Kolera epidemiyası sürətlə yayılır

Nigeriyanın Kanoe vilayətində kolera epidemiyası səbəbiylə bir həftə ərzində 11 nəfər həyatını itirib. Psixoloq.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Nigeriya Xəstəliklər Nəzarət Mərkəzi (NCDC) 5 gündə epidemiyaya yoluxan 100-dən çox adamın qeydə alındığını açıqlayıb. 47 nəfər xəstəxanalarda yerləşdirilib. Məlumata görə, son iki ay ərziydə ölkədə qeydə alınan 493 xəstədən 67-si dünyasını dəyişib.

Günün ulduz falı: 7 avqust, 2018

Qoç – günün ilk yarısında yaranan problemlərin sayına və formalarına rəğmən onları dəf edə biləcəksiniz. Hətta sizə rəğbət bəsləməyən insanlarla belə, dil tapa biləcəksiniz. Səmimiyyət, dürüstlük və doğru danışmaq sizə dostlar, yaxınlar və həmfikirlərlə münasibətlərdə rəvanlığı qorumağa yardım edəcək. Günün ikinci yarısı uğurludur. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq. Ailənin bütün üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün yaxşı zamandır. Yaşamınızı daha rahat edəcək, məişət problemlərinin həllində işinizi asanlaşdıracaq əşyalar almaq olar. Buğa – təmaslarda ehtiyatlı və sayıq olun. Ətrafınızdakı insanların hamısına kor-koranə etibar etməyin. Bədxahın intriqa və ya manipulyasiyalarının qurbanına çevrilə bilərsiniz. Huşyar davranın. Günün ikinci yarısında hətta ən yaxın bildiyiniz insanları çətinliklə anlayırsınız. Onların niyyət və istəklərini başa düşməyə çalışın. Yaranan problemləri ürəyinizə salmayın. Çətinlikləri dəf edərkən sonradan karınıza gələcək təcrübə qazanırsınız. Yardım istəyənə dəstək olun, müraciəti rədd etməyin. Çünki başqasının problemlərini həll edərkən fikir, niyyət və gözləntilərinizdə qayda yaradırsınız. Əkizlər – günün emosional fonu əlverişli deyil. Əhvalınız pisləşəcək, özünüzü yorğun və pərişan hiss edəcəksiniz. Yaşam enerjinizin tükəndiyini düşünəcəksiniz. Yaxın ətrafınızdakı insanlarla problemlər yaranacaq. Hətta ən yaxın insanlarla dil tapmaq çətindir. Günün ikinci yarısında əhvalınızı yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edin. Təşvişə düşməyin, bədbinliyə qapılmayın. Yalnız bu minvalla mənfi təmayülərin öhdəsindən gələ bilərsiniz. Bilik və məlumatların əldə edilməsi ilə bağlı problemlər yaranır. Aldığınız məlumatları dərin təhlilə uğradın. Axşam saatlarında gəzintiyə çıxın. Səhhətinizə fikir verin. Xərçəng – müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu başlanacaq. Başladığınız işi görmək asan olmasa da, onu tamamlayın. Tənbəl və ətalətli olmayın. Bütün diqqətinizi karyera və peşəkar nailiyyətlər müstəvisinə yönəltsəniz, qarşınızda açılan yeni üfüqləri görəcəksiniz. Günün ikinci yarısında faydalı tanışlıqlar yaratmaq, mövqelərinizi möhkəmləndirmək imkanları var. Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. Laqeyd olmadığınız insanlarda xoş ovqat yaradın. Vədlər verməyə tələsməyin. Onları yerinə yetirmək asan deyil. Şir – günün ilk yarısı uğurlu olacaq. Nüfuzlu şəxslə söhbətdə mövqelərinizi müdafiə edin. Planlarınızı reallaşdırın, başladığınız işləri başa vurun. Vaxtınızı hədər yerə sərf etməyin, çünki saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. Enerji resurslarınız isə tükənməyə başlayır. Günün ikinci yarısında ciddi, böyük miqyaslı işə başlamayın. Yaxınlarınızla dil tapın. İşgüzar təmaslarda çətinliklər formalaşır. Axşam saatlarını istirahətə həsr edin. Qız – günün ilk yarısı uğursuz olacaq. Yaxın ətrafınızdakı insanlarla təmaslarda problemlər yaranacaq. Sərt və aqressiv davranmayın. Maliyyə çətinlikləri, planlaşdırılmamış xərclər istsina deyil. Günün ikinci yarısında maliyyə vəsaitindən məntiqlə yararlanın. Yaxın ətrafınızdakı insanların əməllərinə görə məsuliyyəti boynunuza götürməyin. Ailə üzvlərinizin problemlərini həll edin. İşlərinizdə qayda yaradın. Axşam saatlarında kiçik hədiyyələr, xoş sürprizlər ola bilər. Tərəzi – mənfi təmayüllərin təsiri güclü olsa da, gün ümidsiz deyil. Qarşınıza dürüst və real məqsədlər qoyun. Belədə vaxtınızla yanaşı, qüvvənizə də qənaət edə bilərsiniz. Planların bir qismini nüfuzlu şəxsin yardımı və ya təsiri ilə həll edə bilərsiniz. Amma həmin şəxs bundan sonra da işlərinizə müdaxilə edəcək. Çox xoşagəlməz, arzuolunmaz vəziyyətlər alınacaq. Günün ikinci yarısında alış-veriş etmək, şübhəli biznes layihələrə qatılmaq, pul yatırmaq məsləhət deyil. Planlaşdırılmamış gəlir istisna deyil. Əldə etdiyiniz pulu israf etməyin. İntuisiyanıza güvənin. Onun işarələri yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha tez və məntiqidir. Əqrəb – müsbət təmayüllərin təsirindən yararlanaraq başladığınız işləri başa vurun. İradə, qətiyyət və əzm önəmlidir. Onlar olmadan ciddi uğur əldə etməyəcəksiniz. İlkin işgüzar danışıqlar aparmaq, iş yerinin dəyişdirilməsi ilə bağlı məsələləri müzakirə etmək olar. Lakin yekun qərar qəbul etməyə tələsməyin. Az sonra niyyətlərinizdə dəyişikliklərə səbəb ola biləcək məlumat alacaqsınız. Günün ikinci yarısında ehtiyatlı olun. Alət və avadanlıqlarla çalışanda diqqətli davranın. Sükan arxasında uzaq səfərlərə yollanmaq məsləhət deyil. Oxatan – siyasi və ictimai prolseslərə maraq arta bilər. Əsl dəyərlər, ədalət uğrunda səylərinizi əsirgəmədən mübarizəyə başlamaq istəyirsiniz. Güclü rəqiblə qarşılaşanda belə, geri çəkilməyin. Ona qalib gələ bilərsiniz. Qələbəyə özünüz də təəccüblənəcəksiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün günün ikinci yarısında maksimum səy göstərin. İşdə və evdə münaqişə istisna deyil. Problemin ciddiləşməsinə imkan verməyin, səmimi və soyuqqanlı olun. Yaşlı qohumlarla münasibətlərdə problemlər yaranacaq. Oğlaq – düşərli və məhsuldar gündür. Əvvəllər çözməyə cəsarət etmədiyiniz problemlərin öhdəsindən gələcəksiniz. Peşəkar fəaliyyət müstəvisində əməkdaşlıqla bağlı gözlənilməz təkliflər alacaqsınız. İş yerinizi dəyişmək barədə düşünə bilərsiniz. Daha maraqlı, maaşı çox olan iş arayırsınız. Günün ikinci yarısında cəsarətli ideya və fikirləri reallaşdırmaq, eksperimentlər aparmaq olar. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz insana doğru ilk addım atsanız, yaxşılığa doğru köklü dəyişikliklərə başlaya bilərsiniz. Axşam saatlarını yaxınlarınızın yanında keçirin. Dolça – müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu alınacaq. İşgüzar danışıqlar məhsuldar olacaq. Sizi istənilən situasiyada dəstəkləməyə hazır insanla qarşılaşacaqsınız. Nüfuzlu hami də ola bilər. O, qarşılaşdığınız bir sıra prolemləri özü həll edəcək. Günün ikinci yarısında anlaşma və ya müqaviləyə nail olmaq, mühüm sənəd imzalamaq olar. Şəxsi münasibətlər baxımından da əlverişli zamandır. Planları, həyƏcanları və niyyətlərini sizinlə bölüşmək istəməyən insanla davranış modelindən intuisiyanız xəbər verəcək. Axşam saatlarını yaxınlarınızla keçirin. Balıqlar – gün gözlədiyinizdən də uğurlu olacaq. Bel bağlamadığınız işlərdə uğur əldə edə bilərsiniz. Xoş sürprizlər, qəfil kəşflər ola bilər. İşdə həmkarlarla fikir ayrılıqları və ixtilafları aradan qaldıracaq, son vaxtlar dil tapa bilmədiyiniz insanlarla münasibətləri normallaşdıracaqsınız. Günün ikinci yarısında peşəkar mövqelərinizi möhkəmləndirməyi unutmayın. Gəlirlər, gəlir mənbələri arta bilər. Alış-veriş üçün əlverişli gündür. Axşam saatlarında xüsusilə diqqətli olun. Milli.Az

