Psixi Xəstəliklər

Hər kəsə adi gələn, əslində isə böyük olan problem - Depressiya nədir?

Depressiya – halsızlıq, gərəksizlik hissi, intihara dair fikirlər, iştahanın azalması, yuxusuzluq, psixomotor tormozlanma və ya həyəcan, həmçinin müxtəlif somatik simptom və şikayətlərlə müşayiət olunan, əhval-ruhiyyənin enməsi ilə səciyyələnən psixi pozuntudur.Depressiyada olan insanlar durğun olurlar , alçaq səslə , yavaş və az danışırlar. Kədərli və ağrılıdırlar. Tez-tez ağlayırlar və narahatdırlar. Əvvəllər həvəslə gördükləri işlərə qarşı maraqsız və istəksizdirlər. Düşüncələr nisbətən yavaşlamışdır. Belə olan insanın çarəsiz və ümidsiz olduğuna dair düşüncələri vardır.Depressiyanın risk faktorlari:Bioloji:• irsi meyllilik• bəzi somatik xəstəliklər• alkoqol və narkotiklərin qəbulu• bəzi preparatların qəbuluPsixoloji:• uşaq vaxtı keçirilmiş psixoloji travmalar• ailədaxili və şəxsiyyətlərarası problemlər• həyatda baş verən önəmli dəyişikliklər• yaxın adamın həyatını itirməsi və ya ağır xəstəliyə tutulması ilə bağlı keçirilən hisslər• tənhalıqSosial:• kasıblıq• işsizlik• cinayətkarlıq• sosial müdafiənin olmamasıDepressiyanın əsas əlamətləri:Pasient üçün qeyri-normal hesab edilən səviyyəyədək uzun müddət əhvalın enməsiAdətən pasient üçün xoş olan məşğuliyyətə aydın formada marağın və alınan zövqün azalmasıDemək olar ki, hər gün müşahidə edilən yorulma və güc tükənməsi.Özgüvən hissinin aşağı olmasıSəbəbsiz özünütənqid və ya qeyri-adekvat günahkarlıq hissiTəkrarlanan ölüm və ya özünəqəsd fikirləri və ya intihar davranışıDüşünmə və fikir cəmləmə qabiliyyətinin azalmasıİstənilən növ yuxu pozuntusu (yuxusuzluq və ya yuxuculluq, süstlük)Çəki dəyişkənliyi ilə müşayiət olunan iştahanın dəyişməsi (artması və ya azalması)

Bu əlamətlər sizdə varsa...Altsheymer xəstəliyinin simptomları

Unutqanlıq, özünü tanımamaq kimi bilinən altsheymer xəstəliyinin dəqiq səbəbi bilinmədiyi üçün hər kəsin bu problemə yoluxmaq riski yüksəkdir. Bəs xəstəliyin ilkin simptomları nədir? Psixoloq.az həmin əlamətləri təqdim edir: Yaddaşsızlıq və zamanla daha da proqressivləşən yaxın keçmişi belə xatırlamamaq, Tanış əşyaları tanımamaq, Emosional pozğunluq, depressiya, narahatlıq, ümumi gərginlik, Dezorientasiya, Son mərhələ: Hallüsinasiyalar, fantastik ideyalar Yaxın şəxsləri, hətta qohumları tanımamaq, Öz hərəkət və fikirlərinə qarşı məsuliyyətsizlik, Bəzi hallarda qıcolmalar. Ağırlaşmalar: Yanaşı infeksion xəstəliklər (pnevmoniya və s.), Qida çatışmazlığı, Müxtəlif travmalar və bədbəxt hadisələr. Xəstəliyin konkret bir müalicə üslubu yoxdur. Ancaq buna baxmayaraq həkimin müalicəsi nəticəsində narahatçılığı bir qədər azaltmaq, xəstəliyin şiddətinə mane olmaq mümkündür.

Unutqanlıq, ünsiyyət problemi - Altsheymer xəstəliyi nədir?

Altsheymer xəstəliyi nədir? Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılıb. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon, 2050-ci ildə isə bu rəqəmin dörd dəfə artacağı gözlənilir.Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır. Altsheymer xəstəliyinin ilkin mərhələsində insanlarda yaddaş pozğunluğu müşahidə edilə və danışarkən düzgün kəlmə tapmaqda da çətinlik çəkə bilərlər. Xəstəlik irəlilədikcə isə insanlar: - Çaşa bilər və tez-tez insanların adlarını, yerləri, yaşayış yerlərini və son zamanlar baş vermiş hadisələri unuda bilərlər,  - Ya özünə inamın itməsinə ya da ünsiyyət problemlərinə görə daha çox özlərinə qapana bilərlər, - Gündəlik fəaliyyətləri yerinə yetirməkdə çətinlik çəkirlər. Altsheymer xəstəliyi irəlilədikcə xəstələrin onların qayğısına qalan insanların dəstəyinə daha çox ehtiyacları olur. Ən sonda isə adi hərəkətləri belə bacara bilməmə mərhələsinə çatırlar. Altsheymer xəstəliyinin bəzi ümumi simptomları olsa da onu da yadda saxlamaq vacibdir ki hər kəs fərqlidir. İki insan altsheymer xəstəliyini eyni üsulla keçirtməyə bilər. Altsheymer xəstəliyinin risk faktorlarına misal olaraq yaş, cinsiyyət, genetik,yaddaşın itirilməsi ilə nəticələnən kəllə - beyin travmaları,  hipotiroidizm və s. daxildir. Lakin hələlik Altsheymer xəstəliyinin səbəbi kimi heç bir dəqiq faktor müəyyən edilməyib. Yaş, irsilik, ekoloji amillər, həyat tərzi və ümumi sağlamlıq da daxil olmaqla bir sıra faktorların buna səbəb olduğu ehtimal olunur. Bəzi insanlarda bu xəstəlik simptomları büruzə vermədən uzun illər gizli inkişaf edə bilər. Yaş Altsheymerin ən böyük səbəbidir. Bu, 65 yaşdan sonra hər 14 insandan biridə 80-dən sonra isə hər 6 nəfərdən birində müşahidə olunur. Buna baxmayaraq Altsheymer yalnız yaşla məhdudlaşmır. Belə ki, Böyük Britaniyada 65 yaşdan aşağı Altsheymer olan 40.000 dən çox insan var. Bir çox insan irsi olaraq Altsheymer xəstəliyinə tutulmaqdan qorxurlar. Hazırda alimlər Altsheymer xəstəliyinin irsilik dərəcəsini araşdırırlar. Altsheymer xəstəliyinə tutulmağa səbəb ola biləcək ekoloji faktorlar artıq müəyyənləşib.. Bir neçə il əvvəl almüminium təsirlərinin Altsheymerə səbəb ola biləcəyi haqqında narahatlıqlar var idi. Buna baxmayaraq artıq bu qorxular elə də nəzərə çarpmır. Xromosomlarının tərkibindəki fərqlərə görə 50-60 yaşlı Daun xəstələrinin Altsheymer xəstəliyinə tutulma riskləri yüksəkdir. Başlarında və boyunlarında ciddi yaralanmalar olan insanlaın da həmçinin ağrılarını itirmə riskləri yüksəkdir. 

