Bir insanın üz quruluşuna diqqət yetirərək onun uzunmüddətli, yoxsa tək gecəlik münasibət tərəfdarı olduğunu anlamaq mümkündür. Psixoloq.az xəbər verir ki, İngiltərədə psixoloqlar tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, bundan sonra tərəf müqabilinizin sizin haqqınızada nə dərəcə ciddi fikirləşdiyini öyrənməyiniz üçün onunla uzun müddət bir yerdə olmağınız lazım olmayacaq. Bir insanın çənəsinin, gözlərinin, burnunun quruluşu onun daxili dünyasından, sağlamlıq vəziyyətindən xəbər verdiyi kimi, bu həm də o insanın ətrafdakılara münasibəti, qarşı tərəfdən gözlədikləri haqqında da müəyyən təsəvvür yaradır.İngiltərənin “Evolution and Human Behaviour” jurnalında bu barədə araşdırma yazısı ilə çıxış edən Aberdeen Universitetinin professoru Dr. Ben Jones öz yazısında bildirib ki, qarşı tərəf əslində öz siması ilə bizə hansısa mesajlar ötürmək istəyir. Bunun üçün onunüz cizgilərinə fikir vermək lazımdır.Araşdırmalara görə, qadınlar, sərt cizgiləri, dairəvi çənəsi, büyük burnu, normaldan daha kiçik gözləri olan kişilərin uzunmüddətli, qalın dodaqları, iri gözləri olanların isə tək gecəlik münasibət tərəfdarı olduğunu düşünürlər.Qeyd edək ki, təcrübədə iştirak edən insanların 80%-i onlara təqdim edilən şəkillərə 10 dəqiqə içində düzgün diaqnoz qoymağı bacarıblar.
Hər insan üçün öz sənəti çətin gəlir. Çünki hər bir işin öz qayğıları, çətinlikləri olur. Ancaq təbii ki, peşələr, ağır iş rejiminə görə fərqlənirlər. Psixoloq.az xəbər verir ki, "Forbes" jurnalı ən stresli işlərin siyahısını hazırlayıb. Bəs bunlar hansılardır? Onlardan ilk yeri isə yanğınsöndürənlər tutur. Foto müxbir Qaynar xəttə mərkəzində işləyənlər. Xəbər aparıcısı Aktyor Polis Pilot Zabit Əsgər Yanğınsöndürən Qəzet muxbiri.
Azərbaycan ərazisində sentyabrın 7-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-23, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 7-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Tam razısınızsa – 4 bal.Qismən razısınızsa – 3 bal.O qədər də razı deyiləm – 2 bal.Qəti razı deyiləm – 1 bal. 1.Məncə,gözəl yumor hissim var. 2.Mənim intuisiyam pis deyil,hər zaman da digərlərinin nə nəzərdə tutduğunu anlayıram. 3.Ümid edirəm ki,gələcəkdə məni çoxlu yaxşı şeylər gözləyir. 4.Məncə insanlara mənimlə ünsiyyət saxlamaq xoşdur. 5.İnsan mənə oxşamasa və baxışları mənim baxışlarımla üst-üstə düşməsə də o insan mənə simpatik ola bilər. 6.Mən uşaqları sevirəm. 7.Mən müxtəlif vəzifələri həll etməyi xoşlayıram. 8.Hansısa işi görəndə,onu yaxşı etmək üsulu tapmağa çalışıram. 9.Məni müxtəlif hadisələrin səbəbi maraqlandırır. 10.İşlə yanaşı mənim bir çox əyləncələrim var. 11.İstənilən dəyişiklikləri yaxşılığa doğru kimi qəbul etməyə çalışıram. 12.İşim digərlərinə xeyir gətirir. 13.Mən hərdən arzu etməyi xoşlayıram. 14.Xoşladığım mahnı əhval-ruhiyyəmi qaldırır.1 5.Mən yeni ideyaları böyük maraqla qarşılayıram. 16.Bir qayda olaraq çətinliklər və maneələrlə rastlaşarkən təslim olmuram. 17.Uğurlu zarafata səmimiyyətlə gülməyə hazıram. 18.Mənim sirlərimi bölüşə biləcəyim,bir nəfər də olsa yaxın insanım var. 19.Mən fiziki fəallıqdan həzz alıram. 20.Yeni insanlarla görüşməyi xoşlayıram. 21.Mən hələ də bacara bilmədiklərimi öyrənmək istərdim. 22.Cazibəli görünməyə çalışıram,deyəsən bu məndə alınır. 23.Məni darıxdıran xoşagəlməz xırda hallara imkan yaratmıram. 24.Mənim yaşadığım zaman xoşuma gəlmir. 25.Elə düşünürəm ki,imkanlarımı göstərə biləcəyim hal olacaq. N Ə T I C Ə L Ə R. 75 baldan yuxarı-Doğum ilindən asılı olmayaraq siz həyat qüvvəsi və özünəinamla dolusuz.Siz ünsiyyətcil,optimist,xeyirxahsınız.Gec qocalacaqsınız. 50-75 bal- Yetkinliyə gedən yolda gəncliyin bəzi dəyərlərini qurban etməli olmusunuz.Qayğılar və stresslər sizin sevinmək qabiliyyətinizi zəiflədib,amma ciddilik və cavabdehliyi öyrətdi.Siz "orta" yaşlısınız.Ancaq sizə bir qədər gümrahlıq və optimizm mane olmaz. 50 baldan yuxarı-Sizin kimi insanlardan adətən belə deyirlər ki,onlar çox görüblər,sınaqdan keçiriblər,hər şeyin dəyərini bilirlər.Ancaq bu an tez baş verməyib ki?O qədər çox şey görmək,bilmək,yaşamaq olar ki.
Qoç - Mars, Saturn və Demos arasındakı münasibətlər şəraitin energetikasını dəyişir. Emosiyalara nəzarət edin, əsas məsələdən diqqəti yayındırmayın. Uğurlu qarşılıqlı münasibətlər və birgə fəaliyyət üçün şərik, iş yoldaşı, tanış və ya dostunuzun emosional durumunu anlamağa çalışın. Seçim problemi sizi düşündürürsə, bu gün həmin tapmacaya cavab tapmağa vaxt sərf etməyin, bu istiqamətdə konkret addım atmayın. Daha neytral işlə məşğul olun. Əmr və göstərişlərin sayını azaldın, maraqlarınızı bölüşən insanlarla münasibətləri səmimiləşdirin. Həyatınızdakı intriqa gərginləşəcək. Buğa - Venera və Saturn arasındakı münasibətlər gərginləşir, dəyərlərin mənzərəsi dəyişir. Maraq və diqqət obyektinin dəyişməsi çox sürətlə baş verə bilər. Hansısa nəsnədən əl çəkərək yeni avantüra, macəraya qatıla bilərsiniz. Gün sizdən aktivlik, çeviklik, qıvraqlıq, hər şeyə ani reaksiya, şərik və tərəfdaş, dost və həmkarla əlbir iş tələb edir. Münaqişə, gərgin diskussiya, mübahisə istisna deyil. Axşam saatları romantik ola bilərsiniz. Yeni ideya və istəklər, şövq və optimizm yarana bilər. Nə qədər ehtiyatlı olsanız da, hansısa romantik səbəbdən hisslər burulğanına qərq olacaqsınız. Həyatın qarşınıza çıxardığı seçimdə "hə" və ya "yox" deməyə çox az vaxt olacaq. Tanıdığınız adamla iş görsəniz, orada risk daha az olacaq. Əks təqdirdə yeni öhdəliklərdən uzaq durun. Əkizlər - Mühüm işləri sabaha qədər təxirə salın. Rəsmi olmayan şəraitdə spontan tədbirlər işgüzar perspektivlərinizi yaxşılaşdıra bilər. Emosiyalar çıxış yolu, tətbiq müstəvisi tələb edir. Hadisələrin aktiv inkişafı, səmimiyyət, açıqlıq, əlaqə və maraqların genişlənməsi mərhələsi başlanır. Mənasız arzulardan əl çəkin, real işlə məşğul olun. Hansısa mühüm münasibətlərdən biri ağrılı olsa da, kəsilməkdədir. Daha çox müəyyənlik istəyirsinizsə, görüş və danışıqları təxirə salmayın. İndi yaranan imkanlar sıçrayış və sürətlənmə imkanları yaratmaqla yanaşı, narazılığa da səbəb ola bilər. Hər şey sizin yeniliklərə nə qədər hazır olmağınızdan asılıdır. Xərçəng - Pluton və Marsın münasibətləri həyatınızda daha ciddi nizam yaradılmasını, müəyyənliyin artırılmasını tələb edir. Ola bilsin ki, ciddi, çətin seçimlə qarşılaşasınız. Saat 13:00-dan sonra mühüm məlumat alacaqsınız. Vaxtdan səmərəli istifadə edin. Tələsmədən, narahatlıq hissi keçirmədən hərəkət edin. Mühüm hadisələrin yaxınlaşmasını hiss edirsinizmi? Sizin üçün aktual olan mövzunun təfərrüatlarının aşkarlanmasına imkan verin, bütün ehtiyatlarınızdan istifadə edib-etmədiyinizi yoxlayın. Şəxsi münasibətlərdə yenidənqurma mümkündür. Sevdiyiniz insanlarla təmaslarda intellektual zəmində mübahisə yaranırsa, bir qədər fasilə edin. Şəraitdə nəyisə dərhal dəyişməyə can atmayın, çünki hesablarınız və gümanlarınız yanlış ola bilər. Sizə mühüm olan ünsürü müəyyənləşdirmək, seçmək üçün ətrafdakı insanların məsləhətlərinə yox, qəlbinizin səsinə qulaq asın. Şir - Günün sizə verdiyi işarələrə və nişanələrə diqqətlə fikir verin. Ay və Fobosun münasibətləri paradoksa, hadisələrin dalana dirənməsinə səbəb ola bilər. Heç bir olayı, işi və ya problemi dərhal, tələsik həll etməyə çalışmayın. Tərəfdaşlıq, şəriklik, birgə fəaliyyət və əməkdaşlıq müstəvisində ayıq davranın. Hansısa variantı aktiv müzakirə etdiyiniz vaxtda başqa bir istiqamətdə önəm səviyyəsi heç az olmayan hadisə formalaşmaqdadır. Qətiyyətli və inadkar olun, mənfəət və gəlir hiss etdiyiniz yerdə mövqelərinizi möhkəmləndirin, maraqlarınızı qoruyun. Şəxsi münasibətlərdə müəyyən süjetin inkişafında maraqlısınızsa, hələlik tələsməyin. Bir qədər kölgəyə çəkilin, tək qalın. Narahat olmayın, az sonra sürətlə irəliləyəcəksiniz. Qız - Yaxın ayla bağlı planlarınızı müəyyənləşdirin, şəraitin amplitudasını dəqiqləşdirin və duruma uyğun hərəkət edin. Soyuqqanlı, hətta ifrat dərəcədə soyuq olun. Hər şeyi hesaba alın, emosiyaları unudaraq yalnız işlə məşğul olun. Yeni nəyinsə yarandığını hiss etdiyiniz situasiyaya həssas olun. Bu günün hadisələri sınaqlardır və onların sayəsində diqqət mərkəzinizdə olan insanlarla nəsnələrin əsl dəyərinə vaqif olacaqsınız. Vücudunuza diqqət ayırın, idmanla