Kokologiya, özünü tanımaq üçün 50-dən çox test oyunudu. Sizə təqdim etdiyim növbəti test belə adlanır. "Körpü" (Yapon testi) Özünü tanıŞəkilə baxın. İki balaca bir sahildən o biri sahəyə keçmək istəyirlər. Siz uşaqlara kömək edin. Onlar üçün körpü çəkin. Bunun üçün hansı rəng seçərdiniz? Qırmızı Göy,maviQəhvəyi Yaşıl Boz QaraQırmızı Mavi Qəhvəyi Yaşıl Boz Qara Test Şərhi Test qısa bir insanın xarakteri və davranışının canlı xüsusiyyətlərini açır. 1. Seçiminiz QırmızıSiz son dərəcə inadkar insansınız. Bir işi sona çatdırmamaq taktikanız deyil. İnsanlarla münasibətlərdə birbaşa, açıq şəkildə fikirlırinizi deyir, rəftarınızda çox uzaqlara gedirsinizBəziləri ilə şirin, lütfkar, dostsasına, digərləri ilə kobud, sərt və təmkin gözləmədən rəftar edirsiniz. Lakin dostlarınız dürüst, özünüz olduğunuza görə sizi sevir və hörmət edirlər. 2. Seçiminiz göy, maviSiz nəcib, incə, romantik, xəyalpərəst bir insansınız. Bir çox hallarda arzularınızı yerinə yetirəcək axınla gedirsiniz. Ekstremal hallar sizi qurxudur. Sülh, harmoniya və yaxınların sevgisi xəyallarınızın arzusudu. Ətrafınızda baş verənlərdən daha çox öz şəxsi fikirləriniz və narahatlığınız Sizi həyəcanlandırır. 3. Seçiminiz Qəhvəyi Ciddi və çalışqan bir insansınız. Müəyyən edilmiş qaydaları pozmağı xoşlamırsınız, hər zaman sözlərinizə və öhdəliklərinizə görə məsuliyyət daşıyırsınız. Belə insanlar haqqında deyirlər: "Dürüst və layiqli bir insandır." Bəlkə rahatlıq, fikir genişliyi və müəyyən bir təsəvvürün olmaması sizi bir az narahat edir. 4. Seçiminiz Yaşıl Siz yaradıcı insansan. Qeyri-adi şeylər, inanılmaz hadisələr diqqətinizi cəlb edir. Sizi əhatə edən insanları ixtiraçılıq, böyük maraqlar, geniş dünya görüşləri və yaxşı zövq cəlb edir. Vəziyyətdən qeyri-standart bir çıxış yolu tapmaq, mənasız tövsiyələr vermək və dostlarınızı orijinal bir fikir ilə həvəsləndirmək Sizin üçün çətin olmur.5. Seçiminiz Boz Başqalarının düşüncələrinin yaxşılığına və saflığına inam - bunlar sizin fərqləndirici xüsusiyyətlərinizdir. Orada müəyyən bir özünə inam da varBəzən taleyə qarşı durmağı və əhvalınıza uyğun olaraq vəziyyəti dəyişdirməyi sevirsən. Bəzən isə əksinə, gözlənilməz özünə dəyən zərəri anlayana qədər sadəcə hər şeyi dəyişmək istərsən. Çox vaxt susmağa üstünlük verməyiniz isə başqaları tərəfindən təkəbbürlü olmağınız təsirini bağışlayır. 6. Seçiminiz QaraSimanızda laqeydlik, təmkinlilik maskası tez-tez taxılır. Bunu zəiflik kimi qəbul edəcəklərindən qorxaraq hisslərinizi başqalarından gizlətməyə çalışırsınız. Zarafat edib gülümsəsən də, heç kim bu anda hansı hissləri duyduğunu əminliklə söyləyə bilməz. Qapalılıq və təmkinlilik riayət etdiyiniz əsas prinsiplərinizdi.
