Benzin bahalaşdı - FOTO

Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Psixoloq.az xəbər verir ki, yeni tariflərə əsasən, "Premium Euro-95”in satış qiyməti 1,50 manat, "Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub. Hazırda ölkəyə idxal olunan "Premium Euro-95” markalı avtomobil benzininin hər litri orta hesabla, 1.35-1.4 AZN-ə başa gəlir. Araşdırmalar yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir. Oxşar vəziyyət keçmiş müddətdə "Super Euro-98” markalı avtomobil benzinində də müşahidə olunurdu.

Özünüzü Tapın - Psixoloji Test

Şəkildə "özünüzü tapın". Sizin indiki vəziyyətinizə şəkildə olan hansı insanın vəziyyəti daha yaxındır? Əgər siz 1, 3, 6 və ya 7 nömrəli insanları seçmisinizsə, bu o deməkdir ki, siz hər zaman öz məqsədinizi bilirsiniz və heç bir maneələrdən, çətinliklərdən qorxmadan bu məqsədə doğru gedirsiniz. Siz 2, 11, 12, 18, və ya 19-cu insanı seçmisinizsə, deməli, siz çox ünsiyyətli, mehriban insansınız, yaxşı dostsunuz, dostlarınıza hər zaman kömək etməyə hazırsınız. Əgər siz 4-cü insanı seçmisinizsə, bu o deməkdir ki, siz həyatdan nə istədiyinizi yaxşı bilirsiniz, uğur qazanmaq üçün ən asan yolları seçməyə çalışırsınız, çətinliklər xoşlamırsınız.5-ci insan tez yorulur, zəif, halsız olur, depressiyalara düşür, küsür, inciyir, həyatda mübarizə etməyi bacarmır. Əgər siz 9-cu insanı seçmisinizsə, siz şən, müxtəlif əyləncələr sevən insansınız.13-cü və 21-ci insanlar ünsiyyətdə olmaq xoşlamır, onları tez-tez daxili narahatçılıq, özünə inamsızlıq narahat edir.8-ci insan öz aləmində olur, fikirləşməyi, düşünməyi xoşlayır.10-cu və 15-ci insanları seçmisinizsə, siz həyata normal uyğunlaşırsınız, həyatınız sizi tam qane edir, siz komfortlu vəziyyətdəsiniz. 14-cü insan daxili döhran yaşayır. Əgər siz 20-ci insanı seçmisinizsə, siz hakimlik etmək xoşlayırsınız, sizdə lider xüsusiyyətləri var.16-cı insan daim kimi isə himayə edir və bundan yorulub.17-ci insan kimin isə himayəsi altında olmağı xoşlayır.

Koqnitiv Bihevioral Terapiya (CBT) nədir?

CBT psixi pozuntular üzərində işləyərkən və onların səbəbini araşdıran zaman psixiatriya elminə istinad edir. Terapiya prosesində istifadə olunan söz və davranış metodları da bu elmə əsaslanır. Bu müalicə üsulunun effektivliyi elmi araşdırmalar nəticəsində sübuta yetirilmiş və yüzlərcə klinik araşdırmalarla təsdiq olunmuşdur. Digər psixoterapiya metodlarından fərqli olaraq CBTda terapiyanın strukturu müddət və məzmun şəklində qurulub. Belə ki, öncə diqqət pasiyentin aktual problemlərinə yetirilir, daha məhdud müddət daxilində daha çox problemi həll etmək hədəf kimi seçilir. CBT təkcə konkret aktual problemlərin həllinə yönəlməklə qalmır, həm də müraciət edənlərin bütün yaşamları müddətində öz problemlərini həll etməkdə kömək olacaq bir sıra vərdişlərə yiyələndirir. Bu vərdişlər "əyri" düşüncələri təmir etmək, inanclarını dəyişdirmək, ətraf aləmlə yeni əlaqələr qurmaq, və davranış dəyişiklikləridir. Hadisələri necə qəbul ediriksə, onlara hansı prizmadan baxırıqsa, həyatımız da həmin yöndə dəyişər. Bu KBT-nın əsas çıxış nöqtəsidir.. Yəni "HADİSƏLƏRİ OLDUĞU KİMİ DEYİL, OLDUĞUMUZ KİMİ GÖRÜRÜK". Məsələn, bu yazını oxuyarkən oxuduqlarımızı qiymətləndirməyə və şərh etməyə başladıq. Bu sətirləri oxuyan bir adamın "çox gözəl, tam da mənim axtardığım, ehtiyacım olan terapiya növüdür" deyə düşündüyünü fərz edək, bu adam özünü xoşbəxt, həvəsli hiss edəcək. Başqa bir adamın isə bura qədər yazılanları oxuyarkən ağılından "yaxşı kimi görünür, amma mən edə bilməm, mən də işə yaramaz" şəklində düşüncələr keçmişsə bu adam da özünü həvəssiz və istəksiz hiss edəcək. Yəni, bu sətirləri oxuyan hər bir kəs zehnində buna münasibətini,şərhini verir, qiymətləndirir. Bu fikir duyğularımıza və davranışlarımıza təsir göstərir. Yəni, insanın reaksiyası birbaşa hal-hazırda olan durum, vəziyyətdən deyil (məsələn, bu yazını oxumaq) bununla bağlı düşüncələrdən təsirlənir. İnsan ağ bir lövhə kimi doğulur, ətrafdan ona üç cür mesaj gəlir: -Özümüz haqqında məlumat -Digər insanlar haqqında məlumat -Yaşadığımız dünya haqqında məlumat Biz onlara ƏSAS VƏ YA TƏMƏL İNANCLAR deyirik. Əslində heç birimiz bunların fərqində belə deyilik.Lakin sırf bu faktorlar bizim hadisələri analiz etmək qabiliyyətimizdə və hadisələrə verdiyimiz reaksiyalarda ortaya çıxır. Məsələn, bir uşağa davamlı olaraq sən gözəlsən, ağıllısan, bacarıqlısan, dəyərlisən deyilsə uşaq həyatı boyu özünü elə təsəvvür edəcək, elə qələmə verəcək. SEANSLAR Müalicədə pasiyentlə terapist müxtəlif problemləri üzə çıxarmaq və anlamaq üçün, əməkdaşlıq edir, bir-birinə yardım göstərir və duyğu və davranışlar arasındakı münasibətləri açmağa çalışır. Bu terapiya növü ümumiyyətlə "İNDİI VƏ BURADA" prinsipinə, yəni həmin anda aktual olan problem və ya çətinliyə fokuslanır. Terapist və pasiyent birlikdə işləyirlər və qarşılarına qoyduğu məqsədə çatmaq, dəyişim yarada bilmək üçün seans zamanı aldıqları qərarları pasiyent senaslar arasında icra edir.. Seans zamanı alınan qərarların, davranışlarda təzahür etdirilməsi üçün pasiyentə ev tapşırıqları verilir. Terapist və pasiyent birlikdə pasiyentin problemi haqqında ortaq bir fikir əldə edərək problemi birlikdə anlamağa, mövcud problemin pasiyentin DÜŞÜNCƏ, DUYĞU VƏ DAVRANIŞLARINI və gün ərzində fəaliyyətinə necə təsir etdiyini tədqiq etməyə çalışırlar.. Müalicənin məqsədi pasiyentin problemlərini həll etməyində hələ də istifadə etdiyi klassik üsullarından daha faydalı ola biləcək YENİ HƏLLƏR YARADA BİLMƏSİNİ təmin etməkdir. MÜALİCƏ MÜDDƏTİ Hər hansı istisnai hallar nəzərə alınnmadıqda CBT-nın müddətinə terapist və pasiyent birlikdə qərar verir. Adətən hər bir psixoloqun 2-3 seansdan sonra ilk seansda müzakirə edilmiş məqsədlərə nə qədər müddətdə çatıla biləcəyi mövzusunda bir hipotezi yaranır. Bəzi pasiyentlər üçün 6-10 seans kimi çox qısa bir müddət kafi ola bilər. Daha ağır problemləri olan pasiyentlər aylarla hətta bir ili keçən bir müddət boyunca müalicədə qalmağı seçə bilərlər. Müliacənin əvvəlində əgər riskli bir durum yoxdursa (məsələn. intihar riski, cinayətə meyillilik və s) bu zaman seans həftədə bir dəfəyə təyin edilir. Müsbət nəticələr əldə etməyə başladıqca seanslar arasındakı zaman intervalı artmalıdır, əvvəl 15 gündə bir daha sonra üç həftədə birə doğru görüşmələr pilləli olaraq seyrəkləşdirilir. Bu hələ müalicə zamanı öyrənilən bacarıqların gündəlik həyatda tətbiq olunaraq sınanması şansını verir. Müalicə sona çatdıqdan 3, 6 və 12 ay sonra bir möhkəmləndirmə seansı keçirilir. DƏRMAN CBT ilə dərman müalicəsinin paralel getməsi mümkündür. Dərman istifadəsi məsləhət görülən hallarda terapist bunun pasiyentlə müzakirə etməli, bunun müsbət və mənfi nəticələrini öncədən qeyd etməlidir.Dərmansız, yalnız terapiya ilə müalicə oluna bilən xəstəliklər olduğu kimi, terapiyasız, sadəcə dərmanla müalicə oluna bilən psixi pozğunluqlar da ola bilər. Əgər problem hər iki cür həll oluna bilərsə bu zaman seçimi pasiyent özü etməlidir. Bəzən, hər iki müalicə növünün tətbiqi məsləhət görülür. NƏTİCƏLƏR Bir çox pasiyent əgər güvənərək və inanaraq seanslara davam edər və seans xarici zamanlarda təklif edilən texnikaları hər gün gündəlik həyatlarında istifadə etsələr 4-5 seans sonra psixopatalojiəlamətlərində bir azalma yarandığının fərqinə varacaq. Eyni zamanda pasiyent mütəmadi olaraq bir sıra psixoloji testlərdən keçirlir ki, testin nəticəsində də müalicənin effektivliyi özünü göstərir. CBT: ÇƏTİNLİK YARADAN SİMPTOLARI HƏDƏFLƏYƏN NARAHATLIĞI AZALTMAĞI DÜŞÜNCƏ TƏRZİNİ YENIDEN GÖZDƏN KEÇİRMƏYİ PROBLEMİN HƏLLİNDƏ YENİ METODLARIN, ÜSULLARIN YARADILMASINI AŞILAYAN təsirliliyi araşdırmalarla sübut olunmuş bir psixoterapiya növüdür. CBT uşaq və yeniyetmələr üzərində də mübət nəticələr verir. Ümumiyyətlə DEPRESSİYA, MÜXTƏLİF PSİXOLOJİ POZUNTULAR, DİQQƏT ƏKSİKLİYİ VƏ HİPERAKTİVLİK, ENUREZ HALLARINDA, TRAVMA VƏ TRAVMA SONRASI YARANAN STRES ilə əlaqəli simptomların müalicəsində istifadə edilir. Bu müalicə növünün təsirliliyini göstərən elmi məlumatlar mövcuddur. Bu məlumatlar KBTnınaşağıdagöstərilən və sıx müşahidə olunan psixi pozğunluqların müalicəsində təsirli olduğunu göstərmişdir: • OBSESSİV KOMPULSIV POZUNTU • PANIK ATAK • TRAVMA SONRASI STRESS POZUNTUSU • DEPRESSİYA • AİLƏ VƏ CÜTLÜK PROBLEMLƏRİ • ASILILIQLAR • QİDALANMA POZUNTULARI • SOSİAL FOBIYA • SPESİFİK FOBİYALAR • DAVRANIŞ POZUNTULARI • ŞIZOFRENIYA • BİPOLYAR POZUNTU​ • YUXU POZUNTULARI Aytən Eminova Bakı Dövlət Universiteti, Sosial elmlər və Psixologiya fakültəsi, II kurs

