Psixi Xəstəliklər

Travma və xüsusiyyətləri nələrdir

Travma anlayışı, bir insanın mənəvi və fiziki varlığına xələl gətirən, incidən və yaralayan hər cür hadisəni adlandırmaq üçün istifadə oluna bilər. Həyatda yaşanması ağır olan hadisələr insanda qorxu, köməksizlik, zəiflik hisslərinə səbəb olur və bu vəziyyət travma almış insanların duyğularını, düşüncələrini və zehni vəziyyətlərini uzun müddət təsir altında saxlayır. Belə hadisələrə "travmatik vəziyyət" və ya "travma" deyilir.  Orqanizmalar travmatik hadisəyə fərqli şəkillərdə reaksiya verir. Bir orqanizm travmaya oxşar reaksiya versə də başqa bir organizm fərqli reaksiya verə bilər.  Ümumiyyətlə, travma anında və sonrasında stress reaksiyalarının emosional, fiziki, zehni və davranış aspektləri müşahidə olunur. Duygusal: güclü qorxu, qəzəb, günah, çarəsizlik, xəcalət, darıxdırıcılıq, kədər, pessimizm və s. duyğuları hiss etmək. Fiziki: nəfəsdə daralma, boğazda darlıq, ürək bölgəsində çarpmalar, titrəmələr, başgicəllənmə, ürək bulanması, qusma, ağız boşluğu, iştahsızlıq, həddindən artıq yorğunluq, bəzi bölgələri hiss etməmək və s. Zehni: sıx-sıx narahat edici düşüncələr, dağınıq düşüncələr, insanın  özünə və xarici dünyaya qarşı mənfi düşünceleri, unutqanlıq, hadisələrin yüngülləşməsi, trans vəziyyət, tapıldığı yer və vaxtı xatırlaya bilməmək, xəyalları pozan və təkrarlayan və s. Davranış: qəfil və gözlənilməz intensiv partlayışlar qəzəb, yayındırma, həddindən artıq əsəbilik, özünə zərər verən davranış, intensiv alkoqol istifadəsi, çəkinmə davranışı və s. əlamətlər aiddir. Travma sonrasında yaranan pozuntunu müalicə etmək üçün farmakoloji terapiya və psixoterapiya metodları istifadə olunur. Semptomlar çox ağır olmadıqda, ilk növbədə psixoterapiya ağır hallarda dərman və psixoterapiya tətbiq etmək faydalıdır. Uzm.Psixolog Elnara Maharramova

Özünü bəyənməmək xəstəliyi- Dismorfofobiya

İlk dəfə İtalyan psixiyatr Enrico Morselli tərəfindən 1886-cı ildə müəyyən edilən psixoloji bir pozunutudur. Özünü bəyənməmək, Güzgü xəstəliyi yada Bədən Dismorfik Pozuntusu olaraq da tanınır. Bu pozuntuda şəxs vücudunun bir hissəsini bəyənmir və ya görüntüsünün pis olduğunu iddia edir. Şəxsin bədəninə aid mənfi düşüncələri iki şəkildə ortaya çıxa bilər. Birincisi şəxsin öz bədəninə aid müsbət qavrayışının  pozulmuş olmasıdır yəni bədəninin burun, qulaq, əl kimi bəzi bölgələrini bəyənməməsidir. İkincisi isə başqalarının onun bədənindəki bəzi bölgələri bəyənmədiyini düşünməsidir. Bəzən ikisi bir arada da görülə bilər. Hər iki vəziyyətdə bu pozuntuyla bərabər görülən başqa problemlər də vardır. Məsələn depresiya və vəsvəsə bu xəstəliyi müşayət edən xəstəliklər arasındadır. Dismorfofobiya pozuntusunda görünən real bir bədənsəl qüsur olmamasına baxmayaraq, şəxs  bir pozuntusu olduğunu vəya çox çirkin olduğunu düşünərək tez-tez estetik əməliyyatlar etdirir. Bəzi vəziyyətlərdə şəxsin həqiqətən də fiziki bir problemi ola bilər və şəxs bu pozunutunu o qədər böyüdür, o qədər dərd edir ki, bir müddət sonra bu narahatçılıqdan əlavə bədəninin başqa yerlərində də problemlər olduğunu  düşünməyə başlayır. Dismorfofobiyanın  Güzgü xəstəliyi olaraq tanınmasının bir səbəbi də  şəxsin ya güzgülərə küsməsi yada sıx-sıx güzgüyə baxaraq özünü incələmə ehtiyacı hiss etməsindən qaynaqlanır. Bu narahatçılıq ümumiyyətlə özünə qapalı,dostluq etməkdə problem yaşayan, insanların tənqidlərinə və düşüncələrinə çox önəm verən və təşviş dərəcəsi yüksək olan insanlarda daha sıx görülə bilir. Bəzi ağır vakalarda şəxs özündə var olduğuna inandığı bədənsəl qüsurlarını ətrafındakıları da inandıra bilmədiyini gördükdə həqiqi mənada özünə və problemi olduğu düşündüyü orqanına zərər verə bilər. Bədəni haqqında bu qədər çox vəsvəsəyə sahib olmaq, şəxsin bütün sosyal həyatını, sosyal münasibətlərini poza bilmək qabiliyyətindədir. Şəxs sadəcə özü və bədəni haqqında danışmaq istəyərək ətrafındakı insanların düşüncələrini öyrənməyə çalışır və eşitdiyi heç bir müsbət rəylərə inanmaz. Dismorfofobiya hər dönəmdə görülə bilən bir narahatçılıq olmaqla bərabər son illərdə daha çox artmasına səbəb cəmiyyət olaraq insanlarda estetik qavrayışının dəyişməsidir. Getdikcə daha çox insanın estetik uzmanlarına müraciət etdiyini və əsasən də sinə, ümumi üz əməliyyatları etdirdiyini görürük. Ayrıca texnologiya sahələrindəki inkişaf da estetik əməliyyatların  daha çox populyarlaşmasında və qəbul olunmasında önəmli faktorlar arasındadır. Sosyal paylaşım platformalarında insanların bir biriylə olan ünsiyyət və əlaqələri ardıqca, insanların özlərinə yönəlik estetik təşvişlərində də ciddi mənada artmalar olmuşdur. Daha yaxşı və gözəl görünmək, daha yaxşı geyinmək, daha paraıltılı həyat yaşamaq kimi istəklərin artması Dismorfofobiya narahatçılığına birbaşa səbəb olmasa belə təsir edən faktorlar arasındadır.