məşğul olun. Axşam saatlarında təmiz havada gəzintiyə çıxın. Faydalı məşğuliyyət təcili həllini tələb edən məsələlərin öhdəsindən gəlməyə imkan verəcək. Tərəzi - Ətrafınızdakı insanların təxribatlarına kəskin reaksiya verməyin, sizə əsla xas olmayan hərəkətləri etməyin. Lakin bu günün enerjisi, xüsusilə də Ay və Saturnun münasibətləri sizdən həyatınızda əvvəlki təki qalmamalı nəsnələrlə hadisələrə aktiv müdaxiləni tələb edir. Vildalaşmalı olduğunuz nəsnə və ya adamı intuitiv olaraq müəyyənləşdirin ki, daha vacib işlə məşğul olmağa vaxtınız qalsın. Çətindir, amma vacibdir - bunu etməlisiniz. Bu yaxınlaradək fikirlərinizdə və həyatınızda mühüm yer tutan münasibətdə romantizm çalarları sönükləşə bilər. Qəmlənməyin, yeni istiqamətin seçim anını buraxmayın. Gündəlik məhsuldarlığa yaradıcılıq əmsalını əlavə edin. Axşam saatlarında maraqlı tapıntıya sevinə bilərsiniz. Əqrəb - Birmənalı olmayan situasiyaya düşə bilərsiniz. İmkanlar yetərincə artsa da, məqsədə aparan yolda ciddi maneələr yaranır. İstəyinizə dərhal çatmaq alınmayacaq. Ruhdan düşməyin, nigaran qalmayın. İlk baxışdan böyük çətinlik təsiri bağışlayan problemlər sonradan çox önəmli pozitiv nəticələrə səbəb ola bilər. Müdrik olun, addımlarınızı düşünüb atın. Yaxın ətrafla münasibətlərin ümumi fonu və qarmaqarışıq olması, sevdiyiniz insanla təmaslarda yaranmış anlaşılmazlıqlar sizdə pərişanlıq yaratmasın. Söhbətlərə, sözlərə ifrat dərəcədə həssas olmayın, intriqalara baş qoşmayın. Emosional davranış sizə olan münasibətə pis təsir edə bilər. Axşam saatlarında bir qədər tək qalın, maraqlarınızın təminatı yollarını düşünün. Oxatan - Dəqiqlik, səliqə və sürətli, ani reaksiya tələb edən məsuliyyətli gündür. Cari işlərin çərçivəsində qalın. Qəfil problemlər, pis xəbərlər, səhhətin kəskin pisləşməsi, qohumlardan birinin əhvalının xarab olması istisna deyil. Səfər və ya gəzinti üçün sərfəli, düşərli gün deyil. Daxili gərginlik məişət texnikasının sınması, avadanlığın sıradan çıxması və yaxın ətrafdakı neqativ situasiya ilə müşaiyət olunacaq. İmkanların genişlənməsi hansısa səbəblərdən sizi narazı sala bilər. Ya istədiyiniz işlə məşğul olmayacaqsınız, ya da qarşıda sizi çətinliklərin gözlədiyini anlayacaqsınız. İmkan varsa, mühüm tədbir və görüşləri təxirə salın. Problemlər yalnız bilavasitə sizə təsir edərsə, aktivliyə haqq qazandırmaq olar. Belə deyilsə, aktivliyi sabaha qədər təxirə salın. Oğlaq - Hərəkətlərinizə diqqət edin, soyuqqanlı olun və işlərin tam əksəriyyətini plan üzrə edin. Daxili gərginlik səhhətinizə təsir edə bilər. Emosiyalarınıza nəzarət edin, sakitləşin. Əks təqdirdə orqanizminizdə xroniki proseslər güclənəcək, travmatizm riski arta bilər. İmkan varsa, saat 12-də bir qədər taym-aut götürün və sizdən həddən ziyadə məsuliyyət ilə konkret, ağır zəhmət tələb etməyən işlərlə məşğul olun. İşdə və ya münasibətlərdə önəmli yeniliyə səbəb ola biləcək spontan situasiya yarana bilər. Sözün bütün mənalarında formada olmağa çalışın. Nəyisə mürəkkəbləşdirməyin, çətinləşdirməyin. Hadisələrə doğru reaksiya verin, situasiyaya məcra axınında düzəlişlər edin. Müşahidə edin, informasiya toplayın, nəticə çıxarın. Dolça - Gələcəkdəki hadisələrlə bağlı güclü rezonansa malik problemlərin həllinə başlayın. Ani problemlər və tələsik istəkləri arxa plana atın, işlə məşğul olun. Cari situasiya və ünsiyyət rəvan olmayacaq. Maddi məsələlər və tərəfdaşlarla qarşılıqlı münasibətlər yeni mərhələyə keçə bilər. Qərar və atacağınız addımlarla bağlı tələskənliyə yol verməyin. Kəskin mübahisələr aparmayın, fikrinizi kiməsə təlqin etməyə çalışmayın, yalnız günün işləri ilə məşğul olun. Vəziyyəti sakitləşdirməyə çalışın. Əks təqdirdə, arzu edilənləri olanlar kimi anlayaraq çoxsaylı səhvlər edə bilərsiniz. Alış-verişi günün ilk yarısında edin. Günün ikinci yarısında ekstremallıq etməyin, macəra axtarmayın. Balıqlar - Bu gün təcili şəkildə nə isə etmək istəyi çox pis nəticə verə bilər. Yüz dəfə ölçün, bir dəfə biçin. Hansısa situativ maraqlar və ya xəbərlər hadisələrin məntiqi axarını poza bilər. Hərəkət koordinasiyasında problemlər yaranarsa, qərarlarınıza bir daha nəzər salın. Nə baş verməsindən asılı olmayaraq tələsməyin, ilkin impulsu yaşayın, sonra təmkinli şəkildə hərəkət edin. Ola bilər ki, məsələnin həllində iştirakınıza ehtiyac qalmasın. Sağlam məntiq, təmkin və soyuqqanlı davranış yeniliklərlə dəyişikliklərin məğzini anlamağa imkan verəcək. Sadəcə, qəza durumu yarananda təcili qərarlar qəbul edin. Yerdə qalan bütün işlər gözləyə bilər. Avtomobildən çox istifadə etməyin. Milli.Az
Ailə məcburu ilə diləndirilən uşaqların sayı təəssüf ki hər keçən gün daha da artır. Psixoloq.az xəbər verir ki, 12 yaşlı oğlan uşağının hər gün eyni yerdə gec saatlarda salfetka satması Uşaqlar Birliyinin nəzərindən qaçmayıb. Psixoloq.az-a açıqlama verən “Azərbaycan Uşaqlar Birliyi”nin sədr müavini, “Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi”nin koordinatoru Vasif Akifli, həmin azyaşlının sığınacağa yerləşdirildiyini bildirib: “Uşağa yaxınlaşdıqda o bizə hədə-qorxu gəldi. Uşaq dedi ki, mənim arxamda dayananlar var, kimsə nəsə edə bilməz. Küçə uşağıdır, günün müəyyən saatlarında ordan keçən insanlar yəqin ki, onun xətrini çox istəyiblər və deyiblər ki, nəsə olsa, bizə de. Bu səbəbdən də uşaq mənim ona yaxınlaşmağımı özü üçün problem hesab edib və bu cür fikirlər səsləndirib”. Akifli, bu səbəbdən edərkən polis bölməsinə müraciət etdiklərini qeyd edib. “Daxili İşlər Nazirliyinin polis əməkdaşları müraciətimizi dərhal qiymətləndirərək uşağın anası və atalığını bölməyə dəvət etdilər. Polis bölməsində rəsmiləşən sənədlə uşaq bu gün sığınacağa gətirilib. Əlbəttə, bilirdik ki, gecə saatlarında bir uşaq hansısa ərazidə nəsə satır, yaxud da dilənirsə, deməli onun arxasında dayananlar var. Valideyn də bu hadisədən xəbərdar olub”,-deyə Vasif bəy vurğulayıb. O, prosesin davam etdiyi müddətcə medianı bu barədə məlumatlandıracağını da söyləyib: “Məqsədimiz uşağın həmin ərazidən götürülərək təhlükəsizliyinin təmin edilməsi və ailəyə verilməsi idi. Ailənin bu hadisədən xəbəri olduğu üçün ailəyə bərpa mümkün olmadı. Ailə gecə saatlarında uşağın dilənməsindən xəbərdar idi. Ailədə kimsə bu hadisədə günahkardır. Ola bilər ki, ana atalıqdan qorxduğu üçün səsini çıxartmayıb”. Qeyd edək ki, Vasif Akifli uşağın səhhətinin normal olduğunu, ailəsinin isə uşaqdan istifadə etdiyini düşündüyünü bildirib. Şəhanə Quliyeva Psixoloq.az
Sevir ya sevmir? Testlə yoxlayın. Ancaq unutmayın ki yenə də bu testlər hissləri dəqiq öyrənməyə kifayət etmir. Test -1 Onu vərəqə sizin adınızdan nəsə yazmağa məcbur edin. Məsələn, sizin iş yoldaşınız və ya rəfiqəniz üçün təbrik məktubu yazmağını xahiş edin.* Əgər onun yazdığı təbrik məktubuda sözlər bir-birinə yaxındırsa və məktub səliqə ilə yazılıbsa o zaman siz eyni fikirli, eyni düşüncə tərzinı malik adamlarsınız. Sizdən yaxşı dost olar.* Əgər yazılan məktubda sizin adınız xırda və əyri xəttlərlə yazılıbsda o zaman deməli o sizinlə yanlız sekslə məşğul olmaq üçün görüşür.* Məktubda öz adını səliqə ilə sizin adınızı isə pis xətlə yazıbsa deməli o zaman o heç vaxt sizi sevməyib və sevməyəcək.* Əgər yazıda sizin adınızı iri hərflərlə yazıbsa deməli sizi ürəkdən sevir və sizə sadiqdir.Test - 2O öz tanışlarının arasında dayanarkən sizi gördükdə nə edər?* Əgər sizi görməməzdən gələrsə o zaman sizinlə əlaqələrini kəsmək istəyir.* Ayaqlarını oynadarsa, özünü məşğul göstərəsə deməli onun yeganə məqsədi sizinlə yatmaqdır.* Əgər o əllərini sinəsinin üstünə qoyaraq dayanarsa sizinlə görüşmək onun üçün xoşdur.* Əllərini qaldıraraq sizə salam verir və yaxınlaşdıqda qolunuzdan və ya əlinizdən tutarsa deməli sizi ürəkdən sevir.Test - 3Sizinlə bir yerdə şəkil çəkdirməyini xahiş edin və şəkildə necə durduğuna diqqət yetirin.* Şəkil çəkdirdiyiniz zaman əgər çiyninizdən qucaqlayırsa deməli sizi dost kimi sevir.* Çiynizizə yüngül toxunursa o zaman sizə toxunmaqdan qorxur.* Əgər saçlarınıza toxunaraq şəkil çəkdirirsə sizi əldə etmək istəyir.* Əgər sizə toxunmadan şəkil çəkdirisə deməli sizdən uzaq durmaq istəyir.* Əgər şəkil çəkdirərkən əllərini sizin budunuza və ya bel hissənizə toxundurarsa deməli ilk fürsətdə sizi yatağa çəkmək istəyir.
