Görkəmli psixoloq, individual psixologiya nəzəriyyəsinin yaradıcısı, tanınmış avstriyalı həkim, psixoterapevt Alfred Adler haqqında əvvəllər ümumi məlumata malik olsam da, onunla yaxından tanışlığım “Aydınlanma səyahəti” (2016) kitabının birinci hissəsini (Oyanış və dəyişməyə doğru) yazarkən başladı. Adler psixologiyanın birinci vəzifəsi kimi sosial faktoru ortaya qoyan ilk psixoloqlardan sayılır. “İndividual psixologiya fərdi, cəmiyyətin daxilində görür və tədqiq edir. Biz insana cəmiyyətdən ayrı halda baxmaq və tədqiq etməkdən imtina edirik”, - Adler bəyan edirdi (1956). Alfred Adler 1870-ci il fevralın 7-də Vyana şəhəri ətrafında yerləşən Rudolfşeymdə anadan olub. Yəhudi ailəsində dunyaya gələn Alfred 6 uşaqdan ikincisi olub. Uşaqlığında tez-tez xəstələnərmiş. Bu xəstəliklərə, onların gətirdiyi ruh halına baxmayaraq hələ kiçik yaşlarında “ölümlə mübarizə” üçün həkim peşəsini seçib. Lisey təhsili alarkən uğursuz şagird olub, riyaziyyatda çox bacarıqsızlıq nümayiş etdirib. Müəllimi ailəsinə onu çəkməçi yanına şagird qoyulmasını tövsiyə etmişdi. Adlerin atası bu tövsiyəyə qulaq asmayıb, əksinə oğlunu daha çox məşğul olmağa təşviq etmişdi. Adler özü bu hadisəni danışdığında belə deyib: “Əgər atam müəllimimin tövsiyəsini dinləsəydi, bəlkə də yaxşı çəkməçi olardım”. Həqiqətən, bir müddət sonra “bacarıqsız şagird” sinifin ən yaxşı riyaziyyatçısı oldu. Hələ uşaqlığında rasionalist düşüncəyə sahib idi. Şekspirin əsərlərinə qarşı sonsuz heyranlıq hiss edir, onun insanı tanımasında bənzərsiz olduğuna inanırdı. Liseydən sonra, 1895-ci ildə tibb fakültəsini bitirib, 1897-ci ildən elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərib. Daha sonra psixatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşıb. XIX əsrin sonunda Adler psixoanaliz elminin banisi Ziqmund Freydlə tanış olur. Freydi düşmənlərinə qarşı açıq müdafiə etsə də, dahiliyinə inandığı Freydlə bəzi nöqtələrdə razılığa gələ bilmir, psixi xəstəliklərinin cinsi travmalardan meydana gəldiyi fikrini qəbul etmirdi. Bu səbəbdən Freydlə Adler arasında mübahisə düşür. 1904-cü ildə Adler Freyddən ayrılmaq istəyir. Lakin Freyd bunun qarşısını alır, bir müddət əməkdaşlıqlarını davam etdirirlər. 1908-ci ildə Salzburqda keçirilən konqresdə Adlerlə Freyd arasında prinsip anlaşılmazlıqları açıq formaya keçir. 1911-ci ildə Nürenberq konqresində Adler “Freydin ruh həyatının cinsi nəzəriyyəsinin tənqidi” adlı tezislə çıxış edir. Freyd bu çıxışa cavab vermir. Adler də Vyana psixoanaliz dərnəyindən tamamilə ayrılır. Freydə görə, insan instinktlərinin, arzularının, istəklərinin, meyillərinin oyuncağıdır. İnsan ona təsir edən instiktiv güclərə yönəlir. Adlerə görəsə insanı dəyərli edən məqsəddir. Bu məqsəd insanın düşüncələri, hisləri, davranışlarına təsir edir. Daha doğrusu, insanın düşüncələri, hisləri, davranışları bu məqsədə görə formalaşır. 1912-ci ildə Alfred Adler “İndividual Psixologiya Dərnəyi”ni qurur, həmin tarixdən etibarən Adler məktəbi inkişaf etməyə başlayır. 1932-ci ildə Nyu-Yorkdakı Lonq İsland Medikal Kolleci Adlerə psixologiya doktoru adını verir. 1937-ci ildəsə, o, mühazirə demək üçün gəldiyi Şotlandiyanın Aberdeen bölgəsində ürək tutmasından vəfat edir. Adler həyatı boyu psixoterapevt və psixoloq kimi aktiv olub, yaşadığı dövr ərzində üç yüzə yaxın kitab, müxtəlif mövzularda məqalələr yazıb. Əsas elmi əsərləri: - “Fərdi psixologiyanın təcrübəsi və nəzəriyyəsi” - “Nevrotik xarakter” - “İnsan bilikləri” - “İnsan təbiətinin anlaşılması” - “Uşaqların təlim-tərbiyəsi” - “Yaşamaq sənəti” - “Həyat tərzi” və s. İndividual psixologiya nəzəriyyəsinin əsas tezisləri: Latınca “individium” – bölünməz mənasını verdiyi üçün Adler də öz nəzəriyyəsini “İndividual psixologiya” adlandırıb. Adlerə görə, həyati fəallığın heç bir formasını şəxsiyyətdən ayırıb nəzərdən keçirmək olmaz. Fərd beyinlə bədənin qarşılıqlı əlaqəsində tam olduğu kimi, psixi həyata münasibətdə də belədir. İndividual psixologiyanın əsas vəzifəsi bu bütövlüyü hər fərddə, təfəkküründə, hislərində, hərəkətlərində, şüur və şüursuzluğunda təsdiq etməkdir. Şəxsiyyətin bütövlüyü strukuturunu Adler həyat tərzi kimi müəyyən edib. İnsan həyatı mükəmməlləşməyə fəal cəhd kimidir. Ancaq həyati əhəmiyyətli məqsədlərə istiqamətlənmiş hərəkət zamanı fərd tam kimi qavranıla bilər. İnsanın daimi mükəmməlləşməyə cəhd etməsini deyən Adler fikirləşirdi ki, insanlar hеç də daxili, xarici səbəblərdən itələnmirlər, əksinə həyati əhəmiyyətli məqsədlərə doğru, irəli hərəkət edirlər. Qarşılarına qoyduğu məqsədlər, eləcə də uğur əldə etmək üçün istifadə etdikləri fərdi üsulllar həyatlarına əhəmiyyət verdiklərini başa düşməyə kömək edir. Şəxsiyyətin formalaşmasında irsiyyətin, ətraf mühitin rolunu qəbul edən Adler insanların yaradıcı qüvvəyə malik odluğunu iddia edir. Bu qüvvə insan təcrübəsinin hər sahəsinə təsir edir: qavrayış, hаfizə, fantaziya, arzular. İnsanın yaradıcı təbiəti, azadlığı barədə məhz bu fikirlər psixoloqlara Adleri müasir humanist nəzəriyyənin yolgöstərəni hesab etməyə imkan verir. “İndividual psixologiya” fərdi cəmiyyətin tərkibində öyrənir. Adler nəzəriyyəsinə görə, insanın bütün davranışının sosial kontekstdən doğur, insan təbiətinin mahiyyətini yalnız sosial münasibətləri başa düşdükdən sonra anlamaq mümkündür. Fərdi subyektivlik: fenomoloji ənənələrə sadiq qalan Adler hesab edirdi ki, insanın davranışı həmişə özü və ətrafdakıları barədə fikirlərindən asılıdır. İnsanlar yaratdıqları dünyada “qavrayış” sxemlərinə uyğun yaşayırlar. İndividual psixologiya nəzəriyyəsinin strukturunu Adler belə göstərib. Saxta finalizm Üstünlük qazanmağa cəhd Dəyərsizlik hiss və onun kompensasiyası İctimai maraq Həyat tərzi (stili) Yaradıcı mən Beləliklə, Adler insanın daha yaxşıya doğru irəliləmək, problemlərini həll etmək, yaradıcı meyillərini reallaşdırmaq, həyata uyğunlaşmaq şansına sahib olduğuna, başqa sözlə, natamamlıq hislərini uğurlu şəkildə aradan qaldırma yolunun insana açıq olduğuna inanır. Bu baxımdan insanın yaradıcı mənliyinə böyük əhəmiyyət verir. Əsas məsələ bu yaradıcı mənliyin inkişafına ən əlverişli şəraiti yaratmaq olmalıdır, bunu hər şeydən əvvəl təhsil təşkilatlarının öhdəsinə düşən vəzifə kimi görür. "İndividual psixologiya" kitabının ana dilimizə tərcümə etməklə hadisələrə bir daha Adlerin gözündən baxmış oldum. İnanıram ki, Azərbaycan oxucusu da bu dəyərli kitabla tanış olduqdan sonra, problemlərini həll etmək, ətrafındakıları daha yaxşı tanımaq və onlarla daha yaxşı ünsiyyət qurmaq, ümumilikdə həyatına daha müsbət istiqamət vermək haqqında düşünmək üçün faydalanacaq. Ön söz: Ceylan Mumoğlu Mənbə: Parafr.az
