Emosional Intellektin həyatımızdaki rolu

Son zamanlar emosional intellekt barəsində çox müzakirə aparılır. Emosional intellektinin inkişaf etməsi insan üçün çox faydalıdır. Hər bir insanın ağıl, zəka və intellekt bacarıqları ilə yanaşı, həm də emosional intellekti də inkişaf etməlidir. Təbii ki zəkalı insanların emosional intellekti daha yüksəkdir, onlar reallığı ve gerçək həyatı daha rahat qəbul edib qarşılıqlı əlaqə qura bilirlər. Bu həm fərdlərarası münasibətlərə, həm insanın subyektiv düşüncələrinə, həm də onun cəmiyyətə uyğunlaşmasına və bütün kommunikasiya vasitələrinə köməkdir. Beləliklə, emosional intellekt- effektiv ünsiyyət, idarəetmənin ve  effektiv biznes qurmanın ən vacib detallarından biridir. Hər hansı bir məlumatın qəbul edilməsi -sensor sistemlər vasitəsilə baş verir. Eynizamanda beynin əsas sahələri əvvəlcə hərəkətedir, sonra avtonom sinir sistemi (veqetativ), əzələ və digər sistemlərin reaksiyaları davam edir. Hər hansı bir informasiya ilə, insanın özü iləvə ətraf aləmlə əlaqə əsas sürətləndiriciamillərdən (drayverlerden) asılıdır:özünüdərketmə, özünüqiymətləndirmə,motivasiya, adaptasiya səviyyəsindən asılıdır. Bu sürətləndirici amillər (drayverler) aşağıdakılardır:1. Özünüdərketmə bacarığı -fikir və duyğularınızı,emosialarınızı, bədəninizi vədavranışınızı şüurlu şəkildə anlamanız; 2. Özunüqiymətləndirmə bacarığı- qətiyyətlilik, özünə hörmət, qəbul və asıllılıq (bir insanın xarici təsirlər və qiymətləndirmələrdənasılı olmayaraq, öz davranışını müstəqil tənzimləmə və bunun üçün məsuliyyət daşımaqabiliyyəti); 3. Motivasiya bacarığı-özünü aktuallaşdırmavə qətiyyət arzusu ilə yanaşı motivasiya, həmçinin yeni, güclü hədəflərə istiqamətləndirilmək və uğursuzluqların obyektiv təcrübəsinin açıq şəkildə qəbul edilməsi; 4. Adaptasiya bacarığı -istənilən bir insan ilə empatiyanın qurulması, stress müqaviməti, qərar qəbuletmə bacarığı və fərdlər arasında ünsiyyətqurma bacarığı; Bütün bu bacarıqları inkişaf etdirmək çətin olsa da, mümkündür. Buna görə də fərd öz üzərində hər gün işləyərək müsbət bir nəticə əldə olunana qədər çalışmalıdır.

28 oktyabr 2 ci Milli Psixologiya Forumu keçiriləcək.

Milli Psixologiya Forumu Azərbaycanın qabaqcıl psixoloq, psixoterapevt, Nevroloq və psixiatrlarını bir araya toplayaraq müasir dövrdə bu sahələrdə olan problemlərin və çətinliklərin aradan qaldırımlası yollarının müzakirəsinə istiqamətlənmişdir.Qeydiyyatdan keçin:https://bit.ly/2NuphTFQeyd: Forumun sonunda 8 EKSPERTİN imzası ilə SERTİFİKAT təqdim olunacaq.Milli Psixologiya Forumunda psixokonsultasiya, psixodiaqnostika, psixoterapiya sahələrində olan problemlərin aradan qaldırılması və prosesin təşkili texnikaları haqqında məlumat veriləcəkdir. Forumda iştirak etməklə siz milli ekspertlər tərəfindən psixoterapiya, psixosomatika, psixopotologiya, klinik psixologiya sahələri üzrə geniş məlumatlar əldə edəcəksiniz. Kimlər iştirak edə bilər:Psixoloqlar, Psixoterapevtlər, Psixiatrlar, Pedaqoqlar, Həkimlər, Defektoloqlar və Psixologiya ilə maraqlanan hər kəs iştirak edə bilər. Forumda 8 milli ekspertimiz çıxış edəcək. Hər spikerə 30 dəqiqə çıxış və 10 dəqiqə suallara cavablamaq üçün vaxt veriləcək.Layihə 1 gün nəzərdə tutulubKeçirilmə yeri: Bakı Musiqi Akademiyasının tədbir zalıBaşlanma tarixi: 28.10.2018 saat 09:30-18:00Ödəniş: 20 Azn (Bilet çatdırılma mümkündür)Qeyd: Forumun sonunda 8 EKSPERTİN imzası ilə SERTİFİKAT təqdim olunacaq.Qeydiyyatdan keçin:https://bit.ly/2NuphTFTel: (+994 12) 505 47 46Mobil: (+994 55) 374 80 63Ünvan: Caspian Plaza, korpus 1, mərtəbə 5, Nizami M/S yaxınlığı. Təşkilatçı: CİBS

