Gec yaşda ana olmaq qadının xərçəngə tutulma riskini artırır

"30 yaşdan sonra ana olacaq qadınların süd vəzi xərçənginə tutulma ehtimalı daha çoxdur". Psixoloq.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov deyib. "Misal üçün 20 yaşında ailə quran qadının süd vəzi xərçənginə tutulması 30 yaşlı qadından 10% daha aşağıdır. Beləliklə xərçəng xəstəliyinə tutulma ehtimalı hər artan 10 ilə 10% çoxalır. İndiki dövdə qadınlarımız karyera fikirləşir, ailə həyatı arxa plana keçib. Ancaq onlar bilməlidirlər ki, gec ailə həyatı qurmaq və ana olmaq onların həyatını təhlükəyə atır". Qeyd edək ki, 1996-cı ilin statistikasına görə Azərbaycanda bir ildə 750 qadın süd vəzi xərçənginə yoluxub, ötən il isə bu rəqəm 2 minə çatıb.

Oqtay Şirəliyev vətəndaşları dinləyəcək

Səhiyyə naziri Oqtay Şirəliyev avqustun 10-da saat 11:00-da Ucar Mərkəzi Rayon Xəstəxanasında Ucar, Göyçay Kürdəmir və Ağsu rayonlarının sakinlərini qəbul edəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Azərbaycanlılar kimlərlə ailə qurmağa üstünlük verir?

Əcnəbi ilə ailə həyatı qurmaq müasir reallıqlar üçün kifayət qədər adi haldır. Ölkəmizdə “qohumun ilə evlənməlisən”, “o, azərbaycanlı olmalıdır”, “həyat yoldaşın müsəlman olmalıdır” kimi mental fikirlərin olmasına baxmayaraq, əcnəbi ilə ailə həyatı quran insanlar da var.  Dövlət Statistika Komitəsindən bildiriblər ki, 2018-ci ildə Azərbaycanda 62 900 nikah qeydə alınıb. Onlardan 2360-ı Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında bağlanıb. Belə ki, 2018-ci il ərzində azərbaycanlı kişilər özlərinə həyat yoldaşı seçərkən əcnəbi qismində daha çox rus qadınlarına üstünlük veriblər – 628 nikah. Azərbaycanlı qızlar isə bu il kişilərdən fərqli olaraq, daha çox Türkiyə vətəndaşları ilə ailə həyatı qurublar – 341 nikah. Azərbaycanlı kişilər ruslardan sonra Gürcüstan (247) və Ukraynadan (84) olan qızlara üstünlük veriblər.  Bizim qadınlar isə türk kişilərdən sonra Rusiya (316) və Gürcüstan (205) vətəndaşları ilə nikah bağlayıblar.  Xatırladaq ki, son illər əcnəbilərlə evlənən həmyerlilərimiz 5-10 faiz təşkil edir.  2017-ci ildə Azərbaycanda əcnəbilərlə və vətəndaşlığı olmayanlarla 2680 nikah, 149 ayrılıq, 2016-cı ildə 2780 nikah, 211 ayrılıq, 2015-ci ildə isə 1816 nikah və 155 ayrılıq qeydə alınıb.(oxu.az)

Bu vəziyyətdə 5 dəqiqə qalın - İnanılmaz NƏTİCƏ

Ayaqları divara söykəmək orqanizm üçün çox faydalıdır. Psixoloq.az xəbər verir ki, bu, yeni araşdırmalar zamanı məlum olub. Gün ərzində bədənimiz şaquli vəziyyətdə olur, xüsusilə saatlarla oturaq vəziyyət qalmaq çox zərərlidir. Bu sadə poza sayəsində bədən gümrahlaşır. Üstəlik sadə pozanı həyata keçirmək üçün əlavə səy göstərmək lazım olmayacaq. Bəs bu formada 5 dəqiqə qalmaqla əlavə olaraq nə əldə edirsiniz? Beliniz dümdüz şəkildə yerə uzanıb ayaqları divara söykədikdə yorğunluq aradan qalxır, Bədən canlanır, Bel ağrıları yox olur Başınız daha yaxşı işləməyə başlayır. Bu hərəkət sayəsində orqanizm tonusa gəlir, ayaqlarda yüngüllük hiss olunur. Bədən tez bərpa olunur, dincəlir, Onurğa sütununda gərginlik aradan qalxır. Bu şəkildə durmaq ürəyin fəaliyyətini normaya saldığı üçün ayaqlarda qan dövranı daha yaxşı işləyir və “ayaqlarda ağırlıq” çəkilir.

Müəllim olmaq istəyənlər DİQQƏT!

