İşıq pulu artıq yazılır? - “Azərişıq”dan işıq pulu ilə bağlı AÇIQLAMA

Quraşdırılan sayğaclara yalnız fiziki müdaxilə edilə bilər. Psixoloq.az-ın məlumatına görə, bunu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədzadə iyul ayı abonentlərin aylıq elektrik enerjisi sərfiyyatına aid keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu gün smart və elektron sayağaclar bir sistemlidir: “Onların hər hansı funksiyası varsa, bu, o sayğacın növlərini fərqləndirir və yaddaş blokunda heç bir xüsusi proqram yoxdur ki, o elektrik enerjisi sərfiyyatının göstəricilərinə müdaxilə etsin. Fiziki müdaxilə dedikdə, abonentlərin sayğaca vurduğu ziyan nəzərdə tutulur. Bu cür şikayətlər olduqda, biz həmin sayğacları abonentlərin iştirakı ilə laboratotiyaya gətirib yoxlayırıq. Nəticələr isə ictimaiyyətə açıq şəkildə paylaşılır. Abonentlərə tövsiyə edirik ki, bir saat ərzində istehlak etdikləri enerjini sayğac göstəriciləri ilə yoxlasınlar. Bir saatdan sonra sayğacın göstəricilərinin hansı tempdə dəyişdiyini yoxlasınlar. Bu, elə də çətin deyil”. Araz Məmmədzadə qeyd edir ki, heç bir halda kənar göstəricilər sayğaca daxil edilməyib.

"DOST" nə zaman açılacaq? - Nazir açıqladı

"Bu ilin sonunadək, yəni dekabr ayında ilk DOST mərkəzinin açılması planlaşdırılır". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Aztv-nin "Günün nəbzi" verilişinə müsahibəsində deyib. O bildirib ki, hazırda araşdırmalar aparılır, araşdırmaların bir hissəsi də pilot regionun seçilməsidir: "İlk mərkəzin paytaxt Bakıda olmasını düşünürük. Sentyabr ayında pilot rayonumuz artıq dəqiqləşdiriləcək. İlk DOST mərkəzi açıldıqdan sonra növbəti ildə təbii ki, şəbəkə genişlənəcək. Əsas planımız bütün Azərbaycanı əhatə etməkdir". Nazirin sözlərinə görə, DOST Agentliyi və DOST mərkəzləri ölkədə həyata keçirilən islahatların davamıdır: "Bu islahatların kökündə Azərbaycan vətəndaşlarının məmnunluğu dayanır. Mərkəzlərdə ənənəvi xidmətlərlə yanaşı, vətəndaşlara sosial-psixoloji dəstək də göstəriləcək".S.Babayev qeyd edib ki, DOST mərkəzlərində əhaliyə 126 xidmət növünün göstərilməsi müəyyən edilib: "Mərkəzlərdə səyyar xidmətlər də olacaq. "Gənc dost" proqramı əsasında könüllülər də mərkəzlərdə işə cəlb ediləcək".

“Bakmil”də hərəkət iki günlük bərpa edilib

“Bakmil” stansiyasına giriş-çıxışa qoyulmuş məhdudiyyət şənbə və bazar günləri (11-12 avqust tarixlərində) tətbiq edilməyəcək. Bu barədə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. “Sərnişinlərimiz “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq istifadə edə bilərlər”. Qeyd edək ki, avqust ayının 8-dən yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin “Bakmil” stansiyasına giriş-çıxışı müvəqqəti olaraq  8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.(oxu.az)

Bu gün Günəş tutulacaq

Bu gün ilin sonuncu Günəş tutulması hadisəsi baş verəcək. Bu barədə oxu.az-a Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər. Tutulma hadisəsi (qismən tutulma) Bakı vaxtilə saat 12:02-də başlanacaq, saat 13:46-da maksimum səviyyədə olacaq, saat 15:30-da başa çatacaq. Qeyd edək ki, bu ilin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

Dünyanın ən yaşlı modeli: Ölənədək podiumda olacağam - FOTO

Ötən iyul ayında 90 yaşına qədəm qoyan Defni Self hazırda dünyadakı ən yaşlı modeldir. Psixoloq.az oxu.az-a istinadənxəbər verir ki, modellikdən əl çəkməyəcəyini bildirən Self ölənədək iş başında olacağını söyləyir: “21 yaşımdan bu sahədəyəm. Ölənədək də podiumda olacağam”, - deyə yaşlı model bildirir. Defni Selfin ilk modellik təcrübəsi 1949-cu ildən başlayıb. Həmin vaxt 21 yaşında olan Self məşhur bir dərginin üz qabığında yer aldıqdan sonra məşhurlaşıb. 69 ildir modelliklə məşğul olan Self podiumlara çıxır, reklam kampaniyalarında yer alır. Həm kitab yazır, həm də modellik sahəsi üzrə təhsil verir. Defni Self öz tələbələrinə çox zəif və arıq olmamağı məsləhət görür. “Yaxşı bir duruş yetərlidir, arıqlamağa ehtiyacınız yoxdur”, - deyə Self bildirir. Hər zaman dəbli geyinən Self yaşlı insanların tərzlərinə fikir vermədiyini söyləyir: “Hər kəs hansı yaşda olursa-olsun, özünə baxmalıdır və yaxşı geyinməlidir”.