Düşüncə xətaları

Sıx-sıx emosional vəziyyətlərdə olan insanlar bunun nəticəsi olaraq sağlam düşünə bilmirlər. Məsələn ”O qədər əsəbi idim ki, gözüm heçnəyi görmədi, düşünə bilmədim” vs kimi. Bu cür vəziyyətlərdə insanlar düşüncə xətalarını  daha çox etməyə meyilli olurlar.  Düşüncə şəklimizlə duyğuları biz müaəyyən edirik. Vəziyyətlə bağlı düşünmə şəklimiz düşüncələrimizə də təsir edir.  Əgər doğru qərarsı ala bilmək üçün hər zaman bütün datallar əlimizdə olsa, hər zaman sakit, soyuqanlı, ağıllı, bütün bildiklərimizin fərqində olsaq, heç bir zaman peşman olmasaq, yolunda getməyən münasibətləri bitirsək, aşırı çalışmasaq,  yüklənməsək çox sıx bir şəkildə emosional reaksiyalarımız olmaz və düşüncələrimizi də incələməyə ehtiyac qalmaz.  Amma həyat bunlardan ibarət olduğu üçün emosional sıxıntılarımızı anlaya bilmək üçün düşüncələrimizə daha yaxından baxmaq lazımdır. Sıxlıqla insanlarda görülen ve çeşidli gruplara ayrılan düşüncə xətaları bulardır. 1.      Fəlakətləşdirmə: “ Qarışqanı fil etmək” deyimi tam da bu insanlar üçün nəzərdə tutulmuşdur. Mövcud digər nəticələri hesaba qatmadan daha neqativ nəticələrə yönəlmək, kiçik bir sübutdan yola çıxaraq o sübutu da kifayət qədər dəyərləndirmədən olması gərəkən ehtimal digər nəticələri hesaba qatmadan vəziyyəti və ya hadisələri  həmişə neqativ olaraq görməkdir. Məsən: “ İşi çatdıra bilmədim məni işdən qovacaqlar”, “Həyəcandan bir kəlmə danışa bilməyəcəyəm”. 2.      İkili düşüncə: həmişə ya da heç şəklində. İnsanlar bəzən hadisələri həmişə və ya heç vaxt alqoritminə uyğun olaraq ağ və qara biçimdə görürlər. Bir şey ya tam olmuşdur, ya da yox dərəcəsindədir. Bu iki uc arasında yer alan nöqtələr görünməz. “Əgər mükəmməl deyiləmsə, uğursuzam”,  “Məni tənqid edirsə, heç bəyənmir” vs kimi düçüncələr buna misal ola bilər. 3.      Həddindən artıq ümumiləşdirmə: Aşırı ümumiləşdirmə düşüncəsində ümumi bir qaydaya inanaraq bu düşüncəni izləməkdir. Məsələn, həyat yoldaşı tərəfindən tərk edilən birinin “ Artıq mənimlə heç kəs maraqlanmayacaq və sevməyəcək”  kimi bir düşüncəsi vəya  sevgilisi tərəfindən aldadılan bir gənc qızda “ Bütün kişilər aldadır, ” kimi ümumi bir düşüncə qəlibi formalaşdıracaqdır.  4.      Olmalı ifadələri –malı, məli düşüncə tərzi: Bu düşüncə biçimidə insanın özünün, digərlərinin necə davranması və dünyanın necə olması ilə bağlı qatı qanunları vardır. Və bu qanunları həyata keçirtdiyi zaman ola biləcək ancaq mənfi nəticələri şişirdir. Bir işi doğru etmənin tək bir doğru yolu olduğuna inanır. “ İnsanları məmnun etməliyəm”, “ İnsan öncə başqalarını düşünməlidir”, “ Uşaqlarımı düzgün tərbiyə etməliyəm” vs kimi düşüncə tərzləri misal ola bilər. Özümüzlə bağlı bu düşüncə tərzinin yaratdığı qaydalara əməl etmədikdə  günahkarlıq, başqaları əməl etmədikdə isə, qəzəb və aqresivlik hiss edə bilərik. 5.      Ağıl oxumaq: Digər insanların nə düşündüyünü bildiyinə və onların da bizim nə düşündüyümüzü bildikərinə inanmaqdır.  Məsələn, “Soruşmağa ehtiyac yoxdur nə düşündüyünü bilirəm” kimi. Və yaxud danışarkən birisi əsnəyirsə, “Mənim danışığımdan sıxıldı, çox sıxıcı danışıram”, salam verdiyi bir dostu onu görmədiyi zaman “ Məni adam yerinə qoymur” kimi düşünmək. 6.      Birbaşa nəticəyə fokuslanmaq: Əksinə sübutlar olmasına baxmayaraq bunları yox sayaraq  sadəcə o şəkildə hiss etdiyi üçün bir şeyin doğru olduğuna inanma vəziyyətidir. Məsələn. “ Əgər qorxuramsa deməli təhlükəli birşey olacaq”. 7.      Etiketləmək: Daha uyğun və reallığı əks etdirən dəyərləndirmə yerinə özünə vəya digərlərinə etiketlər yapışdırması. Məsələn bir işdə uğursuz olan birinin mən bu işi edə bilmədim deməsi yerinə  “Mən bacarıqsızam”, oğlu dərs oxumayan bir ananın “ oğlum dərs oxumur” deməsi yerinə, “ Oğlum təmbəldir”, deyə düşünməsidir. Düşüncə xətaları bunlarla bitmir bir insanda birden çox düşüncə xətaları ola bilər. Bu növ düşüncə xətaları və ovtomatik düşüncələr psixoterapiya vasitəsiylə dəyişdirilə bilir.