Tranzakt analiz nədir?

Tranzakt analiz ” Tranzaktio” latınca sövdələşmə,sözləşmə; “Analiz” parçalanma, ayrılma deməkdir.Erik Bern tərəfindən yaradılıb.Bernin nəzəriyyəsi şəxsiyyətin strukturunun analizin uğrunda qurulub. Məqsəd : Şəxsiyyətin dəyişilməsinə yönəlib.Tranzakt analiz 2 modelə ayrılıb : struktur və funksional model.Struktur:Valideyn eqo vəziyyətiYetkin eqo vəziyyətiUşaq eqo vəziyyətiFunksional :Valideyn – Kontrol edən valideyn,Tərbiyə edən valideynYetkin – dəyişilmirUşaq- Azad uşaq, Adaptativ uşaqValideyn eqo vəziyyəti – valideyndən götürülmüş hisslər,fikirlər,davranış; yəni hazır prinsiplərlə davranış modelini himayə edir.Yetkin eqo vəziyyəti – indi və burada prinsipinə əsaslanır, bu prinsipin əsasını fikirlər,davranış və hisslər yetkin insan kimi qərar vermək nəzərdə tutulur.Uşaq eqo vəziyyəti – uşaqlıq dövrünə aid fikirləri, davranışı uşaq kimi özünü aparmaq.Uşaqlıqda olduğumuz vəziyyətdə oluruq.TA-in əsas məqsədi şəxsiyyətin dəyişməsinə istiqamətlənir. Şəxsiyyətin problemlərinin dərk olunmasına son məqsəd kimi baxılmır.Əksinə, dərketmə şəxsiyyətin dəyişdirilməsinin əsas aləti hesab olunur.Əvvəlcə qərar qəbul olunur və daha sonra həyata keçirilir. Belə müddətdə terapiya uzun müddət aparılır.İlk dəfə ssenari nəzəriyyəsini Erik Bern tərəfindən işlənilmişdir.Daha sonra Klod Steiner bu nəzəriyyə ilə məşğul olmuşdur. O vaxtdan çox müəlliflər öz ideyalarını irəli sürmüşlər.Həyat ssenarisi TA-in əsas konsepsiyasını irəli sürür.– Ssenari bu həyatın planıdır.– Ssenari hesablaşmaya(finala aparır)– İnsan özü ssenari haqqında qərar qəbul edir– Ssenari valideynlər tərəfindən möhkəmləndirilir– Ssenari dərk olunmur– Biz ssenariyə “bəraət ” qazandıraraq reallığı təhrif edirik.Ssenari prosesi:“Hələ deyil”“Sonra”“Heç vaxt ”“Həmişə ”“Demək olar ki”“Açıq son”

Geştalt terapiya nədir?