Bunları suya qatıb içsəniz…

Hər səhər suya bir neçə limon damcısı sıxıb içmək çox faydalıdır. Diyetoloqlar bildirir ki, limonu müxtəlif bitkilərlə əvəz etmək olar. Psixoloq.az Publika.az-a istinadən bu yazıda oxucuları suyu daha dadlı edən üsullarla tanış edib. Burada çətin heç nə yoxdur, suya sadəcə bir inqrediyent əlavə edəcəksiniz. Ödəmə qarşı duz Adət etdiyimiz duz orqanizm üçün zərərli sayılır. Lakin adi duzlardan fərqli olaraq, Himalay duzu orqanizmdə su saxlamır, əksinə onu bədəndən çıxartmağa kömək edir və ödəmin yaranmasına səbəb olmur. Belə su susuzluğu daha tez öldürür, nəinki adi limonlu su. Bundan əlavə, onun tərkibində faydalı minerallar və antibakterial xüsusiyyətlər boğaz ağrılarını aradan qaldırmağa kömək edir. Bir litr suya çay qaşığının dörddə biri qədər duz əlavə edin. Darçın Pəhriz saxlayanların sevimli ədviyyatı şirniyyat istəyinin qarşısını alır. Onu suya əlavə etdikdə ən yaxşı xüsusiyyətləri su ilə qarışır. Metabolizmi yaxşılaşdırır və qanda qlükozanın səviyyəsini azaldır, nəticə etibarilə şirniyyat istəyini yox edir. Axşam yatmazdan əvvəl bir litr suya 4-5 darçın çubuğu əlavə edin. Səhər yüngül tünd ətirli kokteyldən ləzzət alın. Sızanaqlara qarşı xlorofil Maye xlorofil təbii dezodorant təsiri göstərir, həzmi yaxşılaşdırır və orqanizmi təmizləyir. Amma xlorofilli suyun başqa faydalı xüsusiyyətləri də var. O, akne xəstəliyinin törədicisi olan bakteriyaların sayını azaldır, yaraların tez sağalmasına səbəb olur və kollagen istehsalını stimullaşdırır. Bir sözlə, belə yaşıl su təmiz və sağlam dəri üçün ideal kokteyldir. Bunun üçün bir stəkan suya bir çay qaşığı xlorofil əlavə edin. Sarıkök Bu məşhur antioksidant və C vitamini anbarı qırışların yaranmasını qarşısını alır, hətta anti-yaş (yaşlılıq əleyhinə) xassələrini suda da qoruyub saxlayır. Ancaq təbii dərman sayılan bu ədviyyatdan sadəcə profilaktika məqsədilə istifadə olunmur: O dəri rəngini yaxşılaşdırır və yüksək iştahanı normallaşdırır. Hər səhər isti suya yarım çay qaşığı sarıkök əlavə edib için. Müalicə kursunu 2-4 həftə yerinə yetirməyi məsləhət görürlər. İki ay fasilə verdikdən sonra kursa yenidən başlaya bilərsiniz.

