Azərbaycanlılar qonşu ölkəyə üz tutur

İyun ayında Türkiyədə ev alan xarici vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq, 2 060 nəfər olub.  Psixoloq.az oxu.az-a istinadən xəbər verir ki, xaricilər daha çox İstanbuldan ev (764 ev) alıblar.  İkinci sırada 525 ev satışı ilə Antalya yer alıb. Türkiyədən ev alanların arasında İraq vətəndaşları çoxluq təşkil ediblər. İraqlılar Türkiyədən 315 ev alıblar. İran vətəndaşları 228 ev, Rusiya vətəndaşları 169, Əfqanıstan vətəndaşları 139 ev, Səudiyyə Ərəbistanı vətəndaşları 110 evin alışını reallaşdırıblar.  Azərbaycan vətəndaşları isə göstərilən müddətdə 82 mənzil satın alıblar. Hansı ki ötən ilin yeddi ayında bu rəqəm 46 mənzil təşkil edib. Ümumilikdə ilin əvvəlindən Azərbaycan vətəndaşları Türkiyədən  414 mənzil alıblar. 

Vatsap, Feysbuk və Teleqram ƏN TƏHLÜKƏLİ əlavələr siyahısında

Mobil cihazların qorunması üzrə qlobal lider olan "Appthority" şirkəti tez-tez "qara siyahı"ya düşən yüksək riskli əlavələrin illik reytinqini dərc edib. "iOS" qurğuları üçün proqramlar siyahısında ilk mövqeləri "WhatsApp", "Facebook Messenger" və "Waze" messencerləri tutub. "Android" əlavələri reytinqində "WhatsApp", "Facebook Messenger" və "Telegram" servisi liderdir. İkinci rübdə "Waze" və "Telegram" reytinqə yeni daxil olub. Əlavələr şirkətlərin "qara siyahı"sına təhlükəsizliklə əlaqədar müxtəlif səbəblərə, o cümlədən şübhəli davranış və məlumat sızması riski, təhlükəsizlik siyasətinə uyğunsuzluq və informasiyanın emalı ilə bağlı narahatlığa görə daxil olurlar. İkinci rübdə "qara siyahı"ya daha çox düşən mobil proqramlar reytinqində "Facebook Messenger" və "WhatsApp"ın "Android" və "iOS" versiyaları, eləcə də "Android" üçün "Wickr Me" və "iOS" üçün "Tinder" yer alıb. Hesabata görə, proqramların əksəriyyəti reytinqdə məlumat sızmasına yol verdiyinə görə qərarlaşıb. (azərtac)

Müğənni ölmüş atası ilə selfi etdi - FOTO

Serbiyalı müğənni və model Yelika Lyubiçiç xəstəxanada vəfat etmiş atası ilə selfi edib.  Psixoloq.az oxu.az-a istinadənxəbər verir ki, o, fotonu “Instagram” hesabında “Ata, hüzur içində yat” şərhi ilə paylaşıb.  Müğənninin bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən sərt reaksiya ilə qarşılanıb. Onlar ifaçının “psixi xəstə” olduğunu iddia ediblər.  “Sadəcə xəstə insan bunu edə bilər”, - istifadəçilərdən biri yazıb.

Şimal-qərb küləyi güclənəcək - Hava PROQNOZU

İyulun 21-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olmağa çağırılır. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Deputat qoca pişiyi pensiyaya çıxaracaq

Rusiya Federasiyasının Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonov hazırda Sankt-Peterburqdakı Ermitaj muzeyində yaşayan məşhur Ahilla adlı qoca pişiyə pensiya ayırmağı təklif edib.  Psixoloq.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda “RİA Novosti” xəbər yayıb. Deputat hesab edir ki,  bu yaşlı pişik illər boyu muzeydəki  layiqli pişik xidmətlərinə görə(gəmiriciləri tutmaq və s.) görə  pensiyaya layiqdir.  “Ermitaj Ahillaya pensiyasının aylıq ödənişini yem və yemək üçün qab şəklində təşkil edə bilər”, - deyə V. Milonov bildirib. Hazırda Ahilla üçün layiqli sahib axtarırlar. İndiyədək 27 adam pişiyi evinə aparmaq üçün müraciət edib.