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi bu gün başa çatır. Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlər avqustun 9-u saat 23:59-dək elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyib tamamlamalıdırlar. Bu mərhələnin nəticələri barədə müvafiq məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsabiqənin yekun – müsahibə mərhələsində vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibəyə çağırılan namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə əvvəlcədən elan olunmuş mövzular təqdim olunacaq. Hər bir namizəd həmin mövzunu müsahibə komissiyası üzvlərinə açıq dərs formatında təqdim etməlidir. Qeyd edək ki, namizədlər elektron ərizələrində müvafiq bölmədə diplom və ona əlavəni yüklədikdən sonra ümumi təhsil müəssisələri üzrə vakant yerlərlə tanış olub 8 vakant yer seçə bilərlər.

Yeni avtobuslar hansı istiqamətlərə işləyəcək? - Agentlik AÇIQLADI

Bakıda avtobus parkı yenilənəcək. Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən 300 ədəd avtobusun alınması üçün dövlət büdcəsindən 47 924 000 manatı ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayrılıb. Alınacaq yeni avtobuslar hansı istiqamətlərdə istifadə ediləcək? Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev publika.az-a açıqlamasında bildirib ki, Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 avqust tarixli sərəncamı ilk öncə dövlətin vətəndaşa olan xüsusi diqqət və qayğısının növbəti təzahürü kimi dəyərləndirilməlidir. “Sərəncamda da vurğulandığı kimi Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir. Son 3 ildə orta və iri tutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Dövlət başçısının məlum sərəncamı bu istiqamətdə işlərin davam etdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Təbii ki, sərəncam Bakı Nəqliyyat Agentliyinin avtobus parkının yenilənməsi ilə bağlı başladığı işlərini daha da sürətləndirəcək. Bildiyiniz kimi iyunun 21-də müasir sərnişin avtobuslarının alınması ilə bağlı tender elan edilib. Tenderin nəticələrinə uyğun olaraq sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımdan müəyyən edilən tələblərə cavab verən müasir və komfortlu avtobusların alınaraq paytaxtımıza gətirilməsi təmin ediləcək. Və həmin nəqliyyat vasitələri qanunvericiliyin tələbinə uyğun müsabiqə yolu ilə marşrut xətləri üzrə istismara buraxılacaq”. M.Ağayev bildirib ki, Bakı Nəqliyyat Agentliyi bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərar qəbul edib. “Əlbəttə ki, müsabiqəyə ilk olaraq sərnişinlərin daha çox narazılığına səbəb olan, fəaliyyətini sərnişindaşıma tələblərinə uyğun qurmayan, işində ciddi nöqsanlara yol verən, müasir avtobus parkına və peşəkar sürücü heyətinə sahib olmayan daşıyıcıların istismarında olan xətlər çıxarılacaq. Beləliklə, işinə məsuliyyətsiz yanaşan, sərnişindaşıma sektorunun inkişafına sərmayə yatırmayan, bu sahəyə yalnız gəlir mənbəyi kimi baxan, sosial məsuliyyətlərini unudan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Əvvəllər də açıqladığımız kimi, bu gün Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların 50%-dən çoxu istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində olan sərnişin avtobusları texniki baxımdan köhnəldiyindən tələblərə cavab vermir. Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq bəzi daşıyıcılar tərəfindən minə yaxın avtobus əsaslı təmir edilərək xəttə buraxılıb”. Agentlik rəsmisi bildirib ki, buna baxmayaraq sərnişindaşıma sahəsində mövcud vəziyyət sərnişinlərimiz kimi bizi də narahat edir. “Cənab prezidentin 8 avqust tarixli sərəncamı bu kimi narahatlıqların aradan qaldırılması baxımından qeyd edildiyi kimi mühüm əhəmiyyət kəsb edir. Yeni avtobusların alınıb gətirilməsi və marşrut xətləri üzrə istismara verilməsi prosesi təkcə bununla yekunlaşmayacaq və bütün marşrut şəbəkəsi üzrə avtobuslar yenilənədək davam edəcək. Gətiriləcək yeni nəqliyyat vasitələrinin idarə edilməsi Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində təlim keçən peşəkar sürücülər tərəfindən həyata keçiriləcək. Bunun üçün də zəruri olan tədbirlər görülməkdir. Bir avtobusun idarə edilməsi üçün iki nəfər sürücüyə ehtiyac olduğunu nəzərə alsaq dövlət başçısının sərəncamı yeni iş yerlərinin açılması baxımından da olduqca mühüm əhəmiyyət kəsb edən bir sənəddir. Vətəndaşa yüksək keyfiyyətli nəqliyyat xidmətlərinin, o cümlədən sərnişindaşıma xidmətinin göstərilməsi dövlət başçısı tərəfindən qarşımıza əsas tapşırıq olaraq qoyulub. Bakı Nəqliyyat Agentliyi də səlahiyyətlərinin icrası zamanı vətəndaşa xidmət amilini hər zaman prioritet hesab edir”.