"Axmaq insanların iyrənc əməllərinin nəticəsi məni maraqlandırmır" - Xalq artisti Anar Nağılbaz barədə İLK DƏFƏ

Anar repi ilk dəfə Azərbaycanda səndən eşitdik. Sonra rep və estrada musiqisini birlikdə yenə sən bəstələdin. Çoxları onunla duet oxuma desə də, mən çox bəyəndim və səninlə birlikdə bir neçə musiqi ifa etdim”. Psixoloq.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova mərhum reper Anar Nağılbaz haqqında sosial şəbəkədə yazıb. Anar Nağılbazla “Mən səni sevirəm” və “Gecələr” kimi bir vaxtlar olduqca hit olan mahnılar oxuyan sənətçi reperin çox istedadlı insan olduğunu deyib: “Sən istedadlı insan idin. Başına gələnlər mənə maraqlı deyil. Çünki axmaq insanların iyrənc əməllərinin nəticəsi məni maraqlandıra bilməz. Heyif ki, fitnə-fəsad sənin taleyini və müqəddəratını həll etdi. İnanıram ki, başqasının bədbəxtliyi üçün çalışanlar mütləq ilahi ədalətə tuş gələcəklər”.(publika.az)

Bakıda işsizlərin sayı açıqlandı

2018-ci ilin iyun ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilən vətəndaşların sayı 19 min 274 nəfər təşkil edib.  Psixoloq.az xəbər verir ki, işsizliyə görə müavinət alanların sayı 1208 nəfər, işsizlik üzrə müavinətin hesablanmış orta aylıq məbləği 334,07 manat olub.  Bakı şəhəri üzrə işsizlik statusuna malik olanların 7374 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat iyun ayının axırına şəhər üzrə cəmi 2344 nəfərdir, onlardan 2060 nəfəri fəhlələrdir.   İşləyənlərin sayına gəldikdə isə, hesabat dövründə Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13 min 115 nəfər artaraq, 709 min 689 nəfər olub.(oxu.az)

Yumurta qabığının bu günə qədər bilmədiyimiz FAYDALARI

Yumurta qabığını zibilə atmaq əvəzinə yemək daha məsləhətlidir. Psixoloq.az xəbər verir ki, bu barədə alimlər yeni araşdırmanın nəticələrini açıqlayarkən bildiriblər. Yumurtanın qabığını 93 dərəcədə 10-15 dəqiqə sobada bişirmək lazımdır ki, tərkibindəki bakteriyalar ölsün. Alimlər qeyd edirlər ki, yumurtanın qabığında kalsiumun miqdarı çoxdur. Yumurta qabığının 95 faizi kalsium karbonatla zəngindir. Sadəcə bir yumurta qabığının tərkibində 2 qram kalsium var. Amma yumurta qabığını qətiyyən çiy formada yemək olmaz.  Əvvəlcə qabıqları qaynadın, sonra isə sobada 93 dərəcədə 10-15 dəqiqə bişirin. Bişmiş qabıqları üyüdün və toz şəklinə salın. Qabığın tərkibindəki kalsium qadınlarda qocalma ilə əlaqədar üzə çıxan osteoporoz ağrılarını və sümük əriməsinin qarşısını alır. Üyüdülmüş yumurta qabığını un ilə karışdırmaq və bu undan müxtəlif məmulatlar hazırlayıb yemək olar. Amma diqətli olmaq lazımdır ki, kalsiumun çox olması da orqanizmə ziyandır. Normal bir insanın gündəlik kalsium ehtiyacı 1 qramdır.(ölkə.az)

Küçə itləri çoxalıb — ŞİKAYƏT

Bakı şəhərinin Binəqədi rayonu ərazisində sahibsiz itlərin sayı çoxalıb. Sakinlər ölkə.az-a bildirib ki, rayon ərazisinə daxil olan keçmiş Azərbaycan Beynəlxalq Universiteti (ABU), "Dərnəgül" metro stansiyası və Abay Kunanbayev küçəsinin yaxınlığında küçə itləri insanlara hücum edir və onları qorxudur. Bundan başqa rayonun 9-cu mikrorayon ərazisində də küçə itlərinin sayı çoxdur. Zeytunluq bağı  deyilən ərazidə isə küçə itlərinin sayı daha çoxdur. Burada sürülərlə küçə itləri gəzir. Bina sakinləri bildirirlər ki, gecələr sürü ilə gəzən itlərin hürüşməsi, insanlara hücum halları artıb.Sakinlər deyir ki, Binəqədi rayonunda it dişləmə faktları çoxalıb: "Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsindən xahiş edirik ki, sahibsiz itləri bizim ərazimizdən toplasınlar. Məhəllələrdə itlərə görə rahat hərəkət edə bilmirik. Həyətdə oturmaq olmur. Axşam qorxa-qorxa gəzirik. Bizi ən çox narahat edən məsələ uşaqların təhlükəsizliyidir". Küçə itlərindən şikayət edən sakinlər Bakı Şəhər İcra Hakimiyyətini sahibsiz heyvanlara qarşı mübarizədə fəal olmağa çağırıb.

Professor: "Az qala gen xəritəsinə qədər bilən həkimlər olur"

Azərbaycanda ailə həkimi institutunun yaradılması ilə bağlı məsələ son günlər yenidən aktuallaşıb. Mütəxəssislər hesab edir ki, ailə həkimi institutunun formalaşması xəstəliklərin vaxtında aşkar edilməsinə və daha çevik müalicəsinə imkan verə bilər. Psixoloq.az xəbər verir ki, moderator.az-a açıqlama verən professor Adil Qeybulla ailə həkimi institutunun sahə həkimi sistemindən daha mütərəqqi bir sistem olduğuna diqqət çəkdi: “Ailə həkimi institutu Qərb təbabətində təbabətin bir hissəsidir. Qabaqlar bizdə sahə həkimləri var idi. Evə ilk çağırışa gələn həkim də sahə həkimi olurdu. Həmin sahə həkimləri də xəstələri lazımı yerə yönləndirirdi. Xəstə lazım olanda evdə, lazım olanda isə stasional müalicə alırdı. Sahə həkimlərinin kifayət qədər səlahiyyəti var idi. Onlar poliklinikalarda otururdu. Ailə həkimi institutu isə daha rassional bir institudur. Bu qəbildən olan həkimlər konkret bir neçə ailəni nəzərdə saxlayır. Onlar həmin ailələrin bütün xəstəliklərini, az qala gen xəritəsinə qədər bilən həkimlər olur. Bu həkimlər üçün xəstəni yönləndirmək daha asan olur.  Ailə həkimi institutu özünü doğruldan rassional bir institutdur. Təbabətin ayrılmaz hissəsidir. Hesab edirəm ki, bu institut sovet təbabətində olan sahə həkimi institutundan daha effektlidir”.

