"İkinci uşaqdan sonra depressiyaya düşdüm, yaxınlarım elə bilirdi ki, dəli olmuşam, amma heç kəs həkimə aparmadı. Saatlarla ağlayırdım, uşağa yaxınlaşmağa qorxurdum.... Üç aydan sonra güclə özümə gəldim, amma həkimin köməyi ilə daha tez özümə gələrdim. Ancaq bizdə bu qəbul olunmur, necə deyərlər, özünə dəli adı qoydurma", - Azərbaycanda sosial şəbəkədə bir qadın paylaşır. Şərhlər müxtəlifdir. "Bəs, nə düşünürsünüz, ana olmaq asandır?", - qadınlardan biri yazır, anlamaq olmur, gənc anaya dəstək verir, yoxsa irad tutur. "Analarımız-nənələrimiz depressiya nədir, heç bilmirdi. Mən də səhər halsız oyanıram, gecə halsız yatıram, amma özümdə hər hansı güc tapıram. Depressiya bekarçılıqdan olur", - başqa bir ana yazır. "Özünü ələ almalısan, özünə yazığın gəlməsin. Uşağa səndən başqa kim kömək edə bilər, kimə gərəkdir? Hə, çətindir, amma qadın güclü məxluqdur", - sosial şəbəkə istifadəçisi məsləhət verir. Ümümdünya Səhiyyə Təkilatının məlumatlarına görə yeni doğmuş anaların 20 faizi, yəni hər beş anadan biri doğuşdan sonra depressiyaya düşür. "O gündən dəhşətli günlərim başladı" Nigarın həyatından narazı olmağa heç bir səbəbi yoxdur - sevən və sevilən həyat yoldaşı, mülayim xasiyyətli qaynana, ali təhsil, iri şirkətdə yüksək vəzifə... "Ömrüm boyu "əlaçı" olmuşam, hər şeyi bacardığım qədər yaxşı etməyə çalışmışam. Tərifi də çox sevirəm. Hamı məni pozitiv şəxs kimi tanıyır", o deyir. Ancaq uşağı dünyaya gətirəndən sonra həyatı dəyişib: "Hamiləliyim yaxşı keçmişdi. Ancaq məncə uşağım olduğunu tam şəkildə anlamırdım. Qızlar var, böyük ailədə böyüyürlər, ətraflarında kiçik uşaqlar olur. Məndə isə elə deyildi. Necə olacaq, bilmirdim. Lakin başa düşürdüm: həyatım tamamilə dəyişəcək, özümə aid olmayacam. Ən çox valideynlər nəvə görmək istəyirdi. Məncə, bu, Azərbaycanda çox yayılmış haldır: gənc ailə, valideyn olmaq nə deməkdir - bunu tam şəkildə dərk etməyib, öz valideynlərinin təzyiqi altında dünyaya uşaq gətirmək qərarına gəlirlər". "Hər şey çox yaxşı keçdi, - Nigar hekayəsinə davam edir, - bahalı tibb mərkəzi, əla şərait. Amma yeni dünyaya gələn uşaq ilk günlərdən xasiyyətini göstərməyə başladı: ağlayırdı, yeməkdən imtina edirdi. Xasiyyətim ucbatından düşünürdüm: mən ideal ana olmalıyam, ideal ana isə öz uşağını özü əmizdirir, qayğısına özü qalır. Əsəbdən yuxumu itirmişdim, üç gün, demək olar ki, heç yatmadım. Hiss edirdim ki, ağlımı itirirəm, fikirlərim dolaşır, yaddaşım itir. Çağırdığım təcili tibbi yardım həkimi vəziyyətimlə bağlı bunu dedi: "Doğuşdan sonrakı psixoz". O gündən dəhşətli günlərim başladı, heç nəyə reaksiya vermirdim, bir nöqtəyə zillənib otururdum. Uşağa yaxınlaşmağa qorxurdum, elə bilirdim ki, mən ona zərər vermişəm, mənə görə ölə bilər. Başqalarına isə nifrət hissi yarandı. "Anlamırdım, nə baş verir" Yaxınlarım məni heç tanıya bilmirdi. Həmişə gülərüz, zarafatcıl olan mən iki sözü bir-birinə düzüb-qoşmağı bacarmayan birinə dönmüşdüm. Anlaya bilmirdim: axı sevinməliyəm, xoşbəxt olmalıyam, bəs nə baş verir? Öz-özümə danışırdım, dörd-beş gündən sonra səsli qarabasmaları başladı. Mənə elə gəlirdi ki, artıq ölmüşəm, hamı başımın üzərinə yığışıb məni söyür: "Biz elə bilirdik ki, sən yaxşı insansan, bax gör, uşağının başına nə oyunlar açmısan!" Bu zülüm təxminən bir həftəyə yaxın davam etdi. Nəhayət ki, məni güclə yatırtdılar və həkim nəzarəti altında yavaş-yavaş normal həyata qayıtmağa başladım. Bəxtim