Xroniki empatiya və düşüncə aludəçiləri. Düşüncə dedikdə ağıla ilk gələn aforizm “Düşünürəm, elə isə varam”dır. Müasir fəlsəfənin atası René Dekart, bu məşhur sitatla illər əvvəl düşünməyin insan üçün önəmini vurğulamışdır. Bir şey haqqında düşünmək beyin təlimi baxımından çox vaxt faydalıdır, amma düşüncələrimizi idarə etmək çətin ola bilər, səssiz olsaq da, bəzən beynimizdə düşüncələrin fırlanmasının qarşısını ala bilmirik, hər şey nəzarətdən çıxır, getdikcə daha gərgin oluruq və bu hal bir müddət sonra təbii olaraq müxtəlif növ psixoloji, eləcə də psixosomatik narahatlıqlara səbəb olur, psixosomatik narahatlıq dedikdə psixoloji narahatlıqların bir müddət sonra fizioloji narahatlıqlara səbəb olmağını nəzərdə tuturuq. Overthinking deyilən düşüncə bağlılığı fəaliyyətdə kəskin azalma, ünsiyyət problemləri, yuxu və qida qəbulu kimi müxtəlif problemlərlə özünü göstərir. Problemin səbəbini araşdırmaq özü-özlüyündə çətin bir prosesdir, çünki bu cür insanlar hər hansı bir ağrı, hər hansı bir qida qəbulu pozuntuları ilə bağlı vəziyyətlərinin fərqinə varsalar belə düşünməyin nə kimi, problem olduğunun fərqində olmurlar. Bu konsepsiya xroniki hal alaraq bəzən insanların həyatı üçün təhlükə yaradır. Hamımız müəyyən vaxtlarda həddindən artıq düşünür və narahat hiss edirik, lakin bu hisslərin də bir həddi olur. Yenidən eyni məqamları düşünmək, eyni fikri davamlı şərh və təhlil etməyə aludəçilik bu problemin ayrılmaz hissəsidir. Düşünməyə meylli insanların tez-tez həyat keyfiyyətlərində enmələr görünür və dəfələrlə eyni hadisələri düşünmək, ssenarilər yaratmaq ilə bağlı tələbat nəzərə çarpır. Belə insanlarda təşviş , stres artır, qorxu, ümidsizlik, ruh düşkünlüyü baş qaldırır, yaşadıqları anın dadını çıxara bilmirlər. Beləliklə, gündəlik həyatda performansı və motivasiyası get-gedə azalır. Xroniki empatiyanın rolu: özgə oduna yanan pərvanələr. Empatiya nədir? Empatiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur. Empatiyanın əksi aleksitimiyadır. “Empatiya” sözü yunan dilindəki ἐμπάθεια (empateya), “fiziki bağlılıq, meyl” sözündəndir. Bu da ἐν (en), “içində” + πάθος (patos), “hissiyat” sözlərinin birləşməsindən yaranmışdır. İngilis dilində ilk dəfə Teodor Lippsin nəzəriyyəsində əsas anlayış olan alman dilindəki Einfühlung (nüfuz etmə) sözünün qarşılığı kimi istifadə edilmişdir. Empatiyaya nail olmağın başlıca vasitəsi anlayışını Riçard Dlyüs araşdırmışdır. Empatiya sözünün kökü ingilis və qədim yunan dillərindən tərcümədə “hiss, emosiya” mənalarını ifadə edir. Termin 1909-cu ildə psixoloq Edvard B. Titçener tərəfindən irəli sürülüb. Empatlar çox həssas insanlardır. Hər şeyi hiss edirlər və duyğularını səmərələşdirməyə daha az meylli olurlar. Onlar üçün hissiyyat görmək, eşitmək qədər önəmlidir, olmazsa olmaz bir parçaları halına gətirdikləri bu xüsusiyyət onları zaman-zaman yaralayır. Yad ağrıları öz ağrıları kimi hiss edər və bəzən heç fərqində olmadan başqalarının problemləri üçün çıxış rolu axtardıqlarını görə bilərsiniz. Xroniki empatiya deyə adlandırdığım bu problemə Türkiyə türkçəsində olan mənbələrdə sadəcə “Empat” deyirlər ki, mən bunu qəbul edib yaza bilmirəm, çünki empat insan zatən empatiyanın keyfiyyət olaraq daşıyıcısıdır, bəs gəlin görək əsas fərq nədən ibarətdir? Burda özümüzü qarşımızdakının yerinə qoyub anlamaqda heç bir kənaraçıxma yoxdur, çünki bunu həssas və ya İnsan-İnsan peşə qruplarına aid şəxslər asanlıqla bacarır, lakin bunu edərkən onlarda davamlı baş ağrıları, günlər, həftələr ərzində davam edən ruh düşkünlüyü müşahidə edilmir, xroniki empatiyanın daşıyıcıları isə əksinə başqa dərdlərə köklənir, şəxsi problemlərini heç hesab edir, dərslərində, işlərində geriləyir, düzgün yuxu və qida rejimini itirirlər, bir sözlə öz həyatlarını səssizcə alır, başqa birinin ağrılarını həmin şəxsin özü və hətta bəzən ondan da çox hiss edirlər. Xroniki empatiyadan əziyyət çəkən insanların problemin fərqinə varmaqları bəzən zaman alır, bəzən isə ümumiyyətlə bunu şəxsiyyət keyfiyyəti olaraq qəbul edərlər və heç bir yardım almağa ehtiyaclarının olmadığını düşünürlər. Xroniki empatiyadan əziyyət çəkən şəxsin vəziyyətinin fərqinə varması psixoloqdan emosiya mərkəzli yanaşma tələb edir, burada hekayələr qurmağa ehtiyac ola və ya Rasional emotiv koqnitiv canlandırmalara ehtiyac duyula bilər: “Gözlərini yumub müharibədə olduğunu, hər tərəfdən üzərinizə mərmilər və güllələrin yağdığını xəyal et! Topların gurultulu səsi qulaq batırır, hava qaralmağa doğru gedir, izburaxan güllələr gecə vaxtı uçan May böcəyi kimi işıq saçır. Qırmızı, yaşıl güllərin havada uçduğunu görə