Azərbaycan ərazisində sentyabrın 6-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 6-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 27-30, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Azərbaycanın rayonlarında sentyabrın 6-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək. (ölkə.az)
Qarşılıqlı münasibətlərdə ən çətin məsələ insanı tanımaqdır. Bəzən bunun üçün uzun illər tələb olunur. Gündəlik ünsiyyətdə olduğumuz şəxsi daha yaxşı tanımaq üçün onun davranışına, həyat tərzinə, əxlaqına, yaxın ətrafına və sair bu kimi faktorlara diqqət yetirib nəticə çıxarmağa çalışırıq. Bunlarla yanaşı, insanın xarakterini müəyyənləşdirməyin daha rahat bir üsulu da var. Bunun üçün sadəcə tanımaq istədiyiniz adamın hansı meyvəni daha çox xoşladığını bilmək kifayətdir.Almaya üstünlük verənlər zəhmətkeş, əməyi sevən, heç bir çətinlikdən qorxmayan insanlardır. Belə insanlar dara düşən adamlardan köməklərini əsirgəmirlər. Almanı sevənlər özlərinə inamlı, ətrafdakılara etibarlı olurlar. Bu meyvəni xoşlayanlar nikbindirlər, gələcəyə böyük ümidlə baxırlar.Armudu xoşlayanlar münasibətlərə yüksək qiymət verirlər, dostluqda etibarlı olurlar, təkliyi sevmirlər, məclislərdə şən olmaları ilə fərqlənirlər. Bu meyvəyə üstünlük verənlər zövqlü olurlar, alış-veriş zamanı seçimlərinə xüsusi diqqət yetirirlər.Üzümü xoşlayanlar sözünün üstündə durmağı, sirr saxlamağı bacaran insanlardır. Onlar açıq olmağı, özləri haqqında danışmağı çox da xoşlamırlar. Qapalılığı sevən bu insanlar sadə həyat tərzinə üstünlük verirlər və onlara həvalə olunan işə çox ciddi və məsuliyyətlə yanaşırlar.Çiyələyi sevənlər ünsiyyətcil, ən çətin adamlarla belə dil tapmağı bacarırlar. Çiyələk dadından zövq alanlar problemlərini şirin dillə, mülayimliklə həll etməyə üstünlük verirlər. Onları özlərindən çıxarmaq çətin olur, daxilən sakit olmaları baş verən hadisələrə soyuq başla yanaşmağa imkan verir.Qarpızı xoşlayanlar həyatın reallıqları ilə barışmağı bacaran insanlardır. Bu insanlar mübahisələri, şikayətlənməyi, fikirləri ilə kimi isə bezdirməyi, nəyi isə inandırmağı sevmirlər. Qarpıza üstünlük verənlərin öz həyat fəlsəfəsi olur və onlar həyatda istədiklərinə nail olmağı bacarırlar.Banan güclü və mərd insanların sevdiyi meyvədir. Bu meyvəni sevənlər xeyirxah, xoş niyyətli olurlar. Onlar güclü olsalar da sadəlövhlükləri ucbatından ətrafdakılara tez inanırlar. Bu səbəbdən də arzularının həyata keçirilməsində problemlərlə tez-tez üzləşirlər.Şaftalını sevənlər geniş ürəyə malik olurlar. Bu insanlar ilk baxışdan qətiyyətsiz insan təəssüratı yaratsalar da qısa ünsiyyətdən sonra özlərini tanıda bilirlər. Onlar üçün həyatlarında ən önəmli insan azadlığı, fikirlərinin sərbəst ifadə etməsidir. Şaftalı həvəskarları istədiklərinə asanlıqla nail ola bilirlər.Gilas və gilənarı sevənlər uşaqlıq dövrlərini unutmayanlardır. Bu meyvələrə üstünlük verənlər zarafatı, şıltaqlığı sevən insanlardır. Bu seçimdə olanlar həmçinin səmimiyyətləri ilə fərqlənirlər. Onlar öz doğmaları üçün həyatlarındakı hər şeyi qurban verməyə hazırdırlar.Kivi şən insanların meyvəsidir. Onlar heç vaxt deyinmirlər, yerli-yersiz şikayətlənməyi, narazı qalmağı sevmirlər. Həmişə bayram əhvalında olan kivi sevərlər ətrafdakılara xoş ovqat bəxş etməkdən zövq alırlar.Moruq özünə güvənənlərin seçimidir. Onlar gördükləri işi elə-belə həyata keçirmirlər. Moruğu sevənlər onlara olan ehtiyacın ifadə olunmasını sevirlər. Eqoistlikləri ilə seçilən bu insanlar adətən həyatdakı bütün işlərin icrasında mükəmməl olurlar.Limon həvəskarlarının işləri çətinlikdən keçsə də onlar problemlərinin həllində mübariz olmağa qadir olan insanlardır. Limonu sevən insanlarla hətta kəşfiyyata da getmək olar. Turş zövqlü bu insanlara ən çətin məqamlarda belə etibar etmək olar.Ananas gözəllik aşiqlərinin meyvəsidir. Onlar bütün məsələlərdə gözəllik axtaranlardır. Bu meyvənin həvəskarları sevməyi və sevilməyi, ətrafdakı insanları özlərinə cəlb etməyi bacarırlar.
Qoç - Mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qoçlar ən yaxın adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq gözlənilir. Buğa - Yaradıcılıq potensialı və özünüzə inam yüksəkdir. Sizin üçün qeyri-mümkün heç nə yoxdur. Cəsur planlar qurmaqdan qorxmayın, başqalarının bacarmadığı işlərə cəsarətlə girişin. Vacib məsələlərin müzakirəsi üçün münasib gündür.Təəssüf ki, gün təhlükələrdən də xali deyil. Bunlardan ən əsası odur ki, başqalarının təsiri altına həmişəkindən daha çox düşə bilərsiniz. Əkizlər - Ev qayğıları günüdür. O qədər də məhsuldar deyil, bununla belə, xoşdur. Xırda işlərlə məşğul olacaq, onları sona çatdırmaqdan zövq alacaqsınız. Qadınlarla, xüsusilə, yaşlı qohumlarınızla ünsiyyət üçün əlverişli gündür. Pul gələ bilər.Bazarlıq etmək, əyləncəyə iri pullar xərcləməyə tələsməyin. İndi bunun üçün münasib vaxt deyil. Qərar qəbul edərkən ənənə və stereotiplərə yox, şəraitlə bağlı öz təsəvvürlərinizə əsaslanın. Xərçəng - Asan gün deyil. Özünüzü sərt, demək olar ki, aqressiv aparırsınız. Sizinlə iş görmək çətindir. Bir çox Xərçənglər düşünülməmiş hərəkətlərə yol verəcək və yəqin ki, sonra buna görə peşiman olacaqlar. Bürcün nümayəndələri tez-tez mübarizəyə girişsələr də, ondan qalib kimi çıxıb-çıxmayacaqlarını bilmirlər. Kişi Xərçənglər çətin məsələləri güc yolu ilə həll etməyə meyllidirlər. Amma bu, xeyir gətirməyəcək.Yaxınlarınızla ünsiyyətdə yumşaq olmağa çalışın, öz iradənizi sevdiklərinizə sırımağa cəhd etməyin. Müstəqillik hüququ tələb edən uşaqlarla münasibətlərdə gərginlik mümkündür. Xərcləri azaltmaq tövsiyə olunur. Şir - Təəssüf ki, bu gün mənfi tendensiyaların təsiri güclü olacaq. Siz yeni təəssüratlar və müsbət emosiyalar təşnəsindəsiniz. Yaxınlarınız sizə gözlədiyiniz diqqəti göstərməyəcəklər. Buna çox əsəbiləşəcəksiniz.İstənilən xırda şeyi ürəyinizə salır, boş şeylərə görə həyəcanlanırsınız. Fırıldaq qurbanı olmaq və ya bədxahlarınızın intriqası üzündən zərər çəkmək təhlükəsi var. Odla ehtiyatlı olun. Qız - Çətin və dolaşıq işlərə girişməyə dəyməz. Ən yaxşısı, sadə və aydın işlərlə kifayətlənməkdir. Gücünüzdən yeni sahədə istifadə etmək, riskə getmək üçün münasib gün deyil. Qadınların məsləhətinə qulaq asın. Bu, düzəldilməsi mümkün olmayan səhvlərdən yayınmağa kömək edəcək.Ətrafdakılarla harmonik münasibətləri qorumaq çətindir. Sevdiyiniz adamla ciddi inciklik mümkündür. Romantik görüşlər üçün əlverişli gün deyil. Tərəzi - Sakitliyi qorumaq çətindir. Tərəzilər emosiya ilə hərəkət edəcək, xeyli artıq şey danışacaq, sonradan peşman olacaqları hərəkətlərə yol verəcəklər. Yaxınlarla münasibətlər korlanacaq. Düşünmədən verdiyiniz sözləri unudacaq və istənilən tənqidə çox ağrılı reaksiya verəcəksiniz.Hətta, xırda problemlər də bəzən həlli qeyri-mümkün görünə, istənilən xırda şey sizi çıxılmaz vəziyyətə sala bilər. Yeni tanışlıqlar üçün münasib gün deyil. Tənhalıqda özünüzü heç həmişə rahat hiss etməyəcəksiniz, xoşagəlməz fikirlərə yeniləcəksiniz. Əqrəb - Çətin, amma məhsuldar gündür. Siz məqsədə çatmaq üçün səy göstərməyə hazırsınız və əməyiniz hədər getməyəcək. Təşəbbüs göstərmək, ideya və planları bölüşmək, birbaşa və açıq danışmaq olar. Yeni tanışlar etibarınızı asanlıqla qazanacaq, yaxınlarınızla çətinlik çəkmədən dil tapacaqsınız.