Qadın qadının həm ən yaxın dostu, həm də rəqibidir. Qadınların bir-birinə qarşı içdən içə kin bəsləməklə səbəbi hələ də müəmmənalıdır. Sosial əlaqələrimizdə qadınlardan çox kişiləri daha etibarlı tapırıq. Dövlət dairəsində, imtahanlarda həmişə "ümid edirəm qarşıma kişi çıxar" deyə dua edirik. Qadınlarla qarşı-qarşıya gəlməyi eynilə bir boks matçı kimi qəbul edirik...Qadınlarla yaxşı dolanmaq lazımdır Qadın təbiəti əslində bir-birinə güvənməyə meyllidir. Çünki qadını həyata gətirən, baxıb böyüdən də bir qadın. Zaman içində nə olursa olur və qadınlar arası rəqabət başlayır. Buna görə həmcinslərimizlə araya məsafə qoymaq məcburiyyətində qalırıq. Halbuki qadınların həm fiziki həm də ruhi sağlamlıq baxımından bir-birlərinə ehtiyacı var. Mütəxəssislərə görə, həmcinsləri tərəfindən qəbul edilib, təsdiqlənən qadınların stresləri azalır. Sağlam və etibarlı ictimai əlaqələr quran qadınların beyin funksiyaları daha inkişaf etmiş olur və yaddaş itkisi azalır.Dostluq, ən yaxşı dərmandır Qadınların bir-birinə qarşı səbəbsiz kompleksləri zamanla təsəllini kişilərdə axtarışa itələyir. Biz qadınlar, sözsüz olaraq öz aramızda bir dil istifadə edirik. Kişilərə bizlər kimi detalçı və planlı hərəkət etmədikləri üçün bizi anlamaları bir az çətin olsa da kişilərlə qadınlardan daha yaxşı razılaşırıq. Qadınlar bir-birləri ilə ya çox yaxşı razılaşır ya da bir-birinə düşmən kəsilir. Bunun bir ortası yoxdur. Qadınların bir-birlərinə verdikləri zərərin ölçüsünü ifadə etmək lazım olsa; eşq ağrısı belə qadınlara daha az ağrı çəkdirir deyə bilərik...
Avropada tanışı olmayan insanlarla ovqatını bölüşmək, salamlaşmaq ənənəsi var. Orda elə bir kompleksiz cəmiyyət var ki, tanımadığın insana salam vеrə, xoş əhvalla “gözəl havadır” dеyib ötə bilirsən. Avropa cəmiyyətinə “qonaq olanda” adamın ilk diqqətini çəkən məhz münasibətlərdəki bu sərbəstlik olur. Bizim cəmiyyətin nümayəndələrinə bir az qəribə gələn hadisədir… Mən Avropada bu ənənənin hardan qaynaqlandığını bilmirəm. Ancaq bir insanın gün çırtlayanda tanımadığı şəxsdən müsbət еnеrji almasından yaxşı nə ola bilər ki! Təəssüf ki, biz yaşadığımız cəmiyyətdəki “tərəfdaşlarımızdan” bu enerjini ala bilmirik. Bunun səbəbi məni həmişə düşündürür. Aldığımız еnеrji işdə, ailədə, qarşılaşdığımız insanlarla münasibətdə özünü büruzə vеrir. Fiziklərə inansaq, еnеrji yox olmur, bir şəkildən başqa şəklə düşür. Dеməli, biz qəbul еtdiyimiz impulsu mütləq ya ətrafımıza ötürürük, ya da iş əmsalına çеviririk. Nəticə еtibarilə bizdəki mənfi еnеrjinin dağıdıcı xüsusiyyəti işimizə, ətrafımıza hakim kəsilir. Nеqativ yük daşıyıcısı olmağımızın bir səbəbi milli komplеksimizdir. Birinin küçədə qarşılaşdığı şəxsin üzünə gülümsəməsini dəlilik əlaməti hesab edirlər. Nə qədər qaşqabaqlı olsaq, bir o qədər tənədən uzaq olacağımızı düşünürük və əslində olmadığımız şəkildə görünürük, özümüzü təcrid еdirik. Özünü təcrid еtmək yalnız özünə inamsızlığın nəticəsidir. Özünə inanan şəxs kimsədən çəkinmir, özünü rahat ifadə еdir, daha səmimi olur. Ətrafdan özünü qoruma instikti isə nəticədə özünəvurğunluq xaraktеrini gücləndirir ki, bu da sözün tam mənasında xəstəlikdir. Özünə vurğunluq, özünü ətrafından bir baş üstün tutmaq cəhdi, еqoizm insanı içindən yеyir. Allah kimsəni kimsədən üstün və ya əskik yaratmayıb, hamının yеri, məqamı Haqq tərəzisində еynidir — yəqin bu tərəzinin çəki еtalonuna şübhəniz olmaz. Özündənrazılığın Tanrı dərgahındakı əcrini mömünlər daha yaxşı bilər, amma maddi aləmdəki əvəzi də var.Еqoistlər – hеç vaxt öz istеdadını, qabiliyyətini qorumaq imkanında dеyillər, heç vaxt sona qədər xeyirxah da ola bilmirlər: onları ya imkanlarından üstün iddiaları, ya da qеyri-səmimilikləri gеc-tеz məhv еtməlidir. Еqoizm daxilə düşən qurddur – xərçəng kimi nə vaxtsa sənin axırına çıxacaq! Bunlar görünən komplеkslərimizdir. Qəribəlik bilirsiz nədədir? Biz özünəvurğunları, еqoistləri daha çox diqqətdə saxlayırıq. Çünki еqoizm maddiyyatın, özünəinam mənəviyyatın təzahürüdür. Biz madiyyatı və еqoizmi daha yüksəkdə tuturuq. «Dəryaca ağlı olub, yoxsul olana gülürük», imkanlının ağzından çıxan sözlərin dürr, inci olacağını düşünürük və еlə hеsab еdirik ki, yеrə tökülən bu «dürr» və «inci»ni ona daha yaxın olmaqla dənləyə, ciblərimizə doldura bilirik. Həzrəti Əli(ə) dеyirdi ki, «baxma kim danışır, bax, gör, nə danışır»! Bizsə baxırıq kim danışır, onun nə danışdığını bizim üçün еlə də əhəmiyyəti yoxdur… Əslində, bu komplеksin arxasında böyük bir faciə dayanır. Biz еqoistə diqqətimiz, marağımızla onu daha çox еqoistləşdiririk, onun «mənəmlik» xəstəliyinin dərinləşməsinə səbəb oluruq. Nəticədə həmin insanın məhvini sürətləndiririk! Yaxşı hal dеyil – bir insanın tədricən ölməsini bu qədər diqqətlə, bu qədər yaxından sеyr еtməzlər! Bir insanın özünəvurğunluqla özünəqəsdinə bu qədər şərait yaratmazlar.Bəlkə, özümüzü özümüzdən qorumağımız yеtər, bir az da özümüz özümüzü qoruyaq???(kayzen.az)
Böyük uğur böyük zaman tələb edir.Bununla yanaşı, istənilən vəziyyətdə və istənilən insan üçün keçərli olan bir üsul mövcuddur. İnsanların əksəriyyəti bu üsulu yaxşı bilsələr də ondan istifadə etmirlər. Nəyə görə? Axı dünyaların ayaqlarınızın altına səriləcəyinizi gözləmək daha asandır! Lakin aydındır ki, dünya istəklərimizə cavab verməyə tələsmir. Buna görə də, sizi tez bir zamanda uğura gətirib çıxaracaq üsuldan istifadə edin. Bu üsul “yarım saat nəzəriyyəsi” adlanır. Bu metodun özünəməxsus və üstün cəhəti ondan ibarətdir ki, bu üsul hər kəs üçün əlçatandır və istənilən qrafikə uyğunlaşdırmaq mümkündür. Ümumi ideya isə belədir ki, hər gün yarım saat ərzində kiçik fəaliyyət ilə məşğul olur, daha sonradan isə onu təkmilləşdirmək istiqamətində çətinləşdirirsiniz. Hər şey çox sadədir, elə deyilmi? Lakin nə qədər çox insanın bu üsulun bayağı olduğunu düşündüyündə təəccüblənəksiniz.Bu o deməkdir ki, hər gün oxumaq üçün yarım saat ayırmalı olacaqsınız. Boş şeydir?! Lakin bu şəkildə bir il ərzində 24 kitab oxumuş olacaqsınız ki, buda əksər insanların 10 il ərzində oxuduqları kitab sayından çoxdur!Gün ərzində bu 30 dəqiqəni hər hansı bir xarici dilin öyrənilməsinə və yaxud faydalı bir vərdişin mənimsənilməsinə sərf edə bilərsiniz.Bəs uğura nail olmaq üçün bu nəzəriyyədən necə istifadə edə bilərsiniz?Sizi maraqlandıran məsələ ilə bağlı yeni biliklər əldə edə, ixtisasınız ilə əlaqəli yeni bacarıqlar qazana bilərsiniz. Cəmi yarım ildən sonra seçdiyiniz istiqamət üzrə çoxlu sayda yeni biliklər qazanmış, 1 ildən sonra mütəxəssis ola biləcəksiniz.Gündəlik 30 dəqiqənizi seçdiyiniz fəaliyyətə ayırmaqla 1 il sonra nə qədər çox yol qət etdiyinizdən özünüz heyrətə gələcəksiniz.Səbrli olun. Ani nəticələr gözləməyin. Bunun üçün zaman lazımdır və məqsədiniz nə qədər böyükdürsə, bir o qədər də çox addım tələb olunacaq.