bilirsən? Bu vaxt lap yaxında bir mərmi partlayır və tanış bir səsin kömək istədiyini görürsən. Bu səndən kömək istəyən kimdir? Hansı sənə yaxın olan insan gəldi ilk olaraq ağlına? Onun üzünü tam detalları ilə təsvir etməyə çalış, ayağından yaralanıb, qəlpə əzələyə tuş gəlib və onu xilas etmək mümkündür. Bu vaxt necə davranardın? Xilas etmək yolu olaraq nə gəlir ağlına? Ən yaxşı üsulu tapıb onun yanına gedib onu ordan çəkib çıxarmaq, yoxsa onun dərdi üçün ağlayıb onu da özünü də taleyin ümidinə buraxmaq? Hansını etsən daha faydalı ola bilərsən, ağıllı çıxış yolu ilə silahlanan sən, yoxsa emosiya ilə yüklənən sən bu zaman daha faydalı olarsan? Zaman gedir, bu gün üzərindən həll etmədən keçdiyimiz məsələlər test kitablarında üzərindən keçdiyimiz suallar kimi natamamlıq yarada bilər, hər kəsə kömək etmək mümkün deyil, amma başqa ağrıları özününkü kimi hiss etmək, yoxsa birlikdə problem həll etmək qarşımızdakı və bizim üçün daha faydalı ola bilər? Yaxşı bir plan qur və dostunu xilas et!” Bu tapşırıq özü-özlüyündə qorxulan görüntü texnikasına oxşayır, lakin xroniki empatiyada istifadə üçün onun üzərində biraz modifikasiya işi görmüşəm. Klassik modeldə də, mənim təklif etdiyim müharibə metaforası modelində də məqsəd yaşanan hadisəyə uzaqdan nəzər salmaqdır. Çünki xroniki empatiya odun mərkəzində dayanmaq və səslərə köklənməkdirsə bu texnika, “müharibə metaforası” hadisələri kənardan izləyib nəticə çıxarmaqdır. Düşüncə bağlılığı yaşayan şəxslər(bundan sonra overthinker) üçün seçdiyim bir neçə texnikanı problemin həllinə kömək məqsədi ilə sizinlə paylaşmaqdan məmnunluq duyuram. 1. Overthinker şəxsin düşüncə gündəliyi: Burada biz gündəlik olaraq neçə dəfə düşüncələrin “qonaq” gəldiyini izləmək üçün hər dəfə ağlımıza bu qeyri-funsional düşüncələr gəldikcə bunu gündəlikdə işarə edir, hər gün sonunda nəticəyə baxırıq. Burada məqsəd düşüncələrin fərqinə varmaqdır. 2. Overthinking stansiyaları: Burada əsas məqam qeyri-funsional düşüncəni öz iradəniz çərçivəsinə salmaqdır. Düşüncə aludəçiliyi çox vaxt insana romantik, işgüzar sferada təsir edir, gündəlik həyat fəaliyyətinizə davam edərkən hər bir saatın sonunda özünüzə “overthinker stansiyasında” “istirahət” üçün 10 – 30 dəqiqə vaxt ayırırıq, o an həmin düşüncə gəlmək istəməsə belə iradi səy ilə onu şüur səviyyəsinə gətirməkdir əsas məqsəd, çünki iradi səy ilə aralıq düşüncədən əsas düşüncə həddinə gətirilən düşüncələr bir müddət sonra adiləşir. 3. Çəhrayı koftalı, mavi eynəkli bənövşəyi pişik: iki mərhələdə yerinə yetirilir. Düşüncələrin işləmə formasının fərqinə varmaq üçün iki dəqiqə ərzində bu qəribə görüntünü göz önündə canlandırmağa çalışın. Hər dəfə fikriniz yayındıqda bir vərəqə işarə qoyun. Sonra iki dəqiqə ərzində bu qəribə görüntüdən fikrinizi yayındırmağa çalışın. Bu dəfə bu qəribə görüntü ağlınıza hər gəldikcə vərəq üzərində bir işarə qoyun. Bu qəribə texnikanın məqsədi düşüncələrin onlardan qaçdıqca bizi izləməyinə əyani şahidlik etmək və onlarla üzləşdikcə onların əslində maket canavar olduğunun fərqinə varmaqdır. Psixoloq Nəsimi Qiyasov – 19.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri
Həytanızın elə bir dönəmi olubmu ki, sizə dua cadu edildiyini, göz dəydiyini düşünəsiniz?Psixoloq.az Sinir.az a istinadən bildirir ki, əgər belə bir şey olduğunu düşünübsünüzsə siz tək deyilsiniz.Azərbaycan əhalisinin təxminən 18 % caduya, 15% cinlərə, 47% isə bəd nəzərə inanan insanlardan ibarətdir.Rəqəmlər dünyanın ən nüfuzlu və güvənilir araşdırma şirkətlərindən olan American Pew - ün uzun illər üzərində işlədikdən sonra yayımladıqı İslam araşdırmasındandır. Araşdırma 1 milyard 600 milyon müsəlmanın yaşadıqı 39 ölkədə 38 min nəfər insanla üzbəüz görüşülərək həyat keçirilmişdir.Anket nəticələrinə görə müsəlmanların 85-100 % Allaha və Hz.Məhəmmədə (s.ə.s) inanır.Buna baxmayaraq Quran və hədislərdə tez - tez adı hallanan cin, cadu, bədnəzərə inanma faizi müxtəlif ölkələrdə ciddi mənada dəyişkənlik göstərir.Cin nədir? Cəmiyyət olaraq cin və ya caduya inanmaqımızın, məntiqlə izah olunmayan hər bir hadisədə falçı , cindar qəbuluna getməyimizin səbəbi nədir?Yəqin çoxunuza dərədən keçərkən təsadüfən cin toyuna düşən və üzərində yaglı əl ləkəsi olan , eləcə də hər gün tərli çapılmış atın üzərində bir gün “hal” arvadının geri dönməsi nağılları danışılıb.Bəzi nağıl danışanlar hətta bunun nağıl yox həqiqətən də keçmişdə bir qohumumuzun başına gəldiyini israrla söyləyirdilər.