Yetkinlik yaşına çatmayanların hüquqları Əli Əhmədova tapşırıldı

Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri təsdiq edilib. Psixoloq.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında" qərarında əksini tapıb. Qeyd edək ki, bundan əvvəl bu komissiyanın sədri baş nazirin sabiq müavini Elçin Əfəndiyev olub.

20 il sonra tayfanın son nümayəndəsi tapıldı - FOTO

Amazon çayının ətrafındakı cəngəlliklərdə yerli tayfanın sağ qalmış son nümayəndəsinin görüntüləri əldə edilib. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, yerli fermerlərin sözünə görə, o, 22 il əvvəl Funay qəbiləsinin mühasirəyə alınaraq, gülləbaran edilən 6 nümayəndəsindən sağ qalanıdır. Funay qəbiləsi 1970-1980-ci illərdə cəngəllikləri ələ keçirən fermerlər və şirkətlərin soyqırımına məruz qalıb. O vaxtdan bəri meşədə tək yaşayır. Yay-oxla ov edir, dibində ucu itilənmiş taxta mıxlar basdırılmış tələ-xəndəklər qazır. Hazırda Braziliya ərazisindəki cəngəlliklərdə sivilizasiyadan təcrid olunmuş 113 qəbilə yaşadığı güman edilir. Hələlik onlardan yalnız 27-nin mövcudluğu təsdiqlənib.

Bu ərazilərdə işıqlar söndü

Şəhərin Nizami və Xətai rayonlarının bəzi ərazilərində işıqlar sönüb. Psixoloq.az-ın məlumatına görə, “Azerişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev musavat.com-a bildirib ki, buna səbəb Mərdəkandakı DRES-də baş verən nasazlıqdır. Rəsmilər bildirir ki, ən qısa zamanda problem həllini tapacaq.

Bakıda stadionun adı dəyişdirildi

“Keşlə” klubunun ev oyunlarını keçirdiyi “İnter Arena”nın adı dəyişdirilib.  Psixoloq.az xəbər verir ki, stadion bundan sonra “ASK Arena” adlandırılacaq. Ötən ilin sonlarında ölkə başçısının fərmanı ilə yaradılmış Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib. Qeyd edək ki, bu stadionun adı ikinci dəfə dəyişdirilib. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq “Şəfa” stadionu adlandırılıb. Stadiona daha sonra “İnter” (hazırkı “Keşlə”) klubunun adına uyğun olaraq “İnter Arena” adı verilib. Lakin “Beynəlxalq Bank” bu kluba sponsorluqdan imtina etdikdən və klubun adı dəyişdirildikdən sonra “İnter Arena” adına ehtiyac qalmayıb.

Yeni ixtira - İnsanı görsətməyən plaş hazırlandı

Kanada alimləri insanı görünməz edən plaş ixtira ediblər. Psixoloq.az xəbər verir ki, Monreal Elmi Araşdırmalar Milli İnstitutunun ekspertləri gözəgörünməz plaşın sirrinin işıqla manipulyasiyalardan ibarət olduğunu aydınlaşdırıblar. Plaş enerjinin xüsusi ötürülməsinin köməyi ilə gözdən şüa və predmetləri gizlədir. Bunun səbəbi odur ki, insanın gözləri elektromaqnit spektrinin bütün tezliklərini görə bilmir.

Nə qədər abituriyent 700 bal topladı?

Dövlət İmtahan Mərkəzi iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini iyulun 20-də elan etmişdir. İmtahan nəticələri DİM-in saytında yerləşdirilib. Psixoloq.az xəbər verir ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün sənəd vermiş 26332 abituriyentdən 873 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda I ixtisas qrupu üzrə 11 abituriyent (Bakı şəhəri, 297 saylı orta məktəb, 109 saylı orta məktəb, 169 saylı orta məktəb, 58 saylı orta məktəb, Göyçay rayonu, Ləkçılpaq kənd 1 saylı orta məktəb, Goranboy rayonu, Sarıkürd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 9 saylı orta məktəb, Bakı Türk liseyi, “Elitar” gimnaziya-İ.Əfəndiyev adına, Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 saylı orta məktəb, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları), IV ixtisas qrupu üzrə isə 4 abituriyent (Bakı şəhəri, 29 saylı orta məktəb, 192 saylı orta məktəb, “İntellekt” məktəb-liseyi, Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.(modern.az)

Milyard dollarlıq qızılla dolu olan gəmi tapılıb

113 il əvvəl cərəyan edən Rus-Yapon müharibəsi zamanı batan və içində təxminən 130 milyard dollar dəyərində qızıl olduğuna inanılan gəmi Cənubi Koreyalı xilas etmə qrupu tərəfindən tapılıb. Psixoloq.az xəbər verir ki, xilasetmə dəstələri ”Dmitri Donşkoy” adlı rus döyüş gəmisinin dağıntılarının olduğunu açıqlayıblar. İddialara görə gəmi batdığı zaman Sakit okean donanmasına aid bütün qızılların gəmidə olduğu və bu günkü dəyəri 130 milyard dollar səviyyəsində bir dəyərə sahib olduğu düşünülür.  Qeyd edək ki. daha əvvəl də bir çox şirkət gəmini tapmağa təşəbbüs göstərib, ancaq heç biri müvəffəqiyyət qazanmayıb. “Şinil Group” adlı Cənubi Koreyalı şirkət gəmi dağıntılarının Ulleungdo adasından 1.3 kilometr məsafədə və dənizin 434 metr dərinliyində olduğunu açıqlayıb.(Moderator.az)