Bu dərmanlar hamilə qadınlar üçün zərərlidir - Düşük yaradır

Makrolid, xinolon, tetratsiklin, sulfonamid və metronidazol qeyri-ixtiyari abort, düşük riski yaradaraq, hamiləliyin 20-ci həftəsinə kimi zərərlidir. Psixoloq.az xəbər verir ki, bu barədə Kanada tibbi asosiasiyasının elmi dərgisində çap olunan yeni araşdırma nəticələrində bildrilib. Belə  ki, 8700 nəfər hamiləlikdə düşük keçirmiş qadınların tibbi sığorta məlumatlarında qəbul etdikləri dərmanlar araşdırılıb. Məlum olub ki, 16% qadınlar hamiləliyin birinci trimestrində antibiotik qəbul ediblər. Antibiotiklərdən Azitromisin düşük riskini 65%, klaritromisin isə 2 dəfə artırıb.

Bakıda ən aşağı və yüksək maaş verilən sahələr bəlli oldu

2018-ci ilin yanvar-may aylarında Bakı şəhərində əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 2,1 faiz artaraq, 790,6 manat olub. Psixoloq.az xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə qeydə alınıb. Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.(oxu.az)

Sabaha olan Hava Proqnozu

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 7-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Bununla əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-35, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, avqustun 7-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.(oxu.az)

Psixoloqun sözü tələbələri əsəbləşdirdi – Kim haqlıdır?

Ötən günlərdə psixoloqla apardığımız müsahibə qalmaqala səbəb olub. Psixoloq.az xəbər verir ki, müsahibə zamanı psixoloq İlkin Kazımlının psixologiya sahəsindəki boşluqlar barədə danışarkən dediyi sözlər, bu ixtisas üzrə təhsil alan tələbələrin narazılığına səbəb olub. Bakı Qızlar universitetinin tələbəsi Şəbnəm Cəlilova, psixoloqun, müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirənləri psixoloq saymamağı fikrinə tənqidlə yanaşıb: “Mütəxəssisin dediyindən bu anlaşılır ki, sanki biz bu ixtisası boş yerə oxuyuruq. Biz də təhsildə sosial psixologiya xidmət ixtisası üzrə oxuyuruq.Yəni məktəb psixoloqu. Müasir zamanda bu fənni həqiqətən heç ediblər. Bu sahənin maaşı da azdır. Psixoloq deyir ki, bu ixtisası bitirənlər özlərini psixoloq hesab edirlər. Anlamıram nə hesab etməliyik ? Biz demirik ki tibbi psixologiya oxumuşuq. Efirə çox sayda uşaq psixoloqları çıxırlar. Onlar bizim sahə üzrə bitiriblər də. Fərqimiz odur ki, onlar ixtisas seçimi üzrə xəstəxanada işləyə bilər. Ancaq biz işləyə bilmərik düzdür amma belə söyləməyi də yanlışdır. İxtisasımız budur”. Gənc psixoloq namizədi mütəxəssisin bu sözlərlə tələbələri həvəsdən saldığını da qeyd edib. “Xüsusilə də birinci kurslar bu sözlərdən sonra peşələrinə qarşı daha həvəssiz yanaşa bilərlər. Onlar tibb sahəsi üzrə bitiriblər biz də 3-cü qrup üzrə bu ixtisasa daxil olmuşuq. Mən həvəsdən düşmürəm çünki sənətimi dərk edirəm. Amma ixtisas seçimi edənlərə birbaşa mənfi təsirdir”,-deyə Şəbnəm Cəlilova vurğulayıb. Məsələ ilə bağlı Psixoloq.az-a açıqlama verən  EMDR terapevt, psixoloq Yeganə Özçelebinin sözlərinə görə, təhsildə psixoloji xidmət ixtisasını bitirən psixoloqar, baxça, məktəb, universitetdəki insanlarla işləyirlər: “Həmçinin belə psixoloqlar valideynlərlə, yaşlı insanlarla da işləyə bilirlər. Bu səbəbdən, onlara psixoloq kimi baxmamaq çox yanlışdır. Biri var sertifikat alanlar... Biri də var dövlət imtahanı verərək dövlət diplomu alaraq bu sahə üzrə yiyələnənlər. Bəziləri var ki sadəcə hansısa kursdan sertifikat alırlar. Burada onlara şübhə ilə yanaşma ola bilər. Çünki bu kursda nə dərəcədə bu sahəyə ciddi yanaşılıb, nə öyrədilib bilinmir. Ancaq universitet bitirən tələbələrə dövlət  bu ixtiyarı verir. Bu sahəni bitirən gənc psixoloqlar klinikalarda da psixoloq kimi işləyə bilərlər. Dərman yazmaq hüquqları olmasa da psixoloq kimi təbii ki işləyə bilərlər. Savad dərəcəsini də pasiyent dəyərləndirir”. Mütəxəssis bu sahədə boşluğun olduğunu da qeyd edib. “Heç bir universitetdə psixologiya üzrə praktikaları düzgün, normal şəkildə keçmirlər. Bu gizli bir şey deyil. Psixoterapevt olmaq üçün xaricdə və ya burda kurslarda iştirak etmək vacibdir. Həqiqətən burada bu sahə üzrə boşluq var”,-deyə Özçelebi vurğulayıb. Psixoloq, gənc psixoloqların univeristeti bitirdikdən sonra müəyyən təhsil mərkəzlərində işə başlamalarını tövdiyə edib: “Bununla praktikanı daha yaxşı keçərək biliklərə yiyələnə bilərlər. Çünki belə mərkəzlər çox sayda uşaqlarla işləmək imkanı verir. Azərbaycanda təəssüf ki terapiyanı öyrətmirlər. Bu da qarışıqlığa səbəb olur. Kurslar bu cəhətdən çox mühümdür”. Qeyd edək ki, jurnalistin “İndiki psixoloqlardakı əsas problem nədir?” sualına psixoloq İlkin Kazımlı  “İlk olaraq diplomlarının olmaması,hansısa sertifikatla özlərini psixoloq zənn etmələridir. Sonra müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirib özlərini psixoloq saymaları və əsas da psixologiya elminin adından istifadə etməklə dolandırıcılıqla məşğul olmaları və s.”,deyə cavablandırmışdı. Şəhanə Quliyeva

Arı sancması hansı halda ölümə səbəb ola bilər?