Əvvəlcədən tutduğunuz qrafikdən çıxmamağa çalışın, planlaşdırdığınız işləri təxirə salmayın. Xırda itkilər, əsassız xərclər mümkündür. Maliyyə məsələləri ilə məşğul olmaq, valyuta və xarici şirkətlərin qiymətli kağızlarını almaq tövsiyə olunmur. Oxatan - Xırda xoşagəlməzliklər, əhəmyyətsiz, amma çoxsaylı çətinliklər günüdür. Ətrafdakılar sizə pis heç nə etməyəcəklər. Amma inciməyə, hətta, kin saxlamağa bəhanə tapacaqsınız. Siz üzdə sülh və harmoniyaya can atsanız da, nəzakətsiz sözlərdən, bəzən isə sərt iradlardan istifadə edirsiniz.Bir çox Oxatanlar bu gün lazım olduğundan çox xərcləyirlər və bunun mümkün nəticəsi barədə düşünmürlər. Yeni tanışlarınızla yaxşı təəssürat yaratmağa çalışarkən ciddi səhvlərə yol verə bilərsiniz. Oğlaq - Günü əlverişli hesab etmək olmaz. Amma ilk baxışdan göründüyü qədər də pis deyil. Yaxınlarınızla yaranan fikir ayrılıqlarına sakit yanaşın, diskussiyaları konstruktiv məcrada aparın. Əgər səmimi şəkildə istəsəniz, razılığa gəlmək olar. İri xərclər, planlaşdırılmamış böyük baxarlıqlar tövsiyə olunmur.Nə qədər güclü olsalar da, arzularınıza əsasən hərəkət etməyin. Bu gün sağlam düşüncə intuisiyadan yaxşı köməkçidir. Dolça - Bu gün əvvəlki ilə müqayisədə daha əlverişli və asandır. Siz işlərin öhdəsindən asanlıqla gələcək, qeyri-standart qərarlar qəbul edəcək və aldığınız informasiyadan düzgün istifadə edəcəksiniz. Son vaxtlar aldığınız həyat təcrübəsi faydalı olacaq. Ən ağıllı Dolçalar başqalarının səhvlərindən öyrənəcəklər.Xeyriyyə aksiyalarında iştirak etmək, ehtiyacı olanlara əl tutmaq tövsiyə olunur. Başqalarına görə məsuliyyəti üzərinizə götürməyə, ailədə və ya dostların arasında liderə çevrilməyə hazır olun. Gün hüquqi məsələlərin həlli üçün münasibdir. Balıqlar - Bu gün əlverişsiz tendensiyaların təsiri güclü olacaq. Amma məyus olmayın. Nə baş verməsindən asılı olmayaraq, vəziyyəti nəzarət altına almaq gücündəsiniz. Maliyyə məsələləri ehtiyat tələb edir. Hədər xərclərdən və düşünülməmiş bazarlıqlardan çəkinin. Əyləncə və asudə vaxtın təşkilinə çəkilən xərcləri minimuma endirməyə çalışın.Günün ortası xırda ev işləri, mənzildə qayda yaratmaq üçün münasibdir. Milli.Az
Podaqra (podos ayaq, agre tələ - ayaq tələdədir deməkdir) orqanizmin müxtəlif toxumalarında urat kristallarının natrium-monourat və ya sidik turşusu şəklində çökməsi nəticəsində yaranır. Xəstəliyin əsasında sidik turşusunun normadan artıq yaranması, böyrəklərlə az xaric olması və qanda sidik turşusunun artması (hiperurikemiya) durur. Oynaqlarda podaqrik düyünlər (tofuslar) yaranmağa başlayır. Kişilərdə daha çox rast gəlinir. 100 qr sürtgəcdən keçirilmiş kök 1 xörək qaşığı bitki yağı ilə qarışdırılıb hər gün yeyilir.3 baş sarımsaq və 4 ədəd tumları təmizlənmiş limon ət maşınından keçirilib üzərinə 7 stəkan qaynar su əlavə edilir. Qarışıq 1 sutka ərzində saxlanır, daha sonra qarışıq süzülür və süzülmüş maye gündə 1 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı içilir.1 xörək qaşığı xırdalanmış qıtıqotunun üzərinə 2 stəkan qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənir. Tənzif bu dəmləmədə isladılıb ağrılı oynaqların üzərinə kompres şəklində qoyulur.Çiyələyin giləmeyvələri və şəkər tozu 5:1 nisbətində qarışdırılıb 5 saat müddətinə saxlanır. Süzüldükdən sonra şirə emallı qaba yığılır. Şirədən 0.5 stəkan gündə 3 dəfə yeməkdən əvvəl içilir.1 xörək qaşığı dağtərxununun çiçək səbətlərinin üzərinə 1 stəkan qaynar su əlavə edilib 2 saat müddətinə dəmə qoyulur. Dəmləndikdən sonra süzülür və yeməkdən 20 dəqiqə əvvəl gündə 3-4 dəfə 1 xörək qaşığı içilir.1 xörək qaşığı xırdalanmış təzə kərəviz köklərinin üzərinə 2 stəkan qaynar su əlavə edilib 4 saat müddətinə dəmlənir. Dəmləndikdən sonra süzülür və gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl 2 xörək qaşığı içilir.Təzə kərəvizin yarpaqlarının şirəsi çıxarılıb gündə 2-3 dəfə 1-2 çay qaşığı daxilə qəbul edilir.20 qr gəndalaş çiçəklərinin üzərinə 1 litr qaynar su əlavə edilib bütün gecəni termosda dəmdə saxlanılır. Səhər süzüldükdən sonra gündə 3 dəfə 1 stəkan içilir.Yatıqqanqal otu adi çay kimi dəmlənərək gün ərzində içilir.3 xörək qaşığı dazıotunun üzərinə 4 stəkan qaynar su əlavə edilib 2 saat müddətinə dəmlənir. Dəmləndikdən sonra gündə 3 dəfə 0.3 stəkan yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 1-2 aydır.Gündə 3 dəfə 1 stəkan erkən yazda toplanmış tozağacı şirəsi içilir. Bu şirə podaqra ağrılarını yüngülləşdirmək qabiliyyətinə malikdir.1-2 çay qaşığı kasnı otunun üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənir və soyudulur. Gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 0.5 stəkan daxilə qəbul edilir.15 qr ardıc meyvələrinin üzərinə 100 ml qaynar su əlavə edilib dəmlənir. Dəmləndikdən sonra alınmış maye ilə ağrılı nahiyələr silinir.Hərəsindən 5 hissə olmaqla qaraqınıq və kəklikotu otu, 3 hissə itburnu meyvələri və 2 hissə böyürtkən yarpaqları qarışdırılıb dəmlənir, adi çay kimi gün ərzində içilir. Fitoterapevt Elnur Rəhimov
Qırmızı rəngQırmızı sevginin və arzunun rəngidir. Sevinci təmsil edir və insanların iştahını qaldırır. Ən diqqət çəkən rəng olduğu üçün insanların üzərində canlı və həyacan verici təsir bağışlayır. Təzyiqi yüksəldir və qan dövranını yüksəldir. Nə qədər parlaq olsa da, heç bir rəng qırmızı qədər diqqət çəkə bilməz. Bu rəngi sevənlər, özünə inamlı, çılğın, bəzən isə ehtiyatsız davranmaq kimi xarakterləri var. Sevgiyə və məhəbbətə ehtirasla bağlanırlar. Lakin yeni bir sevgiyə hər zaman hazır vəziyyətdə olurlar. Yaşıl rəng İnam və hüzur verir. Buna görə də bankaların qapağında çox zaman yaşıl rəngdən istifadə olunur. Yataq otağı üçün ideal rəngdir. Yaşıl həm də insanların yaradıcılıq qabiliyyətini artırır. Həmçinin yaşıl rəng olan yerdə insanların mədə ağrıları daha az olur. Sakitləşdirici təsirlə yanaşı, dostluq və şəfqət hissini də aşılayır. Həmçinin insanlara ümid bəxş edir. Yaşıla vurğun insanlar, durğun, ağırbaşlı və sabitliyə əhəmiyyət verir. Sevgidə azadlıq axtarırlar. Qara rəng Gücü və qüvvəti təmsil edir. Qərbdə qara rəng matəmi təmsil edir, Orta Asiyada isə qara rəng sevinc deməkdir. Qara rəng fonda istifadə edilən zaman pissimistliyi əks etdirir. Qara rəngi bəyənənlər, arzulu, ehtiraslı, dominant və iqtidara sahib olan bir partniyor olurlar. Sevgini ürəkdən və səmimi şəkildə yaşayırlar. Lakin onlar üçün monotonluq dözülməz bir haldır. Sevgidə monotonluq onları bezdirir. Mavi rəngSakitliyi təmsil edir. Sakitləçdirici və sərinləşdici təsiri var. Ərəblər mavi rəngin qan dövranını azaltdığına inanırlar. Hüzur verir və gərginliyi yox edir. Xüsusən də açıq mavi tonları evdə mütləq istifadə edilməlidir. Bu rəngi sevənlər inam və sədaqət həyatlarının əvəzolunmaz üsnsürləridir. Sevgi dolu bir eşq yaşayırlar. Uğuru təmsil etməklərinə baxmayaraq, ən kiçik şübhə və inamsızlıq sevgilərinə mənfi təsir edir.Göy rəngKosmik rəng kimi istifadə edilir. Sonsuzluğu, nüfuzu və məhsuldarlığı təmsil edir. Xüxusən də vacib iş görüşlərinə gedərkən bu rəngdən istifadə etmək məsləhətdir. Göy rəng geyinən insanlar özlərini daha xarizmatik və inamlı hiss edir. Buna görə də bir çox şirkətlərin loqosu göy rəngdə olur. Həzm sistemini gücləndirir. Özünü xüsusi hiss etdirir. Göy rəngi sevənlər çox danışılan və sensasiyalı sevgi axtarır. Sevgidə dəyişkən və cəlbedicdilər. Bənövşəyi rəngSinirləri və əsəbləri üzə çıxardığına görə, insanların şüur altında qorxu hissi yaradır. Hafizəni yeniləyən bir hiss yaradır. Təntənə və dəbdəbənin ən son zirvəsidir. Bu rəngi sevənlər, səmimiyyətini ön plana çıxaran, xəyal dünyası zəngin, sənətə düşkün xarakterə malik olurlar. Sevgidə ruh əkizlərini axtarırlar. Çəhrayı rəngİnsanları rahat hiss etdirən və sakitləşdirən bir rəngdir. Buna görə də mağazaların önündə bu rəngdən istifadə edilir. Sevgi və uşaqlıq rəngidir, eyni zamanda şəfqət duyğularını da hərəkətə gətirir. Şirinliyi və sevgini bildirir. Çəhrayı rəngi sevənlər əyləncəli və həyəcan verici həyatları olur. Diqqət görmək istəyirlər. Sarı rəng Gəncliyin və cəlbediciliyin simvoludur. Sarı günəş rəngi olduğu üçün insanların gündəlik həyatına hakim rəngdir. Xüsusən də açıq sarı insana rahatlıq gətirir. Əsəbləri korlanmış insanlar sarı rəngin hakim olduğu bir məkanda özlərini daha yaxşı hiss edir. Sevgiləri sarı rəngdə olanlar, mübariz, ağıllı, intellektual bəzən isə inadcıl xarakterə malik olurlar. Sevgidə həmişə ümidli olurlar. Şən və istiqanlı insanılardır. Xəyanətə meylli olurlar. Ağ rəng Nüfuzu, təmizliyi simvolizə edir. Ağ rəng insanı tarazlaşdırır. Həmçinin ağ məsuluğun və saflığın rəngidir. Ağı rəngi sevənlər sevgidə mümkün qədər səmimi və mehriban olmağa çalışırlar. Qəhvəyi rəng İnsan xarakterini sürətləndirir. Qəhvəyi rəngin hakim olduğu yerdə uzun müddət oturmaq çətin olur. Bu rəngi sevənlərin sevgiləri çox təbii olur və paylaşmağı sevirlər. Narıncı rəng Şən olurlar. Sosiallaşmağı və yardım etməyi sevirlər. Bu rəngi sevənlər duyğusal və həssas xarakterə malik olur. Sevgidə yaradıcılıq qabiliyyəti yüksəkdir.