9 xanım “Bakı Metropoliteni”nə SƏNƏD VERDİ

"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti bir neçə gündür hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, maşinist peşəsinə yiyiələnmək istəyənlərin sənəd qəbulu davam edir: “12 iyul axşam saatlarına olan məlumata görə, ümulikdə 210 nəfər müraciət edib. Onlardan 9 nəfəri xanımlardır”. B.Məmmədov həmçinin deyib ki, indiyədək metropolitendə qadın maşinist olmayıb: “Əgər müraciət edən xanımlar ilkin müsabiqəni keçsələr və təlimlərə qatılıb onu da uğurla başa vursalar, onlar da maşinist olacaqlar”.  Qeyd edək ki, seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir:-  Yaşı 24-30 arasında olan;- Ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;-  Hərbi mükəlləfiyyətli kişilər, eləcə də qadınlar iştirak edə bilərlər. Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək. İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq”bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir. Elektron ərizələr 10 avqust 2018-ci il tarixinə qədər qəbul edilir.

“Homoseksulların 60 faizi problemi olmayan şəxslərdir” – Psixoloq dəhşətli faktlar açıqladı

Jurnalist Mişel Demişeviç, keçmiş həyat yoldaşının qadın müğənni ilə intim videolarını yaymaqda ittiham olunan Mustafa Ceceli haqqında daha bir şok iddia irəli sürüb. Psixoloq.az xəbər verir ki, jurnalistin sözlərinə görə, Mustafa Ceceli İstanbulda, Beyoğlu, Cihangirdəki məşhur bir kafenin kişi sahibi ilə intim əlaqədə olub. Jurnalist Mişel Demişeviç bu barədə sosial şəbəkədə məlumat verib. Bu məsələ bir daha homoseksuallıq problemini ön plana çəkib. Belə ki, yaranan əsas suallardan biri homoseksuallıq doğuşdan yaranan problemdir ya doğurdan insan beynində olan ruhi xəstəlikdir? Mövzu ilə bağlı psixoloq Zeynəb Eyyubova Psixoloq.az-a maraqlı açıqlamalar edib. Onun sözlərinə görə belə vəziyyət iki halda yarana bilər: “Bu hal insanlarda hormonal dəyişikliklər zamanı yarana bilər. İnsanların öz iradəsi olmadan öz cinslərinə meyl edə bilərlər. Bu əlbəttə valideynlərin üzərinə düşən vəzifədir ki onlar yetkinlik yaşa çatdıqda bunun fərqinə varmalıdırlar. 12-13 yaşlı uşaqlarda baş verən dəyişiklikləri analiz edə bilməlidirlər. Bəzən oğlan olduğu halda qıza meyllilik olmur, söhbəti belə gedəndə başını tutur. Bu zaman hormon analizi verilməlidir ki, hormonların normada olub-olmadığını aşkar etsinlər. Hormon problemi varsa bu zaman mütləq müalicə alınmalıdır.”. Psixoloq homoseksuallığın son zamanlar dəb halını aldığını da təəssüflənərək vurğulayıb. “Xüsusilə xarici dövlətlərdə hansı ki  insanlar üçün heç bir qadağa yoxdur, həmin yerlərdə daha geniş vüsət alıb. Bu zaman insanlar sadəcə öz isteyi ilə bu addımı atırlar. Belə yerlərdə 12-15 yaşında olan gənclər hər növ həzzi görür və əks cinslə münasibət onlara maraqlı gəlmir. Deyərdim ki belə şəxslərin 50-60 faizləri hormonlarında  problemi olmayan şəxslərdir”,-deyə psixoloq qeyd edib.  Müəllif: Şəhanə Quliyeva

Aygün Bəylərin ailəsində ağır itki

Əməkdar artist Aygün Bəylərin anası vəfat edib. Psixoloq.az xəbər verir ki, bu barədə sənətçinin meneceri Sultan Mustafayev sosial şəbəkədə məlumat verib. O, müğənninin anasının uzun müddət xəstəlikdən əziyyət çəkdiyini və dünən vəfat etdiyini bildirib.