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində bədbəxt hadisə baş verib. Qəsəbənin korpus 8 ünvanında yaşayan, 1961-ci il təvəllüdlü Nizami Mirzəyevi arı sancıb. Həmin şəxsin ailə üzvləri dərhal təcili yardım çağırıblar. Nizami Mirzəyevi xəstəxanaya çatdırmaq istəsələr də, 57 yaşlı kişi yolda keçinib.  Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. İnsan hansı halda arı sancmasından dünyasını dəyişə bilər? Arının zəhəri insan həyatı üçün təhlükə yarada bilərmi? Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, toksikoloq Azər Maqsudov belə hadisələrə nadir hallarda rast gəlindiyini bildirir. Həkimin sözlərinə görə, arı sancması zamanı insanın ölümünə səbəb arının neştərindəki zəhər deyil: "Arı sancmasından ölüm yalnız o halda ola bilər ki, arı insanı ağız, baş, boyun nahiyəsində yerləşən yumşaq toxumalardan sancar. Belə halda da çox vaxt ölüm baş vermir. Ola bilər ki, arı qida məhsulu ilə insanın ağız boşluğuna daxil olar, orada dil və ya digər yumşaq toxumaları sanca və şok vəziyyət yarada bilər. Həmin vəziyyətdə insan ölə bilər. Digər halda arı sancması nəticəsində ölüm müşahidə olunmur. Bizim şöbəyə arı sancması ilə bağlı müarciətlər edirlər. Lakin, heç bir halda ölüm halı olmayıb". A.Maqsudov bildirib ki, arı sancmasından sonra şok vəziyyəti, ölüm daha çox həssas insanlarda baş verir: "Arının neştərində zəhər həddindən artıq azdır. Bu zəhərin həm təsiri azdır, həm də miqdarı. Zəhərin kimyəvi tətkibi də biokimyəvi maddələrlə zəngin deyil. Bu prosesdə əsasən orqanizmin həssaslığı rol oynayır. İnsanın orqanizmi həssas olur, arı sancmasından şok yaşayır və bu da onun ölümünə səbəb ola bilər". Şöbə müdiri bildirib ki, iyun-iyul aylarında toksikologiya şöbəsinə arı sancması ilə bağlı 4 nəfər müraciət edib: "Onlardan 3-ü iyun, 1 nəfər isə iyul ayında müraciət edib. Həmin şəxslərə lazımi tibbi xidmət göstərilərək evə buraxılıb. Əsasən arı insanları isti aylarda sancır".(xezerxeber)

Oyuncaq silahlarla bağlı ÇAĞIRIŞ

İsveçdə 20 yaşlı cavan insanın faciəli ölümündən sonra Uşaq oyuncaqlarının satıcılarının Assosiasiyası öz üzvlərini mağazaların rəflərini oyuncaq silahlardan təmizləməyə çağırıb. Psixoloq.az publika.az-a  istinadən xəbər verir ki, bu haqda assosiasiyanın açıqlamasında deyilir. “Biz assosiasiyanın bütün üzvlərini əsl silahla qarışdırıla biləcək oyuncaq silahlar satmamağa çağırırıq. Bu, bizim inadlı tövsiyəmizdir, hər üzv qərarı müstəqil qəbul bilər”, - müraciətdə bildirilir. Xatırladaq ki, avqustun 2-də İsveçin paytaxtı Stokholmda əlində oyuncaq silahla evdən qaçan 20 yaşlı Erik Torel polis tərəfindən öldürülüb. Gənc daun sindromlu idi. Gəncin atası Riçard Torel oğlunun gecə yarısı evdən qaçdığını və bu səbəbdən polisdən yardım istədiyini söyləyib. Ancaq Torel polisin oğlunun əlindəki oyuncaq silaha görə 3 dəfə atəş açdığını və onu öldürdüyünü qeyd edib. Prokuror Martin Tiden gənci vuran polis barəsində cinayət işinin açıldığını, ancaq sözügedən polisin də uşaqdan şikayətçi olduğunu bildirib.

EFA komandası Azərbaycan çempionatının qalibi oldu - FOTO+VİDEO

Yeniyetmələr arasında keçirilən çimərlik futbolu üzrə ilk Azərbaycan çempionatı başa çatıb. Psixoloq.az xəbər verir ki, Bakı Su İdman Sarayında keçirilən son turda "Yasamal" komandasına 5:3 hesabı ilə qalib gələn EFA birləşməsi Azərbaycan çempionu adına layiq görülüb. Teymur Eyvazov və Kamran Bayramovun yetirmələri, turnir ərzində savadlı və əzmkar oyunları ilə rəqiblərindən üstün olduqlarını nümayiş etdiriblər. EFA komandasının oyunçusu Nihat Əhmədzadə isə ilk ölkə çempionatının ən yaxşı oyunçusu seçilib. Ümid edirik ki, gənc futbolçularımızın kariyerasındakı ilk çempionluq onlara uğur gətirər və müvəffəqiyyətləri davamlı olar. Bu münasibətlə biz də təbriklərə qoşulur, "European Football Academy" futbol klubunun bütün heyətini və EFA azarkeşlərini qələbə münasibəti ilə təbrik edirik.

Məşhur aktyorun vəziyyəti ağırdır - Təcili xəstəxanaya çatdırılıb

Tanınmış məşhur türk aktyoru Cüneyt Arkının səhhəti ağırlaşıb. Psixoloq.az xəbər verir ki,  bağ evində dincələn əfsanəvi kino ulduzu tənəffüs problemi yaşayıb. 81 yaşlı aktyoru yaxınları dərhal təcili tibbi yardım maşınıyla özəl xəstəxanaya aparıb. İlk müayinələrdən sonra C.Arkın reanimasiyaya yerləşdirilib.