Hamımız öz prinsip və ideallarımızla yaşayırıq. Lakin ümumi, dünyəvi qanunlar var ki, biz onları adlaya bilmərik. Bunun üçün bəzən öz istəklərimizi qurban veririk ki, nəticədə yenə də qalib tərəf biz oluruq. Müəyyən şəxsiyyət tipləri var ki, onlar nəinki öz prinsiplərini qurban vermirlər, hətta hamını bu prinsiplə yaşamağa məcbur edirlər. Və əgər bir prinsipi “ideal” formada reallaşmazsa bu insan, həyatını “qaralamaq” nəticəsinə gəlir. Hər bir detala diqqət yetirən bu insanın həyatında eybəcər, əyri və ya səhv bir şey olmamalıdır. Hər bir addım qabaqcadan fikirləşilir və detallara qədər düşünülür. Pedantik və inadkar olan bu insanlar həmişə səhv axtarıb onu düzəltməyə çalışırlar. Bu insanların daim şübhələrlə yaşaması onların həyatı dolğun yaşamasına imkan vermir. Əslində şübhələrinin real olmasını istəyirlər – çünki istəkləri “mənim şübhələrim düz oldu. Mən səhv düşünə bilmərəm” şəklindədir. Bütün bunlar eqonun artmasına gətirib çıxarır. Insanın məhsuldarlığı daim aşağı və nəticədə nailiyyətlərin olmaması daha da ideallığa can atmağa məcbur edir. Dairə qapanır – sıfirdan yaradılan hər bir şey nəticədə yenidən məhv edilir, çünki hər yaradılan getdikcə ideallıqdan daha uzaq qəbul edilir. Xəstəliklərin Beynəlxalq Təsnifatında belə ideallığa can atmaq, şübhələnmək, tərəddüd edən, detallara diqqət yetirən bu şəxsiyyətləri F60.5 aşağıdakı simptomları özündə ehtiva edir: Hədsiz xırdaçılıqTəmkinlilikInadkarlıqEhtiyatlılıqŞübhəli olmaqRigidlikPedantiklik Belə şəxsiyyətlər həyatda nəinki özünün, həmdə ətrafın həyatını keyfiyyətsiz etmək iqtidarındadır. Gözəl bir kəlmə “ideal heç bir şey yoxdur”. Və məhz bu çatışmayan cəhətlər insanı gözəl və seçilən edir. Biz robot deyil, adi insanlarıq. Aydan Xasməmmədzadə. Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu
Yaxın keçmişdə tələb olunan ixtisaslar sabah gərəksiz ola bilər. Əgər siz kənarda qalmaq istəmirsizsə, gələcək üçün tələb olunan ixtisaslara yiyələnə bilərsiz. İnteraktiv dizayner - auditoriyanı baş verənləri təkcə passiv şəkildə müşahidə etməyə yox, həm də müxtəlif tədbirlərdə aktiv iştirak etməyə çağıran layihələr yaradan mütəxəssis. Rəqəmsal transformasiya üzrə mütəxəssis - süni intellektdən, virtual reallıqdan, robototexnikadan, internet resurslarından başı çıxmalıdır. Həmin adam informasiya və rəqəmsal texnologiyalarından istifadə edərək, xüsusi rəqəmsal sfera yaratmaq və müştəridə istifadəçi təcrübəsi formalaşdırmaqla şirkətin gəlirini artırmağa çalışmalıdır. Şouranner - bu adam müxtəlif teleseriallar yaratmaq prosesini idarə edir. Onun öhdəiliyinə ssenari yazmaq, prodakşn öncəsi məsələlərin həlli, layihənin təqdimatı və gerçəkləşdirməsinə nəzarət durur. İşıq dizayneri - bir çox sahələrdə tələb olunur. Bu, həm kino, həm müxtəlif televiziya verlişləri, həm də təqdimatların təşkilatçılığıdır. İşıq üzrə mütəxəssis, özü də işıq dizayneri dizayn, elektrotexnika, memarlıq barədə də məlumata malik olmalıdır. Məhz bu zaman o, yaxşı qazana bilər və onun xidmətləri daim tələb olunacaq. Yeni media produseri - Reklam daha ticarəti hərəkətə gətirən yeganə vasitə sayılmır. İndi sosial şəbəkələrdə olan bir sıra faydalı kanallar məşhurluq əldə edir ki, burada müştərilər üçün bir sıra mətn və videolar hazırlanır. Redaktorların işi asan olsa da, keyfiyyətli videokontent hazırlamağı bacaran produser tapmaq olduqca çətindir. Yeni peşəyə malik olmaq üçün marketinqin qaydalarını bilmək lazımdır. Habelə kommunikasiyanın əsas xüsusiyyətlərini və prinsiplərini bilmək, rejissorluq, produserlik bacarığına malik olmaq, ssenari yazmağı bacarmaq da gərəkdir. Əgər siz rəsm çəkməyi bacarırsızsa, öz gücünüzü filmdə, animasiyada, oyunlarda və sair əyləncələrdəki bütün obrazların vizualizasiyasına cavab verən konsept-rəssamlıqda sınaya bilərsiz.