Azərbaycan ərazisində sentyabrın 5-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 28-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində sentyabrın 5-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Azərbaycanın rayonlarında sentyabrın 5-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 5-6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunmuşdur. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, aşağıda adları qeyd olunan həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz. Psixoloq.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir. Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Bioloji fəallığa malik qida əlavəsi kimi idxalı, istifadəsi və satışı qadağan olunmuş dərman vasitələri Sıra sayı Məhsulun adı İstehsalçı (firma və ölkə) Müayinənin nəticəsi 1 CEREBROVİT B 12 "Fortex Nutraceuticals Ltd", Bolqarstan dərman vasitəsi 2 Nutraxin Vitamin C "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi 3 Nutraxin Ginkgo Biloba "BİOTABİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi 4 Kullinar kapsul №30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi 5 İNTRONEF "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi 6 NUTRAXİN PROPOLİS "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi 7 Nutraxin A-Oxi formula "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi 8 Zanuvit D3 damcı 20 ml "Santasya İlaç Kozm. Med. İtr. Paz. Sağ. və İnş Hizm. San Tic. Ltd. Şti.," Türkiyə dərman vasitəsi 9 ZİNOFEN FM kapsul №30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi 10 LUZAKTOL kapsul No.30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi 11 İNOSTRES tablet No.30 "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi 12 MULTİ_DAY kapsul No.30 "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi 13 FERSİLON tablet No.30 "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi 14 Montana tablet No.30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi 15 Sharks "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi 16 EROCTİVE "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi 17 PERKALSİN Laboratoarele Remedia, Ruminiya dərman vasitəsi 18 MAXİDAY Koç İlaç Ksisel Bakım ve Bitkisel Ürünler Sağ.Paz.İth.Uhr.San.Tic.Ltd.Sti./Koc Pharmaceuticals Co.LTD.-Türkiyə dərman vasitəsi 19 Vitaritm Vega İlaç Kozmetik Gida İmalat San.TicşLtd.Sti -Türkiyə dərman vasitəsi 20 MAKSİKOR Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 21 DEMETRA Par Pak d.o.o-Serbiya dərman vasitəsi 22 Enuro-N Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 23 LOVİSTERON Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 24 MELAC-B6 Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 25 RINASEPT BAL-LIMON Lozen Pharma-Hindistan dərman vasitəsi 26 Natural qurd qovucu Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə dərman vasitəsi 27 Likefil Afsannyl Bitkisel ve Kozmetik Ürünler Ticareti İthalatı İhracatı-Türkiyə dərman vasitəsi 28 Natural Multi Vitamin şərbət Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə dərman vasitəsi 29 NATURAL Kalsium Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə dərman vasitəsi 30 FURİYA Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 31 Avitron(tablet N60) GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə dərman vasitəsi 32 ASCORKAP West-pharma-East-Litva dərman vasitəsi 33 Immunitex tablet N30 Ornado Medicine S.R.L-İtaliya dərman vasitəsi 34 SWISS ENERGY VITAMIN C 550 mg N20 KENDLY LTD-Bolqarıstan dərman vasitəsi 35 GRENOVIT(istehsalçı ölkədə MULTİOMEGA) Domowa Apteczka-Polşa dərman vasitəsi 36 Enzo plus, kapsul N30 Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 37 Brocsevin Gricar Chemical SRL-İtaliya dərman vasitəsi 38 MEDEFER Grand Medical-Polşa dərman vasitəsi 39 HEPAMAR Fortex Nutraceuticals LTD-Bolqariya dərman vasitəsi 40 HELON Deva Ticaret-Türkiyə dərman vasitəsi 41 İntroserebral GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə dərman vasitəsi 42 Ginbevit Pharmacy Laboratories s.c.-Polşa dərman vasitəsi 43 GUTROL Fortex Nutraceuticals LTD-Bolqariya dərman vasitəsi 44 PROSVENT SC Laboratoarele Medical S.R.L Rumıniyanın dərman vasitəsi 45 MAMATON “Ceego Labs Pvt.Ltd” Hindistan dərman vasitəsi 46 CARTİSİN “Ceego Labs Pvt.Ltd” Hindistan dərman vasitəsi 47 “NUTRAXİN ULTRA MEN” "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi 48 “SİBERİAN GİNSENG” “Sirio Pharma Co.Ltd.” Çin dərman vasitəsi 49 İMPULSİN "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi 50 Hero Active "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi (Ölkə.az)
Qoç – Fenomenal iş qabiliyyətiniz sizin uğurunuzun açarıdır. Enerji və inadkarlıq tələb edən işlərdə sizin rəqibiniz yoxdur. Yorulmaq nə olduğunu bilmirsiniz, eyni işlə uzun müddət məşğul olsanız da, bezmirsiniz. Hərəkətsiz işlərə tez-tez yaradıcı nöqteyi-nəzərdən yanaşırsınız. Gəlirlərinizi artıra biləcək yaxşı ideyalar fikirləşə bilərsiniz. Yüngül fikirlər və özünüzə həddən artıq güvənməyiniz sizi pis vəziyyətdə qoya bilər. Vacib işləri axırıncı ana saxlamayın. Ümid etməyin ki, həmin işlərlə tez bacara bilərsiniz. Hər işdə ehtiyatlı olmaq tövsiyə olunur. Buğa – Bu gün hansısa qeyri-adi təcrübə qazanmağınızla bağlı ola bilər. Sizin həyatınızda baş verən hadisələri məntiqlə və sağlam düşüncə ilə izah etmək olmur. Bu bürcün ən həssas nümayəndələri belə hiss edəcəklər ki, həyat məcrasından çıxır, harasa aparan şiddətli bir axına düşür. Lakin yadda saxlayın ki, baş verənlərə görə məsuliyyət sizin üzərinizə düşəcək. Tələsik hərəkətlər yolverilməzdir, hər bir addımınızı diqqətlə düşünməlisiniz. Böyüklərin məsləhətlərinə qulaq asmağa dəyər. Əkizlər – Xarici təsir qarşısında həssassınız və arada sizə təzyiq göstərmək istəyən insanlar qarşısında müdafiəsizsiniz. Yanınızda çox yumşaqlıq etməyə, güzəştə getməyə yol verməyən insan olsa yaxşıdır. Çünki bu yumşaqlıq və güzəştlər sizin üçün mənfi nəticələnə bilər. Gün incəsənətə, şou-biznesə marağın artması ilə də bağlıdır. Əntiq əşyalar və ya bəzək əşyaları almağınız mümkündür. Siz öz həyatınızı daha parlaq və qeyri-adi etmək istəyəcəksiniz. Bürcün bəzi nümayəndələri yaşadıqları məkanı ekstravaqant etmək üçün dəyişikliklər etmək istəyəcəklər. Xərçəng – Bütün vacib işlərinizi günün birinci yarısında başa vurmağa çalışın, çünki günün ikinci yarısı daha faydalı olacaq. İşgüzar münasibətlər həddən artıq qeyri-sabitdir. Ayırd etmək çətindir ki, kim doğrudan da sizin müttəfiqinizdir, kim sizdən, sadəcə olaraq, öz məqsədinə çatmaq üçün istifadə edir. Anlaşılmazlıqlar da ola bilər. Onlar xırda və əhəmiyyətsiz olacaq, ancaq sayı çox olacaq. Bu xırda anlaşılmazlıqlar sizin yolunuzda maneəyə çevrilə bilər. Nüfuzlu insanın vaxtında müdaxiləsi vəziyyəti yaxşılığa doğru dəyişəcək. Şir – Ev qayğıları o qədər çox olacaq ki, şirlərin bəzi nümayəndələrinin fikri işdən yayınacaq. Bəzi pis niyyətli insanlar bu vəziyyətdən yararlanmaq istəyəcəklər. Bundan başqa, özünüzə qarşı rəhbərliyin hiddətini cəlb edə bilərsiniz, nəticələr isə pis olacaq. Ətrafda baş verən hər şeyə həddən artıq emosional yanaşırsınız. Bu da bəzən ətrafınızdakıları çıxılmaz vəziyyətə sala bilər. Bir qədər səbirli olsanız, vəziyyətin sizin xeyrinizə dəyişdiyini hiss edəcəksiniz. Qız – Günün birinci yarısı işlə məşğul olmaq üçün əla vaxtdır. Siz vaxtında təşəbbüslər göstərəcəksiniz, enerjinizi doğru istiqamətdə sərf edəcəksiniz və tərəfdaşlarınızla münasibətlərdə özünüzü müdrik aparacaqsınız. Ən çətin anlarda belə sakitliyinizi qoruya biləcəksiniz. Ətrafınızdakılar məsləhət üçün sizə müraciət edəcəklər. Şəxsi məsələlərin və ev işlərinin həlli üçün yaxşı gündür. Siz nəinki öz emosiyalarınızı, o cümlədən başqalarının emosiyalarını da nəzarətdə saxlayırsınız. Tərəzi – Əlverişli gündür. Həm işgüzar, həm də şəxsi məsələlərdə yaranmış problemlərin öhdəsindən asanlıqla gəlirsiniz. Əks cinsin nümayəndələri sizə yüksək maraq göstərirlər. Bu gün romantik münasibətlərin başlanğıcı üçün uyğundur. Şəxsi cazibəniz işgüzar görüşlərdə işinizə yaraya bilər. Öz xarakterinizin ən gözəl cəhətləri nümayiş olunan bu gündə sizə qarşı rəğbətlər anlaşılandır. Yaxın səyahətlər sizi xoş sürprizlərlə sevindirə bilər. Gözlənilməz pul gəlirləri də istisna olunmur. Əqrəb – Bu gün bir qədər uğursuzdur. Neqativ tendensiyalar sizi axşama qədər izləyə bilər. Ətrafdakıların diqqətini özünüzə cəlb etməyə çalışırsınız, lakin bu, baş verəndə sizin xoşunuza gəlmir. Münaqişələr və uzun müddət sizin gizli düşməniniz olan insanla açıq qarşıdurmalar ola bilər. Maliyyə vəziyyətiniz o qədər də ürəkaçan deyil. Qənaətcil olmağınız tövsiyə olunur. Öz ünvanınıza tənqidlər də eşidə bilərsiniz. Oxatan – Bu gün özünüz haqda daha çox düşünəcəksiniz. Qarşıda qoyulmuş məqsədlərə çatırsınız, bu isə sizi daha da ruhlandırır. Yaradıcılıq imkanlarınız geniş olduğuna görə, gözəl ideyalar baxımından çatışmazlıq olmayacaq. Sərmayələr, alış-veriş və maliyyə məsələlərinin həlli üçün münasib gündür. Yeni bir şeylər öyrənmək imkanını əldən verməyin. Bu, sizin üçün çox faydalı olacaq. Zövq almaq üçün daha çox cəhd göstərəcəksiniz ki, bu da cari işlərdən yayınmağınıza səbəb olacaq. Oğlaq – İnsanlarla qarşılıqlı anlayışa nail olmaq, lazım olan sözləri demək çətin olacaq. Məhz bu