Obssesiv kompulsiv pozuntu

Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz. Obssesiv fikirlər bir çox mövzuları əhatə etməklə yanaşı, ayrı-ayrı xəstəliklərin əlaməti də ola bilər. Obssesiv – kompulsiv pozuntu nədir? Köhnə adı ilə sarışan hallar nevrozu adlanan bu xəstəlik əsasən beyinə müxtəlif istənməyən fikirlərin gəlməsi və təkrarlanan hərəkətlərin edilməsi özünün göstərən bir xəstəlikdir. Obssesiya nədir ? Bu beyinə insanın iradəsindən asılı olmayaraq daxil olan, qovula bilməyən, təkrarlanan, şəxsinə özünə məntiqsiz gələn və əksər hallarda onun dünyagörüşünə, əxlaq normalarına zidd olan düşüncələrdir.Bu düşüncələr insanda həyəcan və narahatlıqa səbəb olur. Kompulsiya nədir? Kompulsiyalar obssesiyalar nəticəsində yaranan həyəcan və narahatlığı aradan götürmək üçün ortaya qoyulmuş davranışlardır. Yayılma dərəcəsi nə qədərdir? Hər 100 nəfərdən 3-4 nəfərində görülən bu xəstəlik əvvəllər nadir xəstəlik kimi qələmə verilsə də son tədqiqatlar bunun heç də az olmadığını göstərir. Obssesiv – kompulsiv pozuntunun əlamətləri nələrdir? Bu xəstəliyin əlamətləri müxtəlif fərqliliklər göstərir.Bu fərqliliklər yaşa görə, din baxışlara görə, kultural səviyyəyə görə dəyişir.Məsələn bir toplum üçün obssesiya sayılan düşüncə digər toplumda obssesiya olmaya bilər.Ən tez tez rastlaşdıqımız obssesiya və kompulsiyalar aşağıdakı kimidir. Kirlənmə obssesiyası təmizləmə kompulisyası Şəxs ona müxtəlif mikroblara yoluxduğunu, çirkləndiyini, müxtəlif kimyəvi maddələrin (sabun, yuyucu toz), yağların, bədən mayelərinin (tüpürcək, sidik, nəcis) ona toxunduqunu düşünür.Onlar bu düşüncələrə görə saatlarla əllərini yuyur, hamamadan gec çıxırlar, ətrafı spirt və ya dezinfeksiya edici maddələrlə təmizləyir, paltarlarını tez tez dəyişirlər. Şübhə obssesiyası kontrol kompulsiyası Bu növ obssesiyalar daha tez tez rast gəlinənidir.Bu zaman şəxs qapını, qazı, suyu baglayıb bağlamadıqını düşünür, evden çıxarkən cihazları söndürüb söndürməyini fikirləşir, öz iradəsindən asılı olamayaraq kiməsə zərər verə biləcəyini (məsələn bıçaqla kimisə vuraram, uşaqı pəncərədən ataram, özümü öldürərəm və s) haqqında bezdirici fikirlər olur və bu fikirlərə qarşılıq olaraq insan qapını, qazı dəfələrlə yoxlayır, evdə tək qalmaq istəmir ki birdən kimsəsə nəsə edərəm. Cinsi məzmunlu obssesiyalar Şəxs öz əxlaqına, tərbiyyəsinə həyat baxışlarına zidd olaraq beyinindən yaxınları doğmalarına qarşı cinsi məzmunlu fikirlər gəlir və ya tanımadıqı adamlarla bağlı cinsi məzmunlu xəyallar qurur. Dini məzmunlu obssesiyalar Xüsusən dini ibadətlərlə məşğul olan insanlarda dini görüşlərinin etiqadların əksinə olaraq istəmədən Allahı inkar edən, müqqədəs şəxslərə qarşı söyüş məzmunlu fikirlər gəlir. Simmetrik, toxunma və sayma obssesiyaları Bu vəziyyətdə şəxsdə müxtəlif əşyalaraı, cisimləri bir birinə paralel qoymağa, müəyyən sayda toxunmağa (məsələn 3 dəfə bura toxundumsa 3 dəfə də əlavə toxunmalıyam), binaların evlərin mərtəbəsini saymağa və ya müxtəlif rəqəmləri cüt və ya tək rəqəmə yuvraqlaşdırmağa şalışırlar və bir çox insan düşünür ki, bunu etməsəm hər hansı pis hadisə ola bilər, doğmalarıma başına pis nələrsə gələ bilər. Obssesiv – kompulsiv pozuntu niyə yaranır? Bu xəstəliyin yaranmasında əsas səbəb bioloji olaraq beyində sinirlər arasında impulsların ötürülməsini təmin edən maddələrdən biri serotonin maddəsinin miqadarının azalmasıdır.Uşaqlıq dövrü travmaları ilə bərabər şəxsin özünün fərdi xüsusiyyətlərinin də bu problemin yaranmasında təsiri vardır. Müalicə necə aparılır? Müalicə məsələsində istiqamət mövcüddur.İlk təklif olunan variant dərman terapiyasıdır ki bu zaman antidepressantlardan istifadə olunur son illərin tövsiyyəsinə bu ən az 2 il fasilsəiz şəkildə davam etdirilməlidir.Digər müalicə metodu isə koqnitiv davranış terapiyası adlanan psixoterapiyadır. Pasientlərə məsləhət: Obssesiv – kompulsiv pozuntu müalicəyə müqavimətli formaları olsa da əksər hallarda müalicəyə tabe olur.Təyin olunan dərmanları fasilsəiz bir şəkildə qəbul edin bu sizdə əlavə yan təsirlər yaratmaz əgər belə bir halla rastlaşarasınızsa həkiminzlə əlaqə saxlayın dərmanı özünüz saxlamayın.Müalicə müddətində bəzən əlamətlərin artması olsada bu sizi qətiyyən həvəsdən salmasın.

