Uşağın rahat hərəkət edə bilməməsi - Serebral iflic xəstəliyi nədir?

Xəstəliyin etiologiyası və simptomatikası Serebral iflic- dayaq hərəkət aparatının pozulmasıdır. Dayaq hərəkət aparatı pozulmuş olan uşaqlar xüsusi bir kateqoriyanı təşkil edən ümumi və xüsusi hərəkət çatışmazlıqları ilə digər qüsurlu uşaqlardan  fərqlənirlər. Dayaq hərəkət aparatının işləməməsi doğuşdan sonra baş-beyin qabığının hərəkət sahələrinin fəaliyyətinin pozulması ilə bağlı meydana çıxır. Serebral iflici yaradan səbəblər isə müxtəlifdir: Bətndaxili inkişaf zamanı ananın müxtəlif somatik, viruslu xəstəliklər Toksiplazma, Uşaqla ananın qan uyğunsuzluğu, Doğuş zamanı kəllə beyin asfeksiya və beyinə qansızmalar. Dayaq hərəkət aparatının çatışmazlığının ən geniş forması uşaq serebral iflicidir. Mərkəzi sinir sisteminin xəstəliyi olub baş beyin qabığının hərəkət mərhələlərinin və hərəkətin ötürücü yolların pozulmasıdır. Uşağın vaxtından qabaq və ya gec doğulması da uşaq serebral iflicinə səbəb ola bilər. Genetik amillər, ağır keçən doğuş zamanı alınan xəsarət də səbəb ola bilər. Uşaqlarda hərəkət funksiyasının bütövlükdə ləngliyi, dəqiqlik və koordinasiyanın pozulması müşahidə olunur. Onlarda başın dik tutulması, oturma, durma yeriş vərdişləri gec formalaşır. Serebral iflicli uşaqlarda əzələ tonusunun kəskin pozulması olur. Buna da Dispraksiya deyilir. Beləliklə, hərəkət pozulmaları uşağın bütün psixi inkişafının formalaşmasına mənfi təsir göstərir. Serebral iflicli uşaqların əksəriyyəti üçün əqli iş qabiliyyətinin aşağı olması, yüksək yorğunluq xarakterikdir. Serebral iflicli uşaqların çoxu küsəyən olurlar. Qorxu hissi onların canlarındadır. Uşaqlarda kəkələmə və alaliya kimi nitq qüsurları da olur. Defektoloq Gülnarə Səfərəliyeva Psixoloq.az