gətirmişdi ki, yanımda mənə dəstək olan yaxınlarım, həkim var idi. İndi də hərdən, üç-dörd aydan bir panika hücumlarını keçirirəm, amma onların öhdəsindən özüm gəlməyə çalışıram. İndi başa düşürəm ki, tək deyiləm və bir çox qadın belə problemlərlə üzləşir. Bəlkə də bəzi intihar etmiş qadınları buna depressiya sürükləyib. "Axı bu, xoşbəxtlik dövrü hesab edilir!" Bakıda məktəbəqədər hazırlıq kurslarının birində müəllimlik edən Nazilənin dediklərinə görə, heç bir qadın hamiləlik zamanı depressiya haqqında düşünmür: "Axı bu, xoşbəxtlik dövrü hesab edilir!" Onun depressiyasına səbəb doğuş zamanı keçirtdiyi həyəcan olub. "Uşağım pnevmotoraks olmuşdu, buna görə məcburi qeysəriyyə əməliyyatı keçirtdim. Üç gün ərzində doğum evində uşağın üzünü görmədən qaldım. Evə də onsuz qayıtdıq - körpə reanimasiyada idi. Bir həftədən sonra oğlum evə qayıdanda, sevincimin həddi-hüdudu yox idi, axı, uşağım sağ qaldı. Ancaq eyni zamanda böyük təşviş içində idim, hər kəs mənə məsləhət verirdi, uşaqla, özümlə, ailə həyatımla bağlı... Məsləhətlər o qədər idi və əmr xarakteri daşıyırdı ki, hərdən özümə inamım ölürdü, düşünürdüm ki, oturmuşdum da özüm üçün rahat, bu başağrısı mənə lazım idi?" Bu fikirlərə görə günah hissi keçirirdim, qorxurdum, uşağıma nəsə olar, yoldaşım bezib məni tərk edər. "Ağzından vururlar, sus" Dərdini heç kimə söyləyə bilmirsən: "Dərhal ağzımdan vururdular ki, artıq-əskik danışma, nə olub ki? Hər şey qaydasındadır. Sənin problemlərin məndə olsaydı..." Yaxınların bu yükü sənin çiyinindən götürmür, hər şey öz öhdəndədir: Sən ideal ana olmalı, evini səliqəli saxlamalı, uşağının üst-başına da baxmalısan, axı anan, nənən, qaynanan - onlar da ana olublar, uşaq böyüdüblər, ev-eşiklərinə özləri baxıblar. Hələ bir "sən isə bacarmırsan!" damğası... Qadının həyatındakı ən gözəl məqam - ana olmaq - bu gözləntilərin doğrulmaması ilə üst-üstə düşüb bütün o sevinci zəhərləyir. Yaşlı nəsildən bir istəyim var. Lütfən, gənc ailənin daxili işlərinə qarışmayın! Bəli, onların köməyə böyük ehtiyacları var, bu köməyi əsirgəməyin, amma şəxsi münasibətlərə qarışmayın. Düşünürdüm ki, vəziyyətim öz-özünə düzələcək. Axı, mən hamiləlik zamanı kifayət qədər hazırlıqlı idim, çoxlu məqalə oxumuşdum. Lakin real həyat bu yazılanlarla üst-üstə düşməyə bilər. Cəmiyyətdə hamilə qadına hörmətlə yanaşılır, amma qadının həyatına yox, üstəlik, qarışmağı, məsləhər verməyi də borc bilir: "İşə çıxırsan? Nə? Otur evdə, uşağa bax!" Depressiya zəif iradədirmi? Həkim-nevroloq, tibb elmləri namizədi Kərimə Kərimovanın sözlərinə görə, nəinki doğuşdan sonrakı, hətta adi depressiya haqqında geniş yayılmış anlayış depressiyaya uğramış şəxs üçün təhlükəli ola bilər: "İnsanlar bəzən düşünür ki, depressiya zəif iradə deməkdir. Əslində isə bu, bütün endokrin sistemin tənzimləyicisi - beynin hormonal sisteminin pozuntusudur. Və bu pozuntunun həmçinin orqanizmə təsiri var, özünü o qədər tez aşkar etməsə də, mənfi təsiri azalmır. Pixoloq izah edir: depressiya nədir? Psixoloq Ellada Qorina şərh edir: "Doğuşdan sonrakı depressiya adi depressiyanın bir növüdür. Depressiya kifayət qədər ciddi bir xəstəlikdir, psixoterapevt və psixiatrın nəzarəti altında müalicə prosesi keçilməlidir. Ən effektiv müalicə psixoterapiyanın və farmakologiyanın birgə nəzarətidir. Ancaq qeyd etmək lazımdır ki, qadının orqanizmində baş verən proseslər (yəni hamiləlik, doğuş, doğuşdan