Hər doğulan körpə valideynlər üçün bir sevinc və sevgi qaynağı olmanın yanında bəzi məsuliyyətləri də özü ilə bərabər gətirir. Valideynlər doğulan körpələrinin sağlam və qüsursuz olduğunu görüncə rahatlanır, lakin uşağı necə böyütmək və tərbiyə etmək mövzusunda zərrə qədər narahatçılıq keçirmirlər. Əslində, körpənin ən təhlükəsiz və etibarlı yeri ana bətnidir. Körpə dünyaya göz açdığı gündən etibarən isə artıq onun maddi, mənəvi və ruhi inkişafı üçün diqqətli baxıma və doğru tərbiyə edilməyə ehtiyaci var.Uşaq tərbiyəsində ən mühüm iş, tətbiq ediləcək metod və prinsipi düzgün seçməkdir. Uşaq ata-anasına əmanətdir. Onun təmiz qəlbi hər cür əyrilik və şərdən uzaq, saf və bərraqdır. Uşaq xeyrə alışdırılar, yaxşılıq təlqin edilərsə, xeyirli bir nəslin nümayəndəsi olaraq yetişər. Əksinə, ətraf mühitdən gördüyü mənfi xislətlər və davranışlar onun gələcək inkişafı üçün təhlükə yarada bilər. Bunda əsas faktorun ata-ana və dayələrin üzərinə düşdüyünü vurğulamaq lazımdır. Niyə dayələr? Cünki zəmanəmizin tələblərindən biri də işləyən ata-anaların körpələrinin dünyaya gəlişi ilə bir müddət sonra ya ehtiyac üzündən ya da karyera qurma kimi səbəblərlə övladlarını dayələrə əmanət etmələridir.Təbii ki, dayələr də analar kimi uşaqların maddi baxımını üzərinə alır, yəni yedizdirir, içizdirir və yatızdırırlar. Əsas diqqət yetirilən xüsus onların mənəvi tərbiyəsinə nə dərəcə xidmət edə bilirlər? Çünki körpələrə maddi qayğının yanında mənəviyyatın aşılanması, düzgün xarakterin formalaşması və şəxsiyyətin oturması kimi prinsiplər təlqin edilməli, onun insan kimi yetişdirilməsinə diqqət yetirilməlidir.Təəssüflər olsun ki, bu kimi kriteriyalar hər valideynin fikir vermədiyi, nəzərdən qaçırdığı, xüsuslardır. Dayələr tutulduğu zaman əsas fikir verdikləri nöqtələr uşağı vaxtında yedizdirib yatızdırmaq və gəzdirməkdir. Onların düzgün xarakterlərinin formalaşmasına səbəb olan oyunlar, nağıllar və dastanları hər dayə bilməz. Halbuki uşaqlara maddi qayğının yanında mənəvi ruhun aşılanması və inkişaf etməsi üçün yaxşı xislətlərə və davranışlara sahib olması üçün faydalı, ibrətamiz məsəllər və hekayələr danışmaq uşaqların yaxşı xüsusiyyətlərlə tərbiyə edilməsinə səy göstərmək, onun gələcəkdə ailəsinə və vətəninə yararlı və sağlam bir nəsil kimi yetişməsinə səbəb ola bilər. Dayələr aranarkən diqqət yetiriləcək əsas faktorlardan biri də dayələrin əsəbi, səbirsiz və sinir pozğunluğu yaşayan və ya problemli insanlar olmamalarıdır. Əsəbi bir insan etdiyi bir yanlış hərəkət qarşısında çığırıb-bağırmamalı, etdiyi yanlışı düzəltməyin yollarını səbir və təmkinlə başa salmalıdır. İmam Qəzzali bu xüsusda tərbiyəçilərin məsuliyyətinin nə qədər böyük olduğunu belə vurğulayır: “Təlim və tərbiyə ilə məşğul olan bir insan, bəşərin qəlbləri və ruhları üzərində tasarrufda olan insandır. Yer üzünün ən şərəfli varlığı insan cinsidir; İnsanın ən dəyərli varlığı da onun qəlbidir. Tərbiyəçi isə belə dəyərli olan insan qəlbini mükəmməlləşdirmək, təmizləmək və Allaha yaxınlaşmağa sövq etməklə məşğul olan insandır”.Bu səbəbdən valideynlər övladlarını dayələrə verərkən əxlaqlı insanlar olmalarını əsas faktor olaraq görməli, uşaqlarının yaxşını pisdən ayıracaq xüsusiyyətlərlə yetişməsini əsas səbəb kimi görməlidirlər. Dayələr də onlara əmanət edılən körpələrin həm ruhən və mənən, təmiz xislətli yetişmələrinin şüuru içində olmalarına diqqət yetirməlidirlər. Təlim və tərbiyədə uğur qazanmanın əsas şərti, tərbiyəçilərin sözləri və tövsiyələri ilə yaşayışlarının bir-birinə paralellik ərz etməsidir. Eyni zamanda əmanət etdikləri dayələri seçərkən onlara verilən məvaciblərinin az olmasına deyil, əxlaqi keyfiyyətlərinin üstün olmasına fikir verməlidirlər. Çünki xeyirli övlad xeyirli bir tərbiyənin məhsuludur. Samirə Mahmudova «Bizim ailə» jurnalı
Onu ağılınızdan çıxara bilmirsiniz. Lakin o da sizi düşünürmu? Addım atmalısınız, yoxsa bu hər şeyi məhv edə bilər? Sevginizin platonik olub-olmadığını necə anlarsınız? Bədən dili ələ verirBir kişinin sizdən xoşu gəlirsə sizə daha yaxın olmaq istəyəcək. Ancaq bunu bəlli etmədən edəcək. Elə isə “Bunu necə başa düşəcəm?” deyirsinizsə, cavabı budur. Birlikdə kinoya getdikdə sizə doğru əyilir, ayaqlarını sizin olduğunuz istiqamətə doğru bir-birinin üstünə atır, sizin yaxınınızda oturur, sizə toxunmaq üçün saçınızı üzünüzdən çəkmək kimi bəhanələr tapırsa, demək sizdən xoşu gəlir.Hər şeyi xatırlayırBir kişinin sizdən xoşu gəlirsə təəccüblənəcək dərəcədə söylədiyiniz və etdiklərinizi dərhal xatırlayacaq. Çünki sizin haqqınızda hər şey onun üçün qiymətlidir və əmin olun tez-tez sizi düşünür.Əlaqə qurmaq üçün hər fürsəti qiymətləndirirSizdən xoşu gələn kişi sizinlə ünsiyyət yaratmaq üçün heç bir fürsəti qaçırmaz. Məsələn, sizə keçən gün dostunuzla görüşünüzün necə keçməsi ilə maraqlanar və ya yediyi gözəl bir yeməkdən bəhs etmək üçün mesaj atar. Çünki ağlından çıxmırsınız və sizinlə danışmaq üçün ən kiçik fürsəti dəyərləndirmək istəyir.Eşqbazlıq edərQarşınızdakı kişi sizə qardaşınız və ya oğlan dostunuz kimi davranırsa, mövqeyi bəllidir. Şansınızı məcbur etməyin. Ancaq sizə iltifatlar edirsə, aranızda xüsusi bir ünsiyyət varsa, adınızın əvəzinə şirin ləqəblər qoşursa, demək, sizinlə eşqbazlıq edir.Cütlük kimi davranırİnsanların şübhələnəcəyi dərəcədə daim sizin yanınızda olur, sizinlə hər yerə gedir və bunu bilərəkdən edir. Həmin insanın sizdən xoşu gəlir, bu qətidir.Onunla maraqlanınBəzən ediləcək ən ağıllı şey ən sadə şeydir. Onu tanıyan insanlardan xoşu gəldiyi birinin olub-olmaması ilə maraqlanın. Ortaq dostlarınız varsa bunu asanlıqla edə bilərsiniz.Dedektiv olunOnun da sizdən xoşu gəldiyini düşünürsünüzsə, dərhal onu araşdırmağa başlayın. Münasibət qurmaq üçün uyğun insandırmı, sevgilisi varmı, sadəcə macəra axtarırmı?Cəsarətinizi toplayınOnun da sizdən xoşu gəlməməsi üçün bir səbəb olmadığını düşünürsünüzsə, cəsarətinizi toplayın və ona qarşı açıq olun. Ən azından kiçik, romantik addımlarla ona olan marağınızı müəyyən etməyə başlayın.
Qoç - Bu gün yarana biləcək istənilən mürəkkəb situasiyalardan mütləq çıxış yolu tapacaqsınız. Əsla gözləmədiyiniz köməkçi və yardımçılar qəflətən peyda ola bilərlər. Planlaşdırılmamış gəlirlər də mümkündür. İş yerinin dəyişdirilməsi ilə bağlı təklif ala bilərsiniz. Yaxınlarınız və ailə üzvlərinizlə münasibətləriniz harmonik, rəvandır, asanlıqla güzəştə gedirsiniz. Romantik görüş yaxşı keçəcək, xeyli təəssürat alacaqsınız. Sevimli insana xoş sürpriz etmək üçün əlverişli gündür. Buğa - Ətrafınızdakı insanlara qəribə və mənasız təsir bağışlayan qərarlar qəbul edəcəksiniz. Amma hər şeyə rəğmən məqsədə doğru irəliləyirsiniz. Tənqidlər və məsləhətlər sizi yolunuzdan sapdırmayacaq. Günün ikinci yarısında çoxdan həll olunası problemi çözmək və mövqelərinizi möhkəmləndirmək şansı əldə edəcəksinz. Diqqət mərkəzində olacaqsınız. Yeni tanışlıqlarda ehtiyatlı olun. Bu gün yeni, faydalı işgüzar əlaqələr yarada bilərsiniz. Sevdiyiniz insanlarla münasibətlərinizdə romantika artacaq. Əkizlər - Xasiyyətinizin ən yaxşı məqamları bu gün daha qabarıq görünəcək. Bu gün hamının xoşuna gələcəksiniz. Lakin bu gün rəğbət bəslədiyiniz adamların az sonra bəzilərinin sizə xəyanəti istisna deyil. Analitik işlər, hesabatlar, düşüncə üçün əlverişli gündür. Günün ikinci yarısında sərfəli sövdələşmələrə nail ola bilərsiniz. Bu gün çoxlu orijinal ideyalarınız var. Onların heç olmasa, birinin reallaşmasına yaxınlarınızı, tanışlarınızı və dostlarınızı cəlb edin. Gün maraqlı, həyəcanlı olacaq. Xərçəng - İntellektual iş üçün uğurlu gündür. Gəldiyiniz nəticələr paradoksal da olsa, doğrudur. Müşahidələriniz sizi aldatmayacaq. Uzun müddətdən bəri dil tapa bilmədiyiniz adamla bu gün razılığa gələ biləcəksiniz. Bu isə yaxşı tanışlıq, məhsuldar əməkdaşlıq və ya isti münasibətlərin əvvəli ola bilər. Təmaslar, görüşlər, danışıqlar günüdür. Ətrafdakı insanlara xoş təəssürat bağışlayacaqsınız. Axşam saatlarını rahat keçirin, qüvvələrinizi bərpa edin. Şir - Çoxdan bəri kiminləsə mübahisə etmək istəyirdinizsə, istəyinizi bu gün gerçəkləşdirin. Opponentinizi "məğlub" etmək və özünüzə inandırmaq üçün bütün şanslarınız var. Nüfuzlu insanlar, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət, danışıqlar, müzakirələr üçün əlverişli gündür. Nəzərdə tutduğunuz işi görmək və ya layihəni həyata keçirmək üçün pul almaq şanslarınız var. Şəxsi məsələlərdə gün neytral olacaq. Yeni təəssüratlar, parlaq emosiyalar istəyirsiniz. Təşəbbüskar olun. Ətrafdakı insanlar niyyət və planlarınızdan, çətin ki, xəbərdar olsunlar. Qız - İstənilən yeniliklər və eksperimentlər üçün əla gündür. Yeni müttəfiqlər tapacaqsınız. Hətta əvvəllər tərəfinizdə olmayan insanlar belə arqumentlərinizin səhihliyini dana bilməyəcəklər. Maliyyə baxımından isə gün o qədər uğurlu deyil. Gəlirlər özünü bir qədər gözlədəcək. Nəzərdə tutulmamış xərclər istisna olunmur. Uğurlu insanlarla təmaslar üçün əlverişli gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bu insanlardan enerji ala bilərsiniz. Bacarıq və biliklərinizi artırmağa çalışın. Tərəzi - Gün asan olmasa da, baş verəcək hadisələr xeyrinizə ola bilər. Səhvlərdən nəticə çıxarmaq və başqalarının təcrübəsini təhlil etmək çox mühümdür. Mühüm qərarları təkbaşına qəbul etmək istəsəniz də, təcrübəli insanların məsləhətlərinə qulaq asın. Həmin məsləhətlər niyyətlərinizə və planlarınıza tam uyğun olmasa da, dinləyin. Şəxsi həyatınızda nəyisə köklü şəkildə dəyişməyə çalışmayın. Hər şeyi yerli-yataqlı düşünmək üçün bir qədər fasilə verin. Məqsəd və prioritetlərdə