Bu vəziyyət hələlik qızlarda təsvir olunub, başlanğıc xüsusiyyətlərinə və simptomlarının xüsusiyyətlərinə görə autizmdən ayrılır. Tipik hallarda xarici normal və ya demək olar ki, normal inkişafın arxasınca, qazanılmış manual və nitq vərdişlərinin hissəli və ya tam itməsi, kəllənin böyüməsinin ləngiməsi, adətən 7-24 ayında başlayır. Xüsusən məqsədli əl hərəkətlərinin itirilməsi, xəttin stereotipiyası və təngnəfəslik xarakterdir. Sosial və oyun inkişafı ilk iki və ya 3 yaşda ləngiyir, amma, sosial maraqların saxlanılmasına tendensiya qalır. Orta uşaq yaşında skolioz və ya kifoskoliozla müşahidə oluna gövdənin ataksiyasının və apraksiyanın inkişafına tendensiya olur. Vəziyyətin sonunda ağır psixi əlillik inkişaf edir. Erkən və ya orta uşaq yaşlarında tez-tez epileptik tutmalar əmələ gəlir. Diaqnostik göstəricilər:Xəstəlik əksər hallarda 7-24 aylığında başlayır. Ən xarakterik əlaməti əllərin məqsədli hərəkətlərinin və qazanılmış incə motor manual vərdişlərin itirməkdən ibarətdir. Bu nitqin parsial və ya tamam itməsi ilə müşahidə olunur; əllərin xarakter stereotip hərəkətləri qeyd olunur, məs: əllərini əzablı çatlatmaq və ya əyib sındırmaq, “əl yuma”, əllər döş qəfəsinə və yaxud çənəyə sıxılır; stereotip olaraq əllərini tüpürcək (ağız suyu) ilə islatmaq; qidanı ağızda lazımı qədər çeynəməmək ; demək olar ki, sidik kisəsi və bağırsaqların fəaliyyətində nəzarət olmur; tez-tez ağızdan su axmaq və dilini bayıra çıxarmaq; sosial həyata daxil olması itirilir. Uşağın “sosial gülüş” yaratmaq, baxışla “lehinə” və ya digər insanların “vasitəsilə” əlaqə görünüşü yaradır, amma erkən uşaqlıqda onlarla sosial qarşılıqlı əlaqə (baxmayaraq ki, sosial qarşılıqlı əlaqə adətən sonrada inkişaf edir) yaratmır. Pozası və yerişi ayaqlarını geniş qoymaqla müşahidə edilir, əzələləri hipotonikdir, gövdənin hərəkətləri adətən pis koordinasiya olunur, skolioz və ya kifoskolioz inkişaf edir. Yeniyetmə və yetkin yaşda, təxminən yarı hallarda ağır spesifik atrofiya əlilliyə gətirib çıxarır. Sonradan, xüsusən yuxarı ətrafa nisbətən, aşağı ətrafda daha çox əzələlərini spastik gərginliyi təzahür olunur. Əksər hallarda, 8 yaşa qədər müxtəlif növlü kiçik epileptik tutmalara rast gəlinir. Autizmidən fərqli olaraq, özünə qəsdən xətər yetirmək, kompleks stereotip maraqlar və yaxud qoyulmuş qaydalar olmur və ya az təsadüf edilir. Differensial diaqnoz: Rett sindromun diaqnozu ilk növbədə, əllərin məqsədyönlü hərəkətlərinin yoxluğu, kəllənin böyüməsinin ləngiməsi, ataksiya, stereotip hərəkətlər, “əl yumaq” və müvafiq çeynəmənin olmamağı əsasında təyin edilir.
