüsusi karantin rejimi davam edir. İnsanların böyük bir qismi demək olar ki, günün böyük hissəsini evdə keçirirlər. Bu da öz növbəsində ailəni təşkil edən fərdlərin hər birinin psixoloji durumuna təsir göstərəcək. Psixoloji gərginlik fonunda psixoloji pozuntuların yaranmasına rəvac verəcək. Təşviş-həyəcan, panik atak, depressiya, obsessiv-kompulsiv pozuntu, yuxu, qida  və bu kimi psixoloji pozuntuların artmasına rəvac verə bilər. Eyni zamanda uşaqlarda müxtəlif psixoloji problemlərin artacağını da (davranış, ünsiyyət və s.) qeyd etmək olar. Bundan sığortalanmaq üçün görəcəyimiz iş xüsusi karantin rejiminin tələblərinə əməl etmək, evdə olduğumuz müddətdən səmərəli istifadə etməkdir. Əgər bunu edə biləriksə, istər indi, istərsə də postpandemiya dövründə özümüzü psixoloji pozuntulardan sığortalaya bilərik. Nəzərə almaq lazımdır ki, postpandemiya dövründə post travmatik stress pozuntusu da artacaq. Insanlar hələ uzun müddət virus qorxusu ilə yaşayaq, təkrar virusun ola biləcəyi ilə bağlı düşüncələrdən dolayı bir çox psixoloji problemlər yaşaya bilərlər. Bizi bu bəladan milli birlik, milli həmrəylik xilas edəcək. Cənab Prezindentin qeyd etdiyi kimi “Biz birlikdə güclüyük”.

Dünyanın aqibəti ilə bağlı naümid olanda

Bir insan dünyanın aqibəti ilə bağlı naümüd olanda bu özü da artıq bir gərginliyə səbəb olur. Narahatlıq insanı daxildən üzür və özünü idarə edə bilmək çətinləşir. Normadan artıq psixoloji təsirin depressiya ilə nəticələnə bilmə ehtimalı çox olur. Xəstəliklər qədər psixoloji təzyiqlər də təhlükəlidir. Korona virusun həyatımıza təsirinin mûvəqqəti olduğunu dūşünərək bir müddətdən sonra təhlükəli olmayacağını bildiyimiz halda, bəzi həssas adamların özündə yaratdığı depressiyanın nəticələrini indidən görmək o qədər də çətin deyil. Və bu hal insanın xarakterinə, davranışına öz mənfi təsirini göstərə bilər. Yerli -yersiz qəbul edilən bolluca informasiya orqanizmi üzür, insan gərgin olur, adət etdilməyən yaşam tərzilə stresə düşür. Gücümüz tükənmək üzrə olanda yaşadığımız həyatın fərqinə varırıq, narahatlıq, həyəcan, inamsızlıq bizi bürüyür, sonu bitməyən gərginliyimizin nəticəsində bəzən xəstəliklərlə də üzləşə bilir insan. Karantin rejimində "evdə qal" prinsipinə əməl edərək hər gün yuxudan durar - durmaz koronavirusun yayılmasının mənfi fəsadlarını, ölüm hadisələri ilə bağlı üzücü xəbərlər eşidirik. Gərgin ömür beyini yüklənir, insanı sarsıdır, stressə səbəb olur. Dünyada yaşanan böhran, gərginlik yaradan daha üzücü informasiyalar , koronavirusla bağlı ölüm hadisələri və hər birimizin şəxsi problemləri ilə üst-üstə gəlir, şəhərımizin sükut içində adamlarsız təsəvvürü, bəzi hallarda müşahidəmiz, öyrəşmədiyimiz abu- hava insanları yükləyir, gərginliyə səbəb olur. Bu gərginliyin nəticəsi olaraq həyata baxışımız dəyişir, yorğun, əsəbi davranış bəzən doğmalara qarşı tətbiq olunur. Mənfi, inamsiz, ümídsiz düşüncələrimizlə həyatımızı kodlaşdırmiş oluruq. Istəklər ürəkdən gəlməlidi, tərəddüd ediriksə, düşüncələrimizdə inamsızlıq, qarmaqarışıqlıq varsa elə neqativ olaraq qalacaq. Mənfi, təzadli saydığimız bir fikrə qarşı müsbət təəssurat yaranırsa qarşılıqlı fikirlərin şüuraltı asılı olmayan, duyğularımızın hiss etdiyi anlamından irəli gəllir. Gələcəklə bağlı xoş plan varsa insanın ona inamı azalır, sosial, kütləvi stress, kütləvi narahatlıq yaradır. Ümidsizlik hissi artır, dünyanın aqibəti ilə bağlı naümüdliyə, gərginliyə səbəb olur. Narahatlıq insanı daxildən üzür, tənzimləmək çətinləşir. Bütün çətinliklərin öhdəsindən gəlməklə gərginlikdən çıxmaq əhval ruhiyyəni qaldırar, insana gümrahlıq gətirər, həm də bizim sağlamlığımızı və halımızı yaxşılaşdırır. Diqqət ruhumuzun elə yeganə qapisidi ki, şüurumuzda olan nə varsa buradan keçir. Diqqətimizi, sevgimizi bir- birimizdən əsirgəməyək. Özümüzü müsbət düşunməyə öyrədək və inanaq ki, dünyanı lərzıyə gətirən bu bəlanın törəddiyi fəsadlar ötüşəcək. Əhvalımızın yüksək olması indi çox vacib amildi. Xoş ovqatı özümüzə təqlid edək, gülümsəyək. Evdə qalaraq ailəmizə münasibətdə nə qədər pozitiv olsaq, qayğılə, həssaslıqla yanaşsaq, bir o qədər depressiyadan uzaq düşərik. Səmamızı bürüyən qara kölgələrin çəkilməsini, virusun uzaqlaşmasını, bu çətin günlərin aradan qalxmasını gözləməyə özümüzdə güc, təpər taparıq. Həyatımızın ən xoş anını, saatını, günlərini xatırlamağa çalışaq. Günəşin doğması, üfüqün sonsuzluğu, xoş rahiyəli təbiət, quşların səsi, çiçəklərin qoxusu, bəyəndiyimiz ətir, gözəl sima, duyğular, sevdiyiniz rəng, rəsm, foto, musiqilə də həyatımıza rəng qataraq inanaq ki, hər şey gözəl olacaq. Həyat ən əziz nemətdi, onu sevməmək və ya qiymətləndirməmək mümkün də deyil. Həyat sevgisində olan ecazkar qüvvə ilə ən çətin maneələri aradan qaldırmaq mümkün olduğuna inanaq. Psixoloq Yeganə İskəndərova