sonrakı dövr) mövcud depressiyaya meyilliyi artırır və üzə çıxarır. Adətən, biz pis əhval-ruhiyyəyə, iztiraba depressiya adını veririk. Hamilə qadının qanında endorfin, yəni, sevinc, həzz hormonu üstünlük təşkil edir. Doğuşdan üç gün keçdikdən sonra isə bu sevinc hormonlarının 50 faizi orqanizmdən yuyulur və hamiləlikdən öncəki səviyyəyə enir. Buna görə də qadın daxilində boşluq hiss edir. Bu hallar keçicidir və o qədər təhlükəli deyil. Qadın kədərli, qəzəbli, hamıdan küsmüş, günah hissi keçirə bilər. Qadınların təxminən 80-95 faizi müəyyən psixoloji problemlər yaşayır. Bu problemlər onun özünə də, ətrafdakılara da bəlli olmaya bilər, amma ana olandan sonra özünü depressiya formasında biruzə verir". "Yeni ana olan qadına dəstək vacibdir" Psixoloq Ellada Qorina davam edir: "Qadında yaranmış körpənin yaratdığı xoşbəxt həyatın təsviri real həyatla üst-üstə düşmür. Həm də ki, hamiləlik zamanı qadına xüsusi münasibət bəslənir, uşaq dünyaya gəldikdən sonra qadının hissləri, istəkləri, səhhəti maraqdan düşür. Bu zaman qadın öz prioritetlərini düzgün qurmalıdır. Patriarxal ailədə onun istəklərinə çox da diqqətlə yanaşmırlar, amma, bütün ailə birgə yaşayırsa, ailənin digər qadınları - qaynana, baldız, elti - yeni doğmuş qadına əl tuta bilərlər. Depressiyaya bir çox məqam səbəb ola bilər, amma problemin kökü - ailənin və qadının emosinal qeyri-sabitliyidir. Qadın bu zaman özünü həyatda istədiyi formada doğrultmuş hiss etmirsə, o, uşağın dünyaya gəlməsi ilə əlaqədar kifayət qədər çətin dövr yaşayacaq. Qadın özünü tez itirə bilər və burada tək qohum-əqrəbanın yox, mütəxəssislərin köməyinə ehtiyac var: Psixoloq, əmizdirmə üzrə mütəxəssis və s. Təəssüf ki, bizdə bu mütəxəssislər o qədər də məşhur deyil. Bu arada qadına məsləhət vermək olar ki, öz həyatını özünün və uşağının rahatlığı üçün qursun, ev və ailə səlahiyyətlərini ailənin digər üzvləri arasında düzgün qaydada bölüşdürməyi bacarsın. Özünü doğrultmuş hiss etməyən qadınlara isə məsləhətim belədir: Dərindən nəfəs alın! Hətta sizə elə gələ bilər ki, bu vəziyyət daimi davam edəcək, bu elə deyil. Həm də ki, uşağın dünyaya gətirilməsi və ona qayğı göstərilməsi ilə əlaqədar qadın o qədər yeni bilik və bacarıqlara malik olur ki, bu, ona gələcəkdə özünü şəxsiyyət kimi doğrultmağa mütləq yardımçı olacaq".(milli.az)
Psixologiyada yuxugörmələr və onların analizindən danışarkən ilk növbədə böyük mütəfəkkir Z.Freyd yada düşür. Yuxuları izah edərkən Freyd sübut etməyə çalışırdı ki, yuxugörmələr heç də təsadüfən və məzmunsuz xarakter daşımır. Onlar həmin şəxs üçün yerinə yetirilməsi mümkün olmayan arzu və istəklərin başqa formada icrasıdır. Onun fikrincə yuxular gələcəkdən xəbər vermir, belə bir halların baş verməsi isə tam təsadüfdür. Şüursuzluğun məhsulu olan yuxuların araşdırılması psixoanalitik üçün böyük imkanlar yaradır.Yuxugörmələrin məzmununa nüfuz edərək, onu psixoanalitikin materialına çevirmək üçün Freyd əsasən iki anlayışdan istifadə etməyi təklif etmişdir: Yuxugörmələrin təhliliYuxugörmələrin yozulması Yuxugörmələrin təhlili yuxunun qapalı məzmununun açılmasını, yuxunun yozulması isə əksinə, yuxugörmənin məzmununun və simvollarının tapılmasını nəzərdə tutur. Freydin fikrincə, yuxunun konkret məzmunu olduqca az məlumata malik olur. Onun qapalı məzmunu daha genişdir. Yuxugörmələrin təhlili prosesində başlıca məqsəd sərbəst assosiasiyalar metodundan istifadə