Stress, demək olar ki 80 faiz insanda rastlanılan psixoloji problemlər sırasında yer alır. Bu barədə müxtəlif müalicələr, terapiyalar aparılsa da qarşısını nə nevroloqlar, nə də psixoloqlar tam şəkildə ala bilir. Çünki problemə səbəb olan düşüncələr insan beyninin içərisində daim cərəyan edir. Həmçinin stress yaradacaq hadisələr mütəmadi şəkildə yenilənir. Bu səbəbdən bunun qarşısını tam olaraq alan müalicə üsulu yoxdur. Psixoloq.az xəbər verir ki, son zamanlar bu barədə Ruminiyada maraqlı araşdırmalar aparılıb. Belə ki, mütəxəssislərin tədqiqatlarına görə, insanlar, stressin qarşısını almaq üçün baldan istifadə etməlidirlər. Bunun üçün balı otaq temperaturunda nizamlı olaraq istifadə etmək əsas şərtdir. Araşdırmalara görə, balı isti istifadə etdikdə stressi azaltmaq əvəzinə orqanizmimizə əlavə stress qazandırmış oluruq ki, bu da əks təsir göstərir. Mütəxəssislər stressi azaltmaq üçün istifadə edilən balı belə bir qayda ilə istifadə etməyi də tövsiyə etdilər. Bir stəkan ilıq suya bal qataraq, onu suda həll etmək lazımdır. Sonra üzərinə limon sıxıb, qəbul etdikdə stressin qarşısını müvəffəqiyyətlə alacaq. İlıq bal sinir sistemini nizamlayır və insanı rahatlaşdırır. Xarici psixoloqlar isə hələ bu barədə dəqiq rəylərini bildirməyiblər. Şəhanə Quliyeva
Alkoqolizmlə əlaqədar bütün müalicə proqramlarının müəyyən əsas prinsipləri vardır. Bir alkoqolizm müalicə proqramında aşağıdakı mərhələlər olur. Müalicə spirtdən təmizləmə proqramıyla başlaya bilər. Xəstə spirtdən təmizləmə xidmətlərində müalicəyə alınır və məhrumluq əlamətləri baxımından diqqətlə izlənir. Bu adətən 4-7 günlük bir müddətdir və bu müddət içində sakitləşdiricilərin istifadə edilməsi də çox vaxt lazımlı olur. Əgər məhrumluq əlamətləri ortaya çıxarsa bir həkimin rəhbərliyinə ehtiyac duyula bilər. Ayrıca bəzi alkoqoliklər üçün bu dövrdə depressiya müalicəsi də lazım ola bilər, şiddətli məhrumluq əlamətləri olan alkoqoliklər gərgin,əsəbi ola bilər və hətta şüur itkiləri belə görülə bilər. Delirium Tremens və məhrumluq əlamətlərinin qabağının alınması üçün həkim nəzarəti altında dərman istifadəsi lazımlıdır. Tibbi müalicə Əgər alkoqolizmlə qaynaqlanan tibbi problemləriniz varsa,bunlar müalicə edilməlidir.Ən çox rastlananlan yüksək qan təzyiqi, qan şəkəri artımı,qaraciyər və ürək xəstəlikləridir.Bunlarla yanaşı, xəstəliklə əlaqədar bəslənmə problemləri də diaqnoz edilərək uyğun bir pəhrizlə müalicə edilməlidir. Sağaltma proqramları Spirtdən təmizləməyi müşahidə etməklə,ən əhəmiyyətli yaxşılaşdırma proqramı keçirilməsi lazım olan bir reabilitasiya dövrüdür. 3-4 həftə boyunca xəstəliyin xüsusiyyətləri, bədənə verdiyi zərərlər, içkinin səbəb olduğu müxtəlif problemlər və yaxşılaşarkən nələr hiss olunduğu müzakirə olunacaq. Bu müddətdə ruhi dəstək və əgər lazım olsa tibbi müalicə də alına bilər,yaxşılaşdırma proqramları gündəlik danışıq və film izləmə, qrup müalicəsi, məsləhət xidmətləri və məşğul ol müalicəsindən meydana gəlməkdədir. Alkoqolun tamamilə kəsilməsi Bu unudulmamalıdır ki,əgər içməyə davam edilsə xəstəlik ya çox az və ya heç nəzarət edilməyəcəkdir. Bu səbəblə, alkoqoliklər üçün müalicə proqramları,spirtin tamamilə kəsilməsini ön şərt olaraq qəbul etdikdən sonra başlanır. Xəstəliyin qəbul edilməsi Xəstə olduğu həqiqəti qəbul etməlidir. Xüsusilə spirt vərdişinin olduğu və bunun nəzarət edilə bilinmədiyi qəbul edilməlidir.Bir çox alkoqolik utanc və günahkarlıq duyğusundan qurtulmaq üçün bundan imtina edir. Xəstələrin inkar etməyi davam etdirmələri müalicəyə zərər verə biləcəyi kimi tamamilə təsirsizləşdirə də bilər. Spirtə olan istəyini qəbul etməniz şəfa üçün ən əhəmiyyətli addımdır.Həmçinin bu müalicə proqramınız üçün də əsas şərtdir. Beləcə bəlkə də ilk dəfə xəstəliyin gücü spirtli tərəfindən qəbul edilmiş olacaq. Psixiatrik müalicə və psixoloji dəstək Alkoqoliklərdə duyğusal vəziyyətlə əlaqədar şikayətlər psixoatrik xəstəxanadakı xəstələrin şikayətlərinə bənzəyir.