"Covid-19" İlə mübarizədə əhvalımızı necə yüksək tuta bilərik?

Həyatımızın hər mərhələsində fərqli krizlərin yaşanması mümkündür. Son zamanlarda  insanlar üçün ortaq olan kriz isə "Covid-19" pandemiyasıdır. “Covid-19”  bütün dünyada hamı üçün ortaq kriz olsa da insanlar virusa qarşı fərqli emosional reaksiyalar verirlər. Çünki hər bir şəxs fərqlidir, hər kəs hadisələri fərqli qavrayır və  öz inanclarına, düşüncə tərzinə görə şərh edir. Bu çətin günlərdə özünüzü, yaxınlarınızı virusa qarşı qorunmaq üçün əhvalınızı yüksək səviyyədə tutmaq və lazımi qaydalara riayət etmək sizin üzərinizə düşən əsas vəzifələrdən biridir. Bu vaxtlarda əhvalınızı yüksək səviyyədə tutmaq və özünüzü daha rahat hiss etməniz üçün istifadə edə biləcəyiniz fərqli relaksasiya metodları vardır. Özünüzü rahat hiss etməyin metodlarından biri doğru nəfəs almaqdır. Doğru bir şəkildə alınan nəfəs ağır, dərin və səssiz alınan nəfəsdir. Nəfəs aldığınız müddətdə 1 saniyədə dərindən nəfəs alın, nəfəsinizi 4 saniyə ağciyərlərinizdə saxlayın və 2 saniyədə nəfəsinizi yavaş-yavaş verin. Bunu hər gün müntəzəm olaraq təkrarlayın. Bu texnikanı tez-tez təkrarlamağınız sizin özünüzü daha rahat və fərah hiss etmənizə səbəb olacaqdır. Bu dönəmlərdə, əhvalınızı yüksək səviyyədə saxlamağın digər bir yolu isə sizə xoş təəsürat bağışlayan insanlarla ünsiyət saxlamağınızdır. Karantin rejimində olduğumuz üçün bunu telefon, sosyal şəbəkələr vasitəsilə etməyiniz daha məqsədəuyğundur. Uzun zamandır danışmadığınız dostlarınızla əlaqə saxlaya, keçmişdə olub keçən gözəl günləri yenidən xatırlaya və müzakirə edə bilərsiniz. Evdə qaldığınız müddətdə uzun zamandır etməyi planladığınız amma zaman məhdudiyyəti ucbatından edə bilmədiyiniz işlərinizi etməyin əsl zamanıdır. Alternativ fikir olaraq, oxumağı planladığınız kitabları oxuya, hobbilərinizə zaman ayıra, yeni yemək reseptlərini sınaya bilərsiniz. Bunlardan başqa, internet vasitəsilə öyrədici online seminarlara qatıla, sertfikat əldə edə, yeni xarici dil öyrənə və ya bildiyiniz hər hansı xarici dili inkişaf etdirə bilərsiniz. Gələcəyə yönəlik pozitiv düşünməyə çalışın. Bu vəziyyət bitdikdən sonra nələri edəcəyinizə dair planlar qura bilərsiniz. Unutmayın ki, vəziyyəti yenmək üçün dünyada və ölkəmizdə tədbirlər davam edir.  Uzm.Psixoloq Elnara Maharramova