etməkdir. Bu metoddan istifadə edərkən psixoanalitik bir sıra məqamlara diqqət yetirir. Yuxunun məzmunundan asılı olmayaraq, analitik şüuüraltı sahədə cərəyan edən hadisələri axtarmağa cəhd edir. Yəni yuxu görən şəxs öz yuxusunu nə qədər aydın və təmiz təsvir edirsə etsin, onun yuxuda gördüklərinə yalnız simvollar kimi baxılır. Bu simvollara əsaslanaraq şuüraltı açılır. Yuxugörmələri təhlil edərkən onlar bir neçə elementə bölünür. Patsiyentə təklif edilir ki, o özü hər bir elementi ayrı – ayrılıqda izah etsin. Patsiyent izah edən zaman sərbəst assosiasiyalardan istifadə edir. Məsələn yuxuda gördüyü insanın simasını kiməsə bənzədir, onun haqqında ilkin fikrinə gələn hər bir şeyi sözlə ifadə edir. Bu zaman onun şüuraltı səviyyəsinə enmək daha da asanlaşır. Yuxunun yozulması zamanı analitikin patsiyenti səbrlə dinləməsi, diqqətindən heç nəyi yayındırmaması mühüm şərtdir. Yalnız bu şərtlər daxilində qapalı fikirlərin açılması və yuxunun düzgün analizi mümkündür. Müəllif: Psixoloq Elgül Eyvazova
Bir çox insan sürətli yeməkdən şikayətçidir. Əksrə insanda bu artıq mənfi vərdiş halına gəlib. Bəs psixoloqlar bu barədə nə deyir? Sürətli yeyən insanlar bu mənfi vərdişdən necə xilas ola bilər? Psixoloq.az həmin yolları təqdim edir: Qidalanma ortamınızın rahat olmasına diqqət edin. Ara qidalar ilə aclığınızı nizamlayın. Yeməklərin qaynar olmamasına nəzarət edin. Yemək zamanı söhbət edin. Hər loxmanı çəngəl, bıçaqla yeyin. Ən əsası isə televiziya izləyən zaman yemək yeməyin. Stresli olan zaman yemək yeməyin. Yavaş yemə vərdişi olanlarla masa arxasına əyləşin. Şəhanə Quliyeva
Yoqa uşaqlarda rahatlanma hissini bərpa edir. Həmçinin beyində xətalı pozisiya hissinin yaranmasını ən aza endirir. Yoqa bir növ zehin və bədən tibbi olaraq qəbul edilir. Bütün bunlarla yanaşı yoqanın uşaqlara psixoloji faydaları da mövcuddur. Hətta uşaqlarda olan qayğı və stresin yoqa ilə azaldıla biləcəyi də təsdiq edilib. Həmçinin yoqa hərəkət bacarıqlarını inkişaf etdirir. Uşaqların 4 yaşından etibarən bu hərəkətlərlə məşğul ola biləcəyi qeyd edilir. Uşaqların bədən funksiyalarının artması adətən 2-7 yaşlarında müşahidə edilir. Belə ki, qaçma, tullanma, sıçrama adətən bu zamanlarda daha da inkişaf edir. 5 yaşından etibarən isə qazanılan təməl hərəkətlərin uşaqda daha da inkiaf etdiyi bildirilir. Təməl hərəkətlər sırasında sürət, çeviklik, dayanıqlılıq əsas faktor hesab edilir. Yoqa isə bu hərəkətlərin inkişafına təkan verir. Psixoloqlara görə, uşaqlar 7 yaşından sonra daha çox idmanla məşğul olmalıdırlar. Həmçinin ekspertlər yoqanın məktəb öncəsi və məktəblərdə uşaqların dərs siyahısına salınmalı olduğunu vacib hesab edirlər.
Kitab oxumaq təkcə çox əyləncəli məşğuliyyət və bilikləri artırmaq vasitəsi deyil. Sən demə, kitab oxumağın insan sağlamlığı üçün də çox böyük faydası var imiş. Psixoloq.az xəbər verir ki, mütəxəssislərə görə, kitab oxumaq, insult və ürək-damar xəstəliklərinin səbəbi olan stressi aradan qaldırır. Sözsüz ki, həyatımızı stresslərdən qorumaq bizim əlimizdə deyil. Lakin kitab oxumaq stressin insan orqanizminə neqativ təsirini azaldır.İkincisi, kitab oxumaq beynin koqnitiv funksiyanı və yaddaşı yaxşılaşdırır. Psixoloqlara görə, mütaliəli insanlar yaxşı dərk edə və başqa insanların nə fikirləşdiklərini hiss edə bilirlər. Sonuncu və ən vacib səbəb isə odur ki, kitab oxumaq hər kəsin intellektual səviyyəsini artırır.