Kolleclərə daxil olmaq istəyənlər üçün son gün

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Bu gün axşam saat 23:59-dək abituriyentlər ixtisas seçimi edə bilər. Bu saata olan məlumata görə Azərbaycan bölməsi – 11444, rus bölməsi – 227 olmaqla ümumilikdə 11671 abituriyent ixtisas seçimi edib. Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.(publika.az)

Siqaret asıllığını azaldan RESEPT

Siqareti tərgitmək xüsusilə kişilər üçün çətin mərhələdir. Bu pis vərdişdən yaxa qurtarmaq üçün ilk olaraq güclü iradə tələb olunur. Psixoloq.az siqaret asıllığını azaldan və tədricən yox edən resepti təqdim edir: İnqrediyentlər: 1 stəkan limon suyu 200 ml çobanyastığı çayı 1 stəkan qreypfrut şirəsi 30 ml kokos yağı 30 ml jojoba yağı 30 ml zeytun yağı 5 qram təzə kəklikotu Hazırlanması: Təzə kəklikotu istisna olmaqla, bütün inqrediyentləri məcun halını alana qədər qarışdırın. Qarışıq hazır olduqdan sonra təzə kəklikotunu əlavə edib bir daha qarışdırın. Bədəniniz siqaret tələb etdikdə yarım stəkan bu qarışıqdan için, ya da barmağınızla dodaq və bunun arasındakı məsafəyə sürtün. Müalicə kursunu 21 gün ərzində tətbiq edin. Araşdırmalar göstərir ki, qarışığın təsiri 21 gündən sonra hiss olunur. (publika.az)

Əl ilə yoxladıqda... - Kolbasa alarkən bunlara diqqət edin

Ət məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Psixoloq.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən oxu.az-a verilən məlumata görə, istehlakçı üzərində etiketi olmayan, istehsal və son istifadə tarixi qeyd edilməyən, yaxud son istifadə müddəti bitmiş, keyfiyyətinə şübhə etdiyi, hermetik qablaşması, yaxud süni qoruyucu qabığı zədələnmiş (cırılmış), kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə etdiyi kolbasa məmulatlarını almamalıdır. Kolbasa məmulatını əl ilə yoxladıqda nə çox bərk, nə də çox yumşaq olmalıdır. Kolbasanı bıçaqla kəsdikdə qiyməsinin rəngi kolbasa üçün xarakterik olmalıdır. Kolbasa məmulatının (sellofandan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olmalı, ətə yaxşı yapışmalı, qabığın üzərində kif əlamətləri olmamalıdır. Çiy hisə verilmiş kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş və hava ilə dolu yerlər olmamalıdır. Kolbasa soyuducuda saxlanılarkən digər qida məhsulları ilə eyni paketdə və ya qabda saxlanmamalıdır. Həmçinin məhsulun üzərində orjinal etiketi və tərkib hissəsi mütləq şəkildə qeyd edilməlidir. Bəzən marketlər öz loqolarını və ya qiymət etiketini yapışdıraraq məhsulun üzərindəki istehlakçının bilməli olduğu vacib hissələri məqsədyönlü şəkildə bağlayır. Bu zaman məlumatı oxumaq üçün etiketin açılmasını tələb etmək lazımdır. Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 – Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur. Kolbasanın tərkibində olan digər bir qida əlavəsi isə E-621 – qlütamat maddəsidir. Bu maddə dadlandırıcıdır, eyni zamanda insanlarda məhsula qarşı asılılıq yaradır. E-250 qida əlavəsi isə natrium-nitrit konservant olub, boya maddələri immun sisteminə pis təsir edir, bağırsağın təbii mikroflorasını pozur, insan orqanizminə kanserogen təsir göstərir. Sağlamlıq insan həyatı üçün ən böyük sərvətdir. Sağlamlığın əsası isə düzgün qidalanmadan asılıdır. Qidalanmamıza, yediyimiz, içdiyimiz məhsullara, onların tərkibinə diqqət yetirməli və tərkibində bizə tanış olmayan maddələrin olduğu məhsullardan uzaq durmalıyıq.

Su olmayacaq - Xəbərdarlıq

Bu gün Yasamal rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər yaranacaq. Psixoloq.az xəbər verir ki, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, avqustun 6-da yenidənqurma işləri ilə əlaqədar Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Siz məqalənizi yazın - Biz sizi tanıdaq

Artıq psixoloq, psixiatr, loqoped, defektoloq, yaşam koçları habelə bu sahələr üzrə təhsil alan gənc mütəxəssislər portalda qeydiyyatdan keçərək sahələri üzrə məqalələr yazaraq portalda yerləşdirə biləcəklər. Psixoloq.az xəbər verir ki, portalınn sözçüsü  bildirib ki, məqalələr sayt redaktoru tərəfindən redaktə edildikdən sonra oxucu auditoriyasına çatdırılacaq: "Bunu etməkdə məqsədimiz, ölkədə psixoloqların mediaya çıxışını təmin etməklə cəmiyyətə psixi sağlam xəbər oxutmaqdır". Bu səbəblə portal tərəfindən "Məqalə yaz" videosu hazırlanıb. Həmin videonu sizə təqdim edirik.

