Qanda şəkərin miqdarında yaranan disbalans orqanik problemlərə və psixoloji narahatlıqlara səbəb olur. Bir çox hallarda isə bu vəziyyətin əksi ilə qarşılaşırıq. Müəyyən qrup orqanik və psixoloji narahatlıqlar qanda şəkərin miqdarının dəyişməsinə səbəb olur. Tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, bir çox fiziki problemlərin yaranmasına səbəb nevrotik pozuntulardır. Psixiatrik və psixoloji problemlər zamanı yorğunluq, halsızlıq, baş ağrıları, əzələ ağrıları, mədə-bağırsaq problemləri, yuxu və qidalanma problemləri kimi orqanik şikayətlər müşahidə olunur. Psixiatrik simptomlar bilavasitə xəstəliklə əlaqədar bioloji dəyişikliklərə səbəb olur. Serebrovaskulyar (beyin-damar) xəstəliklər, Parkinson, Multiple Skleroz kimi bəzi xəstəliklər depressiya və təşviş əlamətlərinə səbəb olan fizioloji dəyişiklərə gətirib çıxarır. Və ya xroniki xəstəliyin psixoloji stress faktoru olaraq təsir etdiyi psixoloji simptomlara səbəb olduğu düşünülür. Fiziki xəstəliyin ağırlığı, həyati təhlükəsi və funksionallığı psixoloji simptomların yaranmasına təsir göstərir. Şəkərli diabet zamanı xəstəliyin yaranması və ya ağırlıq dərəcəsinin artması, genetik və fiziki faktorlardan başqa psixoloji narahatlıqlardan və həyati proseslərdən də asılıdır. Şəkərli diabetdə xəstəliyə adaptasiya və emosional reaksiyalar Yetkin yaşlı şəkərli diabetli insanların 20%-də psixiatrik narahatlıqların rast gəlindiyinə dair tədqiqatlar vardır. Həmin tədqiqatlara əsasən bu psixiatrik pozuntular bir çox hallarda müəyənləşdirilmir. Şəkərli diabeti olan insanlarda daha çox adaptasiya problemlərinə və emosional reaksiyalara rast gəlinir. Xəstəlik yarandıqdan sonra ortaya çıxan bu problemlər xəstəliyin ağırlıq dərəcəsinə, xəstənin şəxsiyyət tipinə əsasən dəyişir və müvafiq təşviş problemləri ilə birlikdə müşahidə olunur. Bu insanlarda tez-tez müşahidə olunan reaksiyalar: Özgüvənini və azadlığını itirmə qorxusu Özünənəzarəti itirmə qorxusu Orqanlarının zədələnəcəyindən qorxma Ətrafının maraq və dəstəyini itirmə qorxusu Cinsi istəksizliyin yaranma qorxusu Keçmişdə etdiklərinə və ya edə bilmədiklərinə bağlı cəzalanma qorxusu Xroniki xəstəliklə qarşılaşdığı üçün özgüvən probleminin yaranması Xəstəliyə qarşı yas reaksiyası, üsyan etmə, inkar, təşviş, depressiya və aqressiya. Diabet zamanı psixiatrik sindromlar və psixososial problemlər Diabetli pasiyentdə davranış, duyğu, düşüncə və insanlararası münasibətlərdə ortaya çıxan reaksiyalar pasiyent, ailə və müalicə komandası üçün müalicə müddətində çətinliklərə səbəb ola bilər. Psixoloji problemlər diabetin klinik tablosuna, yayılmasına və müalicənin gedişatına təsir göstərir. Depressiya Depressiyanın fiziki xəstəliyin nəticəsində ortaya çıxdığı və xüsusilə də yaşlı insanlarda depressiya riskinin daha çox olduğu müəyyənləşdirilmişdir. Araşdırmalara əsasən depressiyanın hipertoniya, ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər və diabet kimi xəstəliklər üçün başlanğıc faktor olduğu təsbit olunmuşdur. Diabet zamanı paralel şəkildə müşahidə olunan depressiyada motivasiyanın azalmasına bağlı olaraq pasiyentdə çəki artımının yaranmasının qarşısını almaq üçün istifadə olunan pəhriz və arıqlama texnikaları heç bir nəticə vermir. Depressiyaya bağlı