Aqressiv və sərt olmayın - Günün ulduz falı: 11 avqust, 2018

Qoç – uzun müddətdən bəri təxirə saldığınız və ya başa vura bilmədiyiniz işləri bu gün sonuclandıra bilərsiniz. Fəaliyyət sahəsində qayda yaradın. Planlarınızı nizamlayın.Günün ikinci yarısında istənilən mühüm addımdan əvvəl yaxşıca düşünüb-daşının. Fərqli olmağa çalışın. İlkin impulsdan sonra məramlarınız dəyişə bilər. Yeniliklərdən çəkinmirsinizsə, gözlənilməz təklif ala bilərsiniz. Məqsəd və istəklərinizi dəqiqləşdirin.Yaxın gələcəklə bağlı perspektivləri cari durum müəyyənləşdirir. Buğa – səhər saatlarından etibarən fikriniz dağınıq olmasın. Vəzifə səlahiyyətlərinin icrasına və ya tapşırıqların yerinə yetirilməsinə səhlənkar yanaşmayın. Problemləri tədricən həll edin, eyni vaxtda bir neçə işi görməyə çalışmayın.Əvvəlcə həlli asan olan, daha sonra isə mürəkkəb müşkülləri çözməyə can atın.Günün ikinci yarısında münasibətlər daha rəvan, harmonik olacaq. Olayların məcrası sərfəlidir. Bundan maraqlarınızın təminatı üçün yararlanın.Saatlar keçdikcə şərait daha əlverişli, şərtlər daha sərfəli olacaq. Emosional davranmayın. Rahatlıq və komfort istəkləriniz artacaq.Axşam saatlarında evdə istirahət edin. Əkizlər – ağır işlər çoxdur. Onlar zəhmət, vaxt, intellektual və fiziki əmək tələb edirlər. İş qabiliyyətinizin ən yüksək olacağı zaman səhər saatlarıdır. Bundan istifadə edin, mühüm məqamları çözün. Aqressiv və sərt olmayın.Günün ikinci yarısında qarşınızdakı sədlərlə maneələri tədricən aradan qaldırın. Dostların və ya etibarlı şəriklərin dəstəyindən yararlana bilərsiniz. Köməyə ehtiyacı olan insanın yanında olmağı unutmayın.Axşam saatlarını əzizlərinizlə birlikdə keçirin. Belədə yaşamınızdakı hadisələri daha rahat qəbul edəcəksiniz. Xərçəng – şəxsi problemlərinizi həll etmək, məişət məsələlərini çözmək üçün günün ilk yarısı daha münasibdir. Yaşamın kiçik sevinclərinin qədrini bilin. Yaxın ətrafınızdakı insanlardan birinin sizə demək istədiyi sözlər var.Günün ikinci yarısında qohumlarınızdan və ya dostlarınızdan birindən xoş xəbərlər alacaqsınız. Köhnə tanış yada düşəcək. Maraqlı təklifləri dəyərləndirmək olar.Sevdiyiniz insanı axşam saatlarında kiçik hədiyyə ilə sevindirin. Şir – yeni işə və ya layihəyə başlamaq istəyirsinizsə, tələsməyin. Qərarlarınız düşünülmüş olmalıdır. Yaşamınızın yeni mərhələsinin konturları hələ formalaşmayıb. Kənardan gələcək istənilən impuls dəyişikliklərə səbəb ola bilər.Günün ikinci yarısında ətrafınıza diqqətlə baxın. Təcili məşğul olmağınız gərəkən məsələlər var. Fiziki iş, situasiyanın normallaşdırılması faydalıdır. Özünüzü həddən artıq yormayın.Əks təqdirdə axşam saatlarında başağrıları və yuxusuzluqla üzləşə bilərsiniz. Şəxsi münasibətlərdə düşüncə zamanıdır. Qız – aldığınız tapşırıqların yerinə yetirilməsinə daha diqqətlə yanaşın. Bacarıqlarınızı, biliklərizi və təcrübənizi yoxlamaq üçün sizə çətin iş həvalə oluna bilər. Sayıq olun, yaranmış imkanları fövtə verməyin. Vaxtınızın qədrini bilin. Şansları dəyərləndirin.Günün ikinci yarısında cari situasiyadakı maneələri dəf etmək üçün güc və imkanlarınızdan maksimum istifadə edin. Karyera inkişafınızı şərtləndirən məqamları bir daha təhlilə uğradın. Gəlirləri artırmağın yollarını arayın.Axşam saatlarını özünüzü həsr edin. Tərəzi – yerinə yetirməli olduğunuz işlər arasında ən mühümünü, önəmli saydığınızı seçin. Dərhal fəaliyyətə başlayın. Abstrakt ideyalara qapılaraq qeyri-praqmat addımlar atmayın. Gündəlik qayğılar ciddi yanaşma tələb edir.Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Sevdiyiniz işi başa vurmaq olar. Kimsəni tələsdirməyin.Axşam saatlarında emosiyalarınızı məhdudlaşdırmayın. Alış-veriş etmək olar. Əqrəb – maliyyə resurslarının paylanması, zəruri informasiyaların əldə olunması ilə bağlı adekvat addımlar atın. Bir variantı yetərli saymayın. Məqsədə doğru aparan yolda irəliləyiş hiss etmirsinizsə, ruhdan düşməyin. Situasiyanı təhlil etsəniz, problemlərin həll yolunu asanlıqla tapa bilərsiniz.Günün ikinci yarısında hazır metodlardan və ənənəvi vasitələrdən istifadə əvəzinə alternativləri arayın.Axşam saatları dostlarla görüş, yaxud da ailəvi istirahət üçün yararlıdır. Hadisələrin axarı müsbət təmayüllərin gücləndiyini göstərəcək. Oxatan – günün ilk yarısında xoşagəlməz olaylar yaşanmayacaq. Hadisələrin məcrası pis deyil. Buna rəğmən, özünüzü bir qədər narahat hiss edəcəksiniz. Bir müddət əvvəl yaşanmış olayların fəsadları hələ də aradan qaldırılmayıb.Günün ikinci yarısında əmlak, maliyyə vəsaiti və karyera ilə bağlı durumu yaxşılaşdırmaq üçün əlinizdən gələni edin. Sürəkli olaraq sizi sinirləndirən, narahat edən insanlardan mümkün qədər uzaq olun. Bir zamanlar sıx münasibətlərdə olduğunuz, sonradan yollarınızı ayırdığınız insanlar üçün darıxa bilərsiniz. Səbrli olun, nisgilə qapılmayın. Sakitləşin. Oğlaq – rutin işlərə laqeyd yanaşmayın. Tapşırıqları yerinə yetirin, öhdəlikləri unutmayın. Vədlərə əməl edin. Yarımçıq işləri başa vurun, təcili həllini tələb edən məsələlərin çözümünü təxirə salmayın.Günlə bağlı dəqiq planlar tərtib etməyə çalışmayın, çünki ciddi dəyişikliklər olacaq.Günün ikinci yarısında yaşamın aram axarına müdaxilə etməyin. Tələsmədən, təmkinlə davranın. Axşam saatları romantik görüşlər üçün əlverişlidir.Dəyər verdiyiniz insanla təmaslarınızdakı problemləri aradan qaldırın. Dolça – günün ilk yarısında problemlərin həllinə kreativ yanaşma nümayiş etdirin. Enerji azlığı və yaşam tonusunu aşağı səviyyəsinin yaratdığı çətinlikləri aradan qaldıra bilərsiniz.Günün ikinci yarısı böyük planların reallaşdırılması üçün münasib deyil. Yaxın ətrafınızdakı insanlarla təmaslarda qeyri-format stilə üstünlük verin, rəsmiyyətçilikdən uzaq olun. Dəyər verdiyiniz insanla ünsiyyət xüsusi diqqət tələb edir. Onun yardımınıza və dəstəyinizə ehtiyacı var.Axşam saatlarını ailə üzvlərinə həsr edin. Balıqlar – günün ilk yarısında planlaşdırılmış işlərlə maneələr və əngəllər yarana bilər. Dünənədək aktual sayılan məsələlər indi önəmini itirməkdədir. Hətta onlar sizə mənasız təsir bağışlayacaqlar.Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə anlaşılmazlıqların yaranmasına imkan verməyin. Ziddiyyətlər yalnız ilk baxışdan çətin, çözülməz təsir bağışlayır.Yaşananları izafi emosiyalar olmadan qəbul edin. Cari işlərinizlə məşğul olun, ənənəvi çərçivələrdən kənara çıxmayın.Axşam saatlarında situasiyaya daha nikbin baxışlar istisna deyil. Romantik görüş üçün pis zaman deyil. Milli.Az