"Bəzən həyatda daim gülümsər və ya hər zaman dişləri görünən insanlara rast gəlirik. Diqqətlə müşahidə etdikdə onlarda başqa anomaliyaların olduğunu da görmək mümkündür. Bu qeyri-adilik ilk dəfə 1965-ci ildə britaniyalı pediatr Harri Angelman tərəfindən aşkar edilib. Məhz bu səbəbdən problem Angelman sindromu adlandırılıb. Sindroma bəzən "xoşbəxt kukla" da deyilir. 1987-ci ildə Amerikada aparılan araşdırmaya görə, sindromun yaranmasının səbəbi anada 15-ci xromosomda gen çatışmazlığıdır. Psixoloq.az bildirir ki, bu sözləri azərtaca müsahibəsində Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova deyib. Genetik pozuntular səbəbindən meydana çıxan sindromun əlamətləri haqqında məlumat verən həkim bildirib: "Angelman sindromu yuxu pozuntuları, sarsıntılı hərəkətlər, xüsusilə əlləri çırparaq səbəbsiz və mütəmadi qəhqəhə çəkmək və ya gülümsər görünməklə təzahür edən neyrogenetik problemdir. Bu sindromdan əziyyət çəkən insanlarda zehni gerilik, 80 faiz hallarda epileptik tutmalar, nitq qüsurları, anlama qabiliyyətinin nitqə nisbətən daha çox inkişaf etməsi, gəzmədə anormallıq, eləcə də müvazinətin pozulması kimi bir sıra problemlər müşahidə edilir. Həmin insanlar tez həyəcanlanır, səbəbsiz əl çalır, daim xoşbəxt görünür, sosial əlaqə qurmağı sevir, bəzən bir yeri ağrıyanda ağlamaq əvəzinə gülür, hiperaktiv olurlar". Məlahət Qasımovanın sözlərinə görə, rastgəlmə tezliyi tam məlum olmasa da, təxmini hesablamalara görə, bu problem hər 20-25 min insanda bir görülür. Əgər yeni doğulmuşda əzələ tonusu aşağıdırsa, uşağın nitqində ləngimə varsa, hərəkət zamani ayaqlar qatlanmırsa (buna marionetka yerişi deyilir), simasında həddindən çox gülüş varsa, 15-ci xromosomun genetik analizini aparmaq tövsiyə olunur. "Xoşbəxt kukla" sindromu zamanı iki yaşına qədər uşaqların əksəriyyətində baş çevrəsində kiçilmə müşahidə olunur, onların xeyli hissəsində üç yaşından sonra epilepsiya tutmaları başlayır. Yaş artdıqca yuxu pozulmaları, əzələ zəifliyi, qidalanma və udma çətinlikləri, oynaqlarında hərəkət məhdudiyyəti, skolioz kimi onurğa problemləri də müşahidə edilir. Həmin sindromlu uşaqlarda ağız quruluşu daha geniş, çənə irəliyə doğru qabarıq, dişlər seyrək olur. Ağızda daim çeynəmə hərəkətləri və selik axma nəzərə çarpır. Epileptik simptomlar çoxdursa, antiepileptik dərmanlar verilir, yuxu normallaşdıran vasitələrdən istifadə edilir. Bağırsağın hərəkətini normallaşdırmaq üçün isə xəstəyə səna çayı içirmək məsləhətdir. Müalicə zamanı danışma terapiyası, hidroterapiya və musiqi terapiyası tətbiq edilir. Həmin uşaqlar üçün ailənin və cəmiyyətin dəstəyi çox vacibdir. Yaş artdıqca bəzi nəzərəçarpan əlamətlər zəifləyir və xəstəliyin tipik simptomlarını fizioterapevtik müalicələrlə azaltmaq olur, çünki bu, degenerativ sindrom deyil və müntəzəm şəkildə tərbiyə olunanda davranış dəyişikliklərinin baş verməsi mümkündür. Bu sindromla doğulan uşaqlarda yanaşı xəstəliklər olmadıqda onların yaşamasında da problem yaranmır". Xəstəliyin müalicəsi ilə yanaşı uşaqlarla psixoloq da məşğul olmalıdır. Çünki belə vəziyyətlərdə ən yaxşı tərbiyəvi istiqaməti məhz psixoloqlar verə bilər.
Səhiyyə Nazirliyi Bakının Yasamal və Nəsimi rayonlarında, eləcə də ölkənin bəzi bölgələrində vərəm xəstəliyinin yayılması barədə məlumatlara münasibət bildirib. Psixoloq.az xəbər verir ki, nazirlikdən "Report"a verilən məlumata görə, bu kimi yanlış informasiyalar əsassızdır. Qeyd olunub ki, adıçəkilən rayonlarda uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkənin digər bölgələrindən 4 dəfə aşağıdır: "Belə qərəzli informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən yayındırılmasına xidmət edir. Hər il digər yerlərdə olduğu kimi, Bakının Yasamal və Nəsimi rayonlarında da yüz minlərlə uşaq və yeniyetmə vərəmə görə profilaktik müayinələrə cəlb olunur. Onlar arasında vərəmə yoluxma və xəstələnmənin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərindən qat-qat aşağıdır. Bizim ölkədə vərəm xəstəliyinin epidemik vəziyyəti yoxdur və ola da bilməz. Vərəm əleyhinə tədbirlərin yerinə yetirilməsinə Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin mövcud bölmələri daim nəzarət edirlər. Bu problem Səhiyyə Nazirliyinin daim nəzarətindədir". Bu barədə portalımız psixoloqların da fikirlərini öyrəniblər. Psixoloqlara görə, bu tipli məlumatlar ilk dəfə yayılmır. Bununla bir qrup insanlar təşvişə salmaq və ya hansısa təxribat məqsədi güdürlər. İnsanların ilk eşitdiklərinə inanmamaqlarını və dəqiqləşdirməklərini tövsiyə ediblər.