Panik atak

Panik atak nədir? Panik atak şəxsin gözləmədiyi halda anidən ortaya çıxan, 15-20 dəqiqə müddətində getdikcə artaraq ən yüksək səviyyəyə çatan şiddətli qorxu tutmasıdır. Bu tutmanı keçirən şəxs həmin anda infarkt keçirərək öləcəyinə, dəli olacağına, bayılaraq yıxılacağına və ya özünə nəzarəti itirəcəyinə inanaraq, dəhşətli qorxu hissi keçirir. O, bu qorxunun təsiri altında sürətli şəkildə təcili yardım xidmətinə və ya ən yaxındakı həkimə müraciət edir.Panik atakın əlamətləri hansılardır? Aşağıda sadalanacaq 13 psixoloji və fizioloji əlamətdən ən az 4-nün olması panik atak diaqnozu qoymaq üçün yetərlidir.1. Ürək döyüntülərinin sayının artması2. Tərləmə3. Titrəmə4. Boğulma5. Nəfəsin kəsilməsi6. Sinədə ağrı7. Ürəkbulanma və ya qarında ağrı8. Gözlərin qaralması, başın fırlanması, huşun itməsi9. Ətrafı hiss etməmək (sanki hər şeyi yuxuda görür)10. Özünə nəzarəti itirmək11. Ölüm qorxusunun yaranması12. Bütün duyğuların ölməsi13. Eyni zamanda bir neçə hissi yaşamaq (üşütmə, tərləmə və s.)Panik pozuntu nədir? -Əgər sizdə panik ataklar gözlənilmədən baş verirsə- Əgər hər panik atakdan sonra növbəti bir panik atatın olacaqını həyəcanlı bir şəkildə gözləyirsinizsə- Panik takın olmaması üçün və ya hər hansı bir ola biləcək pis hadisəyə qarşı özününü sığortlayırısınza (evden uzaqa getməmək, yaninda su və ya dərman gəzdirmə, xəstəxanalara yaxın yerlərdə gəzmə və s) kimi əlamətlər üstünlük təşkil edirsə bu panik pozuntu adlanır.Bu əlamətlərin müşahidə olunduğu şəxslərə panik pozuntu diaqnozu qoymazdan əvvəl pasiyent ətraflı müayinə olunmalı, ürək, ağciyər, tiroid, beyin mənşəli problemlərin olub-olmamasını dəqiqləşdirmək lazımdır.Qeyd etmək lazımdır ki, panik atak xəstəliyi zamanı laboratuar və instrumental müayinələr (qan analizləri, KT, MRT və sair) zamanı heç bir patologiya aşkar olunmur. Bir çox xəstə bu müayinələrin nəticəsinə inanmayaraq, başqa həkim və klinikalara müraciət edirlər.İlk panik tutma adətən səbəbsiz baş verir. Bir neçə dəfə təkrarlandıqdan sonra şəxsdə "Birdən yenə olar?", "Görəsən, bir də nə vaxt olacaq?" tipli növbəti panik atakı gözləmə həyəcanı yaranır. Bu düşüncələr artdıqca xəstə "birdən yenə panik atak olar və mənə heç kim kömək etməz" fikri ilə iri ticarət mərkəzlərinə, metroya və digər qapalı yerlərə getməkdən çəkinir. Özünə məxsus güvənli məkanlar seçir və həmin məkandan kənara çıxmır. Bu, panik atakın aqrofobiyalı forması adlanır.Panik pozuntunun yaranma səbəbi nədir?2 əsas səbəb qeyd olunur.İlk səbəb sinirlər arasında ötürülməni təmin maddələrin dəyişməsidir.Digər səbəb isə pasientlrimizin tamam zərərsiz olan adi ürəkdöyünmə, boğulma kimi əlamətləri yanlış olaraq “infarkt, insult, astma” kimi xəstəliklərə bənzətməsinin nəticəsidir.Panik pozuntunun müalicəsi mümkündürmü? İlk öncə xəstədə paralel olaraq hansısa somatik xəstəliklərin olub-olmamasını müəyyən etmək üçün bəzi müayinələr aparılmalıdır. Əksər hallarda xəstələrdə heç bir problem ortaya çıxmır. Müalicənin məqsədi panik atakı tam aradan qaldırmaq yox, xəstənin panik ataka münasibətini dəyişmək, psixoloji problemləri aradan qaldırmaq və panik atak haqqında tam məlumat verməkdir. Bu səbəbdən xəstələrə dərman terapiyası ilə yanaşı psixoterapiyanın aparılması da zəruridir.Dərman terapiyası zamanı ilk seçim preparatı müasir qrup antidepressantlar olmalıdır. Bəzən paralel olaraq yüngül sakitləşdiricilərdən də istifadə etmək olar.Xəstəliyin əlamətləri azalan kimi dərmanı kəsmək lazım deyil. Özünüzü yaxşı hiss etdiyiniz andan etibarən müalicə 4-6 ay davam etməlidir. Dərman dozasını və növünü mütləq həkim təyin etməlidir. Panik tutma zamanı qəbul edilən dərmanlar bəzən xəstəyə təsir etməyə bilər.Panik tutma zamanı nə etmək lazımdır?Xəstələr mütləq əvvəlcədən bilməlidirlər ki, bu, adi bir panik tutmadır və bu tutmaya görə onlara heç vaxt heç nə olmayacaq. Həyəcanlanmadan, sakit şəkildə oturub tutmanın keçməsini gözləmək lazımdır. Bu zaman dərindən nəfəs almaq şikayətlərinizi artıra bilər. Bu səbəbdən də bu tip hərəkətlərdən çəkinin. Təcili yardım və ya həkim çağırmağınız, spirtli və kofeinli içkilər qəbul etməyiniz, siqaret çəkməyiniz məsləhət deyil.Pasientlərə məsləhət : Panik pozuntu heç bir halda ölümə, infarkta, dəli olmaya, insult və digər bu kimi xəstəliklərin yaranmasına səbəb olmazYanınızda atereial təzyiq ölçmək üçün cihaz, müxtəlif dərmanlar, vitaminlər və sair gəzdirməyin.Yalnız həkiminizin tövsiyyə etdiyi dərmanları götürə bilərsiniz.Qohumlar üçün məsləhət : Əgər sizin doğmalarınzda panik pozuntu aşkarlanıbsa bunun qətiyyən heç bir həyati fəsadı olmadığını bilin.Müalicə nəticəsində vəziyyəti nə qədər yaxşı olsa da həkimin təyin etdiyi onun icazə olmadan saxlamasına imkan verməyin.