Piylənmənin səbəb olduğu çətinliklər - İnsanların öz dilindən oxuyun

Obez olmayan insanlar üçün çox normal olan vəziyyətlər, piylənmə sıxıntısı yaşayanlar  üçün problem sayıla bilər. İnsanların niyə arıqlamaq istədiyini, köklüyün nə kimi zərərləri olduğunu bu yazıda piylənmə problemləri yaşayanların dilindən oxuyacaqsınız. Həmin insanların yaşadıqları çətinlikləri sizə təqdim edirik: "Bəzən elə bilirəm ki, nəfəs ala bilmirəm. Qarın və göbək hissəm çox böyüyüb. Əyilib qalxarkən, namazda belə çətinlik çəkirəm. Ətrafımdakılar sənə nə olub, niyə belə kökəlmisən deyə soruşurlar. Bəzən övladımla oyun oynarkən enerjim çatmır və hamiləykən belə bu qədər çətinlik yaşamamışdım, yeriyərkən və nərdivan çıxarkən də çətinlik çəkirəm". "Obezitə ictimai hayatıma çox təsir edir. Özümə  inamım təəssüf ki, itdi. İstədiyimi geyinə, istədiyim şeyləri edə bilmirəm. Bu problem həyatımı çox məhdudlaşdırır". "Artıq çəki ilə əlaqəli xəstəliklərdən qorxuram. Bədənimdən məmnun deyiləm. İstədiyim paltarı tapa bilmirəm. Hərəkətlərimin çox məhdud olması və ətrafımdakı insanların baxışları və sözləri məni narahat edir. Bir də istədiyimi geyinə bilməmək sözlə ifadə ediləz bilməz, yalnız yaşayan bilər". "İlk  öncə özüm üçün arıqlamaq istəyirəm. Güzgüyə baxanda özümü bədbəxt hiss etmək istəmirəm. Kilolarım məni assosial etdi. Evdən çıxmaq istəmirəm. Enerjim çox azdı və çox tez yoruluram. Buna görə də, arıq və enerjili olmaq istəyirəm. Mağazaya gedəndə bunlar mənə olmaz deyib dərhal çıxmaq istəmirəm". "Daha sağlam bir həyat yaşamaq  istəyirəm. Özümü kök görmək istəmirəm. Aynaya baxdıqca utanıram,çətinliklə paltar tapıram.Kürək ağrılarım çox olur və bu vəziyyət məni artıq sıxmağa başladı, getdiyim məclislərdə  istehzalı baxışlarla qarşılaşıram". "Bədənim ağrıyır və tez yoruluram.Sanki öz vücudumu daşıya bilmirəm" . "Əvvəllər idmançı idim deyə, təbii ki formada idim, amma idmanı buraxdıqdan sonra kökəldim və dostlarım tez-tez köklüyüm haqqında danışırlar, əsəbləşirəm  daha fit daha incə olmaq, yağlardan xilas olmaq istəyirəm". Mütəxəssislərin sözlərinə görə, bədəni ilə barışıq olmayan, həddindən artıq çəkili şəxslər, bu problemin romantik, ictimai həyatlarına təsirini  düşünürlərsə, mütləq psixoloji dəstək almalıdırlar. Artıq çəkili insanların özlərinə və bədənlərinə qarşı inkişaf etdirdikləri hirs, utanc, yemək yemə istəyinə səbəb ola bilər. Yedikcə çəki alır, kökəldiyini  gördükcə hirs və peşmanlığı artır, bu da daha çox yeməyə sövq edə bilir. Bu vəziyyət sonsuz dövr halına gələ bilər. Arıqlamağa qərar vermək uzun və çətin bir yola çıxmaq üçün atılan ilk addımdır. Bu yolda bəzən sürətli gedildiyi kimi, bəzən də durulur, geri addım atılır. Bütün bunlar bu prosesin normal  mərhələləridir. Bu müddət ərzində durulan yerdə əzmli olub irəliyə doğru gediləcəyi kimi, ilk ilişdikləri anda yarı yolda qalına da bilir. Piylənmənin qarşısını almaq üçün tibb sahəsində  davamlı yeni müalicə üsulları, prosesləri araşdırılır və tapılır. Bu cür yeni proseslərin  başında obezitə əməliyyatı durur. Hətta  bədən kütləvi indeksi ölçüsü 40 və üzəri olarsa cərrahi müdaxilə qəti göstəriş hesab edilir. Həll yolunu axtarmaqdan qorxmadığınız və utanmadığınız müddətcə probleminizin həllinə bir addım daha yaxınlaşmış olacaqsınız. Çətindir amma qeyri-mümkün deyil, həyat bir qərar alma meydanıdır.

Özünü psixi və fiziki xəstəliklərin pozulmayla biruzə verir - Oliqofreniya nədir?