Müdriklərdən birinin kəlamlarından oxuyuruq: "Sevgidə günəş kimi ol"... Necə ola bilər, axı? Günəş kimi olmaq mümkündürmü? Biz hara, Günəş hara? "Özümüzü bədii çalara bürünmüş bu şeir parçası ilə niyə aldadaq?" – fikri bəzi oxucuların zehnindən keçə də bilər. Uşaq kitablarından oxuyuruq: "Günəş bizdən təxminən 150 milyon km məsafədə yerləşir. Məsafənin uzaqlığı Yerdə yaşayan canlıların onun istiliyi və işığından faydalanmasına mane olmur. Əgər Günəş sönsə, işıq, istilik verməsə, yer üzündə olan su, hətta hava donar. İnsanlar, heyvanlar, bitkilər məhv olar". Geniş izah yazmıram, özünüz müqayisə edin. Dünyanın ağrısını-acısını, duzlusunu-şirinini görmüş müdrik qocanın gəldiyi nəticə və uşaqların ilk oxuya başladıqları zamanda öyrəndikləri həqiqət. Bir sabah oyandım, sosial şəbəkələrdə xəbərləri izləyərkən bir gəncin intihar etdiyini öyrəndim. Profilinə daxil olub, əvvəlki günlərdə qəmgin, həyatdan küskünlük dolu statuslarını oxudum. Əvvəl içimi heyifslənmə hissi bürüdü. Kaş bu gənc mənim də dostluğumda olaydı, yazdığı statusları görər, müəyyən üsullarla müdaxilə edər, ən azından statusunun altına bir ümidverici rəy yazardım. Sonra ana səhifədə həmin intiharla bağlı yayımlanan xəbərlərə nəzər saldım. Kimisi oğlanın maddi durumunun aşağı olmasından, kimisi sevgilisi tərəfindən tərk edilməsindən, bəziləri də ümumi ruh halının pessimist notlar üzərində qurulmaısndan bəhs edirdi. Belə həyatla yaşamaqdansa intihar etmək yaxşıdır fikrinə haqq qazandıranlar da vardı, intihar çıxış yolu deyil, günahdır deyənlər də. Səbəb təkcə maddi durumun çətin olmasıdır? Xeyr. Sevgilisinin onu tərk etməsidir? Xeyr. Öz ruh halının pessimist olmasıdır? Xeyr. Hər üç məsələ intihara götürəcək qədər dəhşətli səbəb deyil. Bəs nədir səbəb? Sevgisizlik... Daxildən gələn sevgi işığının bitməsi, qaynağın tükədilməsi, Günəşin sönməsi. Bəzən bunu fərd fərqində olmadan tükədir, proses sona çatdıqda, artıq gec olur. Onu düşdüyü quyudan çəkib çıxarmaq müşkül məsələyə çevrilir. Uzun ip atırsan ki, çıxarasan, ipi tutub yuxarı dartınsa belə, yarıda kəsir, yenidən qaranlığın dərinliyinə düşür, özünü məhv edir. Çünki daxilində sevgi işığını, günəşini söndürüb, yenidən yandırmaq ağlına gəlmir. Yaxud başqa misal: Belə bir həyat düşünün, uşaq uğursuz ailədə dünyaya göz açıb, yaşadığı şəraitdə sevgisiz böyüyüb, dəyər görməyib, hiss və düşüncələri nə soruşulub, nə də ciddiyə alınıb. Bu şəkildə həqiqi sevgidən xəbərsiz gənc yaşa çatıb. Daxilən həyatındakı inkişafın tərs getdiyini hiss edir, amma ağlı hələ ona nələr olduğunu göstərə bilmir, çünki dərketmə baş verməyib. Bu səbəbdən rastına çıxan, dəyər verən ilk şəxsə özünü təslim edib. Sanki təslim olmasa, "onu sevməyəcək, tərk edəcək" düşüncəsini daşıyıb. Çox rastlanan bu hisslə yetişən bir çox insan qarşısına çıxan gənclərdən sevgi “dilənməyə” davam edir. Ailəsindən görmədiyi sevgini, hörməti, dəyərli olmağı kənarda axtarır. Hansı ana, ata uşağının bu vəziyyətə gəlməsini istəyər? Amma fərqindədirlərmi, bilirlərmi? Uşağı öz gözündə uğurlu hiss etməsini təmin edə bilməyən "sevən" valideynlər ona hansı uğurlu gələcək verə bilərlər? Bu da üzərində dayanılası başqa problem. Həyatın ən vacib hədiyyəsi, həqiqi sevgi ilə böyüməkdən məhrum olan uşaqlar "Mən dəyərliyəm", "Sevilirəm", "Əhəmiyyətliyəm", "Mənə güvənirlər", "Mən ailəmin bir parçasıyam və eyni zamanda azadam" hisslərini yaşamayıbsa, bu hisslərin acına çevrilir, onların yerini doldurmaq üçün sevgini kənarda axtarırlar. Sevgisiz böyüyən insan inkişafdan dayanmış kimi bir vəziyyətə düşür. Fiziki cəhətdən böyüsə də, mənəvi tərəfi yoxsul qalır. Sevgi aclığı duz və vitamin əskikliyi kimi xəstəlik olur. Humanist psixologiyanın nümayəndələrindən olan amerika psixoloqu Abraham Maslau özünün "Ehtiyaclar piramidası" haqqındakı əsərində xüsusi bölməni "sevgiyə tələbat və mənsubiyyət"ə ayırıb. Sevgi ehtiyacı insanların ən əsas ehtiyaclarındandır. İstər uşaq olsun, istər yetkin şəxs olsun, hər insanın sevgiyə ehtiyacı var. XX əsrin görkəmli sosioloq, filosof və psixoloqu Erix From da "Sevmək sənəti" əsərində yazıb: "sevgi haqqında danışmaq "mocüzə etmək" deyil, ona görə ki, bu, hər insan məxluqunun təbiətinin ali, həqiqi tələbatları haqqında danışmaq deməkdir. Bu tələbatın gizli olması hələ onun heç olmaması demək deyil". Bəs çarə nədir? Sevgi işığını (Günəşi) söndürməmək üçün nə etmək lazımdır? Gördüyümüz hər işə, hər xüsusiyyətimizə, bütövlükdə xarakterimizə sevgi qatsaq, həqiqi insan olmağımızda böyük məsafələr qət etməyimizə kömək edəcək. Ümidsizlik qəlbi dağıdır, sevgi isə möcüzələr yaradır. Sevgidən uca və gözəl olanı yoxdur, yalnız o, insanlara səadət və azadlığı bəxş edə bilər. Atılmalı birinci addım – sevginin yaşamaq kimi, sənət olduğunu dərk etməkdir: əgər sevməyi öyrənmək istəyiriksə, onda tutalım rəssamlıq, xarrat işi, tibb və ya mühəndislik sənətini öyrənmək istəyərkən etdiyimizi etməliyik (Erix From). Sevgiyə dərin ehtiyaca baxmayaraq ondan başqa hər şey daha vacib hesab olunur: uğur, nüfuz, pul, hakimiyyət. Demək olar, bütün enerjimiz bu məqsədlərin öyrənilməsinə sərf olunur, sevgi sənətinəsə heç nə sərf olunmur. Sevgi insanda aktiv qüvvədir, elə qüvvə ki, insanı öz yaxınlarından ayıran divarları yıxmaq qabiliyyətinə malikdir; onu digər insanlarla qovuşdurur; sevgi ona təcridolunma və tənhalıq duyğularının öhdəsindən gəlməyə kömək edir, özü olaraq qalmağa, bütövlüyünü qorumağa kömək edir. Sevgi –sevdiyimiz kiminsə, nəyinsə həyatına, inkişafına aktiv maraqdır. Aktiv maraq olmadığı yerdə sevgi də yoxdur. Sevgisiz zəka, bizi lovğa edər. Sevgisiz ədalət bizi amansız edər. Sevgisiz diplomatiya bizi ikiüzlü edər. Sevgisiz uğur bizi təkəbbürlü edər. Sevgisiz zənginlik bizi həris edər. Sevgisiz itaətkarlıq bizi xidmətçi edər. Sevgisiz kasıblıq bizi deyingən edər. Sevgisiz gözəllik bizi gülünc edər. Sevgisiz qüdrət bizi despot edər. Sevgisiz işləmək bizi kölə edər. Sevgisiz sadəlik bizi dəyərsiz edər. Sevgisiz qanun bizi dustaq edər. Sevgisiz siyasət bizi eqoist edər. Sevgisiz inanc bizi fanatik edər. Aydınlığın olduğu yerdə qaranlıq özünü qoruya bilmədiyi kimi, sevginin olduğu yerdə də neqativ hisslər qoruna bilməz. Böyük yazıçı Fyodor Dostoyevski "Cəhənnəm insan həyatında sevginin bitdiyi yerdir" fikrini sadəcə romana rəng qatmaq üçün yazmayıb. Bu həqiqətdir.