dəyişikliklər ola bilər. Yeni əyləncə və maraqların yaranması istisna deyil. Əqrəb - Bu gün diqqət mərkəzində olmağa çalışın. Nə qədər çox diqqət cəlb etsəniz, bir o qədər yaxşıdır. Kiminsə uğurlarınıza paxıllıq edərək həsəd aparması mümkündür. Fəqət, qarşınıza qoyduğunuz işi görməkdə sizə yardım edəcək insanlar daha vacibdir. Qəfil addımınız, gözlənilməz qərarınız rəqiblərinizlə düşmənlərinizi zəiflədə bilər. Başqa şəhərdə yaşayan uzaq qohum və ya tanışdan xəbər ala bilərsiniz. Səfərə və ya səyahətə çıxmaq qərarına gələ bilərsiniz. Təhtəlşüura inanın. Oxatan - Gün maraqlı məşğuliyyət, həlli maraqlı işə çevrilə biləcək məsələlərlə zəngin ola bilər. Qarşınıza qoyduğunuz məqsədə tez çatacaqsınız. Yeni tanışlarla asanlıqla dil tapacaqsınız. Köhnə dostlar və yaxın insanlarla mübahisə etməyin. Münaqişələri həll etməyə can atın. Qəfil təklif və dəvətlərin alınması istisna deyil. Hadisələrin baş verdiyi məcra xoşunuza gəlir. Yaxşılığa doğru dəyişikliklər başlana bilər. Oğlaq - Eksperiment və qeyri-standart qərarlara hazır insanlarla ideyalarınızı bölüşsəniz, gün sizə yeni imkanlar vəd edir. Bu gün müttəfiq axtarışları ilə məşğul olun. Əfsuslar olsun ki, müttəfiq tapılana qədər ünvanınıza xoşagəlməz sözlər eşidə bilərsiniz. Deyilənləri ürəyinizə salmayın. Nəticəsi sərfəli anlaşmalar olacaq uğurlu səfərlər və səyahətlər mümkündür. Gün iş axtarışları üçün də əlverişlidir. Kommersiya və ticarət ilə məşğul olanlar sərfəli anlaşmalara nail ola bilərlər. Dolça - Aşkar və qaçılmaz sandığınız qərarların heç də hamısı doğru, vaxtında atılacaq addımlar deyil. Bunu əla anlayırsınız, amma ətrafınızdakı adamlar razı deyillər. Onların fikirlərini dəyişmək üçün xeyli vaxt sərf etməli olacaqsınız. Emosiyaların əsiri olsanız, rəqiblər sizi üstələyəcəklər. Alış-veriş, gəzinti üçün yaxşı gündür. İnteryer və yaşayış yeri ilə bağlı yeni ideyalar sizi tapacaq. Günün ikinci yarısı hədiyyələr ala bilərsiniz. Balıqlar - Kiçik problemlər və ətrafdakı insanlarla müəyyən anlaşılmazlıqlara rəğmən sakit olun, kefinizi pozmayın. Bədxahlar sizə ziyan vura bilməyəcəklərini anlasalar da, niyyətlərindən əl çəkmirlər. İş yerində vəziyyət pis olmayacaq. Yeni dostlar tapmağınız istisna olunmur. Dostlar, yaxın insanlar, ailə üzvləri ilə səmimi ünsiyyət üçün əlverişli gündür. Ətrafdakı insanları anlamağa, onların istəklərini başa düşməyə çalışın. Şəxsi həyatınızla bağlı ciddi qərarlar qəbul edə bilərsiniz. Milli.Az
Bu gün Yer kürəsində növbəti maqnit qasırğası başlayıb. Mütəxəssislər maqnit qasırğasının güclü olmadığını bildirsələr də, müəyyən insanlar üçün təhlükəli sayılır. Çünki bu dəfə maqnit qasırğası əvvəlkilərdən fərqli olaraq bir neçə gün davam edəcək. Sentyabrın 11-dən 14-dək bəzi insanlar özlərini pis hiss edə bilər. Bu zaman baş ağrısı, ürək bulanması, əhvalın dəyişməsi, psixoloji dəyişkənliklər mümkündür. Bu baxımdan insanların diqqətli olmağı tövsiyə edilir. Əgər problem davam edərsə, psixoterapevtə müraciət edərək vəziyyətinizi yaxşılaşdırmağınız mümkündür.
Qoç – vurnuxma və təlaşa qapılmayın, tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın. Sağlam məntiqlə hərəkət edin. Davranışınız yaxın ətrafınızdakı insanların aqressiyasına və sərt reaksiyasına səbəb olmamalıdır. Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla ciddi ixtilaf yarana bilər. Təmkinli davranmasanız, bel bağladığınız dəstəyi ala bilməyəcəksiniz. Saatlar keçdikcə pozitiv təmayüllərin təsiri güclənir. Yaxşılığa doğru dəyişikliklər başlanır. Dostlarla görüş, yaxınlarla ünsiyyət, istirahət üçün axşam saatlarını seçin. Buğa – asan gün olmayacaq. Lakin bütün sədləri dəf edərək məqsədə çata bilərsiniz. Nailiyyətlər əldə etmək üçün ciddi səy göstərmək gərəkdir. Kiçik qələbələrə asanlıqla nail olacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlər rəvan deyil. Hamının sizə pislik etməyə çalışdığını düşünməyin. Təmkinli və səbrli olun, əhvalınızı pozmayın. Yanlış qərarlar verməyin, ciddi səhvlər etməyin. Maliyyə məsələlərini həll etmək, alış-verişə çıxmaq məsləhət deyil. Qeyri-standart yanaşma, təxəyyül və çeviklik tələb edən işlərlə məşğul olmaq mümkündür. Əkizlər – tələsməyin, səbrli olun. Bu günün yaratdığı imkanlar ilk baxışdan sərfəli təsir bağışlasa da, niyyət və ya planınızın reallaşması üçün daha uğurlu məqam ola bilər. Yaxın ətrafınızdakı insanlarla münasibətlərə ciddi fikir verin. Prioritet və məqsədlər arasında yenilənmələr aparmaq zamanıdır. Ailədə kiçik fikir ayrılıqları istisna deyil. Soyuqqanlı olun, ovqatınızı pozmayın. İş yerini dəyişmək və ya köç üçün əlverişli zaman deyil. Xərçəng – qüvvələrinizi toplayın, aktiv olun. Asan gün deyil. Xoşagəlməz təmayüllərin öhdəsindən gəlmək asan deyil. Sayıq olun, səhvlərə yol verməyin. Dostlar və ya müttəfiqlər sizə yardım etməyə hazırdırlar. Lakin onlar durumun təfərrüatlarından dəqiq hali olmalıdırlar. Sizi dərhal anlayacaqlarına bel bağlamayın. Necə və hansı formada dəstək almaq istədiyinizi aşkar deyin. Günün ikinci yarısında reallaşa biləcək anlaşma və ya sövdələşmələrdən böyük gəlir gözləməyin. Gördüyünüz işə görə pulu sonradan alacağınıza hazır olun. Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir. Şir – mürəkkəb problemin və ya çətin məsələnin həllinə başlamaq üçün əlverişli zamandır. Mühüm danışıqlar aparın, fəaliyyət planını hazırlayın, ən önəmli və ciddi məqsədə çatmaq üçün yola çıxın. İntuisiyanıza güvənin. Təhtəlşüurun verdiyi siqnallar yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha əfzəldir. Rəqabət mübarizəsinə qatılmamağa çalışın. Əks təqdirdə çox qüvvə sərf edəcəksiniz, nəticələr isə əhəmiyyətli olmayacaq. Yaxınlarınız və dostlarınızla ünsiyyətdə üstünlüyünüzü əyan etməyə can atmayın. Belə davranış xoşagələn deyil. Səbrsiz olmayın, hisslərin təsiri altında düşünülməmiş addım atmayın. Qız – pis gün deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səy göstərin. Çoxsaylı işlərə başlamaq əvəzinə bir işi bitirin. Kommersiya fəaliyyətində uğur istisna deyil. Sərfəli anlaşmalara nail olmaq, yeni layihənin reallaşmasına başlamaq olar. Müstəqil çalışın. Belədə fəaliyyət birgə işlə müqayisədə daha yaxşı olacaq. Yaşlı qohumlarla ünsiyyət, ailəvi tədbirlərin təşkilatı üçün pis gün deyil. Qəfil romantik etiraf istisna deyil. Şəxsi həyatınızda köklü dəyişiklik başlana bilər. Uzaqda yaşayan qohumlar özlərini xatırladacaqlar. Tərəzi – hadisələrin əvvəlcədən planlaşdırdığınız məcra ilə getməməsi sizi sinirləndirməsin. Situsiyanı dəyişmək üçün yetərincə enerjiniz var. İşgüzar həyatla bahəm şəxsi münasibətlərdə təşəbbüskar olun. Əməlləriniz ilk baxışdan xaotik və düşünülməmiş təsir bağışlaya bilər. Fəqət, qarşınıza qoyduğunuz məqsədə doğru dürüst addımlar atın. Ən başlıcası isə qərar və addımlarınızın səbəblərini yaxın ətrafınızdakı insanlara izah etməyi unutmayın. İş və kommersiya fəaliyyəti ilə bağlı yeni ideyalar yaranır. Biznesi genişləndirmək və ya fərqli sahə seçmək üçün əlverişli zamandır. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Əqrəb – qəbul etdiyiniz qərarlar və atdığınız addımların sonuclarını əvvəlcədən düşünməyə çalışın. Sonradan peşmançılıq hissi yarada biləcək iş görməyin. Təcrübəli şəxslərin dediklərinə qulaq asın. Məsləhət verənlər arasında həmkarlar, dostlar, qohumlar ola bilər. İş yerini dəyişmək və ya köç məsləhət deyil. Ənənəvi şərait daha münasibdir. Ailə məsələlərinin həllində iradəli və qətiyyətli olun. Sadəcə, öz mövqeyinizi dürüst hesab etməyin. Sözlərinizə fikir verin, çünki sərt və ya düşünülməmiş kəlmələr yaxınlarınızın qəlbinə dəyə bilər. Oxatan – işgüzar sahə ilə yanaşı, qeyri-kommersiya fəaliyyətində yeni əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. Öz maraqlarınızın tam təminatına çalışmaqla yanaşı, yaxın ətrafınızdakı insanların da mənafelərini nəzərə almağı unutmayın. Tanıdığınız insanlar arasında sizə müttəfiq və ya tərəfdaş ola biləcək şəxslər var. Rəğbət bəslədiyiniz insanların dediklərini qulaqardına vurmayın. Yeni iş və ya layihədə birgə fəaliyyət üçün potensial şəxsləri seçin. İşgüzar fəaliyyətdən fərqli olaraq, şəxsi münasibətlərdə durum harmonik deyil. Qısqanclıq, səbəbsiz əndişə, qarşılıqlı iradlar yox deyil. Sakit olun, təmkinli davranın. Sağlam məntiq sizə sonrakı fəaliyyət məcrasını göstərəcək. Oğlaq – ən yüksək səviyyədə işgüzar danışıqların aparılması, məmurlar və dövlət qurumlarının mənsubları ilə görüşlər, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır. Qüvvələrinizə əmin olun. Məqsədə doğru inamla irəliləməyə davam etsəniz, niyyətinizə çata bilərsiniz. İnformasiya, istehsal və emal sahəsində çalışırsınızsa, ciddi uğurlara nail olacaqsınız. Axşam saatlarına yaxın dostlarla görüş sizi sevindirəcək. Qohumlarla dil tapmaq asan deyil. Mövcud problemlərin nə qədər ciddi olduğunu qohumların anlamadıqlarını düşünməyin. Hər şey göründüyü kimi deyil. Dolça – günün ilk yarısı əlverişlidir. Başladığınız bütün işlərdə, o cümlədən çətin problemin həllində məhsuldar fəaliyyət zamanıdır. Maliyyə məsələlərinin həllində çətinliklər yaranmayacaq. Yetərincə informasiya və ya məlumatınız olmasa belə, necə fəaliyyət göstərməyin gərəkdiyini sizə intuisiyanız deyəcək. Danışıqlar pis keçmir. Mühüm məsələləri görüşlə yanaşı, telefon danışıqlarında da müzakirə etmək olar. Günün ikinci yarısı gözlənilən qədər uğurlu deyil. İşdə və evdə problemlər yarana bilər. Müşküllərlə çətinliklər ciddi, irimiqyaslı deyil. Soyuqqanlı olun, təmkininizi pozmayın, səbrli davranın. Balıqlar – əlverişli və uğurlu gündür. Başladığınız işlərdə uğur qazana bilərsiniz. Sizə verilən tapşırıqları vaxtında bitirmək üçün diqqətinizi fəaliyyət sahəsinə yönəldin. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Nüfuzlu müttəfiqlərlə əlaqələrin yaradılması da istisna deyil. Amma unutmayın ki, sizə kimsə könüllü şəkildə yardım edən deyil. İstənilən xidmət və yardımın əvəzini vermək gərəkdir. Alış-veriş, sövdələşmə, danışıqlar üçün əlverişli zamandır. Heç gözləmədiyiniz halda gəlir əldə edə bilərsiniz. Köhnə dostlarla görüş, yaşlı qohumlarla ünsiyyət xoş təəssürat yaradacaq. Milli.Az