Ceylan Mumoğlunun “Qurbağa öpüşü” kitabı üzərinə - Gənc psixoloq Turan Balaşzadə

Oldos Haksli deyir ki, ədəbiyyat insanın entuziazmını, başa düşülməyəni anladan, sözlərə daha öncə verilməmiş anlamlar yükləyərək danışmaqdır. Yəqin buna görədir insanın sözə, sözün sehrinə, kitablara olan sevgisi. Bəzən kitablar demədiklərimizin, deməyə cəsarət etmədiklərimizin carçısıdır. Bəzən də kitablar sükutdur, susduqlarımızdır. Yəqin elə buna görə də Ceylan Mumoğlunun “Qurbağa öpüşü” kitabını sevərək oxudum. Kitabda yer alan 12 hekayədə bir az mən, bir az sən, bir az da o var: məişət problemlərimiz, qarşılaşdığımız çətinliklər, mənəvi böhranlar, hətta psixoloji problemlər. Əvvəlcə bunu da qeyd edim ki, yazarın qələmilə “Aydınlanma səyahəti” kitabıyla tanış olmuşam. Fərdi inkişaf mövzusunda məsləhət görüləsi kitabdır. “Qurbağa öpüşü” isə yazarın ilk bədii təcrübəsi hesab olunur. Təcrübə deyirəm, çünki əminəm ki, bu hekayələr daha sanballı əsərlərin müjdəçisidir. Hekayələr axıcıdır, oxucunu yormur, mövzular diqqətlə seçilib. 12 hekayədən 3-ü tam rəğbətimi qazandı: “Qurbağa öpüşü”, “Qiyamət” və “Quyu”.  “Qurbağa öpüşü” - hekayə kənd həyatından sıxılmış, rahatlıq arzusu ilə meqapolisin kənardan rəngarəng görünən həyatına üz tutan gəncin şəhərdə təşviş pozuntusu obsessiv-kompulsiv pozuntuya düçar olmasından bəhs edir. Bu pozuntu zamanı təşviş yaradan sayrışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sayrışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. Bu problemdən əziyyət çəkənləri loru dildə “təmizlik xəstəliyi” olaraq da adlandırırlar, lakin bu məsələnin tam görünüşü deyil.  Ceylan Mumoğlu o yazarlardandır ki, daim axtarışda olduğunu, yeni nələrsə öyrənməyə can atdığını həm sosial şəbəkə paylaşımlarında, həm resenziyalarında, həm də araşdırma məqalələrində görürük. Adi oxucu “Qurbağa öpüşü”ndə sadəcə psixoloji problem yaşayan şəxsin sıxıntılarını görürsə, psixoloq və ya psixiatriya sahəsi üzrə təhsili olan oxucu problemin dərinliyinə bələd olan, simptomların elmi dərinliyini anlayan, bunu bədii sözlə mükəmməl ifadə edən yazarı görür. Yazıçı hekayənin qəhrəmanının yaşantısı fonunda obsessiv-kompulsiv pozuntunun əlamətlərini, şəxsə yaşatdığı sıxıntıları ustalıqla bədii dildə əks etdirməyi bacarıb. “Üstümə nəsə sıçradı, deyəsən, axşam mütləq yuyunacam. Kanalizasiya boruları ümumi bina xəttində birləşir, başqalarının ifrazatlarının ora axma ehtimalı böyükdür. Axşam dəqiq yuyunacam! Yox, yox, axşama qədər dözə bilmərəm, elə bu dəqiqə yuyunuram!” (Səh.12) “Getmək problem deyildi, maşınla yola çıxacaqdı. Ancaq orda… Orda nə edəcəkdi, yağış, palçıq, yaxud heyvan kəsilməsini görsəydi...Düşündükcə dəli olurdu…” (səh. 13)  Obsessiv-kompulsiv pozuntusu olanlar məlumatlı xəstələrdir, problemin fərqindədirlər, hətta bu haqda psixoloq və psixiatrdan az bilmirlər. Lakin sayrışan düşüncələr və kompulsiyalar onları rahat buraxmır. Diqqətimi çəkən məqamlardan biri də hekayənin qəhrəmanının ölümündən sonrası üçün ən böyük arzusu oldu: “Məndən sonra şəlalə altında yuyunan heykəlimi yaratmağa söz versələr, təsəllim olar”. (səh. 11) Və yazar doğru bir şəkildə qəhrəmanını qorxuları, təşvişləri ilə qarşılaşdırır (məruzburaxma terapiyasında olduğu kimi): maşın qəzası keçirən gənc düşüncə səviyyəsində belə üzləşməkdən diksindiyi çamurluqda, qurbağa ilə qarşılaşır. Və ədəbi nümunələrdən tanış olduğumuz mənzərə, amma fərqli formatda; bu dəfə qurbağa şahzadəyə çevrilməyəcək, bu dəfə həyat adlı krallığın şahzadəsi bütün sıxıntıların ümumiləşmiş obrazı olan qurbağanı öpməklə axtardığı həqiqi rahatlığı tapır. “Qiyamət” - hekayəyə iki baxış bucağından baxmaq olar: turistlərin meşəyə (təbiətə) vurduğu ziyana görə təbiət insanları kimsənin nə baş verdiyini anlamadığı, Qiyamət gününü xatırladan dəhşətli formada cəzalandırır. Məncə, bu daha sadə baxış idi. İlk oxuda hadisələri obrazlı qəbul etdim, uşaqların meşəni oyun, əyləncə üçün yandırması həyatımız boyu uşaqcasına, məsuliyyətsiz şəkildə, nəticəsini düşünmədən etdiyimiz səhvlər, yanlışların obrazlaşmış forması idi. Bu səhvlər səbəb olur ki, böyük və ilahi cəza olaraq qəbul etdiyimiz əzablara düçar oluruq. Necə ki, hekayədə bunu insanlar Allahın cəzası, Qiyamət gününün əlaməti olaraq qəbul edir, Allahın bu bəlanı onlardan uzaqlaşdırmaları üçün namaz qılır, dua edirdilər. “Sonda məlum oldu ki, “Qiyamət günü”nün səbəbi hədsiz yanğın nəticəsində atmosfer qatına yüksəlmiş qara tüstünün yaratdığı (his hissəcikləriylə dolmuş nəhəng buludlardan Günəş şüalarının keçə bilməməsi) nadir rast gəlinən təbiət hadisəsi olub” (səh. 32). Bəli, Günəş heç vaxt öz işığını, istisini (obrazlı olaraq ilahi rəhmət) bizdən əsirgəmir, sadəcə araya bizə məsumca görünən, kiçik saydığımız yanlışlar (his hissəcikləri) daxil olur və "Qiyamət"imiz qopur. “Quyu” - 1918-ci ildə, cümhuriyyətimizin qurulması ərəfəsində, ermənilərin əlinə keçərək güllələnib quyuya atılan azərbaycanlının hekayəsidir. Hekayədə oxucu 1918-ci ildə başımızın çəkdiyi bəlaları anıb quyudan çıxışla bərabər AXC-nin yaranmasının sevincini yaşayayır. Yazarın qələmi yüyrək, rəvan, axıcıdır, lakin bəzi məqamlarda sanki oxucuya daha çox məlumat çatdırmağa çalışır, bu da tələskənliyə səbəb olur. Məsələn, “Həvva” hekayəsində Həvva ilə ilanın tanışlığı haqqında danışılmadan artıq Həvvanın ilana aldanmasından bəhs olunur. Hekayə Həvvanın simasında insanın yüksəlişini (Cənnətdən enişlə), bu yüksəlişin də bir sərhəddi olduğunu anlatmağa çalışır. Bu baxımdan dəyərlidir. 12 hekayədən rəğbətimi qazanmayan yeganə hekayə “Ümid”dir. Hekayə dini-didaktik məzmunludur. Sonsuzluqdan əziyyət çəkən Lamiyə bir gün həkiminin ona yalan danışıb ümid verməsi və Qurandan iki ayə söyləyib, bu ayələri başa salması, qadının dinə üz tutub ibadətə başlaması, xoşbəxtliyi tapması, bir müddət sonra müalicə nəticəsində həkimin diaqnozuna rəğmən ana olmasından bəhs edir. Belə möcüzələr yəqin ki, yalnız Azərbaycanda və ya tibbin “mükəmməl” inkişaf etdiyi digər ölkələrdə yanlış qoyulmuş diaqnozlar səbəbindən baş verər. Bəlkə də digər oxucuların rəğbətini qazanıb hekayə, amma didaktik, xüsusən də dini-didaktik əsərləri ciddi qəbul etmirəm. 12 hekayə içində hər oxucunun zövqünə görə hekayə var. Yazarın süjetdən daha çox düşüncələrə, düşündürməyə üstünlük verməsini bəyəndim. Bir sözlə oxumağa dəyər. Əsərdə diqqətimi çəkən fikirlər: “Gənclik çağını peşmanlıq duymadan xatırlayan insan xoşbəxt olmalıdır”. *** “İnsanlara və əşyalara bağlanmayın, hər şey qaydasında olacaq”. *** “Tale sevgi dolu insanları rastlaşdırır, onlar isə heç bir işə yaramayan “ağıllı” mühakimələri ilə hər şeyi korlayırlar”. *** “Heç vaxt özündən əmin olma. Elə yaşa ki, başqaları səndən əmin olsun”. *** “Əgər, bir adam ailəsindən sevgi, diqqət, dəstək görmürsə, həyatda çox şeyi yoxdur deməkdir”. *** “Hər şeyi hazır verdikdə insanın beyni kiçik qalır. Gərək, özün də böyüməsi üçün nəsə edəsən, onu bəsləyəsən”. Turan BALAŞZADƏ