Bu bölgədə qar yağdı - Qəribə təbiət hadisəsi

Gürcüstanın Qudauri bölgəsinə qar yağıb. Psixoloq.az xəbər verir ki, hadisə ilə bağlı həmin bölgədə yerləşən bir turizm restoranı feysbuk hesabında paylaşım edib. Qardan əvvəl isə bölgəyə güclü yağış və dolu düşüb.(publika.az)

“DOST”un fəaliyyət istiqamətləri açıqlandı

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə yaradılacaq “DOST” mərkəzləri əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə xidmətlərdə vətəndaş məmnunluğuna tam təminat verəcək. Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib. “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzlərinin yaradılması dövlət xidmətlərinin geniş bir spektrinin - əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər müvafiq sahələr üzrə xidmətlər sisteminin “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunmasına, xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə imkan verir”, - deyə nazirlik rəsmisi qeyd edib. Fazil Talıbov qeyd edib ki, ƏƏSMN pensiya, müavinət və digər sosial təminat növləri, əlillik,  əmək və məşğulluq, sosial sığorta münasibətləri və s. məsələlər üzrə nazirliyin xidmət sahələri üzrə ildə təxminən 8 mln. e-müraciət qeydə alınır: “1,1 mln. məktub dövriyyəsi həyata keçirilir, 160 min telefon zəngi (müraciət) cavablandırılır. “DOST” mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə xidmətlər göstəriləcək. Bu xidmətlər bir mərkəzdə (bir binada), bir-birinə inteqrasiya olunmuş şəraitdə, fiziki və hüquqi şəxslərə bir pəncərədən operativ və effektiv şəkildə, vahid standartlar əsasında, nəzakətli davranışla, vətəndaşlarla açıq iş mühiti şəraitində təqdim olunacaq.  Müraciətlərlə əlaqədar bütün zəruri məlumatlar müvafiq qurumlardan və eləcə də, ƏƏSMN-nin bölmələrindən elektron qaydada əldə ediləcək və emal olunacaq. Hesabatlılıq və şəffaflıq təmin ediləcək. Çevik hesabat vermə və şikayət, monitorinq və qiymətləndirmə mexanizmləri vasitəsilə şəffaflığı və prosesi izləmə imkanlarını təşviq ediləcək. Əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər əlaqədar sahələrdə inzibati proseslərin və prosedurların sadələşdirilməsinə, göstərilən xidmətlər üzrə vəzifələrin inzibati bölgüsü yenidən təşkil edilməklə, vətəndaşlara xidmət müddətinin və xərclərinin azaldılmasına nail olunacaq”.  Nazirlik rəsmidi qeyd edib ki, “DOST” mərkəzləri bir pəncərədən göstərdiyi operativ, keyfiyyətli, şəffaf xidmətlərlə ƏƏSMN-nin fəaliyyət sahələri üzrə xidməti kontingentin hər bir üzvünün - əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, işsiz və işaxtaranların, pensiyaçıların və b. “DOST”u olduğunu qısa zamanda təsdiq edərək, ümumən ictimai məmnunluğun ünvanı olacaq. Qeyd edək ki, yeni agentlik üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq ƏƏSMN-ə iki milyon manat ayrılıb.