Geştalt almancadan tərcümədə “bütöv obraz” deməkdir. Metodun yaradıcısı Frederik Perlz hələ Almaniyada olarkən Z.Freydlə audiensiya (şəxsi görüş) haqda düşünürdü. Onunla söhbətləşmək, öz nöqteyi-nəzərini izhar etmək, metrin bəzi nəzəri xəta və yanlışlıqlarını müzakirə etmək istəyirdi. Almaniyada siyasi vəziyyətin kəskin pisləşməsi Perlzı ölkəni tərk etməyə sövq edir. O əvvəl Hollandiyaya, sonra Cənubi Afrikaya köçür. Afrikada işləri qaydasında gedir. O burada psixoanaliz institutu yaratmağa müvəffəq olur, özünə təyyarə və bahalı rayonda dəbdəbəli malikanə alıb savadlı geştalt-terapevt kimi tanınmağa başlayır. 1936-cı ildə özü idarə etdiyi şəxsi təyyarə ilə 2000 mil yol qət edərək psixoanalizə həsr olunmuş konfransda iştirak etmək üçün Avropaya gəlir. Böyük çətinlik və şəxsi əlaqələr hesabına Freydlə görüşə nail olur. Metr qonağı uzun müddət dəhlizdə gözlətdikdən sonra nəhayət ki, pişvazına çıxır. Onların arasında mənasız dialoq baş tutur: - Mən Cənubi Afrikadan gəlmişəm ki, burada mühazirə oxuyum və sizinlə tanış olum. – deyir Perlz. Freydin cavabı gözlənilməz olur: - Çox əcəb. Nə vaxt qayıdıb gedirsiniz? Daha dörd dəqiqə havadan danışdıqdan sonra onlar həmişəlik ayrılırlar. Bu görüş Perlzı qəlbinin dərinliklərinə qədər təhqir edir.İnsident öz misalı ilə yarımçıq geştalta gözəl nümunə sayıla bilər. Bundan sonra Perlz ömür boyu Freyd ilə xəyali dialoqlar quraraq metrin zəif cəhətlərini üzünə çırpmış, yeni konsepsiyanın müxtəlif çalarlarını aşkarlamışdı. Nəticədə natamam geştalt nəzəriyyəsi təkmilləşdirilmiş, qazanan psixoanaliz olmuşdu. Qeyd edildiyi kimi geştalt – bütövlükdə qavrama deməkdir. Biz rəsm əsərinə baxanda tək-tək rəng yaxmalarını yox, ümumi tandemi görürük. Avstriya fiziki və filosofu Ernst Max göstərmişdi ki, musiqinin tonallığının dəyişdirilməsi onun tanınmasına əngəl törətmir. Çox məşhur daha bir misal var. Kembric universitetinin tədqiqatlarına əsasən sözlərdə hərf ardıcıllığı pozulsa belə, ilk və son hərflərin yerində işlədilməsi sözlərin düzgün oxunmasına rəvac verir. Çünki insan beyni tək-tək həfrrəli yox, bövütlüdkə szöü ouxuyr. Tamamlanmamış prosesləri beyin fiksə etməyə meyllidir. Bu, bir psixoloqun adı ilə Zeyqarnik effekti adlanır. Bu şəxs müşahidə etmişdi ki, kafedəki ofisiantlar yerinə yetirilməyən sifarişləri yadda saxladıqları halda icra olunmuş sifarişləri həmən unudurlar. Sonrakı tədqiqatlar onun müşahidəsinin təsdiqini verdi – icra olunmamış vəzifələr insan beynində müəyyən gərginlik yaradır. Natamam geştalt nə vaxt yaranır? 1.İllər boyu arzusunda olduğunuz bir şeyə çatmayanda. 2.Kimləsə münasibətiniz müəmmalı şəkildə qırılırsa, yaxud qəribə tərzdə sonuclanırsa. 3. Hansısa iş yarımçıq saxlanılırsa. Bir sözlə, istənilən natamam akt haqqında söhbət açdığımız kompleksin yaranmasına səbəb olur. Kompleksin yaranmasının göstəriciləri – sizi narahat edən keçmişə qayıtmaq həvəsiniz; sadalanmış mövzulara xəyalən döndüyünüzdə daxilinizdə baş qaldıran qıcıq və diskomfort hissidir. Evdə illərlə istifadə olunmayan əşyalar, çardaq və ya zirzəmidə keçən əsrdən qalma relikviya, lazım olmayan kompüter faylları, köhnə kağızlar, sənədlər, heç cür bağışlaya bilmədiyiniz insanlar, unutmaq iqtidarında olmadığınız neqativ hallar və s. və il. – bunlar hamısı yarımçıq geştalt ordusunun əsgərləridir. Frits Perlzin fikrinə görə nevrozu kultivirə edib qidalandıran əsas mənbə tamamlanmamış (açıq) geştaltdır. Natamam geştalt özbaşına bağlana bilərmi? Yox, əlbəttə. Burada ən düzgün yol onu mümkün qədər iqnor etməkdir. Əgər siz bütün emosiyalarınızla onu həyatınızda saxlayırsınızsa (dönə-dönə üzərinə qayıdır, götür-qoy edir, gecə-gündüz fikirləşir və beləliklə onu öz həyat enerjinizlə qidalandırırsızsa) o zaman əmin ola bilərsiniz: o heç zaman bağlanmayacaq. Burda V.Zelandı xatırlamaq yerinə düşür. “Reallığın transerfinqi”. Arzuladığınız bir şeyin həyata keçməsi ona verdiyiniz dəyərdən və vaciblik statusundan asılıdır.  Amma limit gözlənilməlidir. “Çılğınlıqla arzulamağın kifayətdir ki, istədiyinə çatasan” – bu kəlamı unuda bilərsiz. Karmist nəzəriyyəçilərin də təməl müddəalarından biri ideallaşdırmaya aid idi, yəni heç nəyi mütləqləşdirib, konstant səviyyəsinə yüksəltmək lazım deyil. Beləliklə, siz onu bütləşdirib dinamik mövcudiyyat interaktivindən çıxarırsız, dialektik qanunauyğunluqların civarında buraxırsız və o öz müdhiş, rigid, ölü və daşlaşmış implisitliyində davam edir. Mübarizə aparmaq olar, əlbəttə, amma transparantlarsız. Arzulara aşırı dəyər vermək lazım deyil. Bu, onların həyata keçməsinə əngəl törədir. Onlara qarşı yadlıq nümayişi gərəkdir. İstənilən eyləm öz məntiqi sonluğuna yetməsə barmağa batıb toxumada irinləyən tikan kimi sürəkli problem törədərək həyatınızı zəhərləyəcək. Hər birimiz həyat boyu yüzlərlə yarımçıq geştalt qazana bilırık. Deyilməyib ürəkdə qalan söz,  əziz insanla konflikt, borc imtahan kəsirləri və s. Sadə misal üzərində belə izah etmək olar: Siz monitorda çoxlu miqdarda pəncərə açmısınız və kompüter “asılıb qalıb”, hətta sönməsi də mümkündür. Təxminən analoji mexanizmlə insanın altşüuru natamam geştaltlarla zəhərlənir ki, bu da şəxsi inkişafa, məqsədə doğru irəliləməyə əngəl törədir. Şüuraltı üçün nə keçmiş, nə gələcək var. Ora ötürülmüş bütün komplekslər tək bir zamanda – İndi mövcuddur. Ona görə vaxtaşırı həyatımıza sirayət edib onun normal gedişatını poza bilir. Natamam geştalt fəsadsız ötüşmür. 