ABŞ-ın Dyukan Universitetinin mütəxəssislərinin fikrincə, yuxu cədvəlini dəyişmək bir sıra sağlamlıq problemləri yarada bilər. Belə ki, bu zaman ikinci tip şəkərli diabet, piylənmə, ürəyin fəaliyyətində pozuntular, stress, depressiya kimi ağır fəsadlarla qarşılaşmaq mümkündür. Psixoloq.az xəbər verir ki, alimlər bu qənaətə 50 yaşdan yuxarı 200 könüllünün üzərində aparılan tədqiqatların nəticəsində gəliblər. Alimlər iştirakçıların yuxu rejimini və davamiyyətini müşahidə ediblər. Mütəxəssislərin sözlərinə görə adətən bu istiqamətdə aparılan tədqiqatlarda yalnız yuxu davamiyyəti nəzərə alınır. Lakin budəfəki təcrübə məhz yuxu rejimini araşdırmağa yönəlib. Məlum olub ki, eyni saatda yatıb-durmaq sağlamlıq baxımından mühüm rol oynayır. Normadan artıq yatmaq və ya az yuxu qəbulu bir sıra psixoloji problemlərə yol aça bilər. Gündəlik həyat vərdişlərinin dəyişdirilməsi beyin funksiyalarına mənfi təsir göstərir. Bu da nəticədə ağrı və sıxıntılara yol aça bilər.
Fastfood və digər sağlam olmayan qidalarla qidalanmaq depressiyaya səbəb olur. Bu İspaniya, Britaniya və Avstraliya alimlərinin birgə araşdırması nəticəsində müəyyən edilib. Ən xeyirli və eyni zamanda psixi sağlamlıq üçün faydalı olan pəhriz isə balıq, tərəvəz, meyvə və fındığın daxil olduğu pəhriz hesab edilib. Psixoloq.az bildirir ki, alimlər depressiya ilə qidalanma rasionunun əlaqəsinə həsr edilmiş 41 elmi iş üzərində araşdırma aparıblar. Müəyyən edilib ki, qidalanma insanın psixi vəziyyətinə təsir edir. Tərkibində yağ və şəkər olan yarımfabrikatlar təkcə mədədə deyil, eyni zamanda bütün orqanizmdə xroniki iltihablaşma prosesinin yaranmasına səbəb olur. Fastfood siqaret çəkmə, fiziki hərəkətin olmaması, piylənmə və çirkli ətraf mühit qədər təhlükəli hesab edilir. İltihablaşma öz növbəsində insanın psixiki vəziyyətinə də təsir edə bilir. İltihablaşma molekulları beyinə düşür və insanın əhvalını tənzimləyən neyromediatorların iş prinsipini pozur. "Bağırsağın kimyası beynin kimyasına bənzəyir. Buna görə də, bağırsağa təsir edən hər şey beyinə də təsir edir" - deyə doktor Kosmo Hollstrom deyib.(Sputnik Azərbaycan)
Hər bir insan müəyyən zamandan sonra həyatdan yorulur. Bu zaman isə müəyyən tədbirlər görülməlidir, əks alda depressiyaya düşmək ehtimalı yüksəlir. Psixoloq.az xəbər verir ki, psixoloqlar aşağıdakı vasitələrin insan həyatını yaxşılaşdırmasında müsbət rol oynayacağını düşünürlər. 1. Daha çox ev bitkisi alın Ev bitkisinin bahalı olması mütləq deyil. Bir budağı dostlarınızdan götürüb əkə bilərsinizMüəyyən edilib ki, evdəki bitkilər stress səviyyəsini azaldır və insanı xoşbəxt olmağa məcbur edir. Necə?Bitkilər hər şeydən əvvəl karbonu udub oksigeni ifraz etməklə bizim yaxşı nəfəs almağımıza köməklik edir. Bəzi bitkilər hətta havanı gündəlik həyatda məişətdə istifadə etdiyimiz kimyəvi maddələrdən də təmizləmək bacarığına sahibdir.Parlaq yarpaqlar və rənglər ən azından insanın əhval-ruhiyyəsini qaldırır. Heç bir şeyi gözləmədən özünüzə Spathiphyllum bitkisini alın.2. Bədəndəki nəmliyin səviyyəsini qoruyunGün ərzində çoxlu su içmək sağlamlığın təminatıdırSu insan orqanizminin başlıca komponentidir. Qadınlarda bu, təqribən ümumu kütlənin 55%-ni, kişilərdə isə 60%-ni təşkil edir.Bədənin normal işləməsi üçün su əhəmiyyətlidir. Ona görə də bizim həyat enejimizin səviyyəsinin, konsentrasiya bacarığımızın və ümumilikdə sağlamlığımızın nə qədər su içməyimizdən asılı olması təəccüblü deyil.