Yayılmış təşviş pozuntusu

Generalizə olunmuş təşviş pozuntusu nədir? (GTP) Bu problemdən əziyyət çəkən şəxslərə daimi olaraq qeyri müəyyən, mövcud vəziyyətə uyğun olmayan həyəcan hissi hakim kəsilir.Həyəcan hissinin şiddəti bəzən o qədər yüksək olur ki, bu insanlar adi gündəlik iş gücləri ilə maraqlana bilmir, ətraf aləmdən uzaqlaşmağa başlayırlar.Bu xəstəlik zamanı həyəcan mövzuzu ailə üzvləri, qohumları, sağlamlıq vəziyyəti, ev, pul kimi məsələlərdir.Yaş irəlilədikcə rastgəlmə tezliyi artan bu xəstəliyə hər 100 nəfərdən 3-4 də bu və ya digər formada həyatının hansısa bir dövründə rast gəlinir. GTP əlamətləri nələrdir? Bu xəstəliyin əsas əlamətləri gün ərzində davam edən qeyri adekvat həyəcan hissidir.Düşüncədə daimi olaraq “anama nəsə olacaq, atama nəsə olacaq, evimiz yanacaq, hamı öləcək, pullarımız əldən çıxacaq” kimi fikirlər olur.Pasientin bu fikirlərin boş mənasız oldqunu bilsə də fikirlər ondan əl çəkmir və bu fikirlər insanda həyəcanın somatik əlamətləri olan ürəkdöyünmə, boğulma, halsızlıq eləc də psixoloji əlamətlərdən bir yerdə əqrar tuta bilməmək, ümumi narahatlıq kimi əlamətlər yaradır. GTP adi həyəcandan fərqi nədir? Adi həyəcan normal səviyyədə bizim gündəlik işlərimizə daha məsuliyyətli, daha dəqiq yanşamamızı təmin edən bir psixi funksiyadır.Bir çoxumuz imtahana görə, gələcəyimizə görə, evimizə, uşaqlarımıza valideynlərimizə görə həyəcan keçirə bilərik lakin bu həyəcan insanın günlük iş fəaliyyətinə, sosial həyatına təsir etməyəcək bir şəkildə olmalıdır. GTP necə müalicə olunur? İlkin olaraq əlamətlərin digər hər hansı bir xəstəliyə baglı olub olmadıqını araşdırmaq lazımdır.Müalicəvi yanaşma digər nevrotik pozuntularda oldugu kimi yeni nəsil antidepressantlar və koqnitiv davranış terapiyası vasitəsilədir.Müalicəyə başlanan şəxslərin böyük əksəriyyəti 2 həftə sonra müalicədən fayda görürlər.Xəstəlik əlamətlərinin tam itməsinə baxmayaraq çüalicə müddəti ən az 1 il müddətində davam etdirmək lazımdır.

Sosial fobia

Sosial fobiya nədir? Şəxsin ictimai yerlərdə, kütlə önünüdə, diqqət mərkəzində və sair kimi buna bənzər məkanlarda olduqda ifrat bir həyəcan hissi yaşaması ilə özünü göstərən bir xəstəlikdir. Sosial fobiyalı insanlar etdiklərin hərərkətlərə görə başqalarının yanında mənfi rəy yaratmaqdan, biabır olmaqdan qorxurlar.Həmin insanların özündə olan üz qızarması, əl əsməsi, səs titrəməsi kimi əlamətlərin hiss etdiyini düşünürlər.Sosial fobiyanın əlamətləri nələrdir? Sosial fobiyadan əziyyət çəkən insanlar qorxduqları situatasiya ilə qarşılaşdıqı zaman onlarda sifətin qızarması, əlin, səsin titrəməsi, ürəkdöyünməsi,nəfəs darlıqı, mədə bağırsaq nahiyəsində qəribə formada şikayətlər baş qaldırır.Bu şikayətləri hər dəfə diqqət mərkəzində olanda yaşayan pasient “mən zəifəm, gücsüzəm, mənim zəif olduqumu hər kəs bilir, heç kimə lazım deyiləm” kimi düşüncələr başlayır.Bütün bunardan sonra insanda qaçınma davranışları yaranır Məsələn lövhə qarşısında dərs danışmaqdan bəhanə edərək uzaqlaşır, çıxışlar etmir, gözün içinə baxa bilməmək, toy ad günü kimi ictimai tədbirlərdən, qarşı cinslə yeni tanışlıqlardan imtina edərək uzaqlaşmağa başlayırlar.Sosial fobiyanın utancaqlıqdan fərqi nədir? Sosial fobiya adi utancaqlıqın ağır və çox inkişaf etmiş formasıdır.Utancaqlıq zamanı insanda sosial həyatında, iş gücündə ciddi dəyişikilik olmur amma bunun əksinə olaraq sosial fobiya insanın sosiallığına ciddi mənada təsir edir.Sosial fobiya hansı yaşlarda ortaya çıxır? Bu xəstəliyin ən çox rast gəlindiyi yaş qrupu 10 -17 yaş arasıdır.Yayılması 5-12 % faiz olmaqla kifayət qədər rast gəlinən xəstəliklər sırasındadır.Sosial fobiyanın hansı formaları var? Bu xəstəlik 2 formada özünü göstərir.Əgər əlamətlər özünüsadəcə kütlə önündə, ictimai yerlərdə biruzə verirsə bu total forma, əgər bəlli yerlərdədirsə (məsələn rəqs edəndə, imza atanda) bu hissəvi social fobiya adlanır.Sosial fobiya diaqnozu necə qoyulur? Diaqnoz qoyulması həkim müayinəsi və köməkçi vasitə olan Liebowits Sosial Fobiya Testi ilə həyata keçirilir.Həmin testin sualları aşağıdakı kimidir- Kütlə içərisində telefonla danışmaq- Kiçik qrup tədbirlərdə iştirak etmək- İnsanların içində yemək yemək- İnsanların içində nəsə içmək- Məsul (vəzifəli) bir şəxslə görüşmək- Auditoriya qarşısında çıxış- Əyləncəli yerlərə getmək- Başqasının baxışları altında iş görmək- Yaxşı tanımadıqı şəxslə telefon danışıqı- Yaxşı tanımadıqı şəxslə üz üzə danışmaq- Yad adamlarla qarşılaşma- Ümumi tualetlərdən istifadə- İnsan çox olan otaqa girmək- Diqqət mərkəzində olmaq- İclasda hazırlıqsız çıxış etmək- Bacarıqlarını yoxlanılması- Yad insana onunla eyni fikirdə olmadıqını demək- Yad insanların gözünün içinə baxmaq- Yeni tanışlıqlara cəhd etmək- Aldıqı malı geri qaytarmaq- Kənar şəxsi qonaq dəvət etmək- İsrar edən satıcıya müqavimət göstərməkYaranma səbəbləri nələrdir? Bioloji olaraq beyində serotonin maddəsinin azalması göstərilsə də bu xəstəliyin psixoloji və sosial səbəbləri daha ön plandadır.Belə ki uşaqlıqda utanc vəziyyətəinə tez tez salınan, sinif yoldaşları və dostaları qarşısında utandırlıan, ailəsin maddi vəziyyətində problem olan və ya valideynlərindən birini itirən şəxslər arasında rast gəlmə ehtimalı daha yüksəkdir.Sosial fobiyanın müalicəsi necə aparılır? Bu xəsətliyin müalicəsində dərman terapiyası olaraq yeni nəsil antidepressantlar istifadə olunsa da pasientlərin böyük əksəriyyətinə ardıcıl təşkil olunmuş koqnitiv davranış terapiyasın aparılması tövsiyyə olunandır.Dərmanlarla müalicə müddəti 6-12 ay, terapiya müddəti isə 10-14 seans təşkil edir.

