Psixi Xəstəliklər

Spesifik fobiyalar

Spesifik fobiyalar (F40.2) Buraya,  son  dərəcə  xüsusi  situasiyalarla  məhdudlaşmış,  belə  ki,  xüsusi  heyvanların  yaxınlığı, hündürlük,  ildırım, qaranlıq,  uçuş,  qapalı  yer,  içtimai  ayaqyolunda  sidik  ifrazı  və  defekasiya, müəyyən  qida  məhsullarının  istifadəsi, dişlərin müalicəsi, qanın və ya travmanın görünüşü kimi fobiyalar daxildir. Baxmayaraq belə situasiya haqqında fikir abstraktdır, ona düşmə zamanı aqrofobiyada və ya sosial fobiyada olduğu kimi vəlvələ yaranır.AkrofobiyaHeyvanlardan qorxmaKlaustrofobiyaSadə fobiya

Vəlvələ pozuntusu (panik pozuntu, epizodik paroksizmal həyəcanlılıq

Vəlvələ pozuntusu (panik pozuntu, epizodik paroksizmal həyəcanlılıq (F41.0)Pozuntunun   xarakter   əlaməti,   konkret   olaraq   hər   hansı   xüsusi   situasiya   ilə   və   ya   şərait   kompleksi   ilə məhdudlaşmayan,  buna  görə  də  qabaqcadan  deyilə  bilməyən  residivləşən  kəskin  ifadə  olunmuş  həyəcan  (vəlvələ) tutmalarıdır.  Digər  həyəcan  pozuntularda  olduğu  kimi,  əsas  simptomatikaya,  qəflətən  meydana  çıxan  ürək döyünmə, döş sümüyü arxasında ağrı, boğulma, ürəkbulanma hissiyatı, qeyri – reallıq hissi (depersonalizasiya və ya derealizasiya) daxildir. Bundan əlavə, ikincili, olaraq tez – tez ölümdən, özü üzərində kontrolu itirməkdən və ya dəli olmaqdan  qorxu  müşahidə  olunur.  Əgər  pasientdə  vəlvələ  tutmasının  əvvəlində  depressiv  pozuntu vardırsa, vəlvələ  pozuntusu əsas  diaqnoz  kimi  istifadə  edilə  bilməz.  Bu  halda  vəlvələ  tutması,  depressiyaya    nəzərən ikincilidir. Vəlvələ tutması Vəlvələ halıPanik ataka

Generalizə edilmiş həyəcan pozuntusu

Generalizə edilmiş həyəcan pozuntusu (F41.1) Yayılmış və davamlı olan, lakin hər hansı xüsusi ətraf şərait elementləri ilə məhdudlaşmayan və ya əsas etibari ilə onlarla törənən (başqa sözlə, sərbəst üzən və ya «free–floating») həyəcandır. Dominant simptomlar dəyişkəndirlər, lakin  davamlı  nevrozluq,  qorxu  hissiyatı,  əzələ  gərginliyi,  tərləmə,  ağılsızlıq  hissiyatı,  titrəmə,  baş  hərlənmə, epiqastral  nahiyyədə  diskomfort  hissiyatı  şikayətlərini  özündə  birləşdirir.  Xəstəyə  bir  çox  hallarda  onu  və  ya qohumlarını yaxın zamanlarda gözləyən bədbəxt hadisədən və ya xəstəlikdən qorxu ifadə edir.Həyəcan:· reaksiyası· halı· nevrozu

Qarışıq həyəcan və depressiv pozuntu

Qarışıq həyəcan və depressiv pozuntu (F41.2) Bu rubrikanı o halda istifadə etmək lazımdır ki, eyni zamanda həm həyəcan, həm də depressiya mövcud olsun, lakin bu  hallardan  heç  biri  üstünlüyə  malik  olmasın,  onların  simptomatikasının  dərəcəsi  isə  hər  birinə  ayrıca  diaqnoz qoymağa  imkan  verməsin.  Əgər  həm  həyəcan,  həm  də  depressiya  simptomları  o  dərəcədə  ifadə  olunur  ki,  bu pozuntuların hər birinə ayrıca diaqnoz qoymağa imkan verir, bu halda hər iki diaqnozu kodlaşdırmaq lazımdır vəbu halda hazırkı rubrika  istifadə olunmamalıdır.Həyəcan depressiyası (yüngül və ya davamsız)

