Azərbaycan əhalisinin sayı AÇIQLANDI

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 38 049 nəfər artaraq 2018-ci il iyul ayının 1-i vəziyyətinə 9 936 134 nəfərə çatıb. Psixoloq.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən publika.az-a verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bu dayanacaqdan istifadə etməyin

Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib. Psixoloq.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb. Onun sözlərinə görə, bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib. “Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə, dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib. Dayanacağın ətrafı hasarlandığından sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal alıb. Belə ki, bunun üçün sərnişinlər məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir”.(publika.az)

Sabahın HAVA PROQNOZU açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 17-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, avqustun 17-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Brokoli bu növ xərçəngin inkişafını ləngidir

Kələm və brokkolidə olan kimyəvi maddələr mədə-bağırsaq traktatının işini dəstəkləyir və kolorektal xərçəngin qarşısını alır. Psixoloq.az xəbər verir ki, bunu Böyük Britaniyada Frensis Krik İnstitutunun alimləri müəyyən ediblər. Kolorektal xərçəng ən geniş yayılmış bədxassəli şiş tipidir. Hər il 600 minə yaxın insanda bu xəstəlik aşkarlanır. Digər xərçəng xəstəlikləri kimi zaman ötdükcə bu xəstəliyin də başvermə riski yüksəlir. Tədqiqatçılar nümayiş etdiriblər ki, tərkibində indol-3-karbinol maddəsi olan yemlə qidalanan gəmiricilərdə bağırsaqda daha az bədxassəli şiş yaranıb. Orqanizmdə indol-3-karbinol Brassica (kələm) növündən olan bitkilərin qəbulu zamanı istehsal olunur. Bu maddə aril karbohidrogen reseptoru (AhR) adlanan zülalı aktivləşdirir. Məlum olub ki, AhR çatışmazlığı olan gəmiricilər bağırsaq xəstəliyindən daha çox əziyyət çəkirlər və bu, nəticədə bağırsaq xərçənginə gətirir. Lakin kələm pəhrizinə keçirilən heyvanlarda daha az bədxassəli şiş yaranıb. Qeyd edək ki, tibb sahəsində gələcəkdə brokolidən daha çox istifadə edilməsi nəzərdə tutulur.

Məşhur azərbaycanlı çoban tələbə adını qazandı - VİDEO

Sosial şəbəkələrdə səsi ilə məşhurlaşan azərbaycanlı çobanPərvin Səfərov tələbə adını qazanıb. Psixoloq.az xəbər verir ki, o, Azərbaycan Milli Konservatoriyasında təhsil alacaq.

Hacı Nuran məşhur müğənni ilə Məkkədə

Tanınmış aparıcı Hacı Nuran Həcc ziyarətinə yollanıb. Psixoloq.az xəbər verir ki, məşhur bu barədə sosial media hesabında paylaşım edib. Hazırda Səudiyyə Ərəbistanının Məkkə şəhərindədir. O, getdiyi ziyarətdə son zamanlar həyat yoldaşı ilə adı qalmaqalda hallanan türkiyəli ifaçı Mustafa Ceceli ilə də qarşılaşıb.

Bakıda restoranda vəhşi quşlar saxlayan cərimələndi

Bakıda restoranda vəhşi quşlar saxlayan şəxs cərimələnib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən oxu.az-a verilən məlumata görə, nazirliyə Pirşağı qəsəbəsində fəaliyyət göstərən ictimai-iaşə obyektində qəfəsdə vəhşi quşların saxlanılması ilə bağlı şikayət daxil olub. Şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb. Araşdırma zamanı Sabunçu rayonu Pirşağı qəsəbəsində, dənizkənarı zonada fəaliyyət göstərən ictimai-iaşə obyektində qanunsuz olaraq təbiətdən götürülmüş iki bozqır muymulu quşunun qəfəsdə saxlanıldığı faktı təsdiqini tapıb. Faktla bağlı obyektin sahibi Bəxtiyar Məmmədov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 500 manat məbləğində cərimə edilib. Vəhşi quşlar götürülərək təbiətə buraxılıb.