Sabah havanın temperaturu 5 dərəcə aşağı enəcək

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 10-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-24, gündüz 25-28, Bakıda gecə 22-24, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 10-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Güclü şimal-qərb küləyi əsəcək. Bununla əlaqədar çimərliklərdə hava şəraiti əlverişsiz olacaq. Azərbaycanın rayonlarında avqustun 10-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 20-25, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, avqustun 10-11-də Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, havanın temperaturunun bir qədər aşağı enməsi müsbət amildir.(Report)

Qocalma əleyhinə preparat hazırlandı

Britaniya alimləri mitoxondrilərdə əsas qocalma proseslərini dayandırmağa imkan verən preparat hazırlayıblar. Ekster Universitetinin mütəxəssisləri yeni AP39, AP123 və RT01 birləşmələrinin laboratoriya sınağını keçirərək onları qan damarlarının daxili səthini örtən endotel hüceyrələrdə yoxlayıblar. Tədqiqat nəticəsində alimlər hüceyrələrin qocalmasını azaldaraq bölünməyən "yaşlı” hüceyrələrin sayını 50 faiz aşağı sala biliblər. Məlumata görə, effekt AP39, AP123 və RT01 preparatlarının hidrogen sulfidi mitoxondriyə çatdıraraq qoca və zədəli hüceyrələrə uzunmüddətli fəaliyyət və qocalma proseslərinin zəifələdilməsi üçün lazımi enerjini hasil etməyə köməyi sayəsində mümkün olub. Alimlər qeyd edir ki, göstərilən birləşmələr əsasında preparatlar təkcə uzunömürlülüyü artırmağa deyil, eyni zamanda onun keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Bundan başqa, onların sözlərinə görə, mitoxondriyə belə təsir ürəktutması və insult riskini azaltmağa imkan verəcək.

Yüksək təzyiqi tənzimləyir, böyrəkləri təmizləyir - Qarğıdalının faydaları

Qarğıdalı A. B və E vitamini baxımından zəngin bir bitki mənşəli mənbədir. Yüksək miqdarda lif tərkibinə malik olan qarğıdalı, karotin baxımından da zəngindir. Həmçinin qarğıdalı sağlamlığımız üçün əvəzsiz olan maqnezium, manqan, dəmir və mis mineralları baxımından da yaxşı bir qida mənbəyidir. Qarğıdalının sağlamlığa faydaları nələrdir? Bol miqdarda lif ehtiva edən qarğıdalı həzm sistemi xəstəliklərinin, o cümlədən qəbizlik, babasil, bağırsaq xərçəngi kimi xəstəliklərin  qarşısını alır. Antioksidantlarla zəngin olan qarğıdalı bu sayədə antikanserogen qida mənbəyidir. Qarğıdalı Alzheymer xəstəliyi və ürək xəstəliklərinin riskini azaldır. Yüksək təzyiqi tənzimləməyə yardım edir, anemiya riskini azaldır, xolesterolu və şəkəri aşağı salır. Təzə qarğıdalı böyrəkləri qum və daşlardan təmizləməyə kömək edir. Qarğıdalı ödqovucu xüsusiyyətlərə malikdir və bu səbəbdən onun istehlakı qaraciyər və öd kisəsinə müsbət təsir edir. Tərkibində olan kalsium və fosfor sümük və oynaqların sağlamlığını qoruyur. Qarğıdalı həmçinin mübadilə proseslərini də yaxşılaşdırır, ürək və damarları möhkəmləndirir.

İcbari tibbi sığorta qanunvericiliyi dəyişdirilir - AÇIQLAMA

Milli Məclisin (MM) Səhiyyə komitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birlikdə ictimai dinləmələr təşkil edəcək. Bunu oxu.az -a açıqlamasında MM-in Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, ictimai dinləmələrdə məqsəd icbari tibbi sığorta ilə bağlı mövcud qanuncericiliyi, icbari tibbi sığortanın tətbiqi yönündə atılan addımları müzakirə etməkdir. “Bildiyiniz kimi, Azərbaycanda neçə illərdir icbari tibbi sığorta ilə bağlı qanun qəbul edilib. Həmçinin, bir neçə il öncə dövlət başçısının sərəncamı ilə Dövlət Agentliyi yaradılıb. Artıq bir müddətdir ki, icbari tibbi sığortaya keçidlə bağlı addımlar atılmaqda, bəzi bölgələrdə, o cümlədən, Yevlax və Mingəçevirdə pilot layihələr həyata keçirilməkdədir. Bir neçə gün öncə dövlət başçısı tərəfindən icbari tibbi sığorta tədbirləri haqqında yeni sərəncam imzalanıb və bu məsələyə büdcədən maliyyə vəsaitinin ayrılması nəzərdə turulub. Odur ki, parlamentin payız sessiyası çərçivəsində bu məsələlərlə bağlı geniş ictimai dinləmələr keçirməyi düşünürük. Ola bilər ki, ictimai dinləmələrin yekunu olaraq, mövcud qanunvericiliyə yenidən baxılması məsələsinə qayıdılsın. Bu da mümkündür, istisna deyil”, - deyə M. Quliyev əlavə edib.