Təşviş pozuntusu və panik atak arasında fərq -Uzman Psixoloq Gülnarə Muxtarova-Video

Psixoloq.az xəbər verir ki,bu barədə Uzman Psixoloq Gülnarə Muxtarova özünün youtube kanalında video paylaşım etmişdir.Həmin videosüjeti sizinlə paylaşırıq

Ringelmann effekti

Fransız kənd təsərrüfatı mühəndisi Maks Ringelmann 1883-ci ildə Grandjouan Kənd Təsərrüfatı Kollecində çox sadə görünən bir təcrübə etdi.Təcrübə bundan ibarət idi: Ən sadə insanlar sınağa cəlb olunur və onlardan ağırlıq qaldırması tələb olunur. Hər bir şəxs üçün qaldıra biləcəyi maksimum çəki təyin edilir. Bundan sonra isə insanlar qrup halında birləşdirilir və getdikcə qrupdakı insanların sayı artırılır.Gözləntilər aydın idi: əgər 1 insan şərti olaraq 100 kq yük qaldıra bilirdisə, 2 nəfər birlikdə 200, yaxud daha çox yük qaldırmalı idi. Axı belə bir anlayış mövcuddur ki, qrup işi daha çox şeyə nail olmağa kömək edir. Bu fikir hələ də qüvvədədir və fəal olaraq dəstəklənir. Lakin nəticə barədə bir daha düşünməyə dəyər. İki insan öz fərdi göstəricilərindən cəmi 93%-ini sərgiləmiş, 3 nəfər 85%-ini, 8 nəfərdən ibarət qrup isə öz gücünün yalnız 49%-indən istifadə etmişdir.Sözügedən bu təcrübəni digər eksperimentlərdə də sınaqdan keçirmişlər. Nəticələr isə yenə də eyni idi. Qrupdakı insanların sayı artırıldıqca faizlər enirdi.Səbəb isə aydındır: İnsan tək özünə arxalandıqda maksimum şəkildə güc tətbiq edir. Qrupda isə gücə qənaət etmək olar. Axı heç kim bunun fərqinə belə varmayacaq…Bu eksperiment çox uzun müddət əvvəlindən bilinirdisə də, test, elmi olaraq ilk dəfə Fransız agronom Maks Ringelmann tərəfindən sübut edilmiş və psixoloqlar bunu «Ringelmann effekti» adlandırmışlar.

Cinsi meylin pozuntuları

1. Cinsi meylin zəifləməsi – hiposeksuallıq depressiyalarda, şizofreniya xəstəliyinin bir sıra kliniki formalarında, mərkəzi sinir sisteminin orqanik pozuntularında, nevrasteniya zamanı və digər patoloji hallarda əlaqədar meydana cıxa bilər. Cinsi meylin zəifləməsinin xüsusi forması olan impotensiya (kişilərdə) və frikidlik (qadınlarda) “funksional xarakterli seksial pozuntular” mövzusunda təsvir edilmişdir. 2. Cinsi meylin güclənməsi - hiperseksuallıq. Beynin bir sıra orqanik pozuntularında (proqressiv iflic – qocalıq ağıl zəifliyi, olqofreniya və s.) və manikal oyanma zamanı rast gəinir. 3. Təhrif olunmuş (qeyri – normal) cinsi meyllər. Bu ad altında təsvir olunan meyl pozuntuları seksoloji xəstəliklərdən fərqəndirilməlidir. Belə ki, cinsi meylin qeyri- normal ödənilməsi formaları əsasən psixopatlarda (şəxsiyyətin pozuntuları ilə əlaqədar) rast gəlinir. Bir qayda olaraq belə şəxslər nəinki həkimə müraciət etmir, eyni zamanda özlərini xəstə hesab etmirlər və həyatları boyu patoloji cinsi meyllərlə yaşamağa həvas göstərirlər. Bu növ pozuntulara sodomiya və zoofiliya (müxtəlif heyvanlarla cinsi əlaqədə olmaq), pedofiliya (kicik yaşlı uşaqlara qarşı cinsi meyl), nekrofiliya (meyidə qarşı cins meyl), fetişizm (əks cinsin paltarına, istifadə etdiyi əşyalara qarşı cinsi meyl), sadizm (əks cinsdən olan şəxsə əzəb – əziyyət (işgəncə) verməkdən cinsi zövq almaq), mazaxizm (əks cinsdən olan şəxsin verdiyi əzab – əziyyətdən (işgəncədən) cinsi zövq almaq) və s. aiddir.