1.O, insanı məmnunluq hissindən məhrum edib, xroniki həyəcan mənbəyinə çevrilir. Həyatının ən xoş məqamlarında belə insan ürək dolusu sevinə bilmir. Onu daim geriyə, qaranlığa səsləyən bir şeylər olur. 2.Yeni məqsədlərə doğru irəliləməyə mane olur, həyatı yenidən başlamaq ideyası fiaskoya uğrayır. Depressiv ovqat, halsızlıq, əzginlik, yuxusuzluq, nevroz və digər bu kimi simptomlar üçün məhz yarımçıq geştalta borcluyuq. Vaxtında ödəmədiyiniz cərimə xarici səfərə getməyinizə, yaxud borc kimi boynunuzda qalan zaçot diplom almağınıza necə mane olursa, natamam geştalt da həyatınızda təxminən belə bir ləngidici rol oynayır. Bunu insan sövqi-təbii hiss edir və imkan düşürsə geştaltı tamamlamağa can atır. Hansı yolla? Başqa şəxslərlə, oxşar situasiyalarda. Yəni başqalarını öz keçmişinin yarımçıq lövhələrində onu incidən kəslərin yerində görməklə, onlara həmin şəxslərin rolunu zorla sırımaqla. Geştalt tamamlanmamışsa, qaynaqlandığı mənbəyə oxşar situasiyalarla ard-arda həyatınızda zühur edib, bu yolla diqqətinizi problemin kökünə yönləndirməyə çalışacaq. Natamam geştalt bir yox, onlarla, yüzlərlə olur, üst-üstə qalaqlanmış vəziyyətdə, tort təbəqələri kimi. İlk növbədə üzdə olanla işləmək lazımdır. Bu yerdə inqramlardan danışmaq da olardı, amma lakoniklik xatirinə məqaləni köməkçi informasiyalarla yükləməyək. Valideynləri tərəfindən nələrdənsə məhrum edilmiş uşaqlar həmin o məğmun olduqlarının başqa yollarla iki, üç mislini qazanmağa çalışırlar. Evdə həyat yoldaşından sevgi, diqqət, qayğı görməyən şəxs dost məclisində üfüqi vəziyyət alana qədər içib keflənir ki, özünü idarə edə bilməsin və kimsə onu əlləri üstünə qaldırıb (qayğı çatışmazlığı) evə aparsın, Doğma ocağında görmədiyi sevgi və diqqəti kənarda axtarıb, ikiqat əvəzini çıxmağa çalışır insan. Yuxarıda göstərildiyi kimi valideyn/övlad münasibətində bu mövzu daha çox özünü göstərməkdədir. İnsanlar övladlarını onların istəmədiyi işlərə yönləndirməklə cavanlıq dönəmindən qalma yarımçıq geştaltlarını bu yolla bağlamağa çalışırlar. Məs.övlad öz istəyinə zidd olaraq hər hansı bir ixtisası seçməyə məcbur olur ki, atanın (ananın) vaxtında reallaşdıra bilmədiyi arzusu gözündə qalmasın. Tamamlanmamış geştaltla işləmək lazımdır. Onu özündən uzaqlaşdırıb dəf etmək üçün ona qalib gəlməlisiniz. Daxilinizə boğduğunuz emosiyalar, dərinlərə qovduğunuz kədər, içinizdə basdırdığınız anlaşılmazlıq “natamam geştalt” adlı komplekslər əjdahasını daim ayaqda saxlayacaqdır. Dərd dilə gətirilməli, çözülməli, lazımsa göz yaşlarında yuyulmalıdır, bununla onun qarsalayıcı hərarəti böyük dərəcələrlə endirilmiş olur. Perlz deyirdi: “Şüuru söndürün, hisslər qalsın”. ... və bu hisslərlə də keçmişlərə qayıdıb həyatınızdakı konflikt situasiyaların, nevroz və depressiyanın qaynağını tapmalısınız. Psixoloji blokların somatikaya nüfuz etmə kimi təhlükəli xüsusiyyəti var. Bu zəmində yaranan xəstəliklər psixosomatik mərəz adı almışdır. Bu zaman əsas əziyyət çəkən orqanlar ürək, böyrəklər, mədədir. Mərkəzi sinir sistemi, əzələlər (qıcolma) və qan dövranında da nəzərəçarpan dəyişikliklər baş verir. Geştalt fəlsəfəsinin (geştalt terapiyanın) əsas prinsipləri: a).“İndi və burada”. Keşmiş və gələcəklə yaşamaq lazım deyil. b).Böyük enerji sərfinə bais olan boş xülya və fikirləri özünüzdən uzaqlaşdırın. Düşüncələrə dalıb xoşbəxt olmağı qərara almaq yox, xoşbəxt olmaq lazımdır. v).Məsləhətlərə bacardıqca az qulaq asmağa çalışın. Heç kəs sizə lazım olanı sizin qədər dəqiq bilmir. d).Hiss, fikir və əməlləriniz üçün məsuliyyət daşımağı öyrənin. Kənarda səbəbkar /müqəssir axtarmaq yaxşı nəticə vermir. Komplekslərlə işləmək əvəzinə bəzən insan yeməyə üz tutur. Daxildə artan, böyüyən “aclıq” duyğusunu dəf etmək üçünsə problemin səbəbi araşdırılmalıdır. Kimi stress və depressiyaya yeməklə (bulimiya), kimi alkoqolla və narkomaniya ilə qalib gəlmək istəyir. Natamam geştaltın yaranmasına yol verməmək üçün başlanılan işi çalışıb sona yetirmək lazımdır. Artıq yaranıbsa, o zaman tamamlanması məsləhət görülür. Keçmişin indiyə sirayət etməsinin qarşısını almaq üçün onu silmək, birdəfəlik unutmaq ən doğru yoldur. Əgər bu mümkün deyilsə həmin insanları tapıb yarımçıq geştaltı tamamlamaq, bu da alınmırsa (onlar dünyasını dəyişmiş) o zaman keçmişin analoji modelini yaradıb, onu yaşamaq, yəni başqa insanlarla situasiyanı “oynanaq” lazımdır. Sonuncunu mütəxəssisin rəhbərliyi altında xəyali modellə də aparmaq qənaətbəxş sayılır. Bu üsullar modelləşdirmə adlanır. İstənilən halda uğurlu terapiya üçün əsas lazım olan - ilkin impulsun düzgün müəyyənləşdirilməsidir. Bir şeyi də qeyd etmək lazımdır ki, Şərq mentaliteti bu komplekslərin, psixikanı sarsıdan yavaş sürətli   bombaların saxlanılması üçün dərin və zəngin zəmin verir.  Ta uşaqlıqdan beyinlərə yeridilən və “camaat nə deyər?” misallı xüsusi ədəva/cövhərlə işlənilmiş “belə etmə; ora getmə; sus, danışma; döz, səbrini bas; insan zülmə tabedir; dərd çəkməkçün yaranmışıq; axirətinçün yaşa; əsl həyat öləndən sonra başlayır” kimi məsləhətlər (daha çox təlqin/imperativlər) sizi natamam geştalt burulğanının düz ortasına atır. Ona görə Şərq insanı azadlıq, müstəqillik baxımdan daha acı durumda.. , müxtəlif çeşidli həyat hadisələri qarşısında daha müti, daha idarəolunan, aciz, daha kölə...