Ana südünü bu üsulla kəsməyin – Həbi gündə iki dəfə...

Ümumdünya Səhiyyə Təşkilatı, analara körpələrinə 2 il ərzində süd verməyi tövsiyə edir. Psixoloq.az xəbər verir ki, buna baxmayaraq bəzi qadınlar müəyyən xəstəlik səbəbilə və ya sadəcə öz istəkləri ilə uşağa süd verməkdən imtina edir. Bununla yanaşı bir müddət əmizdirdikdən sonra müəyyən səbəblərdən ötrü südü kəsmək məcburiyyətində qalanlar da olur. Bəs bu kimi hallarda südü hansı üsul ilə kəsmək doğrudur? Əvvəllər qadınlar süd vəzilərini sıx bağlayaraq, kəsməyə üstünlük verirdilərsə artıq müasir zamanda bu kimi əziyyətlərə ehtiyac yoxdur. Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ginekoloq Nuranə Əliyevanın sözlərinə görə, süd verən qadınlarda prolaktinin miqdarı artır: “Prolaktin hormondur. Adətən doğuş etmiş qadınlarda hormonun miqdarı artır. Bəzi digər vəziyyətlərdə də arta bilər ki bu zaman isə vəziyyətə uyğun olaraq müalicə yazılır. Əvvəllər qadınlara südü kəsmək üçün müəyyən iynələr edilərək, sidikqovucular  da verilirdi. Müasir zamanda isə rahat yol həb vermək üsuludur. Biz “Dostinex” həbindən istifadə edirik. 2 gün istifadə etmək kifayət edir”. Ginekoloq, bütün bu növ preparatların təzyiqi aşağı sala bilən xüsusiyyətinin olduğunu qeyd edib:  “Qadında ürək bulanma, baş gicəllənməsi  yarada bilər. Bu zaman təlaşa ehtiyac yoxdur”. Nuranə xanım, bu həbdən  doğru istifadənin vacibliyini də vurğulayıb: “Əgər ana yeni doğuş edibsə və müəyyən səbəblərdən ötrü süd vermək istəmirsə doğuş  gününün səhəri biz ona 2 tablet dostinexi birdəfəyə veririk. Yox əgər ana övladına süd veribsə,  işə çıxmaq istəyirsə, südü azdırsa və ya digər səbəblərdən kəsməlidirsə  bu zaman həmin həbi 2 gün ərzində qəbul etməyi məsləhət görürük. Hər iki gün yarım tablet səhər yarım tablet axşam yeməkdən sonra qəbul etməyi uyğun bilirik. Və südü beləliklə kəsmiş oluruq”.  Bir çox qadınlarda, süd verən ananın  büstqalter geyinməsinin südü azaltdığı fikri formalaşıb. Ginekoloq, bunun tamamilə yanlış olduğunu söyləyib:  “Araşdırmalar isə təsdiq edib ki, həm estetik görünüş cəhətdən həm süd baxımından geyim heç bir maneçilik törətmir əksinə daha faydalıdır”. Şəhanə Quliyeva

Abituriyentlərin nəzərinə — Qeydiyyat başladı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb. Bu barədə ölkə.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.  Bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar avqustun 9-dan 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Hava dəyişir - XƏBƏRDARLIQ

Avqustun 9-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və aşxam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 9-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında avqustun 9-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Tibbi-meteoroloji proqnoza görə, avqustun 9-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperatur rejiminin iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi bu gün başa çatır. Bu barədə ölkə.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Namizədlər avqustun 9-u saat 23:59-dək elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyib tamamlamalıdırlar. Bu mərhələnin nəticələri barədə müvafiq məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsabiqənin yekun – müsahibə mərhələsində vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibəyə çağırılan namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə əvvəlcədən elan olunmuş mövzular təqdim olunacaq. Hər bir namizəd həmin mövzunu müsahibə komissiyası üzvlərinə açıq dərs formatında təqdim etməlidir.

Azərbaycanda işsiz qalanlarla bağlı UNİKAL YENİLİK: mesajla hər kəsə...