Əgər xəstəliklə psixoloji cəhətdən maraqlanılmazsa,xəstə sağalmaz. Bu bir neçə şəkildə (qrup müalicəsi və ya fərdi psixoterapiya) ilə reallaşa bilər. Bəzi alkoqoliklərdə depressiya kimi digər psixiatrik xəstəliklər də görülə bilər. Əgər problem həmçinin psixiatrik xəstəlikdirsə,alkoqolizm müalicəsi ilə yanaşı xüsusi bir müalicə də lazımlı olacaq. Dərman müalicəsi Uzun müddətli müalicə proqramında sakitləşdiricilər istifadə edilməməlidir. Bu dərmanlar da eynilə spirt kimi asılılığa yol açar; yalnız məhrumluq əlamətlərinin müalicə müddətində istifadə edilə bilər. Müalicə, bu gün yaşanılanlar,keçmişlə əlaqədar günahkarlıq duyğuları və gələcək qorxularıyla üzləşməsi üzərində qurulur.Buna görə də xəstəyə yaxınlaşarkən təmkinli olmaq da içki içmənin aradan qaldırılması qədər əhəmiyyətlidir. Bir çox alkoqolik üçün,spirt qəbulu güclülük və azadlıq kimi yanılsamalara səbəb olar. Spirtin təsiri altındaykən,özlərini bütün ictimai təzyiqlərdən xilas olmuş kimi hiss edirlər.Inciklik və hirs səbəbiylə də tükəndiklərini hiss edirlər.Alkoqolizm,ictimai əlaqələrin pozulmasına səbəb ola bilər. Ailə, əlaqələrin pozulmağa başladığı ilk yerlərdən biridir,digəri isə iş yeridir.Amerikan Milli Alkoqolizm Şurası,özü və ya ailəsində spirt və ya narkotik asılılığı olan hər 20 adamdan birində bunun iş qabiliyyətinə təsir etdiyini təyin etmişdir.Müalicə yalan,inkar və səmimiyyətsizlikdən imtina edərək,özünü anlama və şəxsiyyətin inkişaf etdirilməsini təməl alacaq sağlam və etibarlı əlaqələr meydana gətirməyi öyrənmə üzərində diqqətlə qurulmalıdır. Dəstəyin davam etdirilməsi Yaxşılaşdırma proqramının müvəffəqiyyəti müalicənin sonlanmasından sonra müəyyən olunur. Xəstəliyin xroniki olması alkoqolizmə dəstəyin davamlı olmasını tələb edir.Spirt və ya dərman asılılığından xilas olmağa çalışan kəslərə istiqamətli olaraq,həyatlarını davam etdirmələrinə və xəstəlik əgər yenidən baş qaldırarsa, zamanında görülməsinə köməkçi ola bilmək üçün,müalicə sonrası proqramlar nəzərdə tutulmuşdur. Nərmin Quliyeva
Ayağı ayağın üzərinə qoyub əyləşmək bir çox insanların xüsusilə də qadınların sevdiyi oturuş formasıdır. Psixoloq.az xəbər verir ki, belə oturuş, qadınlarda özgüvəni formalaşdırır. Psixoloqların sözlərinə görə, bu forma qadınların daha eqoist olduğunun və ya özünə inanmın bir göstəricisi ola bilər. Ancaq xüsusilə də yaşlı nəsilin bu formanı düzgün qarşılamayıb, ayıb, hörmətsizlik hesab edə bilmə ehtimalı yüksəkdir. Həkimlər isə bu formanın insan orqanizmi üçün təhlükəli olduğunu bildiriblər. Mütəxəssislərə görə, belə oturuş forması ayaqdakı əsəb tellərinə mənfi təsirlər göstərir. Həkimlərin nəzərinə görə, ayağı ayağın üzərinə qoymaq bel və boyun nahiyəsində ağrıların meydana gəlməsinə səbəb olar. Çünki bu cür əyləşən zaman ən çox təzyiq çanaq sümüyünə düşür. Nəticədə bel sümüklərindən biri fırlanmağa məcbur olur. Həmin sümük ağırlıqda yardım etmədiyinə görə təzyiq daha çox belə və boğaza düşür. İnsan hər nə qədər bu cür uzun əyləşərsə, təzyiq daha çox olar. Ona görə də bir çoxlarında bel yırtıqlarının əmələ gəlməsinin səbəblərindən biri də uzun zaman bu cür əyləşməkdir. Bu səbəbdən həkimlər, bu vəziyyətdə əyləşməyi sevən insanların 10-15 dəqiqədən çox belə əyləşməmələrini tövsiyə edirlər.