Obsessiv-kompulsiv (sarışan-məcburi) pozuntu

Obsessiv-kompulsiv (sarışan-məcburi) pozuntu Belə  vəziyyətin  əsas  xüsusiyyəti  təkrari  sarışan  fikirlərin  və  ya  məcburi  hərəkətlərin  olmasıdır.  Sarışan  fikirlər stereotip şəkildə xəstənin təkrar-təkrar ağlına gələn ideyalardan, obrazlardan və ya arzulardan ibarətdir. Onlar demək olar ki, həmişə kədərləndiricidirlər və pasient adətən səmərəsiz onlara müqavimət göstərməyə çalışır. Bununla belə xəstə bu fikirləri nə qədər qeyri-iradi və pis olsalar belə özününkü sayır. Sarışan hərəkətlər və ya rituallar siereotip materialardan ibarətdir ki, xəstə onları təkrar-təkrar yerinə yetirir. Onlar zövq alma üsulu və ya faydalı məsələlərin yerinə yetirilməsində atribut deyildirlər. Bu hərəkətlər xəstənin ehtiyat etdiyi xoşagəlməz hadisənin baş verməsinin qarşısını almaq üsuludur, hansı ki, əks halda baş verərək onun özünə və ya xəstə tərəfindən digər şəxsə zərər yetirə bilər.  Adətən belə davranış xəstə tərəfindən mənasız və ya effektsiz kimi başa düşülür və ona qarşı təkrari cəhdlər görülür. Demək olar ki, həmişə həyəcan müşahidə edilir. Əgər kompulsiv hərəkətlər tormozlanırsa, həyəcan daha da artır. Daxil edilib:anankastik nevrozobsessiv-kompulsiv nevrozƏsasən sarışan fikirlər və ya düşüncələr (F42.0)Onlar demək olar ki, xəstəyə əziyyət verən ideyalar, fikir obrazları və ya hərəkətə təhrik etmə formasını ala bilərlər.Bəzən ideyalar bitkin olmurlar, gündəlik həyata aid olan adi, lakin vacib qərar qəbul etmək qabiliyyətinin olmamasıilə əlaqədar sonsuz müzakirə olunan alternativ fikir olurlar. Sarışan düşüncələr və depressiya arasında əlaqə xüsusiilə  sıxdır,  buna  görə  də  obsessiv-kompulsiv  pozuntu  diaqnozuna  o  halda  üstünlük  vermək  olar  ki,  əgər  sarışan fikirlər depressiv epizodu olmadan yaranır və ya saxlanılır.Əsasən kompulsiv hərəkətlər [sarışan rituallar] (F42.1) Kompulsiv  məcburi  hərəkətlərin  əksəriyyəti  çirkin  təmizlənməsinə  aid  olur  (əsasən  əllərin  yuyulması),  potensial təhlükəli situasiyanın yarana bilməməsi haqqında zəmanətin alınması üçün təkrari yoxlamalara və ya təmizkarlığa vəsəliqəliliyə riayət etməyə aid olur. Belə aydın davranışın əsasında pasienti gözləyən təhlükədən və ya onun özünün başqa  birisini təhlükəyə düçar  edəcəyi qorxusu durur və  ritual hərəkətlər nəticəsiz  qalır və ya təhlükənin qarşısınıalmaq üçün simvolik cəhdlər olur.

