Psixi Xəstəliklər

Ringelmann effekti

Fransız kənd təsərrüfatı mühəndisi Maks Ringelmann 1883-ci ildə Grandjouan Kənd Təsərrüfatı Kollecində çox sadə görünən bir təcrübə etdi.Təcrübə bundan ibarət idi: Ən sadə insanlar sınağa cəlb olunur və onlardan ağırlıq qaldırması tələb olunur. Hər bir şəxs üçün qaldıra biləcəyi maksimum çəki təyin edilir. Bundan sonra isə insanlar qrup halında birləşdirilir və getdikcə qrupdakı insanların sayı artırılır.Gözləntilər aydın idi: əgər 1 insan şərti olaraq 100 kq yük qaldıra bilirdisə, 2 nəfər birlikdə 200, yaxud daha çox yük qaldırmalı idi. Axı belə bir anlayış mövcuddur ki, qrup işi daha çox şeyə nail olmağa kömək edir. Bu fikir hələ də qüvvədədir və fəal olaraq dəstəklənir. Lakin nəticə barədə bir daha düşünməyə dəyər. İki insan öz fərdi göstəricilərindən cəmi 93%-ini sərgiləmiş, 3 nəfər 85%-ini, 8 nəfərdən ibarət qrup isə öz gücünün yalnız 49%-indən istifadə etmişdir.Sözügedən bu təcrübəni digər eksperimentlərdə də sınaqdan keçirmişlər. Nəticələr isə yenə də eyni idi. Qrupdakı insanların sayı artırıldıqca faizlər enirdi.Səbəb isə aydındır: İnsan tək özünə arxalandıqda maksimum şəkildə güc tətbiq edir. Qrupda isə gücə qənaət etmək olar. Axı heç kim bunun fərqinə belə varmayacaq…Bu eksperiment çox uzun müddət əvvəlindən bilinirdisə də, test, elmi olaraq ilk dəfə Fransız agronom Maks Ringelmann tərəfindən sübut edilmiş və psixoloqlar bunu «Ringelmann effekti» adlandırmışlar.

Cinsi meylin pozuntuları

1. Cinsi meylin zəifləməsi – hiposeksuallıq depressiyalarda, şizofreniya xəstəliyinin bir sıra kliniki formalarında, mərkəzi sinir sisteminin orqanik pozuntularında, nevrasteniya zamanı və digər patoloji hallarda əlaqədar meydana cıxa bilər. Cinsi meylin zəifləməsinin xüsusi forması olan impotensiya (kişilərdə) və frikidlik (qadınlarda) “funksional xarakterli seksial pozuntular” mövzusunda təsvir edilmişdir. 2. Cinsi meylin güclənməsi - hiperseksuallıq. Beynin bir sıra orqanik pozuntularında (proqressiv iflic – qocalıq ağıl zəifliyi, olqofreniya və s.) və manikal oyanma zamanı rast gəinir. 3. Təhrif olunmuş (qeyri – normal) cinsi meyllər. Bu ad altında təsvir olunan meyl pozuntuları seksoloji xəstəliklərdən fərqəndirilməlidir. Belə ki, cinsi meylin qeyri- normal ödənilməsi formaları əsasən psixopatlarda (şəxsiyyətin pozuntuları ilə əlaqədar) rast gəlinir. Bir qayda olaraq belə şəxslər nəinki həkimə müraciət etmir, eyni zamanda özlərini xəstə hesab etmirlər və həyatları boyu patoloji cinsi meyllərlə yaşamağa həvas göstərirlər. Bu növ pozuntulara sodomiya və zoofiliya (müxtəlif heyvanlarla cinsi əlaqədə olmaq), pedofiliya (kicik yaşlı uşaqlara qarşı cinsi meyl), nekrofiliya (meyidə qarşı cins meyl), fetişizm (əks cinsin paltarına, istifadə etdiyi əşyalara qarşı cinsi meyl), sadizm (əks cinsdən olan şəxsə əzəb – əziyyət (işgəncə) verməkdən cinsi zövq almaq), mazaxizm (əks cinsdən olan şəxsin verdiyi əzab – əziyyətdən (işgəncədən) cinsi zövq almaq) və s. aiddir.