Ayrılıq özüdə dərs olur hərdən

Bəzən insanlar çox rahat bir-birlərini anlayaraq ayrılırlar. Bəzən isə çox ağrılı , hətta faciəvi şəkildə. Hər bir insanın sevmək sevilmək tələbatı var, çünki ruhumuzun sevgiyə ehtiyacı var. Ayrılıq! İnsan, bu həqiqəti çox çətin qəbul edir. Həyatımız ayrılıqla başlayır, ayrılıqlada bitir. İlk olaraq ana bətnindən ayrılırıq.Son olaraq isə bu həyatdan. Ayrılıqlar qaçılmazdı. Bəzən ayrılıqlar arzuolanan, bəzən isə məcburi olur. Arzuolunan ayrılıqlar baş verəndən sonra insan həvəslə yenidən həyata atılır. Məcburi ayrılıq isə mənfi təsir göstərir.Qorxular yaradır, hətta depressiyaya gətirib çıxarır.İnsan özünü tək, atılmış hiss edir. Ən ağır ayrılıq doğmasının , yaxınının itkisi olur. Baxmayaraq ki, hər birimiz bilirik həyatda əbədi heç nə yoxdu. Belə hallarda insan öz neqativ emosiyaları ilə bacarmır. Çox vaxt valideynlər boşananda övlad stress keçirir, çünki bilir ki, valideynlərinin biri ilə ayrı düşəcək. Ayrılıqlar, itkilər, hansısa bədbəxt hadisələr qaçılmazdı. Amma belə hadisələr həyatımızın müsbət tərəflərindən üstün olmamalıdır. Ayrılıqdan sonra yaranan depressiya bir çoxlarına tanışdı. Ayrılıqdan sonra yaranan depressiya nə qədər davam edir? Bu psixoloji asılılıqdan qurtulma hər bir insanda fərdidir.Bu insanın emosional vəziyyətindən,iradəsindən, sinir sisteminin tipindən asılıdı. Bəs bu depressiyaya necə qalib gələk? İlk öncə insan olan hadisəni qəbul etməlidir, nə istədiyini anlamalıdır. Ətrafdakı insanlardan qaçmamalıdır, dostları ilə əlaqəni kəsməməlidir. Əgər yenə də dəyişiklik olmursa mütəxəssisə – psixoloqa müraciət etmək məqsədəuyğun olar. Psixoloqun professional yanaşması və pasiyentin öz istəyi? ayrılıqdan sonra yaranan depressiyanı aradan qaldırmağa səbəb olur. Aygün Ağabalayeva Harmoniya psixologiya  mərkəzinin  baş psixoloqu Harmoniya Psixologiya MərkəziŞamil Əzizbəyov küçəsi 179 .  Avenyu Veraj, 4cü mərtəbəAZ1001, Bakı, AzərbaycanTel.: +99412 555 33 73, +99455 371 33 03

İşinizdən bezmisinizmi ?

Emosional yanma sindromu. Çox tez-tez belə vəziyyətlə rastlaşırıq: insan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. Ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik, laqeydlik yaranır. İnsan daxilində bir boşluq hiss edir. Qarşısına qoyduğu məqsədlər belə maraqsız olur. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Ümid edirik ki, bizim məqaləmizi oxuyaraq bu prosesin öhdəsindən gəlməyi bacaracaqsınız. Yanma sindromu deyəndə insanda emosional, zehnivə fiziki yorğunluqla müşahidə olunan psixi prosesnəzərdə tutulur. Yanma sindromu hansı hallarda başverə bilər:1: İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı).2: Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.3: Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər.4: İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi.5: Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.6: Gələcəyə aid perspektivlərin görünməməsi.7: İş və şəxsi həyat arasında tarazlığın pozulması və s. Beləliklə , emosional yanma sindromunun yaranma səbəbləri 2 qrupa bölünür: subyektiv (fərdi xüsusiyyətlər), obyektiv ( situativ faktor). Subyektiv faktor: insanın şəxsi xüsusiyyətləri, həyatı dəyərlər sistemi, fərdi psixoloji müdafiə mexanizmləri, əqidə, yaş, ailə üzvləri və həmkarları ilə qarşılıqlı münasibətlər və s.. Adətən cavan kadrlar emosional yanma sindromuna daha çox məruz qalırlar. Obyektiv faktor birbaşa xidməti vəzifələrlə bağlıdır: peşəkar yüklənmənin artımı, vəzifə borclarının aydın dərk edilməməsi. Uzun sürən və həddindən artıq funksional yüklənmə nəticəsində şəxsiyyətlər arasında münasibətlərin gərginləşməsi emosional yanma sindromunun formalaşmasına təkan verir. Emosional yanma sindromu kommunikativ peşələrin nümayəndələri üçün xarakterikdir, “insan-insan” – peşə tipinə aiddir. Bu sindromun formalaşması tədricən baş verir. Əsas üç mərhələdən ibarətdir:1: Emosional tükənmə – peşəkar yanmanın birinci mərhələsidir. Gərginlik, ümümi emosional fonun zəifləməsi. Qeyri iradi davranış, boşluq hissi, ətrafdakılara laqeyd münasibət ilk növbədə peşəkar fəaliyyətinə təsir göstərir. İnsan bu dəyişiklərə çox vaxt diqqət yetirmir.2: İkinci mərhələdə insanda qıcıqlanma , acıq hissləri yaranmağa başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Neqativ fikirlər artır, gündəlik ünsiyyətdə nəinki əməkdaşlara, həm də müştərilərə qarşı sünilik müşahidə olunur.3: Üçüncü mərhələdə peşəkar motivasiyanin enməsi, məsuliyyətin öz üzərindən atılması müşahidə olunur. İnsan tənhalığa can atır, həyata qarşı marağı azalır. Daim gücsüzlük hiss edir. Yanma sindromuyla onun birinci əlamətləri aşkar edilən kimi dərhal mübarizə aparmaq lazımdır. Mübarizə aparmadıqda vəziyyət ağırlaşır və onda psixoloqun köməyi olmadan keçinmək çətin olur. Sizə kiçik bir çalışmanı etməyi təklif edirəm: bir vərəq götürüb iki hissəyə bölün. Birinci hissədə sizə sevinc gətirən amilləri, ikincidə isə bununla bağlı keçirdiyiniz müsbət emosiyaları qeyd edin. Əgər birinci hissədə siz cəmi 3 sevinc gətirən amili yazdınızsa, onda bu sizin həyata münasibətinizin dəyişdirilməsinə işarədir. Ümidinizi itirməyin, sadəcə monoton həyat tərzinizi dəyişin: kinoya gedin, səyahət edin, öz həvəslərinizə vaxt ayırın. İş prosesinə isə rəngarənglik qatın. Bundan başqa, neqativ emosiyaların öhdəsindən gəlməyi öyrənmək əhəmiyyətlidir. Vərəq götürüb eninə və uzununa (hər tərəfdən) şəkil çəkin, bütün neqativ enerjini tökün, sonra vərəqi cırıb zibil səbətinə atın. Bu niyə lazımdır? Emosiyalar heç yerə yox olmur. Biz onları ya dərində gizlədirik, ya da bizi əhatə edənlərə sıçradırıq. Yığdığınız neqativ emosiyaları kağızda əks etdirin.Yanma sindromunu aradan qaldırmaq üçün başqa metodlardan da istifadə etmək olar:1: Fiziki yüklənmə – autotreninq, gündəlik gimnastika, kimə isə qaçış və ya müasir rəqslər çox gözəl təsir göstərir.2: İstirahət. İstirahətsiz effektiv iş mümkün deyil.3: Sağlamlığı qorumaq: yuxu rejimi, düzgün qidalanma və s. bu kimi hallara riayət etmək.4: Bütün situasiyalarda qalib gəlməyin mümkün olmamağını qəbul etmək. Bu aqressivliyi və özünə güvən hissinin aşağı düşməsinin qarşısını alır.5: Özünü qiymətlənməndirməli yalnız ətrafın diqqətinə görə aparmamaq. İşdə müsbət nəticələr əldə etmək üçün yetərincə vaxt ayırmağı bacarmaq.6: Unutmayın ki, sizin işiniz — bütün həyatınız deyil. Onu sizin həyat kinolentinizin kiçik bir fraqmentinə aid edin. Mən sizə bütün çətinliklərə baxmayaraq, daxili harmoniyanızı qorumağı arzulayıram. İş həyatımız hər halda müvəqqəti olur. Sinir sistemimiz isə həmişəlik bizimlədir. Onu qorumağa çalışın. Aygün Ağabalayeva Harmoniya psixologiya  mərkəzinin  baş psixoloqu Şamil Əzizbəyov küçəsi 179 .  Avenyu Veraj, 4cü mərtəbəAZ1001, Bakı, AzərbaycanTel.: +99412 555 33 73, +99455 371 33 03