EMDR nədir?

EMDR (Göz hərəkətləriylə laqeydləşdirmə və yenidən emal) 1987-ci ildə Amerikalı psixoloq Francine Shapiro tərəfindən kəşf edilən psixoterapiya texnikasıdır.Aspirantura tezisiylə məşğul olduğu sırada, könüllü göz hərəkətləriylə birlikdə narahat edici düşüncələri düşünəndə,bu düşüncələrin yaratdığı mənfi hisslərin azaldığını görən Shapiro,bu kəşfinin fəaliyyətini araşdırmaq adına travma sonrası stress pozğunluğu olan Vyetnam veteranlarıyla,təcavüz və cinsi istismar mağdurlarıyla araşdırmalar etmişdir.Bu araşdırmalar nəticəsində göz hərəkətləriylə laqeydləşdirmə (EMDR) travmatik yaşantıların mənfi təsirlərinin mənalı dərəcədə azaltdığını görmüşdür. Araşdırmalarına davam edən Shapiro,göz hərəkətləriylə laqeydləşdirmə (EMDR) tətbiq etdiyi konsultantların və EMDR\'ni tətbiq edən digər kliniklərin verdiyi əks reaksiya çərçivəsində,müalicə sonrası xəstələrdə travmatik həyatla əlaqədar yaranan fikir və idrak dəyişiklikləri də əlavə edərək, EMDR texnikasını inkişaf etdirərək bu gün istifadə edilən şəklini vermişdir (EMDR). Shapiro EMDR\'nin işləyişini və fəaliyyətini açıqlamaq adına \"İnformasiya Generasiya Nəzəriyyəsi\" adını verdiyi bir nəzəriyyə ortaya çıxarmışdır.Bu nəzəriyyəyə görə bütün insanların fizioloji əsaslı bir məlumat emal sistemi vardır.Bu sistem,bizim təcrübələrimiz və xatirələrimizin onlara çataraq ən təsirli şəkildə fəaliyyətini təmin edir.Xatirələrimiz,zehində onlarla əlaqədar düşüncələr,şəkillər,duyğular və hisslər şəklində saxlanılır.Öyrənmə prosesi,yeni məlumatların,yaddaşımızda hal-hazırda olan köhnə məlumatlarla əlaqəyə keçə bilməsiylə olur.Çox mənfi ya da travmatik bir hadisə yaşananda,bu hadisəylə bağlı yaranan mənfi duyğular,informasiya emal prosesinə müdaxilə etməkdə və bu əməliyyatın yarıda qalmasına səbəb olmaqdadır.Beləcə travmatik anının,yaddaşın digər qisimlərində tutulan digər məlumatlarla əlaqəsi qopmuş olur. Məsələn,bir təcavüz qurbanı,yaşadığı hadisənin təcavüzcünün günahı olduğunu bilir,lakin bu məlumatla,travma sonrası yaranan özünü günahlandırma hissi ilə əlaqəyə keçə bilmədiyi üçün hücumun öz günahı olduğunu düşünməyə davam edir.Bir adam yaşadığı zədəni düşünərkən,ya da bu travmatik anı bənzər vəziyyətlərdə ya da mühitlərdə tətikləndiyini,o hadisəni təkrar yaşadığını hiss edə bilir.Travmatik hadisə zamanı ortaya çıxan güclü mənfi fiziki və emosional reaksiyaları yalnız hadisə ağlına gəldiyində belə göstərə bilir.Travma sonrası stress pozğunluğu (TSSP) simptomları olan travmayla əlaqədar məcburedici və birdən araya girən düşüncələr,romantik narahatlıq və özü ilə əlaqədar mənfi inanclar,travmatik anının düzgün bir şəkildə işlənə bilinməmsindən qaynaqlanmaqdadır. Shapiro EMDR\'nin,işlənmə müddəti yarıda qalan travmatik xatirələri sağlam bir şəkildə işləyərək,bu xatirəyə bağlı ortaya çıxan narahatlıqların aradan qaldırılmasını təmin etdiyini ifadə etmişdir. İnformasiya Generasiya prosesi,travmatik anının zehində uyğun bir şəkildə saxlanmasını təmin etməkdədir.Bu prosesin davamında travmatik təcrübə,uyğun duyğular,hisslər və fərdi inanclarla birlikdə kodlanmaqda və adamın bu anıya ətf etdiyi mənfi düşüncə və duyğuların müsbət bir şəkildə kodlanması təmin edilməkdədir. EMDR müxtəlif psixoterapiya yanaşmalarını bünyəsində saxlayan (psixodinamik,koqnitiv-bihevioral, təcrübi,bədən-mərkəzli) əhatəli və bütünləyici bir psixoterapiya texnikasıdır.EMDR\'nin qurulmuş bir protokolunun olması,müalicənin effektivliyini olduqca artırmaqdadır.Bu protokol,travmanın gətirib çıxardığı mənfi duyğu,inanc və bədən duyumlarına qarşı duyarsızlaşdıran və müsbət bir şəkildə yenidən işlənməsini təmin edən 8 addımdan meydana gəlməkdədir. Texnika əsnasında göz hərəkətləriylə,səslərlə və ya bədəndə edilən kiçik toxunuşlarla cüt tərəfli (beynin sağ və sol tərəfi) tabeçilik təmin edilir.Bu tabeçilik əsnasında pasiyent keçmiş xatirələrinə,o xatirələri tətikləyən bu gün yaşadığı hadisələrə və gələcəkdə yaşamaq istədiyi müsbət təcrübələrə gedir.Bu müddət boyunca pasiyent fikir qazanmaq,xatirələrdə dəyişmə yaşamağı,ya da yeni əlaqələr qurmağı təcrübə edə bilər. EMDR\'nin səkkiz addımı: 1)İlk addım pasiyent keçmişiylə əlaqədar məlumat almaqdır.Terapevt pasiyent EMDR üçün uyğunluğunu analiz edir,uyğun bir müalicə planı çıxarır və EMDR\'lə çalışılacaq hadisə müəyyən edilir. 2)Terapevt pasiyentə EMDR müddətini açıqlayır və pasiyentdən təsdiq alır.Terapevt pasiyentlə birlikdə,seanslar müddətində və ya sonrasında onu rahatlaşdıracaq bir \"etibarlı yer\" müəyyənləşdirir. 3)3-6 addımlarından EMDR ilə çalışılacaq anı müəyyən edilir və EMDR proseduru istifadə edilməyə başlanılır.Pasiyent çalışmaq istədiyi anını ən yaxşı izah edən rəsmi seçir və bu şəkilə baxdığında özüylə əlaqədar düşündüyü mənfi inancı təyin edir.Bu mənfi inancın yerinə o şəkilə baxanda özüylə əlaqədar nəyə inanmaq istədiyi müəyyən edilir və bu anda şəkilə baxanda özüylə əlaqədar müsbət inancın nə qədər etibarlı olduğunu 1 ilə 7 arasında qiymətləndirir O,şəkillə əlaqədar duyğuları, 0 ilə 10 arasında narahatlıq dərəcəsi və bu rəsmi düşündüyündə bədənində olan çətinlikləri təyin etdikdən sonra növbəti addım olan laqeydləşdirməyə keçir. 4)Laqeydləşdirmə mərhələsində pasiyent çalışmaq istədiyi rəsmi,bu şəkilə baxdığında özüylə əlaqədar düşündüyü mənfi inancı,duyğularını,bədənində yaşadığı çətinliyi düşünərək terapevtin etdiyi cüt tərəfli stimulyasiyanı (göz hərəkətləri, səs və ya kiçik toxunuşlara) yönəlmişdir. 5)Yerləşdirmə mərhələsində pasiyent özüylə əlaqədar təyin etdiyi müsbət inancı cüt tərəfli stimulyasiyayla yerləşdirilir. 6)Bədən axtarış mərhələsində pasiyent onu narahat edən rəsmi düşünüb bədənini arayır və bədənində hər hansı bir narahatlıq olub-olmadığını müəyyənləşdirir.Somatik narahatlıqlar cüt tərəfli stimulyasiya istifadə edərək laqeydləşdirilir və yenidən işlənərək aradan qaldırılır. 7)Bağlanma mərhələsində terapevt pasiyentə bir sonrakı seansa qədər çalışılan şəkillə əlaqədar ortaya çıxan duyğu,görünüş və ya fiziki sensasiyanı qeyd etməsini bildirir və bu kimi vəziyyətlərlə başa çıxa bilməsi üçün müxtəlif rahatlama məşqləri göstərir. 8)Bir sonrakı seans,qiymətləndirmə mərhələsiylə başlayır.Bir əvvəli seans və daha sonrasında ortaya çıxan dəyişmələr qiymətləndirilir.EMDR seanslarından sonra pasiyentlər ümumiyyətlə,çalışılan xatirəyə bağlı romantik narahatlığın ortadan qalxdığını və ya böyük bir ölçüdə azaldığını və əhəmiyyətli bir ölçüdə fikir qazandıqlarını bildirirlər. Əldə edilən bu duyğusal və koqnitiv dəyişikliklər,məsləhətləşənlərin davranışlarında və fərdi həyatlarında müsbət dəyişikliklərə gətirib çıxarmaqdadır.EMDR travma başda olmaq üzrə bir çox psixoloji çətinliklə başa çıxmada fəaliyyəti sübut edilmiş və geniş miqyasda istifadə edilən bir psixoterapiya texnikasıdır. EMDR haralarda istifadə edilir?                                                             Shapiro\'nun inkişaf etdirdiyi standart EMDR protokolu zaman içərisində müxtəlif psixoloji narahatlıqlarla çalışan kliniklər tərəfindən inkişaf etdirilmişdir. Edilən işlərdə EMDR\'nin yalnız travma sonrası stress pozğunluğu\'nun (TSSP) müalicəsində deyil,bir çox dəyişik psixoloji narahatlıqların müalicəsində fəaliyyət göstərdiyi müxtəlif işlərlə göstərilmişdir. EMDR\'nin aşağıda göstərilən psixoloji narahatlıqların müalicəsində fəaliyyəti,edilən işlərlə dəstəklənmişdir. 1) İraq,Əfqanıstan,Vyetnam,Koreya və 2.Dünya Müharibəsində döyüşmüş TSSP simptomları göstərən və müalicəyə müqavimətli əsgərlərlə edilən işlərdə EMDR seanslarından sonra məsləhətləşənlərin TSSP\'na bağlı yaşadıqları flashback\'lərin (hadisəyə geri dönmə),kabusların və digər TSSP simptomlarının itdiyi görülmüşdür. 2) Fobiya, Panik pozğunluq və geniş yayılmış itirmə Pozğunluğu yaşayan şəxslərin EMDR\'dən sonra qorxuları və simptomlarında sürətli azalma olduğunu ifadə ediblər. 3) Cinayətdən zərər çəkənlər,polislər,xilasedicilər və sahə işçiləri kimi hücuma məruz qalan və ya işlərinin təbiəti gərəyi sıx stress altında çalışan kəslərin,EMDR\'dən sonra bunlara bağlı narahatlıqlarının itdiyini ifadə etmişlər. 4) Bir yaxının itkisinə bağlı olaraq sıx kədər və yas yaşayan kəslərin EMDR seanslarından sonra yas müddətini daha rahat keçirdikləri müşahidə edilmişdir. 5) Uşaqlar və yeniyetmələrin yaşamış olduqları zədələrə bağlı inkişaf edən simptomlarda yaxşılaşma görülmüşdür. 6) Təbii fəlakət və ya insan əliylə yaradılan fəlakət qurbanları normal həyatlarını davam etdirə bilməkdədir. 7) Qəza,əməliyyat,ya da yanıqlara məruz qalan və buna bağlı olaraq duyğusal və fiziki baxımdan narahatlıq duyan kəslərin EMDR seanslarından sonra məhsuldar həyatlar yaşamağa başladıqları müşahidə edilmişdir. 8) Ailə,evlilik problemləri və cinsi problemlər yaşayan kəslərin sağlam əlaqələr qura bilməsini təmin edən təsirli bir texnika olduğu görülmüşdür. 10) Dissosiativ Pozğunluğu olan şəxslərin yaxşılaşma prosesinin EMDR ilə,ənənəvi müalicə metodlarına nəzərən,daha qısa müddətdə reallaşdığı görülmüşdür. 11) Performans qayğısı yaşayan,ya da məktəbdə,işdə,sənət və idman sahələriylə məşğul olarkən əksiklik yaşayan fərdlərin performansının artırılmasında təsirli bir şəkildə istifadə edilməkdədir. 12) Somatik və ya somatoform pozğunluq,migren ağrısı,xroniki ağrı,xroniki ekzema,mədə-bağırsaq problemləri, mənfi bədən forması yaşayan fərdlərin müalicəsində istifadə edilməkdədir. 13) Kəskin travma,travma sonrası stress pozğunluğu və travma əsaslı şəxsiyyət problemlərinin müalicəsində bilinən ən təsirli psixoterapiya texnikalarından biridir. Nərmin QuliyevaXəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

Psixoanaliz nədir?