İşini itirən şəxsə sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün məşğulluq orqanına müraciət etməsi barədə sms bildiriş göndəriləcək. Bu barədə publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş, yəni işini itirmiş şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzinə müraciət etməsi barədə mobil telefonuna sms bildiriş göndəriləcək. Əmək qanunvericiliyinə əsasən, aidiyyəti işəgötürən müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işçi ilə əmək müqaviləsinə xitam verdiyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyyatdan keçirir. Belə hallarda əmək müqaviləsinə xitam verilmiş şəxslərin sistem tərəfindən dərhal qeydiyyata alınması və onlara işsizlikdən sığorta ödənişi almaq hüquqlarının olub-olmamasını müəyyən etmək üçün məşğulluq orqanına müraciət etməli olduqları barədə e-qaydada məlumat göndərilməsi üçün hazırda nazirlikdə müvafiq texniki hazırlıq işləri aparılır. Məqsəd müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş sığortaolunanların işsizlikdən sığorta ödənişi almaq hüquqları barədə məlumatlandırılması, onların bu hüquqlardan dolğun şəkildə faydalana bilmələrinin təmin edilməsidir. Xatırladaq ki, müəssisənin ləğvi və ya ixtisar nəticəsində işini itirmiş və işsiz kimi qeydiyyata alınmış, azı 3 il sığorta stajına malik olan şəxslərin işsizlikdən sığorta ödənişini almaq hüququ var. Yəni azı 3 il sığorta stajı olan və işini itirdiyi günədək 24 ay ərzində 12 aydan çox sığorta stajı olan, işini itirdikdən sonra məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan şəxslər işsizlikdən sığorta ödənişi (itirdikləri orta aylıq əməkhaqqının sığorta stajı 3 ildən 5 ilə qədər olduqda 50 faizi, 5 ildən 10 ilə qədər olduqda 55 faizi, 10 ildən çox olduqda 60 faizi) ilə təmin olunurlar. Azı 3 il sığorta stajı olan, lakin işini itirdiyi günədək 24 ay ərzində 12 aydan az sığorta stajı olanlara isə 6 ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir.

Sərnişin daşıyıcıları qarşısında YENİ TƏLƏBLƏR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin daşıyıcı şirkətləri qarşısında tələbləri yeniləyib. Pixoloq.az-ın xəbərinə görə, Xidmətin Mətbuat katibi Nuridə Allahyarova Tarif Şurasının məlum qərarından sonra DANX-nin daşıyıcı şirkətlər qarşısında yeni tələblər qoyub: "Sərnişin nəqliyyatı parkında nəqliyyat vasitələrinin bir hissəsi texniki baxımdan köhnəlib və bununla bağlı məlumat da açıqlanıb. Əvvəllər sərnişin daşıyıcı şirkətlər tariflərin aşağı olmasını əsas gətirirdilər. Lakin tariflər artırıldıqdan sonra daşıyıcılar qarşısında tələbləri yeniləmişik və bununla bağlı iş aparılır. Belə ki, avtonəqliyyat vasitələrinin daha təhlükəsiz olması, texniki cəhətdən daha standartlara cavab verən, daha yüksək səviyyəli xidmətlə bağlı tələblər yenilənib və bu istiqamətdə tədbirlər görülür".(publika.az)

Ad, soyad və ata adının dəyişdirilməsi QAYDALARI DƏYİŞDİ

Nazirlər Kabineti adın, ata adının və soyadın dəyişdirilməsi qaydalarında dəyişiklik edib. Psixoloq.az-ın xəbərinə görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərarda deyilir ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.(publika.az)