Tənbəllik sindromu

Nağıllarımızda tənbəlliklə bağlı çoxlu sayda maraqlı məqamlar var. Bu məqamların hər birində, təbii ki, tənbəllik mənfi mənada təqdim edilir. Lakin tənbəllik təkcə uşaqlar üçün təhlükəli deyil. Çünki bu gün hər hansı yaş mərhələsini yaşayan insanlar arasında da tənbəllikdən əziyyət çəkənlər çoxdur. İstedadlı, qabiliyyətli insanlar var ki, tənbəllikləri ucbatından öz məqsədlərinə nail ola bilmirlər. Bu məqamda belə bir sual meydana çıxır: tənbəllik xəstəlikdir, psixoloji pozğunluqdur, yoxsa adət? Ümumiyyətlə, bu sindromdan qurtulmaq mümkündürmü?“İstəməsəniz belə qalxın və məşq edin”Təbii ki, tənbəlliyin müxtəlif səbəbləri var. Lakin psixoloqlar bu qənaətdədirlər ki, “tənbəlliyə qalib gəlmə resepti”nə əməl etməklə bundan qurtulmaq olar. Bəs həmin resept, məsləhət nədən ibarətdir?İlk növbədə, tənbəl adamlara kitab oxumaq tövsiyə edilir. Hətta canınız kitab oxumaq istəməsə belə, oxuyun. Məşq etmək istəməsəniz belə, qalxın və məşq edin. Qısası, hərəkət etmək ən yaxşı motivasiya sayıla bilər. Odur ki, hətta ürəyiniz istəməsə belə, məqamı gəlincə, hansısa işi görməyə ərinməyin.“Böyük işlərinizi kiçik parçalara bölün”İkinci önəmli məqam: əgər hər şeyi eyni anda etmək istəyirsinizsə, onda onların hamısını tam olaraq yerinə yetirə bilməyəcəksiniz. Öncə hansı işi görəcəyinizi, haradan başlayacağınızı müəyyənləşdirin, böyük işlərinizi kiçik parçalara bölün və ilk növbədə, vacib hissədən başlayın. Bu yolla siz çox çətin və öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz bir işi normal bir şəkildə tamamlamış olacaqsınız.Diqqətinizi dağıdacaq maneələri aradan qaldırın...Bu da çox önəmli məqamlardandır. Belə ki, tənbəlliyimiz tutduğu zaman ətrafımızda bizi məşğul edəcək şeylər həmin an diqqətimizi çəkir və fikrimizi cəmləyə bilmirik. Məsələn, olur ki, adi bir iş üçün kompyuterlə işlədiyimiz zaman bəzən sosial şəbəkələrə başımız qarışır və saatlarla boş yerə vaxt itiririk. Nəticədə görüləsi işimiz də yubanır.Bir işi yubatmaq üçün bəhanələr uydurmayın...İntizamlı və planlı olmağı hər kəs bacarmır, ancaq istəyən, bunun üçün çalışan adam istəyinə nail olur. Tənbəl insanlar, adətən, nədənsə şikayət edirlər. Onlar çox zaman bir işi görməmək üçün müxtəlif bəhanələr uydururlar. İşini təxirə salmaq, “bir neçə saat sonra görəcəyəm” deyib yubatmaq əslində tənbəllərə həmin anda xoş gəlir və bundan heç də asan qurtula bilmirlər. Odur ki, ilk vaxtlar, çətin də olsa, bu adətinizdən əl çəkməlisiniz.Önəmli olan həyata bağlana bilməkdir...Psixoloqların qənaətinə görə, tənbəllik beynimizdəki “qısaqapanma”nın nəticəsində meydana gəlir. Məqsədimiz üçün davamlı çalışmaq sonda insana sevinc bəxş edir: ancaq tənbəl insanlarda bu hal təxminən belə yaşanır: onlar bir müddət çalışdıqdan sonra fasilə verməyə və rahatlığa meyil edirlər. Halbuki yalnız çalışmaqla, sosial fəaliyyətlərlə məşğul olmaqla həyatın dadını çıxarmaq olar, rahatlıq yalnız bununla mümkündür. Davamlı məşğuliyyəti olanlar həm darıxmırlar, həm də üzləşdikləri çətinlikləri unudurlar. Məşhurlardan birinin dediyi kimi, hansı rolda olduğumuz önəmli deyil, önəmli olan həyata hansısa bir yerdən bağlana bilməkdir.Tənbəllərin çox işləri yarımçıq olur...- Tənbəllər yataqlarını yığmır, paltar yumağa can çəkir, ev təmizləməyə maraq göstərmirlər. Evləri çirkab içində olsa belə, təmizləməyə ərinirlər, çünki özlərini çox yorğun hiss edirlər.- Tənbəllərin digər insanlara nisbətən daha az pulu olur, bunu bilirlər, fəqət yenə də işləməyə maraq göstərmirlər.- Tənbəl insanların əksər işləri tamamlanmamış olur. Çünki diqqətlərini toplaya, gördükləri işə uyğunlaşa bilmirlər.Uzun müddət yatmaq tənbəllik əlamətidir...Kim nə qədər aktivdirsə, o qədər sevincli və şəndir. Uzanıb rahat bir şəkildə yatmaq insana xoş gələ bilər, fəqət əmin olun, heç bir iş görmədən uzun müddət yatmaq tənbəllik əlamətidir və bir müddətdən sonra bunun heç bir zövqü qalmaz. Tənbəlliklə mübarizədə vitaminlərin də böyük önəmi var imiş. Belə ki, psixoloqların fikrincə, B vitamini sinir sisteminin işini, yaxşı yaddaşı və yüksək iş qabiliyyətini artırır. Gərgin iş qrafiki də tənbəlliyə səbəb ola bilir. İstirahətsiz işləmək və nəticədə yorulmamaq qeyri-mümkündür. Ona görə də fasilə verin və ya istirahət üçün özünüzə vaxt ayırın.