Şüuraltı belə travmatik hadisələrə doldurulan uşaqın, birazca da aşağı təhsil alma ehtimalını da göz önünə gətirsək yəqin ki, “cin” rəqəmlərin yüksək olması səbəblərindən biri üzə çıxacaqdır.Bu məqalədə cin və cinçıxaranlar haqqında həm elmi həm də dini tərəflərinə toxunmaqa çalışacam.Cin sözünün kökü ərəbcə “cənnə” sözündəndir mənası örtmək, gizləmək anlamındadır. İslamdan öncəki dövrdə gözlə görünməyən, məntiqlə izah olunmayan hər şeyi cinlərlə izah edilir və ya cin deyirdilər.Bu mənada xəstəlik törədən bakteriyalar, insan orqanizmi üçün zərərli olan və gözlə görünməyən şüalar da cin adlandırılıb və xəstəliklərin məhz onlar tərəfindən törədildiyini inanılıb.Qurani- Kərimdə “Cin” surəsi olmasına baxmayaraq, Allah Bəqərə surəsi 102 ci ayəsində ( eləcə də Nahl 16/72, Rad 30/21) “Allahın izni olmadan kimsəyə zərər verməzlər” buyurur. Müqqəddəs kitabın falçı, cadugərlər haqqında belə buyurduqdan sonra onların xəstəlik yartadıqına, bədlik gətirdiyinə inanmaq nə dərəcədə doğru bir davranışdır?Məsələnin bir də psixiatrik tərəfi vardır. Bir insan içində “cin” olduqunu , onları gördüyünü və səslərini eşitdiyini, cinlərin onu kənardan idarə etdiyini söyləyirsə bunların psixotik əlamətlər olduqunu hallüsinasiya və ya sayaqlama fikirləri olma ehtimalını unutmamalı və söyləyən şəxsin olduqca ciddi psixiarik xəstəlikdən əziyyət çəkdiyini bilməliyik. Həkimlik fəaliyyətim boyunca onlarla belə xəstə görməyimə baxmayaraq müşahidə etdiyim bir şey var ki, xəstə yaxınları dərmanlarla bərabər özlərinin inandıqı molla və ya ekstraseansa yazdırdıqı caduları və qəribə aksesuarları xəstənin üzərinə taxmaqa, “oxunmuş” suları xəstələrinə içirməkdən çəkinmirlər. Ən qəribəsi isə xəstə sağaldıqdan sonra dərmanlardan dah çox həmin “şəfalı suyun” burda rolu olduqunu düşünürlər.Sonda isə sizə təqdim edəcəyim bu diaqnostik kriteriləri diqqələ oxuyun. Oxuduqda isə kimləri düşünəcəyinizi, kimləri gözünüzün önündə canlandıracaqınızı bilmək heç də çətin olmayacaq. Əksəriyyətimiz bu adamların yanında olub onların “xidmətlərindən” istifadə etmişdir.DSM - IV-R diaqnostik kriterilərinə görə "Şizotipal şəxsiyyət pozuntusu". Görün efirlərdə, ətrafınızda bunlardan nə qədərdir.1. Davranışlara təsir edən və mədəni dəyərlərə uyğun gəlməyən əcaib inanclar. Məsələn: batil inanc, "qeybdən xəbər vermə" yə “vergi verildiyinə” inanma, telepatiya ya da "altıncı hiss", cin çıxarma, xəstə sağaltmaq2. Əcaib düşünmə forması , geyim və danışıq tərzi.Məsələn: uzun saç, çoxlu üzüklər, qəribə boyunbağılar və akssesuarlardan isttifadə3. Ehtiyatlılıq ya da paranoid düşüncə4. Uyğunsuz ya da məhdud əhvah -ruhiyyə Müəllif: Psixiatr Orxan Fərəcli
Müasir dünyamızda biz nadir hallarda dincəlmək və zehni olaraq istirahət etmək üçün vaxt tapırıq. 24 saatlıq həyatımızın 8 saat və daha çox hissəsini işləyirik. Belə olan halda daima yüklənmiş beynimiz gərəksız məlumatlarla hər cür qovluq və proqramla dolu tıxanmış kompüter kimidi. Bir çoxumuz evdəyik, bəzilərimiz də işdən gəlir. Hər iki halda ya əlimizə telefonu alır ya televizor və ya kompüter monitoru qarşısında oluruq. Və bu vəziyyətimizi maksimum istirahət etmək metodumuz kimi düşünməklə özümüzə bəraət də vermiş oluruq. Əslində isə bütün texnikadan uzaq, hərdən düşüncənizlə tək qalmaq gözəldir! Sonrakı halımız başımızı dolduran hər cür fikirlərdən qurtulmalı və onları özümüzdən uzaqlaşdırmalıyıq. İndi isə rahat bir mövqe tapın, gözlərinizi bağlayın. Bunu etmək üçün mümkün qədər rahatlanmalısınız. Bütün problemlərinizi, narahatlıqlarınızı - iş, ev, ailəniz, sosial -iqtisadi qayğılarınızı, keçmişiniz və gələcək haqqında düşüncələrinizi unudun. Yalnız sən varsan. Gərginliyi özünüzdən uzaqlaşdırın, rahatlanın, gözləriniz yumulu halda İndi yavaş-yavaş nəfəs alın: Daha çox istirahət etməli, nəfəs almalı və dincəlməli, nəfəs alıb istirahət etməlisiniz. Bunu bir neçə dəfə edin. Özünüzü rahat və kamfortlu hiss edirsiniz. Düşüncələr başınıza girməyə çalışırsa, kənarlaşdırın, sanki bu fikirlər sizin deyil kimi onlara yan tərəfdən baxın. Beyninizə yüklənmiş sıxılan gərginliyiniz tədricən azalır, daxilinizdə bir yüngüllük duyursunuz, ayaqlarınız yerdən üzülür, ruhunuza xoş bir xəfiflik çökür. Bunu vaxtaşırı təkrarlayın. Bu cür istirahət həyatınıza yeni və şəffaf bir beyin gətirəcəkdi. İskəndərova Yeganə
