Sabah yağış yağacaq - Hava Proqnozu

Azərbaycan ərazisində sentyabrın 19-na olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında sentyabrın 19-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-19 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 19-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Dodaq boyanıza görə xarakterinizi analiz edin

Hər keçən gün insanların üstündə gördüyümüz rənglər əlbəttə ki onlardan bir parçadır və izlər daşıyar. Məsələn, davamlı tünd rəng geyinən birinin çox da macərapərəst biri olduğunu deyə bilmərik. Paltarların olduğu qədər, dodaq boyalarının rəngi də insan xarakterini əks etdirdiyi bir gerçəkdir. Qırmızı dodaq boyası Heç şübhə etmədən deyə bilərik ki, kişilərin diqqətini çəkməyi sevən və ilgi sevən xanımlar qırmızı pomada rənginə ən çox üstünlük verənlərdir. Olğun qadınlardır, özlərini bəyənərlər, özlərinə güvəni yüksəkdir və zəngin kişiləri sevərlər. Çəhrayı dodaq boyası Ümumilikdə daha çox rahatlığına düşkün qadınlar pomada üçün çəhrayı rəng tərcih edərlər. Gözəl və rahat həyat tərzi onlar üçün ən yaxşısıdır. Məsələn iti dabanlı ayaqqabı yerinə babetlər geyərlər və yanlarında daima çəhrayı dodaq boyası daşıyarlar. Bu qadınlar dostlarına çox sadiqdirlər. Bütün kişilərin yalançı olduğuna inanar və onlara güvənməzlər. Ümumilikdə çəkici kişiləri sevərlər. Narıncı dodaq boyası Əylənməyi sevərlər. Sosial mövzulara maraqları yüksəkdir. Musiqi onlar üçün olmazsa olmazdır. Kompüterlərinin yaddaşının böyük bir qismi film ilə doludur. Ən çox gündəmdə olan kitabları deyil, özlərinə bir şey öyrədəcək kitabları seçərlər. Ağıllı və əyləncəli tiplər onlara görədir. Bənövşəyi dodaq boyası Bu pomada bizə ağ xanımları xatırladır. Onlar çox duyğusaldırlar. Bəzən sərt xarakterlərdə qarşımıza çıxa bilərlər. "Bəlkə" deyil, "bəli" və ya "xeyr"-dir onlar üçün! Ağlı-başı yerində, olğun tipləri sevərlər. Mat dodaq boyası Bu rəngi çox vaxt bəsit xanımlar tərcih edərlər. Gözlərini ön plana çıxarmaq istəyən xanımlar dodaqlarını arxa planda qoymaq üçün bu rəng tonlarını tərcih edə bilərlər. Kəskin baxışlıdırlar və çəkici kişilər onlar üçün idealdır.

“Bu amil oyunun sonuna 20 saniyə qalmış uduzmağımıza səbəb oldu” - Baş məşqçi Vüsal Mustafayev

Dünən futzal üzrə İkinci Liqada mövsümə start verildi. Psixoloq.az xəbər verir ki,“Baku Fire-2” – “Borçalı” FK qarşılaşması dramatikliyi ilə yadda qaldı. Oyunun başa çatmasına 30 saniyə qalmış 3:2 hesabı ilə öndə olan debütant 20 saniyə ərzində 2 top buraxmaqla xalsız qaldı. Oyun ərzində azarkeş dəstəyinə görə xüsusi seçilən komandanın baş məşqçisi Vüsal Mustafayev qarşılaşma başa çatdıqdan sonra  açıqlama verib. Baş məşqçi əvvəlcə futzal çempionatına qatılmaqla bağlı danışıb:  "Futzaldan əvvəl Mini-Futbol Assosiasiyasının təşkil etdiyi yarışda iştirk etdik. Sonra qərara gəldik ki, futzal üzrə ölkə çempionatının İkinci Liqasında gücümüzü sınadıq. Bütün yarışlarda gözlənildiyi kimi, birinci oyunlar hər zaman çətin, gərgin keçir. Bunun bir daha şahidi olduq. Məğlub olsaq da, komandanın oyununu qənaətbəxş hesab etmək olar. Gələcək oyunlarda yüksək nəticələr qazanacağımıza ümid edirik". Vüsal bəy həmçinin “Bakı Fire”nin futzal yarışında iki komanda ilə çıxış etdiyini qeyd edib. "Güclüləri Birinci Liqada, ikinci komandaları isə İkinci Liqada oynayır. Təcrübəli, oturuşmuş heyətə malik olduqlarını bilirdik. Bu amil sona 20 saniyə qalmış qələbəni əldən verməyimizə səbəb oldu",-deyə V.Mustafayev açıqlayıb. Jurnalistin "Planlar necədi? Addım-addım yüksəlmək, yoxsa İkinci Liqada qalıcı olmaq?" sualını isə məşqçi bu cür cavablandırıb: "Təbii ki, hədəflərimiz, məqsədlərimiz var. Pillə-pillə yüksəlməyi fikirləşirik. Bunu gələcək göstərəcək". 

Hər il 800.000 insan intihar edir - Səbəbi isə...

Aparılan araşdırmalara görə, hər il dünyada 800 000 –dən çox insan intihar edir. Xüsusilə də 15-19 yaş arası insanlarda ölüm faktı çoxalıb.  İntiharın əsas səbəbi isə psixi pozuntular və zərərli alkoqol istifadəsi göstərilib. Qeyd edək ki, insanların vəziyyətini erkən müəyyən etmə və vəziyyətin aktif olaraq idarəsi insanların lazım olan psixoloji dəstəyi almasında əhəmiyyətli rola malikdir.

Beşuşaqlı ailələrin sayı 3 dəfəyədək azalıb - Səbəb?