Kəlmənin mənası yapon sözüdü, ağıl və ruh mənalarını , nələr hiss edib düşündüyünü şüuraltında ortaya çıxarmaq anlamını ifadə edir. İlk olaraq kokologiyaya əsaslanan elm kimi 1998-ci ildə Yaponiyada professor Isamu Saito və Tadahiko Nagao tərəfindən yaradılmış kollektiv test nümunələrinə alddir. Bu testlərdə oxucunu istənilən fikri və ya şəkili vizual və ya məntiqi şəkildə olaraq şüuraltına yerləşdirdiyi düşüncələrini ortaya çıxarır, şəxsi özünü tanıtmaqda yardımçı olaraq yanlışlıqlarını kənardan izləməyə məcbur edir. Özünü tanıSəmimi olun, düşüncənizdən keçən İlk cavabı əsas götürün. Yağışın altında gəzirsiniz. Qəflətən fırtına baş verir. Tam sürətlə qaçsanız da, təyinat yerinizdən beş dəqiqəlik məsafədəsiniz. Aşağıdakı variantlardan hansı birinə əməl edirdiniz? A. Mən böyük bir ağac tapıram və yağışın kəsənədək onun altında gözləyirəm. B. Yağışın nə qədər davam edəcəyini bilmirəm, ona görə də getdiyim yerə tez çatmaq üçün addımlarımı sürətləndirirəm, qaçıram. C. Çətirini paylaşa biləcəyim birini tapmaq üçün ətrafıma nəzər yetirir və ya yaxınlıqda çətir ala biləcəyim bir mağazanın olub olmadığını soraqlayıram. D. Çantamda həmişə qatlanmış bir çətir daşıyıram ki, istifadə edəm. cavablar: Fırtına həyatda gözlənilməz, idarəolunmaz qüvvələri təmsil edir. Cavablarınız onu sevdiyiniz bir dostla müzakirə edərkən necə davranacağınızı xarakterizə edir. A. Siz aranızdakı münasibətləri həll etməzdən əvvəl qarşı tərəfin qəzəbinim səngiməsini gözləyənlərdən birisiniz. Onların kəskin mübahisələrinin bitməsini səbrlə izləyər, soyuqqanlılıqla fikirlərinizi bildirərsiniz. Bəziləri rəftarınızın ağıllı, bəziləri də düzgün olmayan münasibət kimi dəyərləndirə bilər. B. Qəzəbinızı tökdüyünüz sürəcə mübarizənin nə ilə bitəcəyi sizin üçün qətiyyən maraqlı deyil. Düşünürsünüz ki, siz haqlısınız və mübahisə bitməlidi. Taktikanız arasında heç bir mübadilə yoxdur. Qarşınızdakı əsəbləşirsə siz daha çox reaksiya verirsiniz, bağırırsa, siz hayqırırsınız. Bu, sizi müzakirə etmək üçün əlverişli bir insan yaratmasa da, həmin an dur deyəndə razılaşacağınızı anlamaq asandır. C. Ziddiyyətlər və mübahisələr sizin üçün deyil, buna görə də bir döyüş baş verəndə həmişə qarşı tərəfi sakitləşdirməyə çalışırsınız. Təəssüf ki, bu davranış bəzən işləri daha da çətinləşdirir. Zaman zaman fırtına ilə dayanıb üzləşməli olursunuz. D. Hər ittihama cavab verdiyinizi və hər səhv üçün üzr istədiyinizi düşünən birisiniz. Düşünürsünüz ki. bu mübahisə, münaqışə sizə görə deyil və rəftarınızla mədəniyyətinizi göstərsıniz də amma bu münasibət başqalar üçün süni,saxta görünür. Ancaq çox güman ki, bunun üçün sizin bir açıqlamanız var. Psixoloq Yeganə İskəndərova
Kokoloji şəxsiyyət testinin əsası psixologiya professoru Isamu Saito və Tadahiko Nagao tərəfindən qoyulmuşdur. Bu testə təməli psioloji faktlara əsaslanan bir növ özünü kəşf etmə oyunu da deyə bilərik. Başlamadan öncə kiçik bir xatırlatma, Ağlınıza ilk gələn cavabı qeyd edin Cavabları təxmin etməyə çalışmayın Özünüzə qarşı dürüst olun Test 1. Məhkəmə salonunda çəkilən bir filmdə aktyorsunuz. Aşağıdakılardan hansını oynayardınız? a. Vəkil b.Dedektiv c. Cinayətkar d. Şahid Cavablar Aktyor sizin sosyal mənliyinizi və ətrafa sərgilədiyin üzünüzü təmsil edir. Seçdiyiniz rol isə kriz anında necə reaksiya verdiyinizi izah edir. a. Ən çətin vəziyyətdə belə soyuqqanlısınız və sizi tər tökən görmək mümkün deyil. Lakin gərgin durumlarda ortaya çıxan başqa bir mənliyiniz də var. Məhdudiyyətləri unudacaq qədər od püskürən və lazım gələrsə partlamağa hazır bir savaşçısınız.Bu soyuqqanlılıq və atəşlilik sizi hər zaman ən ümidsiz vəziyyətlərdə belə düzlüyə çıxarır. b. Xaos və qarışıqlıq sizə təsir etmir. Başqaları özünü itirəndə belə siz sakit düşünə bilirsiniz. Ətrafınızdakılar bu xüsusiyyətinizə hörmət edir və çətin vəziyyətdə qaldıqda sizdən kömək istəyirlər. c. İlk baxışda güclü və laqeyd görünsəniz də, əslində mübarizəni sonuna qədər aparmaq üçün gücünüz kifayət etmir. İşlər çətinləşdikcə, təşvişə düşür vaxt itirirsiniz, problemləri həll etmək yerinə özünüzü danlamağa başlayırsınız. Edə biləcəyiniz ən yaxşı şey problemlərinizi praktik yolla həll edə bilən daha təcrübəli biri ilə əməkdaşlıq etməkdir. d. Hər vəziyyətdə uyumlu və yardımsevər olaraq görünsəniz də, başqalarını razı salmaq üçün sərf etdiyiniz enerji sizi bir o qədər yorur. Hər kəslə hər zaman yaxşı keçinmək istəyi tutarsız hətta güvənilməyəcək birinə çevirir. Hərəkətləriniz başqalarını xoşbəxt vəya bədbəxt edib etmədiyini düşünməyi bir kənara qoymalısınız. Özünüzü sübut etməniz gərəkən tək insan özünüzsünüz. Uzm Psixoloq Gülnarə Muxtarova