“Düşünmək, ruhun öz-özüylə danışmasıdır”. Daxili söhbətlərdə özünüzü ələ alıb gücləndirə biləcəyiniz kimi, yıxıcı duyğuları qızışdırıb özünüzü məhv də edə bilərsiniz. Gün ərzində ağlınızdan orta hesabla 70.000-ə yaxın fikir keçir. Başqa bir tədqiqata görə daxili söhbətlərimizin 75%-nin pis, üzücü, gücsüzləşdirici olduğu bildirilir. Əslində “Daxili nitqi” artıran səbəblər çoxdur. Hər bir insan doğulduğu andan etibarən özünü və əməllərini şüurlu və şüursuz şəkildə təhlilə başlayır. Bunu etməməliydim, deməməliydim, gözləməliydim… minlərlə edilmiş hərəkətləri və onlardan sonrakı peşmanlıqlar. Əslinə baxarsanız, insan etdiyi bütün addımlardan sonra beynində uzun müddət təhlil aparır. Atdığımız addımları əlbəttə ki, təhlil etmək doğrunu yalnışdan ayırmamıza kömək olur. Əgər etdiyimiz hərəkətlərə görə biz məsuliyyət hiss etməsək, bu da cəmiyyətdə böyük bir xausa yol açar. Ancaq bəzi insanlar olan hadisələri beyinlərində çox böyüdür, beyinlərini yarana və əldən salana qədər bu hadisəni təhlil edirlər. Nəticədə də “takıntı” dediyimiz yəni bir düşüncədə ilişib qalma və o düşüncədən uzaqlaşmaqda ciddi şəkildə əziyyət çəkmək. Bu hallar bir müddət sonra o insanlarda ciddi xəstəliklərə qədər gedib çıxa bilir. Əgər bizim beynimizdən gün ərzində bu qədər çox fikir keçirsəvə biz hər düşüncəyə bu qədər ilişib qalsaq, onda beynimiz çox tez yorular və təslim olar ki, bu da ağır əsəb-sinir problemlərinə gətirib çıxarar. Əsasən fəaliyyət alanı, hobbiləri, işi və məşğuliyyəti daha az olan insanlarda daxili nitq hədsiz artır. Müqayisə etsək ki, beyni daha çox işlərlə məşğul olan insanın “boş-boş” fikirləri təhlil etməyə zamanı daha az olur. Bu tip insanlar daha səbrli və daha sakit həyat yaşayırlar. Əslində onların da özlərinə görə problemləri var, sadəcə olan hadisələri olduğu kimi qəbul edir, insanları olduğu kimi qəbul edib dəyişməməyə daha çox qəbullanmağa çalışırlar. Və əlbəttə ki o zaman problemi atlatmaq da asan olur. Orqanlarımızın içərisində beyin ən çox işləməyi sevən orqandır. Əgər beynimiz bekar qalırsa, özünə uğraşacaq alanlar axtarır və siz də beynə heç bir məşğuliyyət vermirsinizsə, beyin dəyirman daşı kimi özün üyütməyə çalışır. Nəticə etibarilə ağır nevroz və sarışan nevroz başlayır. Artıq beynə istənilmədən belə daxil olan və qovmaqda çətinlik çəkdiyiniz fikirlərin sayı gün-gündən artır və dözülməz hala gəlir. Ümumiyyətlə, terapevrik məsləhətlərdən biri stress və stressi yaradan səbəblərin azaldılması və fəaliyyət alanının genişləndirilməsidir. Gün ərzində aktivlik artan kimi daxili nitq və neqativ düşüncələrin sayı sürətlə enir. Əslində problemi başladan da bitirən də elə siz özünüz olacaqsınız. Beyninizi lazımsız fikir və yükləmələrdən azad edib, fəaliyyət dairənizi, məşğuliyyət və hobbilərinizi artırsanız, lazımsız və boş fikirlərin yerinə beyində daha canlı və pozitiv fikirlərin sayı artar. Lalə Əhmədova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva vəzifəsindən azad edilib. Bu barədə publika.az-a məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, E.Əliyeva yaşı ilə əlaqədar olaraq təqaüdə göndərilib: “Elmira Əliyeva təqaüdə çıxdığına görə vəzifəsindən azad edilib. Onun yerinə Merli Veyisova təyin edilib”. M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.
“Xosbəxtlik insanın qarşısında hər zaman bir güzgü kimi dayanıb sən ona baxıb gülərsən o da sənə” Həyat bir çox hadisələrlə doludur. Mənfi və ya müsbət... Yaşanılanlar zamanla insana hər şeyi öyrədir. Psixoloq.az portalının əməkdaşı həyatının bəlkə də ən çətin sınağını vermiş, amma buna baxmayaraq daha da ucalaraq olanları müsbət istiqamətə çevirmiş “Əsa” teatrının aktyoryu İmran Lalayevlə maraqlı müsahibə aparıb. Həmin söhbəti sizə təqdim edirik: - İlk olaraq profilinizi izlədik. Baş vermiş hadisəni bir də sizdən dinləmək istərdik. Necə baş verdi? - Hadisə 2013- cü il may ayının 24-ü baş verib. Qulağımda qulaqcıqlarla işə gedirdim körpü var idi, körpünün altından qatar yolunu keçirdim və körpünün dirəklərindən qatarı görmədim və eşitmədim. Qatar məni vuranda özümü atdım, iki ayağım qaldı. Xəstəxanaya apardılar. 8-gün komada olmusam. - Bir çox insan başına bir iş gəldiyi zaman dünyadan küsür. Sizdə belə bir hal yaşandımı? - Məndə belə bir hal baş verməyib. Çünki mən buna pozitiv bir düşüncəylə yanaşdım və bu indi də belədir. 21 yaşım vardı və mən bilirdim ki, ayaqlarımı artıq itirmişəm. Özümü buna elə həmin gün hazırladım və qəbullanmağım uzun zaman almadı. - Bu səbəblərə görə, psixoloqa müraciət etmisiniz? - Heç zaman psixoloqa müraciət etməmişəm, amma bununla maraqlı bir hal xəstəxanada başıma gəlmişdi. Bir xəstəxanada protezləri düzəltdirmək üçün yatırdım və eyni zamanda kollecə hazırlaşırdım. Demək olar ki otaqdan çıxmırdım. Həkim məni çağırdı ki psixoloqun yanına get, elə də etdim. Psixoloq məndən soruşdu ki, İmran niyə otaqdan çıxmırsan? Sənin kimi burda yatan xəstələr var, hər gün domino oynayır, oturub söhbət edirlər. Səni sıxan nədir? Həkim elə bildi ki, mən depressiyadayam. Cavab olaraq dedim ki, mən gələcəyimi düşünürəm. Kollecə hazırlaşıram. Bütün günü kitab oxuyub, test edirəm. Sizcə domino oynamaqla mən gələcəyimi qura bilərəm? Gülümsədim dedi ki düz edirsən. Bu da həyatımda ilk və son psixoloq yanına geyməyin oldu. - Başına belə hadisə gələnlərə nə demək istərdiniz? Depressiv hal yaşamamaq üçün nə etməlidirlər? - Mən demək istəyirəm ki, heç kim həyatından sığortalanmayıb. Sabah bu hər kəsin başına gələ bilər. Əsas odur ki, özünü güclü hiss edəsən, isyankar olmayasan. Fərq etmək çətinliyin nə olur olsun. Mübariz olmaq lazımdır. Xoşbəxtlik insanın qarşısında hər zaman bir güzgü kimi dayanıb. Sən ona baxıb gülərsən, o da sənə. - Teatrda iş fəaliyyətiniz nə zaman və hansı şəkildə başladı? - Mən Memarlıq inşaat kollecini bitirmişəm və bir gün dostun mənə belə bir teatr var dedi, qoşul. Öncədən tərəddüd etdim, çünki 4 il kollecdə oxumuşdum və düşünürdüm ki, bu sahədə çalışacaq, amma həyatda bəzən insanın yolları ayrılır və mənə də həyat belə bir şans verdi. Mən bunu dəyərləndirdim. Artıq 1 il olar ki, mən “Əsa” teatrında aktyor olaraq çalışıram və bir neçə tamaşalarda oynamışam: “Adamlar və siçanlar” və “Paris partladı tamaşası”. Mən inanıram ki, hər insanın həyatında belə bir şans yaranır, təbii ki bu fərqli ola bilər, əsas odur ki, sən onu görüb düzgün qiymətləndirə biləsən. Hər çətinliyin sonunda bir uğur var və mən uğur qazanmağa davam edəcəm. - Sizin kimi hadisə yaşayıb sizin kimi olmayıb yəni həyatda uğur qazanmayan insan tanıyırsınızmı? - Xeyr elə bir insan tanımıram bəlkə də var az öncə də dediyim kimi hər insanın həyatında belə bir şans yaranır, təbii ki bu fərli ola bilər, əsas odur ki, sən onu görüb düzgün qiymətləndirə biləsən. Mənim üçün fiziki məhdudiyyət yeni bir başlanğıc, yəni bir həyat deməkdir, çünki mən hadisədən sonra tamamilə yeni bir insana çevrilmişəm və bu yaxşılığa doğru olub. Fiziki məhdudiyyətli olmaq həyatın sonu deyil. Mənim üçün xoşbəxtlik ayaqlarımın olmamasi ilə bitmir. Mən bunu hər yerdə deyirəm: "Mən içimdə o xoşbəxtliyi yaradan bir insanam və mən belə düşünürəm ki, həyatda pul, var- dövlət bunlar olsa da insan əgər xoşbəxt ola bilmirsə demək ki, onlar boş şeylərdir. Əgər bir insan öz özlüyündə xoşbəxt ola bilmirsə qarşısındakını və ətrafindakıları heç vaxt xoşbəxt edə bilməz və onlarla normal ünsiyyət qura bilməz, necə deyərlər, yaxşı bir insan axtarmaqdansa yaxşı bir insan ol".. Müəllif: Şəhanə Quliyeva
Ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Şimal küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal küləyi əsəcək, axşam arabir güclənəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Sentyabrın 11-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.(Publika.az)
Qadınlar oturan vəziyyətdə və ya ayaq üstə dayanarkən asanlıqla yalan danışa bilirlər. Bunu belçikalı alimlər müəyyənləşdiriblər.Psixoloq.az xəbər verir ki, professor Bruno Verçuerin rəhbərliyilə aparılan tədqiqat nəticəsində məlum olub ki, qadınlar ayaq üstə və oturaq vəziyyətdə rahatlıqla yalan danışa bilir. Ancaq uzanan vəziyyətdə yalan danışa bilmirlər. Əgər qadın uzanıbsa, bu halda yalan danışmaqda çətinlik hiss edir. 123 qadının arasında aparılan tədqiqat zamanı onların məhz oturarkən və ya ayaq üstə dayanarkən asanlıqla yalan danışdığı sübut olunub. Alimlər bunun səbəbini müəyyənləşdirə bilmədiyi üçün araşdırmanın davam etdirilməsini qərara alıblar.Araşdırmada o da məlum olub ki, qadınlar munasibətlərində ən çox muraciət etdikləri yalanları adətən özlərini qorumaq üçün istifadə edirlər. Sanki kişilərin etdiyi heç bir hərəkətə onların ürəyi sıxılmır və ya incimirlər. Bu yalan qarşıdakı insanın səhvinə çox da əhəmiyyət verilmədiyini göstərmək üçün işlədilə bilər. Məsələn, sevgilisi ad gününü yaddan çıxanda onlar adətən bunun mühüm olmadığını deyirlər. Amma kişilər bunun ağ yalan olduğunu hiss edə bilirlər. Çünki hər bir qadın özəl günlərində xatırlanmağı və həmin günün unudulmaz keçməsini istəyirlər.publika.az