Cinsi münasibətdə problem yaşayan qadınların psixoloji səbəbləri

Aparılan araşdırmalara görə, cinsi münasibət zamanı əlaqəyə adaptasiya olmaqda daha çox qadınlar əziyyət çəkirlər. Bəs bunu arxasında psixoloji səbəblərin olduğundan xəbərdarsınızmı? Psixoloq.az cinsi problem yaşayan qadınların psixoloji səbəblərini təqdim edir: Münasibət zamanı kişinin istəyini ön plana qoyurlar. Yəni istəniləni edirlər və bundan da xoşbəxtçilik hissi duymurlar. Stress, məyusluq halları cinsi münasibətə mənfi təsir göstərir. Çəkilən iqtisadi çətinliklər, sağlamlıq problemləri cinsi həyata mənfi təsirini göstərir. Bəzi qadınlar adətlərinə, ailə tərbiyələrinə görə bəzən belə mövzulardan uzaq olaraq yaşayırlar. Belə münasibəti ağıllarına gətirməyi özlərinə tərbiyəsizlik kimi görürlər. Bu səbəblər də ailədə münasibət yaşamaqlarına maneə olur. Ailədə cinsi münasibətin dəyərsizləşdirilməsi də əsas səbəblər sırasındadır. Vaginizm problem bir çox ailədə mövcuddur. Bu problem birbaşa ailədə münasibətin dəyərini kifayət qədər azalmasına səbəb olur. Bu zaman sözügedən münasibət sadəcə kişinin istəyi kimi dəyərləndirilir. Şəhanə Quliyeva

Alimlər 2023-cü ilə qədər planetdə anomal istilər proqnozlaşdırırlar

Brest və Sauthempton universitetlərinin mütəxəssisləri anomal istiləri tədqiq ediblər və yaxın 5 ildə planetdə bu vəziyyətin dəyişməyəcəyini proqnozlaşdırırlar. Psixoloq.az xəbər verir ki, alimlər iqlim şəraitinin alqoritmini tərtib ediblər. Proqram üçün XX və XXI əsrlərdə müşahidə edilən real hava şəraiti və proqnozlar modellərindən istifadə olunub. Mütəxəssislər həmçinin fırtınaların fəallaşacağına dair proqnoz veriblər.(oxu.az)

Bu il boşananların sayı açıqlandı

2018-ci ilin birinci yarısında boşananların sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 27525 nikah qeydə alınıb. Qeyd olunan dövrdə qeydiyyat şöbələrində 7219 boşanma halı olub. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.(oxu.az)

Sevgilisi aldatdı, üzünə atəş açıb intihar etmək istəsə də... - FOTO

Missisipidə yaşayan 22 yaşlı qız dünyada üz nəqli edilən 40 nəfərdən ən gənc olanıdır. Onu üz nəqli olmaq məcburiyyətində buraxan vəziyyət sevgilisi tərəfindən aldadıldığını öyrəndikdən sonra ov tüfəngiylə intihar etməsi olub. Psixoloq.az Moderator.az-a istinadən xəbər verir ki.17 yaşında aldadıldığını öyrənən qız üzünə atəş edərək intihar etməyə çalışıb. Çətin əməliyyatlardan sonra həyata qaytarılması mümkün olsa da, onu əvvəlki görünüşünə qaytarmaq mümkün olmayıb. Üz nəqlindən sonra bütün görünüşü dəyişən qızın yaşadıqları hər kəsi kədərləndirib. Keçirdiyi əməliyyatlardan öncə və sonra yaşadıqları isə onu izləyənləri göz yaşlarına qərq edib.

Universitetdə partlayış baş verdi - Elmi təcrübə aparılırdı...

Universitetdə elmi təcrübə zamanı partlayış baş verib. Psixoloq.az xəbər verir ki, hadisə Braziliyanın Rio-de-Janeyro şəhərində, Metallurgiya kafedrasının laboratoriyasında baş verib.  Partlayış zamanı 3 nəfər yaralanıb. Onlardan biri tələbə, ikisi texnikdir.