Oliqofreniya ruhi xəstəlik deyil, pataloji haldır. Özünü normal psixi və fiziki xəstəliklərin pozulması ilə biruzə verir. O uşaqlar haqqında elmi təsəvvürlər pataloji halın təsir göstərdiyi sahələrdə- intellektual inkişafda emosional-iradi və şəxsiyyət aləmində yaratdığı pozulmaların nəticəsi ilə izah olunur. Kliniki müşahidələrdə neyrofizoloji və neyropsixoloji tədqiqatlar göstərir ki, əsəb sistemində hər hansı bir sahənin zədələnməsi nəticəsində şəxsiyyətin pozulma halları müşahidə olunur.  Oliqofreniya cinsi xromosomların genetik pozulmasının çatışmazlığı nəticəsində yaranır. Yüngül formalı oliqofreniya ümumi sayın 80-85% təşkil edir. Alimlər psixi geriliyin 2 növünü ayırd edirlər.  Psixi cəhətdən geri qalan uşaqlar və oliqofreniya anlayışları bir-biri ilə sıx bağlıdır. Lakin spesifik xüsusiyyətlərinə görə fərqləndirmək lazımdır. Bəzən yanlış dioqnozlaşdırma əsasında xüsusi məktəblərə Psixi ləngimələrə məruz qalmış uşaqlar da cəlb olunurlar. Onlar öz yaşıdları ilə müqayisədə psixi cəhətdən geri qalırlar. Psixi cəhətdən geri qalan uşaqlarda bu əlamətlər gec nəzərə çarpır. 6 yaşa kimi ləngimələr valideynləri ciddi narahat etmir. Oliqofrenlər üçün dərk etmə proseslərinin bütün növlərinin pozulmaları xarakterikdir: primitiv bilik ehtiyatları, diqqətin zəifliyi, hafizənin pozulması və.s Onlar üçün bilik əldə etmək xeyli çətinliklər yaradır. Ən yüksək çətinlik isə nitqdə qrammatik qaydaların gözlənilməməsidir. Onlar nağılın, hekayənin sujetli şəkillərin məzmununu ardıcıl izah etməkdə çətinlik çəkirlər. Oliqofreniya 3 ağırlıq dərəcələrinə görə təsnifləşdirilir: 1. İdiotiya 2. İnbesillik 3. Debillik I- Ən ağır formasıdır. İdiotiya olan uşaqların ətraf mühitə qarşı reaksiyaları zəif və məqsədsizdir. Nitq və təfəkkür tamamilə inkişafdan qalır. Özünə xidmət vərdişləri formalaşmır. Hətta onlarda nevroloji somatik pozulmalar çoxdur. II- Orta dərəcə. Əqli hərəkətlər imkanına malikdir. Özünə xidmət, əl əməyinə, vərdişlərə alışdırmaq mümkündür. Söz ehtiyyatı məhduddur. III- Ən yüngül dərəcə. Korreksiya zamanı belə uşaqları yeni biliklərin mənimsənilməsi, sadə əmək vərdişlərinə alışdırmaq mümkündür. Ümumtəhsil məktəblərdə onlar proqramı çətin mənimsəyirlər. Çətinlikləri getdikcə də artır. Ona görə də debillərə xüsusi proqramla iş aparılmalıdır.  Defektoloq Gülnarə Səfərəliyeva

Daun sindromu nədir?

Etiologiyası- 21-ci xromosomun patologiyası Daun xəstəliyinin simptomları - Kliniki əlamət özünü endokrondoji, somatik amillərlə göstərir. Özünəməxsus xarici görkəmlə seçilirlər. Göz yarıqları çəp buruna yaxın, göz bucağın daxilində epikant ( dəri bükümü ) olur. Gövdə qısa, qulaq seyvanı əyri, çənə kiçik, burun qısa yuxarıdan enli olur. Üst çənə zəif inkişaf edir. Dişlər böyük olduğundan ağız açıq qalır. Hipersolevasiya- ağız seliyinin axması yaranır. Əl barmaqları qısa və enli, çeçələ barmaq isə içəriyə doğru əyilmiş formada olur. Dilləri ətli, qalın olur. Beynin ümumi çəkisinin azalması müşahidə olunur. Mikrosefaliya yaranır. Daun sindromlu insanlarda yastılanmış ənsə beyin qabığında qanqliyoz hüceyrələri qeyri-bərabər inkişaf edir. Alın payı beyincikdə inkişafdan geri qalır. Belə uşaqlarda oliqofreniyanın 3 dərəcəsi də müşahidə olunur. Ən çox orta dərəcəsi imbesillik 75%-dir. Biz onları özümüzdən fərqləndirsək də, onlar bunu bilmirlər. Çox sevimli və istiqanlı olurlar. Ən əsası uşağı olduğu kimi qəbul etmək lazımdır. Sizin uşağınız hansısa bir uşaqdan nə pis, nə də ki, yaxşıdır. O, sadecə fərqlidir. Defektoloq Gülnarə Səfərəliyeva Psixoloq.az