Psixoloqlar insanın doğulduğu fəslin və ya ayın onun gələcək taleyində rol oynadığını iddia edirlər. Xüsusən də kişilərə nisbətən daha emosional olan qadınlarda doğulduqları aya görə xarakter analizi özünü çox göstərir. Bəs sevdiyiniz qadın hansı ayda doğulub? Yanvar qadınları Yanvar ayında doğulan qadınlar dözümlü, inadkar, ambisiyalı, nizam intizam sevən olurlar. Həyata və qarşılıqlı münasibətlərə ciddi yanaşır, öz konservativ fikirləri ilə seçilirlər. Tənqidçidirlər, lakin bu sizin üçün ən yaxşısını arzulamalarından irəli ggəlir. Duyğularını dilə gətirməyi sevmirlər.Onlar özləri ilə eyni inttellektual səviyyədə olan insanları yaxına buraxırlar. Yanvar qadınları ilə yaxın olmaq istəyən kişilərin həyata baxışı da onlarınkına bənzər olmalıdır. Fevral qadınları Onlar çox romantikdirlər.Fevral qadınlarına səbirlə yanaşmaq lazımdır.Onların ruhunu hər kişi anlaya bilməz. Daima dəyişən ovqata malikdirlər. Onlara hər kəs yox özləri kimi “xüsusi” kişilər lazımdır. Abstrakt düşüncə tərzləri və fantaziyaları yüksəkdir. Onlara bir dəfə kiçicik bir yalan söyləsəniz bir daha üzülərini görə bilməyəcəklsizniz. Mart qadınları Bu qadınlar güclü cazibələri və xarizmaları ilə seçilirlər. Çox sadiqdirlər. Onlara hər kəs sirrini rahatlıqla etibar edir. Onlar çətin aşiq olurlar. Mart qadınlarını ən kiçik bir sözlə və ya yalnış mühakimə ilə incitmək olar. Onlar bir dəfə aşiq olurlar və bu ömürlük olur. Martda doğulan kişilər onlar üçün əla seçim olardı. Aprel qadınları Anadangəlmə diplomatdırlar. İstənilən insanla asan dil tapa bilirlər. Yeganə çatışmayan cəhətləri arada bir özlərinə yazıqları gəlmələridir. Çox qısqancdırlar. İstənilən zəmində münaqişə zamanı bomba kimi partlayan bir qadınla qarşı qarşıya qalacaqsan. Aprel qadını ilə aranız dəyibsə mübahisə etmədən başqa otağa keçib sakitləşməsini gözləyin. Bununla belə bu qadınlar əylənməyi bacarırlar. Ərlərinə keyifli bir həyat yaşadacaqlar. Ürəklərini yalnız layiq olana verirlər. May qadınları May qadınları öz fikirlərinə əmin və məqsədyönlü qadınlardırlar. Onların güclü daxili kompası var, heç bir zaman bu kompasın əmrlərindən kənara çıxmaq istəmirlər. Zahirən cazibədardırlar. Xarakterləri isə mürəkkəbdir. Onlara aşiq olan kişilər üçün təhlükəli hesab olunurlar. Əgər bu sevgiyə sevgi ilə cavab verməsələr kişinin həyatında qara sevdaya çevriləcəklər. May ayında doğulan qadını siz ömrünüz boyu unutmayacaqsınız. İyun qadınları Hər şeylə maraqlanan, yaradıcılığa həvəsli qadınlardır. Əsas nöqsanları ağıllarından nə keçirsə dillərinəı gətirmələridir. Sözləri seçmədən istifadə edirlər. Onların prinsipi budur- hər şeyi üzə de. Bununla onlar başqalarını nə dərəcədə incitdiklərini alamırlar. Sevgidə təhlükəli oyunçudurlar. Kişi onların əlində oyuncağa çevrilir. İyun qadınlarını yaxşı tanıyın ki, sevgi qurbanı olmayasınız. İyul qadınları Bu qadınlar öz yaxınları ilə münasibətdə çox dürüst və açıqdırlar. Qalanları üçün isə onlar gözəl, sirli, ağıllı və əlçatmaz hesab olunurlar. Münaqişələrdən uzaq durur, nəzakətli olmağa çalışırlar. Onlar yalanı bağışlamırlar. Bu səbəblə onları itirə bilərsiniz. Avqust qadınları Böyük ürəkləri olan qadınlardırlar.Münasibətlərdə hər zaman qadın qələbə çalır. Yalnız brilliant kişilər avqust qadını ilə yaşayaıb onun kabluku altında olmadığını düşnə bilərlər. Gözəl yumoR hissinə malikdirlər. Lakin kiminsə onları lağa qoymasına dözə bilmirlər. Diqqət mərkəzində olmağı sevirlər, kişilər onlara qarşı hər zaman diqqətlidirlər. Kişilər onların yanında başlarını itirirlər. Sentyabr qadınları Zahirən gözəl, mehriban, nizam intizamlıdırlar. Sentyabr qadınları onlara edilən pisliyi unutmurlar. Ehtiyatlıdırlar, təəssüf ki, intiqamçıdırlar. Ömürlük münasibətlərə üstünlük verirlər. Bir gecəlik sevgi axtaran kişilər bu qadınların diqqətini çəkmir. Bu qadınlar surətpərəstdirlər. Seçicidirlər. Onlara insan bəyəndirmək asan deyil. Oktyabr qadınları Güclü xarakterə malikdirlər.Çox emosionaldırlar. lakin başqalarının gözü önündə ağlamırlar. Ağıllıdırlar.Buna görə də ürəklərini hər kəsə açmırlar. Bu qadınları digər qadınlar çox qısqanırlar. Onlar ən yaxşı kişiləri seçir və gösəl həyat yaşayırlar. Bu təbiətin onlara töhfəsidir. Noyabr qadınları Hər zaman başqalrından bir addım qabaqdadırlar. Aktivdirlər, yalanı anında anlayırlar. Bu qadınların hissləri ilə oynamaq olmaz. Bunun axırı pis qurtara bilər.Atəşlidirlər. Ambisiyaları var. Onlarla darıxmazsınız. Onların rəyini almaq istəsəniz yalnız doğru cavab verəcəklər. Dekabr qadınları Dözümsüzdürlər, lakin ixtiraçıdırlar. Uğurlu taleləri olur. istənilən vəziyyətdən qələbə ilə çıxırlar. Ərlərinin ovatını yüksəltməyi bacarırlar. Açıq ürəklidirlər. Həyat onları yaralaya bilməz. İstədiklərini əvvəl axır əldə edirlər.
Qoç - Çoxdan hazırladığınız planları reallaşdırmağa başlayın. İnsanların gur olduğu yerlərə yollanmayın. Diqqət mərkəzində olacaqsınız. Qətiyyətli olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edin. Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyiş olacaq. Bəzi nüanslara fikir verin. Nə isə alınmasa, bir də cəhd edin. Unikal və ya ekssentrik olduğunuzu düşünməyin. Yaxınlarınızdan birinin maddi yardıma ehtiyacı var. Buğa - Daha rahat, komfortlu, əlverişli şəraitdə çalışmağa can atmayın. Mərhələləri tədricən qət edin. Tələsməyin, vurnuxmaya aldanmayın. Tənbəllik etməyin, passivliyə qapılmayın. İzafi diqqət, fərdi ambisiyaların təminatı zərər verəcək. Günün ikinci yarısında başladığınız işi sürətlə görün, yaxşı nəticəyə nail olmağa çalışın. Bütün işləri ən yüksək səviyyədə görmək mümkün deyil: bu reallığı qəbul edin. Axşam saatlarında normal istirahət etməyə can atın. Əkizlər - Pozitiv, yaxşı gündür. Hisslərə qapılmayın, emosiyaların əsiri olmayın. Kədər, şübhə, qısqanclıq, bezdirici xatirələr işgüzar fəaliyyətə maneələr yaradacaq. Yeni anlaşma və ya sifarişlə bağlı müzakirələri qeyri-formal şəraitdə aparmaq olar. Günün ikinci yarısında alış-verişdə izafi xərclərə yol verməyin. Qənaətcil olun və bədxərcliyin fəsadlarını unutmayın. Aktiv işləsəniz, zəhmətinizin bəhrəsini görəcəksiniz. Yaxınlarınıza, dəyər verdiyiniz insanlara diqqətli yanaşın. Ailə üzvləri ilə birlikdə axşam saatlarında gəzintiyə çıxmaq olar. Xərçəng - Səxavətli olun. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün yaxınların və inandığınız insanların yardımlarından faydalana bilərsiniz. Münasibətlərdə səmimi olmağa çalışın. Saxtakar, yalançı, kütbeyin insanlardan uzaq durun. Günün ikinci yarısında seçimdə səhv etməyin. İstirahəti ləğv etməyin - sadəcə, bir qədər ertələyin. Alış-veriş zamanı mövcud maliyyə imkanlarınızı realistcəsinə qiymətləndirin. Axşam saatlarında səhhətinizin qeydinə qalın. Keyfiyyətli ərzağa üstünlük verin. Sağlam rasionu seçin. Şir - Günün fonu sizə hətta ən parlaq fonda itib-batmamağa imkan verəcək. Aldığınız təkliflərin şirnikləndirici effektinə aldanmayın. Yaşanan proseslərin zahiri görüntüləri əvəzinə məzmununu qiymətləndirin. Günün ikinci yarısında işdə rəhbərliklə mübahisə etməyin. Tapşırıq və ya sifarişi vaxtında yerinə yetirin. Yeni layihəyə başlamaq üçün əlverişli zaman deyil. Axşam saatlarında zəruri məlumatları araya bilərsiniz. Qız - Kütlədən seçilərək müstəqil fəaliyyət göstərə bilsəniz, yaxşı nəticələrə nail olacaqsınız. Bilik, bacarıq və təcrübənizdən yararlanın. Qətiyyətli olun. Kiçik maneələr və ya cüzi problemlər sizi ruhdan salmamalıdır. Günün ikinci yarısında birgə fəaliyyətə və kollektiv əməyə üstünlük verin. Daha xarizmatik insanların kölgəsində qalmayın. Axşam saatları ailəvi tədbirlər üçün əlverişlidir. Heç nədə ifrata varmayın. Tərəzi - Oyun qaydalarına və fəaliyyətdə ənənəvi metodikaya riayət etsəniz, pis gün deyil. Kreativ olun, sərhədləri genişləndirin. Köhnəlmiş şablonlardan və mənasız rituallardan qurtulun. Başqalarının maraq dairəsində öz mənafelərinizi təmin etməyə çalışmayın. Günün ikinci yarısında tərəfdaş və dostlarla təmaslarda mövqelərinizi qoruyun. Praqmat olun, emosiyalara uymayın. Münasibətlərin normal olması üçün maddi problemləri qabartmayın. Bəzi yanlışlıq və nöqsanları görməzliyə vurun. Axşam saatlarında stressdən qurtulmaq üçün gəzintiyə çıxın. Əqrəb - Yeni təşəbbüslərdə tələskənliyə yol verməyin. Aramla çalışın, amma astagəl olmayın. Yaşamın diqktə etdiyi şərtləri qulaqardına vurmayın. Dəvətlərdən imtina etməyin. Təəssüratları artıraraq təcrübənizi zənginləşdirin. Günün ikinci yarısında karyeranıza müsbət təsir edə biləcək populyar insanla qarşılaşa bilərsinz. İş yerindəki axmaq insanlarla ünsiyyətdə mümkün qədər soyuqqanlı olun. İfrata varmayın. Özünüzü olduğunuzdan zəngin göstərməyə can atmayın. Axşam saatları ailəvi tədbirlər üçün münasibdir. Oxatan - Günün ilk yarısı uğurlu olacaq. Əhvalınızı korlamayın, ruhdan düşməyin. Məqsədə çatmaq üçün nikbin olun. İmicinizin qeydinə qalın. Rəqiblərin mövqelərindəki zəif məqamları aşkarlayın. Günün ikinci yarısında səs-küy və vurnuxmadan uzaq olun. Hər şeyin qədərini bilsəniz, potensialınızı dürüst qiymətləndirsəniz, sürətlə irəliləyə bilərsiniz. Rasionunuza fikir verin. Axşam saatlarında normal istirahət edin. Oğlaq - Yaşamınızdakı harmoniyanı kobud şəkildə pozmayın. Proseslərin zahiri tərəfləri və atributları sizi aldatmasın. Uğur, sadəcə, istəklə olmur. Hadisələrə təsir imkanlarına malik insanlarla sıx ünsiyyət qurun. Günün ikinci yarısında insanların gur olduğu yerlərə yollanmayın. Aqressiv və tələskən olsanız, hadisələrin məcrasında ciddi fəsadlarla qarşılaşacaqsınız. Ənənəvi davranışınızı dəyişməyin. Yeni layihəyə başlamayın. Sırf ambisiyalarınızın təminatı üçün avantüralara başlamayın. Dolça - Süst və tənbəl olmayın. Tərəfdaşlarla birlikdə çalışın. Yaxın dostlara yardım edin, onlara dəstək olun. Çoxdankı rəqiblərin mövqelərini zəiflətmək üçün hücuma keçin. Çoxdankı rəqiblərdən biri tərəfdaşlıq təklif edirsə, dərhal "yox" deməyin. Günün ikinci yarısında sərt və aqressiv davranış münasibətlərdə sərinlik yarada bilər. Sonucu naməlum münaqişəyə başlamayın. Dəyər verdiyiniz insanlarla təmaslarda maliyyə və daşınmaz əmlakla bağlı məsələləri müzakirə etmək olar. Axşam saatlarında yaxınlarınızla istirahət edin. Balıqlar - Əlverişli, yaxşı gündür. Baş verəcək hadisələrdən faydalanaraq nəzərdə tutduğunuz istiqamətdə hərəkət edin. Ümumi plan çərçivəsindən kənara çıxmayın. Yaxın ətrafınızdakı insanların istəklərini nəzərə alın. Günün ikinci yarısında şəxsi maraqlarınızın təminatı üçün ümumi mənafeləri qurban verməyin. Bununla belə, kütlədəki fərd rolu ilə də razılaşmayın. Yaşananlara sadə yanaşın, maraqlarınızı düşünün. Dəyər verdiyiniz insana situasiyaya uyğunlaşmaqda yardım edin. Nikbin olun. Milli.Az