Evlənmək çətin deyil,evli olmaq çətindir

Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək.Qadınlarımız davranışı ilə sevdiyi kişilərin ən pis xüsusiyyətlərini belə aradan qaldıra bilərlər. Amma, bu o demək deyil ki, münasibətlərdəki bütün problemlər qadınların təqsiri üzündən yaranır və kişilərin öz mənfi cəhətlərini aradan qaldırmağa ehtiyacı yoxdur.Qeyd edək ki, uğurlu münasibətlərin 50 faizi qadınların davranışından asılıdır. Qadınların bəzi hərəkətləri həyat yoldaşları ilə münasibətlərdə dağıdıcı rol oynayır. Əlbətdə qadınlar bu səhvləri bilmədən, düşünmədən də edə bilərlər. Bu səhv hərəkətlərin çoxu qadınların anaları tərəfindən aşılana bilər.Sən onu olduğu kimi sevirdinsə, indi nəyə görə dəyişdirmək istəyirsən?Qadınlar çox vaxt sevdiyi insanı ideallaşdırırlar. Onun pis vərdişlərini aradan qaldırmağa çalışırlar. Problemlər də məhz pis vərdişlər aradan qalxmayanda başlayır. Lakin belə vəziyyətdə xanımlar qərar verməyə tələsməməlidirlər. Bu məsələni zamanla həll etmək olar. Qadınlar sevdiyi insanı dəyişdirməyə cəhd etməməlidirlər. Ona görə ki, hər bir şəxsin özünəməxsus xarakteri və vərdişləri var. Bir uğursuzluq baş verən zaman bəzi qadınlar narahat olur, özlərinə bədbəxt, uğursuz insan deyirlər. Əslində isə bəzi qadınlarımızın kifayət qədər təcrübəsi olsa, zamanla bu problemləri aradan qaldırmaq mümkün olacaq. Qadınlara məsləhətlər:Sevdiyiniz insan nədən zövq alırsa, ona səmimi maraq göstərin. Bu onun işi, sevdiyi məşğuliyyəti, etdiyi idman növü də ola bilər. Sizin onun sevdiyi, zövq aldığı məşğuliyyətlərə maraq göstərməyiniz süni görünməməlidir.Bundan başqa, möhkəm və mehriban ailə üçün qadının yaxşı əhvalda olması vacibdir. Belə ki, kişilər sevdikləri qadının yaxşı əhval-ruhiyyədə olmağını xoşlayırlar. Kişi gülməli bir şey danışanda, zarafat etmək istəyəndə qadın təbəssümlə cavab verməyə, geri gələndə gülməyə çalışmalıdır. Amma kişinin hər sözünə səbəbsiz reaksiya verib həddini aşmaq da məsləhət deyil.Kişilər özlərini əvəzolunmaz, fərqli hiss etməkdən zövq alırlar. Bu səbəbdən də həyat yoldaşınıza bəyəndiyiniz xüsusiyyətlərini deyin. Həyat yoldaşınıza sizə qarşı olan hər hansı bir diqqətinə, evdə gördüyü hansısa işinə görə təşəkkür edin. Davranışını qiymətləndirdiyinizi ona hiss etdirin.Çalışın ki, həyat yoldaşınızla fikirlərinizlə bölüşəsiniz. Ona məsləhətlərinin sizin üçün nə qədər əhəmiyyətli olduğunu bildirin. Bu onun xoşuna gələcək və sizə görə məsuliyyət hiss edəcək. Gəlin, qadınların kişilərlə münasibətlərində buraxdığı əsas səhvlərinə nəzər salaq.1: Qadınlar sevdiyi kişilər üçün özlərini qurban verirlər. Onlar ümid edirlər ki, fədakarlıqları kişilər tərəfindən yüksək qiymətləndiriləcək və kişinin ona sevgisi dəfələrlə artacaq. Təəssüf ki, bu çox nadir hallarda baş verir. Çox vaxt əksinə olur. Kişinin qadına olan marağı azalır.2: Qadınlar kişilərin potensial imkanlarına aşiq olurlar.3: Qadınlar özlərini ana kimi aparır və kişilərlə uşaq kimi rəftar edirlər.4: Bəzən qadınlar özlərini hədsiz yüksəkdə tutur, bəzən isə çox zəif olduqlarını düşünürlər.5: qəbul edirlər. Elə cütlüklər var ki, münasibətləri münaqişələr üzərində qurulur. Bəziləri bu hisslərə alışır və şüuraltı münaqişəli vəziyyətlər axtarırlar (qüvvə toplamaq üçün).6: Elə qadınlar var ki, istədiklərinə nail olmaq üçün özlərini balaca şıltaq qız kimi aparırlar. Əlbəttə ki, cütlüklər arasındakı münaqişələrə səbəb olan başqa amillər də var. Bu münaqişələri düzgün həll etmək üçünsə qadınlara səbirli olmağı məsləhət görürəm. Ən əsası isə maraqlı həmsöhbət olmağa çalışın. Həm danışmaq, həm də dinləmək əhəmiyyətlidir. Bununla yanaşı özünüzə diqqət ayırmağı unutmayın. Qadın hər zaman, hər bir şəraitdə qadın olduğunu unutmamalıdır. Aygün Ağabalayeva Harmoniya psixologiya  mərkəzinin  baş psixoloqu Harmoniya Psixologiya Mərkəzi Şamil Əzizbəyov küçəsi 179 .  Avenyu Veraj, 4cü mərtəbəAZ1001, Bakı, AzərbaycanTel.: +99412 555 33 73, +99455 371 33 03