neyrohormonal və ya neyrotransmitter səviyyəsindəki dəyişikliklər diabetin ağırlaşmasına səbəb olur. Diabetli qadınlarda kişilərə nisbətdə depressiyanın yaranma faizi 2 dəfə çoxdur. Əlamətləri: Heç bir şeydən zövq almama, maraqsızlıq və istəksizlik Dəyərsizlik duyğusu, günahkarlıq hissi və cəzalandırılma düşüncəsi Uğursuzluq və çarəsizlik düşüncələri Təkrarlanan ölüm düşüncələri Qərarsızlıq Tez-tez ağlama Təşviş pozuntuları Təşviş, qorxu, narahatlıqla yanaşı fizioloji, koqnitiv və bihevioral əlamətləri özündə birləşdirən psixoloji pozuntudur. Eqonun təhlükədə olduğu hissi ilə ifadə olunan gərginlikdir. Diabetli xəstələrin 40%-də təşviş pozuntularına rast gəlinir. Depressiyada olduğu kimi təşviş pozuntuları da qadınlarda kişilərə nisbətdə daha çox müşahidə olunur. Xəstənin sosial həyatına təsir göstərməklə yanaşı xəstəliyin ağırlıq dərəsinin artmasına və müalicənin mənfi istiqamətdə inkişafına təsir göstərir. Əlamətləri: Hədsiz dərəcədə narahatlıq və təşviş Tez yorulma Diqqətini toplama çətinliyi Əzələ gərginliyi Yuxu pozuntusu Diabetli xəstə və ailəsi Xroniki xəstəlik diaqnozunun qoyulması pasiyentdə olduğu kimi ailəsində də müxtəlif narahatlıqların ortaya çıxmasına səbəb olur. Bu mərhələdə pasiyentlə ailəsi arasında müəyyən problemlər yarana bilər, ailədaxili konfliktlər müşahidə olunar. Ailənin hədsiz dərəcə himayədar olması və ya hədsiz təzyiq göstərməsi xəstəliyin gedişatına və terapiya dövrünə mənfi təsir göstərə bilər. Buna görə də ailə üzvləri xəstəliklə bağlı məlumatlandırılmalı və müalicə müddətində bütün ailə üzvləri iştirak etməlidir. Xəstəliyin terapiyasına bu səbəbdən də tibbi yardımla yanaşı psixoloji yardım da mütləqdir. Psixoloji məsləhət prosesi xəstəliyin gedişatına və terapiya prosesinə müsbət təsir göstərər. Dərman terapiyası və psixoterapiya Diabetli xəstələrdə müşahidə olunan psixoloji problemlər səbəbindən psixoterapevtik yardımın alınması mütləqdir. Bu zaman psixoterapevtik müdaxilələrdən, xüsusilə də, koqnitiv-bihevioral terapiyadan istifadə olunur. Psixoloji narahatlığın ağırlıq dərəcəsindən asılı olaraq psixoterapiya ilə yanaşı dərman terapiyası da tətbiq olunur. Həmçinin terapiya müddətində psixoloq, endokrinoloq komanda şəklində birlikdə fəaliyyət göstərməli, intensiv şəkildə xəstəliklə bağlı konsilium aparmalıdır.(pcc.az) Nərmin Quliyeva
Qəhvə həm sağlamlıq cəhətdən, həm də psixoloji cəhətdən insanı rahatladan içki növüdür. Psixoloq.az xəbər verir ki, bu, aparılan yeni araşdırmalardan sonra məlum olub. Belə ki, hər səhər bir qəhvə içmək, daha gümrah olmağa və pozitiv düşünməyə meylli edir. Buna səbəb isə insanın səhərin ilk saatlarında içdiyi içkidən zövq almasıdır. Psixoloqlar, günə enerjili başlamağın səbəblərindən birinin qəhvə ola biləcəyi fikrini təsdiq ediblər. Bununla yanaşı ABŞ-ın Milli Onkologiya İnstitutu və Səhiyyə İnstitutunun alimləri 10 mindən çox insan üzərində 10 il tədqiqat aparıblar. Nəticələr isə bir çox insanı təəccübünə səbəb olub. Tədqiqata görə, içilən qəhvə xərçəng, yaddaş problemi və ürək xəstəlikləri kimi yaşlanma ilə bağlı ortaya çıxan xəstəliklər və erkən ölüm riskini azaldır. Gündə 1 fincan qəhvə içmək erkən ölüm riskini 8% azaldır. Gün ərzində 2-5 fincan qəhvə bu riski 12%, 6 fincan isə 16% azaldır.
