Əsas və üstünlük təşkil edən simptomu, heç bir təhlükə ifadə etməyən müəyyən situasiyalardan qorxu olan pozuntular qrupudur. Nəticədə xəstə adətən belə situasiyalardan qaçır və ya ehtiyat edir. Xəstənin narahatlığı ayrı– ayrı simptomlarda, belə ki, qorxudan titrəmə və ya bayılma hissiyatında toplanır və tez–tez ölümdən qorxma ilə, özünü idarə etməni itirmə ilə və ya dəli olma ilə assosiasiya olunur. Fobik situasiyaya düşə bilməni gözləmək adətən vaxtından qabaq həyəcan törədir. Fobik həyəcan və depressiya tez-tez müştərək olur. İki diaqnozun (fobiyalı həyəcan pozuntusu və depressiv epizod) və ya birinin qoyulması haqqında qərar, bu halların davam etmə müddəti ilə və xəstənin konsultasiya zamanı terapiya barəsində həkimin düşüncələri ilə müəyyən olunur.
Spesifik fobiyalar (F40.2) Buraya, son dərəcə xüsusi situasiyalarla məhdudlaşmış, belə ki, xüsusi heyvanların yaxınlığı, hündürlük, ildırım, qaranlıq, uçuş, qapalı yer, içtimai ayaqyolunda sidik ifrazı və defekasiya, müəyyən qida məhsullarının istifadəsi, dişlərin müalicəsi, qanın və ya travmanın görünüşü kimi fobiyalar daxildir. Baxmayaraq belə situasiya haqqında fikir abstraktdır, ona düşmə zamanı aqrofobiyada və ya sosial fobiyada olduğu kimi vəlvələ yaranır.AkrofobiyaHeyvanlardan qorxmaKlaustrofobiyaSadə fobiya
Vəlvələ pozuntusu (panik pozuntu, epizodik paroksizmal həyəcanlılıq (F41.0)Pozuntunun xarakter əlaməti, konkret olaraq hər hansı xüsusi situasiya ilə və ya şərait kompleksi ilə məhdudlaşmayan, buna görə də qabaqcadan deyilə bilməyən residivləşən kəskin ifadə olunmuş həyəcan (vəlvələ) tutmalarıdır. Digər həyəcan pozuntularda olduğu kimi, əsas simptomatikaya, qəflətən meydana çıxan ürək döyünmə, döş sümüyü arxasında ağrı, boğulma, ürəkbulanma hissiyatı, qeyri – reallıq hissi (depersonalizasiya və ya derealizasiya) daxildir. Bundan əlavə, ikincili, olaraq tez – tez ölümdən, özü üzərində kontrolu itirməkdən və ya dəli olmaqdan qorxu müşahidə olunur. Əgər pasientdə vəlvələ tutmasının əvvəlində depressiv pozuntu vardırsa, vəlvələ pozuntusu əsas diaqnoz kimi istifadə edilə bilməz. Bu halda vəlvələ tutması, depressiyaya nəzərən ikincilidir. Vəlvələ tutması Vəlvələ halıPanik ataka
Generalizə edilmiş həyəcan pozuntusu (F41.1) Yayılmış və davamlı olan, lakin hər hansı xüsusi ətraf şərait elementləri ilə məhdudlaşmayan və ya əsas etibari ilə onlarla törənən (başqa sözlə, sərbəst üzən və ya «free–floating») həyəcandır. Dominant simptomlar dəyişkəndirlər, lakin davamlı nevrozluq, qorxu hissiyatı, əzələ gərginliyi, tərləmə, ağılsızlıq hissiyatı, titrəmə, baş hərlənmə, epiqastral nahiyyədə diskomfort hissiyatı şikayətlərini özündə birləşdirir. Xəstəyə bir çox hallarda onu və ya qohumlarını yaxın zamanlarda gözləyən bədbəxt hadisədən və ya xəstəlikdən qorxu ifadə edir.Həyəcan:· reaksiyası· halı· nevrozu