Louise L. Hay tərəfindən yazılan “Düşüncə gücü ilə müalicə” adlı kitab sahib olduğumuz narahatlıqlara fərqli yöndə baxmamızı bizə öyrədir. Qeyd edilir ki, yaşadığımız əksər bədənsəl problemlər əslində daxildə keçirdiyimiz narahatlıqlar səbəbilə baş verir. Əgər düşüncələrimizi,emosiyalarımızı düzgün idarə edə bilsək, fiziki cəhətdən də gümrah olarıq. Amerikada edilən araşdırmalar sonunda məlum olmuşdu ki,xronik xəstələrin əksəriyyətində ağır psixiloji problemlər var. Məsələn mədə problemləri, ağır stressdən, bel ağrıları həddən çox psixi yüklənmədən və.s yarana bilər. Unutmayaq ki,daxili aləmimizdə yaşadığımız hər 1 sıxıntı fiziki vəziyyətimizə də təsirsiz ötüşmür. İndi isə ən çox qarşılaşdığımız problemlər və onların psixoloji səbəblərinə nəzər salaq: Alergiyalar-İnsanlara qarşı kin,nifrət bəsləmə,öz gücünə inamsız yanaşmaqdan yarana bilər.Əgər biri ilə mübahisəniz varsa və bunu ciddi problem kimi qəbul edib o insana qarşı mənfi emosiyalar bəsləyirsizsə bədəndə reaksiyalar özünü göstərir. Alkoqolizm-özünü qəbullanmama, yararsızlıq ,günahkarlıq kimi duyğuların hökm sürdüyü insanlar daha çox alkoqolizmdən əziyyət çəkirlər. İştahsızlıq- Səbəbləri rədd edilmə, insanlar tərəfindən qəbul edilməmə kimi qorxulardır.Əgər həyata qarşı böyük qorxularınız varsa və həyatınızdan razı deyilsinizsə o zaman bu problemlə qarşılaşmağınız normaldır. Artıq çəki problemi-həyatdan qorxma, başqaları tərəfindən incidilmək və duyğularından qaçmaq istəyənlər bu problemi yaşayırlar. Yüksək Hərarət(Qızdırma)-Əsasən aqressiv,əsəbi insanlarda rast gəlinir. Həyatınızda həmişə qəzəbi hissini ön planda saxlayırsızsa tez-tez xəstələnmə halları yeterincə normaldır. Baş ağrıları,baş gicəllənmələri-özünü günahlandırma,qorxu,qərarsızlıq,dağınıq fikirlər bu problemlərə səbəb olur. Bayılmalar-burada da qorxular mühim rol oynayır.Problemli həyat tərzi keçirən insanlarda daha çox müşahidə edilir.İnsan nələrinsə öhdəsindən gələ bilməyəcəyini çox fikirləşdikdə də bu hal yarana bilər. Unutqanlıq,yaddaş zəifliyi-özünü idarə edə bilməmə qorxusundan yaranır. Boğaz ağrıları,badamcıqların iltihabı-bu problemlər ən çox söyləmək istədiklərini söyləyə bilməyən, başqa sözlə desək “hər şeyi içinə atan” insanlarda daha çox görülməkdədir. Boyun ağrıları-həyata yalnız bir istiqamətqə baxmaq.Yəni həyatın yaxşı və pis tərəflərini eyni anda görmək istəməyən,tərs insanlar bu ağrılardan ən çox əziyyət çəkənlər sırasındadırlar. Bronxit-hüzursuz bir ailə,iş çevrəsində olanlar daha çox əziyyət çəkirlər. Burun axması-əsasən daxili iztirab yaşayan insanlarda bu hal görülür. Bu sanki o insanların fəryadı,kömək diləmək formasıdır. Qulaq ağrısı-qəzəb,başqalarını dinləmək istəməmə.Bəzən mübahisələrin çox olduğu ailələrdə olan uşaqlar da bu problemdən əziyyət çəkirlər. Migrenlər-Mükəmməl olmaq istədiyi üçün özünə qarşı aşırı qəzəb duyan insanlarda daha sıx görünür. Həyatında baş verənləri qəbullanmama,cinsəl qorxular da səbəb ola bilər. Mədə problemləri-yeni bir şeyləri qəbullanmaqda çətinlik çəkən insanlarda rast gəlinir. Davamlı öskürək-bu insanlarda sanki dünyaya qışqırıb “mən də varam”, ”məni də dinləyin” kimi psixoloji problemlər olur. Bel ağrıları-həyatdan maddi, mənəvi dəstək almaq istəyən insanlarda görülür. Beləki belin aşağı tərəfində olan ağrılar pulsuz qalmaqdan qorxmaq, kimlərdənsə maliyyə dəstəyi gözləyərkən,orta hissədə olan ağrılar günahkarlıq hissindən əziyyət çəkərkən, belin üst hissəsindəki ağrılar isə duyğusal köməyə ehtiyac duyulduğu,sevilmədiyini hiss etdiyi zamanlarda yaranır. Diş ağrıları,diş əti problemləri-qərarsızlıq və ya verilən həyati qərarlandan peşmanlıq hissi keçirdərkən daha çox rast gəlinir. Dodaqda olan uçuqlar-Özünü və başqalarını davamlı olaraq tənqid edən,”hamıda hər şey pisdir” fikrinə alışıq olan və ya inciyən, qayğı əksikliyi yaşayan insanlar mütəmadi bu problemlə rastlaşırlar. Nuray Lətifzadə