Yuxudan ayılmaqda çətinlik çəkənlər bəzən müxtəlif vasitələrə əl atsalar da, çox vaxt çarəsi olmur. Psixoloq.az publika.az-a istinadən daha bir çıxış yolu təqdim edir. Bu içkilərdən hansınısa qəbul etsəniz, özünüzü bütün gün gümrah və enerjili hiss edəcəksiniz. Limonlu su Günə qəhvə və ya çayla yox, bir stəkan limonlu isti su ilə başlamağınız çox faydalıdır. Bu sadə kokteyl qanı təmizləyir, yüksək qan təzyiqi ilə mübarizə aparır, metabolizmin sürətini artırır (çəki itirmək üçün), mövsümi baş ağrılarından qoruyur, amma ən əsası - bütün gün üçün güc və əla əhval-ruhiyyə verir. Yaşıl meyvə-tərəvəz Təzə xiyar, ispanaq, brokkoli, kivi, kərəviz və s. - zövqünüzə uyğun hər şeyi mix edə bilərsiniz. Yaşıl çay Müstəqil içki kimi qəhvədən daha yaxşıdır. Çayın dadını limon, zəncəfil, nanə kimi əlavə qatqılarla fərqləndirə bilərsiniz. Nar suyu Nar suyunun sağlamlığa faydaları çoxdur. Hətta uşaqlar və hamilə qadınlar üçün də olduqca faydalı içkidir. Nar suyu ürək-damar sistemini gücləndirir. Zəncəfilli çay Zəncəfil faydalı elementləri özündə biləşdirir. Zehni işlə məşğul olan insanlar üçün zəncəfil çayı xüsusilə vacibdir, çünki diqqətin konsentrasiyasını yaxşılaşdırır. Həmçinin mövsümi xəstəliklərin də qarşısını almaqda yardımçıdır. Həyat verən eliksir üçün hər kəsə faydalı olacaq resept: bir çay qaşığı bal və limonlu qaynar suya nanə yarpağı və zəncəfil kökü əlavə edib qarışdırın və için.
Alında dərin qırışların erkən yaranması ürək-damar xəstəliklərinin əlaməti ola bilər. Bununla yanaşı ölüm riskinin yüksəldir. Psixoloq.az xəbər verir ki, bu barədə Fransanın Tuluza Universitetinin alimləri müəyyən ediblər. Araşdırmalar zamanı yaşları 32-62 olan 3,2 min sağlam insan iştirak edib. Könüllülər alındakı qırışların sayına uyğun olaraq bölünüblər. Qırışı olmayan şəxslər sıfır bal, çoxlu qırışı olanlar isə üç bal qazanıblar. Araşdırmalar müddətində 233 insan müxtəlif səbəblərdən vəfat ediblər. Onlardan 15,2 faizinin iki və daha çox qırışı, 6,6 faizinin bir qırışı olub.