Qüds sindromu - qərbdə Yerusəlim adı ilə tanınan bu problem, eyniadlı şəhəri ziyarət edən turistlər arasında yayıldığı üçün məhz belə adlandırılmışdır. Dini psixozla müşahidə olunan sindrom ilk dəfə 1930-cu illərdə yəhudi psixiatr Heinz Herman tərəfindən elmə gətirilib. Sindromun yaranma səbəbi Qüdsü ziyrət edən turistlərin, şəhərin dini aurasından, mistikasından təsirllənməsidir. Qüds hər 3 din üçün müqəddəs yer olduğu üçün elə ən çox bu dinlərin nümayəndələri arasında müşahidə olunur. Əlamətləri bunlardır:- dini məzmunlu sayıqlamalar- ağ paltar geyinmə- saçı, saqqalı, dırnağı tez-tez səliqəyə salma- tez-tez yuyunma- moizələr oxumaEyni zamanda sindromun yaşanma forması 3 cürdür:I. Özünü müqəddəs bir xilasedici, peyğəmbər kimi görmə. Məs: Hz.İsa, Hz.Musa və b. Ən çox Hz.İsa olduğunu, yenidən zühur etdiyini deyənlər qeydə alınıb.II. Ziyarət edərək özlərinin günahlardan arınaraq təmizləndiyini, batininin nurlanaraq aydınlandığını, kamil bir şəxs olduğunu düşünərək insanlara hidayət olunmaqda kömək etmək istəyənlər.III. Hər hansı bir cərəyanın, məzhəbin nümayəndəsi olub, onun inkişafına, yayılmasına, tanınmasına həyatını sərf edəcəyini düşünənlər.Sindrom həm psixoloji travması olanlarda, həm də sağlam insanlar arasında da görülüb. Hər il buranı ziyarət edən turistlərin miimum 50-də bu hal yaşanır. Təsir müddəti şəhəri tərk etdikdən 1 həftə, maksimum 10 gün ərzində davam edir.Təkcə 1980-1993-cü illər ərzində 1200-yə yaxın insanda bu sindromun yaşandığı qeyd olunur.Bu halın bir digər oxşarları bu və ya digər dərəcədə Məkkə, Kərbəla, Nəcəf, Məşhəd, Roma və s. kimi dini mərkəzli şəhərlərdə də yaşanır.
Son dövrlərdə insanların telefon zəngini hallüsinasiya şəklində eşitməsi problemləri onları ciddi şəkildə narahat etdiyindən Avstraliyalı alimlər bu istiqamətdə tədqiqat aparmağı qarşıya məqsəd şəklində qoymuş və bu situasiyanı tədqiq etməyə başlamışlar. Aydın olmuşdur ki, şəxsi əşyalardan, eləcə də telefon və onun zənglərindən asılı olan şəxslər əsasən neyro-psixoloji problemləri olan və dərin nevroz və stress yaşayan insanlarda rast gəlinir. Onlar olduqca həssas bir sinir gərginliyinə sahib olurlar ki, bu da adi həyati proseslərdə ən sadə halda narahatlıqla büruzə edir.Vacib bir zəng gözləyən insanlar onları qəbul etdikdən sonra belə təəssüratlar izsiz ötüşmür. Fantom zəng sindromu istiqamətində tədqiqat aparan Sidney Universitetinin Psixologiya İnstitutunun tələbələri 300 nəfəri dərindən incələmişlər. Məlum olmuşdur ki, onu əmələ gətirən ən birincili səbəb vacib zənglərin gözlənilməsidir. 65% hallarda insanlar narahatlıq doğuran zəngləri gözləyir və hətta onları cavablaya bilməyəcəklərindən dolayı narahatlıq keçirirlər. Bu telefon vasitəsilə baş tutan dialoq bitdikdən sonra belə şəxslər onların yenidən gələcəyi gərginliyi ilə tez-tez və narahatlıq içində telefonları gələ biləcək zənglərdən dolayı yoxlayırlar. Bu vəziyyətdə onlarda adi kiçik bir vibrasiyadan belə aktivləşən sinir ucları beyinə bu reaksiyanı telefon zəngi xarakterində ötürdüyündən məhz verilən cavab da telefona istiqamətlənmiş olur. Təəssüflə bildirilir ki, 40% halda bu izsiz ötüşmür. 87% sorğuda iştirak edənlər isə bu psixoloji anomaliyanın onları həftədə bir neçə dəfə narahat etdiyini bilririrlər. Digər 13% isə “yalançı zənglər” seriyasının gün ərzində bir neçə dəfə təkrarlanmasından şikayətləniblər.Fantom zənglər sindromu sinir gərginliyinin nəticəsidir. O ciddi sinir sistemi pozğunluğu ilə nəticələnə biləcək xəstəliklərin xəbərdarçısıdır. Əgər ilkin əlamətlərin meydana çıxmasından 5-7 gün ərzində aradan izsiz ötüşmürsə mütləq mütəxəssis ilə məsləhətləşməli olduğu bildirilir.