Mənfi hisslər, idarə edə bilmədiyimiz duyğular sadəcə zehnimizi yormur, eyni zamanda daxili orqanlara da ziyan vurur. Türkiyəli professor doktor Birsel Kavaklı mənfi hisslərin orqanlara zərərlərindən danışıb. Əsəb və qaraciyər üzrə mütəxəssisin sözlərinə görə, əsəb stress hormonlarının artmasına səbəb olur. Bu da öz növbəsində qaraciyərə təsir edir: “Əsəb xroniki xəstəliklərin əsas səbəblərindəndir. Qaraciyərə ən azı siqaret və spirtli içki qədər mənfi təsir edir. Əsəb keçirən insanın ürəyi bulanır, mədəsi və başı ağrıyır. Kədər və ağciyərlər Birsel Kavaklının fikrincə, kədər hissi ən çox ağciyərlərə ziyan vurur. Böyük bir itki ilə üzləşənlər sinədə ağrı hiss edirlər. Ona görə də, depressiyada olanlara və özünü çox kədərli, dərdli hiss edənlərə açıq havada yeriməyi məsləhət görürlər. Ağciyərlərə zərər dəyməməsi üçün açıq havaya çıxın və bir neçə dəfə dərindən nəfəs alın. Bu həm daxili orqanlara, həm də psixologiyanıza yaxşı təsir edəcək”. Həkim qeyd edib ki, dərd və kədər immunitet sisteminə də mənfi təsir edir. Qorxmaq böyrəklərin büzüşməsinə səbəb olaraq onun fəaliyyətini zəiflədir. Həddən artıq düşüncəli olmaq, çox fikirləşmək də dalaq üçün ən böyük təhlükədir.
Günümüzün artmaqda olan psixoloji problemləri arasında vaginizmin xüsusi yeri vardır. Çox zaman bununla üzləşməyə, bu cür problemimizin olduğunu qəbullanmağa utanırıq. Nəticədə mənəvi gərginlik yaşayaraq depressiv vəziyyətlərin qurbanı oluruq. Tibbi nöqteyi-nəzərdən problemi araşdırdıqda vaginizm-mm, bulbospongiosus, levator ani, adductores femoris qarnın ön divarı əzələlərinin qıcolma şəklində yığılmaları nəticəsində cinsi həyat mümkün olmayan nevrogen xəstəlik olduğunu görərik. Cinsi həyat pozulmalarına həmçinin onun inkişaf çatışmazlığı, ağrı, cinsi soyuqluq forması və yaxud təmin edilmə, pozğunluqlar aiddir. Araşdırmalar göstərir ki, xəstəliyin çox az hissəsi ginekoloji səbəblə bağlı olduğu təqdirdə, əksərən əsasında psixoloji amillər dayanır. Toy gecəsi daha çox özünü göstərən bu problemdən sonra artıq xəstələrdə cinsi həyata marağın azalması, qorxu halları artmağa başlayır. Hətta əvvəllər normal cinsi həyatı olan insanlarda belə müyyən psixoloji travmalardan, cərrahi əməliyyatlardan sonra vaginizm əlamətləri yarana bilir. Vaginizmin simptomları hansılardır? Ən geniş yayılmış əlamətləri-taxikardiya, tərləmə, geriyə çəkilmə, cinsi əlaqə zamanı yanma, ağrı və bunun nəticəsində cinsi istəksizlik, cinsəl fobiyadır. Bu cür fobiyalar nəticəsində ailədən uzaqlaşma, özünə qapanma, ailədaxili mübahisələr artır. Vaginizmin müalicəsi varmı? Vaginizm çarəsi olmayan bir problem deyil. Çox əminliklə qeyd etmək istəyirəm ki, sadəcə bir neçə psixoloji seansla siz bu problemdən çox asanlıqla azad ola bilərsiz. Praktik təcrübəmiz göstərir ki, bu halla üzləşən bir neçə passientimiz sadəcə inanib, cəasrət edib bizə müraciət etməklə heç bir dərman vasitələrindən istifadə etmədən xoşbəxt bir şəkildə ailə həyatlarına davam etmişlər. Bu problemin sizin həyatınıza mane olmasına icazə verməyin. Gülər Məmmədova Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi
Bu gün Yer kürəsində növbəti maqnit qasırğası başlayıb. Mütəxəssislər maqnit qasırğasının güclü olmadığını bildirsələr də, müəyyən insanlar üçün təhlükəli sayılır. Çünki bu dəfə maqnit qasırğası əvvəlkilərdən fərqli olaraq bir neçə gün davam edəcək. Sentyabrın 11-dən 14-dək bəzi insanlar özlərini pis hiss edə bilər. Bu zaman baş ağrısı, ürək bulanması, əhvalın dəyişməsi, psixoloji dəyişkənliklər mümkündür. Bu baxımdan insanların diqqətli olmağı tövsiyə edilir. Əgər problem davam edərsə, psixoterapevtə müraciət edərək vəziyyətinizi yaxşılaşdırmağınız mümkündür.