Vərdiş 1: Məsuliyyətdən qaçmaq Kasıb adam heç vaxt məsuliyyəti öz üzərinə götürmür. O, daha çox öz uğursuzluğunda iş yoldaşlarını, müdiri, yaxud sistemi günahlandıracaqdır. Ancaq öz məğlubiyyətini boynuna almayacaq. Kasıb adam belə düşünür: “Əgər onlar olmasaydı, mən çoxdan uğurlu adam olardım”. “Mənə hamı mane olur, mən heç nə edə bilmirəm”. Vərdiş 2: Vaxtı uzatmaq Uşaqlıqdan bizə qədim atalar sözünü misal çəkirlər: “Yeddi dəfə ölç, bir dəfə biç”. Vaxt gedir, ancaq siz ölçməyi düşünürsüz və nəticədə daha “zirək” biri ortaya çıxır və aylarla ölçdüyünüzü qabağınızdaca biçir. İlk addımı atmağa və risk etməyə qorxmayan adam qələbə çalır. O kəs ki, öz ideyalarını gerçəkləşdirməyə çalışır, nəinki onları beyninin bir küncündə saxlayır. Kasıb təfəkküründə olan insan həmişə vaxtı uzadır, öz hərəkətsizliyinə bəhanə axtarır və əlbəttə ki, bunu özgələrinin boynuna atır. Vərdiş 3: Yəqinliklə hərəkət etmək Kasıb adamlar riski sevmir, onlara stabillik bəs edir, qoy lap az maaşla olsa belə. Nəticədə maaşdan-maaşa yaşayırlar. Ancaq düşünürlər ki, buna dəyər. Çünki stabillik qanadının altındadırlar. Vərdiş 4: Pulsuz öyrənmək Adi kasıb insan çox sayda pulsuz treninq və seminarlara yazılır, demək olar ki, onların çox hissəsinə isə heç qulaq da asmır. Nəticədə insan təhsil illyuziyası altında yaşayır, ancaq əməldə heç bir inkişaf olmur. Pulsuz pendirin harada olması hamıya məlumdur. Uğurlu sahibkar olmaq üçün müəlliminlə canlı rabitədə olmalısan, dəqiq hərəkət planı lazımdır və irəliyə hədəf qoyulmalıdır. Treninqin qiyməti, təkcə gələcək uğurun göstəricisi deyil, həm də sizin motivasiyanızın göstəricisidir. Vərdiş 5: Başqalarının zəhmətini qiymətləndirməmək Kasıb təfəkküründə olan insan başqalarının hesabına yaşayır. Mahnı, treninq, film, yaxud kompyuter proqramlarını torrent saytlarından yükləyir. Onun fəlsəfəsi pullu xidmətləri və ya avadanlıqları pulsuz əldə etməkdir. Ona görə də kasıbların kasıblar üçün yaratdığı qara bazardan, yaxud quldurluq yolları ilə yaradılan vasitələrdən yararlanmağa çalışır. Pullu xidməti pulsuz əldə etmək oğurluqdur. Başqasının intellektual xüsusiyyətini oğurlamaq və aldatmaq insanı daim kasıblıqda yaşamağa vadar edir. Vərdiş 6: Özünə yazığı gəlmək Adətən insanlar öz problemlərinin kökünü şəxsi vəziyyətlərində görürlər. İstər bu vəziyyət xoşagəlməz coğrafi ərazi olsun, yaxud uyğunsuz bədən quruluşu, yaxud kasıb ailədə doğulmaq, ya da kifayət qədər təhsil almamaq və ya arzuladığı ölkədə yaşamaq olsun və sair. Kasıb adamın arsenalında özünə yazığı gəlməsi üçün kifayət qədər səbəb vardır. Ancaq bu yolla kapital qazanmaq mümkün deyil. Vərdiş 7: Ahu-zar və şikayət etmək Sirr deyil ki, pulsuzluq neqativ emosiyalara səbəb olur. Kasıbdan fərqli olaraq, zəngin təfəkkürü olan adam uğursuzluğu uğura doğru addım hesab edir. O, zırıldamır və taleyə şikayət etmir. Adətən adam istəyir ki, ona yazıqları gəlsin deyə, danışsın və sözünü desin. Ancaq bundan adamın halı yaxşı olmur, həm də cibindəki pulu da artmayacaqdır. Vərdiş 8: Başqalarının nə deyəcəyini düşünmək Uğurlu adam öz individuallığını qoruyub saxlayır, ətraf mühitin düşüncələrindən asılıb qalmır. Kasıb adam, əksinə öz əsas vaxtını və enerjisini başqa insanları qane etmək üçün çalışır. Bu isə onları özündən daha üstün tutmağa çalışmaq sayılır ki, müqayisədə ona heç bir fayda gətirmir və yenə də zırıldamağa başlayır. Vərdiş 9: Pulları boş-boşuna xərcləmək Kasıb adamın iqtisadi strategiyası olmur. Onun məqsədi yalnız qazanmaq və xərcləməkdir. Varlı insan isə, əksinə zəhmət çəkib pul əldə etməyə çalışır ki, bununla yatırım edib, kapital qazansın. Belə bir durumda ən çox yayılan düşüncə budur: “Əgər mənim pulum yoxdursa, yatırım edə bilmərəm”. Pul ona görə yoxdur ki, insan gələcək haqqında düşünmür. Varlı adam çox pul qazanan adam deyil, öz gəlirindən savadlı şəkildə istifadə edən kəsdir. Vərdiş 10: Dərhal mənfəət əldə etmək axtarışı Kasıb adamlar yeni bir şey öyrənmək istəmirlər, onlar prespektivə işləmirlər. Sadəcə indi, bu dəqiqə pul qazanmaq istəyirlər. Buna aydın misal onların davranışıdır. İnsan hər şeyi dərhal istəyir və bunun qarşılığında ən az zəhmət çəkməyə çalışır. Bunun misalı əkinçiyə bənzəyir ki, yazda kartof əkməyi düşünmədən, əkin məhsulunu qışda yeyir. Vərdiş 11: Sevmədiyi işlə məşğul olmaq Kasıbın həmişə günahkar bildiyi adamı var, 100 bəhanəsi, 1000 səbəbi də vardır ki, bunlara əsaslanıb, sevmədiyi işə getsin. O, cümə gününün xəyalı ilə yaşayır, rəhbərliyi lənətləyir, ancaq hər bazar ertəsi yenə də eyni şeyi edir. Sadəcə sevdiyi işlə məşğul olmaq üçün cəsarəti çatmır. Beləcə, heç bir şeyi dəyişmədən, öz həyatını yaşaya bilmir və illər ötüb keçir. Vərdiş 12: Vaxtı səmərəsiz, bihudə keçirtmək Kasıb təfəkkürə malik olan adam sual verir ki, öz vaxtımı necə “öldürə” bilərəm? Bu isə olduqca neqativ haldır. Düzgün variant isə belə sual verməkdir: Mən öz vaxtımdan necə son dərəcə fayda əldə edə bilərəm? Beləcə, hər kəs nail olmağa çalışdığına yetişir. Kasıb öz vaxtını “öldürür” və öz həyatını yaşayır. Varlı isə öz vaxtından istifadə edir və daha da zənginləşir.