Cəmiyyətimizdə bəzi insanlar vücudlarında olan ani dəyişiklikləri xəstəlik olaraq adlandırır və həkimə müraciət edirlər. “Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir. Belə ki, bundan əziyyət çəkən insanlar tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daimi olaraq sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişiklərinə belə reaksiya verirlər. İpoxondriya xəstələri tibbi jurnalların, tibbi materialların daimi izləyicilərinə çevrilirlər. Onlar tez-tez dərmanların təlimat qaydalarını çox diqqətli şəkildə oxuyur, qəbul etdikləri dərmanlarda olan əlavə təsirləri daimi olaraq öz üzərlərində hiss edirlər. Məhz bu səbəbdəndir ki, ipoxondriyalı xəstələr hədsiz sayda həkimlər dəyişirlər. Xəstəliyin daha çox 20-40 yaşlarında və 50-70 yaş arasında rast gəlmə tezliyi çoxdur. Əhali arasında yayılması təxminən 4-9 %-dir.
Affekt halı ciddi ruhi-duyğu pozğunluğudur. Bu hala düşən adam etdiyi davranışlara, hərəkətlərə cavabdeh olmur. Əvvəllər affekt halının səbəbi bilinməyən emosiya pozğunluğu olduğu düşünülsə də, sonradan bu halın da kökündə qorxunun durduğu məlum oldu. Affekt elə bir emosiya pozğunluğudur ki, emosiyalar, yaşanılan hislər insanın üzünə vurur. Affekt halı iki cür - pataloji və normal olur. Normal affekt halında qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü biruzə verir. Affekt - ruh pozğunluğu ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə biruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur. Affekt halında olan insanlar anidən və öz başına kəskin reaksiya verməyə, əsəbilik, vurmaq, qırmaq, dağıtmaq istəyində olurlar. Bu hal 10 dəqiqədən 1 saata qədər sürə bilər. Affekt xəstələrin heyvan, yüksəklik, xəstəlik, yaralanma, ölüm qorxusu olduğundan onlar evdən çıxmağa, tək qalmağa qorxurlar. Affekt halı hər yaşda baş verə bilər. Ən çox 45 yaşdan sonra görünən bu xəstəlik, zehni işlərlə məşğul olan, narkotika istifadəçiləri, alkoqol istifadəçilərində özünü daha çox biruzə verir.Fiziolji affekt iki səbəbdən yaranır. Birinci səbəb insana qarşı zorakılıqdır( qanunazid zorakılıqdır). İnsanın həyatı üçün real təhlükə olduqca və bu təhlükə cəhdləri gözlənilmədən yarandıqda bəzi hallarda insan istər-istəməz son dərəcədə həyəcanlanır, yəni affekt vəziyyətinə düşür. Fizioloji affektin ikinci səbəbi ətrafdakı insanların hərəkət və davranışından irəli gəlir: ətrafdakıların insanın şəxsiyyətinə, ləyaqətinə toxunan, onu alçaldan, ağır təhqir edən hərəkət və sözləri fizioloji affektin yaranmasına səbəb olur