Özgüvənlisiniz? - Bu hissi belə aşılayın

Günümüzdə ən çox yayılan problemlərdən biri də özgüvən əksikliyidir. Bu da insanların özləri ilə barışıq olmamalarından, digər ailədə olan davranışlardan irəli gəlir. Bunun üçün də öncəliklə özünüzə sağlam şəkildə hörmət etməlisiniz. Bu, qürurlu ya da doğuşdan digər insanlardan daha yaxşı olduğunuz mənasını deyil, özünüzü hörmətə dəyər və qiymətli hiss mənasını verər. Özünüzə istiqamətli hörmətinizi artırmaq üçün bu ipuclarına diqqət yetirməyiniz lazımdır …Gerçəkçi olun: Özünüzü digər insanlarla qarşılaşdırmayın, əlinizdən gələnin ən yaxşısını etməyə fokuslanın.Ugurlarınıza fokuslanın: Hər günün sonunda nələr edəbildiyinizi gözdən keçirin. Özünüzü təqdir edin. Daimi olaraq sağlam risklər almaq özsaygınızın artmasını dəstəkləyir.Xarici yaşamlar yerinə içinizə fokuslanın: Dünyanın ən bahalı evinə ya da avtomobilinə sahib olacağınıza inanmaq kimi maddiyyata söykənən, xarici şərtlərin şəkil verdiyi xəyallardan uzaq durun. Özünüzü sahib olduqlarınızla tamamlayın. Bunun yerinə, öz daxili səsinizin yön verdiyi hədəfinizi təyin edin. Gerçəkdə sizin üçün nə vacibdir? Bunlara uyğun yaşamağa çalışmaq özsaygınızı artıracaq.Həyata aktiv olaraq qatılın: Özünüzə hədəflər təyin edin və hədəflərinizi reallaşdırmaq üçün nizamlı olaraq addım atın. Qrup çalışması güclü bir sinerji yaradır, ancaq əsla birinin bütün vəzifəsi boynuna götürməsini gözləməyin. Strateji düşünün və gücünüzün çatacağı şeyləri edin.Özünüzə qulluğa zaman ayırın: Siz, özünüzü sevəcək və nazıyla oynayacaq qədər qiymətlisiniz. İlk olaraq buna inanın. İkincisi, sağlamlığınıza diqqət edin, sağlam qidalanın, kifayət qədər yatın, nizamlı olaraq məşq edin və istirahət üçün zaman ayırın. Ehtiyaclarınızı sağlam şəkildə tələbata uyğun qarşılayın. İlk olaraq nəyə ehtiyacınız olduğunu təyin edin, sonra da bu ehtiyacınızı qarşılamaq üçün mövcud olan variantları araşdırın. Hər ehtiyacınız olanı əldə edə bilməsək belə, özsaygınızı artıracaq şəkildə hərəkət etmiş olacaqsınız. Validə Abbasova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Fırıldaqçı psixoloqların sayı artıb – Məşhurluq üçün yüksək məbləğdə...

Məlum olduğu üzrə xüsusilə də son zamanlar psixoloq adı altında işləyən  qeyri-peşəkarların sayı artıb. Bəzi fırıldaqçılar biznesləri üçün insan əməyindən, pulundan istifadə edirlər.  Bundan əlavə bəzi saytlara da yüksək məbləğlərdə pullar verərək reklamlarını edirlər ki bu zaman da insanlar onların “peşəkarlığına” daha çox inanırlar. Bununla da fırıldaqçıların məşhurluğu ikiqat artır. Psixoloq.az portalı isə onların yalan üzərində qurulan bizneslərini dağıtmağa və professional olaraq psixoloqları vahid mərkəzdə tutmaq məqsədini daşıyır. Saytın direktoru Aytən Hidayətovanın sözlərinə görə, istənilən psixoloq, savadını, peşəkarlığını portal vasitəsilə nümayiş etdirə bilər: “Digər saytlar, kanalllar bunun üçün yüksək məbləğ tələb etdiyi halda bu bizdə tam olaraq pulsuzdur. Biz istəyirik ki bütün mərkəzlər, psixoloqlar vahid mərkəzdə birləşsinlər. Bəziləri elə bilir ki biz də mərkəzik. Xeyr. Biz sadəcə insanlara, savadlı psixoloq, psixoloji mərkəz tapmaqda körpü rolunu oynayırıq. İnsanlar üçün şəffaf şərait yaradırıq ki, onlar psixoloqların savadının nə yerdə olduğunu, təhsili barədə tam olaraq məlumatlana bilsinlər. Zəhmət çəkən hər bir psixoloqa tanınması üçün şərait yaradırıq”. Portalın redaktoru Şəhanə Quliyeva, son zamanlar insanların saytlarda axtardığı açar sözün məhz psixoloqlar olduğunu diqqətə çatdırıb. “Loqopedlər, defektoloqlar, psixoloq və s. barədə bütün məlumatları da insanlar bizim sayt vasitəsilə əldə edə bilərlər. Biz hər psixoloqa eyni şəraiti yaradırıq. Saytımızda psixoloqlarla yanaşı gənc tələbələrimiz də özləri barədə məlumatları yerləşdirə bilərlər. Bununla yanaşı məqalələr yazmaqla həm insanları maarifləndirə, həm də özlərini tanıtdırmaqları mümkündür. Psixologiya elminin daha çox tanınması üçün bu sahənin insanları daha çox əziyyət sərf etməlidirlər. Biz də bu sahəyə portal olaraq dəstəyik. Bir çox mütəxəssislər var ki tək seminarlar edir ki, bu da onları insanlara tam olaraq tanıtdırmır. Bizim sayt onlar üçün əla fürsət yeridir”,-deyə Quliyeva vurğulayıb.