Qarışıq həyəcan və depressiv pozuntu (F41.2) Bu rubrikanı o halda istifadə etmək lazımdır ki, eyni zamanda həm həyəcan, həm də depressiya mövcud olsun, lakin bu hallardan heç biri üstünlüyə malik olmasın, onların simptomatikasının dərəcəsi isə hər birinə ayrıca diaqnoz qoymağa imkan verməsin. Əgər həm həyəcan, həm də depressiya simptomları o dərəcədə ifadə olunur ki, bu pozuntuların hər birinə ayrıca diaqnoz qoymağa imkan verir, bu halda hər iki diaqnozu kodlaşdırmaq lazımdır vəbu halda hazırkı rubrika istifadə olunmamalıdır.Həyəcan depressiyası (yüngül və ya davamsız)
Obsessiv-kompulsiv (sarışan-məcburi) pozuntu Belə vəziyyətin əsas xüsusiyyəti təkrari sarışan fikirlərin və ya məcburi hərəkətlərin olmasıdır. Sarışan fikirlər stereotip şəkildə xəstənin təkrar-təkrar ağlına gələn ideyalardan, obrazlardan və ya arzulardan ibarətdir. Onlar demək olar ki, həmişə kədərləndiricidirlər və pasient adətən səmərəsiz onlara müqavimət göstərməyə çalışır. Bununla belə xəstə bu fikirləri nə qədər qeyri-iradi və pis olsalar belə özününkü sayır. Sarışan hərəkətlər və ya rituallar siereotip materialardan ibarətdir ki, xəstə onları təkrar-təkrar yerinə yetirir. Onlar zövq alma üsulu və ya faydalı məsələlərin yerinə yetirilməsində atribut deyildirlər. Bu hərəkətlər xəstənin ehtiyat etdiyi xoşagəlməz hadisənin baş verməsinin qarşısını almaq üsuludur, hansı ki, əks halda baş verərək onun özünə və ya xəstə tərəfindən digər şəxsə zərər yetirə bilər. Adətən belə davranış xəstə tərəfindən mənasız və ya effektsiz kimi başa düşülür və ona qarşı təkrari cəhdlər görülür. Demək olar ki, həmişə həyəcan müşahidə edilir. Əgər kompulsiv hərəkətlər tormozlanırsa, həyəcan daha da artır. Daxil edilib:anankastik nevrozobsessiv-kompulsiv nevrozƏsasən sarışan fikirlər və ya düşüncələr (F42.0)Onlar demək olar ki, xəstəyə əziyyət verən ideyalar, fikir obrazları və ya hərəkətə təhrik etmə formasını ala bilərlər.Bəzən ideyalar bitkin olmurlar, gündəlik həyata aid olan adi, lakin vacib qərar qəbul etmək qabiliyyətinin olmamasıilə əlaqədar sonsuz müzakirə olunan alternativ fikir olurlar. Sarışan düşüncələr və depressiya arasında əlaqə xüsusiilə sıxdır, buna görə də obsessiv-kompulsiv pozuntu diaqnozuna o halda üstünlük vermək olar ki, əgər sarışan fikirlər depressiv epizodu olmadan yaranır və ya saxlanılır.Əsasən kompulsiv hərəkətlər [sarışan rituallar] (F42.1) Kompulsiv məcburi hərəkətlərin əksəriyyəti çirkin təmizlənməsinə aid olur (əsasən əllərin yuyulması), potensial təhlükəli situasiyanın yarana bilməməsi haqqında zəmanətin alınması üçün təkrari yoxlamalara və ya təmizkarlığa vəsəliqəliliyə riayət etməyə aid olur. Belə aydın davranışın əsasında pasienti gözləyən təhlükədən və ya onun özünün başqa birisini təhlükəyə düçar edəcəyi qorxusu durur və ritual hərəkətlər nəticəsiz qalır və ya təhlükənin qarşısınıalmaq üçün simvolik cəhdlər olur.