2 Aprel dünya AUTİZM fərqindəlik günü

Autizm fərqindəlik günü autizmlə bağlı dünya miqyasında olan problemlər və  həlli yolları, autizmlə bağlı tədqiqatlar aparılmasına təşviq, erkən diaqnoz üçün müalicə metodlarını genişləndirmək üçün BMT tərəfindən elan olunmuşdur. Autizm anadangəlmə vəya həyatın ilk illərində meydana gələn başqaları ilə  ünsiyyətə mane olan mürəkkəb bir neyro-ekstremal xəstəlik kimi təsvir olunur. Autizm ən tez 8 aylıq ikən özünü göstərir. Dəqiq klinik diaqnoz üçün 3 yaşını gözləmək lazımdır. Autizmin ən çox bilinən əlamətləri: Göz təması qura bilməmək,   Yaşıdları ilə oynamaqda çətinlik çəkmək,  Başqaları ilə əyləncə, maraq və müvəffəqiyəti paylaşmada laqeyidlik, Empatiyanın olmaması, autistik insanlar başqalarının ağrı və kədər kimi hislərini başa düşməkdə çətinlik çəkə bilərlər, Nitq inkişafının ləngiməsi autistiklərin % 40 i heç vaxt danışmır Qəlibləşməş və təkrarlanan nitq, Eyni işləri görməkdə israrcı olmaq, Qarşısındakının fikrini başa düşməkdə çətinlik çəkir. Məsələn, zarafat məqsədli ifadələri başa düşə bilmirlər sözləri qavrayır və başa düşür amma nə demək olduğunu başa düşə bilmirlər. Hal-hazırda autizmin müalicəsi üçün vahid bir müalicə metodu yoxdur. Amma simptomları minimuma endirmək və bacarıqlarını artırmaq üçün bir çox yol var. Autizmlər doğru müalicə və müdaxilələrlə bütün bacarıq və qabiliyyətlərini istifadə etmək şansına sahibdirlər. Müalicə və müdxilələr hər bir insan üçün fərqlidir. Hətta bəzi hallarda müalicə autizmli insanlara normal insanlar kimi həyatını yaşamağa kömək edə bilər. Bu məqsədlə xüsusi davranış təhsili və müalicə tətbiq olunur. Nitq inkişafına yönəlik müalicə, motor  qabiliyyətlərini artırmaq üçün terapiya və sosial ünsiyyət bacarıqlarına yiyələnmək üçün tətbiq olunan müalicə üsulları arasındadır.  Uzm Psixoloq Gülnarə Muxtarova 