Bipolyar affektiv pozuntu

Bipolyar affektiv pozuntu nədir ? Köhnə adı ilə “Maniakal – depressiv psixoz” adlanan bu xəstəlik özündə 2 ayrı fazanı birləşdirir.Bu fazalardan birində pasiyəntdə əhval ruhiyyənin kəskin qalxması, enerji yüksəlməsi müşahidə olunsa da digər fazada bunun tam əksinə şəxs dərin bir kefsizlik, tez yorulma, enerjinin azalması müşahidə olunur.Həmin əhvalın yüksəldiyi dövrə “Maniya” dövrü, əksi olan kefsizlik dövrünə isə “depressiya” deyilir.Qeyd etdiyimiz bu iki dövr xəstələrdə müəyyən periodlarda tutma şəklində bir biriniz əvəz edir və tutmalardan sonrakı dövrlərdə pasientlər özlərini tam sağlam hiss edirlər.Bipolyar affektiv pozuntu kimlərdə rast gəlinir? Bu xəstəlik bütün yaş dövrlərində rast gəlinsə də ən çox rast gəlindiyi yaş 20 yaş ətrafıdır.Qadın və kişilərdə rastgəlmə tezliklərinə ciddi bir fərq yoxdur.Maniya dövrü necədir ? Bu dövr adətən qəfildən başlayır 2 həftədən 4 aya qədər davam edə bilər.Əsas əlamətləri əhval ruhiyyənin səbəbsiz kəskin yüksəlməsidir.Xəstələr çox tez tez danışır, beyində fikirlər sürətlə bir birini əvəz edir, gecə az yatmasına baxmayaraq gün boyu özlərini gümrah hiss edirlər, qətiyyən yorulmaq bilməyən bu şəxslər al əlvan geyinməyə, çoxlu pul xərcləməyə, gərəksiz hədiyyələr almağa meyilli olurlar.İdarə etdikləri avtomobili sürətli sürmə, cinsi enerjidə artış, lüzumsuz zarafatlar etmək də manik dövrdə tez tez rast gəlinən davranışlardır.Bəzi kəskin hallarda maniya dövründə xəstədə psixotik əlamətlər (özünüböyütmə sayaqlamaları) rast gəlinə bilər.Zəruri qeyd kimi bildirim ki, bütün bu əlamətlər hər hansı kənar maddənin məsələn narkotik vasitələrindən qəbulundan sonra yaranmamalıdır.Hipomaniya nədir ? Hipomaniya maniakal dövrdə müşahidə olunan halların daha yüngül yaşanmasına deyilir.Depressiya dövrü necədir? Depressiv dövr daha uzun müddət davam edir.6-8 ay bəzən daha uzun müddət davam etdiyi də müşahidə olunur.Bu dövrün əsas əlamətləri halsızılıq, tez yorulma, ağlama, iş görmək istəyinin azalması, şəxsi gigiyenasına nəzarətin azalması, yuxuya ifrat meyillik, daxili sıxıntı, cinsi istəyin azalması, intihar fikirləridir.Xəstəliyin gedişi necədir ? BAP zamanı yuxarıda qeyd etdiyimiz dövrlər biri birini əvəz edir.Məsələn 1 ay davam edən maniakal dövrün ardından xəstədə 9 ay və ya 1 il davam edən depressive epizod görülə bilər.Bəzən qarışıq epizodlar dediyimiz hallar da müşahidə olunur ki, bu zaman pasientin əhvalı günlük olaraq dəyişir.Bir çox pasientimizdə mövsümü olaraq yaz aylarında manic dövrün kəskinləşməsi payız və qış aylarında isə depressiv dövrün yarandığını müşahidə edirik.Bipolyar affektiv pozuntu necə müalicə edilir ? Xəstəliyin müalicəsində istifadə olunan dərman qrupu əhval ruhiyyənin stabilizatorları adlanan bir qrupdur .Ən məşhur nümayəndəsi Litium olsa da bəzən digər bənzər dərmanlardan da istifadə etmək olar.Bu dərmanlar əgər pasiyent depressiv dövrdədirsə əhvalı yuxarı qaldırır, maniakal dövrdədirsə əhvalı aşağı salmağa xidmət edir.Bəzən kəskin dövrlərdə bu dərmanlarla bərabər antipsixotik dərmanlar da istifadə oluna bilər.Qohumlar üçün məsləhətlər Bu xəstəlikdən əziyyət çəkən yaxınınızda əgər tez tez danışmasını, gecələr az yatmasını, enerjisinin hədsiz çox olduğunu müşahidə edirsinizsə bu maniakal və ya hipomaniakal dövrün başlaya biləcəyinə işarədir.Vaxt itirmədən müalicə həkimizlə əlaqə saxlayın.Yanında çox pul saxlamasına, avtomobil idarə etməsinə, alkoqol və digər narkotik tipli maddələrin qəbulu mütləq şəkildə məhdudlaşdırılmalıdır.