Stresə qarşı kəskin reaksiya (F43.0) İnsanda qeyri-adi fiziki və ya psixi stresə qarşı cavab olaraq, psixi pozuntuların digər əlamətləri olmadan yaranan və adətən bir neçə saatdan və ya gündən sonra sönən keçici pozuntudur. Stress reaksiyalarının yaranmasında və ağırlığında, fərdi tez təsirlənmə və özunu idarə etmək qabiliyyəti böyük əhəmiyyətə malikdir. Simptomlar tipik qarışıq və dəyişkən mənzərəyə malik olurlar və bir qədər düşüncə və diqqət sferasının daralması ilə, qıcıqlandırıcıları tam dərk etməyin qeyri-mumkunluyu ilə və dezorientasiya ilə ilkin «heyrət» halından ibarət olurlar. Bu hal növbəti ətraf situasiyadan «uzaqlaşma» ilə (dissosiativ stupor halına qədər – F44.2) və ya həyəcan və yuksək aktivliklə (uçuş və ya fuqa reaksiyası) ilə müşaiyət oluna bilər. Adətən vəlvələ pozuntunun ayrı-ayrı əlamətləri mövcud olur (taxikardiya, həddən artıq tərləmə, qızarma). Simptomatika adətən stress stimullarının və ya hadisənin təsirindən bir neçə dəqiqə sonra yaranır və 2-3 gündən sonra (çox vaxt bir neçə saatdan sonra) sönur. Stress hadisəyə qarşı hissəvi və ya tam amneziya (F44.0) mövcud ola bilər. Əgər yuxarıda göstərilmiş simptomatika davamlıdırsa, diaqnozu dəyişmək lazımdır. Kəskin: · Krizis reaksiyası · Stresə qarşı reaksiya · Hərbi xidmət dövrünün nevrozu · Krizis halı · Psixi şok
Uyğunlaşdırıcı reaksiyaların pozuntusu (F43.2) Həyatda mühüm dəyişikliklərə və ya stress hadisələrinə adaptasiya periodunda yaranan, içtimai fəaliyyətə vəhərəkətlərə çətinlik törədən subyektiv distress və emosional pozuntu halıdır. Stress halı fərdin sosial əlaqələrinin tamlığını (ağır itki, ayrılıq) və ya sosial müdafiə və dəyərlərin geniş sistemini (miqrasiya, qaçqınlıq statusu) poza bilər və ya həyatda dəyişikliklərin və dönüşlərin geniş diapazonunu (məktəbə daxil olma, valideyinlik statusu əldə etmə, müqəddəs şəxsi məqsədə çatmaqda müvəffəqiyyətsizlik, istefaya getmə) təqdim edə bilər. Fərdi meyllik və tez təsirlənmə uyğunlaşdırıcı reaksiyaların pozğunluqlarının yaranma riskində və meydana çıxma formasında əsas rol oynayır, lakin belə pozuntuların travma törədici faktorların iştirakı olmadan meydana çıxması qəbul edilmir. Əlamətlər çox variabeldirlər və əhval-ruhiyyənin olmaması, ehtiyatlılıq və ya narahatçılıq (və ya bu halların kompleksi), situasiyanın öhdəsindən gəlməmək hissiyatı, hər şeyi əvvəlcədən planlaşdırma və ya hazırki situasiyada qalmaq qərarı daxildir, həmçinin gündəlik həyatda fəaliyyət qabiliyyətinin bir qədər azalma dərəcəsini özündə birləşdirir. Eyni zamanda davranış pozuntuları da, xüsusi ilə yeniyetmə yaş dövründə qoşula bilər. Xarakter əlaməti kimi qısa və ya uzunmüddətli depressiv reaksiya və ya digər emosiyaların və davranışın pozulmaları ola bilər.Mədəni şokKədər reaksiyasıUşaqlarda hospitalizm
Dissosiativ və ya konversion pozuntular, keçmiş hadisələrə qarşı yaddaş, özünü şəxsiyyət kimi başa düşmək qabiliyyəti və bədənin hissiyatı və hərəkətini, idarə etmək qabiliyyəti arasında normal inteqrasiyanın tam və ya hissəvi itirilməsi kimi ümumi qəbul edilmiş müddəaların əsasında ayırd edilir. Dissosiativ pozuntuların bütün növləri bir neçə həftə və ya aydan sonra xüsusi ilə əgər onların yaranması həyatda baş vermiş hər hansı travma törətmiş hadisə ilə əlaqədardırsa, sönməyə meyllidirlər. Əksər xronik pozuntular, xüsusən ifliclər və hissiyatın itirilməsi həlli mümkün olmayan problemlərin və şəxsiyyətlər arası çətinliklərin fonunda inkişaf edə