Gələcəyi gördüyünü inandıra bilmədikdə yaşanan -Kassandra sindromu

Kassandra - qədim yunan mifologiyasının qəhrəmanıdır. Rəvayətə görə, Apollon ona aşiq olaraq bəsirət hədiyyəsi ilə mükafatlandırır. Amma Kassandra bu sevgiyə qarşılıq vermir və qəzəblənmiş tanrı elə edir ki, qızın öncəgörməsinə heç kim inanmasın.Kassandra Troyanın məhv olmasını qabaqcadan xəbər verir, lakin onu lağa qoyurlar və ağılsız hesab edirlər. Nəticədə, tarixdə bir çox hadisələr var ki, gələcəyi görənlər yaxınlaşan qəzalar haqda insanları xəbərdarlıq etməyə çalışıblar, lakin onlara heç kəs inanmayıb. Beləliklə, belə fenomen tarixə "Kassandra kompleksi" adı ilə düşüb. Sizlərə falçılar tərəfindən öncədən deyilən, lakin buna məhəl qoyulmayan tarixin bir neçə mühüm hadisəsini oxucuların diqqətinə çatdırırıq."Titanik"də köməkçi kimi xidmət etmiş Artur Peyntin qəzadan 3 gün əvvəl məktub yazaraq, gəminin qəza keçirəcəyi barədə xəbərdarlıq edir. Məlumat üçün bildirək ki, bu yaxınlarda həmin məktub Londonda hərracda böyük məbləğə satıldı. Eyni zamanda faciədən 14 il əvvəl ingilis jurnalisti Morqan Robertson qəzanı təsvir edən illüstrasiyalar dərc etmişdi. O zaman heç kəs başa düşmürdü ki, söhbət nədən gedir...Birinci Dünya Müharibəsinin başlanğıcını 1912-ci ildə madam de Tab (Anna-Viktoriya Savara) xəbər vermişdi. 1913-cü ildə isə falçı Almaniyanın Avropadakı hökmranlığının sonunu qabaqcadan demiş, bunu, yaxınlaşan müharibə nəticəsində olacağı fikri ilə qüvvətləndirmişdi. Onun sözlərini də heç kim ciddi olaraq qəbul etmədi...Məşhur öncəgörən Volf Messinq İkinci Dünya Müharibəsinin başlanacağını və Hitlerin tam iflasını qabaqcadan xəbər verir. Hətta bir az irəli gedərək, bunun faşist Almaniyasının SSRİ-yə hücum etməsindən sonra baş verəcəyini bildirir. Baxmayaraq ki, onun şöhrəti və dəqiqliyi hər kəsə məlum idi, yenə də siyasətçilər ona inanmaq istəmirdilər. Stalin də öz növbəsində Messinqə inanmadığını desə də, daim onunla məsləhətləşirdi...Vacib hadisələri yalnız falçılar deyil, həm də yaradıcı insanlar da zaman-zaman xəbər verirdi. Yazıçıların zəngin təxəyyülü, bədii düşüncəsi, yaxşı inkişaf etdirilmiş hissiyyatı onlara bu və ya digər hadisələrin inkişafını qabaqcadan bilməyə təkan verir. Məsələn, Mark Tven tezliklə həyata keçən hadisələri yuxularında görürdü. Onlardan birində o, qardaşının həlak olmasını görür: su, balıq və tilovlar yuxunun əsas atributları idi. 2 həftə sonra qardaşı həqiqətən də balıq ovunda olarkən bədbəxt hadisə nəticəsində həlak olur.İlk atom bombasının partlamasından 30 il əvvəl Herbert Uellsin yazdığı elmi-fantastik hekayələrdə və romanlarda ən dəhşətli silahın ixtira olunacağı haqda qeydlər yer alıb. Eyni zamanda o, əsərlərində Birinci Dünya Müharibəsinin başlanacağına da eyham vururdu - bu, Uellsin müharibədən 13 il əvvəl yazdığı romanda öz əksini tapıb.Zamanın tənqidçiləri onun əsərlərini qeyri-elmi fantastika adlandırırdılar, Albert Eynşteyn isə açıq bildirirdi ki, atom bombası tam bir cəfəngiyyatdır. 1914-cü ildə "Azad edilmiş dünya" romanında Uells uran əsasında bir maddə yaranacağı haqda yazır. Fikrini belə izah edir ki, bu ixtira dünyanın sonunu gətirə bilər, çünki o, sonsuz şəkildə partlamağa davam edəcək. Görünür radiasiya nəzərdə tutulur. Bunu artıq öncəgörmə deyil, məhz ideya da adlandırmaq olar, çünki Uellsin bütün əsərlərini diqqətlə oxumuş fizik Leo Ssilard onun ideyalarını reallığa çevirməyi qərara alır və atomun parçalanması üzərində işləməyə başlayır. Nəticə hamıya məlumdur... "Gələcəyin siması" romanında isə Uells məhz dünya müharibəsinin başlanacağı haqda bədii, obrazlı, geniş məlumat verir.Çex yazıçısı Karel Çapek də robotların və atom bombasının yaranacağını qabaqcadan görürdü. O, 1920-ci ildə qələmə aldığı "R.U.R." pyesində mexaniki insanların kütləvi istehsalı haqqında danışır, onların insanlar üçün ciddi təhdid olacağını bildirirdi. 1922-ci ildə "Absolyut Fabriki" romanında yazıçı, atomları parçalayan "karbüratoru" təsvir edir. "Krakatit" romanında isə bütün dünyanı məhv edə bilən böyük partlayıcı bombanın yaradılacağını yazırdı