Pulları düzgün xərcləməyi bacaran şəxs üçün pul həmişə kifayət edir. Söhbət sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin planlaşdırılmasından gedir. Xərclərin azaldılmasında əsas amillərdən biri xərclərin qabaqcadan planlaşdırılmasıdır. Əlbətdə ki, bütün xərcləri öncədən planlaşdırmaq mümkün deyil, heç bunu etməyə belə dəyməz. Biz axı insanlarıq, robot deyilik ki. Amma yenə də, planlaşdırmadan da mümkün deyil. Sual verəcəksiniz ki, niyə məhz 10 faiz? Çünki sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin məbləğləri sizin büdcəniz üçün mühümdürlər və belə məbləğlərin planlaşdırılmamış şəkildə xərclənməsi sizin maliyyə tarazlığınıza təsir edə bilər. Bu təcrübədə yoxlanılıb, bu səbəbdən də bu faktı olduğu kimi qəbul edin. Beləliklə, aşağıda yer almış qaydalar, əsasən öncədən planlaşdırmanın əsasında qurulmuşdur. Onları öyrənin və istədiyiniz kimi istifadə edin: 1. Hər ay üzrə xərclərin planını tərtib edin. Bu planda mütləq şəkildə bütün xərclərin məbləğləri olmalıdır. Bəzi məbləğləri əvvəlcədən qeyd etməkdə çətinlik çəkirsinizsə, planda maksimal dərəcədə yaxın olan bir məbləğ göstərin. Bu yanaşma sizə pul vəsaitlərinin hansı məbləğdə və nəyə xərcləyəcəyinizi görmək imkanı yaradacaqdır. Belə etdikdə, sizdə ay ərzində sürpriz kimi, gözlənilməyən xərclər peydə olmayacaq. Bu müəssisənin öz fəaliyyətini necə planlaşdırmasına bənzəyir. Sizdə eynilə belə etməlisiniz. Aşağıda sizin üçün xərclərin planlaşdırılmasının real nümünəsi göstərilib. 2. Bütün alış-veriş edəcəyiniz şeyləri qabaqcadan planlaşdırın. Siz məsələn, gələn ay özünüz üçün paltaryuyan maşın almağı planlaşdırırsınız. Onun qiymətini öyrənirsiniz və fikirinizdə onu gələn maaşadək alıb ala bilməyəcəyinizi hesablamağa çalışırsınız. Ala biləcəksinizsə, bu əladır, ala bilməyəcəyinizsə onun üçün pul toplamaq lazım gələcəkdir. Pulun düzgün şəkildə necə toplanması barədə burada oxuyun. Qəfil edilən alış-verişlərdən çəkinin, çünki ehtimal var ki, öz maddi gücünuzu düzgün hesablaya bilməyəcəksiniz. Müxtəlif alış-verişləri planlaşdırmaqla yanaşı, sizin üçün başqa xərcləri də planlaşdırmaq pis olmazdı, məsələn, ad günlərini, müxtəlif bayramları və s. Belə etdikdə, maliyyə sürprizləri sizdən yan keçəcəkdir. 3. Ərzaqları əvvəlcədən yazılmış siyahı üzrə alın Nə üçün ərzaqlar haqqında ayrıca bir söhbət açmışıq? Çünki qidalanmaya sərf olunan xərclər bizim büdcənin təxminən yarısını təşkil edir. Bu səbəbdən də, əvvəlcədən sizə lazım olacaq ərzaqların siyahısını tutun və yalnız bundan sonra supermarketə yollanın. Bundan əlavə, özünüz üçün bir qayda olaraq, siyahıda olmayan ərzaqları almamağı vərdiş halına gətirin. Hətta onları siyahıya yazmağı unutsanız belə və onlar sizə lazım olsa belə. Heç bir qorxusu yoxdur. Gələn dəfə alarsınız. Bu cür alış-veriş üsulu çox güclü effektə malikdir və sizin həddindən artıq ərzaq almağınızın qarşısını alacaqdır. Belə baxanda, əslində bizə elə də çox şey lazım deyil. Bu üsuldan istifadə etdikdə, siz təəccüblə aşkar edəcəksiniz ki, sizin ərzaqlar ilə bağlı xərcləriniz azalıbdır. 4. Ac olduğunuz vaxtda ərzaq almayın. Bu mümkündür və çox gülməli səslənir, lakin belə bir fakt var ki, siz mağaza və ya supermarketdə olduğunuz zaman və bu vaxtda sizi aclıq hissi bürüyürsə, 90 % hallarda, evə qayıtdıqdan sonra siz evdə çox sayda lazımsız ərzaq və ya həddindən artıq qida aşkar edəcəksiniz. Özünüzü müşahidə edin, istəsəniz, eksperiment də keçirin. Bu hamı ilə olur. Nəticə çox sadədir – əvvəlcədən qidalanın, sonra isə mağazaya yollanın. Belə, siz yalnız doğrudanda lazım olan şeyləri alacaqsınız və özünüzü lazımsız xərclərdən qoruyacaqsınız. 5. Hər hansı qarşılaşacağınız vəziyyətdə sizə lazım olacaq pul vəsaitindən artıq pul götürməyin Bu çox sadə, amma çox effektiv bir qaydadır. Siz sadəcə pul kisənizdə olan məbləğdən artıq xərcləyə bilməyəcəksiniz.Bu qayda xüsusilə müxtəlif emosiya və vəziyyətlərin təsiri altında pul xərcləməyə zəiflik göstərən şəxslərə aiddir. 6. Aydan aya pullarınızı necə xərcləməyinizi izləyin. Bu qayda ondan ibarətdir ki, biz aydan aya öz pullarımızı necə xərcləməyimizi izləməliyik. Bu, belə demək olarsa, statistikadır. Aydan aya xərclərinizin statistikasını aparın. Bu statistikanı siz sizə uyğun istənilən formada apara bilərsiniz. 7. Lazımsın xərclərdən azad olun Öncə müzakirə etdiyimiz qaydada deyildiyi kimi, sizdə, belə desək, bir neçə ay üzrə xərclərin statistikası olmalıdır. Bu cür siz bütün lazımsız xərclərin qarşısını ala biləcəksiniz. Lakin, fakt deyil ki, sizdə belələri tapılacaqdır. Elə bir vəziyyət ola bilər ki, sizin bütün xərcləriniz “lazımlıdır”. Dilxor olmayın. Siz xərclərinizin bəzi bəndlərini azaltmağa cəhd edə bilərsiniz. 8. Borclardan azad olun. Siz maksimal dərəcədə tez bir şəkildə bütün borclarınızdan qurtulmalısınız. Çünki hər hansı bir borc sizin üçün əlavə xərclərdir. Onlardan tez bir şəkildə canınızı qurtarın. 9. İfratçılığa qapılmayın. Böyük bir həvəslə qənaət etməyə və bütün xərclərinizi minimuma endirmək lazım deyil. Bu düzgün deyil. Necə deyərlər – fanatizmsiz. Necə yaşayırdınızsa elədə yaşayın, sadəcə öz xərclərinizi nəzarət altında saxlayın, onları izləyin və üzərində düzəlişlər edin. Vəssalam. İfratçılığa isə qapılmaq lazım deyil. Çünki sərt qənaətlə qarşılaşaraq, siz yenədə nəzarətdən çıxmış xərclərə yol verəcəksiniz.
Motivasiya insanı hərəkətə gətirən daxili emosional haldır. Özümüzü necə motivə edə bilərik? Bunun üçün nəyi etməli və nəyi etməməliyik? 1 – Hər nə olsa da, özünüzdən neqativ emosiyaları rədd edin! Düşünün ki, bütün düşüncələr maddidir və formalaşa bilir. Əgər mütəmadi və davamlı pis şeylər haqqında düşünsəniz, sizin başınıza gələcəkdir. “Uğur son, uğursuzluq ölümcül deyil, davam etmək cəsarəti – bax, bunun anlamı vardır”. (Uinston Çörçil). 2 – Özünüzə söz verin ki, bazar günü olsa belə, siz yuxudan erkən qalxacaqsız. Ən yaxşı motivasiya sübhdən başlayır. Yoxlayın, siz yuxudan tez dursanız, kifayət qədər vaxtınız olacaq. Hətta harasa tələsməsəniz belə, heç bir işiniz olmasa da, tez durun. Bu vaxtı özünüzə, öz inkişafınıza sərf edin, bir neçə səhifə faydalı kitab oxuyun. 