Əgər sizə sadə suyu içmək çətindirsə, o zaman suya bir limon, xiyar dilimi və ya zəncəfil kökü ata bilərsiniz. Əgər siz mütəmadi su içməyi unudursunuzsa, günümüzdə "su içmək zamanıdr" deyərək bunu sizə xatırladacaq müxtəlif tətbiqlərdən istifadə edə bilərsiniz.3. Evdə dəyişikliklər edinÇarpayının altındakı və şkafdakı lazımsız əşyalardan xilas olun.Belə bir nəzəriyyə mövcudddur ki, evdəki ab-hava bizim əhval-ruhiyyəmizə, yuxunun keyfiyyətinə və fəallıq səviyyəmizə təsir göstərir.Buna əmin olmaq istəyirsinizsə yataq otağından başlayın. Pəncərəni açıq saxlayın, otağa daha çox təmiz hava və təbii işığın daxil olmasına şərait yaradın. Çarpayının altındakı və şkafdakı lazımsız əşyalardan xilas olun.Əgər siz başqa səviyyəyə keçməyə hazırsınızsa o zaman siz fenşuy Çin (təbiətdə olan enerjini yaşadığımız ətrafda hərəkətə çevirmə texnologiyasını göstərən köhnə bir Çin təlimi) kitabını oxumalısınız. Bu qədim ənənədir, hansı ki adı "külək-su" kimi tərcümə olunur.Onun mahiyyəti fiziki sağlamlığın Tsi enerjisinin - həyat qüvvəsinin insanın yaşadığı ərazidə necə hərəkət etməsindən asılı olmasından ibarətdir.Əgər siz hətta mebeli fenşuya uyğun yerləşdirərək Tsi enerjisini hiss etməsəniz belə ev onsuz da təmiz və rahat olacaq.4. Evin divarlarını boyayınEvdəki divarların rəngi də əhval-ruhiyyəyə təsir göstərir. Məsələn, yaşıl rəng təbiətin təcəssümüdür, harmoniya tapmağa və rahatlanmaga kömək edir.Mavi - sakitləşdirir və hətta yatızdırır. Bu rəng yataq otağı üçün çox uyğundur, yuxunun keyfiyyətini yaxşılaşdırır.Qırmızı rəng arzuolunan deyil. O, bizi tez-tez nəfəs almağa məcbur edir və bu da ürək döyünütüsünü artırır və təzyiqi yüksəldir.5. Quşların nəğməsini dinləyinQuşların nəğməsini lent yazısında da dinləmək olar - effekt eynidirBu, qəribə səslənə bilər. Lakin King`s College London-un alimləri müəyyən ediblər ki, quşaların nəğməsi bizim psixi vəziyyətimizi ən azı 4 saatlığa yaxşılaşdırmağa qadirdir. Könüllülərdən müxtəlif tətbiqlərin köməyilə bir günlük şəhər həyatındakı vəziyyətlərini və əhval-ruhiyyələrini qeyd etmələri xahiş olunub.Nəticələr göstərib ki, kim ki, ağacın altında oturub quşların nəğməsini dinləyib və ya sadəcə buludları müşahidə edib, günün sonunda onlar özlərini digərlərindən yaxşı hiss ediblər.Alimlər günün bir parçasını təbiətdə keçirmək imkanı olmayanlara belə bir məsləhət veriblər: quşların nəğməsini telefonunuza yükləyin, qulaqcıqları taxın, gözlərinizi yumun və bir-birinə tərəf axan təpələri təsvir edin.6. Pişik saxlayınBelə bir pişik sözün əsl mənasında həyatınızı xilas edə bilərAraşdırmalar göstərib ki, pişiyi sığallamaq müalicəvi effekt verir.Minnesota Universiterinin nəzdində olan İfliclərin Öyrənilməsi İnstitutunun alimləri 10 il ərzində 4 min könüllünü müşahidə ediblər. Məlum olub ki, pişik sahiblərinin infarkt və iflic xəstəliyindən ölmə riski digərlərinə nisbətən 30% aşağıdır.Əgər sizin pişiyiniz yoxdursa, dostlarınızdan birindən arada onların pişiyini ziyarət etməsinə icazə vermələrini xahiş edin. Bundan başqa, sahibləri uzaqda olan pişiklərə və itlərə baxmaq xidmətinə tələbat çoxdur. Bu, ev heyvanı saxlamadan onlarla ünsiyyət qurmaq üçün yaxşı imkandır.7. Tez-tez gülünVaxtınızı sizə əyləncəli olan dostlarınızla keçirinGülüş əzələlərdəki gərginliyi aradan qaldırır, qan dövranını yaxşılaşdırır və qana azot oksidinin daxil olmasına şərait yaradır. Bu, bizim immun sistemimizi fəallaşdırır.Bundan başqa, gülüş stress hormonlarının zəifləməsinə və bizim vəziyyətimizi yaxşılaşdıran və təbii ağrıkəsici rolunu oynayan kimyəvi komponenti - endorfini ifraz edir.Və bu belədir - gülüş can dərmanıdır.Vaxtınızı sizə əyləncəli olan dostlarınızla keçirin, komediyaya baxmağa gedin. Əgər insanlar arasına çıxmaq istəmirsinizsə, özünüzə bir içki süzün və sevimli videolarınıza baxın.8. İşə skandinavlar kimi yanaşınKim qəhvə ilə kökədən imtina edər? Xüsusilə də işin qızğın vaxtındaSkandinaviya ölkələri - İsveç, Finlandiya və Norveç sakinləri dünyanın ən xoşbəxt insanları hesab olunur. Bəzi vərdişlərin sayəsində onlar hətta iş zamanı belə xoşbəxt və sağlamdırlar.