Şansınızı yoxlayın-Kokoloji Psixotest

Kokoloğiya yeni maraqlı testlər mövzusuna davam edirik. Yeri gəlmişkən, dostlarınızla psixo oyunlar oynaya bilərsiniz, çünki əyləncəli və müsbət təəssurat yaradacağına əminik. Başlanğıc kokoloqlar bir-birlərini daha yaxından tanımaq, xarakterlərini yoxlamaq, gülmək, əylənmək və yalnız bir zövq almaq imkanı əldə edəcəklər.Kokologiya testi ilə bağlı sualları cavablandırmadan əvvəl qaydaları bilməlisiniz: Cavab seçərkən, çəkinməyin, nəzərinizi ilk çəlb edəni söyləyin. Sınağın açarlarını tapmaq üçün cəhd edə bilməzsiniz, dürüst olun. Cavabı xoşlamadınızsa, üzülməyin, bu açarın sizə nə öyrədə biləcəyini düşünün. Bir qrup yoldaş, kokololoqda, şərhdən sonra bir-birlərinin reaksiyalarını müşahidə etmək tövsiyə olunur. Bilin ki, tam düzgün cavablar yoxdur, Siz şüurunuzdan keçənləri bir daha nəzərdən keçirib onlara öz perspektivləriniz kimi baxın. Buyurun, testə başlayın. Yapon testi " Sənin şansın".Siyahıya diqqətlə baxın və ən cəlbedici vasitəni seçin. Beləliklə, siz hansı nəqliyyat növünə böyük məmnuniyyətlə üstünlük verərdiniz? Velosiped Avtomobil Avtobus Qatar Yaxta Təyyarə Test cavablarının şərhi Seçilən nəqliyyat vasitəsi, buna kömək edən və ya maneə törədən məqsədlərə və xarakter xüsusiyyətlərinə çatmaq şansınızdan danışır. a. Seçiminiz velosipeddir. Qarşıya qoyulmuş məqsədlərə öz səylərimizlə nail olursunuz. Yalnız özünüzə ümid edərək, müstəqil hərəkət edin. Başqalarının sizə kömək etməsi ehtimalı azdır. Kifayət qədər cəsarətiniz, özünüzə inamınız var, elə belə də davam edin! İstək, əzm və iş sizi qələbəyə aparacaqdır. Şansınız çox yüksəkdir. b. Seçiminiz bir avtomobildir. Daxili güc və enerji sizi irəli aparır. Tələsməsən hədəflərinizə çatacaqsınız. Məqsədinizə doğru səbirlə, kiçik addımlar ilə irəliləyinŞübhəsiz ki, sizin şansınız var. Çalışın ki, adi bir tələskənliyinizlə şansınızı əldən verməyəsiniz. c. Seçiminiz avtobusdur.Siz öz doğmalarınıza və dostlarınıza yüksək dəyər verməyi bacarırsınız. Başqalarına kömək etməklə öz insanlıq borcunu yerinə yetirmiş olursunuz və bu da sizin yaxşı insan kimi yetişməyinizə zəmin yaradır. Ancaq yaxınlarınızın sizin diqqətinizi yayındırmalarına, seçilmiş hərəkət istiqamətini dəyişdirmələrinə əsla imkan verməyin. Başqalarının planlarınıza müdaxilə etməsinə icazə verməsəniz şansınız yüksələ bilər. d.Seçiminiz qatar. Ətrafınızda çox sayda insan olmasına baxmayaraq, onların fikirləri sizin üçün bir o qədər də əhəmiyyət kəsb etmir və onları həyatınıza müdaxilə etmələrinə şərait yaratmırsınız. Özünüzə qapanmağa lüzum yoxdur. Ətrafınıza nəzər salın və başqalarının fikirlərinə diqqət yetirin. Bəlkə də onların müxtəlifliyi arasında özünüz üçün dəyərli bir şey görəcək və uğur şansınız artacaq. v. Seçiminiz yaxtadır. Siz müstəqil bir insansınız və ətrafda baş verənlərə laqeydsiniz. Sağlam düşüncə və rasionalizm prinsiplərinizdi. Sizin diqqətinizi yayındırmaq və nəzərdə tutulan xətdən çıxartmaq asan deyil. Siz dəqiq bir plan tərtib edir, heç nəyə əhəmiyyət vermədən hadisələrin gedişatına əsasən öz strategiya və taktikanızı dəqiq şəkildə qurursunuz. Bəlkə bu doğru deyil? Çalışın müxtəlif variantlı məsələlərin həlli diqqətinizin mərkəzinizdə olsun. Şübhəsiz bu şansınızı artıracaqdır. e) seçiminiz bir təyyarədir. Məqsədinizə inanılmaz dərəcədə sürətli çatmaq istəyirsiniz və həqiqi hərəkətlər etmək əvəzinə daima bu barədə xəyal qurusunuz. Bu vəziyyətdə xəyalınız düşməninizdir. Ya buludlarda gəzirsiniz, ya da istəklərinizi yerinə yetirməkdən qorxursunuz. Uğur şansları hələ kifayət deyil. Artıq göydən yerə enməyin vaxtıdı. Ətrafa baxın və yersiz təhkükədən qorxmadan arzularınızı reallaşdırmağa çalışın.

Kotara sindromu nədir?

“Kotara sindromu” – insanın öz bədəninin bir hissəsinin, yaxud bütünlükdə orqanizminin məhv olduğu və artıq mövcud olmadığını zənn etməsi ilə xarakterizə edilən nadir xəstəlikdir. Kotara sindromu, yaxud sayıqlaması – özünüzün mövcud olmadığınızı zənn etdiyiniz andır. Bəzən beyin öz mövcudluğunu inkar edir. Bunu radikal özünüinkar adlandırmaq olar. Bu nadir psixoloji pozuntuya sahib olan insanlar əmindirlər ki, onlar ölmüşlər və yaxud onların bədənlərinin bir hissəsi mövcud deyil. Onlar həmçinin ətrafda canlı heç bir insanın olmadığına və dünyanın ümumiyyətlə mövcud olmadığına da inana bilirlər. Bu xəstəlikdən əziyyət çəkən insanlar beyin və yaxud ürək kimi həyati vacib orqanlarının mövcud olmadığını iddia edə, bəzən də bədənlərinin böyüyərək bütün kainata bərabər olduğunu zənn edə bilərlər. Bu insanlar intihara meyillidirlər və nə qədər təəccüblü görünsə də, bəzən özlərini ölümsüz esab edərlər. Kotara sindromu depressiv vəziyyət, hallusinasiya və yaddaşın itirilməsi ilə bağlıdır. Bəzən şizofreniyada da rast gəlinə bilər. Bu sindrom xəstələrdə ilk dəfə onun əlamətlərini təsvir etmiş fransız psixiatr Jül Kotara-nın adı ilə bağlıdır. İnsanlar istənilən yaşda olarkən bu sindrom ilə üzləşə bilərlər və sindrom qadınlarda daha çox rast gəlinir. Onu da qeyd edək ki, tutmalar heç bir psixi pozuntu olmadan baş verir. Müəllif:Nərmin Müşviqzadə 