Asperger sindromu psixi pozğunluq olub, bəzən onu Autizmin bir forması da hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf edir. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur. Bu sindrom bir xəstəlik deyil, müalicəsi də mümkün deyil. Mövcud hal ömür boyu davam edər. Sindromun yaranma səbəbi məlum deyil. Beyin inkişafının geriləməsi ilə bağlı olaraq yarana bilər. Bəs Asperger sindromu hansı əlamətlərlə üzə çıxır? Hər orqanizmdə müxtəlif əlamətlərlə üzə çıxa bilər. Əlamətlərdən ən diqqət çəkəni isə insanlarla münasibətdə çəkilən çətinliklərdir. Danışmaqda çətinlik çəkə bilərlər. Qarşısındakı insanın demək istədiyini, zarafatlarını anlamaqda çətinlik yarana bilər. Danışan zaman az miqdarda göz təması edərlər. Bir hərəkəti dəfələrlə təkrarlaya bilərlər. Bəs müalicəsi necə olunur? Bir xəstəlik olmadığından bu halı ortadan qaldıran müalicə üsulu da yoxdur. Müəyyən mütəxəssislərlə çalışmaq, gündəlik işlərə adaptasiyanı asanlaşdıracaq. Qeyd edək ki, müalicə üsulu, danışıq terapiyası ilə də aparılır. Bunlarla yanaşı dərman müalicəsindən də istifadə edilir. Şəhanə Quliyeva Psixoloq.az
Orta əsrlərdə isteriyalı xəstələr cin vurmuş hesab edilir və kilsə xadimləri onları qəddarcasına cəzalandırırdı. Xəstəliyin elmi əsasları XVIII əsrdə Şarko tərəfindən öyrənilməyə başlanılmışdır. Araşdırmalar xəstəliyin baş verməsində, irsi amillərin rolunu önə çəkmişdir. İsterik nevroz tipinə görə 2 növə ayrılır:- emosional - affektiv- funksional - nevroloji İsteriya infantil konstitusional tip fonunda emosional-effektiv xəstələr zərif bədən quruluşu, yaxşı inkişaf etmiş ikincili cinsi əlamətlərlə, plastik zəriflik və qeyri-dəqiq hərəkətlərlə xarakterizə olunur. İsteriyalı xəstələrin davranışında ən mühüm cəhət ətrafdakıları müxtəlif vasitələrlə özünə cəlb etmək meylidir.Xəstələrdə daha çox emosional pozulmalar müşahidə edilir. Utancaqlıq, məsuliyyət, ədəb, insanpərvərlik kimi sırf insani keyfiyyətlərin zəifləməsi və kifayət qədər inkişaf etməməsi nəzərə çarpır. Eqoizm ,özünə vurğunluq, cinsi həvəsin artması, qarınqululuq və digər xoşagəlməz xasiyyətlər ön plana keçir.Belə xəstələrdə əhval ruhiyyə tez-tez dəyişir. İsterik nevrozun ağırlaşmalarında aşağıdakı nevroloji pozulmalar mühüm yer tutur:- hərəki pozğunluqlar (iflic, parezlər, oriyentasiyanın pozulması, hiperkinezlər)- nitq pozulmaları (afoniya, mutizm, pəltəklik)Həyəcan zamanı səsin xırıldaması, eşitmənin və görmənin qəfil pisləşməsi isterik nevrozlara xas olan xüsusiyyətlərdir. Xəstəlik zamanı isterik yuxululuq xarakterik hesab edilir. Xəstələr bir neçə saat və ya gün ərzində yuxulu olurlar. DİAQNOZ: Xəstəliyin əlamətlərinə, gedişatına toplanan anamnezə əsasən qoyulur. MÜALİCƏSİ: Müalicəsi zamanı psixoterapiya, ümumi möhkəmləndirici müalicə üsullarından- trankvilizatorlardan istifadə edilir. Xəstədə yuxusuzluq əlamətləri varsa yuxugətiricilər təyin edilir.