Dünyanın sonu yüzlərlə dəfə proqnozlaşdırıldı ... Və yaşadığımız bu müasir dünyada özümüzü hər il apokalipsisin zirvəsindəki kimi hiss edirik. Dini mütəxəssislər, münəccimlər, yazıçılar və hətta adi insanlar bu barədə proqnozlar verdilər. Yaxşı, hər kəsin bu barədə bir fikri olduğu halda, zamana müqavimət göstərən böyük ağılların susduğunu düşünürsən? Nyuton bu mövzuda bir çox hesablama aparmışdı. 'Məhşər Döyüşü' və 'Müqəddəs Kitab' mövzularında nəzəriyyələr hazırlayan Nyuton, Müqəddəs Kitabın Tanrının vəhyi olduğuna inanırdı və Allahın insanlar kimi əbədi olmadığına inanırdı. Yalnız Allah zamanın əvvəlini də, sonunu da görə bilər. Buna görə də Nyuton dünyanın sonunun Daniel kitabında təsvir olunduğuna inandığını, ona əsaslanan peyğəmbərlik tarixlərini öyrəndiyini söylədi. Beləliklə, Nyutona görə, Allah xidmətçiləri qarşısında bütün zəruri məlumatları artıq hazırlamışdı. Lazım olan şey bu məlumatları gizləndikləri yerdən çıxarmaq və tənliyi həll etmək idi. Nyutona görə, Müqəddəs Kitab tarixlərinə və 'il üçün gün' metoduna əsasən bu üsullar gələcəyi proqnozlaşdırmağa imkan vermişdi. Məşhur fizikin vacib tapdığı tarixlər: 1260, 1290, 1335, 2300. Bu tarixləri apokalipsisin hesablanması üçün istifadə edən Nyuton aşağıdakı kimi 2060-a çatdı. 800-cü ildə Charlemagne Roma imperatoru olaraq taclandı. Digər tərəfdən Nyuton, kilsənin çürümə müddətini 1260 il hesabladı. Bu iki tarixi əlavə edən Nyuton dünyanın 2060-cı ildə bitəcəyini proqnozlaşdırmışdı.Beləliklə, bu hesablamalar tamamilə dini fərziyyələrə, eləcə də Nyutonun şəxsi düşüncələrinə bağlı idi.Nyutonun fikrincə, bu tarix həm də 'Babilin süqutu' və 'kafir kilsəsinin' sonunu gətirəcəkdir. Lakin Nyutonun apokalipsis hissi, İsanın dünyanın məhv edilməsi ilə deyil, daha 1000 il qayıtması və hökm sürməsi demək idi. Nyutonun sözlərinə görə, 'İsa İsrailə qayıdıb mövcud vəziyyətdə sarsılmaz bir səltənət quracaqdı.' Nyuton bu gün tez-tez rasionallıq və ateizmlə birləşsə də, əslində maraqlı və bəlkə də sadiq bir alim idi. Yeri gəlmişkən, 2060-cı ildə bu yazını kimsə oxuyursa, dünyanın nə halda olduğunu təsəvvür etmək çətindir Nyuton özündən bu qədər arxayın olsa da, məqalələrindən birində "Qiyamət 2060-dan sonra qopa bilər, amma əvvəl pozmaq üçün heç bir səbəb görə bilmirəm" demişdi. Notalarında özünə inamlı ton verdiyinə baxmayaraq; 2020-ci il, səhv hesablandığını düşünməyə səbəb olmurmu deyə düşünməmiş deyilik
Psixoloq.az bildirir ki ,əgər insanlara öz məqsədlərinizi bildirsəniz, çox güman ki siz həmin məqsədlərə çatmayacaqsınız. Psixoloqlar belə hesab edir 1. Mütəxəssislər bu vəziyyəti 1930-cu ildən etibarən araşdırır, izləyirlər və hər dəfə onun həqiqiliyinə əmin olurlar.Alimlər bunu belə izah edirlər ki, şəxsi məqsədinizi, planınızı danışaraq, “dilə gətirərək” siz daxili “mən”-in tələbin yalançı şəkildə ödəmiş olursunuz və məqsədinizə çatmaq üçün artıq daha az təşəbbüs göstərirsiniz. 2. Ağıllı, zəkalı, savadlı insanlar özlərini dəyərləndirmir, əksinə avam və cahillər isə özləri haqda yüksək fikrə malikdirlər.İnsan nə qədər çox məlumatlı olarsa, bir o qədər də özünün haqsız olma ehtimalının mümkünlüyünü anlayır. 3. Xarici dildə düşünərkən, sizin qərarlarınız daha rasional olur.Bu onunla izah olunur ki, tərcümə zamanı ayrılıqda hər bir söz nəzərdən keçirilir, “süzülür” və siz hər şeyi daha yaxşı anlayırsınız. Bu isə öz növbəsində qərarların aydınlaşmasına gətirib çıxarır. 4. Musiqi dünya görüşümüzü, dünyaya baxşımızı dəyişə bilər.Adicə eksperiment keçirdin: sevdiyiniz filmin musiqisiz, soundtrack olmayan versiyasına baxın, yaxud digər musiqi sədaları altında izləyin. Müşahidə edəcəksiniz ki, tamamilə başqa hisslər, təəssüratlar keçirirsiniz. Bu aspektlər isə birbaşa olaraq fikir formalaşmasına təsir edir 5. Xoşbəxtliyi pulla almaq fikri.Maliyyə çətinliyi yaşayan insanlar bir qayda olaraq daha çox stress, gərginlik yaşayır, lakin insanların gəlir səviyyəsi kifayət qədər yüksək həddə gəlib çatanda onların xoşbəxtlik səviyyəsi, təsəvvürləri dəyişmir. Bu isə bir daha sübut edir ki, zənginlik xoşbəxtliyə zəmanət vermir. 6. Yeni əldə olunanlar yox, yeni təəssüratlar insanı xoşbəxt edir.Bir çox araşdırmalar göstərir ki, insanı material qazanclar həmişə xoşbəxt etmir. Əslində istirahət, restoran və s. kimi əyləncələrə xərclənən pullara qənaət etmək haqqında məsləhətlər həmişə düzgün olmur, çünk, bunlardan əldə olunan, təəssüratlar, hisslər, formalaşan fikirlər insanın əhvalını yüksəldir, ətrafa müəyyən baxışını yaradır, xoşbəxtlik, tamamlıq hissinə gətirir.Psixoloq.az