Yuxusuzluqdan əziyyət çəkib, tez-tez qrip olursunuzsa...Sink defisiti ola bilər

Orqanizm üçün hər bir mineralın, mikroelementlərin mövcudluğu  çox gərəklidir.Ancaq bunların əksikliyi zamanı yaranan problemlərin əksəriyyətindən bixəbərik.Bəs vücudda sink çatışmazlığı hansı əlamətlərlə üzə çıxır?Psixoloq.az həmin əlamətləri təqdim edir:Yaddaş, diqqət yayqınlığı İştahın olmaması Yuxusuzluq Tez-tez qrip olmaq, virus və göbələklər – herpes, stomatit Dəri quruması, qırışlar, çatlar, səpkilər, qabıqlanma, göyərmələr, sıyrıntılar- istənilən zədə gec sağalır Qırılan saçlar Kişilərdə potensiya problemi, cinsi zəiflik Yorğunluq, basqı, əzginlik, iş qabiliyyətinin azalması Qeyd edək ki, insan sutkalıq olaraq 11 mq sink qəbul etməlidir.

Ötən ay 705 əcnəbiyə iş icazəsi verildi

İyul ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3406-na müvəqqəti yaşama, 358-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqələri verilib, 47-nin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb. DMX-dən  verilən məlumata görə, ay ərzində 705 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib. Qeyd edək ki, iyulda DMX tərəfindən ümumilikdə müvəqqəti və daimi yaşama, həmçinin iş icazəsinin verilməsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 4516 qərar qəbul olunub.(publika.az)

Bakıda tramvaylar bərpa oluna bilər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib. Psixoloq.az Trend-ə istinadən xəbər verir ki, S.Nuriyev bildirib ki, Bakı şəhərinin Baş Planı çərçivəsində Bakıda tramvayların bərpası ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılacaq: "İndiki mərhələdə bu barədə dəqiq fikir söyləmək tezdir”. Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək.

Propolis kərə yağı vasitəsilə mədə ağrılarından xilas olun - Mütəxəssis hazırlanma qaydasından danışdı

Qastritdən bir çox insan şikayət edir. Bu xəstəliyə qarşı çoxlu təbii vasitələr mövcud olsa da bəzən kifayət qədər effekti olmur. Aparılan araşdırmalara görə, qastrit əleyhinə ən yaxşı təbii vasitələrdən  birincisi propolis kərə yağındakı tərkibdir. Psixoloq.az xəbər verir ki, arı məhsulları üzrə mütəxəssis İlham Atakişiyevin sözlərinə görə, bu kərə yağı, absorbent xüsusiyyətinə malik olduğu üçün propolisin müalicəvi təsirlərini özündə birləşdirərək mədəyə çox gözəl təsir edir: “Həm də baldan fərqli olaraq mədədə açıq yaralar zamanı qıcıqlanma vermir. Bu tərkibi hazırlamaq üçün 200 qr kərə yağı, 30-40 qr (keyfiyyətindən asılı olaraq) propolis və 1 x/q bal götürüb su vannasında qızdırılaraq qarışdırılır. Bal qəbulu rahat olmaq üçün əlavə olunur. Soyuduqdan sonra süzülərək soyuducuda saxlanılır. Müalicə kursu gündə 2 dəfə yeməkdən əvvəl 1 çay qaşığı olmaq şərtilə 1 ay davam etdirilir. Propolis kərə yağı həmçinin öskürək əleyhinə, ağciyər vərəmində də çox faydalıdır”. Qeyd edək ki, hazır məhsul əldə etmək istəyənlər Propolis mərkəzinə müraciət edə bilərlər. Əlaqə nömrələri: (070) 233-15-17                             (012) 533-15-17                            (012) 533-15-17

Bu növ alt paltarları kişilərdə sonsuzluq yaradır - ARAŞIRMA

Dar alt paltarları kişilər üçün təhlükəlidir. Psixoloq.az xəbər verir ki, bu, həkimlərin araşdırması zamanı məlum olub. Belə ki, dar alt paltarı kişilərin cinsiyyət orqanına mənfi təsir göstərir və spermanın keyfiyyətini azaldır. Müşahidələr göstərir ki, Qərb ölkələrində cütlüklərin 10-15%-i cütlüklərdən birinin sonsuz olması səbəbindən övlad sahibi ola bilmir. Sonsuzluğun bioloji səbəbləri hüceyrə və spermatazoid istehsalını idarə edən genetik mexanizmlərin az tədqiq edildiyi üçün bir çox hallarda naməlum qalır. Araşdırmalar zamanı məlum olub ki, adi alt paltarı geyinən kişilərin sperması dar tuman geyinənlərə nisbətən daha keyfiyyətlidir. Bu əlaqəni anlamağa çalışan alimlər kişilərin cinsiyyət orqanı üzərində də araşdırma aparıblar. Məlum olub ki, dar alt paltarı geyinənlərdə “FSH” qadın hormonu daha çox ifraz olunur.