Bu səslərə qarşı həssasınızsa Misofoniya ola bilərsiniz

Səsdən nifrət etmək kimi bilinən bu xəstəlik 2001-ci ildə Jastreboff tərəfindən aşkar edilmişdir. Öskürək, xoruldamaq, yemək yemək, saqqız çeynəmək, nəfəs almaq, diş fırşalamq, dırnaq kəsmək, asqırmaq, gülmək, əsnəmək, danışmaq və.s kimi gündəlik həyatta sıx-sıx qarşılaşılan səslərdən narahat olan hətta əsəbləşən insanların narahatlığı misofoniya olaraq adlandırılır. Bu xəstəliyin səbəbi tam olaraq bilinməsə də, nevroloji ve psixoloji bir pozuntu olaraq adlandırılan xəstəliyə beynin frontal lobundakı fərqliliklərdən qaynaqalandığı düşünülür. Xəstələr ətraf mühitdəki səslərdən o qədər narahat olurlar ki, bir müddət sonra həyattan uzaqlaşmağa və yalnızlaşmağa başlayırlar. Misofoniya Əlamətləri Nələrdir? Misofoniya xəstələri yalnız yüksək və aritmik səslərə qarşı deyil, bəzən aşağı tonda olan səslərə qarşı da həssas ola bilirlər. Ümumiyyetle yemek yemek sesi, asqırmaq səsi, diş fırşalamaq səsi kimi qıcıqlandırıcı bir ses ilə ortaya çıxan misofoniya xəstəliyinin əlamətləri sosyal bir krampa bənzəyir. Xəstələr bu növ səslərə qarşı bəzən şiddətli aqresiv davranışlar göstərə bilirlər. Bunlar hansı səslərdir,? 1.Tum, cips veya popkorn yeyərkən ortaya çıxan səslərdən əsəbləşmək 2.Uşaq ağlama səsinə qarşı təhamülsüzlük 3.Evdə, işdə vəya məktəbdə ayağın ritmik bir şəkildə yerə vəya hansısa bir əşyaya vurulmasından narahat olmaq 4.Gündüz ətrafdan gələn səslərdən (maşın siqnalı), gərginlik hissi keçirmək 5.Səslərdən narahat olmamaq üçün evdən çıxmamaq və sosiallaşmaqdan mühitdən uzaqlaşma  Bu  və buna oxşar narahatlıqlar hərkəsdə ola bilər amma misofoniya xəstələri ətrafdakı səslərə qarşı aşırı reaksiya verirlər. Misofoniyanın Səbəblər Nələrdir?  Misofoniya xəstələyə ələ bağlı əvvəlki araşdırmalar göstərir ki, xəstəliyin eşitmə və qavrayış pozuntusu ilə əlaqəli olduğu irəli sürülmüşdür.  Ancaq daha sonra xəstəliyin psixoloji bir simptom olduğu təsdiqlənmişdir. Misofoniya xəstələrində aparılan beyin görüntüləmə ( neyroimaziya) anterior instalt korteksində anormal fəaliyyətlərin baş verdiyini və xəstələrin ətraf səslərə verdiyi reaksiyalarda fərqlər müşahidə olunmuşdur. İnsanın sosial funsionallığını və həyat keyfiyyətini pozan bir xəstəlik olan Misofoniya, ümumiyyətlə yeniyetməlik yaşlarında başlasa da, tam diaqnozun qoyulması 30-lu yaşlara qədər davam edə bilir. İnsanlar səslərdən yaranan narahatçılığı xəstəlik olaraq görmədikləri üçün müalicəyə getmirlər və özləri öhtəsindən gəlməyə çalışırlar. Misofoniyanın Müalicəsi  Bu xəstəlik üçün dəqiq bir müalicə metodu olmasa da araşdırmalar davam edir. Misofoniyanın müalicəsi üçün xəstəliyə səbəb olan vəziyyətlər və insanın sahib olduğu və yaşadığı narahatlıqlar araşdırılmalıdır. Əvvəlcə xəstənin səslərə həssas münasibətinin səbəbləri araşdırılmalı və şəxsin qavrayış probleminin aradan qaldırılması üçün lazımi təlqinlər verilməlidir. Psixoloji dəstək almayan xəstələr ailə və yaxın çevrəsi ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. İnsanı səsə deyil, hadisələrə yönəltməyə imkan verən müalicə sayəsində xəstəliyi aradan qaldırmaq mümkündür. Məsələn yemək zamanı ortaya çıxan çəngəl bıçaq səslərinə deyil, yeməyin dadına diqqət yetirməyi təklif etmək insanın özünü daha yaxşı hiss etməsinə səbəb olur. Uzm.Psixoloq Gülnarə Muxtarova 