Tənbəllik sindromu

Nağıllarımızda tənbəlliklə bağlı çoxlu sayda maraqlı məqamlar var. Bu məqamların hər birində, təbii ki, tənbəllik mənfi mənada təqdim edilir. Lakin tənbəllik təkcə uşaqlar üçün təhlükəli deyil. Çünki bu gün hər hansı yaş mərhələsini yaşayan insanlar arasında da tənbəllikdən əziyyət çəkənlər çoxdur. İstedadlı, qabiliyyətli insanlar var ki, tənbəllikləri ucbatından öz məqsədlərinə nail ola bilmirlər. Bu məqamda belə bir sual meydana çıxır: tənbəllik xəstəlikdir, psixoloji pozğunluqdur, yoxsa adət? Ümumiyyətlə, bu sindromdan qurtulmaq mümkündürmü?“İstəməsəniz belə qalxın və məşq edin”Təbii ki, tənbəlliyin müxtəlif səbəbləri var. Lakin psixoloqlar bu qənaətdədirlər ki, “tənbəlliyə qalib gəlmə resepti”nə əməl etməklə bundan qurtulmaq olar. Bəs həmin resept, məsləhət nədən ibarətdir?İlk növbədə, tənbəl adamlara kitab oxumaq tövsiyə edilir. Hətta canınız kitab oxumaq istəməsə belə, oxuyun. Məşq etmək istəməsəniz belə, qalxın və məşq edin. Qısası, hərəkət etmək ən yaxşı motivasiya sayıla bilər. Odur ki, hətta ürəyiniz istəməsə belə, məqamı gəlincə, hansısa işi görməyə ərinməyin.“Böyük işlərinizi kiçik parçalara bölün”İkinci önəmli məqam: əgər hər şeyi eyni anda etmək istəyirsinizsə, onda onların hamısını tam olaraq yerinə yetirə bilməyəcəksiniz. Öncə hansı işi görəcəyinizi, haradan başlayacağınızı müəyyənləşdirin, böyük işlərinizi kiçik parçalara bölün və ilk növbədə, vacib hissədən başlayın. Bu yolla siz çox çətin və öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz bir işi normal bir şəkildə tamamlamış olacaqsınız.Diqqətinizi dağıdacaq maneələri aradan qaldırın...Bu da çox önəmli məqamlardandır. Belə ki, tənbəlliyimiz tutduğu zaman ətrafımızda bizi məşğul edəcək şeylər həmin an diqqətimizi çəkir və fikrimizi cəmləyə bilmirik. Məsələn, olur ki, adi bir iş üçün kompyuterlə işlədiyimiz zaman bəzən sosial şəbəkələrə başımız qarışır və saatlarla boş yerə vaxt itiririk. Nəticədə görüləsi işimiz də yubanır.Bir işi yubatmaq üçün bəhanələr uydurmayın...İntizamlı və planlı olmağı hər kəs bacarmır, ancaq istəyən, bunun üçün çalışan adam istəyinə nail olur. Tənbəl insanlar, adətən, nədənsə şikayət edirlər. Onlar çox zaman bir işi görməmək üçün müxtəlif bəhanələr uydururlar. İşini təxirə salmaq, “bir neçə saat sonra görəcəyəm” deyib yubatmaq əslində tənbəllərə həmin anda xoş gəlir və bundan heç də asan qurtula bilmirlər. Odur ki, ilk vaxtlar, çətin də olsa, bu adətinizdən əl çəkməlisiniz.Önəmli olan həyata bağlana bilməkdir...Psixoloqların qənaətinə görə, tənbəllik beynimizdəki “qısaqapanma”nın nəticəsində meydana gəlir. Məqsədimiz üçün davamlı çalışmaq sonda insana sevinc bəxş edir: ancaq tənbəl insanlarda bu hal təxminən belə yaşanır: onlar bir müddət çalışdıqdan sonra fasilə verməyə və rahatlığa meyil edirlər. Halbuki yalnız çalışmaqla, sosial fəaliyyətlərlə məşğul olmaqla həyatın dadını çıxarmaq olar, rahatlıq yalnız bununla mümkündür. Davamlı məşğuliyyəti olanlar həm darıxmırlar, həm də üzləşdikləri çətinlikləri unudurlar. Məşhurlardan birinin dediyi kimi, hansı rolda olduğumuz önəmli deyil, önəmli olan həyata hansısa bir yerdən bağlana bilməkdir.Tənbəllərin çox işləri yarımçıq olur...- Tənbəllər yataqlarını yığmır, paltar yumağa can çəkir, ev təmizləməyə maraq göstərmirlər. Evləri çirkab içində olsa belə, təmizləməyə ərinirlər, çünki özlərini çox yorğun hiss edirlər.- Tənbəllərin digər insanlara nisbətən daha az pulu olur, bunu bilirlər, fəqət yenə də işləməyə maraq göstərmirlər.- Tənbəl insanların əksər işləri tamamlanmamış olur. Çünki diqqətlərini toplaya, gördükləri işə uyğunlaşa bilmirlər.Uzun müddət yatmaq tənbəllik əlamətidir...Kim nə qədər aktivdirsə, o qədər sevincli və şəndir. Uzanıb rahat bir şəkildə yatmaq insana xoş gələ bilər, fəqət əmin olun, heç bir iş görmədən uzun müddət yatmaq tənbəllik əlamətidir və bir müddətdən sonra bunun heç bir zövqü qalmaz. Tənbəlliklə mübarizədə vitaminlərin də böyük önəmi var imiş. Belə ki, psixoloqların fikrincə, B vitamini sinir sisteminin işini, yaxşı yaddaşı və yüksək iş qabiliyyətini artırır. Gərgin iş qrafiki də tənbəlliyə səbəb ola bilir. İstirahətsiz işləmək və nəticədə yorulmamaq qeyri-mümkündür. Ona görə də fasilə verin və ya istirahət üçün özünüzə vaxt ayırın.