Qan təzyiqi və xərçəngə qarşı faydalı — Çuğundurun bilmədiyimiz faydaları

Tərkibində C vitamini, fosfat, potasium və bir çox mineral olan çuğundurun orqanizmə faydaları çoxdur. Psixoloq.az xəbər verir ki, çuğundur yüksək qan təzyiqini aşağı salır və xərçəngə qarşı mübarizədə çox effektivdir. Çuğundur suyu qan təzyiqini stabilləşdirir. Amma ifrat dərəcədə istifadə etmək də ziyandır. Çünki 136 qramlıq çuğundurun tərkibində 106 qram soda var.  Eyni zamanda 136 qram çuğundurun tərkibində 9 qram şəkər var. Bu səbəbdən diabet xəstələri çuğundur suyunu çox içməməlidirlər. Diabet xəstələri həftədə 2-3 dəfə 1 çuğundur qəbul edə bilər. Yüksək qan təzyiqi olanlar isə gündə bir stəkan çuğundur suyu içə bilər. İmmuniteti gücləndirir İmmunitet sisteminin hüceyrələrinə C vitamini vacibdir. İnfeksiya və stress zamanı C vitamini faydalıdır. C vitamini isə çuğundurun tərkibində çoxdur. Yaşlandıqca beyinə gedən qan dövranı yavaşlayır. Beyin hüceyrərlərinin qanla zəif təmin edilməsi isə “Alzheimer” xəstəliyi ilə əlaqədardır. Çuğundurun tərkibindəki nitratin orqanizmdə nitrik oksidə çevrilir. Bu isə beyinin qanla qidalanmasını təmin edir. Nitrat turşusu orqanizmdəki damarları genişləndirir, qan dövranını yaxşılaşdırır və qan təzyiqini aşağı salır. Qan təzyiqinin yüksək olması infarkt, xroniki ürək çatışmazlığı və böyrək xəstəliklərinə səbəb olur. Çuğundura rəng verən betalain eyni zamanda yüksək miqdarda antioksidant xüsusiyyətinə malikdir. Orqanizmimiz hər gün kənardan gələn və ya özündə yaranan sərbəst radikallardan ürək çatışmazlığına qədər bir çox xəstəliyə səbəb ola biləcək zərərli maddələrə məruz qalır. Betalain isə qan plazmasında olan və ürək xəstəliklərinə səbəb olan homosistein səviyyəsini də azaldır və ürək xəstəliklərindən qoruyur. Çuğundur eyni zamanda bağırsaqları da qoruyur, bağırsaq fəaliyyətini normallaşdırır, qəbz problemini aradan qaldırır.(ölkə.az)

Bələdiyyə məktəbləri və uşaq bağçaları yaradıla bilərmi? - RƏY

Parlamentin qarşıdan gələn növbəti - 2018-ci il payız sessiyasında bələdiyyələrlə, eləcə də, inzibati ərazi vahidləri ilə bağlı qanunvericiliyə növbəti düzəlişlər və əlavələrin edilməsi gözlənilir. Bu haqda oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev məlumat verib. Onun sözlərinə görə, payız sessiyası hələ başlamasa da, sessiyanın və adıçəkilən komitənin qanunvericilik işləri planı tam məlum olmasa da, hər sessiyada olduğu kimi, bu sessiyada da bələdiyyə torpaqları, bələdiyyə əraziləri, bələdiyyələrin səlahiyyətlərinin artırılması və inzibati ərazi vahidlərində dəyişikliklər edilməsi ilə bağlı məsələlər olacaq: “Şəxsən mənim də arzum və istəyim odur ki, ölkədə bələdiyyələrin fəaliyyəti genişlənsin. Bələdiyyələrin səlahiyyətləri mərhələ-mərhələ genişləndirilir və bu proses davam etdirilsin. Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına ehtiyac var. Bu gün bələdiyyələrin özlərinin güclü maliyyə təminatı olmalıdır. Bu təminat olmadan, bələdiyyələrin tam inkişafından, oturuşmasından danışmaq olmaz. Bələdiyyələrin özlərinin məktəbləri, uşaq bağçaları, idman məktəbləri, idman klubları, idman meydançaları olmalıdır. Onlar özləri idmançılar yetişdirməlidir. Bununla yanaşı, bələdiyyə avtobusları olmalı, insanlara xidmət etməlidir. Hesab edirəm ki, bu məsələlərdə, o cümlədən, bununla bağlı qanunverciliyin təkmilləşdirilməsi və yeniləndirilməsində bələdiyyələr özləri də təşəbbüskar olmalıdırlar. Hər şeyi dövlətdən, parlamentdən gözləməməlidirlər. Yeni qanunvercilik aktları hazırlamalı və onları parlamentə təqdim etməlidirlər, bu məsələni tək millət vəkillərinin üzərinə atmamalıdırlar”.

Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Psixoloq.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.  Məlumata əsasən, avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-22, gündüz 23-26, Bakıda gecə 20-22, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 11-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Güclü şimal-qərb küləyi əsəcək. Bununla əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 25-30, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Qocalmanın əsas mexanizmi açıqlandı

Lankaster Universitetinin, London Universitetinin kollecinin və Kvin Meri Kollecinin alimləri müəyyən ediblər ki, girdə qurdlarda qocalma orqanizmin köhnəlməsindən deyil, arzuolunmaz genlər səbəbindən baş verir. Araşdırmaçılar hesab edir ki, bu mexanizm insana da aiddir.  Psixoloq.az xəbər verir ki, bununla bağlı “EurekAlert!” nəşri məlumat yayıb.  Mütəxəssislərin sözlərinə görə, gənc inkişaf edən orqanizm üçün normal sayılan bioloji proses daha gec yaşlarda da orqanizmin homeostazını pozaraq davam edir. Bunun nəticəsində xərçəng, ürək-damar sisteminin pozulması və xroniki xəstəliklər yaranır.  Araşdırmalar zamanı məlum olub ki, əsas rollardan birini zülalları kodlaşdıran genlər oynayır. Bu cür genlər otofagiya prosesində iştirak edən zaman hüceyrə öz komponentlərini təkrar edir.(oxu.az)

Yenigundem.az informasiya portalının 1 yaşını qeyd edir

Bu gün Yenigundem.az informasiya portalının 1 yaşı tamam olur. Psixoloq.az xəbər verir ki, ötən il avgustun 10-da fəaliyyətə başlayan portal bir il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və qısa müddət ərzində kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub. Portalın baş redaktoru Təbriz Məhərrəmoğlu bildirib ki, yeni yaranmış informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir: “Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən bir il ərzində “Yenigundem”-ı tanıtdıra və özünün oxucu dairəsini yarada bildik. Bundan başqa, aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq”. Biz də Psixoloq.az kollektivi olaraq Təbriz Məhərrəmoğlu və heyətini təbrik edirik.