Pandemiya psixologiyası-Psixologiya kafedrasının dosenti Ceyhun Aliyev

Pandemiya psixologiyası: pandemiya zamanı qoruyucu davranışlar. Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti Ceyhun Aliyevin “Pandemiya psixologiyası: pandemiya zamanı qoruyucu davranışlar” yazısını təqdim edirik. Pandemiya sözü qədim yunan dilində olan pan (bütün, hamı) və demos (xalq) sözlərindən yaradılmışdır. Bəşər tarixinin müxtəlif dövrlərində koronavirus kimi pandemiya halında yayılmış olan müxtəlif yoluxucu xəstəliklər olmuşdur. Misal olaraq “qara vəba”, “xolera”, “ispan qripi”, “Honq Konq qripi”, “donuz qripi”, “HİV/AİDS” kimi pandemiyaları nümunə göstərə bilərik. 11 fevral 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı bir il öncə Çinin Uhan şəhərində qeydə alınmış koronavirus adı altında yayılmış xəstəliyin rəsmi adını açıqladı. Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasının COVİD-19 adlanması ingilis dilindən “corona” (tac), “virus” və “deases” (xəstəlik) sözlərinin baş hərflərinin birləşdirilməsindən alınmışdır. 19 rəqəmi isə xəstəliyin qeydə alındığı 2019 - cu ili bildirir. Apardığımız müşahidələr, eləcə də, kütləvi informasiya vasitələrinin təqdim etdiyi materiallar göstərir ki, xəstəlikdən uzaq olmaq üçün insanların bir qrupu qoruyucu davranışlara əməl etdiyi halda digər qrupu buna əməl etmir, nə qoruyucu vasitələrdən istifadə edir, nə də fəaliyyət və gündəlik həyat tərzində heç bir məhdudiyyətə məhəl qoymurlar. Bəzi adamlar günlərlərlə evdən çölə çıxmadıqları halda, digərləri dostları ilə görüşür, ailə və qohumları ilə bir yerə yığışaraq məclislər keçirir, əylənirlər. Sual olaraq qoyduğumuz məsələ belədir; niyə bəzi insanlar pandemiya zamanı qoruyucu davranışlara uyğun hərəkət edir, digərləri isə buna əməl etmirlər? Bu yazıda qısa da olsa pandemiya ilə bağlı qoruyucu davranışların fərdi-psixoloji və sosial-psixoloji təhlilini verməyə çalışacağıq. Yoluxucu xəstəliklərdən qorunmaq üçün tətbiq edilən qoruyucu, yaxud profilaktik davranışlar təxminən eyni olmuşdur. Buraya əlləri tez-tez yumaq və ya dezinfeksiya etmək, tibbi maska taxmaq, ev əşyalarını və paltarları dezinfeksiya etmək, yataq ağlarını tez-tez dəyişdirmək, öskürüb-asqırarkən ağız-burunu dəsmalla tutmaq, yerə tüpürməmək, ünsiyyətdə olarkən bir-birinə yaxın getməmək,əl-ələ görüşməkdən, yaxud öpüşməkdən uzaq olmaq, siqaretdən və ya spirtli içkilərdən imtina etmək, izdihamlı yerlərdən uzaq olmaq, zəruri ehtiyac olmadan evi tərk etməmək, evin havasını tez-tez dəyişmək, sağlam və ya təbii qidalanma, sağlamlaşdırıcı idmanla məşğul olmaq və s. Pandemiya zamanı insanları sağlam davranışa yönləndirən səbəblər arasında aşağıdakıların daha çox müşahidə olunduğu qənaətindəyik: Yaş faktoru. Müşahidələr göstərir ki, yaşlılar gənclərlə müqayisədə daha çox ehtiyatlı hərəkət edir və qoruyucu davranışlara əməl edirlər. Yaşlıların pandemiyanı ciddiyə alma səbəbləri KİV- də yaşlı insanların immun sistemlərinin zəifliyi nəticəsində virusa qarşı müqavimətlərinin zəif olmaları haqqında edilən xəbərdarlıq, cavanlara nisbətən XX əsrdə baş verən bəlalardan (pandemiyalardan) və nəticələrindən daha çox xəbərdar olmaları, onlarda can sevgisinin güclü olması, daha böyük həyat təcrübəsinə malik olmalarıdır.Dini inanc faktoru. Bu məsələdə dini inanc öz təsirini göstərir. İnanclı insanlar heç bir şeyin Allahın iradəsindən kənarda baş vermədiyinə inandıqları səbəbindən ölümü əcəl kimi qavrayır və onun Allahın hökmü ilə gerçəkləşdiyini qəbul etdikləri üçün qoruyucu davranışlara o qədər də əməl etmirlər. Belə yanaşma tərzi müxləlif yaş həddində olan inanclı insanlar arasında heç də birmənalı qəbul olunmur.Cins fərqi. Qadınlar kişilərə nisbətən qoruyucu davranışlara daha çox meyillidirlər və başqalarının da bu cür qoruyucu davranışlara riayət etmələrini təkidlə israr edirlər. Bu meyil daha çox cinsi mənsubiyyətdən, qadın fəhmindən və analıq hissindən qaynaqlanır. Qadınların emosional, həssas və həyata daha çox bağlı olmaları ən əsası isə onlarda evi, ailəni və övladı qorumaq onların sağ və salamat qalmasını təmin etmə qayğısının daha yüksək olması ilə əlaqəlidir. Ailəcanlılığı ilə seçilən azərbaycanlı beyni ailə qayğıları ilə bağlı fasiləsiz olaraq, ətraf aləmdən informasiyanı alır və təhlil edir. Ona görə də yolxucu xəstəliklər olduğu halda, qadınlar arasında qoruyucu davranışa əməl etmə daha çox müşahidə olunur.4. Savadlı olmaq. Bilənlə bilməyən eyni anlamda olmaz! Daha çox savadlı, daim mütaliə edən, çox saylı müşahidələr nəticəsində zəngin həyat təcrübəsinə malik olan və səhiyyə mədəniyyəti yuxarı olan insanların pandemiya zamanı qoruyucu davranışlara meyil etmələri daha yüksəkdir. 5. Xarakter fərqi. Həyəcanlı insanlar pandemiya zamanı qoruyucu davranışlara daha çox əməl edir, verilən tövsiyə və qadağalara uyğun hərəkət edirlər. 