Qrammatik Xırdaçılıq Sindromu

Qrammatik Xırdaçılıq Sindromu və ya Grammatical Pedantry Syndrome (GPS) “-da, -də” iştirak ədatı olaraq istifadə edildiyində birləşik yazılması sizi narahat edir? ” Məndə Bakı da yaşıyıram” cümləsini oxuduğunuzda ürəyiniz sıxılır, əlləriniz tərləyir və təcili olaraq bu səhvi bildirməli, düzəltməli olduğunuzu hiss edirsiz? Bu kimi yazı və danışıqda yol verilən bütün səhvləri düzəltməkdən özünüzü ala bilmirsizsə, dostlarınız, ətrafınız sizin bezdiricidi olduğunuzu düşünürsə, niyyətiniz onlara üstünlük göstərmək deyil, sadəcə qrammatik səhvlərə qarşı dözümsüzlüyünüz varsa, Obsessiv Kompulsiv Pozuntu‘ya sahib olma ehtimalınız mümkündür. Araşdırmalar yazıda və ya nitqdə qrammatik səhvlər buraxılmasını qeyri ixtiyarı şəkildə düzəltmə ehtiyacının Obsessiv Kompulsiv Pozuntu (OKP) növü ola biləcəyini bildirir. Belə ki, L. Malevich və H. Lo tərəfindən aparılan fMRI (Functional magnetic resonance imaging) görüntülərində Obsessiv Kompulsiv Pozuntu görüntülərinə bənzər nəticələr əldə edilmişdir. Obsessiv Kompulsiv Pozuntudan əziyyət çəkən insanlar, onları narahat edən və ya təşviş adı altında özünü göstərən düşüncələrə sahibdirlər. Nəticədə, yaşadıqları digər güclü duyğularla yanaşı, narahatlığı aradan qaldırmağa kömək etdiyini düşündükləri bəzi ritualları inkişaf etdirirlər. Qrammatik Xırdaçılıq Sindromundan əziyyət çəkən insanlar da bənzər hislər yaşayır: gördükləri hər qrammatika və ya yazılış səhvlərini düzəltmək üçün güclü bir impulsları vardır. Bu səhvləri gördükdən sonra narahat, əsəbi və hətta huzursuz hiss edə bilirlər. Buna görə, Qrammatik Xırdaçılıq Sindromu hələ də həkimlər tərəfindən təsdiqlənmiş bir diaqnoz olmasa da, təsdiqlənmiş bir diaqnoz olan Obsessiv Kompulsiv Pozuntunun əlaməti sayıla bilər. Əlbəttə, bu sindroma sahib olub olmamağınız səhvləri düzəldərkən hiss etdiklərinizlə müəyyənləşdirilə bilər.  Müəllif :Uzman Psixoloq Cəmilə Rəhimli  cemilerahimli .com 

Axilles Sindromu

İnsanlıq var olduğu gündən yaşanmış hər bir hadisə şəxsi təcrübəyə hoparaq gələcək nəsillərə ötürülüb. Bəlkə də tarixdəki izlərin əbədiləşdirilməsi ilə insan bu dünyadakı faniliyini, əksikliyini, dolduracağını düşünüb. Bəlkə də bununla gələcək nəsillərə açıq və ya gizli mesajlar çatdırmağa çalışıb. İnsanların tarixi hekayələşdirməsi onların psixologiyasının bir əsəridir. İnsan psixologiyası baş verən hər bir hadisəni şəxsi prespektivi ilə tarixiləşdirməyə, belə deyək şərh etməyə çalışır. Bütün nüanslar bu andan etibarən (şərh edilən hekayə əsasında) formalaşmağa və insanın həyat yolunda ona yoldaşlıq etməyə başlayır. Özünü ölümsüz kimi qələmə verməyə çalışan insan təxəyyülü Yunan mifologiyasının qəhrəmanı Axilles kimi bəşəri mübarizələrdə zəfərdən zəfərə adladıqca onun həddi-hüdudu olmayan arzu və istəkləri ilə yanaşı onun zəif tərəfləri də gizli qorxuları ilə birləşərək hər zaman ölümlə yanaşı addımlayıb. Yəni psixologiyamızın qorxuları "Axillesin dabanı”dır. Bizi narahat edən müxtəlif qeyri-real düşüncələri bir-bir müəyyənləşdirdikcə Axillesin dabanına çatmış olarıq. O düşüncələri təsdiqləmədikdə,Axillesin dabanından vuraraq gizli qorxularımızdan azad olarıq. Axilles Sindromu Nədir? Adını yunan mifologiyasının yenilməz qəhrəmanının adından alan bu sindrom, insanlarda gizli müvəffəqiyyətsizlik qorxusu ilə müşayiət olunaraq özünə başqalarının gözü ilə baxma və başqalarının düşüncələrini oxuma cəhdiylə nəticələnən psixoloji narahatlıqdır. Bu sindrom şərq ölkələrində daha çox nəzərə çarpır. Xüsusilə də bir azərbaycanlı kimi deyə bilərəm ki, uşaqlıq illərimi keçirdiyim Bakının "Kubinka” adlanan ərazisinin hər küçəsində bu sindromla qarşılaşmışam. Uşaqlıqdan bəri ailədə, məktəbdə, qonaq gedəndə və elə öz məhəlləmizdə də te-tez eşidirəm: " onu geyinmə, qohum-qonşu nə düşünər?” , "gec gəlmə o, bu nədeyər?”, "bilmirəm desəm, görəsən, haqqımda nə düşünərlər?”, "özümü elə aparım guya bilirəm”, "bunu alım, yoxsa mənim haqqımda nə düşünərlər?”, "ac gəzim amma bahalı paltar, şuba geyinim, yoxsa nə deyərlər haqqımda?”, "kreditlə telefon və ya maşın alım, yoxsa deyərlər ki...” qismində ifadələr bizi zaman-zaman falçıya çevirir. İnsanların demədiklərini hətta heç vaxt deməyəcəklərini irad kimi qəbul edib, ona görə həyatımıza davam edir və həyat hekayələrimizi bu bünövrə əsasında formalaşdırırıq. Bu gizli qorxu, psixoloji baxımdan biz insanların həmişə gizli-gizli sızıldayan dabanımız olub və həyatımızın normal axışına maneə törədib. Axilles Sindromunun Səbəbləri: Bu sindrom insanın uşaqlıq illərindən onun əsas ailəsi (valideyn və qohumlar) ilə başlayıb məktəb həyatında (müəllimlər) davam edib böyüdüyü sosial cəmiyyətin ona qazandırdığı amillər nəticəsində tam formalaşan qeyri-real düşüncələrin məcmusudur. İnsan öyrənmə mərhələsində psixoloji baxımdan qorxularını gizlədərək maddi və mənəvi yükləri daşımağa başlamaqla bu sindroma doğru ilk addımlarını atır. Nəticədə isə insan arzu və istəkləri üçün müharibədən müharibəyə keçdikcə Axilles kimi zəfər qazansa da yorğunluqdan o qələbənin sevincini belə yaşaya bilmir. Çünki hər psixoloji mübarizəyə bir öncəki gizli qorxularının yükü ilə davam edir və bu yük hər gün daha da artır, bir az da ağırlaşır. Fiziki olaraq keçmişə qayıda bilmədiyimiz kimi gələcəyə də gedə bilmərik, ona görə də kəhanətə (falçılıq) ehtiyac yoxdur. Hadisələri şərh etmədən olduğu kimi qəbul etmək və ömrümüzün bütün günlərini qorxusuzca, sevgi ilə yaşamaq lazımdır... Psixoloq Elgün Quliyev Psixoloq.az