Tozun tərkibində mikroskopik canlılar, yəni toz gənələri yaşayır. Bu gənələr allergiya və hətta astmaya səbəb ola bilər. Psixoloq.az xəbər verir ki, yeni araşdırma tozun hamilə qadınlar üçün ciddi ziyanını aşkar edib. Araşdırmalar zamanı aşkar olunub ki, tozlu yerlərdə yaşamaq hamilə qadına və dölün inkişafına çox mənfi təsir edə bilər. Belə ki, toz uşağın beyinin və qalxanvari vəzinin inkişafına mənfi göstərir.
Bütün dünyada 50 yaşdan sonra milyonlarla kişilər prostat vəzinin xoşxassəli hiperplaziyasından əziyyət çəkir. Bu pozulma zamanı prostat vəzi böyüyür, sidik kanalını sıxmağa başlayır ki, kişi sidik ifrazı zamanı əziyyət çəkir, ağrılar olur, gecə saatlarında tez-tez tualetə getməli olur, sidik kisəsi tam boşalmır və s. Adətən bu problem cərrahi yolu ilə həll olunur. Əməliyyat zamanı prostat vəzinin böyümüş toxumaları kəsilir və nəticədə sidik kanalın sıxılması problemi həll olunur. Təbii ki, istənilən cərrahi əməliyyat kimi bu əməliyyatın da müəyyən ağırlaşmalırı, riskləri və əks-göstərişləri mövcuddur. Psixoloq.az xarici KİV-lərə istinadla xəbər verir ki, Böyük Britaniya alimləri prostat vəzini kişiltmək üçün yeni cərrahiyyəsiz üsul təqdim ediblər. Bu üsulun köməyi ilə prostat vəzini 5 dəqiqə ərzində kiçiltmək mümkündür. Yeni üsulun əsasında buxarın təsiri durur. Kişinin sidik kanalına nazik elastik borucuq yeridilir və borucuq vasitəsilə buxar verilir. Buxarın təsirinindən prostatın böyümüş toxumaları ölür və prostat vəzi normal ölçü alır. Alimlər sübut edir ki, bu üsulun riskləri minimaldır və onu yaxın zamanlarda kütləvi şəkildə tətbiq etmək mümkün olacaq.(Saglamolun.az)
Hər bir xanım ev təmizliyində süngərlərdən istifadə edir. Bəs süngərlərin mikrob yuvası olduğundan xəbəriniz varmı? Psixoloq.az xəbər verir ki, mütəxəssislərin son araşdırmalarına görə, qab yumaq üçün nəzərdə tutulmuş süngərlərin tərkibində sonsuz sayda mikrob var. Bu mikroblar meningit və pnevmaniya xəstəliyini törədən bakteriyaların yaramasına səbəb olur. Süngərin tərkibinə hopan mikroblardan biri moraxella osloensis adlanır. Bu mikrob zəif immunitetli insanları müxtəlif infeksiyalara yoluxdurur. Həmçinin moraxella süngərdən gələn xoşagəlməz qoxunun əsas səbəbkarıdır. Tədqiqatçılar 14 mətbəx süngərindən alınmış mikrobların DNT-sini təsbit edərək, çox vacib faktları aşkara çıxarıblar. Bu səbəbdən mütəxəssislər süngərləri tez-tez dəyişdirməyi tövsiyə edirlər.