6. Rəsmi dairələrə güvənmək və etibar etmək. Rəsmiyyətə, yəni, idarəetmə strukturlarına, eləcə də, səhiyyə sisteminə, o cümlədən həkimlərə güvənən, onlara inanan və etibar edən insanlar digərləri ilə müqayisədə verilən tövsiyələrə və məsləhətlərə riayət edərək qoruyucu davranışlara daha çox əməl edirlər. 7. Xəstəliyin nə dərəcədə ciddi olduğuna inanmaq. Yayılmış olan yoluxucu xəstəliklə bağlı bildiklərimiz bilmədiklərimizdən çox azdır. Bu baxımdan bəzi insanlar korona virusun törədəcəyi fəsadları ciddiyyətə almadıqları üçün qoruyucu davranışlara da əməl etmirlər. Amma bunun əksinə xəstəliyə həssaslıq göstərən və xəstəliyi tam ciddiyyəti ilə qəbul edən insanların, həqiqətən, qoruyucu davranışlara riayət etdikləri diqqəti cəlb edir. 8. Sağlamlıq inancına malik olmaq və qoruyucu davranışın faydalarına inanmaq. Inanclar insanın davranış, fikir və hissini hərəkətə gətirən psixoloji qüvvədir. Sağlamlıq inancı ilə yaşayan insanlar qoruyucu davranışların faydalı olduğuna inandıqları üçün onları həyata keçirməkdə maraqlı olurlar. 9. Profilaktikanın müalicədən daha cox səmərəli və daha az xərc tələb etdiyinə inananlar. Bu fikir hamı tərəfindən qəbul edilir ki, həqiqətən, xəstəliyin profilaktikasına çəkilən xərc onun müalicəsinə ayrılan xərcdən çox az olur. Bu fikirlə razılaşan və ona inanan şəxslər qoruyucu davranışlara daha ciddi əməl edirlər. Digər tərəfdən iynədən, dərmandan çəkinən şəxslər də qoruyucu vasitələrdən çox istifadə edir və adekvat davranışlara daha çox əməl edirlər. Maddi təminatın zəif olması da insanları daha ehtiyatlı olmağa və qoruyucu davranışlara əməl etməyə sövq edir. 10. Qoruyucu davranışa keçid. Pandemiyanın çoxalması xəbərinin yayılması ilə qoruyucu davranışa keçən adamların sayının artması arasında bir müsbət korrelyasiya müşahidə olunur. Bir qayda olaraq insanlar potensial simptomlarla qarşılaşdıqda qoruyucu davranışa dərhal başlayırlar. Amma bəzən bu gec ola bilər. “Daldan atılan daş topuğa dəyər” misalında olduğu kimi. COVID-19 ilə qoruyucu davranışa (yəni mümkün simptomların yaşanması) başlamaq çox gec ola bilər. Bunu nəzərə alaraq, insanları qoruyucu davranışlara təşviq etmək üçün KİV müvafiq işləri görməli, preventiv tədbirlərə əməl etmədikdə insanların COVID -19-a yoluxa biləcəkləri vurğulanmalıdır. Bu pandemiyanın həm də fərqli sosial-psixoloji tərəfləri var. Onun tüğyan etdiyi ərəfədə insanların evdən çölə çıxmaması tövsiyə olunur. Belə olduğu halda -ailədə və ya evdə şəxsiyyətlərarası münasibətlərin düzgün tənzim olunması, bir-birinə qarşı daha həssas olması tələbatı yaranır. Xüsusilə, nəzərə aldıqda ki, pandemiya faktının özü dərk olunan və dərk olunmayan səviyyədə insanların əhvalına, fikir, hiss və hərəkətlərinə öz təsirini göstərəcək. Ona görə də əlavə gərginliyin qarşısını almaq üçün şəxsiyyətlərarası münasibətlərə diqqət yetirmək, onun tənzimlənməsinə çalışmaq lazımdır. Şəxsiyyətlərarası qarşılıqlı münasibətlər elə qurulmalıdır ki, onlar insanın sağlamlığına müsbət təsir göstərsin. Bu düzgün qurulmadıqda insanların sağlamlığı, o cümlədən psixi və psixoloji sağlamlığı ciddi zərər görür. Tibb elminin banisi Əbu Əli İbn Sina yazırdı ki, mənəvi faktor, ilk növbədə, xarakterin müvazinətli olması sağlamlıq və xəstəliyin ən mühüm şərtidir. İnsanlar birmənalı şəkildə qəbul etməlidirlər ki, sağlamlıq və xəstəlik insanın davranış və düşüncəsi ilə əlaqəli olan məsələdir. Beləliklə, COVİD – 19 pandemiyası ilə bağlı yaradılan operativ qərargah, eləcə də, bütün dövlət rəsmiləri, KİV sosial siyasətdə dürüstlük, şəffaflıq və qayğıkeşlik kimi psixoloji xüsusiyyətlər hesabına özlərinə etimad, güvən və inam hissini daha da dərinləşdirməlidirlər. Bir məsələni də KİV–in nəzərinə çatdırmaq lazımdır ki, bu problemlə bağlı əhalini panikadan uzaq tutmaq üçün hər bir ölkə üzrə həmin xəstəlikdən ölən və xəstələnənlərin sayını dedikdə həmin ölkədə yaşayan əhalinin ümumi sayı da təqdim olunsun. Bizcə bir statistika insanlara müqayisə etmək imkanı verir. Bu da əsassız olaraq insanların panikaya düşməsinin qarşısını alır. Əks təqdirdə əhali sayı az olan ölkə vətəndaşlarının ölüm və xəstələnmə sayını ifadə edən rəqəmin əhalinin ümumi sayından təcrid olunmuş şəkildə eşitmələri açıq şəkildə panikaya yol aça bilər. Yuxarıda qeyd etdiyimiz qoruyucu davranışların - pandemiya ilə bağlı narahatlıqdan qurtulmağın rasional yolu olması əhaliyə çatdırılmalıdır. İnanclı insanlara isə “Allaha təvəkkül et”, amma “qul” tədbiri olaraq qoruyucu davranışa əməl etmək tövsiyəsi verilməlidir. COVID-19 –a pandemiya kimi yox, bir sınaq dövrü kimi baxın. Pandemiya ərəfəsində valideynlərin çəkməli olduğu qayğılardan biri uşaqların psixi sağlamlığını qorumaqda onlara kömək etməklə bərabər, onları inkişaf içində tuta bilməkdir. Ümid edirik ki, məqalə əhalimizin pandemiyadan qorunmaqla bağlı hazırlıq səviyyəsinin yüksəlməsinə müəyyən qədər də olsa faydalı olacaqdır.