Gələcəyi gördüyünü inandıra bilmədikdə yaşanan -Kassandra sindromu

Kassandra - qədim yunan mifologiyasının qəhrəmanıdır. Rəvayətə görə, Apollon ona aşiq olaraq bəsirət hədiyyəsi ilə mükafatlandırır. Amma Kassandra bu sevgiyə qarşılıq vermir və qəzəblənmiş tanrı elə edir ki, qızın öncəgörməsinə heç kim inanmasın.Kassandra Troyanın məhv olmasını qabaqcadan xəbər verir, lakin onu lağa qoyurlar və ağılsız hesab edirlər. Nəticədə, tarixdə bir çox hadisələr var ki, gələcəyi görənlər yaxınlaşan qəzalar haqda insanları xəbərdarlıq etməyə çalışıblar, lakin onlara heç kəs inanmayıb. Beləliklə, belə fenomen tarixə "Kassandra kompleksi" adı ilə düşüb. Sizlərə falçılar tərəfindən öncədən deyilən, lakin buna məhəl qoyulmayan tarixin bir neçə mühüm hadisəsini oxucuların diqqətinə çatdırırıq."Titanik"də köməkçi kimi xidmət etmiş Artur Peyntin qəzadan 3 gün əvvəl məktub yazaraq, gəminin qəza keçirəcəyi barədə xəbərdarlıq edir. Məlumat üçün bildirək ki, bu yaxınlarda həmin məktub Londonda hərracda böyük məbləğə satıldı. Eyni zamanda faciədən 14 il əvvəl ingilis jurnalisti Morqan Robertson qəzanı təsvir edən illüstrasiyalar dərc etmişdi. O zaman heç kəs başa düşmürdü ki, söhbət nədən gedir...Birinci Dünya Müharibəsinin başlanğıcını 1912-ci ildə madam de Tab (Anna-Viktoriya Savara) xəbər vermişdi. 1913-cü ildə isə falçı Almaniyanın Avropadakı hökmranlığının sonunu qabaqcadan demiş, bunu, yaxınlaşan müharibə nəticəsində olacağı fikri ilə qüvvətləndirmişdi. Onun sözlərini də heç kim ciddi olaraq qəbul etmədi...Məşhur öncəgörən Volf Messinq İkinci Dünya Müharibəsinin başlanacağını və Hitlerin tam iflasını qabaqcadan xəbər verir. Hətta bir az irəli gedərək, bunun faşist Almaniyasının SSRİ-yə hücum etməsindən sonra baş verəcəyini bildirir. Baxmayaraq ki, onun şöhrəti və dəqiqliyi hər kəsə məlum idi, yenə də siyasətçilər ona inanmaq istəmirdilər. Stalin də öz növbəsində Messinqə inanmadığını desə də, daim onunla məsləhətləşirdi...Vacib hadisələri yalnız falçılar deyil, həm də yaradıcı insanlar da zaman-zaman xəbər verirdi. Yazıçıların zəngin təxəyyülü, bədii düşüncəsi, yaxşı inkişaf etdirilmiş hissiyyatı onlara bu və ya digər hadisələrin inkişafını qabaqcadan bilməyə təkan verir. Məsələn, Mark Tven tezliklə həyata keçən hadisələri yuxularında görürdü. Onlardan birində o, qardaşının həlak olmasını görür: su, balıq və tilovlar yuxunun əsas atributları idi. 2 həftə sonra qardaşı həqiqətən də balıq ovunda olarkən bədbəxt hadisə nəticəsində həlak olur.İlk atom bombasının partlamasından 30 il əvvəl Herbert Uellsin yazdığı elmi-fantastik hekayələrdə və romanlarda ən dəhşətli silahın ixtira olunacağı haqda qeydlər yer alıb. Eyni zamanda o, əsərlərində Birinci Dünya Müharibəsinin başlanacağına da eyham vururdu - bu, Uellsin müharibədən 13 il əvvəl yazdığı romanda öz əksini tapıb.Zamanın tənqidçiləri onun əsərlərini qeyri-elmi fantastika adlandırırdılar, Albert Eynşteyn isə açıq bildirirdi ki, atom bombası tam bir cəfəngiyyatdır. 1914-cü ildə "Azad edilmiş dünya" romanında Uells uran əsasında bir maddə yaranacağı haqda yazır. Fikrini belə izah edir ki, bu ixtira dünyanın sonunu gətirə bilər, çünki o, sonsuz şəkildə partlamağa davam edəcək. Görünür radiasiya nəzərdə tutulur. Bunu artıq öncəgörmə deyil, məhz ideya da adlandırmaq olar, çünki Uellsin bütün əsərlərini diqqətlə oxumuş fizik Leo Ssilard onun ideyalarını reallığa çevirməyi qərara alır və atomun parçalanması üzərində işləməyə başlayır. Nəticə hamıya məlumdur... "Gələcəyin siması" romanında isə Uells məhz dünya müharibəsinin başlanacağı haqda bədii, obrazlı, geniş məlumat verir.Çex yazıçısı Karel Çapek də robotların və atom bombasının yaranacağını qabaqcadan görürdü. O, 1920-ci ildə qələmə aldığı "R.U.R." pyesində mexaniki insanların kütləvi istehsalı haqqında danışır, onların insanlar üçün ciddi təhdid olacağını bildirirdi. 1922-ci ildə "Absolyut Fabriki" romanında yazıçı, atomları parçalayan "karbüratoru" təsvir edir. "Krakatit" romanında isə bütün dünyanı məhv edə bilən böyük partlayıcı bombanın yaradılacağını yazırdı