Son 17 il ərzində Azərbaycan ailələrində beşinci və daha çox uşağın doğulması halları 3 dəfəyədək azalıb. 2000-ci ildə Azərbaycanda 2940 uşaq ailədə sayca beşinci və daha sonrakı uşaq kimi doğulub. 2010-cu ildə belə uşaqların sayı 702, 2005-ci ildə 1285, 2010-cu ildə 702, 2011-ci ildə 643 olub. Sonrakı illərdə ailədə beşinci və daha sonrakı uşaq kimi doğulan körpələrin sayının nisbətən artmasına baxmayaraq, bu say yenə də əvvəlki həddə çata bilməyib. Beləliklə, 2015-ci ildə 1108, 2016-cı ildə 1019, 2017-ci ildə 946 uşaq ailənin sayca beşinci və daha sonrakı uşağı kimi dünyaya göz açıb. Son illər ərzində ailədə dördüncü uşağın dünyaya gətirilməsi halları bir qədər çoxalsa da, ümumilikdə son 17 il ərzində dördüncü uşağın doğulması halları da azalıb. 2000-ci ildə 6149 uşaq ailənin dördüncü uşağı kimi dünyaya gətirilib. 2005-ci ildə belə uşaqların sayı 3866, 2010-ci ildə 3018, 2011-ci ildə 3130, 2012-ci ildə 3625, 2013-cü ildə 3827, 2014-cü ildə 4509, 2015-ci ildə 4404, 2016-cı ildə 4346, 2017-ci ildə 4053 olub. Psixoloqlar arasında apardığımız sorğuya əsasən deyə bilərik ki, onlar bunun səbəbini yaşayış çətinliyi ilə əlaqələndirirlər. Belə ki, mütəxəssislərə görə, qayğının çoxluğu, ailədə iki fərdin də işləməsi, sosial çətinlik kimi səbəblər ailənin dünyaya 2 uşaqdan çox övlad  gətirmək fikrini məhdudlaşdırır. Əksər valideyn az uşaq dünyaya gətirməklə onlara daha yaxşı həyat nəsib etməyi planlaşdırır. Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilməsini təklif edib.Onun sözlərinə görə, əvvəllər Azərbaycanda çoxuşaqlı ailələrdə 5 uşaq olurdusa, indi 3 uşaq var. Ona görə də çoxuşaqlı ailə məfhumunda 3 uşağa enmək daha düzgün olar.

Adi ağrı deyib yan keçməyin - Qarın ağrıları zamanı bunu etməyin

Ağrı, beyinə stress haqqında məlumat verən hissdir. Qarın ağrıları isə bir çox insanda müşahidə edilir. Bu növ ağrılar həm qarında yerləşən, həm də digər orqanlardan qaynaqlana bilər. Psixoloq.az xəbər verir ki, ümumi və transplant cərrah Bəhruz Səlimov, qarın ağrıları barədə geniş süjet təqdim edib. Həmin videoya baxaraq qarın ağrılarının baş vermə səbəbləri barədə məlumatlana bilərsiniz. Unutmayaq ki,  düzgün diaqnoz uğurlu müalicənin başlanğıcıdır.  

Havalar soyuyur

Azərbaycanda sentyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-22°, gündüz 27-31° isti olacaq. Sinoptiklərin xəbərdarlığına görə, sentyabrın 17-si səhərdən 18-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimal edilir. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 30-35° isti olacağı proqnozlaşdırılır. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti olacağı bildirilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 26-31° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 24-29° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti olacağı ehtimalı var. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 27-32° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı ehtimal edilir.

Bu oturuşa diqqət edin - Psixoloji rahatlıq versə də...

Ayağı ayağın üzərinə qoyub əyləşmək bir çox insanların xüsusilə də qadınların sevdiyi oturuş formasıdır. Psixoloq.az xəbər verir ki, belə oturuş, qadınlarda özgüvəni formalaşdırır. Psixoloqların sözlərinə görə, bu forma qadınların daha eqoist olduğunun və ya özünə inanmın bir göstəricisi ola bilər. Ancaq xüsusilə də yaşlı nəsilin bu formanı düzgün qarşılamayıb, ayıb, hörmətsizlik hesab edə bilmə ehtimalı yüksəkdir. Həkimlər isə bu formanın insan orqanizmi üçün təhlükəli olduğunu bildiriblər. Mütəxəssislərə görə, belə oturuş forması ayaqdakı əsəb tellərinə mənfi təsirlər göstərir. Həkimlərin nəzərinə görə, ayağı ayağın üzərinə qoymaq bel və boyun nahiyəsində ağrıların meydana gəlməsinə səbəb olar. Çünki bu cür əyləşən zaman ən çox təzyiq çanaq sümüyünə düşür. Nəticədə bel sümüklərindən biri fırlanmağa məcbur olur. Həmin sümük ağırlıqda yardım etmədiyinə görə təzyiq daha çox belə və boğaza düşür. İnsan hər nə qədər bu cür uzun əyləşərsə, təzyiq daha çox olar. Ona görə də bir çoxlarında bel yırtıqlarının əmələ gəlməsinin səbəblərindən biri də uzun zaman bu cür əyləşməkdir. Bu səbəbdən həkimlər, bu vəziyyətdə əyləşməyi sevən insanların 10-15 dəqiqədən çox belə əyləşməmələrini tövsiyə edirlər.