Testi cavablandırarkən hisslərinizi və beyninizə gələn ilk cavabı əsas götürün. Əgər müxtəlif suallara sizin eyni cavabınız olsa narahat olmayın. Sıraları bir – bir oxuyun və kağıza qeyd edin. 1. Sən dənizə baxırsan (nə hiss etdiyini yaz, daha yaxşı hiss etmək üçün gözlərini bağlaya bilərsən). 2. Sən meşə ilə gedirsən və yerə baxırsan (nə hiss etdiyini yaz, 30 - 40 saniyədən artıq düşünmürük). 3. Qağayıların uçuşuna baxırsan (nə hiss etdiyini yaz, cavab hazırdırsa davam edirik). 4. At sürüsü ( nə hiss etdiyini yaz, çox düşünmə). 5. Səhrada çıxıntısı olan bir divar var, bu divarın arxasında oazis var. (burada hiss etmək lazım deyil, necə hərəkət edəcəyini yaz). 6. Səhrada yorğun halda su ilə dolu bir səhəng görürsən (necə hərəkət edəcəyini yaz). 7. Meşədə azmısan, qaranlıq düşüb, ev görürsən,işığı yanır (necə hərəkət edəcəyini yaz). 8. Sən dumanlıqdasan (necə hərəkət edəcəyini yaz). İndi isə Ziqmund Freydə görə testinin nəticələrini yoxlayaq: 1. Sənin həyata münasibətin, emosiyalarındır. 2. Sənin ailədə özünü necə hiss etməyindir. 3. Sənin qadınlara olan münasibətindir. 4. Sənin kişilərə olan münasibətindir. 5. Sənin əsas strategiyandır, həyat pozisiyandır, öz problemlərini necə həll etməyini göstərir. 6. Sənin seksual seçimindir, partnyor seçimini göstərir. 7. Sənin evliliyə nə dərəcədə hazır olduğunu göstərir. 8. Sənin ölümə münasibətini göstərir... Psixoloq.az
Suallara səmimi və düzgün cavab verin. Yalnız, cavab xallarınızı topladıqdan sonra “nəticəni” oxuyun. 1. Pəncərə qabağında qoyulan gül dibçəklərini xoşlayırsınızmı? a) Bəli-1 b) Xeyr-2 c) Deyə bilmərəm-3 2. Gəzmək üçün daha çox hara gedərdiniz? a) Meşəyə-1 b) Parka-3 c) Dəniz kənarına-2 3. Bayramlara münasibətiniz necədir? a) Əladır-3 b) Yaxşıdır-1 c) Baxır hansı bayrama-2 4. Sizin zolaqlı (kletkalı) parçadan tikilmiş paltarlara münasibətiniz necədir? a) Çox yaxşı-2 b) Sadə paltarlara üstünlük verirəm-1 c) Buna çox az fikir verirəm-3 5. Tam qaranlıqda özünüzü necə hiss edirsiniz? a) Ürəyim partlaya bilər-1 b) Nə qədər istəsəm qala bilərəm-3 c) Əhvalımdan asılı ola bilər-2 6. Ən çox xoşladığınız gül hansıdır? a) Qızılgül-3 b) Zambaq-2 c) Bənövşə-1 NƏTİCƏ: 15 xal və ondan yuxarı: Rənglər sizin həyatınızda xüsusi mühüm əhəmiyyətə malikdir. Harada olursunuzsa-olun, rənglərə xüsusi münasibət bəsləməli olursunuz. Ona görə sizin geydiyiniz paltarlar adətən, eyni rəngə və yaxud eyni rənglər sisteminə aid olur. Açıq, qeyri-tünd rəngləri xoşlayırsınız. Bundan sonra da rənglərlə bağlı problemlər sizi narahat edə bilər. Çünki siz həssas və tez əsəbiləşə bilən insanlardansınız. Deməli, rənglər probleminə hər yerdə, həmişə ciddi yanaşmağa davam etməlisiniz. 10-14 xallar: Sizin həyatınızda bu rənglər müəyyən mühüm əhəmiyyətə malikdir. Lakin sizin rənglərə münasibətiniz dəyişkəndir və əhvalınızdan asılı ola bilər. Bu baxımdan, qara və əsasən, tünd rənglərə münasibətiniz yaxşıdır. Paltarlarınızın rəngləri baxımından da müəyyən seçim xüsusiyyətlərinə maliksiniz. Bəzən sizi paltarlarınızın rəngi yox, daha çox onun keyfiyyəti, tikilişi və sizə necə yaraşmağı daha çox maraqlandırır. Rənglər sizə o qədər də pis təsir etmir, çünki siz təmkinli və səbirli adamsınız. 9 xal və ondan aşağı: Sizin həyatınızda rənglər o qədər də mühüm əhəmiyyət kəsb etmirlər. Elə ona görə də, sizin psixologiyanızda, xarakterinizdə rənglərlə bağlı ciddi problemlər mövcud deyil. Deməli, nəyin isə rənginin pis və yaxşı olması sizin üçün əhəmiyyətsizdir. Paltarlarınızın rəngləri də müxtəlifdir. Bu gün ağ, sabah isə qırmızı geyinməyiniz sizi narahat etmir. Siz həddindən çox səbirli, təmkinli və müəyyən mənada qapalı adamsınız.