Xoşbəxtlik qorxusu nədir? - Səbəb olan amillər

Xoşbəxtlik və qorxu – bir-birinin əksi olan bu iki söz birləşib sanki bir ahəng yaradıb. Görəsən biz qorxu hissi olmadan sadəcə xoşbəxt ola bilmərikmi? Xoşbəxtlik – pozitiv və xoş emosiyalar ilə xarakterizə olunan zehni bir vəziyyətdir. Xoşbəxtlik –bəşəriyyətdəki bütün insanların çatmaq istədiyi son nöqtədir, o nöqtə ki, insan özünü sanki buludların üzərində hiss edir. Bu zaman ortaya qorxu sözü daxil olur və sanki insan buludların üstündən bir anda yerə düşür. Ona görə də çox vaxt insan xoşbəxt olduğu zaman sanki bu xoşbəxtlikdən qorxur və hətta ətrafındakılar da onun bu qorxusunu dəstəkləyir “çox sevinmə”, “bugünün sabahı var” kimi sözlərlə insanın ümidlərini daha da qırırlar. Hətta bəzi mədəniyyətlərdə insanlar işləri yaxşı getdiyində, özlərini xoşbəxt hiss etdiklərində çox qorxurlar, onlar xoşbəxtliyi günah hissi, abırsızlıq və mənəvi tənəzzül kimi anlayışlarla əlaqələndirirlər. Bəzi insanlar düşünə bilər ki, onlar qorxmur sadəcə xoşbəxtdirlər və bu hissə sahiblənmək istəyirlər. Amma bilmirlər ki, əslində var olanların içində ən dəyərlisi sahib ola bilmədiklərimizdir. Xoşbəxtliyə sahib ola bilmərik, sadəcə o qapımızı döydüyü zaman onu qəbul edib, hər gələn qonaq kimi onu da yola salmağı bacarmalıyıq. Biz pis hadisələrlə qarşılaşdıqda, pis insanlarla üzləşdikdə və ya sevdiyimiz birini itirdikdə daim həyatı pisləyirik. Xoşbəxt olmadığımız zamanda yenə günahı həyatın üzərinə atırıq. Axı həyat oğrudur, bizim xoşbəxtlik hissimizi əlimizdən alır. İnsanlar bu cür düşüncələrlə xoşbəxtlik hissini özləri də bilmədən uzaqlaşdırırlar. Çünki insan daim nəyisə fikirləşirsə sanki kainat o düşüncəni insanın həyatına əks etdirir. Əgər bir xoşbəxtliyin içində qorxu varsa, onu xoşbəxtlik adlandıra bilmərik, çünki biz ya xoşbəxt ola bilərik, ya da qorxa bilərik. Buna misallarla belə aydınlıq gətirmək olar: Xoşbəxt olmaq daima kimisə xoşbəxt etməyə çalışmaq, daima basqalarını düşünmək, qazandığın maaşın son qəpiyini də kimin üçünsə xərcləmək deyil, bu xoşbəxtlikdən qorxmaqdır.Xoşbəxt olmaq daima səni incidən insanlara hörmət əlaməti olaraq heç bir söz deməmək, susub sakitcə dayanmaq deyil, bu xoşbəxtlikdən qorxmaqdır.Başqalarına zərər verməmək üçün sakitcə öz həyatını yaşamaqla xoşbəxt olduğunu düşünürsənsə yanılırsan, bu xoşbəxt olmaqdan qorxmaq deməkdir. Öz haqqlarını qoruya bilmirsənsə, başım dinc olsun devizinə sığınırsansa sən xoşbəxt deyilsən, xoşbəxtlikdən qorxursan. Çünki yeri gəldiyində insanların qarşısına çıxıb öz haqqlarını qorumalısan, sən bu cur xoşbəxt olduğunu göstərməlisən. Əslində bizim problemimiz xoşbəxtliyin nə olduğunu bilməməyimizdir. Biz sadəcə onun arxasıyca qaçırıq, ona sahiblənmək istəyirik və onu tapdığımızı sanıb itirməkdən qorxuruq. Xoşbəxtlik sadəcə bir andır, olur və bitir. Ona görə də çalışmalıyıq o anın nəbzini tutaq. Nə olursa olsun, hətta ən pis günümüzdə belə, gülümsəməyə bir səbəb tapaq. Çünki bu həyat bizə yalnız bir dəfə verilir, ikinci şansımız yoxdur… Xədicə Aşurova