Psixoloqla tələbələrin qalmaqalı böyüyür - “Əgər fərq olmasaydı bu ixtisası bitirənlər TQDK-dan 4-cü qrup üzrə istiqamətlənərdilər”

Tələbələrlə psixoloq arasındakı qalmaqal getdikcə böyüyür. Belə ki, mövzu ilə bağlı ötən yazımızda, psixoloq İlkin Kazımlının, 3-cü qrup üzrə psixologiya fakültəsini bitirənləri psixoloq saymaması, bu üzrə təhsil alan tələbələri, həmçinin bir sıra psixoloqların narazılığına səbəb olmuşdu. Tələbələr, psixoloqun tamamilə yanlış danışdığını, əsas dövlətin bu ixtisası təsdiq etdiyini qeyd etmişdilər. Məsələ ilə bağlı sözügedən psixoloqa söz haqqı yarandığından Psixoloq.az portalı olaraq məsələni daha real araşdırmaq üçün yenidən İlkin Kazımlının məsələyə yanaşma münasibətini öyrənmək istədik. Psixoloq İlkin Kazımlı, kimisə təhqir və ya demotivasiya etmədiyini bildirdi. Onun sözlərinə görə, həyatda inan həmişə düzgünlüyə uyğun hərəkət etməlidir: “Düzdür mən demirəm ki, psixologiya mərkəzlərində TSPX üzrə təhsil alanlar yoxdur. Əlbəttə ki var. Amma onu da qeyd edim ki, TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) üzrə təhsil alan tələbələrimiz və ya o ixtisası bitirən şəxslər qanun çərçivəsində təhsil ocaqlarında şagirdlərin psixoloji vəziyyətlərini dəyərləndirməli və problemlərini öyrənməlidirlər. Həmin şəxslər terapiya ilə məşğul olmamalıdırlar. Çünki onlara universitetdə keçirilən proqramda terapiya üsulları öyrədilmir. Həmin şəxslər pedaqoq və ya təhsil işçisi kimi formalaşır”. Mütəxəssis, kiminsə peşəsinə, savadına, qabiliyyətinə sözünün olmadığını, sadəcə işin strukturunun qanuni yolla formalaşdırılmasının vacibliyini qeyd edib:  “Əgər fərq olmasaydı bu ixtisası bitirənlər də TQDK-dan 3-cü qrup üzrə yox, 4-cü qrup üzrə istiqamətlərini tutardılar”. Bir daha qeyd edək ki, jurnalistin “İndiki psixoloqlardakı əsas problem nədir?” sualına psixoloq İlkin Kazımlı  “İlk olaraq diplomlarının olmaması,hansısa sertifikatla özlərini psixoloq zənn etmələridir. Sonra müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirib özlərini psixoloq saymaları və əsas da psixologiya elminin adından istifadə etməklə dolandırıcılıqla məşğul olmaları və s.”,deyə cavablandırmışdı. Müəllif: Şəhanə Quliyeva

Azərbaycanda körpələrə “Topuq testi” tətbiq olunacaq

Dünya səhiyyə sistemində tətbiq edilən “Topuq testi” Azərbaycanda tətbiq olunacaq. Psixoloq.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib. Onun sözlərinə görə, yeni doğulan uşaqdan götürüləcək “Topuq testi” üçün avanadlıqlar alınıb: “Bu, xüsusi skrin proqramdır. Onun tətbiqi üçün müəyyən avadanlıqların olması zəruridir. Artıq həmin avadanlıqlar ölkəyə gətirilib. Bir və bir il yarıma kimi həmin layihə Azərbaycanda tətbiq edilməyə başlanacaq. Layihə əvvəl pilot şəklində Bakıda həyata keçiriləcək. İlk növbədə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda tətbiq olunduqdan sonra tədricən respublika ərazisində yerləşən xəstəxanalarda analizlər reallaşacaq. Dünya tibb sistemində olan “Topuq testi”nin 2014-2020-ci illəri əhatə edən dövlət proqramına salınması üçün səhiyyə naziri Oqtay Şirəliyevtərəfindən  təlimat verilib. Həmin test dövlət tərəfindən pulsuz şəkildə gerçəkləşdiriləcək”. Baş pediatr bildirib ki, “Topuq testi” çox maliyyə tələb edir: “Bu test vasitəsilə bir sıra anadangəlmə irsi xəstəliklərin yeni doğulmuş körpələrdə erkən diaqnostikasına nail olacağıq. Uşaqların orqanizmində metobolik xəstəliklərin törətdiyi zəhərlənmələr baş vermədən tədbir görüləcək. Bu test metabolik xəstəliklərə yol açan bəzi hormon və ferment əskikliklərini zamanında ortaya çıxarmağa kömək edəcək. Uşaq doğulandan ilk sutka ərzində götürmək olar. Yenidoğulanlarda xəstəliklərin qarşısını almaq üçün effektli analizdir”. Qeyd edək ki, dünya səhiyyə sistemində “Topuq testi” və ya “tarama testi” adlanan bu test metabolik pozğunluqları aşkar etmək və vaxt itirmədən müalicəyə başlamaq üçün olan rutin testdir. Bu test bir çox ölkələrdə tətbiq olunur. Testlərin nəticəsinə görə xəstəliklərin qarşısı alınır.

Gündə limonu bu qədər yesək...

Diş əti qanamaları bir çox insanın çəkdiyi problemdir.  Psixoloq.az xəbər verir ki, buna diş daşları, yod əksikliyi, damaq xəstəlikləri və s kimi amillər səbəb ola bilər. Yeni aparılan araşdırma nəticələri isə bu problemin qarşısını nisbətən ala bilər. Belə ki, gündə 60 milliqramdan az C vitamini istifadə edənlərin, gündə 180 milliqram C vitamini istifadə edənlərə nisbətdə diş əti iltihabına və qanamalarına məruz qalma ehtimalı daha yüksəkdir. Bu səbəbdən diş qanamalarını azaltmaq üçün gündə əlavə olaraq C vitamini tərkibli limon, portağal və s yeməklə canınızla bərabər dişinizi də qoruya bilərsiniz.