Depressiya

Depressiya nədir? İnsan orqanizmində rast gəlinən şəkərli diabet, hipertoniya, qastrit kimi xəstəliklərdən biri də depresiyyadır.Depressiya insanın iradəsindən asılı olmayaraq yaranan, bir çox hallarda şəxsin öz gücü, iradəsi hesabına öhdəsindən gələ bilmədiyi haldır. Depressiya xəstəliyinin əlamətləri nələrdir? Ən əsas əlamət minimum 2 həftə müddətində gün boyu davam kefsizlik, marağın və ya zövq almanın azalması və tez yorulmadır.Bütün bunlardan başqa özünü dəyərsiz hiss etmə, günahkarlıq fikirləri, həyatdan bezginlik, yaşamaq istəyinin enməsi, gələcəyə ümidsizlik, plan qura bilməmək, səbəsiz həyəcan və təşviş əlamətləri olur.Qeyd olunan əlamətlər bəzən o qədər şiddətli olur ki, şəxs bunun heç vaxt sağalmayacağını , ömür boyu onu tərk etməyəcəyini düşünür.Bəzi hallarda bədəndə yayılmış ağrılar, halsızlıq, ürəkdöyünməsi kimi əlamətlər də müşahidə olunur.Daimi ümidsizlik, pis fikirlər, günahkarlıq duyğusu pasientlərimizdə intihar düşüncələrini artırır.İntihar fikirləri və cəhdləri depressiyanın mühüm kriterisidir.Depressiv vəziyyətlərin çoxunda yuxunun artması və ya azalması ilə bərabər, iştahın da artıb azalması qeyd olunur. Depressiya diaqnozu necə qoyulur? Bu diaqnozun qoyulması həkim psixiatrın səlahiyyətində olan məsələdir.Bir şəxsdə deprersiyya diaqnozunun qoyulması üçün yuxarıda saydıqımız əlamətlərinin hamısnın eyni anda mövcud olması şərt deyildir.Bir neçə əlamətin şəxsin gündəlik fəaliyyəti pozacaq dərəcədə çox olması belə kifayətdir ki, depresiyya haqqında düşünülsün.Depressiya diaqnozu təsdiqləyəcək xüsusi labarotor analizlər və tibbi görüntülənmə vasitəsi hələ ki müəyyən edilməyib.Bu məqsədlə biz xüsusi psixoloji testlərdən (Hamilton, Beck, Zanq) istifadə edirik. Depressiya xəstəliyinin səbəbi nədir? Bir çox xəstəliklər kimi depressiya xəstəliyinin səbəbini konkret göstərə bilməyəcəyik.Amma bir çox müasir nəzəriyyələr mövcuddur ki, bunlardan ən önəmlisi beyində bəzi kimyəvi maddələrin miqdarının dəyişməsidir.Serotonin adlanan həmin maddəynin azalması nəticəsində insanda nəinki kefsizlik hətta qorxu həyəcan daimi pis fikirlər də əmələ gələ bilər.Seronin maddəsin azalmasından başqa depressiya xəstəliyinin yaranmasına səbəb müxtəlif psixoloji travmalara, ailə vəziyyətin gərgin olması, maddi vəziyyətin aşağı olması, uzun müddət davam edən xroniki xəstəliklər və sair də səbəb ola bilər. Depressiyanın gedişi necədir? Bütün depressiv xəstələrin təxminən 80-85 % müalicədən fayda görürlər.Müalicə ounmayan hallarda belə 6 -24 ay içərisində düzəlmə müşahidə olunur.50% hallarda xəstəlik 2 ci dəfə qayıda bilər.Əgər 2 ci dəfə qayıdıbsa 75% hallarda 3 cü dəfə qayıda bilər.3 cu dəfə təkrarlandıqı halda depresiyyanın seyri xroniki şəkil almaga başlayır. İntihar hansı hallarda ola bilər ? Depresiyya zamanı intihar etmə riski 20-40 % dir.Yaşlılarda gənclərlə müqayisədə 2 dəfə daha çoxdur.”İntihardan çox danışan adam intihar etməz” düşüncəsi yanlışdır.Bütün intihar xəbərdarlıqları ciddi qəbul olunmalıdır. Depressiyanın müalicəsi necə aparılır? Bu xəstəliyin müalicəsində dərəcəsində asılı olaraq 2 metod var.Dərman və Psixoterapiya. Əgər xəstəlik yüngül dərəcəlidirsə dərmansız sadəcə psixoterapiya ilə kifayətlənmək olar yox əgər xəstəlik orta ağır, ağır dərəcədəirsə bu zaman dərman və psixoterapiya hər ikisi birlikdə tətbiq olunmalıdır.İstifadə olunan dərman qrupu antidepressantlar adlanır.Bunlar beyindeki serotinin hormonunun yüksəlməsinə xidmət edir, pasientlər bunu ən az 6 ay -2 il fasilsəiz qəbul etməlidir.Bu dərmanlar sağlam insanlara təsir etmir və keflilik yaratmır. Fiziki asılılıq riski yoxdur.Psixoterapiyanın isə müxtəlif növləri olmasına baxmayaraq depressiya xəstəliyinin müalicəsində klinik effektivliyi sübut olunan koqnitiv –davranış terapiyası və interpersonal terapiyadır. Qohumlara məsləhət : “Özünə ələ al, iradəni topla düzələcəksən, hər şey özündən asılıdır ” tipli məsləhətlər verməyin.Xəstəlik şəxsin iradəsindən asılı deyildir.Ona dəstək olun, bunun bir xəstəlik olduqunu ona izah edin.Müalicənin 80-85 % hallarda müsbət nəticə verdiyini və ən pis hallarda belə ağırlaşaraq şizofreniya xəstəliyinə keçmədiyini vurğulayın. 