Sevdiyinizlə mübahisə etməyin - Günün ulduz falı,17 sentyabr

Qoç - Yetərincə mürəkkəb gündür. Ciddi və mürəkkəb iş planlaşdırmasanız da, çətinliklərlə qarşılaşacaqsınız. İstəmədiyiniz işi görmək zərurəti yaranacaq. Dəstəyinə və ya yardımına bel bağladığınız insanlar vədlərini yerinə yetirməyəcəklər. Buna görə də tək işləməlisiniz. Günün ikinci yarısında uzaq qohumlardan biri xoş olmayan xəbər gətirəcək. Özünüzü qoruyun. Travma riskinin artdığı zamandır. Xəstələnsəniz, sağalma prosesi uzun çəkəcək. Sevdiyiniz insanla mübahisə etməyin, təmasları sərinlətməyin. Məntiqli, ağıllı olun. Buğa - Məqsədə çatmaq üçün müəyyən qurbanlar vermək gərəkdir. Planları reallaşdırmaq üçün nəzərdə tutulduğundan daha çox vaxt və maliyyə vəsaitinin gərəkli olacağına hazırlaşın. Hər şey ilkin variantlara uyğun olmayacaq. Günün ikinci yarısında yaşam prioritetlərini bir daha dəqiqləşdirin. Qarşınızda duran vəzifələri, həllini gözləyən problemləri saf-çürük edin, görüləsi işlərin aktuallığını dəyərləndirin. Hədəfdən yayınmayın, yolunuzdan sapmayın. Qətiyyətli olun, qorxmayın. Əsla geri çəkilməyin.  Əkizlər - Darıxdırıcı və rutin gündür. Yaddaqalan təəssüratlar, qeyri-adi görüşlər istəyirsiniz. Onların heç biri olmayacaq. Ciddi dəyişikliklərə can atmayın. Cəhdlər uğursuzdur. Yaxınlarınızla fikir ayrılıqları yarana bilər. Mövqelərinizi müdafiə edin, yersiz güzəştə getməyin. Günün ikinci yarısında müzakirə və ya diskussiya zamanı soyuqqanlı olun. Əks təqdirdə danışıqlar qarşılıqlı iradlara və tənqidlərə çevriləcək. İmiclə eksperimentlər etməyin. Ənənəvi prosedurlara üstünlük verin.  Xərçəng - Yaşananlara daha nikbin nəzərlərlə baxın. Proseslər o qədər də pis deyil. Yeni imkanlar yaranır, sərfəli perspektivlər formalaşır. İntuisiyanıza, işgüzar duyumunuza güvənə bilərsiniz. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə çox qulaq asmayın. Onlar situasiya ilə bağlı müfəssəl məlumatlara, yerinə yetirilməli işlə bağlı təfərrüatlı informasiyalara malik deyillər. Günün ikinci yarısında yanlış xəbərlərə aldanmayın. İnnovasiyalardan yararlanın, zamanla ayaqlaşın. Hadisələrin nəbzini tutun. Şir - Uğurlar zəhmət və cəhdlərlə düz mütənasib olacaq. Nəyəsə nail olmaq istəyirsinizsə, tənbəllik etməyin. Kimsənin yardımına və ya köməyinə bel bağlamayın. Müstəqil olun, təkbaşına işləyin. Yaxınlarınız sizə yardım etməyə tələsməyəcəklər. Günün ikinci yarısında yaşlı qohumlardan biri ilə fikir ayrılıqları yaranacaq. Ciddi münaqişəyə yol verməyin. İdmanla məşğul olmaq üçün yaxşı zamandır. Sağlamlıq prosedurlarını unutmayın. Pəhriz saxlamağa başlasanız, qaydalara riayət etmək çətinlik yaratmayacaq. Qız - Astagəl və tənbəl olmayın. Süst insanın qalib gəlməsi, uğur qazanması mümkün deyil. Məqsədə çatmaq üçün var qüvvənizlə çalışmalısınız. Təcrübəli və bilikli olduğunuz sahədə fəaliyyətinizi aktivləşdirin. Günün ikinci yarısında bəzi məsələlərin çözümünü yaxın ətrafınızdakı, etibar etdiyiniz insanlara həvalə etmək olar. Həmkarlar və tərəfdaşlarla aktiv işbirliyində olun. Biliklərin artırılması, peşə məziyyətlərinin yüksəldilməsi üçün yaxşı gündür. Orqanizminizə fikir verin. İzafi çəkidən qurtulmağın zamanı deyilmi? Tərəzi - Yeniliklər və fərqli layihələrin həyata keçirilməsi üçün ən yaxşı günlərdən biri deyil. Rutin məsələlərin həllinə, cari işlərin görülməsinə xüsusi diqqət ayırın. Genişmiqyaslı işləri ertələmək də olar. Yaranmış şanslardan maksimum istifadə edin. Maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin. Günün ikinci yarısında dostlardan və ya qohumlardan biri yardım üçün sizə müraciət edəcək. Mövcud çətin situasiyadan çıxış yollarını birgə arayın. Son qərarı verməyə tələsməyin. Eqoist insan təsiri bağışlamayın. Əqrəb - Parlaq, yaddaqalan gün olacaq. Günün ilk yarısı xoş xəbər və ya dəyər verdiyiniz insanla görüş sizi sevindirəcək. Yeni tanışlıqlar üçün əlverişli zamandır. Amma əsla romantikaya dalmayın. Günün ikinci yarısında diqqət tələb edən mürəkkəb işə başlayın. Müsbət təmayüllərin təsiri güclənəcək. Sürpriz və etiraf istisna deyil. Axşam saatlarında normal istirahət edin. Oxatan - Günün ilk yarısında situasiyaya kəskin müdaxilələr edərək hadisələrin axarını köklü şəkildə dəyişməyə can atmayın. Hər şeyi nəzarətdə saxlamaq mümkün deyil. Daha təcrübəli həmkarınız və ya tərəfdaşınızın məsləhətinə ehtiyacınız var. Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Günün ikinci yarısında yarımçıq işlərin hamısını başa vurmağa çalışın. Tələsməyin, düşünülməmiş addımlar atmayın. Səbrli davranın. Emosiyaların əsirinə çevrilməyin. Axşam saatlarını əyləncəyə həsr edin. Oğlaq - Vurnuxmadan və tələskənlikdən kənar durun. Təcili işlərdən yan qaçmayın, hadisələrin axarını diqqətlə izləyin. Başqalarının problemlərinin həllinə can ataraq öz çətinliklərinizi unutdurmayın. Əsas məqsədləri müəyyənləşdirin. Günün ikinci yarısında fəaliyyət müstəvinizi genişləndirin. Təmasları aktivləşdirin. Şərtlərə əməl etsəniz, ödənişlər vaxtında ediləcək. Əməkdaşlığın təfərrüatlarını əvvəlcədən dəqiqləşdirin. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin. Dolça - Ətalətli, süst, astagəl olmayın. İndiyədək sizə maraqlı və cazibədar təsir bağışlayan işlərin bəzilərinin gerçək mahiyyətini anlayacaqsınız. Gündəlik qayğıları qulaqardına vurmayın. Yaşam məkanı, daşınmaz əmlak və ailə üzvlərinin problemləri ilə bağlı laqeyd davranmayın. Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Yaxın ətrafınızdakı insanlardan birinin ideyasını dəyərləndirsəniz, gəlir əldə edə bilərsiniz. Axşam saatlarını evdə keçirin. Hobbinizə vaxt ayırın. Balıqlar - Günün ilk yarısından rutin işlərin və adi problemlərin sayı artacaq. Karyera inkişafı ilə bağlı konkret addımlar atmaq üçün əlverişli zaman deyil. İşdə rəhbərlik təşəbbüslərinizi dəstəkləməyəcək. Günün ikinci yarısında çətinliklərin həllində kreativ olun. İntuisiyanızı dinləyin. Bədxərclik etməyin, alış-verişdə diqqətli olun. Axşam saatlarında yaxşıca istirahət etməyə çalışın. Milli.Az

Evlilərin diqqətinə - Bu cümlələlər evlilik həyatınıza son qoya bilər

Bu sözlər dildə adət halını aldığı üçün bəzən o mənada demək istəmirsiniz, ancaq qarşınızdakı o mənada anlayır. Sevdiyiniz insanları bu sözlər ilə yaralayırsınız və aradakı hörmətə xələl gətirirsiniz.  Psixoloq.az bildirir ki, çalışın bu sözlərdən istifadə etməyin ki, evliliyinizə xələl gəlməsin. Boşanmağa gətirib çıxardan 27 söz: 1) Sən həmişə beləsən, hər yerə gecikirsən. 2) Sən nə qədər çox danışırsan? Artıq sənə qulaq asmaq istəmirəm! 3) Sən necə insansan? 4) Ailən gəlməsin! 5) Sən yenə kökəlmisən? Bu qarına bax! 6) Sən daha qocalmısan. 7) Bu nə cür geyimdir? Sənə heç yaraşmır. 8) Bu uşaqdan heçnə olmaz, özünə oxşatmısan. 9) Sən nə qədər yalan danışırsan, eyni yalanları danışmaqdan bezmədin? Daha bəsdir. 10) Ayağının altını görmürsən, yenə nəyi qırdın? 11) Eyni şeyləri nə qədər təkrarlayırsan? Bunu dünən demişdin! 12) Çox tənbəlsən. 13) Gecə gəlmədiyinə görə kimin yanında idin? 14) Sən etibarsız insansan. 15) Yemək bişirməyi hələ də öyrənməmisən, anamın yeməkləri kimisi yoxdur. 16) Məni kimlər istədi, mən səninlə evlənərək ən böyük səhvi etdim. 17) Sus bir dəqiqə, mən danışım. 18) Nə vaxt baxsam, nəsə alırsan, sən pul xərcləməyin yolunu belə bilmirsən! 19) Sən necə pinti insansan, nə vaxt baxsam, hər yer dağınıqdır. 20) Sən sevgidən nə anlayırsan ki?! 21) İnsanda biraz düşüncə yaxşı şeydir. 22) Səninlə keçən illərimə heyif! 23) Çox kobudsan, səndən incəllik gözləmək ən böyük səhvdir. İncəlik hara sən hara! 24) Yenə nəyə gülürsən? Gülünəcək nə var ki, burda? 25) Səninlə evlənərək ən böyük səhvi etmişəm. 26) Nə var, yenə nəyə zəng eləmisən, yenə nə istəyəcəksən? 27) Mən olmasam, sən heç kimsən. (unikal.org)