Karma inancı hinduizm, buddizm və caynizm kimi batil Şərq dinlərində çox əhəmiyyətli yer tutur.Sanskrit dilinə aid olan karma sözü “hərəkət” mənasını verir. Hind dinlərində karma anlayışı, “səbəb-nəticə qanunu” kimi tanınır. Karma inancını müdafiə edənlərə görə bir insan əvvəlki həyatında nə edibsə, gələcək həyatında onunqarşılığını alacaq. Yaxşı əməllərinin qarşılığıyaxşı, pis əməllərinin qarşılığı isə pis olacaq. Bu düşüncəyə görə, insanın bugünkü vəziyyəti də əvvəlki həyatının bir nəticəsidir.Karma inancında “əvvəlki həyat” o insanın indiki həyatından əvvəlki həyatı, “gələcək həyat” isə ölümündən sonra başlayacağı iddia edilən həyatıdır.Çünki karmanın əsasında insanın ölümdən sonra dünyaya yenidən başqa bir bədənlə gəlməsi və bu ölüb-dirilmənin müntəzəm olaraq davam etməsi mənasını verən reinkarnasiya inancı var. Buna görə də, karmaya inanan insan öldükdən sonra başlayan yeni həyatındakı müvəffəqiyyətlərinin, ictimai mövqeyinin və ya həyat tərzinin əvvəlki həyatındakı davranışlarına və əxlaqına bağlı olduğuna inanır.Məsələn, bu gün zəngin və ya müvəffəqiyyətli olan bir adamın, əvvəlki həyatında yaxşı bir insan olduğu üçün, bu həyatında zənginliklə mükafatlandırıldığı düşünülür.Eyni şəkildə kasıb, şikəst ya da müvəffəqiyyətsiz olan bir adamın əvvəlki həyatında pisliklər etdiyi və bunun qarşılığını indiki həyatında bu şəkildə aldığı iddia edilir.Hətta bu batil iddiaya görə insan etdiyi pisliyə görə bir sonrakı həyatında bitki və ya heyvan görünüşündə də ola bilər.Reinkarnasiyanın batil bir inanc olduğu, kitabın sonrakı hissələrində ətraflı olaraq araşdırılacaq.İlk baxışda karma inancının insanlara bəzi gözəl əxlaq xüsusiyyətləri qazandıra biləcəyi düşünülə bilər.Çünki, bu inanca görə bir insan yenidən dünyaya gəldikdə ən yaxşı şərtlərdə yaşamaq istəyəcək, bu səbəbdən indiki həyatını, bir sonrakı dünya həyatını qazanmaq üçün ən doğru şəkildə yaşamağa cəhd edəcək.Ancaq, həm karma, həm karmanın təməlini meydana gətirən reinkarnasiya inancı, həm də karma inancına sahib olan hinduizm, buddizm kimi dinlərin özündə birləşdirdiyi bir çox batil inanc insan ağlına, məntiqinə, vicdanına və fitrətinə ziddir.Bu səbəblə də,bəhsi keçən dinlərin özündə birləşdirdiyi qanun və tətbiqlərin insanlara gözəl əxlaq, cəmiyyətlərə da həqiqi mənada hüzur, sülh və xoşbəxtlik gətirməsi mümkün deyil.Bu inancların geniş yayıldığı, hətta dövlət dini olaraq qəbul edildiyi ölkələrdəki həyat şəraiti və ədalətsizliklər bunun ən bariz nümunələrindəndir.Hinduizm və buddizm kimi dinlərə aid inancların insanların diqqətini çəkməsinin ən əhəmiyyətli səbəblərindən biri, dünya səviyyəsində məşhur olan bəzi kino ulduzlarının və sənətçilərin bu inanclara olan marağıdır. Tibetdə buddist geyimlərində şəkillər çəkdirən, yaxud meditasiya ilə rahatlıq tapdıqlarını açıqlayan bəzi məşhurlar insanların diqqətlərini bu azğın inanclara çəkməyə çalışırlar. Bununla yanaşı, cəmiyyətdə yaradılan mistik və sirli ab-hava xüsusilə gənclərin bu dinlərə marağına səbəb olur.Ancaq bu ab-havadan təsirlənərək karmanı həyat fəlsəfəsi halına gətirən insanların böyük əksəriyyəti də əslində bu fəlsəfələriətraflı araşdırmaz, diqqətlə düşünməzlər.Bu kəslər ümumiyyətlə, mənəviyyata meyilli olduqları üçün, bu fəlsəfələrin gözəl əxlaqla əlaqədar hissələri daha çox diqqətlərini çəkər.Bu səbəblə də, bu dinlərdəki bir çox inancın ziddiyyətli, məntiqsiz, insan fitrətinə və vicdanına zidd xüsusiyyətlərini görməz, bəzivaxtlar da görməzlikdən gələrlər.Halbuki, içində yaşadığı çətin və sıxıntılı həyatdan xilas olmağı və bütün insanların xoşbəxtlik, əmin-amanlıq və sülhlə dolu bir həyat içində yaşamağını səmimi olaraq istəyən bir adam doğru yolu tapmaq üçün səy göstərməlidir.Bunun üçün təsirində qaldığı fəlsəfələri diqqətlə araşdırmalı, tapdığı yolun ən doğru, ən ağıllı və vicdana ən uyğun yol olduğuna səmimi qərar verməlidir
Son araşdırmalar göstərir ki, qadınlar İQ testlərdə kişiləri qabaqlayıblar. Psixoloq.az "Daily Mail"a istinadən bildirir ki, qadınlarla kişilər arasında "zəka savaşı"nda zərif cinsin mənsubları bəşər tarixində ilk dəfə olaraq qələbələrini rəsmən təsdiqləyiblər. İQ testlər sahəsində dünyaca məşhur ekspert Ceyms Flinnin müxtəlif ölkələrdə apardığı testlərin nəticələri belədir.Professor Flinin dediyinə görə, kişilərlə müqayisədə qadınlara daha sürətli, genişmiqyaslı və effektiv düşüncə qabiliyyətinə malikdir."Çağdaş dünyanın mürəkkəb tələblərinə qadınlar daha sürətlə uyğunlaşaraq intellektlərini inkişaf etdirirlər. Qadınlar həm işləyir, həm ev işlərini görür, həm də ailəni idarə edirlər. Testlər bariz və açıq şəkildə göstərir ki, qlobal miqyasda qadınların intellekt səviyyəsi kişilərdən üstündür", - Flinn deyib.Onun sözlərinə görə, 1980-ci illə müqayisədə qadınların orta statistik İQ səviyyəsi 30 əmsal artıb.Yeni Zelandiyadakı Otaqo Universitetinin politologiya professoru 16 ölkədə qadın və kişilər arasında apardığı İQ testlərin nəticələri ilə bağlı geniş hesabatı gələn həftə açıqlayacaq.Hələlik yalnız o deyilib ki, İQ testlər zamanı qadınlar 4088139 suala doğru cavab veriblər.Kişilərdə bu göstərici 4077596 olub.