Psixoanaliz- psixoloqiyanın XIX əsrin axırlarında Avsriyali psixiatr və psixoloq Ziqmund Freyd tərəfindən yaradılmış mühüm bir istiqamətidir. Öncə psixoanaliz isterik nevrozların öyrənilməsi və müalicəsi metodu kimi yaranmışdır. Psixoterapevtik praktikanın nəticələrinin, həmçinin normal psixi həyatın müxtəlif hadisələri- yuxugörmənin, dil çaşmalarının, yanlış hərəkətlərin, zarafatların analizi- Freyd tərəfindən ümumi psixoloji mexanizmlərin fəaliyyətinin nəticəsi kimi şərh edilmişdir.Psixoanaliz nəzəriyyəsinin əsas müddəalarından biri psixikanı şüurlu və şüursuz hissələrə ayirmasıdır. İnsanın bildiyi, bu dəgigə dərk etdiyi hər bir şey şuurlu hesab olunur. Unutduğu, tam dərk etmədiyi və ya dərk etmək sərf etmədiyi üçün şuurundan kənarda qalan bütün başqa şeylər isə onun şuursuz sferasını təşkil edir.İnsanın təfəkkürünü, hislərini və davranışını-- kökü uşaqlıq dövrünün psixotravmatik təəssüratlarına gedən və ya cəmiyyətdə mövcud olan əxlaq və mədəni normalarla toqquşan şüuraltı istəklər təyin edir. Beləliklə daxili psixoloji konfliktlər yaranır. Bu konfliktlərin həll edilməsi şüurdan pis, lakin təbii instinktlərin və arzuların kənarlaşdırılması ilə yerinə yetirilir. Şüurdan kənarlaşdırılmış bu istək və arzular izsiz keçmir. Onlar insan psixikasının dərinliyinə keçir, əvvəl-axır gərginlik yaradaraq özünü hər hansı bir formada biruzə verir. Psixoanaliz nədir?Birinci növbədə psixoanaliz -müalicə metodudur, indiki dövrdə demək olar ki, bütün psixoanalitiklər-həkimlərdir. Psixoanalitik çalışır ki, xəstənin simptomlarını aradan qaldırsın- onu lazımsız şübhələrdən, əsassız günah hissindən, öz-özünü günahlandırmaq kimi əzabverici emosiyalardan, yanlış mülahizələrdən və səbəbsiz həyəcanlanmalardan azad etsin. Bundan başqa pcixoanalitik öz qarşısına məqsəd qoymalıdır ki, xəstəni sakitləşdirməklə yanaşı, onun şəxsiyyətini təhlil etsin. Psixoanalitik terapiyanın əsas məqsədlərdən biri də insanın özünü tam dərk etməsidir. İnsan yalnöz nə istədiyini, nədən qorxduğunu, nəyə qarşı biganə olduğunu biləndən, yəni özü-özü ilə tam səmimi olmağı öyrəndikdən sonra xoşbəxt ola bilər. Məhz buna psixoalitik terapiya nail olmağa çalışır. Lakin psixoanalitik -yalnız rəhbər və müşahidəçidir, sonda bütün prosesin nəticəsinə cavabdeh pasientdir. İkinci-psixoanaliz ümumiyyətlə insanın, xüsusən istəklərin, impulsların, motivlərin, yuxugörmələrin, fantaziyaların, şəxsiyyətin erkən inkişafının, emosional dəyişikliklərinin elmi müşahidəsi və tədqiqi metodudur. Psixoanaliz necə aparılır? Psixoanaliz prosesi şəxsiyyətin öyrənilməsi, tətqiqi və yenidən qurulmasından ibarətdir: bu ona görə edilir ki, fərd öz gərginliyini onu çıxartmaq vaxtı gələnə qədər çətinlik çəkmədən saxlaya bilsin. Gərginliyə səbəb olan şüuraltı fikri şüurlu etmək və lazımsız gərginliyi nəzarət altına almaq vacibdir. Psixoanaliz uzun müddət bəzən illərlə davam edən bir prosesdir. Psixoanalitik ilə pasient həftədə 2-3 dəfə, 1saat davam edən seanslarda görüşür. Ənənəvi psixoanaliz seansı zamanı xəstə kuşetkada uzandırılır, analitik isə görmə sahəsində olmamaq üçün onun baş tərəfində oturur. Bu zaman xəstənin psixikası yayınmadan işləyə bilir. Bu metod həkimi də artıq gərginlikdən azad edir, həkim xəstənin danışıqları üzərində fikrini daha yaxşı cəmləşdirə bilir. Analitikin əsas vəzifəsi pasienti diqqətlə dinləmək, lazım olanda onu istiqamətləndirmək, problemləri müzakirə etmək, yaranmış suallara cavab verməkdi. Psixoanalizdin bir metodu da sərbəst assosiasiya metodudur. Bu o deməkdir ki, fikirlər, ideyalar cərbəst, qarşısı alınmadan senzurasız ifadə olunur. Pasient ağlına gələn hər bir şeyi düşünmədən, utanmadan danışmalıdır. Sərbəst asossasiya (şüurda ayrı-ayrı təsəvvürlər arasındakı əlaqə) vəziyyətində xəstənin psixikası adətən arzularla, hislərlə, xatirələrlə, fantaziyalarla, mülahizələrlə və yeni baxış nöqtələri ilə dolur, bütün bunlar ilk baxışda tam qarışıq şəkildə olur. Lakin qarışıqlığa və dalğınlığa baxmayaraq, hər bir fikrin və hər bir jestin müəyyən gərginliklə əlaqəli mənası var. Saatlar və günlər keçdikcə qarışıq hörümçək toruna bənzər fikirlərdən məna və əlaqə yaranmağa başlayır. Uzun müddət ərzində tədricən bəzi mərkəzi mövzular yaranır. Bunlar xəstənin şəxsiyyətinin əsas strukturunu təşkil edən və onun bütün simptomlarının, assossasiyasının mənbəyi olan, çoxdan şüuraltında saxlanılmış və şəxs tərəfindən dərk oluna dilməyən, erkən uşaqlıq dövründən təmin olunmamış qalan tələbatlar və hisslərə aid olan mövzulardır. Psixoanalitik terapiya davam etdikcə bir müddətdən sonra axtarım- transfer fenomeni meydana çıxır. Bu nə deməkdir? Pasient kökü erkən uşaqlıq dövrünə aid olan, öz həll olunmamış emosianal problemlərini analitikin şəxsiyyətinə yönəldir. Bu zaman pasientdə analitikə qarşı sevgi, nifrət və s. bu kimi güclü hisslər yarana bilər. Analitik bu hisslərin transfer olduğunu pasientə izah etməli, və birgə müzakirə etməklə suursuz sferadan informasiyaların suura keçməsinəvə beləliklə daxili konfliktlərin həll olmasına şətait yaratmalıdır.Analitikin xəstəyə münasibəti ciddi şəkildə tam neytral olmalıdır. Analitikin əsas işi xəstə özünü hər dəfə aldatdıqda ona bunu söyləməkdir. Ona görə həkim həmişə özünətənqidi mövqeyini qorumalıdır, xəstəyə qarşı olan rəğbət və ya qəzəb kimi hisslərini aşkarlamamağa çalışmalıdır. Çünkü bunlar xəstəyə, həkimi və özünü aldatmaq imkanı verə bilər. Analitikdə xəstəyə qarşı arzuolunmayan emosional münasibətlərin yaranmasına qarşıaxtarım (kontrtransfer) deyilir. Lakin psixoanalitik nəzəriyyə inkişaf etdikcə kontrtransferdən də istifadə olunmağa başlandı. Yəni psixoanalitik özündə pasientə qarşi yaranmış emosiyalarını analiz edərək həm pasienti daha yaxşı anlayır, onun əhatəsində olan insanlarla münasıbətini daha yaxşı dərk edir, və bütün bunları pasientlə müzakirə etmək imkanı əldə edir.Bəzən belə sual yaranır. Psixoanaliz kiməsə zərər verə bilərmi? Ən böyük təhlükə -psixozun sərhəddində olan xəstənin, onun həqiqi vəziyyəti haqqında məlumatı olmayan analitik tərəfindən müalicəsidir. Analitik həmçinin nevrozları beynin digər xəstəliklərindən və hormonal dəyişikliklərdən fərqləndirilməsində ehtiyyatlı olmalıdır.Üçüncü-psixoanaliz elmi psixologiyanın bir sistemidir, yəni insan davranışı və evlilik, valideynlərlə uşaqlar arasındakı əlaqələr kimi insani münasibətlərin nəticəsini proqnozlaşdırmaqda psixoanalizdən istifadə etmək olar.