Autizm- erkən yaş dövründə başlayan ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən 2 yaşından etibarən özünü göstərməyə başlayır. Autizm özünə qapanma kimi tanınır. Hazırda autizmin yaranma səbəbləri dəqiq məlum deyil. Autizmin yaranmasına həm irsi, həm doğuşdan əvvəlki, doğuş zamanı inkişafa təsiredici faktorlar, hamiləlik zamanı baş verən narahatlıqlar, eləcə də uşaqlıqda edilən peyvəndlər səbəb ola bilər. Ən əsası isə əsəb sisteminin patalogiyası ilə əlaqələndirilir. Autizm ümumi xarakter daşıyır: 1. Sosial münasibətlərdə pozğunluq 2. Nitq və ünsiyyətdə pozğunluq 3. Təxəyyüldə pozğunluq Autizmli uşaqlar başqalarına qarşı maraqsızdırlar. Söz təmasından qaçır, ünsiyyət qurmurlar. Digər uşaqlarla oynamır, səbəbsiz olaraq ağlayır, gülür, mənasız sözləri ardıcıl təkrarlayırlar. Tək qalmağı xoşlayırlar. Belə uşaqların göstərdiyi digər davranış tərzləri də mövcuddur. Məsələn, bəzi uşaqlar rəngləri çox dəqiqliklə seçib, mürəkkəb naxışları qura bilmədikəri halda özünə xidmət vərdişlərinin öhdəsindən gəlməkdə böyüklərin göstəriş və tapşırıqlarını yerinə yetirməkdə böyük çətinlik çəkirlər. Autistik uşaqların zəkalarına gəldikdə onların bəziləri çox üstün riyaziyyat bacarıqları və əzbərləmək kimi qabiliyyətlərə sahib ola bilər. Belə uşaqlar ilə hər gün məşğul olmaq lazımdır. Bu uşaqların müxtəlif fobiyaları olur. Onlar təhlükəni görmürlər - maşın yolunu baxmadan keçmək, isti əşyalara toxunmaq kimi. Autist uşaqlar televizora baxmağı xoşlayırlar, lakin onlara məhdudiyyət qoymaq lazımdır. Onlar yelləncəyi də xoşlayırlar, onlarda bu marağı həvəsləndirmək lazımdır. Siz uşağınızı onun özündən də yaxşı başa düşməyi öyrənməlisiniz. Autizm psixoloji problem olduğundan dərmanlarla müalicəsi yoxdur. Nevroloji müalicə olunmalı, məşğələlər aparılmalıdır. Psixoloq və loqopedlər bu işə cəlb olunmalıdır. Əgər 1-2 yaşında aşkarlanarsa və bu müalicə işi düzgün olarsa, 6 yaşında o, normal uşaq səviyyəsinə çatar. Valideyn normal uşağa başa saldığından 6 dəfə çox autizmli uşağa başa salmalıdır. Məsuliyyətin böyük bir hissəsi isə valideynlərin üzərinə düşür. Müəllif: Defektoloq Gülnarə Səfərəliyeva Psixoloq.az
Panik atak insanların həyatında heç olmasa bir dəfə də olsa baş vermiş bir haldır. Normal panika yaradacaq hadisələrə qarşı olan panik atak normal haldır, ancaq səbəbsiz yerə olan və daimi təkrarlanan panik ataklar artıq patalogiyadır və insanların həyat tərzinə, gündəlik işlərinə nəzarətedici təsir göstərir və insanlar planlarını, gündəlik işlərini, qorxularına, panik ataklara görə tənzimləyirlər. Tək harasa gedə bilmirlər, lift , metrodan istifadə edə bilmir, çox insan olan yerlərdə ola bilmir ,daimi atak, ölüm qorxusu fikirləri bu insanların həyatlarını sözün əsl mənasında cəhənnəmə çevirir. Panik pozuntu diaqnozu qoymaq üçün panik atak əlamətlərindən ən azı 4-ü , bir ay müddətində səbəbsiz yerə meydana çıxması mütləqdir. Bunlar hansılardır? *Səbəbsiz yerə ürək