Bədən hərəkətlərinin dili — insan haqqında ən əhəmiyyətli informasiya mənbələrindən biridir. Təbii ki, gün ərzində biz çox hərəkət edirik, amma hər bir insanda sevimli pozalar vardir, hansılar ki, onun xarakterindən danışa bilərlər. Bu gün biz oturma zamanı ayaqların müxtəlif vəziyyətləri haqqında danışacayıq. Poza A Bu İnsanlar çox qətiyyətsiz və vasvasıdır. Bu fakt onları fövqəladə məyus edir ki, onlar bununla heç nə edə bilmirlər. Belə insanlar öz güclərini və qabiliyyətlərini qiymətləndirmirlər.Bu introvertlərdir, hansılar ki, səs-küylü ortamlara dözmürlər və təklikdə vaxt keçirməyi sevirlər. Bununla belə, onlar incə analiz etmek bacarığına malikdilər. B pozası Bu insanlar öz güclərinə və imkanlarına cox əmindirlər. Onalar açıq liderlərdir, hansılar ki, karyeraya görə böyük qurbanlara da hazırdır. Hadisələrin sürətli dəyişməsi onların xoşuna gəlir, onlar monotonluqları daşımırlar. Ayaqların belə vəziyyəti Avropada və Asiyada çox yayılmışdır. Poza C Dağinliqliqa , diqqətsizlikdə və pintilikdə bu insanları tez-tez ədalətsiz ittiham edirlər. Əslində onlar yumulu gözlərlə lazımlı şeyi tapa bilərlər. Heyata baxışları bütovlükdə onlara məxsusdur. Əsas onların çatışmazlığı — diqqətsizlikdir. Onların fikri asan yayınır. Poza D Bu İnsanlar— səmimidir, dürüstdür . Belə keyfiyyətlər onlara məxsusdur, dəqiqlik, metodiklik və pedantizm kimi... Bu insanlar özünü bir az soyuq aparırlar, amma aldadıcı maska arxasında qızıl ürək gizlənir. E pozası Bu insanlar qapalı və təmkinlidir. Onlar tənqidə çox həssasdır, buna görə ən kiçik tənəyə də dözmürlər. Dostları onlarla yaxshi munasibət saxlamaq uçun onların tez sınan ürəyinə toxunmamalıdırlar.
1. Biri ilə danışanda sözünü kəsirsinizmi? a) Heç vaxt. b) Bəzən. c) Bəli. 2. Biri ilə danışanda üzünə baxırsınızmı? a) Bəli. b) Bəzən. c) Heç vaxt. 3. Biri sizinlə danışanda qulaq asdığınızı ona hiss etdirirsinizmi?a) Bəli.b) Bəzən.c) Heç vaxt. 4. Yeni tanış olduğunuz insanların adını öyrənməyə çalışırsınızmı? a) Bəli. b) Bəzən. c) Heç vaxt. 5. Yeni tanış olduğunuz insanlarla rahat danışa bilirsinizmi? a) Bəli. b) Bəzən. c) Heç vaxt. 6. Biri ilə danışanda sözlərdən düzgün istifadə edib-etmədiyinizə diqqət yetirirsinizmi? a) Bəli. b) Bəzən. c) Heç vaxt. 7. Biri sizinlə danışanda dediklərini dinləyirsinizmi? a) Bəli. b) Bəzən. c) Heç vaxt. 8. Biri ilə danışanda təbəssüm edirsinizmi? a) Bəli. b) Bəzən. c) Xeyr. 9. Biri ilə danışanda bədən dilindən istifadə edirsinizmi? a) Bəli. b) Bəzən. c) Xeyr. 10. “Sabahınız xeyir”, “Axşamınız xeyir”, “Salam”, “Sağ ol” və s… kimi sözlərdən istifadə edirsinizmi? a) Bəli. b) Bəzən. c) Heç vaxt. Və nəticə…“a” bəndi çoxluq təşkil edənlər:Ünsiyyət qabiliyyətinizin yüksək olduğunu və insanlarla həm rahat, həm də “keyfiyyətli” ünsiyyət qurduğunuzu deyə bilərik. Böyük ehtimal ki, bu qabiliyyətinizə görə ətrafınızda da həm çox sevilir, həm də çox sayılırsınız. “b” bəndi çoxluq təşkil edənlər:İnsanlarla ünsiyyət qurarkən nəyə (və ya nələrə) diqqət yetirməli olduğunuzu bilir, ancaq diqqət yetirməkdə çətinlik çəkirsiniz. Ancaq geridə qaldığınız sahələrdə daha çox səy göstərə və bu “çətinliyi” aradan qaldıra bilərsiniz. “c” bəndi çoxluq təşkil edənlər:İnsanlarla düzgün ünsiyyət qurmaq təkcə bizim qarşı tərəfə sözümüzü (yəni fikrimizi) düzgün ifadə etməyə imkan vermir, həm də özümüzü düzgün ifadə etməyə imkan verir. Əgər başqaları tərəfindən diqqət görmək istəyiriksə, insanlarla ünsiyyətimizə diqqət yetirməliyik. Yerində danışmaq, yerində susmaq, danışarkən özümüzü düzgün ifadə etmək, qısa danışmaq, konkret danışmaq və s… bütün bunlar ünsiyyətin əsas xüsusiyyətləridir. Özümüzü ifadə edərkən “çətinliyə” düşməmək üçün isə ünsiyyət qabiliyyətimizi inkişaf etdirməliyik.