Şansınızı yoxlayın-Kokoloji Psixotest

Kokoloğiya yeni maraqlı testlər mövzusuna davam edirik. Yeri gəlmişkən, dostlarınızla psixo oyunlar oynaya bilərsiniz, çünki əyləncəli və müsbət təəssurat yaradacağına əminik. Başlanğıc kokoloqlar bir-birlərini daha yaxından tanımaq, xarakterlərini yoxlamaq, gülmək, əylənmək və yalnız bir zövq almaq imkanı əldə edəcəklər.Kokologiya testi ilə bağlı sualları cavablandırmadan əvvəl qaydaları bilməlisiniz: Cavab seçərkən, çəkinməyin, nəzərinizi ilk çəlb edəni söyləyin. Sınağın açarlarını tapmaq üçün cəhd edə bilməzsiniz, dürüst olun. Cavabı xoşlamadınızsa, üzülməyin, bu açarın sizə nə öyrədə biləcəyini düşünün. Bir qrup yoldaş, kokololoqda, şərhdən sonra bir-birlərinin reaksiyalarını müşahidə etmək tövsiyə olunur. Bilin ki, tam düzgün cavablar yoxdur, Siz şüurunuzdan keçənləri bir daha nəzərdən keçirib onlara öz perspektivləriniz kimi baxın. Buyurun, testə başlayın. Yapon testi " Sənin şansın".Siyahıya diqqətlə baxın və ən cəlbedici vasitəni seçin. Beləliklə, siz hansı nəqliyyat növünə böyük məmnuniyyətlə üstünlük verərdiniz? Velosiped Avtomobil Avtobus Qatar Yaxta Təyyarə Test cavablarının şərhi Seçilən nəqliyyat vasitəsi, buna kömək edən və ya maneə törədən məqsədlərə və xarakter xüsusiyyətlərinə çatmaq şansınızdan danışır. a. Seçiminiz velosipeddir. Qarşıya qoyulmuş məqsədlərə öz səylərimizlə nail olursunuz. Yalnız özünüzə ümid edərək, müstəqil hərəkət edin. Başqalarının sizə kömək etməsi ehtimalı azdır. Kifayət qədər cəsarətiniz, özünüzə inamınız var, elə belə də davam edin! İstək, əzm və iş sizi qələbəyə aparacaqdır. Şansınız çox yüksəkdir. b. Seçiminiz bir avtomobildir. Daxili güc və enerji sizi irəli aparır. Tələsməsən hədəflərinizə çatacaqsınız. Məqsədinizə doğru səbirlə, kiçik addımlar ilə irəliləyinŞübhəsiz ki, sizin şansınız var. Çalışın ki, adi bir tələskənliyinizlə şansınızı əldən verməyəsiniz. c. Seçiminiz avtobusdur.Siz öz doğmalarınıza və dostlarınıza yüksək dəyər verməyi bacarırsınız. Başqalarına kömək etməklə öz insanlıq borcunu yerinə yetirmiş olursunuz və bu da sizin yaxşı insan kimi yetişməyinizə zəmin yaradır. Ancaq yaxınlarınızın sizin diqqətinizi yayındırmalarına, seçilmiş hərəkət istiqamətini dəyişdirmələrinə əsla imkan verməyin. Başqalarının planlarınıza müdaxilə etməsinə icazə verməsəniz şansınız yüksələ bilər. d.Seçiminiz qatar. Ətrafınızda çox sayda insan olmasına baxmayaraq, onların fikirləri sizin üçün bir o qədər də əhəmiyyət kəsb etmir və onları həyatınıza müdaxilə etmələrinə şərait yaratmırsınız. Özünüzə qapanmağa lüzum yoxdur. Ətrafınıza nəzər salın və başqalarının fikirlərinə diqqət yetirin. Bəlkə də onların müxtəlifliyi arasında özünüz üçün dəyərli bir şey görəcək və uğur şansınız artacaq. v. Seçiminiz yaxtadır. Siz müstəqil bir insansınız və ətrafda baş verənlərə laqeydsiniz. Sağlam düşüncə və rasionalizm prinsiplərinizdi. Sizin diqqətinizi yayındırmaq və nəzərdə tutulan xətdən çıxartmaq asan deyil. Siz dəqiq bir plan tərtib edir, heç nəyə əhəmiyyət vermədən hadisələrin gedişatına əsasən öz strategiya və taktikanızı dəqiq şəkildə qurursunuz. Bəlkə bu doğru deyil? Çalışın müxtəlif variantlı məsələlərin həlli diqqətinizin mərkəzinizdə olsun. Şübhəsiz bu şansınızı artıracaqdır. e) seçiminiz bir təyyarədir. Məqsədinizə inanılmaz dərəcədə sürətli çatmaq istəyirsiniz və həqiqi hərəkətlər etmək əvəzinə daima bu barədə xəyal qurusunuz. Bu vəziyyətdə xəyalınız düşməninizdir. Ya buludlarda gəzirsiniz, ya da istəklərinizi yerinə yetirməkdən qorxursunuz. Uğur şansları hələ kifayət deyil. Artıq göydən yerə enməyin vaxtıdı. Ətrafa baxın və yersiz təhkükədən qorxmadan arzularınızı reallaşdırmağa çalışın.