Gününüz uğurlu başlayacaq - Astroloji proqnoz,16 avqust

Qoç - günün ilk yarısında yaranan problemlərin sayına və formalarına rəğmən onları dəf edə biləcəksiniz. Hətta sizə rəğbət bəsləməyən insanlarla belə, dil tapa biləcəksiniz. Səmimiyyət, dürüstlük və doğru danışmaq sizə dostlar, yaxınlar və həmfikirlərlə münasibətlərdə rəvanlığı qorumağa yardım edəcək. Günün ikinci yarısı uğurludur. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq. Ailənin bütün üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün yaxşı zamandır. Yaşamınızı daha rahat edəcək, məişət problemlərinin həllində işinizi asanlaşdıracaq əşyalar almaq olar. Buğa - təmaslarda ehtiyatlı və sayıq olun. Ətrafınızdakı insanların hamısına kor-koranə etibar etməyin. Bədxahın intriqa və ya manipulyasiyalarının qurbanına çevrilə bilərsiniz. Huşyar davranın. Günün ikinci yarısında hətta ən yaxın bildiyiniz insanları çətinliklə anlayırsınız. Onların niyyət və istəklərini başa düşməyə çalışın. Yaranan problemləri ürəyinizə salmayın. Çətinlikləri dəf edərkən sonradan karınıza gələcək təcrübə qazanırsınız. Yardım istəyənə dəstək olun, müraciəti rədd etməyin. Çünki başqasının problemlərini həll edərkən fikir, niyyət və gözləntilərinizdə qayda yaradırsınız. Əkizlər - günün emosional fonu əlverişli deyil. Əhvalınız prisləşəcək, özünüzü yorğun və pərişan hiss edəcəksiniz. Yaşam enerjinizin tükəndiyini düşünəcəksiniz. Yaxın ətrafınızdakı insanlarla problemlər yaranacaq. Hətta ən yaxın insanlarla dil tapmaq çətindir. Günün ikinci yarısında əhvalınızı yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edin. Təşvişə düşməyin, bədbinliyə qapılmayın. Yalnız bu minvalla mənfi təmayülərin öhdəsindən gələ bilərsiniz. Bilik və məlumatların əldə edilməsi ilə bağlı problemlər yaranır. Aldığınız məlumatları dərin təhlilə uğradın. Axşam saatlarında gəzintiyə çıxın. Səhhətinizə fikir verin. Xərçəng - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu başlanacaq. Başladığınız işi görmək asan olmasa da, onu tamamlayın. Tənbəl və ətalətli olmayın. Bütün diqqətinizi karyera və peşəkar nailiyyətlər müstəvisinə yönəltsəniz, qarşınızda açılan yeni üfüqləri görəcəksiniz. Günün ikinci yarısında faydalı tanışlıqlar yaratmaq, mövqelərinizi möhkəmləndirmək imkanları var. Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. Laqeyd olmadığınız insanlarda xoş ovqat yaradın. Vədlər verməyə tələsməyin. Onları yerinə yetirmək asan deyil. Şir - günün ilk yarısı uğurlu olacaq. Nüfuzlu şəxslə söhbətdə mövqelərinizi müdafiə edin. Planlarınızı reallaşdırın, başladığınız işləri başa vurun. Vaxtınızı hədər yerə sərf etməyin, çünki saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. Enerji resurslarınız isə tükənməyə başlayır. Günün ikinci yarısında ciddi, böyükmiqyaslı işə başlamayın. Yaxınlarınızla dil tapın. İşgüzar təmaslarda çətinliklər formalaşır. Axşam saatlarını istirahətə həsr edin. Qız - günün ilk yarısı uğursuz olacaq. Yaxın ətrafınızdakı insanlarla təmaslarda problemlər yaranacaq. Sərt və aqressiv davranmayın. Maliyyə çətinlikləri, planlaşdırılmamış xərclər istsina deyil. Günün ikinci yarısında maliyyə vəsaitindən məntiqlə yararlanın. Yaxın ətrafınızdakı insanların əməllərinə görə məsuliyyəti boynunuza götürməyin. Ailə üzvlərinizin problemlərini həll edin. İşlərinizdə qayda yaradın. Axşam saatlarında kiçik hədiyyələr, xoş sürprizlər ola bilər. Tərəzi - mənfi təmayüllərin təsiri güclü olsa da, gün ümidsiz deyil. Qarşınıza dürüst və real məqsədlər qoyun. Belədə vaxtınızla yanaşı, qüvvənizə də qənaət edə bilərsiniz. Planların bir qismini nüfuzlu şəxsin yardımı və ya təsiri ilə həll edə bilərsiniz. Amma həmin şəxs bundan sonra da işlərinizə müdaxilə edəcək. Çox xoşagəlməz, arzuolunmaz vəziyyətlər alınacaq. Günün ikinci yarısında alış-veriş etmək, şübhəli biznes layihələrə qatılmaq, pul yatırmaq məsləhət deyil. Planlaşdırılmamış gəlir istisna deyil. Əldə etdiyiniz pulu israf etməyin. İntuisiyanıza güvənin. Onun işarələri yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha tez və məntiqidir. Əqrəb - müsbət təmayüllərin təsirindən yararlanaraq başladığınız işləri başa vurun. İradə, qətiyyət və əzm önəmlidir. Onlar olmadan ciddi uğur əldə etməyəcəksiniz. İlkin işgüzar danışıqlar aparmaq, iş yerinin dəyişdirilməsi ilə bağlı məsələləri müzakirə etmək olar. Lakin yekun qərar qəbul etməyə tələsməyin. Az sonra niyyətlərinizdə dəyişikliklərə səbəb ola biləcək məlumat alacaqsınız. Günün ikinci yarısında ehtiyatlı olun. Alət və avadanlıqlarla çalışanda diqqətli davranın. Sükan arxasında uzaq səfərlərə yollanmaq məsləhət deyil. Oxatan - siyasi və ictimai prolseslərə maraq arta bilər. Əsl dəyərlər, ədalət uğrunda səylərinizi əsirgəmədən mübarizəyə başlamaq istəyirsiniz. Güclü rəqiblə qarşılaşanda belə, geri çəkilməyin. Ona qalib gələ bilərsiniz. Qələbəyə özünüz də təəccüblənəcəksiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün günün ikinci yarısında maksimum səy göstərin. İşdə və evdə münaqişə istisna deyil. Problemin ciddiləşməsinə imkan verməyin, səmimi və soyuqqanlı olun. Yaşlı qohumlarla münasibətlərdə problemlər yaranacaq. Oğlaq - düşərli və məhsuldar gündür. Əvvəllər çözməyə cəsarət etmədiyiniz problemlərin öhdəsindən gələcəksiniz. Peşəkar fəaliyyət müstəvisində əməkdaşlıqla bağlı gözlənilməz təkliflər alacaqsınız. İş yerinizi dəyişmək barədə düşünə bilərsiniz. Daha maraqlı, maaşı çox olan iş arayırsınız. Günün ikinci yarısında cəsarətli ideya və fikirləri reallaşdırmaq, eksperimentlər aparmaq olar. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz insana doğru ilk addım atsanız, yaxşılığa doğru köklü dəyişikliklərə başlaya bilərsiniz. Axşam saatlarını yaxınlarınızın yanında keçirin. Dolça - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu alınacaq. İşgüzar danışıqlar məhsuldar olacaq. Sizi istənilən situasiyada dəstəkləməyə hazır insanla qarşılaşacaqsınız. Nüfuzlu hami də ola bilər. O, qarşılaşdığınız bir sıra prolemləri özü həll edəcək. Günün ikinci yarısında anlaşma və ya müqaviləyə nail olmaq, mühüm sənəd imzalamaq olar. Şəxsi münasibətlər baxımından da əlverişli zamandır. Planları, həyacanları və niyyətlərini sizinlə bölüşmək istəməyən insanla davranış modelindən intuisiyanız xəbər verəcək. Axşam saatlarını yaxınlarınızla keçirin. Balıqlar - gün gözlədiyinizdən də uğurlu olacaq. Bel bağlamadığınız işlərdə uğur əldə edə bilərsiniz. Xoş sürprizlər, qəfil kəşflər ola bilər. İşdə həmkarlarla fikir ayrılıqları və ixtilafları aradan qaldıracaq, son vaxtlar dil tapa bilmədiyiniz insanlarla münasibətləri normallaşdıracaqsınız. Günün ikinci yarısında peşəkar mövqelərinizi möhkəmləndirməyi unutmayın. Gəlirlər, gəlir mənbələri arta bilər. Alış-veriş üçün əlverişli gündür. Axşam saatlarında xüsusilə diqqətli olun (Milli.Az).