Havalar soyuyur — Yağış,sel XƏBƏRDARLIĞI

Sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq. Abşeronun şinal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Azərbaycanın rayonlarında sentyabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək. ETSN xəbərdarlıq edir ki, sentyabrın 17-si axşam şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.(ölkə.az)

Günün ulduz falı: 15 sentyabr, 2018

Qoç – Bu gün az qala hər addımda sürpriz, qəfil hadisə və ya gözlənilməz söz ilə qarşılaşa bilərsiniz. Durumun təhlükəsizliyi kiminlə işləməyinizdən və münasibətlərinizin hansı səviyyədə tənzimlənməsindən asılıdır.Yollarda, insanların çox olduğu yerdə təhlükə riskinin dolaşdığı gündür.Əyləncələri təxirə salın, özünüzü təhlükəsiz hiss etdiyiniz yerdə qalın. Danışıqlar və müzakirələr nəzarətdən çıxa bilər. İnadkar olun, güzəştə getməyitn.Fiziki işlə məşğul olmaq məsləhətdir.Elektrik avadanlığı ilə ehtiyatlı davranın. Buğa – informasiya ilə iş, kollektiv müzakirələr, problemin araşdırılması, çətin durumlardan çıxış yolunun aranması üçün əlverişli vaxtdır. Yaxın ətrafınızdakı insanların süst davarnışı, sizin üçün mühüm məsələyə marağın azalması qıcıq yarada bilər. Artıq anlayın: başqalarının yardımlarına bel bağlamayın, qarşınızda duran problemi özünüz həll edin.Artan gərginlik və ya hər hansı məsələyə diqqətin artması səbr kasanızın dolmaq həddində olduğunu göstərirsə, sabah nə edəcəyinizi düşünün. Əksər hallarda səhvin səbəbkarı hisslərdir. Əkizlər – ehtiyatsızlıq, tələskənlik və ya sadəlövhlüyün qurbanı olmayın. Sizi indi narahat edən məqamın daha dərin, alt qatlardakı mənası ola bilər. Başqa bir şəxsin sizi inandırmağa çalışdığı məqam, ya da elə o şəxsin özü göründüyü kimi deyil.Ətrafınızdakı insanların və əşyaların bəzilərinin ikili məzmunu, batini və xislətini anlamaq üçün əlverişli vaxtdır. Təbii, hər şey sizə qarşı və ya sizin üçün edilmir. Amma maraqlarınıza ciddi şəkildə toxunan hadisələri əsla buraxmayın. Sualları birbaşa verməyin, dolayı yollarla məqsədinizə çatın. Daha çox qulaq asmağa, müşahidəyə üstünlük verin. Xərçəng – energetik baxımdan zəngin, amma çox qeyri-stabil bir gürdür. Gözlənilməz, mənasız səbəblərdən çəkişmə, toqquşma və münaqişə ola bilər. Dəstək almaq istəyirsiniz, amma inandığınız və bel bağladığınız insan sizi aldadır, ümidlərinizi alt-üst edir. Səfər, aviauçuş, kütləvi yerlərə qatılmaq məsləhət deyil. Nəqliyyatla bağlı qəza vəziyyəti, texnika və ya avadanlığın sıradan çıxması mümkündür. Sayıq olun. Günün ümumi təmayülü neqativdir. Potensial təhlükəli yerlərdən uzaq olmağa çalışın. Bu da mümkün olmayanda qorxaq və ləyaqətsiz insanların sizə nəyisə diqtə etməyinə imkan verməyin. Özlərinə büt yaradıb o bütə sitayiş edənlərin heç olmasa birini normal məcraya qaytarmaq üçün səy göstərin. Axşam saatları emosional olacaq. Şəxsi münasibətlərinizi gərəksiz aşkarlıq və təzyiqlərdən qoruyun. Şir – kollektivdə mühit gərginləşə bilər. Münasibətlərin aydınlaşdırılmasına çalışmayın. Xüsusilə də qadınlarla dartışmayın. Fiziki işlə məşğul olmaq, əşya daşımaq, məşq etmək, piyada gəzmək çox xeyirdir. Mənzil-kommunal sahəsi ilə bağlı problemlər yarana bilər. Ərzaq məhsullarının kefiyyətini yoxlayın.İstirahətin sakit variantını seçin. Əhvalınız qəflətən dəyişə bilər. Daha doğrusu, əhvalınızı bir adam korlayacaq. Qız – gün ərzində elə bir hadisə baş verəcək ki, hisslərinizə ciddi təsir edəcək. İmpulsiv addımlar atmayın, sərt bəyanatlar verməyin. Yaxınlarınız, xüsusilə də uşaqlar xüsusi diqqət tələb edəcək. Ünsiyyət çətinləşsə də, gərginliyi zəiflətməyə can atın, emosiyalarınızı sakitləşdirin, enerjinizin təhlükəsiz və sakit çıxışına nail olun.Sizinlə manipulyasiya etməyə, aşağı səviyyədə dəyərləndirməyə və ya təzyiq göstərməyə çalışacaqlar. Buna mane olmasanız, müqavimətiniz münaqişəyə səbəb ola bilər. Sakitliyi qoruyun, təxribatlara cavab verməyin.Səhhətinizə laqeyid qalmayın. Adi, rutin gün yaşayın və vərdişlərinizə xilaf çıxmayın. Tərəzi – həmkarlar və tərəfdaşlarla dil tapmaq heç asan olmayacaq. Niyə məhz belə etməyin gərəkdiyi barədə 100 arqument belə gətirsəniz, auditoriyanız sizi dinləməyəcək. Stabil olmayan, münaqişəli bir gündür. İdeallar və ümidləriniz həyatın acı gerçəyi ilə qarşılaşacaq. Qəhrəmanlıqlar, absurd cəsarət yox, konkret həllə ehtiyac var. Güclü maraq duyduğunuz işlə məşğul olun, tapmaq istədiyinizi axtarın. İzafi enerjiniz üçün çıxış kanalı gərəkdir.Fiziki iş, yorulacağınız məşğuliyyətə ehtiyacınız var. Ekstremal yorğunluğa can atmayın. Axşam saatlarında maraqlı filmə baxın, kitab oxuyun. Yaxınlarınızla mübahisə etməyin. Əqrəb – emosiyaların tarıma çəkilməsi, hiss və həyəcanın ən yüksək səviyyədə olması sizi sınağa çəkəcək. Qüvvə və təşəbbüs tələb edən iş tapsanız, yaxşı olar. Mövqeyinizi müdafiə edin, qətiyyətinizi göstərin. Lakin hər şey sizdən asılı deyil və əsla gözləmədiyiniz hadisə yaşana bilər.Özünüzü dəyərləndirməklə bağlı situasiya gərginləşə bilər. Xarici görkəmdən narazılıq yaranarsa, mütləq nəyisə dəyişin. Alış-veriş, başqaları ilə birgə çalışmaq istənilən nəticə verməyəcək.Hansısa məsələ və ya hadisəyə münasibətiniz gün ərzində bir neçə dəfə dəyişə bilər. Ünsiyyətin önəmi artsa da, təmaslardan razı qalmayacaqsınız. Fəal olun, amma emosiyalarınıza nəzarət edin. Oxatan – səhər saatlarından etibarən yalan ümid və vədlərə aldanmayın. Əsas planınıza riayət edin. Səhər işə gedəndə evdəki elektrik əşyaların söndürüldüyünü yoxlayın. Günün ikinci yarısı gözlənilməz görüş, qəfil informasiya və ya həyəcan vəd edir.Qətiyyət və əminliyin çətinliyin yaratdığı problemlər ünsiyyət, məsələlərinin müzakirəsi, ən pis halda yazışma ilə çözülməlidir. Nizamlı işdəki qəfil sapıntılar və nöqsanlar, texnika və avadanlığın sıradan çıxması sizi qorxutmasın. Çətinliyi çözməyə çalışın. Gərginliyin artdığı,səbr kasasının daşmağa hazır olduğu vəziyyətdə soyuqqanlı davranın. Oğlaq – yeni dayaq nöqtəsi, münasibətlər forması, status axtarışındasınızsa, diqqətli olun. Xüsusi məzmun və önəm kəsb edən məqam təsiri bağılşayan nəsnə əslində belə olmaya bilər. Hətta həmin nəsnə tələ, məkrli plan da olar. Bu gün əlahiddə dönəmdir və münasibətləriniz gözlənilməz istiqamətdə inkişaf edə bilər. Hissləriniz və emosiyalarınız sizi tələyə salmasın. Önəmli layihənin inkişafı üçün mühüm addım atmaq şansını qaçırmayın. Alış-veriş, dövlət qurumlarına baş çəkmək və sənədləşdirmə üçün əlverişsiz gündür.Axşam saatlarında gərginlikdən qurtulmaq üçün dincəlin. Dolça – gərgin, nevroz, aqressiv, yovuşmazlıq hisslərinin aktivləşəcəyi gündür. Qəza, travma, sınıq, yanğın ehtimalı artır. Dözülməzlik fonunda münaqişə və mübahisələr yaranacaq. Önəmli, vacib işlə məşğul olmayın. Günü fiziki işə, mövcud problemlərin həllinə, informasiya axtarışına həsr edin. Maraqlı məlumat, təklif və birgə əməkdaşlıqla bağlı ideyalar ola bilər. Onlara nəzər salın, təhlil edin. Amma heç bir razılaşma, yekun anlaşma olmasın. Balıqlar – mühüm situasiyalara nəzarət etməyə imkan verən hərəkətlər edin, işlər görün. Bu, cari iş yox, tərəfdaşlara əlaqələrin bərpası, danışıqlar, telefon zəngləri və ya perspektivlərinizə müəyyənlik gətirəcək məktublar ola bilər. Təşəbbüslərlə tələsməyin. Amma baş verən və maraqlarınıza təsir edən dəyişikliklərə vaxtında reaksiya verin. Əldə edilən pulları ağıl və məntiqlə xərcləyin.Şəxsi münasibətlərdə geriləmə var. Hələlik heç nəyi tələsdirməyin. Hadisələrin axarından tam uzaqlaşmayın. Milli.Az