3 – Qələbəyə motivasiya - Həmişə qələbəyə hərəkət et. Hər bir insanın müəyyən durumda qələbə çalıb, məğlub olmaq seçimi var. Yuxudan duran kimi, tələsməyin, yerinizdəcə düşünün, “Bu gün mən dünəndən daha yaxşı olacağam. Bu gün əla gün olacaq. Bu gün məni kiçik qələbələr gözləyir”. İnanın ki, gün boyunca pozitiv, enerjili və özünəinamlı olacaqsız. Bu durumunuzda isə heç kəs sizə mane ola bilməyəcək. “Bəxti gətirən adam o kəsdir ki, başqalarının etmək istədiklərini etmişdir”. (Jül Renar) 4 – Pozitivlik və xoş əhval-ruhiyyə motivasiyası - Çalışın ki, istənilən halda yaxşını və pozitiv anları görə biləsiz. Bilin ki, insanlar müsbət, pozitiv, optimis adamlara meyil edirlər. Kimsə deyə bilər ki, bəs əgər bir adamın başına pis hadisə gəlibsə, onda nə etməlidir? Sadəcə bunu anlamaq lazımdır ki, başınıza gələn hər bir şey sizin üçün təcrübədir. Əgər bu cür hadisələr olmasaydı, siz zəif, gücsüz və uğursuz olardız. Bunlar sizi daha güclü və məqsədyönlü edir. 5 – Yardım motivasiyası - Ehtiyacı olan digər insanlara yardım etməkdən imtina etməyin. Xeyirli iş görəndə siz yalnız yaxşı iş görmürsüz, həm də xoş hislər qazanırsız. Başqalarının həyatını yaxşılaşdırdıqda, öz həyatınız da yaxşılaşır. 6 – Motivasiyanız şübhələriniz səbəbindən dağılır. Çox adam həyatda irəliləyiş əldə etsə də, özünəinamsızlıqdan motivasiyasını saxlaya bilmir. Bəzən onlara elə gəlir ki, nəyisə düz etmirlər, yaxud düz yolda deyillər. Bilin ki, inam hər bir insanın ən zəruri göstəricisidir. O olmasa həyatınızda uğur olmaz. Özünəinamı artırmaq üçün yollardan biri verdiyin sözü tutmaqdır. Başqalarına verdiyiniz sözü tutduqda özünüzə vermiş olduğunuz sözü də tutacaqsız və bununla sizə özünəinam yaranacaqdır. 7 – Arzunuza doğru hərəkətdə özünüzə proqres hiss etmək şansı verin. “Alışıb-yanan ürək üçün mümkün olmayan heç bir şey yoxdur”. (Con Heivud) Bilin ki, bizim orqanizm ağıllı bir mexanizmdir ki, bizim enerji və gücümüzü qoruyub saxlayır. Əgər sizin fəaliyyətinizdə proqres yoxdursa, gələcəkdə də olmayacaqsa, bu sizdə zəifləyəcəkdir. Nəticədə motivasiya öləcək və tənbəlliyə gətirib çıxaracaqdır. Yaxşısı budur ki, təbiət qanunları ilə oynamayaq, bu bizə baha başa gələr. Onlarla əməkdaşlıq edək. 8 – Proqresinizi müqayisə edin. Biz həmişə öz motivasiyamıza sübut etməliyik ki, işlərimiz uğurlu gedir. Hər keçən gün bu artmaqdadır. Bilin ki, siz proqresi müqayisə etməlisiniz, prosesi deyil. Məsələn, siz faydalı kitabdan 30 səhifə oxumusunuz. Bu, prosesdir. Ancaq mən o kitabdan 30 sual versəm və siz cavablasanız, mənimsəmiş olduğunuza görə proqres olacaqdır. 9 – Özünüzlə yarışın. Özünüzü başqalarıyla müqayisə etmək sizi demotivə edə bilər. Hətta irəli getsəniz belə, bunu etməyin. Bilin ki, hər kəsin öz həyatı, işi və münasibəti var. Başqasıyla yarışdıqda bu, çox gülünc görünür. Sanki futbolçu velosipedçiylə yarışmaq istəyir. Hər gün bir miqdar çox üstün gəlməli olduğunuz yeganə kəs özünüzsüz. Hər gün cəsarətinizi toplayıb deyin: “Mən bacarıram, öhdəsindən gəlirəm, mən nail olacağam və bu, yalnız mənə lazımdır!” Həyatımız öz əlimizdədir, onun bədbəxt, yaxud xoşbəxt olması da bizdən asılıdır. Fərid Abdullah
Fiziki qüsurlu insanların cəmiyyət içərisində həyatlarını istədikləri kimi yaşaya bilməmələri, bu cür insanların cəmiyyətdən uzaqlaşmasına, özlərində var olan qabiliyyətlərə, bacarıqlara adaptasiya ola bilməmələrinə, özgüvənlərinin aşağı düşməsinə səbəb olan ən güclü faktordur. Fiziki qüsurlu insanlara köməklik edə bilmək üçün hər şeydən əvvəl qüsurlu insanların psixologiyasını bilmək lazımdır. Onların hansı hərəkətdən, davranışdan xoşları gəlib-gəlmədiyini bilmədən yəni, onların dünyasını tanımadan fiziki qüsurlu insanlara köməklik etmək çox çətindir. Aşağıdakı sualları araşdıraq. Fiziki qüsurlu insanlar özlərini cəmiyyət içində necə hiss edirlər? Özlərini fərqli bir psixologiya içində, yoxsa normal insan kimi hiss edirlər? Fiziki qüsurlu – bu sözə diqqət yetirdikdə normal bir insanın şəxsi və sosial həyatında özünün görməli işləri, doğuşdan və yaxud sonradan qazanılan fiziki narahatçılıq səbəbindən edə bilməməsidir. İnsanın yaşadığı bu əksiklik fiziki və psixoloji çətinlik yaşamasına səbəb olur. Normal insanların fiziki qüsurlu birinə baxış tərzi əsasən yazığı gəlmək və yaxud onu fərqli qəbul etməkdir.İnsanların fiziki qüsurlu insanlara yazığı gəlməsi yaxşı niyyətli duyğudur. Ancaq yaddan çıxarmamaq lazımdır ki, yazığı gəlmək fiziki qüsurlu insanlara köməkdən çox ziyan verir. Bəs cəmiyyətdəki insanlar qüsurlu insanlarla necə davranmalıdırlar? Onlara qüsurlu kimi mi yoxsa normal insanlara davrandıqları kimi mi davranmalıdırlar? Məsələn: Bəzi insanlar fiziki qüsurlu insan gördükdə baxmadan keçmirlər. Bəzən dönüb təkrar-təkrar baxır və bəzən “Allah uzaq etsin”, “Allah heç kimin başına gətirməsin” kimi cümlələr qururlar. İnsanların fiziki qüsurlu insanlara belə yanaşması onların təkrar-təkrar qüsurları ilə üzləşmələrinə və təkcə qüsurlarını düşünmələrinə səbəb olur və bu vəziyyət fiziki qüsurlu insanların cəmiyyətdən soyumasına, uzaqlaşmasına səbəb olur. Bəs cəmiyyət olaraq qüsurlu insanlarla necə davranmalıyıq? İlk olaraq onların da rahatlıqla istifadə edə biləcəyi yollar, binalar, xəstəxanalar, nəqliyyat vasitələri və s. yaradılmalıdır. Onları olduqları kimi qəbul etmək və bizdən biriymiş kimi davranmaq lazımdır. Gərək duyulmadıqca onlara xüsusi diqqət göstərməmək və normal insanlara davrandığımız kimi davranmalıyıq. Onlara xüsüsi olaraq davranmaq, onlara lazımsız diqqət göstərmək qüsurlu insanlara xeyirdən çox ziyan verir bunu unutmamalıyıq.Elvira KərimovaPsixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
Mövzu illərdir mənimlə birgə yaşasa da, bu haqda yazmaq istəyim yox idi. Bəlkə də bu, mövzunun yazılma anının özüm üçün də yetişmiş olduğundandı. Mövzu bildiyimiz mövzulardan olsa da, mənim üçün kifayət qədər yeniliklər gətirdi. Üstəlik, özümlə bağlı maraqlı bir tapıntıya da nail oldum. Belə ki, tez-tez mənə ünvanlanan "siz psixoloqsunuz?" sualı, yaxud "sizinlə danışdıqdan sonra özümüzü çox rahat hiss edirik", "sizinlə sanki uzun illərdir tanışıq" kimi fikirlər özümü də şübhəyə salmışdı: "Doğrudanmı mən beləyəm? Beləyəmsə niyə beləyəm?!" -Bu haqda dərindən düşünməyə başlamışdım. Bir çox suallarım yaranmışdı. "Hər şeydə bir səbəb vardır" prinsipindən yola çıxaraq bir xeyli araşdırmalar aparandan sonra heyrətə gəldim. İnsanın özü barədə tapıntısı, özünün kəşfi onda yüngül bir sevinc şoku da yaşadır, bəli, özünü tanımaqla bağlı cüzi bir məlumatın verdiyi həzz də bir başqadır. Sözü çox uzatmadan qeyd edim ki, bu "kəşf" "ölümə yaxın təcrübə" (Near Death Experience) hadisəmlə bağlıydı. Bir az səbirli olsanız, irəlidə məhz bu bağlılıq haqda bəhs edəcəyəm.Ölümə Yaxın Təcrübəni 9 yaşımda qanazlığı xəstəliyi (anemiya) səbəbindən bir ürəkgetmə, bayılma halı və ardından yaşadığım əsrarəngiz, maddi dünyamızda bənzəri olmayan bir "ruh səyahəti" ilə yaşadım. Klassik ÖYT (Ölümə Yaxın Təcrübə) əlamətlərində olduğu kimi bir sürət qatarındaymışam kimi parlaq bir işığa doğru uçdum. Sonra mükəmməl bir rahatlıq, sakitlik hissi, daha sonra sonsuz, ifadə edilməz sevgi duyğusu, ən sonda geri dönməmək istəyi, inad, hətta olduqca aydın xatırlayıram, üzümə sillə vurub məni ayıltmaq istəyənlərə qarşı daxilən çox əsəbiləşmişdim. Sonra da hamımızın bildiyi klinik ölüm sonrası bədənə geri dönmə, həyata qayıdış və yaşamağa davam. 