Qurban ətini ODUNDA BİŞİRMƏYİN - XƏBƏRDARLIQ

Niger Respublikası əhaliyə bu il Qurban bayramında ətlərin odunda bişirilməməsi ilə bağlı xəbərdarlıq edib. Psixoloq.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ölkədə yaşıllıqların ildən-ilə azalmasıdır. Məlumata görə, ölkənin paytaxtı Niameydə Qurban bayramı günü istifadə edilən odun illik istifadənin 1/5-ni təşkil edir. Bayram günü paytaxtda 400 min xırdabuynuzlu heyvan kəsilməsi gözlənilir. Onların bişirilməsi üçün isə 50 min ton odunun istifadə ediləcəyi təxmin edilir. Ekologiya müdiri Oumarou Alou xalqa müraciət edərək bayram günü kəsilən ətləri bişirmək üçün odun yerinə kömürdən istifadə etməyi tövsiyə edib. Rəsmi məlumata görə, maşın, eşşək arabaları və ya dəvələrlə normadan artıq odun gətirənlər şəhərə buraxılmayacaq. O.Alou ekologiyanı qorumaq üçün bu addımı atmağa məcbur olduqlarını bildirib.(Publika.az)

Azərbaycana qanunsuz keçirilən külli miqdarda dərman aşkarlanıb - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili “HCVG vizual - Smiths Detection” yoxlama-baxış sistemindən keçirilib.  Bu barədə oxu.az-a- DGK-dan məlumat verilib. Baxış zamanı, monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb. Türkiyə vətəndaşının idarə etdiyi “VOLVO” markalı həmin nəqliyyat vasitəsinə təkrar baxış nəticəsində gömrük orqanına bəyan olunmayan 104 adda 10 min 110 qutu dərman preparatı, gömrük orqanına düzgün bəyan olunmayan 3 min ədəd “Eren” markalı müayinə masa ortüyü, 700 ədəd “Beybi Care” markalı yataq qoruyucu örtüyü, 554 min 400 ədəd “TentyFlex” markalı cərrahi əlcəyi aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Pivə haqqında bilmədiyiniz maraqlı faktlar

Tədqiqatçıların fikrinə əsasən, pivəni lazımi qədər içdikdə sağlamlıq üçün faydası toxuna bilər. Qəribədir? Psixoloq.az xəbər verir ki, dietoloq və məşqçi Ceymi Loci bildirir ki, aşağı kalorili pivələr bu məsələdə daha effektivdir.  Əgər siz pivənin təkcə susuzluğu yatırtmasını istəmir və fayda da əldə etmək istəyirsinizsə, “light” markalı və tərkibində 4-5 % spirt olanı seçməlisiniz. Eyni zamanda qazsız pivə də faydalıdır. Kalsium Bir qayda olaraq pivənin tərkibi kalsiumla zəngindir. Bu isə sümüklərin möhkəmlənməsinə kömək edir. Bu barədə 2009-cu ildə “American Journal of Clinical Nutrition” jurnalının tədqiqatında məlumat verilib. Alimlər məlum ediblər ki, lazımi dərəcədə pivə içmək sümük toxumasının qalınlığını artırır. Bununla da osteoporoz riskini azaldır. Alimlərin fikrinə əsasən pivənin tərkibində olan silisium vacib rol oynayır. B Vitamini Tünd pivənin tərkibində B qrupu vitaminləri (B12-dən başqa) daxil olmaqla qidalandırıcı maddələr var. Qərb tibb jurnalının məlumatına əsasən buğdanın tərkibində olan riboflavan maddəsinin miqdarı pivə bişirilməsi prosesində artır. Eyni zamanda nikotin turşusu, yəni B3 maddəsi pivənin tərkibində var və onun miqdarı pivənin növündən asılı olaraq dəyişir. Dəmir Bir stəkan pivənin tərkibində 0.3 milliqram dəmir var. Bu isə məsləhət görülən sutkalıq normanın 3%-i deməkdir. Təbii ki, qaraciyər, qırmızı ət və balqabaq tumunun tərkibində dəmir daha çoxdur. Amma pivənin də tərkibində dəmirin olması faktını oxuculara çatdırdıq. Dəmir orqanizm üçün çox vacib elementdir. Flavonoidlər Tünd pivənin tərkibi flavonoidlərlə zəngindir. Bu maddə isə mikrob əleyhinə xüsusiyyəti ilə məşhurdur. 2003-cü ildə Viskonsin universitetinin apardığı araşdırmaya əsasən pivənin tərkibindəki flavonoidlər ürək tutmasının və qan tərkibinin qatılaşmasının qarşısını alır. Amma nəzərə almaq lazımdır ki, təcrübə insan yox, köpəklər üzərində aparılıb. Ferul turşusu Pivə su, arpa, maya, mayaotu və pivə mayasından ibarətdir. Onun xarakterik dadını isə bişmiş arpa verir. Bu arpa pasterizə edilir və filtirdən süzülür. Dieoloqların fikrinə əsasən, arpanın tərkibində ferul turşusu var və bu soyuqdəymə və iltihabı, ürək-damar xəstəlikləri və onkoloji xəstəliklərə yoluxma riskini azaldır. Tünd pivələrin tərkibində ferul turşusunun miqdarı daha çoxdur.(oxu.az)

Çəkdiyiniz fotoları bizə göndərin - Oxucuların nəzərinə

Əziz oxucular, qarşılaşdığınız maraqlı hadisələrin şəkil və videolarını bizə göndərərək ictimailləşdirə bilərsiniz.  Bunun üçün əldə etdiyiniz məlumatları, şəkil və ya videoları ilə birlikdə [email protected] mail adresinə göndərə bilərsiniz. Həmin yazılar redaktə olunduqdan sonra saytda dərc ediləcək.  Məlumat üçün deyək ki, həmin faktların aşağısında ad və soyadınız qeyd ediləcək. Psixoloq.az

Müəllimlik imtahanı keçiriləcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 17 iyul 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları 24 avqust 2018-ci il tarixdən etibarən keçiriləcək. Psixoloq.az ölkə.az-a istinadən məlumat verir ki, müsabiqəyə 165 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 527 nəfər sənəd təqdim edib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli 61 nömrəli Qərarına əsasən iştirakçıların dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədilə onların siyahısı komissiya tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinə göndərilib.  Yoxlamanın nəticəsində iki namizədin diplomlarının “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində mövcud olmadığı müəyyən edilib. Bununla da, 525 namizəd test imtahanlarına buraxılıb. Test imtahanında iştirakçılara ixtisas üzrə 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla, ümumilikdə, 80 sual təqdim ediləcək, sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt veriləcəkdir. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işəqəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab ediləcək. İmtahanlarda keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunacaqdır. Məlumat üçün bildirək ki, muxtar respublikada ilk dəfə olaraq müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçiriləcəkdir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə test imtahanlarının videoçəkilişi aparılacaqdır. İmtahan bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim ediləcək. Nəticələr komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdiriləcəkdir. İmtahanlar 12 sentyabr 2018-ci il tarixədək davam edəcəkdir.

Azərbaycanda elektron xidmət növlərinin siyahısı genişləndirildi

Azərbaycan Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nda və “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib. Psixoloq.az-ın xəbərinə görə, dəyişikliklə bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərarla bələdiyyələr tərəfindən təqdim edilən rüblük maliyyə məlumatlarının, kommersiya təşkilatları və publik hüquqi şəxslər tərəfindən təqdim edilən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən təqdim edilən illik maliyyə hesabatlarının və qiymətli metallar və qiymətli daşlarla, onlardan hazırlanan zərgərlik və digər məişət məmulatları ilə əməliyyatlar həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən statistik hesabatların qəbulu Maliyyə Nazirliyi tərəfindən elektron qaydada həyata keçiriləcək.(oxu.az)

Diaspor rəhbəri və baş redaktor Şəhid məzarını və ailəsini ziyarət etmişdir

Psixoloq.az xəbər verir ki,bu gün Azərbaycanı Saxalin vilayətində təmsil edən diaspor rəhbəri Nazir Hətəmov Yenigundem.az xəbər portalının baş redaktoru Təbriz Məhərrəmoğlu,Şəhid Pəncəli Teymurovun məzarını və ailəsini ziyarət etmiş, əhidin ailə üzviləri ilə birlikdə şəhid məzarını ziyarət edərək önünə gül dəstələri qoymuşdular. Dİaspor rəhbəri.Nazir Hətəmov mütamadi olaraq bütün şəhidlərimizi Bakıda və bölgələrdə ziyarət edir və ailələrinə baş sağlığı verir.Onuda qeyd edək ki,bu gün şəhid Pəncəli Teymurovun toy günüdür Pəncəli Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub.1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb.1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olmuşdur.Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenic yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyattçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurdu. Amma Pəncəli doğmalarının,elin,obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: ” Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil.Amma mən sidq ürəklə deyirəm.Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram.Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum,tabutum Azərbaycan Respublikasının üçrəngli,ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”

Ağıl dişləri nə üçün hamıda çıxmır?