Nə qədər müddətdir seksdən uzaqlaşmısınız? Qadınlara ünvanlanan bu sualın cavabları sizi çox təəccübləndirəcək."Family Circle" adlı xarici jurnal qadınlar arasında sorğu təşkil edib.Spirtli içki istifadə etmələri, hamiləlikdən sonra çəkilərini necə atmaları və hətta hansı sıxlıqla sekslə məşğul olduqları ilə bağlı keçirilən sorğu maraqlı nəticələr ortaya qoyub. Araşdırmaya görə...Müxtəlif yaşdakı anaların 32 faizi bir neçə il, 36 faizi bir neçə ay, 27 faizi bir neçə həftə və sadəcə 5 faizi bir neçə gün sekssiz yaşayır.Evdə uşaq varkən, yaşı neçə olur olsun, cinsi həyatı əvvəlki kimi, öz tempində davam etməyin nə qədər çətin olduğunu bilsək də, həyat yoldaşı ilə sağlam və xoşbəxt bir münasibətin davam etməsi üçün seksin lazım olduğunu da unutmamalıyıq.Cütlüklərin sadəcə 15-20 faizi evliliklərini sekssiz davam etdirirlər. Sekssiz evlilik isə ildə 10 dəfədən az cinsəllik yaşamaq deməkdir.Bir sözlə, kişilər evləndikləri insandan, münasibətlərindən getdikcə uzaqlaşır. Müasir cütlüklər həm iş həyatında, həm də ev işlərində aktiv olurlar və bu, onların cinsi həyatına mənfi təsir göstərir. Halbuki kişi nə qədər yorğun iş görsə də, həyat yoldaşını seks baxımından razı saldığı deyilir.Bəs boşanma riski hansı hallarda aşağı düşür? Aparılan araşdırmaya görə, kişi əgər ev işlərinin 40 faizini edirsə, ya da qadın evin maddi ehtiyacının 40 faizini ödəyirsə, onda boşanma riski aşağı olur.Araşdırmaya qatılan və 20 ildir evli olan cütlük hər səhər seks üçün zəngli saat qurduqlarını deyiblər: "Hər səhər iki dəfə zəngli saat qururuq. Birinci zəng zamanı oyanaraq bir-birimizi qucaqlayır, öpüşür, yaxınlaşırıq. İkinci zəngli saat isə yataqdan qalxmağımız üçün qurulur. Beləliklə, hər səhər bir-birimizə vaxt ayırmış oluruq".Xarici psixoloqlar isə seks üçün həyat yodaşı ilə gün təyin etməyin daha düzgün olduğunu qeyd ediblər. Həyat yoldaşınızla aranızda sözsüz razılaşma imzalayın və heç vaxt bir-birinizi rədd etməyin. Bəzi qadınlar sadəcə kişilərin seksdən zövq aldıqlarını düşünürlər. Halbuki ən azından bir dəfə həmin hissləri zövqlə yaşasanız, bəlkə sonra həyat yoldaşınızdan daha istəkli olacaqsınız. Bununla belə vəziyyət düzəlmirsə psixoloqa müraciət etməyiniz tövsiyə edilir.
Əllərinizdə hər hansı bir səbəbdən davamlı titrəmə halı müşahidə edilən kimi mütləq narkoloq, nevroloq, psixoloq, toksikoloq və ya terapiya üzrə mütəxəssislərdən birinə müraciət etməniz atılan ən doğru addımdır. Bu zamanında və düzgün diaqnozun qoyulması eyni zamanda düzgün müalicə taktikasının seçilməsi üçün olduqca əhəmiyyətlidir. Unutmayaq ki, düzgün diaqnoz yarı-yarıya müalicə deməkdir. Titrəmənin səbəbləri kifayət qədər çoxdur. Onları ayıra bilmək üçün əsas olaraq əllərin nə zaman və necə titrəməyə məruz qaldığını dəqiq bilmək lazımdır. Tibdə titrəmənin iki ümumi (əsas) qrupda birləşdirilməsi və tədqiq olunması uyğun hesab edilib: patoloji və normal. Normal titrəmənin kliniki olaraq bir əhəmiyyəti olmayıb xüsusilə gənc yaşlarda daha çox müşahidə olunmaqdadır. İnkişaf edən orqanizmi hər hansı ani stress və ya həddindən çox fiziki yükləmə bədənin müxtəlif hissələrinin eyni zamanda və ya domino effekti ilə titrəməsinə səbəb ola bilər. Bunun üçün psixoloqa müraciət etməyiniz tövsiyə edilir. Əgər titrəmə tamamilə sakit bir vəziyyətdə başlayır və müəyyən müddət davam etməklə yanaşı digər hissələrə də keçirsə həkimə müraciət edilir və bu zaman mütəxəssis tərəfindən təyin olunan qıcolma əleyhinə və trankvilizator preparatlar problemin aradan qalxmasına kömək edir. Kliniki müşahidə üçün 2 həftə kifayətdir. Əgər bu hal davam edirsə artıq buna normal deyil patoloji titrəmə diaqnozu altında baxılır və uyğun tədbirlər görülür. Bu halda heç bir zaman kənardan müdaxilə olmadan titrəmənin spontan olaraq dayanması mümkün olmur. Patoloji titrəmə dərman qəbulu, orqanizmin metabolik reaksiyası şəklində və zərərli vərdişlərin nəticəsi kimi meydana çıxa bilir. Hər bir halda həkim-mütəxəssis səbəbi müəyyən edərək adekvat addım atmalıdır, buna görə də heç bir halda özünüzə təsəlli verərək problemin aradan qalxa biləcəyini düşünməyin.
Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata əsasən, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22°, gündüz 27-31° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq. Abşeron çimərliklərinin şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Cənub çimərlikləri - Türkan, Hövsan, Sahil, Şıxda mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti təşkil edəcək.
Sizə təqdim etdiyimiz bu test rəhbər vəzifəyə gəlmək istəyən, yaxud da artıq həmin vəzifədə çalışan şəxslər üçün nəzərdə tutulmuşdur. Test özünüzə nə dərəcədə əmin olmağınızı, təşkilatçılığı hansı səviyyədə bacarmağınızı, sizə avtoritetinizdən hara qədər istifadə etməyinizi və öz nöqteyi-nəzərinizi, həmçinin prinsiplərinizi nə qədər müdafiə edə biləcəyinizi anlamağa kömək edəcək. 1. Müxtəlif əşyalar, vəziyyət və hadisələr haqda konkret şəxsi fikriniz olurmu? a) Həmişə – 15 bal; b) Heç vaxt – 0; c) Hərdən – 5. 2. Sizi fikrinizdən daşındırmaq asandırmı? a) Həmişə – 0; b) Heç vaxt – 15; c) Hərdən – 5. 3. Vəzifəli bir şəxslə, yaxud öz müdirinizlə söhbət edərkən həyəcanlanırsınızmı? a) Həmişə – 0; b) Heç vaxt – 15; c) Hərdən – 5. 4. Sizə xoş olmayan, sevmədiyiniz insanlarla üz-üzə gəlməkdən qaçmağa çalışırsınızmı? a) Həmişə – 15; b) Heç vaxt – 0; c) Hərdən – 5. 5. Qarşınızı, yolunuzu kəsəndə çox qıcıqlanırsınızmı? a) Həmişə – 15; b) Heç vaxt – 0; c) Hərdən – 5. 6. Sizi həddindən artıq tərifləyib, olduğunuzdan artıq qiymətləndiriblər. Buna hər hansı bir formada etiraz edərsinizmi? a) Həmişə – 0; b) Heç vaxt – 15; c) Hərdən – 5. 7. Hiss etmisinizmi ki, daha çox özünüzdən cavanların əhatə dairəsində olmaq sizin üçün daha xoşdur, nəinki həmyaşıdlarınızın? a) Həmişə – 15; b) Heç vaxt – 0; c) Hərdən – 5. 8. Narahatlıqları, çətinlikləri öz öhdənizə götürmək daha yaxşıdır, nəinki başqalarına ötürmək: a) Həmişə – 0; b) Heç vaxt – 15; c) Hərdən – 5. 9. İş kollektivinizdə sakit ab-hava qorunub-saxlanılırmı? a) Həmişə – 15; b) Heç vaxt – 0; c) Hərdən – 5. 10. Sizə fikirlərinizi birbaşa olaraq, üzbəüz bildirmək yaxşıdır, yoxsa mesaj və ya məktubla? a) Sözlərlə – 15; b) Məktubla – 0; c) Şərait və şərtlərdən asılı olur – 5. 11. Hətta ən xırda, əhəmiyyətsiz məsələlərdə belə qərar qəbul edərkən kimlərləsə məsləhətləşirsinizmi? a) Həmişə – 0; b) Heç vaxt – 15; c) Hərdən – 5. 12. Söhbət zamanı qarşınızdakının gözlərinin içinə baxmaq sizin üçün çətin deyil. a) Həmişə – 15; b) Heç vaxt – 0; c) Hərdən – 5. 13. Siz təklikdə daha yaxşı, məhsuldar işləyə bilirsiniz, nəinki kollektivdə. a) Həmişə – 15; b) Heç vaxt – 0; c) Hərdən – 5. 14. Necə bilirsiniz, bəzi insanlar sizin zəifliyinizdən, sadəlövhlüyünüzdən istifadə edə bilərlərmi? a) Həmişə – 0; b) Heç vaxt – 15; c) Hərdən – 5. 15. Tapşırıq vermək, əmr və hökm etmək sizin üçün xoşdurmu? a) Həmişə – 15; b) Heç vaxt – 0; c) Hərdən – 5. Balları hesablayın və nəticələri çıxarın: 0-120 bal – Aydın görünür ki, rəis olmaq üçün şəxsi keyfiyyətləriniz yox səviyyəsindədir. Bəlkə, özünüz də istərdiniz ki, idarəedən yox, idarəolunan olasınız. Bu, onunla bağlıdır ki, özünüzü qiymətləndirməyə, özünüzə dəyər verməyə alışmamısınız. Özünüzə inamın aşağı olması, başqasının təsiri altına tez düşməyə, başqası tərəfindən idarə olunmağa meyillilik də məhz buradan doğur. 125-180 bal – İdarə olunmağı sevmirsiniz, eyni zamanda, şəxsən komandalar verməyi də arzulamırsınız. Amma bu, bir faktdır ki, müxtəlif tipli, vəzifəli insanlarla işləməli olursunuz. Öz fikirlərinizi müdafiə etməkdən, hərəkətlərinizə cavabdeh olmaqdan qorxmayın. Emosiyalarınızın və hisslərinizin qarşısını almağa çalışın. Hər şeydən öncə isə həmkarlarınıza işgüzar tərəf-müqabilləri kimi yanaşmağı öyrənin. 185-200 bal – İnsanları idarə etməyə meyillisiniz. Siz məsuliyyətli, ağıllı və kifayət qədər təşkilatlanmış bir insansınız. Hər zaman öz nöqteyi-nəzərinizi müdafiə etməyə, ətrafınızdakıları haqlı olduğunuza inandırmağa qadirsiniz. 200 və daha çox bal – Siz hökmlü təbiətə maliksiniz. Sizin tələblərinizə cavab verməyənlərə münasibətdə ciddi tədbirlər həyata keçirməyə qadirsiniz. Rəhbərliyiniz altında çalışanlar (əgər onlar varsa), ən yaxşı halda sizdən ehtiyatlanır və çəkinirlər. Əgər siz indi-indi rəis olmağı arzulayırsınızsa, işdə həmkarlarınıza münasibətdə öz mövqelərinizə yenidən baxmağınız tövsiyə olunur. Digər insanların da fikirlərini nəzərə almağı, onların fikirlərinə hörmətlə yanaşmağı öyrənin.