9 yaşlı uşaq üçün belə bir təcrübə anlaşılmaz idi (həmin illərdə belə hadisələr dərindən araşdırılmağa yeni başlanmışdı). Hələ nələr baş verdiyindən xəbərsiz, məlumatsız olduğum üçün ayılandan sonra böyüklərin dediyi "ölümdən döndün, bala" fikrinə söykənərək, "yəqin belə hallar hər kəsdə olur", deyə hadisəni çox da ciddiyə almamışdım. Buna baxmayaraq, hadisə elə indi də o halı yaşayırammış kimi hər zaman yeni hisslərlə hafizəmdə həkk olunub.ÖYT haqqında uzun-uzadı yazmaq fikrim yoxdur. Onsuz da bu haqda yetərincə araşdırmalar aparılıb, təcrübələr gerçəkləşdirilib, məlumatlar və kitablar yazılıb. Bəziləri ÖYT-ün sirrlərinin hələ də açılmamasını iddia edərkən, bir sıra elm mütəxəssisləri bunun əksini, tibbi açıqlamasını yayınlamışlar. Bir başqa elm adamları isə özləri kliniki ölüm keçirdikdən sonra yaşadıqlarına elmi izah tapa bilməyərək dinə dönmüş, (xristianlıq, islam və s. qəbul etmiş) Yaradanın var olmasına inandıqlarını dilə gətirmiş, üstəlik, bu haqda kitablar da yazmışlar. Həmin araşdırmaları, məlumatları mən də oxumuşam. Əslində bəzi keçirilən təcrübələr hadisəni öz təbii halı ilə, ön hazırlıqsız yaşayan biri üçün gülməli gəlir. Yəni belə bir təcrübəni təbii halında yaşayan biri olaraq mən, məsələn, neyrocərrah doktor Eben Aleksandrı (ÖYT yaşamış), təcrübələr yolu ilə ÖYT hadisəsini izah etməyə çalışmış doktor Karolina Uottdan (ÖYT yaşamamış) daha yaxşı anlayıram. Bəziləri ÖYT hadisəsini astral səyahətlə eyniləşdirirlər və bunu istənilən bir insanın bir sıra texniki metodları öyrənib tətbiq etməklə həyata keçirəcəyinə inanırlar. Fəqət, bu da tam təsdiqini tapmayıb. ÖYT-nin öyrənilməsi tarixiArtıq çoxlarına bəlli olan NDE (Near Death Experience/Ölümə yaxın təcrübə) terminini ilk dəfə amerikalı psixoloq və psixiatrı Raymond Moudi 1975-ci ildə özünün məşhur "Həyatdan sonrakı həyat" kitabı ilə gətirib. 1978-ci ildə Beynəlxalq Ölümə Yaxın Təcrübə Araşdırmaları Assosasiyası (IANDS) yaradılıb. 1998-ci ildə həkim Cefri Lonq Ölümə Yaxın Təcrübə Fondunun (NDERF) əsasını qoyub. ÖYT ilə psixologiya, psixiatriya, tibb, parapsixologiya kimi bir sıra elm sahələri məşğul olub, bu günə qədər milyonlarla insanın yaşadığı parapsixoloji halları araşdırıb nəticələrə gəlməyə çalışıblar.ÖYT anında keçirilən klassik hisslər: 1. Xoşagəlməz səs (uğultu);2. Xoş emosiyalar, hüzur və sakitlik hissetmə;3. Çəkilmə və çıxma tərzində yüksəlmə, özünü yüngül, xəfif hissetmə;4. Əvvəldən ölmüş olan yaxınları ilə görüşmə, xoş melodiya, işıq, rənglər, mifoloji varlıqlar və s;5. Həyatın bir film lenti kimi göz önündən keçməsi, yadlaşma;6. Dar uzun və ya işıqlı tunelə doğru uçuş;7. Fiziki bədənini kənardan müşahidə etmək;8. İşıqlı varlıqlarla danışmaq, qalıb-qalmamaq mövzusunda təkid;9. Geri dönməmək istəyi, fiziki bədəndən imtina;10. Fiziki bədənə döndükdə soyuqluq hissi.Qeyd edim ki, məndə bu halı yaşayarkən sadalanan əlamətlərdən 2, 3, 6 və 9 olmuşdu. ÖYT-nin tibbi açıqlamasıİddiaya görə, "o dünyadan qayıdanlar"-ın danışdıqları sakitlik və dinclik hissləri isə qanda noradrenalin hormonunun düşməsi nəticəsində yaranır. Alimlər bildirirlər ki, həmin hormon, adətən, stress və zədə zamanı ifraz olunur. Beyin ölümü əvvəllər rastlaşmadığı belə kritik şəraitə uyğunlaşmaq cəhdi kimi qəbul edir. Ölmüş qohumlarla görüş də bununla izah oluna bilər. İnsanın onlarla xoş xatirələri bağlıdır, ona görə də məhz bu görüntülər böyük miqdarda noradrenalinin ifrazına səbəb olur.Və yenə də iddiaya görə, uzun tunel və ya işığa doğru uçuş beyində müəyyən şəkillərin yaranması ilə bağlı gözün tor qişasına düşən işığın transformasına görə cavabdeh olan hüceyrələrin tədricən ölməsi ilə əlaqədardır. Belə fikri Edinburq Universitetinin tibb kafedrasından professoru Sem Parnina da dəstəkləyir.Əlbəttə, bu haqda əvvəllər irəli sürülmüş başqa nəzəriyyələri də qeyd etməyə dəyər. Məsələn, Maribor Universitetindən olan alimlərin tədqiqatlarına görə, qanda karbon qazının səviyyəsinin artması belə qəribə qarabasmalara gətirib çıxarır. Onlarla başqa mütəxəssislər də razıdırlar. Onlar bəzi pasiyentlərin beyində yaranan oksigen çatışmazlığına görə qeyri-adi səslər eşitdiklərini də əlavə edirlər. "Yanından sürətlə keçən həyat" isə yaddaş hüceyrələrinin tədricən ölməsinin nəticəsidir. Proses əks tərzdə baş verir, ona görə də əvvəlcə göz önündə daha köhnə həyat lövhələri canlanır. ÖYT-dən sonrakı psixoloji vəziyyət, dəyişikliklərYadınızdadırsa, məqalənin əvvəlində özümlə bağlı "kəşf"-dən yazacağımı qeyd etmişdim. Bəli, ÖYT hadisəsi zamanı insanlarda baş verən ən bariz dəyişiklikləri mən də yaşamışam və yaşamaqda davam edirəm. Bu dəyişikliklərin bir çox ÖYT keçirmiş insanlarda olması barədə Kennet Rinqin araşdırmalarında rast gəldim. Düşünürəm ki, həqiqətən də, tədqiqatçı alim doğru nəticələrə gəlib. Çünki onun yazdıqlarını oxuduqca eyni dəyişikliklərin məndə də baş verməsinin fərqinə vararaq həyəcanlanmışdım. Hansıdır o dəyişikliklər?1. İnsan əvvəlki insan ola bilmir. Dünya xarici bir təcrübə yaşadığı üçün dünyaya da fərqli tərzdə baxmağa başlayır.2. Özündən çox başqalarının rifahı üçün narahat olmağa başlayır (Ən geniş yayılmış).3. Səbr, empatiya, mərhəmət, sevgi hissləri daha yüksək səviyyəyə çatır. Bütün kainata bəslənən sevgi həyati dəyər daşıyır. 4. İnsan problemlərinə qarşı həddən artıq həssas olur və başqalarını çox yaxşı anlayır. Kömək etmək üçün əlindən gələni əsirgəmir.5. Bəzilərində dünya nemətlərinə, maddiyyata qarşı həvəssizlik baş verir. 6. Dini və mənəvi dəyərlərə çox bağlanırlar. Əsasən özünü tanımaq, anlamaq istiqamətində çabalayırlar.7. Uzaqgörənlik, həssaslıq, dərin intuisiya hissləri güclənir. 8. Ümumi götürdükdə, ÖYT keçirmiş insanlarda dərin mənəvi dəyişiklik, güclənmə və sürətli inkişaf baş verir. İddia:Fərdi inkişaf üçün illərini, zamanını xərcləyən, xüsusi təlimlərdə dərslər alan, təcrübəli müəllimlərin köməyi ilə uğura yetişməyə çalışan, təhsillərini pillə-pillə yüksəldən insanlardan fərqli olaraq, ÖYT yaşamış insanlar daha sürətli fərdi inkişafa çatmaq imkanı əldə edirlər. Qeyd:Ölümə Yaxın Təcrübə yaşamış biri kimi Müqəddəs Qurani-Kərim kitabından oxuduğum fikirlər məni hər an düşündürməkdə davam edir."O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız." Yunus surəsi (56) "Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə (bu barədə) yalnız az bir bilik verilmişdir”. İsra surəsi (85)"İnsan yuxudadır, ölərkən oyanacaq." Hz. Məhəmməd (s.a.v.)