Covid-19 Məktəblilərdə qorxuya səbəb ola bilər-Psixoloq Pəri Əhmədova

Psixoloq.az xəbər verir ki,bu barədə Emin Abdullayev adına Oğuz şəhər 2 saylı orta məktəbinpsixoloqu Pərvanə Əhmədova özünün facebook sosial hesabında paylaşım edərək valideynlərə maraqlı tövsiyyələr vermişdir.Həmin yazını sizlərə təqdim edirik. Bütün dünyada, o cümlədən Azərbaycanda yayılan COVİD-19 pandemiyası özü ilə bərabər bəşəriyyətə bir çox problemlər yaşatmaqda davam edir. Belə problemlərdən biri də məktəblərin bağlanması, məktəbli uşaqların sosial mühitdən təcrid olunması, evdə qalması, təhsildən kənarlaşmasıdır.Bəs bu kimi hallar uşaqların psixologiyasında hansı problemlərə səbəb ola bilər, onlarda psixoloji gərginlik, qorxu, stress, həyəcan yarada bilərmi? Burada valideynlərin üzərinə nə kimi məsuliyyər düşür?Bu suallara cavab tapmaq üçün əvvəlcə qorxunun nə olduğuna və onun hansı yaşda necə təzahür etdiyinə aydınlıq gətirək.Qorxu, yaxınlaşmaqda olan təhlükə səbəbi ilə ortaya çıxan və uzaqlaşmaq istəyi əmələ gətirən bir duyğudur. Qorxu uşaqların görünən və görunməyən təhlükələr qarşısında göstərdikləri təbii bir təsirdir. Qorxu bir əşyaya və hadisəyə bağlı bir haldır. Qorxunun ən vacib xüsusiyyəti gözlənilməz bir vəziyyətdə ortaya çıxmasıdır. Uşaqların qorxuları yaşa görə dəyişə bilər. Aparılmış tədqiqatlara görə :- 0-2 yaş arası uşaqlarda yüksək səs, yad şəxslər, ata-anadan ayrı qalma və böyük obyektlərlə əlaqədar olan qorxular; - 3-6 yaş arası: canavarlar, qarabasmalar, qaranlıq, tək yatmaq, tanımadıqları səslər ilə əlaqədar qorxular; - 7-16 yaş arası: yaralanma, xəstəlik, məktəb nailiyyəti, ölüm, təbii fəlakətlər, yaxınlarını itirmək kimi daha gerçək qorxular bir çox uşağın ortaq qorxusudur.Göründüyü kimi hal-hazırda yaşadığımız problemlər və onlardan yaranan həyəcan və təşviş halları ən çox məktəb yaşlı uşaqlara təsir edə bilər. Lakin, bu kimi hallar tez-tez təkrarlanarsa, yəni uşaq ətrafında valideynlərindən, yaxınlarından, kütləvi informasiya vasitələrindən eşitdikləri hadisələrdən dolayı təşvişə düşürsə bu, artıq problem sayıla və uşaqların stress halına gətirib çıxara bilər.Məlumdur ki, stress uşaqlarda daha ciddi fəsadlara gətirib çıxara bilər. Çünki uşaqlar yaşadıqları problem haqda bəzən məlumat verməyə çətinlik çəkir. Uşaqlar ailədə və cəmiyyətdə əhalinin daha çox qayğıya, köməyə və himayəyə ehtiyacı olan təbəqəsi sayılır. Bununla yanaşı onlar da böyüklər kimi fəlakət zonalarında xəstəliklər zamanı psixoloji sarsıntılara məruz qalır. Eyni zamanda xəstəliklər və müxtəlif səbəblərdən xəstəxanaya düşmək qorxusu onlarda travmatik simptomların yaranmasına səbəb ola bilər. Burada xüsusilə risk qrupuna aid olan uşaqlar özünə qapalı, həyəcanlı və emosional, melanxoliyaya meyli olanlardır. Bu amillər onların fərdi psixoloji xüsusiyyətlərindən və yaşadıqları ortamda olan gerçək vəziyyətdən, yəni ailədəki mühitdən asılıdır.Bu gün yaşanan hadisələrdən dolayı ailənin, valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Valideynlər bu gün uşaqlara qarşı diqqəti və qayğını daha da artırmalı, onlarla daha çox vaxt keçirməli, uşaqların boş vaxtlarını evdə daha səmərəli təşkil etməlidirlər. Ətrafda və dünyada baş verən hadisələri onlara daha anlaşıqlı dildə başa salaraq onlardan gigiyena qaydalarına əməl etməyi tələb edərək gigiyenik mədəniyyət formalaşdırmalıdırlar. Həmçinin valideynlər uşaqların kompüter və televizor qarşısında normadan artıq vaxt keçirmələrinə şərait yaratmamalı, bunun əvəzinə onlarla intellektual oyunlar, söz oyunları keçirmək, idman etmək, mütaliə, şəkil çəkmək kimi vərdişlər formlaşdırmalıdırlar.Uşaqlar təcrübələrinin və düşünmə qabiliyyətinin məhdud olması səbəbilə gördükləri və eşitdiklərini düzgün qiymətləndirə bilmirlər. Onlar gördüklərini və eşitdiklərini şişirdərək təhrif edərək qorxulu nəticəyə gələ bilərlər.Əziz valideynlər, uşağınızdan qorxduğu şeyləri izah etməsini istəyin, onların şəklini çəkməsini deyin. Uşaqlar qorxduqlarını çəkdikdən sonra, onu daha rahat başa sala və məlumatlandıra bilərsiniz. Uşağınıza qorxmasının təbii olduğunu və keçəcəyini izah edə bilərsiniz. Bunun üçün özünüzdən və başqalarından nümunə göstərərək ”Bu qorxunu və həyəcanı hiss edən tək sən deyilsən, bir çox insanlar bu halı yaşayır və bu zamanla keçib gedəcək” deyərək onu başa salmağa çalışın.Uşaqlarda həyəcan, təşviş və stress halları müşahidə etsəniz sosial şəbəkələr vasitəsilə psixoloq məsləhəti almağa çalışın.Hamınıza sağlam və firavan həyat diləyilə Müəllif: Emin Abdullayev adına Oğuz şəhər 2 saylı orta məktəbin psixoloqu Pərvanə Əhmədova.

Dərs və əyləncəni əhatə edən proqram tərtib edilsin -Valideynlərə tövsiyyə- Video

Psixoloq.az xəbər verir ki,bu barədə Psixoloq Nİgar Cəbrayıl Xəzər xəbərə müsahibəsində danışıb.Həmin video süjeti sizlərə təqdim edirik.