bilər. Bu pozuntular əvvəllər əsasən «konversion isteriya»-nın müxtəlif növləri kimi təsnif olunurdular. Hesab edilir ki, onlar psixogen etiologiyaya malikdirlər belə ki, yaranma vaxtına görə travma törətmiş hadisələrlə, həll olunmayan və dözülməz problemlərlə və ya pozulmuş qarşılıqlı münasibətlərlə sıx əlaqəlidir. Simptomlar adətən xəstənin psixi xəstəliyin əlamətləri haqqında fikirlərinə uyğun olurlar. Tibbi baxış və müayinə hər hansı aydın fiziki və ya nevroloji pozuntular aşkar etmir. Lakin tamamilə aydındır ki, funksiyanın itirilməsi emosional konfliktin və ya ehtiyacın ifadəsi kimi meydana çıxır. Simptomlar psixoloji stresslə sıx əlaqədar inkişaf edə bilər və çox vaxt qəflətən meydana çıxır. Bu rubrikaya normada iradi kontrol edilən yalnız fiziki funksiyaların pozuntuları və hissiyatın itirilməsi daxil edilib. Ağrı hissiyatı və vegetativ sinir sistemi tərəfindən digər fiziki hissiyat kompleksi daxil olan pozuntular psixosomatik pozuntular rubrikasında (F45.0) təsnif olunmuşdur. Həmişə gələcəkdə ciddi fiziki və ya psixi pozuntuların inkişaf etməsi ehtimalını yadda saxlamaq lazımdır.Daxil edilib:konversion:· isteriya· reaksiya isteriya· isterik psixoz F44.0 Dissosiativ amneziyaƏsas əlamət xüsusi ilə vacib yaxın hadisələrə qarşı yaddaşın itirilməsi olub, bu zaman üzvi psixi xəstəlik ayırd edilir və o dərəcədə ifadə olunur ki, onu adi unutqanlıqla və yorğunluqla izah etmək mümkün olur. Amneziya adətən bədbəxt hadisə və ya qəflətən ağır itgi kimi travma törədici hadisələrdə toplanır və adətən hissəvi və seçici olur. Tam və generalizə olunmuş amneziya nadir hallarda və adətən ambulator avtomatizmin (fuqalar) (F44.1) hissəsi olur; bu halda pozuntunu məhz belə təsnif etmək lazımdır. Dissosiativ amneziya diaqnozunu beynin üzvi xəstəliyi, intoksikasiyalar və ya həddən artıq yorğunluq olduqda qoymaq olmaz. F44.1 Dissosiativ fuqaDissosiativ fuqa, adi hər bir gündəlik sərhəddən kənara çıxan məqsədyönlü yerdəyişmələrlə birlikdə dissosiativ amneziyanın bütun əlamətlərinə malikdir. Baxmayaraq ki, fuqa periodunda amneziya mövcud olur, kənar müşahidəçilərə bu zaman pasientin davranışı tam normal təsir bağışlayır.Çıxarılıb: epilepsiya tutmasından sonra fuqa (G40.–) F44.2 Dissosiativ stuporDissosiativ stupora işıq, küy, toxunma kimi xarici qıcıqlandırıcılara qarşı iradi hərəkətlərin və normal cavab reaksiyalarının ifadə olunmuş dərəcədə azalması və ya olmaması əsasında diaqnoz qoyulur, lakin baxış və müayinə aşkar fiziki səbəb ayırd etmir. Bundan əlavə, yaxınlarda baş vermiş hadisələr və ya problemlər şəklində psixogen səbəb tam aşkarlıqla mövcud olur. F44.3 Trans və mübtəlalıqMüvəqqəti olaraq özünü bir şəxsiyyət kimi hiss etmənin və ətrafın tam dərk edilməsinin itirilməsi mövcud olan pozuntu. Bu rubrikaya yalnız qeyri-iradi və arzuolunmaz olan, dindən və ya mədəni-münasib situasiyalardan xaric meydana çıxan trans halları daxil edilib. F44.4 Dissosiativ hərəkət pozuntularıBütün müxtəlifliyi ilə bərabər, ətrafla və ətraflarla hərəkət etdirmək qabiliyyətinin tam və ya hissəvi itirilməsi mövcud olur. Ataksiyanın, apraksiyanın, aksineziyanın, afoniyanın, dizartriyanın, diskineziyanın, tutmaların və ya iflicin hər hansı növləri ilə demək olar ki, sıx oxşarlıq görülə bilər.Psixogen:· afoniya· disfoniya F44.5 Dissosiativ konvulsiyalarDissosiativ konvulsiyalar epileptik tutmalara bənzəyir, lakin dilin dişlənməsi, yıxılmalarla əlaqədar qansızmalar və qeyri-iradi