Stresə qarşı kəskin reaksiya

Stresə qarşı kəskin reaksiya (F43.0) İnsanda qeyri-adi fiziki və ya psixi stresə qarşı cavab olaraq, psixi pozuntuların digər əlamətləri olmadan yaranan və adətən bir neçə   saatdan və ya gündən sonra sönən keçici pozuntudur. Stress reaksiyalarının yaranmasında və ağırlığında,  fərdi  tez  təsirlənmə  və  özunu  idarə  etmək  qabiliyyəti  böyük  əhəmiyyətə  malikdir.  Simptomlar  tipik qarışıq və dəyişkən mənzərəyə malik olurlar və bir qədər düşüncə və diqqət sferasının daralması ilə, qıcıqlandırıcıları tam dərk etməyin qeyri-mumkunluyu ilə və dezorientasiya ilə ilkin «heyrət» halından ibarət olurlar. Bu hal növbəti ətraf situasiyadan «uzaqlaşma» ilə (dissosiativ stupor halına qədər – F44.2) və ya həyəcan və yuksək aktivliklə (uçuş və  ya  fuqa  reaksiyası)  ilə  müşaiyət  oluna  bilər.  Adətən  vəlvələ  pozuntunun  ayrı-ayrı  əlamətləri  mövcud  olur (taxikardiya, həddən artıq tərləmə, qızarma). Simptomatika adətən stress stimullarının və ya hadisənin təsirindən bir neçə dəqiqə sonra yaranır və 2-3 gündən sonra (çox vaxt bir neçə saatdan sonra) sönur. Stress hadisəyə qarşı hissəvi və  ya  tam  amneziya  (F44.0)  mövcud  ola  bilər.  Əgər  yuxarıda  göstərilmiş  simptomatika  davamlıdırsa,  diaqnozu dəyişmək lazımdır. Kəskin: ·  Krizis reaksiyası ·  Stresə qarşı reaksiya ·  Hərbi xidmət dövrünün nevrozu  ·  Krizis halı ·  Psixi şok

Uyğunlaşdırıcı reaksiyaların pozuntusu

Uyğunlaşdırıcı reaksiyaların pozuntusu (F43.2) Həyatda  mühüm  dəyişikliklərə  və  ya  stress  hadisələrinə  adaptasiya  periodunda  yaranan,  içtimai  fəaliyyətə  vəhərəkətlərə çətinlik törədən subyektiv distress və emosional pozuntu halıdır. Stress halı fərdin sosial əlaqələrinin tamlığını  (ağır itki,  ayrılıq) və ya  sosial  müdafiə və  dəyərlərin geniş sistemini (miqrasiya,  qaçqınlıq statusu) poza bilər və ya həyatda dəyişikliklərin və dönüşlərin geniş diapazonunu (məktəbə daxil olma, valideyinlik statusu əldə etmə, müqəddəs şəxsi məqsədə çatmaqda müvəffəqiyyətsizlik, istefaya getmə) təqdim edə bilər. Fərdi meyllik və tez təsirlənmə uyğunlaşdırıcı reaksiyaların pozğunluqlarının yaranma riskində   və meydana çıxma formasında əsas rol oynayır,  lakin  belə  pozuntuların  travma  törədici  faktorların  iştirakı  olmadan  meydana  çıxması  qəbul  edilmir. Əlamətlər  çox  variabeldirlər  və  əhval-ruhiyyənin  olmaması,  ehtiyatlılıq  və  ya  narahatçılıq  (və  ya  bu  halların kompleksi), situasiyanın öhdəsindən gəlməmək hissiyatı, hər şeyi əvvəlcədən planlaşdırma və ya hazırki situasiyada qalmaq  qərarı  daxildir,  həmçinin  gündəlik  həyatda  fəaliyyət  qabiliyyətinin  bir  qədər  azalma  dərəcəsini  özündə birləşdirir.  Eyni  zamanda  davranış  pozuntuları  da,  xüsusi  ilə  yeniyetmə  yaş  dövründə  qoşula  bilər.  Xarakter əlaməti  kimi  qısa  və  ya  uzunmüddətli  depressiv  reaksiya  və  ya  digər  emosiyaların  və  davranışın  pozulmaları  ola bilər.Mədəni şokKədər reaksiyasıUşaqlarda hospitalizm