İsrailin Tel Aviv Universitetinin elm adamları qadın və kişi beyinlərinin quruluşunu araşdırıb. Araşdırmaya görə, beyin hər iki cinsiyyətə xas xüsusiyyətlərin mozaikasıdır.Əldə olunan nəticələr ABŞ Milli Elmlər Akademiyasının PNAS adlı nəşriyyatında yayımlanıb. Demək olar ki, bütün beyinlərdə qadın və kişilərə xas xüsusiyyətlərə rast gəlinib. Yəni tam bir kişi beyni və ya tam bir qadın beyni haqqında danışmaq mümkün deyil.İsrailli, isveçrəli və alman araşdırmaçılardan ibarət qrup araşdırmalarında 400 000 adamın maqnetik rezonans görüntüləmə texnikasından istifadə ediblər. Mütəxəssislər görüntülərdə hər beyindəki ağ və boz hüceyrələr arasındakı fərqləri, beynin fərqli hissələri arasındakı əlaqələri araşdırmanı uğurla sonlandıra bilib. Onlar əvvəlcə qadın və kişi beyni arasında üst-üstə düşən xüsusiyyətləri, daha sonra da tamamilə qadınlara xas və tamamilə kişilərə xas xüsusiyyətləri təsbit edib.Araşdırmanın nəticələrinə görə, bəzi beyin xüsusiyyətlərinə daha çox kişilərdə, bəzilərinə isə daha çox qadınlarda rast gəlinir. Lakin bəziləri də var ki, həm qadın, həm də kişi beynində müşahidə edilir. Araşdırılan beyinlərin çoxunda hər iki cinsiyyətə xas xüsusiyyətlərin yer aldığı, sadəcə kişi və ya qadın beyni kimi xarakterizə edilən beyinlərin sayının az olduğu bildirilib.Məsələn, araşdırmada boz hüceyrələr əsas götürülüb. Araşdırılan beyinlərin sadəcə 6%-də təkcə qadın və ya kişi xüsusiyyətləri görülüb.2013-cü ildə aparılan araşdırmada isə fərqli nəticələr əldə olunmuşdu. Pensilvaniya Universitetindən amerikalı elm adamları qadın və kişi beyinlərinin quruluşu arasında ciddi fərqlər olduğunu təsbit etmişdi. Bu araşdırma tipik bir qadın beynində sinir əlaqələrinin daha çox sağ və sol beyinlər arasında, bir tərəfdən digər tərəfə düzüldüyünü, tipik kişi beynindəki sinir əlaqələrinin isə beynin ön və arxa tərəfləri arasında qurulduğunu göstərmişdi.Buna görə də kişilərin hisslərini koordinasiyalı davranışlara daha yaxşı əks etdirə bildiyi, qadınların isə analitikaya əsaslanan məlumatlardan istifadə edərək əlaqə yaratmaqda daha güclü olduğ təsbit edilmişdi.
Ruh enerji mənbəyidir, yüksək olanda sevincimiz iz buraxır qəlbimizdə. Qəzəbliykən də ruh halımız-enerjimiz çoxalır və istəməsək də neqativlik ötürülür. Hər iki halda - yüksək enerjili olan zaman tənzimləməyə ehtiyac duyur insan. Münaqişə içində eqonun yüksək vəziyyəti yaranır, münaqişə bitdikdən sonra bölünmə, fikirlərdə parakəndəlik, günahkarlıq hissi, vicdan da varsa səsini eşidir insan. Beyində minlərlə hüceyrəmizin ölməsinə səbəb əsəbin faydalı olmadığı dəqiqdir. Öz səsini eşidə bilməməsinin nəticəsi olaraq hayqırtısı olan qəzəb zamanın axarında əriyib itsə də bəzən fəsadları qalır. Qəlbən, ruhən, zehnən bütöv olduğunu, əks etdirdiyi dünyanın şüurlu varlığı olaraq ruhunu uca tutan insan hər iki vəziyyətində sevinc və kədərliykən pozitiv və neqativ halının - enerjili ruhunun əsirinə çevrilmirsə, ali insani duyğularını qoruyub saxlamağı bacarırsa nə xoş ona. Məhəbbətimizi-nifrətimizi, səmimiyyətimizi-kinimizi, ümumiyyətlə müsbət və mənfi olan münasibətimizi orta həddə qoruyub saxlamağın faydası da çoxdu. İnsan xarakterindəki simmetriyanın ifadəsidir ifrata varmaq. Ruhun sərt, təlatümlü hərəkətləri, həddini aşmaq insanın müvazinətini pozur. Həddi aşan qəzəb, kin və ya əksinə, mehribanlıq, mülayimlik, özünü fəda etmək, canfəşanlıq nəticədə hər iki müsbət və mənfi hallarda özünü təsdiqləmir, əksinə sonradan kədər, üzüntü verir. Ölçü həddi gözləniləndə isə öz əhəmiyyətini, gözəlliyini qoruyub saxlayır.İnsan gözəl görünməyi bacarırsa həyatını rövnəqləndirir, ən çətin anında belə qəlbi məhəbbətlə, sədaqətlə doludursa həyatından zövq alır, mənəvi gözəlliyini simasında əks etdirməyə nail olur. Bizi sevənlərin, qəbul edənlər və etməyənlərin münasibəti də təxəyyülümüzün məhsulu olmaqla yanaşı özümüzü necə təsdiq və inkar etməyimizlə bilavasitə bağlıdır. Hər bir insan şəxsiyyət kimi formalaşmamışdan əvvəl bir fərddir. Fərd kimi doğuluruq, mənlik şüurunun yaranması ilə şəxsiyyətə çevrilirik. Bu zaman özünəməxsus həyat tərzimiz və öz daxili aləmimizlə formalaşırıq. Gözəllik insana hədsiz sevinc bəxş edir, həyata bağlayır, ürəklərdə təbiətə, insanlara qarşi sevgi oyadır, həyat eşqini alovlandırır, yaşamağa, yaratmağa inam aşılayır, həyatımıza nur çiləyir, rövnəqləndirir. Gözəllik əxlaqi, estetik hisslərin təcəssümüdür. Gözəlliyi, məhəbbəti duyan, qiymət vərən insanın qəlbində ecazkar dəyişikliklər yaranır, nəcib hisslər oyanır. İnsanı ona layiq olan yüksəkliklərə qalxmağa mənən sövq edir. İnsanlar arasında əxlaqi münasibətləri saflaşdırır, mülayimləşdirir, enerji mənbəyinə çevrilir, həyata bağlayır. İnsanlarda gözəl olan həqiqi münasibətləri görmək, duymaq deməli, çox xoşdur. Bunların əksi ilə qarşılaşmaq isə fəlakətdi, gözəl sandığımız duyğuların bir an içində əriyib itməsi, yox olmasıdır. Mənən kiçilən duyğuların bərpası isə çox vaxt aparır.Psixoloq Yeganə İskəndərova