Günün qoroskopu: tamahkarlıq etməyin

Qoç – Heç də pis gün deyil. Hadisələrin nisbətən ləng axarından narahat olmayın, qıcıqlanmayın. Yaxın ətrafınızdakı insanları tələsdirməyin və olaylara süni təkan verməyin. Yaşamın aram ritminə uyğunlaşın. Bu minvalla anlayacaqsınız ki, qüvvələrinizə qənaət edə bilirsiniz. Səbrli, dözümlü olun, emosiyaların tələsinə düşməyin. Çətin məsələlərin həlli və müzakirəsi üçün yaxşı gündür. Mühüm görüşü günorta saatlarında keçirin. Məhz bu zaman həmsöhbətlə asanlıqla dil tapa bilərsiniz. Axşam saatlarında yaxşı istirahət edin. Buğa – Yeni perspektivlər və cazibədar imkanların yarandığı gündür. Vədlər verən və nələrdənsə bəhs edən insanlara asanlıqla inanmayın. İndi arxasınca getməyə hazır olduğunuz, inandığınız insandan əslində mümkün qədər uzaq durmalısınız. Maliyyənizlə risk etməyin. Səfərə yollanmaq fikrinə düşsəniz, ailə üzvlərinizi də unutmayın. Tənha iş və təkbaşına fəaliyyət üçün uğursuz gündür. Axşam saatlarında şəxsi münasibətlərlə bağlı əhəmiyyətli qərar qəbul etməyin. Əkizlər – Qarışıq, laübalı, mürəkkəb gündür. Hədsiz dərəcədə kəmhövsələ olmayın. Aqressiv davranmayın. Diqqətli, sayıq, həssas olun. Soyuqqanlı olsanız, bədxahlarınız pərişan qala bilər. Konstruktiv ideya hasil edərək onu gerçəkləşdirməyə çalışın. Ən maraqlı imkanlarla üzləşə bilərsiniz. Uğurlu olun, işgüzar əlaqələr və şəxsi münasibətlər sahələrində qayda yaradın. Günün ikinci yarısında alacağınız təklifi rədd etməyin.Gəlir istisna deyil. Çəkinməyin, risk edin. Xərçəng – Sakit gündür. Qüvvələrinizi toplayın, səylərinizi cəmləşdirin, yaşam arealı və işlərinizdə qayda yaradın.Sizdən xaruqələr tələb olunmur. Məsuliyyətli və yaxın perspektivdə işlərinizə ciddi təsir edəcək qərarlar qəbul etməyin. Cari işlərin öhdəsindən gəlin, gələcək barədə düşünün. Gərəkli insanlarla görüş, istənilən formalı ilkin razılaşmaların əldə edilməsi üçün yaxşı gündür.Alış-verişdə bədxərclik etməyin. Pullarla bu gün asanlıqla vidalaşsanız da, sonradan belə hərəkətlərinizə görə peşman ola bilərsiniz. Səfər və ya səyahət planlaşdırıbsınızsa, təşkilati məsələlərin həlli üçün vaxta qənaət etməyin. Ləngimə və təxirəsalmalar sizi təbdən çıxarmasın. Axşam saatlarında stressdən qurtulun. Şir – Diqqətli olun. Kiçik və ilk baxışdan önəmsiz təsir bağışlayan məsələlərə diqqətlə yanaşın. Yalnız belədə yalan və səhvlərin qarışığını aydın görə bilərsiniz. Sizə bəlli, hamının agah olduğu faktlar kimi təqdim olunan məsələlər əslində müəmmalı ünsürlər ola bilər. Bədxahların sizə qurduqları tələyə düşməmək üçün soyuqqanlı davranın. Yaşlı, təcrübəli dost və qohumların biliklərindən istifadə edin. Bu minvalla öz səhvləriniz bahasına təcrübə qazanmaq məcburiyyətindən qurtula bilərsiniz. Maliyyə itkiləri istisna deyil. Planlaşdırılmamış alış-verişdən, şübhəli layihələrə sərmayə yatırmaqdan qurtulun. Qız – Bu gün nüfuzlu şəxsdən dəstək almaq, ciddi uğura nail olmaq şanslarınız var.Mövqelərinizi möhkəmləndirin. İrəliyə doğru hərəkətə mane olan daxili sədləri dəf edin. Qətiyyət və enerjili davranış bir sıra problemlərin öhdəsindən gəlməyə yardım edə bilər. Şəxsi münasibətlərdə təşəbbüskar olun.Lakin bu gün bütün işlərin asanlıqla alınacağını düşünməyin. Müqavimət və ya dəf olunmayacaq güclə qarşılaşmaq şansınız az deyil. Günün ikinci yarısında diqqətli, sayıq olun. Xoşagəlməz hadisələri, proseslərin uğursuz axarını hiss edin. Tərəzi – Əlverişli, uğur vəd edən gündür. Enerjili və aktiv olun. Belədə çox işlərin öhdəsindən gələ bilərsiniz. Ən müxtəlif məsələləri həll edin, qətiyyətli olun. Çətinlik yaranarsa, köhnə dostlar və ya yaxşı tanışlardan birindən yardım istəyə bilərsiniz. Onlar yardımlarını əsirgəməyəcəklər.İstənilən mürəkkəb işin çözülməsi üçün günün ikinci yarısı daha əlverişlidir. Çətinliklər sizi qorxutmamalıdır.Ünsiyyətdə qəfil problemlər yarana bilər. Həddən ziyadə sərt, aqressiv olmayın. Gərəkdiyindən artıq təzyiqə əl atmayın. Əks cins mənsubuna inana bilərsiniz.Alış-veriş üçün uğurlu gündür. Tikintiyə, təmirə, köçə başlamaq olar. Əqrəb – Rutin, yeknəsəq gündür. Darıxa bilərsiniz. Yeni perspektivlər və imkanlar yaranmasa da, ötənlərdə yol verdiyiniz səhvləri xatırlayaraq onları saf-çürük edin.Yeni yanlışlıqlara yol verməmək üçün optimal davranış modelini seçin. Lakin bu işlə çox məşğul olaraq vaxtınızı təhlilə sərf etməyin. Yeni təəssüratların yoxluğundan depressiyaya qapılmayın. Yaxınlarınızla dil tapın, fikir ayrılıqlarını aradan qaldırın, mübahisələrə son qoyun. Sevdiyiniz insana xoş sürpriz edin. Axşam saatlarında romantik görüş ola bilər. Oxatan – Gün yeni üfüqlər, yeni imkanlar vəd edir. Gərəkli və faydalı işlər görməyə çalışın. İntuisiyanız o qədər güclənəcək ki, ehtimallarınızın dəqiqliyinə təəccüblənəcəksiniz. Ətrafınızdakı insanların məsləhətlərinə qulaq asın. Ezoterika, mistikaya marağınız arta bilər. Amma ifrata varmayın, təsadüflərə olduğundan artıq dəyər verməyin uğursuzluğu müxtəlif ehtimallarla izah etməyin. Aktiv, enerjili, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli olun. Planlarınızın asılı olduğu insanla münaqişəyə başlamayın. Oğlaq – Sakit təhlil və uzunmüddətli planlaşdırma üçün əlverişli, pis olmayan zamandır. Dəqiqlik, səliqə, səbir tələb edən işlərlə məşğul olmaq mümkündür.Yaradıcılıq məsələlərinin çözümündə böhran var. Müstəqil düşünün, qeyri-standart qərarlar verin. Başqalarına bənzəməyə çalışmayın. Xeyli vaxtdan bu yana diqqətinizi və birbaşa müdaxilənizi tələb edən ailə problemini çözün. Təşkilatçılıq bacarıqlarınızdan bəhrələnin. İştirakınız və maliyyə məsrəfləri olmadan həlli alınmayan işləri çözün.Axşam saatları günün stressindən qurtulun. Dolça – İşlə bağlı problemlərin öhdəsindən gələcəksiniz. Lakin ciddi və əhəmiyyətli uğur barədə düşünün. Kiçik nəticələrlə kifayətlənsəniz, rəqib və bədxahlar daha böyük nailiyyətlər əldə edəcəklər. Danışıqlar və sövdələşmələrdə ehtiyatlı olun. Sonradan yerinə yetirilməsi çətin vədlər verməyin. Günün ilk yarısında yaşam potensialı yüksək olmasa da, saatlar keçdikcə durum normaya düşəcək. Günün ikinci yarısında az qidalanın, tamahkarlıq etməyin. Yarımçıq qalmış işləri tamamlayın. Məntiqi nəticə hasil edin. Balıqlar – Günün əsas problemi davranışınızdır. Əvvəlcə addım atıb, sonra düşünməyin. Düşünülməmiş və planlaşdırılmamış əməlləriniz qəribə, ekstravaqant olmaqla yanaşı, çox pis fəsadlara səbəb ola bilər. Nüfuzlu və güclü düşmən qazana bilərsiniz. Sizə ən yaxın insanlarla münasibətlərdə də hər şey normal deyil. Yalnız istək və prioritetlərinizi düşünməyin. Ətrafınızdakı insanlar belə davranışdan inciyə bilərlər. Ailədə problemlərin yaranmasının qarşısını almaq üçün mülayim, həssas olun. Qaba davranmayın.Axşam saatlarında günün sonuclarını götür-qoy edin.(bizimyol.info)