Rutgers Universitetindən (Rutgers Universiteti) olan tədqiqatçılar pomidor suyunun tərkibində olan karotenoid piqmentinin süd vəzi xərçənginin yaranmasının qarşısını aldığını bildiriblər. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, tədqiqatçılar 55 yaşdan yuxarı olan 70 qadın üzərində araşdırma aparıblar. Qadınların adiponektin hormon səviyyəsi ölçülüb. Seçilən qadınlarda önəm verilən xüsusiyyətlərdən biri normadan artıq çəkisi, digəri isə irsi olaraq süd vəzi xərçənginə yoluxma riskinin yüksək olması idi. Amerikalı alimlər iddia edir ki, pomidor suyu içmək xərçəng yaradan hüceyrələrin inkişafını dayandırır. Pomidorun tərkibində pomidora qırmızı rəng verən likopen maddəsi bişiriləndə orqanizm tərəfindən daha asan qəbul olunur. Antioksidant xüsusiyyəti olan bu maddə süd vəzi xərçəngi ilə yanaşı, prostat xərçəngi ilə də mübarizədə effektlidir. Bundan başqa, likopenlər bağırsaq florasındakı sağlam bakteriyaların artımına da səbəb olur. Alimlər qadınlara 10 həftə ərzində bir stəkan pomidor suyu içməyi (ketcup, tomat sousu da olar) məsləhət görüb. 10 həftədən sonra analiz nəticələri hər kəsi təəccübləndirib. Belə ki, tədqiqatın sonunda test nəticələri adiponektinin səviyyəsinin 9% artdığını göstərib. Beləliklə, alimlər aşkar ediblər ki, bu piqment hormon səviyyəsini artırır. Tədqiqatçılardan Adana Llanos deyib ki, tərəvəzlər içərisində pomidorların istifadəsi ümumi mənada orqanizmin fəaliyyətinə müsbət təsir edir: "Bu tədqiqatı qarpız, ərik, çəhrayı qreyfrutla da edə bilərdik. Onların da tərkibində pomidor tərkibində olan piqment var. Yalnız likopen maddəsinin əsas mənbəyi pomidordur". Xatırladaq ki, amerikalı tədqiqatçıların optimist ifadələrinə baxmayaraq, ingilis ekspertlər bu araşdırmanın nəticələrinə şübhə ilə yanaşdıqlarını deyiblər.
Qadınların 5 və ya daha çox uşaq sahibi olması onlarda Alsheymer riskini 70 faiz artırır. Alimlər bu qənaətə Koreya Respublikasında və Yunanıstanda 60 yaşından yuxarı 3500-dən çox qadın üzərində apardıqları araşdırmadan sonra gəliblər. Tədqiqatda demensiya xəstəsi olmayan 5 və daha çox övlad dünyaya gətirən qadınların koqnitiv testlərdə 5-dən az uşaq dünyaya gətirənlərə nisbətən daha müvəffəqiyyətsiz olduqları müşahidə edilib. Bundan əlavə, orta yaş həddi 71 olan qadınlar arasında bir və ya iki dəfə yarımçıq hamiləlik yaşayanlarda belə Alsheymer riskinin ümumiyyətlə hamilə olmayanlara nisbətən daha aşağı olduğu müəyyənləşib. Tədqiqatçılar Alsheymer riskinin artmasına səbəb kimi qadın orqanizminin sürətlə yüksəlib anidən düşən estrogen və stress hormonlarının təsirinə məruz qalmasını göstərirlər. Belə ki, bu vəziyyət beyinə mənfi təsir edir. Bununla yanaşı, yarımçıq hamiləliklərlə bağlı nəticələr də tədqiqatçılarda təəccüb doğurub. 2016-cı il Dünya Alsheymer Hesabatına görə, dünyada 47 milyon Demans xəstəsi var (AZƏRTAC).