Tanınmış pediatr Koronovirusla bağlı danışdı-Video

Psixoloq.az xəbər verir ki, Tanınmış pedatr dr Sevinc Əliyeva koronovirusla bağlı maraqlı bilgilər paylaşıb.Həmin video görüntünü sizlərə təqdim edirik.

Covid-19 və Dunning Kruqer Sindromu-Psixoloq Elnur Rüstəmov

Psixoloq.az xəbər verir ki, son günlər pandemiya ilə bağlı insanların karantin rejiminə riayət etməməsi ilə bağlı psixoloqlarda mediada və sosial şəbəkələrdə marifləndirmə işləri aparırlar.Tanınmış psixoloq Psixologiya Elmi Tədqiqat İnstitunun Sədri Elnur Rüstəmov özünün sosial hesabında maraqlı paylaşım edərək  qeyd edir ki, pandemiya rejiminə əməl etməmək psixikamızın Dunning-Kruqer sindromunun göstəriciləridir.Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik Dunning-Kruger sindromu Cornell Universitetinin 2 psixoloqu DavidDunning və Justin Kruger tərəfindən elmə gətirilib. Onlar bu sindroma görə məşhurlaşdılar və 2000-ci ildə Nobel mükafatına layiq görüldülər. Dunning-Kruger sindromunun digər adı “Cahil cəsarətidir”. Kitab, qəzet oxumayan, dünyada baş verən hadisələri öz bildikləri kimi şərh edən, sosial mühitdə özünü hər mövzuda məlumatlı biri kimi göstərən insanlar sindromun daşıyıcılarıdır. Onlar özlərini həddindən yüksək qiymətləndirirlər. Onlara görə hər şeyin yaxşısını özləri bilir, idarəetmə bacarığı da yalnız onlarda vardır. Bəs Koronavirusla Dunning-Kruger sindromunun əlaqəsi nədir?Yəqin ki, ətrafınızda bu virusun varlığına inanmayan, əhəmiyyətsiz yanaşan, özünün Koronavirusa tutulmayacağını əminliklə söyləyən insanlar var. Onlar deyilən heç bir məsləhətə əməl etmir, "ölərəmsə, heç bir dezinfeksiya, karantin bunun qarşısını ala bilməz"- deyə düşünürlər. Bunlar isə Dunning-Kruger sindromunun əlamətləridir.Ona görə də, əgər bu düşüncələr səndə və ya tanışında varsa, ilk növbədə bu düşüncələri ağlından çıxarmağa çalış. Rəsmi saytlardan Covid-19 la (koronavirus) bağlı məqalələr oxu. Qaydalara lazımi şəkildə riayət et. Əks təqdirdə Dunning-Kruger sindromu #evdə qal müddətində daha da arta, Sənin və ətrafın yaşam tərzini çətinləşdirə bilər. Bugün Covid-19-a inanmayacaqsan, sabah qohumun təhsilini sorğulayacaqsan, ananın yeməyindən daha gözəl yemək bişirə biləcəyinizi düşünəcəksən, istəsən, qardaşından daha yaxşı yerlərə gələbiləcəyinizi söyləyəcək, lazımsız yerə atanıın “səhv”lərini sorğulayacaqsan. Həyatını bu cür keçirməmək üçün Sən də bizə qoşul. Ailən üçün, sevdiklərin üçün#Evdə qal, sağlam qal.