Bu rayonlarda qaz olmayacaq

Bu gün Bakı şəhərinin Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. "Azəriqaz" İstehsalat Birliyindən publika.az-a verilən məlumata görə, avtomobil yolunun tikintisi sahəsinə düşən yeni çəkilmiş diametri 530 mm-lik Əzizbəyov dairəsi Modul "30-cu sahə Qaz Paylayıcı Stansiyası" magistral qaz kəmərinin 294 metr hissəsinin və diametri 325 mm-lik, "30-cu sahə-Qazanlar Qaz Paylayıcı Stansiyası" magistral qaz kəmərinin 125 metr hissəsinin mövcüd şəbəkəyə birləşdirilməsi ilə bağlı texniki səbəblərdən qaz təchizatının dayandırılmasının 14.08.2018-ci il tarixindən 16.08.2018-ci il tarixinə keçirilməsi zəruriyyəti ilə əlaqədar, bu gün saat 10:00-dan təmir işləri tamamlananadək qaz məhdudiyyəti olacaq. Görülən zəruri təmir işlərinin Sabunçu rayonu Bakıxanov qəsəbəsinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. Bununla yanaşı, bu gün saat 10:00-dan 18:00-dək Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Məhdudiyyət istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulmuş tədbirlər planına əsasən istismara yararsız qaz tənzimləyici qurğuların dəyişdirilməsi ilə əlaqədardır. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

"Ər və arvad"-ın Yaşarı Həccə gedib - FOTO

Azərbaycanın tanınmış aktyoru Elcan Rəsulov Həccə gedib. Psixoloq.az xəbər verir ki, “Ər və arvad” serialının Yaşarı, teleaparıcı, parodiyaçı, “Oğlan evi” filmindən tanıdığımız iranlı Pərvaz, “Maşın-şou 2015”-in finalçısı və ən yadda qalan iştirakçısı Elcan Rəsulov bu barədə sosial şəbəkədə paylaşıb. Rəsulov, facebook səhifəsində Həcc geyimində şəklini paylaşıb. Paylaşdığı şəklin aşağısında isə "Allah bütün arzusunda olanlara qismət etsin İnşallah. Hamınız üçün dualarım var",-deyə ürək sözlərini paylaşıb. Şəhanə Quliyeva

Uşaqların psixoloji sağlam olmaqları üçün bunları edin

Övladınızı olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin.Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin. İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun."Hamıdan yaxşı olsun" ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün lazımi istiqamətlərdə dəstəyinizi verərkən " sən hər kəsdən yaxşı olmalısan" deyə övladınıza psixoloji gərginlik yaşatmayın. Bacarması üçün dəstək olun, lakin bu zaman övladınıza basqı etməyin.Özünü dostları, ətrafdakı yoldaşları ilə müqayisə etməməsini öyrədin. Müqayisə edərkən uşaqda özünəinam hissinin aşağı enməsi və ya hədsiz özgüvən və s. kimi hisslər yaşana bilər.Övladınıza sevməyi öyrədin. İnsanları, heyvanları, bitkiləri, təbiəti və s.Ona olan sevginizi göstərməkdən çəkinməyin. Onun bu hissə hər zaman ehtiyacı var. Onu təmənnasız sevdiyinizi, sizi hirsləndirdiyi zaman da, nəyisə etməyi bacarmadığında da - hər zaman sevdiyinizi ona hiss etdirin.Övladınızın etdiyi işlərə, hisslərinə hörmətlə yanaşın. Sizin üçün çox sadə görünən bir məsələ onun üçün olduqca önəmli ola bilər.Ona inandığınızı hiss etdirin. Sizə yalnız doğru danışacağına inandığınızı ona bildirin.Etdiyi səhvlərə görə cəza alıbsa demək ki, artıq bu səhvlərini unutmağınız lazımdır. Keçmişdə etdiyi səhvləri təkrar -təkrar xatırlatmağınız yanlışdır.Dəyərli olduğunu hiss etdirin. Övladınıza dəyər verin.Övladınızla bağlı qərar verərkən onların da öz fikirlərini bildirməsinə icazə verin.(sağlamolun.az)