Dissosiativ konversion pozuntular

Dissosiativ  və  ya  konversion  pozuntular,  keçmiş  hadisələrə  qarşı  yaddaş,  özünü  şəxsiyyət  kimi  başa  düşmək qabiliyyəti  və  bədənin  hissiyatı  və  hərəkətini,  idarə  etmək  qabiliyyəti  arasında  normal  inteqrasiyanın  tam  və  ya hissəvi  itirilməsi  kimi  ümumi  qəbul  edilmiş  müddəaların  əsasında  ayırd  edilir.  Dissosiativ  pozuntuların  bütün növləri  bir  neçə  həftə  və  ya  aydan  sonra  xüsusi  ilə  əgər  onların  yaranması  həyatda  baş  vermiş  hər  hansı  travma törətmiş  hadisə  ilə  əlaqədardırsa,  sönməyə  meyllidirlər.  Əksər  xronik  pozuntular,  xüsusən  ifliclər  və  hissiyatın itirilməsi  həlli  mümkün  olmayan  problemlərin  və  şəxsiyyətlər  arası  çətinliklərin  fonunda  inkişaf  edə  bilər.  Bu pozuntular əvvəllər əsasən «konversion isteriya»-nın müxtəlif növləri kimi təsnif olunurdular. Hesab edilir ki, onlar psixogen  etiologiyaya  malikdirlər  belə  ki,  yaranma  vaxtına  görə  travma  törətmiş  hadisələrlə,  həll  olunmayan  və dözülməz  problemlərlə  və  ya  pozulmuş  qarşılıqlı  münasibətlərlə  sıx  əlaqəlidir.  Simptomlar  adətən  xəstənin   psixi xəstəliyin  əlamətləri  haqqında  fikirlərinə  uyğun    olurlar.  Tibbi  baxış  və  müayinə  hər  hansı  aydın  fiziki  və  ya nevroloji  pozuntular  aşkar  etmir.  Lakin  tamamilə  aydındır  ki,  funksiyanın  itirilməsi  emosional  konfliktin  və  ya ehtiyacın ifadəsi kimi meydana çıxır. Simptomlar psixoloji stresslə sıx əlaqədar inkişaf edə bilər və çox vaxt qəflətən meydana  çıxır.  Bu  rubrikaya  normada  iradi  kontrol  edilən  yalnız  fiziki  funksiyaların  pozuntuları  və  hissiyatın itirilməsi   daxil edilib. Ağrı hissiyatı və vegetativ sinir sistemi tərəfindən digər fiziki hissiyat kompleksi daxil olan pozuntular psixosomatik pozuntular rubrikasında (F45.0) təsnif olunmuşdur. Həmişə gələcəkdə ciddi fiziki və ya psixi pozuntuların inkişaf etməsi ehtimalını yadda saxlamaq lazımdır.Daxil edilib:konversion:·   isteriya·  reaksiya isteriya·  isterik psixoz F44.0      Dissosiativ amneziyaƏsas əlamət xüsusi ilə vacib yaxın hadisələrə qarşı yaddaşın itirilməsi olub, bu zaman üzvi psixi xəstəlik ayırd edilir və  o  dərəcədə  ifadə  olunur  ki,  onu  adi  unutqanlıqla  və  yorğunluqla  izah  etmək  mümkün  olur.  Amneziya  adətən bədbəxt hadisə və ya qəflətən ağır itgi kimi travma törədici hadisələrdə toplanır və adətən hissəvi və seçici olur. Tam və generalizə olunmuş amneziya nadir hallarda və adətən ambulator avtomatizmin (fuqalar) (F44.1) hissəsi olur; bu halda  pozuntunu  məhz  belə  təsnif  etmək  lazımdır.  Dissosiativ  amneziya  diaqnozunu  beynin  üzvi  xəstəliyi, intoksikasiyalar və ya həddən artıq yorğunluq olduqda qoymaq olmaz. F44.1      Dissosiativ fuqaDissosiativ  fuqa,  adi  hər  bir  gündəlik  sərhəddən  kənara  çıxan  məqsədyönlü  yerdəyişmələrlə  birlikdə  dissosiativ amneziyanın   bütun   əlamətlərinə   malikdir.   Baxmayaraq   ki,   fuqa   periodunda   amneziya   mövcud   olur,   kənar müşahidəçilərə bu zaman pasientin davranışı tam normal təsir bağışlayır.Çıxarılıb: epilepsiya tutmasından sonra fuqa (G40.–) F44.2      Dissosiativ stuporDissosiativ  stupora  işıq,  küy,  toxunma  kimi  xarici  qıcıqlandırıcılara  qarşı  iradi  hərəkətlərin  və  normal  cavab reaksiyalarının ifadə olunmuş dərəcədə azalması və ya olmaması əsasında diaqnoz qoyulur, lakin baxış və müayinə aşkar fiziki səbəb ayırd etmir. Bundan əlavə, yaxınlarda  baş vermiş hadisələr və ya  problemlər şəklində  psixogen səbəb tam aşkarlıqla mövcud olur. F44.3      Trans və mübtəlalıqMüvəqqəti  olaraq  özünü  bir  şəxsiyyət  kimi  hiss  etmənin  və  ətrafın  tam  dərk  edilməsinin  itirilməsi  mövcud olan pozuntu. Bu rubrikaya yalnız qeyri-iradi və arzuolunmaz olan, dindən və ya mədəni-münasib situasiyalardan xaric meydana çıxan trans halları daxil edilib. F44.4      Dissosiativ hərəkət pozuntularıBütün  müxtəlifliyi  ilə  bərabər,  ətrafla  və  ətraflarla  hərəkət  etdirmək  qabiliyyətinin  tam  və  ya  hissəvi  itirilməsi mövcud olur. Ataksiyanın, apraksiyanın, aksineziyanın, afoniyanın,  dizartriyanın,  diskineziyanın,  tutmaların və ya iflicin hər hansı növləri ilə demək olar ki, sıx oxşarlıq görülə bilər.Psixogen:·   afoniya·   disfoniya F44.5      Dissosiativ konvulsiyalarDissosiativ konvulsiyalar epileptik tutmalara bənzəyir, lakin dilin dişlənməsi, yıxılmalarla əlaqədar qansızmalar və qeyri-iradi sidik ifrazı nadir hallarda olur. Düşüncə saxlanılır və ya stupor və ya trans halı ilə əvəz olunur. F44.6      Dissosiativ anesteziya və ya hissi qavramanın itirilməsiDəri  anesteziya  nahiyyələri  adətən  sərhədlərə  malik  olurlar.  Bu  o  deməkdir  ki,  onlar  pasiyentin  tibbi  biliklərdən fərqli orqanizmin funksiyaları haqda təsəvvürləri ilə əlaqədardırlar. Nevroloji zədələnmə   ilə əlaqədar olması vacib olmayan,  sensor  modulyasiyalar  arasında  fərqin  itirilməsi  mümkündür.  Hissi  qavramanın  itirilməsi  paresteziya şikayətləri ilə müşaiyət oluna bilər. Dissosiativ pozuntularda görmənin və eşitmənin itirilməsi nadir hallarda total olur.Psixogen karlıq