Fantaziyalara qapılmayın - Günün ulduz falı,18sentyabr

Qoç - Planlarınızda zəruri dəqiqləşdirmələr aparın. Yaxın perspektivdə atacağınız addımları tələsmədən müəyyənləşdirin. Ciddi islahatlara başlamaq fikriniz varsa, situasiyanı qiymətləndirin. Maliyyə imkanlarınızla bağlı izafi nikbinliyə yol verməyin. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin davranışında anlaşılmaz məqamlarla qarşılaşacaqsınız. İnzibati məsələlərdə, yazışmada, nəticələrin müqayisəsində səlis davranın. Axşam saatlarına yaxın səfər və ya işgüzar müzakirə istisna deyil. Buğa - Situasiya təxirəsalınmaz müdaxilə və çevik hərəkətlər tələb edir. Nəyi nə zaman edəcəyinizi bilin. Peşəkar fəaliyyət müstəvisində köklü dəyişikliklər və ya spontan yeniliklərə heç bir ehtiyac yoxdur. İslahatları bir qədər ertələyin. Alış-verişdə bədxərclik etməyin. Günün ikinci yarısında tələskənliyə yol verməyin. İşlərdə qısamüddətli qeyri-müəyyənlik və ya tərəddüd yarana bilər. Aranan çıxış yolunu ilk cəhddən tapmamaq riski var. Bütün variantları təmkinlə qiymətləndirin. Əkizlər - Günün ilk yarısında fikirləriniz dağınıq olmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün inamlı, inadlı və qətiyyətli olun. Səfər, səyahət, yazışma üçün əlverişli gündür. Məhkəmə olarsa, mövqelərinizi müdafiə edin. Dövlət qurumlarına baş çəkmək üçün münasib zamandır. Günün ikinci yarısında yaranacaq mübahisəli vəziyyətdə yalnız özünüzə güvənin. Müstəqil, hadisələrə tərəfsiz yanaşan insanın fikirlərindən bəhrələnin. Yeni tərəfdaş, şərik və ya məsləhət verəcək insana ehtiyac duyursunuzsa, tələsməyin. Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin. Xərçəng - Cari məsələlərin həlli üçün rasional düşünün. Praqmat olun, dəyərləndirmələrdə obyektiv, hesablamalarda dəqiq olun. Bilik və bacarıqlarınızı artırın. Günün ikinci yarısında müşkül vəziyyətdən çıxış üçün intizam gərəkdir. Emosional qərarlar verməyin, məntiqi unutmayın. Tapşırıqları vaxtında yerinə yetirin. Xidməti mükəlləfiyyətlərə laqeyd yanaşmayın. Axşam saatlarında gəzintiyə çıxın. Şir - Diqqət mərkəzində olsanız da, özünüzü normal hiss etmək üçün nəyinsə çatışmadığını hiss edəcəksiniz. Nisgilə qapılaraq ötənlərdəki hadisələrin önəmini olduğundan artıq dəyərləndirməyin. Yazışmalarda, hesabatlarda diqqətli olun. Sizi narahat edə biləcək məlumat ala bilərsiniz. Əhvalınız pisləşməməlidir. Məqsədə doğru irəliləmək üçün bu gün geriyə bir addım atmaq olar. Axşam saatları yazışmalar, zənglər, səfər üçün əlverişlidir. Sevdiyiniz insanı unutmayın. Vaxtınızı şən və mənalı keçirin. Qız - Tənbəllik etməyin, intizamlı olun. Maraqlandığınız işlə mümkün qədər çox məşğul ola bilərsiniz. Ciddi yanaşma tələb edən məsələlər var. Fəaliyyətinizə maneələr yaradan məqamları sürətlə həll edin, sədləri aradan qaldırın. Günün ikinci yarısı məhsuldar dönəmdir. İmkanlardan tam yararlanın, təsadüflərə bel bağlamayın. Araşdırma və ya tədqiqatlarda uğur əldə edə bilərsiniz. Səhhətinizin qeydinə qalın. Ev işləri ilə məşğul olun. Tərəzi - Yaxın ətrafınızdakı insanlara qarşı ifrat iradlarla çıxış etməyin. Şəriklərin fikrini, tərəfdaşların mövqeyini qulaqardına vurmayın. Problemlərin həllinə yaradıcı yanaşın. Günün ikinci yarısında yaranan çətinliklərin həlli zamanı tələskənliyə yol verməyin. Enerjili olun, aktiv davranın. Kreativliyi unutmayın. Sədlərlə maneələrin dəf olunması yollarını həmkarlarınız və ya şəriklərinizlə müzakirə edin. Axşam saatlarında normal istirahət edin. Əqrəb - Analitik bacarıqlar, sistem yanaşma tələb edən gündür. Uzaqdakı tanışlardan və ya dostlardan birinin yardım istəyi ilə üzləşəcəksiniz. Sizə həvalə edilmiş işi təkbaşına görməyə çalışın. Əlavə problemlərin yaranmaması üçün diqqətli olun. Günün ikinci yarısında əsas işə laqeyd yanaşaraq ikinci dərəcəli tapşırıqların yerinə yetirilməsinə aludə olmayın. Prioritet məqamlardan biri qüsursuz keyfiyyətdir. Peşəkar nüfuzunuzla yanaşı, əldə edə biləcəyiniz gəlirlər də məhz bu nüansdan asılıdıır. Fəaliyyət planı və büdcəni dəqiqləşdirməmiş dəyişikliklərə başlamayın. Oxatan - Sizi aldatmağa çalışacaqlar. Diqqətli olun, hər vədə və deyilən sözə inanmayın. Yaltaq, xəbis insanlardan uzaq durun. İşlərin əsas hissəsini günün ilk yarısında görməli olacaqsınız. Fəaliyyətinizin effektiv olması üçün yarımçıq işləri tamamlayın, öhdəlikləri yaddan çıxarmayın. Günün ikinci yarısında planlaşdırma və hesablamalarda səhvə yol verməyin. Tərəfdaşlarla, şəriklərlə anlamlı davranın. Ambisioz olun, amma eqoist insan təsiri bağışlamayın. Yeni işə başlamaq zamanıdır. Kiməsə işləməkdən usanmadınızmı? Oğlaq - Günün ilk yarısından etibarən passivlikdən uzaq durun. Yeni plan hazırlamaq, yaxın perspektivdə atacağınız addımları bəribaşdan müəyyənləşdirmək olar. Məntiqi düşünün, yaşananları sistemli təhlilə uğradın. Ətrafınızdakı şəxslərin davranışlarındakı fərqləri qulaqardına vurmayın. Günün ikinci yarısında proseslərdən kənar qalmayın. Maliyyə məsələlərində xüsusilə diqqətli olun. Stabil işgüzar əlaqələrə nail olun. Alış-veriş zamanı almaq istədiyiniz əşyanın keyfiyyətinə xüsusi fikir verin. Dolça - Günün ilk yarısında aktiv olun, formada qalın. Fəaliyyətinizlə bağlı müəyyən sistem formalaşdırın və planlara riayət edin. Reqlament olunmuş proseslərin məcrasından kənara çıxmayın. Sistemləşdirilmiş biliklərinizi artırın. Günün ikinci yarısı inzibati funksiyaların yerinə yetirilməsi üçün münasib zamandır. Müstəqil şəkildə çalışın və fərdi əməyə üstünlük verin. Yaxın ətrafınızdakı insanlar qarşısında bəlli məsuliyyət daşıdığınızı unutmayın. Balıqlar - İllüziyalara və fantaziyalara qapılmayın. Dostlarla təmasları aktivləşdirin, işgüzar əlaqələri inkişaf etdirin. Tapşırılmış işlə bağlı təfərrüatları araşdırın. Əlavə məlumatlar əldə etməyə çalışın. Faydalı ünsiyyəti prioritetə döndərməkdən çəkinməyin. Günün ikinci yarısında mənasız və məntiqsiz ünsiyyəti dayandırın. Çalışdığınız kollektivin planlarından xəbərdar olun. İşdəki haqsızlıqdan, qanunsuzluqdan, özbaşınalıqdan bezibsinizsə, başqa iş yeri axtarmağa başlayın. Rüşvət verməyin və rüşvət almayın. Peşəkar fəaliyyət müstəvisində irəliləmək üçün gərəkli vasitələrdən yararlanın. Qanunvericiliklə bağlı biliklərinizi artırın.  Milli.Az