hal əvvəlcədən əldə olunmuş razılaşmaların ləğv olunmasına, işgüzar və şəxsi münasibətlərin pozulmasına səbəb ola bilər. Şəxsi mənafelərinizi qorumağa cəhd göstərərkən, özünüzü çox sərt aparırsınız. O qədər əhəmiyyətsiz güzəştlərə gedirsiniz ki, qarşı tərəf bunu hiss edə bilmir. Bu gün lazımsız xərclər də çox ola bilər. Sizin üçün qiymətli olan əşyanı itirmək ehtimalı da var. İşgüzar aktivliyi aşağı salmaq tövsiyə olunur. Sevdiyiniz insanları danlamaqdan çəkinin və nəzərə alın ki, hər bir zarafatınız insanların xətrinə dəyə bilər. Dolça – Uğurların asanlıqla qazanıldığı, heç bir problem üzərində uzun müddət düşünməyə ehtiyac olmadığı xoş bir gündür. Demək olmaz ki, bu gün mühüm qələbələrlə yadda qalacaq, lakin siz baş verənlərdən razı qalacaqsınız. Öz maraqlarınızı qorumağa hazır olun və yaxınlarınız sizin şəxsi və ya iş həyatınıza müdaxilə etmək istəsələr, bu müdaxilələri dəf edin. İşdə əlverişli emosional situasiya formalaşacaq. Pis niyyətli adamlar sizin sakitliyinizi görüb təsim olacaqlar. Balıqlar – Həyat potensialının yüksəlməsi ilə bağlı bir gündür. Bu da sizə xoş əhval, işgüzarlılıq və enerji bəxş edəcək. Qələbə çaldığınızda belə, narahatlığınız sona çatmayacaq və emosional dəstəyə ehtiyac duyacaqsınız. Belə olan halda pis niyyətli insanlar yaltaqlıqla sizin etimadınızı qazanmağa çalışacaqlar. Siz pullara qarşı düşüncəsiz münasibət bəsləyirsiniz, bəzən onları lazımsız yerlərə xərcləyirsiniz. Biletlər və səyahət üçün əşyalar almaq tövsiyə olunmur. Milli.Az
Realist insansınız, yoxsa daha romantik hərəkət edirsiniz? Bu test vasitəsilə romantik zəkanızı ölçə bilərsiniz.1. Hansı fikri özünüzə daha yaxın görürsünüz?a) Həyatdan zövq al, daim sürprizlərə hazır ol! Sabah nə olacağını heç kəs bilə bilməz. b) Dürüstlük ən qalıcı şeydir. Yalanlar uçub gedir. c) Əsla problemləri təxirə salma! Yoxsa daha da böyüyüb qarışıq hala gələcək. d) Hamı özünə cavabdehdir. Kimsə başqasına güvənsə, böyük bir xəyal qırıqlığı yaşaya bilər.2. Sizdə qısqanclıq hissinə nə səbəb olur?a) Bir dostunuz xəyalını qurduğunuz hər şeyə sahibdirsə, üstəlik bununla öyünürsə. b) Çox çalışqan olduğunuz halda, yarıtmaz görünən iş yoldaşınız sizdən daha uğurludursa. c) Dost qrupunuzdakı insanlar bir dostunuzla çox maraqlandığı halda, sizin heç kefinizi soruşmursa. d) Ən yaxın dostunuz insanlarla asanlıqla dostluq qura bildiyi halda, sizin bunu bacarmamağınız.3. Hansı vəziyyətlərdə narahat görünürsünüz?a) İlk dəfə sevgilinizin ailəsi ilə tanış olanda. b) Kütlə qarşısında çıxış edərkən. c) Sizə borcu olan birindən borcunuzu geri almaq istədikdə. d) Bir dostunuz sizə eşitməyi istəmədiyiniz sirlərini açdıqda.4. Pis gün keçirirsiniz. Bu gün sizi ən çox nə əsəbləşdirə bilər?a) Qəbul saatı aldığınız halda, getdiyiniz iş yerində heç kəsin olmaması. b) Qaça-qaça avtobusa çatırsınız və tam qapıya çatdığınız an sürücü qapıları bağlayır. c) Saxlatdırdığınız paltarı almağa getdiyiniz zaman onun satıldığını görmək. d) Küçədə uşağa qışqırıb, onu döyən ana.5. Hansı rəng sizə daha xoş gəlir?a) Firuzəyi. Xoş əhval-ruhiyyə yaradır. b) Çəhrayı. Ən sevdiyiniz rəng olmasa da, sizi sakitləşdirir. c) Açıq mavi. Dəniz kimi rahatlaşdırıcıdır. d) Bənövşəyi. Çünki son günlərdə dəbdədir.6. Aşağıda göstərilənlərdən hansı sizi stressə sala bilər?a) Borclarınızla bağlı xəbərdarlıq aldıqda. b) Müdiriniz etmək istəmədiyiniz bir iş üçün sizi məcbur etdikdə. c) Bir dostunuz prinsiplərinizə əks bir şey istədikdə. d) Yatıb qaldığınız üçün bir dostunuzu çətin vəziyyətdə qoyduqda.7. Saata baxmadan onun neçə olduğunu təxmin etməyə çalışın. Nə qədər yaxınlaşdınız?a) Az qala düz tapmısınız. b) Yarım saata qədər səhv etdiniz. c) 15 dəqiqə fərq var. d) Saat istifadə etmirsiniz.8. Vacib qərarlar verərkən sizə kim kömək edir?a) Falçıya gedərsiniz. b) Vəziyyətdən xəbərdar olan insanlardan məsləhət alarsınız. c) Özünüz vəziyyəti analiz edərsiniz. d) Hisslərinizlə hərəkət edərsiniz.9. Evlənməyə qərar verdiniz. Ən çox nəyə diqqət edərsiniz?a) Heç nəyin monotonlaşmamasına diqqət edərsiniz. b) Tez maddi vəziyyətə baxarsınız. c) Dava çıxmaması üçün əvvəlcədən əlinizdən gələni edərsiniz. d) Bundan sonra evin içində əsla ev paltarı ilə gəzməzsiniz.10. Komanda ruhu müxtəlif fikirlərə açıq olmaq deməkdir. Bəs insanlar sizinlə asanlıqla müzakirələr apara bilərmi?a) Əgər mövzu sizin üçün maraqlı deyilsə, istəksiz görünərsiniz. b) Müzakirələri mənasız görürsünüz. c) Müzakirələri sevirsiniz. Özünüzü yarışmada kimi hiss edərsiniz. d) Bütün əks fikirləri sakitcə dinləyərsiniz.11. Diqqətcilsinizmi?a) İnsanların ruhunu ən dərinə qədər oxuya bilirəm. b) Diqqətciləm. Çünki məndən daim kömək istəyirlər. c) Çox da pis deyiləm. d) Qərarsızam. Qiymətləndirmə: Cavablar:95 bala qədər: Realistsiniz Realist biri olaraq hərəkətlərinizi əvvəlcədən yaxşı ölçüb-biçirsiniz. Sevgi və dostluqda problemləri mümkün qədər tez aradan qaldırırsınız. İş həyatınızda stressi soyuq qanlılıqla qarşılayırsınız. Bir az soyuq görünməyiniz sizə sərf edir. Beləliklə güclü görünürsünüz.95-160 bal arası: Həssas və məsafəlisiniz İnsanları və vəziyyətləri sürətli və doğru dəyərləndirə bilirsiniz. Bir baxışdan daha çoxunun olub-olmayacağını, iş müsahibəsinin müsbət nəticələnib-nəticələnməyəcəyini, bir dostunuzun dürüst olub-olmadığını hiss edirsiniz. Ancaq öz iç dünyanızı hiss etdirmirsiniz.160 baldan yüksək: Düzgün yoldasınız Tanış olduğunuz insanların haqqındakı ilk təəssüratlarınız, adətən, daha sonralar təsdiqini tapır. Eyni şəkildə yeni bir işə başladığınız zaman hələ ilk gündən oradakı karyera şansınızı düzgün təxmin edə bilirsiniz. İnsanlar sizinlə tez yaxınlıq qururlar. Bunun səbəbi isə ağlınızla hislərinizi tarazlıqda saxlamağı bacarmağınızdır.(feat.az)
Zob boğaz uru adlanır və xəstəlik inkişaf etdikcə qalxanvari vəzi böyüyərək nəzərə çarpır (boğazın ön səthinin yoğunlaşması, şişkinliyi), ətrafda yerləşən orqanlara (nəfəs yolu, qida borusu, damarlar və sinirlərə) təzyiq edir və bu da xəstələrin müəyyən şikayətlərinə səbəb olur. Xalq təbabətinə və bitkilərlə müalicəyə üstünlük verən yaşlı insanların dediyinə görə kəhraba zobun qarşısını almaq üçün ən etibarlı vasitıdir. Kəhrabadan hazırlanmış boyunbağını həmişə taxsanız heç vaxt zoba tutulmazsınız. Eyni məqsədlə hər səhər təzə və ya isladılmış quru palıd qabığı ilə boğazı silmək olar. zobun ölçüsünü kiçiltmək üçün palıd qabığını boyuna bağlamaq olar. Xalq təbabəti toksiki (zəhərli) zobun müalicəsi üçün bir neçə bitki yığıntısını da məsləhət görür: Məsələn, 1 xörək qaşığı andız kökünün üzərinə eyni miqdarda cökə çiçəyi, istiotlu nanə yarpağı, bənövşə otu, hərəsindən 2 xörək qaşığı olmaqla dazıotu, bağayarpağı, çobanyastığı çiçəyi, itburnu meyvəsi və 3 xörək qaşığı bataqlıq qurucasının otunu əlavə edib qarışdırın. Dəmləmə hazırlamaq üçün bu qarışıqdan 1 xörək qaşığı götürüb üzərinə 0,5 litr qayanar su tökün və 8-10 saat ərzində isti yerdə dəmləyin. Süzdükdən sonra dəmləməni üç yerə bölüb, gün ərzində yeməkdən qabaq için. Daha bir müalicəvi dəmləmə hazırlaya bilərsiniz. Bunun üçün hərəsindən 3 xörək qaşığı olmaqla cökə və gülümbahar çiçəkləri, hərəsindən 2 xörək qaşığı olmaqla bağayarpağı, çobanyastığı çiçəyi, hərəsindən 1 xörək qaşığı olmaqla quş qırxbuğumu, bostan şüyüdünün toxumu və istiotlu nanə yarpağını qarışdırın. Bu yığıntıdan 1 xörək qaşığı götürüb üzərinə stəkan yarım qaynar su tökün və 30 dəqiqə vam odda dəmləyib süzün. Bu dəmləməni də 3 hisssəyə bölüb hər yeməkdən qabaq için. Fitoterapevt Elnur Rəhimov
Azərbaycan ərazisində sentyabrın 4-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində sentyabrın 4-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Azərbaycanın rayonlarında sentyabrın 4-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 9- 14, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 4-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Testin sonunda güləcəksiniz. Yazılanları sırası ilə oxuyub, tətbiq edin. Aşağıdakı yazıları sırası gəlmədən oxumayın. Əgər bir ad yazacaqsınızsa, həmin şəxsi həqiqətən tanıdığınıza əmin olaraq yazın. Oyun 3 dəqiqənizi alacaq. Diqqətli olun və sualları hisslərinizlə cavablamağa çalışın. Bir kağız və qələm götürün. Sıra ilə oxuyaraq yazılan tapşırıqları kağızda qeyd edin.1) Kağıza yuxarıdan aşağıya doğru 1-dən 11-ə qədər rəqəmləri yazın.2) 1 ilə 2-nin qarşısına hər hansı bir rəqəm yazın.3) 3 ilə 7-nin qarşısına fərqli adlar yazın. (Qarşı cinsdən)4) 4, 5 və 6-nın qarşısına ailə üzvlərindən və ya dostlarından olan insanların adlarını yazın.5) 8,9,10 və 11-in qarşısına mahnı adları qeyd edin.AÇIQLAMA:1) Bu testi bir neçə şəxslə paylaşın. Neçə nəfərlə paylaşmalı olduğunuz 2 nömrənin qarşısında yazılıb.2) 3 nömrənin qarşısına yazdığınız insan çox sevdiyiniz bir insandır.3) 7-nin qarşısına yazdığınız insan sevdiyiniz biridir, lakin aranız düzəlmir.4) 5-in qarşısına yazdığınız insanı çox yaxşı tanıyırsınız.5) 4-ün qarşısına yazdığınız insan ayrıla bilmədiyiniz insandır.6) 6 nömrənin qarşısında adı yazılmış şəxs sizə uğur gətirən biridir.7) 8-in qarşısına yazdığınız mahnı 3 nömrədəki insana aiddir.8) 9-un qarşısına yazdığınız mahnı 7 nömrədəki insan üçündür.10) 10 nömrənin qarşısındakı mahnı sizinlə bağlıdır.11) 11 nömrədəki mahnı həyatla bağlı hisslərinizi ifadə edir.