Qoç - eyni vaxtda bir neçə mühüm mövzuda və ya istiqamətdə yeniliklər yaşana bilər. Planlar dəyişə bilər. Yaxın ətrafınızdakı insanlara qıcıqlanmayın. Səbrli olun, təmkinli davranın.Bu gün təşkilatçılıq bacarığınızın olub-olmadığı bilinəcək. Həddən artıq narahatlıq nümayiş etdirməyin. İşdə və ailədə maksimal tələbkarlıq göstərməyin, xırdaçılığa varmayın. Əks təqdirdə münaqişə qaçılmazdır.Cari işlərlə məşğul olun və hadisələrin intensivləşməsindən gərəkli nəticələr çıxarın.Axşam saatlarında maraqlı ünsiyyət məsləhətdir. Buğa - qarışıq, laübəli gündür. Yaşanan olayların təfərrüatları aydın olmasa da, onların zahiri axarı uğur vəd edir.Maraqlarınızın təminatı istiqamətində yetərincə irəliləyə bilərsiniz. Çətinliklər yaransa da, onları qət edin. Nüfuzlu insanın yardımı sizə kömək edəcək.Bilik və bacarınığınızı nümayiş etdirin. Fəqət, əlahiddə illüziyalara qapılmayın.Emosional gərginlikdən qurtulmağa, sakitləşməyə çalışın. Mövcud vəziyyət sizdən soyuqqanlı, aram davranış tələb edir. Dostlarla görüşdən imtina etməyin.Onlar sizin üçün faydalı dəyişikliklərə təkan verə bilərlər.Günün emosional fonu yüksəkdir. Aktiv olun, hisslərə qapılmayın, irəliləyişə mane olan sədləri aradan qaldırın. Xırda işlərə etinasız yanaşmayın.Günün ikinci yarısında qəza və nasazlıq riski artır. Səhhətinizə fikir verin. Əkizlər - əvvəlki günün ruhu və təmayülləri davam edir. Lakin keçmişin energetikasından qurtulun.Sürətlə aktivləşən və planlaşdırılmamış şəkiddə məğzini dəyişə biləcək ünsürü kontrolda saxlayın.Yaşam arealınızda, işgüzar münasibətlərinizdə qayda yaradın.Həmkarlar və ailə üzvləri ilə münaqişələrə rəvac verməyin.Yaranan ideyalar toplusundan birini, ən vacibini, sərfəli və maraqlısını seçin. Bir mövzunun çərçivəsində qalmayın, hadisələrin ritminə uyğun hərəkət edin.Olayların axarı qəflətən dəyişə bilər. Mühüm prosesin cərəyan etdiyi məkana gedin. Adətən sizə sərfəli məsləhət verən insanı dinləyin.Önəmli qərarlar, açıqlamalar, araşdırmalar və alış-veriş üçün uğurlu gün deyil. Xərçəng - planlarınız dəyişə bilər. Hansısa mövzu aktuallaşacaq, sürətli müdaxilə və aktiv fəaliyyət tələb edəcək. Təşkili işə ehtiyac var.Yaxın ətrafınızdakı insanlardan birini birgə fəaliyyətə dəvət edin. Emosiyalar və hisslərə nəzarət edin. Birgə çalışacağınız insana təzyiq göstərməyin, onunla sərt danışmayın.Sifarişin yerinə yetirilməsinə ayrılmış vaxtın başa çatmasına az qalıb. Lakin başqa işləri kənara qoyaraq mütləq şəkildə bir işlə məşğul olmayın. Özünüzü həddən ziyadə yormayın.Günün ikinci yarısında mübahisə, qəza, nasazlıq, ağrı riskləri var.Baş verənlər arasında bəzi olayların ciddi təhlilə və sonradan təfərrüatlı şəkildə nəzərdən keçirilməsinə ehtiyacı var.Aktiv olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əlinizdən gələni edin. Şir - maraqlarınızı reallaşdırmağa çalışın. Süst və ətalətli olsanız, mühüm məqamı əldən buraxa bilərsiniz. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz plan çərçivəsində konkret addımlar atmaq üçün şans yaranıb.Böyük ümid və gözləntiləriniz olduğu məsələdə, layihədə və ya işdə baş verənləri diqqətlə izləyin. Kimsə yaşamınıza müdaxilə etməyə çalışır. Belə siqnalları gözdən qaçırmayın. Hətta ən qəribə və qeyri-adi hadisələrin səbəblərini anlamağa can atın.Günün ikinci yarısında problemlərdən birini asanlıqla həll edə bilərsiniz. Nikbin ehtimalların olduğu yöndə çətinliklər yaranacaq. Önəmli münasibətlərdə sərinləşmə meylləri müşahidə olunur.Əsəblərinizi tarıma çəkməyin. Sadəcə, bəzi illüziya və xam xəyallarla vidalaşmaq zamanıdır. Qız - hövsələsizlik və tələskənlik etməyin. İşdə və şəxsi həyatda dəyişikliklərlə yenilikləri mümkün qədər sürətlə həyata keçirməyə can atmayın. Səhv riski çoxdur.Yaxın ətrafınızdakı insanlardan biri sizdən öz məqsədləri üçün yararlanmaq niyyətindədir. Məlumat və informasiya toplayın. Həmkarların sözlərinə qulaq asın.Situasiyanı uyğun istiqamətə yönəltmək üçün fürsət gözləyin. İşin tam başa çatmayacağını nəzərə alaraq fəaliyyət göstərin. İndi təcili həll etməyə can atdığınız məsələlərin bəzilərini sonradan bitirmək ehtiyacı yaranacaq.Evdəki duruma nəzarət edin.Günün ikinci yarısında müzakirə və ya münasibətlərin aydınlaşdırılmasına başlamayın.Axşam saatlarında aktiv istirahəti seçin. Tərəzi - səhər saatlarına effektiv çalışaraq başlayın. Əməyinizin məhsuldar olmasına can atın. Amma özünüzü çox yormayın.Prioritetləri müəyyənləşdirin, daha mühüm saydığınız işi seçərək onu yerinə yetirməyə başlayın. Vədlər və öhdəliklərə əməl edin, sifarişi vaxtında başa vurun. Yeni işə yalnız o zaman razılaşın ki, həmin işin müqabilində sizə yaxşı pul vəd etsinlər.Səhhətinizə fikir verin.Alış-verişdə bədxərclik etməyin. Şəxsi münasibətlərdə gərginlik yaranıbsa, müzakirəni sabaha saxlayın. Tərəfdaşın iddiaları əssasız emosiyalar və sözlər deyil.Problemli məqamları aydınlaşdırmağa çalışın. Əqrəb - bu gün emosional və parlaq hadisə baş verəcək. Romantika, güclü hisslər və həyəcanlar, gözləntilər ola bilər. Xərclərə, məsrəflərə, bir sıra insanlarla təmasların qurulmasına hazırlaşın.Sizin üçün önəmli şəxslərin davranışlarını diqqətlə izləyin. Ehtiyatlı, fəndgir olun, düşünülmüş qərarlar verin. Sınmayan nəsnəni güclə sındırmayın. Ehtiyac yaranarsa, təmirlə məşğul olun. Zəif mövqedə olarkən münaqişəyə başlamayın.Mövqeləriniz güclənəcək, amma mübahisələrə başlamayın. Özünüzə və başqalarına nəyisə sübut etməyə çalışsanız, məğlubiyyətinizin ilkin mərhələsi başlanacaq.Şəxsi münasibətlər müstəvisində asan və xoş məqamlar olmayacaq.Çətin məsələləri həll etmək şansı var. Münasibət və təmaslarda gərginləşmə, dərinləşmə, təəssüf və ya qarşılıqlı anlaşmanın keyfiyyətcə yeni səviyyəsinə yüksəlmə var.Çalışsanız, istənilən situasiyadan faydalana bilərsiniz. Yaranan şanslardan bəhrələnin. Oxatan - qapalı danışıqlar, intriqalardan imtina edin. Ailə üzvləriniz, şərik və dostunuzdan gizli iş görməyə can atmayın.Məxfi, sirli, mübhəm məqamlara marağınız çox olsa da, emosiyalarınızı cilovlayın. İntriqalar və şayiə yayanlar aktivləşiblər. Ehtiyatlı olun, gərəksiz və mənasız etiraflara, səmimiyyətə ehtiyac yoxdur.Səhhətinizə fikir verin. İtki, düşünülməmiş addımlar, gərəksiz xərclər riski var.Müxtəlif ehtimal, siqnal və nişanələrə layiq olduğundan artıq önəm verməyin.Yeni tanışlıqlar güclü emosiyalar yarada bilər, amma həmin təmasların perspektivləri yoxdur.Yaradıcılıq potensialının artırılması, yaşam arealınızın qaydaya salınması üçün gərəkli tədbirləri görün.Axşam saatlarında istirahət edin. Oğlaq - böyük emosional gərginlik yaşayacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizdən yardım və diqqət gözləyirlər.Aqressiv və sərt olmayın. Mümkün qədər çox işlər görün, həyəcana və nigaranlığa vaxt qoymayın. Təkbaşına çalışmaqda fayda var.Problemlər yaranmağa başlayarsa, şəraiti rəvan edin, müşkülü tələsmədən çözün. Başqalarının işinə müdaxilə etməyin, hamilik etməyə can atmayın.Günün ikinci yarısında yarımçıq işləri başa vurun.Axşam saatlarında istirahət edin. Dolça - emosional olmayın, hisslərinizin əsiri olmayın. Konstruktiv və zəruri hesab etdiyiniz addımları atın. Bitkin qərarlar qəbul edin.Hadisələrin axarına sərt müdaxilə etməyin.Səhər saatlarından etibarən aktiv çalışın. Bəlirlədiyiniz plan çərçivəsindən gün ərzində çıxmamağa, yeni işlərə başlamamağa can atın.Yaşananlara praktisizm və mütənasiblik müstəvisindən baxın. Yaşamın qarşınızda qoyduğu məsələlər çevrəsindən çıxmayın.Təşvişə düşməyin, başladığınız işi başa çatdırın. Görüləsi işlərin sayı bir müddət sonra artacaq.Həyatınızda qayda və nizamı artırın. Balıqlar - yaxın ətrafınızdakı insanların hiss və həyəcanlarını anlamağa, onların problemlərini dərk etməyə çalışın.Yeni planlar və əlaqələrin formalaşması, danışıqların aparılması, ideyaların təqdimatı üçün uğurlu vaxtdır. Cari problemlərin həlli yaradıcı potensialınızı artıra bilər. Bununla bahəm narahatlıq, nevroz laübələr, bir neçə işdə eyni vaxtda çalışmaq istəyi yaranacaq.Dostlarla münasibətlər intensivləşir. Sizə təzyiq göstəriləcək, kimlərinsə maraq dairəsinə çəkməyə çalışacaqlar. Narahatlıq yaradan məsələlərdə aydınlıq yaranmayacaq.Sevdiyiniz insan sorğularınıza, suallarınıza, zənglərinizə cavab vermir. Lakin indi hər şeyə rəğmən bir sıra məsələlərdə pozitiv məqamlar və nüanslar tapmaq imkanları yaranıb. Milli.Az
Hər kəs bir saç rənginə sahibdir. Bəs bunun xarakterinizdən xəbər verdiyindən məlumatınız varmı? Sarışın Əgər sarışınsınızsa, olduqca iradəlisiniz. Nə istədiyinizi hər zaman bilirsiniz və onun arxasından gedirsiniz. Sarışınlar sıxlıqla seksual olaraq qəbul edilər. Lakin eyni zamanda baxımlı və havalı bir təəssürat də yaradır. Digər saç rənginə sahib qadınlara görə daha erkən evlənən sarışınlar, söz mövzusu boşanma olduqda da liderliyi heç kimə buraxmır. Niyə kişilər sarışınlara daha çox maraq duyar sualının cavabına gəlincə, bu saç rəngi gəncliyi və qadınlığı əks etdirir; eyni zamanda itaət və saflığı da təsvir edir. Təbii olaraq da bu vəziyyət kişiləri cəzb edir. Qarabuğdayı Sarışınlar tələsikçilikləri ilə, qara saçlı qadınlar isə ağır hərəkətləriylə diqqət çəkər. Kişilərdə hörmət oyandıran qara saçlı qadınlar, haradan gəldikləri hara gedəcəkləri mövzularına çox baş yorarlar. Qızıl Əgər öz saç rənginiz qızıldırsa, siz həqiqətən özünə xas bir insansınız. Qızıllar hər zaman özü özlərinə bəs edərlər və həll axtararlar. Dəyişikliklərə, fərqli mühitlərə və vəziyyətlərə qarşı rahatlıqla uyğunlaşma təmin edərlər. Qırmızı saçlı qadınlar digər qadınlara nisbətlə, inadcıl, başdan çıxarıcı, əsəbi, dobra, küsəyən, ehtiraslı və fərqli fikirlərə sahibdirlər. Qəhvəyi Qəhvəyi saçlı qadınların üzərində ümumiyyətlə ağır yüklər olur, ancaq vaz keçmək nöqtəsinə gəldiklərində sinirləri tavana çıxır. Əsmərlər və qumrallar, ümumiyyətlə məsuliyyət sahibi "yaxşı qız" olaraq qəbul edilir.