Özünüzlə tək qalmalısız ki? Bir çox insanın kabusu olan təklik həqiqətdə inkişafın təməl sütunu, bələdçisidir. Onlar bu kabus haqqında “psixi sağlamlığa mənfi təsir edir”, “psixikanı zədələyir” deyə düşünürlər. “Doğrudan belədir?” soruşsanız “Yox! Birmənalı yox!” deyərəm. İki meyarı nəzərə aldığınız müddətdə təklik əvəzolunmaz töhfədir: 1. Ölçü – mühümdür. Bu prinsip əlbəttə ki, hər bir sosial və ya psixoloji fenomenə olduğu kimi təkliyə də aiddir. Siz elə bir hal tanıyırsız ki, ölçünü gözləmirsiz, nəticə də xoşagələn olur. Mən tanımıram. Təklik də o cümlədən.. 2. Seçim – zəruridir. Təklik məcburiyyət, şanssızlıq, çarəsizlik kimi görülməyin fövqündə olub, seçim kimi dəyərləndirilməyə ehtiyaclı məfhumdur. Demək, təklik seçim olduqda gözəldir. Əlbəttə ki, insan sosial varlıq olduğu üçün başqaları ilə ünsiyyətə can atır. Təklik onun üçün bir ehtiyacdır. Çünki qazandığı bilik, təcrübə və şəxsiyyətini ünsiyyətdə təkmilləşdirir. Lakin təkliklə əvəzlənməkdən, növbələşdirilməkdən məhrum ünsiyyətin qorxulu tərəfləri çoxdur. Davamlı olaraq insanlar içində olan insan özünün kim olduğunu, nəyə qabil olduğunu, hətta nələri arzuladığını belə dolaşdırıb-qarışdırır, unudur. Təkliklə növbələşdirilən ünsiyyət isə insana bu çaşqınlıqlardan uzaq olmaq imkanı verir, psixikada balans, nizam, harmoniya yaradır. Təklikdə o, sahib olduğu dəyər, fikir və yanaşmaların özünə yoxsa başqalarına xas olduğunu aşkarlaya bilir. Təklik niyə belə qorxuludur? Əksər mədəniyyətlərdə təkliyə baxış fərqlidir, onu insan üçün qorxulu bir hal kimi təsvir edirlər. Bilirsiz ki, təkamül boyunca tək olan insan təbii fəlakətlərin öhdəsindən gəlməkdə çətinlik çəkir, təbiət hadisələrinə, vəhşi heyvanlara qarşı mübarizə qrup şəklində daha effektli olurdu. Əcdadlarımız üçün təklik ölümlə nəticələnə bilən, məhv olmağa bərabər bir hal idi. Məhz ondan irəli gəlir ki, təklik müasir insanın alt şüurunda qorxulu bir hal olaraq yerləşib. Tarixən də təklikdən cəza olaraq istifadə etmək, birini cəzalandırmaq üçün təcridə üstünlük vermək psixikamızda onun qorxunc adını daha da möhkəmləndirib. Hətta Virciniya universitetində aparılan araşdırmada qadınların 1/4, kişilərin isə 2/3-ü tək qalmaqdansa elektrik şoku keçirməyə razı olduqlarını bildiriblər. Xilaskarımız olan təkliyə qarşı münasibətə baxın da siz. Hə, bir də əmin olun ki, əgər bir insan tək qalmaqdan qorxduğu, narahat olduğu üçün digərləri ilə zaman keçirirsə bu onun psixikası üçün qorxduğu, özünü qoruduğu təklikdən daha təhlükəlidir. Təklik niyə yaxşıdır? İstər introvert ol, istərsə də ekstrovert, təklik ona vurulan damğalardan asılı olmayaraq hər kəs üçün faydalıdır. Təkliyin topladığım sosial, emosional, əqli, davranış faydalarını təqdim edirəm: 1. Əqli: Özünə tək zaman və məkan vermək düşüncələrə sərbəstlik, azadlıq verir. Kreativlik artır, məhsuldarlıq yüksəlir. Şəxs gələcək planlarını, xəyal və arzularını həyata keçirməyin yollarını aydınlaşdıra bilir; 2. Sosial: Başqalarını məmnun etməkdən uzaqlaşmaq istəyən hər bir insan üçün təkliyə vaxt ayırmaq nemətdir. Bu halda təklik insana kömək edir ki, başqalarının yanaşmaları, münasibətləri, hətta təzyiqləri haqqında narahat olmadan mühitə, insanlara yeni fikir və maraqlar formalaşdırsın. Getdikcə sərhəd və məsafələrə olan baxış formalaşır və münasibətləri yeni müstəvidə nəzərdən keçirmək mümkün olur. Özünü tanımağa başladıqca daxili aləmini paylaşacaq adamların kim olacağına da şüurlu qərar verir. Hətta özünü yaxşı tanıdığı üçün empatiya hissi də yüksəlir. Bu mənada təklik yalnız başqaları ilə münasibətlərini yenidən qurmağa deyil, dünyanı anlamağa, bəşəri dəyərlərə qoşulmağa kömək edir; 3. Emosional: İnsan tək etdiyi fəaliyyətlərdən daha çox zövq ala bilir. Çünki bu halda başqaları tərəfindən müşahidə edilmək və qiymətləndirilmək qorxusu olmur. Hər kəs razılaşar ki, təklikdə mütaliə də, rəqs də, musiqi ifası da daha rahatdır. Ona görə də alınan zövq və həzz daha keyfiyyətli olur; 4. Davranış: Başqalarından kömək gözləməyə gərək olmur, özünütənzimləmə yüksəlir. Özünü görə bildiyi üçün, özünəinamı sağlamlaşır, özü ilə əlaqədar təhlili obyektiv olur. Nəticədə insan səbrli olub həyəcan, gərginlik, streslə özü mübarizə apara bilir. Necə etməli? Yenisinizsə təkliyi plansız, qəfil və çox yaşamağa çalışmayın. İlk əvvəllərdə kiçik addımlarla başlayın. Məsələn, sevdiyiniz məkanda sevdiyiniz fəaliyyətlə qısa müddətə baş-başa qalın. Sizi məhsuldar, psixi sağlam birinə çevirdiyini gördükcə daha da həvəslənəcəksiz. O sizin seçiminiz olacaq. Bir də balansı, ölçünü qorumaq lazımdır demişdim, bu isə hər insandan asılı olaraq fərdi xarakter daşıyır. Hər kəs öz normasını özü onu hiss edərək müəyyən edə bilər. Seçiminiz olan ölçülü təkliyə kiçik addımlarla başlamazdan əvvəl “təklikdə zaman mənim özümə hədiyyəmdir” deyin.