İş stressi demək olar ki, çalışan hər kəsi narahat edən problemdir. Müvəffəqiyyət qazanma hissi və iş şəraiti stressin artmasında önəmli rol oynayan faktorlardandır. Lakin sağlıqlı qidalanma ilə iş stressini azaltmaq mümkündür. Psixoloq.az ailem.az-a istinadən iş stressini azaldacaq qidaların siyahısını verir. - Balıq stressi azaldan qidalardan birincisidir. - Avokado hormon səviyyəsini tənzimləyir. - Portağal, qreypfrut kimi sitrus meyvələri stress səviyyəsini aşağı salır. - Çobanyastığı və anason çayları antidepressiya təsiri göstərir. - Tünd şokolad tərkibindəki "feniletilamin" maddəsi sayəsində xoşbəxtlik hissi verir. - Yulaflı və yağ səviyyəsi aşağı qidalar əsəbləri sakit saxlayır. - Qoz, ərik, üzüm qurusu, badam və fındıq kimi çərəzlər sinir sistemini rahatladır.(ailem.az)
Bir çox insan ayaqlarından gələn pis iyə görə narahat olur. Xüsusən də yay aylarında ayağın tərləməsi, keyfiyyətsiz ayaqqabı və corablar səbəbindən ayaqdan gələn pis qoxu daha da artır. Psixoloq.az Ölkə.Az-a istinadən bu problemin həlli yollarını oxucuları ilə bölüşür. Soda Ən yaxşı üsullardan biridir. Bir vanna ilıq suya 2 çay qaşığı soda əlavə edin. Ayaqlarınızı 20 dəqiqə bu suda saxlayın. Bir həftə davam edin. Qoxu azalacaq və zamanla yoxa çıxacaq. Lavanda yağı Gözəl iyi olan bu yağdan 1 xörək qaşığı 1 litr suya əlavə edin. Bir həftə ərzində hər gün ayağınızı bu suya qoyub gözləyin. Gündə iki dəfə etsəniz, daha effektiv nəticə əldə edə bilərsiniz. Qara çay Qara çay ayaq tərləməsinin qarşısını alır, qoxunu azaldır. Qara çayı dəmlədikdən sonra su ilə dolu vannaya boşaldın. 20 dəqiqə ayaqlarınızı bu suda saxlayın. 10 gün təkrarlayın. Sirkə Sirkə ayaqdakı tər hüceyrələrinin işini yavaşladır və qoxunun qarşısını alır. 2 stəkan sirkəni bir litr suya əlavə edin. Ayaqlarınızı 10-15 dəqiqə bu suda saxlayın. Sonra isə ayaqlarını sabunla yuyun. Şalfey Hər dərdin dərmanıdır və ayaq qoxusunun da qarşısını alır. Vannadakı suya bir neçə yarpağını əlavə edin. 10 gün təkrarlayın. Bu üsullardan əlavə müxtəlif üsullardan da istifadə edin. Məsələn, hər gün eyni ayaqqabınıgeyinməyin. Ayaqqabı havalanmalıdır və hər gün eyni ayaqqabı geyinmək qoxunu qaçınılmaz edir. Corabınızın içinə bir az pudra tökün və ayaqlarınızın çox tərləməsinin qarşısını alın. İki gün eyni corabı geyinməyin. Hər gün dəyişdirin. Pambıq corablara üstünlük verin. Ayaqqabını geyinməyəndə içinə bir neçə ədəd mixək atın.(ölkə.az)
Hər bir qadın qidaların pozulmaması üçün onu soyuducuda saxlamağa üstünlük verir. Hər bir insanın psixologiyasında belə bir anlayış mövcuddur ki, soyuducuda saxlanılan qida pozulmaz. Mütəxəssislər isə bunun tam əksini deyir. Onların sözlərinə görə, belə məhsullar bir müddət sonra soyuducudan qoxu gəlməsinə səbəb olacaq. Psixoloq.az xəbər verir ki, bunun səbəbi isə həmin qidaların düzgün saxlanılmaması ola bilər. Bəs əksinə soyuducuda saxlanılaraq xarab olan qidaların da olmasından xəbərdarsınız? Onların bir neçəsini təqdim edirik: Sarımsaq - Bəziləri soyuducuda saxlamağa üstünlük verir. Qeyd edək ki, bu zaman aroması itir. Həmçinin özünəməxsus qoxusu yayılaraq itir. Quru və qaranlıq yerdə saxlanılmalıdır. Pomidor - Soyuducuda qalarsa qısa zaman ərzində yumşalacaq. Qarpız - Əgər tərkibindəki antioksidanların itməsini istəmirsinizsə kəsilməmiş qarpızları soyuducuya qoymayın. Almalar - Soyuducuda qalan zaman təzəliyini itirir. Şəhanə Quliyeva