Kotara sindromu nədir?

“Kotara sindromu” – insanın öz bədəninin bir hissəsinin, yaxud bütünlükdə orqanizminin məhv olduğu və artıq mövcud olmadığını zənn etməsi ilə xarakterizə edilən nadir xəstəlikdir. Kotara sindromu, yaxud sayıqlaması – özünüzün mövcud olmadığınızı zənn etdiyiniz andır. Bəzən beyin öz mövcudluğunu inkar edir. Bunu radikal özünüinkar adlandırmaq olar. Bu nadir psixoloji pozuntuya sahib olan insanlar əmindirlər ki, onlar ölmüşlər və yaxud onların bədənlərinin bir hissəsi mövcud deyil. Onlar həmçinin ətrafda canlı heç bir insanın olmadığına və dünyanın ümumiyyətlə mövcud olmadığına da inana bilirlər. Bu xəstəlikdən əziyyət çəkən insanlar beyin və yaxud ürək kimi həyati vacib orqanlarının mövcud olmadığını iddia edə, bəzən də bədənlərinin böyüyərək bütün kainata bərabər olduğunu zənn edə bilərlər. Bu insanlar intihara meyillidirlər və nə qədər təəccüblü görünsə də, bəzən özlərini ölümsüz esab edərlər. Kotara sindromu depressiv vəziyyət, hallusinasiya və yaddaşın itirilməsi ilə bağlıdır. Bəzən şizofreniyada da rast gəlinə bilər. Bu sindrom xəstələrdə ilk dəfə onun əlamətlərini təsvir etmiş fransız psixiatr Jül Kotara-nın adı ilə bağlıdır. İnsanlar istənilən yaşda olarkən bu sindrom ilə üzləşə bilərlər və sindrom qadınlarda daha çox rast gəlinir. Onu da qeyd edək ki, tutmalar heç bir psixi pozuntu olmadan baş verir. Müəllif:Nərmin Müşviqzadə 