Köhnə təmasları bərpa edin - Astroloji Proqnoz

Qoç – ifrat dərəcədə əqli və emosional yük tələb etməyən işlərlə məşğul olun. Münasibətlərdə diqqətli davranın. Dəyər verdiyiniz insanın gözləntisini anlamağa çalışın. Təzyiq və ya izafi aşkarlıq bu insanla təmasların ssenarisini qəflətən poza bilər. Maliyyə məsələlərində astagəllik hadisələrin inkişafına mane ola bilər. Verilən vədin yerinə yetirilməsinə çalışın. Axşam saatlarında qayğıkeş olun. Buğa – işlərdə tam qarışıqlıq olsa da, rasional davranın. Günün ilk yarısında işlərin əksəriyyətini başa vurmağa çalışın. Bu gün istədiyinizdən artıq güzəştə getməli olacaqsınız. Hadisələrə təsir imkanı çox azdır. Dəyişikliklərin məğzini anlamağa çalışın. Əməllərdə yox, alınan xəbərlərin təhlilində aktiv olun. Maddi məsələlərdə problem yarana bilər. Pul yatırmayın, borc verməyin. Münasibətləri aydınaşdırmağa çalışsanız, münaqişə yarana bilər. Lazımsız əşyalardan qurtulun. Əkizlər – baş verən hər işdə bir məna var. Yeni əlaqələr yaradın, köhnə təmasları bərpa edin, perspektivlər barədə düşünün. Əvvəllər sizi çox maraqlandırmış suallara cavab tapmaq olar. İnformasiyanı müxtəlif mənbələrdə arayın, yazışmanı bərpa edin.Dostla görüşün, qonaq gedin və ya qonaq qəbul edin. Ailədə etimad hər şeydən üstündür. Qısqanclıq üçün səbəb yaratmayın. Əks təqdirdə başağrısı olacaq.Təmir üçün əlverişli gündür. Xərçəng – hadisələri özbaşına buraxmayın, işlərdə qaydaya nəzarət edin. Təmaslar, gələn informasiya perspektivləri artırmaq və yenilikləri sürətləndirmək potensialına malikdir. İşlərə məsuliyyətli yanaşın, nəticəyə istiqamətlənmiş konkret fəaliyyətə üstünlük verin. Şəxsi münasibətlər də çox önəmlidir. İtirilmiş hissləri geri qaytarmaq, baş tutmamış istəyi reabilitasiya etmək niyyəti yarana bilər. Heç bir nəticə verməyən niyyətdən əl çəkmək vaxtı gəlib çatıb. Axşam saatları ünsiyyət üçün əlverişlidir. Lakin hər şey qədərində olmalıdır. Mübahisə etməyin, münasibətləri aydınlaşdırmağa çalışıb haqq-hesab çəkməyin. Şir – yaranan çətinliklərə təmkinli reaksiya göstərin. Gərgin iş rejimində çalışmağınız istisna deyil. Yaxın ətrafınızdakı insanlardan biri sizə ötən vədini xatırladacaq. Borcları qaytarın, yardım edin. Böyük dəyişikliklərin astanasındasınız. Detalların aydınlaşdırılması, suallara cavab alınması gərginliyi azaldacaq. Hər şey istədiyiniz kimi olmasa da, irəliləmək olar. Axşam saatlarında artıq iş görməyin, dincəlin, açıq havada gəzişin. Qız – dəyişikliklər zamanıdır. Gələcəklə bağlı planları götür-qoy etmək, sakitcə düşünmək üçün vaxt tapın. Çoxdan planlaşdırdığınız niyyəti gerçəkləşdirmək, yeni mərhələyə keçmək, bezdiyiniz insan və ya nəsnədən qurtulmaq imkanınız var. Dünyanın ən bəxtəvər insanının kimsəyə möhtac olmayan adam olduğunu unutmayın.Bütün sahələrdə praqmat olun. Alınan informasiyalara laqeyd yanaşmayın. Baş verənlər diqqətə layiqdir. Tələsməyin, tərəfdaş, iş yoldaşı və dostların əhvalı ilə niyyətlərinə huşyar olun. Ətrafınızdakı insanlarla münasibətlərdə hansı yanlışlığa yol verdiyinizi düşünün. Əgər başqasını anlamaq fikriniz varsa, hissiyatınız sizi aldatmayacaq. Yaxınlardan birinə yardım gərəkdir. Tərəzi – bəzən güclü olmaq əslində heç nə etməmək, zəif təsir bağışlamaq isə güc tətbiq etməkdir. Güc sizin üçün bu gün müdriklik olsun. Yeri olan müdriklik. Heç nəyi mürəkkəbləşdirməyin, çünki həyatınızda, onsuz da, müxtəliflik yetərincədir. Maraqlı xəbər alacaqsınız. Ailədəki yeniliklər işə təsir edəcək. Ona görə qüvvələr balansını qoruyun və eyni vaxtda bir neçə işin öhdəsindən gəlməyə çalışın.Şəxsi münasibətlərdə gərginlik mənbəyinə toxunmayın. Kimsəni öz işinizi bölüşməyə vadar etməyin. Ünsiyyətdə ifrata varmayın.İstənilən fiziki iş, evdə çalışmaq fikrinizi dağıdacaq, sizə sakitlik verəcək. Nə zamansa verdiyiniz vədi yerinə yetirin. Əqrəb – depressiyadasınız? Narahat olmayın, həyatınızda ciddi dəyişiklik yaşanır. Hadisələrin inkişafını, hissiyatınızı izləyin. Hansı istiqamətin optimal olduğunu qəlbiniz pıçıldayacaq.Kitablarda olduğu kimi, istənilən işdə çoxlu pisdənsə, az yaxşı daha üstündür. Mövqelərinizi möhkəmlətmək üçün konkret addımlar atın. Tələsməyin, hər şeyi ələ keçirməyə can atmayın. Əvvəlcə müəyyənləşin. Yaradıcı məşğuliyyətdə maraqlı tapıntılar ola bilər. Maraqları dəyişmək və ətrafla qarşılıqlı əlaqənin çərçivələrini genişləndirmək üçün əlverişli gündür. Axşam saatlarında əməllicə istirahət edin. Oxatan – tələblərin bəzilərindən imtina etmədən yenilik, üstünlüklərin bəzilərindən əl çəkmədən irəliləyiş alınmayacaq. Bir insanla isə yollarınızı ayırmalı olacaqsınız. Qüvvə və enerjiniz yeni fəaliyyət sahəsi, yeni maraqlar tapacaq.İndi həyatda intizam və nizama, müxtəlifliyin azalmasına, seçilmiş yolda səbatlı olmağa ehtiyacınız var. Uzanan gözlənti məhz indi situasiyanı hansısa qurban vasitəsilə xilas etmək ehtiyacı yaradır. Diqqət fokusunu dəyişin, seçim edin, üstünlüyü dəqiq dəyərləndirin. Boş səylər göstərməyin. Onsuz da, dəlik kuzəni su ilə doldurmaq mümkün deyil. Oğlaq – qadınların iki silahı var: göz yaşı və göz boyası. Amma qadınlar bu silahların ikisindən də eyni vaxtda istifadə edə bilmirlər. Ona görə qadınlar bu gün sayıq, kişilər isə xanımlarla diqqətli olmalıdır.Bəzi məsələlərdəki yeniliklər sizin dəyişkən mərhələyə qədəm qoyduğunuzdan xəbər verir. Nəyin necə olduğunu bildiyinizi düşünürsünüz. Belədirsə, ətrafınızdakı insanlara qarşı çox tələbkar olmayın. İş yerində qaydaya riayət edin ki, həddən artıq işin olmasından dolayı stress keçirməyəsiniz.İşin xətrinə zəhləniz gedən insanla belə, danışın. Peşəkar aktivliyə maksimum diqqət ayırın. Şəxsi həyatda anlaşılmazlıqla qarşılaşmamaq üçün hadisələri tələsdirməyin. Dolça – bu gün faydalı işlə məşğul olmaq, yaradıcılıq ehtiyatlarından nəyisə əxz etmək olar. Ünsiyyəti yalnız onların yanında özünüzü rahat hiss etdiyiniz insanlarla məhdudlaşdırın. Maraqlandığınız ünsürün axtarışına vaxt sərf etməkdən çəkinməyin. Ehtimalınızı doğruldan, sizi nəyə isə sövq edən məsələni diqqətdən qaçırmayın. Hisslərdə simic olub bütün diqqəti sizin üçün indi çox mühüm olan işə ayırın. Qayğı, güzəşt, yardıma ehtiyacı olan insana dəstək günüdür. Orqanizmi tonusda saxlamağa çalışın. İdman məşqləri və təmrinlər, fiziki iş faydalıdır. Unutmayın ki, insan dünyanı dərk etdiyi miqyasda özünü anlayır. Balıqlar – işdə və evdəki münasibətlər, dostların biri ilə təmaslar indi hadisələrin sınağına çəkilib. Son günlər baş verənlər indi, bu gün daha da aktivləşəcək və transformasiya olaraq təsirlərə dönəcək. Səbəblər sizə “Mümkün deyil!” deyəcək, məntiq “Ağılsızlıqdır!” söyləyəcək, qürurunuz “Faydası yoxdur” bildirəcək və yalnız arzu sizə “Sına, bəlkə alındı!” pıçıldayacaq. Günün təmayülləri pozitivdir, amma müəyyən gərginlik hiss olunacaq.Planlaşdırdığınız bəzi işləri başa vurmaq, yaxın ətrafınızdakı insanlara verdiyiniz vədləri yerinə yetirmək məcburiyyətindəsiniz. Problemlər, yanlışlıqlar üzə çıxacaq. Onları sürətlə həll etməyə çalışsanız da, ətrafınızdakı insanlarla rəvan münasibətləri qorumaq asan olmayacaq. İşdəki münaqişə ciddiləşə bilər.Bu gün dostlarla toplantını və ya sevdiyiniz insanla görüşü təxirə salın. Milli.Az