Posttravmatik stress pozuntusu

Psixoloji travma nə deməkdir? İfrat qorxu , çarəsizlik yaradan qəfildən baş verən hadisələrin insanda yaratdığı təsirlərə psixoloji travma deyilir.İnsan həyatında xoşagəlməyən, bizi incidən çox hadisələr olur lakin bunların hamısını psixoloji travma hesab etmək olmaz.Bir hadisənin psixoloji travma adlandıra bilməyimiz üçün o hadisə mütləq qorxulu, dəhşətli olmalıdır və həmin baş verən hadisədə özümüz və ya yaxınlarımızın ölüm təhlükəsi yaşamış olmalıdır. Daha aydın olması üçün izah edim ki, bir doğmamızın anidən avtomobil qəzasında vəfat etməsi , uzun müddət xəstə olduqdan sonra vəfat etməsindən daha travmatik hadisədir. Hansı hadisələr daha çox ruhi travma yaradır? Yol-nəqliyyat qəzaları, yanğın, qasırğa, daşqın, zəlzələ, sel, oğurluq, soyuq və ya odlu silahlardan istifadə edilməsi ilə bağlı real təhlükə, hərbi əməliyyatlar, atəş altında qalma, bombalanma, aktiv hərbi toqquşmalar, qaçqın düşmək və məcburi köçmə halları, seksual xarakterli əməllər , zorlama, yaxud zorlamaya cəhd ciddi travmatik hadisələr hesab olunur.Bu travmalardan sonra insanlarda ən çox rast gəlinən 2 xəstəlik isə depressiya və posttravmatik stress pozuntusudur. Posttravmatik stress pozuntusunun əlamətləri nədir? Təkrar canlandırma : Şəxs başına gələn hadisəni tez-tez özündən asılı olmadan ilk gün yaşadığı kimi təkrar canlandırır.Buna “fləşbək” deyilir.Məsələn müharibə iştirakçısı olan şəxs sanki yenidən ordaymış kimi müharibə səhnələrini beynində canlandırır.Bəzən bunu o qədər real canlandırırlar ki orda yaşadığı həyəcanı, ürəkdöyünməni təkrar hiss edir hətta ordakı insanlarla belə xəyalən danışa bilərlər.Bu hallar yuxugörmə zamanı da baş verə bilər.Çəkinmə : Bəzən bu stressi yaşayan insanlar hadisələrin olduğu yerlərdən qaçır, həmin ərazidən, şəhərdən uzaq durmağa, həmin travmatik mövzu haqqında ümumiyyətlə danışmamağa çalışırlar.Bir çox hallarda hadisənin ən qorxulu yerlərini aylar, illər sonar nə qədər çalışsalar da xatırlaya bilmirlər.Yüksək oyanıqlıq : Belə stressləri keçirən şəxslərdə daim gərginlik üstünlük təşkil edir. Onlar elə bilirlər ki, həmin qorxduqları hadisə hər an təkrar baş verə bilər.Ani qapı açılması, kiminsə onları qəfil çağırması, telefon zəngləri onları diksindirə və şiddətli qorxu keçirməsinə səbəb ola bilər. Posttravmatik stress pozuntusunun müalicəsi necə həyata keçirilir? Bir çox hallarda depressiya ilə birlikdə rast gəlinən bu xəstəlik zamanı antidepressant istifadə edilməsi əla nəticələr verir.Müalicənin effektli olması üçün həkimin təyin etdiyi doza və müddətə əməl etmək lazımdır.Ən az dərman qədər effektli ola biləcək digər metod pasiyenti psixi maarifləndirmək və psixoterapiyadır.

Anoreksiya nervoza

Anoreksiya nervoza nədir? Qidalanma pozuntularından biri olan anoreksiya nervozadan əziyyət çəkən şəxslər kök olmaqdan, artıq çəki yığmaqdan həddən artıq qorxurlar. Əlamətləri nədir? Bu xəstəliyin əsas əlamətləri :- Arıq bədən quruluşlu olmaq arzusu- Kökəlməkdən ifrat qorxu- Arıq olmalarına baxmayaraq kök olduğlarını düşünürlər- Həyatlarının əksər hissəsini müxtəlif diyetalar saxlamaqla keçirirlər- Arıqlamaq üçün fasiləsiz idman etmə, müxtəlif qarın işlədici dərmanlar atmaq- Aybaşı pozuntusu daxil müxtəlif sümük və böyrək xəstəlikləriBütün bunlardan başqa bu şəxslərdə depressiya və həyəcan pozuntusunun da əlamətləri əksər hallarda müşahidə olunur. Kimlərdə daha çox rast gəlinir? Yeniyetmə və gənc qızlarda daha çox rast gəlinən bu xəstəlik bəzən böyük insanlarda da müşahidə olunur.Kişilərdə rastgəlmə ehtimalı aşağıdır.Əksər hallarda 14-18 yaşlarında başlayır. Anoreksiya nevrozanın yaranma səbəbləri nədir? Konkret səbəb bilinmir.Lakin bu xəstəliyə daha çox meyilli olan şəxslər irsiyyətində anoreksiya nevroza olanlarla bərabər aktrisalar, rəqqasələr, müğənnilər, model kimi bədən quruluşuna daimi nəzarət edilməli peşə sahibləridir. Anoreksiya nevroza olan şəxslər hansı davranışları edirlər? Xəstələr yağ və karbohidrat tərkibli qidalardan demək olar ki, istifadə etmirlər.Günlərinin əksər hissəsini yeməklərin tərkibini araşdırmaqla keçirir özlərinə və ailələrinə xüsusi menyular tərtib edirlər.Qəbul etdikləri qidanın kalorisini mütləq hesablayıb sonradan o kalorini əritmək üçün fasiləsiz idman edə bilərlər.Tez tez tərəziyə çıxıb çəkilərini yoxlayan bu şəxslər güzgü qarşısında çox vaxt keçirirlər.Bəziləri arıq olmalarına baxmayaraq bütün bədənin kök olduğunu iddia etsələr də bir qrupu bədənin bəzi yerlərinin məsələn bud, qarın, çanaq hissənin kök olduğunu deyirlər.Lazım olduğundan çox arıq olan bu insanlarda ciddi menustrasiya pozuntusu və cinsi istəkzlilik yaranır. Anoreksiya nervoza necə müalicə edilir? Əgər bu xəstəliyin ən az 2 əlaməti belə sizdə varsa müalicəyə başlamağınız tibbi göstərişdir.Müalicəyə başlamamışdan əvvəl həkiminiz sizdən müxtəlif analizlər istəyə bilər.Boy çəki indeksiniz mütəmadi kontrol olunmalıdır.Anoreksiya nervoza psixoloji problemlə bərabər uzun müddət az qida qəbuluna bağlı orqanizmdə müxtəlif əlavə xəstəliklər də yaradır.Müalicə prossesində bu mütləq nəzərə alınır.Xəstəliyin müalicəsi bir çox hallarda ümumi profilli xəstəxanalarda yataraq həyata keçirilir.İlkin seçim olaraq antidepressant müalicəsi tövsiyyə olunsa da paralel psixoterapiya əvəzedilməzdir. Ölüm ehtimalı varmı? Psixitarik xəstəliklər içində ən çox ölüm ehtimalı olan məhz bu problemdir.Ölüm səbəbi əksər hallarda bədəndə azalmış elektrolitlər, orqanizmin həddən artıq susuzlaşması və ifrat aclıq olur.