Porno saytları Elektron Təhlükəsizlik Xidməti bloklayıb – RƏSMİ

Ölkə ərazisində girişi məhdudlaşdırılan “Xvideos”, “Xnxx” kimi video-portallarla bağlı rəsmi açıqlama verilib. Psixoloq.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, Azərbaycanda pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatların yayılması, saytlarda yerləşdirilməsi qanunla qadağandır.  Qeyd olunur ki, yayılması qadağan edilən informasiyalar dərc olunmuş saytların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması müvafiq qanunun tələblərinə uyğun olaraq həyata keçirilir: “Fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən saytın və onun domen adının sahibinə, o cümlədən host provayderə yazılı xəbərdarlıq edilir. Səkkiz saat ərzində yayılması qadağan edilən informasiya saytdan götürülmədikdə, Xidmət tərəfindən həmin saytın ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması barədə müvafiq məhkəmə instansiyalarına müraciət olunur. Aidiyyəti qurumların müraciəti əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən bəzi qeyri-etik məzmunlu saytlarla əlaqədar məhkəmə instansiyalarına müraciət olunub və onların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul edilib”, - deyə açıqlamada bildirilir. Qeyd edək ki, porno saytların ölkə ərazisində məhdudlaşdırılması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Dünyanın ən yaxşı ali məktəbləri - Azərbaycan universitetləri...

Bu il üçün dünyanın ən yaxşı universitetlərinin reytinqi - "Academic Ranking of World Universities 2018" açıqlanıb. Psixoloq.az Reporta istinadən xəbər verir ki, siyahıya ABŞ-ın Harvard Universiteti başçılıq edir. Reytinqdə ikinci Stenford Universitetidir, 3-cü isə Böyük Britaniyanın Kembric Universitetidir. İlk beşlikdə növbəti yerləri də ABŞ ali təhsil müəssisələri tutur: Massaçusets Texnologiya İnstitutu və Kaliforniya Universiteti. Reytinqdə 1 Türkiyə, 4 Rusiya və 2 İran universiteti yer alıb. Qeyd edək ki, reytinq təhsilin keyfiyyəti, professor-müəllim heyətinin keyfiyyəti, elmi fəaliyyət, işçinin orta məhsuldarlığı kimi meyarlar əsasında tərtib edilib. Eyni zamanda, təhsilin keyfiyyəti qiymətləndirilərkən məzunları Nobel mükafatına, Filds medalına layiq görülən universitetlər nəzərdən keçirilir. Azərbaycan universitetləri siyahıya daxil edilməyib.

5-dən çox uşağı olan analara 9 min manata yaxın müavinət verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1792,8 milyon manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 118,1 milyon manat və ya 7,0 faiz çoxdur. Vəsaitin 97,9 faizini pensiya xərcləri təşkil edib. Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2018-ci ilin altı ayı ərzində əhaliyə 38,4 milyon manat məbləğində müavinət ödənilib ki, bunun da 29,2 faizi hamiləliyə və doğuma görə, 32,4 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,6 faizi dəfn üçün, 20,8 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib. Həmçinin 2018-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1311,7 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,4 faizini  təşkil edir. Onların 58,6 faizi yaşa, 29,9 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 219,2 manat təşkil edib və orta aylıq əmək haqqının 39,6 faizinə (2017-ci ilin birinci yarısında 38,7 faizinə)  bərabər olub. 2018-ci il iyulun 1-i vəziyyətinə 409,3 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 42,7 min nəfər, əlilliyə görə - 164,1 min nəfər, ailə başçısını itirməyə görə - 45,5 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 74,0 min nəfər olub. Əmək pensiyası almaq hüququ olmayan 54,1 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,7 faiz çoxdur. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 320 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,7 min ailəsinə 17,6 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 775 nəfər bir yaşadək uşağa görə 768 ailəyə və beşdən çox uşağı olan 2,9 min qadına 8,9 min uşaq üçün sosial müavinət  verilib. 2018-ci ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 48391 nəfərə, o cümlədən 38685 uşağın doğulmasına  görə, 4223 nəfərə  radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 3942 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 1541 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib. Cari ilin iyulun 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 413 nəfər zərərçəkən kompensasiya alıb.