Ev heyvanları ilə avtobusa giriş qadağan edildi

"BakuBus"ev heyvanlarının və içkili sərnişinlərin avtobusa girişinə qadağa qoyub. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “BakuBus"-ın direktor müavini Azər Qasımov bildirib. O qeyd edib ki, qəfəs olmadan ev heyvanlarının avtobuslara girişi qadağandır: "Bunu biz demirik. Bu qayda Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamədə də əksini tapıb. Biz sürücülərimizə tapşırmışıq ki, qanunlara uyğun olaraq sərxoş halda olan sərnişinləri avtobusa götürməsinlər. Çünki, vəziyyətlə əlaqədar onlar müəyyən narahatlıq yaradır ki, bu da avtobuslar arası intervala təsir edir".

Avtobuslar niyə gecikir - Səbəb AÇIQLANDI

"BakuBus" istifadəsində olan marşrutlarda avtobusların gecikməsinə səbəb olan amillər media nümayəndələrinin diqqətinə çatdırılıb. Psixoloq.az xəbər verir ki, "BakuBus" MMC-nin direktor müavini Azər Qasımov bildirib ki, şəhər mərkəzində qeyri-qanuni prakovkalar avtobusların hərəkətinə mane olur: "Bu prosesdə avtobus sürücüləri günahkar deyil. Şəhərin bəzi küçələrində pik saatlarda tıxaclar olur. Bu səbəbdən avtobusların hərəkətində gecikmələr baş verir. Bu baxımdan sərnişimlərin də bizi başa düşməsini istərdik". O bildirib ki, tıxaclarla yanaşı, taksi sürücüləri də avtobusların fəaliyyətə mane olur: "Bəzi hallarda isə avtobus dayanacaqları üçün ayrılan yerlərdə taksi sürücülərinin dayanması avtobusların dayanacağa girməyə mane olur. Bu həm sərnişinlərin yol ortasında düşməsinə səbəb olur ki, bu, təhlükəlidir. Həm də a dayanacaqlararası intervallarda gecikmələr yaranır". O, bu problemlərin aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi ilə birgə tədbirlər görüləcəyini qeyd edib.

125 sürücü işdən azad edilib

Ötən il ərzində "Baku Bus"-da 124 nəfər sürücü işdən azad edilib. Psixoloq.az xəbər verir ki bunu "Baku Bus"-ın direktor müavini Azər Qasımov deyib. O bildirib ki, bu il 85 sürücü sərnişin şikayətlərinə görə işindən azad edilib: "İl ərzində sürücülər üçün 4-5 dəfə 3 saata yaxın seminarlar təşkil olunur. Onlar nizam-intizam, sərnişinlərə davranış qaydalarına dair maarifləndirilir. Lakin buna əməl etməyən sürücülər olur. Biz xaricdən ən son standartlara uyğun avtobuslar gətirə bilərik, lakin sürücü gətirə bilmərik". O qeyd edib ki, "Baku Bus"avtobusların çox ağır yol nəqliyyat hadisələrində adları hallanmır. Bunun səbəbi nəqliyyat sahəsində güclü ekspertlər vasitəsilə sürücülərə peşəkar təlimlərin keçirilməsidir. Qurum rəsmisi onu da əlavə edib ki, il ərzində 200-300 sürücü sərnişinlərlə kobud rəftar və qaydalara əməl etmədikləri üçün inzibati qaydada cəzalandırılıb.(Publika.az)

Qorxunc virus təkrarlana bilər

Qlobal İİV virusu yenidən alovlana bilər. Psixoloq.az publika.az-a istinadənxəbər verir ki, “Lancet” jurnalında yayımlanan yazıda mütəxəssislər bunun İİV-lə mübarizəyə vəsait ayrılması barədə qərarların təxirə salınması ilə əsaslandırıblar. Bunun da QİÇS xəstəliyi ilə bağlı mübarizə tədbirlərinin effektsiz olduğu bildirilir. Hesabatda İİV-lə təhlükəsinin 2030-cu ildə sona çatması ilə bağlı proqnozun özünü doğrultmayacağı vurğulanır. Məlumata görə, ümumilikdə İİV-ə yoluxanların sayında son illərdə azalma qeydə alınır. Lakin müalicə imkanları, xüsusən inkişaf etməkdə olan ölkələrdə qadınlar və gənclər arasında virusun yayılmasının qarşısını alınmasında çətinliklər yaşanır. Mütəxəssislər buna görə də səhiyyə xidməti göstərən əməkdaşların birliyinin və bu sahəyə daha çox cəlb edilmələrinin vacib olduğunu deyir. Dünyada təxminən 37 milyon İİV daşıyıcısı və ya QİÇS xəstəsi var. Hər il təxminən 1.8 milyon nəfər bu virusa yoluxur.

Yaşlı olduğuna inanmırlar - FOTO

1980-ci illərdə məşhurlaşan model Kristi Brinkli bədən quruluşu ilə hər kəsi təəccübləndirib. Psixoloq.az xəbər verir ki, 64 yaşlı model “Social Life” dərgisinin iyul buraxılışının siması olub.  Kameralar qarşısına keçən Brinkli bir neçə obraz yaradıb.  Model ağ büstqalter, dekolteli geyimlərlə seksual görüntülər sərgiləyib.