Azərbaycanda sifilis diaqnozu qoyulmuş xəstələrin sayı artıb. Psixoloq.az trendə istinadən xəbər verir ki, ötən il müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayı 2394, 2016-cı ildə 1587, 2005-ci ildə 547 nəfər olub. Azərbaycanda ilk dəfə sifilis diaqnozu qoyulanların da sayı artıb. 2017-ci ildə ilk dəfə qoyulmuş sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 967 nəfər olub. Bu göstərici 2016-cı ildə 907, 2015-ci ildə 560, 2005-ci ildə 222 olub. Sifilis diaqnozu qoyulanların çoxu kişilər olur. Keçən il ərzində müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin 1 558-i kişi olub. Ötən il ilk dəfə sifilis diaqnozu qoyulanların 652-si, 2016-cı ildə 593-ü, 2005-ci ildə 139-u kişi olub. Keçən il əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə sifilis diaqnozu qoyulanların sayı 9,9 nəfər olub. Azərbaycanda sifilisli xəstələrin sayı artsa da, digər zöhrəvi xəstəlik olan qonokokk infeksiya ilə (süzənək) xəstələnənlərin sayı azalıb. Ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan qonokokk infeksiya ilə xəstələnənlərin sayı 152 nəfər olub. Bu say 2016-cı illə müqayisədə (105 nəfər) çox olsa da, 2005-ci illə müqayisədə (1 360 nəfər) xeyli azdır. Qeyd edək ki, Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Zülfüqar Fərəcov bir müddət əvvəl açıqlamasında ümumilikdə son illər ərzində bütün dəri-zöhrəvi xəstəliklərinə, o cümlədən cinsi yolla keçən xəstəliklərə yoluxma sayında artımın müşahidə edildiyini söyləyib. O, zöhrəvi xəstəliklərə kişilər arasında daha çox rast gəlindiyini, bu xəstəliklərin əsasən reproduktiv yaş dövründə olan – 50 yaşadək olan kişilərdə müşahidə olunduğunu açıqlamışdı. Z.Fərəcovun sözlərinə görə, əksər hallarda yaydan sonrakı aylarda cinsi yolla yayılan xəstəliklərə yoluxanların sayında artım müşahidə edilir. Ölkənin baş mütəxəssisi payız aylarında belə xəstələrin sayının artmasının səbəbini yay aylarında istirahətə gedən insanların həmin yerlərdə cinsi yolla keçən xəstəliklərə yoluxması ilə izah edib.
Kişiyə aid isuallar:1. Siz bütün həyatınızı dəyişmək və hər bir şeyi yenidən başlamağı düşünürsünüz? 2. Siz həyat yoldaşınızın o qədər də zövqlə geyinmədiyini düşünürsünüz? 3. Pis yatırsınız? 4. Evdə boş vaxtlarınızı keçirmək xoşunuza gəlir? 5. Yoldaşınızın hansı rəngdən və hansı kitabdan xoşu gəldiyini bilirsiniz? 6. Subay olduğunuz zamanları tez-tez yadınıza salırsınız? 7. Düşünürsünüzmü ki, boş vaxtlarınızı keçirmək üçün hərənizin öz seçimi olmalıdır? 8 Həyat yoldaşınızı başqa qadınlar ilə müqayisə edirsiniz? 9. Evdən kənarda tez-tez dostlarınız ilə görüşürsünüz? 10. İşdən evə pis əhval-ruhiyyəni tez-tez “gətirirsiniz”? Testin suallarına cavab Bəli Bəzən Xeyr Bəli cavabları üstünlük təşkil edirsə: Ailə həyatında Siz o qədər də xoşbəxt deyilsiniz. Qismən də olsa günah sizdədir. Çalışın yoldaşınıza daha çox vaxt ayırasınız, ona qarşı diqqətli olun, əlbəttə ki, artıq gec deyilsə. İstənilən halda ailə həyatınızı daha xoşbəxt və möhkəm etməyiniz haqda fikirləşmə dəyər. Çünki ailəni dağıtmaq asan olsa da, onu yenidən bərpa etmək çox çətindir. Bəzən cavabları çoxluq təşkil edirsə: Siz evliliyinizdən razısınız. Sakit və gözəl ev şəraitini xoşlayırsınız. Hərdən dostlarınızla görüşürsünüz və keçmiş günlərinizi yada salırsınız, lakin bu sadəcə gözəl xatirələrdi, qətiyyən sizin ailə şəraitinizindən narazı olduğunuz demək deyil. Xeyr cavabları çoxluq təşkil edirsə: Bəzən həyat yoldaşınız ilə bir balaca anlaşılmamazlıq olur, ancaq bütövlükdə sizin evliliyiniz uğurludur. Siz razı və xoşbəxt həyat yoldaşısınız. Qadına aid suallar:1. Yoldaşınızın sizə qarşı diqqətli və səmimi olduğunu düşünürsünüz? 2. Yoldaşınızın sizinlə iş problemləri ilə bölüşməyini istəyərdiniz? 3. Sizin bütün ailənin əhval-ruhiyyəsini pozduğunuz hallar olur? 4. Əgər sizin əhval-ruhiyyəniz pisdirsə, bu halı xüsusi, sevdiyiniz bir xörək dəyişə bilər? 5. Sizin tanışlarınızın həyat yoldaşları sizin yoldaşınızdan yaxşı olduğunu düşünürsünüz? 6. İstirahət günləri özünüzə (geyiminizə və s.) fikir vermədiyiniz zamanlar olur? 7. Yoldaşınızın hobbisi sizi əsəbiləşdirir? 8. Yoldaşınızın uğurlarına sevinirsiniz? 9. Sizin işinizdən yoldaşınızın işi vacib olduğunu düşünürsünüz? 10. Uşaqlara qarşı yoldaşınızdan çox sevgi göstərirsiniz? Testin suallarına cavab Bəli Bəzən Xeyr Bəli cavabları çoxluq təşkil edirsə: Siz əminsiz ki, evliliyiniz uğurlu deyil. Bu vəziyyətdə, siz ilk növbədə yoldaşınızı günahlandırırsınız. Lakin günah sizin özünüzdə də ola bilər. Ümid edirik ki, sizin bu vəziyyəti yaxşı tərəfə yönləndirməyə hələdə vaxtınız var. Sizə uğurlar. Bəzən cavbları çoxluq təşkil edirsə: Siz bilirsiniz ki, ideal evlilik olmur. Ailədə olan yaxşı münasibətlər hər ikinizdən asılı olduğunu yaxşı bilirsiniz. Siz problemlərinizi asan yolla həll edə bilirsiniz. Bəzi zamanlar sizdə şübhə yaranır: bu problemlərin öhdəsindən gələ biləcəksinizmi? Lakin bu hisslərə qapılmaq lazım deyil. Xeyr cavabları çoxluq təşkil edirsə: Sizdə hər bir şey əladır, uğurlu ailə münasibətləri qura bilmisiniz. Siz – çox yaxşı həyat yoldaşısınız, sizdən yaxşısını yoldaşınız xəyal edə bilməz. Hər bir ailəyə uğurlar arzulayırıq. Bir-birinizin qədrini bilin, bir-birinizə qarşı hər zaman diqqətli olun.
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam arabir yağış yağacaq, şimşək çaxacaq. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları, əsasən, yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 28-33, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək. Aran rayonlarında, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək. Naxçıvan MR-da, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək. Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, sentyabrın 8-9-da hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 28-30 dərəcə isti təşkil edəcək.
Qoç - İstənilən birgə fəaliyyətdə ehtiyatlılıq lazımdır. Bu gün hətta adətən asanlıqla dil tapdığınız adamlarla da yola getmək çətin olacaq.Yaxınlarınızı sevindirmək üçün bəhanəniz olacaq. Köhnə dostlarınızda xoş xəbərlər mümkündür, sevgiliniz tərəfindən sürprizlər də istisna deyil. Lakin olduqca çox şey gözləməməlisiniz - ətrafdakılara qarşı həddindən artıq tələb ciddi problemlərə səbəb ola bilər. Buğa - Düzgün seçilmiş taktika nəticəsində rəqibləriniz üzərində qələbə qazana bilərsiniz. Lakin müttəfiqlərinizə həddindən artıq inamınız üzündən itkilər də istisna deyil. Onların fəaliyyətlərinə nəzarət etməyə çalışın, dəqiq tapışırıqlar verin: qarşılıqlı anlaşmanın çatışmazlığı ağır nəticələr verə bilər.Şəxsi xarakterli problemlər istisna deyil. Lakin bu çətinliklərin öhdəsindən gəlməkdə sizə valideynləriniz yardım edə bilərlər. Sevdiyiniz şəxsin tənqidi fikirlərinə qullaq asmağa dəyər: onlar tamamilə konstruktivdirlər. Əkizlər - Qeyri-populyar qərarlar qəbul etməli olacaqsınız. Lakin yəqin ki, onları dəstəkləməyə hazır olan adamlar tapılacaq. Adi, yeknəsək işlər çox vaxtınızı alacaq.Günün əhəmiyyətli hissəsi keçmişlə bağlı xatirələr və düşüncələrə həsr olunacaq. Bu gün sizin əhval-ruhiyyənizi konstruktiv adlandırmaq olmaz. Səhvləri təhlil etmək və nəticə çıxarmaq əvəzinə, özünüzü söyür və tənqid edirsiniz. Bu, yaxınlarınızla rahat ünsiyyətə mane olur, ruhi tarazlığı pozur. Xərçəng - Nəzərə çarpan olmasa da, xoş gündür. O, nə iləsə keçmişə qayıdışla yadda qalacaq. Lakin bu, indini unutduracaq qədər güclü olmayacaq. Gün birgə layihələr üçün çox münasibdir - ailəvi, kommersiya və ya yaradıcı layihələr.Axşam saatları elmi ədəbiyyat oxumaq, xarici dil öyrənmək və ya tədqiqat işləri üçün əlverişlidir. Şir - Günün ahəngdar və sakit gedişi əsas məsələni sizin diqqətinizdən qaçıra bilməz: böyük ümidlər bəslədiyiniz başlanğıclar təəssüf ki, uğursuzluğa məhkumdur. Əməkdaşlıq, istənilən birgə fəaliyyət çoxsaylı problemlərlə müşayiət olunacaq. Xoşbəxtlikdən yanınızda sizə köməyə gəlməyə hazır olan adam var.Yaradıcılıq potensialının həyata keçirilməsi, müsiqi, rəsm və ədəbiyyatla məşğul olmaq üçün çox əlverişli gündür. İstedadınız diqqətdən kənarda qalmayacaq, ünvanınıza çoxsaylı xoş sözlər eşidəcəksiniz. Qız - Asan və gözəl gün olduğunu demək olmaz. Lakin hadisələrin inkişaf məcrası sizin üçün münasib görünəcək. Müsbət tendensiyalar tezliklə güclənəcək. Hələlik isə sakitcə işləmək, cari məsələləri həll etmək lazımdır.İstər işgüzar, istərsə də dostluq ünsiyyəti üçün əlverişli gündür. Maraqlı təkliflər mümkündür. Həyatınızı dəyişməkdən qorxmayın - sağlam düşüncə və ulduzlar sizi səhvlərdən qoruyacaq. Tərəzi - Prinsiplərinizə sadiq qalın. Bü, çox vacibdir. Çünki bəzən sizə elə gələ bilər ki, şərait zidd nəsə tələb edir. Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Mümkün olan yerdə məsuliyyəti bölüşün.Yaxınlarınızla münasibətlər kifayət qədər gərgin olacaq. Bu günü "itkisiz" keçirmək şansı var. Bunun üçün yalnız ehtiyat və ağıl lazımdır. Əqrəb - Səy göstərməklə uğur əldə etmək olar. Lakin sürprizlər və gözlənilməz dönüşlərə də hazır olmaq lazımdır. Bu gün həyat qəbul edilməsi asan olmayan hədiyyələr gətirəcək. Əgər yenilikdən qorxmursunuzsa, irəliyə vacib addımı ata bilərsiniz. Maliyyə çətinlikləri mümkünür. Cərimələr və başqa xoşagəlməz xərclər istisna deyil.