Əllərinizdə hər hansı bir səbəbdən davamlı titrəmə halı müşahidə edilən kimi mütləq narkoloq, nevroloq, psixoloq, toksikoloq və ya terapiya üzrə mütəxəssislərdən birinə müraciət etməniz atılan ən doğru addımdır. Bu zamanında və düzgün diaqnozun qoyulması eyni zamanda düzgün müalicə taktikasının seçilməsi üçün olduqca əhəmiyyətlidir. Unutmayaq ki, düzgün diaqnoz yarı-yarıya müalicə deməkdir. Titrəmənin səbəbləri kifayət qədər çoxdur. Onları ayıra bilmək üçün əsas olaraq əllərin nə zaman və necə titrəməyə məruz qaldığını dəqiq bilmək lazımdır. Tibdə titrəmənin iki ümumi (əsas) qrupda birləşdirilməsi və tədqiq olunması uyğun hesab edilib: patoloji və normal. Normal titrəmənin kliniki olaraq bir əhəmiyyəti olmayıb xüsusilə gənc yaşlarda daha çox müşahidə olunmaqdadır. İnkişaf edən orqanizmi hər hansı ani stress və ya həddindən çox fiziki yükləmə bədənin müxtəlif hissələrinin eyni zamanda və ya domino effekti ilə titrəməsinə səbəb ola bilər. Bunun üçün psixoloqa müraciət etməyiniz tövsiyə edilir. Əgər titrəmə tamamilə sakit bir vəziyyətdə başlayır və müəyyən müddət davam etməklə yanaşı digər hissələrə də keçirsə həkimə müraciət edilir və bu zaman mütəxəssis tərəfindən təyin olunan qıcolma əleyhinə və trankvilizator preparatlar problemin aradan qalxmasına kömək edir. Kliniki müşahidə üçün 2 həftə kifayətdir. Əgər bu hal davam edirsə artıq buna normal deyil patoloji titrəmə diaqnozu altında baxılır və uyğun tədbirlər görülür. Bu halda heç bir zaman kənardan müdaxilə olmadan titrəmənin spontan olaraq dayanması mümkün olmur. Patoloji titrəmə dərman qəbulu, orqanizmin metabolik reaksiyası şəklində və zərərli vərdişlərin nəticəsi kimi meydana çıxa bilir. Hər bir halda həkim-mütəxəssis səbəbi müəyyən edərək adekvat addım atmalıdır, buna görə də heç bir halda özünüzə təsəlli verərək problemin aradan qalxa biləcəyini düşünməyin.
Xroniki yorğunluq sindromunun aşağıdakı əlamətləri var:- xəstəliyin qrip, adenovirus infeksiyası və ya etiologiyası dəqiqləşdirilməmiş kəskin respirator virus xəstəliklərdən dərhal sonra başlanması,- titrətmə, subfebrilitet, kəskin ümumi zəiflik, uzunmüddət qalan və gecə yuxusundan sonra belə keçməyən yorğunluq hissi,- səthi yuxu, yuxuyagetmənin çətinləşməsi, gecə yuxusundan sonra bədənədə yorğunluq hissi, - daimi zəiflik və emosional dəyişkənlik, günün işıqlı vaxtı uzanaraq istirahət etmək arzusu, - aşağı emosional tonus, pis ovqat fonunda vaxtaşırı depressiyalar, astenodepressiv sindrom, - bəzi qrup limfa düyünlərinin, 1-ci növbədə ön və arxa boyun, çənəaltı limfa düyünlərinin böyüməsi və həssaslığının artması,- splenomeqaliya,- diffuz mialgiya və artralgiya,- təkrar kəskin respirator xəstəliklər, anginalar, bronxitlər və.s.- boğazda ağrı və quruluq (qeyri-ekssudativ faringit),- fiziki cəhətdən tez yorulma və yorğunluğun uzun müddət keçməməsi,- yaddaş və intellektin zəifləməsi, diqqətin konsentrasiyasının çətinləşməsi.Xroniki yorğunluq sindromunun diaqnostikası zamanı fiziki müayinələr və anamnezin toplanması diqqətlə aparılmalıdır, əks təqdirdə yorğunluğun hər hansı digər səbəbi (məsələn; endokrin patologiyası, metobolizmin pozulması, nevroloji xəstəlik) nəzərdən qaçırıla bilər.Xroniki yorğunluq sindromunun müalicəsi adətən ailə həkimi , terapevt, allerqoloq, fibromialgiya və artritlər üzrə mütəxəssislər tərəfindən aparılır.Qanın ümumi analizi, böyrəküstü və qalxanabənzər vəzilərin funksiyasının yoxlanılması, döş qəfəsinin, sidiyin və nəcisin (qarın, mədə və bağırsaqlarda ağrı olarsa) analizlərinin olunması vacibdir.Adətən xroniki yorğunluq sindromu zamanı müayinələrin nəticəsi normaya müvafiq olur; xəstəliyin diaqnozunun qoyulması isə daha çox həkimin professionallığından asılı olur. Xəstəliyin təbiəti barədə bir sıra mülahizələr mövcuddur ki, bunların hər birinin əsasları vardır. Xroniki yorğunluq sindromunun zəhərlənmənin bir forması, depressiyaların bir növü, virus xəstəliyi, immun sistemin cavab reaksiyası hesab edənlər var. Qeyd etmək lazımdır ki, düzgün müalicə olunmadıqda xəstəlik inkişaf edərək insanın əmək qabiliyyətini itirməsinə səbəb ola bilər. Əksər hallarda xroniki yorğunluq sindromu illərlə sürərək xəstənin sinir-psixi vəziyyətini pisləşdirir. Xroniki yorğunluq sindromunun müalicəsində ozonoterapiya çox effektli nəticə verir. Vitaminoterapiya və başqa dərmanlarla birgə tətbiq olunarsa xroniki yorğunluğu aradan qaldırmaqla, iş qabiliyyətini bərpa etməklə bərabər, insanda olan digər yanaşı xəstəliklərə də, (hipertoniya, şəkərli diabet, qanazlığı, ürəyin işemik xəstəliyi, revmatizm və s.) müsbət təsir göstərir. Ozonoterapiya çox effektli, heç bir ziyanı olmayan əvəzolunmaz bir müalicədir. Onun faydalarında yararlanın. Bu növ yorğunluğun bir sıra psixoloji səbəblərinin də olması mümkündür. Buna yaşanılan stresli hadisələr, gərgin iş və s səbəb ola bilər. Bu baxımdan psixoloqa müraciət etməyiniz tövsiyə edilir.