Qoç – Sizinlə manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur. Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım edəcək. Buğa – Bu gün çox maraqlı olacağını vəd edir. Siz kənar təsirlərə çox həssassınız, istənilən şəraitə uyğun əhval-ruhiyyəyə ildırım sürətilə düşürsünüz. Bir çox Buğalar özlərində gözlənilməz istedad və qabiliyyətlər aşkarlayacaqlar. Lakin yaxınlarla münasibətlər baxımından o qədər də asan gün deyil. Sizin başa düşməyəcək, tənqid edəcək, xətrinizə dəyəcəklər. Siz isə bunun cavabında nəinki müdafiə olunacaq, əks-hücuma keçəcəksiniz. Vaxtında dayanmağa çalışın. Yoxsa, özünüzü çıxılmaz vəziyyətə sala bilərsiniz. Əkizlər – Əqli əmək, maraqlı fəlsəfi mövzularda düşüncələr üçün əlverişli gündür. Təhsildə və elmi tədqiqatlarda uğur ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın mütaliəsi, eləcə də, dünyagörüşünün artırılmasına yardım edən digər məşğuliyyətlər tövsiyyə olunur. Yeni tanışlıqlar qurmaq olar. Amma istisnasız olaraq ağıllı, erudit, yaxşı təhsilli adamlarla. Vacib xəbərlərin alınması mümkündür. Kübar və ictimai tədbirlərdə iştirak mümkündür. Siz insanlarla asanlıqla dil tapacaq, ətrafdakıların rəğbətini qazanacaqsınız. Xərçəng – Vacib adamlarla görüş üçün münbit gündür. İş adamları sərfəli sövdələşmələrə gedə bilərlər. Bu gün çətinlikləri asanlıqla dəf edəcək, istənilən sınaqdan uğurla çıxacaqsınız. Yeni nəyisə sınamaq və əvvəllər bacarmadığınız şeylər öyrənmək üçün yaxşı gündür. Günün ortasında əbəs xərclər mümkündür. Üstəlik, günün bu vaxtı hər şeyə daha tez inanacaqsınız. Bədxahlarınız bundan istifadə edə bilərlər. Şir – Bu gün daha çox romantik görüşlər üçün münasibdir. Ulduzlar tənha Şirlərə sevgi macəraları vəd edirlər. Artıq sevənlər isə münasibətlərə yeni və hər iki tərəf üçün xoş nəsə əlavə edə bilərlər. Həyat potensialı yüksəkdir. Gün nə qədər zəngin olsa da, axşam yorğunluq hiss etməyəcəksiniz. Bununla belə, bu gün faydalı işlərlə məşğul olmaq alınmayacaq. Bekarçılığa meyllilik çox güclü olacaq. Şirlər pulla asanlıqla vidalaşırlar. Odur ki, əbəs xərclər ehtimalı yüksəkdir. Qız – Əgər sağlam düşüncə ilə hərəkət etsəniz və enerjinizi dinc məcraya yönəltsəniz, gün çox məhsuldar keçəcək. Ailə üzvləri ilə mübahisələr mümkündür. Nədənsə ətrafdakıları öz ideyalarınıza “yoluxdurmaq” o dəqiqə alınmır. Bəla burasındadır ki, siz çox tez “qaynayır”sınız: soyuqqanlılığı qorumaq daha yaxşı olardı. Ziddiyyət ruhu çox güclüdür. Bu, şəxsi həyatdakı hadisələrə təsir edəcək. Bir çox Qızlar bu gün bilə-bilə ümidsiz münasibətlərə başlamağa meyllidirlər. Tərəzi – Gün uğursuz olacaq. Bunun əsas səbəblərindən biri impulsivliyinizdir. Siz olduqca tez-tez, özü də vaxtsız şəkildə emosiyalarınıza azadlıq verirsiniz, ətrafdakılarla münasibətlər göz görə-görə korlanıb. Bürcün bir sıra nümayəndələri kəskin, ürək sındıran ifadələr işlədir, sonra isə peşiman olurlar. Sizin bu davranışınız ətrafdakıları çıxılmaz vəziyyətə salır. Diqqəti hansısa faydalı işə yönəltmək çox çətindir. Bəzi Tərəzilər düşünülməmiş addımlar atırlar. Məsələn, onlar bir qədər əvvəl üstündə əsdikləri münasibətlərə son qoyurlar. Əqrəb – Kifayət qədər uğursuz gündür. Təəssüf ki, buna görə yalnız özünüzü günahlandıra bilərsiniz. Problem olmayan yerə onu yaradan məhz sizsiniz. Özünüz həyatınızı çətinləşdirir, əməkdaşlıq etməli olduğunuz adamlarla münasibətləri korlayırsınız. Buna görə sizə yalnız bir şeydə haqq qazandırmaq olar: siz öz prinsipləriniz və həyata baxışınıza uyğun hərəkət edirsiniz. Bu günün yaxşı cəhəti yaxınınızla sizi çoxdandır narahat edən məsələ barədə açıq danışmaq imkanıdır. Alacağınız cavablar sizi tamamilə qane edəcək, hətta, sevindirəcək. Oxatan – Əlverişsiz mərhələ davam edir. Mənfi tendensiyaların təsirini yumşatmağın yolları barədə düşünməyin vaxtıdır. Ulduzlar cari işlərdən daha qlobal məsələlərə keçməyi məsləhət görürlər: planlar nə qədər möhtəşəm, hədəflər nə qə yüksək olsa, o qədər yaxşıdır. Elə bir təklif almağınız mümkündür ki, onu qəbul etməklə həyatanınız köklü şəkildə dəyişə bilər. Bu, bir çox Oxatanlar üçün dalandan çıxış yolu olacaq. İntuisiyanıza yox, sağlam düşüncəyə üstünlük verməyiniz tövsiyə olunur. Əgər nəyisə məntiqlə izah edə bilmirsinizsə, suallar verin, özünüzdən nəsə uydurmağa çalışmayın. Oğlaq – Sövdələşmələr və kommersiya fəaliyyəti üçün əlverişli gündür. Qadınlarla işləmək tövsiyə olunur: onlarla razılığa gəlmək daha asandır. Gün istənlən irimiqyaslı layihələr, o cümlədən, başqa yerə köçmək və ya tikinti üçün münasibdir. İnadkarlıq nümayiş etdirməklə istədiyiniz hər şeyə nail ola bilərsiniz. Bir çox Oğlaqları bu gün şəxsi xarakterli xoş sürprizlər gözləyir. Bürcün bir sıra nümayəndələri evlənməyə qərar verəcəklər və buna görə peşiman olmayacaqlar. Dolça – Gün çox sakit keçəcək. Gözlənilməzliklər planlarınızı pozmayacaq. Çoxdandır əliniz qalxmayan işlərlə məşğul ola bilərsiniz. Dostların əhatəsində istirahət sevinc bəxş edəcək. Yaxınlarınız ideyalarınızı bəyənəcəklər. Əgər təşəbbüs göstərsəniz, dəstək qazanacaq. Bu gün ictimai tədbirlər iştirak etmək, kübar qəbullarda parlamaq olar. Yeni tanışlarınızın rəğbətini qazanmaqda çətinlik çəkməyəcəksiniz. Balıqlar – Uğursuz gündür. Siz öz ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz. Bir çox Balıqlar sonradan peşiman olacaqları hərəkətlərə yol verəcəklər. Sizin üçün şirnikdirici şeylərə müqavimət göstərmək çətindir. Kələk gəlməyi və intriqa yaratmağı bacaran adamlara isə sizi idarət etmək çox asandır. Özünüzü qoruyun. Bu gün xəsarət və xəstəlik təhlükəsi var, xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Əsassız xərclərdən uzaq durun. Tezliklə pul sizin üçün daha vacib və lazımlı şeylərə lazım olacaq. Milli.Az
İnsan vücudunda şişlərin zamanında aşkar edilməsi müalicəsi baxımından əsas şərtdir. Psixoloq.az xəbər verir ki, ümumi və transplant cərrah Bəhruz Səlimov xoş və bədxassəli şişlər barədə vacib məqamlardan sosial şəbəkədə bəhs edib. Həmini nüansları təqdim edirik: Xoşxassəli şişlər adətən asta böyüyür və ətrafda olan toxuma və orqanları sanki "aralayır". Bədxassəli şişlər isə sürətlə böyüyür və ətrafdaki orqan və toxumaların içərisinə keçir (infiltrasiya edir). Görünüşünə görə yarma zamanı bədxassəli şiş xərçəngin ayaqlarına bənzəyir. Məhz bu səbəbdən xəstəlik "xərçəng" adı ilə tanınır. Xoşxassəli şişlər insanda ağrıya səbəb ola bilər. Lakin bədxassəli şişlər bəzi xəstələrdə o dərəcədə güclü ağrı verir ki, belə ağrıları yalnız narkotik vasitələrin köməyilə aradan qaldırmaq mükün olur. Hətta cərrah bədxassəli şişi tam xaric etdikdə belə, burada qalmış ayrı-ayrı xərçəng hüceyrələri vaxt keçdikcə yenidən xərçəng şişi əmələ gətirə bilir. Buna xərçəngin "residivləşməsi" (yenidən qayıtması) deyilir. Bütün bədxassəli şişlər residivləşə bilirlər. Bu səbəbdən bəd xassəli şişlərin əməliyyatı xüsusi qaydada aparılır və əməliyyatdan sonra kimyəvi müalicələr təyin edilir. Bu şişin təkrarlamasının qarşısını alır. Xoşxassəli şişlər çox nadir hallarda təkrarlaya bilər. Onu da nəzərinizə çatdırım ki, bəzi xoşxassəli şişlər bəzən bədxassəli şişlərə çevrilə bilir. Məsələn, uzun illər ərzində dəridə olan xoşxassəli şiş (xal, papilloma və s.) tez-tez zədələndikdə (paltarla, ülgüclə və s.) bədxassəli şişə (dəri xərçəngi - "melanoma") çevrilə bilər. Şişlərdən qorunmaq üçün xüsusi Chekh up müayinələr mövcuddur. Bu müayinələr nəticəsində erkən mərhələdə aşkarlanan şişlərin müalicəsi daha effektiv olur.