1. Gözlərinizi yumub bir çöllük xəyal edin. Sadə bir görünüşü olsun. Səma, qumlar və siz. İndi o çölün ortasında bir kub tapdınız. Nəyə bənzəyir? Böyüklüyü, rəngi, xüsusiyyətləri… 2. İndi isə bir at düşünün, o çöllüyün ortasında olsun. Kub kimi onun da xüsusiyyətlərini yazın. 3. Son olaraq çöldə bir nərdivan tapdınız. Necə bir nərdivan olduğunu yazın.İndi isə cavabları oxuyun. Kub:Böyük, sərt və qara bir kub sizin necə görünmək istədiyinizi göstərir. Bu kub sizin başqalarının yanında lider rolu oynamaq istədiyinizi ifadə edir. Görkəmli rəngi sizin güclü və bacarıqlı olmaq istəyinizi bildirir.Şəffaf bir kub gördünüzsə, bu, insanların görünüşünüzdən əlavə əsl sizi görməsini istəməyinizdən qaynaqlanır.Kiçik bir kub özünüzü tək hiss etdiyinizi bildirir. Sizə yaxın olan insanların ətrafınızda olmasını istəyirsiniz. At:Qəhvəyi at daim sizin yanınızda olan bir həyat yoldaşınızın olmasını istədiyinizi bildirir.Qara at təhlükə və romantikanı göstərir.Ağ at sakit və xoşbəxt bir evlilik istədiyiniz mənasına gəlir. Nərdivan:Köhnə bir nərdivan işinizdə xoşbəxt olmadığınızı göstərir.Yeni və taxta bir nərdivan işinizdə xoşbəxt olduğunuzu bildirir. İşinizi və iş yoldaşlarınızı sevirsiniz.Nərdivanı çox təzə görməyiniz səhv etməkdən qorxduğunuzu bildirir. Dəmir nərdivan isə istəyinizin daha güclü vəzifə olduğunu, irəliləmək istədiyinizi bildirir.
– Onun yalan danışdığını düşünürsünüzsə, heç vaxt itirmədən ona bu sualı verin: “Niyə belə etdin?” Sevgiliniz bu suala hirslənərək həddindən artıq kəskin reaksiya verirsə, bu, günahsız olduğunun dəlili ola bilər.Lakin cavab olaraq sizi nə qədər çox sevdiyini söyləyib duyğularını sıralamağa başlayırsa bu, sizi aldatdığının bir göstəricisi sayıla bilər. – Mütəxəssislər insanlar gülümsədiyi zaman bunun bədənlərinin hər bir hissəsində əks olunduğu fikirindədirlər. Sevgiliniz sizinlə bərabər olarkən gülümsəyir, lakin bədən dili, əslində, başqa şeylər hiss etdiyini söyləyir. Bu vəziyyətdə ona soruşacaq suallarınız ola bilər. – Yalan danışan insanlar bunu gizlətmək üçün çox səy sərf etmək məcburiyyətindədirlər. Bunun üçün də narahat görünən bir adamdan çox rahat görünən insanların yalan danışma ehtimalı daha yüksəkdir. – Amerikan Cəmiyyəti Məlumat və Texnologiyaları” jurnalında iştirak edən bir məqalədə yalan danışdığına əmin olan bir adamla telefon zəngi, yaxud SMS ilə deyil, üz-üzə ünsiyyət qurulması tövsiyə edilir.Bəs siz necə, sevgilinizin yalanını tutmusunuzmu? Sizcə, “dastan bir sevgi” yaşayırsınız, ya özünüzü aldadırsınız?! Onun yalan danışıb danışmadığını müəyyənləşdirmək üçün sizə təqdim etdiyimiz testi keçməyiniz məsləhətdir. 1. İlk görüşdüyünüz günü xatırlayırmı? 2. Sizə son 6 ay ərzində hədiyyə alıbmı? 3. Sevgiliniz xoşlamadığı, lakin sizin sevdiyiniz insanlara qarşı mehriban davranırmı? 4. Sizin ən çox sevdiyiniz yeməyin adını bilirmi? 5. Sizi ilk gördüyü günü necə geyindiyinizi xatırlayırmı? 6. Mübahisə edən zaman o, haqlı olsa belə, sizdən üzr istəyirmi? 7. Sizə olan sevgisini tez-tez dilə gətirirmi? 8. Aranızda olan söhbətlərdə ayrılıq kəlməsi keçən zaman təlaş keçirirmi? 9. Sizin ətrafınızdakı əks cinsin nümayəndələrini qısqanırmı? 10. Sizi tez-tez görmək istəyirmi? Suallara “Bəli” və ya “Xeyr” cavablarını verin. Daha sonra isə cavabların sayını hesablayın. “Bəli” cavabları çoxluq təşkil edirsə: Gözünüz aydın, sizi təbrik etmək olar! O, sizi dəlilər kimi sevir və buna görə də çox qısqanır. Çünki sizinlə bağlı olan bütün məlumatlardan xəbəri var. Sevginizi qoruyun və münasibətlərinizin hər zaman uğurlu davam etməsi üçün mübarizə aparın. “Xeyr” cavabı çoxluq təşkil edirsə: Sizin nəyi sevdiyinizi və nələrdən xoşlandığınızi bilmir. Sizi ayda bir dəfə görmək istəyən adamla münasibətləri davam etdirmək barədə yaxşı yaxşı düşünün və məsləhətdir ki, ciddi olaraq söhbətləşib münasibətlərinizi aydınlaşdırasınız. Yəni cavablardan belə aydın olur ki, siz onun həyatının mərkəzində deyilsiniz. Ayrılmağa hazır olun. Çünki həyatdır, sizi hər an tərk edə bilər.
1- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı gücdür.Sadə, qayğısız insansınız. Dünyaya günahsız uşaq baxışları ilə baxırsınız. Ünsiyyət rahat qurursunuz, harmoniyanı dəyərləndirirsiniz. Sevginiz sərhədsizdir və ətrafınızı da sevgiyə sövq edirsiniz. Həyatda dönüşlər sizi tez ruhdan salır. Optimistliyiniz adamların xoşuna gəlir. Həyata münasibətinizlə cəlb edirsiniz. 2- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı xəsislikdir.Siz dərin, düşüncəli, maddi-fikirli insansınız. Xarici şeylərə çox diqqət etmirsiniz. Dayazfikirliliklə heç vaxt mühakimə etmirsiniz. İnsanları başa düşmək, öyrənmək üçün sizə vaxt lazım olur. Hərdən reallıqdan uzaqlqşıb öz dünyanıza düşürsünüz və heç nəyin fərqinə varmırsınız. Ağıllılığınız insanların xoşuna gəlir. Müdrikliyiniz cəlb edir. 3-Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı xəsislikdir.Təbii və səmimi insansınız. Göründüyünüz kimisiniz. Artislik etmirsiniz. Komplekssizsiniz. Boş şeyəlrçün narahat olmursunuz. Yaradıcılıqla məşğul olsanız azad hiss edirsiniz. Var-dövlətə ,varlı həyata can atırsınız. Canlı xarakteriniz insanlarin xosuna gəlir. Təbii parlaqlığınız cəlb edir. 4- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı kədərdir.Siz ətrafınızdakı kütlədən seçilirnisiz,hətta seçilmək istəməsəniz belə. Xasiyytəcə və davranışca dürüst insansınız. Özünüzü başgası kimi göstərmək lazım olmadığını başa düşürsünüz. Depressiyaya tez düşürsünüz. Unikallığınızla cəlb ediriniz. Adamlar sizin vecsizliyinizi bəyənmirlər. 5- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı dilxorçuluq.Realist və idealistsiniz. Həyatı olduğu kimi görürsünüz. İnandığınızdan heç vaxt imtina etmirsiniz. Həmişə daha çoxunu arzu edirsiniz. Bəzən xəyalarla çox məşğul olursunuz. Planlarınız böyükdür. Qətiyyətliliyinizi sevirlər. Döyüşçüsünüz bu da insanları cəlb edir. 6-Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı gərginlikdir. Enerjili, həyat dolu insansınız. Həyat ətrafınızda hay-küy salır. Uzaqdan nəzərə çarpırsıız. Liderlik qabiliyyətiniz var.Yaşlanmağa YOX deyirsiniz. Onu "otaqda qapamısınız". Alovlu təbiətiniz insanların xoşuna gəlir. Təbiiliyinizlə cəlb edirsiniz. 7-Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı hissiyyatdır.Açıq, çox sevən insansınız. Almaqdan çox bəxş etməyi sevirsiniz. Dünyanın daha gözəl olmasını istəyirsiniz. Malik olduqlarınıza sevinirsiniz. Razısınız həyatınızdakılarla. Çox hissiyatlısınız, bu sizin silahınızdır.Səxavətliliyiniz adamların xoşuna gəlir. Sizi sevmək asandır-bununla da cəlb edirsiniz. 8- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı melanxoliyadır.Taraz insansınız. Həyatınızın bütün sferaları balanslaşıb. Həmişə seçim qarşısında qalanda ortanı seçməyə üstünlük verirsiniz,kompromisslərə getməyi yararlı sayırsınz. Gün ərzində əhvalınız bir neçə dəfə dəyişir. Sizinlə rahat ünsiyyət gururlar,bu da adamların xoşuna gəlir. Siz öz "özün yaşa,başgasına da mane olma" prinsipinizlə cəlb edirsiniz. 9- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı qürürdur.Etdiyiniz hər şeydə entuziazmla dolusunuz. Həyata dərin maragla yanaşırsınız. Öyrənməyi sevirsiniz. Adamları ittiham etmək yerinə yaxşı başa düşürsünüz. Hərdən lovğalanırsınız. Avantyuristliyiniz insanların xoşuna gəlir. Hər situasiyaya uyğun hərəkət etmə gabiliyyətiniz insanları cəlb edir.
Jan-Pol Qerlen belə deyirdi: "Mən əminəm ki, əgər kişi qadına ilk baxışdan aşiq olursa, deməli, onun ətir seçimi uğurlu olub". Çünki ətirlər qadın haqqında çox məlumat verə bilər. Bəs siz hansı ətirlərdən istifadə edirsiniz? Yüngül qoxular Şən, gülməli, ciddi! Tənhalığa dözmür, gurultulu şənliklər təşkil etməyə üstünlük verir. Bu cür qoxuları sevənlər planlaşdırılmamış mərasimin eyni zamanda həm ssenaristi, həm rejissoru, həm də baş qəhrəmanı ola bilər. Bir qədər tərkidünyadır, çünki maddi dəyərlərə qiymət vermir, dostluq və insani münasibətlər onun üçün daha böyük əhəmiyyət kəsb edir. Sitrus tərkibli ətirlər Yəqin ki, onların planları on il əvvəlcədən yazılıb. Sitrus tərkibli ətirləri xoşlayanlar hər şeyi öyrənməyə və nəzarət etməyə can atırlar. Yeri gəlmişkən qeyd edək ki, bu cür ətirləri seçən qadınlar özünə qarşı çox tələbkardır. Ona görə də onlar təsadüfi səhvlərə və ya diqqətsizliyə dözmür. Bitkilər və otlar Belə qadınlar düzgün həyat tərzi yaşamağa çalışırlar. Sağlamlığına və qidalanmasına ciddi nəzarət edirlər, idmanla məşğul olur, həmçinin, təbii tərkibli kosmetik məhsullardan istifadə edirlər. Onlar divanda uzanıb istirahət etməkdənsə, ailə üzvləri ilə birlikdə şəhərdən kənarda gəzintiyə çıxırlar. Çiçəkləri sevir və həmişə pəncərənin qabağına gül qoyurlar. Zərif gül ətirləriÇox romantik və zərifdir. Evə çox bağlı insandır. Qarşılıqlı münasibətləri həmişə qorumağa çalışır, həmsöhbətini dinləmək, başa düşmək və təsəlli verməyə həmişə hazırdır. Bu qoxuları sevən qadınlar ev rahatlığını, səsli-küylü ailə bayramlarını, qonaqlı-qaralı axşam yeməklərini, ən əsası, uşaqları ilə əylənməyi çox sevirlər.