Bu səslərə qarşı həssasınızsa Misofoniya ola bilərsiniz

Səsdən nifrət etmək kimi bilinən bu xəstəlik 2001-ci ildə Jastreboff tərəfindən aşkar edilmişdir. Öskürək, xoruldamaq, yemək yemək, saqqız çeynəmək, nəfəs almaq, diş fırşalamq, dırnaq kəsmək, asqırmaq, gülmək, əsnəmək, danışmaq və.s kimi gündəlik həyatta sıx-sıx qarşılaşılan səslərdən narahat olan hətta əsəbləşən insanların narahatlığı misofoniya olaraq adlandırılır. Bu xəstəliyin səbəbi tam olaraq bilinməsə də, nevroloji ve psixoloji bir pozuntu olaraq adlandırılan xəstəliyə beynin frontal lobundakı fərqliliklərdən qaynaqalandığı düşünülür. Xəstələr ətraf mühitdəki səslərdən o qədər narahat olurlar ki, bir müddət sonra həyattan uzaqlaşmağa və yalnızlaşmağa başlayırlar. Misofoniya Əlamətləri Nələrdir? Misofoniya xəstələri yalnız yüksək və aritmik səslərə qarşı deyil, bəzən aşağı tonda olan səslərə qarşı da həssas ola bilirlər. Ümumiyyetle yemek yemek sesi, asqırmaq səsi, diş fırşalamaq səsi kimi qıcıqlandırıcı bir ses ilə ortaya çıxan misofoniya xəstəliyinin əlamətləri sosyal bir krampa bənzəyir. Xəstələr bu növ səslərə qarşı bəzən şiddətli aqresiv davranışlar göstərə bilirlər. Bunlar hansı səslərdir,? 1.Tum, cips veya popkorn yeyərkən ortaya çıxan səslərdən əsəbləşmək 2.Uşaq ağlama səsinə qarşı təhamülsüzlük 3.Evdə, işdə vəya məktəbdə ayağın ritmik bir şəkildə yerə vəya hansısa bir əşyaya vurulmasından narahat olmaq 4.Gündüz ətrafdan gələn səslərdən (maşın siqnalı), gərginlik hissi keçirmək 5.Səslərdən narahat olmamaq üçün evdən çıxmamaq və sosiallaşmaqdan mühitdən uzaqlaşma  Bu  və buna oxşar narahatlıqlar hərkəsdə ola bilər amma misofoniya xəstələri ətrafdakı səslərə qarşı aşırı reaksiya verirlər. Misofoniyanın Səbəblər Nələrdir?  Misofoniya xəstələyə ələ bağlı əvvəlki araşdırmalar göstərir ki, xəstəliyin eşitmə və qavrayış pozuntusu ilə əlaqəli olduğu irəli sürülmüşdür.  Ancaq daha sonra xəstəliyin psixoloji bir simptom olduğu təsdiqlənmişdir. Misofoniya xəstələrində aparılan beyin görüntüləmə ( neyroimaziya) anterior instalt korteksində anormal fəaliyyətlərin baş verdiyini və xəstələrin ətraf səslərə verdiyi reaksiyalarda fərqlər müşahidə olunmuşdur. İnsanın sosial funsionallığını və həyat keyfiyyətini pozan bir xəstəlik olan Misofoniya, ümumiyyətlə yeniyetməlik yaşlarında başlasa da, tam diaqnozun qoyulması 30-lu yaşlara qədər davam edə bilir. İnsanlar səslərdən yaranan narahatçılığı xəstəlik olaraq görmədikləri üçün müalicəyə getmirlər və özləri öhtəsindən gəlməyə çalışırlar. Misofoniyanın Müalicəsi  Bu xəstəlik üçün dəqiq bir müalicə metodu olmasa da araşdırmalar davam edir. Misofoniyanın müalicəsi üçün xəstəliyə səbəb olan vəziyyətlər və insanın sahib olduğu və yaşadığı narahatlıqlar araşdırılmalıdır. Əvvəlcə xəstənin səslərə həssas münasibətinin səbəbləri araşdırılmalı və şəxsin qavrayış probleminin aradan qaldırılması üçün lazımi təlqinlər verilməlidir. Psixoloji dəstək almayan xəstələr ailə və yaxın çevrəsi ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. İnsanı səsə deyil, hadisələrə yönəltməyə imkan verən müalicə sayəsində xəstəliyi aradan qaldırmaq mümkündür. Məsələn yemək zamanı ortaya çıxan çəngəl bıçaq səslərinə deyil, yeməyin dadına diqqət yetirməyi təklif etmək insanın özünü daha yaxşı hiss etməsinə səbəb olur. Uzm.Psixoloq Gülnarə Muxtarova 

Qrammatik Xırdaçılıq Sindromu

Qrammatik Xırdaçılıq Sindromu və ya Grammatical Pedantry Syndrome (GPS) “-da, -də” iştirak ədatı olaraq istifadə edildiyində birləşik yazılması sizi narahat edir? ” Məndə Bakı da yaşıyıram” cümləsini oxuduğunuzda ürəyiniz sıxılır, əlləriniz tərləyir və təcili olaraq bu səhvi bildirməli, düzəltməli olduğunuzu hiss edirsiz? Bu kimi yazı və danışıqda yol verilən bütün səhvləri düzəltməkdən özünüzü ala bilmirsizsə, dostlarınız, ətrafınız sizin bezdiricidi olduğunuzu düşünürsə, niyyətiniz onlara üstünlük göstərmək deyil, sadəcə qrammatik səhvlərə qarşı dözümsüzlüyünüz varsa, Obsessiv Kompulsiv Pozuntu‘ya sahib olma ehtimalınız mümkündür. Araşdırmalar yazıda və ya nitqdə qrammatik səhvlər buraxılmasını qeyri ixtiyarı şəkildə düzəltmə ehtiyacının Obsessiv Kompulsiv Pozuntu (OKP) növü ola biləcəyini bildirir. Belə ki, L. Malevich və H. Lo tərəfindən aparılan fMRI (Functional magnetic resonance imaging) görüntülərində Obsessiv Kompulsiv Pozuntu görüntülərinə bənzər nəticələr əldə edilmişdir. Obsessiv Kompulsiv Pozuntudan əziyyət çəkən insanlar, onları narahat edən və ya təşviş adı altında özünü göstərən düşüncələrə sahibdirlər. Nəticədə, yaşadıqları digər güclü duyğularla yanaşı, narahatlığı aradan qaldırmağa kömək etdiyini düşündükləri bəzi ritualları inkişaf etdirirlər. Qrammatik Xırdaçılıq Sindromundan əziyyət çəkən insanlar da bənzər hislər yaşayır: gördükləri hər qrammatika və ya yazılış səhvlərini düzəltmək üçün güclü bir impulsları vardır. Bu səhvləri gördükdən sonra narahat, əsəbi və hətta huzursuz hiss edə bilirlər. Buna görə, Qrammatik Xırdaçılıq Sindromu hələ də həkimlər tərəfindən təsdiqlənmiş bir diaqnoz olmasa da, təsdiqlənmiş bir diaqnoz olan Obsessiv Kompulsiv Pozuntunun əlaməti sayıla bilər. Əlbəttə, bu sindroma sahib olub olmamağınız səhvləri düzəldərkən hiss etdiklərinizlə müəyyənləşdirilə bilər.  Müəllif :Uzman Psixoloq Cəmilə Rəhimli  cemilerahimli .com