Turetta Sindromu

Turet sindromu (Turet xəstəliyi, Jil de la Turet sindromu) — mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğu. Əvvəllər Turet sindromu nadir və qəribə bir xəstəlik hesab edilməklə yanaşı, həm də senzuradan kənar, cəmiyyətdə yersiz və təhqiredici hesab edilən söz və ifadələrin dilə gətirilməsi ilə assosiasiya olunurdu. Lakin bu simptom Turet sindromu olan şəxslərin çox az qismində görülür. İndiki dövrdə bu xəstəlik nadir hesab olunmur, üstəlik heç də həmişə düzgün diaqnoz qoymaq mümkün olmur. Çünki əksər hallarda simptomlar yüngül formada müşahidə edilir. 1000 uşaq arasında 1-10 nəfər Turet sindromundan əziyyət çəkən olur, 10 nəfərdən artığı isə müxtəlif tik pozğunluqları yaşayır. Turet sindromu olan şəxslərin intellekt səviyyəsi və ömür müddəti normada olur. Uşaqların əksəriyyətində tiklərin kəskinliyi yeniyetməlik dövrünün başa çatmasından sonra azalır, Turet sindromunun ağır dərəcəsi isə yetkinlik dövründə çox nadir müşahidə edilir. Xəstəliyin dəqiq səbəbləri məlum olmasa da, sindromun etiologiyasında genetik və ekoloji faktorlar müəyyən rol oynayır. Əksər hallarda müalicəyə ehtiyac duyulmur. Çünki hər bir konkret tik üçün effektiv ola bilən dərman vasitəsi mövcud deyil, lakin xəstənin vəziyyətini yaxşılaşdıran dərmanların və müalicə metodlarının tətbiqi özünü doğruldur. Təlimlər, xəstəlik haqqında məlumat verilməsi və psixoloji dəstək — müalicə planının vacib tərkib hissələridir. Sindrom Jan Marten Şarko tərəfindən öz şagirdi və bu xəstəliyin görüldüyü 9 nəfər haqqında 1885-ci ildə hesabat dərc etdirmiş fransız həkimi və nevroloqu Jil de la Turetin (fr. Georges Gilles de la Tourette (1857–1904)) şərəfinə adlandırılmışdır.