Qanda şəkərin miqdarında yaranan disbalans orqanik problemlərə və psixoloji narahatlıqlara səbəb olur. Bir çox hallarda isə bu vəziyyətin əksi ilə qarşılaşırıq. Müəyyən qrup orqanik və psixoloji narahatlıqlar qanda şəkərin miqdarının dəyişməsinə səbəb olur. Tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, bir çox fiziki problemlərin yaranmasına səbəb nevrotik pozuntulardır. Psixiatrik və psixoloji problemlər zamanı yorğunluq, halsızlıq, baş ağrıları, əzələ ağrıları, mədə-bağırsaq problemləri, yuxu və qidalanma problemləri kimi orqanik şikayətlər müşahidə olunur. Psixiatrik simptomlar bilavasitə xəstəliklə əlaqədar bioloji dəyişikliklərə səbəb olur. Serebrovaskulyar (beyin-damar) xəstəliklər, Parkinson, Multiple Skleroz kimi bəzi xəstəliklər depressiya və təşviş əlamətlərinə səbəb olan fizioloji dəyişiklərə gətirib çıxarır. Və ya xroniki xəstəliyin psixoloji stress faktoru olaraq təsir etdiyi psixoloji simptomlara səbəb olduğu düşünülür. Fiziki xəstəliyin ağırlığı, həyati təhlükəsi və funksionallığı psixoloji simptomların yaranmasına təsir göstərir. Şəkərli diabet zamanı xəstəliyin yaranması və ya ağırlıq dərəcəsinin artması, genetik və fiziki faktorlardan başqa psixoloji narahatlıqlardan və həyati proseslərdən də asılıdır. Şəkərli diabetdə xəstəliyə adaptasiya və emosional reaksiyalar Yetkin yaşlı şəkərli diabetli insanların 20%-də psixiatrik narahatlıqların rast gəlindiyinə dair tədqiqatlar vardır. Həmin tədqiqatlara əsasən bu psixiatrik pozuntular bir çox hallarda müəyənləşdirilmir. Şəkərli diabeti olan insanlarda daha çox adaptasiya problemlərinə və emosional reaksiyalara rast gəlinir. Xəstəlik yarandıqdan sonra ortaya çıxan bu problemlər xəstəliyin ağırlıq dərəcəsinə, xəstənin şəxsiyyət tipinə əsasən dəyişir və müvafiq təşviş problemləri ilə birlikdə müşahidə olunur. Bu insanlarda tez-tez müşahidə olunan reaksiyalar: Özgüvənini və azadlığını itirmə qorxusu Özünənəzarəti itirmə qorxusu Orqanlarının zədələnəcəyindən qorxma Ətrafının maraq və dəstəyini itirmə qorxusu Cinsi istəksizliyin yaranma qorxusu Keçmişdə etdiklərinə və ya edə bilmədiklərinə bağlı cəzalanma qorxusu Xroniki xəstəliklə qarşılaşdığı üçün özgüvən probleminin yaranması Xəstəliyə qarşı yas reaksiyası, üsyan etmə, inkar, təşviş, depressiya və aqressiya. Diabet zamanı psixiatrik sindromlar və psixososial problemlər Diabetli pasiyentdə davranış, duyğu, düşüncə və insanlararası münasibətlərdə ortaya çıxan reaksiyalar pasiyent, ailə və müalicə komandası üçün müalicə müddətində çətinliklərə səbəb ola bilər. Psixoloji problemlər diabetin klinik tablosuna, yayılmasına və müalicənin gedişatına təsir göstərir. Depressiya Depressiyanın fiziki xəstəliyin nəticəsində ortaya çıxdığı və xüsusilə də yaşlı insanlarda depressiya riskinin daha çox olduğu müəyyənləşdirilmişdir. Araşdırmalara əsasən depressiyanın hipertoniya, ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər və diabet kimi xəstəliklər üçün başlanğıc faktor olduğu təsbit olunmuşdur. Diabet zamanı paralel şəkildə müşahidə olunan depressiyada motivasiyanın azalmasına bağlı olaraq pasiyentdə çəki artımının yaranmasının qarşısını almaq üçün istifadə olunan pəhriz və arıqlama texnikaları heç bir nəticə vermir. Depressiyaya bağlı neyrohormonal və ya neyrotransmitter səviyyəsindəki dəyişikliklər diabetin ağırlaşmasına səbəb olur. Diabetli qadınlarda kişilərə nisbətdə depressiyanın yaranma faizi 2 dəfə çoxdur. Əlamətləri: Heç bir şeydən zövq almama, maraqsızlıq və istəksizlik Dəyərsizlik duyğusu, günahkarlıq hissi və cəzalandırılma düşüncəsi Uğursuzluq və çarəsizlik düşüncələri Təkrarlanan ölüm düşüncələri Qərarsızlıq Tez-tez ağlama Təşviş pozuntuları Təşviş, qorxu, narahatlıqla yanaşı fizioloji, koqnitiv və bihevioral əlamətləri özündə birləşdirən psixoloji pozuntudur. Eqonun təhlükədə olduğu hissi ilə ifadə olunan gərginlikdir. Diabetli xəstələrin 40%-də təşviş pozuntularına rast gəlinir. Depressiyada olduğu kimi təşviş pozuntuları da qadınlarda kişilərə nisbətdə daha çox müşahidə olunur. Xəstənin sosial həyatına təsir göstərməklə yanaşı xəstəliyin ağırlıq dərəsinin artmasına və müalicənin mənfi istiqamətdə inkişafına təsir göstərir. Əlamətləri: Hədsiz dərəcədə narahatlıq və təşviş Tez yorulma Diqqətini toplama çətinliyi Əzələ gərginliyi Yuxu pozuntusu Diabetli xəstə və ailəsi Xroniki xəstəlik diaqnozunun qoyulması pasiyentdə olduğu kimi ailəsində də müxtəlif narahatlıqların ortaya çıxmasına səbəb olur. Bu mərhələdə pasiyentlə ailəsi arasında müəyyən problemlər yarana bilər, ailədaxili konfliktlər müşahidə olunar. Ailənin hədsiz dərəcə himayədar olması və ya hədsiz təzyiq göstərməsi xəstəliyin gedişatına və terapiya dövrünə mənfi təsir göstərə bilər. Buna görə də ailə üzvləri xəstəliklə bağlı məlumatlandırılmalı və müalicə müddətində bütün ailə üzvləri iştirak etməlidir. Xəstəliyin terapiyasına bu səbəbdən də tibbi yardımla yanaşı psixoloji yardım da mütləqdir. Psixoloji məsləhət prosesi xəstəliyin gedişatına və terapiya prosesinə müsbət təsir göstərər. Dərman terapiyası və psixoterapiya Diabetli xəstələrdə müşahidə olunan psixoloji problemlər səbəbindən psixoterapevtik yardımın alınması mütləqdir. Bu zaman psixoterapevtik müdaxilələrdən, xüsusilə də, koqnitiv-bihevioral terapiyadan istifadə olunur. Psixoloji narahatlığın ağırlıq dərəcəsindən asılı olaraq psixoterapiya ilə yanaşı dərman terapiyası da tətbiq olunur. Həmçinin terapiya müddətində psixoloq, endokrinoloq komanda şəklində birlikdə fəaliyyət göstərməli, intensiv şəkildə xəstəliklə bağlı konsilium aparmalıdır.(pcc.az) Nərmin Quliyeva
Üzük əksər xanımların ən çox sevdiyi bəzək əşyalarından biridir. Mütəxəssislər isə üzüyü hansı barmağınıza taxmağınızdan asılı olaraq xarakterinizin məlum ola biləcəyini qeyd ediblər. Bəs üzük sizin xarakterinizi müəyyənləşdirir? - Əgər siz üzüyü baş barmağınıza taxırsınızsa, bu, özünü təsdiqi bildirir.Baş barmaqdakı üzük onun sahibinin özünü təsdiqetmə cəhdini bildirir. Əgər bunu xanımlar edirsə, bu zaman ehtimal ki, onlara kişi xarakterinin bəzi xüsusiyyətləri məxsusdur (məsələn, inad, hirslilik və s.). Çox vaxt qeyri-ənənəvi seksual oriyentasiyası olan qadınlar da üzüyü baş barmağa taxırlar.- Şəhadət barmağındakı üzük hakimiyyət və gücün rəmzidir.Sağ əlin şəhadət barmağındakı üzük öz sahibinin iradəli xarakterini, onun hakimiyyətə cəhdini bildirir, həmçinin onun müsbət keyfiyyəti olan düşüncəsi haqqında xəbər verir. Sol əlin şəhadət barmağındakı üzük isə olduğundan fərqli görünməyə işarə edir. Bu insanlar həyatda göründükləri kimi deyil, bir az fərqli olur, özlərini daha yaxşı tərəfdən göstərməyə cəhd edirlər.- Orta barmaqdakı üzük eqoistlik rəmzidir.Psixoloqlar hesab edirlər ki, bu barmağına üzük taxan insanlar özləri ilə lovğalanmağa meyllidirlər. Üzük nə qədər effektiv olarsa, siz bir o qədər daha dəfedilməz görünəcək və özünüzdən daha əmin olacaqsınız.- Adsız barmaqdakı üzük sevgi və ailə rəmzidir.Bu barmaqdakı üzük hər kəsə bəlli məlumatı bildirir – ailə vəziyyətinə işarə edir. Hələ qədim misirlilərin fikrincə, adsız barmaqdan ürəyə sevgi damarı gedir. Həmçinin bu barmaqdakı üzük romantiklik, xəyalpərəstlik, zərif hisslər, incəsənətə sevgini bildirir. Yeri gəlmişkən, sol əlin adsız barmağına üzüyü dul və ya boşanmış qadınlar taxırlar.Xristian adətlərinə görə isə, sol əlin 4-cü barmağı özəl bir önəm daşıyır. Qədimdə xristian toylarında gəlinin ortadakı 3 barmağına - şəhadət, böyük (orta) və adsız (nişan) barmaqlarına üzüklər taxılırdı. Bunun mənası da 3 müqəddəs - ata, oğul və müqəddəs ruh demək idi. Gəlin toydan sonra digər iki barmağındakı üzükləri çıxarırdı, nişan barmağındakı üzük isə evli olduğu müddətdə barmağında qalırdı.- Çeçələ barmaqdakı üzük qeyri-adi insanlara işarə edir.Bu barmaqdakı üzük onun sahibəsinin son dərəcə qeyri-adi şəxsiyyət olduğunu bildirir. Bu, inandırmaq bacarığına malik olan mahir və yaradıcı təbiətli insanlardır. Bundan başqa çeçələ barmaqdakı üzük həmçinin hiyləyə və diribaşlığa da işarə edə bilər. Həmçinin hesab edilir ki, çeçələ barmağına üzük taxan insanlar hamı ilə ümumi dil tapa, işgüzar əlaqələr qura bilir.Ayaq barmağına üzük taxan xanımlar isə qeyri-adi, maraqlı olmağa, camaatdan seçilməyə cəhd edir. Həmçinin bu məqam xanımların özündən razı olmasına işarə edir.
Respublika ərazisində sentyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 27-32° isti təşkil edəcək. Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti olacağı gözlənilir. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacağı ehtimalı var. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 30-35° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 19-24° isti olacağı proqnozlaşdırılır. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq, lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacağı ehtimalı var. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 18-21°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 22-27° isti təşkil edəcək.(ölkə.az)