“Ağıl dişləri” adlandırılan dişlər ağızda çıxan ən son təbii dişlərdir. Psixoloq.az xəbər verir ki, adətən 18-25 yaş arası dövrlərdə özünü göstərir. İnsanın ağzında “dörd ağıl” dişi olur -  ikisi alt çənədə, ikisi isə üst çənədə. Ağızda çıxan ən son diş olduğu üçün bəzən çıxmağa yer tapa bilmir və çənə sümüyündə örtülü olaraq qalır Bəs ağı dişinin çıxmama səbəbləri nədir? Çənə sümüyünün həcminin kiçikliyi, “ağıl dişinin” çıxmasına və inkişafına mane olur. Elə vaxt olur ki, diş eninə və maili şəkildə inkişaf etdiyi üçün çənə onun çıxmasına imkan vermir. Qeyd edək ki, “Ağıl dişi” ətraf azı dişlərinə maili şəkildə çıxmağa başlayarsa, təzyiq nəticəsində dəhşətli ağrılara səbəb ola bilər. Şəhanə Quliyeva

Dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir. DİM-dən Modern.az-a verilən məlumata görə, imtahan saat 10:00-da başlayıb və 3 saat davam edəcək. Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Sabahın havası - yağış yağacaq, şimsək çaxacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Abşeron yarımadasında gecə 22-24°, gündüz 25-29° isti təşkil edəcək. Bakıda gecə 22-24°, gündüz 26-28° isti təşkil edəcək. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyyatlı olsunlar. Avqustun 19-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun iqlin norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 16-21° isti təşkil edəcək.

Əxlaqsız saytların bloklanması VPN-ə tələbatı kəskin artıb

VPN – Virtual Private Network (Virtual Gizli Şəbəkə) internetə başqa bir IP ünvanından qoşulmağınızı yerinə yetirən xidmətdir. Son günlər bu xidmət ölkəmizdə daha çox istifadə olunmağa başlayıb. Psixoloq.az xəbər verir ki, sözügedən proqramlara tələbat o qədər artıb ki, VPN proqramları “İOS” əməliyyat sistemini dəstəkləyən smartfonlarda “Instagram” və “Whatsapp”dan sonra ən çox yüklənən tətbiqlər sırasında birincidir.(oxu.az)

Yüksək bal toplasa da... 1 balla 4 il kəsilən tələbənin hekayəsi

2009-2013- cü illərdə ali təhsil alan Zöhrə İsmayılova ikinci ali təhsil almaq üçün 4 il yüksək bal toplasa da bundan imtina edib. Psixoloq.az yeniavaz.com saytına istinadən xəbər verir ki, o, ilk dəfə Bakı Dövlət Universitetinin biologoya fakültəsinə daxil olub: “Təhsilimi bitirdikdən sonra ikinci ali təhsil almağa qərar verdim. 2015- ci ildə 526 bal topladım. Lakin mənim istədiyim ixtisasın balı Bakı Dövlət Universitetində 528 bal idi. Həmin ixtisasa qəbul ola bilmədim. 2016- cı ildə  626 bal topladım. Ancaq istədiyim ixtisasın balı 627 bal oldu. 1 balla kəsildim. 2017- ci ildə 686 bal topladım. Lakin daxil olmaq istədiyim Fransız Azərbaycan Universitetində daxili imtahandan 65 bal topladım. Amma yetərli bal 67 idi. Nəhayət, bu il qəbul imtahanlarında  673 bal topladım.  Bakı Mühəndislik Universitetinin  informasiya texnologiyaları ixtisasına qəbul oldum.  Mənim üçün yığdığım balın əhəmiyyəti yoxdur. Əsas odur ki, istədiyim ixtisasda təhsil almağa  nail oldum”.

Havalar yenidən sərinləşir

Bu gün Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 27-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 18-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında avqustun 18-də gecə və səhər bəzi şimal rayonlarında, gündüz isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, Avqustun 18-19-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun iqlin norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 18-i gündüz və 19-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Avqustun 18-i gündüzdən avqustun 20-dək şimal rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. 

Azərbaycanda 18 yaşadək evlənən gəlin və bəylərin sayı açıqlandı

Azərbaycanda 18 yaşadək rəsmi nikah bağlayan gəlin və bəylərin sayı azalıb. Psixoloq.az Trend-ə istinadən bildirir ki, 2017-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 317, bəylərin sayı isə 1 nəfər olub. 2016-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 312, bəylərin sayı 3 nəfər, 2015-ci ildə gəlinlərin sayı 388, bəylərin sayı 3, 2014-cü ildə gəlinlərin sayı 479, bəylərin sayı 2, 2013-cü ildə gəlinlərin sayı 229, bəylərin sayı 2, 2012-ci ildə isə gəlinlərin sayı 295, bəylərin sayı 5 nəfər olub. 2011-ci ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı daha çox - 5138, bəylərin sayı 11 nəfər olub. 2011-ci ildən sonra 18 yaşadək nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaş müəyyən olunmasıdır. Qeyd edək ki, Uşaq Hüquqları Haqqında Konvensiyaya uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır. Azərbaycanda nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.

Sevgili axtaran adam məhkəmə tərəfindən cəzalandırıldı

Şotlandiyanın Nyuton Stüart qəsəbəsində yaşayan Kreyq Sullivan adlı şəxs qeyri-adi səbəbdən cəzalandırılıb. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, Kreyq həyat yoldaşını itirdikdən 18 ay sonra yeni sevgili axtarışına çıxıb. O, bu məqsədlə 200 ədəd məktub yazaraq kiçik şüşələrin içinə qoyub və onları Şotlandiya, İngiltərənin fərqli dənizlərinə tökülən çaylara atıb. Kreyqin atdığı şüşələri bir-bir toplayan qəsəbə sakinləri Şotlandiya Təbiəti Mühafizə Qurumuna şikayət edib. Qurum Kreyqə məhkəmə işi açıb və ətraf mühiti çirkləndirdiyi üçün onu cəzalandırıb. Kreyq etdiyi hərəkətlə bağlı ifadə verərkən bu sözləri deyib: “Həyatıma yoldaşlıq edəcək birini tapmaq üçün nə isə etmək qərarına gəldim. Bunun üçün hamının etdiyi şeyləri etmək mənə görə şablon, zərafətdən və əsalətdən uzaq gəlir. "The Police" qrupunun “Şüşədəki mesaj” adlı mahnısından təsirlənərək məktublar yazıb şüşələrə qoydum”. Onun yazdığı mesajlarda isə “eşq axtarırsansa, bu gün biz planetin ən şanslı iki insanı ola bilərik. Lütfən, mənimlə əlaqə saxla, ya da bu mesajı bir başqasına ver” sözləri olub.

Yeni sistem məsafədən baqajın analizini aparmağa kömək edəcək

Rutgers, İndiana və Perdyu universitetlərinin alimlər qrupu "Wi-Fi" şəbəkəsi vasitəsilə ictimai yerlərdə partlayıcı maddələrin və kimyəvi silahın aşkarlanması metodunu hazırlayıb. Sistem baqajın analizi üçün kanalın vəziyyəti haqqında informasiyadan (CSI) istifadə edir, onun fəaliyyəti üçün yalnız "Wi-Fi" marşrutlayıcısı tələb olunur. Alimlər tərəfindən sistemin çanta və plastik paketlərdə maye və bərk vəziyyətlərdə olan 15 müxtəlif obyekt üzərində sınağı keçirilib. Nəticədə sistem təhlükəli əşyaları təhlükəsizlərdən 99 faiz dəqiqliklə fərqləndirib, eləcə də obyektin tərkibinin müəyyənləşdirilməsi 97 faiz təşkil edib. Texnologiyanın ictimai yerlərdə təhlükəsizliyin təmini üçün istifadə ediləcəyi barədə məlumat verilmir. Hazırda sistemin ilkin sınaqları keçirilir, mühəndislər tərəfindən isə ictimai "Wi-Fi" şəbəkələrinin sistemin işində səhvlərə səbəb ola biləcək müdaxilədən mühafizəsi üçün həll təqdim edilməyib.(publika.az)

Türkiyəli məşhur aktyor xəstəxanaya yerləşdirildi - FOTO

“Yeşilçam” filmlərinin unudulmaz aktyoru Sıtkı Sezgin xəstəxanaya yerləşdirilib.  Psixloq.az məlumat verir ki, aktyor həyat mübarizəsi aparır. “Şişko Nuri” ləqəbli Sezgin orqan çatışmazlığından əziyyət çəkir. Onun vəziyyəti haqda danışan həkimi aktyorun həyatının təhlükədə olduğunu bildirib.  Qeyd edək ki, Sıtkı Sezgin hazırda 69 yaşındadır.