Sosial Fobia

İnsan sosial bir varlıq olduğu üçün digər insanlarla ünsiyyət qurmaq onun əsas ehtiyaclarından biridir. Lakin bəzi insanlar ünsiyyət zamanı özlərini rahat hiss etmir və narahat olurlar.Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT) sosial fobiya olaraq adlandırılan bu xəsətlik utanmaqdan, alçalmaq qorxusundan, başqaları tərəfindən pis qəbul olunmaqdan və eləcə də bu kimi qorxduğu vəziyyətlərdən qaçma ilə özünü göstərən bir xəstəlikdir.Sosial fobiya haqqında danışarkən bu məqamı xüsusi ilə qabartmaq lazımdır ki, sosial fobiya adi utancaqlıqdan şəxsin gündəlik fəaliyyətinə, eləcə də social əlaqələrinə ciddi mənada təsir etməsi ilə fərqlənən bir xəstəlikdir.Bu fobiya daha çox yeniyetməlik yaşlarında başlayır, müalicə olunmadıqda ömür boyu davam edir. Müalicə edilməyən sosial fobiyalı xəstələrdə paralel olaraq depressiya, aqrofobiya (evdən çölə tək çıxa bilməmək) əlamətləri əksər hallarda rast gəlinir.Yeri gəlmişkən qeyd edim ki, bu tip xəstələr spirtli içkilər qəbul edərkən özlərini nisbətən rahat hiss etdikləri üçün tez –tez alkoqolizmdən də əziyyət çəkə bilərlər. Sosial fobiyanın əlamətləri: Sosial fobiya xəstəliyində qorxu yaradan vəziyyətlə üz – üzə gəldikdə ilk öncə həyəcanın somatik əlamətləri özünü biruzə verməyə başlayır. Bunlar üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi ola bilər. Bu anda insanın beynindən keçən “mənim üzümün qızarmağını, əlimin titrəməsini hamı gördü, mən axmağam, mən çox zəifəm, mən səhv etməməliyəm, mən mükəmməl olmalıyam” kimi düşüncələrdir. Bu düşüncələr insanın daha da həyəcanlanmasına gətirib çıxarır.Sosial fobiyalı xəstələr tez-tez “qaçınma davranışları” edirlər ki, bu davranışlarla onlar özlərini “sakit etməyə və qorumağa” çalışırlar. Həmin davranışlar bunlardır: insanlar çox olan yerlərdən uzaq durmaq, tanımadığı yerlərə müxtəlif bəhanələrlə getməmək, dərs zamanı ən arxa partada oturmaq, sifətinin qızarmasını gizlətmək üçün iri yaxalıqlı köynəklərdən istifadə etmək. Səbəbləri nədir? Ailəsində və ya yaxın qohumları arasında sosial fobiyası olan insanaların bu xəstəliyə tutulma riski daha yüksəkdir. Bununla belə müasir elmi nəzəriyyəyə görə beyindəki serotonin adlandırdığımız maddənin azalması da bu problemi yarada bilər. Eləcə də əvvəllər utanc verici bir vəziyyətə düşmüş şəxslərdə də bu problem ola bilər. Məsələn, lövhə qarşısında dərs danışarkən səhv etmiş, bu səbəbdən də sinif yoldaşlarının gülüş hədəfinə çevrilmiş uşaq sifət qızarması, əl titrəməsi yaşayıb. Gələcəkdə bu hal hər dəfə lövhə qarşısında heç bir səbəb olmadan da təkrarlana bilər. Sosial fobiyaya qalib gəlmək olarmı? Bu fobiya müalicəsi olan bir xəstəlikdir. Hər şeydən əvvəl realist olmaq lazımdır. Sosial fobiya dərman terapiyası və psixoterapiya vasitəsi ilə müalicə olunur. Müalicənin ilk günlərində yüngül ürək bulanması, baş ağrıları və digər problemlər yaransa da qısa müddət ərzində keçir.Bu dərmanlar asılılıq yaratmır. Dərmanın təsirini gözləmək üçün 2 həftə lazım ola bilər. Müalicə müddəti 6-8 ay davam edə bilər. Sosial fobiyanız varmı? Bu test vasitəsilə sosial fobiyanın əlamətlərinin olubolmadığını öyrənə bilərsiniz.1.İnsanların diqqət mərkəzində olmağından qorxursunuz?2.Başqalarının qarşısında gülünc vəziyyətə düşməkdən qorxursunuz?3.Aşağıdakı vəziyyətlərin hər hansı birindən uzaq durmağa çalışırsınız?- Kütlə qarşısında danışmaq;- Nüfuzlu şəxslər qarşısında çıxış etmək;- İnsanların sizi müşahidə etməsi;- Başqalarının qarşısında yemək yemək, içmək və ya yazı yazmaq;- İctimai yerlərdə görüşlər.4. Yuxarıda qeyd edilən vəziyyətlərlə üz-üzə qalanda hədsiz dərəcədə qızartı, titrəmə, sıxıntı, ürək bulanma hissinə qapılır və ya qəfil ayaqyoluna getmək hissi duyursunuz?Əgər 1,2 və ya 3 nömrəli sualların hər hansı birinə “BƏLİ” cavabını verirsinizsə, sizdə social fobiya ola bilər.Əgər 4 nömrəli suala “BƏLİ” cavabı verirsinizsə, dəqiq demək olar ki, sosial fobiyadan əziyyət çəkirsiniz

Subayların evlənmək qorxusu-Gamofobiya

Psixoloq.az bildirir ki,evlilik qorxusu kimi tanımlanan gamofobiya nadir görülən fobiya növüdür.Yunanca “Phobos” və “Gamos” kəlmələrinin birləşməsindən meydana gəlmişdir.Aparılan araşdırmalara görə isə kişilərə nisbətdə qadınlarda Gamofobiyanın daha sıx görüldüyü müşahidə edilmişdir.Gamofobiyası olan şəxslərə evlilikdən,evlənməkdən söz açıldığında -Sürətli ürək döyüntüləri -Tərləmə-Nəfəs alma çətinliyi -Boğulma hissi -Sinədə sıxılma və rahatsızlıq -Baş dönməsi və özündən getmə -Kontrolunu itirmə qorxusu -Titrəmə və istilikkimi əlamətlərdən bəziləri görülə bilər. Ümumilikdə 25 yaş və üzərində şəxslərin gamofobiyadan əziyyət çekdiyi görülməkdədir.Buna səbəb yaşın artması kimi göstərilir. Gamofoboyanın səbəbləri: Uzun müddət davam edən bir münasibətdə heç bir problem yaşanılmadığı halda,evlilik düşüncəsi gerçəkləşməyə başlayan şəxslərdə Gamofobiya görülə bilir.Ümumilikdə ata -anası boşanmış və ya onların münasibətlərində olan konfliktlərə şahid olmuş şəxslərdə daha çox rastlanır.Səbəblərdən biri şəxsin bilincaltında evliliyə dair formalaşdırdığı qayğı və qorxulardır.Evlilik bir çox vəzifə və məsuliyyətləridə bərabərində gətirir.Evin dolanışığı,icarə xərcləri, komunal xərclər, işsiz qalmaq ,uşaqlara baxmaq, evin təmizliyi kimi məsuliyyətlər şəxsin üzərinə düşür.Sosioekonomik səviyyənin artımı ilə birlikdə Gamofobiyaya daha çox rastlanılır. Müalicə müddəti: Şəxslərin ata ana,dost kimi özlərinə yaxın hiss etdikləri,güvəndikləri biriləriylə evlilik mövzusunda söhbət açmaları qorxularına qalib gəlməkdə yardımçı ola bilər.Yalnız irəliləyən durumlarda şəxsin mütəxəssisdən peşəkar dəstək alması mütləqdir.Gamofobiya psixoterapiya,davranış terapiyası ilə müalicə edillə bilir. Psixoloq.az Istinad etmək mədəniyyətdir.