Aritmiya – ürək ritminin, yəni ürək yığılmaları tezliyinin, gücünün və ardıcıllığının pozulmasıdır. Məsələ burasındadır ki, ürək, çox güclü əzələli nasosdur. Müəyyən ritmə uyğun yığılan zaman qanı damarlara qovur, nəticədə orqan və toxumalar qida maddələri və oksigenlə təchiz olunur. Aritmiya kifayət qədər cidi xəstəlikdir, çünki mütəxəssis nəzarəti olmayan bir sıra hallarda ölümlə nəticələnə bilir. Bununla yanaşı ritm pozulmaları heç də həmişə patoloji hesab olunmur. Ağır fiziki yüklənmə və stress kimi hallarda ürəkdöyünmənin yaranması orqanizmin normal reaksiyasıdır. Lakin əgər ritm pozulmaları tez-tez, hətta sakitlik zamanı da baş verirsə, onda mütləq kardioloqa müraciət etmək lazımdır. Belə pozulmaların səbəbləri müxtəlifdir. Bunlardan: - Yanaşı ürək-daman sistemi xəstəlikləri (ÜİX, miokardın iltihabı, ürək qüsurları, hipertoniya və s.) - Ürək-damar sisteminin funksional pozulmaları - Sinir sisteminin funksional pozulmaları - elektrolit balansının pozulması - alkoqol, nikotin, narkotiklər, dərman intoksikasiyası - endokrin sistemin xəstəlikləri Ürək ritminin pozulmasına səbəb olan bəzi başqa risk faktorları da var. Bunlara tez-tez soyuqlama, mütəmadi streslər, fiziki yüklənmə və s. aiddir. Hazırda aritmiyanın bir neçə forması ayırd edilir: - taxikardiya (ürək ritminin sürətlənməsi) - bradikardiya (ürək ritminin ləngiməsi) - ekstrasistoliya (ritmdənkənar yığılmaların yaranması) - qulaqcıqların səyirməsi (ürək əzələsinin ayrı-ayrı liflərinin yığılması) Taxikardiya – ürək ritminin hər hansı bir səbəbdən dəqiqədə 80-85 vurğudan çox artmasıdır. Bu zaman ritm düzgün olur, yəni ürək yığılmaları arasındakı intervalların müddəti eyni olur. Əlamətləri – ürəkdöyünmə, zəiflik, başgicəllənmə, hava çatışmazlığı hissi, bayılmadır. Taxikardiya bir sıra səbəblərdən yaranır: - fiziki və emosional yüklənmə, hərarətin yüksəlməsi, alkoqol qəbulu zamanı orqanizmin normal reksiyası - arterial təzyiqin düşməsi (məsələn, qanaxma zamanı) - anemiya - irinli infeksiyalar - bədxassəli şişlər - hipertireoz - bəzi dərmanların qəbulu - ürək əzələsinin və keçirici sistemin patologiyaları və s. Bradikardiya – ürək vurğularının sayı dəqiqədə 60-dan aşağı olmasıdır. Bradikardiyalı xəstələri zəiflik, başgicəllənmə, bayılma, soyuq tərbasma kimi əlamətlər narahat edir. Əsas iki səbəbi ayırd edilir: - sinus düyününün zəifliyi sindromu, yəni sinus düyününün impuls yaratma qabiliyyətinin zəifləməsi - impulsların ötürülməsinin zəifləməsi Bir çox hallarda bradikardiya ürəyin işemik xəstəliyi, hipertenziyalar, miokarditlər, endokrin xəstəliklər, qanda kaliumun səviyyəsinin artması, kəllədaxili təzyiqin artması fonunda yaranır. Qulaqcıqların səyirməsi səyirici aritmiyanın bir forması olub, qulaqcığın ayrı-ayrı liflərinin tığılması ilə xarakterizə olunur. Əgər qulaqcıqların səyirməsi zamanı çoxsaylı ocaqlar yaranırsa, ürək əzələsinin bütövlükdə yığılması pozulur. Nəticədə ürək boşluğunda qan laxtalanır və laxtalardan biri baş beynin arteriyasına düşürsə, beyin qan dövranının pozulması və iflic baş verir. Aritmiyanın bu növü çox vaxt hipertoniya, şəkərli diabet, ürək qüsurları və başqa xəstəliklərin fonunda yaranır. Ekstrasistoliya – növbədənkənar tək və ya cüt ürək yığılmalarının yaranması səbəbindən ürək ritminin pozulmasıdır. Aritmiyanın bu növündə fizioloji impuls mənbəyindən kənarda yeni impuls mənbəyi yaranır və ekstrasistolalar generasiya edir. Əgər 3-4 ekstrasistola bir-birinin ardınca gəlirsə bu, artıq paroksizmal taxikardiya kimi qiymətləndirilir. Aritmiyaların dərman bitkiləri ilə müalicəsi Ürəkdöyünmələr zamanı kasnı kökünün dəmləməsi: 2 çay qaşığı kasnı köklərinin üzərinə 250 ml qaynar su tökülür, ağzı qapaqla bağlanır və 2 saat müddətində dəmlənir. 