İdman psixologiyası nədir?

İdman psixologiyası idman və məşq əsnasında performansa təsir edən zehni faktorları araşdırır və fərdi yaxud da komanda performansını artırmaq üçün əsas vasitə olaraq dəyərləndirilir. İdman psixologiyasında ən çox istifadə edilən texnikalardan biri təmizlənmədir. Bu texnika vasitəsilə yarışlar zamanı oyunçular zehinlərini təmizləyib müsabiqə şərtlərindən yüksək nəticə göstərməyi və əzələ-koordinasiya sisteminin təsir mexanizmi üçün həmin faktorları azaldıb oyuna konsentrə olmağı öyrənirlər.

“Təcavüz edənlərin 10faizi qohumlardır” - Təcavüzün yaratdığı psixoloji zədələr

Təcavüz, könülsüz bir qurbanı məcburən cinsi münasibətə qatmaqdır. Əksər zaman bu hal cinsi münasibətlə nəticələnsə də, toxunma, ağrı vermək şəkilləri də ola bilər. Burada qarşı tərəfi dəyərsizləşdirmə var. Bu isə qurbanda unudulmayan, mənfi izlər qoya bilər. Qurbanlar isə “Nə üçün mən” sualına cavab axtararlar. Belə insanlarda utanma, əsəbilik, zehni qarışıqlıq duyğuları hakim olar. Bu isə depressiya, stress pozuntusu kimi psixoloji problemlər yarada bilər. Uyğun terapiya və dərmanlarla bu hissləri azaltmaq olar. Aparılan araşdırmalara görə, təcavüzçülərin 99 faizi kişilərdir. Qurbanların 10 faizində təcavüz edən onun yaxın qohumu olur. Belə xəstələr təcili nəzarətə alınmalı və müalicələrə başlanılmalıdır. İlk olaraq antidepresant dərmanları verilməlidir. Tərcümə etdi: Quliyeva Şəhanə