Koronavirus və stres: Ruh sağlamlığımızı necə qoruyaq?-PSİXİATR YAZIR

Qeyri-müəyyənlik insanlarda narahatçılıq hissi yaradan və ya bu hissi həddindən çox artıran ən önəmli faktordur.  İnsan olaraq bizlər, hər şey təxmin edilə bilən, dəqiq və müəyyən olduğunda özümüzü daha rahat hiss edərik. Ola biləcək təhlükələri bilmək və onları kontrol etmək istəyərik, ancaq yaşadığımız dünyada bu hər zaman mümkün olmur. Xüsusilə həyatımızda ilk dəfə  qarşılaşdığımız, 100 ildə bir görülən pandemiya halı təbii olaraq böyük stres yaradır. Stres bədənimizin ruhi və fiziki bütünlüyünün pozulmasına qarşı verdiyi adaptasiya reaksiyasıdır. Təhlükə, qorxu  qarşısında bədənimiz 3F reaksiyası verir (fight, flight, freeze) Savaşmaq (fight)Qaçmaq (flight)Donub qalmaq (freeze) Təhlükə ilə qarşı-qarşıya qaldığımız vaxt, böyrəküstü vəzidən çox miqdarda adrenalin ifraz olunur. Damarlarımız adrenalinlə dolur və qan vasitəsi ilə bütün bədənimizə yayılır. Bədənimizdə dolaşan adrenalin hormonunun təsiri ilə ürək döyüntüsü  artar,  tərləmə artışı, titrəmə, istilik basması, ağız quruması, tez-tez nəfəs almağımıza,  həyəcan və qorxu hiss etməyimizə səbəb olar.Aylardır davam edən Covid-19 infeksiyası ilə əlaqəli qorxu və xroniki stres insanın ruh sağlığı üçün yorucu ola bilər. Xüsusi ilə nevrozun müxtəlif növləri olan insanlar bu periodda daha diqqətli olmalıdır. Obsessiv kompulsiv xəstəlik (sayrışan hallar nevrozu), ipoxondrix pozuntu, panik atak  xəstəliyi olan insanlarda əlamətlərdə artış görülə bilər.Məsələn, Türkiyə Psixiatriya Dərnəyinə görə, aşağıdakı qruplar stresə qarşı daha güclü reaksiya verə bilərlər:-Əvvəlcədən nevrotik problemləri və psixiatrik və psixolojik narahatçılıqları olanlar və mualicə alanlar-Uşaqlar və yeniyetmələr-Həkimlər və digər tibbi xidmət verən işçilər (xüsusilə virusa yoluxmuş insanlarla qarşılaşma riski ən yüksək olan tibb işçiləri) Stress reaksiyaları bunlar ola bilər:-Öz sağlamıq vəziyyəti  və ya yaxınlarına virus keçirməklə əlaqəli qorxu və təlaş-Yuxu və yemək rejiminin pozulması-Diqqəti toplamaqda çətinlik -Xroniki xəstəliklərin şiddətlənməsi (allergiya, ürək-damar xəstəlikləri, şəkər, təzyiq və s. kimi sistem xəstəlikləri)-Alkaqol, tütün və digər vasitələrdən istifadənin artmasıStressə qarşı dözümlülüyümüzü artırmaq üçün -COVID-19-la əlaqəli məlumatlara həddindən çox məruz qalmanın qarşısını almalıyıq. Özümüzə yaxşı qulluq etməliyik, sağlam qidalanmağa çalışmalı, mütəmadi hərəkətli olmaq və idman etməli, normal yatmalı, dincəlməli, spirtli içki, tütün və narkotik vasitələrdən uzaq olmalıyıq. -Rahatlamaq üçün özünüzə vaxt ayırın, bu narahatçılığın və güclü qorxunun keçəcəyini özünüzə xatırladın.-Bu halda mütəmadi xəbər və sosial media izləmək məyusluq, qəmginlik yarada bilər. Normal həyata qayıtmaq üçün sevdiyiniz şeylərə qayıtmağa, hobbilərinizlə məşğul olmağa çalışın.-Ümid hissini qoruyun və müsbət düşünməyə davam edin.-Hisslərinizi ailə üzvləriniz və yaxınlarınızla bölüşün.-Çox çətinlik yaşadığınız, çıxılmaz durumda olduğunuz hallarda ruhi xəstəliklər mütəxəssisinə müraciət edin. Azər Bağırov-Psixiatr, uzman həkim, Mənbə e-tibb.az 

"Müsbətə köklənin, bu halda immun sistemi də güclənir"-Psixoloq Əfsanə Rüstəmova

Dünyada, o cümlədən Azərbaycanda da koronavirusla mübarizə üçün görülən tədbirlərlə əlaqədar olaraq bir çox insan ya məcbur, ya da özləri istəyərək başqaları ilə təmasları minimuma endirməyi və evdə qalmağı üstün tutur. Yeni reallıqlar insanların həyat tərzini və vərdişlərini dəyişdirir. Psixoloq.az xəbər verir ki İnsanların müvəqqəti təcrid olunmasının sosial-psixoloji aspektləri barədə psixoloq Əfsanə Rüstəmova Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, hər kəsin vəziyyəti eyni deyil. Gündəlik qazanc (hər hansı bir məcburiyyət) üçün evdən çıxanları da nəzərə alıb ictimaiyyətə eyni şəkildə təsir edəcək çağırışlar etmək lazımdır:"Məsələn, panikanı azaltmaq üçün "yaşlılar, şəkəri və sairə xroniki xəstəliyi olanlar" risk qrupuna daha çox daxildir deyilir. Bunu deyəndə ekrandan bu göstəriciləri olan neçə adamın səni eşitdiyini düşünsən.. Və o adamların da hər birinin məlumatı dərk etmə şəkli fərqlidir. Sırf bu səbəbdən qorxan insanları təşvişə salmamaq üçün daha mülayim davranmaq əsas şərtdir. Anlamaq lazımdır ki, ölüm üçün zaman, məkan, yaş vəs. fərq etmir. Vaxtı çatıbsa, olacaq. Yeni statistika çıxdı ki, acından ölənlərin sayı koronavirusdan ölənlərin sayından 10 dəfə çoxdur. Bu mövzuda biz panika yaşayırıqmı?!Demək ki, "evdə qalmaq" çarə deyil. Əlbəttə ki, lazımı önləmləri alaraq məhdud həyat fəaliyyətini davam etdirməliyik. Bəlkə koronovirusdan 10 adam ölər, amma hərəkətsizlikdən, qorxudan, ifrat stresdən 10 minlərlə adam ölə bilər. Psixoloji olaraq özünüzə yaxın buraxmadığınız heç nəyi yaşamırsınız. Müsbətə köklənin. Çünki, bu halda immun sistemi də güclənir, şüuraltı da müqavimət qabiliyyətli olur. Müsbət tərəfdən baxsaq müxtəlif periodlarda yaşanan bu cür keçici panikalar insanları ayıldır. Əvvəllər də bu cür risk payı olan böyük xəstəliklər olub. Tv-də senzuralı verilən məhdud məlumatlar dönəmindən, sosial media vastəsilə bütün məlumatların tirajlanması dönəminə keçdiyimiz üçün məsələ bizim üçün bu qədər "qorxuludur".Fəridə Ağazadə sonxeber.az