Günün ulduz falı: 9 avqust, 2018

Qoç – gərgin situasiyalar tədricən həllini tapır. Çətinlikləri inamla dəfn edin. Yaşam arealını qaydaya salın, informasiyanı saf-çürük edin. Görüş və ünsiyyətlər səbirsizliklə müşayiət olunacaq. Emosiyalarınıza hakim olun. Sonradan təəssüflənməmək və pərişan olmamaq üçün hisslərinizə nəzarət edin. Neytral mövzu ilə məşğul olun. Sizə mane olan ünsür və ya nəsnədən qurtulun. Heyfislənməyin, əks təqdirdə heç nəyə nail ola bilməyəcəksiniz. Buğa – sizdən asılı olmayan şərtlər narazılıq və gərginlik yaradacaq. Önəmli görüşü, vacib danışığı təxirə salmayın. Şəxsi münasibətlər müstəvisinə yaxın günlərdə önəmli yenilik yaşana bilər. Bir sıra məsələlərdə konkretlik yaranır. Kollektivdə yeniliklərin zəmini qoyulub. Enerjinizi elə bir istiqamətə yönəldin ki, problemlər və mübahisələr sonucda ümumi maraqların reallaşması ilə nəticələnsin. Neqativ fikirlər şüurunuzu zəbt etməsin. Maraqlı və işlərinizdə irəliləyişlər vəd edən işlərlə məşğul olun. Yaxın gələcəkdə sizi gözləyən işi tam yerinə yetirərək məqbul sonuca nail olmaq üçün gərəkli müstəvini təmizləyin. Qarşılaşdığınız problemləri aradan qaldıra bilmirsinizsə, yardımçı arayın, dəstək alın. Bütün işləri eyni vaxtda qaydaya salmaq, nizamlamaq mümkün deyil. Amma bu, ümumiyyətlə, iş görməmək üçün səbəb deyil. Əkizlər – zəifləmək, ruhdan düşmək vaxtı deyil. Böyük ümidlər bəslədiyiniz işlərlə bağlı problem yarana bilər. Çətinliklər ilkin mərhələdə olduğundan onları həll etmək imkanı var. İzafi gərginlikdən qurtulun, yardımları təşkil edin.Təmkinli, səbrli olun, emosiyalara uymayın. Bir qədər öncə yol verdiyiniz səhlənkarlıqla bağlı qəfil maneə ilə üzləşə bilərsiniz. Yaşam gücünüzü və potensialınızın emosiyalara qurban olmasına imkan verməyin. Sağlam məntiq və soyuqqanlı davranış sədləri keçməyə yardım edəcək. Xərçəng – yaşamda bir çox məqamlar dəyişəcək. Dərhal bir neçə istiqamətdə çalışmaq ehtiyacı yarana bilər və bu səbəbdən də istiqaməti sürətlə dəyişməyə hazır olun. İnformasiya çoxdur və onları təhlil etmək gərəkdir. Alınan məlumatları nəzarətdə saxlayın.Resurslar, təmaslar, əlaqələr, toplanan informasiyanı yenidən nəzərdən keçirmək gərəkdir. Hadisələrin dinamikası artır. Gələn xəbərlər arasında mühüm və ikinci dərəcəli məqamları ayırın. İşlərin effektiv olması üçün aktiv çalışın. Əsas hərəkət istiqamətini bəlirləyin, ikinci dərəcəli işləri yaxın ətrafınızdakı insanlarla paylaşın.Səhhətiniz barədə düşünün. Şir – qüvvələr balansı və diqqətin konsentrasiyasını təmin etmək olar. Yaşanan olaylarda, baş verən hadisələrdə xaos və gərginlik çoxdur. Hər şeyə rəğmən, günün ikinci yarısına yaxın bəzi məsələlər qəflətən, əlahiddə səylər olmadan həllini tapacaq. Bəzi sahədə uğur qazanıb müəyyən müstəvidə uğursuzluğa düçar olmaq mümkündür. Yaşananlara tez reaksiya verin, dürüst istiqaməti dərhal müəyyənləşdirin. Şəxsi münasibətlərdə sizə yaxın insanın əhvalını və istəklərini duymaq bacarığı əlahiddə əhəmiyyət kəsb edir. Sözlərin məna yükü azalır. Təmkinli və soyuqqanlı olun. Əks təqdirdə, inkişaf etdirmək istədiyiniz məsələni alt-üst edə bilərsiniz. Qız – həyəcan, nigaranlıq və emosiyaların bol olduğu gündür. Artıq sözlər deməmək üçün hisslərinizi cilovlayın. Bədxahlarınızdan biri bu vəziyyətdən yararlanaraq sizə qarşı yeni intriqa hazırlaya bilər. Ünsiyyət dairəsini düzgün seçməyə çalışın. İzafi dərəcədə səmimi olmayın, bütün sirlərinizi bölüşməyin. Planlarla bağlı kimsəyə açıqlama verməyin.Boynunuza götürdüyünüz öhdəlikləri yerinə yetirin. Daxili tabulara, sizin üçün önəmli olan yazılmamış qaydalara riayət