Ağlayan zaman anidən əhvalın yüksəlməsi - Bipolyar affektiv pozuntu nədir?

Köhnə adı ilə “Maniakal – depressiv psixoz” adlanan bu xəstəlik özündə 2 ayrı fazanı birləşdirir. Bu fazalardan birində pasiyentdə əhval -ruhiyyənin kəskin qalxması, enerji yüksəlməsi müşahidə olunsa da digər fazada bunun tam əksinə şəxs dərin bir kefsizlik, tez yorulma, enerjinin azalması müşahidə olunur.Həmin əhvalın yüksəldiyi dövrə “Maniya” dövrü, əksi olan kefsizlik dövrünə isə “depressiya” deyilir.Qeyd etdiyimiz bu iki dövr xəstələrdə müəyyən periodlarda tutma şəklində bir-biriniz əvəz edir və krizlərdən sonrakı dövrlərdə pasiyentlər özlərini tam sağlam hiss edirlər.Bəzi kəskin hallarda maniya dövründə xəstədə psixotik əlamətlər (özünüböyütmə sayaqlamaları) rast gəlinə bilər. Zəruri qeyd kimi bildirim ki, bütün bu əlamətlər hər hansı kənar maddənin məsələn narkotik vasitələrindən qəbulundan sonra yaranmamalıdır. Xəstəliyin gedişatı necə baş verir?  Bir çox pasiyentimizdə mövsümü olaraq yaz aylarında manic dövrün kəskinləşməsi payız və qış aylarında isə depressiv dövrün yarandığını müşahidə edirik. Bipolyar affektiv pozuntu hansı formada müalicə edilir ?   Maniya dövrü nədir ? Bu dövr adətən qəfildən başlayır 2 həftədən 4 aya qədər davam edə bilər. Əsas əlamətləri əhval- ruhiyyənin səbəbsiz kəskin yüksəlməsidir. Xəstələr çox tez-tez danışır, beyində fikirlər sürətlə bir -birini əvəz edir, gecə az yatmasına baxmayaraq gün boyu özlərini gümrah hiss edirlər, qətiyyən yorulmaq bilməyən bu şəxslər al -əlvan geyinməyə, çoxlu pul xərcləməyə, gərəksiz hədiyyələr almağa meyilli olurlar.İdarə etdikləri avtomobili sürətli sürmə, cinsi enerjidə artış, lüzumsuz zarafatlar etmək də manik dövrdə tez -tez rast gəlinən davranışlardır. Hipomaniya maniakal dövrdə müşahidə olunan halların daha yüngül yaşanmasına deyilir. Depressiv dövr daha uzun müddət davam edir. 6-8 ay bəzən daha uzunmüddət davam etdiyi də müşahidə olunur. Bu dövrün əsas əlamətləri halsızılıq, tez yorulma, ağlama, iş görmək istəyinin azalması, şəxsi gigiyenasına nəzarətin azalması, yuxuya ifrat meyillik, daxili sıxıntı, cinsi istəyin azalması, intihar fikirləridir. BAP zamanı yuxarıda qeyd etdiyimiz dövrlər biri birini əvəz edir. Məsələn, 1 ay davam edən maniakal dövrün ardından xəstədə 9 ay və ya 1 il davam edən depressive epizod görülə bilər.Bəzən qarışıq epizodlar dediyimiz hallar da müşahidə olunur ki, bu zaman pasientin əhvalı günlük olaraq dəyişir. Xəstəliyin müalicəsində istifadə olunan dərman qrupu əhval ruhiyyənin stabilizatorları adlanan bir qrupdur. Ən məşhur nümayəndəsi Litium olsa da bəzən digər bənzər dərmanlardan da istifadə etmək olar.Bu dərmanlar əgər pasiyent depressiv dövrdədirsə əhvalı yuxarı qaldırır, maniakal dövrdədirsə əhvalı aşağı salmağa xidmət edir. Bəzən kəskin dövrlərdə bu dərmanlarla bərabər antipsixotik dərmanlar da istifadə oluna bilər.