sidik ifrazı nadir hallarda olur. Düşüncə saxlanılır və ya stupor və ya trans halı ilə əvəz olunur. F44.6 Dissosiativ anesteziya və ya hissi qavramanın itirilməsiDəri anesteziya nahiyyələri adətən sərhədlərə malik olurlar. Bu o deməkdir ki, onlar pasiyentin tibbi biliklərdən fərqli orqanizmin funksiyaları haqda təsəvvürləri ilə əlaqədardırlar. Nevroloji zədələnmə ilə əlaqədar olması vacib olmayan, sensor modulyasiyalar arasında fərqin itirilməsi mümkündür. Hissi qavramanın itirilməsi paresteziya şikayətləri ilə müşaiyət oluna bilər. Dissosiativ pozuntularda görmənin və eşitmənin itirilməsi nadir hallarda total olur.Psixogen karlıq
Köhnə adı ilə “Maniakal – depressiv psixoz” adlanan bu xəstəlik özündə 2 ayrı fazanı birləşdirir. Bu fazalardan birində pasiyentdə əhval -ruhiyyənin kəskin qalxması, enerji yüksəlməsi müşahidə olunsa da digər fazada bunun tam əksinə şəxs dərin bir kefsizlik, tez yorulma, enerjinin azalması müşahidə olunur.Həmin əhvalın yüksəldiyi dövrə “Maniya” dövrü, əksi olan kefsizlik dövrünə isə “depressiya” deyilir.Qeyd etdiyimiz bu iki dövr xəstələrdə müəyyən periodlarda tutma şəklində bir-biriniz əvəz edir və krizlərdən sonrakı dövrlərdə pasiyentlər özlərini tam sağlam hiss edirlər.Bəzi kəskin hallarda maniya dövründə xəstədə psixotik əlamətlər (özünüböyütmə sayaqlamaları) rast gəlinə bilər. Zəruri qeyd kimi bildirim ki, bütün bu əlamətlər hər hansı kənar maddənin məsələn narkotik vasitələrindən qəbulundan sonra yaranmamalıdır. Xəstəliyin gedişatı necə baş verir? Bir çox pasiyentimizdə mövsümü olaraq yaz aylarında manic dövrün kəskinləşməsi payız və qış aylarında isə depressiv dövrün yarandığını müşahidə edirik. Bipolyar affektiv pozuntu hansı formada müalicə edilir ? Maniya dövrü nədir ? Bu dövr adətən qəfildən başlayır 2 həftədən 4 aya qədər davam edə bilər. Əsas əlamətləri əhval- ruhiyyənin səbəbsiz kəskin yüksəlməsidir. Xəstələr çox tez-tez danışır, beyində fikirlər sürətlə bir -birini əvəz edir, gecə az yatmasına baxmayaraq gün boyu özlərini gümrah hiss edirlər, qətiyyən yorulmaq bilməyən bu şəxslər al -əlvan geyinməyə, çoxlu pul xərcləməyə, gərəksiz hədiyyələr almağa meyilli olurlar.İdarə etdikləri avtomobili sürətli sürmə, cinsi enerjidə artış, lüzumsuz zarafatlar etmək də manik dövrdə tez -tez rast gəlinən davranışlardır. Hipomaniya maniakal dövrdə müşahidə olunan halların daha yüngül yaşanmasına deyilir. Depressiv dövr daha uzun müddət davam edir. 6-8 ay bəzən daha uzunmüddət davam etdiyi də müşahidə olunur. Bu dövrün əsas əlamətləri halsızılıq, tez yorulma, ağlama, iş görmək istəyinin azalması, şəxsi gigiyenasına nəzarətin azalması, yuxuya ifrat meyillik, daxili sıxıntı, cinsi istəyin azalması, intihar fikirləridir. BAP zamanı yuxarıda qeyd etdiyimiz dövrlər biri birini əvəz edir. Məsələn, 1 ay davam edən maniakal dövrün ardından xəstədə 9 ay və ya 1 il davam edən depressive epizod görülə bilər.Bəzən qarışıq epizodlar dediyimiz hallar da müşahidə olunur ki, bu zaman pasientin əhvalı günlük olaraq dəyişir. Xəstəliyin müalicəsində istifadə olunan dərman qrupu əhval ruhiyyənin stabilizatorları adlanan bir qrupdur. Ən məşhur nümayəndəsi Litium olsa da bəzən digər bənzər dərmanlardan da istifadə etmək olar.Bu dərmanlar əgər pasiyent depressiv dövrdədirsə əhvalı yuxarı qaldırır, maniakal dövrdədirsə əhvalı aşağı salmağa xidmət edir. Bəzən kəskin dövrlərdə bu dərmanlarla bərabər antipsixotik dərmanlar da istifadə oluna bilər.