Günün ulduz falı: 14 sentyabr, 2018

Qoç – İşgüzar təmaslar, danışıqların aparılması, yeni tərəfdaşların axtarışı üçün əlverişli gündür. Yaxşı təəssürat yaratmaq, özünüzün ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmaq üçün şansınız var. Rəhbərlik sizin ideyalarınızı dəstəkləməyə, zəhmətinizi layiqli şəkildə mükafatlandırmağa hazırdır. Maraqlı iş təklifi ala bilərsiniz, iş yerinizi dəyişmək ehtimalı da var.Dünyagörüşünüz artır, maraq dairəniz genişlənir. Ciddisiniz, əl atdığınız hər işdə uğur qazanırsınız. Enerjiniz azdır, axşam səhhətiniz pisləşə bilər. Buğa – Çox şey sizin başqalarının işinə vaxtında qarışmağınızdan, birbaşa sizə aidiyyatı olmayan problemlərin həllinə girişməyinizdən asılı olacaq. Hərəkətləriniz nüfuzunuzun artmasına, ətrafdakıların rəğbətini qazanmağınıza kömək edir. Bu gün dostlaşacağınız tərəfdaşlarınız sizi yüksək qiymətləndirəcək və hörmət edəcəklər.Hüquqi məsələlərin həlli, sənədlərin hazırlanması, dövlət orqanları ilə bağlı işlərin yoluna qoyulması ilə məşğul olmaq olar. İri məbləğdə pul ala bilərsiniz. Əkizlər – İşgüzar və enerjilisiniz. Vacib olan məsələlərə diqqət yetirir, ikinci dərəcəlilərə əhəmiyyət vermədən və vaxt itirmədən məqsədə doğru gedirsiniz. Emosiya və həyəcanlar çox olacaq, ancaq siz onları nəzarətdə saxlayır, sağlam düşüncə ilə hərəkət edirsiniz.Danışıqlar, istənilən məsələlərin müzakirəsi üçün münasib gündür. İnandırıcı danışırsınız, rəyinizi dinləməmək mümkün deyil. İri alış-veriş etmək, yatırımlar etmək olar. Yaxınlarınız biznesdə sizi dəstəkləməyə hazırdırlar. Xərçəng – Sakit gündür, böyük hadisələr gözləməyə dəyməz. Düzdür, bəzi Xərçənglər özləri üçün problem yaratmağı bacaracaqlar. Amma eyni zamanda bunları elə özləri və çox uğurla həll edirlər. Yeni, irimiqyaslı layihələrin gerçəkləşdirilməsinə başlamaq məsləhət deyil. Onları reallaşdırmaq ilk baxışdan göründüyü kimi asan deyil.Günün ikinci yarısı ruh yüksəkliyinizlə seçiləcəksiniz. Əhvalınız yaxşılaşır, gələcəyə nikbinliklə baxırsınız. Yaxşı təsir bağışlamaq istədiyiniz bir adamla görüşməyin əsl vaxtıdır. Şir – İşdə ciddi uğurlar qazanacaqsınız. Çox mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz. Paxıllıq edənləriniz olacaq, amma zərər yetirməyə kimsənin hünəri çatmayacaq. İşgüzar ünsiyyət və nüfuzlu şəxslərlə təmaslar üçün əlverişli gündür.Yaxınlarınız sizə görə narahat olurlar, bəzən onların qayğıkeşliyi zəhlənizi tökür. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa bilirlər. Təmkininizi qorumağa çalışın. Emosiyalarınızı nəzarətdə saxlayın: münaqişə və fikir ayrılıqlarından qaçmaq olar. Qız – Şərait elə də yaxşı deyil. Ancaq siz sakitliyinizi və soyuqqanlılığınızı qoruyub saxlaya bilirsiniz. Bu, bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Həmkarlarınızın öhdəsindən gələ bilmədikləri irimiqyaslı və mürəkkəb layihələri gerçəkləşdirməyə başlamaq olar.Axşamı ailə və məişət məsələlərinin həllinə sərf etməli olacaqsınız. Yaxınlarınızla səbrli davranın, tənqidlərinə ağız büzüb inciməyin. Bir qədər düşüncəli olun, belədə münaqişədən qaçmaq olar. Tərəzi – Müsbət tendensiyaların təsiri güclü olmasa da, siz qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Bu günün yalnız bir ciddi mənfi cəhəti var – istəklərinizə çatmaq asan deyil. Bu isə sizi qorxutmaq əvəzinə ruhlandırır. Tərəfdaşlarınız və həmfikirləriniz isə şəraitə sizin kimi yanaşmırlar. Onları da ruhlandırmağa çalışın.Səhhətiniz pisləşə bilər. Özünüzü qoruyun, orqanizminizi yükləməyin. Axşama planlaşdırdığınız səfərlər gözlənildiyindən çox vaxt aparacaq. Üstəlik, lazımi nəticəni də almayacaqsınız. Əqrəb – Xoş ailə tədbirləri gözlənilir. Uzaq qohumlarınızdan gözəl xəbərlər ala bilərsiniz. Valideyn Əqrəblər bir qədər narahatlıq keçirəcəklər, çünki uşaqlarının bəzi çətinlikləri yaranacaq. Sakit əhvalınızı qoruyub saxlayın, uşaqlarınızla dostca davranın və onlara inanın: bir çox problemlərin öhdəsindən onlar özləri gələ bilərlər.Bu gün özünüzü nazlandıra bilərsiniz: çoxdankı bir arzunuz yerinə yetəcək. Az tanıdığınız insanlarla ehtiyatlı olun – lazım olmayan sözlərlə başınıza iş aça bilərsiniz. Oxatan – Maliyyə məsələlərini həll etmək üçün əlverişli gündür. Əgər borcunuzu qaytarmaq, işlərinizi sahmana salmaq lazımdırsa, bunları bu gün edin. Həmçinin ailə büdcəsinin planlaşdırılması ilə də məşğul ola bilərsiniz. Əmlak bölgüsü ilə problem yaranmayacaq. Qiymətli hədiyyə və sürpriz ala bilərsiniz.Bu günün əsas uğurlarından biri işlərinizə məsuliyyətlə yanaşmağınızdadır. Ən xırda layihələrə diqqətlə yanaşıb, bütün imkanları dəyərləndirin. Siz şəraiti bir qədər “bəzəməyə” meyllisiniz, doğruları görmək istəmirsiniz. Bu gün bununla bağlı elə bir problem olmayacaq, ancaq sonra xoşagəlməz nəticələri ola bilər. Oğlaq – Bu günlərdə yaranan anlaşılmazlıq və çətinlikləri aydınlaşdırmaq üçün zəhmət çəkməli olacaqsınız. Bunu mümkün qədərilə tez etməyə çalışın, günün ikinci yarısı sizi daha xoş və maraqlı məşğuliyyətlər gözləyir. Pullarla bağlı bütün məsələləri günortayadək həll etmək lazımdır, sonra yüngül bir əhval sizi çənginə alacaq və qənaət etməyinizə imkan verməyəcək.Maraqlı tanışlıqlar mümkündür: yeni hisslər parlaqdır və getdikcə güclənir. Oğlaqların əksəriyyətinin intuisiyası onları yanıldır və çox zaman layiqsiz adamları seçirlər. Dolça – Tələsmək lazım deyil. Sanki qarşınızda bir neçə qapı var. Onlardan yalnız birindən keçməlisiniz, bu səbəbdən düzgün seçim etmək, yəni perspektivləri aydınlaşdırmaq lazımdır. Ətrafınızda baş verən hadisələri müşahidə edin, intuisiyanıza qulaq verin.Yaxınlarınızla münasibətləriniz elə də asan deyil. Soyuqqanlı və düşüncəli insanlarla aranız yaxşıdır, emosiyalarla yaşayanlarla isə aranızda ciddi fikir ayrılıqları yaranır. Sizi xüdpəsəndlikdə, etinasızlıqda günahlandıra bilərlər. Balıqlar – Sakit gündür, əvvəllər başladığınız işləri bitirə bilərsiniz. Yeni layihələrin reallaşdırılması ilə tələsməyin, çox müxtəlif çətinlikləriniz ola bilər. Hamıya qarşı tələbkarsınız, özünüzdən başqa. Bu da həm münasibətlərdə çətinliklərə, həm də işdə səhvlərə yol açır. İkili standartlardan qaçın.Pul ala bilərsiniz. Sövdələr bağlamağa tələsməyin. Daha yaxşı şəraitin yaranmasını gözləyin. Bunları yaxında sizə təklif edəcəklər. İşgüzar danışıqları qeyri-formal şəraitdə keçirməyə çalışın. Alkoqoldan uzaq durun. Milli.Az

İntellekti cəzb edir, etirasa gətirir - Sapioseksual kimlərə deyilir?

Sapioseksual elə insandır ki, intellekti ən cazibədar xüsusiyyət hesab edir. Təsəvvür edin, bir insanın intellekti başqa bir insanı cəzb edir və ehtirasa gətirir. Latınca «sapio» — ağıllı dərrakəli olmaq deməkdir. Bu insanlar üçün həzz, ağlın qüdrəti və dərinliyi, həzz almaq, intellektual söhbət və intellektə maddi görünüşdə tamaşa etməkdir. Fərqi yoxdur, hansı cinsdəndir və ya neçə yaşı var, bu hamıya şamildir. Sapioseksuallar üçün məmnuniyyət alma pərəstişi partnyorla fəlsəfi müzakirələr aparmaq, sərt tənqid etmək və dəqiq kinayə etmək və s.dir. Sapioseksualların ünsiyyəti başqaları üçün erudisiya və terminologiya bilgisinin olmamasından anlaşılmaz ola bilər. Ağlın işini müşahidə etmək böyük məmnunluğun apriorisidir. Bunun başqaları üçün belə olmaması da mümkündür.Sapioseksuallıq üçün misal kimi, Şerlok Holmsun İren Adlerə qarşı hisslərini və ya onun Moriarti ilə qarşılaşmasından sonra asılılığını çəkə bilərik. Höte, Hokinq, Volter, Nitşe və s. insanlara heyran olmağı da buna misal çəkmək olar.