EFA klubunun oyunçuları mükafatlandırılıb - FOTO

Azərbaycan Çimərlik Federasiyası rəhbərliyi, yeniyetmələr arasında ölkə çempionu adını qazanmış EFA klubunun futbolçuları, məşqçiləri və rəhbər heyəti qəbul edib. Psixoloq.az xəbər verir ki, görüş zamanı oyunçular təbrik edilərək, xatirə hədiyyələri verilib.  Nəzərinizə çatdıraq ki, European Football Academy, bu yarışın yüksək səviyyədə təşkilinə görə, federasiya prezidenti Fərid Novruziyə, vitse prezidenti Fərid Axundova, inzibatçı Rüfət Həsənova, həmçinin yeniyetmə futbolçulara dəstək verən milli komandanın baş məşqçisi Zeynal Zeynalova və milli komandanın üzvü Elvin Quliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Bu vanna ilə ayaqlarınızdakı şişlərdən xilas olun

Uzun səfər, çox ayaq üstə qalmaq ayaqlarınızda şişlik, ağrı yarada bilər. Psixoloq.az xəbər verir ki, qəbul edəcəyiniz ayaq vannası ilə bu kimi problemlərdən xilas ola bilərsiniz. Bunun üçün 1-2 litr suya 1-1,5 xörək qaşığı soda tökün. Su ilıq olsa daha effektli olar. Daha sonra ayaqlarınızı həmin vannada yarım saat kimi saxlayın. Əgər şişlik, ağrı çoxdursa bu vannanı mütəmadi qəbul etməyiniz tövsiyə edilir.