Sevgi Münasibətiniz Ciddidirmi? - Yoxlayın

Bəzən insanlar çox vaxt doğru insanla birlikdə olub-olmadığını bilmirlər və ya müəyyən şübhələri olur.  Psixoloq.az-ın təqdim etdiyi testlə seçdiyiniz insanla münasibətinizin nə dərəcədə ciddi olduğunu qismən də olsa aydınlaşdıra bilərsiniz. Aranızda mübahisə olan zaman nə edirsiniz? a) Bir-birinizin fikirlərinə hörmət edir və hər şeyi yoluna qoyursunuz. b) Aramızda heç bir problem yoxdur. c) Saatlarla danışsaq da, heç nəyi həll edə bilmirik. d) Sakit danışa bilmirik.  Sevgilinizi gün ərzində görməmisinizsə? a) Sevgilim üçün çox darıxıram b) Rahat ola bilmirəm, qəmgin oluram c) Normal qarşılayaram d) Olduqca rahat olaram Sevgilinizlə ictimai yerlərdə söhbət edərkən? a) Məni həmişə dinləyir b) Çox fikir vermir c) Dediklərimi təkrar yenə soruşur d) Mənimlə maraqlanmır və ətrafa baxır Sevgilinizə niyə vurulduğunuzu soruşanda nə cavab verirsiniz? a) Ortaq maraqlarmızın çox olduğunu deyirəm b) Ailə münasibətlərimiz çox yaxşıdır c) Çox düşünür və cavab verə bilmirəm d) BilmirəmHər həftə sonu birlikdə nə edirsiniz? a) Bilrikdə gözəl vaxt keçirərik b) Filmə və ya qonaqlığa gedərik c) Dostlarımızla yaxşı əylənərik d) Heç bir şey edə bilməz və sıxılarıq Nəticələr: A və B variantı çoxluq təşkil edirsə: Siz davamlı olaraq onu fikirləşirsiniz. Lakin sıxılmayın o da sizi fikirləşir. Xırda və əhəmiyyətsiz problemləri həll edə bilirsiniz. İkinizin də dinləmə qabiliyyəti çox yüksəkdir. Sevincinizi və kədərinizi bir-birinizlə paylaşmağı bacarırsınız. Onu dəli kimi sevirsiniz çünki ortaq xüsusiyyətləriniz çoxdur. Bu sizi daha da bağlayır və sevginizi möhkəmləndirir. Çalışın bu münasibətləri qoruyub saxlayın. C və D variantı çoxluq təşkil edirsə: Sizin sevgi münasibətləriniz yaxşı deyil. Xırda problemləri belə həll edə bilmirsiniz. Bu xüsusiyyətləriniz sizin münasibətləri daha da kəskinləşdirir. Ciddi münasibətlərə ümid etmək məsləhət görülmür. Onun sizə olan simpatıyası ötəri bir hissidir.

Hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində sentyabrın 14-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 14-15-də Abşeron yarımadasında meteroloji amillərin zəif mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nazirlik xəstəxanalarda boş çarpayıların sayı barədə məlumat toplayır

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTYS) müraciət edən şəxslərin xəstəxanalara səmərəli yerləşdirilməsi məqsədi ilə əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən gündəlik olaraq Bakı şəhərinin tibb müəssisələrində mövcud olan boş çarpayıların sayı barədə məlumat toplanır. Səhiyyə Nazirliyindən  verilən məlumata görə, bu, hospitalizasiya zamanı meydana çıxan problemlərin qarşısını alır və xəstələrin ərazi üzrə müvafiq bölgüsünə yardım edir. Nazirlikdən bildirilib ki, təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahisi müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır: "Ağır xəstələrin evdə rentgen və ultrasəs müayinəsinin aparılması məqsədi ilə BŞTTTYS rəqəmsal və analoji rentgen, həmçinin ultrasəs apparatları ilə təmin olunub, ağır yataq xəstələrinin müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, həkim çağırışı əsasında portativ rentgen və ya ultrasəs apparatı ilə evdə rentgen müayinəsi aparılır. BŞTTTYS-nin evdə laborator müayinəsi apara bilən xüsusi briqadası da mövcuddur".(publika.az)

Arıqladım hər şey dəyişdi,yeganə dəyişməyən-Psixoloq Narınc Rüstəmova

Psixoloq.az xəbər verir ki, psixologiya sahəsində peşəkarlıqları və eyni zamanda əsl olması gərəkən Azərbaycanlı ailə modeliylə və eləcədə iradəli Azərbaycan qadınının siması olaraq tanıdığımız  peşəkar psixoloq Elnur Rüstəmovun ömür gün yoldaşı, tanınmış psixoloq Narınc Rüstəmova qısa zamanda artıq çəkilərə qalib gəldikdən sonra həyatında dəyişən və dəyişməyənlərlə bağlı özünə məxsus facebook sosial hesabında paylaşım etmişdir .Paylaşım Azərbaycan ailələri üçün örnək və təqdirə layiq marifləndirmə əhəmiyyəti kəsb etdiyindən həmin paylaşımı olduğu kimi diqqətinizə çatdırırıq  Arıqlamağımın ən gözəl tərəfləri getdiyim yerlərdə yuxulamamaq, passiv həyatdan qurtulmaq, bir neçə xəstəliklərimə qalib gəlmək və sevimli geyimlərimə qovuşmaqdan başqa bir şey olmadı.Vallahi həyat yoldaşım necə var elədə qaldı. Yeganə dəyişməyən o oldu. Qardirobum dəyişdi, soyuducuda ərzaqlarım dəyişdi, Səhəttim dəyişdi, günlük qrafikim dəyişdi bircə Elnur müəllim dəyişmədi. Həyat yoldaşımın sevgisində bu evlilik boyu nə azalma gördüm nə artma.. Bu vəsiləylə Bizi bir- birimizə bağlayan cismimiz yox qəlbimiz olduğunu bir daha gördüm. Ona arıqlamağımı hədiyyə edərkən özümə hədiyyə etmiş oldum. Bir kişinin qəlbinə yol tapmağın bəzək olmadığının bariz nümunəsiyəm. Kişilər az danışan çox iş görən qadınları sevirlər. Kişilər ana qayğısı qarşısında ümumiyyətlə yox deyə bilmirlər. Qəlblərinə gedən yol isə mədələrindən keçir. Şərt deyil Biz bişirək əsas odur nuşi canlıqla yeməsinə şərait yaradaq. Qarnı tox oldumu baş işləyəcək. Yeməkdən öncə və yemək zamanı söhbətdən, problemlərin müzakirəsindən uzaq durmaq qızıl qaydadır. Bacarmadıqlarını yox bacardıqlarını şişirdin ki, daha çox bacarmağa çalışsın. Xarab olan əşyanı təmirini hətta bir lampanı dəyişməyi bacarmamağını deyil Sizi filmə aparmağını qabardın. Bir sözlə onlara güclü olduqlarını hiss etdirməlisiniz. Lakin mənim yanımda bu çevrə içində güclü olduqlarını unutdurmamalısınız... Sevdiyi bir geyimi geyinibsə "necədi?" sualına "qəşəngsən, yaraşır" deyil "mənə görə yaraşır, mənə görə qəşəngsən" cavabını verməyi unutmayın. Söyləməyi unutmayın ki, o da unutmasın! İşindən evinə, evindən işinə tələssin... Psixoloq.az 