Bir çox analar üçün uşağın məktəbə hazırlıq dövrü ən böyük problemə çevrilir. Uşağınızın məktəbə hazır olub-olmamasını necə yoxlamaq olar? Bunun üçün sizə bir neçə özünəməxsus maraqlı testlər təqdim edirik. Bu testlər sizə uşağınızın məktəbə hazırlıq səviyyəsini müəyyən etməyə kömək edər. 1. Uşaga heyvanlar haqqında bir nağıl danışın. Bu nağılda hər bir personaj nəyə görə məktəbdə oxumaq istədiyini bildirir. Məsələn, məktəbli dovşan deyir: ”Mən məktəbə ona görə gedirəm ki, anam məni buna məcbur edir”. Tülkü balası isə cavab verir: ”Mən məktəbə ona görə gedirəm ki, oxumaq, yeni şeylər öyrənmək, tapşırıq yazmaq mənim xoşuma gəlir. Hətta məktəb olmasa idi, mən yenə də oxumağı, yazmağı öyrənərdim”. Üçüncü qəhrəman deyir: ”Mən məktəbə ona görə gedirəm ki, orada çoxlu uşaqlar var, onlarla oynamaq, danışıb-gülmək olar”. İndi bu sualı uşağınıza verin: ”Necə fikirləşirsən, nəyə görə məktəbə getmək lazımdır? Sən nə üçün məktəbə getmək istəyirsən?” Əgər uşaq sizə təxminən nağılımızın birinci və üçüncü qəhrəmanı kimi cavab verərsə, deməli, o hələ məktəbə getməyə, bilik almaq kimi mürəkkəb prosesə hazır deyil. 2. Uşağın məktəbə hazırlıq dərəcəsinin daha bir göstəricisi - nitqin inkişafıdır. Uşaqdan ona oxuduğunuz kiçik (6-7 cümlə) hekayəni sizə danışmağını və ya baxdığı multiplikasiya filminin məzmununu söyləməyini xahiş edin. Əgər uşaq sözləri çətinliklə uzlaşdırırsa, düzgün cümlə qura bilmirsə, süjet xəttini (başlanğıc, orta, son) məntiqi şəkildə qura bilmirsə, demək, nitqin inkişaf etdirilməsi üzərində hələ çalışmaq lazımdır. Bu halda ən effektiv üsul - ucadan kitab oxumaqdır. Gündə yarım saatdan az olmayaraq uşağa nağıl və hekayələr oxuyun. Sonra isə oxuduğunuzdan ona suallar verin. Bu zaman siz onun diqqət və yaddaşını məşq etdirib möhkəmləndirirsiz. 3. Uşaqla “artıq sözü tap” oyunu oynayın. Hər hansı bir sözü seçin. Məsələn, nar sözünü. Sözü bir neçə dəfə təkrar edin, sonra arada onun əvəzinə oxşar söz deyin: Nar, nar, nar, nar, nar, qar, nar. Uşağa tapmaca verin:”Qoyun sözü “q” hərfini itirsə nə olacaq? və ya “qo” hecasını itirsə nəyə çevriləcək”? Əgər uşaq asanlıqla sözü hecalara bölürsə, deməli, fonematik eşitmə hissi inkişaf edib. Bu isə məktəbdə oxumaq üçün vacib şərtdir. Əks halda, uşaq ana dilini (xüsusilə orfoqrafiyanı) öyrənməkdə çətinlik çəkəcək. 4. Uşağın məntiqinin nə dərəcədə inkişaf etməsi də əhəmiyyət kəsb edir. Aşağıdakı cümlələri bitirməyi uşaqdan xahiş edin: “Qışda paltarsız küçəyə çıxsan...”, “Yağış yağıb, ona görə də...”. 5. “Dördüncü artıqdır” oyununda uşağa 4 sözdən ibarət sıralar təklif edin. Hər bir sırada uşaq artıq olan bir sözü tapmalıdır. Məsələn: stol, stul, divan, pəncərə. Söz-məntiq dərrakəsi 6-7 yaşlarında formalaşmağa başlayır. Yuxarıdakı məsələləri həll edərkən uşaq yalnız 1-2 səhvə yol verərsə, deməli, onda bu proses normal gedir. Səhvi daha çox olarsa, uşaqla məşqləri davam etdirmək zəruridir. 