1/3 stəkandan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 3-4 həftədir. Ürəkdöyünmədə üçrəng bənövşə dəmləməsi: 2 xörək qaşığı üçrəng bənövşə yarpaqları 500 ml qaynar suda 4 saat müddətində dəmlənir. Gündə 3-4 dəfə 1/2 stəkandan 3-4 həftə müddətində qəbul edilir. Yemişan ürəkdöyünmədə faydalıdır: 1 xörək qaşığı yemişan yarpaqlarının üzərinə 750 ml qaynar su tökülür, 30 dəqiqə dəmləndikdən sonra süzülür. Gündə 3 dəfə, hər dəfə 1 stəkandan yeməkdən sonra 2-3 həftə müddətində qəbul edilir. Ürəkdöyünmədə dərman bədrəncin dəmləməsi: 1 xörək qaşığı bədrənc (limonlu nanə) yarpaqları xırdalanır, üzərinə 250 ml qaynar su əlavə olunur, 30 dəqiqə müddətində dəmləndikdən sonra süzülür. İlıq şəkildə gündə 3 dəfə 1/2 stəkandan yeməkdən əvvəl qəbul edilir. Qulançar bişirməsi ürəkdöyünmə əleyhinə: Qulançarın xırdalanmış köklərindən 1 xörək qaşığı, otundan isə 1-2 çay qaşığı götürülür. Köklərin üzərinə qaynar su tökülür və ocağa qoyularaq 2 dəqiqə qaynadılır. Bişirməyə quqlançar otu əlavə olunur və 2 saat müddətində dəmlənir. Gündə 3 dəfə 2 xörək qaşığından yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. 4 həftə müddətində qəbul edilir. Ürəkdöyünmə əleyhinə limonlu ballı qarışıq: 0,5 kq limon sürtgəcdən keçirilir, 20 ədəd əriyn toxumları xırdalanır və bu inqridiyentlər balla qarışdırılır. Səhər və axşam yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir. Fitoterapevt Elnur Rəhimov
İştah (lat. appetitus – arzu, istək deməkdir) - bu hissiyyat bir fizioloji mexanizm olub qidaya olan tələbatla bağlıdır, orqanizmə qida maddələrinin daxil olmasını tənzimləyir. İştah, həzm mərkəzi, xüsusilə də hipotalamus və baş beyin qabığı ilə bağlıdır. İştahanın oyanması qanda mübadilənin aralıq məhsullarının artması, onların hüceyrələr tərəfindən mənimsənilmə səviyyəsi, toxumaların susuzlaşması, boşalmış mədənin yığılması, bədən temperaturunun azalması, bir çox xarici qıcıqlandırıcıların təsiri, şərti-reflektor fəaliyyətlə (yeməyin görünüşü, qoxusu, daimi qoyulduğu yer və s.) bağlıdır. İştahanın tormozlanması isə yemək aktı zamanı, mədə divarının qida məhsulları ilə dartılması, yeyilmiş məhsulların həzmi, həzm olnumuşların qana sorulması, hormonal fonun dəyişməsi vaxtı baş verir. İştahanın azalması anoreksiya, patoloji artması isə bulimiya adlanır. Çox zaman insanlar iştahanın az olmasından şikayət edirlər. İlk öncə müalicəyə başlamazdan əvvəl iştahanın azalma səbəbləri araşdırılmalıdır, bunun üçün həkimə müraciət edilməlidir. Əsasən iştahanın azalması müəyyən xəstəliklərlə bağlı ola bilir – həzm traktının pozğunluqları, onkoloji xəstəliklər, depressiya və stress halları, müxtəlif psixi pozğunluqlar, virus mənşəli infeksion xəstəliklər, alkoqol və siqaretdən sui-istifadə, antibiotik və təzyiq əleyhinə qəbul edilən dərman preparatları və s. Reseptlər Uzun illər bal iştahaartırıcı vasitə kimi tətbiq edilmişdir. Uşağın iştahasını bərpa etmək üçün ona hər gün 1 çay qaşığı bal vermək kifayətdir. Zamanla veridiyiniz balı artıra bilərsiniz.1 ədəd limon əvvəlcə suda saxlanıb isladılır, bundan sonra blenderdən keçirilib üzərinə bir qədər şəkər tozu əlavə edilir. Gündə 