Bulemiya nervoza

Bulemiya nervoza nədir? Bulemiya nervoza ifrat yemək yemə krizləri və sonradan bilərəkdən qusdurma ilə özünü göstərən bir qidalanma meyli pozuntusudur.Pasiyentlərimiz anoreksiya nervozada olduğu kimi ideal bədən ölçülərinə sahib olmaq məqsədi ilə müxtəlif üsullara əl atır.Anoreksiya nervozadan əsas fərqi pasiyentin normal və ya artıq çəkidə olması ilə bərabər özlərini qusdurmaq cəhdlərinin olması fərqləndirici diaqnostik kriteridir.Xəstələr ayda 1 neçə dəfədən tutmuş gündəlik sayı 4-5 olan krizlər şəklində ümumi kalorisi 2000-5000 olan qidaları tıxanana qədər yeyirlər.Bir çox hallarda gizli şəkildə yedikləri bu qidaları doyduqlarına görə yox mədədə yaranan doluluq hissinin verdiyi diskomforta və ağrıya görə saxlayırlar. Ən çox kimlərdə rast gəlinir? Anoreksiya nervozadan fərqli olaraq bulemiya nervoza daha çox rast gəlinən bir xəstəlikdir.Gənc və yeniyetmə qadınlarda rast gəlinən bu problemin kişilər arasında rastlanması nadir hallarda olur.Qadınlarda kişilərdən 10 dəfə daha çox rast gəlinir Bulemiya nervozanın yaranma səbəbləri hansılardır? Konkret səbəb aydın olmasa da beyindəki aclıq və toxluqu tənzimləyən mərkəzlərdə bir problemin mümkün ola biləcəyi ilə bağlı mülahizələr vardır. Yaxın qohumlarında bu xəstəliyin var olması şəxsdə yaranma ehtimalını artıran faktordur.Uşaq yaşlarında cinsi istismara məruz qalma və ailə içində aqressiv davranışın tez tez təkrarlanması da risk qrupuna daxildir. Bulemiya nervozanın əsas əlaməti nədir? Bu xəstəlik adətən ən az 1 il diyet saxladıqdan sonra inkişaf edir.Diyet nəticəsində xəstə arıqlaya bilsə belə bu onu qane etmir.Amma bu arıqlıq anoreksiya nervozada olduğu qədər olmur.Yeməyi məhdudlaşdırma tıxanana qədər yemə krizlərinə gətirib çıxarır və nəticədə xəstədə yaranan günhakarlıq duyğusnun təsiri ilə özlərinə qusdurmağa, qarın işlədici və ya sidik qovucu dərmanlar qəbul etməyə başlayırlar.Xəstələr tez tez arıqlayıb kökəlirlər.Əksər hallarda evdə tək yeməyi xoşlayan bu şəxslər adi porsiyalarda doyum hissini yaşaya bilmirlər.Bir çoxunda normal çəki və ya azca piylənmə müşahidə olunsa da onlar ideal çəkinin aşağı sərhədlərində olmağı arzulayırlar.Ünsiyyət qurmaqda çətinliklər çəkən bu şəxslərin sosyal əlaqəli zəif olur.Bir çoxunda özlərini tez tez qusdurmağa bağlı əllərinin üst tərəfində dişləri ilə sürtünmədən yaranan spesifik bir iz olur.Bəzilərində çox qəribə bir şəkildə qarşısı alınmaz qida və zinyət əşyaları oğurlamaq ehtiyacı olur. Bulemiya nervozanın orqanizmə zərərləri nələrdir? Xəsətliyin mövcud olması dişlərdə çürümə, ürək ritmində dəyişiklik, menustrasiya pozulması, tüpürcək vəzində böyümə, ezofagit kimi xəstəliklərin yaranmasına ciddi zəmin yaradır. Bulemiya nervoza necə müalicə edilir? Əgər xəstədə intihar cəhdi və ya narkotik maddə asılılığı yoxdursa rahat bir şəkildə ev şəratində müalicə oluna bilərlər.Bütün psixiatrların ortaq gəldiyi məxrəc bundan ibarətdir ki, müalicə prosesində ən effektiv yanaşma antidepressant mülaicəsi ilə yanaşı aktiv tətbiq olunan koqnitiv –davranış terapiyasıdır.Ən az 6 ay davam edən dərman müalicəsi və ardıcıl 12-16 seans terapiya görüşmələri nəticəsində pasiyentlərdə nəzərə çarpacaq ciddi dəyişiklər əldə etmək mümkündür.