Ipoxondriya xəstəliyi

“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir... Bəzən eyni anda bir neçə orqan haqqında narahatçılıq keçirdikləri kimi yalnız bir orqan haqqında da ehtiyat edə bilərlər.         Bu xəstələrin əsas düşüncələri özlərində hansısa xəstəlik əlamətlərinin olub olmamasını yoxlamaqdan ibarətdir. Belə ki, tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daimi olaraq sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişiklərinə belə reaksiya verirlər.        İpoxondriya xəstələri tibbi jurnalların, tibbi materialların daimi izləyicilərinə çevrilirlər. Onlar tez-tez dərmanların təlimat qaydalarını çox diqqətli şəkildə oxuyur, qəbul etdikləri dərmanlarda olan əlavə təsirləri daimi olaraq öz üzərlərində hiss edirlər. Məhz bu səbəbdəndir ki, ipoxondriyalı xəstələr hədsiz sayda həkimlər dəyişirlər. Bu xəstələrdə depressiya tez-tez rast gəlinən bir problemdir. Ciddi bir müayinə olunan zaman xəstələrin heç nə ilə izah olunmayan xroniki ağrıları da məhz bu depresiyyanın nəticəsi  ola bilər.        Xəstəliyin daha çox 20-40 yaşlarında və 50-70 yaş arasında rast gəlmə tezliyi çoxdur. Əhali arasında yayılması təxminən 4-9 %-dir.        İpoxondriyalı xəstələrə verə biləcəyimiz məsləhətlər içərisində birincisi bu insanların müxtəlif həkimləri gəzmək əvəzinə güvənə biləcəyi tək bir həkimlə müalicəsini davam etdirmələridir. Çünki şəxsin bu cür həkimləri gəzməsi vəziyyətinin daha da pisləşməsinə səbəb olacaqdır. Dərman reklamlarını izləməkdən, dərmanlar və xəstəliklər haqqında jurnallarda və internetdə məlumat axtarmaqdan çəkinməlidirlər. Bu cür məlumatlar xəstədə xəstəlik haqqında düşüncələrinin daha da artmasına səbəb olur. Nəticədə xəstə bu cür davranışlardan qaçınmalıdır.

Tez-tez əl yuyub, mikroblardan qorxursunuzsa... - Obsessiv-Kompulsiv Pozuntu nədir?