6. Kiçik motorika, yəni əllərin kiçik əzələlərini işlətmək uşağın inkişafı üçün çox vacibdir. Plastilindən əşyalar düzəldilməsi, kağızdan cürbəcür aplikasiyaların kəsilməsi kiçik motorikanı yaxşı inkişaf etdirir. Məktəbə hazır olan uşaq çox asanlıqla qayçıyla kağızdan müxtəlif fiqurlar (həndəsi fiqurlar daha yaxşı olar) kəsərək kağıza yapışdırır, dama-dama dəftərdə çəkilən və həndəsi fiqurlardan ibarət olan naxışları təkrar edə bilir, kağızda müxtəlif uzunluqda olan xəttlər və sadə şəkillər çəkir, şəkilləri rəngləyir, plastilindən sadə əşyalar düzəldir. Əgər bu tapşırıqları yerinə yetirmək uşaq üçün çətin olarsa, demək, onun əlinin kiçik əzələlərini müvafiq idman məşğələləri ilə inkişaf etdirmək lazımdır. Nəyə görə bu, vacib hesab olunur? Məsələ ondan ibarətdir ki, insanın baş beynində nitq qabiliyyətinə və əl barmaqlarının hərəkətinə cavabdeh olan mərkəzlər bir-birinə çox yaxın yerləşmişlər. Beləliklə, kiçik motorikanı stimullaşdırarkən, biz həmçinin beyində uşağın nitq qabiliyyətini inkişaf etdirən mərkəzi də aktivləşdiririk. Beləliklə, kiçik bir nəticəni qeyd edək. 5-6 yaşında olan uşaqlar nəyi bacarmalıdırlar? 1. Yaddaş, diqqət, düşüncə: şəkillərdə olan səhvləri və uyğunsuzluqları tapmaq; 6-8 sayda şəkilləri düzgün ardıcıllıqla düzmək; verilmiş şəkildə olan 5-6 əşyanı yadda saxlamaq; əşyaların düzülüşündə olan qanunauyğunluğu aşkar etmək; iki əşya və rəsmlər arasında olan oxşarlıqları və fərqləri tapmaq; verilmış əşyalar arasında artıq hesab ediləni tapmaq və bunu izah etmək; bütün rəngləri düzgün demək və onları ayırd etmək; təbiət hadisələrini ayıra bilmək; ilin fəsillərinin ardıcıllığını və həftənin günlərini, günün hissələrini (səhər, günorta, axşam) düzgün müəyyən etmək; “dünən”, “sırağagün”, “bu gün”, “sabah”, “birisigün” sözlərinin mənasını bilmək; “bizin planet necə adlanır? (yaşadığı şəhərin adını, Vətənimizin paytaxtını) və s. bu kimi sualına cavab vermək və s. 2. Riyaziyyat: 1-dən iyirmiyədək və əksinə və onluqlarla olmaqla 100-dək saymağı bilmək; rəqəmləri tanımaq, onları düzgün ardıcıllıqla düzmək və yazmaq; əşyaların sayını müqayisə etmək, “>”, “<”, “=” işarələrinin mənasını bilmək; əşyaları ölçülərinə (uzunluğu, eni, hündürlüyü, qalınlığı) görə müqayisə etmək; tək və cüt rəqəmləri ayırmağı bilmək; sadə toplama və çıxmaya aid mısal və məsələləri həll etmək; həndəsi fiqurları (dairə, oval, üçbucaq, kvadrat, düzbucaq, romb, trapesiya) tanımaq və adlarını demək. 3. Nitqin (danışıq qabiliyyətinin) inkişafı: ətrafdakı əşyaların adını demək, insanların və heyvanların hərəkətlərini danışmaq; “mebel”, “oyuncaqlar”, “nəqliyyat”, “qida məhsulları”, “meyvələr”, “tərəvəzlər”, “paltar”, “musiqi alətlər” və s. ümumiləşdirici sözlərin mənasını bilmək; əşyaları əlamətlərinə görə (dondurma - soyuq, ağ, şirin) tanımaq, əşyanın əlamətlərini müstəqil şəkildə demək; bir-birinə yaxın və əks olan sözləri (dayaz-dərin) tapmaq; içərisində, üstündə, altında, arxasında, arasında, önündə, yanında və s. bu tip sözlərin mənasını bilmək; müxtəlif peşələrin, bayramların adlarını bilmək; danışmağı bacarmaq (suallara cavab vermək və düzgün sual vermək); bir neçə şeir bilmək, tapmacaları tapmaq; verilmiş şəkilə baxmaqla 6-7 cümlə ilə onun haqqında danışmaq; danışılan əhvalatın sonunu özündən qoşmaq; sözdə olan ilk və son səsləri tapmaq; hərfin səsdən fərqini bilmək; iki və daha artıq hecadan ibarət olan sözləri oxumaq və onların mənasını bilmək; sözləri hecalara bölmək; cümlələri və kiçik mətinləri oxumaq; oxuduğunun mənasını bilmək; hərifləri və hecalarla oxumağı bilmək. Əgər sizin uşaqda yuxarıda adları sayılmış qabiliyyətlər yoxdursa və ya çox az inkişaf edibsə, deməli, o hələ məktəbə hazır deyil. İmkan dairəsində, uşağı inkişaf etdirən və ya hazırlıq qruplarına yazdırın ki, gələn il o özü üçün yeni olan dünyaya sakitlik və sevinc hissi ilə daxil ola bilsin.(saglamolun.az)