edin. Pis vərdişlərdən və ya gərəksiz əlaqələrdən birindən qurtulmaq üçün əlverişli gündür. Lüzum yaranarsa, maliyyə və əmlak məsələlərini qohumlarla müzakirə etmək mümkündür.Axşam saatlarında istirahət edin. Tərəzi – emosional gündür. İndi əsas məsələ “arxa cəbhə”ni möhkəmləndirərək daxili müvazinəti qorumaqdır. Rəqib və bədxahlardan biri sizi üstələməyə çalışır. Bacarıq və biliklərinizi təkmilləşdirin. Aktivliyin yeni mərhələsinə hazırlaşın. Emosional durumun praktiki məna kəsb edən işlərə mane olmasına rəvac verməyin. Günün ikinci yarısında aktivliyinizin praktiki mənası olmalıdır. İmic də dəyişikliklər tələb edir. Yaşam tonusunu dəstəkləyən tədbirləri bir qədər məhdudlaşdırın.Axşam saatlarında yaxşıca istirahət edin. Əqrəb – gərgin və qarışıq gündür. Baş verənləri ifrat dərəcədə emosional qəbul etməyin. Hisslərinizə hakim olun. Hisslərinizi cilovlayın, yalnız ciddi düşünüb-daşınandan sonra qərar qəbul edin. Səfəri, mühüm danışıqların aparılmasını təxirə salın.Əldə edilmiş sövdələşmələrin təsdiqlənməsi və rəsmiləşdirilməsi ilə tələsməyin. Günün ikinci yarısında sənədlərin imzalanması, hansısa yeni öhdəliklərin götürülməsi məsləhət deyil. Şəxsi münasibətlər müstəvisində gərginlik çoxdur. Qarşılıqlı anlaşma və etimada mane olan hisslərin tarıma çəkilməsinə imkan verməyin. Oxatan – işdə, çalışdığınız yerdə və ya fəaliyyət göstərdiyiniz sahədə dəyişikliklər mümkündür. İnformasiyalar, təkliflər və hadisələri diqqətlə izləyin. Gərginləşməyə imkan verməyin. Yalnız cari işlərlə məşğul olun. Ciddi perspektivi olmayan məsələlərlə bağlı sövdələşmə və danışıqlar aparmayın.İşlərin gedişatı sizi narazı sala bilər. Yaranmış situasiyadan xeyrinizə faydalanmağın yollarını fikirləşin. Məntiqli və təmkinli olun, emosiyaların əsirinə çevrilməyin. Məqsədəuyğun şəkildə davranın. Boş söhbətlərə mümkün qədər az vaxt ayırın, şayiələrə qatılmayın.Axşam saatları əqli və fiziki aktivlik üçün yaxşı vaxtdır. Oğlaq – bəzi situasiyalarda qarşıdurma hiss oluna bilər. Təmkinli davranın, dəyişikliklər və yeniliklərə ifrat şəkildə can atmayın. Hadisələrin axarına kobud müdaxilələr etməyin. Problem və çətinliklərinizi sizin əvəzinizə kimsə həll edə bilər. Məsləhət almaqdan çəkinməyin.Dostların daha bilikli və məlumatlı olduqları məsələlərlə bağlı onlarla müzakirələr apara bilərsiniz. Şəxsi münasibətlər müstəvisində niyyət və planlarınızın reallaşmasına hələ çox var.Qarşılıqlı inamsızlıq və inadkarlıq müşahidə olunur. Problemi maneənin birgə dəf olunması həll edə bilər. Dolça – ailə və evlə bağlı işlər bu gün prioriet olmalıdır. Yaşam şəraiti ilə bağlı məsələlərin yaxşılaşdırılması gündəmdədir. Sizə yaxın insanlarla münasibətlərə dəyər verin. Kiçik məsələlərə görə tərəfdaş və ya ailə üzvlərindən biri ilə münaqişəyə başlamayın.Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın. İşdə fəaliyyət məkanının bir sahəsi və ya layihənin sektorunu qaydaya salın.Axşam saatalarında hadisələr və hisslər şəxsi münasibətlər müstəvisi ilə bağlıdır. Sevdiyiniz insanla vaxt keçirin. Balıqlar – səhər saatlarından etibarən işlərlə aktiv məşğul olun. Günün ikinci yarısına yarımçıq işləri yığmayın. Tərəfdaş və ya iş yoldaşınızın passivliyi sizi sinirləndirə bilər. Cari proseslərlə məşğul olun, nəyisə araşdırmaq və ya sübut etməyə çalışmayın. İnad etsəniz, opponentin dediklərini eşitməsəniz, çox qısa zamanda münaqişə yaranacaq. Güzəştə getmək, geri çəkilmək, mövqelərinizin daha aydın olacağı vaxtı gözləmək olar.Əhvalınızı yaxşılaşdırmaq üçün yaşam arealınıza bir neçə parlaq cizgi əlavə edin. Axşam saatlarında dincəlin. Milli.Az