Yayda “Fast food”lara DİQQƏT - Fəsadları ağır ola bilər/VİDEO

Mütəxəssislər xüsusən yay mövsümündə şaurma, dönər kimi qidaların hazırlanmasında istifadə olunan məhsulların düzgün saxlanılmalı olduğunu deyir. Psixoloq.az ARB TV-yə istinadən xəbər verir ki, bu yeməklərin hazırlanmasına istifadə olunan məhsulların vaxtı keçərsə və ya düzgün saxlanılmazsa fəsadları ağır ola bilər. Şəhər həyatının ayrılmaz hissəsi olan ayaqüstü yeməklər yay aylarında təhlükə mənbəyidir. Tərkibində mayonezin də istifadə olunduğu şaurma, dönər və bu kimi təamlar düzgün hazırlanmadıqda və uzun müddən saxlanıldıqda zəhərlənməyə səbəb ola bilər.  Mehman Məmmədov – Dönərçi: “Soyuducuda saxlamalıyıq, təmizliyinə fikir verməliyik. İstidə çox qalmalı deyil. İşlənəcək qədər soyuducudan götürülməlidir”. Həkimlər deyirlər ki, tərkibi sirkə, yumurta və bitki yağından olan mayonez tez xarab olur. İsti şəraitda isə təhlükə qaçılmazdır. Dönərxanalarda isə mayonez isti dönər qurğusunun yaxınında olur. Amma bu hal müştəriləri heç də narahat eləmir.  Dilarə Nəcəfova – Sakin: “Vallah, mən neçə dəfə yemişəm, məndə heç bir problem yaratmayıb. Ailəmizdə heç kim zəhərlənməyib”. Ərzaqların istifadə müddəti bəzi hallarda saxlanma şəraitindən asılı olaraq dəyişə bilir. Belə ki, 3 ay müddəti olan hər hansı məhsul temperatur uyğun olmadıqca 3 həftə müddətinə də xarab ola bilər. Bəs zəhərlənmə əlamətlərini necə müəyyən etmək olar? Həbibə Mirzəyeva – Pediatr: “Ürək bulanır, göz qaralır, qarında kəskin sancı və tərləmələr. Bunlar hamısı zəhərlənmə əlamətləridir. Hazırki dövrdə qablaşdırılmış məhsullar düzgün, qaydasında saxlanılmadıqda zəhərlənmə verə bilər”. Həkimlər yay aylarında mümkün qədər tərkibi şübhəli olan yeməklərdən uzaq durmağı məsləhət görür. Bunun əvəzinə mövsümü meyvələr və tərəvəz yeməklərinə üstünlük vermək tövsiyə olunur.

Anar Nağılbaz ölümündən 1 gün öncə nələr yazıb? - FOTO

Bir neçə saat öncə dünyasını dəyişən reper Anar Nağılbazın ölümü ilə bağlı suallar səngimir.  Psixoloq.az xəbər verir ki, hazırda sosial şəbəkələrdə bununla bağlı qızğın müzakirələr gedir. Dostları, yaxınları onun son zamanlar ciddi stresslər yaşadığını yazırlar. A.Nağılbaz son 24 saat ərzində sosial şəbəkədəki statuslarında hər şeyin daha yaxşı olacağı ilə bağlı fikirlər, şeirlər paylaşıb. Amma eyni zamanda daxilən nələrdəsə özünü ittiham etdiyi hiss olunur. Əsasən rus dilində paylaşdığı şeirlərin məzmunu isə aşağıdakı kimidir: “Hər şey gerçəkdən də axmaqdır. Ola bilər ki, insanın öz axmaqlığından. Amma mənimkilər həqiqi axmaqlıqdır. Yaxşısı budur, onların hamısı barədə susum”. Daha bir statusunda isə o, optimizmini itirmədiyini yazıb. Hər şeyin öz yerində oturacağına işarə edib və hər kəsə xeyir arzulayıb. Mərhum reper son 24 saatda paylaşdığı statuslardan birini isə həyat yoldaşı Aytənə həsr edib: “Aytəni sevirəm. O, mənimdir. Hər şey Ok olacaq. Sadəcə, dəstəkləyin. And içirəm, dünyanı parçalayaram. O, mənimdir. Please, məni dəstəkləyin”. Bu statusun altında gedən müzakirələrdə bəzi dostları xanımı Aytənin onu tərk etdiyini yazıblar. Amma buna qarşı çıxanlar da olub və xanımı xəstə olduğu üçün Anarın belə əhvalda olduğunu bildiriblər. Son illərdə isə A.Nağılbazın şəxsi həyatı qalmaqallarla zəngin olub. Keçmiş həyat yoldaşı ilə yaşadığı söz davası, mətbuat vasitəsilə bir-birlərinin ünvanına dedikləri ittihamlar, daha sonra reperin özəl görüntülərinin mətbuata yayılmasını bu qəbildən saymaq olar. Bir neçə il öncə isə A.Nağılbaz Çexiyanın paytaxtı Praqada mühacir həyatı yaşayıb. Amma o, daha sonra Azərbaycana geri qayıdıb. Bu barədə onun keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva da danışmışdı: “Bəli, o, ölkəni birdəfəlik tərk edib getmişdi. Lakin mənim boşanmaq istədiyimi bilincə geri döndü”. Qalmaqallı şəxsi həyatının sonunda, bu ilin 30 iyununda A.Nağılbaz gizli şəkildə evlənib. Özündən yaşca kiçik olan Aytən adlı xanımla ailə quran Nağılbaz onunla birgə Masazırdakı ata evində yaşayırdı. Yanvar ayından birlikdə olan cütlük toy etməmişdi.(musavat.com)