İnsan və ruh aləminə müxtəlif vasitələrlə təsir etmək mümkündür. Həssaslıq səviyyəsindən asılı olaraq sözlə yüksək əhval-ruhiyyə yaratmaq, həvəsləndirmək, həyata maraq oyatmaq, bir – neçə sözlə insanı ruhdan salmaq, həyatdan küsdürmək də olar.Musiqinin də insan orqanizminə möcüzəvi təsiri hər kəsə bəllidir. Musiqi insanda müxtəlif duyğular yarada bilir. Milli musiqi enerji mənbələrinin aktivləşməsinə səbəb olursa, etnik musiqilər rahatlaşmağa, dincəlməyə kömək edir, Klassık musiqinin isə beynin fəaliyyətinin artmasına və informasiyanın tez bir şəkildə qavranılmasına kömək olduğu hesab edilir. Dinlədiyimiz musiqilər düşüncə və təsəvvürümüzə - emosional halımıza təsir gösrtərir. Sinir sisteminə təsir edən musiqi fərqli effektlər yarada bilər. Ürək ritminin bərpa edilməsinə müsbət təsir göstərən sakitləşdirici musiqilər var. Sözlər diqqəti dağıdır, ona görə sözsüz musiqilər dinləmək də faydalıdır.Ruhunuzu oxşayan musiqi dinləyirsinizsə, ürəyinizin qan damarlari 26 dəfə genişlənir. Qəlbi riqqətə gətirən, xoş, anlada bilmədiyim duyğular oyadan, gözəlliyi görməyə və gözəl görməyə vasitəçi olan, duymağa ruhlandiran, təmiz, saf düşüncələri olduğu kimi anlamağa sövq edən, möhtəşəm və üşənməyən saf hisslər yaradandi musiqi. Səhər ruhumuzu –özümüzü hansı musiqiyə "kökləmişiksə" bütün gün ərzində elə "səslənəcəyik"- düşünürəm. Nikbinliyə meyl ruhundayıqsa, mülayim, mehriban oluruq. Bəlkə sevınc payını özümüz yaradaq ruhumuzda. Hər gün səhərimizi musiqi ilə açaq. O zaman anlamaq da çətin olmaz ki, ruhumuz müvəqqəti də olsa, azaddir.Gözəl müsiqi sədaları altında rəqs etmək də əhvalınıza enerji yükləyir. Rəqs edən insanların beyni daha yaxşı işləyir, sağlam olur. Rəqs beyinə müsbət təsir göstərir. rəqslə nevroloji sağlamlıq arasında əlaqə var, əsəbləri sakitləşdirir, ruhu tənzimləyir, bərpa edir... Müsiqi gözəllikdir. Həyatınızın musiqisini dinləyin.Psixoloq,Jurnalist Yeganə İsgəndərov
Zeyqarnik effekti ilk dəfə Rus psixoloqu Bluma Zeyqarnik tərəfindən kəşf edilib və yarımçıq, tamamlanmamış hadisələrin daha asanlıqla xatırlandığını ifadə edir. Bu effekt bizə tamamlanmamış məhəbbət macəralarımızı unutmamağımızın, yarımçıq qalan işlərimizi tez-tez xatırlamağımızın səbəbini aydın şəkildə izah edir. Eyni zamanda, “Davam edəcək” yazısı ilə ən maraqlı hissəsində dayandırılan seriallar da bu psixoloji təsirin nümunəsidir.Bir dəfə psixoloq, tədqiqatçılar Levin ve Zeyqarnik qəlyanaltı etmək üçün işlədikləri Berlin Universitetinin yaxılığındakı izdihamlı bir kafeyə daxil olurlar. Psixoloqlar verdikləri sifarişə ofisiantın heç bir qeyd aparmadan onlarla sifariş arasında dəqiqliklə yerinə yetirdiyini diqqətlə müşahidə edirlər. Levin və Zeyqarnik ofisiantın hansısa sifarişi unuda biləcəyindən çəkinmədiyi haqda maraqlanırlar, cavabında isə ofisiant heç bir sifarişi səhv salmadığını bildirir. Onlar buna inanmırlar və qonşu stolların nə sifariş etdikləri barədə onu sorğu-sual etməyə başlayırlar. Və bu zaman pərtlik: ofisiant doğurdan da hər stolun nə sifariş verdiyi xırdalığına kimi xatırlayırdı, ancaq… yalnız hesabı ödənməmiş stolların. Lakin 1 dəqiqə əvvəl hesabı ödəyərək kafeni tərk edən müştərilərin nə sifariş etdiklərini o xatırlamırdı.Bu hadisədən sonra Zeyqarnik tamam və natamam hadisə və fəaliyyətlərin onun yaddaşına müxtəlif cür təsir etdiyini təxmin edir. Psixoloq sınaq silsiləsi həyata keçirir və məlum olur ki, insanın bu və ya digər fəaliyyəti zamanı onda müəyyən emosional gərginlik meydana gəlir.Fəaliyyət sona çatmırsa, məsələn, yarımçıq kəsilirsə, gərginlik müvafiq olaraq boşalmır və nəticədə yerinə yetirilməyən fəaliyyət uzun müddət yaddaşda qalır. Zeyqarnik müəyyən edir ki, insan natamam fəaliyyəti tamam fəaliyyətə nisbətdə 1,8 dəfə daha yaxşı yadda saxlayır.Bu metodikadan mütəmadi olaraq həm də kinematoqraflar və televiziyaçılar istifadə edir: məsələn, tamaşaçını daim intizarda saxlamaq üçün hər bir seriyanı ən maraqlı hissəsində bitirmək, yəni qəhramanların fəaliyyətini yarımçıq saxlamaq kifayətdir.Aybəniz Rəsullu