Qüsurlu çənə ilə doğulmuşdu - Onu bir də indi görün/FOTO

Taylandda yaşayan Vijitpraforn Punbu adlı qız bir televiziya verilişində qalib gəldikdən sonra həyatı tamamilə dəyişilib. Psixoloq.az xəbər verir ki, anadangəlmə qüsurlu çənəyə sahib 19 yaşlı qız müsabiqədə qalib gəldiyi üçün pulsuz plastik əməliyyat olunmaq şansı qazanıb. Pundu əməliyyatlardan sonra tanınmayacaq dərəcədə dəyişilib, hətta bir çox model agentlikləri tərəfindən təkliflər də alıb. O, bundan sonra həyatına model kimi davam etdirmək fikrindədir.(axsam.az)

Gənc jurnalistlərin nəzərinə...

Jurnalistika fakültəsini bitirən gənc yazarlar və jurnalist olmaq istəyənlər... Psixoloq.az portalı bu istiqamətdə sizə əla fürsət təklif edir. Belə ki, aranızdan seçilən jurnalistlər, saytda məqalə yazıb, mütəxəssislərdən müsahibə və açıqlama ala biləcəklər. Hazırladıqları material isə redaktor tərəfindən yoxlanılaraq jurnalistə bu barədə ətraflı maarifləndirici məlumatlar veriləcək və saytda dərc ediləcək. Həmçinin gənc yazarlar, peşəkar insanlar, mütəxəssislərlə işləmək şansı əldə edərək təcrübə qazanacaqlar.  Bununla yanaşı gələcəkdə Psixoloq.az portalında işləmək fürsəti də əldə edə bilərsiniz. Qeyd edək ki, təcrübə qazanmaq istəyənlərin xəbər yaza bilmə bacarığının olması şərtdir. Savadını artırmaq, təcrübə qazanmaq istəyən gənclər cv-ni  [email protected] mail adresinə göndərə bilərlər.

Müsabiqənin nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan olunub. DİM-dən ölkə.az-a verilən məlumata görə, avqustun 8-də saat 17:10-dan etibarən internet səhifəsində yerləşdirib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur: Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar avqustun 9-dan 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

“Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olunub

BMT-nin Uşaq Fondu (UNİCEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ölkəmizdə avqust ayının 1-dən 7-dək "Ümumdünya ana südü ilə qidalandırma həftəsi” keçirilib. Ana südü ilə qidalanmanı təşviq və təbliğ etmək məqsədilə UNİCEF və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan maarifləndirici materiallar 1-7 avqust 2018-ci il tarixdə "Asan xidmət” mərkəzlərində əhaliyə paylanılıb. Psixoloq.az xəbər verir ki,  bu tarix ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNİCEF, dövlət siyasətçiləri və digər təşkilatlar tərəfindən 1990-cı ilin avqust ayında imzalanan "Inocenti Deklarasiyası”nın xatirəsinə həsr edilib. UNİCEF və ÜST-ün 31 iyul 2018-ci il tarixli birgə hesabatına əsasən, il ərzində 78 milyona yaxın körpə və ya hər 5 uşaqdan biri dünyaya gəldiyi ilk saatda ana südü ilə qidalanmır, bu da onların xəstəliyə yoluxma və ölüm riskini artırır.

"Hamilə idim, uşağı tələf etməli oldum" - "Toppuş bacı" xəstəliyindən danışdı

"Hamilə idim, qanaxma başladı və uşağı tələf etməli oldum. Abortdan sonra həkimlər gördülər ki, uşaqlıq yolunda şiş var. Şiş əkildi və nəticədə bədxassəli olduğu aşkarlandı”. Psixoloq.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Tünzalə Əliyeva deyib. Bir neçə gün əvvəl xərçəng olduğu aşkarlanan və əməliyyat edilən aktrisa səhhətindən danışıb. "Toppuş bacı” ləqəbli aktrisa xəstəliyinin qəfildən ortaya çıxmasından danışıb: "Qəfildən olmadı. Bir aydır bilirdim, gizlədirdim. Eşidəndə çox pis oldum, ağladım. Millət vəkilimiz Qənirə Paşayevaya zəng etdim, danışdım. Onun məsləhəti ilə onkoloji xəstəxanaya yollandım. Eroziya olub, papiloma virusum var imiş. Mən də vaxtında müalicə etdirməmişəm. Uşağım düşəndə bəlli oldu, ginekoloqum şübhələndi. Şiş əkildi və bədxassəli olduğu ortaya çıxdı”. T.Əliyeva sosial şəbəkələrdə ünvanına yazılan fikirlərə aydınlıq gətirib. O, mədəsini kəsdirdiyi üçün xərçəngə yoluxması haqda xəbərlərə etiraz edib: "Mədəmi kəsdirməyimlə xərçəng olmağımın heç bir əlaqəsi yoxdur. Sadəcə immunitetim aşağı olub. Yeməmişəm, orqanizmimdə immunitet azalıb. Xəstəlik də bundan yaranıb. Hazırda yaxşıyam. Ayın 14-də analizimin cavabı gələcək. Yaxınlarım, ailəm səbirsizliklə onu gözləyir. İnşallah, cavab yaxşı çıxar. Xəstəxanada da qulluğumda dururdular, tez ayağa qalxdım. Günlərlə yerdə yatacaq adam deyiləm. Bir neçə gündən sonra xına mərasimlərimə qayıdacam. Məni sevənlərin gözünü yolda qoymayacam”.

Bu gün psixoloq Gülər Məmmədovanın ad günüdür

Bu gün Azərbaycanın dəyərli psixoloqlarından hesab edilən, Azərbaycan Dövlət Pedaqoji universitetinin ümumi psixologiya kafedrasının müəlliməsi Gülər Məmmədovanın  ad günüdür. Psixoloq.az kollektivi olaraq Gülər xanımı təbrik edir, işlərində müvəffəqiyyətlər arzu edirik. Qeyd edək ki, Gülər Məmmədova  Azərbaycan Dövlət Pedaqoji universitetinin psixologiya fakültəsini bitirib.