Başqalarının gözündə kimsiniz - TEST

1. Özünüzü nə vaxt ən yaxşı hiss edirsiniz? A) Səhərlər B) Günortadan sonra və axşama doğru C) Gecənin irəliləyən saatlarında 2. Necə yeriyirsiniz? A) Sürətli və uzun addımlarla B) Sürətli və qısa addımlarla C) Normaldan yavaş və ətrafa baxa-baxa D) Yavaş və başı aşağı E) Çox yavaş 3. İnsanlarla danışarkən A) Qollarımı sinəmdə qatlamış olaraq dayanıram B) Əllərimi bibi-birinə sıxıram C) Bir və ya hər iki əlimi belimə qoyuram D) Danışdığım insanlara toxunurr və ya arabir onları yüngül itələyirəm E) Qulağımla oynayır, çənəmə toxunur və ya saçımı düzəldirəm 4. İstirahət edərkən necə oturursunuz? A) Dizlərim qatlanmış və qıçlarım bir-birinə bitişik olaraq B) Ayaqlarım çarpazlanmış olaraq C) Qıçlarımı uzadaraq D) Bir qıçımı altıma qatlayaraq 5. Çox xoşunuza gələn bir şey olduğunda nə edirsiniz? A) Ürəkdən qəhqəhə çəkirəm B) Gülürəm,amma çox səsli deyil C) Bir dəfə, yüngül gülərəm D) Səssizcə gülümsəyirəm 6. Bir qonaqlığa getdiyinizdə və ya ibir işə başladığınızda A) Hər kəs sizi hiss edəcək şəkildə gurultulu bir giriş edirsiniz B) Səssiz bir giriş edib ətrafınızda tanıdığınız insanları arayırsınız C) Çox səssizcə girib kimsənin sizi hiss etməməsinə cəhd göstərirsiniz 7. Çox çətin bir işə diqqətinizi vermişkən narahat edilirsiniz.Ne edərsiniz? A) Məmnuniyyətlə qarşılayaram B) Həddən artıq dərəcədə narahat olaram C) Etirazımı hansısa hərəkətlə bildirərəm 8. Ən çox hansı rəngi sevirsiniz? A) Qırmızı və ya portağal rəngi B) Qara C) Sarı və ya mavi D) Yaşıl E) Tünd mavi və ya bənövşəyi F) Ağ G) Qəhvəyi və ya boz 9. Yatmazdan əvvəl bir neçə dəqiqə yataqda  A) Kürək üstü uzanar B) Üzü üstə uzanar C) Yüngül qıvrılmış olaraq yan tərəfinizə yatar D) Başınızı bir qolunuzun üzərinə qoyarsınız E) Başınızı yorğanın altına bağlayar 10. Yuxuda adətən A) Yıxılıram B) Dava edər və ya mübahisə edirəm C) Kimisə və ya nəyisə axtarıram D) Uçur və ya üzürəm E) Ümumiyyətlə yuxu görmürəm F) Yuxularınız həmişə xoşdur Ballarınızı toplayın və nəticələrlə tanış olun 60 BAL VƏ YUXARI İnsanlar sizinlə kövrək bir əşya kimi rəftar edirlər. Kənardan qürurlu, eqoist və həddindən artıq özündən razı biri olaraq görünürsünüz. Ətrafdakılar sizə heyranlıq duyub sizin kimi olmaq istəyə bilərlər, amma sizə heç də hərzaman güvənməzlər və sizinlə çox yaxın əlaqədə olmaqdan qaçarlar. 51 - 60 bal:İnsanlar sizi həyəcan verici, havalı, düşüncəsiz, təbii liderlik xüsusiyyətləri olan, hər vaxt doğru olmasa da sürətli qərar verən biri olaraq tanıyarlar. Sİzi cəsur, macərapərəst biri olaraq tgörərlər; hər şeyi bir dəfə sınamaq istəyən, macəra yaşamaq üçün fürsətləri qaçırmayan biri .. Yaydığınız həyəcandan ötəri insanlar sizinlə eyni iş yerində çalışmaqdan zövq alarlar. 41 - 50 bal:İnsanlar sizi təzə, canlı, cazibədar, əyləndirici, praktik və daim maraqlı biri olaraq görərlər; hər vaxt maraq mərkəzində olan, amma çox həddindən artığa qaçmayacaq qədər də balanslı biri .. İnsanlar sizi ayrıca xeyirxah, düşüncəli, anlayışlı və özlərini sevindirən və rahatlaşdıran biri olaraq tanıyarlar. 31 - 40 bal:İnsanlar sizi məntiqli, ehtiyatlı, diqqətli və praktik biri olaraq görərlər. Sizi ağıllı, qabiliyyətli və hünərli amma təvazökar olaraq tanıyarlar. Sizinlə dost olmaq çox zaman tələb etsə də, yoldaşlarınıza qarşı çox sadiqsiniz və onlardan da eyni şeyi gözləyirsiniz.

Səhiyyə Nazirliyi: "Azərbaycanda sinir sistemi xəstəlikləri artıb"

Bu ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 486 722-dən çox ümumi müraciət daxil olub.Səhiyyə Nazirliyindən verilən məlumata görə, müraciət edənlərdən 43220 nəfəri xəstəxanalara yerləşdirilib.  Uşaqlar üçün edilən çağırışların sayı 57670, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 7833 olub ki, bu rəqəmdə artım qeydə alınıb.   Məlumata görə, pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2100 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 101098, hospitalizasiya 8768, miokard infarktı ilə müraciətlərin sayı 689, hospitalizasiya 649, insultla müraciətlərin sayı 2541, hospitalizasiya 2220 olmuşdur. Keçən ilin 8 ayı ilə müqayisədə insultla bağlı müraciətlərin sayında artım müşahidə edilib. Nazirlikdən bildirilib ki, sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak edən həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil olunub. Doğuşla bağlı müraciətlərin sayı 1907, hospitalizasiya1887 olub. Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 16679, hospitalizasiya 11553 olubşdur.Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 13665, hospitalizasiya olanların sayı 8871 nəfər. Statistik rəqəmlərə əsasən 2018-ci ilin 8 ayı ərzində BŞT və TTYS-na nəqliyyat hadisəsi səbəbindən 1632 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1417 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə edilir.  Qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılan yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 15 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 400-dən çox körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra olunub. Təcili tibbi yardıma ehtiyacı olan 254 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.(ölkə.az)