döyünmə *Tənginəfəslik, boğulma hissi *Qolların uyuşması, başda sıxılma hissi *Baş gicəllənməsi, yıxılacağı qorxusu *Əllərin əsməsi(tremor),tərləmə,bədəndə titrəmə, istilik hissi *Ətrafa və özünə qarşı yadlaşma hissi *Döş qəfəsində sıxılma,ağrı hissi *Atak zamanı gəyirmə, qusma hissi *Ağır xəstəliyi olduğunu fikirləşmə, dəli olma və ağlını itirmə qorxusu Bu xəstəlikdən əziyyət çəkən insanlar hər atak zamanı ölümlə üz-üzə gəlirlər,ölüm anını yaşayırlar və ilk vaxtlar özlərində hər hansı ağır xəstəlik olduğunu fikirləşib çox həkimlərə müraciət edirlər(Psixiatrdan başqa) və nəticə olaraqda hər hansı somatik xəstəlik aşkar olunmur, çünki bu xəstəlik sırf psixoloji problemlərlə əlaqəli yaranan bir xəstəlikdir. Həmçinin bioloji olaraq beyində olan neyrotransmitter serotonin adlı("xoşbəxtlik hormonu") maddənin miqdarında azalma olmasıyla əlaqədar meydana çıxan bir xəstəlikdir. Bu xəstəliyin müalicəsiylə PSİXİATR məşğul olur,vaxtında psixiatra müraciət etməklə həm vaxtınıza,həm pulunuza qənaət etmiş ,həmçinin bu xəstəlikdən tez bir zamanda xilas olarsınız. Həkimlə əlaqə:+99455-282-84-21
Sosial fobiyalar (F40.1) Sosial situasiyalardan qaçmaya səbəb olan, digər insanların yetirdiyi diqqətdən qorxma. Daha dərin sosial fobiyalaraşağı dərəcəli özünü qiymətləndirmə və tənqiddən qorxma ilə əlaqədardır. Onların olması üzün qızarmasında, əllərinəsməsində, ürək bulanmada, daima sidiyə çağırışlarda özünü göstərir.
Aqorafobiya (F40.0) Evdən çıxmaqdan, mağazaya daxil olmaqdan qorxmanı, kütlədən və içtimai yerlərdən qorxmanı, tək qatarla,avtobusla, təyyarə ilə səyahət etməkdən qorxmanı özündə birləşdirən kifayət qədər yaxşı təsvir olunmuş fobiyalar qrupudur. Vahiməyə düşmə pozuntusu həm keçmiş, həm də hazırki epizodların adi cizgilərindən ibarətdir. Bundan əlavə xarakteristika kimi depressiv və sarışan simptomlar sosial fobiyalar tez–tez müşahidə olunur. Adətən fobiyalı situasiyalardan qaçma ifadə olunur və aqorafobiyadan əziyyət çəkən şəxslər elə bir böyük narahatçılıq keçirirlər, beləki, onlar belə «təhlükələrdən» qaça bilirlər.Anamnezdə vəlvələyə düşmə pozuntusu olmayan aqorafobiyaAqrofobiyalı vəlvələyə düşmə pozuntusu
Əsas və üstünlük təşkil edən simptomu, heç bir təhlükə ifadə etməyən müəyyən situasiyalardan qorxu olan pozuntular qrupudur. Nəticədə xəstə adətən belə situasiyalardan qaçır və ya ehtiyat edir. Xəstənin narahatlığı ayrı– ayrı simptomlarda, belə ki, qorxudan titrəmə və ya bayılma hissiyatında toplanır və tez–tez ölümdən qorxma ilə, özünü idarə etməni itirmə ilə və ya dəli olma ilə assosiasiya olunur. Fobik situasiyaya düşə bilməni gözləmək adətən vaxtından qabaq həyəcan törədir. Fobik həyəcan və depressiya tez-tez müştərək olur. İki diaqnozun (fobiyalı həyəcan pozuntusu və depressiv epizod) və ya birinin qoyulması haqqında qərar, bu halların davam etmə müddəti ilə və xəstənin konsultasiya zamanı terapiya barəsində həkimin düşüncələri ilə müəyyən olunur.