Obsessiv-Kompulsiv Pozuntu ( OKP ) - Təşviş yaradan fikirlərin meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən  hərəkətləri təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP pozuntusu olan şəxslər bəzi hərəkətlərinin mənasız olduğunun fərqində ola bilirlər, ancaq özlərini dayandıra bilməzlər.        Bəs OKP əlamətləri nələrdir? Psixoloq.az məşhur obsessiv əlamətləri təqdim edir :       •Çirklənməkdən və mikroblardan qorxma       •Başqasına zərər verməkdən qorxma       •Səhv etməkdən qorxmaq       •Rüsvayçı olmaqdan və ictimai baxımdan qəbuledilməz bir şəkildə davranmaqdan qorxma       •Şeytanca və günahkar düşünməkdən qorxma       •Nizam, simmetriya, qüsursuzluq ehtiyacı       •Həddindən artıq şübhə və davamlı güvən ehtiyacı     Məşhur kompulsiv əlamətlər : (sarışan fikirlər)       •Təkrar-təkrar yuyunma, çimmək və ya əllərini yumaq       •Əl sıxmaq və ya qapıya toxunmağı rədd etmək       •Açar, soba kimi şeylərə tez-tez nəzarət etmək       •Gündəlik işləri edərkən içindən və ya yüksək səslə davamlı sayı saymaq       •Tez-tez bir şeyləri müəyyən bir şəkildə tənzimləmə       •Müəyyən  bir qaydada yemək yemə       •Ümumiyyətlə, narahat edici olan, ağıldan çıxmayan və yuxunu bölən sözlərə, görüntülərə ilişib qalma       •Müəyyən cümlələri, sözləri və ya duaları təkrarlama       •İşlərini müəyyən bir sayıda etmək ehtiyacı       •Dəyəri olmayan şeyləri yığmaq     OKP diaqnozu necə qoyulur ?      OKP üçün laboratoriya testi edilməz. Həkim xəstənin bütün analizini dəyərləndirərək diaqnozu dəqiqləşdirir.    OKP necə müalicə edilir ?     OKP öz-özünə keçməz, buna görə də müalicə edilməsi önəmlidir. Dərman və özünəməxsus  davranış terapiyası ilə təsirli şəkildə müalicə etmək olar. Ən uğurlu müalicə hər ikisinin birlikdə tətbiq olunmasıdır. Dərman müalicələrinin təsiri daha qısa müddətdə başlayarkən, terapiyanın təsiri daha effektli olur.

Hər kəsə adi gələn, əslində isə böyük olan problem - Depressiya nədir?

Depressiya – halsızlıq, gərəksizlik hissi, intihara dair fikirlər, iştahanın azalması, yuxusuzluq, psixomotor tormozlanma və ya həyəcan, həmçinin müxtəlif somatik simptom və şikayətlərlə müşayiət olunan, əhval-ruhiyyənin enməsi ilə səciyyələnən psixi pozuntudur.Depressiyada olan insanlar durğun olurlar , alçaq səslə , yavaş və az danışırlar. Kədərli və ağrılıdırlar. Tez-tez ağlayırlar və narahatdırlar. Əvvəllər həvəslə gördükləri işlərə qarşı maraqsız və istəksizdirlər. Düşüncələr nisbətən yavaşlamışdır. Belə olan insanın çarəsiz və ümidsiz olduğuna dair düşüncələri vardır.Depressiyanın risk faktorlari:Bioloji:• irsi meyllilik• bəzi somatik xəstəliklər• alkoqol və narkotiklərin qəbulu• bəzi preparatların qəbuluPsixoloji:• uşaq vaxtı keçirilmiş psixoloji travmalar• ailədaxili və şəxsiyyətlərarası problemlər• həyatda baş verən önəmli dəyişikliklər• yaxın adamın həyatını itirməsi və ya ağır xəstəliyə tutulması ilə bağlı keçirilən hisslər• tənhalıqSosial:• kasıblıq• işsizlik• cinayətkarlıq• sosial müdafiənin olmamasıDepressiyanın əsas əlamətləri:Pasient üçün qeyri-normal hesab edilən səviyyəyədək uzun müddət əhvalın enməsiAdətən pasient üçün xoş olan məşğuliyyətə aydın formada marağın və alınan zövqün azalmasıDemək olar ki, hər gün müşahidə edilən yorulma və güc tükənməsi.Özgüvən hissinin aşağı olmasıSəbəbsiz özünütənqid və ya qeyri-adekvat günahkarlıq hissiTəkrarlanan ölüm və ya özünəqəsd fikirləri və ya intihar davranışıDüşünmə və fikir cəmləmə qabiliyyətinin azalmasıİstənilən növ yuxu pozuntusu (yuxusuzluq və ya yuxuculluq, süstlük)Çəki dəyişkənliyi ilə müşayiət olunan iştahanın dəyişməsi (artması və ya azalması)