Posttravmatik stress pozuntusu

Posttravmatik stress pozuntusu (F43.1) Hər bir şəxsdə dərin stress törədə biləcək, xüsusi ilə təhlükəli və ya faciəli xarakterli stress hadisəsinə (qısa və ya uzunmüddətli)  təxirəsalınmış  və  ya  yubanmış  cavab  kimi  meydana  çıxır.  Meyl  etdirici  faktorlar,  belə  ki,  şəxsi xüsusiyyətlər (kompulsivlik, asteniklik) və ya anamnezdə sinir xəstəliyi sindromun inkişafı üçün qıcıq qapsını azalda və ya onun gedişini ağırlaşdıra bilər, amma onlar heç zaman onun yaranmasının izahı üçün vacib və kifayət olmurlar. Tipik əlamətlərə sarışan xatirələrdə («kadrlar») travma yetirmiş hadisənin təkrarlanan təəssüratlarından, təəccübdən donub  qalma  hissiyatı  fonunda  yaranan  fikirlərdən  və  ya  qarabasmalardan,  emosional  tormozlanmadan,  digər insanlardan  uzaqlaşmaqdan,  ətrafa  reaksiyasızlıqdan  və  travmanı  xatırladan  hərəkətlər  və situasiyadan qaçmaqdan ibarət   epizodlar   daxildir.   Adətən   həddən   artıq   oyanıqlıq   və   ifadə   olunmuş   yüksək   ehtiyatlılıq,   qorxuya   və yuxusuzluğa  yüksək  reaksiya  mövcud  olur.  Həyəcan  və  depressiya  çox  vaxt  yuxarıda  göstərilmiş  simptomlarla əlaqədar  olur  və  bir  çox  hallarda  özünü  öldürmə  ideyaları  da  yarana  bilər.  Pozuntu  simptomlarından  əvvəl travmadan  sonra   bir  neçə  həftədən,  bir  neçə  aya  kimi  dəyişən  latent  dövr  olur.  Pozuntunun  gedişi  müxtəlifdir, amma  əksər  hallarda  sağalma  gözləmək  olar.  Bəzi  hallarda  bu  vəziyyət  bir  neçə  il  davam  edəcək,  şəxsiyyətin davamlı dəyişilməsinə keçidlə xronik gedişə çevrilə bilər. (F62.0)Travmatik nevroz

Yoldaşınızın sizə hazırladığı ROMANTİK SÜRPRİZ...İlk ağlınıza gələn isə... - Günün ACI REALLIĞI

Yoldaşınız sizdən əvvəl evə gələrək evliliyinizin il dönümü münasibətilə  bütün otağı bəzəyib. Ortada şamlarla "I love you" yazıb, kənarına gül ləçəkləri töküb. Göydən şarlar sallanır yerdə ürək formalı tort və möhtəşəm bağlamada hədiyyə... İçəri daxil olursunuz diliniz tutulur az qalsın. Ürəyiniz çırpınır. O an nə edəcəyinizə qərar verə bilmirsiniz. Qışqırmaqmı, ağlamaqmı, gülməkmi, sevinməkmi, yoxsa yoldaşınızın boynuna sarılıb çox çox təşəkkür etməkmi??? Vəəəəə......qərarınızı verirsiniz. Tez telefonu gətirib otağın şəklini çəkirsiniz sosial şəbəkədə yerləşdirirsiniz. Niyə??? Xoşbəxtliyinizi hər kəs görsün deyə??? Bax əzizim, indi sənə çox acı bir həqiqət deyim. Siz xoşbəxt deyilsiniz. Nəisə var. Vallah ciddi deyirəm. O anın sehrini unudub yalnız bir birinizin gözlərinə səyahət etmək yerinə bunu edirsənsə nəisə bir problem var. Axtar, araşdır. Gör boşluğunuz haradadır? Xoşbəxt olanların bunu kiməsə göstərməyə ehtiyacı olmur. Heç yadına da düşmür. İnan ki, tənqid və ya qınamaq üçün demirəm. Nə həddimə? Sən yenə də bir düşün. O boşluğu tap. Müəllif: Pedaqoq Lalə Məhərrəmli

Qaçqın statusu ilə yaşayanların sayı artıb - Statistika

Bu ilin altı ayında 827 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artım deməkdir. Psixoloq.az oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. O qeyd edib ki, daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 25 faiz artım qeydə alınıb: “1.859 nəfər daimi yaşamaq üçün icazə alıb. Bu ilin iyul ayının 1-nə ölkəmizdə 32.648 nəfər müvəqqəti,11.288 nəfər daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var”. O da məlum olub ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayı 23 faiz artıb. Hazırda onların sayı 75 nəfər təşkil edir.