Şəxsi münasibətlərdəki problemlər ciddi yanaşma, başqalarının məsuliyyətini öz üzərinə götürmək bacarığı sayəsində həll oluna bilər. Sonradan peşimanlığını çəkəcəyiniz hərəkətlər istisna deyil. Oxatan - Əgər əvvəlcədən müstəqil şəkildə fəaliyyət göstərməyə qərar versəniz və ətrafdakıların təqdirini, yardımını gözləməsəniz, gün kifayət qədər uğurlu olacaq. Düzdür, "bir nəfər hamıya qarşı" vəziyyətinə qibtə etmək və komfortlu adlandırmaq olmaz. Lakin o, sizə irəliləməyə və öz maraqlarınızı müdafiə etməyə imkan verəcək.Bu gün zərərli vərdişlərdən imtina etmək sağlamlığınız üçün zərərli olan zəifliklərə yol verməmək tövsiyə olunur. Sevdiyiniz adamla fikir ayrılıqları mümkündür. Oğlaq - Naz, flirt və xoş ünsiyyət günüdür. Rəhbərlik xatırladacaq ki, işləmək də pis olmazdı. Amma siz işləmək həvəsində deyilsiniz. Günü danışıqlara, o cümlədən, potensial işəgötürənlə görüşə, gələcəklə bağlı planların müzakirəsinə, yaradıcılıq fəaliyyətinə həsr etmək olar. Bir sözlə, adi darıxdırıcı işlərdən başqa istənilən şeylə məşğul olmaq mümkündür.İndi siz çox zəifsiniz və mənfi təsirə məruz qalmısınız, xoş mühitə ehtiyacınız var. Yanınızda dostcanlı, istənilən an kömək əlini uzatmağa hazır adamlar olmalıdır. Bu mühit sayəsində ovqatınız yüksələcək. Dolça - Diqqəti cari işlərə yönəldin. Bu gün keçmişin və ya uzaq gələcəyin hadisələri yox, məhz onlar diqqətə layiqdir. Müstəqil fəaliyyət üçün çox əlverişli gündür. Nəzərə alsaq ki, indi kimin dost, kimin düşmən olduğunu müəyyənləşdirmək çox çətindir, sadəcə olaraq, əlaqələri azaltmaq daha məqsədəuyğundur.Sizdən planlarınızı dəyişməyi, çeviklik və güzəşt tələb edən çətin vəziyyətlər mümkündür. Balıqlar - Əmr vermək, rəhbərlik etmək istəyi var və bu, alınır. Bədbəxtlikdən, uğur üçün bu kifayət deyil: özünüz də işləməlisiniz. Bu gün bir çox Balıqlar anlayacaqlar ki, yalnız əmək şücaətinə qadir deyillər, həm də bundan zövq alırlar. Bu, son vaxtlar düz yol seçdiyinə şübhə edənlər üçün xüsusilə xoşagələn kəşf olacaq.Şəxsi həyatda hər şey əla gedəcək. Yaxınlarınız sizin diqqətinizdən məmnun qalacaqlar. Milli.Az
Aritmiya – ürək ritminin, yəni ürək yığılmaları tezliyinin, gücünün və ardıcıllığının pozulmasıdır. Məsələ burasındadır ki, ürək, çox güclü əzələli nasosdur. Müəyyən ritmə uyğun yığılan zaman qanı damarlara qovur, nəticədə orqan və toxumalar qida maddələri və oksigenlə təchiz olunur. Aritmiya kifayət qədər cidi xəstəlikdir, çünki mütəxəssis nəzarəti olmayan bir sıra hallarda ölümlə nəticələnə bilir. Bununla yanaşı ritm pozulmaları heç də həmişə patoloji hesab olunmur. Ağır fiziki yüklənmə və stress kimi hallarda ürəkdöyünmənin yaranması orqanizmin normal reaksiyasıdır. Lakin əgər ritm pozulmaları tez-tez, hətta sakitlik zamanı da baş verirsə, onda mütləq kardioloqa müraciət etmək lazımdır. Belə pozulmaların səbəbləri müxtəlifdir. Bunlardan: - Yanaşı ürək-daman sistemi xəstəlikləri (ÜİX, miokardın iltihabı, ürək qüsurları, hipertoniya və s.) - Ürək-damar sisteminin funksional pozulmaları - Sinir sisteminin funksional pozulmaları - elektrolit balansının pozulması - alkoqol, nikotin, narkotiklər, dərman intoksikasiyası - endokrin sistemin xəstəlikləri Ürək ritminin pozulmasına səbəb olan bəzi başqa risk faktorları da var. Bunlara tez-tez soyuqlama, mütəmadi streslər, fiziki yüklənmə və s. aiddir. Hazırda aritmiyanın bir neçə forması ayırd edilir: - taxikardiya (ürək ritminin sürətlənməsi) - bradikardiya (ürək ritminin ləngiməsi) - ekstrasistoliya (ritmdənkənar yığılmaların yaranması) - qulaqcıqların səyirməsi (ürək əzələsinin ayrı-ayrı liflərinin yığılması) Taxikardiya – ürək ritminin hər hansı bir səbəbdən dəqiqədə 80-85 vurğudan çox artmasıdır. Bu zaman ritm düzgün olur, yəni ürək yığılmaları arasındakı intervalların müddəti eyni olur. Əlamətləri – ürəkdöyünmə, zəiflik, başgicəllənmə, hava çatışmazlığı hissi, bayılmadır. Taxikardiya bir sıra səbəblərdən yaranır: - fiziki və emosional yüklənmə, hərarətin yüksəlməsi, alkoqol qəbulu zamanı orqanizmin normal reksiyası - arterial təzyiqin düşməsi (məsələn, qanaxma zamanı) - anemiya - irinli infeksiyalar - bədxassəli şişlər - hipertireoz - bəzi dərmanların qəbulu - ürək əzələsinin və keçirici sistemin patologiyaları və s. Bradikardiya – ürək vurğularının sayı dəqiqədə 60-dan aşağı olmasıdır. Bradikardiyalı xəstələri zəiflik, başgicəllənmə, bayılma, soyuq tərbasma kimi əlamətlər narahat edir. Əsas iki səbəbi ayırd edilir: - sinus düyününün zəifliyi sindromu, yəni sinus düyününün impuls yaratma qabiliyyətinin zəifləməsi - impulsların ötürülməsinin zəifləməsi Bir çox hallarda bradikardiya ürəyin işemik xəstəliyi, hipertenziyalar, miokarditlər, endokrin xəstəliklər, qanda kaliumun səviyyəsinin artması, kəllədaxili təzyiqin artması fonunda yaranır. Qulaqcıqların səyirməsi səyirici aritmiyanın bir forması olub, qulaqcığın ayrı-ayrı liflərinin tığılması ilə xarakterizə olunur. Əgər qulaqcıqların səyirməsi zamanı çoxsaylı ocaqlar yaranırsa, ürək əzələsinin bütövlükdə yığılması pozulur. Nəticədə ürək boşluğunda qan laxtalanır və laxtalardan biri baş beynin arteriyasına düşürsə, beyin qan dövranının pozulması və iflic baş verir. Aritmiyanın bu növü çox vaxt hipertoniya, şəkərli diabet, ürək qüsurları və başqa xəstəliklərin fonunda yaranır. Ekstrasistoliya – növbədənkənar tək və ya cüt ürək yığılmalarının yaranması səbəbindən ürək ritminin pozulmasıdır. Aritmiyanın bu növündə fizioloji impuls mənbəyindən kənarda yeni impuls mənbəyi yaranır və ekstrasistolalar generasiya edir. Əgər 3-4 ekstrasistola bir-birinin ardınca gəlirsə bu, artıq paroksizmal taxikardiya kimi qiymətləndirilir. Aritmiyaların dərman bitkiləri ilə müalicəsi Ürəkdöyünmələr zamanı kasnı kökünün dəmləməsi: 2 çay qaşığı kasnı köklərinin üzərinə 250 ml qaynar su tökülür, ağzı qapaqla bağlanır və 2 saat müddətində dəmlənir. 1/3 stəkandan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 3-4 həftədir. Ürəkdöyünmədə üçrəng bənövşə dəmləməsi: 2 xörək qaşığı üçrəng bənövşə yarpaqları 500 ml qaynar suda 4 saat müddətində dəmlənir. Gündə 3-4 dəfə 1/2 stəkandan 3-4 həftə müddətində qəbul edilir. Yemişan ürəkdöyünmədə faydalıdır: 1 xörək qaşığı yemişan yarpaqlarının üzərinə 750 ml qaynar su tökülür, 30 dəqiqə dəmləndikdən sonra süzülür. Gündə 3 dəfə, hər dəfə 1 stəkandan yeməkdən sonra 2-3 həftə müddətində qəbul edilir. Ürəkdöyünmədə dərman bədrəncin dəmləməsi: 1 xörək qaşığı bədrənc (limonlu nanə) yarpaqları xırdalanır, üzərinə 250 ml qaynar su əlavə olunur, 30 dəqiqə müddətində dəmləndikdən sonra süzülür. İlıq şəkildə gündə 3 dəfə 1/2 stəkandan yeməkdən əvvəl qəbul edilir. Qulançar bişirməsi ürəkdöyünmə əleyhinə: Qulançarın xırdalanmış köklərindən 1 xörək qaşığı, otundan isə 1-2 çay qaşığı götürülür. Köklərin üzərinə qaynar su tökülür və ocağa qoyularaq 2 dəqiqə qaynadılır. Bişirməyə quqlançar otu əlavə olunur və 2 saat müddətində dəmlənir. Gündə 3 dəfə 2 xörək qaşığından yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. 4 həftə müddətində qəbul edilir. Ürəkdöyünmə əleyhinə limonlu ballı qarışıq: 0,5 kq limon sürtgəcdən keçirilir, 20 ədəd əriyn toxumları xırdalanır və bu inqridiyentlər balla qarışdırılır. Səhər və axşam yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir. Fitoterapevt Elnur Rəhimov
Ətrafdakıların hərəkət və vərdişlərinə qatlaşmaq asan iş deyil. Lakin unutmayın ki, eyni zamanda sizə də kimsə dözür. Təqdim etdiyimiz sualları tez və çox düşünmədən cavablandırsanız səbrinizin sərhəddini öyrənə bilərsiniz.1. Ağlınıza maraqlı fikir gəldi, lakin əməkdaşlarınız bunu dəstəkləmədilər. Onları ağılsızlıqda təqsirləndirməyə dəyərmi?a) bəli, onlar buna layiqdirlərb) xeyr, ola bilsin, onlar düz deyirlər2. Dostlarınızdan biri istirahət etdiyiniz vaxt voleybol komandası yığmaq fikrinə gəldi. Komandada oynamağa siz bir şərtlə razı olarsınız...a) orada yalnız güclü oyunçular olacaqb) kim istəsə, oynaya bilər3. Əgər iş yoldaşlarınızdan biri hansısa insan haqqında sizə pis məlumat çatdırsa, o insana qarşı münasibətiniz dəyişəcək?a) bəli, özü də mənfi istiqamətdəb) ümumiyyətlə dəyişməyəcək4. Qeyri-adi makiyaj və saç düzümü olan, olduqca cəsarətli geyimlərə üstünlük verən insanlar sizi qıcıqlandırırmı?a) söhbət ictimai yerlərdən gedirsə, bəlib) xeyr, ictimai yerlər məhz insanların fərqini hiss etmək üçündür5. Nəqliyyatda ayağınızı bassalar, özünüzü idarə edə biləcəksiniz?a) məncə, bu gərəksizdirb) əlbəttə ki, dözmək lazımdır6. Yol-nəqliyyat hadisəsi baş verdiyi zaman panikaya qapılırsınızmı?a) bəli, buna ixtiyarım varb) xeyr, bu onsuz da heç nəyi dəyişməyəcək7. Əgər Allahın təkliyinə inanırsınızsa, sizi ateist və digər dinə qulluq edən insanlar qıcıqlandırırmı?a) bəli, onlar mühüm şeyləri başa düşmürlərb) xeyr, bu hər kəsin öz işidir8. İş yoldaşınız sizdən daha üstün vəzifəni tutsa, neyləyəcəksiniz?a) rəhbərliyin qarşısında ona səhvlərini göstərəcəyəmb) öz səviyyəmə endirəcəyəm9. Yaşlı insan öz keçmiş dövrünü tərifləyir. Siz onunla mübahisə edəcəksinizmi?a) bəli, belə məqamlarda susmaq olmazb) xeyr, bu ağılsızlıqdır10. Yeni qonaq gəldikdə hər kəs fikrini ona yönəldir. Sizin reaksiyanız...a) yenidən diqqət mərkəzində olmağa çalışacağamb) fürsətdən istifadə edərək istirahət edəcəyəmYekunƏgər "A" cavabları üstünlük təşkil edirsə:Gərək özünüzə diqqət yetirəsiniz və ideal xüsusiyyətlərinizi yox səviyyəsinə endirən əlamətləri üzə çıxarasınız. Ola bislin ki, o zaman psixoloqun yanına getməyə ehtiyac qalmayacaq.Əgər "B" cavabları üstünlük təşkil edirsə:Həqiqətən, sizin səbr etmək bacarığınız xoşbəxtlik əlamətidir. Lakin siz çox sakit deyilsiniz? Bəlkə bu, ətrafdakılara laqeyd yanaşdığınızdan irəli gəlir? Əgər o baxımdan problem yoxdursa, bu cür davam edi.