1 dəfə yeməkdən əvvəl 1/2 xörək qaşığı daxilə qəbul edilir.2 xörək qaşığı melissanın üzərinə 2 stəkan qaynar su əlavə edilib 4 saat müddətinə dəmə qoyulur, alınmış dəmləmə süzülüb gündə 4 dəfə yeməkdən əvvəl 1/2 stəkan daxilə qəbul edilir.Bir neçə xörək qaşığı göyçiçək çiçəkləri 2 xörək qaşığı qaynar su ilə qarışdırılıb dəmlənilir, bundan sonra alınmış dəmləmə 3 yerə bölünərək gün ərzində yeməkdən əvvəl içilir.1 xörək qaşığı günəbaxan çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilib gündə 3 dəfə 1/2 xörək qaşığı içilir.Çəmən yoncasının hamaşçiçəkləri 500 ml araqla birgə 5-6 dəqiqə müddətinə zəif odun üzərində bişirilir. Bundan sonra soyudulub süzülür, alınmış məhluldan gündə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.0,5 kq qoz, 300 qr bal, 4 ədəd limonun şirəsi və 100 ml aloye şirəsi qarışdırılıb yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1 çay qaşığı daxilə qəbul edilir.Jenşenin kökü və kökümsovundan hazırlanmış cövhərdən 25 damcı 1/3 stəkan suya əlavə edilib gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir.Xırdalanmış bağayarpağı yarpağının üzərinə 1 stəkan qaynar su əlavə edilib 20 dəqiqə müddətinə dəmlənilir. Alınmış dəmləmə gündə 3-4 dəfə yeməkdən əvvəl içilir.2 xörək qaşığı yatıqqanqal bitkisinin üzərinə 2 stəkan qaynar su əlavə edilib 35 dəqiqə müddətinə dəmə qoyulur, süzüldükdən sonra gündə 4 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.10 qr acı yovşan bitkisinin üzərinə 200 qr qaynar su əlavə edilib dəmlənilir. Alınmış dəmləmə gündə 3 dəfə yeməkdən əvvəl 15-20 damcı daxilə qəbul edilir.1 xörək qaşığı zəncirotu kökü, hərəsindən 2 xörək qaşığı olmaqla acı yovşan otu və boymadərən bitkiləri qarışdırılır, qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə tam dolu olmayan 1 stəkan qaynar su əlavə edilir. 20 dəqiqə dəmlədikdən sonra süzülüb hər gün 4 saatdan bir yeməkdən əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.Kəcəvərdən əldə edilmiş cövhər gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/4 stəkan daxilə qəbul edilir.Hər gün 4 ədəd kök və 1 dəstə vəzəri şirəçəkəndən keçirilib alınan miqdar qədər su ilə durulaşdırılır. Bu qarışım yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.Gün ərzində ədviyyatlı çay içməyə çalışın, xüsusilə də zəncəfilli və itburnulu çayı iştahanı artırır.Aktiv həyat tərzi keçirməyə çalışın. Pis vərdişləri özünüzdən uzaqlaşdırın.Gün ərzində çalışın ki, çoxlu maye, adi su qəbul edəsiniz.Turş dadlı meyvə və giləmeyvələrə üstünlük verməyə çalışın. Sevdiyiniz hər hansı bir yeməyi az porsiyalarda tez-tez yeyin.Yediyiniz yeməyin xarici görünüşünə önəm verib onu hər dəfə müxtəlif formalarda bəzəyin. P. S.: Burada qeyd edilən bitki dəmləmələrini qəbul etmək olar. Lakin qəbul zamanı əks göstərişlər (mədədə turşu ifrazının yüksək olması, kəskin qastrit, mədə və bağırsaq xoraları və s.) də nəzərə alınmalıdır. Tam ziyansız hər kəsin rahat şəkildə istifadə etdiyi məhsul propolisdir (vərəmum). (propolis.az)
Hər insan üçün öz sənəti çətin gəlir. Çünki hər bir işin öz qayğıları, çətinlikləri olur. Ancaq təbii ki, peşələr, ağır iş rejiminə görə fərqlənirlər. Psixoloq.az xəbər verir ki, "Forbes" jurnalı ən stresli işlərin siyahısını hazırlayıb. Bəs bunlar hansılardır? Onlardan ilk yeri isə yanğınsöndürənlər tutur. Foto müxbir Qaynar xəttə mərkəzində işləyənlər. Xəbər aparıcısı Aktyor Polis Pilot Zabit Əsgər Yanğınsöndürən Qəzet muxbiri.