İsveçlilər, məsələn "fika" (işdə fasilə etmək ənənəsi) adlı ənənəni təcrübədən keçirirlər. Hər gün həmkarlar bir yerə toplanır, qəhvə içir və qənnadı məmulatı (evdə bişən arzuolunandır) yeyirlər. Bu cür fasilələr nəinki rəhbərlik tərəfindən dəstəklənir və həm də məcburi hesab olunur.Sizi işlə təmin edəndən soruşun, bəlkə o da belə bir ənənə yaratmaq istəyir? Beləliklə, xoşbəxt iş mühiti məhsuldarlığın təminatıdır.9. Çox yatınİstirahət bizim psixoloji vəziyyətimiz üçün pəhriz və idman kimi çox vacibdir. Yorğunluq immunitetin zəifləməsinə, stress hormonlarının yüksəlməsinə, narahatlığa və depressiyaya gətirib çıxarır.Axı məhz yuxu zamanı bizim orqanizm bərpa olunur və narahatlıqları aradan qaldırır. Var gücünüzlə yuxunuzu yaxşılaşdırmağa cəhd göstərin: yataq otağı gözəl və sakit olmalıdır, gecə yemək yeməyin və bütün cihazları söndürün.Telefonun işığı sizin yuxuya getməyinizə mane olacaq. Və günün ikinci yarısında istehlak etdiyiniz kofeinin miqdarını azaldın.(milli.az)
Gündəlik qayğıları nəzərə alsaq bir çox insan gecə saatlarında işləməyə üstünlük verirlər. Amma araşdırmalara görə, gecə işləmək həm psixoloji həm də vücud cəhətdən təhlükəlidir. Psixoloq.az xəbər verir ki, amerikalı psixoloqlara görə, gecə işləmək yorğunluq, depressiya, tükənmişlik sindromu yaradır. Uzunmüddətli davam edəcəyi təqdirdə istənilməyən nəticələr baş verə bilə. Kanadanın Monreal Universitetinin alimləri müəyyən ediblər ki, gecə işləyən qadınlarda süd vəzi xərçənginin aşkarlanması riski artır. Araşdırmalarda Avstraliya, Kanada, Fransa, Almaniya və İspaniyadan olan 13 mindən çox qadın iştirak edib. Araşdırmalar zamanı orta yaş həddi 55-59 olub. Onlardan 6,1 min könüllüyə süd vəzisi xərçəngi diaqnozu qoyulub. Məlum olub ki, gecə işləmə zamanı qadınlarda Er-müsbət və HER2-müsbət süd vəzi xərçəngi inkişaf edib. Belə ki, gecə üç saat işləyən qadınlarda risk 12 faiz, üç saatdan çox işləyənlərdə isə 80 faiz artıb.
İş, dərslər, müxtəlif problemlər bəzən gün ərzində stresli olmağınıza səbəb olur. Psixoloq.az axşam.az-a istinadən stresdən qurtulmağın 7 yolunu təqdim edir: İdmanla məşğul olun Gün ərzində müəyyən qədər idmanla məşğul olmaq endorfin hormonu yaradır. Qəlb atışını sürətləndirir, dərinin canlanmasına, parlaq görünməsinə səbəb olur. Sevdiklərinizlə zaman keçirin Sevdiyiniz, sizi xoşbəxt edən insanlarla zaman keçirin. Vaxtınızı yaxşı dəyərləndirmək sizi stresdən uzaq tutacaq. Yoqa və meditasiya edin Davamlı olaraq yoqa edən insanlar bunun stresi azaltdığını deyir. Əgər yoqanı sevmirsinizsə, meditasiya edin. Bu sakitləşməyinizə yardım edəcək. Yuxu rejiminə diqqət edin Ən vacib amillərdən biri də düzgün yatmaqdır. Bu həm dərinizin yaxşı görünməsinə, həm də stresin azalmasına imkan yaradacaq. Sağlam qidalanın Stresdən azad olmaq üçün xoşbəxtlik hormonunu artıran qidalar qəbul edin. Özünüzə zaman ayırın Gərgin iş rejiminin arasında 10-15 dəqiqə dincəlmək lazımdır. Açıq havaya çıxın. Belə olduqda özünüzü daha yaxşı hiss edəcəksiniz. Stresin sizi əsir almasına imkan verməyin Eviniz ən çox zaman keçirdiyiniz yerdir. Bu səbəblə stresin evinizə girməsinə şərait yaratmayın. Evinizi pozitiv əşyalarla bəzəyin.