"Nə dedi düz çıxdı" - Məşhur müğənni falçıya baxdırdığını etiraf etdi/VİDEO

Mahnıları ilə qısa zamanda qəlblərə taxt quran məşhur müğənni Elvin Mirzəzadə falçıya getdiyini etiraf edib. Mirzəzadə, bu barədə ilk dəfə Psixoloq.az portalına məlumat verib. O, əslində fala inanmadığını ancaq təsadüfən fala baxdırdığını açıqlayıb: “Heç zaman fala inanmamışam. Bu dinə olan inancımdanmı deyim, ya Allaha olan sevgimdənmi deyim hər zaman bu istiqamətdə fikirlər bildirmişəm. Hardasa əsgərlikdən sonra gəlmişəm. Nə diplomum üzrə iş tapa bilirəm nə də özümü hansı sahələrə vururam heç bir effekt vermir. Səbrim çatmırdı. Artıq depressiv vəziyyətə düşmüşdüm. Evdən pul almağa utanırdım. Sonra padval tipli yerdə işə başladım. Günə 15-20 manata. Məsələ 2015-ci ildə baş vermişdi. Və ora bir qadın gəlir. Artıq hamı gedib. Pavilyon boşdu və kartla fala baxır. Mən də lağ-lağı formada yaxınlaşdım ki mənim də falıma bax”. Mirzəzadə falçının ona müddət qoyduğunu və haqqında dediklərinin hər birinin gerçəkləşdiyini açıqlayıb. “İndi deyəcəm amma reklam kimi anlaşılmasın amma adam ağzını açdı və hər şeyi olduğu kimi dedi. Adam mənə müddət qoydu. Mənə dedi ki, iki il müddətinə  elə bir şey edəsən ki bütün Azərbaycan səndən danışacaq. İndi nələrə nail olmuşamsa elə bil qadın siyahı tutub bunları mənə öncədən demişdi”,-deyə müğənni vurğulayıb.  Şəhanə Quliyeva

Sabah 36 dərəcə isti olacaq

Azərbaycan ərazisində sentyabrın 14-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,  Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 14-15-də Abşeron yarımadasında meteroloji amillərin zəif mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Dünyanın ən bədbəxt ölkələri açıqlandı

Son 10 ildə dünyada xoşbəxtlik indeksi aşağı səviyyəyə düşüb. Psixoloq.az xəbər verir ki, dünyanın ən bədbəxt ölkələri sırasında ilk yeri isə Afrika ölkələri tutur. Sosioloqlar, psixoloqlar, insanların sayı, stress və narahatlıq nüanslarını nəzərə alaraq dünyanın ən bədbəxt ölkələrinin siyahısını hazırlayıb. Siyahıda ilk yeri Mərkəzi Afrika ölkələri tutub. Daxili çəkişmələr səbəbindən burada on minlərlə insan evlərini tərk edib. İkinci yerdə 59% göstərici ilə İraq gəlir. Daha sonrakı yerləri Cənubi Sudan (55%), Misir (47%) və İran (45%) tutur.(qafqazinfo)

Qadınlar ya kişilər... - Ən çox kim yalan danışır?

"Qadınlar yalansız yaşaya bilməzlər. Bu, onların həyatlarının bir hissəsidir. Onlar hər bir şeydə yalana əl atırlar. Məncə, qadını qadın edən də yalandır. Yalansız, mən qadını təsəvvür etmirəm", - 23 yaşlı responden Kənan Fərəməzov deyir.Əsrlər boyu qadınların yalan danışması iddia olunub. Və hər zaman "qadınlar niyə yalan danışır" sualı gündəmdə olub. Bu sualı respondentlərin qadın nümayəndəsinə yönəldəndə isə cavabı çox təəccüblü oldu."Əslində, biz qadınlar hər zaman kişilərin yalan danışdığını iddia edirik. Lakin özümüz bəlkə də onlardan çox yalana əl atırıq. Məncə, həyatda yalan danışmayan insan yoxdur, hamı yalan danışır. Biz qadınlar isə həddindən artıq qürurlu olduğumuzdan yalan danışırıq. Adətən, digər qadının yanında pis olmayım deyə, yalan danışa bilərəm və yaxud mənə nə isə lazım olanda, həyat yoldaşıma yalan deyə bilərəm. Məncə, bunu bütün qadınlar edirlər", - 32 yaşlı evdar xanım, Mətanət Ələsgərli dedi.Qadınları yalan danışmağa nə vadar edir?Psixoloqların fikrincə, qadınlar daim özlərindən narazı olduqlarından, başqa qadınlarla özlərini müqayisə etdiklərindən yalan danışırlar."Qadınların əksəriyyəti özlərini digər qadınlarla müqayisə edir və özlərini pis hiss etdiklərindən yalana əl atırlar. Ümumiyyətlə, qadınlar yalan danışmağa meyllidirlər. Adətən, qadınlar xəyallarında arzu etdiyi həyatı yaradırlar. Həyatda istədiklərinə nail ola bilmədikdə, onlar görmək istədiklərini yalan olaraq danışırlar. Və bu cür onlar özlərini daha yaxşı hiss edirlər. Adətən, qadınlar çəkiləri haqqında səhv məlumat verirlər. Çünki bu mövzuda onlar çox həssasdırlar. Çəkiləri soruşulduqda, qadınların 68%-i yalan danışır. Hətta sənət üçün soruşulduqda belə, qadınlar çəkilərini səhv deməyə çalışırlar", - psixoloq Dəyanət Rzayev deyir.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə qadınların yalan danışması fikri ilə razılaşmadığını bildirdi: "Yalanı hər kəs danışır. Biz deyə bilmərik ki, ən çox qadınlar yalana əl atırlar. Çünki bu fikir düz deyil. Qadınlar yalan danışdığı kimi, bəylərimiz də yalan danışırlar.Bəlkə də qadınların hər zaman yalan danışması fikri haradasa, düzdür. Çünki qadınlar fiziki cəhətdən bəylərimizdən zəifdirlər. Və çox zaman özlərini qorusunlar deyə yalana əl atırlar. Lakin bu da çox normaldır. Ancaq "kişilərdən çox qadınlar yalan danışır" demək düz olmazdı"."Qadınlar qida ilə bağlı 474 dəfə yalan danışırlar"Britaniyadakı Kembric Universitetinin alimləri tərəfindən aparılan tədqiqat zamanı məlum olub ki, qadınlar qidalanmaları və yeməkləri ilə bağlı orta hesabla, 474 dəfə yalan danışırlar.Bununla bağlı ən çox danışdıqları yalan isə "çox az yeyirəm, uşaqların qabağından qalanları yemək məcburiyyətindəyəm", "sadəcə, bir balaca tikə yedim" və s. Özü də belə yalanlar ilk növbədə qadınların özlərini sakitləşdirir.Bir il ərzində qadın neçə yalan danışır?Araşdırmalara görə, hər bir qadın bir il ərzində 500-ə yaxın yalan danışır. Və bu yalanların əksəriyyəti yedikləri qida ilə bağlıdır. Psixoloqlar müəyyən ediblər ki, əgər onlar yedikləri ilə bağlı yalan danışmasalar, iki dəfə daha çox arıqlaya bilərlər.Türkan Nadirqızı