“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir... Bəzən eyni anda bir neçə orqan haqqında narahatçılıq keçirdikləri kimi yalnız bir orqan haqqında da ehtiyat edə bilərlər. Bu xəstələrin əsas düşüncələri özlərində hansısa xəstəlik əlamətlərinin olub olmamasını yoxlamaqdan ibarətdir. Belə ki, tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daimi olaraq sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişiklərinə belə reaksiya verirlər. İpoxondriya xəstələri tibbi jurnalların, tibbi materialların daimi izləyicilərinə çevrilirlər. Onlar tez-tez dərmanların təlimat qaydalarını çox diqqətli şəkildə oxuyur, qəbul etdikləri dərmanlarda olan əlavə təsirləri daimi olaraq öz üzərlərində hiss edirlər. Məhz bu səbəbdəndir ki, ipoxondriyalı xəstələr hədsiz sayda həkimlər dəyişirlər. Bu xəstələrdə depressiya tez-tez rast gəlinən bir problemdir. Ciddi bir müayinə olunan zaman xəstələrin heç nə ilə izah olunmayan xroniki ağrıları da məhz bu depresiyyanın nəticəsi ola bilər. Xəstəliyin daha çox 20-40 yaşlarında və 50-70 yaş arasında rast gəlmə tezliyi çoxdur. Əhali arasında yayılması təxminən 4-9 %-dir. İpoxondriyalı xəstələrə verə biləcəyimiz məsləhətlər içərisində birincisi bu insanların müxtəlif həkimləri gəzmək əvəzinə güvənə biləcəyi tək bir həkimlə müalicəsini davam etdirmələridir. Çünki şəxsin bu cür həkimləri gəzməsi vəziyyətinin daha da pisləşməsinə səbəb olacaqdır. Dərman reklamlarını izləməkdən, dərmanlar və xəstəliklər haqqında jurnallarda və internetdə məlumat axtarmaqdan çəkinməlidirlər. Bu cür məlumatlar xəstədə xəstəlik haqqında düşüncələrinin daha da artmasına səbəb olur. Nəticədə xəstə bu cür davranışlardan qaçınmalıdır.
Obsessiv-Kompulsiv Pozuntu ( OKP ) - Təşviş yaradan fikirlərin meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən hərəkətləri təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP pozuntusu olan şəxslər bəzi hərəkətlərinin mənasız olduğunun fərqində ola bilirlər, ancaq özlərini dayandıra bilməzlər. Bəs OKP əlamətləri nələrdir? Psixoloq.az məşhur obsessiv əlamətləri təqdim edir : •Çirklənməkdən və mikroblardan qorxma •Başqasına zərər verməkdən qorxma •Səhv etməkdən qorxmaq •Rüsvayçı olmaqdan və ictimai baxımdan qəbuledilməz bir şəkildə davranmaqdan qorxma •Şeytanca və günahkar düşünməkdən qorxma •Nizam, simmetriya, qüsursuzluq ehtiyacı •Həddindən artıq şübhə və davamlı güvən ehtiyacı Məşhur kompulsiv əlamətlər : (sarışan fikirlər) •Təkrar-təkrar yuyunma, çimmək və ya əllərini yumaq •Əl sıxmaq və ya qapıya toxunmağı rədd etmək •Açar, soba kimi şeylərə tez-tez nəzarət etmək •Gündəlik işləri edərkən içindən və ya yüksək səslə davamlı sayı saymaq •Tez-tez bir şeyləri müəyyən bir şəkildə tənzimləmə •Müəyyən bir qaydada yemək yemə •Ümumiyyətlə, narahat edici olan, ağıldan çıxmayan və yuxunu bölən sözlərə, görüntülərə ilişib qalma •Müəyyən cümlələri, sözləri və ya duaları təkrarlama •İşlərini müəyyən bir sayıda etmək ehtiyacı •Dəyəri olmayan şeyləri yığmaq OKP diaqnozu necə qoyulur ? OKP üçün laboratoriya testi edilməz. Həkim xəstənin bütün analizini dəyərləndirərək diaqnozu dəqiqləşdirir. OKP necə müalicə edilir ? OKP öz-özünə keçməz, buna görə də müalicə edilməsi önəmlidir. Dərman və özünəməxsus davranış terapiyası ilə təsirli şəkildə müalicə etmək olar. Ən uğurlu müalicə hər ikisinin birlikdə tətbiq olunmasıdır. Dərman müalicələrinin təsiri daha qısa müddətdə başlayarkən, terapiyanın təsiri daha effektli olur.