Ali məktəbə qəbulun nəticələri bu gün açıqlanacaq

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur. Psixoloq.az xəbər verir ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.

Müəllimlərin işə qəbulu üzrə müsahibə davam edir

Avqustun 13-də start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Təhsil Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, avqustun 15-də keçiriləcək müsahibədə kimya, fizika və texnologiya müəllimi olmaq istəyən 764 namizədin iştirak edəcəyi gözlənilir. Müsahibə mərhələsi avqustun 18-dək davam edəcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaqdır. Həmçinin müsahibə zamanı namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.

Bu ixtisaslar üzrə yerlərin 40 faizi boş qalıb

2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbulun nəticələri haqqında statistik məlumatlar açıqlanıb. Dövlət İmtahan Mərkəzindən Moderator.az-a verilən məlumata görə, 2018/2019-cu tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 12387 bakalavr qeydiyyatdan keçib. I mərhələdə müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak edən 7293 bakalavrdan 6388 nəfəri respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olub. Lakin qəbul olan bakalavrlardan təqribən 9%-i qəbul olduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçməyib. Magistraturanın boş qalan plan yerinin müsabiqəsində iştirak etmək üçün isə 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 448 nəfər magistraturaya qəbul olub. Beləliklə, müsabiqənin nəticələrinə əsasən, bu il 6269 bakalavr (Azərbaycan bölməsi üzrə 5752, rus bölməsi üzrə 517) magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2250 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinə qəbul planı 74.87 % dolub. 2104 plan yeri (25.13 %) boş qalıb. Magistraturaya qəbul 74 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Belə ki, ayrılmış 8373 plan yerinə qeyd olunduğu kimi 6269 bakalavr qəbul olub. Lakin proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, hidrometerologiya, hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, dağ-mədən mühəndisliyi, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, silah və silah sistemlərinin istehsal texnologiyası, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarına aid 12, 25, 29, 57, 60, 61, 71 saylı proqramlara ayrılmış plan yerləri 100% dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramlar üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi. Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi, baytarlıq, filologiya və tərcümə, kitabxanaçılıq, dinşünaslıq, balıqçılıq, çoxişlənən malların texnologiyası mühəndisliyi sahələrinə aid 8, 30, 36, 39, 41, 43, 45, 51, 52, 72 saylı proqramlara ayrılmış plan yerlərinin 60%-dən çoxu boş qalıb. Bu proqamlar üzrə də plan yerlərinin dolmayacağı əvvəlcədən məlum idi. Belə ki, həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi. Say etibarilə ən çox bakalavrın müraciət etdiyi 26 (iqtisadiyyat) və 56 (MBA) saylı proqramlar üzrə də plan yerləri müvafiq olaraq 25.5% və 20.3% boş qalıb. Burada da ixtisaslaşma seçiminə buraxılanların sayı plan yerlərindən az olub.

Sabahdan havalar istiləşir

Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 16-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 26-31, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-65 faiz təşkil edəcək. Avqustun 16-da Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. 

Alimlərdən xəbərdarlıq — Növbəti beş il anomal istilər olacaq

“Nature Communications” jurnalında planetimizin iqlimi ilə bağlı məqalə dərc edilib. Psixoloq.az xəbər verir ki, məqaləyə əsasən növbəti beş il ərzində planetimizdə anomal istilər və isti qış hökm sürəcək. “Bizim iqlim modeli göstərir ki, havanın anomal yüksək tempraturu minimum beş il ərzində davam edəcək. Dənizlər üçün isə bu göstərici daha uzun müddət davam edəcək”, - deyə alimlər bildiriblər. Qlobal istilərin nəticələrindən biri kimi ekstremal hava şəraiti hesab edilir. Qışda isti, yayda isə soyuq olur. Bundan başqa həftələrlə leysan yağışları yağır, quraqlıq olur. Qlobal istilər artdığı üçün bu hallar da artacaq və daha böyük ərazini əhatə edəcək. Alimlərin fikrinə görə, belə halların artması ölümlərin də artmasına səbəb olacaq. İsti havalarda ölən insanların sayında 5 faiz artım müşahidə olunacaq.(ölkə.az)