Təbiəti çirkləndirənlər cərimələndi

Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Xəzər rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib. Psixoloq.az modern.az-a istinadən xəbər verir ki, bu haqda  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Keçirilən reydlər zamanı rayonun Xəzər dənizinin sahil zolağına “Kamaz” markalı 99-KZ-932, 90-CR-686 və 10-CD-468 dövlət qeydiyyat nömrə nişanlı avtomobillərdən tullantıların boşaldıldığı faktı aşkar edilib. Faktlarla bağlı avtomobillərin sahibləri Saleh Cəfərov, Rauf Məmmədov və Elməddin Vəliyev barəsində protokollar tərtib edilib və qanun pozucularının hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə olunublar.

Naxçıvanlıların sayı artıb

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb. Psixoloq.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi 1 iyun 2018-ci il tarixə muxtar respublikada əhalinin sayının bir il öncəyə nisbətdə 3,6 min nəfər artdığını açıqlayıb. Beləliklə, Naxçıvan əhalisinin sayı 454 min nəfərdən çox olub. 

26 gündəlik qəzetə 998 min manat verildi - SİYAHI

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.  Psixoloq.az xəbər verir ki, iclasda prezident İlham Əliyevin  2018-ci il 16 iyul tarixli "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında” Sərəncamına əsasən qəzetlərə maliyyə yardımının ayrılması məsələsi müzakirə edilib. Məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli son illər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək dəyərləndirib. V.Səfərli ölkə başçısının 16 iyul 2018-ci il tarixli sərəncamı ilə qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımının ayrılmasını çap mediasının üzləşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi diqqətə çəkib. Sonra məsələ ətrafında müzakirələr başlayıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Ramiz Əskər, Əvəz Rüstəmov və Rasim Həsənov dövlət başçısının son sərəncamının mətbuatın problemlərinin həlli baxımından mühüm əhəmiyyətini qeyd ediblər. Müzakirələrin yekunu olaraq ölkədə uzun illər ərzində fəaliyyət göstərən, ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən 26 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib. Maliyyə vəsaiti ayrılmış qəzetlərin siyahısını təqdim edirik: №Nəşrin adıAyrılmış məbləğ(AZN)1."Azərbaycan” qəzeti40000.002."Bakinski raboçi” qəzeti40000.003."Bakı Xəbər” qəzeti40000.004."525-ci qəzet”40000.005."Xalq qəzeti”40000.006."İki sahil” qəzeti40000.007."Kaspi” qəzeti40000.008."Kaspiy” qəzeti40000.009."Mövqe” qəzeti40000.0010."Palitra” qəzeti40000.0011."Respublika” qəzeti40000.0012."Səs” qəzeti40000.0013."Şərq qapısı” qəzeti40000.0014."Yeni Azərbaycan” qəzeti40000.0015."Yeni Müsavat” qəzeti40000.0016."Ekspress” qəzeti40000.0017."Ədalət” qəzeti40000.0018."Olaylar” qəzeti40000.0019."Şərq” qəzeti40000.0020."Bizim yol” qəzeti40000.0021."Xalq Cəbhəsi” qəzeti33000.0022."Həftə içi” qəzeti33000.0023."Azad Azərbaycan” qəzeti33000.0024."Novoye vremya” qəzeti33000.0025."Paralel” qəzeti33000.0026."Üç nöqtə” qəzeti33000.00Cəmi:998000.00 Qeyd edək ki, Fondun 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri də açıqlanıb. Müsabiqənin nəticələrinə görə, ümumilikdə, 112 nəfər jurnalist mükafatlandırılacaq.Modern.az 

I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı

İyulun 18-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını əldə edə bilərsiniz. Psixoloq.az xəbər verir ki, bu barədə Moderator.az-a  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər. İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).